Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-57/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş Təqsirləndirilən şəxs2, müdafiəçisi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, məhkum edilmiş Təqsirləndirilən şəxs1, müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, 4 avqust 1987-ci ildə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olimuş, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Xırdalan şəhəri Quşçuluq massivi, M.İbrahimov küçəsi, döngə 2, ev 20 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, 7 iyul 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri Nizami rayonu, M.Şərifli küçəsi, ev 98, mənzil 58-də qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yeni sahədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 1(101)- 286/2022 saylı hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və məhkum olunmuş Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əlavəyə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 1(101)-286/2022 saylı hökmü ilə (Mahmud Ağalarov sədrlik edən, hakimlər Siyavuş Hacıyev, Rahib Salmanov) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi, ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs1 cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 26 iyun 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 26 iyun 2021-ci il tarixdən 28 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müdətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs2 cəzasının ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 20 iyun 2022-ci il tarixdən hesablanması, barəsində Abşeron rayon məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə mülki iddianın olmadığının nəzərə alınması, maddi sübut kimi tanınaraq Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə xalis çəkisi 5,308 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı qalıq 5,258 qram hissəsi və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş üç ədəd bükümdə ümumi xalis çəkisi 0,595 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı qalıq 0,505 qram hissəsinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən narkotik vasitənin aşkar edilərək götürülməsinin videogörüntülərini özündə əks etdirən iki ədəd «CD» diskin cinayət işində saxlanılması, məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 219 manat 80 qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 109 manat 90 qəpik olmaqla müştərək qaydada dövlət nəfinə tutulması hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə külli miqdarda siqaretin gümüşü rəngli kağızına bükülmüş 4 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,183 qram, 0,228 qram, 0,184 qram və 5,308 qram, ümumi təmiz çəkisi 5,903 qram olan narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 26 iyun 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən fərdi yaşayış evində qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs2 Nizamı oğluna 3 bükümdə, ümumi təmiz çəkisi 0,595 qram olan narkotik vasitə heroini şəxsi istifadə etməsi üçün satmış, 1 ədəd bükümdə təmiz çəkisi 5,308 qram olan narkotik vasitə heroini satış məqsədi ilə üzərində daşıyarkən qonşuların kollektiv şikayəti əsasında 26 iyun 2021-ci il tarixdə, saat 21:00-da yaşadığı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Ümid uşaq evinin yaxınlığında yerləşən küçədə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq 3-cü Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirilmiş və orada müdafiəçinin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 5,308 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 26 iyun 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evində qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, siqaretin gümüşü rəngli kağızına bükülmüş, ayrıayrılıqda təmiz çəkiləri 0,183 qram, 0,228 qram və 0,184 qram, ümumi təmiz çəkisi 0,595 qram olan 3 ədəd bükümdə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, qonşuların şikayəti əsasında 26 iyun 2021-ci il tarixdə saat 21:30-da Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində saxlanılaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə aparılmış, orada müdafiəçinin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,595 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 1(101)-286/2022 saylı hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ədalətsiz və əsassız olduğundan ləğv edilməli, Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı verilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, narkotik vasitələrin istifadəçisi olsa da, saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Müdafiə tərəfi olaraq hesab edir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 verilmiş ittiham üzrə onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut cinayət işinin məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir, ümumiyyətlə onun əməlində qeyd edilən cinayətin tərkibi yoxdur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş şəxslərin əksəriyyəti ittihamı şübhə altına alan ziddiyyətli ifadələr vermişlər. Bundan başqa məhkəmə iclasında Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüyə baxış keçirilmişdir. Videogörüntüdən aydın görünür ki, həmin çəkiliş gündüz vaxtı aparılmışdır, halbuki ittihamda Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 21:30-da saxlanıldığı bildirilir. Həmçinin diskdə olan videogörüntünün köçürülmə tarixindən məlum olur ki, həmin görüntülər xx.xx.2021-ci il tarixdə, saat 15:00-16:00 radələrində, yəni İttihamda Təqsirləndirilən şəxs2 saxlanıldığı vaxt olaraq göstərilən vaxtdan 5-6 saat öncə qeydə alınmışdır. Bütün bunlar cinayət işinin istintaqı zamanı ciddi prosessual pozuntulara yol verildiyini və sübutların saxtalaşdırıldığını təsdiq edir. Qeyd etdiyi faktlara əsasən deyə bilər ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində heç bir cinayətin tərkibi yoxdur, verilmiş ittiham tamamilə qanunsuz və əsassız ittiham olmaqla istintaq orqanının ehtimallara əsaslanaraq irəli sürdüyü ittihamdır. İş üzrə məhkəmədə bilavasitə araşdırılmış sübutlara və cinayət işinin materiallarında olan sübutlara əsasən qeyd etdiyi işin faktiki halları müdafiəçisi olduğu Təqsirləndirilən şəxs2 qarşı verilmiş ittihamı şübhə altına alır və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən onun əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 1(101)-286/2022 saylı hökmünün dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işinə düzgün baxılmadığına görə ədalətsiz hökm çıxarılmışdır. Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 apelyasiya icraatı zamanı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinə əlavə verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 1(101)-286/2022 saylı hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, iş üzrə ittiham təsdiq edilmir və sübut olunmur. Məhkəmə istintaqı və ibtidai istintaq qeyri-obyektiv və qərəzli aparılmış, sübutlar mənsubiyyət, mümkünlük və mötəbərlilik meyarları üzrə qiymətləndirilməmişdir. Müdafiə etdiyi şəxs özünü təqsirli bilməmişdir. Videoçəkiliş zamanı təqdim olunan bir büküm heroin ona məxsus olmamışdır. Birlikdə ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs2 döyərək öz əleyhinə ifadə verməyə məcbur ediblər. İbtidai araşdırma zamanı evə baxış keçirilməmişdir. Satışı təsdiq edən tərəzi və ya digər predmet yoxdur. Təzyiq və döyülmə halı araşdırılmamışdır. Halbuki işdə həkim diaqnozu var. Tutulub təhvil verilmə barədə əməliyyat axtarış tədbiri ümumiyyətlə keçirilməmiş və formal olaraq işə əlavə edilmişdir. Həmçinin qanuniliyin yoxlanılması barədə material Xəzər Rayon Məhkəməsinə daxil olmamışdır. İşdə bu halı təsdiq edən məktub var. Müvəkkilinin tutulması, üzərinə şəxsi axtarış və götürmənin keçirilməsinin video çəkilişi axşam deyil, gündüz keçirilmişdir. İstintaq hərəkətlərinin nəticələrini əks etdirən protokollar həqiqəti əks etdirməmiş və təəssüf ki, mötəbər sübut kimi tanınmışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi4 ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə əlavəni müdafiə edərək, apellyasiya şikayətinə əlavənin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 1(101)-286/2022 saylı hökmünün ləğv edilərək, məhkum olunmuş Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi6 ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 1(101)- 286/2022 saylı hökmünün ləğv edilərək, məhkum olunmuş Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Dövlət ittihamçısı2 verilmiş apellyasiya şikayətlərinin dəlillərini, həmçinin apellyasiya şikayətinə əlavənin dəlillərini əsassız hesab edərək, şikayətlərin və əlavənin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 1(101)-286/2022 saylı hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətinə əlavənin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya baxışı zamanı çıxışından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan əməlin törədilməsini inkar etmiş və bəraət istəmişdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya baxışı zamanı şikayətin dəlilləri barədə çıxışından görünür ki, məhkum edilmiş şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməlin törədilməsini inkar etmiş və bəraət istəmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi4 apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1 bəraət verilməsini xahiş etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, eləcə də video çəkilişlərin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkum edilmiş Təqsirləndirilən şəxs2 və müdafiəçisi apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, eləcə də video çəkilişlərin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsinin icraatı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2008-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib, 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2013-cü ildə vaxtından əvvəl şərti azad edilmişdir. «Ucuzluq» mağazasında satıcı işləməyə başlamışdır. Tutulanadək Binə qəsəbəsində yeni sahədə azyaşlı övladları və qeyri-rəsmi həyat yoldaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşamışdır. Sonuncunu on ildən çoxdur ki, tanıyır. Onunla tutulmamışdan 5-6 ay əvvəl birlikdə yaşamağa başlamışdır. Azər onunla yaşadığı müddətdə bir neçə dəfə qonşularla mübahisə etmişdir. Mübahisəyə səbəbi Azərin şortikdə çölə çıxması olmuşdur. 26 iyun 2021-ci il tarixdə yaşadığı evdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb 3-cü polis bölməsinə aparılmışdır. Həmin vaxt üzərində şəxsi istifadəsi üçün əldə etdiyi təxminən 0,5 qram narkotik vasitə olmuşdur. Bölmədə polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmışdır. Videoçəkiliş zamanı məcbur olub polislərin onun cibinə qoyduğu narkotik vasitə heroini çıxarıb təqdim edib özünə məxsus olduğunu demişdir. Ona verilən ittihamla razı deyildir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Apellyasiya icraatında keçirilmiş qismən məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, evində anası, Azər və uşaqları ilə birlikdə qalmışdır. Əvvəllər də Azərin qonşularla münaqişəsi olmuş və həll olunmuşdur. Bir müddət sonra Azər dostunun evlərinə gətirdiyi ərzağı almaq üçün həyətə düşəndə həmin qonşular şortik geyindiyinə görə içkili şəkildə Azərə hücum etmişlər, Azər şalvar geyinmək üçün evə qayıdanda onun dostuna və gəldiyi taksi sürücüsünə də hücum etmiş və taksinin şüşəsini sındırmışlar. Daha sonra qonşular yığılaraq evlərinə alətlərlə hücum etmiş, evi daşlamış, pəncərələrini sındırmışlar. O buna görə 4 dəfə 102 xidmətinə zəng etmişdir. 40 dəqiqə sonra polis işçiləri gəlmiş və evə girmişlər. Polis işçilərinin yanında mülki geyimli şəxs olmuş və sonradan bilmişdir ki, həmin şəxs qonşulardan biridir. O, təpiklə vuraraq qapını sındırmış və Azəri çıxarmışlar. Anasını, uşaqları, Azəri və onu axşam polis bölməsinə aparmışlar. Gecə bölmədə qalmış, səhər bölmənin rəisi gəlmiş və hər ikisi döyülmüşdür. O həmin vaxt hamilə olmuşdur. Onlara demişdilər ki, “sizin etdikləriniz rezonans yaradıb və ikiniz də narkotik istifadəçisi kimi tutulmalısınız.” Onun qarşısına narkotik qoymuşlar və demişlər ki, boynuna almasa, anasının boynuna qoyacaqlar. O da məcburi razılaşmışdır. Anası və uşaqlarını buraxmış, onu və Azəri Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmişlər. Sonradan isə onu Cinayət Məcələsinin 234.4.3-cü maddəsi ilə cəlb etdiklərini öyrənmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulmamışdan 5-6 ay əvvəl Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşamağa başlamışdır. Sonuncu ilə yaşadıqları evdə bir neçə dəfə birlikdə narkotik vasitə istifadə etmişdir. 25 iyun 2021-ci il tarixdə tanışı Hacıbaladan pampers, çörək və siqaret alıb gətirməsini xahiş etmişdir. Hacıbala taksi fəaliyyəti ilə məşğul olan bibisi oğlu Səbuhi ilə yaşadığı məhləyə gəlmişdir. Həmin vaxt qonşuda yaşayan 4 nəfər şəxs ona yaxınlaşaraq şortiklə məhəlləyə çıxdığına görə ona irad tutmuş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı həmin şəxslər ona qarşı nalayiq ifadələr işlədib üzərinə cummuş, daha sonra evə hücum edib pəncərə şüşələrini sındırmışdır. Nailə bunu görüb 102 xidmətinə zəng etmişdir. Qonşular həyətə gələn post patrul avtomobilini də əzmişlər. Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən 3-cü polis bölməsinə aparılmışdır. Üzərində cəmi 0,5 qram narkotik vasitə olmuşdur. Orada polis əməkdaşlarının təzyiqi altında üzərinə qoyulmuş 3 ədəd bükümdə olan narkotik vasitəni Nailədən aldığını bildirmişdir. Həmin ifadələrini təsdiq etmir. Apellyasiya icraatında keçirilmiş qismən məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onların qaldığı ərazidə kanalizasiya sistemi olmadığına görə hamısının suyu qonşunun həyətinə axmışdır. Bununla əlaqədar qonşularla münaqişələri olmuşdur. Hadisə günü də həyətdə şortik geyindiyinə görə qonşular onlara ərzaq gətirən dostunu və sürücünü döymüş, maşınını əzmişlər. Sonra evlərinə hücum etmişlər. 102-yə bununla bağlı şikayət etmişlər. Həmin gün üzərilərində narkotik maddə olmamışdır. Bölməyə gətiriləndən sonra onları döymüş və demişlər ki, qonşular sizdən çox narazıdır, bölmənin qarşısına yığılmışlar, məhkumluğu da var, ona görə də onu və ev sahibi olduğuna görə Nailəni də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb etməlidilər. Birinci instansiya məhkəməsinin icraatı zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 25 iyun 2021-ci il tarixdə 102 xidməti vasitəsilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin gün o və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin cinayət-axtarış üzrə kiçik inspektoru Şahid2 sonuncuların yaşadığı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən fərdi yaşayış evinə getmişlər. Həmin vaxt sonuncular evdə olmamışdır. Təqsirləndirilən şəxs1 səhəri gün 26 iyun 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, «Ümid» Uşaq evinin yaxınlığında saxlanılaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirilmişdir. Bölmədə xidməti otaqların birində videoçəkiliş aparılmaqla müdafiəçinin, onun və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni adını bilmədiyi İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra həmin bükümə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Həmin narkotik vasitə ekspertiza tədqiqatına göndərilməsi üçün bir ədəd zərfə qoyulub qablaşdırılmışdır. Sonra təhqiqatçı şübhəli şəxsə aşkar edilmiş narkotik vasitənin ona aid olub-olmadığını və polis əməkdaşları tərəfindən hər-hansı bir şəkildə təzyiqə məruz qalıb-qalmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs1 narkotik vasitənin özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və təzyiqə məruz qalmadığını demişdir. Sonra təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmışdır. Bundan sonra saat 21:30-da Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində Təqsirləndirilən şəxs2 tərəfindən saxlanılaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirilmişdir. Sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, bölməyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş apaılmaqla müdafiəçinin, onun və Şahid2 iştirakı ilə bölmənin təhqiqatçısı Rəhman Məmmədov tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmişdir. Sonuncu təhqiqatçının təklifi ilə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən üç ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuş, onların içərisində narkotik vasitə olan heroin olduğunu, həmin heroinləri saxlanılmamışdan bir neçə saat əvvəl qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlərə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı üç ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərin içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə əlavə baxış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Sonra aşkar olunmuş narkotik vasitə ekspertiza tədqiqatına göndərilməsi üçün bir ədəd zərfdə qablaşdırmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və təzyiqə məruz qalmadığını bildirmişdir. Sonra təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmışdır. Birinci instansiya məhkəməsinin icraatı zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 1989-cu ildən Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində nömrəsiz fərdi evdə yaşayır. Hadisədən təxminən 5-6 ay əvvəl Azər və Nailə adlı şəxslər onların qonşuluğuna köçmüşdür. Sonuncular orada narkotik vasitələrin satışı ilə məşğul olmağa başlamışlar. O və digər qonşular Azər və Nailəyə dəfələrlə irad bildirsələr də, sonuncular buna məhəl qoymayıb, işlərinə davam etmişlər. Sonuncu dəfə 25 iyun 2021-ci il tarixdə qonşular yenə də Azər və Nailəyə irad bildirərkən aralarında mübahisə yaranmışdır. Odur ki, məcbur olub bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8, Şahid4, Şahid5, Şahid6, ibtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş şahidlər Şahid7 ifadələrindən görünür ki, onlar Şahid3 ifadəsinə oxşar ifadə vermişdirlər. Birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış işin 1-ci cildinin 51-52-ci vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuş və içərisində narkotik vasitə olan heroin (kakos) olduğunu, həmin narkotik vasitəni adını bilmədiyi İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə əlavə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 şalvarının sağ arxa cibindən iş üzrə sübut əhəmiyyətinə malik olmayan bir qutu «VOGUE» markalı siqaret və bir ədəd alışqan aşkar edilmişdir. Daha sonra təhqiqatçı şübhəli şəxsin üzərindən aşkar olunmuş narkotik vasitəni ekspertiza tədqiqatına göndərilməsi üçün 1 ədəd zərfdə qablaşdırmışdır. Birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış işin 1-ci cildinin 178-179-cu vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü təqdim etsin. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülüləri çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuş və həmin bükümlərin içərisində narkotik vasitə heroin (kakos) olduğunu, həmin narkotik vasitəni 26 iyun 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlərə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı 3 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərin içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə əlavə baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyətinə malik hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxsin üzərindən aşkar olunmuş narkotik vasitəni ekspertiza tədqiqatına göndərilməsi üçün 1 ədəd zərfdə qablaşdırmışdır. Birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış işin 1-ci cildinin 106-cı vərəqindəki diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 6 dəqiqə 13 saniyədən ibarət videogörüntü mövcuddur. Videogörüntünün birinci saniyəsindən etibarən Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin təhqiqatçısı iştirakçıları və şəxsi axtarış keçirəcəyini elan edərək şübhəli şəxsə özünü təqdim etməsini təklif edir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 özünü təqdim edir və özü barəsində iştirakçılara məlumat verir. Videogörüntünün 01:00-cı saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmadığını, varsa könüllü təqdim etməsini təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 videogörüntünün 01:30-cu saniyəsindən etibarən əynindəki qara rəngli cins şalvarın sağ cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoyur və həmin bükümün içərisində narkotik vasitə heroin (kakos) olduğunu, həmin narkotik vasitəni adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirir. Videogörüntünün 01ci dəqiqəsinin 45-ci saniyəsindən etibarən Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümə təhqiqatçı tərəfindən əyani baxış keçirilir. Baxış zamanı 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər maddə aşkar edilir. Videogörüntünün 02:30-cu saniyəsindən etibarən şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə əlavə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs1 şalvarının sağ arxa cibindən iş üzrə sübut əhəmiyyətinə malik olmayan bir qutu «VOGUE» markalı siqaret və bir ədəd alışqan aşkar edilir. Videogörüntünün 02:30-cu saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxsin üzərindən aşkar olunmuş narkotik vasitəni ekspertiza tədqiqatına göndərilməsi üçün zərfdə qablaşdırır. Videogörüntünün 05:44-cü saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxsdən aşkar edilmiş narkotik vasitənin ona aid olub-olmadığını, polis əməkdaşları tərəfindən ona qarşı təsir-təzyiq olub-olmadığını soruşur. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 narkotik vasitənin özünə məxsus olduğunu və polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və təzyiqə məruz qalmadığını Videogörüntünün 6-cı dəqiqəsinin 10-cu saniyəsindən etibarən təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkiiişi dayandırmağı tələb edir. Birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış işin 1-ci cildinin 106-cı vərəqindəki diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 5 dəqiqə 21 saniyədən ibarət videogörüntü mövcuddur. Videogörüntünün birinci saniyəsindən etibarən Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin təhqiqatçısı iştirakçıları və şəxsi axtarış keçirəcəyini elan edərək şübhəli şəxsə özünü təqdim etməsini təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 özünü təqdim edir və özü barəsində iştirakçılara məlumat verir. Video görüntünün 01:16-cı saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmadığını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Şşübhəli şəxs Təqsirləndirilən şəxs2 videogörüntünün 01:30-cu saniyəsindən etibarən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülüləri çıxarıb xidməti otaqdakı masanın üzərinə qoyur və həmin bükümlərin içərisində narkotik vasitə heroin (kakos) olduğunu, həmin narkotik vasitəni 26 iyun 2021-ci il tarixdə qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirir. Videogörüntünün 01-ci dəqiqəsinin 45-ci saniyəsindən etibarən Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlərə təhqiqatçı tərəfindən əyani baxış keçirilir. Baxış zamanı 3 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərin içərisində narkotik vasitə hesab olunan heroinə bənzər maddə aşkar edilir. Videogörüntünün 02:05-ci saniyəsindən etibarən şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə əlavə baxış keçirilir. Lakin iş üzrə sübut əhəmiyyətinə malik hər hansı bir əşya və ya predmet aşkar edilmir. Videogörüntünün 02:35-ci saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxsin üzərindən aşkar olunmuş narkotik vasitəni ekspertiza tədqiqatına göndərilməsi üçün zərfdə qablaşdırır. Videogörüntünün 05:15-ci saniyəsindən etibarən müdafiəçi şübhəli şəxsdən aşkar edilmiş narkotik vasitənin ona aid olub-olmadığını və ona qarşı polis əməkdaşları tərəfindən hər-hansı şəkidə təzyiq edilibedilmədiyini soruşur. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 narkotik vasitənin özünə məxsus olduğunu və polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və təzyiqə məruz qalmadığını bildirir. Videogörüntünün 05-ci dəqiqəsinin 17-ci saniyəsindən etibarən təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb edir. Birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış işin 2-ci cildinin 4-ü vərəqindəki üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və hər ikisi istintaqa verdikləri ifadələri əyani olaraq bir birinə qarşı deyərək təsdiq etmişlər. Birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış işin 1-ci cilinin 57-62-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 27 iyun 2021-ci il tarixli 6/2602 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikasçı Daxili İşlər Nazirliyi «Zərflər üçün möhür əksi, vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə...» və s. yazılar, imzalar olan olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,308 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bu heroin kütləsi kimyəvi tərkibinə görə təqdim edilən, üzərində «vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə..» və s. yazılar, imzalar olan zərfdəki 3 bükümdə olan narkotik vasitə-heroinlə (27 iyun 2021-ci il tarixli 6/2603 saylı ekspert rəyi) öz aralarında eynilik təşkil edirlər. Birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış işin 1-ci cilinin 186-191-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 27 iyun 2021-ci il tarixli 6/2603 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün möhür əksi, vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə...» və s. yazılar, imzalar olan olan zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,183 qram, 0,228 qram, 0,184 qram, ümumi təmiz çəkiləri 0,595 qram qəhvəyi rəngli maddə kütlələri kusta üsulla hazırlanmış narkotik vasitə heroindir. Bu heroin kütlələri kimyəvi tərkiblərinə görə həm öz aralarında, həm də təqdim edilən, üzərində «vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə..» və s. yazılar, imzalar olan zərfdəki 1 ədəd bükümdə olan narkotik vasitə-heroinlə (27 iyun 2021-ci il tarixli 6/2602 saylı ekspert rəyi) öz aralarında eynilik təşkil edirlər. Birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış işin 2-ci cilinin 8-9-cu vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının 6 oktyabr 2021-ci il tarixli, 3794 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış işin 1-ci cilinin 253-254-cü vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının 14 avqust 2021-ci il tarixli, 2865 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış işin 1-ci cildinin 129-141-ci vərəqlərindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 26 dekabr 2013-cü il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı ilə 5 ay 21 gün vaxtından əvvəl şərti azad edilmiş, 17 iyun 2014-cü il tarixdə cəzasını çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış işin 1-ci cildinin 218-239-cu vərəqlərindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 dekabr 2017-ci il tarixdə Nərimanov rayon məhkəməsinin qərarı ilə əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək cəzası 5 ilə endirilmiş, 27 sentyabr 2018-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə 6 ay 4 gün vaxtından əvvəl şərti azad edilmişdir. Birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış işin 2-ci cildinin 36-50-ci vərəqələrindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə xalis çəkisi 5,308 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı qalıq 5,258 qram hissəsi maddi sübut kimi tanınaraq saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş üç ədəd bükümdə ümumi xalis çəkisi 0,595 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı qalıq 0,505 qram hissəsi maddi sübut kimi tanınaraq saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitənin aşkar edilərək götürülməsi ilə bağlı içərisində videogörüntü olan iki ədəd «CD» formatlı disklər maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış işin 1-ci cildinin 43-cü vərəqəsindəki şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 26 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış işin 1-ci cildinin 169-cu vərəqindəki şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 26 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış işin 1-ci cildinin 212-214-cü vərəqlərindəki qərar və başqa yerə getməmək haqqında iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 28 iyun 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdəki Abşeron Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində ********* saylı cinayət işi üzrə həbsetmənin əvvəli 18 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış işin 1-ci cildinin 242-244-cü vərəqlərindəki doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 26 iyun 2008-ci il təvəllüdlü Həşimova Sevinc, 3 avqust 2009-cu il təvəllüdlü Həşimov Alişan və 23 noyabr 2012-ci il təvəllüdlü Həşimli Rəfiqə olmaqla üç azyaşlı uşağı vardır. Birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış işin 1-ci cildinin 101-ci vərəqlərindəki şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 9 avqust 2008-ci il təvəllüdlü Kuruqliyeva Sevgi, 6 iyul 2010-cu il təvəllüdlü Kuruqliyeva Afina, 9 fevral 2017-ci il təvəllüdlü Kuruqliyeva Aylin, 17 noyabr 2017-ci il təvəllüdlü Kuruqliyeva Zəhra və 17 noyabr 2017-ci il təvəllüdlü Kuruqliyev Əli olmaqla beş azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində elan edilmiş ittiham üzrə özünü qismən, apellyasiya icraatında verdiyi ifadəsində isə elan edilmiş ittiham üzrə özünü təqsili bilməmiş, Təqsirləndirilən şəxs2 məhkəmədə və apellyasiya icraatında verdiyi ifadələrdə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Onların bu ifadələri ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri etirafedici ifadələri, məhkəmədə dindirilmiş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, onların ifadələrinə tənqidi yanaşır və sübut olaraq hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə birinci instansiya məhkəməsi mötəbər saymışdır. Göründüyü kimi istintaq orqanı tərəfindən məhkum edilmiş şəxslərin əməllərində cinayət tərkibinin olmasını sübuta yetirilməsini birinci instansiya məhkəməsi düzgün olaraq təsdiq etmişdir. Kollegiya məhkum edilmiş şəxslərin məhkəmə icraatında ifadəsini dəyişməsini məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir. Nəticə etibarı ilə, apellyasiya şikayətlərinin dəlilləri şəxslərə bəraət verilməsi üçün əsas deyil və formal mülahizələr əsasında verilməsi qənaətinə gəlməyə ciddi əsaslar var. Belə ki, işdə şəxslərin cinayət əməlini törətməsinə dair təkzibedilməz sübutlar vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bəraət verilməsi üçün əsaslar müəyyən etmir, birinci instansiya məhkəməsinin ittihamedici hökmünü qanuni və əsaslı hesab edir, iş üzrə kobud prosessual pozuntuların olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Məhkum edilmiş şəxslərin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cəza məsələsinə qiymət verərək qeyd edilməlidir ki, məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, yüngülləşdirən halın mövcud olmasını əsas götürərək, Təqsirləndirilən şəxs2 həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onların şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxslərin cəzasının dəyişdirilib, onlara daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmçinin məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 cəza təyin olunarkən, ədalət prinsipinin tələblərini pozmuşdur. Belə ki, təyin edilən cəza onun şəxsiyyətinə və cinayətin törədilmə şəraitinə uyğun deyil. Həmçinin məhkəmə cəzanın differensiallaşdırılmasını həyata keçirməyib. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5, 7, 8 və 9-cu maddələrində nəzərdə tutulmuş qanunvericiliyinin əsas prinsiplərinin tələblərini rəhbər tutaraq, hesab edir ki, məhkum edilmiş Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsinin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının müddəti, azyaşlı uşaqlarının olması, həmçinin ədalət və humanizm prinsipi naminə azaldılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinin tələbinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə və həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən, cəzanın sərtliyinə görə cinayətin ağırlığı və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, cəza yüngülləşdirdikdə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə təyin edilən cəza cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmadığı halda, apellyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 1(101)-286/2022 saylı hökmü Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxslərin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 1(101)-286/2022 saylı hökmü Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilsin. Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 və 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən müvafiq olaraq məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdikləri hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, ayrı-ayrılıqda 20 (iyirmi) saat üçün cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq müvafiq olaraq Bakı şəhəri 02 saylı və 12 saylı Vəkil Bürolarının hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik еdən: Habil Məmmədov Hаkimlər: İlqar Murquzov Həsən Əhmədov
Məhkəmə qərarları › İş №1(103)-57/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-57/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver