Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-592/2020 24.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x7, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin Bakı Apellyasiya Məhkəməsi üzrə prokuroru x8, mülki iddiaçı-zərərçəkmiş Bakı şəhər x2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə, müdafiəçi x5, bəraət almış şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-10/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı apellyasiya protesti və mülki iddiaçı-zərərçəkmiş Bakı şəhər x2 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-10/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Bəxtiyar Məmmədov) xx xxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından ona bəraət verilmiş, iş üzrə mülki iddiaçı-Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri x9 tərəfindən verilmiş mülki iddia rədd edilmişdir. İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri x3 qeydiyyatda olan, hüquqi ünvanı ünvan 4 olan, tanışı fiziki şəxs Şahid3 adından (VÖEN: **********) ünvan 3 ünvanda yerləşən mağazada ərzaq məhsullarının pərakəndə satışı ilə məşğul olmaqla sahibkarlıq fəaliyyəti həyata keçirərək, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 53.1, 72, 77.3, 78.1, 153, 154, 155, 157, 159, 161, 166, 173, 174, 175.1, 177 və 180-ci maddələrinin tələblərini pozaraq xeyli miqdar təşkil edən 31.684,67 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhərində fiziki şəxs Şahid3 adından həyata keçirdiyi sahibkarlıq fəaliyyəti üzrə 2016-cı il ərzində əldə etdiyi gəliri 94295,26 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 78579,40 manat, vergiyə cəlb olunan gəlir vergisi 15715,86 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisi 3143,17 manat olduğu halda, vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına həmin il üzrə gəlir vergisi bəyannaməsi təqdim etməyərək, 3143,17 manat məbləğində fiziki şəxsin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, o, fiziki şəxs Şahid3 adından həyata keçirdiyi sahibkarlıq fəaliyyəti üzrə 2015-ci ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 14123,45 manat, büdcəyə ödənilməli ƏDV 2542,22 manat olduğu halda, həmin ay üzrə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 2542,22 manat; - həmin ilin oktyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 16896,75 manat, büdcəyə ödənilməli ƏDV 3041,42 manat olduğu halda, həmin ay üzrə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 3041,42 manat; - noyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 16351,69 manat, büdcəyə ödənilməli ƏDV manat olduğu halda, həmin ay üzrə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 2943,30 manat; - dekabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 16896,75 manat, büdcəyə ödənilməli ƏDV manat olduğu halda, həmin ay üzrə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 3041,42 manat; - 2016-cı ilin yanvar ayı üzrə ƏDV tutulan dövriyyəsi 16897,00 manat, büdcəyə ödənilməli ƏDV 3041,46 manat olduğu halda, həmin ay üzrə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 3041,46 manat; - həmin ilin fevral ayı üzrə ƏDV tutulan dövriyyəsi 15806,63 manat, büdcəyə ödənilməli ƏDV 2845,19 manat olduğu halda, həmin ay üzrə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 2845,19 manat; - mart ayı üzrə ƏDV tutulan dövriyyəsi 16896,75 manat, büdcəyə ödənilməli ƏDV manat olduğu halda, həmin ay üzrə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 3041,42 manat; - aprel ayı üzrə ƏDV tutulan dövriyyəsi 16351,69 manat, büdcəyə ödənilməli ƏDV manat olduğu halda, həmin ay üzrə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 2943,30 manat; - may ayı üzrə ƏDV tutulan dövriyyəsi 16897,00 manat, büdcəyə ödənilməli ƏDV 3041,46 manat olduğu halda, həmin ay üzrə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 3041,46 manat; - iyun ayı üzrə ƏDV tutulan dövriyyəsi 11446,17 manat, büdcəyə ödənilməli ƏDV manat olduğu halda, həmin ay üzrə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 2060,31 manat, cəmi 28541,50 manat məbləğində ƏDV-ni, ümumilikdə xeyli miqdar təşkil edən 31.684,67 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Hökmdən mülki iddiaçı-zərərçəkmiş Bakı şəhər x9 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-10/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəzanın təyin edilməsi və mülki iddianın təmin edilməsi baradə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-10/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzanın təyin edilməsi baradə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Mülki iddiaçı-zərərçəkmiş Bakı şəhər x2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin mülki idiaya dair hissəsində müdafiə edlərək, ona uyğun izahat erərək, məhkəmədən şikayətin mülki iddiaya dair hissəsində, dövtət ittihamçısının protestinin mülki iddiaya dair hissəsində təmin edilməklə hökmün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin Bakı Apellyasiya Məhkəməsi üzrə prokuroru x12 məhkəmə iclasında apellyasiya protestini cəza təyin edilməsi hissəsində geri götürdüyünü və mülki iddinanın təmin edilməsini təklif etdiyini, mülki iddiaçı-zərərçəkmiş Bakı şəhər x2 şikayətinin mülki idiaya dair hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən bəraət almış şəxs , Təqsirləndirilən şəxs və onun müdafiəçisi x10 hər birisi ayrı-ayrılıqda protestin və şikayətin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti (mülki iddiaya dair hissədə) və apellyasiya şikayəti (mülki iddiaya dair hissədə) təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-10/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, fiziki şəxs Şahid3 adından ünvan 4 ünvanda ərzaq məhsullarının pərakəndə satışı ilə tək məşğul olmuşdur. Vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs özü olmuşdur, özünün sahibkarlıq fəaliyyətində Şahid3 heç bir rolu olmamışdır, 2014-cü ilin əvvəllindən ünvan 5 B ünvanda yerləşən mağazada ərzaq məhsullarının satışı ilə məşğul olmağa başlamışdır, mühasibi olmamış, fəaliyyəti üzrə Şahid3 adından vergi orqanına hesabatları özü tərtib edərək göndərmişdir, vergilər üzrə ödənişləri özü həyata keçirmişdir, 2014-cü ilin oktyabr ayının əvvəlində vergi orqanı tərəfindən işlətdiyi mağazada xronometraj metodu ilə müşahidə aparılmışdır, müşahidə zamanı özü də orda olmuşdur, müşahidə 3 gün davam etmiş, tədbirin hər gününün sonunda və yekunda aktın tərtib edilmiş, xronometraj metodu ilə müşahidə aparıldıqdan sonra vergi orqanı ilə partnyorluq sazişi bağlanmışdır, saziş əsasında vergi orqanı ilə şifahi razılığa əsasən aylıq 1.000 manat ödəniş etmişdir. Yəni o, balaca mağazaya görə artıqlaması ilə, yəni 25.000 manata yaxın vergi ödəmişdir. Daha sonra ona qarşı irəli sürülən ittihamın həqiqətə uyğun olmadığını faizləri düzgün hesablanmadığını qeyd edərək, keçirilmiş təkrar və komission ekspertizaların rəyinə əsasən barəsində bəraət hökmünün çıxarılmasını və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində mülki iddiaçı Bakı şəhəri x2 etibarnamə üzrə nümayəndəsi x11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə xeyli miqdar təşkil edən 31.684,67 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. İş üzrə 31.684,67 manat məbləğində mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında dövlət vergi müfəttişi Şahid1 şahid qismində dindirilərkən ifadəsində fiziki şəxs Şahid3 sahibkarlıq fəaliyyəti üzrə “Cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticəsinə dair“ xx.xx.2017-ci il tarixli aktın onun tərəfindən tərtib edildiyini, vergilərin kameral vergi yoxlaması ilə hesablandığını, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrdə vergi ödəyicisinin fəaliyyəti üzrə aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsində tərtib edilmiş aktın kameral vergi yoxlamasının keçirilməsinə əsas olduğunu, həmin yoxlamanın nəticəsində 2016-cı il üzrə 3143,17 manat gəlir vergisi və 2015-ci ilin sentyabr - 2016-cı ilin iyul ayları üzrə 28541,50 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə, 31684,67 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılmasının müəyyən edildiyini göstərmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid böyük dövlət vergi müfəttişi Şahid2 ifadəsində ləğv edilmiş x6 xronometraj metodu ilə müşahidə aparılması haqqında xx.xx.2014-cü il tarixli **********7755 nömrəli qərarına əsasən fiziki şəxs Şahid3 adından fəaliyyət göstərən, ünvan 6 B ünvanda yerləşən mağazada xx.xx.2014-cü il tarixdən 3 gün müddətində xornometraj metodu ilə müşahidənin aparıldığını, aparılmış müşahidənin nəticələrinin günün sonunda onun tərəfindən tərtib edilmiş aktlarla rəsmiləşdirildiyini, xx.xx.2014-cü il tarixdə 833,59 manat, xx.xx.2014-cü il tarixdə 765,11 manat, xx.xx.2014-cü il tarixdə 330,80 manat dövriyyənin olduğunu, orta günlük dövriyyənin 643,2 manat məbləğində müəyyən edildiyini, 3 günlük müşahidənin nəticəsinin xx.xx.2014-cü il tarixli OVN9 seriyalı 045133 nömrəli aktla rəsmiləşdirildiyini, müşahidənin mağazanın fəaliyyətinə faktiki rəhbərlik etmiş Təqsirləndirilən şəxs iştirakı ilə keçirildiyini göstərmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş fərdi sahibkar Şahid3 ifadəsində göstərmişdir ki, 2013-cü ilin sonlarında fiziki şəxs kimi vergi orqanında qeydiyyata alınmışdır, hüquqi ünvanının ünvan 4 olduğunu, vergi orqanında qeydiyyata alınmağına səbəb yaşadıqları evin yaxınlığında, yəni ünvan 7 ünvanda ərzaq mağazasının açılması olduğunu, mağazanın onun adına rəsmiləşdirilməsinə baxmayaraq həmin mağazanın fəaliyyətində rolunun olmadığını, mağazanı faktiki olaraq həyat yoldaşı Şahid4 dayısı oğlu Təqsirləndirilən şəxs işlətdiyini, orada pərakəndə qaydada ərzaq məhsullarının satışının həyata keçirildiyini, Təqsirləndirilən şəxs mühasibinin olmadığını, fəaliyyəti ilə bağlı bütün sənədləşmə işlərinin Cavidin özü tərəfindən icra edildiyini, hesablanmış vergilərin sonuncu tərəfindən ödənilməli olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində 2001-ci ildə Şahid3 ilə ailə həyatı qurduğunu, Təqsirləndirilən şəxs onun bibisi oğlu olduğunu, Şahid3 adına açılan və Xətai rayonu, Dostluq küçəsi ev 21B ünvanda yerləşən ərzaq mağazasını ilk gündən bağlananadək faktiki olaraq Təqsirləndirilən şəxs işlətdiyini, həmin mağazanın vergi orqanında 2013-cü ilin dekabr ayında qeydiyyatdan keçdiyini, lakin 2014-cü ilin may-iyun aylarından fəaliyyətə başlanıldığını, Cavidin xahişi ilə Ülviyyənin ona etibarnamə verdiyini, həmin etibarnamə əsasında Cavid Ülviyyənin adından dövlət orqanlarında bütün zəruri sənədləşmə işlərini, o cümlədən vergi orqanına hesabatların verilməsini həyata keçirdiyini, 2016cı ilin yay aylarında mağazanın fəaliyyətinin tam dayandırıldığını, mağaza fəaliyyətdə olduğu müddət ərzində vergiləri Cavidin özünün ödədiyini, Cavidin işlətdiyi mağazanın fəaliyyətində özünün və Ülviyyənin heç bir rolunun, şərikliklərinin olmadığını, Cavidin mağazaya tək rəhbərlik etdiyini, ona görə də həyata keçirdiyi sahibkarlıq fəaliyyəti üzrə məsuliyyəti Cavidin daşıdığını göstərmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında əlavə şahid qismində cəlb edilərək dindirilmiş ekspert x13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həyata keçirdiyi sahibkarlıq fəaliyyəti üzrə 2016-cı il ərzində əldə etdiyi gəliri 94295,26 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 78579,40 manat, vergiyə cəlb olunan gəlir vergisi 15715,86 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisi 3143,17 manat olduğu halda, vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına həmin il üzrə gəlir vergisi bəyannaməsi təqdim etməyərək, 3143,17 manat məbləğində fiziki şəxsin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, o, fiziki şəxs Şahid3 adından həyata keçirdiyi sahibkarlıq fəaliyyəti üzrə 2015-ci ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 14123,45 manat, büdcəyə ödənilməli ƏDV 2542,22 manat olduğu halda, həmin ay üzrə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 2542,22 manat; - həmin ilin oktyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 16896,75 manat, büdcəyə ödənilməli ƏDV 3041,42 manat olduğu halda, həmin ay üzrə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 3041,42 manat; - noyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 16351,69 manat, büdcəyə ödənilməli ƏDV 2943,30 manat olduğu halda, həmin ay üzrə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 2943,30 manat; - dekabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 16896,75 manat, büdcəyə ödənilməli ƏDV manat olduğu halda, həmin ay üzrə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 3041,42 manat; - 2016-cı ilin yanvar ayı üzrə ƏDV tutulan dövriyyəsi 16897,00 manat, büdcəyə ödənilməli ƏDV 3041,46 manat olduğu halda, həmin ay üzrə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 3041,46 manat; - həmin ilin fevral ayı üzrə ƏDV tutulan dövriyyəsi 15806,63 manat, büdcəyə ödənilməli ƏDV 2845,19 manat olduğu halda, həmin ay üzrə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 2845,19 manat; - mart ayı üzrə ƏDV tutulan dövriyyəsi 16896,75 manat, büdcəyə ödənilməli ƏDV manat olduğu halda, həmin ay üzrə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 3041,42 manat; - aprel ayı üzrə ƏDV tutulan dövriyyəsi 16351,69 manat, büdcəyə ödənilməli ƏDV 2943,30 manat olduğu halda, həmin ay üzrə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 2943,30 manat; - may ayı üzrə ƏDV tutulan dövriyyəsi 16897,00 manat, büdcəyə ödənilməli ƏDV 3041,46 manat olduğu halda, həmin ay üzrə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 3041,46 manat; - iyun ayı üzrə ƏDV tutulan dövriyyəsi 11446,17 manat, büdcəyə ödənilməli ƏDV manat olduğu halda, həmin ay üzrə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, 2060,31 manat, cəmi 28541,50 manat məbləğində ƏDV-ni, ümumilikdə xeyli miqdar təşkil edən 31684,67 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması barədə tərəflərindən rəy verilmişdir. Daha sonra bu iş üzrə vergi borcunun köhnə qanunla hesablandığını və edilmiş dəyişikliyin nəzərə alınmadığını qeyd etmişdir. Bu iş üzrə vergi borcunu yeni qanunla hesablamalı olduğu təqdirdə 6 faizlə götürülməlidir. Bu cür hesablandıqda vergi borcunun aşağı düşəcəyini bildirmişdir. Bundan başqa Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxsin ƏDV-nin ödəyicisi olmadığını göstərmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış ibtidai istintaq zamanı verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli 2508 nömrəli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan sənədlərə əsasən xronometraj metodu ilə aparılan müşahidə nəticəsində müəyyən edilmişdir ki, ********** saylı VÖEN - üzrə sahibkar tərəfindən 2015-ci ilin sentyabrdekabr, 2016-cı ilin yanvar - iyun ayları üzrə 28541,50 manat məbləğdə əlavə dəyər vergisi və 2016-cı il üzrə 3.143,17 manat məbləğində fiziki şəxsin gəlir vergisi olmaqla ümumilikdə dövlət büdcəsinə ödənilməli olan vergi borcu 31.684,67 manat məbləğində müəyyən edilir. İş materiallarında olan birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış məhkəmə istintaqı zamanı təyin olunmuş təkrar məhkəmə mühasibatlıq ekspertiza haqqında qərarına əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2019-cu il tarixli 25848 saylı ekspertiza rəyindən görünür ki, təkrar ekspertiza rəyinə əsasən rəyin tədqiqi hissəsində göstərilənlər, şəxsi hesab vərəqəsində olan məlumatlar (20.358,59 manat məbləğində sadələşdirilmiş verginin hesablandığı, 14.633,94 manat məbləğində verginin az hesablandığı və 24425,0 manat ödənişin aparıldığı) nəzərə alınmaqla və hazırki tədqiqatla vergi borclarının ödənilməməsinin araşdırılması nəticəsinə dair tərtib olunmuş akt məlumatlarında öz əksini tapmış dövrlər üzrə müəyyən olunmuş vergi məbləği nəzərə alınmaqla ********** saylı VÖEN - üzrə sahibkar tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi borcu müəyyən olunmur, (24.425,0 - (20358,59 - 14633,94) - 11226,32) = 7474,03. Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil.Hazırki tədqiqatla sadələşdirilmiş vergi üzrə 7.474,03 manat məbləğində artıq ödənişin aparıldığı müəyyən olunur. İş materiallarında olan birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış məhkəmə istintaqı zamanı təyin olunmuş komisyon məhkəmə mühasibatlıq ekspertiza haqqında qərarına əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 15550 nömrəli ekspertiza rəyindən görünür ki, ********** saylı VÖEN üzrə sahibkar tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi borcu müəyyən olunmur, (24.425,0 - (20358,59 - 14633,94) - 11226,32) = 7474,03. Vergi Məcəlləsinin 219.5. maddəsinə əsasən Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. Hazırki tədqiqatla sadələşdirilmiş vergi üzrə 7.474,03 manat məbləğində artıq ödənişin aparıldığı müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin mövcudluğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış onun tərəfindən həmin cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından məlum oldu ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş hər iki ekspertiza rəyi ilə ********** saylı VÖEN - üzrə sahibkar tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi borcu müəyyən olunmamış, sadələşdirilmiş vergi üzrə 7.474,03 manat məbləğində artıq ödənişin aparıldığı müəyyən olunmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün ödənilməsindən yayındırılmış vegilərin məbləği yeri qanunla əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ təşkil etməlidir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə ödənilməsindən yayındırılmış vergilərin olmadığı müəyyən olunmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs əməlində ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin (həmçinin birinci instansiya məhkəməsində işə baxılan zaman nəzərdə tutulmuş məbləğə münasibətdə) tərkibi yoxdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuş və Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmamışdır. Odur ki, onun qeyd edilən hərəkətlə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" x xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. x17 Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları x1 presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, «əsaslı şübhə yeri qoymayan» sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqlarının və x4 x1 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" xx xxx 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasina dair" xx xxxxxx 2004-cü il tarixli Qərarında göstərilir ki, “təqsirləndirilən şəxsin özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsinə dair konstitusiya norması ədalətli məhkəmə baxışını, fərdin azadlıq konstitusiya hüququnu, təqsirsizlik prezumpsiyasını, şəxsi toxunulmazlığı təmin edən mühüm təminatlardan biridir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə görə də hər kəs ona qarşı irəli sürülən hər hansı bir ittihama baxılması zamanı tam bərabərlik əsasında digər təminatlarla yanaşı, özünə qarşı ifadə verməyə və ya təqsirini boynuna almağa məcbur edilməməlidir. Həmin Qərarda qeyd edilir ki, özünə qarşı ifadə verməyə məcbur edilməmək hüququ şübhəli və ya təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməyə məcbur edilməsinin qarşısını almağın mühüm təminatıdır. Lakin bu hüquq mütləq deyil, onun hədləri hər bir konkret halda fərdin, cəmiyyətin və dövlətin maraqları arasında dəqiq və ədalətli balans əsasında müəyyənləşdirilməlidir. Hadisənin baş verməsinə səbəb olan şəxsin hərəkətlərində (yaxud hərəkətsizliyində) cinayət tərkibi olarsa, bir qayda olaraq cinayət işinin başlamasından sonra şəxsin statusundan asılı olaraq müvafiq cinayət-prosessual hüquqları, o cümlədən özünə qarşı ifadə verməmək hüququ yaranır və bu hüquqlar cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır.” Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, «ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir» («Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2002-ci il tarixli qərarı).Bu baxımdan məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 2-ci bəndində qeyd olunur ki, izah edilsin ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə təhqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən, iş üzrə toplanılan, lakin məhkəmə iclasında təhqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Müttəhimin, zərərçəkmişin, şahidlərin təhqiqat, ibtidai istintaq və ya başqa məhkəmə iclasında verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisəli şəkildə təqiq edilmiş olsun. BMT Baş Məclisinin xx xxxxxx 1948-ci il tarixli 217A (İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Həmin Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Həmin Bəyannamənin 9-cu maddəsinə görə, heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. x17 Avropa Məhkəməsi "Hüseyn və başqaları Azərbaycana qarşı" iş üzrə xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edir ki, “ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir.” x17 Avropa Məhkəməsi "Qasımov Azərbaycana qarşı" iş üzrə xx xxxxxx 2016-cı il tarixli Qərarında qeyd edir ki, “Bu nəticə yox vasitə öhdəliyidir. Dövlət orqanları hadisə ilə bağlı sübutıları toplamaq üçün ağlabatan addımlar atmalıdırlar. Hansı üsuldan istifadə edilməsindən asılı olmayaraq dövlət orqanları onların diqqətinə çatdırılan məsələ barədə öz təşəbbüsləri ilə tədbirlər görməlidirlər. Bundan əlavə təcrübədə cavabdehliyin təmin edilməsi üçün istintaq və onun nəticləri üzərində kifayət qədər içtimai nəzarət elementi olmalıdır”. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlində cinaytət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə ona bəraət verməklə haqlı nəticəyə gəlmişdir. Odur ki, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, hökm əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L İ R: Dövlət ittihamçısının apellyasiya protesti və mülki iddiaçı-zərər çəkmiş Bakı şəhər x2 apellyasiya şikayəti təmin olunmasın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-10/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti (mülki iddiaya dair hissədə) və mülki iddiaçı-zərərçəkmiş Bakı şəhər x9 tərəfindən verilmiş apellyasiya şikayətinə (mülki iddiaya dair hissədə) münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: İlqar Murquzov Həsən Əhmədov
Məhkəmə qərarları › İş №1(103)-592/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-592/2020
24.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver