Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-61/2023 23.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi– X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamın müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, təqsirləndirilən - Təqsirləndirilən şəxs1 və onun müdafiəçiləri- Müdafiəçi3 və Bakı şəhəri “İsmayılbəyli və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi2; X2 və onun müdafiəçisi–Xırdalan vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: Faiq Qəniyev) xx xxxx 1982-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Saatlı rayonu Çolpı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1993-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə-taksi fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Masallı rayonu Sərçuvar kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 barələrində olan 23 iyun 2022-ci il tarixli hökmündən cinayət işinin baxışında iştirak etmiş Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, təqsirləndirilən şəxs X8 müdafiəçisi vəkili Müdafiəçi1 Əhraman oğlu və təqsirləndirilən Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzasının əvvəli 28 iyun 2021-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə əlaqədar hissədə onun təqsirliliyi sübuta yetirilmədiyindən, həmin maddə ilə bəraət verilmişdir. Məhkəmənin eyni hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzasının əvvəli 28 iyun 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 barələrində cinayət işi ayrı icraata ayrılmış qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qanunsuz satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında, istintaqa məlum olmayan vaxtda və şəraitdə qabaqcadan əlbir olduğu qrupun digər üzvləri olan qeyriləri tərəfindən ünvan 3 ünvanında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin «Nərimanov» filialının qarşısında iki ədəd sellofan torbalarda qoyulmuş külli miqdarda narkotik vasitələri qanunsuz əldə etmək üçün həmin yerə getmək üçün taksi sürücüsü tanışı Təqsirləndirilən şəxs2 müraciət etmiş və sonuncu taksi kimi həmin ünvana aparmağa razılaşmış, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mersedes E-Class” markalı **-TT-*** dövlət nömrə nişanlı avtomobillə 28 iyun 2021-ci ildə saat 01:29da həmin bankın “Nərimanov” filialının qarşısına getmiş, bir müddət əvvəl aldığı xəsarətlərlə əlaqədar hərəkət qabiliyyətinin məhdudlaşması, bir ayağını yerə basa bilmədiyindən çəliklə hərəkət etməsi səbəbindən avtomobildən düşməyə çətinlik çəkdiyi üçün Təqsirləndirilən şəxs2 onun xahişi ilə göstərdiyi konkret yerdəki iki ədəd torbanı götürüb avtomobilinə qoymuş, yəni qara rəngli sellofan torbanın içində külli miqdarda-1.000 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 990 qram çəkidə narkotik vasitə tiryək, digər sellofan torba içində külli miqdarda 7.090 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 1.735 qram çəkidə narkotik vasitə tiryək, külli miqdarda 1.375 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz əldə etmiş, Təqsirləndirilən şəxs2 həmin sellofan torbalarda narkotik vasitələr olmasını bildirmiş, sonuncu qorxduğuna görə onları daşımaqdan imtina etmək istəsə də, köməyinin qarşılığında ona 15 qram çəkidə narkotik vasitə heroin verəcəyini vəd edərək, Təqsirləndirilən şəxs2 razılaşmasına nail olmuş və sonuncu ilə bir qrup şəxs halında saxladıqları külli miqdarda narkotik vasitələri daşımaqda davam edib yaşadığı ünvan 5 ünvanının qarşısına gəlib avtomobili saxlayaraq külli miqdarda narkotik vasitələri düşürdüb başqa bir taksiyə qoyaraq yaşadığı ünvana aparmaq üçün daşıdıqları anda həmin tarixdə saat 02:30 dəqiqədə DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq Baş idarəyə aparılmışlar. Baş Narkotiklərlə Mübarizə İdarəsində üzərlərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 sol əlində saxladığı qara rəngli sellofan torbadan bir ədəd bükümdə qablaşdırılmış halda təmiz çəkisi 1.000 qram narkotik vasitə heroin, iki ədəd sellofan bükümlərdə qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 495 qram və 495 qram, ümumi təmiz çəkisi 990 qram narkotik vasitə tiryək; Təqsirləndirilən şəxs2 sol əlində saxladığı qara rəngli sellofan torbadan 07 ədəd bükümdə qablaşdırılmış halda ayrı-ayrılıqda çəkiləri: 1.010 qram, 1.000 qram, 1.000 qram, 1.000 qram, 1.005 qram, 1.075 qram və 1.000 qram, ümumi təmiz çəkisi 7.090 qram narkotik vasitə heroin, iki ədəd bükümdə qablaşdırılmış halda ayrı-ayrılıqda çəkiləri- 1.300 qram və 435 qram, ümumi təmiz çəkisi 1735 qram olan narkotik vasitə tiryək, iki ədəd qara rəngli polietilen torbada qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 895 qram, 480 qram, ümumi təmiz çəkisi 1.375 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və üzərində heroin izləri olan iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, barələrində cinayət işi ayrı icraata ayrılmış qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsi barədə məlumatsız olduğu tanışı Təqsirləndirilən şəxs1 28 iyun 2021-ci ildə gecə saatlarında taksi sürücüsü kimi ona müraciət edib Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 9 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətin “Nərimanov” filialın qarşısına aparmasını xahiş etdikdə razılaşıb idarə etdiyi “Mersedes E-Class” markalı **-TT-*** dövlət nömrə nişanlı avtomobillə Mərahim Şabazovu 28 iyun 2021-ci ildə saat 01:29 dəqiqədə, "xxxx" ASC-nin «Nərimanov» filialının qarşısına aparmış, hərəkət qabiliyyəti məhdud olan, bir ayağını yerə basa bilmədiyinə görə çəliksiz hərəkət edə bilmədiyindən avtomobildən düşməyə çətinlik çəkən Təqsirləndirilən şəxs1 çatdıqları yerdə olan iki ədəd torbanı götürüb avtomobilə qoymasını xahiş etmiş, torbaları yerdən götürüb avtomobilə qoymuş, Təqsirləndirilən şəxs1 deməsindən həmin sellofan torbalarda narkotik vasitələr olmasını bilib onları daşımaqdan imtina etmək istəsə də, Təqsirləndirilən şəxs1 edəcəyi köməyi qarşılığında ona 15 qram narkotik vasitə heroin verəcəyini vəd edib onun razılaşmasına nail olmuş və sonuncu Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında qanunsuz əldə etdikləri həmin külli miqdarda narkotik vasitələri özlərində saxlayıb daşımaqda davam etməklə, yaşadığı ünvan 5 ünvanının qarşısına aparmış, orada avtomobili saxlayıb külli miqdarda narkotik vasitələri avtomobildən düşürüb başqa bir taksiyə qoymaq üçün apardıqları anda-28 iyun 2021-ci ildə saat 02:30 dəqiqədə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1la saxlanılaraq Baş idarəyə aparılmışlar. Orada üzərlərinə şəxsi axtarış keçirilərkən, Təqsirləndirilən şəxs1 sol əlində saxladığı qara rəngli sellofan torbadan bir ədəd bükümdə qablaşdırılmış halda təmiz çəkisi 1.000 qram narkotik vasitə heroin, iki ədəd sellofan bükümlərdə qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 495 qram və 495 qram, ümumi təmiz çəkisi 990 qram narkotik vasitə tiryək; onun sol əlində saxladığı qara rəngli sellofan torbadan 07 ədəd bükümlərdə qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 1010 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1005 qram, 1075 qram, 1000 qram, ümumi xalis çəkisi 7090 qram narkotik vasitə heroin, iki ədəd bükümdə qablaşdırılmış halda ayrı-ayrılıqda çəkiləri 1300 qram, 435 qram, ümumi təmiz çəkisi 1735 qram narkotik vasitə tiryək, iki ədəd qara rəngli polietilen torbada qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 895 qram və 480 qram, ümumi təmiz çəkisi 1375 qram narkotik vasitə olan qurudulmuş marixuana və üzərində heroin izləri olan iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, ona narkomaniyadan məcburi müalicə təyin edilmiş və Cinayət Məcəlləsinin 32,5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi hissədə hesab etmişdir ki, onun təqsirliliyi sübuta yetirilmədiyindən, həmin maddə ilə ona bəraət verilməlidir. Eyni zamanda, məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, eyni zamanda, məhkəmə hesab etmişdir ki, ona qarşı irəli sürülmüş ittihamdan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıması, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi çıxarılmalıdır. Məhkəmənin hökmündən narazı qalan Dövlət ittihamçısı apellyasiya protesti verərək, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamaqla əsassız olduğundan Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verildiyi, Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric edildiyi, onun törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyi, xarakteri və şəxsiyyəti nəzərə alınmadan ona təqsirli bilindiyi həmin Məcəllənin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edildiyi hissələrdə ləğv edilməsini, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə ona cinayət qanunvericiliyinin tələbləri nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini, Vadim Seyfıyev isə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə, ona cinayət qanunvericiliyin tələbləri nəzərə alınmaqla daha ağir cəza təyin olunmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, məhkəmə hökmündə Təqsirləndirilən şəxs1 CM-nin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən və naməlum vaxtda törədilmiş külli miqdarda narkotikin dövlət sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirilməsi, cinayəti törətməkdə iştirak edib sadalanan hərəkətlərdən hansı birini etməsi müəyyənləşdirilməmiş, ona həmin maddə ilə ittiham elan olunarkən əməli törətməsinə dair CPM-nin 223-cü maddəsində nəzərdə tutulmuş zəruri elementlərin heç biri göstərilməmiş, qaçaqmalçılıq cinayətini törətməkdə “qabaqcadan vəd etməklə köməklik göstərməsinin” hansı hərəkətlərlə ifadə edilməsi barədə hər hansı sübut mövcud olmadığından, məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 CM-nin 32.5,206.3.2-ci maddəsi ilə əməli sübuta yetmədiyindən ona həmin maddə ilə bəraət verilməli, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Eyni zamanda, məhkəmə öz hökmündə Vadim Seyfıyevin ittihamından CM-nin 234.4.1-ci maddəsinin çıxarılmasına dair gəldiyi nəticəni əsaslandırarkən göstərmişdir ki, Vadim Seyfıyevin hərəkətində cinayətin qabaqcadan əlbir bir qrup şəxs tərəfindən törədilmənin hər hansı forması müəyyən edilmir. Onun bilavasitə qəsdi şəxsi istehlakı üçün 15 qram heroinin əldə edilməsinə yönəlsə də, əslində taksi kimi göstərdiyi xidmətə görə zəhmət haqqı əldə edəcəyi 15 qram heroin müqabilində dəqiq növünü və miqdarını bilməsə də, aşkar surətdə hər bir halda külli miqdar təşkil etməsi ona məlum olduğu şübhə doğurmayan narkotik vasitələrin qanunsuz satış məqsədi ilə əldə edilməsində, avtomobilində saxlamasında və daşınmasında iştirakı ilə bağlı törətdiyi əməl CM-nin 234.4.3-cü maddəsinin tərkibi ilə tam əhatə olunur. Beləliklə də, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamaqla əsassız olaraq Təqsirləndirilən şəxs1 CM-nin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verildiyi və Təqsirləndirilən şəxs2 isə irəli sürülmüş ittihamdan CMnin 234.4.1-ci maddəsinin xaric edildiyi və onun törətdiyi əməlinin ictimai təhlükəliliyi, xarakteri və şəxsiyyəti nəzərə alınmadan təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi hissədə ləğv edilməli, Təqsirləndirilən şəxs1 CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ona qanunvericiliyin tələbləri nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Vadim Seyfıyev CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib qanunvericiliyin tələbləri nəzərə alınmaqla daha ağır cəza təyin edilməlidir. İbtidai istintaq zamanı CM-nin 32,5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs1 istintaqın ilkin mərhələsində öz ifadələrində özünü təqsirli bilib bildirmişdir ki, tutulmazdan 10 ay əvvəl “Malik” adlı İran vətəndaşı ilə tanış olmuş, yəni həmin ərəfədə adını xatırlamadığı yaşlı bir kişi müştərisi Malik adlı İranlının narkotik vasitələrini daşımış, sonradan həmin yaşlı kişi həbs olunmuş və bundan sonra «Malik» adlı şəxslə onun +98 939-690-7573 nömrəsinin «WhatsApp»ı ilə əlaqə saxlayaraq köməklik etməsini xahiş etmiş, lakin «Malik» imtina etdiyi üçün sonuncu ilə mübahisəsi yaranmış, aradan bir müddət keçəndən sonra «Malik» onunla əlaqə saxlayıb cənub rayonların birinə narkotik vasitə qoydurduğu, taksi kimi onu oradan götürüb Bakı şəhərinə gətirməsi, burada adamlara təhvil verməsini xahiş edib bunun müqabilində ona pul verəcəyini təklif etdikdə, ilk olaraq bundan imtina etsə də, sonradan «Malik»in xahişlərinə görə onunla razılaşmışdır. Lakin sonradan Malik»təklifindən vaz keçmiş, 27 iyun 2021-ci ildə Malik yenidən onunla əlaqə saxlayıb Bakı şəhərinə külli miqdarda narkotik vasitə qoyduracağını, həmin narkotik vasitəni götürməsi və saxlaması, sonradan deyəcəyi adamlara çatdırmasını deyib bunun müqabilində ona pul verəcəyini təklif etdikdə, ehtiyacı olduğundan Malikin bu təklifi ilə razılaşmış, lakin avtomobili olmadığına, əvvəlcədən yolnəqliyyat hadisədə sol ayağından xəsarət aldığından çəliklə gəzdiyinə görə taksilik fəaliyyəti ilə bağlı tanıdığı taksi sürücüsü Seyfıyev Vadimdən onu narkotik vasitənin qoyulduğu yerə aparıb narkotik vasitənin götürülməsinə köməklik etməsini xahiş etmək qərarına gəlmişdir. Buna görə Vadim Seyfıyevlə əlaqə saxlayıb ona İrandan narkotik vasitə göndərildiyini və narkotik vasitənin çəksinin bir az çox oldğunu, lakin avtomobili olmadığı və ayağı zədəli olduğundan narkotik vasitəni qoyulduğu yerdən götürməkdə çətinlik çəkəcəyini deyib ona köməklik etməsini xahiş etmiş və bunun müqabilində istifadəsi üçün 15 qram heroin verəcəyini vəd etmişdir. Vadim Seyfıyev də heroin istifadəçisi olduğundan təklifi ilə razılaşmış, 28 iyun 2021-ci ildə saat 00:30 radələrində Vadim Seyfıyev idarə etdiyi «Mersedes E class» markalı **-TT-*** nömrəli avtomobillə onu «Qızıl Tac» restora yaxınlığından götürmüş, «Malik» ilk olaraq narkotik vasitəni «Elit» Ticarət Mərkəzinin yaxınlığına qoyduracağını bildiyindən, Vadimdən avtomobili həmin yerə sürməsini demiş və həmin yerə çatandan sonra «Malik» narkotik vasitəni orada deyil, bir qədər aralıda X10 fılialının qarşısına qoydurduğunu bildirmişdir. Bundan sonra onlar həmin yerə getmiş, çatandan sonra Vadim Seyfıyev avtomobili saxlayıb avtomobildən enib Kapital Bankın qarşısında ağacın dibinə qoyulmuş McDonalds torbanı götürüb geri qayıtmış, onlar birlikdə Vadim Seyfıyevin yaşadığı evin yaxınlığına getmişlər. Getməklərində məqsədləri ora çatandan sonra narkotik vasitəni özü ilə götürüb başqa taksiyə minib evə getmək olmuş, Vadimin yaşadığı evin yaxınlığına çatandan sonra hər ikisi avtomobildən enmiş, ayağı zədəli olduğundan və çəliklə yeridiyindən və narkotik vasitənin çəkisi çox olduğundan, Vadimdən narkotik vasitənin böyük hissəsini özü ilə götürməsini və onu taksiyə qədər aparmasını xahiş etmiş, Vadim Seyfıyev razılaşmış və «McDonalds» torbasında olan iri qara rəngli sellofan torbanı Vadim Seyfıyev, çəkisi az qara rəngli sellofan torbanı isə özü götürmüş, yol kənarında dayanmış taksiyə yaxınlaşarkən Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları yaxınlaşmış və onları saxlamışlar. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü müdafiə xarakterli ziddiyyətli ifadələr vermişdir. CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cəlb edilib dindirilmiş Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadələrində özünü qismən təqsirli bilib Mərahii Şahbazovun ifadəsinə əsasən uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs1 sonra polis əməkdaşları ona üzərində narkotik vasitə varsa təqdim etməsini təklif etdikdə, Mərahim kimi əlindəki qara sellofanı polis əməkdaşlarına təqdim etmiş, sellofan torbaya polis əməkdaşları tərəfindən baxış keçirilərkən, oradan da 07 ədəd ayrı-ayrı bükümlərdə heroin, iki bükümdə tiryək, iki ədəd bükümdə qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkar edilmiş, Vadim Seyfıyev ilkin təhqiqat zamanı vermiş olduğu izahatında və 28 iyun 2021-ci il tarixli şübhəli şəxs kimi ifadəsində eyni xüsusatları təsdiq etmişdir. Məhkəmədə Vadim Seyfıyev özünü müdafiə xarakterli ziddiyyətli ifadələr vermiş, telefon danışıqları ilə də onların cinayəti törətmələri öz təsdiqini tapmışdır. «Malik» adlı şəxs və qeyrilərinin gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda 8090 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 2725 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda 1375 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 9 ünvanda yerləşdirib bu barədə «WhatsApp» sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra, sonuncu külli miqdarda narkotik vasitə əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı tanışı Vadim Seyfıyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Təqsirləndirilən şəxs2 idarə etdiyi «Mersedes E Class» markalı 99-TT- 872 dövlət qeydiyyat nişanlı avtomobillə 28 iyun 2021-ci ildə saat 01:29-da Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 9 ünvanına gedərək, oradan narkotik vasitələri əldə edib üzərlərində daşıyarkən polis əməkdaşları tərəfindən yaxalanmışlar. Məhkəmə hansı səbəbdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqda, eləcə də məhkəmdə verdikləri ifadələrini Təqsirləndirilən şəxs1 CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verərkən, Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan CM-nin 234.4.1-ci maddəsini çıxararkən sübut kimi qəbul etməməsini və buna əsaslandırılmış hüquqi qiymət vermədən belə bir nəticəyə gəlməsinin motivlərini hökmdə göstərmədiyindən, gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmənin həmin hökmü ilə razılaşmayan X1 müdafiəçisi Müdafiəçi1 Əhraman oğlu apellyasiya şikayəti verərək, hökmün Təqsirləndirilən şəxs2 münasibətdə ləğv edilməsini və ona münasibətdə onun əməlində cinayət tərkibinin əlamətlərinin olmaması əsaslarına görə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vadim Seyflyev öz ifadələrində özünü elan olunmuş ittihamlar üzrə təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs1 tutulmazdan təxminən bir il əvvəl tanımışdır. İstintaq tərəfindən Vadim Seyfıyev CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmişdir. Lakin, onun həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməsini şərtləndirən sübut və əsaslar mövcud olmamışdır. Məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olmalarını, Təqsirləndirilən şəxs1 cinayətin iştirakçısı kimi Vadim Seyfıyevin arasında qabaqcadan əlbirlik olmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Mübahisə edilməyən hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs kimi təşkil etmiş, həm özünün avtomobili olmadığına, həm də bir müddət əvvəl yol nəqliyyat hadisəsi zamanı həm də ayağından xəsarət aldığından sərbəst hərəkət etməkdə çətinlik çəkərək çəliklə gəzdiyinə görə taksi sürücüsü kimi tanıdığı Vadim Seyfıyevdən onu konkret ünvana aparmasını xahiş etmiş, həqiqətən sərbəst hərəkət edə bilmədiyi onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair prosessual hərəkətin məhkəmədə tədqiq edilmiş videoçəkilişindən aşkar görünür. İçərisində külli miqdarda narkotik vasitələrin olduğu torba qoyulduğu yerdən götürülüb avtomobilə aparıldıqdan sonra, içində barədə məlumat alan və məhz bundan sonra cinayətin törədilməsində qəsdən iştirak etməyə razılıq verən Vadim Seyfıyevin əməli qabaqcadan əlbir olan bir şəxs halında deyil, məhz Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında törətmiş, yəni Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə cinayətin törədilməsinə yönəlmiş hərəkət edilənədək, Təqsirləndirilən şəxs1 qeyriləri ilə qabaqcadaan əlbir olan bir qrup şəxs təşkil edib razılaşdıqları cinayətkar niyyətinin keçirilməsi üçün Təqsirləndirilən şəxs2lə qabaqcadan sövdələşməsi halı sübuta yetirilmir. Hadisənin bu mənzərəsi ibtidai istintaq mərhələsində də müəyyənləşdirilmiş, Vadim Seyfıyev vəsatətlə müraciət edərək bu barədə ətraflı ifadə vermiş və işin digər halları ilə təsdiq edilmişdir. CPM-nin 318.1-ci maddəsinə əsasən, Vadim Seyfıyevə qarşı irəli sürülmüş ittihamdan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşımaqla bağlı CM-nin 234.4.1-ci maddəsinin çıxarılmasını əsaslı hesab edərək, ibtidai istintaq tərəfindən Vadim Seyfıyevə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamdan CM-nin 234.4.1-ci maddəsi çıxarılmış və CM-nin 234.4.3cü maddəsi ilə cinayəti törətməkdə təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 CM-nin 32.5,206.3.2-ci maddəsi ilə əməlin törətməsi hissədə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Vadim Seyfıyev istər məhkəmədə, istərsə də ibtidai istintaq zamanı verdiyi ifadələrində bildirmişdir ki,onun bu narkotik vasitələrə heç bir aidiyyəti yoxdur. Heç kiminlə onları əldə etməklə bağlı qabaqcadan bir danışığı və söhbəti olmamışdır. Hadisə məhz təsvir etdiyi kimi baş vermişdir. İlk vaxtda ona əməlinin cinayəti bilib xəbər verməmə kimi qiymətləndirməklə kömək ediləcəyi söz verilmiş, ona görə də bir neçə dəfə tərtib olunmuş ifadələrinin heç birini oxumadan etibar edib imzalamışdır. Mərahimlə üzləşdirilmiş, üzləşmə vaxtı özü və Mərahim hadisəni olduğu kimi danışmış, “mallar” barədə hansı məqamda bilməsini açıb danışmışlar. Ona kömək ediləcəyi vədləri istintaqın sonuna kimi davam etmiş, amma ona heç bir köməklik göstərilməmişdir. Ona görə də, məhkəmədən bütün bu məsələlərin ətraflı araşdırılaraq barəsində əməlinə uyğun ədalətli qərar çıxarılaraq ona bəraət verilməsini xahiş etmişdir. Beləliklə də, məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, məhkəmə ittiham tərəfinin yalnız fərziyyəlinə əsasən Təqsirləndirilən şəxs2 qarşı irəli sürdüyü ittihamı təsdiq etməklə qanunsuz hökm çıxarmışdır. Məhkəmənin hökmü ilə razılaşmayan Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, hökmdən narazı olduğunu, qanunsuz və əsassız hesab etdiyini, məhkəmə tərəfindən ətraflı araşdırma aparılmadığını, himayəsində xəstə həyat yoldaşının və iki azyaşlı uşağın olduğunun nəzərə alınmadığını göstərməklə, məhkəmənin 23 iyun 2022-ci il tarixli hökmünün ləğv olunmasını və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsinə əsasən, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsinin cinayət qanunu və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar apellyasiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayəti və yaxud protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsinin cinayət qanunu və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası iş materiallarını verilmiş apellyasiya protestinin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdıraraq, cinayət prosesi iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya protesti qismən təmin edilməli, verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ləğv olunmalı və təqsirləndirilən Təqsirləndirilən şəxs2 münasibətdə əməlinin tövsifi və təyin edilmiş cəza hissəsində dəyişdirilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Məhkəmə iclasının protokollarından və cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə özlərini qismən təqsirli bilməməklə yanaşı, hər birinin həmin cinayəti törətməsi ibtidai istintaq dövründə və məhkəmədə özlərinin qismən etirafedici verdikləri ifadələrinin məzmunu ilə; ibtidai istintaqda və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə; baxış, axtarış, götürmə müayinə və digər istintaq hərəkətlərinin protokolları ilə; keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə; iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı digər mötəbər sənədlərlə sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittihamda qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə idarəsində xidmət edən Şahid4 ilə yaxın dostluq münasibətləri olmuş, həmyerlisi kimi Vasifə narkotiklə bağlı işlərində dəfələrlə kömək etmiş, müəyyən məlumatlar vermiş, bildiyinə görə onun köməyi və məlumatları sayəsində Vasif bir neçə tədbirlər keçirmiş, tutulmazdan 10 ay əvvəl sosial şəbəkə ilə Malik adlı İranlı ilə tanış olmuş, yəni həmin ərəfədə adını xatırlamadığı yaşlı bir kişi həmin Malikin narkotik vasitələrini daşımaqla, yəni qabaqcadan Azərbaycana keçirilib müxtəlif yerlərə yerləşdirilmiş narkotik vasitəni Malikin tapşırdığı pul müqabildə bir yerdən götürüb başqa yerlərə çatdırmaqla məşğul olmuş, eşitdiyinə görə sonradan həmin yaşlı kişi həbs olunmuş və bundan sonra Malikin +98939-690-7573 nömrəsi ilə «WhatsApp»la əlaqə saxlayıb «mal»ına görə yaşlı kişinin tutulduğunu deyib ona köməklik etməsini xahiş etmişdir. Amma Malik hər hansı kömək göstərməkdən imtina etmiş, Maliklə telefonda mübahisəsi yaranmışdır. Aradan bir müddət sonra Malik onunla əlaqə saxlayıb cənub rayonlarının birinə narkotik vasitə qoydurduğunu və taksi kimi onu oradan götürüb apararaq Bakı şəhərində deyəcəyi adamlara təhvil verməsini xahiş etmiş və bu işi görəndən sonra pul verəcəyini bildirmişdir. Əvvəlcə qorxduğundan təklifdən imtina etmiş, amma sonra razılaşmış, lakin bilmədiyi səbəbdən Malik bu işdən vaz keçmiş, ona dediyi narkotik vasitəni daşıtdırmamış, 27 iyun 2021-ci ildə Malik yenidən onunla əlaqə saxlayıb Bakıda bir yerə narkotik vasitə qoydurduğunu, narkotik vasitələri oradan götürməsini və özündə saxlamasını, sonradan deyəcəyi adamlara və ya yerlərə çatdırmasını təklif edib bunun müqabilində ona yaxşı pul verəcəyini bildirmişdir. Pula ehtiyacı olduğuna görə Malikin təklifi ilə razılaşmış, amma konkret məbləğ danışmamışlar. Bir qədər sonra Malik zəng edib narkotik vasitələri «Elit» Ticarət Mərkəzi yaxınlığına qoydurduğunu demiş, bir qədər sonra əraziyə getməsini təklif etmiş, əraziyə çatanda narkotik vasitələrin konkret qoyulduğu yerin şəklini «WhatsApp»la ona atacağını demiş, özünün avtomobili olmadığı, həm də tutulmazdan təxminən iki ay əvvəl yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər aldığına, xəsarətlərlə bağlı sol ayağını ümumiyyətlə yerə qoya bilmədiyinə görə çəliklə gəzdiyindən tanış taksi kimi təxminən son bir il əvvəldən tanıdığı X9 zəng etmiş, 20 manat müqabilində onu şəhərdən yaşadığı Qobu qəsəbəsinə aparmasını xahiş etdikdə Vadim razılaşmışdır. Gecə saat ikiyə işləmiş Vadimə zəng etmiş, onu mikrorayondakı «Qızıl Tac» restoranı yaxınlığından götürməsini razılaşmış, Vadimlə əvvəl yalnız telefonda danışmış, əslində hara gedəcəyinin səbəbi, məqsədi barədə heç nə deməmiş və bunu açıb deyə də bilməzd, yəni o halda Vadim qorxub onu aparmazdır. Özü taksi sürücüsü kimi işlədiyi vaxtlardan tanıdığı Vadimlə normal münasibəti olmuş və Vadimin narkotik vasitələr qəbul etdiyini bilmişdir. 28 iyun 2021-ci ildə gecə saat ikinin yarısı Vadim “Mersedes” markalı avtomobili ilə dediyi kimi «Qızıl Tac» restoranın yaxınlığına gəlib onu götürmüş, Vadimə «Elit» Ticarət Mərkəzinin yanında bir nəfərlə görüşməli olduğunu deyib maşını əvvəlcə ora sürməsini xahiş etmiş, «Elit» TM-nin yanına çatandan sonra telefonda iranlı Maliklə danışmış, artıq əraziyə çatdığını bildirmişdir. Amma Malik bildirmişdir ki, bir az dəyişiklik olmuş, narkotik vasitələri “Elit” TM-nin yanına deyil, bir qədər aralıda "xxxx"ın «Nərimanov» filialın düz qarşısına ağacın dibinə qoydurduğunu bildirdiyindən, həmin yerə getməli olduğunu, narkotik vasitələrin qoyulduğu yerin şəklini indi ona göndərəcəyini demişdir. Siqaret alıb qayıdan Vadimə görüşməli olduğu şəxsin onu Nərimanovda gözlədiyini demiş, maşını metronun yaxınlığında "xxxx"ın «Nərimanov» filialı qarşısına sürməsini xahiş etmiş, çatanda Malik artıq malın bankla üzbəüz ağacın dibinə qoyulduğu dəqiq yerin şəklini «WhatsApp»la ona atmış, maşını düz ağacın dibi ilə üzbəüz saxlatmış, bir ayağını yerə qoya bilmədiyi və çəliklə avtomaşına çətinliklə minibdüşdüyü üçün, Vadimə görüşməli olduğu şəxsin onun gəlməsini gözləməyərək ona çatası bir torbanı ağacın dibinə qoyub getdiyini, torbanı götürüb maşına qoymasını xahiş etmişdir. Xahişindən sonra Vadim bir söz demədən düşüb ağacın dibindən bir torbanı götürüb gətirmişdir. Amma torbaya baxdıqda içində zibil olmasını görmüş, Vadimə zibil torbası olduğunu deyib ağacın dibinə təkrar baxmasını xahiş etmiş, Vadim təkrar ağacın dibinə baxmış, üzərində «McDonalds» yazılı iri torbanı gətirib ona vermiş, həmin anda Vadim şübhələnmiş və ondan torbanın içindəkinin nə olmasını soruşduqda, etiraf edib torbada narkotik vasitə olduğu, Malik adlı iranlı tanışının ora qoydurduğunu demiş, Vadim qorxuya düşüb iradını bildirmiş, belə işi varsa niyə ona qabaqcadan demədiyini soruşduqda, Vadimə qabaqcadan deyəcəyi halda yəqin qorxub gəlməyəcəyini demiş, Vadimi sakitləşdirmiş, problem olmadığını, onun Narkotiklərlə Mübarizə Baş idarəsində Vasif adlı yaxın dostunun işlədiyini, bir problem olarsa Vasifə zəng edib həll edəcəyini bildirmiş, ona da bu köməyinin əvəzində 10-15 qram heroin verəcəyini bildirmişdir. Vadim razılaşmış, amma daha onu Qobuya aparmayacağını, birbaşa mikrorayona sürüb evinə gedəcəyini demiş, oradan isə başqa taksiyə minib hara istəyirsə getməsini təklif etmişdir. Razılaşmış və Vadimin evi istiqamətində getmişlər. Vadimin yaşadığı evin qabağına çatmışlar. Hər ikisi avtomobildən enmiş, ayağı zədəli olduğundan və çəliklə yeridiyindən, narkotik vasitənin çəkisi çox olduğundan, Vadim Seyfıyevdən torbanı yolun kənarında dayanmış tanımadığı taksiyə aparmaqda kömək etməsini xahiş etmiş, Vadim Seyfıyev onunla razılaşmış və «McDonalds» torbasında olan iri qara rəngli sellofan torbanı Vadim Seyfıyev, çəkisi nisbətən az olan qara rəngli sellofan torbanı özü götürmüş, yol kənarında dayanmış tanımadığı taksiyə yaxınlaşdıqları anda bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşmış və özlərini Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları kimi təqdim edib onları saxlamışlar. Elə orada Vasifə zəng vurub başına gələni demiş, az sonra Vasif özü də gəlib çıxmış, vəziyyətini görmüş, sonra polis əməkdaşları narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyib onu və Vadim Seyfıyevi Baş idarəyə aparmışlar. İdarədə onlara kiyayət qədər təsir edilmiş, çəkiliş zamanı dedikləri qaydada danışmaları və sualları onların dediyi qaydada cavablandırmaları tapşırılmışdır. Vasif ona idarədə kömək ediləcəyini desədə heç bir köməklik etməmişdir. İdarədə hər ikisi şübhəli şəxs kimi tutulmuş, üzərlərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman qabaqcadan tapşırıldığı kimi ilk olaraq polis əməkdaşların təklifi ilə əlindəki qara rəngli sellofan torbanı onlara təqdim etmiş, həmin torba polis əməkdaşları tərəfindən açıldıqda, onun içindən bir büküm narkotik vasitə heroin, iki ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitə tiryək aşkar olunmuşdur. Sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və üzərindən onun «Samsung» markalı mobil telefon aparatı aşkar edilmişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə varsa təqdim etməsini təklif etdikdə, Vadim əlindəki qara sellofanı polis əməkdaşlarına təqdim etmiş, sellofan torbaya polis əməkdaşları tərəfindən baxış keçirilərkən, oradan 07 ədəd ayrı-ayrı bükümdə heroin, 2 ədəd bükümdə tiryək, 2 ədəd bükümdə qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkar edilmiş, şəxsi axtarş başa çatdıqda, onun əlindəki sellofandan və Təqsirləndirilən şəxs2 əlindəki sellofandan aşkar olunmuş narkotik vasitələr və elektron tərəzi polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, polis əməkdaşlarına Vadimin narkotik vasitədən məlumatsız olduğu, onları sonradan hara və kimə çatdırmalı olması barədə heç nə bilmədiyini, etdiyi köməyə görə ona 10-15 qram heroin verəcəyini söz verdiyini bildirmişdir. İranlı Malik «malların» yerinin dəyişdirilməsinə görə ona ödənilməli pulun miqdarı barədə qabaqcadan dəqiq danışıb razılaşmadıqlarını, pul məsələsini sonra dəqiqləşdirməli olduqlarını bildirmişdir. Onun başına işin gəlməsinin səbəbkarı birbaşa Vasif olmuş, məhz Vasifə arxayın olub malın arxası ilə gedib götürmüş, yəni iranlı Malik ona zəng edib konkret yerə «mal» qoyacağını deyəndən sonra bu barədə Vasifə demiş, gedib “malı” götürə bilib-bilməyəcəyni soruşmuş, Vasif heç bir problem olmayacağını deyəndən sonra gedib həmin «malı» götürmüşdür. Narkotik vasitələrin qaçaqmalçılığına onun heç bir aidiyyəti olmamış, onda tutulmuş narkotik vasitələrin Azərbaycana haradan, nə vaxt və kimlər tərəfindən gətirilməsi barədə heç bir məlumatı yoxdur. Narkotik vasitələrin göndəriləcəyi barədə qabaqcadan Malik məlumat verməmiş, Malik həmişə zəng edəndə narkotik vasitələri Bakı şəhəri ərazisində ya da başqa konkret ərazidə qoyulduğunu demiş, dəqiq üstünə gedib çıxmaq üçün qoyluduğu yerin şəklini “WhatsApp”la atmış, Malik özü də ona heç vaxt narkotik vasitələrin Azərbaycana necə və kimlər tərəfindən keçirildiyini deməmiş, Vadimin məsələdə iştirakı danışdığı qaydada ancaq taksi sürücüsü kimi qabaqcadan heç bir məlumatı olmadan narkotik vasitələrin qoyulduğu yerə onu aparıb qaytarmaqdan ibarət olmuş, götürdükləri torbada külli miqdar narkotik vasitələr olmasını Vadim geri qayıdarkən bilmiş, qayıdarkən zəhmət haqqı kimi Vadimə 10-15 qram heroin verəcəyini vəd etmiş, göstərilənləri, ailə vəziyyətini və bu işdə heç bir günahının olmadığını, Vasifin onu arxayın etməsinə görə bu narkotik vasitələri gedib götürməsini nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittihamda qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, amma arabir narkotik vasitədən istifadə etməsi olmuş və tanımadığı şəxslərdən almışdır. Təqsirləndirilən şəxs1 tutulmazdan təxminən bir il əvvəl tanımışdır. Belə ki, Mərahim onu kimi taksi fəaliyyəti ilə məşğul olmuş, tez-tez eyni ərazilərdə maşın saxlayıb müştəri gözləmişlər. Bir-birinin telefon nömrəsini bilmişlər. Tutulmazdan iki ay əvvəl Mərahim yol-nəqliyyat hadisəsi törətmiş və avtomobili yararsız hala düşmüş, özü bir neçə yerdən ağır yaralanmış, xeyli müddət yatmış, sonra çəliklə birtəhər hərəkət etməyə başlamışdır. Mərahim yaralandıqdan sonra uzun müddət onu görməmiş, 2021-ci ilin iyun ayının 27-də axşam saatlarında Təqsirləndirilən şəxs1 taksi sürücüsü kimi zəng edib maşınsız olduğunu deyib onu şəhərdən Qobuya aparmasını xahiş etmiş və bunun müqabilində ona 20 manat zəhmət haqqı verəcəyini demiş, razılaşıb problem olmadığını, nə vaxt hara istəsə apara biləcəyini demişdir. Amma Mərahim bir xeyli zəng etməmiş, yalnız gecə saat ikiyə işləmiş zəng vuraraq geynib çölə çıxmış, idarə etdiyi «Mersedes E-Class» markalı **-TT-*** nömrə nişanlı avtomobilə minib telefonda danışdıqları kimi Mərahimi götürmək üçün saat «Qızıl Tac» restoranı yaxınlığına gedib onu gözləyən Mərahimi oradan götürmüşdür. Mərahim çəliklə hərəkət etmiş və maşına da böyük çətinliklə əyləşmişdir. Mərahim əvvəlcə «Elit» TM-nin yaxınlığında kiminləsə görüşəcəyini, sonra Qobuya gedəcəklərini bildirmişdir. Ona görə də maşını «Elit» TM-nin yanına sürmüş, ora çatanda Mərahimin dediyi yerdə saxlamış və sonuncu kiminləsə telefonda danışmağa başlamış, vaxtdan istifadə edib yaxınlıqdakı dükanlardan birindən siqaret alıb qayıtmış, maşına oturan kimi Mərahim ona avtomobili «Nərimanov» metrosuna tərəf sürməsini xahiş etmiş, görüşəcəyi adamın orada gözlədiyini demiş, «Şəki» restoranı qarşısındakı dairəyə çatıb düz keçərək "xxxx"ın «Nərimanov» fılialı qarşısına yaxınlaşmış, müəyyən bir yerə çatanda Mərahim maşını saxlatmış, görüşməli olduğu şəxsin onun çatmasını gözləmədən çıxıb getdiyini və ona çatmalı olan torbanı bir ağacın dibinə qoyduğunu demiş, dayandıqları yolun lap kənarında, filialın qarşısındakı ağacın dibini göstərmiş, xəsarətlərinə görə maşından düşmək ona çox çətin olduğundan torbanı götürüb maşına qoymasını xahiş etmişdir. Həqiqətən Mərahim hərəkət etməkdə çox çətinlik çəkdiyindən, özü də çox şübhələnmədən bir söz deməyib razılaşmış, avtomobildən düşüb ağacın dibində ilk əlinə keçən torbanı götürüb gətirib avtomaşında Mərahimə vermiş, Mərahim torbaya baxıb içində zibil olduğunu, torbanı səhv götürdüyünü, ağacın dibində başqa torba olmasını demiş, yenə maşından düşüb ikinci dəfə ağacın dibinə baxmış, qoyulmuş və üzərində «McDonalds» yazısı olan torbanı görüb götürmüş, torbanı götürəndə müəyyən ağırlıqda olduğunu hiss etmiş və gətirib Mərahimə vermiş, baş verənlərdən şübhələnmiş və Mərahimdən torbanın içindəkinin nə olmasını soruşmuş, Mərahim də torbada narkotik vasitələr olduğunu etiraf etdikdə, qorxmuş və Mərahimə iradını bildirib bunu əvvəlcədən ona niyə demədiyini soruşmuş və maşından düşməsini tələb etmiş, Mərahim ona əvvəlcədən deyəcəyi halda qorxub gəlməyəcəyini düşündüyü üçün demədiyini bildirmiş, ona yalvarmış, ayağında xəsarəti olduğu üçün ağır torbanı apara bilməyəcəyini, heç olmasa başqa taksi ilə aparıb yola salmasını xahiş etmişdir. Mərahim onu sakitləşdirmiş, heç bir problem olmadığını, Narkotiklərlə Mübarizə Baş İdarəsində həmyerlisi Vasif adlı yaxın dostunun işlədiyini, bir problem yaranacağı halda dərhal Vasifə zəng edəcəyini deyib onu mənzil başına, yəni Qobuya aparıb çatdırmasını xahiş etmiş, həm də zəhməti əvəzində ona 10-15 qram heroin verəcəyini demiş, arabir narkotik vasitə qəbul etdiyinə görə uzun müddət tanıdığı və çəliklə çətin hərəkət edən Mərahimi bu vəziyyətdə qoymamaq üçün razılaşmış, amma Mərahimə daha onu heç yerə aparmayacağını, maşını birbaşa öz evinə sürüb gedəcəyini və onu da ora qədər aparacağını bildirmiş, oradan isə başqa taksiyə minib hara istəyirsə getməsini təklif etdikdə, Mərahim razılaşmış, öz evləri istiqamətinə yollanmışdr. Amma torbada hansı miqdarda, hansı çəkidə, hansı növdə narkotik vasitə olmasını, Mərahimin narkotik vasitələri kimdən almasını və kimə çatdırmalı olmasını bilməmiş, bu barədə Mərahimdən soruşmamış, Mərahim də ona heç nə deməmiş, yaşadığı evin qarşısına çatıb maşını saxlamış, hər ikisi avtomobildən düşmüş, yaxşı yeriyə bilməyən Mərahim ona torbanı yaxınlıqda yol kənarında dayanmış taksiyədək aparmaqda ona kömək etməsini xahiş etdikdə, razılaşmış və bundan sonra «McDonalds» yazısı olan torbanın içindəki iri qara rəngli sellofan torbanı özü, çəkisi az olan qara rəngli sellofan torbanı isə Mərahim götürüb yol kənarda dayanan taksiyə tərəf gedərkən özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər yaxınlaşmış və onları saxlamışlar. Mərahim kömək etməsi üçün tələsik telefonla Vasif kimi dediyi dostunu axtarmağa başlamış, polis əməkdaşları narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını deyib onları Baş İdarəyə aparmışlar. Orada hər ikisi şübhəli şəxs kimi tutulmuş, kifayət qədər psixoloji təsir edilmiş, üzərində şəxsi axtarış keçirilmişdir. Qabaqcadan tapşırdıqları kimi əvvəlcə Təqsirləndirilən şəxs1 əlindəki qara rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etmiş, torba polis əməkdaşları tərəfindən açıldıqda onun içərisindən bir bükümdə narkotik vasitə heroin, iki ədəd ayrı-ayrı bükümlərdə isə narkotik vasitə tiryək aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirilmiş və üzərindən ona məxsus olan «Samsung» markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra polis əməkdaşları ona üzərində narkotik vasitə varsa təqdim etməsini təklif etdikdə, əlində olan qara sellofanı polis əməkdaşlarına təqdim etmiş, sellofan torbaya polis əməkdaşları baxış keçirərkən oradan 07 ədəd ayrı-ayrı bükümdə heroin, iki ədəd bükümdə tiryək, iki ədəd bükümdə qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkar edilmiş, şəxsi axtarış bitdikdən sonra həm onun əlindəki sellofandan, həm də Təqsirləndirilən şəxs1 əlindəki sellofandan aşkar olunmuş narkotik vasitələr və elektron tərəzilər polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı onlara qabaqcadan deyildiyi kimi danışmışlar, amma çəkiliş vaxtı bu işə 10-15 qram heroinə görə razılıq verdiyini bildirmiş, Mərahim özü hələ ondan əvvəl polislərin suallarını cavablandıranda onun iranlı ilə heç bir əlaqəsinin olmadığını, narkotik vasitələrin sonrakı aqibətinin nə olacağını bilmədiyini, “malı” həqiqətən Nərimanovdan mikrorayona kimi 10-15 qram heroin müqabilində avtomaşınında gətirməyə razılıq verdiyini göstərmişdir. Onun bu narkotik vasitələrə heç bir aidiyyəti yoxdur. Heç kiminlə onları əldə etməklə bağlı qabaqcadan bir danışığı, söhbəti olmamışdır. Hadisə məhz təsvir etdiyi kimi baş vermiş və yolda geri qayıdarkən məsələnin mahiyyətini biləndən sonra Mərahimin xahişi ilə vəd olunan 10-15 qram heroinə görə razılaşıb onu avtomobilində sürüb gətirdiyinə görə böyük səhvə yol verdiyini başa düşür. İbtidai istintaq zamanı dəfələrlə eyni ilə məhkəmədə dediyi qaydada ifadələr vermiş, ilk əvvəl ona əməlinin cinayəti bilib xəbər verməmə kimi qiymətləndirilib kömək ediləcəyi söz verilmiş, ona görə də bir neçə dəfə tərtib olunmuş ifadələrinin heç birini oxumadan etibar edərək imzalamışdır. Mərahimlə də üzləşdirilmiş və üzləşmə vaxtı da həm özü, həm Mərahim hadisəni olduğu kimi danışmış, həmin «mallar» barədə hansı məqamda bilməsini açıb danışmışlar. Ona kömək ediləcəyi vədləri istintaqın sonuna kimi davam etmiş, amma ona heç bir köməklik göstərilmədiyindən, məhkəmədən bütün həmin məsələlərin ətraflı araşdırılaraq onun barəsində əməlinə uyğun ədalətli qərar çıxarılaraq ona bəraət verilməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı oxşar məzmunlu ifadələr verməklə göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıdıqdan bir müddət sonra onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyini, özü narkotik vasitə qəbul etdiyindən bir neçə dəfə Mərahimdən narkotik vasitə aldığını, Mərahimin dediyi karta pul köçürərək sonradan gedib Qobu qəsəbəsində Mərahimdən heroin götürdüyünü bildirmişdir (c-1, i.v. 94, 111). Birinci instansiya məhkəməsində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 27 iyun 2021-ci il tarixdə işlədiyi Baş Narkotiklərlə Mübarizə idarəsinə Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz satış məqsədilə əldə etməsi, daşıması, saxlaması və satması barədə məlumat daxil olduğundan, onun olduğu yerin müəyyənləşdirilməsi və cinayət başında ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış, qərara görə Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirinin keçirilməsinə başlanılmışdır. 2021-ci ilin iyunun 27-dən 28-nə keçən gecə Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitəni əldə edib əvvəlcədən onlara məlum olmayan «Mersedes EClass» markalı **-TT-*** dövlət nömrə nişanlı avtomobillə Nəsimi rayonu istiqamətdə hərəkət etməsi barədə məlumat əldə edilmiş, dərhal Təqsirləndirilən şəxs1 cinayət başında yaxalanması üçün tədbirə başlanmış, Həmin gün ünvan 7 ünvanın yaxınlığında hərəkət edən Təqsirləndirilən şəxs1 və yanında bir nəfərin əllərində sellofanlarla piyada getdiklərini görüb dərhal onlara yaxınlaşmışlar. İlk Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib ona hüquq və vəzifələrini izah etmişlər, sonra yanındakı şəxsin şəxsiyyəti ilə maraqlananda onun «Mersedes E-Class» markalı **-TT- *** dövlət nömrə nişanlı avtomobili taksi kimi sürən Təqsirləndirilən şəxs2 olmasını müəyyənləşdirmişlər. Təqsirləndirilən şəxs1 əlində bir ədəd qara rəngli sellofan torba, Təqsirləndirilən şəxs2 əlində isə iki ədəd qara rəngli sellofan torba olmuşdur. Hər iki şəxslə sorğu-sual etdikdə, onlar əllərindəki sellofanlarda narkotik vasitələr olduğunu və bir müddət əvvəl Nərimanov rayon ərazisindən götürdüklərini etiraf etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Baş idarəyə gətirilmişlər. Baş idarədə araşdırmanın aparılması təhqiqatçı Nəcəf Aburşuya həvalə edilmiş və təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra müdafiəçilərinin iştirakı ilə və videoçəkiliş vasitəsilə otaqların birində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, çətinliklə hərəkət edən Təqsirləndirilən şəxs1 bir müddət əvvəl avtomobil qəzası keçirdiyini bildirmişdir. Axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və psixotrop maddələr varsa təqdim etməsi təklif edəndə bir ayağı yerə qoya bilməyən Təqsirləndirilən şəxs1 sol əlində saxladığı qara rəngli sellofan torbanı təqdim etmiş, həmin torbanın içinə baxış keçirilərkən oradan bir ədəd bükümdə, açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər, iki ədəd bükümdə isə tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 sol əlində saxladığı iki ədəd qara rəngli sellofan torbaları təqdim etmiş, həmin torbaların içindən yeddi ədəd bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar, iki ədəd bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə, iki ədəd bükümdə açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 ondan və Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitələri İran vətəndaşı Malik adı ilə bildiyi şəxsin Bakı şəhəri Nərimanov rayonu ərazisində qabaqcadan yerləşdirib ona məlumat verdiyini, tanışı taksi sürücüsü Təqsirləndirilən şəxs2 maşını ilə oraya gedib həmin narkotik vasitələri götürdüyünü, narkotik vasitələri Malik adlı şəxslə razılaşmalarına görə sonra sonuncunun deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını və torbadakı heroindən 15 qramını Təqsirləndirilən şəxs2 zəhmət haqqı olaraq taksi kimi onu Nərimanova aparıb gətirdiyinə görə verəcəyini demiş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək, Mərahimin xahişi ilə onu Nərimanov rayonu ərazisinə apardığını, orada bank filialının qabağında ağacın dibindən torba götürdüklərini, narkotik vasitə olan torbanı götürüb gətirməkdə etdiyi kömək müqabilində Mərahimin ona şəxsi istifadəsinə 15 qram heroin verəcəyini vəd etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitələr qablaşdırılaraq üzərləri imzalanmış və şəxsi axtarışın keçirilməsinin nəticəsinə dair təhqiqatçı tərəfindən protokollar tərtib olunmuş, protokollar ucadan oxunduqdan sonra, iştirakçılar tərəfindən hər hansı bir irad, şikayət və narazılıq bildirilmədən, təqsirləndirilən şəxslər və iştirakçılar imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşları-Şahid3 və Şahid2 eyni məzmunlu ifadələr verərək, öz ifadələrində Şahid1 ifadəsində göstərilən xüsusatları bir daha öz ifadələrində oldu kimi təsdiq etmişlər. Birinci və apellyasiya instansiyaları məhkəmələrində əlavə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid4 hər iki ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən iki il əvvəl hələ Binəqədi rayon polis idarəsində xidmət etdiyi vaxtdan təsadüfən tanımışdır. Sonralar aralarında münasibət yaranmış, əlaqə saxlamışlar. Baş Narkotiklərlə Mübarizə idarəsində xidmətə keçdikdən sonra həmyerlisi Mərahim onunla daha sıx əlaqə yaratmağa və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı ona bəzi məlumatlar verməyə başlamışdır. Mərahimin ona hansısa məlumatlar verməsi ancaq şəxsi münasibətlərə görə olmuş, qeyri-rəsmi xarakter daşımış, həqiqətən bəzi məlumatları əsasında lazımi əməliyyat tədbirləri keçirilmiş, amma müəyyən vaxtdan sonra Mərahimin özünün də narkotki vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından şübhələnməyə başlamış, heç bir halda Mərahimlə hər hansı qanunsuz əməl törətməmiş, Mərahimin hansısa cinayət əməlini ört-basdır etməyə söz verməmişdir. 28 iyun 2021-ci ildə gecə saatlarında Təqsirləndirilən şəxs1 zəng edib Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən külli miqdar narkotik vasitələrlə tutulduğunu və olduğu yeri ona deyib kömək istəmiş, nə baş verdiyini dəqiqləşdirmək üçün həmin yerə getmiş və ona məlum olmuşdur ki, İran vətəndaşı vasitəsilə Nərimanov rayonu ərazisində külli miqdarda narkotik vasitələr əldə etməsi barədə daxil olmuş məlumat əsasında əməkdaşlar Şahid1, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu tədbir keçirib Mərahim saxlanılmışdır. Bir müddət əvvəl avtomobil qəzası keçirib çəliklə güclə hərəkət edən Mərahimlə birlikdə həmin gecə onu külli miqdarda narkotik vasitələrin qoyulduğu yerə aparıb gətirmiş Vadim adlı taksi sürücüsü də tutulmuş, Mərahim ona əvvəlcədən Malik adlı iranlı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıq aparmasını, külli miqdar narkotik vasitə və psixotrop maddə götürəcəyini deməmiş, ona bu barədə hər hansı məlumat verməmişdir. Mərahim maddi marağına görə cinayəti törətmişdir. Təqsirləndirilən şəxs1 ona qarşı verdiyi ifadələrinin heç bir əsası yoxdur. Polis əməkdaşı kimi cinayətkarlıqla mübarizə aparır, heç bir halda qanunsuz əməllərə yol vermir. Mərahimin iddiaları tam əsassızdır. Dəfələrlə Mərahimi cinayətdən çəkindirmək üçün xəbərdar etmişdir. Hətta onda belə bir məlumat da olmuşdur ki, Təqsirləndirilən şəxs1 avtomobil qəzasına məhz iranlının harayasa qoyduğu narkotik vasitələri götürməyə gedərkən düşmüşdür. Məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 iyun 2021-ci il tarixli protokoldan və həmin əməliyyat tədbirinin videoçəkilişindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələr və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilən sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa vermələri təklif edildikdə, sağ əlində çəlik tutmuş, sol ayağını dizdən qatlanmış vəziyyətdə xidməti otaqdakı stulun üstünə qoyub müvazinətini saxlamış Təqsirləndirilən şəxs1 sol əlində saxladığı qara rəngli sellofan torbanı təqdim etmiş, torbanın içindən bir bükümdə narkotik vasitə heroinə, iki bükümdə narkotik vasitə tiryəkə bənzər maddələr aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 sol əlində saxladığı qara rəngli sellofan torbadan 7 ədəd bükümdə narkotik vasitə heroinə, 2 ədəd bükümdə narkotik vasitə tiryəkə, iki ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr və 2 ədəd elektron tərəzi aşkar edilib götürülmüş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitələri götürdüyü yerə İran vətəndaşı Malik adlı şəxsin yerləşdirdiyini, aşkar olunmuş narkotik vasitələri Malikin sonradan deyəcəyi yerə pul müqabilində aparıb qoymalı olduğunu, bu narkotik vasitələrin aqibəti ilə bağlı Təqsirləndirilən şəxs2 məlumatı olmadığını, narkotik vasitələri götürməkdə köməyinə görə şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs2 10-15 qram heroin verməyi vəd etdiyini bildirmişdir. Eyni məqamları Təqsirləndirilən şəxs2 də təsdiq etmişdir. Şəxsi axtarış və götürmə videoçəkilişlə aparılmış və bir ədəd disk iş materiallarına əlavə edilmişdir (c-1, i.v. 46-49, 97-98). Məhkəmədə tədqiq edilmiş istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs1 avtomobili ilə dediyi yerə sürüb ağacın altında olan sellofanı götürdükdən sonra içində nə olduğunu Mərahimdən soruşduğunu, sellofanın içərisində narkotik vasitələr olduğunu bildikdən sonra əvvəlcədən ona niyə demədiyini soruşduğunu, bundan sonra avtomobili evinə tərəf sürüb Mərahimin avtomobildən düşüb başqa taksi ilə getməsini tələb etdiyini, amma Mərahimin taksiyə kimi onu ötürməyini xahiş etdiyini bildirmişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 dediklərini təsdiqləmiş və narkotik vasitələri qoyulduğu yerdən götürdükdən sonra, Vadimin bundan məlumatlı olduğunu bildirmişdir (c-2, i.v. 24- 26). Məhkəmədə tədqiq edilmiş “Mobil telefonlara baxış keçirilməsi haqqında” 03 iyul 2021-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs1 istifadəsində olan “Samsung A 10” markalı mobil telefonun abunəçilər bölümündə İranın mobil operatoruna məxsus +98939 ******* nömrə «Malik» adı ilə qeydə alınmışdır. Mobil telefonda Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə adsızdır. Mobil telefonun «WhatsApp» ani mesajlaşma mübadilə sistemə baxış keçirilərkən müəyyən edilmişdir ki, telefonda adı «Malik» kimi qeydə alınan nömrənin istifadəçisi 27 iyun 2021-ci ildə saat 18:44-də “Salam zank vur” ismarıcını göndərir. «Malik» kimi qeydə alınan nömrənin istifadəçisi 27 iyun 2021-ci ildə saat 22:33-də «mənə birdənə zəng elə», saat 22:37-də «maşmı götürdün mənə birdə yaz, yada səs göndər başına dönüm»; Təqsirləndirilən şəxs1 «Malik» kimi qeydə alınan nömrənin istifadəçisinə saat 22:43-də «hazırdı Malik maşın hazırdı», «Malik» kimi qeydə alınan nömrənin istifadəçisi Təqsirləndirilən şəxs1 saat 22:44-də «yaxşı başina dönüm səbrli ol.» məzmunlu səsli mesajlar göndərmişdir. «Malik» kimi qeydə olunan nömrənin istifadəçisi Təqsirləndirilən şəxs1 saat 01:15-də narkotikin qoyulduğu yerin şəkillərini göndərir, saat 01:29-da Mərahim «Malik» kimi qeydə alınan nömrənin istifadəçisinə narkotik vasitələrin qoyulduğu yerdən götürməsi barədə məlumat verir. «Malik» kimi qeydə olunan nömrənin istifadəçisi Mərahimə isə saat 01:39-dan 02:06-dək zənglər etsə də, zənglər cavabsız qalmışdır (c-1, i.v. 146-150). Məhkəmədə tədqiq edilmiş “Mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi barədə” 28 iyul 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrələrindən 01 yanvar 2021-ci ildən 28 iyun 2021-ci il tarixədək daxil olan və çıxan zənglərin, qəbul edilən və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, anten əhatə dairəsi, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinə məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrə ilə Təqsirləndirilən şəxs2 055-350- 54-44 nömrəsi arasında zənglər olmuşdur. Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci ildə saat 22:38:53-də Təqsirləndirilən şəxs2 zəng etmiş 162 saniyə danışıq aparmış, saat 22:51:14-də zəng etmiş 31 saniyə danışıq aparmış, saat 23:34:44-də zəng etmiş və 29 saniyə danışıq apamış, hər üç danışıq aparılarkən, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi 15 a «Qızıl Tac» restoranı yaxınlığındakı anten əhatə dairəsində, X13 rayonu 9-cu mikrorayon Mir Cəlal küçəsində olan antenin əhatə dairəsində olmuşlar. Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəyə xx.xx.2021-ci il saat 15:02:13-də istintaqa məlum olmayan 99***-***-**-** nömrədən «Yigirdim soruwumki bu terefler ajdigdi ne ise alinirsa gelmiwken pulnan yola salim seni, hami kola axtarir tez gelsen super olar sende tutardin mende” məzmunlu, xx.xx.2021-ci il saat 19:11:17-də istintaqa məlum olmayan 99***-***-**-** nömrədən «Salam necesen p.Var isdeyen var mene tez xeber ver,ne oldu sesin gelmedi gelmirsen bura getdiyini kimese demeha yaxsi birde qara var” məzmunlu; xx.xx.2021-ci il saat 12:26:21-də istintaqa məlum olmayan 99***-***-**-** nömrədən «P.isdeyen var bir telfonu acda» məzmunlu; xx.xx.2021-ci il saat 14:10:24-də istintaqa məlum olmayan şəxsin 99***-***-**-** nömrədən «60 manat duzeltmiwem o bayagki 03 dene kolani getir mene ama gozduyurem yig meni» məzmunlu; xx.xx.2021ci il saat 20:20:08-də istintaqa məlum olmayan şəxsin 99***-***-**-** nömrədən «5 dene kola lazimdi, getire bilirsen? ama cekiye bax,o eksiylerimide getir qaqa» məzmunlu; xx.xx.2021-ciu il saat 23:19:57də istintaqa məlum olmayan şəxsin 99***-***-**-** nömrədən «Qaqa 1 Saat Demiwdin 2 Saat Keçdi,bele X16 Cani,gel Cixda Day,3 Dene Kola 1 Denede Daw getir» məzmunlu; xx.xx.2021-ci il saat 01:19:28-də istintaqa məlum olmayan şəxsin 99***-***-**-** nömrədən «qaqa qurban olaram 20 manat verim mene 1 gotur ver» məzmunlu; xx.xx.2021-ci il saat 05:53:38-də istintaqa məlum olmayan şəxsin 99***-***-**-** nömrədən «Kolam qutardi Merahim ona gore deyiremki bunu 2 dene ver bir defemlik. patinin evwzine gerek kola vererdin. meni yig bidene» məzmunlu; xx.xx.2021-ci il saat 06:24:52-də istintaqa məlum olmayan şəxsin 99***-***-**-** nömrədən «Ama sen bayag dedinki fırlanib gelib verecem yenede kola.ama verdiyim maqintafona 1 dene kola ve cet pati duwmur Merahim. bu gune kimi elediylerive gore cox sagol. bu gundunen sora yalvarsamda sene mene hecne getirme qaqa.sagol ozunden mugayet ol» məzmunlu; xx.xx.2021-ci il saat 17:41:29-da istintaqa məlum olmayan şəxsin 99***-***-**-** nömrədən “axsam xeyir emi Elvindi, hardasan agriyiram gelim yarimi gotrum o terefnende danisag gorey 300 dene torpağ gotursey das nisye verecey ya yox. Gozduyrem” məzmunlu; xx.xx.2021-ci il saat 20:23:24-də istintaqa məlum olmayan şəxsin 99***-***-**-** nömrədən “01 kola lazimdu puluynan tez he yox de» məzmunlu; xx.xx.2021-ci il saat 11:52:07-də istintaqa məlum olmayan 99***-***-**-** nömrədən “menem cavid gellem şamaxinkaya kolami hazirla vezyetim pisdi» məzmunlu sms-lər göndərilmişdir (c-1, i.v. 174-196). Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizanın 6\2606 saylı 28 iyun 2021-ci il tarixli rəyinə əsasən, «Şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən» və sözləri, soyad, imzalar qeyd edilmiş bir ədəd qara rəngli sellofan torbanın içərisində- 07 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1010,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1005,0 qram, 1075,0 qram və 1000 qram; ümumi təmiz çəkisi 7090,0 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir;-2 ədəd bükümdə ayrı-ayrılıqda xalis çəkisi 1300,0 qram, 435,0 qram, ümumi təmiz çəkisi 1735,0 qram tünd qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar hazırlanmış narkotik vasitə tiryəkdir;-digər «Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən...» sözləri qeyd edilmiş bir ədəd qara rəngli sellofan torbanın içərisində bir ədəd sellofan bağlamada təmiz çəkisi 1000 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 495 qram və 495 qram ümumi təmiz çəisi 990,0 qram qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroin və tiryək ilə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroin və tiryək xarici görünüş əlamətləri və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. 02 (İki) ədəd elektron tərəzi üzərində heroin izləri var. Heroin və tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 8089,6 qram, tiryəkin qalıq çəkisi 2724,8 qram təşkil etmişdir (c-1, i.v. 62- 67). Məhkəmədə tədqiq edilmiş Məhkəmə-bioloji ekspertizasının 7\608 saylı 28 iyun 2021-ci il tarixli rəyinə əsasən, üzərində «Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş marixuanaya oxşar» yazısı və imza olan iki ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 895 qram və 480 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, ümumi təmiz çəkisi 1375 qram təşkil edir. Qalıq çəkisi 1374,6 qram təşkil edir (c-1, i.v. 68-72). Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 3632 nömrəli 27 sentyabr 2021-ci il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs1 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edildiyindən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla, əks göstərişi yoxdur (c1, i.v. 244-245). Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 3547 nömrəli 20 sentyabr 2021-ci il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs2 opioidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olmasına baxmayaraq, hazırda narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (c-1, i.v. 246-247). Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5,206.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə verilmiş apellyasiya protestinin, eləcə də təqsirləndirilən şəxslərin hər birinə bəraət verilməsi barədə verilmiş apellyasiya şikayətlərinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normanın dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli vəzifəli şəxslər tərəfindən keçirilən mühüm məntiqi poroses olub onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davra- nışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki halların hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarında olan sənədlərə əsasən, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə ittiham irəli sürülərkən qeyd edilmişdir ki, satış məqsədilə qanunsuz külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı «Malik» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən, şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı “Malik” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli külli miqdarda narkotik vasitələrin İran Respublikasından Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə Malik adlı şəxs və qeyrilərin naməlum vaxtda və şəraitdə Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda 8090 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 2725 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və külli miqdarda 1375 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı ünvan 3 ünvanında "xxxx" ASC-nin Nərimanov filialının qarşısında yerləşdirməklə, bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu külli miqdar narkotik vasitələrin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı tanışı Təqsirləndirilən şəxs2lə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Vadim Seyfıyevin idarə etdiyi «Mersedes E Class» markalı **-TT-*** dövlət nömrə nişanlı avtomobillə 28 iyun 2021-ci ildə saat 01:29-da, ünvan 3-da olan "xxxx" ASC-nin Nərimanov filialının qarşısına gedib oradan içərisində külli miqdarda 1000 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 990 qram narkotik vasitə tiryək bir ədəd qara rəngli sellofan torbanı satış məqsədilə qanunsuz əldə edib üzərində saxlayıb daşımışdır. Lakin, birinci instansiya məhkəməsində aparılmış araşdırma nəticəsində təqsirləndirilən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv və əsaslı hüquqi nəticəyə gəlsə də, həmin Məcəllənin 32.5,206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmiş, yəni toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs1 həmin maddə ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda belə birbaşa göstərilmişdir ki, “şəxsiyyətləri istintaqla müəyyən edilməmiş “Malik” adlı və qeyrilərin naməlum vaxt və şəraitdə Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar və yaxud ondan gizli keçirdiyi külli miqdarda narkotik vasitələri ünvan 3da olan "xxxx" ASC-nin Nərimanov filialının qarşısında yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra, sonuncu həmin əraziyə gedərək külli miqdarda narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımışdır”. Göründüyü kimi, narkotik vasitələrini Bakı şəhəri Nərimanov rayonu ərazisinə bilavasitə gətirib konkret yerlərə yerləşdirən, onları özünün sonradan qoyacağı yerdən götürəcək şəxslərin kim olacağı barədə məlumatı olmayan Təqsirləndirilən şəxs1 çatdırma ilə bağlı hərəkəti yalnız satış məqsədilə qanunsuz külli miqdarda narkotik vasitələri əldə edib daşıyıb saxlama cinayətinin tərkibi ilə əhatə edilir. Məhkəmə satış məqsədi ilə qanunsuz külli miqdarda narkotik vasitələri əldə etməklə daşıyaraq saxlama cinayətinə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin tam sübuta yetirildiyi qənaətindədir. Qabaqcadan əldə edilən razılıq forması əməlin tövsifinə təsir etmədiyindən, Təqsirləndirilən şəxs1 yalnız telefonla əlaqə saxlayıb razılıq əldə etməsi satış məqsədilə qanunsuz külli miqdarda narkotik vasitələri əldə edərək daşımaqla saxlama cinayətinə münasibətdə həmin tövsifedici əlamətin yaranması üçün yetərlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli, həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalı, yəni Təqsirləndirilən şəxs1 qeyrilərin qaçaqmalçılıq cinayəti törətdikdən sonra onların satış məqsədilə qanunsuz külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama hərəkətlərində iştirak etmiş və Təqsirləndirilən şəxs1 məhz törətdiyi sübuta yetirilən əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Ona görə məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamın qaçaqmalçılıq cinayəti ilə bağlı hissəsi yalnız fərziyyələrə söykənmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istintaq orqanı Təqsirləndirilən şəxs1 barəsində cinayət işini təhqiqat orqanı tərəfindən toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə başlamışdır Təhqiqat orqanın topladığı ilkin materiallarda olan bütün dəlillər də Təqsirləndirilən şəxs1 qanunsuz külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edib Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat ətrafında cəmlənmiş, yəni qaçaqmalçılıq cinayəti ilə bağlı hər hansı məlumat olmamış və külli miqdarda narkotik vasitələrin Bakı şəhərinin Nərimanov rayonu ərazisindən əldə olunması, onların həmin yerə qabaqcadan iranlı olması ehtimal edilən Malik adlı şəxs tərəfindən yerləşdirilib gizlədilməsi barədə bütövlükdə cinayət işində toplanmış məlumatlar yalnız təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs1 verdiyi ifadəsinə əsaslanmışdır (c-1, i.v.1,5-10,24,103-104 və 107-108). Bundan əlavə, birinci instansiya məhkəməsi xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş həmin maddə ilə ittiham üzrə Cinayət-Prosessual Məcəlləsinin 223-cü maddəsinin tələblərinə əsasən, onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarılmalı və həmin qərarda cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu və nəticəsi göstərilməklə ittihamın mahiyyəti, cinayət bir qrup şəxs tərəfindən törədildikdə iştirakçılığın növü göstərilməlidir. Təqsirləndirilən şəxs1 yeni ittiham elan edilməsi barədə 05 mart 2022-ci il tarixli qərarda isə ona ittiham elan olunarkən, Cinayət Məcəlləsinin 32,5,206.3.2-ci maddəsinə münasibətdə zəruri əlamətlərin heç biri öz əksini tapmamış, ümumi fikir şəklində onun «satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı «Malik» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı “Malik” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin İrandan Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gəlib köməklik etmiş, bu məqsədlə «Malik» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda 8.090 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 2.725 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda 1.375 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 09-da olan "xxxx"ın Nərimanov filialının qarşısında yerləşdirib bu barədə «WhatsApp» ani mesajlama mübadilə sistemi ilə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı tanışı Təqsirləndirilən şəxs2lə razılığa gələrək qabaqcadan əlbir bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Vadim Seyfıyevin idarə etdiyi «Mersedes E Class» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə 28 iyun 2021-ci ildə saat 01:29-da, Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 09-da olan Nərimanov filialının qarşısına gedərək, oradan içərisində külli miqdarda 1000 qram narkotik vasitə heroin və külli miqdarda 990 qram narkotik vasitə tiryək olan bir ədəd qara rəngli sellofan torbanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması” göstərilmişdir. Təqsirləndirilən şəxs1 yenidən ittiham elan edilməsi barədə qərarın özündən də göründüyü kimi, onun törətdiyi israr edilən qaçaqmalçılıq cinayət əməlinin kimin tərəfindən və nə vaxt törədilməsi, cinayətin törədildiyi yer və onun törədilmə üsulu ümumiyyətlə müəyyən edilməmişdir. Eyni zamanda təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürülərkən qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən məhz hansının törədildiyi müəyyənləşdirilməmiş, hətta təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərarın özündə belə qeyri-müəyyənlik birbaşa əks etdirilərək narkotik vasitənin Azərbaycanın gömrük sərhədindən ehtimallarla «gömrük nəzarətindən kənar və ya ondan gizli» keçirildiyi göstərilmiş, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hansının törədilməsi müəyyən olunmamış və alternativ hərəkətlərin məcmusu halında qeyri-müəyyən ittiham formalaşdırılmışdır. Qaçaqmalçılıq cinayətinin nə vaxt törədilməsi ilə bağlı isə ümumiyyətlə heç bir məlumat yoxdur. Hətta istintaq orqanının özü belə bu halları rəsmən etiraf etməklə sübutların qiymətləndirilməsi haqqında 04 mart 2022-ci il tarixli qərarında qeyrilərinin barəsində cinayət işinin ayrılmasını əsaslandırarkən göstərmişdir ki, aparılmış ibtidai istintaq zamanı «külli miqdarda narkotik vasitənin hansı şəraitdə, nə zaman, kimin və ya kimlərin vasitəsilə Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizlin keçirilməsini… müəyyən etmək mümkün olmamışdır.» (c-2, i.v. 99). Qeyd olunan hallar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının izah və tövsiyələrində əks olunmuş hüquqi mövqe ilə birbaşa ziddiyyət təşkil edir. Digər tərəfdən, həmin qərarda qeyd edilmişdir ki, mal və yaxud digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin həmin cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. İbtidai istintaq orqanının iştirakçılıqla əlaqədar mücərrəd mövqeyi də hər hansı bir sübuta əsaslanmamış və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdar narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən «gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etməsi»nin hansı hərəkət və ya hərəkətsizliklə edilməsi barədə hər hansı dəlil mövcud olmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, cinayət törətmiş şəxsi, cinayətin alətlərini və ya vasitələrini, cinayətin izlərini, ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi və ya sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən və naməlum vaxtda törədilmiş külli miqdarda narkotik vasitələrin dövlət sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirilməsi cinayətinin törədilməsində iştirak edib sadalanan hərəkətlərdən hansı birini etməsi müəyyənləşdirilməmiş, ona Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə ittiham elan edilərkən həmin cinayət əməlini törətməsinə dair Cinayət-Prosessual Məcəllənin 223-cü maddəsində nəzərdə tutulmuş zəruri elementlərin heç biri göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 06 may 2022ci il tarixli qərarında ifadə edilmiş qəti hüquqi mövqeyinə əsasən Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 qaçaqmalçılıqla bağlı obyektiv cəhəti təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etməməsi mübahisəsiz haldır. Bununla belə, təqsirləndirilən şəxsin əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcudluğu ilə bağlı hər hansı sübut olmadığı bir hald,a ona ibtidai istintaq orqanı tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətini törətməsi ittihamı irəli sürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Amma bu halda təqsirləndirilən Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayət əməlinin törədilməsində «qabaqcadan vəd etməklə köməklik göstərməsinin» hansı hərəkətlərlə ifadə olunması barədə hər hansı sübut mövcud yoxdur. Beləliklə, məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdıraraq və Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetirilmədikdə və təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq edildikdə Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə ona bəraət verilməli, məhkəmə istintaqında tədqiq olunmuş çoxsaylı mötəbər sübutlarla Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayəti törətməsi təsdiq olunduğundan, təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib məhkum edilməlidir. Birinci instansiya məhkəməsi aşağıda göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımasını, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin verilmiş ittihamdan çıxarılmaqla ona həmin maddə xitam verilərkən aşağıdakılara əsaslanmışdır. Belə ki, məhkəmə istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamdan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma ittihamı üzrə məsələni sübutların məcmusu əsasında qiymətləndirərək hesab etmişdir ki, onun bu əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bir qrup şəxs tərəfindən törədilmə kimi qiymətləndirilməlidir. Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində əməlin tövsifedici əlaməti kimi Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə qabaqcadan əlbir bir qrup şəxs tərəfindən törədilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən əməl bir qrup şəxs tərəfindən törədilən cinayət hesab edilir. Cinayət qanunun mənasına görə, həmin cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 234.2 və 234.3-cü maddələri ilə cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayət niyyətin keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Ali Məhkəməsi Plenumun “Narkotik vasitələrin, psixotrop maddələr və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarında eyni hüquqi mövqe əks olunmuşdur. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girib cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Hazırkı cinayət işi üzrə araşdırma zamanı satış məqsədi ilə qanunsuz külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma əməlini törətmək üçün təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz qabaqcadan əlbir olmalarını, Təqsirləndirilən şəxs1 tərəfindən cinayətin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçısı kimi təqdim edilən Təqsirləndirilən şəxs2 arasında qabaqcadan əlbirlik olmasını təsdiq edən hər hansı sübut yoxdur. Mübahisə edilməyən hal ondan ibarətdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, həm özünün avtomobili olmadığına, həm də bir müddət əvvəl yol-nəqliyyat hadisəsində ayağından xəsarət aldığından sərbəst hərəkət etməkdə çətinlik çəkərək çəliklə gəzdiyindən, taksi sürücüsü kimi tanıdığı Təqsirləndirilən şəxs2 onu konkret ünvana aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 həqiqətən sərbəst hərəkət edə bilmədiyi üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair prosessual hərəkətin məhkəmə istintaqında tədqiq edilmiş videoçəkilişindən aşkar görünür. İçində külli miqdarda narkotik vasitələrin olduğu torba qoyulduğu yerdən götürülüb avtomobilə aparıldıqdan sonra, içərisindəkilər barədə məlumat alan və məhz bundan sonra cinayətin törədilməsində qəsdən iştirak etməyə razılıq verən Təqsirləndirilən şəxs2 əməli qabaqcadan əlbir olan bir şəxs halında deyil, Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında törətmiş, yəni Təqsirləndirilən şəxs1 qeyriləri ilə qabaqcadan əlbir bir qrup şəxs təşkil edib razılaşdıqları cinayətkar niyyətin keçirilməsi üçün Təqsirləndirilən şəxs2lə qabaqcadan sövdələşməsi halı sübuta yetirilmir. Hadisənin bu mənzərəsi istintaq mərhələsində müəyyənləşdirilmiş və Vadim Sefiyev vəsatətlə müraciət edərək bu barədə ətraflı ifadə vermiş, Təqsirləndirilən şəxs1 da eyni məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs2 ifadələrini təsdiq etmiş, hər iki təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı bir daha dəqiqləşdirmələr aparılmış və müəyyən edilmiş hallar başqa hər hansı sübutlarla təkzib edilməmişdir. Təqsirləndirilən şəxslər məhkəmədə faktki ibtidai istintaq verdikləri ifadələrini təsdiq etmişlər. Həbs qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələri götürməkdə Təqsirləndirilən şəxs1 kömək etdiyini etiraf etmiş, narkotik vasitələri götürməyə gedəndə Təqsirləndirilən şəxs1 ona bildirməmiş və etdiyi köməyin müqabilində ona 15 qram heroin verməyi vəd etmişdir. Cinayətdə iştiraka razılıq vermiş Təqsirləndirilən şəxs2 bilavasitə qəsdi şəxsi istehlakı üçün 15 qram heroinin əldə edilməsinə yönəlsə də, əslində taksi kimi göstərdiyi xidmətə görə zəhmət haqqı olaraq əldə edəcəyi 15 qram heroin müqabilində dəqiq növünü və miqdarını bilməsə belə hər bir halda külli miqdar təşkil etməsi ona məlum olduğu şübhə doğurmayan narkotik vasitənin qanunsuz olaraq satış üçün əldə edilməsində, avtomobilində saxlamasında və daşınmasında iştirakı ilə bağlı törətdiyi əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibi ilə tam əhatə olunur. Beləliklə, Təqsirləndirilən şəxs1 planlaşdırıb icra etdiyi əməlin məhz cinayətkar niyyət kimi həyata keçirilib reallaşmasında Təqsirləndirilən şəxs2 hər hansı maraqı olub-olmaması məsələsi aydınlaşdırıldıqda onun törətdiyi əməlin qabaqcadan əlbir olan bir qrup şəklində deyil, məhz bir qrup şəxs tərəfindən törədildiyi müəyyən olunur. Sadə iştirakçılıqla əməli törətmiş Təqsirləndirilən şəxs2 hərəkətlərində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmənin hər hansı forması müəyyən edilmədiyindən, məhkəmə törətdiyi əməlin qabaqcadan cinayət əlaqəsinə girmiş bir qrup şəklində deyil, məhz sadə iştirakçılıqla bir qrup şəxs tərəfindən törədilmiş əməl kimi qiymətləndirilməsini qanuni və əsaslı hesab edir. Bununla belə, məhkəmə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əməlin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsinin digər təqsirləndirilən şəxslə müqayisədə əhəmiyyətli dərəcədə fərqləndiyini qeyd edir və bu halın cəza təyini zamanı fərdi yanaşmanın əsas məqamlarından biri olaraq nəzərə alınmalı olan xüsusat kimi nəzərdə saxlayır (c-1,144; c-2, i.v. 14-26, 128-130). Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 318.1-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamdan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımaqla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin çıxarılmasını əsaslı hesab edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr «Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorların dövriyyəsi haqqında” Azərbaycan Respublikası 25 iyun 2005-ci il tarixli Qanununun izah və tələbləri baxımından əsaslıdır. Belə ki, həmin Qanunun tələbinə görə, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozub narkotİk vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı bir digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla şəxsin tabeçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitə və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər - narkotik vasitələrin və psixotrop laddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrinin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 4-cü bəndinə əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlak və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi və tapılmış narkotik vasitənin mənimsənilməsi də başa düşülməlidir. Qeyd olunan Ali Məhkəməsinin Plenumunun qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələrinin və psixotrop maddələrinin saxlanılması, həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də həmin maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Plenum qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlar və narkotik vasitələrin miqdarı ilə yanaşı, onun istehlakçı ilə əvvəldən razılıq əldə edilməsi, çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və həmin sübutlar bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında olan tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən, o cümlədən narkotik vasitələrin külli miqdarda olmasını nəzərə alaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri və X8 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayətləri törətməkdə təqsirli olmaları düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olmaqla yanaşı, iş üzrə toplanmış sübutları bir-birilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 və X8 verilmiş apellyasiya şikayətlərinin dəlilləri hər birinin istintaqda verdikləri ifadələri və digər sübutlarla təkzib edilmişdir. Hər birinin əvəzli və şəxsi maraq üzündən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları məhkəmədə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Onların istintaqda verdikləri ifadələrinə şübhə ilə yanaşmağa, sübut kimi qəbul edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin verdikləri ifadələrində qeyri səmimi olmuş, məhkəmədə ifadələrində göstərdikləri yalnız cəzanı yüngülləşdirmək məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirilməklə nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinin tələblərinə əsasən şübhəli və ya təqsirləndirilən şəxslər ifadə (izahat) vermək, özünə və ya yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ifadə (izahat) verməkdən imtina etmək, təqsirləndirilən şəxs onun haqqında irəli sürülən ittihamla əlaqədar ifadə (izahat) vermək və yaxud ifadə (izahat) verməkdən və sənədləri imzalamaqdan imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə birbaşa ona dəlalət edir ki, təqsirləndirilən və ya şübhəli şəxs istədiyi kimi özünün müdafiəsini mümkün və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə edərək qurmaqla həyata keçirmək hüququna malikdir. Yəni ifadə vermək və ya ifadə verməkdən imtina etmək, hər hansı bir sənədə imza etmək və ya imza etməkdən imtina etmək onun vəzifəsi deyil, hüququdur və buna görə də məsuliyyət nəzərdə tutulmamışdır. Belə olan halda məhkumun ibtidai istintaq dövründə və məhkəmə baxışında hər hansı sənədi imzalamaqdan imtina etməsinə yalnız onun müdafiə hüququ kimi qəbul olunaraq qiymətləndirməklə nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və X8 məhkəmədə öz ifadələrində irəli sürdükləri dəlillər hər birinin cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirilməlidir. Cinayət işinin apellyasiya baxışında təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5,206.3.2-ci maddəsi ilə təqsirli bilinib cəza təyin edilməsi barədə Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestində irəli sürülən dəlillər və təqsirləndirilən şəxslərin hər birinə elan olunmuş ittiham üzrə bəraət verilməsinə dair tqsirləndirilən Təqsirləndirilən şəxs1 özünün və Təqsirləndirilən şəxs2 müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərində irəli sürülən dəlillər toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığından, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32,5,206.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə verilmiş apellyasiya protestində və təqsirləndirilən şəxslərin hər biri barəsində bəraət hökmünün çıxarılması barədə verilmiş apellyasiya şikayətlərində hüquqi əsaslar müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs1 əməlinin tövsifi dəyişdirilə bilməz və təqsirləndirilən şəxslərin barəsində bəraət hökmü çıxarılması barədə verilmiş apellyasiya protesti və apellyasiya şikayətiləri subyektiv mülahizələr üzərində qurulmaqla əsaslandırıldığından, əsassız hesab olunmaqla təmin edilməməlidir. Eyni zamanda, məhkəmə kollegiyası Cinayət işinin apellyasiya baxışı zamanı X8 Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə daha ağir cəza təyin olunması barədə Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestində irəli sürülən dəlillər toplanmış sübutlarla öz təsdiqini tapdığından və işin faktiki hallarına tam uyğun olduğundan, verilmiş apellyasiya protesti təmin edilməli və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1-cü maddəsi ilə də əlavə təqsirli bilinib ona həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə daha ağır cəza təyin edilməsi barədə verilmiş apellyasiya protesti təmin edilməli və Təqsirləndirilən şəxs2 barəsində yeni ittiham hökmü çıxarılmaqla yanaşı, ona daha ağır cəza təyin edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxs X8 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən bu Məcəllənin 234.4.3-cü maddəsinə tövsif olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıda göstərilənlərə görə qanunsuz və əsassız hesab edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsi iş üzrə toplanmış və məhkəmələrdə tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası X1 ittihamından Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıda göstərilən xüsusatlara görə razılaşmır və əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi öz hökmündə X2na irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəısinin çıxarılmasına dair gəldiyi nəticəni əsaslandırarkən göstərmişdir ki, onun hərəkətlərində cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmənin hər hansı forması müəyyən edilmir. Təqsirləndirilən şəxs2 bilavasitə qəsdi şəxsi istehlak üçün 15 qram heroinin əldə edilməsinə yönəlsə də, əslində taksi sürücüsü kimi göstərdiyi xidmətə görə zəhmət haqqı kimi əldə edəcəyi heroinin müqabilində dəqiq növünü və miqdarını bilməsə aşkar surətdə hər bir halda külli miqdarda təşkil etməsi ona məlum olduğu şübhə doğurmayan narkotik vasitələrin qanunsuz satış məqsədi ilə əldə edilməsində, avtomobilində saxlanılmasında və daşınmasında iştirakı ilə əlaqədar törətdiyi əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibi ilə tam əhatə edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamaqla əsassız olaraq Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric edildiyi və törətdiyi cinayətin ictimai təhlükəliliyi, xarakteri və şəxsiyyəti nəzərə alınmadan təqsirli bilindiyi həmin Məcəllənin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edildiyi hissədə ləğv edilməli, Vadim Seyfıyev Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ona cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq daha ağır cəza təyin edilməlidir. İstintaqın ilkin mərhələsində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrində özünü təqsirli bilib göstərmişdir ki, tutulmazdan 10 ay əvvəl «Malik» adlı İran vətəndaşı ilə tanış olmuşdur. «Malik» adlı şəxslə onun +98 939-690-7573 nömrəsinin “WhatsApp”lə əlaqə saxlalyıb onun «malına görə ona köməklik etməsini xahiş etmiş, lakin Malik bundan imtina etdiyi üçün, sonuncu ilə mübahisəsi yaranmış, aradan bir müddət keçəndən sonra «Malik» onunla əlaqə saxlayıb cənub rayonlarının birinə narkotik vasitə qoydurduğunu və taksi kimi onu oradan götürüb Bakı şəhərinə gətirməsini və burada adamlara təhvil verməsini xahiş edib bunun müqabilində ona pul verəcəyini təklif etmişdir. İlk olaraq imtina etsədə sonradan Malikin xahişlərinə görə onunla razılaşmış, lakin sonradan Malik təklifindən vaz keçmişdir. 27 iyun 2021-ci ildə Malik yenidən onunla əlaqə saxlayıb Bakı şəhərinə külli miqdarda narkotik vasitə qoyduracağını, narkotik vasitəni oradan götürməsini və saxlamasını, sonra deyəcəyi adamlara çatdırmasını deyib bunun müqabilində ona pul verəcəyini təklif etdikdə, pula ehtiyacı olduğuna görə Malikin təklifi ilə razılaşmış, lakin avtomobili olmadığı və əvvəlcədən yol-nəqliyyat hadisəsi zamanı sol ayağından xəsarət alaraq çəliklə gəzdiyindən taksilik fəaliyyəti ilə bağlı tanıdığı taksi sürücüsü X7 onu narkotik vasitənin qoyulduğu yerə aparmasını və narkotik vasitənin götürülməsinə köməklik etməsini xahiş etmək qərarına gəlib Vadim Seyfıyevlə əlaqə saxlayaraq ona İrandan narkotik vasitə göndərildiyini və həmin narkotik vasitənin çəksinin bir az çox oldğunu, lakin avtomobili olmadığına və ayağı zədəli olduğuna görə narkotik vasitəni qoyulduğu yerdən götürməkdə çətinlik çəkəcəyini deyib köməklik etməsini xahiş etmiş və bunun müqabilində ona istifadə etməsi üçün 15 qram heroin verəcəyini vəd etmişdir. Vadim Seyfıyev heroin istifadəçisi olduğundan təkliflə razılaşmış və 28 iyun 2021-ci ildə saat 00:30 radələrində Vadim Seyfıyev idarə etdiyi «Mersedes E class» markalı **-TT-*** qeydiyyat nişanlı avtomobili ilə onu «Qızıl Tac» restoranın yaxınlığından götürmüşdür. «Malik» ilk olaraq narkotiki «Elit» Ticarət Mərkəzi yaxınlığına qoyduracağını bildiyindən, Vadim Seyfıyevdən avtomobili həmin yerə sürməsini istəmiş, həmin yerə çatanda Malik narkotik vasitəni orada deyil, bir qədər aralıda X10 fıliyalmın qarşısına qoydurduğunu bildirmişdir. Daha sonra onlar qeyd edilən yerə getmiş və çatandan sonra Vadim Seyfıyev avtomobili saxlayıb avtomobildən enərək Kapital Bankın qarşısındakı ağacın dibinə qoyulmuş «McDonalds» torbasını götürüb qayıtmışdır. Onlar birlikdə Vadim Seyfıyevin yaşadığı evin yaxnlığına getmişlər və getməklərində məqsədləri çatandan sonra narkotik vasitəni özü ilə götürərək başqa taksiyə əyləşib evə getmək olmuşdur. Vadim Seyfıyevin yaşadığı evin yaxınlığına çatandan sonra, hər ikisi avtomobildən enmiş, ayağı zədəli olduğu, çəliklə yeridiyi və narkotik vasitənin çəkisi çox olduğundan, Vadim Seyfıyevdən narkotik vasitənin böyük hissəsini özü ilə götürməsini və onu taksiyə kimi aparmasını xahiş etmiş, Vadim Seyfıyev onunla razılaşmış və bundan sonra «McDonalds» torbasında olan iri qara rəngli sellofan torbanı Vadim Seyfıyev, çəkisi az olan qara rəngli sellofan torbanı isə özü götürmüş, elə yol kənarında dayanmış taksiyə yaxınlaşarkən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları onlara yaxınlaşıb saxlamışlar. Polis əməkdaşları narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Vadim Seyfıyevi Baş idarəyə dəvət etmişlər. Onlar etiraz etməmiş və polis əməkdaşları ilə Baş İdarəyə getmişlər. Orada hər ikisi şübhəli şəxs kimi tutulmuş, onlara hüquq və vəzifələri izah olunmuş, sonra onun və Vadimin üzərində müdafiəçilərinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, ilk olaraq polis əməkdaşlarının təklifi ilə özü əlindəki qara rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etmiş və torba açıldıqda onun içindən bir bükümdə narkotik vasitə heroin, iki ədəd ayrı-ayrı bükümlərdə isə narkotik vasitə tiryək aşkar edilmiş, sonra onun üzərinə şəxsi axtarış davam etdirilmiş və üzərindən ona məxsus «Samsung» markalı mobil telefon aşkar olunmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə varsa təqdim etməsini təklif etdikdə, Təqsirləndirilən şəxs2 əlindəki qara sellofanı polis əməkdaşlarına təqdim etmiş, sellofan torbaya polis əməkdaşları baxış keçiriərkən oradan 07 ədəd ayrı-ayrı bükümlərdə heroin, 02 bükümdə tiryək, iki ədəd bükümdə nəşə kimi tanınan qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Şəxsi axtarş başa çatdıqdan sonra aşkar olunmuş narkotik vasitələr və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür (c-1, i.v. 107-109). Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ilk verdiyi izahatında, 28 iyun 2021-ci ildə isə şübhəli şəxs kimi ifadəsində eyni xüsusatları təsdiq etmişdir (c-1,i.v.50-53,84-86). Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs1 özünü cinayəti törətməkdə müdafiə etmək üçün müdafiə xarakterli ziddiyyətli ifadələr vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri təqsirləndirilən şəxs kimi cəlb olunaraq dindirilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində özünü qismən təqsirli bilib göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən bir ildir ki, tanıyır. Təqsirləndirilən şəxs1 onun kimi taksilik fəaliyyəti ilə məşğul olmuş və məhz bu fəaliyyəti ilə bağlı onu tanımış, tutulmazdan iki ay əvvəl Mərahim yol nəqliyyat hadisəsi törətmiş və avtomobili yararsız hala düşmüş və özü yaralanmış, bu müddət ərzində Təqsirləndirilən şəxs1 görməmişdir. 27 iyun 2021-ci ildə gecə saatlarında evdə olarkən, Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayaraq maşını olduğundan, onu bir yerə aparmasını xahiş etdikdə etiraz etməmişdir. Bir neçə saat sonra, yəni 28 iyun 2021-ci il tarixə keçən gecə saat 00:45 radələrində idarə etdiyi «Mersedes E class» markalı **- TT-*** nömrəli avtomobili ilə Təqsirləndirilən şəxs1 “Qızıl Tac” restoranı yaxınlığından götürmüş, sonuncu avtomobilə əyləşəndən sonra ona hansısa tanış İranlının vasitəsi ilə narkotik vasitə atdırdığını, narkotik vasitəni gedib oradan götürmək lazım olduğunu özünün xəsarət aldığı və avtomobilsiz olduğuna görə bunu ondan xahiş etdiyini, narkotiki qoyulduğu yerdən götürəndən sonra istifadəsi üçün təxminən 10-15 qram heroin verəcəyini demiş, heroin istifadəçisi və heroin lazım olduğundan Təqsirləndirilən şəxs1la razılaşmış, Təqsirləndirilən şəxs1 ilk olaraq ona avtomobili «Elit» Ticarət Mərkəzinin yaxınlığına sürməsini demiş və deyilən yerə sürmüş, Ticarət Mərkəzinn yaxınlığına çatanda avtomobili saxlayıb dükandan siqaret almış, geri qayıdandan sonra Təqsirləndirilən şəxs1 ona avtomobili «Nərimanov» metrosu istiqamətində idarə etməsini demiş, avtomobili dediyi istiqamətdə idarə etmiş və «Şəki» restoranının dairəsindən düz keçmiş və "xxxx"ın Nərimanov fıliyalının qarşısına getmiş, ora çatanda Təqsirləndirilən şəxs1 avtomobili saxlatdırmış və ayağı avtoqəzadan xəsarət aldığından avtomobildən düşmədən ondan avtomobildən enib həmin Kapital Bankın qarşısında ağacın dibinə qoyulmuş torbanı götrməsini bildirmiş, avtomobildən enib ağacın dibinə qoyulmuş «McDonalds» torbasını götürmüş, torbanı götürəndə onun ağırlığını hiss edib torbaya qoyulan narkotik vasitənin külli miqdar olması ona məlum olmuşdur. Narkotik vasitəni götürəndən sonra, avtomobilə qayıtmış və torbanı avtomobilə qoyub cəld avtomobili yaşadığı evə tərəf idarə etmiş, razılaşmaya görə evinə çatandan sonra Təqsirləndirilən şəxs1 avtomobilidən enib narkotik vasitəni özü ilə götürüb başqa taksiyə əyləşib getməli, yaşadığı evin yaxınlığına çatandan sonra avtomobili saxlamış, hər ikisi avtomobildən enmiş, Mərahimin ayağı zədəli olduğu, çəlliklə yeridiyndən və narkotik vasitənin çəkisi çox olduğundan, Mərahim ondan narkotik vasitənin böyük hissəsini götürməsi, əyləşəcəyi taksiyə kimi onu müşayət edib taksi ilə yola salmasını xahiş etmiş, razılaşmış və «McDonalds» torbasında olan iri qara rəngli sellofan torbanı özü, çəkisi az olan qara rəngli sellofan torbanı Təqsirləndirilən şəxs1 götürüb yol kənarında dayanmış taksiyə yaxınlaşarkən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları onlara yaxınlaşıb saxlamışlar. Polis əməkdaşları narkotik vasitənin dövriyəsində şübhəli olduğunu deyib onu və Təqsirləndirilən şəxs1 Baş idarəyə dəvət etdikdə, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Baş idarəyə getmişlər. Orada hər ikisi şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah olunmuş, sonra onun və Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçilərin iştirakı ilə şəxsi axtarış keçirilmiş, ilk olaraq Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının təklifindən sonra əlindəki qara rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etmiş və torba polis əməkdaşları tərəfindən açıldıqda içindən bir bükümdə narkotik vasitə heroin, iki ədəd ayrı-ayrı bükümlərdə isə narkotik vasitə tiryək aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirilmiş və üzərindən ona məxsus olan «Samsung» markalı mobil telefon aparatı aşkar olunmuşdur. Daha sonra polis əməkdaşları ona üzərində narkotik vasitə varsa təqdim etməsini təklif etdikdə əlində qara sellofanı polis əməkdaşlarına təqdim etmiş, sellofan torbaya polis əməkdaşları tərəfindən baxış keçirilərkən oradan 07 ədəd ayrı-ayrı bükümlərdə heroin, 02 bükümdə tiryək, iki ədəd bükümdə qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkar edilmişdir. Şəxsi axtarş başa çatdıqdan sonra əlindəki sellofandan, Təqsirləndirilən şəxs1 əlindəki selofandan aşkar edilmiş narkotik vasitələr və elektron tərəzilər polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür (c-1,i.v.117-119). Məhkəmədə tədqiq edilmiş təqsirləndirilən Vadim Seyfıyev təhqiqat zamanı izahatında və 28 iyun 2021-ci il tarixli şübhəli şəxs qismində verdiyi ifadəsində eyni xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsində X2 özünü müdafiə etmək və məsuliyyətdə yayınmaq məqsədi ilə müdafiə xarakterli ziddiyyətli ifadələr vermişdir. Məhkəmədə tədqiq edilmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** mobil nömrəyə xx.xx.2021-ci il saat 15:02:13-də istintaqa məlum olmayan şəxsin **********73 nömrəsindən «Yigirdim soruwumki bu teref ajdigdi neise alinirsa gelmiwken pulnan yola salim seni, hami kola axtarir tez gelsen super olar sende tutardin mende» məzmunlu; xx.xx.2021-ci il saat 19:11:17-də istintaqa məlum olmayan şəxsin **********28 nömrəsindən «Salam necesen. Var isdeyen mene tez xeber ver, Ne oldu sesin gelmedi gelmirsen bura getdiyini kimese deme yaxsi birde qara var» məzmunlu; xx-xx-2021-ci il saat 12:26:21-də istintaqa məlum olmayan şəxsin **********28 nömrəsindən «P. isdeyen var bir telfonu acda» məzmunlu; xx-xx-2021-ci il saat 14:10:24-də istintaqa məlum olmayan şəxsin **********73 nömrədən «60 manat duzeltmiwem bayagki 3 dene kolani getir mene ama gozduyurem yig meni» məzmunlu; xx-xx-2021-ci il saat 20:20:08-də istintaqa məlum olmayan şəxsin **********73 nömrəsindən «5 dene kola lazim, getire bilirsen?ama cekiye bax,o eksiylerimide getir qaqa» məzmunlu; xx-xx-2021-ci il saat 23:19:57-də istintaqa məlum olmayan şəxsin **********73 mobil nömrədən «Qaqa 1 Saat Demiwdin 2 Saat Keçdi,bele X16 Cani,gel Cixda Day,3 Dene Kola 1 Denede Daw getir» məzmunlu; xx-xx-2021-ci il saat 01:19:28-də istintaqa məlum olmayan şəxsin 99450- ******* nömrədən «qaqa qurban olaram 20 manat verim mene 01 qotur ver» məzmunlu; xx-xx-2021-ci il saat 5:53:38-də istintaqa məlum olmayan şəxsin **********73 mobil nömrədən «Kolam qutardi.Merahim ona gore deyiremki bunu 2 dene ver bir defelik. pati evəzine gerek kola vererdin. meni yig bidene» məzmunlu; xx-xx-2021-ci il saat 06:24:52-də istintaqa məlum olmayan şəxsin **********73 mobil nömrədən «Ama sen bayağ dedinki fırlanıb gelib verecem yenede kola.ama verdiyim maqintafona 1 dene kola ve cet pati duwmur Merahim.bu gune kimi elediylerive gore cox sagol. bu gundunen sora yalvarsamda sene mene hecne getirme qaqa sagol ozunden mugaet ol» məzmunlu; xx-xx-2021-ci il saat 17:41:29-da istintaqa məlum olmayan şəxsin **********87 mobil nömrədən “axsamin xeyir emi Elvindi, hardasan agriyiram gelim yarimi gotrum o terefinde danisag gorey 300 dene torpağ gotursey das nisye verecey ya yox. Gozduyrem” məzmunlu; xx-xx.2021-ci il saat 20:23:24-də istintaqa məlum olmayan şəxsin **********73 nömrədən “1 dene kola lazim puluynan tez he yox de» məzmunlu; xx-xx-2021-ci il saat 11:52:07-də istintaqa məlum olmayan şəxsin **********49 mobil nömrədən «Menem cavid gellem şamaxinkaya menim kolami hazirla vezyetim pisdi» məzmunlu SMS-lər göndərilmişdir (c-1, i.v. 173-196). Məhkəmədə tədqiq edilmiş və iş üzrə götürülmüş Təqsirləndirilən şəxs1 istifadəsində olan «Samsung A 10» markalı mobil telefon aparatına baxış zamanı müəyyən edilmişdir ki, mobil telefonun abunəçilər bölümündə İran İslam Respublikasının mobil operatoruna məxsus +98 939 *** **** nömrə «Malik» kimi qeydə alınmış və mobil telefonda Vadim Seyfıyevin ***-***-**-** nömrəsi adsızdır. Mobil telefonun «WhatsApp» ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən müəyyən edilmişdir ki, mobil telefonda adı Malik kimi qeydə alınan nömrənin istifadəçisi 27 iyun 2021-ci ildə saat 18:44-də “Salam zənk vur” ismarıc göndərir. «Malik» kimi qeydə alınan nömrənin istifadəçisi 27 iyun 2021-ci ildə saat 22:33-də «mənə birdənə zəng elə», saat 22:37-də «maşmı götürdün bir dənə mənə yaz, yada səs göndər başına dönüm», Təqsirləndirilən şəxs1 Malik kimi qeydə alınan mobil nömrəyə saat 22:43-də «hazırdı Malik maşın hazır», Malik kimi qeydə alınan nömrənin istifadəçisi Təqsirləndirilən şəxs1 saat 22:44-də «yaxşı başina dönüm səbrli ol” məzmunlu səsli mersajlar göndərmiş; «Malik» kimi qeydə alman nömrənin istifadəçisi Təqsirləndirilən şəxs1 saat 01:15-də narkotikin qoyulduğu yerin şəkilərini göndərir, saat 01:29-da Təqsirləndirilən şəxs1 Malik kimi qeydə alınan nömrənin istifadəçisinə narkotik : vasitələrin qoyulduğu yerdən götürməsi barədə məlumat verir. «Malik» kimi qeydə alınan nömrədən Təqsirləndirilən şəxs1 saat 01:39-dan 02:06-dək zənglər etsədə zənglər cavabsız qalmışdır. Göründüyü kimi, tədqiq edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq zamanı verdikləri ifadələri, texniki rabitə vasitələrdən götürülmüş məlumatlar, şahid ifadələri, habelə digər sübutlarla Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satması barədə İran vətəndaşı “Malik” adlı şəxs və qeyriləri ilə əvvəldən razılaşıb cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsi, aralarında olan cinayətkar razılaşmaya əsasən İran vətəndaşı «Malik» adlı şəxs və qeyrilərinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin İrandan Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışın təşkil edilməsinə əvvəldən vəd verməklə razılığa gələrək köməklik etməsi, bu məqsədlə «Malik» adlı şəxs və qeydlərinin Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda 8.090 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 2725 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda 1.375 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı ünvan 9 ünvanda yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra, sonuncu külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlaması, daşınması və satılması ilə bağlı tanışı Vadim Seyfıyevlə razılığa gələrək qabaqcadan əlbir bir qrup şəxs halında birləşməsi, bu məqsədlə Təqsirləndirilən şəxs2 idarə etdiyi «Mersedes E Class» markalı **-TT-*** dövlət nömrə nişanlı avtomobillə 28 iyun 2021-ci ildə saat 01:29-da Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 9 ünvanına gedərək oradan narkotik vasitələri əldə edib üzərlərində saxlamaqla daşıyarkən polis əməkdaşları tərəfindən yaxalanmışlar. Belə olan halda, birinci instansiya məhkəməsi hansı səbəbdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqda və məhkəmədə verdikləri ifadələrini Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsini xaric edərkən, sübut kimi qəbul etməməsini və buna əsaslandırılmış hüquqi qiymət vermədən belə bir nəticəyə gəlməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmiş və bununla da məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına ümumiyyətlə uyğun olmamışdır. Beləliklə də, ibtidai istintaq zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətlərin törədilməsində faktiki olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında iştirak etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri toplanmış sənədlərlə tam sübuta yetirilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqın ilkin mərhələsində öz ifadələrinə əsasən, Təqsirləndirilən şəxs2 artıq Təqsirləndirilən şəxs1 xahişi ilə narkotik vasitələrin götürülməsi məqsədi ilə getməzdən əvvəl Təqsirləndirilən şəxs2 bu barədə kifayət qədər dəqiq məlumat vermiş və Təqsirləndirilən şəxs2 artıq narkotik vasitələrin dalınca gedərkən artıq tam məlumatlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi toplanmış çoxsaylı sübutları bir-biri ilə müqayisəli şəkildə tədqiq və təhlil etməməklə yanaşı, müvafiq qaydada qiymətləndirmədən səhv nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qeyd olunan tövsiyyələrini, Narkotik vasitələrinin, psixotrop maddələrinin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun müddəalarını və işin faktiki hallarını kifayət qədər nəzərə almadan; eyni zamanda təqsirləndirilən şəxslərin hər birinin ibtidai istintaqın ilkin mərhələsində müdafiəçilərinin iştirakları ilə hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına dair iş materialları ilə uzlaşan, özlərinin ibtidai istintaqda və məhkəmədə verdikləri ifadələrinin məzmunu ilə yanaşı; keçirilmiş şəxsi axtarış və götürmə zamanı videgörüntüdən istifadə olunaraq, videogörüntülərə baxış keçirilməsi barədə protokollarla; toplanmış və tədqiq edilmiş digər mötəbər sübutlarla əlaqəli şəkildə tədqiq və təhlil edib hesab edir ki, təqsirləndirilən şəxslərin külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə etmələri, saxlamaları, daşımaları və qabaqcadan əlbir olan bir qrup şəxs halında satmaları, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsinə kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar tədqiq etdiyi sübutlara uyğun gəldiyi halda əsaslı hesab edilir. Lakin, birinci instansiya məhkəməsi cinayət-prosessual qanunvericiliyinin göstərilən normalarının tələblərini pozaraq, yuxarıda qeyd olunan işin obyektiv hallarına uyğun olan ibtidai istintaqda əldə olunmuş sübutları düzgün qiymətləndirməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları qeyd edilən Məcəllənin tələblərinə uyğun olaraq qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən, Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən, bir sübutun mötəbər hesab edilməsi və digərinin rədd olunması məhkəmənin hökmündə əsaslandırılmalı və məhkəmə hökmü mülahizələrə əsaslanmamalıdır. Məhkəmənin hökmü cinayət işi üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən və bütün mövcud ziddiyyətlər aydınlaşdırılmaqla qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Birləşmiş Millətlər Təşkilatının Yeddinci konqresi tərəfindən 26 avqust - 6 sentyabr 1985-ci ildə qəbul edilmiş “Məhkəmə orqanlarının müstəqilliyinə aid olan əsas prinsiplər”in 2-ci bəndinə əsasən, məhkəmələr onlara verilmiş işlərə faktlar əsasında və qanuna uyğun qərəzsiz baxırlar. Avropa Şurasının Nazirlər Komitəsinin 13 oktyabr 1994-cü ildə qəbul etdiyi “Hakimlərin müstəqilliyi, səmərəliliyi və rolu haqqında” Tövsiyələrin 1-ci prinsipinin 2-ci hissəsinin “d” bəndinə əsasən, hakimlər öz vicdanlarını, faktları özləri təfsir etməni və mövcud hüquq normalarını rəhbər tutmaqla qərəzsiz qərar qəbul etməkdə məhdudiyyətsiz müstəqilliyə malik olmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3 və 28.5-ci maddələrinə əsasən, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırma zamanı gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə əlaqədar digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Hər hansı bir şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və cinayət işinə aid olan və biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə birmənalı qaydada təsdiq olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməmiş və müəyyən etdiyi hallar sübutlara deyil, yalnız mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları nəzərə almadan və faktiki olaraq heç bir mötəbər sübutlara əsaslanmadan səthi və formal mülahizələr əsasında məhkumun əməlini daha yüngül maddəyə tövsif etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, X8 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və təqsirli bilinib maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cinayət əməlinin tövsifi məsələsi istisna olmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirəndirilən Təqsirləndirilən şəxs2 cinayət əməlini qabaqcadan əlbir olan bir qrüp şəxs halında və külli miqdarda törətməsini, ibtidai istintaq zamanı səmimi olmasına baxmayaraq birinci instansiya məhkəməsində cinayət məsuiyyətindən yayınmaq məqsədi ilə qeyri-səmimi olmasını, ondan və digər təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş müxtəlif növ narkotik vasitələrinin külli miqdarda olmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə şəraitini və üsulunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ona ədalətsiz cəza təyin etməklə ədalət prinsipini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsin barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkar şəxsin şəxsiyyəti, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, həmçinin təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6cı maddəsinin tələblərinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd olunur ki, məhkəmələr cəza təyin edərkən həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış, qanuni və ədalətli cəza təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olaraq lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alır. Qanuni cəza təyin edilməsi ilk olaraq cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş materiallarında olan sənədlərə əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Evlidir və himayəsində biri xəstə olmaqla və sağlamlıq imkanları məhdud olan 14 oktyabr 2017-ci il tarixli və 19 avqust 2013-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. Yaşadığı yer üzrə müsbət xarakterizə olunur (c-1, i.v. 199-203,205, 216-217). İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs2 əvvələr-Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01 may 2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda, ibtidai istintaq orqanının 12 mart 2022-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə onun barəsində ********* saylı cinayət işi ayrı icraata ayrılmışdır. Verilmiş arayışa əsasən, yaşadığı yer üzrə mənfi xarakterizə olunmur (c-1, i.v. 208, 218-220; c-2, i.v. 176-178). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18 və 83.3.3-cü maddələrini rəhbər tutaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətə görə məhkumluğu ödənildiyindən, məhkumluğu olmayan şəxsdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halın olmaması ilə yanaşı; himayəsində iki azyaşlı övladı olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü qismən təqsirli bilib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və övladının birinin xəstə olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəzasını çəkib qurtardığından və məhkumluğu ödənildiyindən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı; özünü qismən təqsirli bilib səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Keçirilmiş ambulator Məhkəmə-narkoloji ekspertizasının rəyi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunduğundan Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayət əməlinə görə şəxsə cəza təyin edilərkən, iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ədalətli və humanizm prinsiplərinə uyğun cəza təyin edildiyi üçün həmin cəza ilə razılaşır və həmin hissədə hökmün dəyişdirilməsi üçün əsas tapmır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən X9 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib əsassız və ədalətsiz cəza təyin edildiyindən, həmin cəza ilə razılaşmır, bu səbəbdən Təqsirləndirilən şəxs2 həmin maddələrlə təqsirli bilinib ona maddələrin sanksiyasının yuxarı həddində ədalətli və humaniz prinsipinə uyğun olaraq cəza təyin edilməlidir. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində olan iş üzrə mühüm əhəmiyyət kəsb edən digər hallar və apellyasiya şikayətlərində irəli sürülən dəlillər əsaslandırılmaqla qiymətləndirmiş və nəticədə hər birinin barəsində əsaslı olaraq ittiham hökmü çıxarmışdır. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onların şəxsiyyətlərini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin etmənin ümumi prinsiplərini və Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə uyğun olmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmədən saxlanılmalı, digər Təqsirləndirilən şəxs2 barəsində məhkəmənin hökmü ləğv edilməli və onun barəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni ittiham hökmü çıxarılmaqla, maddələrin sanksiya həddində cəzasının müddəti artırılmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin hər birinə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzalarını ağırlaşdıran halın olmaması ilə yanaşı; cəzalarını yüngülləşdirən halları və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli düzgün və əsaslı tövsif edilməklə ədalətli cəza təyin edildiyi üçün, ona münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayət əməli düzgün tövsif edilmədiyi və ona ədalətsiz cəza təyin edildiyindən, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli və iş üzrə yeni ittiham hökmü çıxarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzasının əvvəli 28 iyun 2021-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə birinci instansiya məhkəməsi tərəfindən ona təyin olunmuş 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 02 il müddətə artırılmaqla ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət işi üzrə maddi sübutlar - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş və keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış və təmiz çəkisi 8089,6 qram təşkil edən narkotik vasitə heroin, qalıq təmiz çəkisi 2.724,8 qram təşkil edən narkotik vasitə tiryək, qalıq təmiz çəkisi 1.374,6 qram təşkil edən qurudulmuş marixuana və iki ədəd elektron tərəzi məhkəmənin hökmü qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli; Şəxsi axtarış və götürmə keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk, “Azerfon” və Baksell” Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim edilmiş üç ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı; 01 (bir) ədəd” Samsunq” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qaytarılmalı Təqsirləndirilən şəxs1 103,82 (bir yüz üç manat səksən iki qəpik) manat və Təqsirləndirilən şəxs2 40 (qırx) manat olmaqla cəmi 143,82 (bir yüz qırx üç manat səksən iki qəpik) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, X1 müdafiəçisi Müdafiəçi1 Əhraman oğlu və təqsirləndirilən Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş verilmiş apellyasiya şikayətləri təmin edilməməli və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, məhkəmənin 23 iyun 2022-ci il tarixli hökmü ləğv edilməli və cinayət işi üzrə Vadim Seyfıyevə münasibətdə yeni ittiham hökmü çıxarılmalı; Vadim Seyfıyev Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzasının əvvəli 28 iyun 2021-ci ildən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli; Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzasının əvvəli 28 iyun 2021-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və Cinayət Məcəlləsinin 32,5, 206.3.2-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən, həmin maddə ilə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə tələbinə əsasən, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, qeyd olunan məhkəmənin həmin hökmünün ləğv edilməsi əsaslarından biridir. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Göstərilən Məcəllənin 401.2-ci maddəsinə əsasən, məhkəmə hökmündə və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədikdə və məhkəmə tərəfindən məhkəmə iclasında tədqiq edilmiş, özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli dərəcədə təsir göstərən sübutları nəzərə almadıqda, birinci instansiya məhkəməsi öz hökmündə və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə və məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda, birinci instansiya məhkəməsinin hökmündə və ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394-347, 351-354, 399.1.2, 401.2.2, 401.2.3 407.2 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hökmetdi: X1 müdafiəçisi Müdafiəçi1 Əhraman oğlu və təqsirləndirilən Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ləğv edilsin və cinayət işi üzrə Vadim Seyfıyevə münasibətdə yeni ittiham hökmü çıxarılsın. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzasının əvvəlinin 28 iyun 2021-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib cəzasının əvvəli 28 iyun 2021-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin. Cinayət Məcəlləsinin 32,5, 206.3.2-ci maddəsi ilə cinayət əməlinin törədilməsində onun təqsirliliyi sübuta yetirilmədiyindən, barəsində həmin maddə ilə bəraət hökmü çıxarılsın. Cinayət iş üzrə maddi sübutlar – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş və keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış və təmiz çəkisi 8089,6 qram təşkil edən narkotik vasitə heroin, qalıq təmiz çəkisi 2.724,8 qram təşkil edən narkotik vasitə tiryək, qalıq təmiz çəkisi 1.374,6 qram təşkil edən qurudulmuş marixuana və iki ədəd elektron tərəzi məhkəmənin hökmü qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; Şəxsi axtarış və götürmə keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk, “Azerfon” və Baksell” Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim edilmiş üç ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın; 01 (bir) ədəd “Samsunq” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qaytarılsın; Təqsirləndirilən şəxs1 103,82 (bir yüz üç manat səksən iki qəpik) manat və Təqsirləndirilən şəxs2 40 (qırx) manat olmaqla cəmi 143,82 (bir yüz qırx üç manat səksən iki qəpik) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarını 09 ay müddətində məhkəmədə müdafiə edilməsinə görə, işlə tanışlıqla bağlı, prosessual sənədlərin tərtib edilməsi ilə və məhkmə iclaslarında iştirakı ilə bağlı sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, ümumilikdə 80 saat üçün cəmi 480 ( dörd yüz səksən ) manat dövlət büdcəsindən müvafiq hesaba ödənilsin. Məhkəmənin hökmü elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsi ilə nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov
2. Qədim Babayev
3. Anar Tanrıverdiyev