Məhkəmə qərarları › İş №1(103)-59/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-59/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-59/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X24 Əhmədovun sədrliyi və məruzəsi ilə, X22 Tanrıverdiyev və İbrahim Adil oğlu İbrahimlidən ibarət tərkibdə, Şahrud Rafiq oğlu Qədirovun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya Məhkəmələrində X9 Şöbəsinin prokuroru X6, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçisi-nümayəndəsi “Verdiktum” Vəkil Bürosunun vəkili Nümayəndə, Məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Abşeron Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 1980-ci il tarixdə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum olunmasına dair 09 iyun 2023-cü il tarixli, 1(011)-40/2023 saylı hökmündən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 1(011)-40/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2ını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsinin qoyulması, hökmün icrasına nəzarətin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cinayət işi üzrə hadisənin video görüntülərini özündə əks etdirən 03 ədəd diskin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 sentyabr 2022-ci il tarixli 18093 saylı müşayiət məktubu ilə göndərilmiş 01 ədəd diskin maddi sübut hesab edilməklə iş materiallarında saxlanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər yəni, xuliqanlıq etmişdir. Belə ki, o, təqsirləndirilir ondan ötrü ki, o, Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdə saat 22 radələrində ünvan 3 ünvanında yerləşən yaşayış binasının daş divarla hasara alınmış və sakinlərin ümumi istifadəsində olan həyətyanı sahəsində tanışları Şahid4, Zərərçəkmiş şəxs, Şahid2, Şahid1, Şahid3 və başqalarının “Ramazan” bayramı ilə əlaqədar təşkil etdikləri bayram süfrəsinin yanından keçib yaşayış binasının girişinə doğru hərəkət edərkən Zərərçəkmiş şəxs arxadan onu çağırmasına görə geri qayıdıb sonuncuya yaxınlaşdıqdan sonra Zərərçəkmiş şəxs özü və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı ona irad tutmasını cüzi səbəb kimi bəhanə edərək həmin vaxt yaşayış binasında və həyətyanı sahədə olan sakinlərin və digər şəxslərin istirahətinə mane olmaqla onların gözü qarşısında kobud şəkildə Zərərçəkmiş şəxs və digərlərinin ünvanına uca səslə nalayiq ifadələr işlədib söyməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, ətrafdakı şəxslərə etinasızlıq göstərərək, onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan əli ilə qəsdən Zərərçəkmiş şəxs üz nahiyəsindən vurub sonuncunu itələyərək yerə yıxmış, Zərərçəkmiş şəxs, qardaşı Şahid4, Şahid2 və Şahid3 bir qrup şəxs halında Təqsirləndirilən şəxs qarşı xuliqanlıq hərəkətləri etdikdən sonra Zərərçəkmiş şəxs sonuncunu digər şəxslərdən kənara çəkib əynindəki gödəkçəni düzəldərək sakitləşdirməyə çalışarkən Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs və digərlərinin ünvanına uca səslə nalayiq ifadələr işlədib söyməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətlərini davam etdirib qəfildən Zərərçəkmiş şəxs üz nahiyəsindən qəsdən yumruq zərbəsi vuraraq sonuncunu yenidən yerə yıxmış, bununla da qəsdən vurduğu zərbələrlə Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, başın sol təpə-gicgah nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, üst dodağının əzilmiş yarası kimi ayrı-ayrılıqda və ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmiş, nəticədə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər yəni, xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli hökmünün onun təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında daha ağır (azadlıqdan məhrumetmə) cəza təyin edilməklə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 40/2023 saylı, 09 iyun 2023-cü il tarixli hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçisinümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə, apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli hökmündən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 1(011)-40/2023 saylı hökmünün əsassız və qanunsuz olduğundan dəyişdirilərək, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır həddə cəza təyin edilməsinə dair ədalətli və humanist qərar qəbul edilməsini, həmin hökmdən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlində cinayət tərkibi olmamasını, Azərbaycan Respublikasının torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməsini, ikinci qrup əlil olmasını, ağır ailə vəziyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını,yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və təyin edilmiş cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunaraq, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 1(011)-40/2023 saylı hökmünün əsassız və qanunsuz olduğundan ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində ədalətli və humanist bəraət hökmü çıxarılmasını, həmin hökmdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya Məhkəmələrində X9 Şöbəsinin prokuroru X13 apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyərək bildirmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi özünün ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir, ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli hökmündən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin əsassız olduğundan təmin edilməməsi və iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 1(011)-40/2023 saylı hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb tərəflərin hər birinin ayrı-ayrılqda çıxışlarını dinləyərək hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-40/2023 saylı, 09 iyun 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 26 sentyabr 2022-ci il tarixli cinayət işinin materillarından başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işindən X2 barəsində Zərərçəkmiş şəxs qarşı xuliqanlıq etməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ********* saylı cinayət işinin ayrılması qərara alınmışdır. İş materiallarında olan 20 may 2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu və Zərərçəkmiş şəxs müraciətləri əsasında Xətai RPİnin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ********* saylı cinayət işinin başlanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsinə ünvanlanmış 07 may 2022-ci il tarixli şikayət ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi xuliqanlıq hərəkətlərinə hüquqi qiymət verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X15” X28 10 may 2022-ci il tarixli, 483 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs baş-beyin silkələnməsi, başın sol-təpə gicgah nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, üst dodağının əzilmiş yaraları bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, 03 may 2022-ci il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi inkar olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15” X28 16 may 2022-ci il tarixli, 458 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bəhrəm oğlunda alt dodağın əzilmiş yarası, döş qəfəsinin, qarının ön divarının, sağ sağrı nahiyəsinin dərialtı hematomaları, sağ gözətrafı nahiyənin, oğlunu hər iki bazunun, sağ çiyin oynağı nahiyəsinin qançırları, boyun və sağ diz oynağı edilmiş nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi 03 may 2022-ci il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zǝrǝrvurmaya aid edilir.Təqsirləndirilən şəxs Bəhrəm oğlunda müəyyən edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi inkar olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş içərisində 02 ədəd video görüntü olan diskə baxış keçirilməsi barədə 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə şərti olaraq nömrələnmiş 1) “Shahidin doyulmesi” və 2) “Shahidi doyenler 2” adlı video görüntü mövcuddur. Hər iki video görüntü montaj olunub kəsilməklə sözü gedən hadisənin müəyyən fraqmentlərindən ibarətdir.Həmin video görüntülərdən birincisi-“Shahidin doyulmesi” adlı video görüntü 1 dəqiqə 19 saniyədən ibarətdir.İş materiallarına əsasən müəyyən olunduğu kimi görüntünün əvvəlində 03 may 2022-ci il tarixdə saat 18:46 radələrində Şahid1, Zərərçəkmiş şəxs və Şahid4 ünvan 5 ünvanında yerləşən yaşayış binasının həyətinə daxil olması əks olunur. Daha sonra sözü gedən hadisənin ikinci hissəsində baş vermiş Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs əl və yaqları ilə Təqsirləndirilən şəxs döyməsi əks olunur. Video görüntünün davamında Şahid6 və digər şəxslərin manqalın ətrafında dayanması, həmin vaxt Zərərçəkmiş şəxs tərəfindən oranı qeydə alan kameranın önünün görüntü qeydə almasının qarşısı almaq məqsədi ilə naməlum maddə ilə rənglənməsi görünür. Görüntünün davamında hadisənin birinci hissəsində baş vermiş Zərərçəkmiş şəxs binanın giriş hissəsinə tərəfə gedən Təqsirləndirilən şəxs çağırması ilə sonuncunun geri qayıtması, daha sonra Şahid4 əlində olan istintaqa məlum olmayan dəyənək, Zərərçəkmiş şəxs və Şahid3 əl zərbələri ilə Ceyhun Məhərəmovu vurması, ardınca Təqsirləndirilən şəxs adına olan VÖEN və digər sənəddən fotoşəkillər görünür. Daha sonra hadisənin sonunda baş vermiş Şahid2 əlində dəyənəklə, həmçinin Teyub Vəliyev və Şahid3 hadisənin baş verdiyi həyətə daxil olması əks olunur, ardınca yuxarıda qeyd edilmiş hadisənin birinci hissəsində baş verənlər təkrarən görünür və hadisə yerini çəkən kameranın istiqamətinin Şahid3 tərəfindən yuxarı doğru qaldırılması müəyyən olunur. Görüntünün davamında yuxarıda qeyd edilən hadisənin yenidən ikinci hissəsində baş verənlər əks olunur. Görüntünün sonunda hadisənin baş verdiyi binanın həyətinin giriş hissəsində təcili tibbi yardım və polis xidməti avtomobillərinin gəlməsi, daha sonra Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinin məlumat lövhəsinin fotoşəkili əks olunur. “Shahidi doyenler 2” adlı ikinci video görüntü 44 saniyədən ibarətdir. Həmin görüntünün əvvəlində sözü gedən hadisədən öncə 03 may 2022-ci il tarixdə saat 18:39 radələrində Şahid3, Şahid1, Şahid6, Şahid2, Zərərçəkmiş şəxs və digərlərinin manqalın ətrafında dayanması, daha sonra birinci video görüntünün təkrarı olaraq yuxarıda qeyd edildiyi kimi Zərərçəkmiş şəxs kameranın önünün naməlum maddə ilə rəngləməsi, Zaur və Zərərçəkmiş şəxs qardaşlarının, Şahid1 hadisə yerinə gəlməsi, hadisənin sonunda iş materiallarında məlum olduğu kimi Şahid3 kameranın istiqamətini dəyişdirməsi, Xətai Rayon Polis İdarəsinin inzibati binasının qarşısının fotoşəkili, qərarın nəticə hissəsininin fotoşəkil, Zərərçəkmiş şəxs olduğu Aqil Babayevin təqsirləndirildiyi iş üzrə müsahibə verməsi əks olunur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş içərisində 16 ədəd video görüntü və 11 ədəd fotoşəkil olan yaddaş kartına baxış keçirilməsi barədə 16 iyul 2022-ci il tarixli protokolla müəyyən edilmişdir ki, 1) “ch01_**********0000” adlı video görüntü 01 saat 04 dəqiqə 46 saniyə davam edir. Həmin video görüntüdə olan məlumata və cinayət işi materiallarına əsasən bu görüntü 03 may 2022-ci il tarixdə saat 17:00-dan 18:04-ə kimi davam edir və sözü gedən hadisənin baş verdiyi ünvan 6 ünvanında yerləşən yaşayış binasının qarşısındakı həyatyanı sahəni qyedə alır. Video görüntünün 23-cü dəqiqə 23-cü saniyəsindən etibarən saat 17:23-dən sonra iş materiallarından məlum olduğu kimi Şahid3, bir neçə saniyə sonra Şahid4 bir nəfər azyaşlı uşaqla birlikdə həyatyanı sahədən çıxıb gedirlər. Görüntünün 32-ci dəqiqə 10-cu saniyəsindən sonra saat 17:32-də Şahid6 başqa bir nəfər işi ilə birlikdə müxtəlif ərzaqları və ləvazimatları həmin ünvanda olan həyətə girişdə olan üstü bağlı vəziyyətdə olan oturacağa gətirir, görüntünün 32-dəqiqə 58-ci saniyəsindən etibarən Şahid3 də həmin şəxslərə kömək edir və birlikdə yemək hazırlayırlar. Daha sonra həmin şəxslər masanı kameranın altına binanın giriş hissəsindən qarşısına qoyurlar. Görüntünün 42-ci dəqiqə 19 saniyəsindən etibarən Şahid5 həmin yerə gəlir, görüntünün 47-ci dəqiqə 34-cü saniyəsində etibarən həmin yerə uzun boylu kök bədən quruluşlu saçı olmayan bir nəfər kişi şəxs gəlir, 51-ci dəqiqə 38-ci saniyədən etibarən Şahid1 həmin gəlir, 57-ci dəqiqə 02-ci saniyədən etibarən Şahid3 manqalın yanına içərisində taxtalar olması görünən ağ rəngli kisəni gətirərək yerə qoyur. 58-ci dəqiqə 32-ci saniyədən etibarən Şahid3 həmin torbanın içərisindəki taxtaları manqalın yanına boşaldır və manqalı yandırmağa başlayır. Görüntünün 01-ci saat 03cü dəqiqə dəqiqə 57-ci saniyəsindən etibarən göy rəngli şalvar və görəkçə geyinmiş bir nəfər kişi gəlir, həmin tarixdə saat 18:04-da video görüntü bitir.2) “ch01_**********0447” adlı ikinci video görüntü 01 saat 07 dəqiqə 14 saniyə davam etməklə əvvəlki görüntünün qeydə aldığı sahəni əhatə edir. Həmin video görüntüdə olan məlumata əsasən görüntü 03 may 2022-ci il tarixdə saat 18:05-dən 19:11 kimi davam edir. Görüntünün əvvəlindən Şahid3, Şahid6, bundan başqa birinci görüntüdə təsvir edilmiş əlavə 02 nəfər şəxs və 01 nəfər sarı gödəkçəli azyaşlı uşaq həmin binanın həyətində olur. Burada olan şəxslər manqalı yanıdırıb süfrə hazırlamaq üçün hazırlıq görür. Saat 18:16 radələrində həmin yerə Şahid4 və əynində qara köynək, boz gödəkçə, qara şalvar, ağ və qara rənglərdən ibarət idman ayaqqabısı olan şəxs gəlir. Saat 18:16 radələrindən etibarən Şahid3 əvvəlcədən ağ rəngli kisədə həmin yerə gətirdiyi biri qalın digəri bir qədər nazik olan taxta parçalarını əlinə götürüb onları manqalda olan közləri yaymaq üçün istifadə etdiyindən hər iki taxta parçasının ucu yanaraq tüstüləyib bir qədər közərir. Saat 18:22 radələrində iş materiallarına əsasən məlum olduğu kimi Təqsirləndirilən şəxs həyat yoldaşı hicab geyimində olan Şahid9 yanında biri hicab geyiminin olmaqla iki nəfər azyaşlı qız uşağı ilə birlikdə həyətə daxil olub binanın girişinə gedir və binaya daxil olur. Saat 18:25 radələrində həmin yerə bir nəfər hərbi səhra geyiminə bənzər geyimdə oğlan uşağı gəlir. Saat 18:38 radələrində qara rəngli şalvar, göy rəngli köynək və qara gödəkçədə olan Zərərçəkmiş şəxs həmin yerə gəlir. Saat 18:42 radələrində iş materialalrından məlum olduğu kimi Zərərçəkmiş şəxs tərəfindən həmin yeri qeydə alan kameranın üzünə naməlum maddə yaxır və kameranın görüntü qeydə almasının böyük qismini məhdudlaşır. Bundan sonra yalnız Zərərçəkmiş şəxs ağ gödəkçədə olması görünür. 3) “ch01_**********1202” adlı video görüntü 01 saat 07 dəqiqə 16 saniyə davam etməklə əvvəlki görüntünün qeydə aldığı sahəni əks etdirir. Həmin video görüntüdə olan məlumata əsasən bu görüntü 03 may 2022-ci il tarixdə saat 19:12-dən 20:18 radələrinə kimi davam edir. Lakin əvvəlki görüntüdən də məlum olduğu kimi kameranın önünə naməlum maddə yaxıldığı üçün kamera işləsə də hər hansı bir görüntünün qeydə alınması mümkün olmur. 4) “ch02_**********0000” adlı video görüntü əvvəlki görüntülərdən fərqli olaraq sözü gedən hadisənin baş verdiyi binanın həyətinin giriş hissəsini küçə tərəfdən qeydə alır, 01 dəqiqə 34 saniyə davam edir, həmin video görüntüdə olan məlumata əsasən bu görüntü 03 may 2022-ci il tarixdə saat 17:00-dan 17:01 radələrinə kimi davam edir. Həyətin giriş hissəsində yalnız qara rəngli Audi markalı avtomobiin olması görünür. 5) ch02_**********0134 adlı video görüntü əvvəlki görüntüdə olduğu kimi binanın həyətinin giriş hissəsini küçə tərfədən qeydə alır, 01 saat 17 dəqiqə 18 saniyədən ibarət olmaqla, həmin video görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 17:01 radələrindən 18:08 radələrinə kimi davam edir, baxış keçirilmiş birinci video görüntüdə qeydə alındığı kimi həmin ünvana ardıcıllıqla gələn qeyd edilmiş şəxslərin gəlməsi məlum olur. Həmin tarixdə saat 17:31 radələrində qara rəngli Mercedes markalı avtomobillə Şahid6, saat 18:46 radələrində qara rəngli **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobildə əvvəlcədən təsvir edilmiş uzun boylu kök bədən quruluşlu saçı olmayan bir nəfər kişi, saat 18:03 radələrində növbəti qara rəngli avtomobillə göy gödəkçəli orta boylu arıq bədən quyruluşlu şəxs həmin yerə gəlir. Həmin görüntüdə saat 17:56 radələrində Şahid3 boş qarton qutu və içərisində taxta parçaları olan ağ kisə torbanı həmin həyətyanı sahəyə gətirir. 6) ch02_**********0853 adlı video görüntü əvvəlki görüntüdə olan sahəni qeydə alır, 01 saat 07 dəqiqə 18 saniyədən ibarət olmaqla görüntüdə olan məlumata əsasən bu görüntü 03 may 2022-ci il tarixdə saat 18:08 radələrindən 19:16 radələrinə kimi davam edir. Görüntüdən məlum olur ki, saat 18:18 radələrində Şahid4 və əvvəlcədən təsvir edilmiş boz rəngli gödəkçəsi olan şəxs gəlir, 18:41 radələrində ağ rəngli avtomobildə Zərərçəkmiş şəxs həmin yerə gəlir və saat 18:45 radələrində gəldiyi avtomobilin arxa yük yerindən ağ rəngli gödəkçəsini götürüb əyninə geyinir və həyətə daxil olur, saat 19:08 radələrində bir kişi hicab geymində olan bir qadınla birlikdə, 19:10 radələrində növbəti bir kişi, 19:12 radələrində əlavə bir kişi həyətə daxil olur.7) ch02_**********1612 adlı video görüntü əvvəlki görüntüdə olan sahəni qeydə alır, 01 saat 07 dəqiqə 19 saniyədən ibarət olmaqla görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 19:16 radələrindən 20:23 radələrinə kimi davam edir. Görüntüdən məlum olur ki, həmin tarixdə saat 19:23 radələrində ağ qara rəngli idman ayqqabısı, boz rəngli şalvar, qara köynək və qara qısaqol gödəkçə geyinmiş Şahid2 həyətə daxil olur, saat 19:43 radələrində əlavə bir nəfər kişi və 20:12 radələrində hicab geyimində bir qadın həyətə daxil olur. 8) ch02_**********2333 adlı video görüntü əvvəlki görüntüdə olan sahəni qeydə alır, 01 saat 07 dəqiqə 20 saniyə ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 20:23 radələrindən 21:30 radələrinə kimi davam edir. Həmin tarixdə saat 20:24 radələrində iş materiallarından məlum olduğu kimi Şahid8 əvvəlcə özü həmin həyətyanı sahəni tərk edir, daha sonra bir nəfər hicablı qadını küçədən həyətə ötürüb yenidən özü çıxıb gedir. Saat 20:28, 20:40 və 20:55 radələrində hər birində bir nəfər olmaqla 03 nəfər kişi həyətə gəlir, saat 21:29 radələrində iki nəfər yeniyetmə uşaq həyətə daxil olur. 9) ch02_**********3052 adlı video görüntü əvvəlki görüntüdə olan sahəni qeydə alır, 01 saat 07 dəqiqə 19 saniyədən ibarət olmaqla görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 21:30 radələrindən 22:37 radələrinə kimi davam edir. Həmin görüntüdən iş materiallarına əsasən məlum olur ki, Şahid4, Zərərçəkmiş şəxs, Şahid2, Şahid3, Şahid1, Şahid7, Şahid6, Şahid5 başqa bütün şəxslər həyətdən çıxıb gedir. Saat 22:34 radələrində Təqsirləndirilən şəxs əlində sellofan paket olmaqla həyətin qapısına doğru gəlməyə başlayır, bu vaxt həyətə giriş qapısının önündə Şahid5 və Şahid7 dayanıb söhbət edir. Şahid6 isə öz avtombilinə əyləşib getməyə hazırlaşır. Saat 22:35 radələrində həyətdə səs-küy olduğu üçün əvvəlcə Şahid7, ardınca Şahid5, daha sonra Şahid6 cəld formada həyətə daxil olur. Saat 22:36 radələrində əvvəlcə Şahid2, ardınca Şahid4, Şahid5, Şahid7, Şahid1 və Şahid3 həyətdən çıxır. Saat 22:37 radələrində isə Zərərçəkmiş şəxs əlində olan salfetlə üz nahiyəsini silərək həyətədn çıxıb bir qədər kənarda dayanmış digərlərinin yanına yaxınlaşır, həmin vaxtı ən sonda Şahid6 həyətdən çıxır. Daha sonra saat 22:37 radələrində Şahid6 səs gəldiyi üçün yenidən qapıya tərəf yönəlir həyətə giriş qapısını əli ilə saxlayıb iş materiallarına əsasən Təqsirləndirilən şəxs içəridən çıxmasına mane olur. 10) ch02_**********3813 adlı video görüntü əvvəlki görüntüdə olan sahəni qeydə alır, 52 dəqiqə 47 saniyədən ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022ci il tarixdə saat 21:30 radələrindən 22:37 radələrinə kimi davam edir. Saat 22:38 radələrində Şahid6 həyətə giriş qapısını saxlayır, Şahid4 özünün idarə etdiyi avtombilin arxa saxlanc yerindən bir ədəd taxta dəyənək (bita) götürüb Şahid2 verir, əvvəlcə Zərərçəkmiş şəxs daha sonra Şahid2 olmaqla orada olan şəxslər hadisənin baş verdiyi həyətə daxil olur. Həmin vaxt saat 22:39 radələrində həyətin giriş hissəsinin qarşısında olan yolda piyada gedən üç nəfər qadın səs küyə dayanıb həyətə doğru baxırlar. Saat 22:39 radələrində Şahid5, Şahid4, Şahid7, Şahid2, Şahid1, Zərərçəkmiş şəxs, Şahid6 və Şahid1 adları qeyd edilmiş ardıcıllıqla həyətdən çıxırlar, Şahid6 öz avtomobilinə yələşib həmin yerdən gedir. Şahid2 götürdüyü taxta dəyənəyi Şahid4 verir, sonuncu da həmin dəyənəyi avtomobilinin arxa yük yerinə qoyur. Həmin şəxslər bir qədər kənarda dayanıb öz aralarında danışırlar. Sonra yenidən Şahid1 həyətə geri qayıdır. Daha sonra Şahid6 həmin yerə qayıdır, sonuncu və Zərərçəkmiş şəxs binaya tərfə baxıb əl işarələri ilə danışaraq nəsə deyirlər.11) ch04_**********0000 adlı video görüntü əvvəlki görüntülərdən fərqli olaraq hadisənin baş verdiyi həyatyanı sahənin binanın giriş hissəsinin yaxınlığında quraşdırılmış kamera vasitəsilə qeydə alır və 1-3-cü video görüntüdə olan sahəni digər əks tərəfədən qeydə alır, 13 dəqiqə 04 saniyədən ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 17:00 radələrindən 17:13 radələrinə kimi davam edir. Həmin görüntü birinci video görüntüdə olan qeyd edilmiş şəxslərin hərəkətlərini əks tərəfdən bir qədər uzaq formada qeydə alınmış təsviridir. 12) ch04_**********1305 adlı video görüntü əvvəlki görüntüdə olan sahəni və 1-3cü video görüntüdə olan sahəni digər əks tərəfədən qeydə alır, 01 saat 07 dəqiqə 18 saniyədən ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 17:00 radələrindən 17:13 radələrinə kimi davam edir. Həmin görüntü ikinci video görüntüdə olan qeyd edilmiş şəxslərin hərəkətlərini əks tərəfdən bir qədər uzaq formada qeydə alınmış təsviridir. 13) ch04_**********2024 adlı video görüntü əvvəlki görüntüdə olan sahəni və 1-3-cü video görüntüdə olan sahəni digər əks tərəfədən qeydə alır, 01 saat 07 dəqiqə 18 saniyədən ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 18:20 radələrindən 19:27 radələrinə kimi davam edir. Üçüncü video görüntüdə qeyd edildiyi kimi saat 18:42-də Zərərçəkmiş şəxs kameranın üzünü rəngli maddə ilə rəngləməsi, daha sonra ağ gödəkçəni geyinməsi əks olunur. Burada olan şəxslər yemək hazırlnaması ilə məşğul olurlar. Saat 19:02 radələrində binanın girişində olan solbir ədəd sol və iki ədəd skamya həyətə giriş qapısının önündə qoyulur. 14) ch04_**********2744 adlı video görüntü əvvəlki görüntüdə olan sahəni və 1-3cü video görüntüdə olan sahəni digər əks tərəfədən qeydə alır, 01 saat 07 dəqiqə 19 saniyədən ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 19:27 radələrindən 20:34 radələrinə kimi davam edir. Həmin video görüntüdə qeyd edilmiş saatlarda şəxslərin həyətə gəlməsi əks olunur, orada olan şəxslərin süfrənin hazırlanması ilə məşğul olurlar. Saat 20:12 radələrində əvvəlcə Şahid1 daha sonra Şahid6 namaz qılması görünür. Saat 20:24 radələrində əvvəlcədən qedy edildiyi kimi Şahid8 həyətdən çıxır, bir müddət sonra sonuncu həyətin qapısına kimi gətidiyi bir nəfər hicablı qadın əvvəlcə həyətyanı sahəyə sonra binaya daxil olur. 15) ch04_**********3503 adlı video görüntü əvvəlki görüntüdə olan sahəni və 1-3-cü video görüntüdə olan sahəni digər əks tərəfədən qeydə alır, 01 saat 07 dəqiqə 19 saniyədən ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 20:35 radələrindən 21:42 radələrinə kimi davam edir. Səkkizinci video görüntüdə təsvir edilmiş şəxslərin həıyətyanı sahəyə daxil olması müşahidə edilir. Həyətdə olan şəxslər yeməklərin və süfrənin hazırlanması ilə məşğul olurlar. 16) ch04_**********4223 adlı video görüntü əvvəlki görüntüdə olan sahəni qeydə alır, 01 saat 07 dəqiqə 20 saniyədən ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 21:42 radələrindən 22:49 radələrinə kimi davam edir. Lakin 22:39 radələrində kameranın istiqaməti dəyişildiyi üçün iş üçün əhəmiyyət kəsb edən görüntünün qeydə alınması mümkün olmur. Saat 22:30 radələrinə kimi olan müddətdə həyətyanı sahədə olan şəxslrə yeməık yedikdən yekunlaşdırır, Şahid4, Zərərçəkmiş şəxs, Şahid2, Şahid3, Şahid1, Şahid7, Şahid6, Şahid5 başqa bütün şəxslər həyətdən həmin yerdən çıxıb gedir. Adları qeyd olunan şəxslər həmin yerdə qalıb yır-yığışla məşğul olur. Saat 22:34-da yaşayış binasının sakini olan tanışı Təqsirləndirilən şəxs həmin şəxslərin təşkil etdiyi süfrənin yanından keçib yaşayış binasının girişinə doğru hərəkət etdiyi zaman Zərərçəkmiş şəxs iş materiallarından məlum olduğu kimi Təqsirləndirilən şəxs arxadan çağıraraq özü də ona yaxınlaşıb əvvəllər onun ünvanına nalayiq ifadələr işlətməsini bildirib Təqsirləndirilən şəxsla mübahisə edib onun üz nahiyəsindən sillə, bədən nahiyəsindən isə təpik zərbəsi ilə qəsdən vurur, sonra bunun qarşılığında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayağından tutaraq itələyib onu yerə yıxır, bunu görən Şahid4 istintaqa məlum olmayan silah qismində istifadə olunan dəyənəyə oxşar əşya ilə, Şahid2 və Şahid3 isə çoxsaylı əl zərbələri ilə Təqsirləndirilən şəxs qəsdən vurub sonuncunun müqavimətini qırır, Zərərçəkmiş şəxs yerdən ayağa qalxaraq Təqsirləndirilən şəxs əlləri ilə bir neçə dəfə üz nahiyəsinə qəsdən zərbə vurub daha sonra onu qrupun digər üzvlərindən bir qədər kənara çəkir, bu dəfə sol əli ilə Təqsirləndirilən şəxs üz nahiyəsinə sillə vurur, bunun qarşılığında Təqsirləndirilən şəxs onu yumruq zərbəsi ilə vurub yerə yıxır, həmin anda Şahid4 bir anlıq Ceyhun Məıhərrəmovu itələyib onu tutsa da daha sonra buraxıb oradan uzaqlaşır, Şahid2 Təqsirləndirilən şəxs üstünə hücum edib əl və ayaq zərbələri, Şahid1 isə ayaq zərbəsi ilə Təqsirləndirilən şəxs vurub onu divara sıxaraq müqavimətini qırdıqdan sonra Zərərçəkmiş şəxs bükülü vəziyyətdə olan Təqsirləndirilən şəxs qarın nahiyəsindən bir neçə dəfə yumruq zərbələri ilə qəsdən vurur, daha sonra Təqsirləndirilən şəxs ayağa durub onlardan aralanaraq yaşadığı mənzilə qalxır. Saat 22:38 radələrində Təqsirləndirilən şəxs evindən bıçaq götürərək binanın həyətinə düşdükdən sonra Zərərçəkmiş şəxs oturduqları süfrənin yanında olan silah qismində istifadə edilə bilən bir ədəd şüşə butulkanı götürüb binanın giriş hissəsində dayanmış Təqsirləndirilən şəxs istiqamətində atır, həmin şüşə butulka yerə düşüb sındıqdan sonra başqa bir şüşə butulkanı götürüb bu dəfə Təqsirləndirilən şəxs doğru gedərək ona yaxınlaşdıqdan sonra həmin əşyanı əlində yuxarı qaldırıb zərbə endirmə vəziyyətini alıb gözləyir, həmin vaxt əvvəlki video görüntüdəndə göründüyü kimi Şahid2 əlində taxta dəyənək yəni bita olsa da bunu heç kimə qarşı tətbiq etmir. Saat 22:39 radələrində iş materiallarından məlum olduğu kimi Şahid3 kameranın istiqamətini dəyişdiyi üçün bundan sonra görüntü qeydə alınması mümkün olmur. (İ cild,i.v 128-131) 19 iyul 2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin məcəllənin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X15” X28 01 sentyabr 2022-ci il tarixli, T375/2022 saylı rəyi ilə müəyyən edilmişdir ki, 1980-ci il təvəllüdlü X3 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş Təqsirləndirilən şəxs alt dodağın əzilmiş yarası, döş qəfəsin, qarının ön divarının, sağ sağrı nahiyələrin dərialtı hematomaları, sağ gözətrafı nahiyənin, hər iki bazunun, sağ çiyin oynağı nahiyəsinin qançırları, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşya (əşyaların) təsirindən törənmiş, kənar şəxs tərəfindən yumruq və təpiklə həmin nahiyələrə yetirilən zərb nəticəsində qərarda göstərilən 03 may 2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15” X28 təkrar məhkəmə-tibbi ekspertizasının 03 avqust 2022ci il tarixli, T374/2022 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs başbeyin silkələnməsi, başın sol-təpə gicgah nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, üst dodağının əzilmiş yaraları bərk küt əşya (əşyaların) təsirindən törənmiş, kənar şəxs tərəfindən yumruqla həmin nahiyələrə yetirilən zərb nəticəsində xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə istər ümumilikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. İş materiallarında olan 13 sentyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi barəsə protokoldan görünür ki, Şahid4 tərəfindən istintaqa təqdim edilmiş içərisində 24 saniyə, 04 saniyə, 01 dəqiqə 08 saniyə, 52 saniyə və 09 saniyədən ibarət olan 05 ədəd video görüntü və 01 ədəd fotoşəkil olan diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin diskdə şərti olaraq nömrələnmiş 1)“VİD-20220927-WA0007”, 2)“VİD-20220927-WA0008”, 3)“VİD- 20220927WA0009”, 4) “VİD-20220927-WA0010” və 5) “VİD-20220927-WA0011” adlı video görüntülər, həmçinin “WhatsApp İmage 2022-09-27 at 10.22.17” adlı fotoşəkil olması müəyyən edildi. Həmin video görüntülərdən birincisi 25 saniyədən ibarət olmaqla video görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 22:43 radələrində qeydə alınmışdır. Həmin görüntüdə iş materiallarına əsasən ünvan 3 ünvanında yerləşən yaşayış binasının qarşısındakı həyatyanı sahədə bir nəfər kişi cinsindən olan şəxsin hadisə yerində olan əşyaları götürüb həyətyanı sahənin giriş qapısına tərəf tullaması, daha sonra binaya daxil olması əks olunur. İkinci video görüntü 4 saniyədən ibarət olmaqla video görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 22:31 radələrində qeydə alınmışdır. Bu görüntüdə iş materiallarına əsasən ünvan 3 ünvanında yerləşən yaşayış binasının pilləkənlərindən Təqsirləndirilən şəxs əlində olan bıçağa bənzər iki ədəd əşya ilə sürətli şəkildə aşağı düşməsi öz əksini tapmışdır. Üçüncü video görüntü 01 dəqiqə 08 saniyədən ibarət olmaqla video görüntüdə olan məlumata əsasən 04 may 2022-ci il tarixdə saat 02:10 radələrində qeydə alınmışdır. Həmin video görüntüdə biri yuxarıda qeyd edilmiş birinci video görüntüdə olan şəxs olmaqla əlavə bir nəfər kişi cinsindən olan şəxslə birlikdə sözü gedən hadisənin baş verdiyi yerdə əllərində olan işıqla nə isə axtarması, daha sonra həmin şəxslər tərəfindən görüntünü qeydə alan video kameranın istiqamətinin yuxarı doğru dəyişməsi əks olunur. Kameranın istiqaməti dəyişsə də görüntü qeydə alması davam edir, daha sonra görünür ki, həmin şəxslərlə yanaşı əlavə bir nəfər kişi cinsindən olan şəxslə birlikdə əllərində olan işıqlarla nə isə axtarmağa davam edirlər. Dördüncü video görüntü 09 saniyədən ibarət olmaqla video görüntüdə olan məlumata əsasən 04 may 2022-ci il tarixdə saat 02:10 radələrində qeydə alınmışdır. Bu görüntüdəngörünür ki, birinci və üçüncü ördüncü video görüntüdə olan şəxsin sözü gedən hadisə yeri yəni, həyatyanı sahəyə daxil olması əks olunur. Beşinci video görüntüdə 52 saniyədən ibarət olmaqla video görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 22:49 radələrində qeydə alınmışdır. Bu video görüntüdə iki nəfər hicab geyimli qadın sözü gedən hadisə yerində olan əşyaları dağıtması, daha sonra polis əməkdaşlarının həyətyanı sahəyə daxil olaraq həmin şəsləri danışaraq sakitləşdirməsi əks olunur. Bunlardan başqa diskdə olan 01 ədəd fotoşəkildə 15 nəfər şəxsin süfrə arxasında dayanıb fotoşəkil çəkdirməsi, iş materiallarına əsasən həmin fotoşəkildə X7, Şahid2 və Şahid8 mehriban formada dayanması əks olunur. Həmin fotoşəkil çap olunraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 28 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 sentyabr 2022-ci il tarixli 18093 saylı müşayiət məktubu ilə göndərilmiş 01 ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olan **********, Şahid2 istifadəsində olan ********** və Şahid1 istifadəsində olan ********** saylı mobil telefon nömrələrinin 01 yanvar 2021-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək olan müddətdə girişçıxış zəngləri, sms mətnləri və anten dairələrinə dair məlumatlar mövcuddur. Həmin məlumatlara baxış keçirilən zaman məlum olmuşdur ki, Zərərçəkmiş şəxs istinfadəsində olan ********** saylı mobil telefon nömrəsindən xx.xx.2022-ci il tarixdə saat 12:18 radələrində iş üzrə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında 260 saniyə müddətində danışıq olmuşdur. Həmin danışıq zamanı anten məlumatlarına əsasən Zərərçəkmiş şəxs Gədəbəy rayonu ərazisində olması müəyyən edilmişdir. Şahid1 istifadəsində olan ********** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrə arasında zənglərə dair məlumatlar aşağıdakı kimidir: Zəng edən: Zəngi qəbul edən: Tarix və saat: Müddət: (saniyə) **********30 **********3333 2021-04-15 00:18:25 14 **********30 ********** 2021-10-28 15:40:28 45 **********30 ********** 2022-01-23 15:51:41 528 **********30 ********** 2022-03-30 20:34:59 58 **********30 ********** 2022-04-01 13:48:07 26 ********** ********* 2022-04-01 13:51:04 46 ********** ********* 2022-04-01 13:53:26 7 Baxış keçirilmiş məlumatlarda cinayət təqibi üçün əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş cinayət işi üzrə Azərbaycan Respublikası “Məhkəmə- Tibbi Ekspertiza və X15” publik hüququi şəxsin təkrari ekspertizalar şöbəsinin rəisi X4 ifadəsində 03 avqust 2022-ci il tarixli, T375/2022 saylı rəyi ilə bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs alt dodağında olan əzilmiş yara, döş qəfəsi, qarının ön divarı, sağ sağrı nahiyəsinin dərialtı hemotomaları istər birlikdə, istərsə də ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər yəni, sağ gözətrafı nahiyənin, iki bazunun, sağ çiyin oynağı nahiyəsinin qançırları, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işi materiallarında olan ifadələrdə işlənmiş preslənmiş karton məhkəmətibbi ekspertiza rəylərində qeyd edilmiş bərk küt əşya hesab edilir. İş materiallarında olan Bakı şəhəri 61 saylı MKİS tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və 2 uşağı var, 1-ci X11 iştirakçısıdır və 2-ci qrup əlildir. İş materiallarına əlavə edilmiş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10 may 2017-ci il təvəllüdlü X14 və 10 iyun 2011-ci il təvəllüdlü X5 adlı övladları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatının verilməsi barədə arayışından görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir, əlilliyi müddətsizdir. İş materiallarına əlavə edilmiş 06 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Bahram oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham ve onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə toplanmış sübutlanın məcmusu Təqsirləndirilən şəxs Bahram oğluna verilmiş ittihamın həlli üçün kifayət hesab edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində ittiham olunduğu cinayət əməli üzrə xuliqanlıq törətməməsi kimi öz müdafiəsi üçün gətirdiyi dəlillər istintaq zamanı toplanmış mötəbər sübutlar məcmusu ilə təkzib edilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılması, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 ve 228.4-cü maddələri ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 39.1.1 və 39.1.2ci maddələrinə əsasən rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid4, Şahid2, Şahid1 və Şahid3, Şahid5, Şahid6, Şahid7, X8, Şahid9, Şahid11 Ələsgər qızı, Şahid10 və Şahid12 ifadələri, üzləşdirmə protokolları, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi içərisində videogörüntülər və fotoşəkillər olan 02 ədəd diskə, şahid qisminde dindirilmiş Şahid4 istintaqa təqdim etdiyi içərisində videgörüntülər və fotoşəkil olan 01 ədəd disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 sentyabr 2022-ci il tarixli 18093 saylı müşayiət məktubu ilə göndərilmiş 01 ədəd diskə baxış keçirilməsi haqqında protokollar, məhkəmə-tibbi ekspertizasının 03 avqust 2022-ci il tarixli T374/2022 saylı və 10 may 2022-ci il tarixli 483 saylı rəyləri sübut hesab edilməsi, cinayət işi üzrə təqsirləndirilən şexs Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi içərisində videogörüntülər və fotoşəkillər olan 02 ədəd disk, Şahid4 istintaqa taqdim etdiyi içərisində video görüntülər və fotoəşkil olan 01 ədəd disk, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 sentyabr 2022-ci il tarixli 18093 saylı müşayiət məktubu ilə göndərilmiş 01 ədəd disk maddi sübut hesab edilməsi və iş materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 1(011)-499/2022 saylı hökmündən görünür ki, Şahid4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 04 may 2023-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxsin nümayəndələri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 1(011)-499/2022 saylı hökmü verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, birinci instansiya məhkəməsi toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunanəməlin törədilməsimənbəyinin mötəbərliyivə əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM144-146). Məhkəmə, Təqsirləndirilən şəxs xuliqanlıq etməməsi ilə ibtidai istintaq və məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab etmişdir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisənin baş verdiyi yeri çəkən videokamera görüntüləri, şahid ifadələri və iş materiallarında olan digər sübutlarla təkzib olunur. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 1(011)-499/2022 saylı hökmü ilə Zərərçəkmiş şəxs əməlinə və cinayət işinin hallarına hüquqi qiymət verilmiş və onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 may 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 1(011)-499/2022 saylı hökmünün dəyişdirilmədən saxlanılması hökm olunmuşdur. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunduğundan düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər.Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Plenum qərarının 1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur; həmin Plenum qərarının 2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür;həmin Plenum qərarının 3-cü maddəsinə əsasən ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında " Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Plenum qərarının müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X10 zərərçəkmiş şəxs Rüfət Musayevə qarşılıqlı mübahisə və dalaşma zamanı ağır bədən xəsarəti yetirərkən və onun sonrakı hərəkətləri ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmişdir. “X12 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə-təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilibedilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.2. Eyni əməllər:221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda-iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Penitersiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə“ Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimaitəhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.15.2.Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.15.3.Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.15.4.Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.15.5.Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 25.1-ci maddəsinə əsasən, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir (2-ci bənd). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 26-cı maddəsinin tələblərinə görə, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir.Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxşı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəllsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-ci maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsada onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun şəraitdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməklə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafıq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.Həmin Məcəllənin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır.Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.Həmin Məcəllənini 397.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, məhkum Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün, zərər çəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında, ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən haqlı olaraq Təqsirləndirilən şəxs hərəkətlərinin düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilməsi qənaətinə gəlinmişdir, eləcə də məhkum Təqsirləndirilən şəxs şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri, məhkum Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməsini, ikinci qrup əlil olmasını onun barəsində cəzasını yüngülləşdirən hallar kimi, məhkum Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmışdır, apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs cəza təyin edilərkən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi göstərilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məhkum Təqsirləndirilən şəxs şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar nəzərə alınmışdır, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin 09 iyun 2023-cü il tarixli hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz, ona görə də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 1(011)-40/2023 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l ı r: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 1(011)- 40/2023 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən hakim Həsən Əhmədov Hakimlər Anar Tanrıverdiyev İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar