Məhkəmə qərarları › İş №1(103)-60/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-60/2022

03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-60/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X4 və X19 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X3, Məhkum - Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi8 Rəhim qızının, Məhkum - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi7, Məhkum - X8 və onun müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, 04 avqust 1981-ci il tarixdə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmamış və bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, ”Neon” MMC-də mühafizə xidmətinin rəhbəri vəzifəsində işləmiş, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 81, ev 32/33-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 16, mənzil 51-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X8, xx xxxx 1985-ci il tarixdə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, ”Neon” MMC-də mühafizəçi işləmiş, Biləsuvar rayonu, Səmədabad kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 54, mənzil 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx xxxxxx 1988-ci il tarixdə Lənkəran rayonunun Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Lənkəran rayonu, Ürgə kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 4090/94, ev 28-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 barələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 1(101)-256/2020 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi2, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 1(101)-256/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməsi, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 iyul 2019-cu il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməsi və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 iyul 2019-cu il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməsi və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 iyul 2019-cu il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd “GLOCK-19” markalı, "G 100381" nömrəli tapança (komplekt hissələri ilə birlikdə), 37 (otuz yeddi) ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməsi, Bakı şəhər prokurorluğunda saxlanılan 5 (beş) ədəd giliz, 1 (bir) ədəd güllə, 1 (bir) ədəd güllə örtüyü parçası, 1 (bir) ədəd çubuqlu pambıq tampon, qurumuş ot qalıqları, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd alt mayka və 1 (bir) ədəd tuman, "Opel Astra" avotmobilinin sağ arxa yük şüşəsinin məhv edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 637 (altı yüz otuz yeddi) manat 63 (altmış üç) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməsi hökm edilmişdir. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 1(101)-256/2020 saylı hökmünü ləğv edərək onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2020ci il tarixli, 1(101)-256/2020 saylı hökmünü ləğv edərək Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2020ci il tarixli, 1(101)-256/2020 saylı hökmünün dəyişdirilməsi və Təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 229-ci maddələri ilə düzgün tövsif edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 1(101)-256/2020 saylı hökmünü ləğv edərək onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 1(103)-628/2020 saylı qərarı ilə məhkum olunmuş Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti və Təqsirləndirilən şəxs1 müdafiəçiləri X6 və Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə, məhkum Təqsirləndirilən şəxs2 özü və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri, məhkum olunmuş Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 228.1-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,120.1-ci maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 1(101)-256/2020 saylı hökmü dəyişdirilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təyin edilmiş 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 09 (doqquz) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə təyin edilmiş 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən bu qərarla təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə hazırki apellyasiya şikayətlərinə və əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi7 tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2021-ci il tarixli, 1(102)-878/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,120.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış, kassasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,120.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmuşdur. Apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı məhkum Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək bildirmişdir ki, şəxsi öldürmək niyyəti olmamışdır. Digər təqsirləndirilən şəxslərin məlumatı olmamışdır. Bu hadisənin baş vermə səbəbi ailəsini qorumaq olmuşdur. Birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etmişdir. Apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı məhkum Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək və birinci instansiya məhkəməsində verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, o, 2011-ci ildən "xxxx" şadlıq sarayında mühafizəçi vəzifəsində işləməyə başlamışdır. Təqsirləndirilən şəxs1 də onun rəisi olmuşdur. Hadisə baş verən gün Əli ona zəng edib demişdir ki, “Bizə gəl”. O, Əligilə gedəndə və yolun yarısına çatdıqda Əli ona təkrar zəng vurub demişdir ki, “Sən gəlmə. Maşın lazımdır mənə, bir yer var gedib-gəlim”. O da dostu Fuada zəng edib Fuada Əlinin olduğu yeri bildirmiş və Əli hara gedəcəksə ora aparmasını bildirmişdir. O, qayıdandan sonra Əli yenidən ona zəng vurub demişdir ki, “İlqar, bu içkilidir. Gəl maşını sən sür, bir yer var gedək gələk”. O da taksi ilə Əlinin yanına, yəni Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin yaxınlığına getmişdir. O, Əlinin yanına çatdıqda Fuad maşından düşmüşdür. Bu vaxt Əli ona maşını sürməyini bildirmişdir. Əli də onun rəisi olduğundan o, Əlinin sözündən çıxmamış, maşına minmiş və Əlinin dediyi istiqamətə sürmüşdür. Orada Əlinin gəlməsini gözləmişdir. Əli 5 (beş) dəqiqə keçdikdən sonra gəlib maşının arxa oturacağında oturmuş və maşını "xxxx" restoranına sürməyini bildirmişdir. O da maşını "xxxx" restoranına sürmüşdür. Apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı məhkum Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməyərək və birinci instansiya məhkəməsində verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, o, 2011-ci ildə "xxxx" restoranına xidmətçi, yəni ofisiant vəzifəsində işə düzəlmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da həmin restoranda mühafizəçi işləmişlər. Onun Əli və İlqarla tanışlığı "xxxx" restoranında yaranmışdır. 2013-cü ildə isə o, "xxxx" restoranından işdən çıxmışdır. O, işdən çıxdıqdan sonra etibarnamə əsasında idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Əli ilə tanışlığı olduğundan o, Əlinin özünə və ailəsinə taksi xidməti göstərmişdir. Lazım olduqda Əli ona zəng edirmiş və o, Əlinin xahişi əsasında Əlini və Əlinin ailəsini tələb olunan yerlərə aparıb-gətirirmiş. Hadisə baş verən günün axşamı o, Əlinin arvadını və uşaqlarını qonaq getdikləri yerdən yaşadıqları evə gətirmişdir. Əlinin ailəsi avtomobildən düşdükdə Əli ona demişdir ki, “Gözlə, məni də işə aparsan”. Bu vaxt onların yanından özünü şübhəli aparan bir nəfər keçmişdir. Bundan sonra Əli ona demişdir ki, “Bax gör bu şəxs hansı maşına minir, hansı tərəfə gedir və sonra mənə xəbər elə”. O da sonradan adının Samir olduğunu bildiyi şəxsin arxasınca Əlinin yaşadığı məhəllədən üzü “Neftçilər” metrosu istiqamətində təxminən 20-30 metr getmişdir. Sonra Əli ona zəng etmiş və ondan harada olduğunu soruşmuşdur. O da Əliyə üzü “Neftçilər” metrosu tərəfə getdiyini bildirmişdir. O, bunu Əliyə dedikdə, Əli ona geri qayıtmağını demişdir. O da Əlinin sözünə qulaq asaraq Zərərçəkmiş şəxs arxasınca getməyi dayandırmış və toy olduğu üçün "xxxx" restoranının yanına gələrək öz avtomobilinin içində oturub müştəri gözləməyə başlamışdır. O, hadisənin şahidi olmamışdır. Bu hadisədən də xəbəri olmamışdır. Apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı məhkum Təqsirləndirilən şəxs1 son söz olaraq bildirmişdir ki, cinayəti özünü və ailəsini müdafiə etmək məqsədi ilə törətmişdir. Ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı məhkum Təqsirləndirilən şəxs3 son söz olaraq bildirmişdir ki, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı məhkum Təqsirləndirilən şəxs2 son söz olaraq bildirmişdir ki, heç bir günahı yoxdur. Ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 çıxış edərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunması barədə hökm hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsinə tövsif olunmaqla, ona həmin maddə ilə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi7 çıxış edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 1(101)-256/2020 saylı hökmünü ləğv edərək Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi8 Rəhim qızı çıxış edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 1(101)-256/2020 saylı hökmünü ləğv edərək Təqsirləndirilən şəxs3 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X10 çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 1(101)-256/2020 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Belə ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, "xxxx" restoranında mühafizəçi xidmətinin rəhbəri vəzifəsində işləmişdir. O, çox vaxt restoranda olduğuna görə Ülvi onun ailəsini hara lazım olurdusa ora aparırmış, yəni ailəsinə taksi xidməti göstərirmiş. Ülvi əvvəllər "xxxx" restoranında işlədiyinə və təmiz işçi olduğuna görə o, Ülviyə inanırmış. İlqar da "xxxx" restoranında mühafizəçi işləyirmiş. Sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsi o, dəfələrlə evinin ətrafında görmüşdür. O, Zərərçəkmiş şəxs onun yaşadığı məhəlləyə onun arxasınca gəlməsinin azı 4 dəfə şahidi olmuşdur. O, öz ailəsi ilə yaşadığı binanın həyətində oturduğu vaxt Zərərçəkmiş şəxs gəlib kənarda otururmuş, özünü həddən artıq şübhəli aparırmış və Samirin diqqəti həmişə onlarda, yəni onda və onun həyat yoldaşında olurmuş. O, özü bu halı azı 4 dəfə müəyyən etmişdir. Həmin ərəfədə o, xəstə olduğuna görə 10 gün olardı ki, evdə olurmuş. Hadisədən bir neçə gün əvvəl o, işlədiyi restorana gedib baxmaq üçün evdən çıxmış, məhəllənin qabağında olan besedkada oturub taksi gözlədiyi vaxt arxadan 3-4 metr məsafədə kiminsə ona yaxınlaşdığını hiss etmişdir. O, arxaya dönəndə ona yaxınlaşan şəxsin Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Bu vaxt Zərərçəkmiş şəxs istiqamətini dəyişərək gedib yaxınlıqdakı skameykada oturmuşdur. Onun Zərərçəkmiş şəxs görməyi və Zərərçəkmiş şəxs istiqamətini dəyişərək yaxınlıqdakı skameykada oturması və sonradan ona gözünü zilləməsi onda şübhə yaratmışdır. İkinci dəfə də o, arvadı ilə besedkada oturduğu vaxt Zərərçəkmiş şəxs gəlib yenə həmin skameykada oturmuşdur. Zərərçəkmiş şəxsla onların arasında olan məsafə 5-6 metr olmuşdur. O, Samirə baxdıqda Samirin diqqətinin onların üstündə olduğunu görmüşdür. Üçüncü dəfə o, evdən çıxıb işə getdiyində yaşadığı evin qabağında təkrarən Zərərçəkmiş şəxs görmüşdür. O, Samiri gördükdə Samir ona tərəf yaxınlaşmağa başlamışdır. Bu vaxt onu işlədiyi restorana aparmaq üçün taksi məhəlləyə gəlmiş və o, həmin taksiyə minərək işə getmişdir. Samir onun dalınca taksinin gəlməsini gözləmədiyindən və o, taksiyə mindiyindən Samir sanki nə edəcəyini bilməmiş və qaçaqaça gəlib onların yaşadığı evin blokuna girmişdir. O, bunu oturduğu taksidən görmüş və Samirin təsadüfən onların yaşadıqları məhəlləyə gəlmədiyini həmin vaxt başa düşmüşdür. Bu hadisənin şahidi onun arvadı Aneta da olmuşdur. 24 iyun 2019-cu il tarixdə, gecə vaxtı, təxminən saat 24:00 radələrində Ülvi onun ailəsini, yəni arvadını və uşaqlarını evə gətirən vaxt o, Ülviyə “İşin yoxdursa məni gözlə və işə apar” demişdir. Həmin vaxt hava isti olduğundan o, arvadı Aneta ilə birlikdə besedkada oturmuşdur. Ülvi onun sözünü yerə salmamış və onu gözləyərək işə aparacağını bildirmişdir. Həmin vaxt o, ayaq səsləri eşidib ayağa qalxmış və Zərərçəkmiş şəxs onlara yaxınlaşdığını görmüşdür. O, arvadına evə getməsini, özünün də işə gedəcəyini arvadına bildirmişdir. Sonra o, Ülviyə Zərərçəkmiş şəxs hansı tərəfə getdiyini, hansı maşına minməsinə baxmasını bildirmişdir. O, Ülviyə Samirin arxasınca gedib onun hansı maşına minməsini və hansı tərəfə getməsini öyrənməsini deyərkən bunun səbəbini Ülviyə deməmişdir. Ülvi də onun sözünə qulaq asaraq Samirin arxasınca getmişdir. Sonra o, Ülviyə zəng vurub harada olduğunu soruşmuş, Ülvi də Samirin ardınca “Neftçilər” istiqamətinə getdiyini bildirmişdir. Bu vaxt o, Ülviyə artıq ehtiyac olmadığını bildirmiş və Ülviyə "xxxx" restoranına qayıtmasını demişdir. O, Ülvi ilə danışdıqdan sonra İlqara zəng vurub onun dalınca maşın göndərməsini bildirmiş və “Xəzər” universitetinin yaxınlığında dayanıb maşın gözləmişdir. Bir neçə dəqiqədən sonra tanımadığı 2 (iki) nəfər şəxs maşınla gəlib ondan Əli olub-olmadığını soruşmuşlar. O da onlara Əli olduğunu bildirmiş, sonra o, həmin maşına minmiş və onlar üzü “Neftçilər”ə tərəf getmişlər. Maşını idarə edən şəxs içkili olduğuna, həm də həmin gün həmin şəxsin ad günü olduğuna görə o, İlqara zəng edərək gəlib maşını idarə etməsini demişdir. O, İlqara zəng edəndə İlqar "xxxx" restoranında olmuşdur. Həmin vaxt onun ayaqları ağrıdığına görə o, maşın sürə bilməmişdir. Ona görə də o, İlqara zəng edərək İlqardan gəlib maşını sürməsini xahiş etmişdir. O, İlqara zəng vurmamışdan əvvəl maşında olan tanımadığı digər ikinci şəxs təxminən “Neftçilər” dairəsinin yaxınlığında siqaret almaq üçün maşından düşmüşdür, lakin onlar maşından düşən şəxsi gözləməmişlər. O, İlqarı gözlədiyi vaxt birdən Samiri görmüşdür. O, Samiri gördüyü vaxt Samir müxtəlif istiqamətlərdə olan pilləkənləri qalxıb düşürmüş. Samir onu gördüyündən və ondan ehtiyat etdiyindən özünü daha da şübhəli aparırmış. Təxminən bir neçə dəqiqə keçdikdən sonra İlqar onun dediyi yerə gəlmişdir. İlqar "xxxx" restoranında olduğundan və həmin restoranla onun olduğu yer yaxın məsafədə yerləşdiyindən İlqar onun yanına tez gəlmişdir. İlqar onun yanına çatdıqda o, İlqara maşına oturub maşını idarə etməsini bildirmişdir. İlqar ondan hara getdiyini soruşmuş, o da İlqara bir yer var, ora tez gedib gələcəklərini bildirmişdir. Sonra İlqar maşına oturmuş və maşını idarə edərək üzü 8-ci km bazarının yaxınlığına sürmüşdür. O, İlqara Samirin uzağa gedə bilməyəcəyini bildirmiş və ondan məhəlləyə dönməsini istəmişdir. İlqar məhəlləyə döndükdən sonra bir az qabağa gedib maşını saxlamışdır. O, maşında oturub Samiri izlədiyi vaxt qara rəngli, dövlət nömrə nişanının sonu 730 olan maşın Samirə yaxınlaşmış və Samir həmin maşındakı şəxsə nəsə vermişdir. Amma Samirin maşındakı şəxsə nə verdiyini o, görə bilməmişdir. O, İlqara 8-ci km bazarı tərəfə gedib maşını uzaqda saxlamasını və orada onu gözləməsini, həmçinin bir az işinin olduğunu İlqara demişdir. O, maşından düşmüş və həmin vaxt İlqar maşını sürərək oradan uzaqlaşmışdır. O, həmin ərazidə Samir ilə tək qalmışdır. O, maşından düşdükdən sonra Samir onunla üzbəüz gəlmişdir. Bu vaxt o, Samirə yaxınlaşıb Samirdən nə istədiyini, niyə onu izlədiyini və onun yaşadığı yerə gələrək onu və ailəsini niyə izlədiyini, ona nə etdiyini, nə səbəbə görə belə etdiyini, Samiri kimin göndərdiyini soruşmuşdur. O, bunları Samirdən soruşan vaxt onun üstündə odlu silah olsa da, o, həmin silahı çıxarmamışdır. Onun Samirin arxasınca getməyinin səbəbi yalnız Samirdən niyə onun yaşadığı yerə gəldiyini və niyə onu və ailəsini izlədiyini aydınlaşdırmaq olmuşdur. Onun həmin ana qədər və həmin vaxt Samiri öldürmək kimi fikri olmamışdır. Samir onun suallarına cavab vermək əvəzinə onun üstünə gəlmişdir. Samirin onun üstünə cəsarətlə gəlməsi Samirin üstündə də silah olması şübhəsini onda yaratmışdır. Ona görə də o, Samiri qorxutmaq məqsədilə belinə qoyduğu silahı çıxarıb kənara bir neçə güllə atmışdır. Lakin həmin güllələr Samirə dəyməmişdir. Bu vaxt Samir əksinə ona əl-qol atıb yanından qaçmışdır. Bundan sonra o, Samirə əlindəki silahla atəş açmışdır. Samir qaçarkən ayağı nəyəsə ilişmiş və yerə yıxılmışdır. Həmin vaxt onun atdığı güllələrdən biri Samirə arxadan dəymişdir. Onun atdığı güllələrdən biri Samirə dəydiyindən o, qorxmuş və həyacanlanmışdır. Ona görə də o, həmin yerdən qaçaraq İlqarın idarə etdiyi avtomobilə minmiş və İlqara oradan uzaqlaşmasını bildirmişdir. İlqar da avtomobili onların işlədiyi "xxxx" restoranına sürmüşdür. Onlar restorana çatdıqda restoranın mühafizəçilər üçün nəzərdə tutulmuş yerdə birlikdə çay içmişlər. Həmin vaxt Ülvi də onların yanlarına gəlmişdir. O, Samirə atəş açdığı vaxt yerdən 3 (üç) ədəd giliz götürmüşdür. Çay içdiyi ərəfədə o, həmin 3 (üç) ədəd gilizi salfetə bükülmüş halda İlqara verərək həmin gilizləri restoranın həyətində olan tualetə atmasını bildirmişdir. İlqar da həmin gilizləri götürərək tualetə getmiş və atmışdır. Onlar çay içərkən öz aralarında Zərərçəkmiş şəxsla bağlı söhbət etməmişlər. Bundan başqa, o, baş vermiş hadisəni heç kəsə danışmamışdır. Təqsirləndirilən şəxs1, həmçinin ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs atəş açdığı silahı işlədiyi restoranın yaxınlığında yerləşən “Meridian” restoranının yanındakı zibilliyin yanından tapmışdır. Həmin hadisə baş verənədək o, həmin silahdan istifadə etməmişdir. Həmçinin təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, nə İlqarın, nə də ki, Ülvinin onun üstündə silah olmasından xəbəri olmamışdır. O, Zərərçəkmiş şəxs onu izləməsindən ailəsinə və özünə görə narahat olmuşdur. Ona görə də o, həmin silahı üstündə ehtiyat üçün gəzdirmişdir. Cinayəti törətdikdən sonra o, həmin silahı əvvəlcə xatırlamadığı yerdə, sonra isə qayını evdə olmadığı vaxt qaynının Ramana qəsəbəsində yerləşən evinə apararaq heç kəsin bilmədiyi yerdə gizlətmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı o, polis əməkdaşları ilə birlikdə qaynının yaşadığı yerə gedərək orada gizlətdiyi silahı qoyduğu yerdən çıxararaq polislərə təqdim etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilməsinə baxmayaraq, qeyd etdiklərinə əsasən törətdiyi əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 228.1-ci maddələri üzrə barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən "xxxx" şadlıq sarayında mühafizəçi vəzifəsində işləməyə başlamışdır. Təqsirləndirilən şəxs1 də onun rəisi olmuşdur. Təqsirləndirilən şəxs3 də "xxxx" şadlıq sarayında ofisiant işləyirmiş, lakin Ülvi 2013-cü ildə həmin işdən çıxmışdır. Hadisə baş verən gün Əli ona zəng edib demişdir ki, “Bizə gəl”. O, Əligilə gedəndə və yolun yarısına çatdıqda Əli ona təkrar zəng vurub demişdir ki, “Sən gəlmə. Maşın lazımdır mənə, bir yer var gedib-gəlim”. O da dostu Fuada zəng edib Fuada Əlinin olduğu yeri bildirmiş və Əli hara gedəcəksə ora aparmasını bildirmişdir. O, qayıdandan sonra Əli yenidən ona zəng vurub demişdir ki, “İlqar, bu içkilidir. Gəl maşını sən sür, bir yer var gedək gələk”. O da taksi ilə Əlinin yanına, yəni Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin yaxınlığına getmişdir. O, Əlinin yanına çatdıqda Fuad maşından düşmüşdür. Bu vaxt Əli ona maşını sürməyini bildirmişdir. Əli də onun rəisi olduğundan o, Əlinin sözündən çıxmamış, maşına minmiş və Əlinin dediyi istiqamətə sürmüşdür. O, maşını sürəndə bir nəfərin getdiyini görmüşdür. Həmin adamdan 20-30 metr qabağa keçdikdən sonra Əli ona maşını saxlamağını və ona 8-ci km bazarı tərəfə gedib orada onu gözləməyini bildirmişdir. Əli maşından düşdükdən sonra o, maşını sürüb 8-ci km bazarının yaxınlığına getmiş və orada Əlinin gəlməsini gözləmişdir. Əli 5 (beş) dəqiqə keçdikdən sonra gəlib maşının arxa oturacağında oturmuş və maşını "xxxx" restoranına sürməyini bildirmişdir. O da maşını "xxxx" restoranına sürmüşdür. Restorana çatandan sonra ora Ülvi gəlmiş və sonra onlar birlikdə restoranın həyətində çay içmişlər. Çay içdikləri vaxt Əli ona salfetkaya bükülmüş gilizlər vermiş və ondan həmin gilizləri ayaqyoluna atmağını istəmişdir. Əli salfetkada olan gilizləri ona verəndə o, Əlidən həmin gilizlərin nə olduğunu soruşmuşdur. Əli isə gilizlər barəsində ona heç nə deməmişdir. O, Əlidən gilizlər barədə ikinci dəfə soruşduqda Əli yenə də ona heç nə deməmişdir. O da vəziyyətin belə olduğunu görüb heç nə deməmiş və həmin gilizləri ayaqyoluna atmışdır. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində göstərdi ki, ittiham aktında göstərilib ki, guya o, Əli "xxxx" restoranına qayıtdıqdan sonra orada çay içdikdə guya kimisə “aşırtdığını” demişdir. Lakin bu yalandır və istintaqın uydurmasıdır. O, heç vaxt heç kəsə, o cümlədən Ülviyə Samirin öldürülməsini və kimisə “aşırtdıqlarını” deməmişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin göstərdi ki, nə Əlidə, nə də ki, Samirdə silah görməmiş, Samiri ümumiyyətlə o, heç vaxt güdməmiş, Əli ona zəng vurub Samiri güdməyini deməmiş, onunla Əli və Ülvi arasında Samirlə bağlı heç vaxt danışıq olmamış, onların aralarında heç vaxt cinayətin törədilməsi ilə bağlı razılıq olmamış, Samirin öldürülməsində o, iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2011-ci ildə "xxxx" restoranına xidmətçi, yəni ofisiant vəzifəsində işə düzəlmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da həmin restoranda mühafizəçi işləmişlər. Onun Əli və İlqarla tanışlığı "xxxx" restoranında yaranmışdır. 2013-cü ildə isə o, "xxxx" restoranından işdən çıxmışdır. O, işdən çıxdıqdan sonra etibarnamə əsasında idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Əli ilə tanışlığı olduğundan o, Əlinin özünə və ailəsinə taksi xidməti göstərmişdir. Lazım olduqda Əli ona zəng edirmiş və o, Əlinin xahişi əsasında Əlini və Əlinin ailəsini tələb olunan yerlərə aparıb-gətirirmiş. Hadisə baş verən gün, yəni 24 iyun 2019-cu il tarixdə, gecə saat 23:00-00:00 radələrində o, Əlinin arvadını və uşaqlarını qonaq getdikləri yerdən yaşadıqları evə gətirmişdir. Əlinin ailəsi avtomobildən düşdükdə Əli ona demişdir ki, “Gözlə, məni də işə aparsan”. Bu vaxt onların yanından özünü şübhəli aparan bir nəfər keçmişdir. Bundan sonra Əli ona demişdir ki, “Bax gör bu şəxs hansı maşına minir, hansı tərəfə gedir və sonra mənə xəbər elə”. O da sonradan adının Samir olduğunu bildiyi şəxsin arxasınca Əlinin yaşadığı məhəllədən üzü “Neftçilər” metrosu istiqamətində təxminən 20-30 metr getmişdir. Sonra Əli ona zəng etmiş və ondan harada olduğunu soruşmuşdur. O da Əliyə üzü “Neftçilər” metrosu tərəfə getdiyini bildirmişdir. O, bunu Əliyə dedikdə, Əli ona geri qayıtmağını demişdir. O da Əlinin sözünə qulaq asaraq Zərərçəkmiş şəxs arxasınca getməyi dayandırmış və "xxxx" restoranının yanına gələrək öz avtomobilinin içində oturub müştəri gözləməyə başlamışdır. Bir müddətdən sonra Əli və İlqar "xxxx" restoranına gəlmişlər. O, onların restorana gəldiyini gördükdə avtomobilindən düşüb onlarla görüşmüş və onlarla birlikdə restoranın mühafizəçilər üçün nəzərdə tutulmuş yerin yaxınlığında çay içmişdir. Onlar çay içərkən aralarında ümumi söhbətlər olmuş və onlar çay içdikləri vaxt Əli və İlqar Zərərçəkmiş şəxs öldürülməsi ilə bağlı heç nə danışmamışlar. Baş vermiş hadisədən onun xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 odlu silahdan Zərərçəkmiş şəxs öldürməsini polisə aparıldıqdan sonra öyrənmişdir. Onun baş vermiş hadisə ilə bağlı başqa heç bir məlumatı olmamışdır. O, Əlinin və İlqarın üstündə heç vaxt silah görməmiş, onların arasında heç vaxt kimisə, o cümlədən Zərərçəkmiş şəxs öldürülməsi ilə bağlı danışıq və razılıq olmamışdır. O, ümumiyyətlə Zərərçəkmiş şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır. O, heç vaxt kimisə öldürmək istəməmiş və belə niyyəti də olmamışdır. Təqsirləndirilən şəxs1lə onun arasında heç vaxt Zərərçəkmiş şəxs öldürülməsi və ya digər formada ona qarşı zor tətbiq edilməsi ilə bağlı razılıq və söhbət olmamışdır. Hadisə baş verən gün o, Əlinin ailəsini yaşadıqları evə öz avtomobili ilə gətirdikdə onların yanında bir nəfər şübhəli şəxs keçmiş və Əli həmin şəxsdən şübhələnərək ondan həmin şəxsin arxasınca gedib, həmin şəxsin hansı avtomobilə minməsini və hara getməsini aydınlaşdırmağı xahiş etmişdir. Əli də onun dostu olduğundan o, Əlinin sözünü yerə salmamışdır. Sonra Əli ona zəng edərək Samirin arxasınca getməməyi bildirmiş və o da taksi fəaliyyətini davam etdirmək üçün "xxxx" restoranının yanına gəlmişdir. O, cinayətin törədilməsində iştirak və kömək etməmişdir. Təqsirləndirilən şəxs3, həmçinin ifadəsində göstərdi ki, ittiham aktında göstərilib ki, guya o, restoranda çay içərkən Təqsirləndirilən şəxs2 onu “aşırtdıq” deməsini eşitmişdir. Lakin, o, Təqsirləndirilən şəxs2 belə söz deməsini heç vaxt eşitməmiş və bu söhbətin şahidi olmamışdır. O, dəfələrlə müstəntiqə bunu bildirsə də, müstəntiq onun sözlərinə məhəl qoymamışdır. O, cinayətin törədilməsində iştirak etməmiş və Zərərçəkmiş şəxs öldürülməsində heç bir köməklik göstərməmişdir. O, Zərərçəkmiş şəxs təxminən 2-3 dəqiqə izləmişdir. O, Zərərçəkmiş şəxs izlədiyi vaxt Samirin kiminləsə görüşdüyünü görməmişdir. O, Zərərçəkmiş şəxs izlədiyi vaxt Təqsirləndirilən şəxs2 ilə görüşməmiş, ona hər hansı bir işarə göstərməmişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin göstərdi ki, əgər o, bilsəydi ki, Əlinin üstündə silah var və Əlinin Samiri öldürmək kimi fikri var, o, heç vaxt Samirin dalınca getməzdi. Hadisə baş verən günə qədər o, Samiri görməmiş və tanımamışdır. Hadisə baş verən günə qədər o, Əlinin yaşadığı evə gedib Əlini kiminsə güdüb-güdmədiyinə baxmamışdır. Təqsirləndirilən şəxs3 qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, mərhum Zərərçəkmiş şəxs qardaşıdır. Onun qardaşı Zərərçəkmiş şəxs yaxşı insan olmuşdur. Onun Samirlə normal münasibətləri olmuşdur. Hadisə barədə o, sonradan məlumat almışdır. Hadisə baş verən gün o, qardaşı Samirlə birlikdə işləmişdir. O, hadisənin hansı səbəbdən baş verməsini bilməmişdir. Onun hadisə barədə başqa məlumatı yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş həddə cəzanın təyin edilməsi barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə ərizə ilə müraciət edərək, hər bir təqsirləndirilən şəxslə ayrı-ayrılıqda barışdığını, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun əridir. Əli həbs olunanadək "xxxx" restoranında mühafizəçilərin rəisi işləyirmiş. Əli demək olar ki, günün əksəriyyətini işdə olurmuş və ona görə də evə çox gec gəlirmiş. Hadisə baş verən gün Əli evə gələn vaxt ona zəng edib demişdir ki, “2 dəqiqəlik evə gəlib qayıdacam. Həyətə düş”. O da həyətə düşmüş və onlar besedkada oturmuşlar. O, Əli ilə həyətdə besedkada oturduğu vaxt kimsə arxadan onlara tərəf yaxınlaşmış və həyətdəki tut ağacının altında oturmuşdur. Həmin şəxs onlara tərəf baxmağa başlamış və özünü şübhəli aparırmış. Həmin adam teztez onların həyətinə gəlirmiş və özünü qəribə aparırmış. Həmin şəxs həmişə Əli işdən gələn vaxt gəlirmiş, Əlini və onu izləyirmiş. Əli evə gələn kimi həmin adam da bir neçə dəqiqədən sonra Əlinin dalınca həyətə gəlirmiş və həyətdə dayanıb Əlini izləyirmiş. O, şəxsən bir neçə dəfə həmin şəxsin Əlini izləməsinin şahidi olmuşdur. Həmin adamın Əlinin evə gələndə gəlməsi və Əli işə gedəndə də getməsi onu narahat edirmiş. Sonra o, Polis İdarəsinə çağırılanda Əlini izləyən şəxsin, yəni Zərərçəkmiş şəxs Əli tərəfindən atılmış atəş nəticəsində öldürülməsini eşitmişdir. Baş vermiş hadisə barədə onun başqa məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt o, yatdığından heç nə eşitməmişdir. O, səhər oyanmış və uşağını qəbul imtahanına aparmaq üçün həyətə düşmüşdür. O, maşının mühərrikini işə salmış və maşının şüşələrini silməyə başlamışdır. O, maşının arxa şüşəsini təmizləyəndə maşının arxa tərəfindəki balaca pəncərənin sındığını görmüşdür. Əvvəl şüşənin uşaqlar tərəfindən sındırıldığını düşünmüşdür. Lakin sonradan o, kənarda polislərin yığışmağa başladığını görmüşdür. Qızı həmin yerdə kiminsə uzandığını və ona görə həmin yerə polislərin yığışdıqlarını ona bildirmişdir. O da polislərə yaxınlaşıb onun maşınının şüşəsinin sındırıldığını demişdir. Polislər gəlib onun maşınına baxmışlar və sonra maşının içərisində bir ədəd giliz aşkar olunmuşdur. Sonra polislər həmin gilizi qablaşdıraraq götürmüşlər. Atəş nəticəsində onun maşınının arxa şüşəsi sınmış və nəticədə ona 60 (altmış) manat maddi zərər dəymişdir. Lakin o, heç kəsdən ona vurulmuş zərəri tələb etmir və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 iyun 2019-cu il tarixdə onun ad günü olmuşdur. O, bir gün əvvəl Lənkəran rayonunda yaşayan qohumunun toyunda olmuşdur. Lakin 23 iyun 2019-cu il tarixdə axşam vaxtı o, Lənkəran rayonundan Bakı şəhərinə qayıtmışdır. Həmin gün onun ad günü olduğuna görə o, Bakı şəhəri, Nizami rayonunda “Neftçilər” kimi adlanan ərazidə yerləşən kafelərin birində dostları ilə öz ad gününü qeyd etmiş, dostları ilə birlikdə yeyib içmiş və sərxoş olmuşdur. Yeyib içdiyi zaman dostu İlqar ona zəng edib qardaşına məxsus olan, lakin onun etibarnamə əsasında idarə etdiyi maşının lazım olduğunu ona demişdir. Onun İlqarla yaxın münasibəti olduğundan səbəbini soruşmadan İlqardan yeyib içdikləri yerə gələrək maşınının açarını gəlib götürməsini bildirmişdir. Sonra İlqar onun yanına gəlmiş və o, kafedən çıxaraq həyətdə İlqara maşının açarlarını vermişdir. Onun baş vermiş hadisə barədə başqa məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün dostu Fuadın ad günü olmuşdur. Həmin gün Fuad Lənkəran rayonundan Bakı şəhərinə gəlmiş və axşam onlar görüşərək birlikdə “Xəzər” universitetinin yaxınlığında olan kafelərin birinə getmişlər və orada yeyib içmişlər. Sonra Fuad maşınını "xxxx" restoranının həyətinə qoyacağını ona demişdir. Fuad və o, maşınla "xxxx" restoranına getmişlər və Fuad öz maşınını "xxxx" restoranının həyətində saxlamışdır. Bundan sonra onlar restoranın həyətində mühafizəçilər üçün nəzərdə tutulmuş yerin yaxınlığında əyləşmişlər. Bu vaxt Təqsirləndirilən şəxs2 onlar üçün çay gətirmiş və onlar birlikdə çay içmişlər. Çay içdikdən sonra yenidən yeyib içmək üçün o, Fuada onun evinə getməyi təklif etmişdir. Fuad onunla razılaşmış və onlar birlikdə maşına əyləşmişlər. Maşına əyləşdikdən sonra Fuad maşını İlqara verəcəyini bildirmişdir. Sonra İlqar maşını sürmüş və onlar Neftçilərə getmişlər. Fuadın ad günü olduğundan Fuad və o, çoxlu araq və pivə içmişlər. Fuad da, o da möhkəm sərxoş olmuşdur. Onlar Neftçilər dairəsinin yanına çatdıqda o, özünü pis hiss etmiş və ona görə də Fuadın maşınından düşmüşdür. O, maşından düşdükdən sonra Fuadın hara getdiyini bilməmişdir. O, Fuadın maşınından düşdükdən sonra bir az piyada getmiş, yaxınlıqdakı dayanacağın yanına çatdıqda onun ürəyi bulanmış və dayanacağın arxasında qusmuşdur. O, dayanacağın yanında olanda Fuad onun yanına gəlmiş və sonra onlar birlikdə evə getmişlər. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında övladları ilə birlikdə yaşayır. O, Zərərçəkmiş şəxs ilə 2003-cü ildə qeyri-rəsmi olaraq ailə həyatı qurmuşdur. Əvvəllər onun Zərərçəkmiş şəxsla münasibətləri yaxşı olsa da, sonradan Samir spirtli içkilərə meylli olduğundan və evə sərxoş halda gec gəldiyindən onların aralarında tez-tez ailə daxili münaqişələr baş vermişdir. Bu münaqişələrə görə dəfələrlə o, Samirdən küsmüşdür. Onlar küsdükdə Samir dəfələrlə müxtəlif müddətlərdə evdən çıxıb getmişdir. Sonra o, Samirin valideynlərinin təkidi ilə bir neçə dəfə Samirlə barışaraq yenidən birlikdə yaşamışdır. Sonuncu dəfə o, 2018-ci ilin may ayında Zərərçəkmiş şəxs ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan sonra bir daha Samirlə barışıb birlikdə yaşamamışdır. Həmin vaxtdan Zərərçəkmiş şəxs dəfələrlə barışmaq üçün ona telefonla zəng etsə də, o, Samirlə barışmamışdır. Onlar ayrıldıqdan sonra o, Samirlə telefon əlaqəsi saxlayaraq Samirdən övladlarına baxmasını xahiş etmişdir. Samir isə maddi imkanının olmadığını ona demişdir. Sonuncu dəfə Samir 2018-ci ilin dekabr ayının sonlarında yeni il bayramı ilə əlaqədar onların ümumi oğlu Yusifi mağazaya çağırmış, bazarlıq etmiş və Yusifə pul vermişdir. Son zamanlar onun Samirlə telefon danışıqları az olurmuş. Sonuncu dəfə o, Zərərçəkmiş şəxs vəfat etməmişdən 20 gün əvvəl axşam saatlarında “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən kiçik bir kafenin yanından keçərkən bir qadınla görmüşdür. Samir onu görüb kafedən çıxaraq onun arxasınca gələrək həmin qadınla əlaqəsinin olmadığını demişdir. O isə Samirə onsuzda aralarında olan münasibətlərin kəsildiyini bildirmişdir. Şahid, həmçinin ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 5 il əvvələ qədər maddi vəziyyəti normal olmuşdur. Həmin vaxt Samir “Dərnəgül” tikinti materialları bazarında satıcı işləyirmiş. Daha sonra Samir söküntü aparılan ərazilərdə köhnə tikinti materiallarını çıxardıb satmaq üçün fəhlə kimi işləmişdir. 2019-cu il yanvar ayında Samir ona zəng edərək ondan 2000-3000 manat məbləğində pul tapmağını istəmişdir. O isə bu qədər pulu tapa bilməyəcəyini Zərərçəkmiş şəxs bildirmişdir. Samir ona həmişə deyirmiş ki, “Məndən ayrılsan da həmişə mənim gözüm sənin üzərində olacaq”. O, özü də son vaxtlar Samiri yaşadığı binanin qarşısında çox vaxt görürmüş. Samir onları nəzarətdə saxlayırmış. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxsla “Yaşıl Bazarın” ətrafında olan binaların söküntüsündə fəhlə kimi işləyərkən tanış olmuşdur. Hadisədən iki il əvvəl söküntü gedən binalarda yerləşən otaqların birində o, mərhum Samirlə birlikdə təxminən 6 ay birlikdə qalmışdır. Son zamanlar Samir “Dərnəgül” bazarında yer götürmüş və həmin yerdə söküntüdən çıxan taxtaların satışı ilə məşğul olmuşdur. O, Zərərçəkmiş şəxs yaxşı insan kimi tanımışdır. Həmçinin o, Samiri çox qapalı və spirtli içkiyə çox meylli bir insan kimi tanımışdır. Onun hadisə barədə məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 24 iyun 2019-cu il tarixdə gecə saat 02:00 radələrində o, evdə olduğu zaman həyətdən səs eşitmişdir. O, həyətdən səs eşitdikdən sonra eyvana çıxmış, lakin həmin vaxt qaranlıq olduğundan heç bir şey görməmişdir. Həmin səsin atəş səsi olduğunu həmin vaxt başa düşmüş və bundan qorxaraq dərhal evə girmişdir. Hadisə barədə onun başqa məlumatı olmamışdır. Cinayət işində olan 24 iyun 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 85, Qara Qarayev prospekti 87 və Qara Qarayev prospekti 87A ünvanında yerləşən binaların aralarında yerləşir. Qeyd edilən ərazidə yerləşən yaşıllıq sahədə kişi meyiti aşkar edilmişdir. Kişi meyitinin əlinin yanında 1 (bir) ədəd ağ rəngli "Samsung" markalı telefon, meyitin ayaqları istiqamətdə 5 (beş) ədəd giliz, "Opel Astra" markalı **-EO- *** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısının tutacaq hissəsində 1 (bir) ədəd deformasiyaya uğramış güllə örtüyü, meyitin altındakı qurumuş ot örtüyünə hopmuş qanabənzər ləkələr aşkar edilmişdir. Cinayət işində olan 24 iyun 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Opel Astra" markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yük yerinin şüşəsində və avtomobilin sol ön hissəsinin alətlər panelində zədələr aşkar edilmiş, üzərində zədə olan şüşə götürülmüşdür. Cinayət işində olan 26 iyun 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 69 ünvanında yerləşən "Nehrəm" marketin müşahidə kamerasına baxış zamanı Zərərçəkmiş şəxs 24 iyun 2019cu il tarixdə saat 01:47:30-da mağazanın qabağından pilləkanlardan aşağı düşməsi, saat 01:48:07-də Təqsirləndirilən şəxs3 tələsik Zərərçəkmiş şəxs arxasınca getməsi, Zərərçəkmiş şəxs 01:52:29-də həmin pilləkanlarla yuxarıya qalxması, 01:52:44-də Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs ardınca gəlməsi, 01:52:44-də Təqsirləndirilən şəxs3 pilləkanlardan aşağıya düşməsi, Təqsirləndirilən şəxs2 isə 01:53:05-də həmin pilləkanlarla Zərərçəkmiş şəxs istiqamətində yuxarıya qalxması müəyyən edilmişdir. Cinayət işində olan 26 iyun 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov 48C ünvanında yerləşən "İrşad Elektroniks" mağazasının müşahidə kamerasına baxış zamanı Zərərçəkmiş şəxs 24 iyun 2019-cu il tarixdə saat 01:38:02-də mağazanın qabağından keçməsi, saat 01:38:10-da Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs arxasınca getməsi, Zərərçəkmiş şəxs "Maklerlər” bağı tərəfdən yolu keçməsi və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs ardınca gəlməsi müəyyən edilmişdir. Cinayət işində olan 26 iyun 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 74 ünvanında 24-cü Polis şöbəsi tərəfindən quraşdırılmış müşahidə kamerasına baxış zamanı Zərərçəkmiş şəxs 24 iyun 2019-cu il tarixdə saat 01:35:30, 01:36:10-da, 01:36:37-də müşahidə kameralarına düşdüyü zaman Təqsirləndirilən şəxs3 tərəfindən izlənməsi müəyyən edilmişdir. Cinayət işində olan 26 iyun 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 D ünvanında yerləşən "Zeytun Aptek”in müşahidə kamerasına baxış zamanı Zərərçəkmiş şəxs 24 iyun 2019-cu il tarixdə saat 01:39:00-də aptekin qabağından keçməsi, saat 01:39:05-da Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs arxasınca getməsi müəyyən edilmişdir. Cinayət işində olan 06 iyul 2019-cu il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs odlu silahla açılmış atəşlə qətlə yetirilməsində iştirak etmiş şəxslərin əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan 06 iyul 2019-cu il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,120.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli bilindiyinə görə onun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan 06 iyul 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin gün saat 08:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 06 iyul 2019-cu il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 mərhum Zərərçəkmiş şəxs izlədiyi yerləri əyani şəkildə göstərmişdir. Cinayət işində olan 06 iyul 2019-cu il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,120.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli bilindiyinə görə onun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan 06 iyul 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 11:40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 06 iyul 2019-cu il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli bilindiyinə görə onun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan 06 iyul 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 06 iyul 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 gizlətdiyi odlu silah Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, sahə 2 ünvanında yerləşən 1 nömrəli evin arxa hissəsindəki yardımçı tikilidə 1 (bir) ədəd "GLOCK" markalı, G100381 nömrəli silah, həmin silaha aid 2 (iki) ədəd sandıqça, sandıqçaların içərisində 17 (on yeddi) və 22 (iyirmi iki) ədəd olmaqla, cəmi 39 ədəd 9x19 mm ölçüdə patron aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Cinayət işində olan 07 iyul 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,120.2.1-ci maddəsi ilə ittiham elan olunmuş və o, 07 iyul 2019-ci il tarixdə saat 11:10-da həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan 07 iyul 2019-cu il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 06 iyul 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan 07 iyul 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə ittiham elan olunmuş və o, 07 iyul 2019-ci il tarixdə saat 14:15-də həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan 07 iyul 2029-cu il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 mərhum Zərərçəkmiş şəxs odlu silahla qətlə yetirdiyi ərazini, törətdiyi cinayətin üsulunu və mexanizmini əyani şəkildə göstərmişdir. Cinayət işində olan 07 iyul 2019-cu il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 06 iyul 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan 08 iyul 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 228.1-ci maddələri ilə ittiham elan olunmuş və o, 08 iyul 2019-ci il tarixdə saat 11:30-da həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan 08 iyul 2019-cu il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 24 oktyabr 2019-cu il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 06 iyul 2019cu il tarixdən hesablanmışdır. Cinayət işində olan 08 iyul 2019-cu il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 mərhum Zərərçəkmiş şəxs izlədiyi ərazini əyani şəkildə göstərmişdir. Cinayət işində olan 11 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X13 Anatomiya və X2 651 nömrəli canlı şəxsin ekspertizası barədə rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə tibbi müayinəsi zamanı sol saidin, sağ baldırın, sol yanaq nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, alınma müddətləri müayinədən 3-5 gün əvvələ uyğun gələ bilər və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdi, o cümlədən şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inkar olunmur. Cinayət işində olan 11 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X13 Anatomiya və X2 652 nömrəli canlı şəxsin ekspertizası barədə rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Cinayət işində olan 11 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X13 Anatomiya və X2 652 nömrəli canlı şəxsin ekspertizası barədə rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni səthində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Cinayət işində olan 16 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16326/16327 nömrəli Məhkəmə-Ballistik ekspertiza rəyindən görünür ki, təqdim edilmiş 5 (beş) ədəd giliz - zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, "Luger" tipli, 9x19 mm kalibrli olmaqla həmin kalibrə malik "Parabellum", "Mauser", "Walter P.38", 1935-ci il modelli "Browning", "Colt Commander", "Glock" ("Glock 17", "Glock 26", "Glock 34" və s.) və digər konstruksiyalı tapançalarda "STEN Mk1", "sterling L2A3", "Bergmann MP34-1", "Erma", "Schmeisser JR18-1", MP-38, "MP-40", "UZİ" markalı tapança-pulemyotlarda və sair yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridirlər - gilizləridirlər. Həmin 5 (beş) ədəd giliz öz təyinatlarına və kalibrlərinə uyğun olan eyni bir silahdan atılmışlar, üzərilərində atıldıqları silahın müvafiq yararlı izləri vardır. Mərhumun meyitindən götürülmüş 1 (bir) ədəd güllə formalı metal parçası zavod üsulu ilə hazırlanmış "Parabellum", "Mauser", "Walter P.38", 1935-ci il modelli "Browning", "Colt Commander", "Glock" ("Glock 17", "Glock 26", "Glock 34" və s.) və digər konstruksiyalı tapançalarda "STEN Mk1", "Sterling L2A3", "Bergmann MP34-1", "Erma", "Schmeisser JR18-1", MP-38, "MP-40", "UZİ" markalı tapança-pulemyotlarda və sair yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulmuş, "Luger" tipli, 9x19 mm kalibrli patronun atəşlə ayrılmış hissəsidir-gülləsidir. Konstruksiyasına, kalibrinə və təyinatına uyğun olaraq, həmin güllənin, tədqiqata təqdim edilmiş 5 (beş) ədəd 9x19 mm kalibrli gilizlərin hər hansı birinə doldurulması ilə hazırlanmış patrondan istifadə olunmaqla, öz kalibrinə və təyinatına uyğun silahların hər hansı birindən atəş açılması mümkündür, lakin güllənin üzərində atıldığı silahın lülə kanalından və atəşədək doldurulduğu patronun gilizinin ağız kəsiyindən qalmış izlər eyniləşmə tədqiqatı üçün yarasız olduqlarına görə, həmin güllənin atəşədək, təqdim edilmiş 5 (beş) ədəd 9x19 mm kalibrli gilizlərin hər hansı birinə doldurulub-doldurulmadığı (həmin gilizlərin hər hansı biri ilə əvvəllər vahid bir patronun hissəsi təşkil edib-etmədiyini) və eləcə də həmin güllənin hər hansı biri konkret bir silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün olmadı. Avtomobildəki zədədən götürülmüş 1 (bir) ədəd güllə formalı metal parçası zavod üsulu ilə hazırlanmış "Parabellum", "Mauser", "Walter P.38", 1935-ci il modelli "Browning", "Colt Commander", "Glock" ("Glock 17", "Glock 26", "Glock 34" və s.) və digər konstruksiyalı tapançalarda "STEN Mk1", "sterling L2A3", "Bergmann MP34-1", "Erma", "Schmeisser JR18-1", MP-38, "MP-40", "UZİ" markalı tapança-pulemyotlarda və sair yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulmuş, "Luger" tipli, 9x19 mm kalibrli patronun atəşlə ayrılmış hissəsidir-gülləsidir. Konstruksiyasına, kalibrinə və təyinatına uyğun olaraq, həmin güllənin, tədqiqata təqdim edilmiş 5 (beş) ədəd 9x19 mm kalibrli gilizlərin hər hansı birinə doldurulması ilə hazırlanmış patrondan istifadə olunmaqla, öz kalibrinə və təyinatına uyğun silahların hər hansı birindən atəş açılması mümkündür, lakin güllənin üzərində atıldığı silahın lülə kanalından və atəşədək doldurulduğu patronun gilizinin ağız kəsiyindən qalmış izlər eyniləşmə tədqiqatı üçün yarasız olduqlarına görə, həmin güllənin atəşədək, təqdim edilmiş 5 (beş) ədəd 9x19 mm kalibrli gilizlərin hər hansı birinə doldurulub-doldurulmadığı (həmin gilizlərin hər hansı biri ilə əvvəllər vahid bir patronun hissəsi təşkil edib-etmədiyini) və eləcə də həmin güllənin hər hansı biri konkret bir silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd köynəyin arxa hissəsində ətəyin son tikişindən 260 mm yuxarı məsafədə bir ədəd 9x6 mm ölçüdə, 1 (bir) ədəd maykanın arxa hissəsində ətəyin son tikişindən 300 mm yuxarı məsafədə bir ədəd 10x7 mm ölçüdə zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıtı hissəciklərinin aşkar edilməsinə və zəif mis metal izinin aşkar edilməsinə əsasən, həmin zədələr yivli odlu silahdan açılmış atəş nəticəsində, diametri təxminən 9 mm olan güllənin təsirindən 1,0 metrdən yuxarı məsafədən yetirilməyə xarakterikdir. Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd alt tuman, 1 (bir) cüt corab, 1 (bir) cüt ayaqqabının səthlərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıtı hissəcikləri vardır. Həmin paltarların üzərində dolu silahdan açılmış atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Tədqiqata təqdim edilmiş "Opel Astra" markalı **-EO- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinin şüşəsində yer örtüyündən 1000 mm yuxarı məsafədən 1 (bir) ədəd 20x30 mm ölçüdə, avtomobilin sol sürücü oturacağının önündə alət panelində 1 (bir) ədəd 21x15 mm ölçüdə zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıtı hissəciklərinin və zəif mis metal izinin aşkar edilməsinə əsasən, həmin zədələr yivli odlu silahdan açılmış atəş nəticəsində, diametri təxminən 9 mm olan güllənin təsirindən, sağdan sola, arxadan önə doğru 1,5 metrdən yuxarı məsafədən yetirilməyə xarakterikdir. Cinayət işində olan 22 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan 22 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasında məhkum edilməmişdir. Cinayət işində olan 24 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X2 105 nömrəli meyitin məhkəmə-tibbi ekspertizası barədə rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs meyiti üzərində massiv daxili qanaxma, qarın aortasının, nazik bağırsağın müsariqəsinin zədələnməsi və İİİ bel fəqərə cisminin qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunan sağ onurğayanı xətt üzrə İİİ bel fəqərəsi proyeksiyasında 1 (bir) ədəd kor odlu silah yaralanması, sol çiyin qurşağı, sağ əlin arxa və ovuc səthi, sol əlin ovuc səthi və sağ baldırın ön səthinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər həyatidir, sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sol çiyin qurşağı, sağ əlin arxa və ovuc səthi, sol əlin ovuc səthinin sıyrıqları alınma müddətinə görə ölümündən bir qədər əvvələ, sağ baldırın ön səthinin sıyrıqlar isə qaşınma xarakterli olub ölümündən 2-3 gün əvvələ uyğun gələ bilər, həm ayrı-ayrılıqda, həm də ümumilikdə canlı şəxslərdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir və baş vermiş ölümlə heç bir səbəbli əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş kor odlu silah yarası həyati olub, ölümündən az əvvəl əmələ gəlməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 24 iyun 2019-cu il tarixdə törənə bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. Sağ onurğayani xətt üzrə İİİ bel fəqərəsi proyeksiyasında aşkar edilmiş 1 (bir) ədəd odlu silah yarası odlu silah yarasının giriş dəliyi olub, patronu mərmi (güllə) ilə doldurulmuş odlu silahdan atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən açılmış bir atəş nəticəsində əmələ gələ bilər və atəşin istiqaməti isə arxadan-önə, sağdan-sola və bir qədər yuxarıdan aşağıya doğru olmuşdur. Atəş məsafəsinin dəqiq təyini və yaraların hansı növ odlu silahdan əmələ gəlməsinin həlli üçün mərhumun xəsarət alan zaman əynində olmuş paltarların tibbi-kriminalistik tədqiqatın keçirilməsi ilə təyin edilə bilər. Zərərçəkmiş şəxs ölümünə səbəb qarın aortası, nazik bağırsaq müsariqəsinin zədələnməsi nəticəsində yaranan massiv daxili qanaxma olmuşdur. Ölüm meyitin meyitxanadakı müayinəsindən 6-12 saat əvvəl və odlu silah yarası törəndikdən dəqiqələrlə ifadə ediləcək qədər qısa müddət sonra yaranmağa uyğun gələ bilər. Odlu silah yarasının lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs xəsarəti alarkən müxtəlif duruş vəziyyətlərində (ayaqüstə, uzanmış, yarımoturaq və s.) olmaqla onun bel nahiyəsi odlu silahın lüləsinin en kəsiyinə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş sıyrıqların (sağ baldırın ön səthindəki sıyrıqlar istisna olmaqla) lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin öz boyu hündürlüyündən üzü üstə yıxılması nəticəsində yaranması mümkündür. Zərərçəkmiş şəxs meyiti üzərində kəsici-deşici alət təsirindən yaranmış hər hansı bir xəsarət aşkar edilmədi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 0.4 %dir. Metil, propil, butil və amil spirtləri, barbi turturşusu törəmələri, alkaloidlar (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar aşkar edilməmişdir. Cinayət işində olan 07 avqust 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18956 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs məxsus paltarların üzərində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məxsus olması qeyd olunan paltarların tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məxsus olması qeyd olunan paltarlar üzərində Zərərçəkmiş şəxs məxsus olması qeyd olunan paltarların tərkib liflərindən yoxdur. Cinayət işində olan 14 avqust 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, təhlükəsiz şəhər kameraları vasitəsi ilə qeydə alınmış videogörüntülərə əsasən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 tərəfindən izlənməsi, həmçinin saat 01:55:15-dən 01:55:25 saniyəyədək Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti 85 ünvanına doğru hərəkətdə olan Zərərçəkmiş şəxs istiqamətində əlində mobil telefonla hərəkət etməsi, saat 01:57:46-da "BMW" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtoyuma yerinin qarşısında saxlaması, 01:58:34-də Şahid1 avtomobildən düşərək əks istiqamətdə hərəkət etməsi, 01:58:37-də Təqsirləndirilən şəxs2 sürücü oturacağına əyləşməsi və avtomobili hadisənin baş verdiyi istiqamətə idarə etməsi müəyyən edilmişdir. Cinayət işində olan 20 avqust 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18954/18955 nömrəli Məhkəmə-Ballistik-Atəş izləri ekspertiza rəyindən görünür ki, təqdim edilmiş silah 9x19 mm kalibrli olmaqla, "GLOCK 19" markalı Avstriyada zavod üsulu ilə istehsal edilmiş "100381" №-li tapançadır, yivli odlu silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyi çəkmədən özüözünə atəş açılmır, silahın hissələrinin üzərində əlavə və dəyişikliklər edilməmişdir, təyinatı dəyişdirilməmişdir. Təqdim edilən tapançadan atəş açılan zaman güllənin başlanğıc surəti 350 m/saniyə, nişanalma məsafəsi 50 metrə, öldürücü-məhvedici gücü 350 metrə, maksimal uçuş məsafəsi 1200 metrə qədərdir. Təqdim edilmiş 39 (otuz doqquz) ədəd patron "Glock" ("Glock 17", "Glock 19", "Glock 34"), "Zəfər K", "Mətin", "Parabellum", "Mauser", "Walter P.38", 1935-ci il modelli "Browning", "Colt Commander" və digər konstruksiyalı tapançalarda, "STEN Mk1", "Sterling L2A3", "Bergmann MP34-1", "Erma", "Schmeisser JR18-1", MP-38, "MP-40", "UZİ" markalı tapança-pulemyotlarda və zavod üsulu ilə istehsal edilməklə 9x19 mm kalibrli olub həmin kalibrə malik "Zəfər K", Mətin", "LUGER P08" "PARABELLUM" konstruksiyalı və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli patronlardır, döyüş sursatıdır, istifadəyə (atəşə) yararlıdır. Həmin patronların pistonunda vurucu izi və patronluğa yerləşdirməyə xarakterik izi yoxdur. Təqdim edilən 2 ədəd sandıqça 16 ədəd və 30 ədəd 9x19 mm kalibrli patron tutumuna malik olan, "GLOCK 19" markalı tapançada komplekt hissə kimi istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçalardır, istifadəyə yararlıdır. Təqdim edilmiş 5 (beş) ədəd giliz zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, "Luger" tipli, 9x19 mm kalibrli olmaqla həmin kalibrə malik "Parabellum", "Mauser", "Walter P.38", 1935-ci il modelli "Browning", "Colt Commander", "Glock" ("Glock 17", "Glock 19", "Glock 34" və s.) və digər konstruksiyalı tapançalarda "STEN Mk1", "Sterling L2A3", "Bergmann MP34-1", "Erma", "Schmeisser JR18-1", MP-38, "MP-40", "UZİ" markalı tapança-pulemyotlarda və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridirlər-gilizləridirlər. Həmin gilizlər tədqiqata təqdim edilmiş "G100381" nömrəli tapançadan atılmışdır. Mərhumun meyitindən götürülmüş 1 (bir) ədəd güllə formalı metal parçası zavod üsulu ilə hazırlanmış "Parabellum", "Mauser", "Walter P.38", 1935-ci il modelli "Browting", "Colt Commander", "Glock" ("Glock 17", "Glock 19", "Glock 34" və s.) və digər konstruksiyalı tapançalarda "STEN Mk1", "sterling L2A3", "Bergmann MP34-1", "Erma", "Schmeisser JR18-1", MP-38, "MP-40", "UZİ" markalı tapança-pulemyotlarda və sair yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulmuş, "Luger" tipli, 9x19 mm kalibrli patronun atəşlə ayrılmış hissəsidir-gülləsidir. Konstruksiyasına, kalibrinə və təyinatına uyğun olaraq, həmin güllənin, tədqiqata təqdim edilmiş 5 (beş) ədəd 9x19 mm kalibrli gilizlərin hər hansı birinə doldurulması ilə hazırlanmış patrondan istifadə olunmaqla, öz kalibrinə və təyinatına uyğun silahların hər hansı birindən atəş açılması mümkündür, lakin güllənin üzərində atıldığı silahın lülə kanalından və atəşədək doldurulduğu patronun gilizinin ağız kəsiyindən qalmış izlər eyniləşmə tədqiqatı üçün yarasız olduqlarına görə, həmin güllənin atəşədək, təqdim edilmiş 5 (beş) ədəd 9x19 mm kalibrli gilizlərin hər hansı birinə doldurulub-doldurulmadığı (həmin gilizlərin hər hansı biri ilə əvvəllər vahid bir patronun hissəsi təşkil edib-etmədiyini) və eləcə də həmin güllənin hər hansı biri konkret bir silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyil. Avtomobildəki zədədən götürülmüş 01 ədəd güllə formalı metal parçası zavod üsulu ilə hazırlanmış "Parabellum", "Mauser", "Walter P.38", 1935-ci il modelli "Browning", "Colt Commander", "Glock" ("Glock 17", "Glock 19", "Glock 34" və s.) və digər konstruksiyalı tapançalarda "STEN Mk1", "sterling L2A3", "Bergmann MP34-1", "Erma", "Schmeisser JR18-1", “MP-38”, "MP-40", "UZİ" markalı tapança-pulemyotlarda və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulmuş, "Luger" tipli, 9x19 mm kalibrli patronun atəşlə ayrılmış hissəsidir - gülləsidir. Konstruksiyasına, kalibrinə və təyinatına uyğun olaraq, həmin güllənin, tədqiqata təqdim edilmiş 05 ədəd 9x19 mm kalibrli gilizlərin hər hansı birinə doldurulması ilə hazırlanmış patrondan istifadə olunmaqla, öz kalibrinə və təyinatına uyğun silahların hər hansı birindən atəş açılması mümkündür, lakin güllənin üzərində atıldığı silahın lülə kanalından və atəşədək doldurulduğu patronun gilizinin ağız kəsiyindən qalmış izlər eyniləşmə tədqiqatı üçün yarasız olduqlarına görə, həmin güllənin atəşədək, təqdim edilmiş 05 ədəd 9x19 mm kalibrli gilizlərin hər hansı birinə doldurulub-doldurulmadığı (həmin gilizlərin hər hansı biri ilə əvvəllər vahid bir patronun hissəsi təşkil edib-etmədiyini) və eləcə də həmin güllənin hər hansı biri konkret bir silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd köynəyin arxa hissəsində ətəyin son tikişindən 260 mm yuxarı məsafədə bir ədəd 9x6 mm ölçüdə, 1 (bir) ədəd maykanın arxa hissəsində ətəyin son tikişindən 300 mm yuxarı məsafədə bir ədəd 10x7 mm ölçüdə zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıtı hissəciklərinin və zəif mis metal izinin aşkar edilməsinə əsasən, həmin zədələr yivli odlu silahdan açılmış atəş nəticəsində, diametri təxminən 9 mm olan güllənin təsirindən 1,0 metrdən yuxarı məsafədən yetirilməyə xarakterikdir. Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd alt tuman, 1 (bir) cüt corab, 1 (bir) cüt ayaqqabının səthlərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıtı hissəcikləri vardır. Həmin paltarların üzərində dolu silahdan açılmış atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Tədqiqata təqdim edilmiş "Opel Astra" markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinin şüşəsində yer örtüyündən 1000 mm yuxarı məsafədən 1 (bir) ədəd 20x30 mm ölçüdə, avtomobilin sol sürücü oturacağının önündə alət panelində 1 (bir) ədəd 21x15 mm ölçüdə zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və zəif mis metal izinin aşkar edilməsinə əsasən, həmin zədələr yivli odlu silahdan açılmış atəş nəticəsində, diametri təxminən 9 mm olan güllənin təsirindən, sağdan sola, arxadan önə doğru 1,5 metrdən yuxarı məsafədən yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş tapançadan açılan atəş nəticəsində güllənin təsirindən yarana bilər. Tədqiqata təqdim edilmiş "G100381" nömrəli tapançanın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri vardır, bu da onu göstərir ki, həmin tapançadan atəş (atəşlər) açılmışdır. Müvafiq elmi metodika olmadığından sonuncu atəşin vaxtını və sayını müəyyən etmək mümkün deyil. Cinayət işində olan 26 avqust 2019-cu il tarixli telefon danışıqlarına dair diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***- ***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 070-233- 22-43 mobil nömrəsinə 01 iyun 2019-cu il tarixdə saat 01:02:32-də - “qaqa salamatçılıqdır. Məhəllə uşaqları var üzbəüz besedkada oturublar.. binaları gəzdim baxdım... Allah sənə kömək olsun İnşallah...buralardayam öpürəm gecən xeyrə”, 22 iyun 2019-cu il tarixdə saat 03:21:58-də “Qara köynəkli var, Gəzir”, saat 03:22:22-də “Bloklar təmizdir”, saat 03:22:44də “Arxada təmizdir”, saat 03:23:08-də “Qara köynəkli gəldi girdi sizin blokun yanına”, saat 03:23:17-də “Baxdı mənə girdi”, saat 03:33:26-də “Təmizdir bloklar” məzmunlu, 23 iyun 2019-cu il tarixdə saat 03:40:04-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə “ok” məzmunlu mesajlar göndərilmişdir. Cinayət işində olan 29 avqust 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 536/2019-MTBŞ nömrəli maddi sübutların kompleks ekspertizası barədə rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 (bir) ədəd çubuqlu pambıq tampon, qurumuş ot qalıqları, Zərərçəkmiş şəxs məxsus köynək, alt mayka və tuman üzərində insan qanı ləkələri aşkar olundu. Tədqiq olunan qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda "H" antigeni, əksər ləkələrdə həmçinin alfa, beta, aqqlyutininləri alındı. Bu qan ləkələri alfa, beta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs3 məxsus ola bilər (əgər sonuncuda qanaxma ilə müşayiət olunan xəsarət olubsa). Təqdim edilən Zərərçəkmiş şəxs məxsus şalvar, 1 (bir) cüt corab və 1 (bir) ayaqqabı üzərində şübhəli ləkələr aşkar edilmədi. Cinayət işində olan 11 sentyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X2 T291/2019 nömrəli meyitin ekspertizası barədə rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs sağ onurğayanı xətt üzrə İİİ bel fəqərəsi bərabərliyində yumşaq toxuma İİİ bel fəqərəsi cisminin qəlpəli sınığı, qarın aortası və nazik bağırsaq müsariqəsinin zədələnməsi, massiv daxili qanitirmə ilə müşayiət olunan odlu silah yaralanmasının xarakteri, yerləşdiyi nahiyəyə əsasən xəsarət yetirilərkən zərərçəkmiş şəxsin bədəninin arxa səthi ilə odlu silahın lüləsinin en kəsiyinə yönəlmiş istiqamətdə müxtəlif duruş vəziyyətində (oturaq, yarımoturaq, ayaqüstü və sair) ola bilərdi. Odlu silah yara kanalının xarakteri və istiqaməti Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərdiyi kimi Zərərçəkmiş şəxs qaçarkən güllənin ona ayağı səkiyə ilişib yıxılarkən deyil, şübhəli şəxs qismində verdiyi ifadəsində göstərilən şəraitdə, yəni zərərçəkmişin onun qarşısından qaçarkən həmin istiqamətdə avtomatik qaydada açdığı atəşlər zamanı dəyməsinə uyğun gəlir. Cinayət işində olan 08 oktyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25276 nömrəli Məhkəmə-Əmtəəşünaslıq ekspertiza rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş 24 iyun 2019-cu il tarixli baxış protokoluna əsasən “Opel Astra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 60 (altmış) manat müəyyən edilir. Cinayət işində olan 18 oktyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 2095 nömrəli Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji Ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2, həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai-təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 ilə İstintaq hərəkətlərinin aparılması mümkündür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 intelektual-mnestik imkanları normaya uyğundur. Emosinaliradi sferasında, hərəkət və davranışının tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Belə qənaətə gəlinir ki, cinayət əməlini törədən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işində olan 18 oktyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 2096 nömrəli Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji Ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs3 həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 ilə istintaq hərəkətlərinin aparılması mümkündür. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 intelektual-mnestik imkanları normaya uyğundur. Emosinaliradi sferasında, hərəkət və davranışının tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Belə qənaətə gəlinir ki, cinayət əməlini törədən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs3 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işində olan 18 oktyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 2097 nömrəli Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji Ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai-təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 ilə istintaq hərəkətlərinin aparılması mümkündür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 intelektual-mnestik imkanları normaya uyğundur. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında konfliktə meyllilik, inadkarlıq, kobudluq, eqosentrizm kimi xüsusiyyətlər aşkar olunur. Belə qənaətə gəlinir ki, cinayət əməlini törədən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işində olan 23 oktyabr 2019-cu il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 4 (dörd) ay müddətinə, yəni 24 fevral 2020-cu il tarixədək uzadılmışdır. Cinayət işində olan 25 oktyabr 2019-cu il tarixli Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 012-29018-1219 nömrəli məktubundan görünür ki, "Glock" markalı, G100381 nömrəli və “İJ-K” markalı, A 3356 O nömrəli silahların mərkəzləşdirilmiş axtarış uçotunda olması barədə həmin İdarədə məlumat yoxdur. Cinayət işində olan 29 oktyabr 2019-cu il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarlarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 4 (dörd) ay müddətinə 24 fevral 2020-cu il tarixədək uzadılmışdır. Cinayət işində olan 06 noyabr 2019-cu il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 1 (bir) ədəd "G 100381" nömrəli tapança, 37 (otuz yeddi) ədəd patron, 5 (beş) ədəd giliz, 1 (bir) ədəd güllə, 1 (bir) ədəd güllə örtüyü parçası, 1 (bir) ədəd çubuqlu pambıq tampon, qurumuş ot qalıqları, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd alt mayka və 1 (bir) ədəd tuman, "Opel Astra" avotmobilinin sağ arxa yük şüşəsi maddi sübut kimi tanınmış və 1 (bir) ədəd "G 100381" nömrəli tapança (komplekt hissələri ilə birlikdə), 37 (otuz yeddi) ədəd patron saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nə təhvil verilmiş, 5 (beş) ədəd giliz, 1 (bir) ədəd güllə, 1 (bir) ədəd güllə örtüyü parçası, 1 (bir) ədəd çubuqlu pambıq tampon, qurumuş ot qalıqları, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd alt mayka və 1 (bir) ədəd tuman, "Opel Astra" avotmobilinin sağ arxa yük şüşəsi isə saxlanılması üçün Bakı şəhər prokurorluğunun İstintaq İdarəsində maddi sübutların saxlanıldığı otağa təhvil verilmişdir. Cinayət işində olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 ilə X9 birgə nikahından 2016-cı il təvəllüdlü Dəniz və 2019-cu il təvəllüdlü Əlinəriman adlı azyaşlı uşaqları var. Cinayət işində olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 ilə Şahid4 birgə nikahından 2007-ci il təvəllüdlü Səma, 2008-ci il təvəllüdlü Aytac və 2013-cü il təvəllüdlü Məryam adlı 2 (iki) yetkinlik yaşına çatmayan və 1 (bir) azyaşlı uşağı var. Cinayət işində olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 işlədiyi yer üzrə müsbət xarakterizə olunurlar. Cinayət işində olan 04 noyabr 2019-cu il tarixli təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavələr edilməklə ona yenidən ittihamın elan olunması haqqında qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 elan olunmuş ittihama əlavələr edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işində olan 04 noyabr 2019-cu il tarixli təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavələr edilməklə ona yenidən ittihamın elan olunması haqqında qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 elan olunmuş ittihama əlavələr edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 228.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işində olan 04 noyabr 2019-cu il tarixli təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavələr edilməklə ona yenidən ittihamın elan olunması haqqında qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 elan olunmuş ittihama əlavələr edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 və 120.2.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işində olan 17 fevral 2020-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X17 məhkəmənin dəftərxanası vasitəsilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışdığını, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, X15 təqsiri zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş digər sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, X11, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş, X8 əməlini Azərbaycan Respublikası CM-nın 120.1 və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 əməlini Azərbaycan Respublikası CM-nın 32.5,120.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlini Azərbaycan Respublikası CMnın 32.5,120.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, cavan, yaşadıqları və işlədikləri yer üzrə müsbət xarakterizə olunmalarını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 evli olmalarını, Təqsirləndirilən şəxs1 himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan və 1 (bir) azyaşlı uşaqlarının olmasını, Təqsirləndirilən şəxs3 himayəsində 2 (iki) azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi X12 hər bir təqsirləndirilən şəxslə ayrı-ayrılıqda barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onların hər birinə nisbətdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş, Təqsirləndirilən şəxs1 qəsdən adam öldürmə cinayətini odlu silahdan istifadə etməklə törətdiyindən, məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri özünü müdafiə xarakteri daşıyır, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmişdir. Lakin bu hallar iş materialları ilə təsdiq edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası, məhkumlar Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, X11 təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nın 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini düzgün olaraq nəzərə alıb, əməllərinə və şəxsiyyətlərinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 1(101)-256/2020 saylı hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 1(101)-256/2020 saylı hökmü məhkumlar Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, X8 barəsində məhkum Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi2, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi2, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X4 X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar