Məhkəmə qərarları › İş №1(103)-584/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-584/2020

14.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-584/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əli Səlim oğlu Seyfəliyevin sədrliyi və məruzəsi ilə, Rəşad Məhərrəm oğlu Abdulov və Qədim Xalid oğlu Babayevdən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Ceyhun Əliyev, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim H.Ç.Məmmədov) xx xxx 1997-ci ildə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum edilmiş, işləməyən, Zəngilan rayonu, Zərnəli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırki hökmlə təyin edilmiş cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin l(101)-63/2014 saylı, xx xxxxx 2014-cü il tarixli hökmü ilə təyin olunmuş cəzasının çəkilməmiş qalan 02 (iki) ay 14 (on dörd) gün hissəsi qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş şəxsə maddi ziyan vuraraq, oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı X1 Müəssəsində cəza çəkdiyi müddət ərzində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2017-ci il tarixdə gecə saat 05:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi 1041 saylı ikimərtəbəli evin birinci mərtəbəsinə pəncərədən qanunsuz daxil olaraq dəhlizdə yerləşən şkafda (dolabda) saxlanılan hər birinin dəyəri 25 (iyirmi beş) manat olan iki ədəd «Poppi» markalı əl çantalarını, hər birinin dəyəri 20 (iyirmi) manat olan beş ədəd üzərində marka yazıları olmayan əl çantalarını, həmin çantalardan birinin içərisində olan 800 (səkkiz yüz) manat məbləğində nəğd pulu, dəyəri 150 (yüz əlli) manat olan bir ədəd «HP» markalı nootbuku və dəyəri 40 (qırx) manat olan bir ədəd «Hard disk»i gizli yolla talayaraq, zərər çəkmiş şəxsə ümumilikdə 1.140 (min yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, şikayətində məhkəmənin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının müddətindən narazı olduğunu göstərib ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, müzakirə edərək, məhkumun və müdafiəçinin apellyasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (zərərçəkmiş şəxs qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir) hesab edir ki, aşağıda qeyd olunanlara görə məhkumun apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq hökmün qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir: İş materiallarından göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq oğurlaması faktı özünün etirafedici ifadələri ilə yanaşı, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq və məhkəmə-trasoloji ekspertizaların rəyləri, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edərək Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin bu məsələlər üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətində də onun təqsirli bilinməsi və əməlin tövsifi məsələləri mübahisələndirilmir. Apellyasiya şikayətində məhkum cəzanın müddəti ilə razılaşmayaraq endirilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, həmin məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib, habelə törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 67.1 və 67.4-cü maddələrinə əsasən onun barəsində 3 il 7 ay azadlıqdan məhrum etmə cəzası təyin edilməli olmasına dair yekun nəticəyə gəlmişdir. Apellyasiya şikayətində istinad olunan dəlillər birinci instansiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin hökmündə Təqsirləndirilən şəxs cəza təyini ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs əvvəlki törətmiş olduğu cinayəti onun yetkinlik yaşına çatmadığı dövrdə törətdiyindən cinayətin residivini yaratmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2008-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan şəxsə cəza təyin olunarkən nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə müvafiq olaraq 18 yaşınadək törədilmiş cinayətlərə görə, o cümlədən götürülməmiş və ya ödənilməmiş məhkumluqlar cinayətlərin residivinin müəyyən olunması zamanı nəzərə alınmır. Bu, şəxsin yetkinlik yaşına çatmadığı vaxt törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi hallarına da aiddir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəllsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial- psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyı məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1, 67.4-cü maddələrinə əsasən, hökmlərin məcmuyu ilə cəza təyin edilərkən məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir, bu zaman qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarına görə, Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinə uyğun təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(101)-63/2014 saylı, xx xxxxx 2014-cü il tarixli hökmü əsasında məhkum Təqsirləndirilən şəxs cəzasının əvvəli xx xxxxxxx 2013-cü il tarixdən hesablandığı nəzərə alınmaqla, onun xx xxxxx 2017-ci il tarixə təyin edilmiş cəzasının 02 (iki) ay 14 (on dörd) günü çəkilməmiş qalmışdır. Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir və ona görə də təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(101)-63/2014 saylı, xx xxxxx 2014-cü il tarixli hökmü üzrə təyin edilmiş cəzanın çəkilməmiş qalan 02 (iki) ay 14 (on dörd) gün hissəsi ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq hazırkı hökmlə təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəllsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə belə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir...” Göründüyü kimi, birinci instansiya məhkəməsi gəldiyi nəticəni işin faktiki hallarına, qanunun tələblərinə, Ali Məhkəmənin Plenum qərarlarının izahlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Məhkəmənin gəldiyi bu nəticələr iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğu üçün məhkəmə kollegiyası da onlarla razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri həmin nəticələrin qanuniliyini şübhə altına almağa əsas vermir. Apellyasiya şikayətində elə bir dəlilə istinad olunmamışdır ki, qərarın dəyişdirilməsinə və məhkumun cəzasının azaldılmasına əsas versin. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə cəza ilə bağlı göstərilən dəlillər qərarın dəyişdrilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İş materiallarından, birinci instmansiya məhkəməsinin hökmündən isə görünür ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddədə göstərilən halları nəzərə almış və cəza təyin edərkən hansı hallara və qanunun hansı tələblərinə əsaslandığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Belə qənaətə gələn məhkəmə kollegiyası həm də “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının izahlarını da nəzərə alır. Bütün bunlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nion 399-cu maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, birinci instansiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon MəhkəməsininTəqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair xx xxxxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar