Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-588/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi –X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlə Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edil. Hökmə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və göndərmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmə, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma, göndərmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Nadir adlı şəxslə və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs aralarındakı cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun şəxsiyyətləri istintaqa məlum olmayan üzvləri olan İran İslam Respublikasının vətəndaşı Nadir adlı şəxsin və qeyrilərinin naməlum tarixdə, vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə qanunsuz keçirdikləri və satışını təşkil etməklə birgə qazanc əldə etmək məqsədi ilə istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvü vasitəsi ilə ona göndərdikləri külli miqdarda ümumilikdə 5040 qram təmiz çəkidə narkotik vasitə heroini, narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda - ümumilikdə 2100 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı, narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda - ümumilikdə 995 qram çəkidə narkotik vasitə həşiş qətranını, təsiredici maddəsi metadonun ümumi miqdarı 19,92 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 498 ədəd həblərdən ibarət külli miqdarda narkotik vasitə metadon tərkibli dərman preparatını, kustar üsulla hazırlanmış külli miqdarda - ümumilikdə 2275 qram təmiz çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə Cəlilabad rayonu ərazisində qanunsuz olaraq əldə edərək oradan özü ilə Bakı şəhərinə daşıyıb gətirdikdən sonra həmin narkotik vasitələrin və psixotrop maddənin bir hissəsini üzərində, qalan hissələrini isə özünün yaşadığı ünvan 1 ünvanında gizlədərək satış məqsədi ilə qanunsuz saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 05:30da yaşadığı ünvan 1 ünvanın yaxınlığında saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edildikdən sonra orada onun üzərində həmin gün saat 07:00-dan etibarən şəxsi axtarış və götürmə aparılarkən həmin narkotik vasitənin və psixotrop maddənin bir hissəsi olan külli miqdarda - 390 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd şəffaf polietilen torbada, külli miqdarda - 215 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin onun əynindəki həmin gödəkçəsinin sol yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd şəffaf polietilen torbada aşkar edilərək götürülmüş, həmçinin bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına həmin gün saat 08:20-dən etibarən onun özünün iştirakı ilə keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitələrin və psixotrop maddənin qalan hissələri olan külli miqdarda - ümumilikdə 2100 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda təmiz çəkiləri 1150 qram və 950 qram olmaqla 02 ədəd qara rəngli polietilen bağlamalarda, külli miqdarda ümumilikdə 4650 qram təmiz çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 590 qram, 1015 qram, 1010 qram, 1015 qram və 1020 qram olmaqla 05 ədəd şəffaf polietilen torbalarda, külli miqdarda - ümumilikdə 995 qram çəkidə narkotik vasitə həşiş qətranı 01 ədəd qəhvəyi rəngli folqa kağızındakı 02 ədəd qırmızı rəngli sellofan bükülülərdə, təsiredici maddəsi metadonun ümumi miqdarı 19,92 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 498 ədəd həblərdən ibarət külli miqdarda narkotik vasitə metadon tərkibli dərman preparatı 01 ədəd şəffaf polietilen torbada, külli miqdarda - ümumilikdə 2060 qram təmiz çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 730 qram, 710 qram və 620 qram olmaqla 03 ədəd şəffaf polietilen torbalarda üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi ilə birlikdə Təqsirləndirilən şəxs evdə qonaq otağındakı kompüter masasının altında saxladığı və təqdim etdiyi bir ədəd tünd göy rəngli idman çantasından aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs haqqında xx xxxxxx 2021-ci il tarixli hökmü ləğv edilərək yeni hökm çıxarılmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilməsini, cəzaya aid hissədə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə cəzası 5 ilə kimi endirilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cinayət işində mövcud olan ciddi prosessual pozuntularına zəmin yaradan amil hələ cinayət işi qaldırılmamış və əməliyyat-axtarış tədbirləri aparılarkən Zeynalovun müdafiə hüququnun kobudcasına pozulması olmuşdur, lakin bu haqda araşdırmalar aparılması zərurəti haqda mənim vəsatətimi məhkəmə əsassız rədd etmiş və özü də heç bir araşdırma aparmamışdır. Lakin cinayət işi qaldırılmamışdan 14 saat qabaq, yəni heç bir istintaq hərəkətlərinə qanunla yol verilmədiyi bir vaxtda və edilmiş hərəkətlər etibarsız sayıldığı ərəfədə, artıq xx xxx 2020-ci il səhər yeni açılmış - saat 05:30 radələrində Zeynalov küçədə saxlanılmış Narkotiklər!ə Mübarizə İdarəsinə aparılmış və nədənsə Bakı şəhər 3 saylı vəkil bürosunun vəkili X4 artıq İdarədə olmuşdur. 06:30 radələrində onun üstü axtarılarkən, saat 08:20 radələrində evində axtarış keçirilərkən vəkil Əsgərov axtarış-əməliyyat tədbirlərində iştirak etmiş, protokolları imzalamış və bu vaxt cinayət işi qaldırılmaması və istintaq hərəkətləri keçirilə bilməməsi üçün ya əməmliyyat qrupunun iştirakçısı, ya hal şahidi statusu daşımış, heç bir vəkil kimi iştirak etməsinə qanun icazə vermədiyi üçün bu kobud qanun pozuntusu sayılır. İbtidai araşdırma gedişatında və məhkəmə iclasında Təqsirləndirilən şəxs AR CM- nın 206.3.2. mad. ilə özünü təqsirli bilməmiş və göstərmişdir ki, doğrudan da İran İslam Respublikasına Dövlət Sərhədini rəsmi keçərək getmiş, lakin heç bir narkotik yaxud digər qadağan olunmuş əşya gətirməmişdir Vərəm xəstəsi olduğu üçün İranda tanınmış Klinikalardan birində müayinə edilmiş və açıq formada ağciyərinin vərəmi aşkar olunmuşdur. AR CM-nın 234.4.1 və 234.4.3-cü maddələri ilə isə özünü tam təqsirli bilib ətraflı ifadələr vermiş, narkotik vasitələri istintaq orqanına təhvil vermişdir. Lakin işdə heç bir sübut olmadan məhkəmə onu AR CM-mn 206.3.2-ci maddəsi ilə təqsirli bilmişdir. İttiham aktından və onu yamsılayan hökmdən görünür ki, cinayəti “ qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvləri, naməlum tarixdə, naməlum vaxtda, naməlum şəraitdə, naməlum üsullarla” və s. törədib, məsuliyyəti isə bircə Zeynalov daşımalıdır. Məhkəmə hökmdə göstərir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin verilmiş əməliyyat tapşırığına alman xx.xx.2020-ci il tarixli 008-4167-1220 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs naməlum şəxslər ilə narkotik alveri ilə məşğul olmuş, lakin onların kimliyini müəyyən etmək mümkün olmamışdır. Həmin məktubun saxta olması bir daha onunla təsdiqlənir ki, istintaq orqanı Suraxanı rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarını almış və əməliyyatçı Şahid1 “naməlum şəxslər haqqında’’ qərarını qanuni hesab etmişdir (cinayət işi başlanandan düz 7 gün sonra, baxmayaraq ki, istintaq müddəti dəfələrlə uzadılmışdır. Məhkəmə hökmdə qeyd etsə də axıra kimi göstərmir ki, X6 Respublikasına səhhəti ilə əlaqədar getmiş və xx xxxxxx 2019-cu il tarixdə tanınmış klinika - doktor Çörey sinin Vərəm Klinikasında müayinə olunaraq açıq forma sağ ciyəri nahiyyəsiııdə vərəm xəstəliyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində AR CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi halda maddələrin sanksiyasının ən yuxarı həddində, yəni - 12 il həbs cəzası təyin edilmişdir Məhkəmə kollegiyası iş materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instanisya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırılmış, Təqsirləndirilən şəxs təqsiri onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsini özünün etiraf etməsi, həmçinin şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspertiza rəyi və işin digər obyektiv halları ilə təsdiq olunmuş, həmin sübutlara əsasən Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onun əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq və məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs Nadir pul qazanmaq barəsində, yəni İrandan göndərəcəyi narkotik və psixotrop maddələrin satılmasında iştirak edib köməklik göstərməsini təklif etməsini, maddi imkanı yaxşı olmadığından və qazanmaq istədiyi üçün Nadirin təklifi ilə razılaşmasını, aralarındakı razılaşmaya əsasən özü Nadirin ona xəbər etdiyi tarixlərdə Bakıdan Cəlilabada gedib orada Nadirin sərhəddən keçirərək kimlərinsə vasitəsi ilə müxtəlif yerlərə qoyduracağı narkotik və psixotrop maddələr olan bağlamaları özü ilə götürüb Bakıya aparmalı olmasın, Bakıda onları özündə saxlayıb yenə Nadirin tapşırığı ilə həmin maddələri bölüşdürüb hansısa müştərilərə çatdırılması üçün müxtəlif ünvanlarda diqqət cəlb etməyən yerlərdə yerləşdirməli olmasını etiraf etmişdir. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Həmin qərara əsasən bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Beləliklə Təqsirləndirilən şəxs cinayətin digər iştirakçıları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməyi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etməyi, saxlamağı, daşımağı və göndərməyi əvvəlcədən vəd etmişdir. Apellyasiya şikayətinin cəza ilə bağlı müddəasına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları (Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək peşman olmasını, əvvəllər məhkum olunmamasını, ailə vəziyyətini, vərəm xəstəsi kimi dispanser qeydiyyatında olmasını), cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində, şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1; 397.2; 398.1.1-ci maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-588/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-588/2021
20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver