Məhkəmə qərarları › İş №1(103)-565/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-565/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-565/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Babayev Qədim Xalid oğlunun sədrliyi və məruzəsi ilə, X12 və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X15, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X16, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2, onun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə (bundan sonra apellyasiya şikayəti) əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli hökmünə əsasən (hakimlər X10 (sədrlik edən), X17 və X18 ibarət tərkibdə) 25 avqust 1974-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Masallı şəhəri, ünvan 1 ünvanda yaşamış, hazırda Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 11 (on bir) il azadlıqdan məhrum etmə cəzasının Masallı Rayon Məhkəməsinin 08 iyul 2022ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 06 ay 23 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edildiyi hissəsi hazırkı hökmlə təyin edilmiş cəza ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə ona qəti olaraq 10 (on) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə Təqsirləndirilən şəxs1 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Hökmlə maddi sübutların taleyi də həll edilmişdir. İşin halları: İttiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamış və cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş narkotik vasitə və psixotrop maddəni yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq avtomobilində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan cinayətkar razılığa əsasən o, istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda, təmiz çəkisi 3,191 qram narkotik vasitə olan heroin və külli miqdarda, təmiz çəkisi 2,236 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlamaqla daşıyıb 09 iyun 2022-ci il tarixdə həmin narkotik vasitə və psixotrop maddəni qrup üzvü Təqsirləndirilən şəxs1 verərək onların cinayətkar niyyətindən xəbərsiz olan, Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan tanışı X6 göndərmək üçün şalvar almaqla göndərəcəyi həmin şalvarın ətəyinə dərzi kimi qeyd edilən narkotik vasitə və psixotrop maddəni yerləşdirməyi tapşırmış, Təqsirləndirilən şəxs1 da öz növbəsində qara rəngli cins şalvar alaraq bir ayağının ətək hissəsinə onun verdiyi külli miqdarda, təmiz çəkisi 3,191 qram narkotik vasitə olan heroini, şalvarın digər ayağının ətək hissəsinə isə külli miqdarda, təmiz çəkisi 2,236 qram psixotrop maddə olan metamfetamini tikməklə yerləşdirmiş, bundan sonra qrup üzvü Təqsirləndirilən şəxs1 həmin şalvarı Həsən Kərimova göndəriləcək, içərisində ərzaq məhsulları olan bağlamaya yerləşdirib həmin bağlamanı onların cinayətkar niyyətlərindən xəbərsiz olan tanışları X32, X7, X11 və Şahid1 vasitəsilə Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi, 8-ci Köndələn küçəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə daşımaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli, 7-N nömrəli əmri ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X24”nın 6-cı əlavəsində göstərilmiş Siyahı üzrə narkotik vasitələr, psixotrop maddələr və prekursorların cəzaçəkmə müəssisələrinə daxil olan və oradan çıxan şəxslərə özləri ilə keçirilməsi qadağan olunduğu halda həmin Qaydaların tələblərini pozaraq gizli ötürülməsini təmin etmək məqsədi ilə qadağan olunmuş əşya olan həmin narkotik vasitə və psixotrop maddəni yoxlamadan gizlədərək cəzaçəkmə müəssisəsinə ötürməyə cəhd etmiş, lakin 10 iyun 2022-ci il tarixdə saat 12:20 radələrində müəssisənin nəzarət buraxılış məntəqəsinə Şahid1 tərəfindən gətirilmiş bağlamaya baxış keçirilən zaman bağlamanın içərisində olan qara rəngli cins şalvarın bir ətək hissəsindən külli miqdarda, təmiz çəkisi 3,191 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmin şalvarın digər ətək hissəsindən külli miqdarda, təmiz çəkisi 2,236 qram olan ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürüldüyündən qadağan olunmuş əşyanın yoxlamadan gizlədərək müəssisəyə ötürməsinə yönəldilmiş hərəkətlərini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,019 qram olan narkotik vasitə heroini əldə edib daşıyaraq idarə etdiyi “Mersedes” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində axtarışda olması ilə əlaqədar Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Ələt- Astara magistral yolunun 10-cu kilometrliyində şübhəli şəxs qismində saxlanılıb idarə etdiyi avtomobillə ünvan 3 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirilmiş, həmin tarixdə bölmənin həyətyanı sahəsində onun iştirakı ilə idarə etdiyi “Mersedes" markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin sürətlər qutusunun yanından 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində, təmiz çəkisi 1,019 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək hökmün ləğv edilərək hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş əməliyyat müvəkkili Şahid8 ifadəsində narkotik maşının sağ qapısında yerləşən saxlanc yerindən çıxdığını, maşına baxış keçirilərkən vəkilin iştirak edib-etməməsinin yadında olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsində isə baxışın vəkilin iştirakı olmadan keçirilməsi barədə Təqsirləndirilən şəxs2 ərizə yazmışdır. Baxış zamanı avtomobilin surətlər qutusunun yanından çıxdığını göstərmiş, həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş digər əməliyyat müvəkkili Şahid7 da Şahid8 ilə eyni məzmunlu ifadə verərək Şahid8 dediklərini təsdiq etmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra Şahid7 yaddaşının zəifliyi səbəbindən hadisəni tam xatırlamdığını qeyd etmiş, bununla da həmin epizod üzrə hadisənin yeganə şahidlərinin məhkəmə istintaqı zamanı verdiyi ifadələr ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında kəskin ziddiyyət olmuş, nəticədə həmin şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrin sübutlar siyahısından çıxarılması üçün kifayət qədər əsaslar olduğu halda, birinci instansiya məhkəməsi bunu etməmişdir. Digər tərəfdən, həmin şahidlərin ifadələri zamanı o da müəyyən edilmişdir ki, həmin istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs2 fundamental hüquqlarından olan müdafiə hüququ pozulmuş, həmin istintaq hərəkətləri zamanı müdafiəçinin iştirakı təmin edilməmiş, bununla da Təqsirləndirilən şəxs2 qanunsuz və əsassız ittiham verilməsi üçün zəmin yaradılmışdır. Bundan başqa, hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi tamamilə qərəzli olaraq işdə olan və məhkəmə istintaqı zaman tərəfimizdən təqdim edilmiş sübutlara, vəsatətlərə, həmin vəsatətlərə əsasən dindirilmiş əlavə şahid ifadəsinə və qəbul edilmiş qərarlara istinad etməmiş, bununla da qanunsuz qərar qəbul edilməsi üçün zəmin yaradılmışdır. Belə ki, birinci instansiya məhkəməsi işdə olan "xxxx" MMCdən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protokola və onuı əlavəsinə istinad edərək göstərir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** ilə bağlı əldə olunmuş telefonla ötürülən məlumatların içərisində “Rosen o dosta 2ya 3 yüz pay verey, məsləhətdir qonaqlıq” kimi şübhəli mesaj mətni vardır, həmçinin Təqsirləndirilən şəxs2 9 iyun 2022-ci il tarixdə, yəni narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs1 Oqtay oğluna verdiyi vaxt onun Masallı rayonu ərazisində olduğu görünür. Həmin nəticə tamamilə əsassızdır. Belə ki, həmin cinayət işinin ibtidai istintaqı zamanı Nizami RPİ-nin müstəntiqi olmuş Şahid9 tərəfindən heç bir əsas olmadan guya Təqsirləndirilən şəxs2 istifadəsində olan (əslində isə həmin vaxt işləməyən) ***-******* nömrəli telefonda olan bir şübhəli mesaja istinad etməklə ona Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə nəzərdə tutulan qanunsuz ittiham vermişdir. Halbuki həmin vaxt həmin nömrə aktiv olmamış, bu halın araşdırılması, müvafiq antenn dairələrindən çıxarışların əldə edilməsi ilə bağlı birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tərəfimizdən təqdim edilmiş vəsatət isə təmin edilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 ona PXnin Müalicə Müəssisəsində saxlanılan doğma bibisinin yeznəsi Həsən Kərimovun zəng edib özünə şalvar, köynək, jiletka almaq lazım olduğunu dediyi, həmin vaxt pulu olmadığından Təqsirləndirilən şəxs2 müraciət edib ondan həmin paltarları almaq üçün pul istədiyi, Telmanın ona 200 manat pul verdiyi, bir gün sonra ona müştəri qismində bir şəxsin yaxınlaşıb Həsənin adamı olduğunu deyərək ona dərman göndərmək lazım olduğu üçün dərmanı müalicə müəssisəsinə keçirtmək lazım olduğunu deyərək ona iki dənə paket verdiyi, paketdəkilərin dərman olmasına onu inandırdığını bu səbəbdən həmin paketləri aldığı şalvara tikməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşmış və hesab etmişdir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Həmin nəticə də tamamilə qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi nəyə görə belə nəticəyə gəldiyini nə faktiki, nə də hüquqi baxımdan əsaslandırmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi eynilə Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının narkotik vasitə gətirərək onun maşınına qoyub maşına baxış keçirilən zaman oradan aşkar etdikləri, heç kəsə, o cümlədən Təqsirləndirilən şəxs1 narkotik vasitə vermədiyi, ona qarşı irəli sürülən ittihamla heç bir əlaqəsinin olmadığı, Həsənin onun həm yerlisi, həm də qonşusu olduğu üçün ona zəng edib təkcə pul istəyib, başqa heç nə istəmədiyi, dərmandan xəbərinin olmadığı barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşmış və hesab etmişdir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində cinayətin törədilməsi halları ilə bağlı verdiyi və məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş ifadələri Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələrinin yalan olduğunu birbaşa sübut edir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefonla ötürülən məlumatların içərisində “Rosen o dosta 2ya 3 yüz pay verey məsləhətdir qonaqlıq” kimi şübhəli mesaj mətninin məhkəmə məhz narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olduğu qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi eyni zamanda iş üzrə toplanmış bütün sübutların müqayisəli təhlili nəticəsində təqsirləndirilən şəxslərə verilmiş ittihamın tam sübut olduğu nəticəsinə gəlmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmasını Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmiş, lakin Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hal müəyyən edilmədiyini göstərmişdir. Halbuki, Təqsirləndirilən şəxs2 İİİ dərəcəli əlildir və öhdəsində 3 (üç) azyaşlı uşaqları vardır. Həmçinin işdə olan Səhiyyə Nazirliyi Respublika X25 Hüquqi Şəxsinin ambulator məcburi narkoloji tibbi yoxlamasının 1 avqust 2022-ci il tarixli, 4528 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 İİİ dərəcəli əlildir. Bundan başqa, birinci instansiya məhkəməsinin Səhiyyə Nazirliyi Respublika X25 Hüquqi Şəxsinin ambulator məcburi narkoloji tibbi yoxlamasının 16 avqust 2022-ci il tarixli, 4528 nömrəli rəyinə istinad edərək, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, hazırda Təqsirləndirilən şəxs2 İİİ dərəcəli əlil olmasıilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmaması, ərazi narkoloji dispanserində qeydiyyata alınması barədə nəticəsi də tamamilə qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olmuş və 2012-ci ilin 31 yanvar tarixinədək narkotik vasitədən istifadə etmişdir. Lakin o zamandan bəri heç bir narkotik vasitədən istifadə etməmişdir. Ona qarşı irəli sürülən ittihamla heç bir əlaqəsi yoxdur. Bundan başqa, müstəntiq Şahid9 tərəfindən yol verilmiş digər qanunsuz hərəkət, onun tərəfindən ibtidai istintaq zamanı, guya digər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə üzləşmədən imtina etməsi haqqında 07 oktyabr 2022-ci il tarixli ərizə tərtib edilərək, cinayət işinin materiallarına əlavə edilməsidir. Belə ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakimTelman Hüseynov) icraatına daxil olarkan prosesə yeni qoşulmuş müdafiəçi kimi cinayət işnin materialları ilə tanış olarkan, ibtidai istintaq zamanı Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1ci maddələri ilə digər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə üzləşmədən imtina etməsi haqqında 07 oktyabr 2022-ci il tarixli ərizə olduğunu müəyyən edilmişdir. Müdafiəçi kimi dərhal həmin ərizədə olan imza qrafasındakı imzaların Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi tərəfindən icra olunduğunu ilk növbədə müdafiəçidən soruşmuş və o, isə qətiyyətlə belə bir sənədə imza etmədiyini bildirmiş və məhkəmə baxışı zamanı da bunu bir daha bildirmişdir. İşin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi kimi Təqsirləndirilən şəxs1 da eyni sualla müraciət etmiş, o da belə bir sənədi xatırlamadığını və elə bir məzmunda ərizə vermədiyini, əksinə müstəntiq tərəfindən Nizami RPİ MSX-də 3 dəfə üzləşmə aparıldığını bildirmişdir. İş üzrə digər təqsirləndirilən şəxs oğlum Təqsirləndirilən şəxs2 də müstəntiq tərəfindən Nizami RPİ MSX-də 3 dəfə üzləşmə aparıldığını bildirmişdir. 17 noyabr 2023-cü il tarixli məhkəmə iclasında əlavə şahid qismində dindirilən ibtidai istintaq zamanı Nizami RPİ-nin müstəntiqi olmuşŞahid9 isə bildirmişdir ki, ibtidai istintaq zamanı həmin ərizə 07 oktyabr 2022-ci il tarixdə Nizami RPİ MSX-dəTəqsirləndirilən şəxs1 və onun müdafiəçisi tərəfindən imzalanmış, həmçinin Təqsirləndirilən şəxs1in narkotik vasitəni ona Təqsirləndirilən şəxs2 tərəfindən verildiyini, sonuncu isə bu ifadənin yalan olduğunu bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 müdafiəçisi Təqsirləndirilən şəxs1 da yenidən müvafiq sualla müraciət etmiş, o isə bir daha belə bir sənədi xatırlamadığını və elə bir məzmunda ərizə vermədiyini, həmçinin Təqsirləndirilən şəxs2 tərəfindən ona narkotik vasitə verilməsi barədə ifadə vermədiyini, həmin ifadənin yalan olduğunu bildirmişdir. Beləliklə, göründüyü kimi, 07 oktyabr 2022-ci il tarixli ərizədəki imzaların saxtalaşdırılması ehtimalı çox böyük olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs2 müdafiəçisi kimi tərəfimdən Təqsirləndirilən şəxs1in üzləşmədən imtina edilməsi haqqında 07 oktyabr 2022-ci il tarixli ərizədə imza qrafasındakı imzaların Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi tərəfindən icra olunub-olmamasını müəyyən etmək üçün cinayət işi üzrə “məhkəmə-xətşünaslıq” ekspertizasının təyin edilməsi və keçirilməsi, eyni zamanda həmin ərizənin 07 oktyabr 2022-ci il tarixdə, yaxud başqa vaxt imzalanmasını müəyyən etmək məqsədilə Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin, həmçinin müstəntiqin 07 oktyabr 2022-ci il tarixdə eyni vaxtda Nizami RPİ MSY-də olubolmamasını müəyyən etmək üçüı sonunculara məxsus telefon anten dairələrindən çıxarışın götürülməsi barədə müvafiq qərar qəbul edilməsi barədə vəsatət verilmiş, lakin vəsatət təmin edilməmişdir. Bundan başqa, hesab edirəm ki, hüquqlarını müdafiə etdiyim şəxsin əgər təqsirliliyi sübuta yetirilərsə idi belə (halbuki, müdafiə tərəfi hesab edir ki, onun heç bir təqsiri yoxdur), o halda da məhkəmənin ona həmin maddələr ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etməsi, demək olar ki, eyni əmələ görə digər təqsirləndirilən şəxsə 5 il 6 ay müddətinə, yəni 2 dəfə az müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməsi tamamilə qərəzlidir. İşin apellyasiya baxışı zamanı digər müdafiəçi Umud Abdurahmanlı apellyasiya şikayətinə əlavə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında həmin narkotik vasitə və ya psixotrop maddəni kimə, nəyin əvəzində Ədliyyə Nazirlininin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə göndərmələrini, bu göndərmədə onların qazancının nədən ibarət olması, eləcə də həmin narkotik vasitə və ya psixotrop maddəni hansı sferada, yəni kimlərə yaymaları, həmin hərəkətlərdə onların şəxsi məqsədlərinin nədən ibarət olmasını nə ibtidai istintaq, nə də ki, məhkəmə baxışı zamanı müəyyən edə bilməmişlər. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razıhq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 hərəkətlərində məlum Plenum qərarında göstərilən hallardan hər hansı biri mövcud olmamış, o, cümlədən bu iş üzrə istehlakçı ola biləcək Həsən Kərimov, Azad Həziyev və Ramiz İbadovun narkotik vasitə və psixotrop maddəni sifariş vermədiklərinə dair ibtidai istintaq yekun nəticəyə gəlmişdir. Ali Məhkəmənin Plenum qərarına əsasən adı keçən narkotik vasitə və psixotrop maddələr Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 sərəncamında olmalıdır ki, həmin şəxslərin onları satmaq imkanı olsun. Lakin ittihamdan göründüyü kimi, həmin narkotik vasitə və psixotrop maddələr artıq Həsən Kərimov üçün Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə göndərildiyindən Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 artıq həmin narkotik vasitə və psixotrop maddələr üzərində sərəncam vermək, satmaq imkanı mövcud deyildir. Təqsirləndirilən şəxs1 iş üzrə ifadəsindən görünür ki, Həsən Kərimov və qeyrisi tərəfindən narkotik vasitə və psixotrop maddənin Müalicə Müəssisəsinə gizli yolla ötürülməsinə Həsən Kərimov tərəfindən sifariş, sövdələşmə olmamışdır. Sifariş və sövdələşmə, istehlakçı ilə qabaqcadan razılaşma olmadan narkotik vasitənin və psixotop maddənin Təqsirləndirilən şəxs1 yə Təqsirləndirilən şəxs2 tərəfindən penitensiar müəssisəyə ötürülməsi narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə saxlanması və satma cinayət əməlinin dispozisiyasında tələb olunan hallarla ziddiyyət təşkil etməklə, həm də bu düzgün təfəkkürün forma və qanunlarına uvqunsuz olmaqla məntiqsizdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 14 iyun 2022-ci il tarixdə saat 20:00-da Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi şübhəli şəxs qismində tutulmuşdur. G.Əkbərovun adından yazılmış şübhəli şəxs qismində ifadəsi, onun şahid qismində ifadəsi iləeyni məzmunda olmuş, yalnız həmin ifadəyə müstənitiqin “nəyə görə Həsən üçün göndərdiyiniz şalvarın balağına Telmanın verdiyi heroin və metafetami tikirdiniz?” sualına o, “bildirmək istəyirəm ki, anam qara ciyar serrozundan xəstəlikyindən əziyyət çəkir, mən dərzi işləməklə anamın müalicəsi üçün lazım olan dərmanlan çətinliklə alıram Telmanın mənə verdiyi 200 manatdan özümə cəmi 50 manat pul qalmışdır. Həmçinin Telman və Həsəni əvvəllər tanıdığım üçün, Telmanın təklifini rədd edə bilmədim”. Təqsirləndirilən şəxs1 həmin ifadəsinin qurma olması ona dəlalət edir ki, əgər onun həmin əməli anasının xəstəliyi ilə bağlı pul əldə etmək üçün etməsi təqdirində 50 manat pul ona ciyər serrozundan əziyyət çəkən şəxsin müalicəsinə sərf olunan dərmanların çox cuzi bir hissəsini belə təşkil etməyəcəkdir. Təqsirləndirilən şəxs1 həmin ifadəsində müstəntiqin digər sualını cavablandırarkən qeyd edilən formada əvvəllər iş görmədiyini bildirməsi də Təqsirləndirilən şəxs1 adından verilən həmin məlumatın qurama olmasına dəlalət edir. Müstəntiq Şahid9 Təqsirləndirilən şəxs2 olduğu yeri, eləcə də iş üzrə işin halları ilə bağlı hər hansı araşdırma aparmadan törədilmiş əməli Cinayət Məcəlləsinin 234.4,1 və 234.4.3-cü maddələrinə tövsif etmiş, Təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edərək, ona ittiham elan etmiş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 adından qeyd olunan 16 iyun 2022-ci il tarixli ifadəsi ilə, şübhəli şəxs qismində veridyi ifadə nöqtə-vergülünə kimi eyni məzmunda olmaqla ifadənin sonuna hal-hazırda və əvvəllər istifadənizdə hansı mobil nömrə olmuşdur sualına o, “hal-hazırda və əvvəllər istifadəmdə 050 *** ** ** saylı mobil nömrə olmuşdur” cavabını vermişdir. Bundan başqa, iş materiallarında Təqsirləndirilən şəxs2 olduğu yerin müəyyən edilməsi istiqamətində araşdırma aparılmasını təsdiq edən hər hansı bir məlumat olmamış, şəxs cəza çəkdiyi ƏN-nin 11 saylı Məntəqə X2 halda, quya onun qaçıb gizləndiyindən yerinin müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçiləri apellyasiya şikayətində və ona əlavədə göstərilən əsaslarla hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Masallı rayonunda təzə bazarda balaca bir dükanı var və orada dərzi işləyir. Ona bir gün cəzaçəkmə müəssisəsindən Həsən Kərimov zəng edib 1- 2 aya azadlığa çıxacağını, ona şalvar, köynək, jiletka almaq lazım olduğunu demişdir. Həsən Kərimov onun doğma bibisinin yeznəsidir və Penitensiar Xidmətin Müalicə Müəssisəsində cəza çəkir. Onun da həmin vaxt pulu olmadığından Təqsirləndirilən şəxs2 müraciət edib sonuncudan həmin paltarları almaq üçün pul istəmişdir. Telman da ona 200 manat pul vermiş, o, gedib şalvar, köynək və jiletkanı almış və gətirib dükanına qoymuşdur. Bir gün sonra ona müştəri qismində bir şəxs yaxınlaşıb Həsənin adamı olduğunu, Həsənin müalicə müəssisəsində olduğunu, Həsənə dərman göndərmək lazım olduğunu, lakin buna icazə verilmədiyi, odur ki, dərmanı müalicə müəssisəsinə keçirtmək lazım olduğunu demişdir. Həmin şəxs içərisində dərman olduğunu deyib ona iki dənə paket vermiş, paketdəkilərin dərman olmasına onu inandırmışdır. Həmin şəxs ona paketləri verdikdən sonra küçədə taksi gözlədiyini deyərək çıxıb getmışdır. O, həmin paketləri aldığı şalvara tikmiş və şalvarı digər müştərilərin paltarlarını qoyduğu yerə qoymuşdur. Bir gün sonra bir dəfə gördüyü Nahid adında cavan uşaq, gəlib ondan paltarların hazır olub-olmadığını soruşmuş, o, həmin paltarları Nahidə vermiş və Nahid paltarları götürüb çıxıb getmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs1 həmin şəxsin ona dərmanları göndərmək lazım olduğunu, lakin buna icazə verilmədiyini dedikdən sonra Allah xatirinə, həm də Həsən onun qohumu olduğu üçün həmin şəxsə dərmanların göndərməsində köməklik etmək üçün dərmanları şalvara tikdiyini, dərmanların kustar üsulu ilə hazırlanmış dərmanlara oxşadığını və sellofan paketdə olduğunu, əvvəl həmin dərmanları götürməyə çəkindiyini, lakin həmin şəxsin onların dərman olmasına onu inandırdığını və inandığı üçün dərmanları şalvara tikdiyini, həmin dərmanların şalvara tikilməsi ilə bağlı Telmanın ona heç bir göstəriş vermədiyini, Telmanla aralarında həmin dərmanlarla əlaqədar heç bir söhbət olmadığını, sadəcə pul söhbəti olduğunu, özü istədiyi üçün Telmanın ona 200 manat verdiyini, ibtidai istintaq zamanı müstəntiqin iştirakı ilə Telmanla arasında 2-3 dəfə üzləşmə olduğunu bildirmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 bildirmişdir ki, uzun müddətdir ki, Masallı şəhəri ərazisində yerləşən "xxxx" adlanan ərazidə dərzi işləyir. Hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində cəza çəkən Həsən adlı şəxsi uzun müddətdir ki, tanıyır, sonuncu ilə aralarında münasibətləri yaxşı olmuşdur. 09 iyun 2022-ci il tarixdə səhər saatlarında qonşusu Təqsirləndirilən şəxs2 onun yanına gələrək ona 200 manat pul vermiş və həmin pula Həsən üçün paltar almağı xahiş etmişdir. Həmin vaxt Həsən ona zəng etmiş və Telmanın verdiyi puldan artıq qaldığı halda ona şirniyyat almağı xahiş etmişdir. Həsənlə aralarında heroin və metamfetamin barədə hər hansı danışıq olmamışdır. O da Həsən üçün şalvar və köynək aldıqdan sonra, şirniyyat da almışdır. Bundan sonra Telman onun yanına gələrək bir sellofan bükümdə narkotik maddə olan heroin və bir sellofan bükümdə psixotrop maddə olan metamfetamin verərək həmin maddələri aldığı paltarların hər hansı bir yerində tikǝrǝk gizlətməyini xahiş etmişdir. O da etiraz etməmiş və həmin maddələri Həsən üçün aldığı qara cins şalvarın sağ və sol ayaqlarının balaq hissələrinə tikmişdir. Bundan bir neçə saat sonra Nahid adlı bir oğlan yanına gələrək "Telman burdan Həsən üçün hansısa bağlama götürməyimi məndən xahiş edib” demiş, o da Telmana "hə düzdü. Bu paltarlar və şirniyyat Həsənə çatacaq" demişdir. Bundan sonra Nahid bağlamaları götürüb oradan getmişdir. O həmçinin bildirmişdir ki, hazırkı vaxtadək narkotik vasitə olan qurudulmuş marixuanadan nadir hallarda istifadə etmiş, heroin və metamfetamindən istifadə etməmişdir. Anası qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkir və o, dərzi işləməklə anasının xəstəliyininin müalicəsi üçün lazım olan dərmanları çətinliklə alır. Telmanın ona verdiyi 200 manatdan özünə cəmi 50 manat qalmışdır. Həmçinin Telman və Həsəni əvvəllər tanıdığı üçün Telmanın təklifini rədd edə bilməmişdir (cild 1, iş vərəqi 143-145). Birinci instansiya məhkəməsində ifadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 protokollardakı imzalar və yazıların ona məxsus olduğunu, polis bölməsində olduğu zaman çox həyəcanlı olub özünü itirdiyi üçün nəyə imza atdığına və nə yazdığına fikir vermədiyini bildirmişdir. Məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 avqust 2022-ci il tarixdə öz şəxsi avtomobili ilə belindən əməliyyat olunmaq üçün Bakıya gələrkən Qaradağ DYP postunda polis əməkdaşları onu saxlamış, sonra Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməkdaşları gəlib onu bölməyə aparmışlar. 23-cü Polis Bölməsində polislər onu Təqsirləndirilən şəxs1 tanımağı ilə bağlı sual vermişlər. O, Gülbalanı tanıdığını bildirmiş, bir-iki saatdan sonra Gülbalanı onunla üzləşdirmək üçün gətirmişlər. Polis əməkdaşları onun iyun ayında Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərmək üçün Gülbalaya narkotik vasitə verdiyini demişlər. O isə heç kəsə narkotik vasitə vermədiyini bildirmişdir. Gülbala ilə üzləşmə zamanı Rüfət və Nicat adlı 2 müstəntiqin və müvəqqəti saxlama yerinin rəisi orada olmuşdur. Gülbala demişdir ki, “Telman onun qonşusu olub, ona narkotik vasitə verməyib, sadəcə ondan pul istədiyi üçün ona pul verib”. Ayın 11-i yenidən üzləşmə olmuşdur. Həmin üzləşmədə bir nəfər Elvin adlı əməliyyatçı da iştirak etmişdir. Həmin gün axşam saatlarında polis əməkdaşları 2 büküm narkotik vasitə gətirib demişlər ki, onları onun maşınına qoysunlar, guya maşına baxış keçirilən zaman aşkar olunub və onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli bilsinlər. O, heç olmasa 2 deyil, 1 büküm narkotik vasitə qoymağı bildirmiş və belə də olmuşdur. Polislər 1 büküm narkotik vasitəni onun maşınına qoymuşlar. O, narkotik vasitə istifadəçisi olmuş və 2012-ci ilin 31 yanvar tarixinədək narkotik vasitədən istifadə etmişdir. Lakin o zamandan bəri heç bir narkotik vasitədən istifadə etməmişdir. Ona qarşı irəli sürülən ittihamla heç bir əlaqəsi yoxdur. Həsən Cəlilov onun həm yerlisi, həm də qonşusu olmuşdur. Bir dəfə Həsən müalicə müəssisəsindən ona zəng edib pul istəmişdir. Həsən ona sovqat, pal-paltar lazım olduğunu, həmin paltarları alıb daha sonra Gülbalaya verməyi, onun bədən ölçülərinə uyğun Gülbalanın kəsib-tikib düzəltməyi demişdir. O, Həsənə demişdir ki, “Gülbala sənin bədən ölçülərini bilirsə, Gülbalaya de ki, gəlsin, ona pulu verim, paltarları Gülbala özü alsın”. Birinci instansiya məhkəməsində verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs Abıyev X19 ona zəng edib təkcə pul istədiyini, başqa heç nə istəmədiyini, dərmandan xəbərinin olmadığını, Gülbalanı doğulduğundan bəri tanıdığını, onunla yaxın qonşu olduğunu, polislər tərəfindən tutulan zaman üzərindən narkotik vasitə çıxmadığını, 10 avqust tarixində 23-cü Polis Bölməsinə aparıldıqdan sonra oradan müvəqqəti saxlama yerinə aparıldığını, həmin gün 2 dəfə Gülbala ilə üzləşməsinin olduğunu, daha sonra 11 avqust tarixində də Gülbala ilə 2 dəfə üzləşdirildiyini, daha sonra axşam saatlarında onu 23-cü Polis bölməsinə aparıb üzərinə və maşınına baxış keçirdiklərini, baxış keçirilən zaman vəkilin iştirakından imtina etmədiyini və ya bununla əlaqədar ərizə vermədiyini, baxış keçirilən zaman vəkilin iştirak etmədiyini, maşınına narkotik qoymadığını, polislər onu tutana qədər maşınında narkotik olmadığını, ümumiyyətlə 2012-ci ildən bəri narkotik istifadə etmədiyini, Gülbala ilə olan üzləşmə protokollarını imzalamadığını, Gülbalaya 200 manat verdikdən sonra, Həsənlə telefonda danışıb pulu Gülbalaya verdiyini dediyini bildirmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs2 dindirildikdən sonra verilən suallara təqsirləndirilən şəxs Kərimov X13 dərmanlarla əlaqəsinin olmadığını, Telmanın ona paltarları alması üçün 200 manat pul verdiyini, həmin pula Həsən üçün geyimlər və şirniyyatlar aldığını, qalan pulu isə özünə götürdüyünü, çünki Telmanın “puldan artıq nə qalsa özünə götür” dediyini, Telman ilə arasında 3-4 dəfə üzləşmə olduğunu, üzləşmə protokollarını imzalamadığını və üzləşmə olmasından imtina barədə ərizə yazmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində məsləhətçi vəzifəsində işləyən Şahid5 ifadəsində göstərmişdir ki, 10 iyun 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən müalicə müəssisəsinin nəzarət-buraxılış məntəqəsində o, digər hal şahidi və ədliyyə qulluqçularının iştirakı ilə aparılmış axtarış-baxış tədbirləri zamanı müalicə müəssisəsində müalicə alan X8na, tanışı Şahid1 tərəfindən gətirilmiş sovqat hesab olunan bağlamanın içərisində olan 01 ədəd qara rəngli, parça materialdan olan, üzərində yazısı olan şalvarın hər iki balağının ən aşağı, yəni qat yerinə tikilmiş hissədə 02 ədəd sellofan bağlama, həmin bağlamanın birində qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli maddə, digər bağlamada isə şüşə qırıqları formasında, şəffaf rəngli narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Birinci instansiya məhkəməsində verilən əlavə suallara cavab olaraq Şahid5 narkotikin şalvarın balağına tikildiyini, şalvarı Şahid1 gətirdiyini, aşkar olunduqdan sonra zərfə qoyulub qablaşdırılıb ekspertizaya göndərildiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində mülki işçi kimi işləyən Şahid6 ifadəsində göstərmişdir ki, 10 iyun 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən müalicə müəssisəsinin nəzarət-buraxılış məntəqəsində bildirdilər ki, X21, tanışı Şahid1 tərəfindən gətirilmiş sovqat hesab olunan bağlamanın içərisindən narkotik maddələrə oxşar maddələr aşkar olunub. Onun, digər hal şahidi və ədliyyə qulluqçularının iştirakı ilə aparılmış axtarış-baxış tədbirləri zamanı şalvarın hər iki balağının ən aşağı, yəni qat yerinə tikilmiş hissədə sellofan bağlamada həmin bağlamanın birində qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli maddə, digər bağlamada isə şüşə qırıqları formasında, şəffaf rəngli narkotik vasitəyə bənzər maddə aşkar olunmuş və sənədləşdirilmişdir. Məlum oldu ki, sovqat Şahid1 tərəfindən Həziyev Azada gətirilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində Rejim-Nəzarət şöbəsinin böyük inspektoru vəzifəsində işləyən Şahid4 ifadəsində göstərmişdir ki, 10 iyun 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, X21, tanışı Şahid1 tərəfindən gətirilmiş sovqat hesab olunan bağlamanın içərisində narkotik vasitələrə bənzər maddə aşkar olunmuşdur. “Stefano Ricci” markalı şalvarın hər iki ətəyindən sellofana bükülmüş 2 büküm aşkar olunmuşdur. Daha sonra həmin maddələr qablaşdırılaraq ekspertizaya təqdim olunmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 baxışda özünün, Nazilə və Eldarın iştirak etdiyini, sovqatı Şahid1 gətirdiyini, Elşənin Azadın anasının ona bu bağlamanı verdiyini dediyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nizami rayon Polis İdarəsinin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılaraq 23-cü Polis Bölməsinə gətirilmişdir. O, Təqsirləndirilən şəxs2 maşınına baxış keçirilməsində iştirak etmişdir. Həmin maşından narkotik vasitə aşkar olunmuşdur. Səhv etmirsə, narkotik maşının sağ qapısında yerləşən saxlanc yerindən çıxmışdır. Aşkarlanan narkotik vasitə sellofan bükümdə olmuş və qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Birinci instansiya məhkəməsində verilən əlavə suallara cavab olaraq Şahid8 narkotikin aşkarlandığı maşının “Mercedes” markalı maşın olduğu, maşına baxış keçirilərkən vəkilin iştirak edib-etməməsinin yadında olmadığını, Təqsirləndirilən şəxs2 aşkar edilən narkotik vasitənin ona məxsus olduğunu etiraf etdiyini, ona qarşı fiziki və ya psixi təsir göstərilmədiyini, aşkarlanan narkotik vasitənin “kola” olduğunu, maşına baxış keçirilməsində iştirak edən polis əməkdaşlarının sayının yadında olmadığını bildirmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid8 bildirmişdir ki, 11 avqust 2022- ci il tarixdə Nizami RPİ-nin müstəntiqi, polis kapitanı Şahid9 tərəfindən verilmiş əməliyyat tapşırığının icrası ilə əlaqədar 11 avqust 2022-ci il tarixdə saat 20 radələrində o, Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid7 və Nizami RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Ruslan Nurayevin iştirakı ilə Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis kapitanı X28 tərəfindən PB-nin həyətyanı sahəsində Təqsirləndirilən şəxs2 idarəsində olan “Mersedes” markalı, 90-XZ878 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxışın vəkilinin iştirakı olmadan keçirilməsi barədə Təqsirləndirilən şəxs2 ərizə yazmışdır. Baxış zamanı avtomobilin surətlər qutusunun yanından içərisində narkotik vasitə olan heroinin olduğu 01 ədəd şəffaf sellofan büküm aşkar olunmuşdur. Bundan sonra təqdim edilən bükümə baxış keçirilmişdir. Baxış zaman həmin büküm polis əməkdaşı tərəfindən açılmışdır. Bükümün içərisində tünd qəhvəyi rəngində olan heroin aşkar olunmuşdur. Aşkar edilmiş həmin büküm 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 avtomobilində baxış davam etdirilsə də, onun avtomobilindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, Təqsirləndirilən şəxs2, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər (cild 2, iş vərəqi 93-94). Birinci instansiya məhkəməsində ifadəsi elan edildikdən sonra Şahid8 maşına baxış keçirilməsi zamanı maşından aralıda dayandığı üçün narkotikin maşının qapısından çıxarılması yadında qaldığını qeyd etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin Əməliyyat bölməsinin böyük inspektoru vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 10 iyul 2022-ci il tarixdə X8na tanışı Şahid1 tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatda olan şalvarın balaq hissələrindən narkotik vasitə aşkarlanmışdır. Belə ki, öncədən daxil olan əməliyyat məlumatında narkotik vasitənin gətirələcəyi bildirilmiş, ona görə sovqata baxış keçirilmişdir. Şalvarın balaq hissələrindən metamfetaminə və heroinə bənzər maddələr aşkar edilmişdir. Aşkar edilən maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid1 narkotikdən xəbərinin olmadığını bildirərək demişdir ki, sovqatı Həziyev Azadın anası xahiş etdiyi üçün gətirmişdir. Həziyev Azadın özü də demişdir ki, Şahid1 gətirilən narkotikdən xəbəri olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində əməliyyatçı vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 10 iyun 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında müəssisədə saxlanılan X36ın tanışı Şahid1 gətirdiyi sovqata baxış keçirtmişlər. Baxışda şalvarın qat hissələrində 2 ədəd bükümdə heroin və metamfetamin aşkar etmişlər. Narkotiki ekspertizaya göndərmişlər. Prosedur qaydasında sənədləşdirilmişdir. Birinci instansiya məhkəməsində verilən əlavə suallara cavab olaraq Şahid3 məhkumun öz yazdığı izahatında narkotik vasitələri mən özünün sifariş verdiyini, lakin gətirən adamın xəbərinin olmadığını dediyini, maddənin şalvarın balağının qat hissəsində xüsusi formada gizlədildiyini, narkotikin Həziyev Azada gəldiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, təxminən 5-6 ildir ki, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, “Əla dad” şirkətindən şor, qatıq, dovğa, ayran məhsullarını alaraq onların səyyar şəkildə satışını həyata keçirir. Təxminən 15 ildir ki, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 5-də Şərqiyyə adlı xanımı tanıyır. Şərqiyyə orada ərzaq məhsullarının satışı ilə məşğul olan dükan işlədir. Şərqiyyə ilə aralarında ədavət və düşmənçilik olmamış, münasibətləri yaxşı olmuş, o, Şərqiyyənin dükanında alış-veriş etmiş, həmçinin Şərqiyyə onun satdığı məhsullardan almışdır. 10 iyun 2022-ci il tarixdə saat təxminən 11 radələrində o, qazsız su almaq üçün Şərqiyyənin dükanına daxil olmuşdur. O, dükana daxil olduqda orada tanıdığı, yaşadığı küçədə taksi fəaliyyəti ilə məşğul olan hansısa ərzaq məhsulları alan İlham adlı şəxsi görmüşdür. Şərqiyyə İlhama bir neçə bağlamanı oğlu Azad Həziyev üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparmağı xahiş etmişdir. X31 başqa bir yerə gedəcəyini demişdir. Buna görə Şərqiyyə İlhamdan mütəmadi olaraq dükanın ətrafında dayanan, taksi fəaliyyəti ilə məşğul olan Fərman adlı şəxsin mobil nömrəsinin istəmişdir. İlham da Şərqiyyəyə Fərmanın mobil nömrəsini vermişdir. Bundan sonra Şərqiyyə bir nəfərə zəng etmişdir. Təxmin etdiyi qədərilə Şərqiyyə Fərmanla danışmışdır. Şərqiyyə danışığından hiss etmişdir ki, Fərmanın işi var və sonuncu onun bağlamalarını aparmaq üçün gələ bilməyəcək. O, bunları eşidib Şərqiyyəyə problemin nə olduğunu soruşmuş və Şərqiyyə də ona müalicə müəssisəsinə övladı üçün bağlama aparmağın lazım olduğunu demişdir. O, müalicə müəssisəsinin yerini Şərqiyyədən soruşduqda ona aydın olmuşdur ki, həmin yer işlədiyi “Əla dad” şirkətinin yanında yerləşir. Şərqiyyə ona ümumilikdə 6 sellofan bağlama vermiş, o, həmin bağlamanın içərisində nə olduğunu Şərqiyyədən soruşmamışdır. Bağlamaları götürüb idarəsində olan Mersedes markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yerləşdirmiş və oradan müəssisəyə getmişdir. Orada müəssisənin qapısına yaxınlaşmış və bağlamaları ədliyyə qulluqçusuna təhvil vermişdir. Bağlamaya ədliyyə işçiləri, hal şahidləri, Azad Həziyev və onun iştirakı ilə bağlamalara baxış zamanı orada olan qara rəngli, üzərində “Stefano Ricci” yazısı olan şalvarın iki balağının qat yerinə tikilmiş, 02 ədəd şəffaf sellofan bükülünün birində ağ rəngli, kristal şəklində maddə və digərində isə qəhvəyi rəngli, toz şəklində olan maddə aşkar edilərək götürülmüşdür. Həmin maddələr qablaşdırıldıqdan sonra protokol tərtib edilmiş və onun tərəfindən imzalanmışdır. O, Azad Həziyevə vermək üçün təhvil verdiyi bağlamaların içərisində metamfetamin və heroin olduğunu bilməmiş, ümumiyyətdə həmin maddələri görsə belə tanımazmış, yəni həmin maddələrin nə olduğunu bilməmişdir (cild 1, iş vərəqi 53-55). İşdə olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsi tərəfindən tərtib edilmiş 10 iyun 2022-ci il tarixli xx/xx-1547 nömrəli məktubundan görünür ki, 10 iyun 2022-ci il tarixdə təxminən saat 12:20 radələrində, daxil olmuş əməliyyat məlumatına əsasən keçirilmiş axtarış-baxış tədbiri nəticəsində, 12 aprel 2022-ci il tarixdə 11 saylı Cəzaçəkmə Müəssisəsindən etapla X3 şöbəsinə daxil olmuş, 28 yanvar 1990-cı ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunana qədər ünvan 5 ünvanında pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində nömrəsiz evdə yaşamış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2, 228.1, 326.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 11 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş X8na tanışı Şahid1 gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan qara rəngli "Stefano Ricci" markalı şalvarın hər iki balağının qat yerinə tikilmiş, 2 ədəd şəffaf sellofan bükülüdə, biri qəhvəyi rəngli, spesifik iyə malik, toz şəklində, digəri şəffaf şüşə qırıqları formasında narkotik vasitəyə bənzər maddələr aşkarlanaraq götürülmüş, hal şahidlərinin iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmişdir. Aşkar olunaraq götürülən narkotik vasitəyə bənzər maddələr hal şahidlərinin və iştirakçıların iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. ƏNMEM-nın 6/3270 nömrəli arayışında, göndərilmiş maddə şəffaf şüşə qırıqları formasında olan maddənin təmiz çəkisi 2,236 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qəhvəyi rəngli toz şəklində olan narkotik vasitəyə bənzər maddənin isə təmiz çəkisi 3,191 qram kustar üsulla hazırlanmış heroin olduğu müəyyənləşdirilmişdir (cild 1, iş vərəqi 3-4). İşdə olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin Əməliyyat bölməsinin rəisi Azər Əliyev tərəfindən tərtib edilən 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 10 iyun 2022-ci il tarixdə təqribən saat 12:20 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Müalicə Müəssisəsinin nəzarət-buraxılış məntəqəsində hal şahidlərinin iştirakı ilə aparılmış axtarış-baxış tədbirləri zamanı, müəssisədə saxlanılan X8na, tanışı vətəndaş Şahid1 gətirdiyi sovqata baxış keçirilən zaman, sovqatda olan qara rəngli "Stefano Ricci" markalı şalvarın hər iki balağının qat yerinə tikilmiş, 2 ədəd şəffaf sellofan bükülüdə, biri qəhvəyi rəngli, spesifik iyə malik, toz şəklində, digəri şəffaf şüşə qırıqları formasında narkotik vasitəyə bənzər maddələr aşkarlanaraq götürülmüş, hal şahidlərinin və iştirakçıların iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmişdir. Götürülmüş maddələr barədə hal şahidlərinin iştirakı ilə protokol tərtib olunmuş, protokol hamıya ucadan oxunmüş, hamı tərəfindən imzalanmışdır. Bütün proses zamanı şikayət və təkliflər daxil olmamışdır (cild 1, iş vərəqi 5). İşdə olan Penitensiar Xidmətin Müalicə X14 şöbəsinin böyük inspektoru ədliyyə mayoru Şahid4, ƏB-nin əməkdaşları: böyük inspektor ədliyyə baş leytenantı Şahid2, inspektor ədliyyə baş leytenantı Şahid3 tərəfindən tərtib edilən 10 iyun 2022-ci il tarixli aktdan görünür ki, 10 iyun 2022-ci il tarixdə təxminən saat 12:20 radələrində, daxil olmuş əməliyyat məlumatına əsasən keçirilmiş axtarış-baxış tədbiri nəticəsində, 12 aprel 2022-ci il tarixdə etapla 11 saylı cəzaçəkmə müəssisəsindən X3 şöbəsinə "xxxx" diaqnozu ilə daxil olmuş, X8na tanışı vətəndaş Şahid1 tərəfindən gətirilən sovqatın içərisinə baxış keçirilən zaman, sovqatda olan qara rəngli “Stefano Ricci" markalı şalvarın hər iki balağının qat yerinə tikilmiş, 2 (iki) ədəd şəffaf sellofan bükülüdə, biri qəhvəyi rəngli, spesifik iyǝ malik, toz şəklində, digəri şəffaf şüşə qırıqları formasında narkotik vasitəyə bənzər maddələr aşkarlanaraq götürülmüş, hal şahidlərinin və iştirakçıların iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmişdir. Götürülmüş maddələr barədə hal şahidlərinin iştirakı ilə protokol tərtib olunmuş, protokol hamıya ucadan oxunmuş, hamı tərəfindən imzalanmışdır. Bütün proses zamanı şikayət və təkliflər daxil olmamışdır. Aktın doğruluğu imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqi 6). İşdə olan Penitensiar Xidmətin Müalicə Müəssisəsinin Əməliyyat bölməsinin rəisi Azər Əliyev tərəfindən tərtib edilən 10 iyun 2022-ci il tarixli əməliyyat arayışından görünür ki, 10 iyun 2022-ci il tarixdə təxminən saat 12:20 radələrində, daxil olmuş əməliyyat məlumatına əsasən keçirilmiş axtarış-baxış tədbiri nəticəsində, 12 aprel 2022-ci il tarixdə etapla 11 saylı cəzaçəkmə müəssisəsindən "Vegetativ damar distoniyası” diaqnozu ilə X3 şöbəsinə daxil olmuş X8na tanışı Şahid1 gətirdiyi sovqata baxış keçirilən zaman, sovqatda olan qara rəngli "Stefano Ricci" markalı şalvarın hər iki balağının qat yerinə tikilmiş, 2 ədəd şəffaf sellofan bükülüdə, biri qəhvəyi rəngli, spesifik iyə malik, toz şəklində, digəri şəffaf şüşə qırıqları formasında narkotik vasitəyə bənzər maddələr aşkarlanaraq götürülmüş, hal şahidlərinin iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinə göndərilmişdir. ƏNMEM-nın 6/3270 nömrəli arayışında, göndərilmiş maddə şəffaf şüşə qırıqları formasında olan maddənin təmiz çəkisi 2,236 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qəhvəyi rəngli toz şəklində olan narkotik vasitəyə bənzər maddənin isə təmiz çəkisi 3,191 qram kustar üsulla hazırlanmış heroin olduğu müəyyənləşdirilmişdir. Məhkum Hǝziyev Azad Rahib oğlu öz yazılı izahatında həmin sovqatda olan narkotik vasitəni özü sifariş verdiyini, ondan başqa heç kimin günahı olmadığını bildirmiş, vətəndaş Şahid1 isə uzun müddət qonşuluğunda yaşayan Şərgiyə adlı qadının ona sovqatı verərək müəssisədə saxlanılan oğlu Həziyev Azada gətirməsini xahiş etdiyini, sovqatda narkotik vasitə olduğundan xəbərsiz olduğunu öz yazılı izahatında bildirmişdir. Faktla əlaqədar toplanmış materiallar və 1 (bir) ədəd içərisində maddi sübutlar olan möhürlənmiş zərf araşdırmanın davam etdirilməsi məqsədi ilə aidiyyatı üzrə Bakı şəhəri Nizami rayon Polis idarəsinə göndəriləcəkdir (cild 1, iş vərəqi 7). İşdə olan Penitensiar Xidmətin Müalicə Müəssisəsinin Qeydiyyat bölməsinin rəisi Ceyhun Quliyev tərəfindən tərtib olunan arayışdan görünür ki, X8 28 yanvar 1990-cı ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunana qədər ünvan 7 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yaşamışdır. X8 Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2, 228.1, 326.1-ci maddələri 14 il 06 ay müddətinə, Binəqədi rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərarı ilə cəzası 11 il 06 aya endirilmişdir. Cəzasının əvvəli: 04 sentyabr 2015-ci il, cəzasının sonu: 04 mart 2027-ci il kimi müəyyən edilmişdir. X8 12 aprel 2022-ci il tarixdə 11 saylı X1 daxil olmuş va hal hazırda müalicə müəssisəsində cəza çəkir (cild 1, iş vərəqi 12-13). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X25 Hüquqi Şəxsinin ambulator məcburinarkoloji tibbi yoxlamasının 28 iyun 2022-ci il tarixli, 3517 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinodlərdən istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Kərimov X5 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 199-200). İşdə olan 10 avqust 2022-ci il tarixli “baxış və götürmə aparılması barədə” protokoldan görünür ki, 10 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PBnin təhqiqatçısı, polis mayoru X28 tərəfindən Nizami RPİ-nin 23-cü PB-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 avtomobilinə baxış və götürmə istintaq hərəkəti aparılır. Baxış zamanı Təqsirləndirilən şəxs2 avtomobilə vəkilin iştirakı olmadan baxış keçirilməsi barədə razılıq verdikdən sonra avtomobilə videoçəkiliş edilməklə baxış keçirilir. Baxış zamanı avtomobilin sürətlər qutusunun yanında şəffaf sellofana bükülmüş halda narkotik vasitə olan heroin aşkar olunur. Avtomobildən başqa qadağan edilmiş hər hansı alət və ya predmet aşkar edilmir. Aşkar olunmuş narkotik maddə götürüldükdən sonra qablaşdırılır. Baxış zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni Masallı rayonunda Mərkəzi Xəstəxanasının yaxınlığında zibillikdən tapdığını deyir. Yekunda bu barədə protokol tərtib olunur, Təqsirləndirilən şəxs2 və digər iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq edirlər (cild 1, iş vərəqi 225-226). İşdə olan DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxışı keçirilən diskin məzmuundan görünür ki, 11 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis mayoru X28 tərəfindən Nizami RPİ-nin 23-cü PBnin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 avtomobilinə baxış və götürmə istintaq hərəkəti aparılır. Baxış zamanı Təqsirləndirilən şəxs2 avtomobilə vəkilin iştirakı olmadan baxış keçirilməsi barədə razılıq verdikdən sonra avtomobilə videoçəkiliş edilməklə baxış keçirilir. Baxış zamanı avtomobilin sürətlər qutusunun yanında şəffaf sellofana bükülmüş halda narkotik vasitə olan heroin aşkar olunur. Avtomobildən başqa qadağan edilmiş hər hansı alət və ya predmet aşkar edilmir. Aşkar olunmuş narkotik maddə götürüldükdən sonra qablaşdırılır. Baxış zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni Masallı rayonunda Mərkəzi Xəstəxanasının yaxınlığında zibillikdən tapdığını deyir. Yekunda bu barədə protokol tərtib olunur, Təqsirləndirilən şəxs2 və digər iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq edirlər (cild 2, iş vərəqi 11). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında 16 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** ilə bağlı əldə olunmuş telefonla ötürülən məlumatların içərisində “Rosen o dosta 2 ya 3 yüz pay verey, məsləhətdir qonaqlıq” kimi şübhəli mesaj mətni vardır, həmçinin Təqsirləndirilən şəxs2 9 iyun 2022-ci il tarixdə, yəni narkotik vasitə ola heroin və psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs1 Oqtay oğluna verdiyi vaxt Masallı rayonu ərazisində olduğu görünür (cild 2, iş vərəqi 98-115). İşdə olan"xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protokoldan və onun əlavəsindən görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** ilə bağlı əldə olunmuş telefonla ötürülən məlumatların içərisində “Rosen o dosta 2ya 3 yüz pay verey, məsləhətdir qonaqlıq” kimi şübhəli mesaj mətni vardır, həmçinin Təqsirləndirilən şəxs2 9 iyun 2022-ci il tarixdə, yəni narkotik vasitə ola heroin və psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs1 Oqtay oğluna verdiyi vaxt onun Masallı rayonu ərazisində olduğu görünür (cild 2, iş vərəqi 97-115). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X25 Hüquqi Şəxsinin ambulator məcburinarkoloji tibbi yoxlamasının 16 avqust 2022-ci il tarixli, 4528 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hazırda Təqsirləndirilən şəxs2 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 122-123). İşdə olan cinayət işinin ayrılması haqqında 18 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 satış məqsədilə narkotik vasitələr və psixotrop maddələr əldə etməsi ilə bağlı iş materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqi 230). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçilərinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlinin tövsifini müzakirə edərək ona bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, birbiri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X9 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının narkotik vasitə gətirərək onun maşınına qoyub maşına baxış keçirilən zaman oradan aşkar etdikləri, heç kəsə, o cümlədən Təqsirləndirilən şəxs1 narkotik vasitə vermədiyi, ona qarşı irəli sürülən ittihamla heç bir əlaqəsinin olmadığı, Həsənin onun həm yerlisi, həm də qonşusu olduğu üçün ona zəng edib təkcə pul istəyib, başqa heç nə istəmədiyi, dərmandan xəbərinin olmadığı barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşmış və hesab etmişdir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində cinayətin törədilməsi halları ilə bağlı verdiyi və məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş ifadələri Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələrinin yalan olduğunu birbaşa sübut edir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefonla ötürülən məlumatların içərisində “Rosen o dosta 2ya 3 yüz pay verey, məsləhətdir qonaqlıq” kimi şübhəli mesaj mətninin məhkəmə məhz narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olduğu qənaətinə gəlir. Məhkəmə eyni zamanda iş üzrə toplanmış bütün sübutların müqayisəli təhlili nəticəsində təqsirləndirilən şəxslərə verilmiş ittihamın tam sübut olduğu nəticəsinə gəlmişdir. Apellyasiya şikayətində müdafiə tərəfi şahid qismində dindirilmiş əməliyyat müvəkkilləri Şahid8 və Şahid7 ifadələrində əhəmiyyəsiz məqamlara istinad etməklə onların ifadələri arasında süni ziddiyyət yaratmağa çalışmışdır. Halbuki, cinayət işinin materiallarından göründüyü kimi şahidlər həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mersedes" markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin sürətlər qutusunun yanından 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində, təmiz çəkisi 1,019 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edildiyini birmənalı olaraq göstərmişlər. Bundan başqa, müdafiə tərəfi apellyasiya şikayətində Təqsirləndirilən şəxs2 müdafiə hüququnun pozulduğunu iddia etmişdir və bunu avtomobilinə baxış keçirilərkən müdafiəçisinin iştirak etməməsi ilə əlaqələndirmişdir. Halbuki, cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs2 öz hüququndan istifadə edərək avtomobilinə baxışın müdafiəçisinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, və 234.4.3 və 29,317-1.1ci-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs2 əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddələri sanksiyası həddində və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs2 aid hissədə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: Məhkum edilmiş Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs2 aid hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Sabit Bəhrəmzadə Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar