Məhkəmə qərarları › İş №1(103)-579/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-579/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-579/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçi4, Məhkum edilmiş Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 221.3-cü maddələri ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 3 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə və xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2021ci il tarixli, 1(101)-272/2021 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən həmin apellyasiya şikayətinə verilmiş əlavəyə (bundan sonra mətndə apellyasiya şikayəti) əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 1(101)-272/2021 saylı hökmünə əsasən (sədrlik edən X5, hakimlər: X12 və X7 ibarət tərkibdə) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1- ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 07 yanvar 2020-ci il tarixdən 05 avqust 2020-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı 06 ay 28 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılaraq və onun üzərində 01 (bir) il 10 (on) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 4 ünvanını gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya şöbəsinə həvalə edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 08 yanvar 2020-ci il tarixdən 05 avqust 2020-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı 06 ay 27 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 01 (bir) il 01 (bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılaraq, onun üzərində 01 (bir) il 10 (on) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı ünvan 5 ünvanını gecə saat 23:00-dan səhər saat 06:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 oğlu ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 05.01,2020-ci il tarixdə saat 00:30 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsindən 1-ci sıraya doğru piyada hərəkətdə olarkən yanlarından keçən Zərərçəkmiş şəxs1 çiyninin Təqsirləndirilən şəxs2 toxunması ilə əlaqədar aralarında yaranmış mübahisəni aydınlaşdırmaq məqsədi ilə Eldar Babayev küçəsi 18 saylı binanın qarşısına gəlib, Zərərçəkmiş şəxs1 çiyninin Təqsirləndirilən şəxs2 toxunmasını bəhanə edib - əsaslı səbəb olmadan, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə bir qrup şəxs halında, ictimai yerdə, ətrafda adamlar olmasına baxmayaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına saymamazlıq göstərərək, ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə edilən əşyadan istifadə etməklə zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 və sonuncunun yanında olan Zərərçəkmiş şəxs2 yumruq-təpik və baş ilə zərbələr vurub, Zərərçəkmiş şəxs1 başın sağ və sol təpə nahiyələrində 4 ədəd əzilmiş yaralar, həmin nahiyələrdə başın yumşaq örtüyü altına qansızmalar kimi hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sağ qaşüstü nahiyyədə, burun nahiyəsində, sağ diz oynağı nahiyəsində sıyrıqlar kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilməyən, Zərərçəkmiş şəxs2 isə sol dirsək nahiyəsində sıyrıq kimi sağlamlığa zərər vurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs1 İsə həmin vaxt üzərində olan bıçaqdan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətləri edərək, Zərərçəkmiş şəxs2 bıçaqla bir dəfə zərbə vurub, ona sağ sağrı nahiyəsinə deşilmişkəsilmiş yara kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetrimiş və həmin bıçaqla xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 də bir dəfə zərbə vurub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş sol sağrı nahiyəsinin deşilmişkəsilmiş yarası, çoxlu qanitirmə ilə müşayiət olunan sol sağrı arteriyasının və əzələlərin yaralanmalarına aid həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malik qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmiş, nəticədə Zərərçəkmiş şəxs1 aldığı xəsarətdən ölmüş, Zərərçəkmiş şəxs2 isə aldığı xəsarətlə Klinik» Tibbi Mərkəzə yerləşdirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 05.01,2020-ci il tarixdə saat 00:30 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Bİnəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsindən 1-ci sıraya doğru piyada hərəkətdə olarkən yanlarından keçən Zərərçəkmiş şəxs1 çiyninin ona toxunması ilə əlaqədar aralarında yaranmış mübahisəni aydınlaşdırmaq məqsədi ilə Eldar Babayev küçəsi 18 saylı binanın qarşısına gəlib, Zərərçəkmiş şəxs1 çiyninin ona-Təqsirləndirilən şəxs2 toxunmasını bəhanə edib - əsaslı səbəb olmadan, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1lə birlikdə, bir qrup şəxs halında, ictimai yerdə, ətrafda adamlar olmasına baxmayaraq aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına saymazlıq göstərərək, ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayi şetdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs1 və sonuncunun yanında olan Zərərçəkmiş şəxs2 yumruq-təpik və baş ilə zərbələr vurub, Zərərçəkmiş şəxs1 başın sağ və sol təpə nahiyələrində 4 ədəd əzilmiş yaralar, həmin nahiyələrdə başın yumşaq örtüyü altına qansızmalar kimi hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid, sağ qaşüstü nahiyyədə, burun nahiyəsində, sağ diz oynağı nahiyəsində sıyrıqlar kimi sağlamlığa zərər vurmayan xəsarətlər aid olduğundan dərəcələri təyin edilməyən, Zərərçəkmiş şəxs2 isə sol dirsək nahiyəsində sıyrıq kimi sağlamlığa zərər vurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3, 05.01,2020-ci il tarixdə saat 00:30 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsindən 1-ci sıraya doğru piyada hərəkətdə olarkən yanlarından keçən Zərərçəkmiş şəxs1 çiyninin Təqsirləndirilən şəxs2 toxunması ilə əlaqədar aralarında yaranmış mübahisəni aydınlaşdırmaq məqsədi ilə Eldar Babayev küçəsi 18 saylı binanın qarşısına gəlib, Zərərçəkmiş şəxs1 çiyninin Təqsirləndirilən şəxs2 toxunmasını bəhanə edib - əsaslı səbəb olmadan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə birlikdə, bir qrup şəxs halında, ictimai yerdə, ətrafda adamlar olmasına baxmayaraq aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına saymazlıq göstərərək, ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik İfadə edən və zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 və sonuncunun yanında olan Zərərçəkmiş şəxs2 yumruq-təpik və baş ilə zərbələr vurub, Zərərçəkmiş şəxs1 başın sağ və sol təpə nahiyələrində 4 ədəd əzilmiş yaralar, həmin nahiyələrdə başın yumşaq örtüyü altına qansızmalar kimi hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sağ qaşüstü nahiyyədə, burun nahiyəsində, sağ diz oynağınahiyəsində sıyrıqlar kimi sağlamlığa zərər vurmayan xəsarətlər aid olduğundan dərəcələri təyin edilməyən, Zərərçəkmiş şəxs2 isə sol dirsək nahiyəsində sıyrıq kimi sağlamlığa zərər vurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, onun əməlini Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən həmin Məcəlləsinin 130.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, barəsində çıxarılmış hökm qanunsuz və əsassız olduğundan ləğv olunmalı, işə yenidən baxılmalı və onun əməlinə düzgün hüquqi qiymət verilməlidir. Bu barədə məhkəmə istintaqı zamanı kifayət qədər dəlillər göstərmiş və qeyd etmişdir ki, verilən ittihamla özünü qismən təqsirli bilir. Əməli CM-nin 130.1-ci maddəsinə tövsif olunmalı və həmin maddə ilə cəzalandırılmalıdır. İşin apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətinə əlavə verərək göstəmişdir ki, məhkəmə tərəfindən CPMnin 28.5 və 351.2-ci maddələrinin tələblərinə riayət edilməmiş, hökm ehtimllara əsaslanır. Məhkəmənin gəldiyi nəticələr mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Təqsirləndirilən şəxslərin ifadələrindən göründüyü kimi Təqsirləndirilən şəxs1 məqsədi qarşı tərəfdən olanları sakitləşdirib evlərinə göndərmək olmuşdur. Təqsirləndirilən şəxs1 bütün varlığı ilə dostu Orxanı qarşı tərəfin hücumundan müdafiə etmək olmuşdur. Bununla əlaqədar etdiyi hərəkət qəsdən adama xəsarət yetirmə kimi deyil, başqa şəxsin həyatını real qəsdən müdafiə etmək olmuşdur. Burada isə Təqsirləndirilən şəxs1 etdiyi hərəkət zəruri müdafiə həddini aşması müəyyən olunmuşdur. Hökmdən digər məhkum olunmuş şəxslər, zərəçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslər apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verməmişlər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş Təqsirləndirilən şəxs1 və onun müdafiəçi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən həmin Məcəlləsinin 130.1-ci maddəsinə tövsif edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X13 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin olunmamasını xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri məlumatlandırılmış digər məhkum olunmuş şəxslər, zərəçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş, məhkəmə tərkibi onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 1(101)-272/2021 saylı hökmü Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən həmin Məcəlləsinin 130.1-ci maddəsinə tövsif edilməsi üçün əsas görmür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsində dindirilmiş məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü o, İlkin və Orxanla küçədə söhbət edib sağollaşıb ayrılıb, məhləyə dönəndə səs-küy eşidib geri dönmüşdür. Həmin yerə gəldikdə, bir nəfərin Orxangillə mübahisə etdiyini görmüşdür. Bayram ərəfəsi olduğundan, rəhmətliklə söhbət edib demişdir ki, bayram ərəfəsidi, qanı qaraçılıq etməsinlər, çıxıb getsin, onlarda evlərinə getsinlər. Həmin vaxt Anar onların üçündə yolun kənarına dəvət etmişdir. O, ağlına gətirməzdi ki, belə yüngül bir şeydən ötəri bu hadisə baş verər. O, sonradan bilmişdir ki, bunlar yolda çiyin çiyinə dəymişlər. O, gedib marketdən siqaret almış, çıxıb siqareti yanıdırıb çəkə-çəkə gələndə artıq dava-dalaş başladığını görmüş, rəhmətə gedənin dostuda gəlib dayanıb yanında. Onları ayırmaq məqsədi ilə yaxınlaşmış, nə qədər cəhd etsə də rəhmətliyi Orxanın üstündən çəkə bilməmiş, qaranlıq olduğundan seçə bilməmişdir. Kürəyindən yumruqla vurmuşdur ki, ayrılsın, həmin vaxt Anarın əlində nəsə olmuş və çönüb onu vurmuşdur. Həmin vaxt özünü itirmiş, bir də ayılmışdır ki, deyirlər “gəl qaçaq”. Sonradan istintaqda bilmişdir ki, Anara bir dəfə bıçaqla zərbə endirmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 yanvar 2020-ci il tarixdə, təxminən saat 22 radələrində evdən çıxıb məhlədə tanışları, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə görüşüb söhbət etmişdir. Bir az sonra yoldaşı Fatimə zəng edib ürəyinin dönər istədiyini demiş, o, avtomobili olmadığına görə dostu Əliyə zəng edib onu çağırmış, İlkin və X17 küçəsinə "1001 Gecə” şadlıq sarayının qarşısına getmişlər. Əli avtomobili ilə oraya gəlib onu, Vüqarı və İlkini götürmüş və 4-cü MKR-da dönər satılan yerə getmişlər. O, lavaşda dönər almış və Əli onları Eldar Babayev küçəsində 9 mərtəbəli bina ilə üzbəüz olan moykanın yanında olan zibil qablarının olduğu yerdə düşürüb getmişdir. O, Vüqar və İlkin zibil qablarının yanından küçə ilə 1-ci sıraya doğru hərəkət etməyə başlamışlar. Yolda ayrılıb, hərə öz evinə getməli olmuşdur. Təxminən saat 00:30 radələrində yolla piyada gedən zaman sonradan adını öyrəndiyi Anar arxadan onun çiyninə dəyib keçdiyindən əlində olan dönər bir qədər əzilmişdir. O, Anara “neynirsən, belə” dedikdə Anar ona “nə oldu, əzildin?” cavabını vermiş, o, Anara “üzr istəmək yerinə, əzildin, nədi deyirsən” dedikdə Anar onun qolundan tutub “nə üzr istiyəcəm səndən, gedək yolun qırağına" demişdir. O, Anara səbrli olmasını dedikdə, o, telefonu ilə kiməsə zəng edib yüksək səslə "qayıt bayaqkı yerə, söhbətim düşüb” demişdir. Bu zaman Vüqar da Anara “ay qaqaş, burda nə olub ki, bayram vaxtıdı, qayıdın geri” demişdir. Anar küçə istiqamətində dayanıb yüksək səslə onları çağırmışdır. O da həmin şəxslə söhbəti yola vermək üçün küçəyə zibil qablarının yanına gəlmişdir. Bu zaman ağ rəngli, “Hyundai” markalı avtomobil zibil qablarıyla moykanın arasında dayanış, Anar avtomobilin qabaq oturacağına əyləşib ona “otur maşına" demidir. O, sağ arxa qapını açıb əyləşmiş, sükanın arxasında da bir nəfər oturmuşdur. Bu zaman İlkin ona “sən hara gedirsən" demiş, o da fikirləşmişdir ki, “bunlar iki nəfər mən isə təkəm”. Ona görə avtomobilin sağ arxa qapısını açıb düşdükdə Anar ona “otur deyirəm sənə" demişdir. O, avtomobildən düşən kimi Anar və sükanın arxasında olan şəxs də avtomobildən düşmüşlər. Bu zaman onunla mübahisə edən Anar yumruqla onun üzünə vurmuş, o, müvazinətini itirərək yerə yıxılmışdır. Bundan sonra Anar və sükanın arxasında olan sonradan adını öyrəndiyi Ziyad ona yumruq zərbələri vurmuşlar. O, zərbələrin təsirindən huşunu itirmişdir. Ziyad və Anarın zərbələri dayanan kimi o, yerdən qalxıb oradan qaçan zaman kimsə “bıçaqla vurdular" sözünü demişdir. O, hadisə yerindən qaçdıqdan sonra atası ağır xəstə olduğundan, hadisə vaxtı kiminsə bıçaqlanmasını eşitdiyi üçün qorxudan evə getməmişdir. Sonradan isə evlə əlaqə saxladıqda polislərin onu axtardığını, bıçaqlanan şəxsin öldüyünü demişlər. O da bundan sonra belə qərara gəlmişdir ki, bıçaqlanma hadisəsində onun iştirakı olmadığından və polis də onu axtardığından könüllü şəkildə prokurorluğa gedib hadisəni düzgün, olduğu kimi bildirmişdir. Hadisə vaxtı o, heç kimi bıçaqla vurmamış, əksinə hadisə zamanı müxtəlif yerlərindən xəsarətlər almışdır. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs3 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası X8 ilə birlikdə yaşayır. X2 anasından o, uşaq olan vaxt boşanıb, qonşuluqda başqa qadınla ailə həyatı qurub. Bacısı ailəli olmaqla Xırdalan şəhərində ailəsi ilə birlikdə yaşayır. 04 yanvar 2020-ci il tarixdə Orxanın çağırdığı Əli, qara rəngli “Hunday Sonata” markalı avtomobillə kafenin qarşısında dayanmışdır. Özünü pis hiss etdiyindən avtomobilin arxasında əyləşmiş, Vüqar onun yanında, Orxan isə qabaqda oturmuşdur. O, halsız olduğundan mürgüləməyə başlamışdır. Bir də görmüşdür ki, avtomobil dayanıb, Orxan dönər alıb gəlmiş, Əli onları yaşadıqları yerin yaxınlığında Eldar Babayev küçəsində olan “Forsaj” adı yazılmış moykanın yanında düşürüb getmişdir. O, Orxan və Vüqar birlikdə moykanın yanında olan zibil qutularının yanı ilə evlərinə getməyə başlamışlar. Ürəyi bulandığı üçün Orxan və Vüqardan 5-10 metr arxada getmişdir. Ona görə də yola çox fikir verməmişdir. O, qabağa gedəndə Vüqarla Orxanın bir oğlanla söhbət etməsini görmüş, həmin oğlan Orxana “gəl bir dənə, çıxaq yolun qırağına" dedikdə Orxan da razılaşmışdır. Vüqar isə oğlana “qaqa, nə olubdu, yolun qırağına niyə çıxırıq, səbrli ol, görək” demiş, lakin, həmin oğlan yola doğru getməyə başlamış, Orxan və Vüqar da həmin oğlanın arxası ilə getdiyindən o da Orxan və Vüqarın arxası ilə getmişdir. Yolda görmüşdür ki, oğlan telefonla kiməsə zəng etmiş, lakin arxada olduğundan onun nə danışdığını eşitməmişdir. Bu zaman Orxan yolda əlində olan dönəri ona verib onun evinə aparmasını demişdir. O, dönəri Orxanın əlindən alıb “Orxan, gözlə bir yerdə aparıb verərik” demiş, bu zaman Vüqara kimsə zəng etmiş, Vüqar təkər təmiri yerinin arxasında telefonla danışmışdır. Həmin vaxt ağ rəngli, üzərində taksi “şahmatı" olan avtomobil zibil qablarının qarşısında avtomobil yuma məntəqəsi tərəfdən gəlib dayanmış və avtomobilin qəza işıqları yanıbsönməyə başlamışdır. Həmin oğlan avtomobilin yanında dayanıb Orxana “gəl otur, maşına” demiş, Orxan qabaqda gedib zibil qablarının onun tərəfdən baxanda sağ tərəfi ilə keçib avtomobilin sağ arxa oturacağına, həmin oğlan da qabaq sağ oturacaqda əyləşmişdir. Avtomobillə onun arasında təxminən 10 metr olmuşdur. O, Orxanı tək qoymamaq üçün zibil qablarının olduğu yerin sağ tərəfi ilə avtomobilə yaxınlaşmağa başlamış, 5-6 metr qalmış ki, Orxan sağ arxa qapını açıb avtomobildən düşmüş, həmçinin avtomobilin sürücüsü və qabaqda oturan oğlan da avtomobildən düşmüşlər. Orxan avtomobilin arxasına tərəf keçəndə digər iki şəxs onun üzərinə getmiş və onlar Orxanla əlbəyaxa olmuşlar. Onlar bir-birlərini yüksək səslə nalayiq ifadələrlə söymüşlər. O, bir qədər tez zibil qabı ilə avtomobilin arasında olan hissədən keçib onlara yaxınlaşdıqda Orxanın arxası üstə yerə yıxıldığını, iki oğlanın isə yumruqla Orxanı vurmalarını görmüşdür. Onun əlində dönər olmuş, o, dönəri əlindən buraxıb iki əli ilə oğlanlardan birinin çiynindən tutub geri çəkmiş, lakin müvazinətimi itirib avtomobilin arxasında yerə yıxılmışdır. Həmin vaxt Orxan və o, digər iki şəxsi, həmin iki şəxsdə onları yüksək səslə nalayiq ifadələrlə söymüşlər. Yıxılandan sonra o, üzünü tutmuş, üzərində olan oğlan isə onun bədəninə yumruq zərbələri vurmuşlar. Bu zaman kimsə həmin şəxsi onun üzərindən çəkmiş, o, yerdən qalxıb arada olan ərzaq mağazasının qarışısına tərəf bir-iki addım gedib əyilərək nəfəs almağa başlamışdır. Bu zaman Orxan və Vüqar ona yaxınlaşaraq qolundan tutub ərzaq mağazasının qarşısından 1-ci sıra ilə yaşadığı evə aparmışlar. O, evinin qarşısına çatandan sonra Orxan və Vüqar getmiş, o, isə yaşadığı evə girmişdir. Əynində olan paltarlar palçıq olmuş, anası onun paltarların çirkli olduğunu görüb dalaşıbdalaşmadığını soruşduqda, anasına yıxıldığını deyərək paltarlarını soyunub yatmışdır. Günorta saatlarında yuxudan oyanıb görmüşdür ki, anası paltarlarını yuyub sobanın yanında qurutmuşdur. O, həmin paltarları geyinib məhləyə çıxmış, eşitmişdir ki, axşam o və Orxanla dalaşan oğlanlardan biri ölüb, biri isə yaralıdır. Daha sonra polislərin onu axtarmasını eşitmişdir. Polislərin onu tutacaqlarından qorxduğu üçün evə qayıtmamış və küçələrdə, parklarda gəzməyə başlamışdır. Bir gecəni “Yeganə” şadlıq sarayı ilə üzbəüz parkda, bir gecəni isə “Zərifə” parkında keçirmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o “Hyundai Accent” markalı, avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Əsasən Zərərçəkmiş şəxs1lə təxminən 10 ildir ki, dost münasibətləri var. 04 yanvar 2020-ci il tarixdə, saat 23 radələrində Anar onun dayandığı “Asan Xidməti”nin qarşısına gəlmişdir. Anar dəfələrlə onun dayandığı əraziyə gələrək, onunla söhbət edib, birlikdə çayxanaya getmişlər. Həmin gün Anar onun avtomobilimə əyləşmiş və ümumi haləhval tutmuşdur. Təxminən 1 saat sonra Anar onu evə düşürməyini istəmiş və saat 01 radələrində o, Anarı yaşadığı evin yerləşdiyi küçənin başında, zibil qutularının yanında düşürtmüşdür. Həmin gün Anar ona hər hansı bir probleminin, çətinliyinin və ya narahatçılığının olması barədə bir söz deməmişdir. Anarı düşürdükdən sonra, geriyə dönərək “Yeganə” şadlıq sarayı istiqamətində hərəkət etmişdir. Təxminən 4 dəqiqə sonra, “Yeganə” şadlıq sarayına çatmamış Anar ona zəng edərək “tez məni düşürdüyün yerə qayıt, söhbətim düşüb” demişdir. O, yenidən arxaya dönərək, Anarı düşürdüyü, onun yaşadığı küçənin yuxarısına gəlmişdir. Həmin zaman Anar yaşadığı küçənin əvvəlində 2 nəfər şəxslə dayanmışdır. O, avtomobili saxladıqda Anar ön tərəfdən sərnişin oturacağına oturmuş və həmin zaman bir nəfər şəxs Anarın arxasına əyləşmişdir. Anar avtomobilə əyləşdikdən sonra ona "Sür, gedək söhbət eliyək” demişdir. Bu zaman Anardan arxada oturmuş şəxs qapını açaraq “Bayırda, burda söhbət edəcəyik” demişdir. Onların hər ikisi avtomobildən düşdükdə qəflətən həmin şəxs Anara başı ilə zərbə endirmişdir. Bundan sonra, onları ayırmaq üçün avtomobildən düşmüş və həmin şəxsi arxadan hər iki əli ilə tutmuşdur. Anarla isə həmin şəxs tutuşmuşdular. Həmin zaman kimsə, xatırlamadığı şəxs onu arxadan tutmuşdur. Anarla avtomobilə əyləşmiş şəxsi arxadan tutduğundan, onunla bir yerdə dayanan 2-ci adamın hansı hərəkətləri etməsini görməmişdir. O, Anarla tutuşmuş şəxsi ayırmaq istədikdə hər üçü yerə yıxılmışlar. Yerdə olan zaman Anarla tutuşmuş şəxs onların arasında olmuşdur. Lakin, digər şəxslərin harada olmasını görməmişdir. Anara ilk zərbəni vuran şəxs onun qarşısında Anarla onun arasında olmuşdur. Həmin şəxs ayağa qalxarkən qəflətən onun sağ ayağına arxa tərəfdən zərbə endirmişdir. Əllə toxunduqda yaranın formasından bıçaqla vurulmasını başa düşmüşdür. Həmin zaman qarşısında uzanmış Anara baxdıqda onunda da şalvarında qan ləkələrini görmüşdür. Onları kimin bıçaqla vurmasını görməmişdir. Buna baxmayaraq, Anarla o, ayağa qalxaraq yenidən həmin iki şəxslə dalaşmağa davam etmişlər. Bir müddət sonra, qəflətən hər iki şəxs oradan qaçaraq uzaqlaşmışlar. Onların hansı istiqamətdə qaçmalarını görməmiş, sonra yoldan keçən şəxslər onlara kömək etmişlər, özünə məxsus avtomobil ilə Anarı “Semaşko” adına xəstəxanaya gətirmişdir. Xəstəxanaya az məsafə qalmış Anar artıq ona cavab verməmiş və xəstəxanaya çatdıqda həkimlər onun öldüyünü demişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 04 yanvar 2020-ci il tarixdində o, evdə olmuşdur. Həmin gün Vüqar saat 10 radələrində tanışlarından hansısa birinin anasının yas məclisində iştirak etmək üçün evdən çıxmışdır. Təxminən saat 15-16 radələrində evə qayıtmışdır. Evə gələn zaman yorğun olduğunu deyib bir qədər yatmışdır. Yadında olduğu qədər, bir müddət yatdıqdan sonra yuxudan oyanıb demişdir ki, “uşaqlar çağırır, İlkinin ad günüdür, ora gedirəm”. Lakin Vüqara kiminsə zəng edib çağırması və yaxud əvvəlcədən belə bir razılaşma olması barədə məlumatı olmamışdır. Vüqar təqribən saat 20-21 radələrində evdən çıxaraq getmişdir. Təxminən 22-23 radələrində Vüqara zəng edib onun harada olmasını maraqlandıqda Vüqar ona Orxangillə birlikdə olduğunu demişdir. Bu zaman o, Vüqara evə gəlib yemək yeməsini demişdir. Cavab olaraq Vüqar ona bildirmişdir ki, “İlkinin ad günüdür, yemək yemişəm”. Bundan sonra o, Vüqara artıq gec olduğunu, evə gəlməsini bildirmişdir. Bir qədər sonra küçədə səs küy eşidib çölə çıxıb darvazadan küçəyə tərəf boylandıqda yaşadıqları küçənin yuxarı tərəfində bir neçə qadının toplaşdığını görmüşdür. Lakin hava qaranlıq olduğu üçün onların kim olmasını görə bilməmişdir. Bu zaman həmin qadınlardan biri onu səsləyərək demişlər ki, “Sədaqət, Orxan kimdir?”.O, cavab olaraq “nə olub?" dedikdə həmin qadın ona bildirmişdir ki, “biz Vüqarın səsinə evdən çıxdıq. Vüqar qışqıraraq deyirdi ki, Orxan sən ne etdin? Məni zibilə saldın". Bundan sonra o, dərhal yaşadığı evə gedib Vüqara zəng etmiş, Vüqar ona heç nə olmadığını desə də səsində gərginlik hiss etmişdir. Hadisəni görmədiyi üçün daha ətraflı məlumatı yoxdur.. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, qızları Duyğu, Leyla, qayınatası Tağıyev Eyzam, qayınanası Tağıyeva Tahirə, qaynı və onun ailəsi ilə birlikdə yaşayır. O, mərhum yoldaşı Zərərçəkmiş şəxs1 ilə 23 avqust 2013-cü ildə rəsmi nikaha daxil olmuşdur. Ailə qurduğu zamandan o, Anarla birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışdır. Anar saat 20:30 radələrində ona “Whatsapp”-la yazaraq yeməyə nə bişirdiyini soruşmuşdur. O da souzdan bir az qaldığını demişdir. Sonradan evlərinə polis gəlmişdir. O, Anarın ölüm xəbərini internet vasitəsi ilə öyrənmişdir. Hadisə haqqında ətraflı məlumatı yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Həmçinin Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən “Forsaj” adlı avtoyuma məntəqəsində işlərə nəzarət edir. Həmin avtoyuma məntəqəsini tanışı, uzaq qohumu Şahid7 2 il olar ki, fiziki şəxs kimi icarəyə götürüb işlədir. Evi yaxında olduğundan Zabilə bu işlərdə köməklik edir. Onun yaşadığı həyət evi avtoyuma məntəqəsinin 100-150 metrlik məsafəsində yerləşir. Avtoyuma məntəqəsi 24 saat işləyir və orada 2 nəfər çalışır, onlardan biri gündüz saat 09:00-dan 21:00-dək, digəri isə gecə saat 21:00-dan 09:00-dək çalışır. Həmçinin işlərə kömək etmək üçün 2 nəfər də köməkçi kimi işləyir. Konkret olaraq 04 yanvar 2020-ci il tarixində gecə növbəsində Şahid3 və Şahid4 işləmişdir. Polis əməkdaşları ona zəng edərək sahibi olduğu moykanın yanında hadisə baş verdiyini bildirmişlər və moykanın kamerasına baxmaq üçün onu çağırmışlar. O da evdən çıxıb moykanın yanına gəldikdə orada çoxlu polislər olduğunu görmüşdür. O həmin vaxt görmüşdür ki, zibil qablarının yanında yerdə qan var. Daha sonra onun iştirakı ilə moykanın videokamerasının görüntülərinə baxılmış və iştirakı ilə gotürülmüşdür. Həmin vaxt o, moykanın yanında bıçaqlanma hadisəsinin olmasını bilmişdir. Daha sonra o, evinə getmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 4 yanvar 2020-ci il tarixdə saat 20:30-da İlkin ona zəng edərək demişdir ki, “ad günümdür, Orxan da mənimlədir. “Xutor”da “Səma” şadlıq sarayının yaxınlığında kafedə oturmuşuq, gəl bura”. O, İlkinlə razılaşaraq “Səma” şadlıq sarayının qarşısında olarkən İlkinə zəng edərək “Səma” şadlıq sarayının qarşısında olduğunu dedikdə, İlkin ona “gözlə, gəlirik” demiş, təqribən 5 dəqiqə sonra İlkin, Vüqar və Orxan gələrək onun idarə etdiyi “Hyundai Sonata” markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər və yaxınlıqda olan, “059” adlı çayxanaya getmişlər. Bir qədər oturub çay içib söhbət etdikdən sonra təqribən saat 23 radələrində artıq gec olduğunu və evə getməliolduğunu demişdir. Bu zaman elə İlkin, Vüqar və Orxan da “biz də qalxırıq” demişlər. Birlikdə çayxanadan çıxdıqdan sonra, onlardan hansısa biri “bizi Xutora düşürərsən” demiş, o da razılaşmışdır. Avtomobilə əyləşdikdən sonra Orxan “Əcəmiyə gedək oradan evə dönər almalıyam” demiş, “M.Əcəmi” metrostansiyasının yaxınlığına getsələr də, orada dönər tapa bilmədiklərindən Binəqədi rayonu ərazisində olan “Tərlan" şadlıq sarayının yaxınlığında dönər evlərinin birindən Orxan dönər almışdır. Bundan sonra o, İlkin, Vüqar və Orxanı “Xutor"a düşürmək üçün avtomobilini həmin istiqamətdə hərəkət etdirdikdə “Bazarstore” mağazasının qarşısında Orxan “burada saxla, özümüz gedərik” dediyi üçün o, avtomobili saxlamışdır. İlkin, Vüqar və Orxanla sağollaşaraq onlardan ayrılıb evinə getmişdir. İlkin, Vüqar və Orxanla görüşən zaman onların heç biri ona kiminləsə problemlərinin olması barədə danışmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 27 dekabr 2019-cu il tarixdən Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən “Forsaj” adlı avtoyuma məntəqəsində gecə növbəsində işləyir. O, işə başlayanda Taleh adlı şəxs gecə növbəsində isləyirmiş. 04 yanvar 2020-ci il tarixdə saat 20-dən oTalehlə avtoyuma məntəqəsində işə başlamış, 5 yanvar 2020-ci il tarixdə, saat 00:30 radələrində o Talehlə birlikdə məntəqənin içərisində oturub yemək yeyən zaman məntəqənin yanında səs-küy eşitmişlər. Səs-küyə görə birinci Taleh avtoyuma məntəqəsindən çıxmış, o isə kolbasa çörəyi yeməyə davam etmişdir. Lakin o, bir qadının “qoymayın, aralayın” deməsini eşitdikdə avtoyumanın içərsindən çıxdıqda görmüşdür ki, sağ tərəfdə zibil qutularının yanında ağ rəngli "Hunday Aksent” markalı avtomobil dayanıb, avtomobilin arxa hissəsində bir qədər sağda yerdə 5 nəfər dartışaraq həmin şəxslərin yumruq-təpik atmalarını görsə də, kimin-kimi vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, 25 may 2020-ci ildən X1 ona məxsus ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 185.8 kv/m olan qeyri yaşayış binasını icarəyə götürüb həmin yerdən avtoyuma məntəqəsi kimi istifadə edir. Avtoyuma məntəqəsi 24 saat işləməklə 2 nəfər gündüz, 2 nəfər isə gecə növbəsində işləyən yuyucu var. Gündüz növbəsində işləyən Nicat və Elçin uzun müddətdir ki, əmək müqaviləsi ilə işləmişlər. Gecə növbəsində işləyən Taleh və Kamil isə hadisədən təxminən 1 həftə əvvəldən 3 aylıq müqavilə ilə işləmişlər, o, avtoyuma məntəqəsinə gedə bilməyəndə, uzaq qohumu Şahid6 yaxınlıqda yaşadığından avtoyuma məntəqəsinə nəzarət etmişdir. 05. yanvar 2020-ci il tarixdə, saat 02-03 radələrində o, Quba rayonunda olan zaman Ramin ona zəng edib avtoyuma məntəqəsinin yanında hadisə baş verdiyini, polislərin gəldiyini, məntəqənin kameralarına baxdıqlarını bildirmişdir. O da Raminə kameralara baxmaq üçün polislərə şərait yaratmasını tapşırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, O, 2019-cu ilin nayobr ayından Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsində yerləşən 18 nömrəli, 9 mərtəbəli bina ilə üzbəüz olan avtoyuma məntəqəsində yuyucu kimi işləyir. Avtoyuma 24 saat fəaliyyət göstərdiyi üçün o, axşam növnəsində yuyucu yoldaşları Kamillə birlikdə işləyir və saat 20:00-dan 09:00-dək işdə olur. 04 yanvar 2020-ci il tarixdə saat 20-dən Kamillə avtoyuma məntəqəsində işə başlamışdır. 05 yanvar 2020-ci il tarixdə saat 00:30 radələrində o, Kamillə birlikdə məntəqənin içərisində oturub yemək yeyən zaman məntəqənin yanında səs-küy eşitmişdir. Dərhal avtoyuma məntəqəsindən çıxdıqda sağ tərəfdə zibil qutularının yanında ağ rəngli “Hundai Aksent” markalı avtomobilin dayandığını və həmin avtomobilin arxa hissəsində 4 nəfər oğlanın yerdə süpürləşdiyini görmüşdür. Avtoyuma məntəqəsi tərəfdə yerdə olan 2 nəfərin üstt-başı qan olmuşdur, onları ayırmaq istədikdə qanı görüb yaxınlaşmışdır. 2 nəfər digər 2 nəfərə yumruq zərbələri vurmuşdur. Bu zaman zərbə vuran 2 nəfər oradan qaçmış, 2 nəfərdən biri yerdə qalmışdır. Kamil və başqa yoldan keçən adamlar da oraya gəlmişlər Orada olan şəxslər təcili tibbi yardıma zəng etmiş, həmin iki nəfər ayağa qalxaraq gəzişməyə başlamışlar. Təcili tibbi yardım gəlməmiş, 10-15 dəqiqə ərzində iki nəfərdən biri yerə yıxılmış, digər isə axsayaraq hərəkət etmişdir. Həmin oğlan digərini Hunday avtomobilinə qoymağı dedikdə, o və yoldan keçən tanımadığı 3 nəfər köməklişib yerdə qalan oğlanı avtomobilin arxa oturacağına uzatmışlar. Digər oğlan isə özü sükanın arxasında əyləşmiş və avtomobilin sürüb getmişdir. O və Kamil avtoyuma məntəqəsinin içinə keçmişlər. 15-20 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 04 yanvar 2020-ci il tarixdə saat 14-30 radələrində çayxanada tanışları ilə çay içib söhbət etmişdir. Təxminən 1 saat tanışları ilə oturub söhbət edib çay içdikdən sonra evə gələrək atasından Mercedes Benz markalı avtomobili götürüb iş üçün evdən çıxmışdır. Əvvəlcə təmir olan Vaz 2106 markalı avtomobilinin təmirinin nə yerdə olmasını maraqlanmaq üçün ustanın yanına getmiş, təxminən 30 dəqiqə ustanın yanında qalıb təmir üçün nə lazım olub-olmamasını, təmiri nə vaxta yekunlaşdırması barədə söhbət etmişdir. Sonra saat təxminən 17 radələrində ustanın yanından çıxdıqdan sonra taksi kimi işləməyə başlamışdır. Təxminən saat 22 radələrinə qədər taksi kimi müştərlərin sifarişlərini yerinə yetirmişdir. Saat 22 radələrində işlərini yekunlaşdırıb yaşadığı məhəlləyə gəlmişdir. “Səma” şadlıq sarayının qarşısında olan çay evində tanışları ilə birlikdə oturub çay içmiş, təqribən 30-40 dəqiqə sonra masadan qalxıb çay evinin qarşısında olan avtoyuma məntəqəsinə getmişdir. Həmişə həmin avtoyuma məntəqəsinə gedib avtomobilini özü yumuşdur. Həmin gün də avtomobili özü yumuşdur. Avtomobilin təkərlərini qaraldan zaman orada olan tanımadığı şəxslərdən təxminən 50 metr məsafə olan “Forsaj" avtoyuma məntəqəsinin qabağında dava dalaş olduğunu eşitmişdir. O da işini yekunlaşdırıb dalaşan şəxslərin kim olduğunu öyrənmək üçün avtomobillə həmin istiqamətdə hərəkət etmişdir. Bu vaxt saat təxminən 00:30 radələri olarmış. Forsaj avtoyuma məntəqəsinə çatdıqda görmüşdür ki, həmin avtoyuma məntəqəsinin qarşısında çoxlu sayda adamlar toplaşmışdır. Bu zaman nə baş verdiyini maraqlanmaq üçün avtomobili yolda saxlayıb avtomobildən düşmüş, elə bu zaman camaatın arasından bir nəfərin “Forsaj” avtoyuma məntəqəsinin yanında olan zibil qutularının qabağından "Xutor" yaşayış massivinin içərisinə tərəf qaçmasını görmüşdür. Diqqət yetirdikdə həmin şəxsin qonşuluqda yaşayan Elbəyinin oğlu Orxan olmasını görmüşdür. Bundan sonra camaat toplaşan yerə tərəf getmiş, oraya çatdıqda bir ağ rəngli "Hunday Aksent” markalı avtomobilin yolun kənarında dayandığını, bir nəfər şəxsin zibil qutuları üçün nəzərdə tutulmuş hissənin divarına söykənərək yerdə oturduğunu, bir nəfərin isə həmin şəxsin yanında ayaq üstə dayanmasını görmüşdür. Orada olan şəxslərdən nə baş verdiyini maraqlandıqda tanımadığı bir nəfər şəxs dava dalaş zamanı bıçaqlanma olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayının 4-dən 5-nə keçən gecə idarə etdiyi “Mersedes C" markalı avtomaşınını Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən “Forsaj” adı yazılmış moykaya, avtoyuma məntəqəsinə gətirmişdir. O, maşından düşüb siqaret çəkib telefonla danışa-danışa moykanın qarşısında hərəkət etmişdir. Zibil qabının qarşısında ağ rəngli, “Hunday” markalı avtomobil dayanmış, avtomobilin qəza işqları yanıb-sönmüşdür. Bu zaman adının Orxan olduğunu bildiyi, qəsəbə sakini kimi tanıdığı hündür boylu oğlan həmin avtomobilə tərəf gəldiyini və onun arxası ilə gələn tanımadığı oğlana “əlindəkini apar, sən qayıt geri" dediyini görmüşdür. Daha sonra Orxan avtomobilin arxa sağ qapısını açıb oturmuş və qapını örtməmiş, bir neçə saniyə sonra avtomobildən düşmüş, bu zaman sanki avtomobilin içərisindən kimsə Orxanı içəri çəkmiş, avtomobilin içərisindən yüksək səslə söyüş, nalayiq ifadələr eşitmişdir. Bu zaman Orxanın avtomobildən düşüb avtomobilin arxa hissəsinə gəlmiş, həmçinin avtomobildən düşən başqa bir nəfərin də Orxanın arxası ilə gəlib dartışdıqlarını, elə həmin vaxt avtomobilin sükanının arxasında olan şəxsin də avtomobildən düşüb Orxana yaxınlaşdığını görmüşdür. Orxan və digər iki nəfər bir-birləri ilə dartışıb nalayiq ifadələrlə bir-birlərini yüksək səslə söyüşmüşlər. Moyka ilə üzbəüz 9 mərtəbəli binada olan mənzillərdən birinin pəncərəsindən bir qadının mübahisə edənlərə nalayiq ifadələr işlətməmələrini, polisə zəng edəcəyini dediyini eşitdir. Elə bu zaman zibil qabları tərəfdən bir nəfər tanımadığı şəxs də ora gəlmişdir. 4 nəfər bir-birləri ilə dartışıb yerə yıxılsa da, kimin-kimi vurmasını görməmişdir. Onlar bir-birlərini yüksək səslə nalayiq ifadələr işlətmiş, yumruq zərbələri vurmuşlar. O, onları aralaya bilmədiyini görüb bir az geri çəkilmiş və moykada işləyən işçiləri çağırmış və moykanın içərisinə doğru keçmişdir. Daha sonra avtomobili yuduzdurmaq fikrindən daşınıb piyada yaxında olan evinə getmişdir. Evdə çörək olmadığından yenidə evdən çıxıb “Akay" marketə doğru getməyə başlamışdır. Bu zaman moykanın yanında polislərin olduğunu görüb yaxınlaşanda bir polis əməkdaşı moykanın kamera görüntülərinə baxmaq istədiyini və adam öldüyünü dediyini eşitmişdir. Moykada işləyən oğlana yaxınlaşıb nə olduğunu sorşuduqda oğlan zibil qabıların yanında qan olduğunu, adam öldüyünü demişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 05.01.2020-ci il tarixli, 07 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş xəsarətlər - başın sağ və sol təpə nahiyələrində dörd ədəd əzilmiş yaralar, həmin nahiyələrdə başın yumşaq örtüyü altına qansızmalar; - sağ qaşüstü nahiyədə, burun nahiyəsində, sağ diz oynağı nahiyəsində sıyrıqlar; - sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası, çoxlu qanitirmə ilə müşaiyət olunan sağrı arteriyasının və əzələlərin yaralanmaları. Qeyd edilən xəsarətlər həyati olub mərhumun ölümündən bir qədər əvvəl törənmişdir, xəsarətlərdən sol sağrı nahiyəsindəki deşilmiş-kəsilmiş yara deşici -kəsici alətin təsirindən, başın təpə nahiyəsindəki yaralar küt əşyanın təsirindən, sağ qaşüstü nahiyəsindəki, burun nahiyəsindəki, sağ diz oynağı nahiyəsindəki sıyrıqlar isə bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə görəçoxlu qanitirmə ilə müşaiyət olunan sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə, başın təpə nahiyəsinəki əzilmiş yaraların hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malikdirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir, Zərərçəkmiş şəxs1 ölümünə səbəb sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarasının törətdiyi çoxlu qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti ilkin meyit əlamətlərinə görə mərhumun meyitinin meyitxandan müayinəsi başlanan vaxtdan 8-12 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs1 meyitinin sol sağrı nahiyəsində aşkar edilmiş deşilmiş kəsilmiş yara qərarda göstərilən şəraitdə yəni başqa şəxs tərəfindən bıçaqla vurulan zərbənin təsirindən, başın təpə nahiyəsinəki yaralar küt əşyanın (əşyaların) təsirindən, digər xəsarətlər isə insan bədəninin hissələri ilə yumruq və təpiklə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Məhkəmə-kimya tədqiqatı nəticəsində Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 07.01.2020-ci il tarixli, 22 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlərdən - sağ sağrı nahiyəsindəki deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin təsirindən onun X19 daxil olduğu və qərarda göstərilən 05.01.2020-ci il tarixdə törənmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sol dirsək oynağı nahiyəsindəki sıyrıq müayinədən 2- 3 gün əvvəl bərk küt əşyanın təsirindən törənmişdir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üşün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərdən- sağ sağrı nahiyəsindəki deşilmiş-kəsilmiş yara qərarda göstərilən şəraitdə, yənibaşqa şəxs tərəfindən bıçaqla vurulan zərbənin təsirindən yetirilə bilərdi. Sol dirsək oynağı nahiyəsindəki sıyrığın qərarda göstərilən 05.01,2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya (əşyalara) dəyməsi nəticəsində əmələ gəlməsi inkar edilmir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 08.01.2020-ci il tarixli, 28 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 08.01.2020-ci il tarixli, 29 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ qaşüstü nahiyədəi səthi əzilmiş yara, sağ göz qapaqlarındakı və gözaltı nahiyədəki şişkinlikli qançır, başın alın nahiyəsindəki, sol əlin İİ barmağındakı, sağ diz oynağı və baldır nahiyələrindəki sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən 05.01,2020-ci İİ tarixinə uyğun gəlir və hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqlar üçün dərəcəli təyin edilmir. Təqsirləndirilən şəxs2 bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən əllə, yumruq və təpiklə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. İşdə olan məhkəmə-tibbi ekspertizasının 10.01.2020-ci il tarixli, 56 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarət- sağ mil bilək oynağının ön səthindəki sıyrıq bərk küt əşyanın təsirindən müayinədən 4-5 gün əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən 05.01,2020-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs3 bədənində aşkar edilmiş xəsarət qərarda göstərilən şəraitdə yəni başqa şəxs tərəfindən əl barmağının dırnağının təsirindən əmələ gələ bilərdi. İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 03.03.2020-ci il tarixli, 436 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 ittiham elan edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 intellektual imkanları normaya uyğundur. Tez özündən çıxmaq, özünə qarşı hörmət tələb etmək, çılğınlıq, hövsələsizlik, kobudluq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik emosionallıqəmələ gəlmişdir. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurmağa görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36.1-ci maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Həmin Məcəllənin 36.3-cü madəsinə əsasən qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, zəruri müdafiə həddini aşma əksər hallarda aşağıdakı formalarda özünü göstərir: müdafiə və hücumda istifadə edilən vasitələrin uyğun olmaması, müdafiənin qəsdlə müqayisədə daha intensiv formada həyata keşirilməsi, müdafiə zamanı qəsdlə müqayisədə açıq uyğun olmayan tədbirlərin seçilməsi. Bu, müdafiə vasitələrinin qəsdin xarakteri və təhlükəliliyinə hər cür deyil, məhz açıqdan-açığa, yəni son dərəcə uyğun olmaması deməkdir. Sadə, yəni açıqdan-açığa (son dərəcə) olmayan uyğunsuzluq zəruri müdafiə həddini aşmaq faktını törətmir. Belə ki, cinayət qanunu zəruri müdafiə zamanı müdafiə olunan hüquqla qorunan mənafeyi hədələyən zərərdən də böyük zərər vurmağa icazə verir. Bu cür uyğunluluq, yaxud uyğunsuzluq hər şeydən əvvəl müdafiə olunan mənafeyin (obyektin) və zərər vurulanın əhəmiyyətlərinin müqayisəsi yolu ilə müəyyən edilir. Məhkəmə kollegiyası işin faktiki hallarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlu zəruri müdafiə vəziyyətində olmamış, o, özünə qarşı təhlükə kəsb edən zərərçəkmiş şəxsə qəsdən ağır xəsarət yetirməklə onu zərərsizləşdirmək istəmiş və belə olan halda zəruri müdafiə həddini də aşmamışdır, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1 və ya 123.1-ci maddəsi ilə tövsif olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 oğlunun əməlinin tövsifinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya qəsdən sağlamlığa ağır zərər vurma deyilir. Cinayət Məcəlləsinin 126.3-cü maddəsi isə bu Məcəlləsinin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Göründüyü kimi, qeyd edilən maddənin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Həyat üçün təhlükəli olan zərər dedikdə, yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükə törədən zərər başa düşülür. Bədən xəsarətləri yetirilərkən cinayətkar qəsd sağlamlığa ağır zərər vurmaya yönəlir, lakin qəsdən adam öldürmə zamanı qəsd insanın həyatına yönəlir. Beləliklə, bu cinayətlər qəsdin obyektinə görə fərqlənir və bu halda qəsdin obyektinin müəyyən edilməsi yalnız cinayətin subyektiv tərəfinə əsasən mümkündür. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12 dekabr 2002-ci il tarixli qərarında qeyd edilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 oğlunun əməlinin tövsifi məsələsinin düzgün müəyyən olunması üçün onun zərəçəkmiş şəxsə bıçaq zərbəsi vurarkən niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilməlidir. Bu isə işin hallarına müqayisəli kompleks yanaşma tələb edirdi. Hadisəni birbaşa görmüş kifayət qədər şahidlər mövcüddur və istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı təqsirkar şəxsin həyatı və ya sağlamlığı üçün zərərçəkmiş şəxs tərəfindən hər hansı real təhlükə olmadan təqsirkar şəxs tərəfindən zərəçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Həmçinin qeyd edilməlidir ki, qəsdən sağlamlığa ağır zərər vurma nəticəsində baş vermiş ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir. Təqsirkarın əməlinin ilkin nəticəsi sağlamlığa vurulmuş ağır zərərdir. Baş vermiş ölüm sağlamlığa vurulmuş ağır zərərin nəticəsində olmuşdur, yəni sağlamlığa qəsdən vurulan ağır zərərlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Beləliklə məhkəmə kollegiyası, təqsirkar Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirərkən onun niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün hallarını, o cümlədən onların hadisədən əvvəlki qarşılıqlı münasibətlərini, Zərərçəkmiş şəxs1 məhz Təqsirləndirilən şəxs1 heç bir söz demədiyi halda və mübahisə Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs1 arasında yarandığı halda, Təqsirləndirilən şəxs1 öz tanışının (dostunun) yanında üstün mövqeyini nümayiş etdirmək üçün mübahisəyə üçüncü şəxs qismində dostunun tərəfində müdaxilə etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsinə tövsif edilməsi üçün zəruri əsaslar mövcüd olmamışdır. Bu barədə apellyasiya şikayətinin və ona verilmiş əlavənin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək cəhdi daşıyır. Məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 221.3-cü maddələri ilə ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən Təqsirləndirilən şəxs1 özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların (müsbət xarakterizə olunmasını) olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə yaxın ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 Təqsirləndirilən şəxs1, eləcə də digər təqsirləndirilən şəxslərə ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, qeyd olunan normaların tələbləri baxımından verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, şikayətdə göstərilənlər əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddələrinin sanksiyası hüdudlarında və cinayətlərin məcmusu üzrə cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 1(101)-272/2021 saylı hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 221.3cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 1(101)-272/2021 saylı hökmü Təqsirləndirilən şəxs1 aid hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli Hakimlər: Zəki Babayev Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar