Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-59/2025 25.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Qədim Xalid oğlunun sədrliyi ilə, Məmmədov Murad Akif oğlu və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 qızının, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi3 Manaf oğlunun, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 1(101)-783/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə (apellyasiya şikayətinə əlavəyə) əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 1(101)-783/2022 nömrəli hökmünə əsasən (hakimlər X14 (sədrlik edən), X18 və X3 ibarət tərkibdə) xx xxxxx 1990-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Kristal ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə nəqliyyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 avqust 2021-ci il tarixdən hesablanmış. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququdan məhrum etmə cəzası icra edilməsi üçün Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətinin və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədin məhkumun yaşadığı yerin icra məmuruna göndərilməsi cəzaçəkmə müəssisəsinin müdiriyyətinə həvalə edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş və o, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Həmin hökmdən məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-418/2023 saylı, 24 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər: İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, X9 və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-418/2023 saylı, 24 iyul 2023-cü il tarixli qərarından məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi3 Manaf oğlu tərəfindən birgə kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli, 1(102)-794/2024 nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 Manaf oğlu tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilərək Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-418/2023 saylı, 24 iyul 2023-cü il tarixli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdə saat 17:04-də “BC” kateqoriyalı AD 078456 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə olmadan idarə etdiyi tanışı Zərərçəkmiş şəxs1 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Tiida” markalı **-MF-*** X21 avtomobillə “Heydər Əliyev" prospektinin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisindən keçən hissəsində Heydər Əliyev adına X30 istiqamətində 100-110 km/saat sürətlə hərəkətdə olarkən istiqaməti üzrə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Heydər Əliyev prospekti 276 ünvanda yerləşən birinci yerüstü keçidin altında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin yəni hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, qanunun bu tələblərinə riayət etməməklə, yol hərəkəti qaydalarını pozaraq, hərəkətdə olduğu istiqamətdə yolun hərəkət hissəsinin sol tərəfində dayanmış piyada X15 idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vurub ona ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş Vüqar Babayevin ölümünə səbəb olmuş, həmçinin Zərərçəkmiş şəxs1 məxsus “Nissan Tiida” markalı **-MF-*** X21 avtomobillə ehtiyatsızlıqdan 720 manat maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq, yol nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təxminən 2021-cı ilin aprel ayında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Bijan” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi, 200 №-li binanın yaxınlığında yerləşən yararsız yarımtikilinin qarşısında yerləşdirdiyi bir ədəd boz rəngli polietilen bağlamada qablaşdırılmış ümumi təmiz çəkisi 2.003,807 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroini 23 avqust 2021-ci il tarixdə gecə saatlarında həmin yerdən götürüb sonradan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə üzərində daşıyaraq həmin yararsız yarımtikilinin giriş hissəsində sol tərəfdə divarın yanında yastığın altında gizlətməklə saxlamış, 23 avqust 2021-ci il tarixdə saat 01:00 radələrində qeyd olunan yararsız yarımtikilinin giriş hissəsində sol tərəfdə divarın yanında saxladığı narkotik vasitə hesab edilən həmin heroinin 23,807 qram çəkidə olan hissəsini bir bükümdə ayırıb istintaqa məlum olmayan şəxlərə satıb gəlir əldə etmək niyyəti ilə əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq həmin yarımtikilidən çıxmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 04:00-da Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi, 200 №-li binanın yaxınlığında saxlanılaraq baş idarənin inzibati binasına gətirilmiş, inzibati binada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə olmaqla təmiz çəkisi 23,807 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 08:15-də təqdim etdiyi ünvan 5 ünvanının yaxınlığında yerləşən yararsız yarımtikiliyə baxış və götürmə aparılarkən həmin yarımtikilinin giriş hisəsində sol tərəfdə divarın yanında yastığın altında saxladığı bağlamadan iki ədəd bükümdə olmaqla ayrı-ayrılqıda təmiz çəkisi 995 qram və 985 qram olmaqla ümumi təmiz çəkisi 1.980 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları, sübutların təsviri İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 1(101)- 783/2022 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətində hökmün ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə baxışı zamanı Cinayət Prosessual Məcəlləsinin 323.5.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda məhkəmə vəsatəti təmin etməli olduğu halda, bunu etməmişdir. Birinci instansiya məhkəməsinə təqdim etdiyimiz vəsatətlərdə: 1. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin nəticələrinə dair tərtib edilmiş protokolların və digər prosessual sənədlərin, eləcə də ümumiyyətlə əməliyyat-axtarış işinin götürülərək məhkəmədə tədqiqi; 2. Təqsirləndirilən şəxs M.Xiyabani 200 ünvanındakı yarımçıq tikiliyə əvvəllər də gəlibgəlməməsi, 23 avqust 2021-ci il tarixdə həmin məkana gecə saatlarında kimin zəngiçağırışı ilə gəlməsi, həmin vaxt qeyd edilən məkanda kimlərin olmasının müəyyən olunması məqsədi ilə 20-24 avqust 2021-ci il tarixlərində Təqsirləndirilən şəxs istifadəsində olmuş sim-kart nömrəsi ilə apardığı telefon danışıqlarına dair məlumatların, eləcə də danışıq aparmış abonentlərin CELL İD-si (geo məkan) və digər şəxsi məlumatlarının götürülməsi xahiş edilmişdir. Lakin birinci instansiya məhkəməsi təqdim olunmuş vəsatətlərə baxmalı olduğu halda, bunu etməmiş və vəsatətlərə ümumiyyətlə münasibət bildirilməmiş, baxılmamış saxlamışdır. BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi 22 avqust 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın 3-cü bəndində aşkar və qeyr-aşkar üsullarla Təqsirləndirilən şəxs olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, nəqliyyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsi əməliyyat-axtarış tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə baxışında vəsatət qaldırılaraq göstərilən əməliyyat-axtarış tədbirlərinin real olaraq keçirilib-keçirilməməsi, müsbət halda keçirilmənin nəticələrinə dair müvafiq sənədləşdirmə aparılması, həmin prosessual sənədlərin tələb edilərək götürülməsi xahiş olunmuşdur. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 22 avqust 2021-ci il tarixli protokolda Təqsirləndirilən şəxs güdülməsi göstərilmişdir. Güdülmə əməliyyat-axtarış tədbirinin keçirilməsinin nəticələrinə dair tərtib olunmuş protokolun vəsatət verilməklə məhkəmə tərəfindən götürülməsi xahiş olunmuşdur. Həmçinin məhkəmə tərəfindən təhqiqat orqanının qəbul etdiyi qərarda keçirilməsini nəzərdə tutduğu əməliyyat-axtarış tədbirlərinin əsaslandırılmamasına hüquqi mövqe bildirməməsi ilə bağlı prosessual qanun pozuntusu hesab olunmalıdır. Məhkəmə baxışında tərəfimizdən həmçinin təhqiqatçı Şahid4 faktiki olaraq cinayət işi başlanmadan şübhəli şəxs Təqsirləndirilən şəxs “göstərdiyi” məkan - ünvan 6 ünvanındaki yarımtikiliyə baxış keçirmə və götürmə istintaq hərəkətləri aparmasının maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət edilməsi ilə bağlı tam qanunsuzluğuna dair, eləcə də qeyd olunan əsaslarla sübut kimi qəbul edilə bilməməsi haqqında verilmiş vəsatətə hüquqi mövqe bildirilməmişdir. Vəsatətimiz onunla əsaslandırılmışdır ki, Cinayət Prosessual Məcəllənin 207.4-cü maddəsinin tələbinə əsasən prosessual şəxs tərəfindən cinayət işi başlanmadan hadisə yerinə baxış və ekspertiza keçirilməsi, eləcə də həmin Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş, habelə şübhəli şəxsə münasibətdə şəxsi axtarış istintaq hərəkətlərinin keçirilməsi mümkün və qanuni hesab edilmişdir. Lakin təsviri hissədə də qeyd etdiyimiz kimi, prosessual şəxs tərəfindən yarımtikiliyə baxış keçirilməsi və götürmə aparılması Cinayət Prosessual Məcəllənin tələblərinin kobud şəkildə pozulmasıdır. Bu hallar isə qanunun tələblərini pozmaqla əldə edilmiş sübutların etibarsız hesab edilməsi və sübutlar siyahısından çıxarılmasının zərurətini təstiq edir. Həmçinin vəsatətimizdə təhqiqatçı tərəfindən yarımtikilidə baxış deyil, faktiki olaraq tam qanunsuz şəkildə axtarış və götürmə aparılması göstərilsə də bu məsələyə də Məhkəmə hüquqi mövqe bildirməmişdir. Vəsatətimizdə həmçinin istintaq orqanı tərəfindən iş materiallarına əlavə edilmiş 12 fevral 2022-ci il tarixli “cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” qərarın təsviri hissəsində Təqsirləndirilən şəxs istintaqla şəxsiyyəti müəyyən edilməyən “Bijan” adlı şəxslə əlaqəsinin olmasının müəyyən edilməsinə dair qeyr-müəyyən, qeyri-hüquqi anlayışlardan istifadə olunmuş, həmin fikrin davamında isə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törədilməsi - ağırlaşdırıcı halının sübuta yetirilməsindən ötrü zəruri istintaq hərəkətlərinin keçirilməsinin mümkün olmaması göstərilmişdir. Belə olan halda istintaq orqanının özü tərəfindən belə qabaqcadan əlbirliyinin sübuta yetirilməməsi qeyd edilsə də, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs - qrup üzvləri arasında əlaqə, vəzifə və iş bölgüsü, telefon danışıq məlumatları, sms, vatsap yazışmaları, İran İslam Respublikasına səfər, cinayət yolu ilə əldə edilməsi iddia edilən pul vəsaitinin ölkə hüdudlarından kənara çıxarılaraq qrupun digər üzvünə çatdırılması iş materialları ilə ümumiyyətlə müəyyən edilmədiyi, sübuta yetirilmədiyi halda hansı əsaslarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham elan olunması, qeyd edilən ağırlaşdırıcı hal-tövsif edici əlamətin sübuta yetirilməsinə dair şübhə və ziddiyyətlərin təqsirləndirilən şəxsin xeyrinə yozulmaması qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasına məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməməsi Təqsirləndirilən şəxs prosessual hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə istintaqı gedişatında tərəfimizdən təqdim edilmiş vəsatətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarının tələblərini və eləcə də Cinayət Prosessual Məcəllənin 447-ci maddəsinin müddəalarını kobud şəkildə pozaraq 22 avqust 2021-ci il tarixdə təhqiqat orqanından daxil olmuş qərara 48 saat müddətində baxıb müvafiq prosessual qərar qəbul etməli olduğu halda süründürməçiliyə yol verməklə, naməlum səbəbdən yalnız 11 fevral 2022-ci ildə qərar qəbul etməsi, eləcə də formal xarakterli, müddət pozuntusuna yol verildiyindən hüquqi əhəmiyyəti aradan qalxmış qərarında təhqiqat orqanının istinad edilən qərarının insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanuniliyi və əsaslılığının məhkəmə nəzarəti qaydasında hansı qaydada yoxlanılmasını əsaslandırılmaması, ümumiyyətlə mövqe ifadə etməməsi qanun pozuntuların həmin faktların, həmin qərarın və o qərarın qəbulu üçün əsas təşkil etmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarın da sübut əhəmiyyəti kəsb etməməsi əsası ilə iş üzrə sübutlar siyahısından çıxarılmalı olması işə baxan birinci instansiya Məhkəməsinin diqqətinə çatdırılmış, təəssüf ki, məhkəmə həmin məsələyə də fikir bildirməmişdir. İşin əvvəlki apellyasiya baxışı zamanı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinə əlavə verərək iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 1(101)-783/2022 nömrəli əsassız qərarın ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavənin dəlilləri qismində göstərilmişdir ki, Təqsirləndirilən şəxs keyfiyyətli hüquqi yardım göstərilməmişdir. İş vaxtı saat 9:00-da başladığı halda, vəkil Mina Cəfərovanın hansı qaydada 23 avqust 2021-ci il tarixdə gecə saat 4:00-dən etibarən istintaq hərəkətlərində iştirak etməsinə aydınlıq gətirilməsi barədə vəsatət təmin olunmamışdır. Mina Cəfərova özü bildirmişdir ki, ona saat 6:30-da zəng olunaraq idarəyə dəvət olunmuşdur. Göründüyü kimi şübhəli şəxsin tutulması, dindirilməsi və axtarış zamanı o, hüquqi yardımdan məhrum edilmişdir. Bundan başqa, yarımtikilikdə baxış deyil, tam qanunsuz şəkildə axtarış və götürmə aparılmışdır. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 1(101)- 783/2022 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs digər müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətində hökmün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində əməlində cinayət tərkibi olmadığından bəraət hökmü çıxarılmasını xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, istintaqçı özünün iş üzrə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmsi haqqındakı 01 oktyabr 2021-ci iltarixli qərarında yazır ki, « sürücünün hərəkəti üçün təhlükə piyadanın həmin hərəkt istiqamətinə əsasən yolun sol kənarından sağına doğru hərəkət etməyə başladığı andan yaranmış və həmin andan Vüqar Babayev avtomobil ilə vurulduğu 'yerə kimi adi yerişlə yolun eninə doğru 4,5 metr məsafə qət etmiş, «Koroğlu» metrostansiyası istiqamətindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi istiqamətində yolun solundan sağına doğru soldan ikinci hərəkət zolağında vurulmuşdur. Həmçinin piyada vurulmaya kimi təxminən 1 saniyə dayanmışdır. Piyadanın adi yerişlə hərəkət sürətinin orta həddi cədvəldən qəbul edilsin». Verilmiş parametrlərlə bağlı onu demək olar ki, piyada hərəkət hissəsinə daxil olduğu andan vurulduğu nöqtəyə qədər müstəntiqin qərarında göstərdiyi kimi 4,5 metr yox, cəmi 3 metr məsafə qət edir və videogörüntüdən açıq-aşkar görünür ki, o avtomobilin hərəkəti istiqamətində soldan sağa 1-ci hərəkət zolağı ilə 2-ci hərəkət zolağının sərhədinə kimi hərəkət edir və həmin sərhəddə avtomaşınla vurulur. İstintaqçı özü isə qeyd edir ki, bir hərəkət zolağının eni 3 metrdir. Lakin bizim konkret halda vacib olan bu məqam deyil! Müstəntiqin ekspertiza təyin edilməsi haqqında qərarını oxuyanda insanda elə bir təssürat yaranır ki, bu hadisə baş verərkən yolda yalnız təqsirləndirilən şəxsin avtomaşını və bir də yolu soldan sağa keməyə cəhd etmiş mərhum piyada olmuşdur. Lakin biz videogörüntüyə baxanda biz nə görürük?!. Biz görürük ki, okeanda xırda balıq sürüsü hərəkət edən kimi, hadisə yerində yolda da yüzlərlə avtomobil bir axm şəkilində hərəkət edirlər və təqsirləndirilən şəxsin avtomaşını da bu axının içrisindədir. Onun qarşısını avtomobillər kəsdiyinə görə, onun piyadanın yolun kənarında icazə verilməyən yerdə dayanmasını, sonra hərəkətə başlayaraq, hərəkət hissəsinə daxil olmasını vaxtında görməyə imkanı olmamışdır. Ona görə ki, onun qarşısını digər avtomobil kəsdiyindən, o piyadanı görmək imkanından məhrum olmuşdur. Ona görə də təqsirləndirilən şəxsə münasibətdə təhlükə anı piyadanın hərəkət hissəsinə daxil olduğu andan yox, sürücünün piyadanı faktiki görmək imkanının olduğu andan hesablanması zəruridir. Bütün bunları istər istintaqçı, istərsə də ekspertlər dərk etsələr də, bu halın üstünü vurmurlar və ekspertiza təqsirləndirilən şəxsin hadisənin qarşısını almağa texniki imkanının olması barədə qərəzli nəticəyə gəlir. Lakin həm istintaq orqanı, həm Respublika Ekspertiza Mərkəzinin ekspertləri, həm də istintaqa prosessual rəhbərliyi həyata keçirən şxslər ən vacib, ən zəruri, ən obyektiv, yüzlərlə zərərçəkən və şahid ifadələrindən üstün olan əsas sübuta istinad etməyi nədənsə yaddan çıxarırlar. Bizim halda “yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən” yeganə sübut videogörüntüdür ki, onu da nə məhkəmə, nə də ki, ekspert nəzərə almır, sübut hesab etmir. Əgər istintaq orqanı doğurdan da iş üzrə obyektiv istintaq aparmaqda maraqlı idisə, hadisənin baş verməsini obyektiv olaraq özündə əks etdirən bu mexanizm üzrə yol-nəqliyyat hadisələri ekspertizası təyin edib keçirməli və nəticədən asılı olaraq prosessual qərar qəbul etməli idi. Keçək narkotiklə bağlı ittihama və bəzi sənədlərini nəzərdən keçirək. Əmliyyat tədibirin keçirilməsi haqqında cinayət işindəki 23 avqust 2021 -ci il tarixli protokola nəzər salaq. Protokolda qeyd edilir ki, «... Təqsirləndirilən şəxs İslam oğlu ətrafında güdmə həyata keçirilmişdir və nəticədə tərəfimizdən saxlanılaraq ona bizimlə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməsi təklif olunaraq, BNMİ-nin inzibati binasına dəvət edilmişdir». Doğurdan da görəsən güdülüb tutulan adama - əgər o narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsdirsə - tutulacağına, həbs ediləcəyinə şübhə etmədiyi yerə getmək «təklif olunaraq» «dəvət edilir», yoxsa qolları burularaq, basıb maşına oturdurlar?Təqsirləndirilən şəxs ərizə alınır ki, guya onun öz hesabına vəkil tutmağa maddi imkanı yoxdur. Həmin ərizə də DİN Baş Narkotiklərlə Mübarizə İdarəsininə gətirildikdən sonra, qapalı şəraitdə ondan alınır və ərizə kompüterdə yazılır. Əgər Təqsirləndirilən şəxs müdafiəçi olmadan tutulması faktı qarşı smdayıqsa, deməli bu ərizənin mətni də yalandır və bu ərizə Təqsirləndirilən şəxs faktiki azadlıqdan məhrum edilmə şəraitində, diktə altında imzalatdırılmış bir ərizədir. Əgər belə deyilsə, nəyə görə ali təhsilli bir insan 1 cümlədən və 2,5 sətirdən ibarət bu ərizəni öz xətti ilə yazmamışdır?! Ona görə ki, tutma ilə bağlı sənədlər onun iradəsindən asılı olmayaraq polis əməkdaşları tərəfindən paket halında hazırlanmışdır. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq saat 04-00-dan tutularaq DİN Baş Narkotiklərlə Mübarizə İdarəsininə gətirilmiş, kompüterlə yazılmış protokolda sonradan diyircəkli qələmlə edilmiş əlavədən görünür ki, guya ona vəkil X23 05:30-da təqdim edilmişdir. Halbuki məhkəmə iclasına gəlib şahid qismində ifadə verərkən Minə Cəfərova bildirdi ki, ona DİN Baş Narkotiklərlə Mübarizə İdarəsindən saat 06:30-da telefon zəngi gəlmiş və o 07-00-da orderlə həmin idarəyə gəlmişdir. Bunu mübahisə mövzusuna çevirməyək və bir anlıq fərz edək ki, həqiqətən də müdafiəçi Təqsirləndirilən şəxs 05:30-da, yəni faktiki olaraq tutulduğu vaxtdan 1 saat 30 dəqiqə sonra təqdim edilmişdir. Ən maraqlısı isə sonra baş verir. Təhqiqat orqanı 06-45-dən 07-20-dək şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında protokol tərtib edir və həmin protokola əsasən, guya Təqsirləndirilən şəxs faktiki olaraq tutulduğu andan 2 saat 45 dəqiqə - 3 saat 20 dəqiqə sonra üzərində saxladığı 27 qram narkotik vasitəni polis əməkdaşlarına təqdim edir. Nəhayət ki, vəkil tapılıb Təqsirləndirilən şəxs yanına gətirildikdən sonra bundan xoşhal olan və 27 qram narkotik vasitəni polisə təqdim etməsindən cuşa gələn Təqsirləndirilən şəxs xüsusillə könüllü olaraq bildirir ki, 2 kq-dan artıq heroini də Yasamal rayonunda yol kənarında yerləşən yararsız halda olan tikilidə saxlayır və həmin narkotik vasitəni də polisə təhvil vermək arzusu ona güc gəlir. Şəxsi axtarış və götürmə protokolunda təhqiqatçı yazır ki, «Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərində aşkar edilmiş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı «Bijan» adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik vasitələri həmin şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul aldığını, qazandığı pulların üzərində aşkar olunan plastik bank kartına köçürüldüyünü, əlavə olaraq Bakı şəhəri, Yasamal rayonunda yerləşən yol kənarındakı yararsız halda olan tikilidə narkotik vasitə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin yerə baxış keçiriləcəyinə etirazı olmadığını bildirmişdi». Təbii ki, bundan sonra adı gedən tikiliyə, daha doğrusu «sökülüyə» baxış keçirilir və şübhəsiz ki, orada 2 kq 35 qram narkotik vasitə aşkar edilib, guya Təqsirləndirilən şəxs məxsus narkotik maddə kimi götürülür. Təbii ki, bundan sonra materiallar təhqiqat orqanından istintaq orqanına ötrülür və bu dırnaqarası sübutlar əsasında və üzərində sübutlar, daha doğrusu ittiham qurularaq, cinayət işi məhkəməyə göndərilir. Hazırki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Müdafiəçi3 Manaf oğlu, Müdafiəçi2 hər biri ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.2-ci maddələri ilə bəraət verilməsini xahiş etdilər. Hazırki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Hazırki apellyasiya baxışı zamanı zərəçəkmiş şəxsin hüquqi varisi və Zərərçəkmiş şəxs1 iştirak etmədiyindən məhkəmə kollegiyası məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Hazırki apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, birinci instansiya məhkəməsində və əvvəlki apellyasiya baxışı zamanı ətraflı ifadə vermişdir. Həmin ifadələrini təsdiq edir. Əvvəlki apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin iyul ayından “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir. 24 iyul 2021-ci il tarixdə Türkiyədən gələn tanışını qarşılamağa hava limanına getmək üçün Rasimdən maşınını istəmiş. Razılıq verib onlayn qaydada sürmək üçün etibarnamə verəcəyini dedi. Oradan çıxıb gəlib qardaşını da Gənclikdən götürüb getmişdir. Sonradan bildi ki, sistemlə bağlı problem olduğu üçün etibarnamə verə bilməyib. Rasimə məxsus “Nissan Tida” markalı **-MF-*** X21 avtomobillə “Heydər Əliyev adına X30” istiqamətində Heydər Əliyev prospekti ilə hərəkət hissəsinin 110 km/saat qədər sürətə icazə verilən soldan birinci hərəkət zolağında 100-110 km/saat sürətlə hərəkət edirdi. Qardaşı Şahid3 yanında-sağ ön oturacaqda əyləşmişdir. Yolun Suraxanı rayonu, Bülbülə qəsəbəsindən keçən hissəsindən qarşındakı maşının sürətinin azaldığını görüb, onu sağdan keçmək üçün bir sağ zolağa-soldan ikinci hərəkət zolağına keçmişdir. Keçdiyi hərəkət zolağının solundakı qırıq-qırıq xətlərdən 1 metrə qədər məsafədə, soldan birinci hərəkət zolağında piyadanın dayandığını görmüşdür. Dayanmış piyadanın idarə etdiyi avtomobilin keçməsini gözləyəcəyini düşünərək hərəkətini davam etdirdi. Əgər piyada dayandığı yerdə qalsaydı, onun qarşısından təhlükəsiz şəkildə keçib gedəcəkdi. Lakin piyada qəfildən iti yerişlə yolu sağ tərəfə doğru keçməyə başladı. Əyləci sıxıb tormozlama etsə də, kimliyini sonradan öyrəndiyi X24 maşının motorxana qapağının sol orta hissəsinə, ön alın şüşəsinə və maşının damının ön hissəsinə çırpıldı, maşın tam dayandıqdan sonra maşının qarşısında yerə düşdü. Piyada mənim görünüş sahəmə daxil olduğu yerdən maşınla vurulduğu yerə qədər 3 metrədək məsafə qət etmişdir. O, dərhal 103 xidmətinə zəng etsə də, zəngə cavab verilmirdi. Qardaşı yoldan saxladığı maşınla yaralını 3 saylı Şəhər Klinik Xəstəxanasına apardı. Hadisə vaxtı yaxınlıqda yolun hərəkət təhlükəsizliyini təmin etmək üçün xidmət aparan 2 nəfər Yol Patrul Xidmətinin əməkdaşının yolu bağlaması köməkliyi ilə avtomobili yolun hərəkət hissəsinin sağ kənarına çəkib hadisə ilə bağlı polis əməkdaşlarının gəlməsini gözlədi. Sonradan öyrəndiyinə görə xəsarət alan X24 yerləşdirildiyi xəstəxanada bütün lazımi tibbi müayinə, müalicə və cərahiyyə əməliyytalarının olunmasına baxmayaraq hadisədən təxminən 30 saat sonra vəfat etmişdir. 2021-ci il avqustun 22-də axşam saatlarında münasibətdə olduğu qadınla görüşmək üçün Yeni Yasamalda onun yaşadığı ünvana getmişdi. Orada onunla spirtli içki də içmişdik. Gecə o evdən ayrılanda saat 12-ni keçmişdi. Məhəllədən çıxanda 4 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq əlqolunu tutub, onu vurmağa başladılar. Əvvəl o, elə bildi ki, məhəllə sakinləridir. Qoluna arxadan qandal vuranda anladı ki, bunlar mülki şəxslər deyillər. İçlərindən bir nəfər vəsiqə təqdim etməsə də, polis olduqlarını dedi və əlavə etdi ki, “Qorxma sənin canını yox, qanını alacıq”. Məhəllə yolununun kənarı boyu düzülən maşınlardan birinə yaxınlaşıb döyə-döyə üstündə nə olduğunu soruşdular. İki telefon, siqaret, alışqan, pul və poverbank olduğunu dedi. Həmin şəxs “poverbank olmaz, tərəzi olar” dedi. Dedim-nə tərəzi? Poverbankdır-dedim. Sonradan adını bildiyi Şahid1 “eybi yoxdur, tərəzi deyil, adını qoyarıq tərəzi” dedi. Sonra onu yanında dayandıqları maşına, arxa oturacağa otuzdurub, orda da döyməyə davam edirdilər. Niyə döydüklərini soruşsa da cavab vermədən Şahid1, Elşad Quliyev, Fərid adlı polis və mülki geyimdə olan başqa bir polis döyməyə davam edirdilər. Şirəli ondan soruşdu ki, “maşının hardadır?” Dedim ki, “maşınım yoxdur”. Sonra dedi ki, “gəldiyin taksi hardadır?” dedim ki, “nə bilim? 5-6 saat əvvəl gedib.” Sonra yenə davam elədi ki, “narkotik hardadır?” dedim ki, “Nə narkotik? Məndə narkotik nə gəzir? ” O, da dedi ki, bilmirsənsə birazdan bilərsən. Maşından düşdülər, sonra Babayev maşını sürməyə başladı. Biraz hərəkət etdikdən sonra yolda dedi ki, “Narkotiki boynuna götürməlisən Bura sənin üçün Avropa deyil ki, vəkilin gəlmədən səni dindirib, narkotikin olduğuna razılaşdırmayaq, bura Azərbaycandır! Boynuna götürənə kimi döyəcik, padvala gülüş otağına salacıq, tok kreslosuna otuzduracağıq. Şampan butulkası bilirsən nədir? Başa düşdün?” O, isə cavabında “Mən narkotik istifadəçisi deyiləm axı, narkotiklə də heç bir əlaqəm yoxdur.” “Lap yaxşı 50000 ver səni buraxım” dedi. Mən ona mənə o qədər pul nə gəzir? desəm də o, “gedək çataq idarəyə orda danışarıq” dedi. İdarəyə çatanda işgəncə otağına aparmamaqla ona hörmət etdiyin bildirərək, xidməti otağına aparıldı. Bir müddət sonra ona xidməti otaqda “kimisə tutmaq mənə lazım deyil, bu gün-sabah pensiyaya çıxıram. Mənə lazımdır ki, pulumu yığım. Şakaya pul lazımdır. Bir nəfərə zəng vurarsan pulu gətirər, çıxıb götürərəm, səni də buraxaram. Ya da 3-4 kilo narkotik, yanında da tərəzi qoyaram boynuna, gedərsən.” 1-2 dəfə otaqdan çıxıb qayıdandan sonra sabaha “qalsın” dedi, yenidən onun üst-başını yoxladılar. Çiyin çantasından “Beynəlxalq Banka” məxsus kartın çıxdığını görüb “poverbank, tərəzi, bu da pulun vurulduğu kart” dedi. Təxminən gecə saat 3-4 arası özü yatdı, yanındakılara oyaq qalmasını dedi. Səhər Şirəli oyanandan biraz sonra Elşad barmağındakı 5 brilyant qaşı olan ağ qızıldan olan üzüyü, qolbağını, boyunbağını və cızılmayan “Emporio Armani” markalı qol saatını onun qolundan açıb Şahid1 iş masasının üstünə qoydu, poverbankı kisəsindən çıxarıb baxdı. Babayev-görmürsən şişib? Xarab poverbank nəyinə lazımdır? – dedi. Bu ifadə digər əşyalarımın da mənimsənildiyini bildirir. Saat 09:30-da məni təhqiqatçı Quliyev Nəcəfin iş otağına apardı. Şirəli də stulda əyləşdi. O, təhqiqatçıya narkotiklə heç bir əlaqəm olmadığını bildirdi. O da “sən onsuzda birazdan çıxırsan, sənlik bir şey yoxdur” dedi. Təhqiqatçının harda, necə, nə vaxt tutulmağı ilə bağlı sualına, Şirəli gecə saat 4-də Yasamalda əlimdə torba, yol kənarı ilə piyada hərəkət edərkən, şübhəli şəxs qismndə saxlayıb torbada narkotik vasitəyə bənzər şübhəli nəsə aşkar edib, idarəyə dəvət etdikləri kimi danışırdı. Bu uydurmalara verdiyi rekasiyaları elə bir heç görmürdülər. Nəcəf bir müddət kompyuterdə nəsə yazıb printerdən çıxardığı kağızları onun qarşısına qoyub, imzalamağını istədi. Bunların nə olduğunu, soruşanda – “narahat olma, sənlik bir şey yoxdur” dedi. O, isə “bəs niyə bu kağızları imzalamalıyam?” sualını verəndə “Rəis gəlsə görməsin ki, boş dayanmışıq, guya işləyirik. Sən təxminən yarım saata çıxıb gedəcəksən, sən çıxan kimi onsuzda cırıb atacıq” dedi. Gördü ki, o, təəccüblə baxıra əlavə elədi ki, - gərək polis vətəndaşı aldatmasın ki, vətəndaşlar da polisə nifrət etməsinlər. O, da inanıb deyilən yerləri imzaladı. İmzalama prosesindən sonra zəng edib kimisə çağırdı, telefonla danışdığı şəxsə yarım saatlıq işi olduğunu, tez qurtaracağını dedi. Vəkil gələndən sonra onların dediklərindən başqa bir söz desə vəkil getdikdən sonra onun üçün pis olacağını dedi. Babayev də gecə deyib etmədiklərini edəcəyini dedi. Yanındakı masanın altından sellofan torba, böyük tərəzi çıxdı. Sellofan torbadan çıxarılanlar tərəzidə çəkildi, yenidən torbaya yerləşdirildi. Nəcəf Babayevə təxminən 20 qramlıq cibinə atmaq üçün büküm hazırlamaq göstərişi verdi. Şirəlinin masanın üstündəki torbadan nəsə götürməsinə etiraz edib, “bunu korlama özününkündən gətir. Otağındakı şkafda yoxdur ki?” dedi. Şirəli də aldığı tapşırığı dərhal yerinə yetirdi. Sonra təhqiqatçı tərəfindən dövlət hesabına təyin edilmiş vəkil Mina Cəfərova saat 10:40-da otağa daxil olub yandakı masanın kənarında əyləşdi. Vəkilin ona sualı oldu ki, “sözün var? Mən isə yox dedim çünki, təzyiq, təhdid və öncədən aldığım xəbərdarlıqdan sonra nə cavab verə bilərdim ki?” Hiss olunurdu ki, vəkil tələsir, Nəcəf də öz növbəsində artıq yekunlaşdığını bildirirdi ona. Təhqiqatçı tərəfindən birinci çəkiliş 06:15-də aparıldı, təxminən bir saat sonra daha dəqiq desək, saat 11:50-də də idarədən çıxıb Yasamalda deyilən ünvana çəkilişin növbəti hissəsinin aparılması üçün getdik. Oraya çatdıqdan sonra bir neçə dəqiqə onu mühafizə ilə maşında saxlayıb, çəkilşə uyğun yer tapmaq üçün Şahid4 və digərləri maşından düşdülər. Nələr baş verdiyini hələ də anlaya bilmirdim. Vəkil Mina Cəfərova isə baş verənləri laqeydliklə izləyirdi. Həmin vaxt dövlət hesabına təyin olunmuş müdafiəçi Mina Cəfərovanının gözləri qarşısında Baş Narkotiklərlə Mübarizə İdarəsindən Şahid4 gətirdiyi narkotik vasitə qoyulmuş sellofan torba yarım divarın yanında kənardan gətirilmiş döşəkçənin altında gizlədildikdən sonra yenidən onun hansı suala necə cavab verəcəyi izah edildi və çəkiliş oldu. Çəkiliş bitdikdən sonra vəkil getdi, onu isə yenidən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirdilər. Günortadan sonra Yasamal rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasına aparılmışdır. Təcridxanaya daxil olarkən növbətçi polislər tərəfindən yeni təhdidlər, təkliflər oldu. Axşam müstəntiq tək gəldi. Növbəti dəfə isə vəkil Mina Cəfərova ilə gəldi, və nəhayət ki, vəkil müstəntiqdən 1 dəqiqəli tək görüş istədi. Sərbəstlikdən istifadə edib vəziyyət barədə azacıq məlumat verdi. Digər idarədə baş verənlər sanki xanım vəkilin yanında baş verməmiş kimi- “Bəs mənə niyə demədin? Heç olmasa ibtidai istintaqda ittihamlar üzrə özünü təqsirli bilmədiyini yaz”-dedi. Həmçinin bir məsələni nəzərinizə çatdırır ki, 23 avqust üçün Günəş 05.58-də çıxır, 13.28-də zenitdə olur. Günəşin çıxma və zenitdə olma vaxtları arasında 450 dəqiqə fərq var. Deməli, Günəş (450:90=5) 5 dəqiqəyə 1 qalxır. 2-ci çəkilişin aparıldığı deyilən vaxtın 08:15 olduğunu nəzərə alsaq, (05.58-08.15-137 dəqiqə) həmin vaxt Günəş şüalarının yerə düşmə (137:5=27,4) bucağının 27.4 dərəcə olduğunu tapa bilərik. Bu bucaq altında kölgəmizin uzunluğu bizim hündürlüyümüzdən daha uzun olacaq. Yasamalda çəkiliş etmək üçün Badamdardan çıxanda saat 11:50 idi. Yolda itirlən və uyğun yer axtarılıb məhsulu yerləşdirib, təlimatlandırıldıqdan sonra saat təxminən 12:15 olacaq. Bu vaxt (05.58-12.15=377 dəqiqə) Günəş şüalarının yerə düşmə bucağı (377:5=75,4 bucaq) olacaq və kölgəmizin uzunluğu hündürlüyümüzdən daha kiçik olacaq. Kölgəmizin uzunluğunun hündürlüyümüzə bərabər olması üçün deyim ki, Günəş şüalarının Yerə 45 dərəcə bucaq altında düşməsi lazımdır. Bu zaman isə saat saat 09:43-ü göstərəcək. Bu hesablamalar Günəşin həmin gün zenitdə olduğu 8 dərəcə şimal enliyi üçün keçərlidir. Azacıq fərq, kölgənin nəzərdə tutulandan bir qədər uzun olması bizim 42 dərəcə şimal enliyində yerləşdiyimizə görədir. Video görüntüdə kölgəmiz bizdən qısadır, əgər görüntü qeyd olunan saatda qeydiyyata alınsaydı, kölgəmiz bizdən xeyli uzun olardı. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə etmişdir, 24 iyul 2021-ci il tarixdə xaricdən gələn tanışını qarşılamaq üçün “Heydər Əliyev adına X22” getmək məqsədlə dostu Zərərçəkmiş şəxs1la məxsus “Nissan Tida” markalı **-MF-*** qeydiyat nişanlı avtomobili götürmüş, həmin vaxt Rasim ona avtomobili idarə etmək üçün onlayn qaydada etibarnamə vermək istəmiş, lakin Rasimin sənədi sistemdə çıxmadığı üçün etibarnamə verə bilməmiş və etibarnamə olmadan “Nissan Tida” markalı **-MF-*** qeydiyat nişanlı avtomobili idarə etmişdir. Heydər Əliyev prospekti ilə üzü Mərdəkan istiqamətində hərəkət hissəsinin soldan birinci hərəkət zolağında icazə verilən hərəkət sürəti ilə hərəkət etmiş, qardaşı Şahid3 yanında sağ ön oturacaqda əyləşmiş, qarşısıdakı avtomolbilin sürətinin azaldığını görüb sonuncunu sağdan keçib hərəkəti soldan ikinci hərəkət zolağında davam etdirmək üçün bir sağ zolağa keçmiş, keçdiyi hərəkət zolağının sol tərəifndəki qırıq-qırıq xətlərdən təxminən bir metr məsafədə soldan birinci hərəkət zolağında piyadanın dayandırılığını görmüş, dayanmış piyadanın idarə etdiyi avtomobili keçməsinigözləyəcəyini düşünərək hərəkətini davam etdirmiş, lakin piyada qəfildən iti yerişlə sağ tərəfə doğru keçməyə başlamış, əyləci sıxıb tormozlama etsə də kimliyini sonradan bildiyi X24 mşının qabaq sol orta tərəfinə və ön alın şüşəsinə çırpılmış, maşın tam dayandıqdan sonra maşının qarşısında yerə düşmüş, piyada onun görünüş sahəsinə daxil olduğu yerdən maşınla vurulduğu yerədək 3 metrə qədər məsafə qət emişdir. Dərhal 103 xidmətinə zəng etsə də zənginə cavab verilməmişdir. Qardaşı saxlatdığı maşınla yaralını 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırmış, hadisə vaxtı yaxınlıqda yolun hərəkət təhlükəsizliyini təmin etmək üçün xidmət aparan 2 nəfər Yol Patrul Xidmətinin əməkdaşının yolu bağlaması köməkliyi ilə maşını hərəkət hissəsinin sağ kənarına çəkib hadisə ilə bağlı gələcək polis əməkdaşlarının gəlməsini gözləmişdir. Sonradan öyrəndiyinə görə xəsaərt almış Babayev Vüqar bütün lazımi tibbi müayinə müalicə və cərrahiyyə əməliyyatları olunmasına baxmayaraq hadisəndən təxminən 30 saat sonra xəstəxanada vəfat etmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı narkotik vasitələrlə bağlı verdiyi ifadələrin heç birini təsdiq etməyərək göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həmin idarəyə aparılarkən üzərində narkotik vasitə olmamış, polis əməkdaşlarının təsiri, təzyiqi və işgəncələri altında etirafedici ifadələr verməyə məcbur edilmiş, Baş Narkotiklərlə mübarizə idarəsində 11 saat saxlanılaraq işgəncələrə məruz qaldıqdan sonra təhqiqatçı Şahid4 tərəfindən oraya Mina Cəfərova adlı müdafiəçi dəvət olunmuş, polis əməkdaşlarının onun cibinə qoyduğu və içərisində narkotik vasitələr olan bükümləri videoçəkiliş aparılarkən çıxardıb təqdim etməyə məcbur edilmiş, ünvan 9 ünvanın yaxınlığındakı sahibsiz tikilidəki narkotik vasitələr ona məxsus olmamış, həmin narkotik vasitələri oraya elə polis əməkdaşları özləri qoymuş və yenidən işgəncələrə və təzyiqlərə məruz qaldığından videoçəkilişlə apaılan baxış zamanı etirafedici ifdələr verməyə məcbur edilmişdir. İbtidai araşdırma zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, 24 iyul 2021-ci il tarixdə təxminən saat 17 radələrində “Nissan Tida” markalı **-MF-*** qeydiyat nişanlı avtomobillə Bakı şəhəri, Heydər Əliyev prospekti ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edərkən, avtomobildə qabaq sağ oturacaqda qardaşı Şahid3 əyləşmişdir. Saat 17:11 radələrində prospektin Suraxanı rayonu, Bülbülə qəsəbəsindən keçən hissəsində “Komsomol dairəsi” adlanan yerdə 276 ünvanda yerləşən birinci yerüstü keçidə yaxınlaşan zaman avtomobili yolun soldan sağa doğru soldan birinci hərəkət zolağı ilə təxminən 100-110 km/saat sürətlə idarə etmiş və qarşısında eyni hərəkət zolağında və eyni istiqamətdə hərəkətdə olan xatırlamadığı avtomobil tormoz verərək sürətini azaltdığını görüb idarə etdiyi avtomobili sağa dorğu hərəkət etdirib, sol tərəfdən ikinci hərəkət zolağına keçmişdir. Bu zaman qarşısında hərəkətdə olan avtomobilin qabaq sağ yan tərəfində qırıq-qırıq ağ xətlərdən təxminən bir metr məsafədə yolun soldan birinci hərəkət zolağında piyada X12 dayanmış vəziyyətdə olduğunu görmüş, piyadanın idarə etdiyi avtomobilin keçəcəyini gözləyəcəyini zənn edib hərəkətini davam etdirmiş və piyadanın yanından keçməyə az qalmış, piyada dayandığı yerdən qəflətən onun yoluna daxil olaraq iti yerişlə yolu sağ tərəfə doğru keçdikdə idarə etdiyi avtomobilin qabaq sol tərəfinə çırpılaraq qabaq alın şüşəsinə dəymişdir. Dərhal avtomobili saxlayaraq düşmüş və 103 xidmətinə zəng etmiş, lakin zənginə cavab verilmədiyi üçün qardaşı saxlatdığı tanımadığı maşınla piyadanı 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışdır. Vüqar Babayev xəstəxanada cərrahiyyə əməliyyatı olunmuş, lakin bir gün sonra vəfat etmişdir. Heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməmiş, sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı “Bijan” adlı şəxslə tanış olmuş və münasibətləri yaranmış, “Whatsapp” proqramı vasitəsilə ilə əlaqə saxlamışlar. Bijan ona +1(220)203-01- 01 nömrədən “Whatsapp’’ proqramı vasitəsilə yazmış və “Whatsapp” proqramı vasitəsilə göndərdiyi kordinatlara qoyduğu paketləri götürüb, daha sonra dediyi ünvanlara çatdırmış və bunun müqabilində Bijan müxtəlif məbləğlərdə pulları “Beynəlxalq Banka” məxsus kart hesabına göndərmişdir. 22 avqust 2021-ci il tarixdə axşam saatlarında Bijan “Whatsapp” proqramı vasitəsilə ona yazaraq, Bakı şəhəri Yasamal rayonu ərazisində ünvan şəkili atacağını və həmin ünvana gedib orada gizlətdiyi narkotik vasitə heroini götürüb deyəcəyi ünvana aparmasını demişdir. 23 avqust 2021-ci il tarixdə saat 01 radələrində Bijan “Whatsapp” proqramı vasitəsilə ona şəkil atıb həmin ünvana getməli olduğunu və orada narkotik vasitəni harada gizlətdiyini deyəcəyini bildirmiş, Bijanin telefon vasitəsilə bələdçiliyi ilə ünvan 11 ünvanın yaxınlığına getmiş, Bijan ona içərisində narkotik vasitə heroin olan sellofan torbanı gizlətdiyi yerin şəklini atıb həmin maddələri oradan götürüb saxlamağı və deyəcəyi vaxtda dediyi ünvana çatdırmağı tapşırıb bunun müqabilində pul verəcəyini demişdir. Bijanın göndərdiyi kordinatlar əsasında M.Xiyabani küçəsi 200 ünvanın yaxınlığına yerləşən yarasız halda olan uçmuş tikilinin qabağına gələrək orada Bijanın atdığı şəkil əsasında içərisində narkotik vasitə heroin bükümləri olan sellofan torbanı götürmüş, sellofan torbada olan bükümlərin birinin içərisindən bir qədər narkotik vasitə heroin götürüb şəffaf sellofana bükərək əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Götürdüyü sellofan torbada olan iki ədəd iri bükümdə narkotik vasitə heroini həmin yarım tikilinin içərisinə girərkən sol tərəfdə balaca döşəkcənin altında gizlətmişdir. 23 avqust 2021-ci il tarixdə axşam saat 04:00 radələrində ünvan 9 ünvanın yaxınlığında piayada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə şəxsi axtarış keçirilərkən, üzərində qanunla qadağan olunmuş əşyalar olduğu təqdirdə təqdim etməsi təklif olunmuş və bundan sonra qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroini təqdim etmiş və həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Bijana məxsus +1(220)203-01-01 mobil nömrə ilə istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlamış, Bijan “Whatsapp” proqramı vasitəsilə ona hər hansı bir foto göndərdikdə və ya söz yazdıqda sonradan həmin məlumatları telefonundan silmişdir. Bijanla tanış olduğu vaxtdan bir neçə dəfə sonuncunun dediyi yerlərdən narkotik maddələri götürüb Bijanın dediyi ünvanlara çatdırmış və bunun müqabilində Bijan onun bank kartına müxtəlif məbləğlərdə pul göndərmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən qanuna zidd hərəkətlərə məruz qalmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, X24 onun atasıdır. X37 fərdi olaraq təmir işləri ilə məşğul olmaqla usta kimi fəaliyyət göstərirmişdir. 24 iyul 2021-ci il tarixdə saat 17 radələrində X37 işdən evə qayıdarkən “Heydər Əliyev” prospektinin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisindən keçən hissəsində yolun şəhərin mərkəzi istiqamətində yerüstü piyada keçidinin altından yolu keçərkən Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Tiida” markalı **-MF-*** X21 avtomobillə X37i vurmuş və atası 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılmışdır. Vüqar Babayev həmin xəstəxanada cərrahiyyə əməliyyatı olunmasına baxmayaraq 25 iyul 2021-ci il tarixdə xəstəxanada vəfat etmişdir. Hadisə təsadüfən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törəndiyindən, hadisəni törətmiş Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur (2-ci cild iş vərəqi 24- 25). Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, mülkiyyətində olan “Nissan Tiida” markalı **-MF-*** X21 avtomobili 24 iyul 2021-ci il tarixdə dostu Təqsirləndirilən şəxs xaricdən gələn qonağını qarşılamaq məqsədi ilə “Heydər Əliyev adına X22” getmək üçün vermiş və həmin vaxt avtomobili sürmək üçün Saula onlayın qaydada etibarnamə verə bilməmiş və bu səbəbdən avtomobilini Təqsirləndirilən şəxs etibarnamə olmadan sürmək üçün vermişdir. 24 iyul 2021-ci il tarixdə saat 17:50 radələrində Saul ona zəng edərək “Nissan Tiida” markalı **-MF-*** X21 avtomobillə Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törədərək bir nəfər şəxsi vurduğunu demişdir. Təqsirləndirilən şəxs təxminən 700 manat məbləğində təmir xərci ödəyərək avtomobili təmir etdirmiş və saz vəziyyətdə ona qaytarmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya maddi tələbi yoxdur. Həmin hadisədən bir müddət sonra Təqsirləndirilən şəxs narkotik vasitələrlə əlaqəli tutulduğunu eşitmiş, lakin sonuncunun narkotik vasitələrdən istifadə etməsini və ya həmin maddələrin satışı ilə məşğul olmasını bilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə tərəfindən 22 avqust 2021-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 23 avqust 2021ci il tarixdə saat 04:00-da o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 ünvan 12 ünvanının yaxınlığında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib onun şəxsiyytini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs külli miqdarda narkotik və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd büküm çıxardıb təqdim etmişdir. Həmin bükümün içinə baxış keçirilmiş və bükümün içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə olması aşkar olunmuşdur. Sonra həmin narkotik vasitə heroinin tamlığını qorumaq üçün qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən 2 ədəd açar, 1 ədəd plastik bank kartı, 30 manat məbləğində nağd pul, həmçinin əynində olan qara rəngli şalvarın sol arxa cibindən 1 ədəd “Huawei” markalı və 1 ədəd “ Xiomi Redmi” markalı mobil telefonlar aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs çiynində olan çantanın içərisinə baxış keçirilsədə həmin çantada iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş çanta, açarlar və 30 manat nağd pul Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Lakin 2 ədəd mobil telefonlar,' plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən ona hüquqları izah olunduqdan sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş bir bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 27 qram təşkil etmişdir. Həmin büküm iştirakçıların gözü qarşısında içi boş olan ağ rəngli zərfin içərisinə qoyulub DİN-nin 7 saylı möhürü ilə möhürlənərək üzəri orada olan iştirakçılar tərəfindən imzalanmışdır. Orada Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd biikümdəki açıq qəhvəyi rəngli, spesifik iyə malik kütlə narkotik vasitə heroindir. O, həmin narkotik vasitə heroini İran İslam Respublikasının vətəndaşı “Bijan” adlı şəxsin vasitəsilə əldə etdiyini həmin narkotik maddələri “Bijan” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul aldığını, qazandığı pulları üzərindən aşkar olunan plastik bank kartına köçürüldüyünü, əlavə olaraq ünvan 13 ünvanının yaxınlığında yerləşən dağılmış, yararsız halda olan tikilidə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin yerə baxış keçirilməsinə etirazı olmadığını qeyd edərək bu barədə razılıq ərizəsi verməklə həmin yerə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra 23 avqust 2021-ci il tarixdə saat 08:15-də ünvan 13 ünvanın yaxınlığında yerləşən dağılmış, yararsız halda olan tikiliyə baxış keçirilməsi üçün o, DİN-nin BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı Şahid4, “Yusif Allahverdiyev və Partnyorları” Vəkil bürosunun vəkili X23, şübhəli şəxs Təqsirləndirilən şəxs və DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 birlikdə getmişlər. Həmin ünvanda baxış keçirilən zaman baş təhqiqatçısı Şahid4 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitələri saxadığı yeri göstərməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, həmin yerdə yerləşən yararsız haldaki yarım tikilinin girişindən sol tərəfdə olan yastığın altında gizlətdiyi 1 ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 2 bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2 kq 35 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış və üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Daha sonra həmin yerin digər hissələrinə baxış keçirilsədə əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi yerdən və üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Bijan” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Bijan” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb pul qazandığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini, hər hansı fiziki və psixi probleminin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs külli miqdarda narkotik və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən onlara məlumat daxil olmuşdur. Onlarda həmin məlumat əsasında əməliyyat tədbiri keçirərək S. Məmmədovu saxlamışlar. S. Məmmədov saxlanılan zaman İran İslam Respublikasının vətənadaşı olan Bijan adlı şəxsin vasitəsi ilə həmin maddələrin satışı ilə məşğul olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs qarşı o və ya başqa bir şəxs tərəfindən heç bir psixi və fiziki zor, təzyiq göstərilməmişdir. Bu faktı özü və baxışda iştirak edən şəxslədə də təsdiq edə bilərlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Baş Naroktiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə və işin fatiki hallarına uyğun iadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 24 iyul 2021-ci il tarixdə saat 17 radələrində qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi və sonuncunun tanışı Zərərçəkmiş şəxs1 məxsus “Nissan Tiida” markalı **-MF-*** X21 avtomobil ilə “Heydər Əliyev adına X22” qardaşının dostunu qarşılamaq üçün Bakı şəhəri, H.Əliyev prospekti ilə Mərdəkan qəsəbəsi istiqamətində, saat 17:11 radələrində H.Əliyev prospektinin Suraxanı rayonu, Bülbülə qəsəbəsindən keçən hissəsində dörd hərəkət zolağından soldan birinci zolaqla hərəkətdə olarkən onlarla eyni istiqamətdə qarşı tərəfdə hərəkət edən avtomobil sürətini azaltmış, bu zaman qardaşı Saul həmin avtomobilin arxasından sağ hərəkət zolağına, yəni hərəkətdə olduqları istiqamətdə soldan sağa doğru ikici zolağa keçmiş və təxminən 45-50 metr irəlidə soldan birinci hərəkət zolağı ilə ikinci hərəkət zolağını ayıran qırıq-qırıq xətdən təxminən 0,5-1 metr məsafədə soldan birinci hərəkət zolağında bir nəfər orta yaşlı kişi cinsli şəxsin dayandığını görmüş, piyadanın yerində dayandığını görüb gəldikləri sürətlə hərəkət edən zaman, piyada Vüqar Babayevə çatmağa təxminən 25-30 metr məsafə qalmış, həmin şəxs onların hərəkət zolağına, yəni soldan ikinci hərəkət zolağına doğru iti addımlarla irəliləməyə başlamış və təxminən 2-3 addım məsafə qət etdikdən sonra Saul idarə etdiyi avtomobillə piyadanı vurmuş, Vüqar Babayev avtomobilin qabaq sol tərəfinə mühərrikxananın qapağının üzərinə, daha sonra ön şüşəyə və avtomobilin damının qabaq hissəsinə dəymişdir. Bundan sonra Saul ilə avtomobildən düşüb həmin şəxsə yaxınlaşaraq köməklik etməyə çalışmışlar. Həmin vaxt Saul 103 X38 Xidmətinə zəng etsə də, zəngə cavab verən olmamış, Saul hadisə yerində qalmış, yoldan təsadüfən keçən avtomobili saxladıb Vüqar Babayevi həmin avtomobillə 3 saylı Şəhər Kİiniki Xəstəxanasına aparmışdır. Vüqar Babayev xəstəxanaya yerləşdirildikdən təxminən bir və ya bir gün yarım sonra xəstəxanada vəfat etmişdir. Qardaşı Saulun narkotik vasitələrdən istifadə etməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç bir məlumatı olmamış və bu barədə Saul polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra məlumat almışdır. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş təhqiqatçısı Şahid4 ifadə verərək göstərmişdir ki, əməkdaş olduğu Baş Narkotiklərlə Mübarizə İdarəsinə 23 avqust 2021-ci il tarixdə saat 04 radələrində külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə ələd edib dövriyqəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs gətirilmiş, bundan sonra tərəfindən idarəyə Bakı şəhəri Yusif Alahverdiyev və partnyorları vəkil Bürosuna ünvanladığı qərar əsasında təyin edilmiş həmin büronun vəkili Mina Cəfərovanı zəng edilərək çağırılmış, müdafiəçi gəldikdən sonra tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonuncuya bütün hüquq və vəzifələri izah olunmuş, bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 1 büküm çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroinə bənzər maddə olmuş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu, İran vətəndaşı «Bijan» adlı şəxsdən əldə etdiyini, qalan narkotik vasitələri Bakı şəhəri, Yasmal rayonunda yerləşən kimsəsiz yarımtikilidə saxladığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yerə vəkil Mina Cəfərovanın iştirakı ilə gedilmiş və həmin yarımtikilidə olan yastığın altından 1 ədəd sellofan torbanı Təqsirləndirilən şəxs özü təqdim etmiş, torbanın içərisində narkotik vasitə heroinə bənzər maddə olmuşdur. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili olmuş X23 ifadə verərək göstərmişdir ki, 23 avqust 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Şahid4 saat təxminən 06:30 radələrində ona zəng edərək idarəyə dəvət etmiş, oraya gedərək idarəyə şübhəli şəxs qismində gətirilmiş Təqsirləndirilən şəxs görmüş, sonuncudan ona sözü olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs ona sözü olmamasını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs təhiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonuncunun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirlmiş, axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının cibindən bir büküm çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs bildirdiyi yerə, yəni Yasmal rayonu ərazisində yarımtikiliyə gedilmiş, orada bir torba aşkar edilmş və torbanın içərisində narkotik vasitələr olması müəyyən edilmişdir. İşdə olan 24 iyul 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış protokolundan görünür ki, qeyd olunan yol nəqliyyat hadisəsi “Heydər Əliyev” prospektinin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş, həmin yolda hərəkət axımı iki tərəfli tənzimlənir, yolda eyni istiqamətdə 4 hərəkət zolağı var, hər bir hərəkət zolağının eni 3 metr təşkil edir, hərəkət zolaqlarını bir-birindən ağ rəngli qırıq-qırıq xətlər ayırır, qeyd olunan yolun Mərdəkan qəsəbəsi istiqamətində hərəkət hissəsi sağdan dayancaqla birləşir, piyada Sabunçu qəsəbəsindən Bülbülə qəsəbəsi istiqamətində yolun hərəkət hissəsini eninə doğru keçən zaman yol nəqliyyat hadissi baş vermiş, hadisə yerində olan “Nissan Tiida” markalı **-MF-*** X21 avtomobil həmin yolla Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edən zaman piyadanı vurmuşdur. 25 iyul 2021-ci il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən avtomobil 2006-ci il buraxılışlı “Nissan Tiida” markalı **-MF-*** X21 avtomobildir. Avtomobilin kapot, ön alın şüşəsinin və damının zədələnməsi və deformasiyaya uğraması müəyyən edilmişdir (2-ci cild iş vərəqi 11-15). İşdə olan 28 avqust 2021-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Koroğlu” metro satansiyası istiqamətindən Mərdəkan qəsəbəsi istqamətində Heydər Əliyev prospektinin Suraxanı rayonu, Bülbülə qəsəbəsinə daxil olarkən saatın yaxınlığındakı yerüstü piyada keçidinin yanında 4 istiqamətli hərəkət yolu görünür. Həmin hərəkət istiqamətinə nəzərən yolun qarşı hərəkət zolağında bir nəfər piyadanın yolu Bülbülə qəsəbəsi istiqamətində eninə doğru keçməyə başlaması, qarşı hərəkət yolunu keçib hərəkət zolağını ayıran dəmir məhəccərin üstünə çıxaraq digər yola, yəni hadisənin baş verdiyi yola daxil olması və çoxsayda avtomobillərin hərəkət etməsi səbəbindən dəmir məhəccərin yanında dayanıb gözləməsi müşahidə olunur. Saat 17:04 dəqiqədə həmin piyadanın yola daxil olaraq Bülbülə qəsəbəsinə doğru hərəkət etməsi, bu zaman həmin yolun hərəkət hissəsinə soldan ikinci hərəkət zolağında bir avtomobilin ön hissəsi ilə piyadanı vurub önünə atması, həmin piyadanın havaya qalxıb yerə düşməsi və piyadanı vuran avtomobilin hadisə yerində dayanması müşahidə olunmuşdur (2-ci cild iş vərəqi 48). İşdə olan 24 iyul 2021-ci il tarixli 1/2463 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoş olmamışdır (2-ci cild iş vərəqi 7). İşdə olan Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-dən verilmiş 10 noyabr 2021-ci il tarixli 540 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin X5 Təqsirləndirilən şəxs məxsus AD 078456 nömərli “BC” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur və Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması barədə heç bir məlumat yoxdur (1-ci cild iş vərəqi 209). İşdə olan məhkəmə-tibb ekspertizası 26 iyul 2021-ci il tarixli 83 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş beyin qişalarına, qişaları altına toxumasına və mədəciklərinə qansızma, ağ ciyərin əzilməsi, iki tərəfli hemopnevmotoraks, qara ciyərin, diafraqmanın, köndələn çənbər bağırsaq müsariqəsinin cırılması, bədənin sıyrıq və əzilmiş yaraları həyati olub, mərhumun xəstəxanaya müraciətindən bir qədər əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən 24 iyul 2021-ci il tarixdə yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb baş beyinə qansızma nəticəsində inkşaf etmiş baş beyinin travmatik ödemi olmuşdur. Ölüm 25 iyul 2021-ci il tarixdə saat 22:30-da xəstəxanada baş vermişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 5 avqust 2021-ci il tarixli 2269/K nömrəli ekspert rəyindən görünür ki, X10 götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik vasitə və psixotrop maddələrin təyinatını aparmaq mümkün olmamışdır (2-ci cild iş vərəqi 25-28). İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə 23 noyabr 2021-ci il tarixli 8/2727 nömrəli ekspert rəyindən görünür ki, “Nissan Tiida” markalı **-MF-*** X21 avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (2-ci cild iş vərəqi 59-62). İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 1 fevral 2022-ci il tarixli 9/744 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş 21 2022-ci il tarixli 01/b nömrəli ziyan aktına əsasən 2006-cı il buraxılışlı “Nissan Tiida” markalı 9**-MF-*** X21 avtomobilin təmir bərpa xərci təxminən 720 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti -400,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 320,00 manat (2-ci cild iş vərəqi 154-158). İşdə olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 23 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 01 ədəd şəffaf rəngli sellofan büküm, həmçinin əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd **********059719 nömrəli plastik bank kartı, şalvarın sol arxa cibindən iki ədəd “Huawei” və “Xiomi Redmi” markalı mobil telefon aparatları aşkar olunaraq götürülmüşdür (1-ci cild iş vərəqi 32-34). İşdə olan “baxış keçirilməsi və götürmə aparılması haqqında” 23 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi ünvan 13 ünvanın yaxınlığında yerləşən yaşayış olmayan köhnə yarımtikiliyə baxış keçirilməsi və götürmə aparılması zamanı həmin yarımtikiliyə daxil olarkən sol tərəfdə divarın yanında döşəkçənin alıtndan çıxardıb təqdim etdiyi içərisində 02 büküm narkotik vasitə heroin olan boz rəngli polietilen torba götürülmüşdür ( 1-ci cild iş vərəqi 37-38). İşdə olan 11 fevral 2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 22 avqust 2021-ci il tarixli (əçəliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında) qərar qanuni hesab edilmişdir (cild 2, iş vərəqə 159). İşdə olan “CD” diskə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm çıxarıb təqdim etmiş, büküm açıldıqda həmin bükümdə açıq qəhvəyi rəngli spesfık iyə malik toz şəkilli narkotik vasitə heroinə bənzər kütlənin olması aşkar olunmuş, Təqsirləndirilən şəxs şalvarının sol arxa cibindən 01 ədəd “Huawei” markalı və 01 ədəd “Redmi” markalı mobil telofon aparatları aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdəki narkotik vasitə heroini sosial şəbəkələrdən tanıdığı İran İslam Respublikasının vətandaşı “Bijan” adlı şəxsin göndərdiyi kordinatlar əsasında Yasamal rayonu Yeni Yasamalda yerləşən “Bravo” marketin yaxınlığındakı sökülüb dağınıq vəziyyətdə yaşayış olmayan köhnə tikilinin qarşısından əldə etdiyini və həmin maddələri Bijanın dediyi ünvana çatdıracağı təqdirdə Bijanın onun bank kartına köçürmələr etməklə pul verəcəyini, üzərindən aşkar olunan narkotik vasitəni əldə etdiyi Yasamal rayonu, Yeni Yasamalda yerləşən “Bravo” marketin yaxınlığındakı yaşayış olmayan sökülmüş köhnə tikilidə gizlətdiyi narkotik maddələri də təqdim edə biləcəyini bildirmişdir (1-ci cild iş vərəqi 173-174). İşdə olan DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 7 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Bijan” adlı şəxsin vasitəsilə əldə edib Yasamal rayonu, M.Xiyabani küçəsi 200 ünvanın yaxınlığında yerləşən yaşayış üçün yararsız, uçurulmuş tikilidə gizlətdiyi narkotik vasitələri həmin yarasız tikilinin içərisində sol tərəfdəki divarın kənarında olan mavi rəng parçadan üzlənmiş yastığın altındakı 1 ədəd boz rəngli üzərində “çinici” yazılmış sellofan torbanı yerdən götürüb təqdim etmiş, həmin boz rəngli sellofan torba iştirakçıların gözü qarşısında açıldıqda içərisində 2 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlələrin olması aşkar olunmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi yerdən aşkar olunmuş 2 ədəd bükümdə narkotik vasitə heroini İran İslam Respublikasının vətandaşı “Bijan” adlı şəxsin vasitəsi ilə baxış keçirilən Yasamal rayonu, M.Xiyabani küçəsi 200 ünvanın yaxınlığında yerləşən yaşayış üçün yararsız olan uçurulmuş tikilinin qarşısından götürüb aşkar olunduğu yerdə gizlətdiyini və İran İslam Respublikasının vətandaşı “Bijan” adlı şəxsin tapşırığı ilə həmin maddələri Bijanin dediyi ünvanlara çatdıracağı təqdirdə Bijanin plastik bank kartına göndərməklə pul verəcəyini bildirmişdir (1-ci cild iş vərəqi 200-201). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 23 avqust 2021-ci il tarixli 6/3645 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 23,807 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi yerdən aşkar olunmuş” yazısı olan paketdə 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 995 qr və 985 qr, ümumi təmiz çəkisi 1980 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Təqsirləndirilən şəxs üzərindən və təqdim etdiyi yerdən aşkar edilərək götürülmüş heronin ümumi təmiz çəkisi 2.003,807 qram (2 kq 3,807 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər (1- ci cild iş vərəqi 46-52). İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertiza üzrə 8 sentyabr 2021-ci il tarixli 3176 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövürdə öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 -ci maddəsinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, onları idarə etmək ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur (2-ci cild iş vərəqi 117-119). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 27 oktyabr 2021-ci il tarixli 4167 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 122-123). İşdə olan məhkəmə-kompyuter texniki ekspertizası üzrə 24 sentyabr 2021-ci il tarixli 5/987 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Mi6”markalı, arxa marakalanma göstəricisinə görə “MCE 16” modelli mobil smartfon hal hazırda işlək vəziyətdədir; təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Huawei” markalı arxa marakalanma göstəricisinə görə “ANE-LX1” modelli mobil smartfon hal hazırda işlək vəziyətdədir; rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Xiomi Mi6” markalı “MCE 16” modelli və “Huawei” markalı “ANE- LX1” modelli mobil smartfonlara istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi qrafik təsvirlə (parolpassword) mühafizə olunan ekran kilidindən keçidi həmin smartfonun yaddaşından məlumatları silmədən ləğv etmək mümkün olmadı; rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Xiomi Mi6” markalı “MCE 16” modelli və “Huaweı” markalı “ANE-LX1” modelli mobil smartfonların yaddaşından hər hansı bir (“WhatsApp” proqram təminatı və sosial şəbəkələrlə aparılan məlumat müabdiləsi foto, audio, video fayllar və sairə) məlumatların olub-olmaması, eləcədə həmin smaartfonların yaddaşından hər hansı bir məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümükün olmadı (2-ci cild iş vərəqi 113-116). İşdə olan 27 may 2022-ci il tarixli ərizədən görünür ki, zərərşəkmiş şəxsin hüquqi varisi X8 Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 31 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 137-138). Əvvəlki apellyasiya baxışı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən təyin edilərək keçirilmiş 31 may 2023-cü il tarixli 8/1041-4/582 №-li məhkəmə yol-nəqliyyat hadisələri və audio və videoyazılar ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd ““ZYKLEN” markalı DVD-R diskə yazılmış videoyazıdakı görüntülərə görə “Nissan Tiida” markalı avtomobilin tədqiqi hissədə göstərilən məsafədə orta sürəti 84 km/saat olmuşdur; piyadanın sürücünün görünüş dairəsinə düşmə məsələsinin həlli videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından ekspert qarşısında qoyulmuş 1, 2 və 3-cü suallar üzrə tədqiqat aparılmamışdır. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə müdafiə tərəfinin təqdim etdiyi məlumatlar, yəni piyadanın sağa doğru 3 metr məsafə qət etdikdən sonra sürücünün onu görmək imkanına malik olması, həmin andan sürücünün hərəkəti üçün təhlükənin yaranması və təhlükə yaranan andan vurulmaya 1-2 saniyə vaxtın keçməsi real hadisə mexanizminə uyğun deyildir və real hadisə mexanizminə uyğuyun olmayan məlumatlar əsasında Nissan Tiida markalı 90MF929 X21 avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qaşısının alınması ilə əlaqədar olan hərəkətləri üzrə tədqiqat aparılmır. Mövcud şəraitdə piyadanın hərəkət hissəsinin sol kənarından yolun sağına doğru hərəkətə başlaması sürücü Təqsirləndirilən şəxs görünüş dairəsində olmuşdur. Qeyd olunan vəziyyətdə sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükənin piyadanın hərəkət hissəsinin sol kənarından sağa doğru hərəkətə başladığı andan yaranmasına uyğundur. Təhlükə yaranan andan vurulmaya kimi 6,76 sanyə vaxtın keçməsi şəraitində Nissan-Tiida markalı, 90MF929 X21 avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısın almağa texniki imkanı olmuşdur. Əvvəlki apellyasiya baxışı zamanı dindirilmiş ekspertlər X28 və X11 verdikləri 31 may 2023-cü il tarixli 8/1041-4/582 №-li məhkəmə yol-nəqliyyat hadisələri və audio və videoyazılar ekspertizası rəyini təsdiq etdiklərini bildirdilər. Hazırki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının 26 fevral 2025-ci il tarixli, 1(103)-59/2025 nömrəli qərarı ilə müdafiə tərəfinin vəsatəti təmin edilərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin 23 iyul 2021-ci il tarixdə saat 00:00-dan 23 avqust 2021-ci il tarixdə saat 15:00-dək olan müddət ərzində hansı anten dairələrində olması, həmin nömrələrə daxil olan və çıxan SMS mətnləri, (daxil olan və çıxan zənglər göstərilməklə) zənglərin siyahısı, həmin nömrədən çıxan və daxil olan zənglərin abunəçilərinin anket məlumatları, daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən (anten əhatə dairəsi) qeydiyyata alınması (arayan və aranan göstərilmək şərti ilə) barədə məlumatlar müvafiq olaraq "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Bundan başqa, hazırki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının 24 sentyabr 2025-ci il tarixli, 1(103)-59/2025 nömrəli qərarı ilə müdafiə tərəfinin vəsatəti təmin edilərək cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi qismində iştirak etmiş X13 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin 23 avqust 2021-ci il tarixdə saat 00:00-dan saat 15:00-dək olan müddət ərzində hansı anten dairələrində olması, həmin nömrəyə daxil olan və çıxan SMS mətnləri, (daxil olan və çıxan zənglər göstərilməklə) zənglərin siyahısı, həmin nömrədən çıxan və daxil olan zənglərin abunəçilərinin anket məlumatları, daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən (anten əhatə dairəsi) qeydiyyata alınması (arayan və aranan göstərilmək şərti ilə) barədə məlumatlar "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Qeyd edilən sorğular nəticəsində mobil operatorlardan əldə edilmiş məlumatlar hazırki apellyasiya baxışı zamanı elan edilərək tədqiq edilmişdir. Hazırki apellyasiya baxışı zamanı məhkəmə tərkibinə daxil olan hakimlərin, dövlət ittihamçısının, müdafiəçilərin və mərhum piyadanın əvəzinə mütəxəssis qismində cəlb edilmiş şəxsin iştirakları ilə video çəkilişlə (disk əlavə olunumuşdur) hadisənin baş verdiyi yerdə müvafiq istintaq eksperimenti keçirilmiş və müəyyən olunmuşdur ki, hadisə baş verən anda mərhum piyadanın sürücü Təqsirləndirilən şəxs görünüş dairəsində olması, mərhum piyadanın onun hərəkət hissəsinə daxil olmasını görmək imkanının olması bir daha öz təsdqini tapmışdır. Bundan başqa, hazırki apellyasiya baxışı zamanı təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2025-ci il tarixli, 8/671-4/495 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskə yazılmış videoyazıdakı görüntülərə görə “Nissan Tiida” markalı avtomobilin tədqiqi hissədə göstərilən məsafədə orta sürəti 84 km/saat olmuşdur. Piyadanın sürücünün görünüş dairəsinə düşmə məsələsinin həlli videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından ekspert qarşısında qoyumuş 3-cü, 4-cü və 5-ci suallar üzrə tədqiqat aparılmamışdır. 1,-7. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə müdafiə tərəfinin təqdim etdiyi məlumatlar, yəni piyadanın sağa doğru 3 metr məsafə qət etdikdən sonra sürücünün onu görmək imkanına malik olması, həmin andan sürücünün hərəkəti üçün təhlükənin yaranması və təhlükə yaranan andan vurulmaya 1-2 saniyə vaxtın keçməsi real hadisə mexanizminə uyğun deyildir və real hadisə mexanizminə uyğun olmayan məlumatlar əsasında “Nissan Tiida” markalı 90MF929 X21 avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətləri üzrə tədqiqat aparılmır. Mövcüd şəraitdə piyadanın hərəkət hissəsinin sol kənarından yolun sağına doğru hərəkətə başlaması sürücü Təqsirləndirilən şəxs görünüş dairəsində olmuşdur. Qeyd olunan vəziyyətdə sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükənin piyadanın hərəkət hissəsinin sol kənarından sağa doğru hərəkətə başladığı andan yaranmasına uyğundur. Məhkəmə istintaqı ekperimenti zamanı çəkilmiş videogörüntdən məlum olur ki, piyadanın hərəkət hissəsinin sol kənarından sağa doğru hərəkətə başlaması sürücünün görünüş dairəsində olmuşdur. Təhlükə yaranan andan vurulmaya kimi 6,76 saniyə vaxtın keçməsi şəraitində “Nissan Tiida” markalı, 90MF929 X21 aavtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hazırki apellyasiya baxışı zamanı dindirilmiş ekspert X17 ifadəsində göstərdi ki, iş üzrə verilmiş 30 iyun 2025-ci il tarixli, 8/671-4/495 nömrəli ekspert rəyini müdafiə edir. Belə ki, bir daha təsdiq edir ki, müdafiə tərəfinin təqdim etdiyi məlumatlar, yəni piyadanın sağa doğru 3 metr məsafə qət etdikdən sonra sürücünün onu görmək imkanına malik olması, həmin andan sürücünün hərəkəti üçün təhlükənin yaranması və təhlükə yaranan andan vurulmaya 1-2 saniyə vaxtın keçməsi real hadisə mexanizminə uyğun olmadığından real hadisə mexanizminə uyğun olmayan məlumatlar əsasında “Nissan Tiida” markalı 90MF929 X21 avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətləri üzrə tədqiqat aparılmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası iş üzrə qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022ci il tarixli, 1(101)-783/2022 nömrəli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X7 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il qərarında məhkəmələrə izah edilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Məhkəmələrə tövsiyə edilmişdir ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli, 1(102)-794/2024 nömrəli qərarında qeyd edilmişdir ki;
1. cinayət prosessual qanunvericiliyin tələblərinə və “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il Qərarında göstərilən tövsiyələrə müvafiq olaraq ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri tərəfindən iş materiallarına əlavə edilmiş və mübahisələndirilməyən həmin video görüntülər tədqiq edilməli, o cümlədən məhkəmə video-texniki (məhkəmə-fonoskopik) ekspertizası keçirilməklə videogörüntülərdə əks etdirilən hallar dəqiqləşdirilməli idi. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 262-ci maddəsinin tələblərinə müvafiq olaraq istintaq eksperimenti keçirilməklə məhkəmə avtotexniki ekspertizasının keçirilməsi üçün zəruri olan məlumatlar müəyyən edilməli idi;
2. İttihamın Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələriilə olan epizodu üzrə Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması müəyyən edilməmişdir. Müdafiəçi tərəfindən verilmiş vəsatətdə qeyd edilən Təqsirləndirilən şəxs M.Xiyabani 200 ünvanındakı yarımçıq tikiliyə əvvəllər də gədibgedməməsi, 23 avqust 2021-ci il tarixdə həmin məkana gecə saatlarında kimin zəngiçağırışı ilə gedməsi, həmin vaxt qeyd edilən məkanda kimlərin olmasının müəyyən olunması məqsədi ilə 20-24 avqust 2021-ci il tarixlərində Təqsirləndirilən şəxs istifadəsində olmuş sim-kart nömrəsi ilə apardığı telefon danışıqlarına dair məlumatların, eləcə də danışıq aparmış abonentlərin CELL İD-si (geo məkan) və digər şəxsi məlumatlarının götürülməsi xahiş edilsədə məhkəmə tərəfindən təqdim olunmuş vəsatətlərə baxılmalı olduğu halda, buna qiymət verilməmiş və vəsatətlərə ümumiyyətlə münasibət bildirilməmiş, baxılmamış saxlamış, məhkəmə həmin xüsusatlara hec bir qiymət verməyərək yalnız həmin məlumatları öz qərarında qeyd etməklə kifayətlənmişdir Hazırki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının 26 fevral 2025-ci il tarixli, 1(103)-59/2025 nömrəli qərarı ilə müdafiə tərəfinin vəsatəti təmin edilərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin 23 iyul 2021-ci il tarixdə saat 00:00-dan 23 avqust 2021-ci il tarixdə saat 15:00-dək olan müddət ərzində hansı anten dairələrində olması, həmin nömrələrə daxil olan və çıxan SMS mətnləri, (daxil olan və çıxan zənglər göstərilməklə) zənglərin siyahısı, həmin nömrədən çıxan və daxil olan zənglərin abunəçilərinin anket məlumatları, daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən (anten əhatə dairəsi) qeydiyyata alınması (arayan və aranan göstərilmək şərti ilə) barədə məlumatlar müvafiq olaraq "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Bundan başqa, hazırki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının 24 sentyabr 2025-ci il tarixli, 1(103)-59/2025 nömrəli qərarı ilə müdafiə tərəfinin vəsatəti təmin edilərək cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi qismində iştirak etmiş X13 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin xx.xx.2021-ci il tarixdə saat 00:00dan saat 15:00-dək olan müddət ərzində hansı anten dairələrində olması, həmin nömrəyə daxil olan və çıxan SMS mətnləri (daxil olan və çıxan zənglər göstərilməklə) zənglərin siyahısı, həmin nömrədən çıxan və daxil olan zənglərin abunəçilərinin anket məlumatları, daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən (anten əhatə dairəsi) qeydiyyata alınması (arayan və aranan göstərilmək şərti ilə) barədə məlumatlar "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Hazırki apellyasiya baxışı zamanı müdafiə tərəfinin vəsatətlərinə əsasən mobil operatorlara verilmiş sorğular nəticəsində əldə edilmiş anten məlumatlarda iş üzrə əhəmiyyət kəsb edən, ittihamı şübhə altına alan məqamlar müəyyən olunmamışdır. Bununla belə, ibtidai istintaq zamanı məhkum olunmuş şəxsin müdafiəçisi qismində iştirak etmiş X13 istifadəsində olmuş mobil telefonun Polis İdarəsinin anten dairəsinə uyğun yerləşməsi saatı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmə saatı arasında cüzi uyğunsuzluq müəyyən olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsində dindirilmiş X23 ifadəsində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarışda, habelə daha sonra Təqsirləndirilən şəxs bildirdiyi yerdə, yəni Yasamal rayonu ərazisində yarımtikilidə torbanın aşkar edilməsində iştirak etdiyini bildirmişdir və bu halları məhkum edilmiş şəxs də məhkəmə iclasında təqsdiq etmişdir. İşin qeyd edilən hallarını nəzərə alaraq məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulmasını düşünməyə əsaslar müəyyən etmir. Bundan başqa, hazırki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının 26 fevral 2025-ci il tarixli, 1(103)-59/2025 nömrəli qərarı ilə müdafiə tərəfinin vəsatəti təmin edilərək iş üzrə təkrar kompleks komisyon video-texniki və məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilmiş, ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuş: 1. Hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə baş verməsi şəraitində «Nissan Tiida» markalı, **-MF-*** X21 avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? 2. Göstərilən halda sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? 3. Hadisənin videogörüntüsünə və məhkəmə-istintaq eksperimenti zamanı çəkilmiş videogörüntüyə əsasən piyada yolun hərəkət hissəsinin hansı nöqtəsində sürücü Təqsirləndirilən şəxs görünüş dairəsinə düşür? 4. Videogörüntülərə əsasən piyadanın yolun hərəkət hissəsinin hansı nöqtəsində sürücü Təqsirləndirilən şəxs görünüş dairəsinə düşməsini müəyyən etmək mümkündürsə, onda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil piyadanın vurulduğu nöqtədən hansı məsafədə olmuşdur? 5. Piyada, sürücü Təqsirləndirilən şəxs görünüş dairəsinə düşdüyü andan vurulduğu ana qədər hansı müddət keçmişdir və həmin müddət ərzində piyada neçə metr məsafə qət etmişdir? 6. Video-texniki ekspertiza tərəfindən müəyyən ediləcək parametrlər və piyadanın vurulma yerinin yolun hərəkət hissəsinin sol kənarından sağ kənarına doğru 3 metrlik məsafədə yerləşməsi əsas götürülərsə, bu halda sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? 7. Göstərilən halda sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2025-ci il tarixli, 8/671-4/495 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskə yazılmış videoyazıdakı görüntülərə görə “Nissan Tiida” markalı avtomobilin tədqiqi hissədə göstərilən məsafədə orta sürəti 84 km/saat olmuşdur. Piyadanın sürücünün görünüş dairəsinə düşmə məsələsinin həlli videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından ekspert qarşısında qoyumuş 3-cü, 4-cü və 5-ci suallar üzrə tədqiqat aparılmamışdır. 1,-7. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə müdafiə tərəfinin təqdim etdiyi məlumatlar, yəni piyadanın sağa doğru 3 metr məsafə qət etdikdən sonra sürücünün onu görmək imkanına malik olması, həmin andan sürücünün hərəkəti üçün təhlükənin yaranması və təhlükə yaranan andan vurulmaya 1-2 saniyə vaxtın keçməsi real hadisə mexanizminə uyğun deyildir və real hadisə mexanizminə uyğun olmayan məlumatlar əsasında “Nissan Tiida” markalı 90MF929 X21 avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətləri üzrə tədqiqat aparılmır. Mövcüd şəraitdə piyadanın hərəkət hissəsinin sol kənarından yolun sağına doğru hərəkətə başlaması sürücü Təqsirləndirilən şəxs görünüş dairəsində olmuşdur. Qeyd olunan vəziyyətdə sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükənin piyadanın hərəkət hissəsinin sol kənarından sağa doğru hərəkətə başladığı andan yaranmasına uyğundur. Məhkəmə istintaqı ekperimenti zamanı çəkilmiş videogörüntdən məlum olur ki, piyadanın hərəkət hissəsinin sol kənarından sağa doğru hərəkətə başlaması sürücünün görünüş dairəsində olmuşdur. Təhlükə yaranan andan vurulmaya kimi 6,76 saniyə vaxtın keçməsi şəraitində “Nissan Tiida” markalı, 90MF929 X21 aavtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göründüyü kimi hazırki apellyasiya baxışı zamanı məhkəmə tərkibinə daxil olan hakimlərin, dövlət ittihamçısının, müdafiəçilərin və mərhum piyadanın əvəzinə mütəxəssis qismində cəlb edilmiş şəxsin iştirakları ilə video çəkilişlə (disk əlavə olunumuşdur) hadisənin baş verdiyi yerdə müvafiq istintaq eksperimenti keçirilməklə ekspertiza təyin olunmuş və müəyyən olunmuşdur ki, hadisə baş verən anda mərhum piyadanın sürücü Təqsirləndirilən şəxs görünüş dairəsində olması, mərhum piyadanın onun hərəkət hissəsinə daxil olmasını görmək, hadisənin qarşısını almağa texniki imkanının olması bir daha öz təsdqini tapmışdır. Beləliklə, göründüyü kimi müdafiə tərəfinin dəlilləri üzrə hazırki apellyasiya baxışı zamanı sübutlar bir daha təhlil olunmaqla, tam və hərtərəfli araşdırma keçirilmiş, o cümlədən istintaq eksperimenti keçirilmiş, ekspertiza təyin edilmiş, ifadələr alınmış və müdafiə tərəfinin dəlilləri öz təsdiqini tapmamışdır. Belə olan halda isə qeyd edilməlidir ki, apellyasiya şikayətlərində fikri əhəmiyyətsiz və öz təsdiqini tapmayan prosessual məsələlərə yönəltməklə, o cümlədən işin nəticəsinə təsir etməyən vəsatətlərə münasibət bildirilməməsini iddia etməklə, habelə əsası olmayan subyektiv mülahizələr yürütməklə keçirilmiş əməliyyat axtarış tədbirlərini, istintaq hərəkətlərini sübhə altına almaqla hüquqlarını müdafiə etdiyi şəxsə bəraət qazandırmağa çalışılmışdır. Bundan başqa, işin faktiki hallarına münasibətdə təqsirləndirilən şəxsin və apellyasiya şikayəti vermiş onun müdafiəçisinin mövqeləri arasında fərqlilik olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadələrini birinci instansiya məhkəməsində təsdiq etməyərək həmin ifadələri təzyiq və işgəncə altında verdiyini bildirmişdir. Müdafiəçi isə apellyasiya şikayətində işgəncə faktına ümumiyyətlə toxunmamışdır. Bundan başqa, apellyasiya şikayətlərində “ağlabatan” olmayan fərziyyələr yürütməklə Təqsirləndirilən şəxs müdafiə hüququnun təmin olunması məsələsi də şübhə altına alınmaqğa çalışılmışdır. Halbuki, cinayət işinin materiallarından göründüyü kimi ibtidai araşdırmanın zəruri mərhələsində Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli şəkildə təmin olunmuşdur. Bundan başqa, apellyasiya baxışı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən keçirilmiş 31 may 2023-cü il tarixli 8/1041-4/582 №-li və 30 iyun 2025-ci il tarixli, 8/671- 4/495 nömrəli rəyləri ilə sürücü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirliliyi bir daha təsdiq olunmuşdur. Belə ki, həmin rəydə bir daha qəti olaraq qeyd edilmişdir ki, hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki təzyiqlərə məruz qalması barədə apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edib qeyd edir ki, məhkəmə kollegiyasının sorğusuna əsasən Bakı İstintaq Təcridxanasından verilmiş Təqsirləndirilən şəxs tibbi kartasından görünür ki, o, təcridxanaya qəbul olunarkən onda hər hansı xəsarət izləri aşkar olunmamışdır. (müayinə zamanı bədənində xəsarətlər aşkar olunmamışdır, təpə nahiyyəsində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Şikayəti yoxdur). Bundan başqa, məhkəmə kollegiyası ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan epizodu üzrə Təqsirləndirilən şəxs satış niyyəti və məqsədi ilə bağlı qeyd edir ki, onun istehlakçı ilə əvvəlcədən razılığın əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması müəyyən edilməsə də, iş üzrə maddi sübutun çəkisi və növü, yəni 2.003,807 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroinin mövcüdluğu onun həmin narkotik vasitəni satəş məqsədi ilə əldə etdiyini düşünməyə əsas verir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələrinə, birinci instansiya məhkəməsində və hazırda apellyasiya baxışı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs bəraət verilməsi üçün hallar müəyyən edilmədiyindən, ona bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla və müdafiə xarakterli olmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan yayındırmaq cəhdləri daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində, eləcə də cinayətlərin məcmusu ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da, habelə apellyasiya şikayətində göstərilənləri də cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 1(101)-783/2022 nömrəli hökmü isə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə məhkəmə məsrəflərini təşkil edən ekspertiza xərci 200 (iki yüz) manat və 128 (yüz iyirmi səkkiz) manat məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l ı r:
Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 1(101)-783/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) və 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən Qədim Babayev Hakimlər Zamin İbrahimov Murad Məmmədov