Məhkəmə qərarları › İş №1(103)-564/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-564/2021

16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-564/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Məmmədov Rüstəm Mİrhadi oğlunun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs və nümayəndəsi X3, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1978-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-49/2020 saylı, 12 fevral 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən birgə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs 04 mart 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ilə "Mercedes Axor" markalı **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobilinin alqı-satqısı barədə əvvəlcədən aralarında olan şifahi razılığa əsasən 36 ay ərzində hər ay 1.700 ABŞ dolları pul ödəməli olduğu halda, özünün razılığa əməl etməyib pulları vaxtında ödəməməsi səbəbindən avtomobil Zərərçəkmiş şəxs tərəfindən geri alındığına görə avtomobilə görə ödədiyi 5.000 manat və 5.000 ABŞ dolları pulun geri qaytarılmasını əsas gətirərək, qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq, həmin məbləğdə pulun qaytarılması ilə bağlı hüquq-mühafizə və məhkəmə orqanlarına müraciət etmədən, əmlakın mülkiyyətçisi Zərərçəkmiş şəxs icazəsi olmadan avtomobilin saxlanılması ilə bağlı sonuncu tərəfindən etibar olunmuş şəxs Şahid1 guya sənədlərini götürüb qaytaracağı adı ilə avtomobilin açarlarını götürərək ünvan 2 ünvanında yerləşən "Bakı Soyuducular Eavodu"nun yanında yerləşən avtoyuma məntəqəsinin qarşısından "Mercedes Axor" markalı **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobilini götürməklə, Zərərçəkmiş şəxs ümumilikdə 113.000 manat mühüm ziyan vurub özbaşınalıq etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-49/2020 saylı, 12 fevral 2020-ci il tarixli hökmü ilə (hakim Samir Məmmədov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, ona aylıq qazancindan 20% dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilmiş, cəzasının əvvəli aylıq qazancindan ilk dəfə 20% dövlət nəfinə tutulduğu gündən hesablanmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, iş üzrə məhkəmə xərci 50 (əlli) manat dəyərində ekspertiza tədqiqatlarının dəyərinin Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış "Mercedes Axor" markalı **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobilinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasının qismən təmin edilməsi, 48.216,00 (qırx səkkiz min iki yüz on altı) manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, qalan hissədə mülki iddianın rədd edilməsi qərara alınmışdır. Hökmdən narazı qalan Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi birgə apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-49/2020 saylı, 12 fevral 2020-ci il tarixli hökmünü ləğv edərək, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hökmdən Zərərçəkmiş şəxs apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-49/2020 saylı, 12 fevral 2020-ci il tarixli hökmünün mülki iddiaya dair hissəsini dəyişdirərək, iddiasının tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-500/2020 saylı, 18 iyun 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-49/2020 saylı, 12 fevral 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən birgə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (102)-263/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 1(103)-500/2020 saylı, 18 iyun 2020-ci il tarixli qərarı ləğv edilmiş və yeni məhkəmə baxışına təyin edilmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi birgə vermiş olduqları apelyasiya şikayətini onunla əsaslandırılmışlar ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 49/2020 saylı, 12 fevral 2020-ci il tarixli hökmündən narazıdır. Həmin hökmü qanunsuz və əsassız hesab edir. Belə ki, hökm zərərçəkmiş Zərərçəkmiş şəxs və onun yaxınlarının yalan və uydurma ifadələrinə və ziddiyyətli ekspert rəyinə əsaslanmışdır. İbtidai istintaq zamanı cinayət işi üzrə dindirilmiş bütün şəxslərin ifadələrində uyğunsuzluq müşahidə olunmuş, yəni onların verdiyi ifadələr bir-birinə ziddiyyət təşkil etmişdir. Lakin buna baxmayaraq, onlar öz ifadələrində mübahisə predmeti olan avtomaşının aralarında şifahi halda alqı-satqısı olduğunu bildirmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs mülki iddianı qəbul etmir. Belə ki, o, avtomaşını alanda və geri qaytaranda Zərərçəkmiş şəxs ilə aralarında heç bir təhvil-təslim aktı tərtib olunmamış və bu barədə heç yerə imza atmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-cı maddəsinin əlamətləri mövcud deyildir. Təkzib olunmuş və möhtəbər sübut kimi qəbul edilən yuxarıda göstərilən faktlarla, eləcə də zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi ziddiyyətli ifadələrə əsasən ona qarşı irəli sürülmüş ittiham qanunsuz və əsassız hesab edilməli, onun barəsində çıxarılmış hökm ləğv edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Hökmdən Zərərçəkmiş şəxs apelyasiya şikayəti verərək, apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində cəza məsələsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etsə də, mülki iddiaya dair hissədə iddianın tam təmin edilməsini xahiş etmişdir. Lakin, məhkəmə mülki iddia dair hissəsəsinə qanunsuz və ədalətsiz yanaşaraq onun iddiasını qismən təmin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiasını qismən təmin edərkən belə qənaətə gəlmişdir ki, zərərçəkmişə dəymiş zərər ekspert rəyində 48216 manat müəyyən olunmuşdur. Əvvəla məhkəmənin gəldiyi bu qənaətlə razılaşmır. Birincisi, ekspert rəyində avtomobilin görülmüş işlərin və dəyişdirilməli olan hissələrin zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri), hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla 25858 manat müəyyən edilmişdir, həmçinin avtomobilin yararsız vəziyyətə salınması ilə əlaqədar dəyişilməli hissələrin qiyməti 44716 manat, təmir işlərinin qiyməti isə 3500 manatdır (44716+3500= 48216). Cəmi 74074 manat (25858+44716+3500=74074) ekspert rəyi ilə ona dəymiş zərər öz təsdiqini tapmışdır. Əvvəla məhkəmə ekspert rəyində göstərilə zərəri tam təmin etməli və 48216 manatı deyil, ən azı ekspert rəyində göstərilən məbləği 74074 manat məbləği tam təmin etməli idi. Bundan başqa iş materialları və işin halları ilə görünür və sübuta yetirilmişdir Təqsirləndirilən şəxs ona məxsus avtomobili 04 mart 2019-cu il tarixdə qanunsuz olaraq ələ keçirmişdir. Həmin tarixdən başlayaraq avtomobili çoxsaylı şikayət və haqqında açılmış cinayət işinə baxmayaraq avtomobili qanunsuz özündə 2019-cu ilin sentyabr ayına qədər saxlamış, ibtidai istintaq orqanının tədbirləri nəticəsində avtomobil zorla ondan alınmış və nəticədə bu hərəkətləri nəticəsində ona külli miqdar zərər vurmuşdur. Belə ki, həmin avtomobil bankda ipoteka girovluğunda olmaqla hər ay ona görə 1700 ABŞ dolları banka kredit borcu ödəmişdir. Bu barədə sübutları məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə nədənsə ən azı bu hala belə qiymət verməli və Təqsirləndirilən şəxs tərəfindən 6 ay ərzində cinayət yolu ilə bankda girovda olan ona məxsus avtomobili özündə saxlaması nəticəsində hər ay 1700 ABŞ dolları olmaqla, ən azı 6 ay ərzində 10200 ABŞ dolları maddi zərər vurmuşdur. Bu səbəbdən işin mübahisəsiz halı olan bu hala da birinci instansiya məhkəməsi düzgün yanaşmayaraq ədalətsiz qənaətə gəlmiş və ona dəymiş zərərin ən azı həmin hissəsinin də ödənilməsini təmin etməmişdir. Əslində isə Təqsirləndirilən şəxs avtomobili daha əvvəldən qanunsuz istifadə və istismar edərək ona daha çox maddi zərər vurmuşdur. Bundan başqa bütün yuxarıda qeyd etdikləri və cinayət işinin materialları ilə müəyyən olunur ki, bütün bu aylar ərzində nə qədər əzab-əziyyətlər çəkmiş, stres keçirtmiş, haqsızlığa uğramış, nəhayət sonda da olsa haqq qismən öz yerini tapsa da, bu onun əziyyəti və şikayətləriylə öz yerini tapmışdır. Bunun üçün o günlərlə dövlət orqanlarının rəhbərlərinin qəbuluna yazılaraq qəbul olunmaq üçün saatlarla növbədə gözləmişdir. Həmin anlarda və bütün bu hadisələr ərəfəsində çəkdiyi əsəbin, gərginliyin və stresin həddi-hüdudu olmamışdır. Bu yaşlı vaxtında və xəstəliklə mübarizə apardığı bir zamanda bütün bunlar ona ağır zərbə vurmuş və ağır olan xəstəliyinin daha da ağırlaşmasına səbəb olmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs tərəfindən ona vurduğu mənəvi zərərə görə 100.000 (yüz min) manat məbləğində pul tutularaq ona verilməlidir. Birinci instansiya məhkəməsi iddiasını mənəvi zərər hissəsində rədd edərkən belə qənaətə gəlmişdir ki, mülki iddiaçı mənəvi zərərə uğraması ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmənin bu mövqeyi ilə də razı olmayaraq bildirir ki, Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyil. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın xarakterini müəyyən etmək üçün, bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər- inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Bütün bunlardan başqa bildirir ki, tək banka etdiyi ödənişlər 19 ay ərzində hər ay 1700 ABŞ dolları olmuşudur. Həmin ödənişləri avtomaşını icarəyə verməklə ödəməli olduğu halda Təqsirləndirilən şəxs avtomaşını oğurlaması və qanunsuz özündə saxlaması və heç bir ödəniş etməməsi səbəbindən banka borc alaraq özü ödənişlər etmək məcburiyyətində qalmış və hətta bir neçə ay ərzində ödənişləri etmək imkanı olmadığına görə faizlər ödəmək məcburiyyətində qalmışdır. Bütün bunlardan başqa Təqsirləndirilən şəxs bütün bu aylar ərzində avtomaşından qanunsuz olaraq istifadə etmiş və külli miqardarda pullar qazanmışdır. Dövlət Sərhəd Xidmətindən də alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs heç bir səlahiyyəti olmadığı halda ona məxsus avtomaşından istifadə edərək qanunsuz olaraq sərhəddi dəfələrlə keçmiş və yüklər daşıyaraq küllü miqdarda pullar qazanmışdır. Həmçinin bütün bu aylar ərzində ona məxsus avtomaşını istismar eədərk ona zərər vurmuş və tamamilə yararsız vəziyyətə salmışdır. Onun özü də ona demişdir ki, avtomaşına zərər vuracaq, ona qaytarsa belə onu elə bir vəziyyətə gətirəcəkdir ki, heç bir işə yaramasın. Nəticədə o dediklərini də etmiş və avtomaşını tam yararsız vəziyyətə polis orqanlarına təhvil vermişdir. Bildirir ki, Təqsirləndirilən şəxs tərəfindən onun qanunsuz cinayət əməlləri nəticəsində ona külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Onun hərəkətləri nəticəsində uzun müddət stress və əsəb gərginlikləri keçirərək müalicələr almışdır. Bu səbəbdən həm maddi, həm də mənəvi ziyan çəkmişdir. Buna görə iddia ərizəsi həm maddi, həm də mənəvi zərər hissəsində tam təmin edilməlidir. Məhkəmə kollegiyası hər bir apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib, aşağıdakı əsaslara görə belə hesab edir ki, apelyasiya şikayətləri təmin olunmamalı, hökm dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin təxminən yanvar ayında, 2016-cı ildən tanıdığı həmyerlisi, yəni Füzuli rayonundan olan Şahid1 Tərbiz oğlu ilə söhbət əsnasında Asif, şəriki olan Almaniyada yaşayan Mehdi adlı şəxsin«AG bank»-da girovda olan «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobil və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu kredit yolu ilə satdığını bildirmişdir. Yarımqoşquya görə 32 ay, hər ay 700 ABŞ dolları kredit pulu ödəməklə ala biləcəyini, kreditlə yarımqoşqunun 22400 ABŞ dollarına başa gəldiyini, razılaşsa ilkin olaraq həmin məbləğdən 5000 ABŞ dolları ödəməli olduğunu, qalan məbləği hissə-hissə ödəyə biləcəyini, pulu tam ödədikdən sonra nəqliyyat vasitəsinin onun adına sənədləşdiriləcəyini bildirmişdir. Asif həmin işlərin Mehdinin ona həvalə etdiyini demişdir. Yarımqoşquya baxıb nəzərdən keçirərək bəyənib Asifin dediyi şərtlərlə almağa razılaşmışdır. Asifə pulları özünün birbaşa «AG bank»-a ödəməsini təklif etdikdə, Asif aylıq ödənişləri ona ödəməsini, pulları özünün banka və ya sahibinə ödəyəcəyini bildirmişdir. Daha sonra Asif, onun iştirakı ilə öz mobil telefonundan vatsapla Mehdiyə zəng edərək danışanda onun barəsində ona demişdir. Özü də Mehdi ilə telefonla danışanda Mehdi, Asifin dediklərini təsdiq edərək, həmin şərtlərlə yarımqoşqunu ona satmağa razı olduğunu, eləcə də ilkin ödənişi Asifə ödəməsini, aylıq kreditin ödənişini isə Xırdalan şəhərinin girişində «Nazlı Petrol» X4 Rövşən adlı tanışına verməsini istəmişdir. Həmin şərtlərlə razılaşıb, 2018-ci ilin yanvar ayının sonlarında Asifə, onun Bakı şəhərində yerləşən metronun «Ulduz» stansiyasının yaxınlığındakı iş yerində əmisi oğlu Vasifin iştirakı ilə yarımqoşquya görə 5000 manat ilkin ödəniş etmişdir. Asif ona demişdir ki, yarımqoşqu Mehdinin anası Zərərçəkmiş şəxs adınadır. Bu səbəbdən 02 fevral 2018-ci il tarixdə yarımqoşquya etibarnamə almaq üçün Asifin verdiyi mobil telefon nömrə vasitəsilə Zərərçəkmiş şəxs ilə əlaqə saxlayıb, metronun «Elmlər Akademiyası» yaxınlığında götürərək Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən 53 saylı notariat kontoruna gətirmiş və orada ilk dəfə gördüyü Zərərçəkmiş şəxs **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşquya görə onun adına bir il müddətinə etibarnamə və yarımqoşqunun qeydiyyat şəhadətnaməsini vermişdir. Həmin tarixdə yarımqoşqunu Asifin göstərdiyi, Xırdalan şəhəri yaxınlığından götürmüşdür. Yarımqoşqunun bir sıra çatışmamazlıqları olduğundan, təxminən 650 manatlıq təmir işləri gördürmüşdür. Həmin ərəfədə Asifin və Mehdinin sözlərinə görə «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Rusiyaya yük aparmışdır. 2018-ci ilin fevral ayının sonlarında Mehdinin tapşırığı ilə verdiyi mobil telefon nömrəsi ilə Rövşənlə əlaqə saxlayıb, Xırdalan şəhərinin girişində yerləşən «Nazlı Petrol» Yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı ofisdə Rövşənlə görüşüb, 700 ABŞ dolları pulu ikilikdə ona vermişdir. Orada ona məlum olmuşdur ki, Rövşən və onun müdiri Dünyamalı da yük maşınlarının alqı-satqısı və təmiri, yük daşımalar ilə məşğul olur, Mehdini də tanıyırlar. Yarımqoşqunun təmir işləri başa çatana yaxın, yəni 2018-ci ilin təxminən fevral ayının ortalarında Asif yuxarıda göstərdiyi «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini də 32 ay, hər ay 1000 ABŞ dolları kredit pulu ödəməklə onun ala biləcəyini, kreditlə avtomobilin 32000 ABŞ dollarına başa gəldiyini, razılaşsa ilkin olaraq həmin məbləğdən 5000 ABŞ dolları ödəməli olduğunu, qalan məbləği hissə-hissə ödəyə biləcəyini, pulu tam ödədikdən sonra nəqliyyat vasitəsinin onun adına sənədləşdiriləcəyini demişdir. Asif Xocəsən qəsəbəsində avtomobil təmiri sexində təmirdə olan «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ona göstərmişdir. Həmin vaxt avtomobildə xırda nasazlıqlar olmasına baxmayaraq avtomobilin texniki vəziyyəti onu qane etdiyindən həmin avtomobili almaq qərarına gəlmişdir. Daha sonra Mehdi ilə telefonda Asif dediyi şərtlərlə avtomobili ona sata biləcəyini bildirmişdir. Həmin şərtlərlə razı olduğunu, lakin həmin ərəfədə maddi imkanı olmadığından avtomobilə görə ilkin ödənişi 2018-ci ilin may ayında ödəyə biləcəyini dedikdə, Mehdi avtomobilin aylığını ayın əvvəlindən vermək şərti ilə onunla razılaşmışdır. 2018-ci ilin fevral ayının təxminən 28-də Xırdalan şəhərinin girişində yerləşən «Nazlı Petrol» YDM-nin yaxınlığındakı ofisdə Rövşənlə görüşüb avtomobilə görə 1000 ABŞ dolları kredit pulundan ikilikdə ona ödəmişdir. Mehdinin razılığı ilə 2018ci ilin mart ayının əvvəllərində "Mercedes Axor" markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini açarı ilə birlikdə ustadan götürüb, özü avtomobildə təmir işləri aparmışdır. 18 mart 2019-cu il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən 6 saylı notariat kontorunda Elmira, "Mercedes Axor" markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə görə bir il müddətinə etibarnamə, eləcə də avtomobilə dair qeydiyyat şəhadətnaməsini ona vermişdir. 27 mart 2018-ci il tarixdə yarımqoşuya görə 700 ABŞ dolları, avtomobilə görə 1000 ABŞ dolları olmaqla, ümumilikdə 1700 ABŞ dollarını, 27 aprel 2018-ci il tarixdə yarımqoşuya görə 700 ABŞ dolları, avtomobilə görə 1000 ABŞ dolları olmaqla ümumilikdə 1700 ABŞ dollarını Xırdalan şəhərinin girişində yerləşən «Nazlı Petrol» YDM-nin yaxınlığındakı ofisdə Rövşənlə görüşüb ikilikdə ona vermişdir. 2018-ci ilin may ayında Mehdi ilə telefonla əlaqə saxlayan zaman Mehdi, "Mercedes Axor" markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin pulundan razılaşdıqları 5000 ABŞ dollarından da əlavə pul verməyini istəyib, sonda ödəməli olduğu puldan çıxacağını bildirmişdir. O, da razılaşıb həmin ərəfədə «Nazlı Petrol» YDM-in yaxınlığında yerləşən ofisdə Mehdinin tapşırığı ilə Dünyamalı ilə görüşüb orada xatırladığına görə işçiləri Rövşən, adını bilmədiyi 2-3 nəfər digər şəxslərin iştirakı ilə 5000 ABŞ dolları və 2000 Avro məbləğində pulu Dünyamalıya, bundan bir neçə gün sonra 2018-ci ilin may ayının sonlarında yarımqoşuya görə 700 ABŞ dolları, avtomobilə görə 1.000 ABŞ dolları olmaqla ümumilikdə 1700 ABŞ dollarını Rövşənə vermişdir. Həmin yarımqoşqu və avtomobil isə onun istifadəsində olmuşdur. Beləlilklə də 2018-ci ilin oktyabr ayı da daxil olmaqla hər ay yarımqoşuya görə 700 ABŞ dolları, avtomobilə görə 1.000 ABŞ dolları olmaqla Xırdalan şəhərinin girişində yerləşən «Nazlı Petrol» YDM-nin yaxınlığındakı ofisdə Rövşənlə görüşüb ikilikdə ona vermişdir. 2018-ci ilin oktyabr ayı da daxil olmaqla yarımqoşqu üçün 6300 ABŞ dolları, avtomobil üçün 9000 ABŞ dolları kredit pulu kimi, hər birinə ayrı-ayrılıqda 5000 ABŞ dolları ilkin ödəniş kimi, 2000 Avro avtomobilin pulundan olmaqla ümumilikdə 25300 ABŞ dolları və 2000 Avro pul ödəmişdir. Pulun ödənilməsi ilə bağlı aralarında hər hansı yazılı sənədləşmə olmamışdır. 2018-ci ilin oktyabr ayının sonlarında «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobil və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu ilə birlikdə Azərbaycandan Gürcüstan Respublikasına gedərkən, Gürcüstan gömrük məntəqəsində avtomobil yoxlanıldıqda qeydiyyat şəhadənamələrində 2012-ci il istehsal tarixi qeyd olunmasına baxmayaraq «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin 2007, **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun isə 2002-ci il istehsallı olduğu məlum olmuşdur. Azərbaycana qayıdandan sonra Mehdi ilə telefonla əlaqə saxlayıb bu barədə danışıb, razılaşdığı qiymətin 2012-ci il istehsallı avtomobilin qiyməti olduğudan, faktiki isə avtomobilin ilinin köhnə olduğundan ya pullarını qaytarmasını, ya da ki, avtomobil və yarımqoşqunu yenidən köhnə buraxılış ilinə uyğun qiymətləndirməyi təklif etmişdir. Bu zəmində aralarında sözlə mübahisə yaranmış, Mehdi işləri ilə əlaqədar Hollandiyada olduğundan sonradan əlaqə saxlamasını bildirmişdir. Həmin vaxt Asif də Mehdi ilə birlikdə olmuşdur. Bir neçə gün sonra 2018-ci ilin noyabr ayının əvvəllərində Azərbaycana qayıdan zaman Qazax rayonu ərazisində «Qırmızı körpü» gömrük məntəqəsində gömrük orqanı tərəfindən «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu ilə birlikdə saxlanılmışdır. Həmin vaxt avtomobil və yarımqoşqunun Elmira tərəfindən onun adına verilən etibarnamələrinin ləğv olunduğu bildirilmişdir. Bu səbəbdən DYP əməkdaşları avtomobili ondan götürmüşlər. Avtomobil və yarımqoşqunun alınması barədə Mehdi və Asiflə danışıb razılaşdığından, etibarnamələri hansı səbəbdən ləğv etdirməsini aydınlaşdırmaq üçün Elmira ilə əlaqə saxlamamışdır. Bir qədər sonra Asif Bakıya gəlmişdir. 2018-ci ilin dekabr ayının əvvəllərində həmyerlisi Münasiblə birlikdə Bakı şəhərində Asiflə görüşərək, məsələyə aydınlıq gətirməsini xahiş etmişdir. Asif də Mehdi ilə telefonla danışan zaman, Mehdi, kredit ödənilməyən 2018-ci ilin noyabr ayının hissə-hissə ödənilməsi, nəqliyyat vasitələrinin kasko sığortalanması barədə öz aralarında müqavilə bağlanmasını təklif etdikdə o, razılaşmışdır. Bundan sonra Asif avtomobili və yarımqoşqunu gətizdirib, Bakı şəhərində yerləşən metronun «Ulduz» stansiyasının yaxınlığında ona vermişdir. 19 dekabr 2018-ci il tarixdə Elmira, Münasiblə görüşüb, avtomobil və yarımqoşquya görə müqavilə bağlamışlar. Həmin vaxtlarda Elmira avtomobil və yarımqoşqunun sənədlərini ona vermişdir. 30 yanvar 2019-cu il tarixdə Elmira, avtomobil və yarımqoşquya görə Münasibin adına sınaq müddəti kimi 3 aylıq etibarnamə vermişdir. Həmin tarixdə də 2.000 ABŞ dollarını Asifə çatdırması üçün Münasibə vermişdir. Münasib də «Ulduz» metrosunun yaxınlığında Asiflə görüşərək 2000 ABŞ dollarını Asifə vermişdir. Sonradan Asif avtomobilin kredit pulunun ona ödənməsini demiş, o, isə ödənişlərin öz adından banka ödənilməsini istəmişdir. Bu zəmində aralarında narazılıq yaranmışdır. Belə olanda o, avtomobil və yarımqoşquya görə ödədiyi pulları Asifdən, eləcə də Mehdi ilə telefonla danışan zaman ondan geri qaytarmasını istəmişdir. Onlar isə avtomobil və yarımqoşqu satıldıqdan sonra, o günədək ödədiyi puldan 10000 ABŞ dollarının qaytarmalarına razılaşmışlar. Razılığa görə avtomobili və yarımqoşqunu satmaq üçün 2019-cu ilin fevral ayında «Ulduz» metrosunun yaxınlığında Asifin iş yerinin yanında qoymuşlar. Avtomobilin sənədlərini və açarlarının birini Asifə vermiş, bir nüsxəsi isə onda qalmışdır. 01 mart 2019-cu il tarixdə Asifin iş yerinə gəlib əlaqə saxladıqda Asif, Mehdinin ona maşınları və pul verməməsini tapşırdığını demişdir. Bundan sonra Asifdən ayrılıb, Asifə, Mehdiyə, Elmiraya və ya digər şəxsə heç bir söz demədən avtomobili və yarımqoşqunu saxlandığı yerdən götürüb, yaşadığı evin həyətinə aparmışdır. Həmin avtomobilə və yarımqoşquya görə ümumilikdə 27300 ABŞ dolları və 2000 Avro ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertiza mərkəzinin 05 noyabr 2019-cu il tarixli 26256 nömrəli rəyində göstərilən məbləğdə maddi ziyanın “Mercedes Axor” markalı, **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobildə yaranması barədə məlumatı yoxdur. Qeyd edilən avtomobili Zərərçəkmiş şəxs aldıqdan sonra həmin avtomobilin əksər hissələrinin dəyişdirilmiş vəziyyətdə olduğunu müəyyən etmişdir. Yəni avtomobilin ehtiyyat hissələri avtomobilin buraxılış ili ilə uyğun gəlməmiş, ona görə ki, avtomobilin əsas hissələri, yəni surət qutusu, mühərriki, təkərləri, aksesuarları və digər hissələri köhnə və yararsız vəziyyətdə olmuşdur. Lakin, avtomobilin həmin hissələrinin kimin tərəfindən dəyişdirilməsi barədə məlumatı yoxdur. Zərərçəkmiş şəxs məxsus “Mercedes Axor” markalı, **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş maddi ziyanın məbləğini bilmir, həmin ziyanın hansı şəraitdə əmələ gəlməsindən məlumatı yoxdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs məhkəmədə bildiirmişdir ki, onun Zərərçəkmiş şəxs ilə avtomobillə bağlı heç bir danışığı olmamış, bütün danışıqları o, Asiflə və telefon vasitəsi ilə Mehdi ilə aparmışdır. Mehdi avtomobilin və yarımqoşqunun özünə məxsus olduğunu, sadəcə anası Elmiranın adına qeydiyyata alındığını bildirmişdir. Avtomobili götürdükdən sonra təmiri üçün kifayət qədər xərc çəkmişdir ki, işlək vəziyyətə salsın. O, avtomobili və yarımqoşqunu kirayəyə götürməmiş, kreditlə almışdır. Sadəcə əmlak bankda girovda olduğundan öz adına sənədləşdirə bilməmişdir. Ayda 1700 dollar ödəmək şərtilə avtomobilin kirayə götürülməsi ağlabatan deyildir. Çünki hər ay avtomobilə əlavə 1000-1500 manat da xərc çəkilir. Belə olduqda kirayə götürənə heç bir qazanc qalmaz. O, bu səbəbdən Mehdinin şərtləri ilə razılaşmışdır ki, pulu ödədikdən sonra həmin əmlak ona qalacaqdır. Elmiranın ona verdiyi etibarnaməni ləğv etdirməsindən xəbəri olmamışdır. İkinci dəfə Elmira Münasibə etibarnamə verəndə yenədə avtomobil ona verilirdi, çünki Münasibin həmin avtomobili idarə etmək üçün müvafiq kateqoriyası yox idi və Elmira bunu bildirdi. Məhz bu səbəbdən etibarnamədə avtomobilin başqa şəxsə etibar edilə biləcəyi göstərilmişdir. Elmira bilirdi ki, avtomobili yenədə o, istifadə edəcək, yalnız ona etibar etmədiyindən, Münasibin adına etibarnamə vermiş və demişdir ki, pulunu Münasibdən tələb edəcək. Münasibə etibarnamə verəndə o, da notariat kontorunda olsa da, sonradan əsəbləşib çıxıb getmişdir. Asifə avtomobili müvəqqəti vermişdir ki, danışıb onun 10000 ABŞ dollarını qaytarsınlar. Həmin vaxt avtomobilin sənədləri içərisində, açarın biri Asifdə, digəri isə onda olmuşdur. O, avtomobili özbaşına götürməmiş, avtomobil ona etibar edilmişdir, Asiflə mübahisə edib, onun gözü qarşısında avtomobili işə salıb çıxıb getmişdir. O, avtomobilə heç bir zərər vurmamış, əksinə təmir etdirmiş və işlək vəziyyətdə saxlamışdır. Mülki iddianı qəbul etmir. Sonda təqsirləndirilən şəxs məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını və mülki iddianın rədd edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, 2015-ci ildə "AG" bankdan girov qoyulmaqla kredit götürərək "Mercedes Axor" markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və **- ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu almışdır. Kredit şərtlərinə uyğun olaraq əvvəllər hər ay 2500 ABŞ dollar, 01 yanvar 2016-cı il tarixdən kredit müddəti uzadıldığından hər ay 1700 ABŞ dolları olmaqla banka pul ödəməli olmuşdur. Həmin avtomobili aldıqdan sonra müxtəlif şəxslərə icarəyə verməyə başlamışdır. 2018-ci ilin yanvar ayında avtomobil istifadəsiz olduğundan 1994-cü ildən tanıdığı Şahid1 avtomobili icarəyə verməyə adam axtarmasını xahiş etmişdir. Bir müddət sonra Asif, ona Təqsirləndirilən şəxs kimi təqdim etdiyi tanışının həmin avtomobili icarəyə götürmək istədiyini bildirmişdir. Asifə, avtomobilə görə hər ay 1700 ABŞ dolları ödəməsi şərti ilə qeyd etdiyi avtomobili yarımqoşqusu ilə birlikdə Azərə verə biləcəyini demiş, Asif isə Azərin həmin şərtlə razı olduğunu bildirmişdir. Həmin vaxtlarda qeyd etdiyi avtomobil, yarımqoşqu və açarı ilə birlikdə Asifdə olmuşdur. 02 fevral 2018-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən 53 saylı notariat kontorunda ilk dəfə gördüyü Təqsirləndirilən şəxs ilə görüşmüş, söhbət zamanı Azərə də həmin avtomobili yarımqoşqusu ilə birlikdə hər ay 1700 ABŞ dolları ödəmək şərti ilə icarəyə verdiyini dedikdə, Azər razılaşmışdır. Həmin vaxt aralarında şifahi razılaşma olmuşdur. Bundan sonra yarımqoşquya dair Azərin adına bir il müddətinə etibarnamə və qeydiyyat şəhadətnamələrini ona vermişdir. Azəri tanımadığından onun işləyib özünü göstərməsi üçün ilk əvvəl yarımqoşquya onun adına etibarnamə vermişdir. Bundan sonra, Azər, onun razılığı ilə Asifdən "Mercedes Axor" markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu açarları ilə birlikdə götürmüş, Azərə icarə pulunu, ümumi tanışları olan Rövşən adlı şəxsə verməsini tapşırmışdır. Təxminən 2010-cu ildən tanıdığı, ailəvi dostluğu olan Rövşən də avtomobili icarəyə verməyə adam axtardığını bildirmiş və avtomobili Azərə icarəyə verməsi barədə ona, eləcə də onunla birlikdə işləyən Dünyamalıya demişdir. 2018-ci ilin fevral ayının sonlarında Azər, icarə haqqı olaraq Rövşənə 1000 manat pul vermişdir. Qalan məbləğin ödənmədiyini görüb Azərlə istifadəsində olan ***-***-**-** saylı mobil telefonla onun istifadəsində olan ***-***-**-** saylı mobil telefonla əlaqə saxlayanda Azər, guya hansısa şirkət tərəfindən ona pulun ödənilmədiyinə görə icarə haqqını gecikdirdiyini, lakin heç bir narahatçılıq olmadığını, yaxın vaxtlarda icarə haqqını ödəyəcəyini deyərək, avtomobilə görə də etibarnamə verməsini demişdir. Azərə inandığından 18 mart 2019-cu il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən 6 saylı notariat kontorunda "Mercedes Axor" markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə görə Azərin adına bir il müddətinə etibarnamə vermişdir. Lakin, bundan sonra da Azər icarə haqqını tam ödəməmişdir. Belə ki, 2018-ci ilin mart ayında Azər 1000 manatdan əlavə 850 manat, 2018-ci ilin aprel ayında isə 500 manat pulu Rövşənə vermişdir. Bu barədə ona Rövşən, eləcə də Azər özü demişdir. Aylıq icarə haqqının ödənilməsinin ləngidiyinə görə Azərə iradını bildirsə də Azər yenə işlədiyi şirkətdən pulun verilməsinin ləngidiyini, yaxın vaxtlarda icarə haqqını tam ödəyəcəyini bildirmişdir. Lakin, ödənişin tam həyata keçirilmədiyini görüb, **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşquya verdiyi etibarnaməni 07 may 2018-ci il tarixdə notariat kontoruna ərizə ilə müraciət edib ləğv etdirmişdir. Azərə zəng edib bu barədə məlumat verərək pulunu ödəməsini, yaxud da avtomobili qaytarmasını demişdir. Azərə hələ də inandığından, onunla münasibətləri tam pozmaq istəmədiyindən "Mercedes Axor" markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilə görə vermiş olduğu etibarnaməni ləğv etdirməmişdir. Bundan sonra, Azər və qohumları, ona və Asifə, etibarnaməni ləğv etdirməməsini, Azərin işləyib icarə haqqlarını tam ödəyəcəyini demişlər. Azərin anası şəxsən onun istifadəsində olan telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edib, Azərin məcburi köçkün olduğunu, böyük ailəyə baxdığını deyib işləməyə şərait yaratmasını xahiş etmişlər. Əlacsız qalıb razılaşmış və avtomobil, yarımqoşqu ilə birlikdə Azərdə qalmışdır. Lakin, bundan sonra da Azər, icarə haqqının cüzi hissəsini ödədiyindən X8 avtomobilin saxlanması üçün rəsmi müraciət etmişdir. 01 oktyabr 2018-ci il tarixədək Azər ona Rövşənin vasitəsilə ümumilikdə 5000 manat pul ödəmişdir. Həmin pulları hissə-hissə olmaqla Azər Rövşənə, Rövşən də həmin 5000 manat pulu ona vermişdir. Azərin hər dəfə müxtəlif bəhanələr gətirdiyini görüb "Mercedes Axor" markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə görə vermiş olduğu etibarnaməni, notariat kontoruna rəsmi müraciət edib 01 oktyabr 2018-ci il tarixdə ləğv etdirmişdir. Müracətlərindən sonra 2018-ci ilin noyabr ayında DYP əməkdaşları onunla əlaqə saxlayıb, həmin "Mercedes Axor" markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun Tovuz rayonu ərazisində saxlandığını bildirmiş, xahişinə əsasən polis əməkdaşları həmin avtomobili və yarımqoşqunu Asifə vermişlər. Əri vəfat etdiyindən, oğlu Mehdi isə Almaniyada yaşadığından bu işlərdə Asif ona köməklik etmişdir. 2018-ci ilin dekabr ayında Asif, sonradan adı məlum olan Şahid4 "Mercedes Axor" markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu icarəyə götürmək istədiyini bildirmişdir. Bu barədə vəkili Zaur Hüseynova deyib, Münasib adlı həmin şəxslə görüşərək razılaşmanın şərtlərini dəqiqləşdirməsini xahiş etmişdir. Sonradan öz xahişi və razılığı ilə Zaur, onunla Münasibin arasnda müqavilə tərtib etmişdir. Həmin müqavilədə avtomobilə və yarımqoşquya görə hər ay 1700 ABŞ dolları ödənilməklə 32 ay ərzində Münasibin ödəniş etməli olduğu, habelə 7400 ABŞ dolları ilkin ödəniş etməli olduğu, həmin 7400 ABŞ dollarını 3 ay ərzində ödəməli, Münasib tərəfindən avtomobilə CPRS quraşdırılması, nəqliyyat vəsaitəsini sığortasız idarə etməməsi və digər şərtlər göstərilmişdir. 17 dekabr 2018-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən 53 saylı notariat kontorunun yaxınlığında Zaur və Münasib adlı şəxslə görüşmüş, orada Münasibə müqaviləni təqdim etmiş və müqavilə ilə tanış olduqdan sonra şərtlərlə razılaşıb hər ikisi müqaviləni imzalamışlar. Razılığa görə Münasib, 31 dekabr 2018-ci il tarixədək ilkin ödənişdən bir hissəni ödəməli olduğundan həmin tarixdə qeyd etdiyi notariat kontorunda 31 dekabr 2018-ci il tarixədək avtomobilə və yarımqoşquya görə etibarnamə vermişdir. Bundan sonra avtomobilin açarını və qeydiyyat şəhadətnaməsini Münasibə vermiş, Münasib də həmin avtomobili və yarımqoşqunu Asifdən təhvil götürmüşdür. Lakin, 31 dekabr 2018-ci il tarixədək Münasib də heç bir ödəniş etməmişdir. Telefonla əlaqə saxlayıb narazılığını bildirdikdə, Münasib, qısa müddət olduğuna görə pul tapa bilmədyini demiş, yeni ildən sonra ödəniş edəcəyinə söz vermiş və onun adına yenidən etibarnamə verməsini xahiş edib, 2019-cu ilin mart ayınadək ödənişləri ödəyəcəyinə söz vermişdir. Əlacsız qalıb razılaşmış və 30 yanvar 2019-cu il tarixdə Bakı şəhərində yerləşən 53 saylı notariat kontorunda qeyd etdiyi avtomobil və yarımqoşquya görə Münasibə 3 ay müddtinə etibarnamə vermişdir. Lakin, bundan sonra da Münasib heç bir ödəniş etmədiyinə görə Asifdən avtomobili Münasibdən geri almasını xahiş etmiş, Asif də onun xahişi ilə həmin avtomobil, yarımqoşqu ilə birlikdə qeydiyyat şəhadətnaməsini və açarçını Münasibdən təhvil alıb, Bakı şəhər Nərimanov rayonu ərazisində yerləşən «Bakı Soyuducular Zavodu»nun yaxınlığında saxlayaraq şəklini də çəkib ona göndərmişdir. 05 mart 2019-cu il tarixdə axşam saatlarında Asif zəng edib, 04 mart 2019-cu il tarixdə Təqsirləndirilən şəxs avtomobildə qalan vəsiqəsini götürmək adı ilə avtomobilin açarını Asifdən götürüb avtomobili, Bakı şəhər Nərimanov rayonu ərazisində yerləşən «Bakı Soyuducular Zavodu»nun yaxınlığından oğurlamışdır. 06 mart 2019-cu il tarixdə Nərmanov RPİ-nin 17-ci Polis Şöbəsinə ərizə ilə müraciət edib hadisə barədə məlumat vermiş, eləcə də notarial qaydada Münasibə verdiyi etibarnaməni ləğv etdirmişdir. Sonradan Asif, Azərlə əlaqə saxladıqda Azər ödədiyi 5000 manat pulu geri istəyib, pul qaytarıldıqdan sonra avtomobili və yarımqoşqunu qaytaracağını bildirmiş, lakin o, buna razı olmamışdır. Belə ki, Azər avtomobili və yarımqoşqunu uzun müddət özündə saxlayıb, istifadə etmişdir. 2015-ci ildə "AG" bank tərəfindən həmin avtomobil 68000 manat, yarımqoşqu isə 45000 manat qiymətləndirilərk girov götürülməklə illik 22 faiz artıq ödəməklə 70000 ABŞ dolları kredit verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertiza mərkəzinin 05 noyabr 2019-cu il tarixli 26256 nömrəli rəyində göstərilən məbləğlərlə razıdır. Belə ki, özünə məxsus “Mercedes Axor 1843 LS” markalı, **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş maddi ziyan təxminən 75000 manat təşkil edir. Bundan başqa həmin yük avtomobilinin icarəyə verilməsinə görə ona 42000 manat ziyan dəymişdir. Bankda kreditdə olan avtomaşınını özündə saxlayaraq heç bir ödəniş etmədən Azər ona bütün bu aylar ərzində maddi ziyan vurmuşdur. Tək banka etdiyi ödənişlər 19 ay ərzində hər ay 1700 ABŞ dolları olmuşudur. Həmin ödənişləri avtomaşını icarəyə verməklə ödəməli olduğu halda Təqsirləndirilən şəxs avtomaşını oğurlaması və qanunsuz özündə saxlaması və heç bir ödəniş etməməsi səbəbindən banka borc alaraq özü ödənişlər etmək məcburiyyətində qalmış və hətta bir neçə ay ərzində ödənişləri etmək imkanı olmadığına görə faizlər ödəmək məcburiyyətində qalmışdır. Bütün bunlardan başqa Təqsirləndirilən şəxs bütün bu aylar ərzində avtomaşından qanunsuz olaraq istifadə etmiş və küllü miqardarda pullar qazanmışdır. Dövlət Sərhəd Xidmətindən də alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs heç bir səlahiyyəti olmadığı halda ona məxsus avtomaşından istifadə edərək qanunsuz olaraq sərhəddi dəfələrlə keçmiş və yüklər daşıyaraq küllü miqdarda pullar qazanmışdır. Həmçinin bütün bu aylar ərzində ona məxsus avtomaşını istismar edərək ona zərər vurmuş və tamamilə yararsız vəziyyətə salmışdır. Azər özü də demişdir ki, avtomaşına zərər vuracaq, ona qaytarsa belə elə bir vəziyyətə gətirəcəkdir ki, heç bir işə yaramasın. Nəticədə o dediklərini də etdi və avtomaşını tam yararsız vəziyyətdə polis orqanlarına təhvil verdi. Bu ekspert rəyi ilə də öz təsdiqini tapdı. Lakin Təqsirləndirilən şəxs 1 manat belə olsun zərərdən ödəniş etməmişdir. 2018-ci ilin fevral ayından Təqsirləndirilən şəxs adlı şəxsə ayda 1700 ABŞ dolları ödəmək şərti ilə icarəyə vermişdir. Lakin Azər 1000 manat, 850 manat, bəzən isə 500 manat pul verirdi. 2018-ci ilin fevral ayından noyabr ayına qədər cəmi 5000 manata yaxın pul ödəmişdir. 2018-ci ildin dekabr ayında o, avtomaşınını Şahid4 adlı şəxsə icarəyə vermiş və onunla öz aralarında müqavilə bağlamışdır. Daha sonra ona məlum olmuşdur ki, bu aylar ərzində də avtomaşını Azər istismar etmişdir. 2018-ci ildə 10 ay müddətində hər ay 1700 ABŞ dolları olmaqla Təqsirləndirilən şəxs ona 17000 ABŞ dolları, 2019-cu ildə isə 9 ay müddətində yəni sentyabr ayına qədər olan müddət ərzində hər ay 1700 ABŞ dolları ödəmədiyinə görə 15300 ABŞ dolları məbləğində, cəmi 32300 ABŞ dolları (54.910 Azərbaycan manatı məbləğində) maddi ziyan vurmuşdur. Bundan başqa bütün qeyd etdikləri və cinayət işinin materialları ilə müəyyən olunur ki, bütün bu aylar ərzində nə qədər əzab-əziyyətlər çəkmişdir, stres keçirmişdir, haqsızlığa uğramışdır, nəhayət sonda da olsa haqq qismən öz yerini tapsa da, bu mənim əziyyəti və şikayətləri ilə öz yerini tapmışdır. Bunun üçün o, günlərlə dövlət orqanlarının rəhbərlərinin qəbuluna yazılaraq qəbul olunmaq üçün saatlarla növbədə gözləmişdir. Həmin anlarda və bütün bu hadisələr ərəfəsində çəkdiyi əsəbin, gərginliyin və stresin həddi-hüdudu olmamışdır. Bu yaşlı vaxtında və xəstəliklə mübarizə apardığı bir zamanda bütün bunlar ona ağır zərbə vurmuş və ağır olan xəstəliyinin daha da ağırlaşmasına səbəb olmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs tərəfindən ona vurduğu mənəvi zərərə görə 100000 (yüz min) manat məbləğində pul tutularaq ona verilməlidir. Təqsirləndirilən şəxs avtomobilə vurduğu maddi zərərə görə 74074 manat, 19 ay ərzində icarə haqqı kimi 54910 manat, məbləğində maddi ziyan, 100000 manat mənəvi ziyanın, cəmi 128984 manat maddi ziyan və 100000 manat mənəvi ziyana görə pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, oğlu Mehdi Almaniyada yaşayır, təxminən 15 ildir ki, Azərbaycana gəlmir, bu səbəbdən onun Azərlə danışıb razılığa gəlməsi, eləcə də avtomobili kreditlə satılması barədə göstərdikləri yalandır. Avtomobili və yarımqoşqunun buraxılış ili ilə bağlı hər hansı məlumatı yoxdur. Həmin avtomobili və yarımqoşqunu Azərbaycanda tanımadığı və hazırda xatırlamadığı şəxsdən almışdır. Avtomobilin əvvəlki sənədləri özündə yoxdur və olmamışdır. Şahid4 və Təqsirləndirilən şəxs arasında nə kimi münasibətlərin olduğunu bilmir. Sonradan onların qohumluq münasibətlərində olduğunu bilmişdir. Avtomobil Azərə təhvil veriləndə və birinci dəfə geri alınanda tam yararlı, işlək vəziyyətində olmuş və avtomobilin vəziyyəti ilə bağlı onun heç bir narazılığı olmamışdır. Avtomobil Azərə, Münasibə təhvil veriləndə və geri götürüləndə hər hansı bir yoxlama aktı tərtib edilməmişdir. Lakin avtomobil polis tərəfindən Azərdən götürüləndə tam yararsız halda olmuşdur. Bunu həmin vaxt çəkilən şəkillərdən və ekspert rəyindən müəyyən etmək olur. O, avtomobili Münsibə etibar edəndə, Münasib deməmişdir ki, yenədə Azərin istifadəsinə verəcəkdir, əks halda o, avtomobili Münasibə verməkdən vaz keçərdi. Avtomobil Azərə satılmamış və icarəyə verilmişdir. təqsirləndirilən şəxsin barəsində ədalətli qərar çıxarılmasını və mülki iddiasının təmin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Tərbiz oğlu ifadəsində göstərmişdir ki, o, X5 təxminən 2003-cü ildən Almaniyada təsadüfən görüb tanımışdır. Belə ki, yük maşınları sürücüsü işlədiyindən Almaniyaya da gedib-gəlir. Zərərçəkmiş şəxs isə orta məktəbdə övladlarına dərs deyən müəllim kimi tanımışdır. Mehdi özü bir neçə dəfə Almaniyadan Azərbaycana avtomobil göndərən vaxtlarda burada maşınların Elmiraya çatdırılmasında, yaxud təmir və digər işlərdə köməklik etmişdir. Təqsirləndirilən şəxs təxminən 2016-cı ildən tanımışdır. Belə ki, onunla aralarında avtomobil alqısatqısı olmuşdur. 2018-ci ilin təxminən yanvar ayında Mehdi onunla əlaqə saxlayaraq, anası Elmiranın adına olan **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu satmaq istədiyini, alan olsa müştəri tapmaqda köməklik etməsini xahiş etmişdir. Bu barədə tanışlarına, o cümlədən Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs, **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu nəzərdən keçirib almaq istədiyini bildirmişdir. Sonradan Azər onun vasitəsilə Mehdi ilə telefonla danışmışdır. Öz aralarında danışdıqdan sonra ona məlum olmuşdur ki, Azər bankda girovda olan **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu hər ay 700 ABŞ dolları kredit pulu ödəməklə almağa, ilkin olaraq 5000 manat ödəməyə razılaşmışdır. Bir neçə gün sonra, 2018-ci ilin yanvar ayının sonlarında Mehdi, Azərin ona yarımqoşquya görə 5000 manat pul verəcəyini deyib, həmin 5000 manat pulu Azərdən götürüb özünün hansısa tanışına çatdırmasını xahiş etmişdir. Həmin ərəfədə Azər Bakı şəhərində yerləşən metronun «Ulduz» stansiyasının yaxınlığında ona yarımqoşquya görə ikilikdə 5000 manat pulu ilkin ödəniş kimi vermişdir. Bununla bağlı aralarında hər hansı yazılı sənədləşmə olmamışdır. Həmin tarixdə də Mehdinin xahişinə əsasən, ona verdiyi hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə tanımadığı orta yaşlarında kişi onunla əlaqə saxlamış və Bakı şəhərində yerləşən 10 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında həmin 5000 manat pulu ona verib Mehdiyə də bu barədə bildirmişdir. Bundan bir neçə gün sonra məlum olmuşdur ki, 2018-ci ilin fevral ayının əvvəllərində Elmira Azərlə əlaqə saxlayıb notariat kontorunda yarımqoşquya görə bir il müddətinə etibarnamə vermiş və Azər, özü yarımqoşqunu götürmüşdür. Sonradan yarımqoşquya görə Azərin kredit pulundan kimə və nə qədər pul ödəməsindən xəbəri olmamışdır. Söhbət əsnasında özü və Mehdi, Elmiranın adına olan «Mercedes Axor» markalı **- XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin Rusiyaya yük apardığını danışaraq, həmin avtomobili satmaq istədiyini danışmışlar. Sonradan Azər və Mehdi öz aralarında telefonla danışmışlar. Daha sonra onların sözlərinə əsasən məlum olmuşdur ki, Azər, bankda girovda olan «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili hər ay 1000 ABŞ dolları kredit pulu ödəməklə almağı razılaşmışdır. Konkret olaraq Azər və Mehdi arasında avtomobilə görə nə kimi razılaşma olduğunu bilməmişdir. Sonradan Azər, «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili götürmüş və ona məlum olmuşdur ki, Elmira avtomobilə görə etibarnamə vermişdir. 2018-ci ilin təxminən noyabr ayında Mehdi ona zəng edib, yarımqoşqu və avtomobilə görə Azərin pul ödəmədiyinə görə, Elmiranın verdiyi etibarnamələri ləğv etdirdiyini danışmış və tanımadığı şəxslə nəqliyyat vasitələrini, nəqliyyat vasitələrinə görə qeydiyyat şəhadətnamələrini, bir nüsxədən ibarət açarı və uzaqdan idarə etmə cihazını Bakı şəhərində ona göndərtmişdir. Mehdinin tapşırığı ilə yarımqoşqu və avtomobili metronun «Ulduz» stansiyasının yaxınlığında avtomobil dayanacağında saxlamışdır. Həmin ərəfədə Azər, qohumu Münasib və qardaşı Müqabillə onun iş yerinə gəlmişdir. Azər, maddi çətinliyi olduğundan yarımqoşqu və avtomobilə görə kredit pulunu ödəmədiyini, 24000 manat alacağı olduğunu, yaxın vaxtlarda pulu alıb, ödəniş edəcəyini danışaraq, Elmiraya çatdırmaq üçün 1500 ABŞ dolları təklif edib, nəqliyyat vasitələrinin qaytarılmasına köməklik etməsini xahiş etmişdir. O isə razılaşmayıb, pulu özünün çatdırmasını bildirmiş, Mehdiyə də bu barədə demişdir. Sonradan Mehdinin tapşırığı ilə nəqliyyat vasitələrinə görə qeydiyyat şəhadətnamələrini, bir nüsxədən ibarət açarı və uzaqdan idarə etmə cihazını Azərə vermişdir. Azər də onun iştirakı ilə nəqliyyat vasitələrini idarə edib metronun «Ulduz» stansiyasının yaxınlığında avtomobil dayanacağından aparmışdır. 2019-cu ilin yanvar ayının sonlarında Münasib metronun «Ulduz» stansiyasının yaxınlığında görüşərək nəqliyyat vasitələrinin pulundan 2000 ABŞ dollarını ona vermişdir. Həmin vaxt Münasibin sözlərinə əsasən məlum olmuşdur ki, nəqliyyat vasitələrinə görə bu dəfə Elmira ilə müqavilə bağlamışdır. Lakin, müqavilənin şərtləri ona dəqiq məlum olmamışdır. Mehdiyə, Münasibin 2000 ABŞ dolları pul verməsi barədə məlumat vermişdir. Həmin tarixdə Mehdinin tapşırığı ilə hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə tanımadığı başqa bir orta yaşlarında kişi onunla əlaqə saxlamış və Bakı şəhərində yerləşən 10 saylı cəza çəkmə müəssisəsinin yaxınlığında onunla görüşən zaman həmin 2000 ABŞ dolları pulu vermişdir. Sonradan Mehdi, Azər və Münasibin sözlərinə görə nəqliyyat vasitəlirinin Azərin istifadəsində olduğunu bilmişdir. 2019-cu ilin fevral ayının sonlarında Azər, Münasib və Müqabillə onun iş yerinə, "Bakı Soyuducular Zavodu"nun yanında yerləşən avtoyuma məntəqəsinin qarşısına gəlmişlər. Azər, «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu idarə edib ora gətirmişdir. Azər, nəqliyyat vasitələrini orada saxlayıb, onlara aid qeydiyyat şəhadətnamələri, bir nüsxədən ibarət açar və uzaqdan idarə etmə cihazını ona verərək, pulu ödəmədiyinə görə maşınları qaytardığını bildirmişdir. Həmin vaxt söhbət əsnasında Azər, nəqliyyat vasitələrinin pulundan onun da tanıdığı Dünyamalı və işçisi Rövşənə verdiyini danışmışdır. Lakin, Azərin hansı məbləğdə pul verdiyini bilmir, bu barədə maraqlanmamışdır. Həmin vaxt Azərə yazığı gəldiyindən Mehdi ilə danışanda ödədiyi puldan 5000 ABŞ dolları ona ödəməsini xahiş edəcəyini bildirmişdir. Həmin günü nəqliyyat vasitələrini yuduzdurmaq üçün yaxınlıqdakı avtoyuma məntəqəsinə vermiş və açarını orada işləyən adını bilmədiyi oğlana verərək yumasını xahiş etmişdir. Həmin oğlan nəqliyyat vasitələrini yuduqdan sonra yaxınlıqda olan avtoyuma məntəqəsinin qarşısında saxlamışdır. 03 mart 2019-cu il tarixdə Azər onun iş yerinə gəlib, avtomobildə sürücülük vəsiqəsinin qaldığını bildirərək, götürməyə icazə verməsini xahiş etmiş, o, isə nəqliyyat vasitəsinin açarının yaxınlıqdakı avtoyuma məntəqəsinin işçisində olduğunu demişdir. Azər də avtoyuma məntəqəsinin işçisindən açarı götürüb, onun iştirakı ilə nəqliyyat vasitəsinin salonuna minmiş, bir neçə dəqiqə sonra Azər maşından düşüb vəsiqəsini götürdüyünü demiş və onun tapşırığı ilə açarı avtoyuma məntəqəsinin işçisinə qaytarmışdır. Səhərisi günü, yəni 04 mart 2019-cu il tarixdə saat 17-18 radələrində həmin nəqliyyat vasitəlinin saxlandığı "Bakı Soyuducular Zavodu"nun yaxınlığındakı avtoyuma məntəqəsinin yanında olmadığını aşkar etmişdir. Avtoyuma məntəqəsinin işçisindən bu barədə maraqlandıqda həmin şəxs, nəqliyyat vasitələrinin kim tərəfindən aparıldığını bilmədiyini demişdir. Zəng etdikdə Azərə zəng çatmamış, nəqliyyat vasitələrinin Azər tərəfindən aparıldığını başa düşmüşdür. Elmiraya zəng edib bu barədə məlumat verdikdə Elmira, Azərə nəqliyyat vasitələrini aparmağa icazə vermədiyini bildirmişdir. Azərin, nəqliyyat vasitələrini hara apardığını bilməmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Elmira, Münasibə nəqliyyat vasitələrinə etibarnamə verdikdən sonra Münasib də öz adından nəqliyyat vasitələrinə görə Azərin adına etibarnamə verməsini sonradan eşitmişdir. Azər və Münasiblə Elmira və Mehdi arasında konkret olaraq nəqliyyat vasitələrini hansı qiymətə razılaşmaları, hansı məbləğdə ödəniş edilməsi, hansı şərtlərlə nəqliyyat vasitələrinin verildiyini yuxarıda göstərdiyi məlumatlardan başqa məlumatı olmamışdır. 04 mart 2019-cu il tarixdə Azər, nəqliyyat vasitələrini aparan zaman ondan razılıq almamış, Azərə nəqliyyat vasitələrini aparmasını tapşırmamış, buna görə hər hansı razılıq verməmişdir. Təqsirləndirilən şəxs 04 mart 2019-cu il tarixdə «Mercedes Axor» markalı **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobilini Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən "Bakı Soyuduclar Zavodu"nun yaxınlığında olan avtoyuma məntəqəsinin qarşısından götürüb idarə edərək gedən zaman və ya ondan əvvəl bununla bağlı onun razılığını almamış, həmçinin, Zərərçəkmiş şəxs da icazəsi olmadan özbaşına sonuncuya məxsus nəqliyyat vasitələrini götürüb idarə edərək getmişdir. Avtomobil birinci dəfə ona qaytarılanda işlək, salamat vəziyyətdə olmuşdur. Avtomobilin ikinci dəfə Azərdən alınmasında iştirak etməmişdir. Münasibə avtomobilin verilməsində iştirak etməmişdir. Birinci instansiya məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, həmyerlisi, əslən Füzuli rayonundan olan Təqsirləndirilən şəxs təxminən 2005-ci ildən tanımış, həmçinin uzaq qohumluq əlaqələri var. Azər yük avtomobillərinin sürücüsü kimi işləyib, yük daşımaqla məşğul olmuşdur. Özü də yük avtomobili idarə etməklə çörək pulu qazanıb ailəsini dolandırır. İdarə etdiyi yük avtomobilində nasazlıq olan vaxtlarda avtomobilini Xocasən yolunda yerləşən avtotəmir sexində təmir etdirmişdir. Azər də sürücü olduğundan həmin sexdə, bəzən isə yük daşıyan vaxtlarda yolda rastlaşmışlar. 2018-ci ilin təxminən mart-aprel aylarında Azəri «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu idarə edərkən görmüşdür. Azər ona həmin avtomobilin və yarımqoşqunun özünə məxsus olduğunu demişdir. Həmin vaxtlarda Azərdən qeyd edilən nəqliyyat vasitələrini hansı yolla, hansı şərtlə və kimdən alması barədə maraqlanmamış, Azər də bu barədə ona heç bir söz deməmişdir. 2018-ci ilin təxminən noyabrdekabr aylarında Azərlə rastlaşan zaman Azər, «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun Gürcüstandan Azərbaycana gələrkən sərhəddə saxlanıldığını demişdir. Səbəbini soruşanda Azər, nəqliyyat vasitələrini onun tanımadığı Almaniyada yaşayan Mehdi adlı şəxslə danışıb ilkin ödəniş etmək, ayda 1700 ABŞ dolları kredit ödəmək, ödənişi tam başa çatdırandan sonra nəqliyyat vasitələrinin ona qalmaq şərtilə almağa razılaşdığını, buna görə ona məlum olmayan məbləğdə ilkin ödəniş və kredit pulu ödədiyini, sonradan həmin nəqliyyat vasitələrinin son 2-3 ayda ödəniş etmədiyinə görə Mehdinin anası, nəqliyyat vasitələrinin sahibi olan Elmira adlı qadın tərəfindən verilən etibarnamələrin ləğv edildiyini, bu səbəbdən də sərhəd buraxılış məntəqələrində nəqliyyat vasitələrinin saxlanılıb əlindən alındığını bildirmişdir. Azərin konkret olaraq kimə və hansı məbləğdə pul verdiyini bilmir. Bu barədə ona danışandan sonra Azər, həmin nəqliyyat vasitələrini geri almaq istədiyini, lakin kredit pulunu ödəmədiyinə görə Elmira və Mehdi ilə aralarında inciklik yarandığını deyib, ondan Mehdi və Elmira, eləcə də onların tanışı, Bakı şəhərində onların işlərinə köməklik edən Asif adlı şəxslə görüşərək danışmasını xahiş etmiş, həmçinin, 1500 ABŞ dollarını da ona verib Asifə kredit pulundan verməsini istəmişdir. O da razılaşıb, həmin ərəfədə qardaşı Müqabil və Azərlə birlikdə metronun «Ulduz» stansiyasının yaxınlığında ilk dəfə gördüyü Şahid1 Tərbiz oğlu ilə görüşmüşlər. Söhbət əsnasında Azər, maddi çətinliyi olduğundan yarımqoşqu və avtomobilə görə kredit pulunu ödəyə bilmədiyini, kredit pulundan 1500 ABŞ dolları Asifə təklif edib, nəqliyyat vasitələrinin qaytarılmasına köməklik etməsini xahiş etmişdir. Həmyeri kimi Asifdən imkan daxilində Azərə köməklik etməsini xahiş etmişdir. Asif isə pulu götürməkdən imtina edərək razılaşmayıb, Mehdi və ya Elmira ilə danışmasını demişdir. Elə oradaca Mehdinin telefon nömrəsi ilə əlaqə saxlayıb, ondan Azərin qohumu və həmyerlisi kimi nəqliyyat vasitələrini əvvəlki şərtlərlə Azərə verməsini xahiş etmişdir. Mehdi isə telefonda ona nəqliyyat vasitələrinə görə pulun ödənişində gecikdirmələr etdiyinə görə Azərdən incidiyini, bu səbəbdən razı olmadığını bildirmişdir. Onun xahişlərindən sonra Mehdi, nəqliyyat vasitələrini Azərə verməyi razılaşıb, anası Elmiraya bu barədə deyəcəyini bildirmişdir. Həmin vaxt qeyd edilən nəqliyyat vasitələri orada olmuşdur. Bundan sonra oradan getmiş və 1500 ABŞ dollarını Azərə qaytarmışdır. Bir neçə gün sonra, Azər, ona zəng edib Yasamal rayonu ərazisində hazırda xatırlamadığı notariat kontorunda olduğunu deyib, Elmira ilə aralarında narazılıq olduğuna görə onun da oraya gəlməsini xahiş etmiş və o, Azərin dediyi yerə getmişdir. Həmin vaxt orada Azər, ilk dəfə gördüyü Elmira və onun vəkili Zaur adlı oğlan olmuşdur. Zaur, orada ona nəqliyyat vasitələrini ona görə Azərə verməyə razılaşdıqlarını deyib, onun adına bu barədə müqavilə imzalamasını istəmişdir. Həmin müqaviləni oxumadan imzalamış, müqavilə Zaurda qalmışdır. Bundan sonra Elmira, Azər ilə danışandan sonra onlar arasında yenidən narazılıq yaranmış və Elmira Azərə etibarnamə verməkdən imtina etmişdir. Bundan sonra yenə də Azərin xahişi ilə telefonla Mehdi ilə danışıb, nəqliyyat vasitələrini Azərə verməsini xahiş etmişdir. Onun xahişlərindən bir müddət sonra Mehdi razılaşmış və Elmiraya bu barədə deyəcəyini bildirmişdir. 30 yanvar 2019-cu il tarixdə Elmira ilə telefonla danışan zaman Elmira, Yasamal rayonu ərazisində yerləşən 56 saylı notariat kontoruna gəlməsini demişdir. Ona görə həmin notariat kontoruna getmiş, həmin vaxt Azər və Elmira orada olmuşlar. Orada Elmira, nəqliyyat vasitələrinə görə onun adına 3 aylıq etibarnamə verəcəyini demiş, tərəddüd etsə də Elmira Azərin ödənşlərində gecikdirmələr etdiyinə görə Azərin adına etibarnamə verməyəcəyini demişdir. Azər isə kredit pulunu ödəyəcəyini söz verərək, ondan etibarnaməni öz adına yazdırmasını xahiş etmişdir. Bundan sonra Elmira, onun adına «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşquya görə 3 ay müddətinə etibarnamə, eləcə də şəhadətnamələrini ona vermişdir. Elmira, Azərə inanmadığına görə etibarnaməni 3 ay müddətinə verdiyini, Azərin vaxtlı-vaxtında ödəniş edəcəyi halda avtomobili onun adına keçirəcəyini demişdir. Bundan sonra, həmin tarixdə Azərlə birlkdə Qaradağ rayonu ərazisində yerləşən «Meyvəli» bazarının yanındakı notariat kontoruna getmişlər. Orada Elmiranın ona verdiyi etibarnamə əsasında Azərin adına etibarnamə vermişdir. Daha sonra Azər, ondan ayrılıb getmişdir. Sonradan Azərlə əlaqə saxladıqda Azər, nəqliyyat vasitələrini götürdüyünü danışmışdır. Bundan bir müddət sonra Mehdi, ona zəng edib Azərin nəqliyyat vasitələrinə görə kredit ödəmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, beynəlxalq yük daşımalırı ilə məşğul olan "xxxx" MMC-nin təsisçisi və direktorudur. Zərərçəkmiş şəxs təxminən 2009-cu ildən hal hazırda Almaniyada yaşayan oğlu Mehdinin vasitəsilə tanımışdır. Belə ki, Almaniyada avtomobil alarkən Mehdi vasitəçilik etmiş və həmin vaxtdan da aralarında tanışlıq münasibəti yaranmışdır. Sonradan Mehdi anası Elmiraya nə isə göndərəndə onun vasitəsilə göndərmişdir. Elmiranı da bu səbəbdən tanımışdır. Təqsirləndirilən şəxs 2018-ci ilin təxminən may ayında tanımışdır. Belə ki, həmin vaxtlarda Mehdi onunla telefonla əlaqə saxlayaraq demişdir ki, anası Elmiranın adına olan "Mercedes Axor" markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun pulunun hissə-hissə ödənilməklə sonradan qalması şərti ilə Təqsirləndirilən şəxs satmağa razılaşmış, bunun üçün Azərə etibarnamə də verilmişdir. Mehdi bu barədə ona danışaraq həmin avtomobil üçün ehtiyyat hissəsi verməsini xahiş etmişdir. Həmin vaxt da Azər onun işlədiyi Xırdalan şəhərində yerləşən «Nazlı Petrol» YDM-nin yaxınlığında yerləşən ofisə gəlib, avtomobil üçün ehtiyyat hissəsini götürüb aparmışdır. Həmin ehtiyyat hissəsini təmmannasız Mehdiyə görə Azərə vermiş və buna görə Azər, yaxud da digər bir şəxsdən heç bir məbləğdə pul almamışdır. Bir müddət sonra Mehdi, onunla telefonla əlaqə saxlayaraq qeyd edilən avtomobilə görə ödəniləcək məbləğin onun Azərdən götürüb, «AG Banka» ödəməsini xahiş etdikdə işlərinin çoxluğu ilə əlaqədar vaxtı olmadığını deyərək, həmin vaxtlarda onun işçi, eləcə əmisi oğlu Rövşənin mobil telefon nömrəsini Mehdiyə verərək özünün Rövşənlə danışmasını bildirmişdir. Sonradan bu barədə Rövşənə də məlumat vermişdir. Daha sonra Rövşənin deməsinə görə Azərin avtomobilə görə 2-3 dəfə ona pul ödədiyini bilmişdir. Bir müddət sonra Mehdi ilə telefonla əlaqə saxlayan zaman Mehdi razılaşdırılmış şərtləri yerinə yetirmədyinə görə Elmiranın verdiyi etibarnaməni ləğv etdirdiyini, Azərin də avtomobili qaytardığını, daha sonra maşın alverçisi kimi 2006-cı ildən tanıdığı Şahid1 vasitəsilə həmin avtomobili digər şəxsə verdiyini, həmin şəxsin də sonradan avtomobili qaytardığını, Azərin isə həmin avtomobili yarımqoşqusu ilə birlikdə icazəsiz götürüb apardığını danışmışdır. Bir müddət əvvəl isə Elmiranın Azər barəsində hüquq mühafizə orqanlarına şikayət etdiyini bilmişdir. Verilən suallara cavab olaraq Çobanov Dünyamalı bildirmişdir ki, onunla üzləşdirmə zamanı da Azər yalandan onun üzünə həmin avtomobil və yarımqoşquya görə ona 5000 ABŞ dolları və 2000 avro pul ödədiyini demişdir. Lakin, Azər, həmin avtomobil və yarımqoşquya görə ona heç bir məbləğdə pul ödəməmiş, ümumiyyətlə ona heç bir vaxt hər hansı məbləğdə pul verməmişdir. Onun iştirakı ilə Elmira və Azərin arasında hər hansı danışıq, razılaşma olmamışdır. Təqsirləndirilən şəxs "Mercedes Axor" markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşquya görə pulun ödənməsində iştirak etməmiş, onun iştirakı ilə Azər Rövşənə pul verməmiş, Şahid4 adlı şəxsi tanımır, onunla da heç bir münasibəti olmamışdır. O, alqı-satqı və digər məsələlərdə iştirak etməmişdir. Maşın normal vəziyyətdə idi, ona əvvəllər soyuducu qoşulub sürülmüşdür. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 2017-ci ildən əmisi oğlu Dünyamalı Çobanovun vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs 2018-ci ilin fevral ayından tanımışdır. Belə ki, əmisi oğlu Dünyamalı həmin vaxtlar ona bildirmişdir ki, Elmira adına olan «Mercedes Axor» markalı **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobilini axırda avtomobilin qalması ilə pulunu hissə-hissə ödəmək şərti ilə Təqsirləndirilən şəxs etibarnamə ilə vermiş, buna görə Təqsirləndirilən şəxs hər ay ona pul ödəyəcək. Bundan sonra Təqsirləndirilən şəxs, müxtəlif vaxtlarda Xırdalan şəhərində yerləşən «Nazlı Petrol» yanacaq doldurma mənətəqəsinin yaxınlığında dəqiq yadında qalmayan tarixlərdə ümumilikdə qeyd olunan maşına görə təxminən 5000 manat pul vermiş, o da həmin pulu Şahid1 vermişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş pulu tam şəkildə aldığı kimi Şahid1 vermiş, həmin puldan özü üçün heç bir məbləğdə pul götürməmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış Məhkəmə Ekspertiza Mərkəzinin 26256 saylı, 05 noyabr 2019-cu il tarixli rəyindən görünür ki, "xxxx" MMC tərəfindən 24 sentyabr 2019-cu il tarixdə verilmiş icra aktındakı dəyişilməli ehtiyyat hissələri və təmir-bərpa işləri barədə məlumatlarına əsasən təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Mercedes Axor 1843 LS” markalı, **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə, yəni 04 mart 2019-cu il tarixdə nəzəri hesablama yolu ilə təxminən 48216 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti – 44716 manat, təmir-bərpa işlərinin qiyməti – 3500 manat. Tədqiq edilən 2012-ci il buraxılışlı həmin “Mercedes Axor 1843 LS” markalı, **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobilin görülmüş işlərin və dəyişilməli olan hissələrin 04 mart 2019-cu il tarixdə zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri), hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə 25858 manat müəyyən edilir. İş materiallarında olan birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış Şahid4 ilə Zərərçəkmiş şəxs arasında bağlanmış 17 dekabr 2018-ci il tarixli müqavilədən görünür ki, etibarnamə nəqliyyat vasitəsinin sahibi tərəfindən 2019-cu ilin fevral ayının sonuna qədər hər ayın 18-dən 1 ay müddətində veriləcəyi, 2019-cu ilin mart ayına qədər ilkin ödəniş tam ödənildikdən sonra 3 ay müddətinə veriləcəyi, müqavilə şərtləri pozulmadığı halda 2019-cu ilin may ayından etibarnamə 1 illik müddətdə veriləcəyi, müqavilə şərtləri pozulmadığı halda 2020-ci ilin may ayından 2 illik etibarnamə veriləcəyi barədə razılığa gəlmişlər. İş materiallarında olan birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış Elektron notariat X1 çıxarılmış Notariat hərəkəti barədə Çıxarışdan görünür ki, 02.02.2018-ci il tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında SCHMTZ yarımqoşqu nəqliyyat vasitəsinin 02.02.2019-cu il tarixədək Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsindən istifadə hüququ verilməsi barədə müqavilə bağlansada, həmin müqaviləyə 07.05.2018-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış Elektron notariat X1 çıxarılmış Notariat hərəkəti barədə Çıxarışdan görünür ki, 18.03.2018-ci il tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında X10 yük markalı nəqliyyat vasitəsinin 18.03.2019-cu il tarixədək Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsindən istifadə hüququ verilməsi barədə müqavilə bağlansada, həmin müqaviləyə 01.10.2018-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış Elektron notariat X1 çıxarılmış Notariat hərəkəti barədə Çıxarışdan görünür ki, 19.12.2018-ci il tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında X10 yük markalı nəqliyyat vasitəsinin 31.12.2018-ci il tarixədək Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsindən istifadə hüququ verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış Elektron notariat X1 çıxarılmış Notariat hərəkəti barədə Çıxarışdan görünür ki, 19.12.2018-ci il tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında SCHMTZ yarımqoşqu nəqliyyat vasitəsinin 31.12.2018-ci il tarixədək Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsindən istifadə hüququ verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış Elektron notariat X1 çıxarılmış Notariat hərəkəti barədə Çıxarışdan görünür ki, 30.01.2019-cu il tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında X10 yük markalı nəqliyyat vasitəsinin 30.04.2019-cu il tarixədək Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsindən istifadə hüququ verilməsi barədə müqavilə bağlansada, həmin müqaviləyə 06.03.2019-cu il tarixdə xitam verilmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış AGBank ASC-nin 10 avqust 2015-ci il tarixli 100.CL.100815.00002/a saylı İpoteka müqaviləsinə 1 saylı Əlavədən görünür ki, SCHMTZ yarımqoşqu və X10 yük markalı nəqliyyat vasitəsinin qiymətləndirilməsi 113000 manat olmuşdur. Azəbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi birgə verdikləri apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-49/2020 saylı, 12 fevral 2020-ci il tarixli hökmünü ləğv edərək, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini, zərərçəkmiş Zərərçəkmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-49/2020 saylı, 12 fevral 2020-ci il tarixli hökmünün mülki iddiaya dair hissəsini dəyişdirərək, iddiasının tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etsələr də, kollegiyanın qənaətinə əsasən apelyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi və ya ləğv edilməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-49/2020 saylı, 12 fevral 2020-ci il tarixli hökmünü ləğv edərək, cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi barədə təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi birgə verdikləri apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar bildirir ki, məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs onun ittiham olunduğu cinayətləri törətməkdə təqsirli olması zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər faktiki halları ilə sübuta yetirildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq onun ifadəsinə tənqidi yanaşaraq, yuxarıda sadalanan və birbirini tamamlayan sübut növlərini mötəbər hesab etmişdir. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri Cinayət Məcəlləsinin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə kollegiyası müdafiəçi və təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətləri (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) nəzərə almaqla təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət əməlini düzgün olaraq Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Məhkəmə kollegiyası belə hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəllsinin 322.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkum olunmuş Təqsirləndirilən şəxs apellyasiya şikayətində əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığını bildirməklə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində aşkar edilməməsi və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Apellyasiya şikayətindən göründüyü kimi, məhkum hökmü törədilən əməlin hüquqi tövsifi hissəsində mübahisələndirmişdir. Məhkum olunmuş Təqsirləndirilən şəxs cəza təyini hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməlidir. Lakin, Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulan cinayətlərə görə, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan həmin cinayətlər Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin məcəllənin 75.2-ci maddəsinə əsasən isə müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən verilmiş ittihamdan və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsini 04 mart 2019-cu il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsindən 2 (iki) ildən artıq müddət keçmişdir. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulan cinayətlərə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1, 75.1.1 və 75.2-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2 və 44.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda (cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə) məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-49/2020 saylı, 12 fevral 2020-ci il tarixli hökmünün mülki iddiaya dair hissəsini dəyişdirərək, iddiasının tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsi barədə şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Elnur Məmmədovun “Sübutların qiymətləndirilməsi haqqında” 21 noyabr 2019-cu il tarixli qərarının 7-ci bəndində Zərərçəkmiş şəxs məxsus olan "Mercedes Axor" markalı **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş maddi ziyanın kim, yaxud da kimlər tərəfindən müəyyən edilməsi istintaq dövründə mümkün olmadığından, həmin xüsusatlar üzrə araşdırma aparılması üçün cinayət işinin materiallarından ayrıca material ayrılmışdır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Zərərçəkmiş şəxs məxsus olan "Mercedes Axor" markalı 39XC-273 (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş maddi ziyanla bağlı ittiham irəli sürülməmişdir. Belə olan halda, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli hökmündə isə məhkəmənin Təqsirləndirilən şəxs verilmiş ittihamda zərərçəkmiş şəxsə dəymiş zərərin 113.000 manat göstərilməsi ilə məhkəmə kollegiyası razılaşmır və qeyd edir ki, təqsirli şəxslərin müəyyən edilməsi məqsədilə ayrıca icraatda yoxlanılması üçün ayrılmış ziyan qanunsuz olaraq Təqsirləndirilən şəxs ittihamına daxil edilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum olunmuş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən birgə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-49/2020 saylı, 12 fevral 2020-ci il tarixli hökmü isə dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən birgə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə məhkum edilməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-49/2020 saylı, 12 fevral 2020-ci il tarixli hökmü dəyişdirilsin. Hökmdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona aylıq qazancindan 20% dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilməsi, cəzasının əvvəli aylıq qazancindan ilk dəfə 20% dövlət nəfinə tutulduğu gündən hesablanmasına dair müddəlar xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1, 75.1.1-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə cəza təyin edilməsin. Hökmdən mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasının qismən təmin edilməsi, 48.216,00 (qırx səkkiz min iki yüz on altı) manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, qalan hissədə mülki iddianın rədd edilməsinə dair müddəalar xaric edilsin. Mülki iddia baxılmamış saxlanılsın və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: İlqar Murquzov Həsən Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar