Məhkəmə qərarları › İş №1(103)-582/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-582/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-582/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Müdafiəçi1, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, xx.xx.1938-ci ildə Tovuz rayonu, Qoşabulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ortaixtisas təhsilli, dul, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan,

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən zərərçəkmiş şəxs (mülki iddiaçı) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,

MÜƏYYƏN ETDİ:

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir.

3. Belə ki, o, Təqsirləndirilən şəxs, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" ASC-nin direktoru vəzifəsində xx.xx.2014-cü il tarixdən işləyərkən, ASC-yə məxsus ünvan 2 ünvanda yerləşən əmlak kompleksini (qeyri-yaşayış sahəsini) müxtəlif müəssisələrə kirayəyə verərək, kirayə haqlarını almasına baxmayaraq, həyata keçirdiyi şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi fəaliyyəti üzrə qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə, 2015-ci ilin aprel - dekabr ayları üzrə hər ay 4.316,19 manat olmaqla, həmin ildə 38.845,71 manat, 2016-cı ilin yanvar - mart ayları üzrə hər ay 4.779,94 manat, aprel ayı üzrə 4.599,94 manat, may ayı üzrə 4.291,81 manat, iyun ayı üzrə 4.831,50 manat, iyul ayı üzrə 4.901.97 manat, avqust ayı üzrə 4.698,58 manat, sentyab- dekabr ayları üzrə hər ay 4.291,81 manat olmaqla, həmin ildə 54.830,86 manat, 2017-ci ilin yanvar - iyun, sentyabr - dekabr ayları üzrə hər ay 5.129,35 manat, iyul ayı üzrə 3.241,53 manat, avqust ayı üzrə 3.241,52 manat olmaqla, həmin ildə 57.898,59 manat, 2018-ci ilin yanvar - dekabr ayları üzrə hər ay 5.925,76 manat olmaqla, həmin ildə 71.109,12 manat, 2019-cu ilin yanvar - dekabr ayları üzrə hər ay 6.102,31 manat olmaqla, həmin ildə 73.227,72 manat, 2020-ci ilin yanvar və fevral ayları üzrə hər ay 4.244,07 manat, mart ayı üzrə 359,41 manat, aprel və yekunu üzrə 83.748,77 manat, 2018-ci ilin yekunu üzrə 78.854,53 manat, 2019-cu ilin yekunu üzrə 97.523,46 manat, 2020-ci ilin yekunu üzrə 22.486,38 manat Mənfəət vergisi və 2020-ci il üzrə 382,67 manat Əmlak vergisi olmaqla, ümumilikdə, xüsusilə külli miqdar təşkil edən, 715.862,48 manat məbləğində vergiləri ödəməkdən yayınmışdır.Bununla da, o Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsində nəzərədə tutulmuş cinayəti törətmişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən (sədrlik edən: G.Səmədova), cinayət hadisəsi olmadığına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə bəraət verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Departamentinin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 715862,48 manat məbləğində ziyanın (vergi məbləğinin) tutularaq dövlət büdcəsinə ödənilməsinə dair mülki iddiasının rədd edilməsi hökm edilmişdir.

5. Hökmdə həmçinin sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən zərərçəkmiş şəxs Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, mülki iddianın təmin edilməsini xahiş etmişdir.

7. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir.

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Tərəflərin İzahatları:

9. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

10. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxsin (mülki iddiaçı) nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və mülki iddianın təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı3 apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

İşin hüquqi məsələləri:

12. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.

14. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.

15. Birinci instansiya məhkəməsində icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin səhmlərinin 70%-nə sahiblik etmişdir, 2014-cü ildən ASC-nin İdarə Heyətinin sədri və direktoru olmuşdur. Cəmiyyətin əsas fəaliyyəti mülkiyyətdə olan ünvan 2 ünvanda yerləşən ticarət obyektinin kirayəyə verilməsindən ibarətdir. xx.xx.2014-cü il tarixdən xx.xx.2020-cı il tarixədək olan dövr üçün "xxxx" ASC-də vergi yoxlaması aparılmış və özəl ekspertin verdiyi rəy əsasında kirayə haqları müəyyənləşdirilərək, Cəmiyyətə əlavə 763.834,77 manat məbləğində vergilər hesablanmışdır. Özəl ekspertin verdiyi rəydə qeyd olunan kirayə haqqının, həmin ərazidə mövcud olan faktiki kirayə haqqından xeyli artıq müəyyən edilmişdir. Həmçinin obyektin zirzəmisindən mütamadi olaraq su çıxmasına görə kirayə haqqının daha aşağı olduğunu nəzərə alınmamışdır. Vergilərin ödənilməsindən heç vaxt yayınmamış, direktor olduğu "xxxx" ASC-nin vergiləri həmişə vaxtında ödənilmişdir.

16. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində icraat zamanı verdiyi ifadəsinə oxşar şəkildə izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

17. İş materiallarında olan 14 noyabr 2021-ci il, **********151294 nömrəli “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardan görünür ki, "xxxx" ASC-nin 763834,77 manat vergilərin ödəməkdən yayınmış və vu səbəbdən"xxxx" ASC-nin məsuliyyətə cəlb edilməsi qərara alınmışdır.

18. İş materiallarında olan 21 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibat ekspertizasının 9/9433 nömrəli rəyindən görünür ki, "xxxx" ASC tərəfindən yoxlamanın əhatə etdiyi, yəni xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 464492,29 manat məbləğində mənfəət vergisinin, 369532,28 manat məbləğində ƏDV-nin, 382,67 manat məbləğində əmlak vergisinin az hesablanması, 70.572,47 manat məbləğində ödəmə mənbəyində tutulan verginin isə artıq hesablanması müəyyən olunmuşdur.

19. ş materiallarında olan 27 aprel 2022-ci il tarixli mülki iddiaçının nümayəndəsi qismində tanınmaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mülki iddiaçı qismində tanınmışdır.

20. İş materiallarında olan, ziyanın (vergi məbləğinin) tutularaq dövlət büdcəsinə ödənilməsinə dair Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mülki iddiasının məbləğı 715862,48 manatdır.

21. İş materiallarında olan 27 aprel 2022-ci il tarixli sübütların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx.xx.2014-cü il ildən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə Təqsirləndirilən şəxs xüsusilə külli miqdar təşkil edən 763834,77 manat məbləğində vergilər ödəməkdən yayınmışdır. xx.xx.2014-cü tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən və həmin dövrdə cinayət tərkibi yaratmayan cəmi 47972,29 manat məbləğində ƏDV-nin yayındırıldığı nəzərə alaraq, həmin epizod üzrə əməldə cinayət tərkibi olmadığından, cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-cü maddəsinə əsasən xitam verilmiş və 715862,48 manat (763834,77 manat - 47972,29 manat=715862,48 manat) məbləğındə vergilərin ödənilməsindən yayınması üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsində ittiham elan olunmuşdur.

22. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə mülki iddianı təmin etməməkdə haqlı olmuşdur.

23. Kollegiya mülki iddia ilə bağlı mövqeyini izah edərkən Təqsirləndirilən şəxs ittiham edildiyi əmələ münasibət bildirməyi zəruri hesab edir. Çünki, mülki iddianın təmin edilməməsinin əsası təqsirləndirilən şəxsin ittiham edildiyi əməlinə münasibətdə cinayət hadisəsinin olmamasına dair məhkəmənin gəldiyi qənaət olmuşdur.

24. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 31 noyabr 2022-ci il, tarixli e-2-1(112)-4302/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı "xxxx" ASC barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********151294 nömrəli "vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı hesablanmış borc (maliyyə sanksiyası ilə birlikdə) hissəsində ləğv edilmişdir.

25. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-1469/2023 saylı qərarından görünür ki, Bakı şəhəri İnzibati məhkəməsinin 31 noyabr 2022-ci il tarixli, e-2-1(112)-4302/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

26. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-1469/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

27. Təqsirləndirilən şəxs elan edilmiş ittiham 14 noyabr 2021-ci il, **********151294 nömrəli “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın üzərində qurulmuşdur. Hansı ki, Apellyasiya və Kassasiya instansiyalarda dəyişdirilmədən saxlanılmış, Bakı İnzibati Məhkəməsinin 31 noyabr 2022-ci il tarixli, e-2- 1(112)-4302/2022 saylı qərarı ilə hesablanmış borc (maliyyə sanksiyası ilə birlikdə) hissəsində ləğv edilmişdir.

28. Bu səbəbdən, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, üzərində ittiham qurulmuş əsasın, yəni 14 noyabr 2021-ci il tarixli, **********151294 nömrəli inzibati aktın inzibati icraat qaydasında ləğv edilməsi, həmçinin hesablanmış borc hissəsində ləğv edilməsi təqsirləndirilən şəxsin xüsusilə külli“miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta“və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmamasını təsdiq edir və bununla da cinayət hadisəsinin mövcud olmamasına çıxarır. Həmçinin kollegiya qeyd edir ki, qanunsuz əlverişsiz inzibati aktın ləğv edilməsi həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

29. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, CPM-in 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş “cinayət hadisəsinin olmaması” təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir.

30. “Məhkəmə Hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli, 15 saylı qərarının 74-cü bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir.

31. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, cinayət hadisəsi olmadığına görə və Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə verilmiş mülki iddianın rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

32. Kollegiya qeyd edir ki, hazırki mərhələdə vergi orqanının Təqsirləndirilən şəxs vergi borcunu ödəməsini iddia etməsi əslində Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 31 noyabr 2022-ci il, tarixli e-2-1(112)-4302/2022 saylı qərarını yenidən mübahisələndirməsi kimi qiymətləndirilməlidir ki, bu da məhkəmə qərarının preyudisiallığı ilə bağlı qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir.

33. Cinayət Prosessual Məcəllənin 142.2-ci maddəsinə əsasən mülki“iş, kommersiya və ya inzibati mübahisə“üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir.

34. Hazırki halda, Təqsirləndirilən şəxs vergi borcunun olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapdığından, hazırda onun vergi borcunun olmasına görə cinayət məsuliyyətinə cəlb edilməsi qanunvericiliyin tələblərinə ziddir.

35. Kollegiya hesab edir ki, cinayət hadisəsi olmadığına görə və Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə verilmiş mülki iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur.

36. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi əmələ görə cinayət hadisəsinin olmaması tam sübuta yetirildiyindən ona Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə bəraət verilməsi və mülki iddianın təmin edilməməsinə dair məhkəmənin hökmü qanuni olmuşdur.

37. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ittiham edildiyi əmələ görə cinayət hadisəsinin olmaması iş materialları ilə tam təsdiq edilir.

38. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan, apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə bəraət verilməsinə dair 1(009)- 8/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır.

40. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Zərərçəkmiş şəxs (mülki iddiaçı) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə bəraət verilməsinə dair 1(009)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar