Məhkəmə qərarları › İş №1(103)-602/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-602/2025

01.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-602/2025 01.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2024cü il tarixli, 1(101)-1862/2024 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, 1(101)-1862/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim X1 qızı, X9 və X3 ibarət tərkibdə) xx xxxxxx 1990-cı il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatında olan, ünvan 1 ünvanda kirayədə yaşamış, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının 31 yanvar 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübut və məsrəflər məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə “Mehdi” adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək müqabilində “Mehdi” adlı şəxsə məxsus külli və xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirməyi barədə razılığa gəlib külli miqdarda, üzərində “Methadone 40" markalanma göstəricisi olan 5 ədəd konvalyutda ümumilikdə 50 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, təsiredici maddəsinin ümumi miqdarı 2 qram olan narkotik vasitə metadon həblərini, xüsusilə külli miqdarda, təmiz çəkisi 2538 qram narkotik vasitə heroini, xüsusilə külli miqdarda, təmiz çəkisi 1517 qram psixotrop maddə metamfetamini, külli miqdarda təmiz çəkisi 7005 qram narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda, üzərində “Methadone 40” markalanma göstəricisi olan 30 ədəd konvalyutda ümumilikdə 300 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, təsiredici maddəsinin ümumi miqdarı 12 qram olan narkotik vasitə metadon həblərini götürüb qanunsuz olaraq əldə edib, istifadəsində olan “Toyota” markalı “Prius” modelli **-XJ-*** dövlət qeydiyyat nömrəli avtomobilin arxa baqajında saxlayaraq daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrinə qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 31 yanvar 2024-cü il tarixdə saat 17:30 radələrində ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 4 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinə gətirilmiş, həmin idarədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin iç sol cibindən külli miqdarda, üzərində “Methadone 40” markalanma göstəricisi olan 5 ədəd konvalyutda ümumilikdə 50 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, təsiredici maddəsinin ümumi miqdarı 2 qram olan qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə metadon tərkibli həblər aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 21:00-da onun iştirakı ilə ünvan 6 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin inzibati binasında qarşısında saxlanılmış “Toyota” markalı “Prius” modelli **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa yük baqajından bir ədəd sellofan bağlamadan xüsusilə külli miqdarda, təmiz çəkisi 2538 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan bağlamada xüsusilə külli miqdarda təmiz çəkisi 1517 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, külli miqdarda təmiz çəkisi 7005 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd sellofan bağlamada, külli miqdarda üzərində “Methadone 40” markalanma göstəricisi olan 30 ədəd konvalyutda ümumilikdə 300 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, təsiredici maddəsinin ümumi miqdarı 12 qram olan qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə metadon tərkibli həblər aşkar edilərək götürülmüşdür Məhkəmənin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, 1(101)- 1862/2024 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs haqqında əməldə cinayət tərkibi olmadığından, bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, diqqət yetirilsə, əməliyyat tədbiri zamanı Polislər Təqsirləndirilən şəxs bir gün ərzində - 7kq 5 qram çəkidə mariuxana, 2 kq 538 qram çəkidə heroin, 1 kq 517 qram çəkidə psixotrop maddə olan metamfetamin, 350 ədəd həb olmaqla təmiz çəkisi 14 qram metadon dərman tabletləri götürülərək istintaqa verilmişdir. Bu o deməkdir ki, təqsirləndirilən şəxsdən hər cür psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Elə bil polislərə göstəriş verilib ki, 2024-cü il tarixdə narkotiklə bağlı müəyyən limit doldurmalıdır. Bu çox gülünc və kədərləndiricidir. Təqsirləndirilən şəxs heç vaxt bu çəkidə psixotrop maddələr aşkar edə bilməz. Bu inandırıcı deyildir. Onda bu maddələr ümumiyyətlə olmamışdır. Həmin maddələr polisin saxta yolu ilə əldə olunaraq Təqsirləndirilən şəxs üzərinə qoyulmuş, bir sözlə onu yükləyiblər. Polis tərəfindən tərtib edilmiş sənəd üzrə qeyd olunan məlumatlar həqiqətə uyğun deyildir,polisin öz fantaziyalarıdır. Odur ki,yuxarıda qeyd olunanları nəzərə alaraq, cinayət işi ilə bağlı bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə müdafiə tərəfindən vəsatət verilmişdir Lakin Məhkəmə tərəfindən verilən vəsatətlərin əsaslı olmasına baxmayaraq, heç bir əsas olmadan izah verilmədən əsaslı vəsatətlərin təmin olunması istiqamətində məhkəmə heç bir hərəkət etməmişdir. Sadəcə olaraq, məhkəmə tələsiklə işin yekunlaşdırılmasında maraqlı olmuşdur, tam və obyektiv araşdırılmanın aparılmasında ümumiyyətlə maraqlı olmamışdır. Nəticədə müdafiə etdiyi şəxsi qanunsuz və əsassız olaraq azadlıqdan məhrum edilməsi ilə bağlı cəzasına məhkum edilmişdir. Məhkəmə tərəfindən qəbul olunan qərar əsassız və qanunsuzdur. Məhkəmə şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini sübuta yetirilmiş hesab edilməsi və onun həmin maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək 1 l(on bir) il müddətinə azadlıqdan məhrum etmə cazasına məhkum edilməsi barədə hökm çıxarılmasına düzgün qənaetə gəlməmişdir. Halbuki, məhkəmə onun barəsində bəraət hökmü çıxarılmalı idi. Çünki onun əməli məhkəmə tam sübuta yetirilə bilməmişdir, ümumiyyətlə araşdırılmanı tam və obyektiv aparılmamışdır. Təqsirləndirilən şəxs hüquqları onun tərəfimdən müdafiə olunmasına baxmayaraq, Məhkəmə istintaqı tam, hərtərəfli və obyektiv aparılmamışdır, hər bir konkret məsələ üzrə özündə yaranan daxili inama, sübutlara və faktlara əsaslanmadan sərbəst olaraq işi tam və obyektiv araşdırılmamışdır. Lakin, məhkəmə yuxarıda qeyd olunan xüsusatlara rəhbər tutmayaraq, məhkəmə tərəfindən cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin edilməmiş, müdafiəçi tərəfindən irəli sürülən vəsatətlərə baxmamış və yaxud tərəfimdən irəli sürülən təklifləri, təqdim olunmuş müəyyən sənədlərə hüquqi qiymət verilməmiş, bundan əlavə olaraq məhkəmə istintaqı zamanı şahidlərin ifadələrində çoxlu ziddiyyətlər olduğundan, istintaqda verilən ifadələrində qeyd olunan halların və məhkəmə istintaqı zamanı verilən ifadələr arasında çoxlu fərqlər və ziddiyyətlər yarandığından vəsatətlərin verilməsi mümkün olmuş, bu məsələ ilə bağlı bağlı vəsastətlər təqdim olunmuş, lakin bir nəticə olmamışdır. Çünki məhkəmə müdafiəçi tərəfindən verilən vəsatətləri tam və obyektiv araşdırılsaydı təqsirləndirilən şəxsin təqsirsizlik sübuta yetirilərdi. Bununla da zəruri materialların əldə edilməsində və Təqsirləndirilən şəxs şəxsin əməlində 234.4-1-ci maddəsinin tərkibi olub olmamasının tam və obyektiv araşdırılmasında şərait yaradılmamışdır. Belə ki, keçirilən məhkəmə baxışı zamanı müəyyən olunan, üzə çıxan aşağıda qeyd olunan pozuntulara hüquqi qiymət verilməmişdir. Şəxsin tutulması barədə istintaq orqanı tərəfindən telefon vasitəsi ilə xəbər vermək hüququ təmin edilməlidir. Şəxs tutulanda hansı nömrədən, kim tərəfindən zəng edilməsi və həqiqətən də, həmin vaxtda zəng edərək xəbər etmə hüququn təmin olub-olmaması araşdırılmalıdır və hüquqi qiymət verilməlidir. Axtarış və götürmə protokolunun surəti barəsində istintaq hərəkəti aparılan şəxsə və ya onun ailə üzvlərindən birinə və təmsil etdiyi şəxsə verilir. Həmin protokolun surəti şəxsə təqdim olub-olmaması araşdırılmalıdır. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 17:30-da ünvan 8 ünvanının qarşısında saxlanılaraq polis idarəsinə gətirildiyini bildirmişlər. Lakin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində kirayədə qaldığı ərazisində, yəni Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi 143 ünvanında saxlanılmışdır. Bu fakt araşdırılmayıb, mütləq şəkildə araşdırılmalıdır. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, 2024-cü ilin 31 yanvar ayında saat 19:20-də şəxsi axtarış aparılmışdır, 20:40-da isə polis tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Əgər bunu 17:30- da saxlayıblarsa, sonradan 19:20-də şəxsi axtraış aparılıbsa, sonradan isə 20:40-da maşına baxış keçirilibsə, belə olan halda saxlamaqla şəxsi axtarış aparılması ilə bağlı arasında olan müddət niyə 2 saat 10 dəqiqə təşkil edir. 2 saat 10 dəqiqə ərzində niyə Təqsirləndirilən şəxs polisin nəzarətində olub, niyə dərhal şəxsi axtarış aparılmayıb. Bununla sübut olunur ki, polis tərəfindən Təqsirləndirilən şəxs təzyiqlərə məruz qalmışdır və onu məcbur etmişlər. Daha sonra niyə məhz şəxsi axtarışdan 1 saat 20 dəqiqə sonra maşına baxış keçiriblər. Bütün bunlar şübhə altında qalan məsələlərdir. Ona görə də bu xüsusatlar araşdırılmalı və hüquqi qiymət verilməlidir. Ümumiyyətlə əgər Təqsirləndirilən şəxs üzərindən sənədlərdə qeyd olunan miqdarda narkotik vasitə aşkar olunubsa, niyə onun evində axtarış aparılmayıb. Belə olan halda Təqsirləndirilən şəxs sözlərində həqiqət vardır. Çünki o, həm istintaqda, həm də məhkəmədə bildirmişdir ki, polis əməkdaşları ona “əgər sən etiraf etməsən sənin evində axtarış aparıb qəsdən evdən narkotik vasitə aşkar edilərək həyat yoldaşınla birlikdə polisə apararıq” demişdir. Polis tərəfindən müəyyən təzyiqlər və psixoloji təsir göstərilmişdir. Bundan qorxub Təqsirləndirilən şəxs məcbur olub bütün bunları etiraf etsin. Amma bunun əyani sübutu odur ki, Nizami Rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçiləndə məhkəmədə bütün məsələlərə aydınlıq gətirərək, maşındançıxan narkotik vasitə özünə məxsus olmadığını bildirmişdir. Niyə məhkəmə tərəfindən bunlara hüquqi qiymət verilməmişdir. Bütün bunlar araşdırılmalıdır. Üzləşmə protokollarda və digər sənədlərdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs idarə etdiyi Toyota markalı avtomaşını saxlayan yerdən Nizami Polis İdarəsinə qanunsuz və əsassız olaraq idarə edib Polis idarəsinin həyətinə sürmüş və heç bir aktlaşdırma aparmadan nəqliyyat vasitəni qanunsuz olaraq polislər öz nəzarətində saxlamışlar. İş materiallarında olan sənədlərdən görünür ki, maşın idarə olunub Orxan tərəfindən və maşın polis idarəsinin həyətinə gətiriləndə avtonəqliyyat vasitəsinin qapıları Orxan tərəfindən bağlanılıb maşın açarı özü ilə götürmüşdür, digər sənədlərdə isə ümumiyyətlə başqa formada qeyd olunub. Əməliyyatçıların ifadələrində ziddiyyətlər vardır, həmçinin məhkəmə istintaqı zamanı əməliyyatçılar tərəfindən suallara düzgün cavab verilmirdi, həmçinin hər bir sual veriləndə xatırlamadığını bildirmişlər. Belə olan halda mütləq şəkildə TOYOTA markalı avtomaşının həmin tarixdə hərəkəti barədə məlumatlar əldə olunmalıdır. Kim tərəfindən avtonəqliyyat vasitə idarə olunub olmaması müəyyən olunmalı idi. Lakin bütün bunlar məhkəmə tərəfindən araşdırılmamışdır. Şəxsi axtarış və avtonəqliyyat vasitəsinə baxış keçirələndən sonra CPM-dənəzərədə tutulan qaydalara polis tərəfindən kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının CPM-nin 247-ci maddəsinin tələbləri pozulmuşdur. Halbuki, istintaq orqanı götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri göstərilməli idi. Lakin bunu etməmiş. Məhkəmə tərəfindən buna hüquqi qiymət verilməmişdir. Təqsirləndirilən şəxs polis tərəfindən saxta yolları ilə aşkar edilmiş narkotik vasitəni kimdən aldığını, bununla bağlı hər hansı bir telefon danışıqları,hər hansı bir şəxslə razılaşma olub olmaması müəyyən olmamışdır. Bu fakt araşdırılmamışdır. Cinayət işinin istintaq materiallarında əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 21 fevral 2024-cü il tarixli protokol vardır. Həmin protokolda Təqsirləndirilən şəxs tərəfindən idarə etdiyi avtomobilin hərəkəti barədə Təhlükəsiz Şəhər Xidmətinin videoqeydiyyat vasitəsi ilə fotoşəkillər çəkilmişdir.Həmin diskə baxış keçirilməlidir, həmçinin bununla bağlı sorğular göndərilməli idi. Həmin vaxt avtonəqliyyat vasitəni kim tərəfindən idarə olunduğu müəyyən edilməmişdir.Bu fakt araşdırılmalıdır. Şahid1 və Şahid2 məhkəmə iclasında dindirilən zaman şəxsi tutub gətirəndə həmin zaman telefon nömrələri istifadəsində olduğunu bildirmişlər. Əməliyyatçı Şahid1 istifadəsində olan ***-***-**-**, əməliyyatçı Şahid2 istifadəsində olan (məhkəmə vasitəsi ilə nömrəni müəyyən edilərək) və Təqsirləndirilən şəxs istifadəsində olan 077-322- 20-00 nömrələri göstərilməklə 31 yanvar 2024-cü il tarixdə saat 14:00-dan saat 18:00-dək olan müddət ərzində istifadəsində olan nömrələrinin dəqiq əhatə dairəsi (LOK) barədə (saat və dəqiqəsi) BAKCELL və AZERFON MMC-dən arayışın götürülməsini təmin edilməli idi və göstərilən nömrələrin qeyd olunan müddətdə yanında paralelliyində olmuş mobil nömrələr müəyyən edilərək iş materiallarına əlavə olunmalı idi. Lakin bunu etməmişdir. Cinayət işinin materiallarında istintaq hərəkətlərini aparıldığı saatlarında reallığı əks etdirməsi yuxarıda qeyd olunan xüsusatları nəzərə alınmaqla əsaslı şübhələr yaradır. Yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaq məqsədi ilə və araşdırılmanın düzgün, tam və obyektiv aparılıb aparılmamasına hüquqi qiymət verilməsi üçün mütləq şəkildə məhkəmə video texniki ekspertizası keçirilməlidir. Lakin yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaq məqsədi ilə məhkəmə tərəfindən müvafiq tədbirlər görülsəydi, yəni vəsatətlər təmin olunub düzgün araşdırılma aparılsaydı məhkəmə tərəfindən tam və obyektiv, əsaslı və ədalətli qərarın çıxarılmasına nail ola bilərdi. Bundan əlavə olaraq qeyd etmək istəyirəm ki, məhkəmə qərəzli olaraq işi düzgün araşdırmayıb. Məhkəmə nömrələrinin dəqiq əhatə dairəsi (LOK) barədə AZECELL, BAKCELL və AZERFON MMC-dən arayışın götürülməsinə maraqlı olmayıb. Yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaq məqsədi ilə və araşdırılmanı düzgün, tam və obyektiv aparılsaydı, həqiqət üzə çıxardı. Amma bütün bunlara baxmayaraq məhkəmə mütləq şəkildə bunu etməli olduğu halda, lakin etməmişdir. Ona görə də apellyasiya instansiya məhkəməsi tərəfindən bütün bunlar aradan qaldırılmalıdır. Beləliklə məhkəmə tərəfindən həmin maddə üzrə onun təqsiri sübut edən sübutlar toplamamış, amma məhkəmə bütün bu ziddiyətləri aradan qaldırılmadan, cinayət işinin əsassız digər rəsmi dəlilləri, istintaq tərəfindən saxtalaşdıraraq təqdim olunmuş sənədləri nəzərə alaraq, məhkəmə istintaq hərəkətləri düzgün aparılmadan, tələsiklə qərar çıxarılmasına nail olmuşdur, yəni məhkəmə bütün bunlara məhəl qoymaraq, araşdırılmanın obyektiv aparılmasından yan keçmiş, tələsiklə işin yekunlaşdırması dərdindən işin yekunlaşmasına maraqlı idi. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs və onun müdafiəçisi Müdafiəçi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və məhkum edilmiş şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Dövlət ittihamçısı2 apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və müdafiə tərəfinin çıxışlarını dinləyib belə hesab edir ki, aşağıdakı əsaslara görə məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətində apellyasiya instansiya məhkəməsində məhkum edilmiş şəxsin müdafiəçisinin göstərdiyi halların iş materialları ilə öz təsdiqini tapmadığını bildirir və müdafiə xarakterli mövqe kimi qiymətləndirir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur, narkotik vasitə istifadəçisidir, 31 yanvar 2024-cü il tarixində işə getmək üçün icarəyə götürdüyü avtomobilə yaxınlaşan zaman polis əməkdaşları tərəfindən saxlanılmış, mobil telefonu və avtomobilinin açarları əlindən alınmış, avtomobilinə baxış keçirilmişdir. Avtomobildən heç nə aşkar edilməmişdir. Lakin polis əməkdaşları onu arxa oturacaqda əyləşdirmiş, əməliyyat qrupunun rəhbəri yanına əyləşərək avtomobildən narkotik vasitənin aşkar ediləcəyini, həmin narkotik vasitənin ona aid olduğunu etiraf etməyəcəyi təqdirdə qeyd olunan narkotik vasitəni yaşadığı evə qoyacaqlarını, ailə üzvlərini Polis Bölməsinə gətirəcəklərini bldirmişlər. Eldar adlı polis əməkdaşı ona İranlı şəxslərlə bağlı əməliyyat tədbirləri həyata keçirdiklərini, birazdan narkotik vasitə gətirəcəklərini, həmin narkotik vasitəni avtomobilinə qoymalı olduğunu bildirmişdir. Polis əməkdaşı Eldar ona İranlı şəxsə səs atıb dərmanları olduğu yerə qoyduğunu, qalan dərmanları da hara desə ora yerləşdirəciyini bildirməsini tələb etmişdir. O da deyilən kimi etmişdir. Ona “narkotik vasitələr gətirildikdən sonra sənin avtomobilinə yerləşdirəcəyik, əgər artıq əskik hərəkət etsən polis əməkdaşları sənin evinə girəcəklər” ifadəsi səsləndirilmişdir. Təxminən 1 saat sonra hadisə yerinə bir avtomobil yaxınlaşmış, həmin avtomobildən öz avtomobilinə nəsə ağır yükün atıldığını hiss etmişdir. Bundan sonra o, Polis İdarəsinə aparılmış, polis əməkdaşları vəkilin iştirakı ilə üzərinə baxış keçirmiş, baxış zamanı cibinə qoyulan narkotik vasitəni təqdim etməsi bildirilmişdir. Vəkilə onunla danışmaq istədiyini bildirsə də həmin vəkillə danışmağa imkan verilməmişdir. Təxminən 1 saat sonra avtomobilinə də baxış keçirilmişdir. Avtomobilin yük hissəsinə qoyulan narkotik vasitəni çəkilişlə təqdim edilməsi tələb edilmişdir. Polis əməkdaşları ona məhkəmə qərarı ilə qanuni şəkildə sərbəst buraxılacağını bildirmişlər. Buna etiraz edərək məhkəmədə narkotik vasitələrin ona məxsus olmadığı barədə hakimə məlumat verəcəyini qeyd etmişdir. Polis İdarəsində İranlı şəxsin tutulması istiqamətində əməliyyat tədbiri həyata keçirdiklərini, məhkəmədə ancaq dərmanların özünə məxsus olduğunu bildirməsi deyilmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən dərmanların ona aid olduğunu bildirsə də, qalan narkotik vasitənin ona məxsus olmaması barədə məlumat vermişdir. ***- **-** mobil telefon nömrəsindən istifadə edir. Cinayət işi materiallarında olan yazışmalar onun narkotik vasitə istifadəçisi olması ilə əlaqədardır. 400 ədəd dərmanı öz istifadəsi üçün əldə etmişdir. Belə ki, gün ərzində 3-4 metodon həbi qəbul edir. Həmin dərmanların qiymət 10 manat olsa da, istifadəçisi olduğu üçün ona 5 manata satılmışdır. Verilmiş suallara cavab verərkən Təqsirləndirilən şəxs 400 ədəd dərmanı avtomobildə saxlamasının səbəbini gündə 10 ədəd psixotrop maddə istifadə etməsi ilə əlaqələndirmişdir. İbtidai istintaq dövründə ittiham aktında qeyd olunanların yalan olduğunu və polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən narkotik vasitə qurudulmuş marixuananı siqaretə doldurulması, 2020-ci il tarixdən isə narkotik vasitə heroini falqada yandırılması üsulu ilə qəbul etməyə başlamışdır. 2020-ci ilin axırlarından metadon həblərini su ilə udaraq qəbul etməyə başlamışdır. 2021-ci ilin yanvar ayının axırları Masallı rayonu, Ərkivan qəsəbəsində üzərində narkotik vasitə heroini saxladığı üçün Masallı rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən tutulmuş və Masallı Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Həmin ərəfədə o, yenə narkotik vasitə qəbul edirmiş. 2021-ci il tarixdə atası Elxan Məmmədov onu ev şəraitində müalicə etdirmişdir. Onun ağrıları olduğu üçün yenə narkotik vasitə qəbul etməyə başlamışdır. 2022-ci il tarixdə atası Elxan Məmmədov onu yenə narkotik vasitə qəbul etdiyini bilmiş və onu evdən qovmuşdur. O, Ərkivan qəsəbəsində yaşayan nənəsi Ələviyə Məmmədovanın yaşadığı evdə qalmışdır. 2023-cü ilin iyul ayında “İnstagram” sosiaı şəbəkəsində “Mehdi” adlı şəxslə tanış olmuş və onunla mesajla yazışmışdır. Mehdi ilə yazışan zaman ona məlum olmuşdur ki, X14 Respublikasının vətəndaşıdır, Tehran şəhərində yaşayır. Mehdi ona təklif etmişdir ki, onda ucuz qiymətə satılıq narkotik vasitə heroin, psixotrop maddə və metadon vardır. Bundan sonra o, Mehdi adlı şəxsə istifadəsi üçün metadon lazım olduğunu demişdir. Bundan sonra Mehdi ona İran İslam Respublikasının mobil telefon nömrəsini vermiş və o, Mehdi ilə “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlamağa başlamışdır. Mehdi ona ayrı-ayrı kart hesabları göndərmiş və o, həmin kart hesablarına 300-500 manat göndərmişdir. Mehdi ona “WhatsApp” proqramı vasitəsi ilə koordinatları göndərib həmin yerdən narkotik vasitəni götürməyini demişdir. 2023-cü ilin oktyabr ayından o, tək Bakı şəhərinə köçüb gəlmiş və fəhlə işləməyə başlamışdır. Həmin vaxt o, Bakı şəhəri, Nərimanov rayonu, “Keşlə” bazarına yaxın yerdə bacısı Şəbnəmin evində müvəqqəti olaraq yaşamışdır. 2023 cü ilin noyabr ayında Mehdi ona pulsuz metadon verməyi,əvəzində narkotik vasitə, psixotrop maddə və metadonlar onun dediyi koordinatlara aparıb qoymağı təklif etmişdir. O, Mehdinin şərtini qəbul etmişdir. Bundan sonra Mehdi ona pulsuz listlərdə metadonu koordinatlara qoydurmuş, o da gedib metadonları götürüb qəbul etmiş və narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və listlərdəki metadonu Mehdinin dediyi koordinatlara aparıb qoymuşdur. 2023-cü ilin noyabr ayından Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 nömrəli evi 430 manata kirayə tutub yaşamağa başlamışdır. Həmin evin kirayə pulunun 200 manatını Mehdi göndərmiş, o da 230 manat düzəldib kirayə pulunu vermişdir. 20-21 yanvar 2024-cü ildə o, “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlayıb Mehdidən özünün istifadəsi üçün metadon istəmişdir. Həmin günü Mehdi ona “WhatsApp” proqramı vasitəsi ilə koordinat göndərmiş və 40 list “Metadon-40" metadon həbləri göndərdiyini demişdir. Mehdi ona “həmin metadonu götür həm özün istifadə et, həm onun dediyi koordinatlara aparıb qoyarsan” demişdir. O, Mehdiyə razılıq vermişdir. O, koordinata baxmış və görmüşdür ki, həmin koordinat Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Beynəlxalq Avtovağzal”ın yaxınlığıdır. O, qeyd olunan yerə saat 20-21 radələrində tək gedib sellofanda olan 40 list metadonu götürmüş və metadon barədə heç kimə bir söz deməmişdir. Həmin listdə olan metadondan gün ərzində 3-4 ədədini su ilə udaraq qəbul etməyə başlamışdır. Bundan sonra Mehdi ona göndərdiyi 40 listin 30 listini Yeni Günəşli qəsəbəsində bir yerə qoyub koordinatını ona göndərməyini, hələlik 10 listini özünün istifadə etməyini, ona yenə göndərəcəyini demişdir. 23 yanvar 2024-cü il tarixdə saat 22-23 radələrində o, 30 list metadonu kirayə yaşadığı evin yaxınlığında saxladığı avtomobilin təkərinin yanına qoyub şəkilini çəkmiş və koordinatı ilə birlikdə Mehdiyə “WhatsApp” proqramı vasitəsi ilə göndərmişdir. Səhəri günü o, avtomobilin təkərinin yanına qoyduğu 30 list metadonun yerində olmadığını görmüşdür. O, Mehdidən bu barədə soruşmuş və Mehdi demişdir ki, metadonu başqa şəxs götürüb dediyi koordinata qoyubdur. O, Mehdinin göndərdiyi metadon listdən 30 listini Mehdi üçün qoymuş, qalan 10 listi gün ərzində istifadə etməyə başlamışdır. O, qalan matadon listlərini əynində olan qara rəngli gödəkçənin iç sol cibinə qoymuşdur. 2024-cü ilin yanvar ayının ortalarında qərara gəlmişdir ki, “Toyota markalı Prius modelli” avtomobili günlük 30 manat olmaq şərti ilə götürsün və taksi fəaliyyəti ilə məşğul olsun. 25 yanvar 2024-cü il tarixdə o, “Toyota markalı Prius modelli” AZ **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi ilə danışmış və günlük 30 manata razılaşmışdır. Həmin avtomobilin sahibi ona “online” qaydada avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Bundan sonra o, taksi şirkətləri olan “Uber” və "Uklon” şirkətlərindən qeydiyyatdan keçib taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 29 yanvar 2024-cü il tarixdə Mehdi ona “WhatsApp” proqramı vasitəsi ilə zəng vurub koordinat göndərəcəyini, orada olan heroin, metamfetamin, metadon və qurudulmuş marixuananı götürüb onun dediyi koordinata aparıb qoymağını demişdir. O, Mehdiyə razılıq vermiş və Mehdi ona “WhatsApp” proqramı vasitəsi ilə koordinat göndərmişdir. O, koordinata baxıb həmin koordinatın Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində meşəlik ərazi olduğunu görmüşdür. O, qeyd olunan koordinata həmin günü saat 21-22 radələrində idarə etdiyi “Toyota Prius” modelli Az **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmiş və meşəlik ərazidə ağacların dibinə 04 ədəd qara rəngli üzəri yapışqanlı lentlə bağlanmış sellofon bağlamanı görüb götürmüş və həmin qara rəngli sellofan bağlamaları kənarda saxladığı “Toyota Prius” modelli avtomobilin yanına gətirmişdir. Həmin bağlamaların biri digərlərindən böyük olmuş, digər üç bağlama isə nisbətən kiçik olmuşdur. O, nisbətən kiçik olan 3 ədəd bağlamanı avtomobilin arxa baqaj hissəsində ehtiyat təkəri və açarların qoyulduğu yerə qoymuş və üzərində olan örtüklə üstünü bağlamış, nisbətən böyük bağlamanı isə arxa baqaja qoymuşdur. O, Mehdinin həmin bağlamalarda heroin, metamfetamin, metadon və marixuana göndərdiyini bilmişdir. O, Mehdinin göndərdiyi “mallar" barədə heç kimə bir söz deməmişdir. 31 yanvar 2024-cü il tarixdə saat 15-16 radələrində Mehdi ona “WhatsApp” proqramı vasitəsilə zəng vurub demişdir ki, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında bir yer seç, “malları” ora qoy və şəkilini və koordinatları göndər. O, Mehdiyə razılıq vermiş və idarə etdiyi avtomobillə metronun “Qara Qarayev” stansiyasının yaxınlığına gəlib “malları” qoymağa yer axtarmağa başlamışdır. Həmin günü saat 17:30 radələrində o, idarə etdiyi avtomobili metronun “Qara Qarayev” stansiyasının yaxınlığında Nizami rayonu, Şirin Mirzəyev küçəsində saxlamış və avtomobildə sol qabaq oturacaqda əyləşib şüşəni aşağı endirib siqaret çəkə-çəkə ətrafa baxmışdır. Həmin vaxtı onun əynində olan qara rəngli gödəkçənin sol iç cibində 5 list ümumilikdə 50 ədəd metadon olmuş, həmin vaxta kimi Mehdinin ona verdiyi 10 listin 5 listini istifadə etmişdir. Bu zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşmış və özlərini Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin Narkotiklə Mübraizə Bölməsinin polis işçiləri kimi təqdim etmiş və ondan anket məlumatlarını soruşmuşlar. O da polis işçilərinə Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis işçiləri narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində şübhəli bilindiyi üçün onu Nizami rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. O, razılıq vermiş, avtomobildən yerə düşmüş, polis işçilərindən biri “Toyota Prius” modelli avtomobilin sükanın arxasına keçmiş, onu avtomobilin arxa oturacağında əyləşdirmiş, onun yanında arxa oturacaqda başqa polis işçisi əyləşmiş və onlar Nizami Rayon Polis İdarəsinin inzibati binasının həyətinə getmişlər. “Toyota Prius” modelli avtomobil Polis İdarəsinin inzibati binasının həyətində qalmış və polislər onu Polis İdarəsinə aparmışlar. Polis İdarəsinin xidməti otaqlarının birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, ona vəkil siyahısı təqdim edilmişdir. O, polis əməkdaşlarına hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkilin dəvət edilməsini demişdir. Bundan sonra Polis İdarəsinə vəkil gəlmiş və ona vəkil tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları tərəfindən ona videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah edilmişdir. O, üzərində şəxsi axtarış aparılan zaman vəkilin iştirakı ilə aparılmasını bildirmişdir. Vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarışın aparılmasına başlanmış, videoçəkiliş zamanı polis əməkdaşları özlərini təqdim etdikdən sonra o da özünü təqdim etmişdir. Videoçəkiliş zamanı ona hüquq və vəzifələri yenidən izah olunmuşdur. Polis əməkdaşları şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 05 list ümumilikdə 50 ədəd listin üzərində “Metadon-40” sözləri yazılmış matadon həblərini çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub, 05 listdə olan həblərin metadon olduğunu, 10 gün bundan qabaq X7 vətəndaşı Mehdi adlı şəxsin “WhatsApp” proqramı vasitəsi ilə koordinat göndərdiyini və onun da gedib götürüb istifadə etdiyini bildirmişdir. Sorğu zamanı o bildirmişdir ki, idarə etdiyi avtomobilin arxa baqaj hissəsində Mehdiyə aid narkotik vasitə, psixotrop maddə və metadon həbləri vardır. Bundan sonra 05 list ümumilikdə 50 ədəd metadon həbləri polis əməkdaşları tərəfindən onun və vəkilin yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş, zərf möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol o və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun razılığı əsasında vəkil və iştirakçılarla birlikdə Nizami rayon Polis İdarəsinin inzibati binasının həyətində idarə etdiyi “Toyota Prius” modelli avtomobilin yanına getmişlər. Polis əməkdaşları tərəfindən ona videoçəkilişlə avtomobilə baxış keçiriləcəyi izah olunmuşdur. O, avtomobilə baxışın vəkilin iştirakı ilə aparılmasını bildirmiş, daha sonra vəkilin iştirakı ilə videoçəkilişlə avtomobilə baxış keçirilməsinə başlanmışdır.Videoçəkiliş zamanı polis əməkdaşları özlərini təqdim etdikdən sonra o da özünü təqdim etmişdir. Videoçəkiliş zamanı ona hüquq və vəzifələri yenidən izah olunmuşdur. Polis əməkdaşları avtomobilə baxış keçirilməzdən əvvəl avtomobildə qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O, avtomobilin arxa baqaj hissəsini açıb bir ədəd böyük qara rəngli üzəri yapışqanlı lentlə bağlanmış sellofan bağlamanı, sonra orada olan örtüyü götürüb ehtiyat təkəri və açarlar olan yerdən isə üç ədəd nisbətən kiçik qara rəngli, üzəri yapışqanlı lentlə bağlanmış sellofan bağlamaları təqdim etmişdir. Bundan sonra onun, vəkilin iştirakı ilə nisbətən böyük bağlama açılmış və bağlamanın içindən yaşıl rəngli bitki tərkibli kütlə aşkar olunmuş, digər üç ədəd bağlamanın içindən, birinci bağlamada qəhvəyi rəngli narkotik vasitə heroin, ikinci bağlamadan ağ rəngli psixotrop maddə metamfetamin və üçüncü bağlamadan isə 30 list ümumilikdə 300 ədəd üzərində “Metadon-40" sözləri yazılmış metadon həbləri aşkar olunmuşdur. Bundan sonra içərisində qəhvəyi rəngli narkotik vasitə heroin, içərisində ağ rəngli psixotrop maddə metamfetamin və içərisində 30 list ümumilikdə 300 ədəd üzərində ”Metadon-40’' sözləri yazılmış metadon həbləri polis əməkdaşları tərəfindən onun və vəkilin yanında qablaşdırılmış, möhürlənmiş, üzərləri və tərtib olunmuş protokol o, vəkil və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, Mehdi adlı şəxsin anket məlumatlarını bilmir, Mehdi adlı şəxsin narkotik vasitə və psixotrop maddəni haradan və necə alıb göndərdiyi barədə heç bir məlumatı yoxdur. X14 Respublikasında olduğunu demişdir.Onun Bakı şəhərində adamları olmuş, o adamları vasitəsi ilə narkotik vasitə və psixotrop maddələri ünvalara qoydurmuş, o da həmin ünvanda “mal” götürüb Mehdinin dediyi yerə çatdırmışdır. 077-322- 20-00 saylı nömrə “İPhone 7” markalı mobil telefonunun üzərindədir, həmin mobil telefonu üzərində şəxsi axtarış keçirilən zaman təqdim etmişdir. Həmin mobil telefonda üç ədəd “WhatsApp” proqramı var. Həmin nömrələr ***-***-**-** saylı nömrə, +**********97 nömrə və +1(204) ***- **** nömrəsi ilə qeydiyyatdan keçmişdir. O, Mehdinin istifadəsində olan +**********71 saylı nömrə ilə əlaqə saxlamışdır. O, Mehdi ilə 2022-ci ilin axırları sosial şəbəkədə “İnstagram'’ səhifəsində tanış olmuşdur. Bundan sonra o, gözü ilə əlaqədar İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə getmiş və Mehdi ilə görüşmüşdür. Mehdi onu Tehran şəhərində olan xəstəxanaların birinə aparıb göstərmişdir. O, Masallı rayonuna qayıdıb gəlmiş və Mehdi ilə “WhatsApp” proqramı vasitəsilə yazışmış və onunla əlaqə saxlamışdır. 2023-cü ilin oktyabr ayından Mehdi ona təklif etmişdir ki, ucuz qiymətə satılıq narkotik vasitə və psixotrop maddə var, həmin narkotik vasitənin satılmasında köməklik etsin, ona pulsuz metadon verəcək. O da razılıq vermiş, Mehdi ona pulsuz metadon göndərmiş, o da Mehdinin mallarını özü seçdiyi yerə qoyub, şəkilini çəkib və koordinatını göndərmişdir. O, Mehdinin vasitəsilə Röyal və Emin adlı şəxsi tanımışdır. Mehdi “malı” İran İslam Respublikasından Yardımlı rayonuna göndərmişdir, kimin vasitəsilə göndərdiyini bilmir. Röyal “malı” Bakı şəhərinə gətirmişdir, Röyal Bakı şəhəri, Nizami rayonu, metronun “Qara Qarayev" stansiyasının yaxınlığında yaşayır. Emin də “malları” Bakı şəhərində müxtəlif yerlərə qoyur. Emin Bakı şəhəri, Yasamal rayonu, ATS inzibati binasının yaxınlığında yaşayır. Röyal və Eminin mobil telefon nömrəsini bilmir. 11-12 yanvar 2024-cü il tarixdə o, Mehdidən istifadə etmək üçün narkotik vasitə heroin istəmişdir. Bundan sonra Emin adlı şəxs ona yaşadığı Yeni Günəşli qəsəbəsində olan evin yaxınlığına ağ rəngli “VAZ 2107” markal avtomobillə gəlmiş və ona 30 qram narkotik vasitə heroin vermişdir. O, gün ərzində 2 qram istifadə etmişdir. Emin gəldiyi avtomobili orta yaşlı kişi idarə etmişdir. Həmin avomobilin dövlət qeydiyyat nömrəsinə fikir verməmişdir. Mehdi əsas “malı” Eminin qohumuna göndərmişdir. Eminin qohumu anbardardır. O, Eminin qohumunu görməmiş, ona bu barədə Mehdi demişdir. O, Mehdiyə etdiyi xidmətə görə hissə-hissə 200-250 manat olmaqla ümumilikdə 4100 manat “M10” vasitəsi ilə hesabına göndərmiş, həmin puldan 1500 manatını kirayə qaldığı evə görə vermişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4- 1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək əlavə ifadəsində göstərmişdir ki, o, 31 yanvar 2024-cü il tarixdə saat 14-15 radələrində ünvan 1-də kirayə yaşadığı evdən çıxıb həyətdə saxladığı Toyota markalı Prius modelli avtomobilə yaxınlaşmış, bu zaman üç avtomobildən düşən on nəfər ona yaxınlaşmış, həmin şəxslərdən biri Nizami Rayon Polis İdarəsinin polis işçisi olduğunu bildiyi Eldar adlı şəxs onun əlindən mobil telefonunu və avtomobilin açarını almış, onu arxa oturacağa əyləşdirmiş, ona demişdir ki, onun avtomobilinə narkotik vasitə qoyacaqlar, sən narahat olma həmin "mallar” İran İslam Respublikasının vətəndaşı "Mehdi” adlı şəxsdir, tədbir keçiriləcək, sənə heç bir problem yaranmayacaq. O, həmin şəxslərin təklifi ilə razılaşmamış, həmin şəxslər ona demişlər ki, razı olmasan, ailəni bu söhbətə qatıb, evindən narkotik vasitə çıxarıb ailənlə birlikdə hamınızı tutacaqlar. O, həmin şəxsin sözlərindən qorxmuş və məcburən razılaşmış, Eldar Toyota markalı Prius modelli avtomobillə Yeni Günəşli qəsəbəsindən üzü metronun “Qara Qarayev” stansiyası istiqamətində hərəkət edirmiş, metronun “Qara Qarayev" stansiyasının yaxınlığında “Toyota” markalı “Prius” modelli avtomobilin arxa baqajına nəsə qoymuşlar, onu Nizami Rayon Polis İdarəsinə gətirmişlər və demişlər ki, sən "Qarayev" ərazisində dayanarkən avtomobilinlə birlikdə səni şübhəli bilib sənə yaxınlaşmış, bu cür izahat verərsən. O. da razılaşmış və onun üzərində şəxs axtarış keçirilən zaman öncədən Eldar ona 5 konvalyut vermiş və demişdir ki, videoçəkiliş zamanı özün təqdim edərsən, O, da təhqiqatçının yanında 5 konvalyutu təqdim etmiş, sorğu zamanı Eldarın dediyi kimi “Toyota” markalı avtomobilin arxa baqajında narkotik vasitə olduğunu demişdir. Videoçəkilişlə avtomobilə baxış zamanı arxa baqajdan bir ədəd böyük həcimli bağlama, ehtiyat təkərin yerindən isə üç ədəd bağlama aşkar olunmuş, böyük həcimli bağlamadan qurudulmuş marixuna, birinci bağlamadan heroin, ikinci bağlamada metamfetamin, üçüncü bağlamadan metadon həbləri olduğunu demişlər. Həmin vaxtı onun üzərində və avtomobilində heç bir şey olmamışdır (cild 1, iş vərəqə 75-79, 98-99, 263). Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Şirin Mirzəyev küçəsində idarə etdiyi avtomobilin yanında saxlanılmış və Polis İdarəsinə dəvət edilmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan dərman preparatları aşkar olunmuş, idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilin yük hissəsindən narkotik vasitələr olan bükümlər aşkar edilmiş, təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşından əldə etdiyini bildirmişdir. Avtomobili ilə Polis İdarəsinə gətirildikdən sonra açarlar təqsirləndirilən şəxsin özünə təhvil verilmişdir. Avtomobilə baxış keçirilərkən təqsirləndirilən şəxs və onun müdafiəçisi də iştirak etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında Şirin Mirzəyev küçəsində saxlanılaraq Polis İdarəsinə dəvət edilmiş və üzərindən narkotik tərkibli dərman aşkar edilmişdir. Təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilindən narkotik vasitələr olan, “marixuana”, “metamfetamin”, “kokos” aşkar edilmişdir. Avtomobili ilə Polis İdarəsinə gətirildikdən sonra avtomobilin açarları təqsirləndirilən şəxsə təhvil verilmiş, təqsirləndirilən şəxsin avtomobilinə baxış saxlanılarkən deyil, üzərinə şəxsi axtarış keçirildikdən sonra həyata keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra başqa şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər həyata keçirilməmiş, ona qarşı psixoloji və fiziki təzyiq olunmamış, narkotik vasitə onlar tərəfindən Təqsirləndirilən şəxs avtomobilinə qoyulmamışdır.. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 30 yanvar 2024-cü il tarixdə nəvəsinin doğum günü ilə əlaqədar olaraq Bakıya gəlmişdir. Oğlu Orxan onun telefon zənglərinə cavab vermədiyinə görə gəlini ilə əlaqə saxlamış sonuncu Orxanın harada olduğundan xəbəri olmamasını bildirmişdir. 1 fevral tarixində gəlininə “102” xidmətinə Orxan barədə məlumat verməsini tapşırmış, həmin gün Nizami rayon Polis İdarəsindən polis əməkdaşı zəng edərək Orxanın yüngülvari xəta etdiyini söyləmişdir. 4-5 gün sonra şəhərə gələrək müstəntiqlə görüşmüş, müstəntiq ona Orxanın yüngülvari narkotik vasitə istifadə etdiyi barədə məlumat vermişdir. Orxan maddi sıxıntılarla əlaqədar taksi fəaliyyəti ilə məşğul olmuşdur. Orxanın tutulması barədə ailə üzvlərinə iki gün məlumat verilməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs xatırlamadığı tarixdə avtomobil icarəyə vermişdir. İcarə üçün Orxanla müqavilə bağlamasa da bu barədə mesajları və qeydiyyat dəftəri də olmuşdur. Avtomobili Orxana günlük 30 manata icarəyə vermişdir. X6 özü təhvil almışdır. Avtomobili 3-4 gün yoxa çıxmış, Orxan onun zənglərinə cavab verməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Şahid5 “WhatsApp” proqramı vasitəsilə ona avtomobilin icarəyə verilməsilə əlaqədar sənədləri göndərmişdir. Başqa heç nədən məlumatı yoxdur. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində elan olunaraq tədqiq edilmiş: 31 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncu əynində olan qara rəngli gödəkcənin iç sol cibindən üzərində “Methadone 40” yazısı olan 5 ədəd konvalyutda ümumilikdə 50 ədəd dərman həblərini, göy rəngli şalvarının sağ yan cibindən avtomobil açarı, 1 ədəd “İphone” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan dərman həblərinin metadon olduğunu, həmin dərman həblərini təxminən 10 gün qabaq İran vətəndaşı Mehdi adlı şəxsdən “zakladka” yolu ilə əldə edərək üzərində saxladığını, idarəyə gətirilmiş avtomobilində də narkotik maddələr saxladığını bildirmişdir (cild 1, iş vərəqə 31-32). 31 yanvar 2024-cü il tarixli “nəqliyyat vasitəsinə baxış və götürmə aparılması barədə” protokoldan və və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota markalı Prius modelli”, “AZ **-XJ-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən 01 ədəd yapışqan lentlə sarılmış, iri həcmli qara polietilen bağlama,avtomobilin yük yerinin saxlanc hissəsindən 03 ədəd yapışqan lentlə sarılmış qara polietilen bükümlər aşkar edilmiş, həmin yapışqan lentlə sarılmış, birinci iri həcmli qara polietilen bağlamanın içərisində baxış keçirildikdə spesifik qoxuya malik yaşıl ot kütləsi, digər 03 ədəd yapışqan lentlə sarılmış qara polietilen bükümlərin birincisinə baxış keçirildikdə, toz şəklində qəhvəyi rəngli maddə, bükümlərin ikincisinə baxış keçirildikdə ağ rəngli, kristal halında maddə, bükümlərin üçüncüsünə baxış keçirildikdə 30 ədəd konvalutda, hər birində 10 ədəd olmaqla, arxasında “metadon-40” sözləri yazılmış, ümumilikdə 300 ədəd dərman həbləri aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs iri həcmli ot kütləsinin narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğunu, qara bağlamadakı maddələrin birinin narkotik vasitə heroin olduğunu, digərinin metamfetamin olduğunu, üçüncü bağlamada isə dərman həblərinin “Metadon” olduğunu və onları 2 gün qabaq İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxsdən “zakladka” yolu ilə əldə edərək avtomobilində saxladığını bildirmişdir (cild 1, iş vərəqə 34-35). 01 fevral 2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “...Təqsirləndirilən şəxs ...” yazıları və imzalar olan ağ rəngli sintetik torbadakı 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi-7005 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra marixuananın qalıq çəkisi 7004,8 qram təşkil etmişdir (cild 1, iş vərəqə 41-44). 01 fevral 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №162”-li dairəvi möhür əksi, "(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki üzərində “Methadone 40” markalanma göstəricisi olan 5 ədəd konvalyutda ümumilikdə 50 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 50 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edir (üzərində qeyd olunmuş göstəiciyə əsasən bir həbdə 0.04 qram metadon olmaqla). Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 162”-li dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan yaşlı rəngli polietilen bağlamadaki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2538 qram (2 kq 538 qram) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1517 qram (1 kq 517 qram) ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “Methadone 40” markalanma göstəricisi olan 30 ədəd konvalyutda ümumilikdə 300 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəci formalı həblər metadon tərkibli həblərdir və 300 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 12 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0.04 qram metadon olmaqla). Təqsirləndirilən şəxs üzərindən və nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş ümumilikdə 350 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 14 qramdır və həmin həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. Ekspertiza tədqiqatından sonra üzərindən götürülmüş metadon həblərinin qalıq miqdarı 45 ədəd, nəqliyyat vasitəsindən götürülmüş heroinin qalıq çəkisi 2537,8 qram, metamfetaminin qalıq çəkisi 1516,8 qram, metadon həblərinin qalıq miqdarı 295 ədəd təşkil etmişdir (cild 1, iş vərəqə 45-50). 23 may 2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 ilkin ifadələrindəki xüsusatları üzləşdirmə zamanı bir-birlərinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqi 230-233). 23 may 2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 ilkin ifadələrindəki xüsusatları üzləşdirmə zamanı bir-birlərinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqi 234-237). 17 fevral 2024-cü il tarixli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyət müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 201-203). 29 fevral 2024-cü il tarixli məhkəmə-kompüter texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “ios 15.8” əməliyyat sistemi ilə təhciz olunmuş “iPhone 7" markalı “A1660” modelli “**********55472” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “iPhone 7” markalı “A1660” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, foto, audio, video, fayllar, “WhatsApp”. “WhatsApp Business” proqram təminatları vasitəsi ilə aparılmış məlumat mübadilələri və sair fayllar) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olunmuş və müvafiq məlumatları özündə əks etdirən DVD-R disk cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 220-223). 16 may 2024-cü il tarixli məhkəmə komputer-texniki ekspertizasının 29 fevral 2024cü il tarixli rəyinə əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş “İPhone 7” markalı mobil telefonunda olan WhatsApp proqramı vasitəsi ilə 27 yanvar 2024-cü ildə saat 22:22-də göndərilmiş “Elli, alınmırsa mən “draznit" olmuyumda qaqa, görüşməyəcəksənsə mənə bir kəlmə de, bilim”, 30 yanvar 2024-cü ildə saat 23:12-də göndərilmiş “ Qaqa gör nə deyirəm, başına dönüm, 50 paçka dərman. 80 dənə tiryekdir, sənin məndə əmanətin mənim qardaşım, 50 verdin mənə, 1850 manat bir pulun qalıb səndə, 1000 dənə dərman vermişəm qardaş, 1500 o, 1850+1500 3350, Mehdi başına dönüm 3350 manatı vurdur mənə əmanətini də hara deyirsən aparım verim, qardaş. Belə iş olmur, mən aparıb ver bir ucdan ver, nəbilim qaqa, mənim atdığımın pulunu mən hələ əlimə almamışam, başa düşün qardaşım allah sənin işini avand eləsin qaqa, mən səndən artıq pul istəmirəm, gördüyüm işin pulunu vurdur mənə, əmanətinidə aparım verim, 5 gündü sənin adamın deyir əmanət qoyuram, əmanət qoyuram, adamla nə bilim e, yaraşmayan oyun oynayır, başa düşün brat, yaraşmır bizə, indi uşaqları aparıb qoyuram anasıgildə, səninlə əlaqəyə çıxacam”, 30 yanvar 2024-cü ildə saat 23:20-də göndərilmiş “ Belə şey olunmurda Mehdi, belə şey olunmur qaqa, belə yoldaşçılıq olmur, sən öl, özüm ölüm, mənim bugünkü günə evdə yeməyə çörəyim yoxdur, sənə evin pulunu dedim qaqa, atın dalıyca mənlə elə danışdın ki, pul dedim, özüm utandım sənə dediyim pul görə, hansı ki qaqa, mən sənə demirəm mənə əlavə pul ver, dedim mənim öz pulumdan ver mənə, allaha and olsun düzə çörək yoxdur, allah haqqı düzə çörək yoxdur, aparım uşaqları qoyum qaqa, zəng edərəm sənə, səbrli ol”, 30 yanvar 2024-cü ildə saat 23:59-də göndərilmiş “ qaqa, 40 dənə tiryek qoydum, birdə 400 dənə mete, çıxım bir yaxşı yer tapım qoyum, sənə xəbər edirəm, birdə gör nə deyirəm, heç olmasa bu günləri 100- 150 manat vurdıır, sən öl evdə heç zad yoxdur, səhər indi nə vurdurarıq onu danışarıq, bu gün heç olmasa 100-150 manat vurdur”, 31 yanvar 2024-cü ildə saat 00:26-da göndərilmiş “ qaqa, qabaq sol təkərin üstündə, əlini salsın krelin altına, qabaq sol təkərin üstünə qoymuşam, götürsün” məzmunda audio fayllar və sair narkotik vasitə, o cümlədən psixotrop maddənin satış ilə bağlı mesaj və videogörüntülər müəyyən edilmişdir(cild 1, iş vərəqə 224-227). 6 aprel 2024-cü il tarixli “Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” protokoldan və SMS mətnlərinə dair məlumatları özündə əks etdirən "xxxx" MMC-dən 27 mart 2024-cü il tarixli müşayiət məktubu əsasında göndərilmiş 01 ədəd diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********00 nömrəsi vasitəsilə aparılan danışıqlardan görünür ki, +**********00 nömrə istifadəçisinə “Teti senol.ozum olum problem yaranib evde ya karti at cıtim yada gozde biraz sakitliy olsun goturub verrem qismete verer sene patida verrem cekersiz”, +**********76 nömrə istifadəçisinə “ Qaqa sen 200kart atram at ona yerin deyim gotir qayıda bilmirem atmiwam sizin mehleye yerin deyim gotur”. +**********46 nömrə istifadəçisinə “bloka gir birimci mertebede pemecerede rozvibqapaqin altinda” və sair narkotik vasitə və psixotrop maddənin satışı ilə bağlı mesajlar göndərməsi müəyyən edilmişdir. (cild 1, iş vərəqə 197-199). 5 fevral 2024-cü il tarixli Masallı Rayon İcra Hakimiyyətinin Başçısının Ərkivan Qəsəbə İnzibati Ərazi X4 daxil olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur ( cild 1, iş vərəqi 123). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün azadığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 145-146). 25 noyabr 2024-cü il tarixli Masallı rayon İcra və Probasiya Şöbəsinin 2-2815/24-62- 16 nömrəli məktubundan görünür ki, “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi” haqqında Milli Məclisin xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasına amnistiya tətbiq edilmiş (müddəti 1 il azaldılmış) və cəza müddəti başa çatdığı üçün məhkum xx.xx.2022-ci il tarixdə Masallı rayon İcra və Probasiya Şöbəsinin probasiya qeydiyyatından çıxarılmışdır. 23 may 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs üzərindən və yaşayış yerindən aşkar olunan narkotik vasitələr və psixotrop maddələr iş üzrə maddi sübut qismində tanınmış, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 45 ədəd təşkil edən metadon tərkibli həblər, bir ədəd “İphone 7” markalı mobil telefon, idarə etdiyi “Toyota Prius” modelli AZ **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1516,8 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 295 ədəd təşkil edən üzərlərində “F/M40” yazısı həkk olunmuş metadon tərkibli həblər, qalıq çəkisi 2537,8 qram təşkil edən heroin və qalıq çəkisi 7004,8 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, avtomobilinə baxış və götürmə istintaq hərəkətinin keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD diskin, Təqsirləndirilən şəxs istifadəsində olmuş “İPhone 7” markalı mobil telefonun “WhatsApp” proqramı vasitəsi ilə göndərilmiş mesaj, audio və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diskin, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********00 nömrəsi vasitəslə aparılan danışıqları özündə əks etdirən 01 ədəd CD diskin isə cinayət işi materiallarında saxlanılması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 238-254). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsi, ibtidai istintaq dövründə ittiham aktında qeyd olunanların yalan olduğunu və polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyini, həmin sənədləri imzaladığına, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması, yalnız 400 ədəd metadon həblərinin ona məxsus olmasına dair hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, cinayət işi materiallarından görünür ki, təqsirləndiriliən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə bir-birilə ziddiyyət təşkil edən ifadələr vermiş, ibtidai istintaq dövrünün əvvəllərində üzərindən və avtomobilindən aşkar edilən narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmasını mübahisələndirməsə də məhkəməyədək icraatın sonrakı mərhələsində, həm də birinci instansiya məhkəməsində məhkəmə iclasında həmçinin apelyasiya baxışı zamanı məhkəmə iclasında həmin ifadələri qismən təkzib etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razlaşaraq təqsirləndirilən şəxsin 400 ədəd həbin ona məxsus olmasına baxmayaraq avtomobilindən aşkar edilmiş digər narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmaması barədə məhkəmə iclasında verdiyi ifadəni qəbul etmir, ona görə ki, təqsirləndirilən şəxsin barəsində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı götürülmüş istifadəsində olan mobil telefonundan pozulmuş, lakin məhkəmə komputer texniki eskpertizası vasitəsilə bərpa edilmiş məlumatları özündə əks etdirən DVD diskə baxış keçirilərkən həqiqətən Mehdi adlı şəxslə müxtəlif ölçüdə və növdə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi məzmununda danışıqların aparılması müəyyən edilmişdir. Belə ki, müdafiə tərəfinin Təqsirləndirilən şəxs tutulduqdan sonra onun nömrəsindən əməliyyat tədbirinin keçirilməsi ilə əlaqədar İran vətəndaşının nömrəsinə sms göndərilməsi barədə dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin istifadəsində olan yazışmaların bərpa edilməsinə dair diskə baxış keçirilərkən aydın olur ki, həmin danışıqlar nəinki tutulduğu gün, həm də tutulmadan bir gün əvvəl aparılmışdır. Bundan başqa həmin məlumatlar təqsirləndirilən şəxs tutulduqdan, barəsində həbs qətimkan tədbiri seçildikdən, şübhəli və təqsirləndirilən şəxs qismində dindirildikdən sonra təyin edilmiş məhkəmə komputer-texniki eskpertizasının rəyi ilə istintaq orqanına məlum olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələri Mehdi adlı şəxsdən alması barədə verdiyi ifadələri həmin hissədə yoxlanılarkən istintaqın sonrakı mərhələsində öz təsdiqini tapmışdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, həm üzərindən, həm avtomobilindən aşkar edilən narkotik vasitələr və psixotrop maddələrin ona məxsus olması işin mübahisələndirilməyən hallarını təşkil edir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs həm üzərindən, həm də idarə etdiyi avtomobildən narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilməsini, aşkar edilmiş maddələrin miqdarını, növ müxtəlifliyini, həm də Təqsirləndirilən şəxs yaşadığı evə görə kirayə pulunun Mehdi adlı şəxs tərəfindən ödənilməsi, təqsirləndirilən şəxsin sonuncunun tapşırığı ilə ayrı-ayrı ünvanlara pul müqabilində narkotik vasitə yerləşdirməsi, lakin gördüyü işlər müqabilində pulunun ödənilməməsi kimi halları özündə əks etdiən “WhatsApp” vasitəsilə aparılan danışıqları əsas götürərək təqsirləndirilən şəxsin həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edilməsi qənaətinə gəlmişdir. Belə nəticəyə gələrkən həm də o halı əsas götürmüşdür ki, təqsirləndirilən şəxsin istifadəsində olan +**********00 telefon nömrəsi vasitəsilə aparılan danışıqlarını özündə əks etdirən CD diskə baxış keçirilərkən onun əvvəllər də ayrı-ayrı şəxslərə narkotik vasitə satmasını təsdiq edən məlumatlar aşkar edilmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 1(103)-602/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinin 31 yanvar 2024-cü il, saat 14:00-dan 31 yanvar 2024-cü il saat 18:00-dək hansı ərazilərdə (antenna) olması və həmin ərazilərin hansı ünvanları əhatə etməsinə dair məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. "xxxx" MMC-nin məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, BKC/LGL-5200/25 nömrəli məktubundan görünür ki, ********* saylı nömrə sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. Əldə olunmuş digər mümkün məlumatları məktuba əlavə edilmiş qoşma şəklində məhkəməyə təqdim edilir. Texniki səbəblərdən internet üzərindən həyata keçirilmiş informasiya mübadiləsini əks etdirən ərazi göstəriciləri ilə real zəng zamanı abunəçinin olduğu əhatə dairəsinə dair göstəricilər fərqli əks oluna bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq anten məlumatları ilə bağlı dəqiq ünvanların əldə edilməsində xüsusi ilə MOC, MTC, SMSMT, SMSMO qeyd olunan sətirlər əhəmiyyət kəsb edir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırılmışdır ki, baza stansiyalarının tutma diapazonu ərazidəki abunəçi sayından, ərazidə yerləşən tikinti obyektlərindən, coğrafi relyefdən və texniki göstəricilərindən asılı olaraq xidmət göstərmə diapazonu 0-30 km məsafə aralığında dəyişə bilər. Həmin məktuba əlavə edilmiş 01 ədəd CD diskdə olan anten məlumatlarından görünür ki, ********** mobil nömrə üzrə müştəri zənglərinin detallaşması aşağıdakı kimidir: usage_int xx.xx.2024 14:02:03 LBBK4103O1/LBBK4103 BAR_BAR/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi, 139 saylı binanın yanında/Surakhany/ (40.376xx/xx.97477); usage_int xx.xx.2024 14:07:35 LBBK4103O1/LBBK4103 BAR_BAR/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi, 139 saylı binanın yanında/Surakhany/ (40.376xx/xx.97477) usage_stop xx.xx.2024 14:18:02 LBBK4103O1/LBBK4103 BAR_BAR/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi, 139 saylı binanın yanında/Surakhany/ (40.376xx/xx.97477) usage_int xx.xx.2024 14:19:38 LBBK4103O1/LBBK4103 BAR_BAR/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi, 139 saylı binanın yanında/Surakhany/ (40.376xx/xx.97477) usage_stop xx.xx.2024 14:20:18 LBBK4103O1/LBBK4103 BAR_BAR/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi, 139 saylı binanın yanında/Surakhany/ (40.376xx/xx.97477) usage_stop xx.xx.2024 14:20:43 LBBK4103O1/LBBK4103 BAR_BAR/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi, 139 saylı binanın yanında/Surakhany/ (40.376xx/xx.97477) usage_stop xx.xx.2024 14:27:52 LBBK4103O1/LBBK4103 BAR_BAR/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi, 139 saylı binanın yanında/Surakhany/ (40.376xx/xx.97477) GPRS xx.xx.2024 14:27:53 UBBK4103D/UBBK4103 BAR_BAR/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi, 139 saylı binanın yanında/Surakhany/ (40.376xx/xx.97477) usage_start xx.xx.2024 14:27:56 LBBK4103O1/LBBK4103 BAR_BAR/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi, 139 saylı binanın yanında/Surakhany/ (40.376xx/xx.97477) usage_int xx.xx.2024 14:27:59 LBBK4103O1/LBBK4103 BAR_BAR/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi, 139 saylı binanın yanında/Surakhany/ (40.376xx/xx.97477) usage_int xx.xx.2024 14:27:59 LBBK5811O2/LBBK5811 GUNASHLİ_02/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi Massiv AB/Surakhany/ (40.379xx/xx.97524) usage_start xx.xx.2024 14:31:39 LBBK4103O1/LBBK4103 BAR_BAR/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi, 139 saylı binanın yanında/Surakhany usage_start xx.xx.2024 14:31:40 LBBK4103O1/LBBK4103 BAR_BAR/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi, 139 saylı binanın yanında/Surakhany/ (40.376xx/xx.97477) usage_int xx.xx.2024 14:31:42 LBBK5811O2/LBBK5811 GUNASHLİ_02/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi Massiv AB/Surakhany/ (40.379xx/xx.97524) usage_int xx.xx.2024 14:31:42 LBBK5811O2/LBBK5811 GUNASHLİ_02/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi Massiv AB/Surakhany/ (40.379xx/xx.97524) usage_start xx.xx.2024 14:39:14 LBBK4103O1/LBBK4103 BAR_BAR/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi, 139 saylı binanın yanında/Surakhany/ (40.376xx/xx.97477) usage_int xx.xx.2024 14:39:38 LBBK5811O2/LBBK5811 GUNASHLİ_02/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi Massiv AB/Surakhany/ (40.379xx/xx.97524) usage_int xx.xx.2024 14:52:59 LBBK4103O1/LBBK4103 BAR_BAR/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi, 139 saylı binanın yanında/Surakhany/ (40.376xx/xx.97477) usage_int xx.xx.2024 14:56:42 LBBK4103O1/LBBK4103 BAR_BAR/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi, 139 saylı binanın yanında/Surakhany/ (40.376xx/xx.97477) usage_int xx.xx.2024 14:59:25 LBBK4103O1/LBBK4103 BAR_BAR/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi, 139 saylı binanın yanında/Surakhany/ (40.376xx/xx.97477) usage_int xx.xx.2024 14:59:57 LBBK4103O1/LBBK4103 BAR_BAR/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi, 139 saylı binanın yanında/Surakhany/ (40.376xx/xx.97477) usage_int xx.xx.2024 15:00:45 UBBK5811E/UBBK5811 GUNASHLİ_02/Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi Massiv AB/Surakhany/ (40.379xx/xx.97524) usage_int xx.xx.2024 15:27:54 LBBK5453O1/LBBK5453 MOYKA_JAVİD/Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərif küçəsi 194/Nizami/ (40.420xx/xx.94137) usage_int xx.xx.2024 16:00:48 LBBK5695O3/LBBK5695 Ulu Borcali/Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 15/Nizami/ (40.41xx/xx.9454) usage_int xx.xx.2024 16:00:48 LBBK5695O3/LBBK5695 Ulu Borcali/Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 15/Nizami/ (40.41xx/xx.9454) usage_int xx.xx.2024 16:00:49 LBBK5695O5/LBBK5695 Ulu Borcali/Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 15/Nizami/ (40.41xx/xx.9454) GPRS xx.xx.2024 16:01:08 UBBK5459A/UBBK5459 ATC-23(BBK0096)/Bakı şəhəri, 8-ci mkr, Şirin Mirzəyev küç 58, Nizami TKQ, ATS 323/Nizami/ (40.418xx/xx.93796) usage_int xx.xx.2024 16:06:27 LBBK3781O1/LBBK3781 A.Kurchayli str/Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, 8 saylı bina/Nizami/ (40.417xx/xx.9414) usage_int xx.xx.2024 16:22:59 LBBK5695O3/LBBK5695 Ulu Borcali/Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 15/Nizami/ (40.41xx/xx.9454) usage_int xx.xx.2024 16:26:30 LBBK5695O3/LBBK5695 Ulu Borcali/Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 15/Nizami/ (40.41xx/xx.9454) GPRS xx.xx.2024 16:33:54 UBBK5459A/UBBK5459 ATC-23(BBK0096)/Bakı şəhəri, 8-ci mkr, Şirin Mirzəyev küç 58, Nizami TKQ, ATS 323/Nizami/ (40.418xx/xx.93796) GPRS xx.xx.2024 16:34:06 UBBK5459A/UBBK5459 ATC-23(BBK0096)/Bakı şəhəri, 8-ci mkr, Şirin Mirzəyev küç 58, Nizami TKQ, ATS 323/Nizami/ (40.418xx/xx.93796) GPRS xx.xx.2024 16:37:17 UBBK5459E/UBBK5459 ATC-23(BBK0096)/Bakı şəhəri, 8-ci mkr, Şirin Mirzəyev küç 58, Nizami TKQ, ATS 323/Nizami/ (40.418xx/xx.93796) usage_int xx.xx.2024 17:00:48 LBBK5449O1/LBBK5449 SHOP_BAKCELL/Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2439 məhəllə/Nizami/ (40.41707/49.935) usage_int xx.xx.2024 17:09:20 LBBK5695O3/LBBK5695 Ulu Borcali/Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 15/Nizami/ (40.41xx/xx.9454) usage_int xx.xx.2024 17:09:49 LBBK0765O2/LBBK0765 İnci_WH/Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 76B /Nizami/ (40.421xx/xx.9384) usage_int xx.xx.2024 17:28:09 LBBK5449O1/LBBK5449 SHOP_BAKCELL/Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2439 məhəllə/Nizami/ (40.41707/49.935) usage_int xx.xx.2024 17:31:01 UBBK5459F/UBBK5459 ATC-23(BBK0096)/Bakı şəhəri, 8-ci mkr, Şirin Mirzəyev küç 58, Nizami TKQ, ATS 323/Nizami/ (40.418xx/xx.93796) usage_int xx.xx.2024 17:50:49 LBBK5449O1/LBBK5449 SHOP_BAKCELL/Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2439 məhəllə/Nizami/ (40.41707/49.935) Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq kesab edir ki, onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkcə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ilkin izahatları ilə deyil, həmçinin, iş materiallarında olan digər sübutlarda da təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində aşkar edilməməsi və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, onun barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən bu nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 №-li qərarının 9 cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 16-cı bəndinin 3-cü abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın 2-ci Siyahısının 118-ci bəndinə əsasən- təmiz halda 400 (dörd yüz) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin, həmin Siyahıların 1-ci siyahısının 83-cü bəndinə əsasən təmiz halda 800 (səkkiz yüz) qram və daha artıq çəkidə narkotik vasitə heroin xüsusilə külli miqdar, 111-ci bəndinə əsasən təmiz halda 1,6 qram və daha artıq çəkidə( 160 qrama qədər) narkotik vasitə metadon külli miqdar və 109.1-ci bəndə əsasən qurudulmuş halda 500 (beş yüz) qram və daha artıq çəkidə(50000 qrama qədər) narkotik vasitə marixuana külli miqdar təşkil edir Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayətlərin tövsifi problemi araşdırma və məhkəmə araşdırma praktikası üçün ən mürəkkəb və mühüm problemdir. İlk olaraq qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 234-cü maddəsinin konstruksiyasını təhlil edərkən bu nəticəyə gəlmək olar ki, o həddən artıq yüklənmişdir, çünki bir normada eyni anda bir neçə müstəqil cinayət tərkibi nəzərdə tutulmuşdur. Tamamilə aydındır ki, bu cinayətlərin tərkibi həm obyektiv, həm də subyektiv tərəflərinə görə, cinayətin subyekti və hətta predmeti baxımından fərqlənir. Təəssüf ki, maddənin mətninin hüquqi konstruksiya baxımından qeyri-kamil olduğu məlum olur və bu da müvafiq normaların tətbiqi prosesində müəyyən çətinliklərə səbəb olur. Hüquq tətbiqi praktikasının subyektləri üçün bir çox hallarda tövsif əlamətlərinin dəqiq şərhinin qeyri-mümkünlüyü cinayət tərkibində onların uğursuz hüquqi ifadəsi ilə əvvəlcədən müəyyən edilir ki, bu da cinayət qanununun ixtiyari şərhinə və yanlış tətbiq edilməsinə səbəb olur. “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi” anlayışı mürəkkəb cinayət-hüquqi kateqoriya kimi böyük cinayətlər qrupunu birləşdirir. Qanunvericinin cinayətləri təsvir etmək üçün istifadə etdiyi düzgün seçilmiş texniki - hüquqi alətlər onların tərkibinin əlamətlərinin düzgün başa düşülməsinin və deməli, səhvsiz tövsif edilməsinin mühüm amilidir. Əməlin obyektiv tərəfi tövsif prosesində cinayətin elementlərini ayırd etmək üçün ilkin əsaslardan biri kimi çıxış etdiyinə və cinayət məsuliyyətinin müqəddiməsi olduğuna görə onu tədqiq edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində cinayətlərin növlərini araşdırmaq daha məqsədəuyğundur. Cinayət Məcəlləsində narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində cinayətlərin geniş spektri təqdim olunur. Bu cinayət növünü tövsif edərkən, törədilmiş əməlin cinayət subyektinin konkret hərəkəti, ictimai təhlükəli nəticələrin başlanması ilə təzahür edən əlamətləri, habelə əməl və nəticələri, əməlin bu və ya digər cinayət hüquq normasında nəzərdə tutulmuş əlamətləri arasında səbəb-nəticə əlaqəsi arasında dəqiq uyğunluğu müəyyən etmək lazımdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin düzgün tövsif edilməsi üçün zəruri və həlledici şərti olaraq törədilmiş əməlin əlamətlərinin dəqiq sosial-hüquqi təhlilini göstərmək olar. Cinayətin faktiki hallarının və müvafiq cinayət hüququ normasının əlamətlərinin müəyyən edilməsi cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsində qanunun aliliyinə riayət edilməsinin əsas şərtlərindən biridir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin tövsifi problemi təkcə cinayət hüququnda ən çətin problemlərdən biri deyil, həm də təhqiqat və məhkəmə araşdırması praktikası üçün ən mühüm problemdir. Cinayət Məcəlləsinin 234-cü maddənin normalarının müddəaları narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə və ya satış məqsədinin olmamasından asılı olmayaraq daşınmasına görə cinayət məsuliyyətini nəzərdə tutur. Cinayət Məcəlləsinin 234-cü maddələrinin dispozisiyaları blanket xarakter daşıyır ki, bu da cinayətləri tövsif edərkən digər qanunlara, qərarlara, qaydalara və göstərişlərə istinad etməyə məcbur edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən icazə və ya lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak etmək səlahiyyətinə malik olan şəxslər həmin dövriyyə çərçivəsində hər hansı əməliyyatları yalnız müvafiq fəaliyyət növü ilə məşğul olmaq üçün icazəsi və ya lisenziyası (xüsusi razılığı) olan əks tərəflə aparmalıdırlar. Bu tələbin pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu zaman ehtimal olunur ki, hər hansı bir müəssisə narkotik vasitələr və ya psixotrop maddələrlə bağlı fəaliyyətlə məşğuldursa (məsələn, tərkibində bu vasitələr və maddələr olan dərman vasitələrinin istehsalı ilə məşğul olan farmakoloji müəssisə) o, ilk növbədə, onları lisenziya əsasında və böyük miqdarda istehsal edir, ikincisi, labüd olaraq hansısa nəqliyyat vasitəsi ilə xəstəxanalara, apteklərə və onlardan istifadə edən digər müəssisələrə daşımalıdır. Narkotik vasitələrin daşınması ilə bağlı hər hansı digər fəaliyyət cinayət hesab olunur. Məhkəmə təcrübəsində müəyyən hüquq normalarının tətbiqində bir çox çətinliklər var, narkotik vasitələrin satış məqsədi olmadan, satış məqsədi ilə daşınmasını həyata keçirən şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və bu vəsaitlərin və maddələrin saxlanması ilə bağlı çətinliklərə görə şəxslərin qanunsuz məhkum edilməsi faktları mövcuddur. Tövsif edərkən, çətinliklər narkotik vasitələrin satış məqsədi olmadan daşınması ilə onların satış məqsədilə daşınması kimi əməllərin biri birindən ayrılmasından qaynaqlanır. Əksər hallarda şəxsi istifadə üçün narkotik vasitələri daşıyan şəxslər onların daşınmasına görə cinayət məsuliyyətinə cəlb olunurlar. Hesab edirik ki, narkotik vasitənin az miqdarda istifadəsi məqsədi ilə bir yaşayış məntəqəsi daxilində narkotik vasitənin daşınması daşınma sayıla bilməz. Şəxsin hərəkətlərində cinayət tərkibinin olması - satış məqsədi olmadan qanunsuz daşınma - narkotik vasitəni və ya psixotrop maddəni və ya onların analoqlarını satmaq məqsədi olmadan həmin cinayət tərkibinin qanunsuz saxlama hallarının məhdudlaşdırılması məsələsi niyyətin istiqaməti, daşınmasının faktiki halları, narkotik vasitələrin və ya onların analoqlarının miqdarı, ölçüsü, həcmi, onların olduğu yer, habelə işin digər halları nəzərə alınmaqla, hər bir konkret halda həll edilməlidir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə qanunsuz daşınmasının ən xarakterik şərti daşıyıcıda külli miqdarda və ya müxtəlif çeşiddə, həmçinin, çoxsaylı bağlamalarda narkotik vasitənin aşkar edilməsidir. Məhkəmə kollegiyası nəzərə alır ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasında məhkumun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin iç sol cibindən aşkar edilərək götürülmüş külli miqdarda, üzərində “Methadone 40” markalanma göstəricisi olan 5 ədəd konvalyutda ümumilikdə 50 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, təsiredici maddəsinin ümumi miqdarı 2 qram olan qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə metadon tərkibli həblərin, həmçinin ünvan 6 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin inzibati binasında qarşısında saxlanılmış “Toyota” markalı “Prius” modelli **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa yük baqajından aşkar edilərək götürülmüşbir ədəd sellofan bağlamadan xüsusilə külli miqdarda, təmiz çəkisi 2538 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan bağlamada xüsusilə külli miqdarda təmiz çəkisi 1517 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, külli miqdarda təmiz çəkisi 7005 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd sellofan bağlamada, külli miqdarda üzərində “Methadone 40” markalanma göstəricisi olan 30 ədəd konvalyutda ümumilikdə 300 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, təsiredici maddəsinin ümumi miqdarı 12 qram olan qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə metadon tərkibli həblər miqdarı ayrı-ayrı bağlamalarda və müxtəlif çeşiddə olmaqla, şəxsi istehlak miqdarından dəfələrlə çox olmuşdur ki, qeyd olunan hallar da cinayət işi üzrə digər sübutlarla məcmu halında məhkumun narkotik vasitəni olan heroini, metadon tərkibli həblər və psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması, yalnız 400 ədəd metadon həblərinin ona məxsus olması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai və məhkəmə istintaqları zamanı toplanmış, biri digərini tamamlayan digər mötəbər və mümkün sübutlar məhkumun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən hallar kimi təqsirləndirilən şəxsin himayəsində 27 iyul 2022-ci il təvəllüdlü azyaşlı övladının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4-1-ci maddəsinin sanksiyası daxilində nəzərdə tutulmuş hədlər daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı cəzanın məqsədlərinə nail olmaq üçün ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayət hüquq normalarınınn həyata keçirilməsi cinayət törətdiyinə görə təqsirkarın cinayət məsuliyyətinə cəlb edilməsindən və son nəticədə məhkəmə tərəfindən cəzanın təyin edilməsindən ibarətdir. Cinayət hüquq normalarının həyata keçirilməsi prosesinin özü cinayət-prosesual qanunvericiliklə tənzimlənir, lakin cinayət qanunvericiliyində də cəzanın təyin edilməsinin ümumi müddəalarını müəyyən edən normalar mövcuddur ki, bu da cinayət məsuliyyətinin əsas prinsiplərinə riayət olunmasının təminatı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayəthüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2024cü il tarixli, 1(101)-1862/2024 nömrəli hökmü qanuni və əsaslı olduğundan, verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Emin Mehdiyev, Mehriban Qarayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar