Məhkəmə qərarları › İş №1(103)-563/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-563/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-563/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri-Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi–X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamın müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şahid13 Ələsgər oğlunun, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Bakı şəhəri, 27 saylı vəkil bürosunun vəkili X12 iştirakları ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin (sədrlik edən hakim: Günel Səmədova) xx xxxxxx 1971-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, “Bizim şəxsiyyət" qəzetinin baş redaktoru, Abşeron rayonunun Güzdək qəsəbəsi Abşeron küçəsi ev 13-də qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşamış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində olan 17 noyabr 2021-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 2 il müddətinə, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 il müddətə mətbuat sahəsində müəyyən edilmiş fəaliyyətlə və jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 il müddətinə və Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 02 il müddətinə mətbuat sahəsində müəyyən olunmuş fəaliyyətlə və jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaqla, cəzasının əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən, təyin edilmiş əlavə cəzalar qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə mətbuat sahəsində müəyyən edilmiş fəaliyyətlə və jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını təkrar ələ keçirmiş, habelə tamah niyyəti ilə təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə bağlı özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlə- rindən qulluq mənafeyinə qəsdən zidd istifadə etməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətlərlə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin may ayında tanışı Astara rayon sakini Zərərçəkmiş şəxs2 2.000 manat müqabilində çay fabrikinə fəhlə kimi işə düzəldə biləcəyinə dair yalan vədlər verib inandıraraq, sonuncunun etibarından sui-istifadə etməklə və aldatmaqla Astara rayonunda 2.000 manatı əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayında tanış olduğu Zərərçəkmiş şəxs1, sonuncunun Balakən rayonunda yaşayan qohumu Turanə Məmmədovanı kompüter mütəxəssisi kimi işə düzəldə biləcəyinə dair yalan vədlər verib inandıraraq etibarından sui-istifadə edib aldatmaqla 2020-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 Bakı şəhəri Binəqədi rayonunda 3.300 manatını əvəzsiz və qanunsuz alıb təkrar ələ keçirməklə dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayında tanışı Zərərçəkmiş şəxs3 və sonuncunun 04 nəfər tanışının Qazaxıstan Respublikasına səfər etməsi məqsədilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işləyən tanışı vasitəsilə 750 manat müqabilində icazə ala biləcəyinə dair yalan vədlər verib buna inandıraraq Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldatmaqla 2020-ci ilin noyabr ayında Bakı şəhəri Binəqədi rayonu ərazisində olan “Tərlan” şadlıq sarayının yaxınlığında görüşərək sonuncudan 750,00 manat məbləğində pul vəsaitini əvəzsiz və qanunsuz olaraq almaqla təkrarən ələ keçirməklə dələduzluq etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs “Bizim Şəxsiyyət" qəzetinin baş redaktoru olduğu vaxt Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə ərazisində koronavirus (Covid-19) epidemiyası ilə bağlı karantin rejimindən irəli gələn məhdudiy- yətlərin tətbiq edildiyi 2020-ci ilin müxtəlif dövrlərində tamah niyyətilə vəzifə səlahiyyətlərindən təkrar sui-istifadə, yəni vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə bağlı özünə və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə informasiya resursu hesab olunan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “X8 Mərkəzi” publik hüquqi şəxsinin www.icaze.e-gov.az internet portalına Bakı şəhəri ərazisində 2020-ci ilin may ayından dekabr ayınadək müddətdə bilə-bilə 146 nəfərin həmin məhdudiyyətlərdən yayına bilmələrindən, onların qəzetin redaksiyasında müxtəlif vəzifələrdə işləməsi barədə yalan məlumatları daxil edib təkrar vəzifə saxtakarlığı törətməklə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Məhkəmə hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin xüsusiyyətlərində şəffaf şəkildə göstərilir ki, zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə şəxs cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 308.1-ci maddəsində 2.000 manatdan 4.000 manatadək miqdarda cərimə və Cinayət Məcəlləsinin 313-cü maddəsində 500 manatdan 3000 manatadək cərimə cəzası ilə cəzalandırılır. Onun xahişi ondan ibarətdir ki, CM-in 178.2.2, 308.1 və 313-cü maddələrinin sanksiyalarının ən yuxarı həddi 5 ildir. Himayəsində bir azyaşlı uşağının olmasını, birinci Qarabağ döyüşlərinin iştirakçısı və müharibə veteranı olmaqla yanaşı, prezident təqaüdçüsü olduğunu nəzərə alaraq və humanist ideyaları rəhbər tutaraq ona təyin edilmiş cəza həddini qismən azaldılması üçün qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını verilmiş apellyasiya şikayətinin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesinin iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən və məhkəmə iclaslarının protokollarından göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində özünü təqsirli bilməməsinə baxmayaraq, faktiki olaraq özünün birinci instansiya məhkəməsində verdiyi ifadələrlə yanaşı; onun tərəfindən təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə dələduzluq etməsi, tamah niyyətilə təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə bağlı özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması, habelə vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətlərlə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edib təkrar vəzifə saxtakarlığı törətməsi ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslər və şahidlərin ifadələri ilə; ilkin təhqiqat sənədləri ilə; baxış, götürmə, müayinə, axtarış, üzləşdirmə və başqa istintaq hərəkətlərinin protokolları ilə; cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq olunmuş çoxsaylı başqa mötəbər və təkzibedilməz subutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilməməklə ifadəsində göstərmişdir ki, 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuş və cinayətləri törətməmişdir. Dekabr 2020-ci ildə dostu Zərərçəkmiş şəxs2 şəxsi ehtiyacı və ofis üçün 2000 manat almış və bir ay sonra aldığı pulu qaytarmıdır. İşçisi Zərərçəkmiş şəxs1 3300 manat iş qurmaq üçün almış və pulu 2021-ilin yanvar ayında qaytarmışdır. İşçisi Zərərçəkmiş şəxs3 750 manat almış və 2021-ilin mart-aprel aylarında qaytarmışdır. 2020-ci ilin mart ayında "COVİD-19” virusu yayıldıqdan sonra dövlət tərəfindən ölkə ərazisində gediş-gəliş və vətəndaşların normal həyat tərzində bir sıra məhdudiyyətlər qoyulmağa başlanmış, ona görə təsisçisi olduğu “Bizim Şəxsiyyət” qəzetində rəsmi işçilərini “www.icaze.e-gov.az” saytından qeydiyyatdan keçirməklə ölkədə gediş-gəlişlərinə icazə almış, barəsində heç bir şikayət yoxdur. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etmişdir ki, 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetində təhsil alarkən orada Təqsirləndirilən şəxsla tanış olmuş və münasibətləri yaranmış, təxminən dekabr 2020-ci ildə Təqsirləndirilən şəxs 2000 manat borc vermiş və sonuncu pulunu tam qaytarmış, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2020-ci ilin sentyabr ayında Bakıda təsadüf nəticəsində Təqsirləndirilən şəxsla tanış olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs tanışlarının çox olduğunu zənn edib Balakən rayonunda yaşayan tanışı X4 Məmmədovanı Balakən Təhsil şöbəsində kompüter mütəxəssisi kimi işlə təmin etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Turanə Məmmədovanı işlə təmin edəcəyinə inandırmış və ondan cəmi 3.300 manat istəmişdir. Təqsirləndirilən şəxs Turanə Məmmədovanı işə düzəldəcəyinə inanaraq 2020-ci ilin oktyabr ayının ortalarında əvvəlcə 1.800 manat və 02 gün sonra 1.500 manat vermişdir. X15 alıb Təqsirləndirilən şəxs vermiş, sonuncu 1-2 ay sonra qadının işə düzələcəyini ona bildirmiş, lakin bir müddət sonra işə düzəlmədiyini görmüş və Təqsirləndirilən şəxs zəng edib pulunu geri qaytarmasını tələb etmiş, Qumru Məmmədovanın artıq narazılıq etdiyini və pulu geri istədiyini bildirmiş, buna görə özü Qumru Məmmədovadan aldığı 3.000 manatı geri qaytarmışdır. Sonradan Təqsirləndirilən şəxs öz pulunu tələb etsə də, Təqsirləndirilən şəxs hər dəfə işin yubandığını deyib pulu geri qaytarmamışdır. İstintaqın gedişində ona dəymiş ziyan tam ödənilmiş, 2020-ci ilin ayrı-ayrı dövrlərində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə ərazisində koronavirus epidemiyası ilə bağlı karantin rejiminin tətbiq edilməsi ilə bağlı SMS icazə ilə evdən çölə çıxmaq tələb edilmiş və Bakı şəhərinə gəliş-gediş məhdudlaşdırılmış, Bakıya gəlib-getməli olduğuna görə problem yaranmışdır. 2020-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxsla görüşü zamanı ona bildirmişdir ki, SMS icazə ilə çölə çıxmaq tələb edildiyi dövrlərdə, habelə karantin postları ilə bağlı Bakıya giriş-çıxışa məhdudiyyət tətbiq olunduğu dövrlərdə onun adını öz işçisi kimi www.icaze.e-gov.az saytına daxil etməklə icazə ala bilər. Şəxsiyyət vəsiqəsinin surətini Təqsirləndirilən şəxs portala salması üçün göndərmişdir. Təqsirləndirilən şəxs dost olduqlarından ondan pul almamışdır. Beləliklə də, 2020-ci ilin oktyabr, noyabr və dekabr aylarında Təqsirləndirilən şəxs onun adını www.icaze.e-gov.az saytına daxil etməklə sərbəst hərəkət etməyini təmin etmiş, lakin faktiki olaraq Təqsirləndirilən şəxs işçisi olmamışdır. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 2006-cı ildən usta kimi havalandırma sistemlərinin qurulması işi ilə məşğul olur. 2020-ci ilin oktyabr ayında Qazaxıstanın Aktau şəhərində əvvəlki müştərisinin birində havalandırma sistemi qurulması ilə bağlı sifariş almış, sifarişi aldıqdan sonra qərara gəlmişdir ki, bu işi görmək üçün özündən başqa usta kimi 4 nəfər tanışını da aparmalıdır. Pandemiya ilə əlaqədar Qazaxıstanla Azərbaycan arasında gediş-gəliş dayanmış, bununla əlaqədar öyrənmişdir ki, Qazaxıstan yalnız Azərbaycandakı səfirliyinin icazə verdiyi şəxsləri ölkəsinə qəbul edir. Özünə və digər 04 nəfər tanışına Qazaxıstana getməyə icazə almaq üçün rəsmi qaydada Bakıda səfirliyə müraciət etmiş və tələb edilən sənədləri toplayıb səfirliyə təqdim etmişdir. Hətta Qazaxıstanda olan sifarişçidən adlarına dəvət məktubu da göndərilmiş, lakin rəsmi səfirlikdən hər hansı cavab verməmişlər. Təqsirləndirilən şəxsla təxminən 2020-ci ilin sentyabr ayında tanış olmuş, Təqsirləndirilən şəxs özünü jurnalist, “Heydər Əliyev adına Bizim Şəxsiyyət” adlı qəzetin redaktoru kimi təqdim etmişdir. Söhbətlərdən birində Təqsirləndirilən şəxs Qazaxıstana işləmək üçün getmək istədiyini bildirmişdir. Lakin icazə ala bilmədiyini demiş, Təqsirləndirilən şəxs Xarici İşlər Nazirliyində işləyən Qazaxıstan səfirliyi ilə əlaqəli bir tanışı olduğunu, həmin şəxsin xahişi ilə işin həll oluna biləcəyini bildirmiş, amma həmin şəxsin kim olmasını deməmişdir. Bir neçə gün sonra təxminən 2020-ci ilin oktyabr ayının sonu noyabrın əvvəllərində Təqsirləndirilən şəxs ona zəng etmiş, onlar Binəqədi rayonu 9-cu mikrorayonda “Tərlan” şadlıq sarayının yaxınlığında görüşmüşlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, Qazaxıstana getmək işini XİN-də işləyən tanışı vasitəsilə, hər bir nəfərə 150 manat olmaqla, cəmi 05 nəfərə 750 manata həll edə bilər. Təqsirləndirilən şəxsla razılaşaraq işi həll etməsini demiş, bundan bir neçə gün sonra 750 manat tapmışdır. Özü ilə birgə Qazaxıstana aparmaq istədiyi tanışlarından pul almamış, onlara Təqsirləndirilən şəxsla olan söhbəti barədə deməmişdir. Təqsirləndirilən şəxs zəng etmiş və onlar 2020-ci ilin noyabr ayının əvvəlində “Tərlan” şadlıq sarayının yanında görüşmüş, 750 manatı Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu götürüb bir neçə gün ərzində işini həll edəcəyini demişdir. Pulu Təqsirləndirilən şəxs verəndə yanında başqa kimsə olmamış, bir neçə gündən sonra Qazaxıstana getmək üçün icazənin nə yerdə qaldığı ilə maraqlanmış, Təqsirləndirilən şəxs hər dəfə bir neçə günə işi həll edəcəyini deyib vaxtı uzatmışdır. Pulu verdikdən təxminən 01 ay sonra Təqsirləndirilən şəxs işin alınmadığını demişdir. İstintaqın gedişində ona dəymiş ziyan tam ödənilmiş, bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəsi istintaqa təqdim edilmişdir. Təqsirləndirilən şəxs şikayəti, ona qarşı hər hansı bir iddiası yoxdur. Məhkəmədə dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, 2018-ci ildə təqaüdə çıxmış, bundan sonra heç bir əmək fəaliyyəti olmamış, 2020-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri “Leyla” şadlıq sarayının yaxınlığındakı çayxanada olarkən Təqsirləndirilən şəxslaə tanış olmuş, Təqsirləndirilən şəxs “Azərnəşr”də şöbə rəisi olduğunu demiş, karantin vaxtlarında onun adını www.icaze.gov.az portalına daxil edərək şəhər daxilində sərbəst hərəkət etmək üçün icazə alacağını və bununla karantin postlarından sərbəst keçə biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs bunun müqabilində 72 manat istəyərək dövlət büdcəsinə köçürəcəyini demiş, üzərində o qədər pul olmadığından 1-2 gün keçdikdən sonra verə biləcəyini demiş, bundan 20-25 gün sonra Təqsirləndirilən şəxs demişdir ki, aralarında əmək müqaviləsi imzalanmalıdır. Həmin gün eyni yerdə görüşərək əmək müqaviləsini imzalamışlar. Təqsirləndirilən şəxs ona zəng edərək bilmədiyi yerə hesabat vermək üçün 72 manatı nə vaxt verəcəyini soruşduqda, hesabatın sonra da verilə biləcəyini və görüşəcəyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxsla əlaqəsi olmamışdır. Məhkəmədə dindirilmiş şahid X3 öz ifadəsində bildirmişdir ki, fərdi qaydada taksi sürücüsü kimi işləyir. 2020-ci ilin iyun ayında taksi işlədiyi “Daewo Nexia” markalı avtomobilə Təqsirləndirilən şəxs sərnişin kimi əyləşmiş, yolda söhbət vaxtı Təqsirləndirilən şəxs özünü vəzifəli şəxs və sahibkar kimi təqdim edib bildirmişdir ki, SMS icazə ilə çölə çıxmaq tələb olunduğu dövrlərdə adını www.icaze.e-gov.az saytına daxil etməklə icazə ala bilir. Bunun qanuni olduğunu soruşduqda Təqsirləndirilən şəxs heç bir problem olmayacağını demiş və yalnız bunun müqabilində 32 manat rüsum ödəməli olduğunu demiş, pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs güvənib əlavə sual soruşmamış, bundan sonra Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Beləliklə də, 2020-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr və dekabr aylarında bir neçə dəfə Təqsirləndirilən şəxs onun adını www.icaze.e-gov.az saytına daxil edib sərbəst hərəkət etməyini təmin etmiş, Təqsirləndirilən şəxs nəşriyyatda işləmiş və möhürü olmuş, adını portalda işçisi kimi daxil etsə də, Təqsirləndirilən şəxs işçisi olmamışdır. Məhkəmədə dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 2020-ci ilin yay aylarında Bakı şəhəri Dənizkənarı parkda gəzərkən tanışı Ramin adlı şəxsin yanında olan Təqsirləndirilən şəxsla tanış olmuş, Təqsirləndirilən şəxs özünün nəşriyyatının olduğunu SMS icazə ilə çölə çıxmaq tələb olunduğu dövrlərdə adını www.icaze.e-gov.az saytına daxil etməklə icazə ala biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs bunun müqabilində ona demişdir ki, nə vaxt zəng etsə gedib onu istədiyi yerə pulsuz aparmalıdır. 2020-ci ilin avqust, oktyabr, noyabr, dekabr aylarında bir neçə dəfə Təqsirləndirilən şəxs onun adını və avtomobilini www.icaze.e-gov.az saytına daxil edib sərbəst hərəkət etməyini təmin etmiş, müqabilində Təqsirləndirilən şəxs bir neçə dəfə Bakıdakı müxtəlif yerlərə aparıb-gətirmiş, əvəzində cəmi 50 manata yaxın almalı olduğu pulu almamışdır. Məhkəmədə dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, əvvəllər restoran və digər xidmət sahələrində işləmiş, 2020-ci ildə şəkər xəstəliyi ilə bağlı həkim müayinəsində olarkən verdiyi analizlər nəticəsində hepatit-C virusuna yoluxduğunu öyrənmişdir. 2020-ci ilin ayrı-ayrı dövrlərində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən ölkə ərazisində koronavirus epidemiyası ilə bağlı karantin rejiminin tətbiq edilməsi ilə bağlı SMS icazə ilə evdən çölə çıxmaq tələb edilmiş, tez-tez həkim müayinəsinə getdiyi və əlavə maddələr mübadiləsi düzgün olmadığından açıq havada gəzməli olduğundan SMS icazə kifayət etməmiş, 2020-ci ilin dekabr ayında köhnə qonşusu Təqsirləndirilən şəxsla təsadüfənYasamal rayonunda görüşü zamanı ona bildirmişdir ki, SMS icazə ilə çölə çıxmaq tələb olunduğu dövrlərdə onun adı www.icaze.e -gov.az saytına daxil edib icazə ala bilər. Təqsirləndirilən şəxs jurnalist kimi tanımış, şəxsiyyət vəsiqəsinin surətini “vatsap” vasitəsilə Təqsirləndirilən şəxs göndərmiş, müqabilində Təqsirləndirilən şəxs pul verməmiş, Təqsirləndirilən şəxs digər şəxslərin adını pulla portala saldığını desə də, köhnə qonşu kimi onu tanıdığına və maddi vəziyyətinin yaxşı olmadığına görə ondan pul almamışdır. Beləliklə də, 2020-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs adını www.icaze.e gov.az saytına daxil edib sərbəst hərəkət etməyini təmin etmişdir. Təqsirləndirilən şəxs işçisi olmamış, sadəcə adına icazə olması üçün ondan xahiş etmiş, Təqsirləndirilən şəxs onu guya öz nəşriyyatının işçisi kimi qeyd etmişdir. Nəşriyyatının harada olması və işləyib-işləməməsi, hansı fiziki və ya hüquqi şəxsin işçisi kimi icazə alması barədə onun ümumiyətlə məlumatı yoxdur. Məhkəmədə dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, təxminən 10 il qabaq Təqsirləndirilən şəxs şəxsi sürücüsü işləmiş, 2012-ci ildə Təqsirləndirilən şəxs həbs olunandan sonra əlaqəsi kəsilmiş, bir neçə il əvvəl Təqsirləndirilən şəxs azadlığa çıxmış və arabir görüşmüşlər. Təqsirləndirilən şəxs jurnalist kimi fəaliyyət göstərmiş, “Bizim Şəxsiyyət” qəzetin baş redaktoru olmuşdur. 2020-ci ilin ayrı-ayrı dövrlərində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə ərazisində koronavirus epidemiyası ilə bağlı karantin rejiminin tətbiq edilməsi ilə bağlı SMS icazə ilə evdən çölə çıxmaq tələb edilmiş, 2020-ci ilin may ayında Təqsirləndirilən şəxsla söhbəti zamanı bildirmişdir ki, icazə ilə çölə çıxmaq tələb olunduğu dövrlərdə adını www.icaze.e-gov.az saytına daxil etməklə icazə ala bilər. Rahat getmək üçün buna razılıq verib şəxsiyyət vəsiqəsinin surətini “vatsap” proqramı vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Beləliklə də, 2020-ci ilin may, iyun, iyul, avqust və dekabr aylarında Təqsirləndirilən şəxs onun adını www.icaze.e-gov.az saytına guya öz nəşriyyatının işçisi kimi daxil etməklə, məhdudiyyətlərdən yayınaraq sərbəst hərəkət etməyini təmin etmişdir. Sədərək ticarət mərkəzdə satıcı işləyir, Təqsirləndirilən şəxs işçisi olmamış, sadəcə adına icazəsi olması üçün belə bir addım atmışdır. Təqsirləndirilən şəxs nəşriyyatının olub-olmaması, onun üçün hansı fiziki və yaxud hüquqi şəxsin işçisi kimi icazə alması barədə məlumatı yoxdur. Bunun müqabilində Təqsirləndirilən şəxs 120 manat vermişdir. Təqsirləndirilən şəxs onun xahişi əsasında 2020-ci ilin iyul, avqust və dekabr aylarında dayısı İsa Abbasovun, 2020-ci ilin dekabr ayında dayısının arvadı Kifayət Abbasovanın adını www.icaze.e-gov.az saytına öz işçisi kimi daxil edib sərbəst hərəkət etmələrini təmin etmiş, bu şəxslər Təqsirləndirilən şəxs tanımır və görüşməmiş, adlarına icazə alması üçün pul verməmişdir. Məhkəmədə dindirilmiş Şahid14 öz ifadəsində göstərmişdir ki, yaşadığı Abşeron rayonu ərazisində özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxsla tanış olmuş, sonra bir neçə dəfə görüşüb nahar etmişlər. Təqsirləndirilən şəxs nəşriyyatının olduğunu bildirmiş, 2020-ci ilin ayrı-ayrı dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə ölkə ərazisində koronavirus epidemiyası ilə bağlı karantin rejiminin tətbiq edilməsi ilə bağlı SMS icazə ilə evdən çölə çıxmaq tələb edilmiş və həmin ilin yay aylarında Təqsirləndirilən şəxsla görüşü zamanı bildirmişdir ki, icazə ilə çölə çıxmaq tələb olunduğu dövrlərdə onun adını www. icaze.e-gov.az saytına guya öz işçisi kimi daxil etməklə icazə ala bilər. Təqsirləndirilən şəxs bunun müqabilində 35 manat istədikdə vermişdir. Əslində ona belə icazə lazım olmamış, bunun qanuni olduğunu düşünüb etiraz etməmiş, Söhbət vaxtı şəxsiyyət vəsiqəsinin surətini “vatsap” proqramı ilə Təqsirləndirilən şəxs göndərmişdir. Beləliklə 2020-ci ilin iyul, avqust aylarında Təqsirləndirilən şəxs onun adını www.icaze.e-gov.az saytına nəşriyyatının işçisi kimi daxil edib məhdudiyyətlərdən yayınaraq sərbəst hərəkət etməyini təmin etmişdir. Təqsirləndirilən şəxs işçisi olmamış, sadəcə adına icazə olması üçün bunu etmiş, Təqsirləndirilən şəxs nəşriyyatı olub-olmaması, onun üçün hansı fiziki və hüquqi şəxsin işçisi kimi icazə alması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs onun xahişi ilə tanışları - Elnur Səmədov və Elvira Mirzəyevanın da adını www.icaze.e-gov.az saytına öz işçisi kimi daxil edib sərbəst hərəkət etmələrini təmin etmiş, onlar Təqsirləndirilən şəxs tanımamış və heç vaxt görüşməmişlər. Bu şəxslərin adına icazə alması üçün Elnur Səmədovdan aldığı 35 manatı, habelə Elvira Mirzəyevadan aldığı 35 manatı Təqsirləndirilən şəxs vermişdir. Məhkəmədə dindirilmiş Şahid15 göstərmişdir ki, "Veysəloğlu group” MMC-də daxili auditor işləyir. Yasamal rayonu Xiyabani küçəsində kirayə yaşayır. 20 oktyabr 2020-ci ildə İsmayıllıdan olan tələbəlik yoldaşı X1 Müharibəsində Xocavənd rayonu Tuğ kəndi istiqamətində gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olmuşdur. O və digər tələbəlik yoldaşları Osman Əskərov, Zahid Şəfizadə və İlyas Qurbanlı qərara gəlmişlər ki, İsmayıllı rayonuna gedib dostları Aqil Mirzəliyevin dəfn mərasimində iştirak etsinlər. Lakin həmin vaxt Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkədə koronavirus epidemiyası ilə bağlı karantin rejiminin tətbiq edilməsi ilə bağlı Bakı şəhərinə giriş-çıxış məhdudlaşdırılmışdır. İlyas Qurbanlı bildirmişdir ki, hansısa tanışı onların adlarını www.icaze.e-gov.az saytına öz işçiləri kimi daxil etməklə icazə ala bilər. Dəfn mərasimində iştirak etmək üçün buna razılıq verərək şəxsiyyət vəsiqələrinin surətini İlyas Qurbanlıya vermişlər. İlyas Qurbanlının icazə üçün müraciət etdiyi şəxsi tanımır və görməmiş, telefon nömrəsini bilmir. Bunun müqabilində İlyas Qurbanlıya pul və sair nəsə verməmişdir. 24 oktyabr 2020-ci ildə İlyas Qurbanlının tanışı onların adını www.icaze.e-gov.az saytına öz işçisi kimi daxil etdikdən sonra İsmayıllıya gedib dəfndə iştirak etmiş, 26 oktyabr 2020-ci ildə isə portaldan işçisi kimi qeyd olunması ilə bağlı məlumatın silinməsini xahiş etmişdir. İş materialında olan 13 yanvar 2021-ci il tarixli baxış protokoluna əsasən Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 2 ünvanına keçirilmiş baxış zamanı adına verilmiş AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi, “**********” nömrəli VÖEN şəhadətnaməsi, “Bizim Şəxsiyyət” qəzeti redaksiyasının vəsiqəsi və “Müharibə veteranı” vəsiqəsi aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan “əşya və sənədlərə baxış keçirilməsi haqqında” 16 yanvar 2021-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs yaşadığı ünvanına keçirilmiş baxış zamanı götürülmüş onun adına verilmiş AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsi, “**********” saylı VÖEN şəhadətnaməsi, “Bizim Şəxsiyyət” qəzeti redaksiyasının vəsiqəsinə, “Müharibə veteran” vəsiqəsinə və ona aid iki ədəd mobil telefona baxış keçirilərkən, “Nokia” markalı mobil telefonda ***-***-**-** nömrəli və “Xiaomi” markalı mobil telefonda ***-***-**-** və ***-***-**-** nömrəli SİM kartların istifadə edildiyi müəyyən edilmişdir. İş materialında olan 21 yanvar 2021-ci il tarixli baxış protokoluna əsasən, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12 yanvar 2021-ci il tarixli qərarına görə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrlə apardığı danışıqları yazılmış ***-**** nömrəli CD diskə baxış zamanı onun Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Tofiq Əhmədov, Şahid3 və Alidə adlı şəxslə aralarında telefon danışıqları əks olunmuşdur. İş materiallarında olan “sənədlərə baxış keçirilməsi haqqında” 01 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “X8 Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 7- 102 nömrəli məktuba əlavə edilmiş cədvələ keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs məxsus ********** saylı VÖEN üzrə www.icaze.e-gov.az portalında 2020-ci ilin ayrı-ayrı tarixlərində işçi kimi qeydiyyatdan keçirilmiş 146 nəfər barədə məlumatlar cəmi 324 dəfə portala daxil edilməklə icazələr alınması müəyyən edilmişdir. İş materiallarında olan bir ədəd diskə baxış keçirilməsi barədə 12 mart 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən İstintaq baş idarəsinə daxil olmuş diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrədən Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrəsi və X5 ***-***-**-** nömrəsi ilə telefon danışıqları aparılmışdır. İş materialında olan 15 mart 2021-ci il tarixli diskə baxış keçirilməsi barədə protokola əsasən, "xxxx" MMC-dən daxil olan diskə keçirilmiş baxış vaxtı Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs3 ***-***-**-** nömrəsi və Zərərçəkmiş şəxs2 ***-***-**-** nömrə ilə telefon danışıqları aparılmışdır. İş materiallarında olan 30 mart 2021-ci il tarixli diskə baxış keçirilməsi barədə protokola əsasən, "Azerfon” MMC-dən daxil olmuş diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs ***- ***-**-** nömrəsindən Zərərçəkmiş şəxs1 ***-***-**-** nömrəsi və Zərərçəkmiş şəxs2 ***-***-**-** nömrəsi ilə telefon danışıqları aparılmışdır. Məhkəmədə tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 4\158 saylı 16 mart 2021-ci il tarixli rəyinə əsasən ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonoqramlar eyniləşdirici tədqiqat üçün yararlıdır. DVD diskdə olan mübahisəli fonoqramlarda danışıqların tədqiqi hissəsində verilən yazılı mətnlərində “K1” kimi işarə edilmiş diktorun səsi və nitqi-Təqsirləndirilən şəxs məxsusdur və mübahisəli fonoqramlarda olan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 30 aprel 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 12 yanvar 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı onun apardığı telefon danışıqları yazılmış və cinayət işinin materiallarına əlavə edilmiş ***-**** nömrəli bir ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Göstərilənlərdən əlavə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi ibtidai istintaq zamanı toplanmış və məhkəmədə tədqiq edilmiş digər baxış, müayinə, götürmə və başqa çoxsaylı mötəbər və təkzibedilməz sənədlərlə sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 27-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatın Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı ildə qəbul edilmiş Beynəlxalq Paktın 11ci maddəsinə və “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığından azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditorun və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda isə belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə məhkəmə həmin xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüquqlarını əldə etmiş şəxsin əməllərində talamanın, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələbinə əsasən xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgə əmlakın əvəzsiz və qanunsuz öz mülkiyyətinə keçirilməsinə və yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşya üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair digər hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamələrdə, vəsiyyətnamələrdə, qiymətli kağızlarda, hesablaşmalarda, sığorta sənədlərində və sairə bu kimi sənədlərdə) əks oluna bilər. Beləliklə də, birinci instansiya məhkəməsi toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi özünün ibtidai istintaq dövründə verdiyi ifadələrinin məzmunu ilə yanaşı, iötidai istintaq dövründə və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə; baxış, götürmə, müayinə və digər çoxsaylı istintaq hərəkətlərinin protokolları ilə; toplanmış və məhkəmədə tədqiq edilmiş başqa mötəbər sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Bu səbəbdən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllə- sinin 178.2.2, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və təqsirinə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin edilməlidir. Göründüyü kimi, məhkəmənin hökmündən məhkum Təqsirləndirilən şəxs əməlinin tövsifi və ya bəraət verilməsi ilə bağlı onun özü və müdafiəçisi, zərərçəkmiş şəxslər və dövlət ittihamçısı tərəfindən müvafiq olaraq apellyasiya şikayətləri və apellyasiya protesti verilməmişdir. Onun özü tərəfindən verilmiş apellyasiya şikayəti isə məhkəmənin hökmü ona ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi ilə əlaqədar olmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrində özünü cinayətlərin törədilməsində təqsirli bilməməsini bildirsə də, onun həmin ifadəsi özünün istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadələri ilə yanaşı, ibtidai istintaq dövründə və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə; toplanmış və tədqiq edilmiş mötəbər sübutlarla təkzib edildiyini və işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq hesab etmişdir ki, məhkəmədə verdiyi ifadələri yalnız məsuliyyətini yüngülləşdirmək məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ifadə (izahat) verməkdən imtina etmək, irəli sürülən ittihama dair ifadə (izahat) vermək və ya verməkdən imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə ona dəlalət edir ki, şübhəli və ya təqsirləndirilən şəxs istədiyi kimi öz müdafiəsini mümkün və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə etməklə həyata keçirmək hüququna malikdir, yəni ifadə (izahat) vermək və ya ifadə (izahat) verməkdən imtina etmək və hər hansı bir məzmunda ifadə (izahat) vermək onun vəzifəsi deyil hüququdur. Belə olan halda isə, ibtidai istintaq və ya məhkəmədə hər hansı bir məzmunda ifadə (izahat) verməsi yalnız onun müdafiə hüququ kimi qiymətləndirməklə nəzərə alınmalıdır. Göstərilənləri və cinayət işi üzrə toplanılaraq məhkəmədə tədqiq edilmiş sübutları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsiri toplanmış çoxsaylı mötəbər və təkzibedilməz sənədlərlə subuta yetirildiyindən, onun məhkəmə baxışında verdiyi ifadəsində irəli sürdüyü dəlillər yalnız cəzasını və məsuliyyətini yüngülləşdirmək məqsədi ilə irəli sürülən dəlillər kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası aşağıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyin tələblərinə uyğun olaraq ədalətli, qanuni və əsaslı cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 notarial qaydasında təsdiq edilmiş ərizələrlə birinci instansiya məhkəməsinə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən onların hər birinə vurulmuş maddi və mənəvi ziyan tam ödənildiyindən, onların hər birinin ona qarşı iddiasının, şikayətinin və tələbinin olmadığını bildirmişlər. İş materialında olan sənədlərə əsasən, məhkum Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşamadığından, ona qarşı nümayəndəliyə hər hansı yazılı və şifahi müraciət daxil olmamışdır. Eyni zamanda, Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi”nə müraciət etməmişdir. Ailəlidir və himayəsində yetkinlik yaşına çatmayan bir övladı vardır. Müharibə veteranıdır və mühairbə veteranları üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin 18 fevral 2021-ci il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs 01 fevral 2021-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətin Təcridxanasından "xxxx" diaqnozu ilə Müalicə Müəssisəsinə köçürülmüş və onda “Hipertoniya xəstəliyi İİ dərəcə Qarışıq nevrotik reaksiya. Ürəyin İşemik xəstəliyi” diaqnozu müəyyən edilmişdir. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs əvvəllər: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 aprel 2002-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsi- nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmaqla cəzasından azad edilmişdir. Bundan əlavə, məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli qərarı ilə onun əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cəzası 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 mart 2017-ci il tarixli qərarı ilə isə onun cəzası 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilimişdir. Bakı şəhəri Salyan rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli qərarı ilə ona təyin edilmiş 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 il müddətinə endirilmişdir. 22 oktyabr 2018-ci il tarixdə cəzasını tam çəkimb qurtarmaqla cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 22 oktyabr 2018-ci ildə cəzasının sonu ilə azad edildikdən sonra, 2020-ci ilin may ayında yenidən qəsdən az ağır cinayət törətmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərə görə məhkum edilmiş və cəzadan azad edildikdən sonra 2 il müddət keçmədən yenidən qəsdən cinayət törətdiyindən Cinayət Məcəlləsinin 83.1 və 83.3.3-cü maddələrinə əsasən, məhkumluğu ödənilməmiş və Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, əməli cinayətlərin residivini yaratdığından, ona cəza həmin Məcəllənin 65.2-ci maddəsi ilə nəzərdə tutulan qaydalar üzrə təyin edilməlidir. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivini – cəzasını ağırlaşdıran hallar kimi nəzərə almaqla yanaşı; Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, himayəsində yetkinlik yaşına çatmamış bir övladının olmasını, 1-ci Qarabağ müharibəsi veteranı olmasını, zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tam ödəməsini və sonuncuların ona qarşı şikayətinin və tələbinin olmamasını - onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Cinayətlərin təsnifatına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin az ağır cinayətlər sırasına aid olmaqla, maddənin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətinə azadlığın məhdudlaşdırılması və yaxud iki ildən beş ilədək müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, təyin edilən cəzanın islah olunması və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «İnsan Hüquqlarının və X6 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəsin hüquq və vəzifələri müəyyən edilərkən və yaxud ona qarşı ittiham irəli sürülərkən, qanunla yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə uyğun olaraq, yəni məhkumdan əvəz çıxmaq və yaxud ondan qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda, «ədalət prinsipi» zərərçəkmiş şəxsə qarşı qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, həmçinin təqsirkar şəxsın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Birinci instansiya məhkəməsi təyin olunacaq cəza məsələsini müzakirə edərkən, onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, iş üzrə digər mühüm və diqqətə layiq hallarını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab etmişdir ki, Təqsirləndirilən şəxs mətbuat sahəsində müəyyən olunmuş fəaliyyətlə və jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2, 308.1 və 313-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə də, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini özündə birbaşa əks etdirən Cinayət Məcəlləsinin 8.1, 9.2, 41.2 və 58.3-cu maddələrinə tam əməl etmiş və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin olunması təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının tövsiyyələrini və «İnsan Hüquqları və X6 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinin tələbini nəzərə almaqla, məhkumun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmasını nəzərə alaraq, humanizm və ədalətlilik prinsiplərinə uyğun ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə maddi subutlar və digər məsələləri həl edərkən hesab etmişdir ki, cinayət işi üzrə maddi sübut qismində tanınmış 06 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı və keçirilmiş ekspertiza tədqiqatları zamanı 200 (iki yüz) manat təşkil edən həmin məhkəmə ekspertizasının dəyəri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi barədə onun özü tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla təkzib edildiyini, işin faktiki hallarına uyğun olmadığını və kifayət qədər əsaslandırılmadığını nəzərə alaraq verilmiş apellyasiya şikayəti ilə razılaşmır və bu səbəbdən hesab edir ki, verilmiş apellyasiya şikayətində irəli sürülən dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmü əməlin tövsifi və təyin olunmuş cəza hissələrdə qanuni, əsaslı və ədalətli olduğundan, dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. + Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası, qərara a l ı r: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsində olan 17 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 27 saylı vəkil bürosunun vəkili X19 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 saat üçün cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən müvafiq hesaba ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsi ilə göstərilən müddət ərzində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov

2. Həsən Əhmədov

3. Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar