Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-612/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X14 (sədrlik edən, məruzəçi hakim), Abbasov Mirzəli Əbdüləli oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X7, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ciil tarixli, 1(101)-157/2022 nömrəli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ciil tarixli, 1(101)-157/2022 nömrəli hökmü ilə (hakimlər Hacıyev Siyavuş Həbib oğlunun sədrliyi, hakimlər X10 və X1 ibarət tərkibdə) xx xxxx 1997-ci il tarixdə Ağsu rayonunun Gəgəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağsu rayonunun, Gəgəli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 iyun 2020-ci il tarixdən 03 iyun 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün, 25 yanvar 2021-ci il tarixdən 27 yanvar 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün, cəmi 4 (dörd) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 02 fevral 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham verilmişdir, оna görə ki, o, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 7 mart 2020-ci il tarixində saat 01:30 radələrində ünvan 1 ünvanında yerləşən “Məhəllə” marketin qarşısında dostluq münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə Şahid1 mübahisə etdiklərini görüb mübahisə iştirakçılarını sakitləşdirmək, tərəfləri intizama dəvət etmək və mübahisənin başa çatması üçün səylər göstərmək əvəzinə Zərərçəkmiş şəxs qarşı səsləndirdiyi qıcıqlandırıcı ifadəyə görə sonuncunun sillə ilə bir dəfə onu vurmasını cüzi səbəb qəbul edib, heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyaraq sağ əlini arxa cibinə salmaqla üzərində gəzdirdiyi qatlanan bıçağı çıxardıb Zərərçəkmiş şəxs üstünə gedərək xuliqanlıq niyyəti ilə əlindəki bıçaqla qəsdən vurub sonuncuya təpə nahiyyəsində solda deşilmiş-kəsilmiş yara kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər və döş qəfəsinin sol yan səthinə arxa qoltuqaltı xətt üzrə döş boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını zədəyən yara kimi dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsi, qarşılıqlı mübahisə zamanı baş verdiyindən həmin əməlin xuliqanlıq niyyəti ilə, yəni cüzi səbəbdən törədilməsi barədə ibtidai istintaqın gəldiyi nəticə ilə razılaşmamış, hesab etmişdir ki, Röyal Şahverdiyevin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs bəraət verilməsi haqqında yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Zərərçəkmiş şəxs özününözünə ağır dərəcəli bıçaq xəsarəti yetirməsi haqqında ibtidai istintaq orqanına verdiyi ifadənin bilə-bilə yalan olmaması hazırki işin mübahisə doğurmayan halı hesab olunmalıdır. İbtidai istintaq orqanına şahidlər Şahid9, Şahid3 və Şahid11 Royal Şahmuradovun sözlərindən, şahidlər Şahid10 və Şahid8 Şahid9 sözlərindən, şahidlər Şahid4 və Şahid2 isə Zərərçəkmiş şəxs sözlərindən ifadələr vermişlər. Məhkəmə iclasında dəfələrlə tədqiq olunmaqla müəyyən olundu ki, hadisə günü qeydə alınmış videogörüntünün 48-ci saniyəsinə qədər Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə Şahid1 arasında yaranmış əlbəyaxa mübahisəni yatırmağa, sonuncuları ayırmağa çalışır və bu zaman heç bir əsaslı səbəb olmadan Quliyev tərəfindən sillə ilə vurulur. Bundan sonra Zərərçəkmiş şəxs Şahid1 qarşı başlanmış aqressiv münasibəti Şahmuradova yönəlmiş olur. Bunu görən Təqsirləndirilən şəxs əvvəlcə bir addım geri çəkilir və Quliyevin onu aydın şəkildə görə biləcəyi mövqeyi tutaraq əlini şalvarının arxa tərəfinə aparır. Zərərçəkmiş şəxs dediyi kimi özü və ya həmin şəxslərin biri tərəfindən xəsarət almasını aydınlaşdırmaq texniki cəhətdən mümkünsüzdür. İbtidai istintaq orqanı tərəfindən dindirilmiş şahidlərin əksəriyyəti (Şahid1 başqa) hadisə yerində olmayıblar, verdikləri məlumat özgənin sözlərindən və ya ehtimallardan irəli gəlir. Bununla belə, əksər hallarda ibtidai istintaqa ifadə vermiş şahidlər məhkəmə istintaqı zamanı hadisələrin cərəyanını və işin faktiki hallarını əhəmiyyətli dərəcədə fərqli şəkildə təsvir etmişlər. Bəzi şahidlərin məhkəmə baxışında verdikləri ifadələr müəyyən məqamlarda daha ağlabatan görünürlər. Məsələn, Şahid9 istifadəsində olmuş "***-***-**-**" mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş "***-***-**-**" mobil telefon nömrəsinə göndərilmiş «Sene atan deir get pulu tap sen mene deirsen get tap men vermeliyem yoxsa men demisem heçini bicaqla? besdide menim bir prablemi hel elemirsen imkan ver hec olmasa oz prablemi ozum hel eliyim senen tanis olanan sonra colere dusmusemv məzmunlu SMS~də yer almış "heci" (Hacı) adının Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2019-cu il tarixində törədilmiş və BACM-nin qanuni qüvvəyə minmiş hökmü ilə sübut olunmuş cinayət əməlindən zərərçəkmiş X5 nəzərdə tutulduğu mübahisəsiz və aşkardır. Məmmədova bu faktı məhkəmə baxışında özü də təsdiq etmişdir. Buna baxmayaraq, Şahid9 ibtidai istintaqa verdiyi ifadədənin məzmunundan görünür ki, sözü gedən SMS-də "heci" yazaraq Zərərçəkmiş şəxs nəzərdə tutmuşdur (cild 02, vər. 131). Müdafiə tərəfi həmçinin Müdafiəçi vəsatətinin rədd edilməsinə dair işdə olan müstəntiq Şahid14 07 iyul 2021-ci il tarixli qərarını da İstintaqın səthi aparıldığına dəlalət edən amillərdən biri kimi qiymətləndirir. Belə ki, Zərərçəkmiş şəxs ifadəsi ilə şahid (ekspert) Şahid4 ifadələri arasında olan əhəmiyyətli ziddiyyətin aradan qaldırılması, "müayinə olunanın deməsinə görə xx.xx.2020ci il tarixdə, saat 01:30 radələrində küçədə "Röyal" tərəfindən bıçaqla vurulmuşdur" sözlərinin Zərərçəkmiş şəxs tərəfindən deyilib-deyilməməsini aydınlaşdırmaq məqsədilə üzləşdirmənin keçirilməsini xahiş etmiş, müdafiəçinin vəsatəti təmin olunmamışdır. Halbuki, məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin sabiq müstəntiqi Şahid12 yuxarıda adları qeyd olunan şəxslərin üzləşdirilməsi ilə bağlı istintaq hərəkətini xidmət yerinin dəyişməsi səbəbindən çatdırıb icra edə bilmədiyini, başqa sözlə bunun zəruriliyini vurğulamışdır. Lakin cinayət işinin materiallarından görünür ki, müstəntiq Şahid12 xx.xx.2021-ci il tarixində (Şahid4 dindirdikdən 117 gün sonra) raportla öz rəhbərliyinə müraciət edərək iş yerinin dəyişməsi səbəbindən ********* saylı cinayət işinin başqa müstəntiqə həvalə olunmasını xahiş etmişdir (cild 02, vər. 99). Bu fakt onu göstərir ki, üzləşdirmə istintaq hərəkətini keçirməklə əhəmiyyətli ziddiyyəti aradan qaldırmaq imkanı olmuş müstəntiq Şahid12 bunu etmək üçün kifayət qədər vaxtı olmuşdur. Yuxarıda sadalanan bir neçə ziddiyyətli məsələnin mövcudluğu onu göstərir ki, ibtidai istintaq tam, hərtərəfli və obyektiv aparılmamış, ayrıayrı hallarda şahidlərin adından ifadələrə ittiham mövqeyini gücləndirən və yekunda ittihamın sübut olunmasına xidmət edə bilən qərəzli əlavələr daxil edilmiş, şahidlərin ifadələri təhrif edilmiş, ittiham aktının məzmununda bəzi sübutlar real vəziyyətindən fərqli şəkildə təsvir edilmiş, bununla da CPM-in 8.0.3-cü maddəsində qeyd olunan vəzifə ibtidai istintaq orqanı tərəfindən lazımi şəkildə icra edilməmişdir. Birinci instansiya məhkəməsi də cinayət işinin ibtidai istintaqında yol verilmiş bu nöqsanları müəyyən etməmiş və hüquqi qiymət verməmişdir. İbtidai istintaq orqanı tərəfindən sübut növü kimi təqdim edilmiş kompleks videoyazının məhkəmə ekspertizası və kompüter-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 4/101-4/293 nömrəli rəyində göstərilmişdir ki, ‘'Təqsirləndirilən şəxs əlini şalvarının arxa cibinə salaraq videogörüntüyə görə eyniləşdirilməsi mümkün olmayan əşyanı sağ arxa cibindən çıxarmışdır" qeyd olunmuş, lakin həmin əşyanın növü, ölçüsü və digər parametrləri barədə heç bir məlumat verilməmişdir. Əşyanı eyniləşdirmək mümkün deyilsə, deməli onun "alışqan", "avtobus kartı", "mobil telefon", "kağız", "pul kisəsi", "paket çay", "taksofon kartı", "üzük", "diş çöpü", "təsbeh" və ya "bıçaq" olmasını bilmək də mümkün deyil. Bununla belə, hadisənin video-görüntüsünə baxış zamanı (00:50-01:02 saniyələr ərzində) təqsirləndirilən şəxs X3 cibindən hər-hansı əşya çıxarması vizual cəhətdən görünmür. «Eyniləşdirilməsi mümkün olmayan əşya» öz mənasına görə həm də «gözlə görünməyən əşya» kimi başa düşülə bilər. Müdafiə tərəfinin qənaətinə görə ekspertin bu yanaşmadakı əsas məntiqi ondan ibarətdir ki, əgər şəxs əlini cibinə aparırsa, deməli oradan mütləq əşya götürür, lakin nə götürdüyünü eyniləşdirmək (görmək) mümkün deyil. Bu əsaslara görə də, müdafiə tərəfi həmin rəyi ittihamı təsdiq edən sübut növü hesab etmir və birinci instansiya məhkəməsi ilə razılaşmır. Göründüyü kimi 45 iclasdan ibarət olan məhkəmə istintaqında Müdafiəçi istintaq orqanının təqdim etdiyi sübutların saxta və ya qeyri-mötəbər olduğunu sübut etmiş, ona görə də, Bakı Ağır Cinayətlər Məhkəməsi həmin sübutların heç birini istinad etməmiş, videoçarxı sübut kimi tanımaqla yalnız ona istinad etmiş, lakin həmin video-görüntünün də cinayət hadisəsini sübut etmədiyi dəqiq görünür. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verilmiş apellyasiya şikayətini müdafiə edərək, apllyasiya şikayətinin dəlillərinə uyğun qaydada çıxış edərək göstərmişdir ki, o, birinci qeyd etmək istəyir ki, qan pulu mövzusu mövcud olmayan nömrəyə göndərilmiş sms-dən başqa heç bir sms-də hallanmır. Ekspert Təqsirləndirilən şəxs əlində bıçaq olmasını müəyyən etməsə də, Sədircahan Təqsirləndirilən şəxs belində həmişə kəpənək tipli bıçaq olmasını qeyd etmişdir. Lakin ekspertiza rəyində Təqsirləndirilən şəxs həmin əşyanı belindən yox, cibindən çıxartması göstərilmişdir. Daha sonra Sədircahan bildirmişdir ki, ona təzyiq olunduğu üçün elə ifadə vermişdir. Bundan başqa görünür ki, Sədircahandan başqa yalan ifadələr də alınmışdır. Məsələn, Həci adının Təqsirləndirilən şəxs aid edilməsi, 210 nömrəsi mövcud olmadığı halda həmin nömrə ilə Təqsirləndirilən şəxs ilə yazışması kimi. Buna görə də, Sədircahanın kəpənək tipli bıçaq ilə bağlı sözləri də şübhə doğurur. Bundan başqa, şəxsə xəsarət yetirilməsi ekspertiza rəyi ilə müəyyən olunan haldır və bu hal Sədircahanın sözləri və ya ehtimalları ilə müəyyən edilə bilməz. Təqsirləndirilən şəxs nə ibtidai istintaqda, nə də məhkəmədə ittiham edildiyi əməli törətdiyini etiraf etməmişdir, hətta özünün bildirməsinə görə, ona təzyiqlər olunsa da, boynuna almamışdır. Zərərçəkmiş şəxs də, ilk gündən bildirmişdir ki, o, özü-özünə xəsarət yetirmişdir. Ekspert birinci rəyində zərərçəkmiş şəxsin özü-özünə xəsarət yetirməsinin inandırıcı olmadığını qeyd etsə də, sonradan bildirmişdir ki, “inandırıcı” sözü düzgün yazılmamışdır, ekspert hüquqi qiymət vermək səlahiyyətinə malik deyildir və ekspert nəyin xarakterik olub-olmadığını qiymətləndirir. Daha sonra təkrar ekspertiza keçirilmişdir və həmin rəydə göstərilmişdir ki, zərərçəkmiş şəxs öz-özünə xəsarət yetirə bilərdi, əl çatan yerdədir. Qeyd etmək istəyirəm ki, iş üzrə tədqiq edilən videogörüntü kifayət etsəydi, bu qədər şahidi dindirməyə ehtiyac olmazdı. Videogörüntüdə Təqsirləndirilən şəxs cibindən hər hansı əşya çıxartması görünmür və mənim təqdim etdiyim rəngli fotoşəkillərdən də görünür ki, Təqsirləndirilən şəxs əli arxa cibinə tam girmir və sonuncunun sağ əlinin tam açıq olduğu, barmaqlarının göründüyü bir görüntü var. Əgər Təqsirləndirilən şəxs əlində bıçaq olsaydı, əli açıq olanda yerə düşməli idi, lakin videogörüntüdə belə bir şey yoxdur. Ona görə də hesab edirəm ki, həmin videogörüntü Təqsirləndirilən şəxs ittiham edildiyi əməli törətməsini sübut etmir. Bundan başqa, videogörüntüdə üç nəfərin təlaşla avtomobilə minərək uzaqlaşması görünür, bu halda əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini nə sübut edir? Bu şübhə birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmadı. Qeyd etmək istəyirəm ki, Bakı Şəhər BPİ tərəfindən Bakı şəhəri Xətai Rayon Prokurorluğuna material göndərilib və orada zərərçəkmiş şəxsin və şahidin yalan ifadə verməsi qeyd olunub. Bakı şəhəri Xətai Rayon Prokurorluğu isə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edib, bu da zərərçəkmiş şəxsin və şahidin yalan danışmadığına dair preyudisial əhəmiyyət kəsb edən qərar olduğundan məhkəmə tərəfindən nəzərə alınmalıdır, lakin birinci instansiya məhkəməsi tərəfindən bu hala qiymət verilməmişdir. Bundan başqa, iş üzrə dindirilən şahidlərdən biri olan Sədircahan ifadəsində qeyd etmişdir ki, mən hər dəfə xəstə yatağında zəng edəndə telefona zərərçəkmiş şəxsin Zöhrab adlı qohumu götürürdü. Belə çıxır ki, zərərçəkmiş şəxsin də ifadəsində qeyd etdiyi kimi ona Zöhrab adlı qohumu xəstəxanada qulluq edirmiş və zərərçəkmiş şəxsin telefonunu Zöhrab istifadə edirmiş. Eləcə də, Zərərçəkmiş şəxs ilə şəxsi münasibəti olan Şahid6 adlı şahidin məhkəməyə göndərdiyi teleqramdan da, aydın olur ki, sonuncu ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirir ki, hər dəfə zəng edəndə telefonu Zöhrab adlı şəxs götürürdü. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs dost olmuşlar və Elşənin mobil telefonunda ola bilməzdi ki, Röyalın nömrəsi olmasın və nömrəsini səhv yazsın. Belə görünür ki, telefon Zöhrabda olmuşdur və sonuncu hansısa tanışının nömrəsinin bir və ya iki rəqəmini səhv yazaraq başqasına mesaj göndərmişdir. Zöhrab özü də bıçaqlanaraq öldürülmüşdür, sonuncu problemli adam olmuşdur və onun belə problemli yazışmalar aparması istisna deyil. Bundan savayı, iş üzrə ekspert olan Əziyev Asif şahid qismində dindirilmişdir və onun ifadəsində elə detallar yazılıb ki, ekspertin bunları bilməsi mümkün deyil. Hesab edirəm ki, müstəntiq ittihamı gücləndirmək üçün ekspertin ifadəsinə ağlasığmaz şeylər qeyd etmişdir. Belə ki, guya Elşən ekspertə demişdir ki, onu Röyal vurub. Ekspert birinci instansiya məhkəməsindəki ifadəsində bildirmişdir ki, ümumiyyətlə bu barədə heç nə yadında deyil, elə bir söz deməmişdir. Elşən ekspertlə orada üzləşəndə dedi ki, məni Röyal vurub deməmişəm, Röyal adlı dostumla mübahisə etdiyimi bildirmişəm. Bundan əlavə, zərərçəkmiş şəxsin ifadələrinin və izahatlarının yox, ekspert rəyində Elşənin Röyalın onu vurmasının qeyd olunmasının sübut kimi qəbul olunması başadüşülən deyil. Onu da qeyd etmək istəyirəm ki, iş materiallarındakı “Atan deyir get pulu tap, sən mənə deyirsən get tap, mən verməliyəm? Yoxsa mən demişəm Həcini bıçaqla?!” məzmunlu sms xx.xx.2020-ci il tarixdə, yəni hazırki ittiham üzrə qeyd olunan hadisədən 2 ay sonra yazılmışdır. Həci adlı şəxs başqa iş üzrə zərərçəkmiş şəxsdir və o iş üzrə Röyal öz əməlini etiraf etmişdi. Həcinin müalicəsi uzun müddət davam edib və Röyal da şəxsi münasibətdə olduğu Sədircahandan bu məsələ ilə bağlı maddi yardım istəmişdir. Digər tərəfdən, ***-**-** saylı mobil nömrənin hadisədən sonra əldə edilməsinin ittihamın mahiyyətinə heç bir aidiyyəti yoxdur və törədilən əməldə Röyalın təqsirini sübuta yetirmir. İş üzrə şahid olan Nüsrətova Mülayim Elsevər qızına ibtidai istintaqda sual verilib ki, Röyal adam bıçaqlamasını Sədircahana danışıb, o da sizə danışıb? Birinci instansiya məhkəməsində Nüsrətova Mülayim Elsevər qızı bildirdi ki, Röyal adam bıçaqlayıb amma bilmirəm kimi bıçaqlayıb. Hakim soruşanda ki, ibtidai istintaqdakı ifadənizdə demisiniz ki, Elşəni bıçaqlayıb, Nüsrətova Mülayim Elsevər qızı dedi ki, mən bilmirəm kimi bıçaqlayıb, ifadəmi oxumağa qoymadılar, qol çəkdirdilər. Bildirmək istəyirəm ki, Röyal Həcini bıçaqlayıb və ona görə də barəsində ittiham hökmü çıxarılıb. Hətta Nüsrətova Mülayim Elsevər qızı birinci instansiya məhkəməsindəki ifadəsində desəydi ki, Röyal Elşəni bıçaqladığını deyib, bu ifadə hadisəni bilavasitə görmüş şahidin ifadəsi deyil, başqasından eşidilən sözdür. Bircə polis əməkdaşı olan Şahid2 istintaqa uyğun olmayan ifadə verdi və dedi ki, mən əməliyyat tapşırığı ilə Elşəni evindən tutub istintaqa təhvil verməmişdən əvvəl bölməyə gətirmişdim və Elşən bölmədə rəisə etiraf etdi ki, məni Röyal vurub. İfadəsi elan olunaraq Elşəni xəstəxanada dindirməsi bildiriləndə həmin polis əməkdaşı bildirdi ki, yox, xəstəxanada dindirməmişəm. Daha sonra iş materialları ilə sübut olundu ki, işin birinci müstəntiqi Şahid13 zərərçəkmiş şəxs barəsində məcburi gətirmə qərarı qəbul etməmiş və əmliyyat tapşırığı verməmişdir, bu faktı Şahid13 də birinci instansiya məhkəməsində təsdiq etmişdir. Bu faktlar Şahid2 yalan ifadə verməsini təsdiq edir. Digər tərəfdən, Şahid3 birinci instansiya məhkəməsində bildirdi ki, bu adamı tanımıram, imzalar da, mənim deyil. Sonra imzalar ekspertizaya getdi, ekspert rəy verdi ki, imzalar həmin şəxsə məxsusdur. Daha sonra Şahid3 bildirdi ki, heç nə yadımda deyil amma imzalar mənimdir, istintaqda verdiyim ifadəmi təsdiq edirəm. Bundan sonra mənim vəsatətimlə ekspertiza keçirildi və məlum oldu ki, protokoldakı imzalar saxtadır. Daha sonra Şahid3 bir daha gəlib ifadə verdi və ətraflı danışdı ki, Röyalı filan yerdə tutdum, əməli mənə etiraf etdi. Soruşanda ki, bunu niyə əvvəldən demirdiniz, bildirdi ki, boksda zərbə almışam, unutmuşdum, indi yadıma düşdü. Bildirdi ki, ekspert səhv rəy verib, o imzalar mənimdir. X2 əsgər yoldaşıdır və onu da şahid qismində dindiriblər. Həmin şəxs ifadəsində qeyd edib ki, guya o, Röyalın qardaşı Xəyal ilə 20 Yanvar ərazisində təsadüfən görüşüblər və Xəyal deyib ki, Röyalı adam bıçaqlayıb, ona görə tutublar. X15 birinci instansiya məhkəməsindəki ifadəsində isə bildirdi ki, Xəyal ona deyib ki, Röyalı şərləyib tutublar. Daha sonra Sədircahanın rəfiqəsi olan Emma adlı şahid bildirdi ki, istintaqdakı ifadəsini təsdiq etmir və Sədircahan ona deməyib ki, Röyal adam bıçaqlayıb. Şahid11 oğlu şahid qismində ifadə verərkən guya deyib ki, Röyal ona adam bıçaqladığını etiraf edib, lakin o da, birinci instansiya məhkəməsində ifadəsini təkzib edib dedi ki, müstəntiq məni qorxutduğu üçün ifadəyə qol çəkmişəm. Müstəntiq Şahid14 birinci instansiya məhkəməsində bildirdi ki, biz dolayı sübutla təsdiq etdik ki, Elşəni Röyal vurub. Mən Şahid14 bildirdim ki, niyə mənim vəsatətimi təmin edib ekspertlə zərərçəkmiş şəxsi üzləşdirməmisiniz? Dedi ki, üzləşdirməyə ehtiyac yox idi. Həmin sualı Şahid12 verdikdə bildirdi ki, vaxtım olmadı, yerimi dəyişdirdilər. Lakin iş materiallarından görünür ki, mənim vəsatət verməyimlə Şahid12 raport yazması arasında 90 gün vaxt olub və o, bu müddət ərzində üzləşdirmə apara bilərdi. Videogörüntünü verən mağaza sahibi Şahid5 oğlunu da, şahid qismində dindiriliblər və onun ifadəsini birinci instansiya məhkəməsində elan etdilər. O ifadədə qeyd olunub ki, mən gördüm ki, Röyal adlı şəxs cibindən çıxartdığı bıçaqla kimisə vurdu. Ekspert əşyanı müəyyən edə bilmədiyi halda həmin şəxs bıçağı necə müəyyən edə bilərdi? Hesab edirəm ki, həmin şəxsin ifadəsi də şübhəlidir. Bununla yanaşı məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, Zərərçəkmiş şəxs şikayətçi deyil və öz-özünə xəsarət yetirib. Hadisəni görən tək Şahid1dir və sonuncu deyir ki, mən Röyalın Elşəni vurduğunu görməmişəm. Məhkəmə kollegiyasından, apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətini müdafiə edərək, müdafiəçisinin qeyd etdikləri ilə razı olduğunu bildirərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X9 məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, göstərdi ki, hesab edir ki, hazırki mərhələdə həyata keçirilən istintaq hərəkətləri ilə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsində təqsirli olması tam sübuta yetirildi. Belə ki, ilk növbədə tədqiq olunmuş hadisənin videogörüntüsündən də görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə mübahisə edərkən əlini şalvarının arxa cibinə ataraq oradan hər hansı bir əşya çıxartmış və əl hərəkəti ilə həmin bıçağın açılmasını təmin etmiş və kənara çəkilərək bir qədər sonra hər üçü təlaşla avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmışlar. Ekspert həmin əşyanın bıçaq olmasını tam müəyyən etməsə də, Təqsirləndirilən şəxs əlində eyniləşdirilməsi mümkün olmayan əşya olmasını qeyd etmişdir. Lakin istintaq zamanı şahid qismində dindirilmiş Sədircahan adlı şəxs ifadəsində bildirmişdir ki, onun Təqsirləndirilən şəxs ilə münasibətləri olmuşdur və sonuncu hər zaman bel hissəsində kəpənək tipli bıçaq gəzdirmişdir. Videogörüntüdə Təqsirləndirilən şəxs etdiyi əl hərəkəti kəpənək tipli bıçağın açılması üçün edilən əl hərəkətidir və bu da Təqsirləndirilən şəxs hadisə zamanı əlində bıçaq olmasını sübut edir. Bundan başqa, zərərçəkmiş şəxs xəstəxanada olanda həkimə onu Təqsirləndirilən şəxs vurduğunu bildirmiş, həmçinin əməliyyatçının da ifadəsindən görünür ki, xəstəxanada olanda zərərçəkmiş şəxsin onu Təqsirləndirilən şəxs vurduğunu bildirmişdir. İş materiallarındakı sms-ə gəldikdə isə, zərərçəkmiş şəxs mobil telefonuna baxış zamanı həmin sms müəyyən edilmiş, zərərçəkmiş şəxs həmin smsdə qan pulu barədə bildirmiş və digər nalayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs həmin nömrənin olmasını isə Sədircahan adlı şəxs də, təsdiq etmişdir. Digər tərəfdən ***-**-** saylı mobil nömrədən çıxarılmış sms-lərə fikir versək, həmin smslərin hər birinin may ayında yazılması görünür və Təqsirləndirilən şəxs yazdığı smslərdə həmin nömrənin ona məxsus olmasını bildirmiş və bu da göstərir ki, Təqsirləndirilən şəxs həmin nömrəni hadisədən sonra əldə etmişdir, həmin smslərdə bıçaqla və qan pulu ilə bağlı danışıqlar aparılmışdır. Müdafiə tərəfinin protokolla bağlı dəlilinə münasibətdə bildirmək istəyirəm ki, protokolun saxta olubolmamasının ittihama heç bir aidiyyəti yoxdur, həmin protokol Təqsirləndirilən şəxs təqsirli olub-olmamasını sübut edən hər hansı bir sübut sayılmır. Birinci instansiya məhkəməsinin hökmünü qanuni, əsaslı və ədalətli hesab edir, hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddələrində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddələrinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddələrinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətinin əsas dəlili şəxsin təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə barəsində bəraət hökmünün çıxarılmasından ibarət olmuşdur. Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs sərbəst ifadə verməsi təklif edilsə də, daha əvvəl ifadə verdiyini bildirərək, ifadə verməkdən imtina etdi. Müdafiəçinin suallarına cavab olaraq, Təqsirləndirilən şəxs bildirmişdir: “Həmin gün üzərində bıçaq var idi? Xeyr, yox idi.” “Əlini arxa cibinə aparmaqda məqsədin nə idi? Qorxutmaq istəyirdim.” “Səni görürdü o? Bəli.” “Əlində başqa bir əşya var idi? Xeyr, hadisə zamanı əlimdə heç nə yox idi.” Sədrlik edənin suallarına cavab olaraq, Təqsirləndirilən şəxs bildirmişdir: “Videoda da, göründüyü kimi əlinizi arxa cibinizə atmısınız, cibinizdən nəsə çıxartmısınız? Xeyr.” “Əlinizi hərəkət etdirməkdə məqsədiniz nə idi? Zərər çəkmiş şəxsin əlində bıçaq var idi, əlimdə sanki bıçaq var görüntüsü yaradıb qorxutmaq istəyirdim.” “Bəs niyə qaçıb maşına oturmusunuz? Orda qalsaydım zərər çəkmiş şəxs mənə xəsarət yetirə bilərdi.” Həmçinin, qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının təşəbbüsü ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi: həmin gün içkili idim, içkili olanda özümü idarə edə bilmirəm. Məhəllədə uşaqlarla mübahisə edirdim, dostlarım gəlib məni aralayıb apardılar evə. Ama mən əsəbləşmişdim ki, niyə mənə qarşı camaatın içində belə hərəkət etdiniz, niyə gətirdiniz evə. Uşaqları çağırdım, Röyal da orada idi, Röyal mənə dedi ki, sən niyə camaatı söyürsən, camaatla nə işin var? Mən Röyala şillə vurandan sonra aramızda mübahisə yarandı. Röyal mənə dedi ki, sən mənim anama ana deyən adamsan, məni söyürsənsə deməli özünü də söyürsən. Bu sözdən sonra mən Röyalın üzərinə cumdum, dostum Elşən aralamağa çalışdı. Mənim üzərimdə həmişə cib bıçağı olurdu, qorxutmaq üçün bıçağı çıxartdım. Elşən məni buraxmayanda dedim ki, Röyal məndən üzr istəməsə, ya onu vuracam, ya da özümü. Əsəbləşib bıçaqla özümə xəsarət yetirmişəm. Dövlət ittihamçısının suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: “Röyal və Elşən sizin özünüzə xəsarət yetirdiyinizi gördü? Bilmirəm, hava soyuq idi, əynimdə gödəkcə var idi, qan görünmürdü. Zənn etmirəm görsünlər.” “Videogörüntüdən görünür ki, siz Röyala şillə vurandan sonra Röyal əlini arxa cibinə aparıb nəsə çıxardır və açır. Siz Röyalın cibindən nəsə çıxartdığını görmüsünüz? Röyalın əlində heç nə yox idi, içkili olsam da, elə şey olsaydı yadımdan çıxmazdı.” “Videogörüntüdən görünür ki, siz tutaşıb kənara çəkiləndən sonra üçü də təlaşla gəlib maşına minib təcili gedirlər. Bu barədə nə deyə bilərsiniz? Mən Röyalı vurmaq istədiyim üçün Röyalı götürüb apardılar.” “Bəs sizi kim tuturdu ki, Röyalın arxasınca getməyəsiniz? Dostum.” “Ekspert sizdən soruşanda sizi Röyalın sizi vurduğunu demisiniz? Xeyr, elə deməmişəm.” “Ekspert hadisə barəsində soruşanda nə demisiniz bəs? Demişəm ki, özüm-özümə xəsarət yetirmişəm.” “Sizin ***-**- ** saylı mobil nömrəniz olub? Bəli, olub.” “Siz hadisədən bir ay sonra Röyala mesaj yazmısınız qan pulu ilə bağlı? Mən yazmamışam, mobil nömrə mənim rəhmətə gedən dayımoğlu Zöhrabda olub, ola bilsin o yazıb.” “Dayınızın oğlu niyə elə məzmunlu mesaj yazıb? Bilmirəm.” “Orda bıçaq məsələsi ilə bağlı da, mesaj var, onunla bağlı nə deyə bilərsiniz? Mən yazmamışam, bilmirəm.” Müdafiəçinin suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: “Sizi ilk dəfə xəstəxanada kim dindirib? Polis əməkdaşları dindirib.” “Nə demisiniz onlara? Yıxıldığımı demişəm.” “Özü-özünüzə xəsarət yetirmisinizsə, niyə yıxıldığınızı demisiniz? Qorxdum ki, barəmdə cinayət işi açılar.” “Birinci instansiya məhkəməsində Şahid6 adlı şəxs məhkəməyə teleqram vuraraq ibtidai istintaqdakı ifadəsini təsdiq etdiyini, Elşən adlı şəxsin spritli içki içib özünə xəsarət yetirdiyi üçün ayrıldığını bildirmişdir. Bu barədə nə deyə bilərsiniz? Həmin şəxslə şəxsi münasibətim olub, dedikləri doğrudur.” “Əvvəllər özünüzə xəsarət yetirmisiniz? Bəli, dəfələrlə xəsarət yetirmişəm.” “Bıçağı hansı əlinizdə tutmuşdunuz? Sol əlimdə idi.” “Solaxaysınız siz? Xeyr.” “Ekspert Röyalı tanımadığı halda niyə onun adını çəkib? Bilmirəm, yəqin polisdən eşidib. Mən hadisəni danışmışam, Röyalın və digər dostlarımın adını demişəm, amma Röyalın məni vurduğunu deməmişəm.” “Bakı Şəhər BPİ-də sizi dindiriblər? Bəli, mənə orada zor tətbiq edərək, işgəncə verərək məcbur ediblər ki, deyim məni kimsə vurub. Mən bu barədə şikayət də etmişəm.” “Barənizdə sonradan tədbir görüblər? Polisə müqavimət göstərdiyimi deyib inzibati həbsə apardılar, amma bəraət aldım.” “Telefonunuzda Röyalın nömrəsi var idi? Bəli, məndən balaca olduğu üçün “Malış” adı ilə qeyd etmişəm.” Məhkəmə tərkibinin suallarına cavab olaraq, Zərərçəkmiş şəxs bildirmişdir: “Cibinizdə saxladığınız bıçağın ölçüsü nə idi? Balaca bıçaq idi, açılıb-qatlanırdı.” “Bıçaq daimi üzərinizdə olurdu? Xeyr, taksidə işləyəndə cibimdə saxlıyırdım.” “Həmin gün maşın sürmüşdünüz? Bəli, taksidən gəlib məhlədə oturmuşdum.” “Bıçağı hadisə günü atmısınız? Yadımda deyil ki, bıçaq hadisə yerində düşüb ya nə olub” “Sol əliniz ilə bıçağı sol cibinizdən çıxardıb özünüzə xəsarət yetirmisiniz? Bəli.” “Bıçağı niyə sol cibinizdə saxlayırdınız? Gecə vaxtı maşın sürəndə soldan bıçaq çıxartmaq daha rahat olurdu.” Sədrlik edənin suallarına cavab olaraq, Zərərçəkmiş şəxs bildirmişdir: “Sizin xəsarətləriniz hansı nahiyədə idi? Sol arxa tərəfdə.” “Təpə nahiyəsindəki xəsarətlə bağlı nə deyə bilərsiniz? Yəqin yıxılmışam, yadımda deyil.” “Həmin vaxt siqaret çəkirdiniz? Dava zamanı yox.” “Hadisə vaxtı 3-cü şəxs Röyalın əlini niyə tuturdu? Bilmirəm.” “Qeyd edirsiniz ki, sizin nömrəniz Zöhrabda olub. Sizin telefonunuzdan o məzmunlu mesaj niyə göndərilib? Bilmirəm.” Həmin hissədə müdafiəçinin suallarına cavab olaraq məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs bildirmişdir: “Hadisə vaxtı əlinizi arxa cibinizə niyə atmısınız? Qorxutmaq üçün.” “Niyə qorxutmaq istəyirdiniz? O, məni vurmaq istiyirdi, qorxutmaq üçün elədim.” “Əlinizi arxaya ataraq necə qorxudacağınızı düşünürdüz? Dedim qorxub çəkilər.” “Qaranlıq hissədə nə baş verdi? Biz Elşəni kənara itələyib qaçıb getdik.” “Elşənin özünə xəsarət yetirdiyini gördünüz? Bıçağı çıxartdığını gördüm, amma xəsarət yetirdiyini görməmişəm.” Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, Şahid1 ilə 2017-ci ildən dostluq etmiş, Şahid1 ilə Zərərçəkmiş şəxs isə 15 il müddətdir eyni məhəllədə yaşamaqla dostluq etmişlər, 7 mart 2020-ci il tarixində saat 19:00 radələrində dostu Şahid1 ona zəng edərək bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sahib Hüseynov küçəsindəki kafedədir və onu da ora dəvət etmişdir; evdən çıxıb avtobusla Şahid1 olduğu kafeyə getmiş və birlikdə ayrıca kabinetdə əyləşib çay içmişlər; həmin vaxt tanıdığı Zərərçəkmiş şəxs kafenin ümumi zalında əyləşib öz məhəllə uşaqları ilə spirtli içki qəbul etmiş, axşam saatlarında Zərərçəkmiş şəxs məhəllə uşaqları ilə qəbul etdiyi spirtli içkinin təsiri altında olduğuna görə məhəllə uşaqları ilə mübahisə etmiş və həmin mübahisənin səsküyünə əvvəlcə o, sonra isə Şahid1 çıxmışdır; Zərərçəkmiş şəxs digər mübahisə etdiyi şəxslərdən ayırmışlar, orada hər hansı dava-dalaş olmamışdır, bundan sonra o, Şahid1, Zərərçəkmiş şəxs və digər məhəllə yoldaşları kafedən çıxmışlar, həmin vaxt artıq kafe bağlanırmış, kafenin qarşısında olan zaman Şahid1la birlikdə Zərərçəkmiş şəxs evinə yola salmağa köməklik etməyi təklif etmişlər, lakin Zərərçəkmiş şəxs razı olmamışdır; o və Şahid1 əvvəlcə Zərərçəkmiş şəxs irad tutuaraq niyə spirtli içki qəbul etməsini soruşmuşlar, sonra avtomobillə məhəlləni tərk etmişlər, Şahid1 idarə etdiyi VAZ 21015 markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib birlikdə 6-cı mikrorayonda olan Abşeron marketin qarşısına getmiş və birlikdə tikintidə fəhlə işlədiyi Fuadı görmüşdür; avtomobili Şahid1 onun sözü ilə saxlamış, Fuaddan orada nə etməsini xəbər almış Fuad Sumqayıt şəhərində yaşadığını və ora gedəcəyini bildirmişdir, hazırda isə “Şamaxinka” adlanan yerə getmək üçün avtobus gözlədiyini demişdir, Şahid1 bildirmişdir ki, Fuadı Şamaxinka adlanan yerə düşürsünlər, sonuncu etiraz etməmiş, Elşənin idarə etdiyi avtomobildə o salonda, öndə, Fuad isə onun arxasında əyləşmişlər, onlar Fuadı düşürmək üçün aparan zaman, yolda, Şahid1 mobil nömrəsinə zəng gəlmiş və zəng etmiş şəxsin telefonda yüksək səslə Şahid1 ünvanına nalayiq söyüşlər etməsini eşitmiş və anlamışdır ki, həmin şəxs sərxoş halda söyüşlərini davam edən Zərərçəkmiş şəxsdir; Şahid1 Zərərçəkmiş şəxs telefonla etdiyi söyüşlərinə bərk əsəbləşmiş və ona bildirmişdir ki, gedib Zərərçəkmiş şəxs başa salmaq lazımdır, Zərərçəkmiş şəxs avtomobili yaşadığı evin yaxınlığında olan məhəllə marketin qarşısına sürmüş, onlar həmin ünvana çatan zaman hamı avtomobildən düşmüş, dür. Şahid1 sükan arxasından düşüb marketin qarşısında yerdə oturmuş Zərərçəkmiş şəxs yaxınlaşmış və sonuncuya doğru, pilləkənlərə tərəf, əyilmiş və yaxasından tutub: “Mənəm, Elşən, sənin dostun, böyük qardaşın, niyə söyüş edirsən, özünə gəl, dostuna olan söyüşlərinə son qoy”,- demişdir; bu zaman Zərərçəkmiş şəxs Şahid1 spirtli içkinin təsiri altında olmasına görə başa düşməmiş və ayağa qalxmaqla Şahid1 yaxasından tutmuş, sonuncular tutaşıb dartışmağa başlamışlar, lakin bir-birinə xəsarət yetirməmişlər, o isə artıq həmin gedişatın yaxşı olmayacağını görüb aralarına keçib ayırmış və bu zaman Zərərçəkmiş şəxs əli ilə onun baş nahiyəsinə sillə vurub onun ünvanına dözülməyəcək dərəcədə ağır söyüşlər etmişdir, o da Zərərçəkmiş şəxs səsini kəsmək üçün sonuncunun baş nahiyəsindən bir sillə vurmuş və ünvanına söyüşlər etdiyinə görə üzərinə getmişdir; bu zaman Zərərçəkmiş şəxs belindən bir ədəd bıçaq çıxarıb onun üzərinə gəlmiş, həmin vaxt Şahid1 Zərərçəkmiş şəxs, Fuad isə onu qucaqlamışdır ki, aralasınlar, o da Zərərçəkmiş şəxs qorxutmaq üçün əlini yalandan belinə doğru istiqamətləndirmişdir, bu zaman X20 Qulivevi tutub aralaşdırmış, Zərərçəkmiş şəxs yenə onun ünvanına söyüşlər edirmiş və o da Zərərçəkmiş şəxs ünvanına söyüşlər edirmiş; Şahid1 Zərərçəkmiş şəxs aralaşdıran zaman bir qədər kənara itələmiş və onlar qaçıb avtomobilə əyləşməklə həmin ünvandan uzaqlaşaraq evlərinə getmişlər. o və Fuad Şamaxinkada avtomobildən düşmüşlər; səhəri günü eşitmişdir ki, Elşən bıçaq xəsarəti almışdır, Fuadın yanına KTM-ə getmiş və ziyarət etmişdir, hadisə günü üzərində bıçaq olmamışdır; eşitdiyinə görə Zərərçəkmiş şəxs əvvəllər də özü-özünə xəsarət yetirmişdir, Zərərçəkmiş şəxs və hər-hansı digər şəxslə ibtidai istintaqda üzləşdirilməmişdir. Rəsmi qeydiyyatda olduğu yer Ağsu rayonu, Gəgəli kəndi olduğu üçün ona ibtidai istintaqın rəsmi çağırışları çatmamış, bu səbəbdən də ibtidai istintaq orqanı tərəfindən barəsində axtarış elan olunmuşdur, heç vaxt məsuliyyətdən yayınmaq və gizlənmək niyyəti olmamışdır, (077) ***-**-** və (070) ***-**-** mobil telefon nömrələrini istifadə etmiş, (070) 210-73-10” mobil telefon nömrəsi ona məlum deyil və heç vaxt istifadəsində olmamışdır; cinayət işinin 2-ci cildinin 118-121 səhifələrində olan “təqsirləndirilən şəxsin əlavə ifadəsinin alınması haqqında protokol” saxtadır, həmin protokolun məzmununda olanlar onun sözləri ilə yazılmamışdır və bu səbəbdən də onu imzalamamış, müdafiəçi isə protokola yazılanların müstəntiqin uydurmaları olması barədə qeyd vermişdir; Şahid9 ilə aralarında intim münasibətlər olmuş, aralarında olan münasibətdən irəli gələrək Şahid9 ona bəzən maddi kömək göstərmişdir; Şahid9 Zərərçəkmiş şəxs xəsarət yetirməsi barədə heç vaxt deməyib, lakin xx.xx.2019-cu il tarixində bıçaqladığı və sonradan buna görə məhkum olunduğu iş üzrə zərərçəkmiş şəxs X6 maddi yardım göstərməsi üçün Sədircahandan bir neçə dəfə maddi yardım istəmişdir, cinayət işinin 1-ci cildinin 37-ci vərəqəsində olan “axtarışda olan şəxsin tutulması haqqında” protokolunda məhkəmə iclasında baxaraq təsdiq edir ki, orada olan imza onun özü tərəfindən icra olunmayıb. xx.xx.2020-ci il tarixində onu tutan polis işçiləri arasında məhkəmə iclasında üzünü gördüyü Şahid3 olmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, hadisə baş verən gün Şahid1 və Təqsirləndirilən şəxs ilə birlikdə çayxanada olmuş, Elşənlə Röyal ibadət əhli olduğuna və zalda spirtli içkilər olduğuna görə ayrıca kabinetə keçmişlər, o özü həmin vaxt zalda içki içmiş, arada sonuncuların yanına gəlib dərdləşmiş, bir qədər sonra spirtli içkini çox içdiyindən məhəllə uşaqlarını acılamış, səsinə Təqsirləndirilən şəxs ilə Şahid1 kabinetdən çıxmışlar, Şahid1 onu acılaya-acılaya evə yola salmışdır; Şahid1 onun yaxın dostudur və evinə girib-çıxan adamdır, lakin buna kifayət qədər ərki çatmadan Təqsirləndirilən şəxs da onu tənqid etmiş və ona: “Bəsti... içirsən... bu nə səs küydür... 35 yaşın var... ayıbdır...”,demişdir; Şahmuradov və Hüseynov onu evə yola salmışlar, lakin o, evə daxil olmadan siqaret almaq üçün məhəlləyə geri qayıtmış və görmüşdür ki, “Məhəllə-market” mağazası bağlıdır, sonra Şahid1 zəng edib camaatın içində acıladığının səbəbini soruşmuş, telefon danışığı zamanı Şahid1 söymüş, eyni zamanda Təqsirləndirilən şəxs da söymüşdür, Şahid1 onun harada olduğunu soruşduqda, məhəllədə olduğunu bildirmiş, Şahid1 avtomobili ilə hər ikisi qısa müddət ərzində gəlmişlər, çatan kimi Şahid1 maşından düşmüş, onu silkələmiş və demişdir: “Özünə gəl. Sən bizi niyə söyürsən?”,- cavabında o: “Yaxşı edirəm”,- demişdir, həmin vaxt Təqsirləndirilən şəxs söhbətə müdaxilə edərək: “Sən bizi yox, özünü söyürsən, biz qardaşıq, nəyimiz varsa birdir”,- demiş, sərxoş halda Şahid1 bu sözləri ona ağır təsir etmiş, Şahid1 ondan yaşca böyük olmuş və onunla 20 illik dostluqları olmuşdur; Təqsirləndirilən şəxs isə nisbətən yeni tanımış və onun belə danışmasını bəyənməmiş və Royal Şahmuradovu cəzalandırmaq qərarına gəlmiş, bu məqamda Təqsirləndirilən şəxs sillə atmış, sonra isə cibində olan bıçağı çıxararaq ondan üzr istəməsini tələb etmiş, üzr istəməsə Röyalın qanını axıdacağını demişdir, içkili olmuş, nə səbəbdən belə etdiyini hal-hazırda bilmir, Röyalın əlini belinə atıb onu qorxutmaq istədiyini görməmişdir; Ümumiyyətlə, Röyalın üzərində heç vaxt bıçaq olduğunu görməmişdir. Nə niyyətlə onu etdiyini də bilməmişdir. Sonra onun əlində bıçağı görən Şahid1 onun qarşısına keçmiş, lakin sonuncu nə qədər çalışsa da o, sakitləşməmişdir. Həmin vaxt o, özünə xəsarət yetirmişdir. Röyal və Elşən qaçanda o, artıq özünü vurmuşdur. Şahid1 buraxsaydı bəlkə də Təqsirləndirilən şəxs vuracaqdı, Şahid1 saxladığına görə sonuncunun əlindən çıxmaq üçün özünə xəsarət yetirmişdir. Özünü vurmasından nə Elşənin, nə də Röyalın xəbəri olmamış, hər ikisi hadisə yerindən qaçmış. Özünə xətər yetirdikdən sonra məhəllədə uşaqlar onu xəstəxanaya aparmışlar. Səhər ayılanda heç nə yadında olmamışdır. Bıçağı istintaqa təqdim etmək üçün tapa bilməmişdir. Bıçağın uzunluğu təxminən 7-8 sm olmuşdur. Hadisədən sonra xəstəxanada heç kimə mesaj yazmaq iqtidarında olmamış. Xəstəxanada qohumu Qasımov Zöhrab Vəli oğlu daim onun yanında olurmuş, telefonu da daim Zöhrabda olmuş və zənglərə də həmin şəxs cavab vermişdir. Özü 4 gündən sonra xəstəxanadan çıxmış, evdə də qohumu Zöhrab Qasımov ona qulluq etmişdir, çünki hərəkət məhdudiyyəti olmuşdur, müstəqil hərəkət edə bilməmiş, tam sağalmamışdır. Valideynləri yaşlı olduqlarına görə onlar kömək edə bilməmişlər. Evə gələndən 1 həftə sonra nisbətən özünə gəlmiş, lakin Zöhrab Qasımov təxminən 1 ay onun yanında qalmışdır. Həmin qohumu Qasımov Zöhrab Vəli oğlu Sumqayıtda 06 iyun 2020-ci il tarixində qətlə yetirilmişdir. Xəstəxanada və evdə ona qulluq etdiyi dövrdə onun mobil telefonu daha çox Zöhrabda olmuşdur, bu səbəbdən də Röyala zəng və mesajların göndərilməsindən xəbərsizdir. Şəxsən özü Röyala həmin ərəfələrdə mesaj göndərməmişdir. Təqsirləndirilən şəxs ilə dərin dostluğu olmamış. Dərin dostluğu Şahid1 ilə olmuşdur. Hal-hazırda spirtli içki qəbul etmir, lakin hadisə olan zaman mütəmadi spirtli içki qəbul edirdi. Təqsirləndirilən şəxs namaz qıldığına görə spirtli içki qəbul etmirdi. Lakin bu fərq onların dostluq münasibətlərimizə manə olmurdu. Heç yerdə Təqsirləndirilən şəxs qarşı nə şifahi, nə də yazılı ifadə verməmiş, onun barəsində şikayət etməmişdir. O, əvvəllər də özü özünə xəsarət yetirmiş, lakin həmin xəsarətlər ciddi olmadığına görə bununla bağlı xəstəxanaya yerləşdirilməmişdir. Hal-hazırda alnında olan çapığı göstərə bilər ki, başını divara vurmağı nəticəsində əmələ gəlmişdir. Psixi xəstəliyi yoxdur, bütün bunlar spirtli içkinin təsirindən baş verir. Heç vaxt istintaqın çağırışlarından yayınmamış və Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə gətirilməmiş və həmin polis bölməsinin əməkdaşlarına heç vaxt Təqsirləndirilən şəxs ona xəsarət yetirməsi barədə məlumat verməmişdir. Məhkəmə-tibbi eksperti Şahid4 tərəfindən müayinə olunan zaman Röyal (Təqsirləndirilən şəxs) adlı dostu ilə ilə mübahisə etdiyini deyərək onun adını çəkməyinə baxmayaraq onun tərəfindən xəsarət aldığını deməmişdir. Ekspertin rəyin təsviri hissəsində göstərdiyi bu qeyd həqiqəti əks etdirmir. O, Röyal adlı dostu ilə mübahisə etdiyini və ona hörmətsizlik edərək üzrxahlıq etməməsi səbəbindən əsəbiləşdiyini, bu səbəbdən özünə xəsarət yetirdiyini məhkəmə-tibb eksperti Şahid4 demişdir. Hansı səbəbdən həmin sözlər onun adından ekspertiza rəyinə başqa məzmunda daxil edilməsini bilmir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə uzun müddətdir dostluq münasibətindədir. Hadisə günü onu evə aparmaq istəmişdir. Ərk etdiyi üçün ona bəzən bir-iki sillə vura bilərdi. Zərərçəkmiş şəxs hələ də öz kiçik qardaşı hesab edir. Həmin gün də ona bir-iki sillə vurmuşdur. Bu dəfə Zərərçəkmiş şəxs cibindən bıçaq çıxarmışdır. Zərərçəkmiş şəxs bıçaqla özünə xəsarət yetirdiyini bilavasitə görüb. Əgər o bilsəydi ki, zərərçəmiş Zərərçəkmiş şəxs ciddi xəsarət alıb, onu orada atıb getməzdi. Lakin onun özünü də bıçaqla vura biləcəyindən ehtiyat edib oradan avtomobillə uzaqlaşmışdır. Zərərçəkmiş şəxs əvvəlcə onunla mübahisəyə başlamış, sonradan Təqsirləndirilən şəxs hücum etmək istəmişdir. Təqsirləndirilən şəxs hadisə günü üzərində bıçaq olduğunu görməyib. Təqsirləndirilən şəxs oğlu onunla Zərərçəkmiş şəxs arasında başlamış mübahisəyə müdaxilə etmiş, bu da zərərçəkmiş Zərərçəkmiş şəxs xoşuna gəlməmiş, buna görə də Röyalı sillə ilə vurmuşdur. Bıçaq Zərərçəkmiş şəxs sol əlində olmuşdur. Hadisədən sonra təxminən saat 03-04 radələrində Zərərçəkmiş şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini bilmişdir. Arada spirtli içki qəbul etsə də, hadisə günü içməmişdir. Təqsirləndirilən şəxs ibadət etdiyinə görə ümumiyyətlə spirtli içki içmir. Təqsirləndirilən şəxs həbsdə olmasını düzgün hesab etmir və hadisənin baş verməsində onun təqsirinin olmadığına əmindir. İbtidai istitaq zamanı şahid qismində dindirilmiş və birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 göstərmişdir ki, təxminən 1 il 1 ay müddət olar ki, ** RB *** dövlət qediyyat nişanlı avtomobili tanımadığı şəxsdən «əl krediti» əsasında almışdır. Təxminən 10 il bundan əvvəl bıçaqla bir nəfərə xəsarət yetirdiyinə görə barəsində Binəqədi RPİ-nin İstintaq şöbəsində başlanmış cinayət işi Binəqədi Məhkəməsinə göndərilmiş və sonra məhkəmə mərhələsində barışıq olmasına görə barəsində cinayət işinə xitam verilmişdir. Başqa hər hansı cinayət əməli törətməmişdir, narkotik vasitə və psixotrop maddə qəbul etmir. Zərərçəkmiş şəxs təxminən 15 il müddət olar ki, tanıyır və eyni məhəllədə böyüməklə onlar arasında hazırki vaxta kimi yaxın dostuq münasibəti vardır. Onlar Binqədi rayon 30 №-li tam orta məktəbdə paralel oxumuşlar. Belə ki, o şəhərdə çayxana, pub işlətmiş, bundan başqa Novxanıda çimərliklər işlətmişdir və həmin ərəfələrdə Elşən onun işlətdiyi yerlərdə qəlyançı işləmişdir. Hətta o bir müddət taksi sürücüsü işləmişdir. Təqsirləndirilən şəxs təxəminən 2-3 il müddət olar ki Əcəmidə Elxan adlı sinif yoldaşı vasitəsilə tanımışdır. Elxan onunla 30 №-li tam orta məktəbdə 9-cu sinifə kimi «J» sinifində təhsil almışdır. Elxan təxminən 3 il müddət olar ki qəsdən sağlamlığa ağır xəsarət yetirməsinə görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur və hazırda həbsdədir. Təqsirləndirilən şəxs da onun bildiyinə görə əvvəllər bir dəfə məhukum olunmuşdur və hətta Bakı İstintaq Təcəridxasında həbsdə saxlanılmışdır. Onun hazırda Röyal və Elşənlə səmimi dostluq münanasibəti vardır. 07 mart 2020-ci il tarixdə saat 14 radələrində istifadəsində olan (055) ***-**-** və ya (077) ***-**-** nömrələrinin birindən Zərərçəkmiş şəxs istifadəsində olan (055) ***-**-** nömrəsinə zəng etmiş və bildirmişdir ki, yaşadığı evin qarşısındadır, həyətə çıxımasını bildirmişdir. Zərərçəkmiş şəxs həyətə çıxmış və onun idarə etdiyi ** RB *** dövlət qediyyat nişanlı avtomobilə əyləşərək 30 nömrəli tam orta məktəbin yanında olan kafeyə getmişlər. Həmin kafedə onlar ümumi zalda əyləşmişlər və günorta yeməyini yeyən zaman Elşənlə birlikdə yemək üçün kafedə olan kabinet tipli bir otaq lazım olduğundan onlar həmin otağa keçmişlər. Həmin otaqda onlar çörək yeyib nahar etmişlər, bir müddət kafeni tərk etmiş və axşam saatlarında yenidən həmin kafeyə qayıdaraq birlikdə axşam yeməyi yemişlər və Zərərçəkmiş şəxslə spirtli içki qəbul etmişlər. Hava artıq qaralmışdır. Zərərçəkmiş şəxs Royalın istifadəsində olan xatırlamadığı (070) 230-21-30, (077) ***-**-** olan mobil nömrəsinə zəng edib kafeyə dəvət etmişdir. Bir müddət sonra Röyal tək kafeyə gəlmiş və onlarla eyni kabinetdə əyləşmişdir. Zərərçəkmiş şəxs kafenin ümumi zalına keçib spirtli içkini məhəllə uşaqları ilə də qəbul etmişdir. Elşən sərxoş halda onunla Royalın olduğu kabinetə keçirdi. Röyal və o isə kabinetdə çay içir, nərd, domino oynayırmışlar. Axşam vaxtı Zərərçəkmiş şəxs məhəllə uşaqları ilə spirtli içkinin təsiri altında olduğuna görə mübahisə etmiş və həmin mübahisəyə o və Röyal da səs-küyə çıxmışlar. Onlar mübahisə edənləri ayırmış və orada hər hansı dava-dalaş olmamışdır. O, Elşən, Röyal və digər mübahisə iştirakçıları kafedən çıxmışlar. Həm də kafe bağlanırdı. Zərərçəkmiş şəxs kafenin qarşısında olan zaman Röyal və o avtomobilə əşyləşib məhəlləni tərk etmişlər. Həmin vaxt hətta o, Zərərçəkmiş şəxs acılayıb niyə spirtli içki qəbul etməsini bildirmişdir. O, artıq həyətdən çıxmışdır ki Zərərçəkmiş şəxs ona zəng edib nə səbəbə məhəllə uşaqlarının yanında onu (Zərərçəkmiş şəxs) acılayıb danladığını soruşmuş, o isə yaxşı etdiyini deməklə spirtli içki qəbul etdiyinə görə bunu etdiyini deyəndə Zərərçəkmiş şəxs telefonda onun ünvanına nalayiq söyüşlər etmiş və o, Zərərçəkmiş şəxs evə gedib-getmədiyini xəbər almışdır. Elşən məhəllədə olduğunu bildirmiş və o, avtomobili ilə məhəlləyə qayıdan zaman Röyal sonradan adını bildiyi və Royalla birlikdə tikintidə fəhlə işləyən Fuad adlı şəxsi də götürməsini bildirmişdir. O, həmin şəxsi də götürmüş və sonuncu avtomobilin salonunda arxada əyləşmişdir. Onlar məhəllə marketin qarşısına çatmış və Zərərçəkmiş şəxs marketin qarşısında pilləkən üzərində oturduğunu görmüşlər. Onlar avtomobildən düşmüş və o, Elşənin üzərinə gedib sonuncu ilə pilləkəndə dartışmış, Elşənin çənəsindən tutub onu nəyə görə söyməsini xəbər almışdır. Zərərçəkmiş şəxs onu söydüyünü bir daha bildirəndə sonuncunun sifətindən əli ilə vurmuş və bu zaman Elşən onun üzərinə gəlmişdir. Röyal araya keçmiş və həmin vaxt Röyal Elşənə peysər dediyindən Zərərçəkmiş şəxs sillə ilə Röyalı vurmuş, Röyal da Elşənin üzərinə getmişdir, Elşəni vurub-vurmamasını görməmişdir, lakin dartışmışlar. Bu zaman o, Elşəni kənara çəkmiş, Fuad isə Röyalı tutmuşdur. Elşənin bıçaq çıxarmasını görmüşdür və sonuncu İlk öncə qoluna, sonra isə bədinin digər nahiyələrinə bıçaq atıb söyüş etmişdir ki, onları vurar, buna görə onlar 3 nəfər ehtiyat edib həmin ünvandan onun avtomobilinə əyləşməklə qaçmışlar. O, Elşənin həmin vaxt xəsarət almasını görməmişdir. 2-3 saatdan sonra bilmişdir ki, Elşən özü-özünu vurub xəstəxanaya getmişdir. 2-3 saatdan sonra o, xəstəxanaya getmiş və yalnız xəstəxandan çıxanda Elşənlə bir də görüşmüşdür (1-ci cild iş vərəqi 11-14, 219-223). Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, 1986-cı ildən məhkəmə-tibb eksperti kimi fəaliyyət göstərir. İş üzrə Zərərçəkmiş şəxs bıçaq yarası ilə ekspertiza müayinəsinə gəlmişdir. Zərərçəkmiş şəxs xəsarətlərini qeyd edib, iş üzrə iki dəfə rəy verib. “İnandırıcı” sözü məhkəmə-tibbi ekspertizasına aid termin deyil. “Lokalizasiyasına görə xəsarəti özü-özünə yetirməsi inandırıcı deyil” sözü olmamalıdır, orada çox güman ki, “əmələ gələ bilər və ya bilməz”, “xarakterik ola bilər və ya bilməz” sözləri əvəzinə kompüterdə texniki səhv getmişdir. Müstəntiq təkrar ekspertiza təyin edəndə qərarında zərərçəkmişin və şahidlərin ifadələrini otuzdurmuşdu və ekspert qarşısında sual olaraq qoymuşdu ki, zərərçəkmiş şəxs həmin xəsarətləri özü-özünə yetirə bilərdimi, o da rəyində qeyd edib ki, ola bilər. İndi də təsdiq edir ki, zərərçəkmiş şəxs tərəfindən xəsarətin özü tərəfindən yetirilməsi ola bilərdi. Hazırda zərərçəkmiş şəxsin onu Röyalın bıçaqla vurmasını deyib-deməməsini dəqiq xatırlamır, rəyin tərtib olunmasında zərərçəkmiş şəxsin ilk sözü var, ondan nə olduğu soruşulur və o da kim tərəfindən vurulduğunu bildirir. Rəyin yazılma qaydası belədir. Şəxs kimin adını çəkirsə onu da qeyd edirik. İkincisi də müstəntiqin məhkəmə-tibbi ekspertizasının təyin olunması haqqında qərarında bir qayda olaraq kimin kimə xasarət yetirməsi yazılır və rəy kompüterdə yığılan zaman həmin ad nəzərə alınır. İbtidai istitaq zamanı şahid qismində dindirilmiş və birinci instansiya məhkəməsində məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 1986-cı ildən məhkəmə-tibb eksperti kimi fəaliyyət göstərir və 2017-ci ildən MTE və PA Birliyinin Bİnəqədi rayon şöbəsinin ekspertidir. 01 aprel 2020-ci il tarixdə Binəqədi RPİ-nin sabiq müstəntiqi Şahid13 Zərərçəkmiş şəxs müayinəsinə dair qərarı daxil olmuşdur və həmin qərarda ekspert qarşısında Zərərçəkmiş şəxs bədən sətində hansı xəsarətlərin olması, vardırsa hansı nahiyədə yerləşməsi, xəsarətlərin yetirilmə aləti, müddəti, ağırlıq dərəcəsi, bıçaqla vurulması nəticəsində əmələ gələ bilməsi, xəsarətlərin özü tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilməsi ilə bağlı suallar qoyulmuşdur. Həmin qərarın icrası ilə əlaqədar 14 aprel 2020-ci il tarixdə Zərərçəkmiş şəxs onun yanına, xidməti otağına müayinə olunması üçün gəlmiş və onun tərəfindən xidməti otağında müayinə olunan zaman bildirmişdir ki, «07 mart 2020-ci il tarixdə saat 01:30 radələrində küçədə Röyal adlı şəxs tərəfindən bıçaqla vurulmuşdur», Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, «dostu ilə kafedə olmuş və kafedə bir qədər spirtli içki qəbul edərək sərxoş hala düşmüş, sonra dostu Şahid1 ilə arasında mübahisə olmuş, Şahid1 həmin ünvana tanışları olan Royalı dəvət etmiş, sonradan Şahid1 zəng edərək söyüş söymüş və bundan sonra Şahid1 idarə etdiyi markasını xatırlamadığı avtomobillə həmin ünvana gəlmiş, həmin vaxt yanında Təqsirləndirilən şəxs və daha bir nəfər şəxs gəlmiş və bu şəxslərin gözü önündə dostu Şahid1la mübahisə edən zaman Təqsirləndirilən şəxs onların arasına keçmiş və ona peysər deyərək söyüş edən zaman əli ilə Royalın baş nahiyəsinə sillə ilə vurmuş, həmçinin Röyal da onu sillə ilə vurmuşdur. Bundan sonra Röyal küçədə həmin şəxslərin gözü önündə əlində olan bıçaqla ona xəsarət yetirmişdir. Buna görə də tibbi yardım üçün KTM-yə müraciət etmişdir». Xəsarət nahiyəsində olan ağrıladardan şikayətçi olmasını bildirmişdir. Müayinə olunanın deməsinə görə olan qrafada o qısa olaraq Röyal tərəfindən küçədə bıçaqla vurumasına dair özündə qeyd aparmış və sonra həmin halı xx.xx.2020-ci il tarixli 602 nömrəli Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasının rəyində qeyd etmişdir.- Müayinə müddətində Zərərçəkmiş şəxs ona üzərində bıçaq olması və özü-özunə həmin bıçaqla xəsarət yetirməsi ilə bağlı bir kəlmə söz deməmişdir. Həmin şəxs müayinə bitdikdən sonra MTEnin Binəqədi şöbəsini tərk etmişdir. Həmin vaxta kimi o, Röyal adlı şəxsi, Zərərçəkmiş şəxs, o cüməldən hadisənin digər iştirakçılarını tanımamış və həmin şəxslərlə hər hansı ədavəti, düşmənçiliyi olmamışdır. Ekspert olaraq ona ünvanlanmış Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin özü tərəfindən yetirilməsinə dair suala İsə xəsarətlərin xarakteri və lokalizasiyasına görə həmin xəsartələrin şəxsin özü tərəfindən özünə yetirilməsinin inandırıcı olmadığına görə həmin halı birmənalı olaraq inkar etmişdir. Belə ki, məhkəmətibb ekspertiza təcrübəsinə əsasənə özü-özünə xəsarət yetirmə zamanı xəsarətlər eyni nahiyədə bir neçə dəfə eyni istiqamətdə paltar üzərində olmur. İstisna halda paltarlar üzərində də xəsarət ola bilər. Lakin onun tərəfindən müayinə olunmuş Zərərçəkmiş şəxs isə qarın nayihəsində bir, təpə nahiyəsində isə bir xəsarət olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs eyni nahiyədə eyni istiqamətdə bir neçə xəsarət olmamışdır. Həm də Zərərçəkmiş şəxs həmin xəsarətin ona Röyal adlı şəxs tərəfindən yetirməsini bildirməsinə görə o, özü-özünə xəsarət yetirməsi halının inandırıcı olmasını tamamilə inkar etmişdir. 02 iyun 2020-ci il tarixdə Binəqədi RPİ-nin sabiq müstəntiqi Şahid13 Zərərçəkmiş şəxs müayinəsinə dair əlavə məhkəmə-tibb ekspertizasının təyin olunması haqqında qərarı daxil olmuş və həmin qərarda ekspert qarşısında 1 sual, yəni Zərərçəkmiş şəxs xəsarətlərinin özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gələ bilməsi mümkünlüyünə dair sual qoyulmuşdur. Həmin qərar MTE-nın Binəqədi rayon şöbəsinin rəisi tərəfindən ona həvalə olunmuşdur, o, ilkin ekspertiza onun tərəfindən aparılmasına baxmayaraq rəis tərəfindən ona həvalə olunmasına görə həmin qərarı icra etmiş və müstəntiqin qərarı istiqamətləndirici olmasına görə yəni qərarda zərərçəkmiş şəxsin, şahidlər Şahid1 və Təqsirləndirilən şəxs ifadələri qısa göstərilməklə Zərərçəkmiş şəxs bıçaqla özü-özünə xəsarət yetirməsi əks olunduğundan istintaqın nəticəsinə əsaslanmaqla həmin xəsarətlərin əl çatan nahiyədə olmasına görə, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin lokalizasiyası əl çatan nahiyələrdə olduqlarına görə və iş üzrə zərərçəkmiş, şahidlərin ifadələrinə əsaslanmaqla həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi mümkünlüyü haqqında cavab yazıb xx.xx.2020-ci il tarixli 40/602 saylı rəy tərtib etmişdir. O həmin rəyə şəxsin özü tərəfindən özünə xəsarət yetirilə «bilərdi» sözü qəti nəticə demək deyil, yəni həm «bilərdi» həm də «bilməzdi» (1-ci cild iş vərəqi 209-212). Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər sevgili olmuşdur, hazırda isə başqa şəxslə ailəlidir. Təqsirləndirilən şəxsla sevgili olduqları dövrdə kafedə ofisiant işləyərək günə təxminən 100 manat pul qazanmış, Röyal isə işləmədiyinə görə sonuncuya da maddi yardım etmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs tez-tez onu aldadaraq müxtəlif bəhanələrlə ümumilikdə ondan 5000 manat pulunu almışdır. Belə bəhanələrin sırasında müxtəlif adamlarla dava etməsi, polis bölmələrində problemlərinin olmasını göstərmiş, Röyal ondan 200, 300, 400, 100 manat olmaqla bir neçə dəfə müxtəlif problemlərini əsas gətirməklə pullar almışdır. Bir dəfə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəstəxanada olması barədə xəbər verərək maddi yardım göstərmək üçün pula ehtiyacının olduğunu bildirmişdir. Röyal demişdir ki, Zərərçəkmiş şəxs onun ucbatından xəstəxanadadır və bu səbəbdən də pul lazımdır. Zərərçəkmiş şəxslə şəxsən tanışlığının olması və Röyala etibarının olmaması səbəbindən məsələni aydınlaşdırmaq üçün birbaşa Elşənə zəng etmiş, lakin telefonu Elşən özü yox “Zopu” ləqəbi ilə tanıdığı, əsl adı Zöhrab olan qohumu açmış və Elşənin özünü pis hiss etməsini, bir qədər sonra özünün geri zəng edəcəyini bildirmişdir. Bir müddət sonra Elşənə təkrar zəng edərək özü ilə danışmağa nail olur, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs özü-özünə xəsarət yetirməsini bildirərək Röyalla aralarında heç bir mübahisənin olmadığını demiş, baş vermiş hadisə ilə Röyalın heç bir əlaqəsinin olmadığını bildirmişdir. Bundan sonra Röyalın yalanı ifşa olunmuş və həmin səbəbə görə pul verməkdən imtina etmişdir. xx.xx.2020-ci il tarixdə “Atan deyir get pulu tap, sən mənə deyirsən get tap, mən verməliyəm? Yoxsa mən demişəm Həcini bacaqla?!” məzmunlu SMS-i Röyala göndərən zaman adını çəkdiyi “Həci” Röyalın xx.xx.2019-cu il tarixdə bıçaqladığı və məhkum olunduğu iş üzrə zərərçəkmiş şəxs X5 nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs (077) 757-72- 71 və (070) 230-21-30” mobil telefon nömrələrini istifadə etmişdir. Bəzən Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrini telefonunun qara siyahısına daxil edib sonuncunun zəng və mesajlarına məhdudiyyət qoymuşdur. Belə olan hallarda Təqsirləndirilən şəxs atasının mobil telefon nömrəsindən zəng edib və ya SMS göndərib. Bundan başqa yad nömrələrdən Röyalın zəng etməsini və ya SMS yazmasını xatırlamır. Röyalın atasının mobil telefon nömrəsini xatırlamır, lakin Röyalın öz nömrəsinə oxşar olduğunu xatırlayır. Təqsirləndirilən şəxs ona qarşı ağır söyüşlər istifadə edib, təqdim olunan SMS tarixçəsindəki siyahılarda olan qısa mesajlar həqiqətən də ona göndərilib. xx.xx.2020-ci il tarixdə Röyal Şamuradov məhkəmə zamanı səsləndirilməsi mümkün olmayan söyüşlə ******* senin.beterivin agzini conen******** olar oda sensen, sen ******* soxmursan.dilivi ****** onsuzda meni.biyabir elediyin kimi indide atami biyabir edersen. senin ********* deserem. bicagnan bawin gedibb qalirsan.qal.******.kimi.durub men ora gelen.doremm....qiwqirmaliyamda sen nece gundu meni qiwqirdirsan bloka atirsan meni hec bir wey men. yatiram sabah daniwacam sennen men gedecekdunse neye mene agiz acdirdinn belede nenirsen ele yuxum gelir menim meen yatiram ne istirsen elee daha deyen.dorem sene nese.!” məzmunlu qısa mesajı həqiqətən ona (070) 230-21-30” mobil telefon nömrəsindən göndərdiyini təsdiq edir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs “besdidee dedim sene bawa duwursenn indi baxda men daha sene soz demirem deyen deilem getmek istiyeni saxlamazlar oz fikrindii.....birdee deyirem sene telefonda bele yazma mene...yooox seeen daniwdaydun cavab verseydun menn seni vuran doriydum indi yatdim men vsyo saol” məzmunlu qısa mesajı həqiqətən ona (070) ***-**-** mobil telefon nömrəsindən göndərdiyini təsdiq edir. İbtidai istintaqa verdiyi ifadədə Təqsirləndirilən şəxs (077) 757-72-71” və (070) 230- 21-30 mobil telefon nömrələri ilə yanaşı həmçinin (070) 210-73-10” mobil telefon nömrəsini istifadə etməsi barədə müstəntiqin kompüterdə yazdığı cümlə onun sözləri ilə yazılmamışdır və həqiqəti əks etdirmir. Həmin gün onu yaşadığı evdən azyaşlı uşağı ilə birlikdə məcburi çıxarıb Bakı şəhər Baş Polis İdarəsinə aparmışdılar. İfadəni oxumadan imzalamağa məcbur edilmiş, əks halda gecəni İdarədə saxlanılacağı ilə hədələnmişdir. Eyni zamanda müstəntiq onu cinayəti bilib gizlətdiyinə görə məsuliyyətə cəlb edəcəyi ilə hədələyərək ifadəni imza ilə təsdiqləməsini tələb etmişdir. Əslində isə (070) ***-**-** mobil telefon nömrəsi ona məlum deyil, həmin nömrə ilə Təqsirləndirilən şəxsla heç vaxt ünsiyyətdə olmamışdır. İbtidai istitaq zamanı şahid qismində dindirilmiş və birinci instansiya məhkəməsində məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid9 göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 ildir tanıyır, 6-cı mikrorayonda yerləşən və ofisiant işlədiyi «Kanka» çay evində tanış olub sonra sevgili kimi münasibətləri yaranmışdır. «Röyal» ora bir müştəri kimi daimi gedib-gələn insan olmuş və beləliklə münasibəti yaranmışdır. «Röyal» ilə təxminən 1 il sevgili münasibətində olmuş, bu münasibət 2019-cu ilin payız aylarından 2020-ci ilin yay aylarına kimi davam etmişdir. Tanışlığın və sevgili kimi münasibətin ilk vaxtarında özünü yaxşı aparırmış, lakin sonradan görmüşdür ki, Röyal əsəbləşəndə çox aqressiv olur. 2019-cu ilin oktyabr-noyabr aylarında Röyal həbsdən buraxılmış, bıçaqla adam vurduğuna görə həbs edilmişdir və azadlığa çıxandan sonra onların sevgili kimi münasibəti başlamışdır. Belə ki, Röyal həbsdən çıxandan sonra onun işlədiyi çay evinə gəlib ondan xoşlandığını bildirmiş, onun da Röyaldan xoşu gəldiyi üçün sevgili münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs da o eyni vaxtdan etibarən tanımış, hər ikisi dost olmuş və onun ofisiant işlədiyi çay evinə də çox vaxt birlikdə gəlirmişlər. 2020-ci ilin mart ayının ortaları olmuşdur ki, Röyal ona bildirdi ki, Elşənlə mübahisəsi və davası olmuşdur və Elşən polisə şikayət vermişdir, polis tərəfindən axtarılır, buna görə qaçıb gizlənmək məcburiyyətində qalmışdır. O, hadisə barədə Röyaldan soruşanda bildirmişdir ki, Elşən kafedə içmişdir və dava salanda aralayıb maşına mindirərək məhəllələrində düşürmüşdür. Bir neçə dəqiqə sonra Elşən zəng vurub söhbətini etməyə imkan vermədiyi üçün Röyala söyüş söydüyünə görə geri qayıdıb Elşənlə görüşərək söyüş söydüyünə görə Elşəni bıçaqla vurmuşdur. Tam səmimi olub bu ifadəni istintaqa vermişdiyini bildirmiş və baş vermiş hadisəni o, Röyalın ona danışdıqlarından söylədiyini, özü bilavasitə həmin hadisənin şahidi olmadığını qeyd etmişdir. Bu hadisədən sonra Röyal daha da aqressivləşmiş və ondan da pul istəmişdir ki, Elşənin müalicəsi üçün versin. O isə demişdir ki, pulu yoxdur. Hətta Röyal axtarışda olduğunu ona deyəndə, təklif etmişdir ki, polisə gedib təslim olsun, əks halda gec və ya tez polis tərəfindən saxlanılacaqdır. Onu da xatırlayıb istintaqa bildirmişdir ki, bıçaqlanan Elşənin xətrini o çox istəyirmiş və sonuncu ilə çox yaxşı münasibəti olmuşdur. Hətta Röyal ona bu məsələni danışandan sonra qərara gəlmişdir ki, Elşəni ziyarət etsin, həmin ərəfədə artıq xəstəxanadan çıxmışdır, Röyal isə ona bildirmişdir ki, maddi köməklik etsin, belə ki, Elşənin xəstəxana xərci olan 2000 manat pul verməlidir, pulu düzəltməkdə köməklik etməsini istəmiş və sonra Elşəni ziyarət etməyə gedə biləcəyini bildirmişdir. O, “Röyala səhv etmirsə 150-200 manat pul vermiş, çünki günü 10 manata ofisiant işləyirdi. Sonra o özü “Elşənlə telefonla, “WhatsApp»la danışmış, məqsədi onları barışdırmaq olmuşdur, çünki yaxşı dost olmuşlar. Elşən ona bildirmişdir ki, polisə şikayət vermək niyyəti olmamışdır, demişdir ki, bıçaqla vurandan sonra Röyal maşına minib qaçıb getmişdir, onu qan aparıb ölsəydi necə olardı? əgər onu xəstəxanaya aparsaydı heç polisə şikayət etməzdi. O, Elşənə bildirmişdir ki, barışsınlar, çünki dostdurlar. Hətta məlumatı vardır ki, Elşəngil qanpulu almamışlar, belə ki, Elşənin anası demişdir ki, Röyal gəlsin, onu balta ilə vurub xəsarət yetirəndən sonra bu məsələdə barışıq olacaqdır. Beləliklə istər Röyalın, istərsə də Elşənin ona danışdıqları əsasında təsdiq edə bilər ki, Zərərçəkmiş şəxs bıçaqla Təqsirləndirilən şəxs vurub bədən xəsarəti yetirmişdir. Sonra bu barədə həmin ərəfədə Rimma adlı qadınla eyni mənzildə yaşadığı və rəfiqə olduğu üçün Rimmaya məlumat vermiş, Röyalın bıçaqla Elşəni vurması barədə Rimmaya demişdir, çünki Rimma da Röyalı tanıyırdı, Röyal bir neçə dəfə Rimma ilə birgə qaldığı evə gəlmişdir və Rimma ilə Röyalı o tanış etmişdir. Başqa heç kimə bu barədə məlumat verməmişdir. ***-***-**-** mobil telefon nömrəsinin kimə məxsus olması və həmin nömrənin istifadəçisinin kim olması ilə bağlı suala cavab olaraq bildirir ki, həmin nömrə Rimmanın adına olmuşdur, o Rimmanın şəxsiyyət vəsiqəsi ilə almışdır, lakin özü istifadə etmişdir. Royalla ayrılandan sonra həmin nömrəni sındırıb atmışdır, eyni zamanda sonradan ailə həyatı qurmuş, qeyri-rəsmi olsa da ərinin onun keçmiş həyatı barədə heç nə bilməməsi üçün həmin nömrəni qırıb atmışdır. Royalın istifadəsində (055) 521-12-30, (070) 230-21-30, (077) ***-**-** və (070) 210-73- 10 mobil telefon nömrələri, həmçinin xatırlamadığı başqa nömrəsi də olmuşdur, daha çox Röyalla (070) ***-**-** mobil telefon nömrəsi ilə danışıb yazışmışdır. İş materiallarına əlavə edilmiş zənglərin çıxarışına əsasən xx.xx.2020-ci il tarixdə saat 10:38-də (055) 631- 42-86 mobil telefon nömrəsindən (077) ***-**-** mobil telefon nömrəsinə “Sənə atan deyir get pulu tap, sən mənə deyirsən get tap mən verməliyəm, yoxsa mən demişəm həcini bıçaqla? Bəsdİdə, mənim bir problemimi həll etmirsən, imkan ver heç olmasa öz problemimi özüm həll edim, səninlə tanış olandan sonra çöllərə düşmüşəm” qısa mesajın o, Röyala yazmışdır və bunu təsdiq edir, yenə də ondan pul istəyəndə bunu yazmışdır. Həmin mesajı o, Röyalın Elşəni bıçaqla vurması ilə bağlı Röyala yazmışdır. xx.xx.2020-ci il tarixdə saat 14:55-də ***-***-**-** mobil telefon nömrəsindən (077) ***-**-** mobil telefon nömrəsinə “Başına heç nə gəlmir? Və tutulursan niyə bilirsən? Camahatın balasını vurursan, anasının gözünü yaşdı qoyursan ona görə bu günki gündə gizlənə gizlənə gəzirsən” qısa mesajı Röyalın Elşəni bıçaqla vurması ilə bağlı o, Röyala yazmışdır. xx.xx.2020-ci il tarixdə saat 06:08-də (077) ***-**-** mobil telefon nömrəsindən (055) ***-**-** mobil telefon nömrəsinə “Şeylərİvə görə həmişədə mən tərəfdən pazdansan bəsdi... gedib ******* yedizdirdiyini gətirib məni kimi oğlanın problemlərinə vermədiyin üçün get” qısa mesajı ona Röyal yazmışdır, ondan Elşənin xəstəxana pulunu düzəltmək üçün maddi cəhətdən köməklik göstərməsini xahiş edərkən. Ümumiyyətlə Röyal dəfələrlə fərqli məsələlərə görə ondan pul istəmişdir. İş materiallarına əlavə edilmiş zənglərin çıxarışına əsasən xx.xx.2020-ci il tarixdə saat 23:30-da (055) ***- **-** mobil telefon nömrəsindən (055) ***-**-** mobil telefon nömrəsinə “Röyal bədənimi zadi yandırdı, necə kəlləynən vurdu burnumdan qan acıldı, saxlayamırdım” qısa mesajını, həmin tarixdə, saat 00:05-də göndərilmiş “Yox ee, 12-yə kimi mənə vaxt qoymuşdur Rasimi çıxardım ortaya, evdən çıxdım qaçdım, söyüş süydü ki, bıçaqlayacaq” mesajını o yaxın rəfiqəsi olan və “Mila” kimi hamının səslədiyi, lakin əsl adı Şahid10 olan qıza yazmışdır. Belə ki, ifadəsində qeyd etdiyi kimi, (055) 631-42- 86 mobil telefon nömrəsi onun istifadəsində olmuşdur, (055) ***-**-** mobil telefon nömrəsi isə yaxın rəfiqəsi “Mila”nın istifadə etdiyi nömrədir. Həmin ərəfədə, qeyd olunan mesajı o, yazmazdan 1-2 gün əvvəl Röyal mübahisə zəminində onu döymüşdür, qolunda siqaret söndürmüşdür, başı ilə burnundan vurmuşdur, burnundan qan açılmışdır və qanı saxlaya bilmirdi. Həmin mübahisə vaxtı Röyal ondan tələb etmişdir ki, Rasimi çıxartsın ortalığa. Həmin şəxs onun üçün kirayə ev tutmuşdur və kirayə pulunu ödəmişdir. Röyal bunu bilib qısqanmış və aralarında mübahisə olmuşdur. Röyal mübahisə zamanı söyüş söymüşdür ki, onu bıçaqla vuracaqdır, o da qorxduğu üçün kirayə qaldığı evdən çıxıb qaçmışdır. Röyal həmin mübahisə zamanı bıçaqla onu vurmağa cəhd etməsə belə, üzərində bıçaq gəzdirdiyini o dəfələrlə görmüşdür, daimi üzərində, daha dəqiq desə belində qara rəngli, “Kəpənək” adlanan bıçaq gəzdirirdi. O da həmişə bıçaqla gəzdiyini və əvvəllər də iki nəfər şəxsi bıçaqla vurub xəsarət yetirdiyini bildiyi üçün qorxub evdən qaçmışdır ki, onu bıçaqlamasın. Röyalın onu döyməsi, bədənində siqaret söndürməsi, onu hədələməsi ilə bağlı şikayəti və tələbi yoxdur. 09 aprel 2020 ci il tarixdə saat 23:58-də (070) ***-**-** mobil telefon nömrəsindən 055-631- 42-86 mobil telefon nömrəsinə “məni biyabır elediyin kimi indi də atamı biyabır edərsən. Sənin ****** deşərəm bıçağla...” mesaj yazışması Röyal və onun arasında olmuşdur, eyni ilə mübahisələri olmuşdur və Röyal onu hədələmişdir ki, bıçaqla onu göstərdiyi nahiyədən vuracaqdır. Röyal bıçağa meyilli adamdır və xasiyyəti elədir ki, istənilən şəxsi cüzi səbəb üstündə bıçaqla vurmağa qadirdir. xx.xx.2020-ci il tarixdə saat 18:12-də (055) ***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “Rasdawanda deyebdeki neyniyesen ee he gel vur oldur mende onu isdirem ele vurasan xesdexanaliq olacam evimde yoxdu sen wotuna xesdexanada yataram” mesajını o, Röyala yazmışdır. Onu yenə danışıq zamanı bıçaqla vurub öldürəcəyi ilə hədələyəndə, o da yazmışdır ki, onun hesabına xəstəxanada yatar, onsuz da həmin ərəfədə yaşamağa yeri olmamışdır. Zərərçəkmiş şəxs bıçaqla vurulub xəsarət alması hadisəsi barədə Röyalın əhatəsində olan bütün şəxslər məlumatlıdır, sadəcə Röyal kriminal insan olduğundan, kriminal aləmə meyilli olduğundan və bunu bilənlər, yəni əhatəsində olan insanlar Röyaldan buna görə qorxduqları üçün heç kim hadisə barədə məlumat vermək istəmir. Röyaldan şikayət edən əslində Elşənin anası olmuşdur, hətta demişdir ki, Röyal onlara ac gələndə öz əlləri ilə yemək bişirib Röyalı yedizdirmişdir, sonra isə Röyal onun balasını bıçaqlamışdır (2-ci cild iş vərəqi 128-132). Cinayət işi materiallarında olan məhkəmə-tibb ekspertizası üzrə 05 aprel 2020-ci il tarixli 1005 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən sol ağ ciyərin aşağı payını zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası və sol təpə nahiyəsinin kəsilmiş yarası kimi deşici-kəsici alətin (əşyanın), ola bilsin bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gəlmiş, müddəti xx.xx.2020-ci il tarixə uyğun gələn bədən xəsarətləri aşkar edilmişdir ki, dərəcəsinə görə döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən sol ağ ciyərin aşağı payını zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir, sol təpə nahiyəsinin kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlər bıçaqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər. Xəsarətlərin xarakterinə və lokalizasiyasına görə şəxsin özü tərəfindən özünə yetirilməsi inandırıcı deyildir. Rəydə müayinə olunanın deməsinə görə xx.xx.2020-ci il tarixdə saat 01:30 radələrində küçədə Röyal tərəfindən bıçaqla vurulması göstərilmişdir (1-ci cild iş vərəqi 34-35) Cinayət işi materiallarında olan komisyon məhkəmə-tibb ekspertizası üzrə 07 iyun 2021-ci il tarixli T109/2021 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthində arxa qoltuqaltı xətt üzrə döş boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını zədələyən və təpə nahiyəsində solda deşilmiş-kəsilmiş yara olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən törənmişdir, yetirilmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə döş boşluğuna nüfuz edən yara həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya, təpə nahiyəsindəki yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr bədənin əlçatan nahiyələri olsa da zərərçəkmiş şəxsin özü tərəfindən yetirilməsindən daha çox kənar şəxs tərəfindən yetirilməsinə uyğun gəlir (2-ci cild iş vərəqi 219-222). Cinayət işi materiallarında olan kompleks videoyazının məhkəmə ekspertizası və kompüter-texniki ekspertizası üzrə 15 aprel 2021-ci il tarixli 4/101-4/293 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 saylı videofonoqramın ilk kadrında kişi cinsinə məxsus geyim formasında olan xarici görünüşünə görə kişi cinsinə məxsus görünüşə malik şəxsin (K1-Zərərçəkmiş şəxs) yolun kənarında asma jalyuz formasında qapının ağzında olan pillələrin üstündə oturduğu görünür. Həmin kadrda K1-in önündə markasının, modelinin və rənginin müəyyən olunması dəqiq mümkün olmayan tünd rəngli hərəkətdə olmayan avtomobil görünür (bax: şəkil 1). Daha sonra avtomobilin qabaq sol qapısından kişi cinsinə məxsus geyim formasında olan xarici görünüşünə görə kişi cinsinə məxsus görünüşə malik şəxsin (K2 - Şahid1) düşdüyü və K1-ə yaxınlaşdığı görünür (bax: şəkil 2 və şəkil 3). K2 K1-ə yaxınlaşaraq hər iki əlini onun yuxarı üst geyiminin altına salır, sonra K1- in çənə hissəsindən tutaraq onun başını jalyuzə vurur, çənə hissəsindən tutaraq onun başını sağa-sola tərpədir. Videofonoqramin 305-ci kadrında avtomobilin arxa tərəfındən kişi cinsinə məxsus geyim formasında, xarici görünüşünə görə kişi cinsinə məxsus görünüşə malik şəxs (K3-Təqsirləndirilən şəxs) görünür. K3 K1 və K2-yə tərəf yaxınlaşaraq K2-nin sol tərəfində bir qədər aralıda dayanır (şəkil 7-10). Keçən müddət ərzində K2 K1-in çənəsindən tutaraq silkələməkdə, onun başını jalyuzə vurmaqda davam edir. Videofonoqramın 526-cı kadrında avtomobilin qabaq tərəfindən kişi cinsinə məxsus geyim formasında, xarici görünüşünə görə kişi cinsinə məxsus görünüşə malik dördüncü şəxs (K4-Fuad adlı şəxs) görünür. K4 K3-ə yaxınlaşaraq K3-ün durduğu yerdən baş verən hadisəni müşahidə edir. Bütün bu müddət ərzində sol əlində siqarət olan K1, K2-yə demək olar ki, heç bir müqavimət göstərmir (sol əlində tutduğu siqareti belə atmır) və onun hərəkəti baş verən hadisəyə adekvat deyil. Təxminən 800-cü kadrdan başlayaraq K3 K1 və K2-yə daha da yaxınlaşaraq K2-nin sağ tərəfındə dayanır, lakin mübahisə edənlərə fıziki müdaxilə etmir. 815-ci kadrda K2 sağ əli ilə K1-in sol üzünə sillə vurur, yenidən onun başını jalyuzə sıxır. K3 yenidən əvvəlki yerinə qayıdır, 1107-ci kadrda sol əlində siqarət olan K1 sağ əli ilə K2-ni itələyərək ayağa qalxır. K1 və K2 ayaqüstə bir qədər itələşdikdən sonra K2 sağ əli ilə K1-in sol üzünə yenidən sillə vurur, bu zaman da K1-in sol əlində olan siqareti hələ də atmadığı aydın görünür. (bax: kadr 1192-1197, şəkil 15). Sonrakı kadrlarda K2-nin sol əlində siqaret olan K1-i yıxmağa çalışdığı, K3-ün bu zaman onları aralaması qeydə alınmışdır (şəkil 16 -17). K1 və K2-ni aralamağa çalışan K3-ü K1 sillə ilə vurur (şəkil 20-21). Bir qədər arxaya çəkilən K3 sağ əlini şalvarının arxa cibinə salaraq videogörüntüyə görə eyniləşdirilməsi mümkün olmayan əşyanı sağ arxa cibindən çıxardır (şəkil 24-29) və K1-in üstünə gedir (şəkil 30-31). Hadisənin sonrakı inkişafında mübahisəyə indiyə qədər qoşulmayan K4 K3-ə yaxınlaşaraq onun sağ əlini tutur və K3-ün cəhdinə baxmayaraq onun əlini uzun müddət buraxmır (şəkil 32-36). 2510-2862-ci kadrlarda mübahisə iştirakçılarının hərəkətləri işıqlanmayan sahədə davam etdiyindən videogörüntüyə görə hadisənin sonrakı inkişafını təsvir etmək mümkün olmur. Bir qədər sonra K2, K3 və K4 qaçaraq avtomobilə otururlar və hadisə yerini tərk edirlər (şəkil 39- 43). Videofonoqramın axırıncı kadrlarında K1-in əvvəlki yerinə qayıtması və hadisənin başlanğıcında oturdrduğu yerdə sağ əlində telefonabənzər əşya tutduğu, sol əli ilə isə qarın nahiyəsinin sol tərəfini tutaraq oturması qeydə alınmışdır (şəkil 44-47). 2 saylı videofonoqramda K1-in 1 saylı videofonoqramın ilk kadrında olduğu yerə qayıtdığı, pillələrin üstündə oturaraq siqaret çəkdiyini əks olunmuşdur. 3 saylı videofonoqramda 1 saylı videofonoqramın təxminən 3310-cu kadrından sonrakı kadrlardakı görüntülər əks olunmuşdur. Videofonoqramın sonunda K1-in hadisə yerini tərk etdiyi əks olunmuşdur (2-ci cild iş vərəqi 74-95). Cinayət işi materiallarında olan rabitə operatorundan ələ keçirilmiş məlumatlara baxış protokolundan görünür ki, - Zərərçəkmiş şəxs istifadəsində olan (055)450-09-74 mobil telefon nömrəsindən xxxx-2020-ci il tarixdə saat 02:48:58-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «Oz sozuvunde. senden qan pulu gozleveninde oz payina varvoxun ***** naxLka ataninda. göndərdiyin puluda ozuve qaytardim. menim qanimi sen almisansa sen qorxub gizdende men oqlan senin usduve gelenleri qabaqina cixanlardan biri olmisam. men de qan pulu gonderecem sene qeyretin olsa qoturmersen.demirsen picax cixartun birinci elin picaxa ataninda qevretin ******.kimde bilmese ALLAH ve elin birinci picaxa atan bNir.heqiqeti.get ****.men ne cur eledimse.xesdaxana ve it xana vaxti çatanda senin paviva elemevende bi qeyret olar.YA ALLAH kime verer verer.” SMS göndərilmişdir. - Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən xxxx-2020-ci il tarixdə saat 20:30:04-də (055)972-30-12 mobil telefon nömrəsinə «ay rail bu gune o bicag çatmasa yaxwi olmuyacag» SMS göndərilmişdir. -Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən xxxx-2020-ci il tarixdə saat 00:22:54-də (055)972-30-12 mobil telefon nömrəsinə «rail ac bicaga gore yigmamiwam» SMS göndərilmişdir. - Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən xxxx-2020-ci il tarixdə saat 01:39:49-da (055)972-30-12 mobil telefon nömrəsinə «raill telefonu ac menem royaldi» SMS göndərilmişdir. -Şahid9 istifadəsində olan (055)631-42-86 mobil telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 1Q:34:03-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «Menim yanimda hec kim yoxdu bu bir menim basima az oyun ac sen kimese pul vermelisen onu men vermeli deilem menim borcum deil bugune kimi insan kimi hormet eliyib komeylik elemisem daha meni ****deilsen ki», saat 10:36:55-də «Burnum bu gunde boynum zadim bugunde besdi yeke oğlansan hec olmasa ozduyunde fikirlewki sene qarsi bugune kimi nece olmusam», saat 10:38:38-də «Sene atan deir get pulu tap sen mene deirsen get tap men vermeliyem yoxsa men demisem heçini bicaqla? besdide menim bir prablemi hel elemirsen imkan ver hec olmasa oz prablemi ozum hel eliyim senen tanis olanan sonra colere dusmusem» SMS göndərilmişdir. - Şahid9 istifadəsində olan (055)631-42-86 mobil telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 14:55:12-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «Basiva hecne gelmir? ba tutulursan nie bilirsen?? camatin balasini vursan Anasin gozu yasdi qoyursan ona gore bugunki gunde gizdene gizdene gezirsen» SMS göndərilmişdir. - Qasımov Zöhrab Vəli oğlunun istifadəsində olan (055)509-26-56 mobil telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 18:51:52-də Şahid1 istifadəsində olan (055)699- 31-11 mobil telefon nömrəsinə «20 yanvardayam gedirem ****elseni virmaqa», saat 18:52:59-da isə «Zeng eliyirem gelsin bura» SMS göndərilmişdir. - Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil Telefon nömrəsindən xxxx-2020-ci il tarixdə saat 20:30:04-də Şahid11 istifadəsində olan (055)972-30-12 mobil telefon nömrəsinə «av rail bu gune o bicag çatmasa vaxwi olmuvacag» SMS göndərilmişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs 07 mart 2020-ci il tarixində, saat 01:30 radələrində ünvan 1 ünvanında yerləşən “Məhəllə” marketin qarşısında yaxın münasibətlərdə olduğu Zərərçəkmiş şəxs əlindəki bıçaqla qəsdən vurub sağlamlığına ağır zərər vurmasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşıb, lakin qarşılıqlı mübahisə zamanı baş verdiyindən həmin əməlin xuliqanlıq niyyəti ilə, yəni cüzi səbəbdən törədilməsi barədə ibtidai istintaqın gəldiyi nəticə ilə razılaşmayıb və hesab etmişdir ki, Röyal Şahverdiyevin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Apellyasiya icraatı zamanı, qismən məhkəmə istintaqı ilə keçirilən məhkəmə iclasında, məhkəmə kollegiyası yuxarıda sadalanan sübutları, zərərçəkmiş şəxsin və şahidin yalan ifadə verməsinə dair material üzrə Bakı şəhəri Xətai Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını, eyni zamanda cinayət işi materiallarında öz əksini tapan digər sübutları tədqiq edərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış, birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş, həmçinin apellyasiya baxışı zamanı qismən istintaq keçirtməklə aparılan məhkəmə icraatında əldə edilmiş sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı məhkəmə kollegiyası hazırkı cinayət işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, kompleks videoyazının məhkəmə ekspertizası və kompüter-texniki ekspertizası üzrə ekspert rəyinin, cinayət işi materiallarında olan rabitə operatorundan əldə edilmiş SMS məlumatların, həmçinin istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş materiallarında olan digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, məhkum edilmiş şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, Təqsirləndirilən şəxs yaxın münasibətlərdə olduğu Zərərçəkmiş şəxs əlindəki bıçaqla qəsdən vurub sağlamlığına ağır zərər vurması, 05 aprel 2020-ci il tarixdə məhkəmə-tibb ekspertizası keçirilən zaman özünün deməsinə görə xx.xx.2020-ci il tarixdə, saat 01:30 radələrində küçədə Röyal tərəfindən bıçaqla vurulması, xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələrin zərərçəkmiş şəxsin özü tərəfindən yetirilməsindən daha çox kənar şəxs tərəfindən yetirilməsinə uyğun gəlməsi, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsi, xüsusilə də, Röyalın Elşəni vurması ilə bağlı yazdığı sms mətnlər, həmçinin rabitə operatorlarından əldə edilmiş həm məhkum edilmiş şəxsin, həm də zərərçəkmiş şəxsin istifadəsində olan mobil telefonlara gəlmiş və çıxmış çoxsaylı sms mətnlər və ən əsası cinayət işi materiallarında olan videogörüntünün tədqiqi ilə təsdiqini tapır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində çoxsaylı qanunvericilik aktlarına istinadlar edilərək, məhkum edilmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə, xüsusilə də cinayət işi materiallarında olan videogörüntüyə istinad edilərək, müdafiə mövqeyinin qurulması məqsədi ilə mövcud sübutları şübhə altına alıb təhrif etməklə, Zərərçəkmiş şəxs özünün-özünə ağır dərəcəli bıçaq xəsarəti yetirməsi haqqında ibtidai istintaq orqanına verdiyi ifadənin bilə-bilə yalan olmamasının hazırki işin mübahisə doğurmayan halı hesab olunması, Zərərçəkmiş şəxs dediyi kimi özü və ya həmin şəxslərin biri tərəfindən xəsarət almasını aydınlaşdırmağın texniki cəhətdən mümkünsüz olması, istintaq orqanının təqdim etdiyi sübutların saxta və ya qeyri-mötəbər olduğunu sübut etməsi, ona görə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin həmin sübutların heç birini istinad etməməsi, videoçarxı sübut kimi tanımaqla yalnız ona istinad etməsi, lakin həmin videogörüntünün də cinayət hadisəsini sübut etmədiyinin dəqiq görünməsi göstərilmişdir. Halbuki, mövcud sübutları qiymətləndirərkən müəyyən edilir ki, sözügedən dəlillər sadəcə məhkum edilmiş şəxsin bəraət alması üzərinə qurulmuş “müdafiə ssenarisindən” ibarətdir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı sərbəst ifadə verməsi təklif edilən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etməsini, eyni zamanda ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiyi ifadələrini tədqiq edərək, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin ifadələri məhkum edilmiş şəxsin özünü müdafiə xarakterli verdiyi ifadələri kimi qiymətləndirmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs belindən bıçaq çıxararaq onun üzərinə gəlmişdir, bu isə iş materiallar ilə tam təkzib olunur, videogörüntüyə keçirilmiş baxış protokolundan və kompleks videoyazının məhkəmə ekspertizası və kompüter-texniki ekspertizası üzrə ekspert rəyindən görünür ki, sol əlində siqaret olan Zərərçəkmiş şəxs (K1) sağ əli ilə Şahid1 itələyərək ayağa qalxır. Zərərçəkmiş şəxs və Şahid1 ayaq üstə bir qədər itələşdikdən sonra Şahid1 sağ əli ilə Zərərçəkmiş şəxs sol üzünə yenidən sillə vurur, bu zaman da Zərərçəkmiş şəxs sol əlində olan siqareti hələ də atmadığı aydın görünür. (kadr 1192-1197, şəkil 15). Sonrakı kadrlarda Şahid1 sol əlində siqaret olan Zərərçəkmiş şəxs yıxmağa çalışdığı, Təqsirləndirilən şəxs bu zaman onları aralaması qeydə alınmışdır (şəkil 16-17). Zərərçəkmiş şəxs və Şahid1 aralamağa çalışan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əli açılmış vəziyyətdə sillə ilə vurur, sol əlində siqareti atmadan saxlaması, sağ əlində isə heç bir əşya olmaması aydın görünür, (şəkil 20-21). Bir qədər arxaya çəkilən Təqsirləndirilən şəxs sağ əlini şalvarının arxa cibinə salaraq videogörüntüyə görə eyniləşdirilməsi mümkün olmayan əşyanı sağ arxa cibindən çıxardır (şəkil 24-29) və Zərərçəkmiş şəxs üstünə gedir (şəkil 30-31). Hadisənin sonrakı inkişafında mübahisəyə indiyə qədər qoşulmayan Fuad adlı şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunun sağ əlini tutur və Təqsirləndirilən şəxs cəhdinə baxmayaraq onun əlini uzun müddət buraxmır (şəkil 32-36). Sonrakı 2510-2862-ci kadrlarda mübahisə iştirakçılarının hərəkətləri işıqlanmayan sahədə davam etdiyindən videogörüntüyə görə hadisənin sonrakı inkişafını təsvir etmək mümkün olmur. Bir qədər sonra Şahid1, Təqsirləndirilən şəxs və Fuad adlı şəxs qaçaraq avtomobilə otururlar və hadisə yerini tərk edirlər. Axırıncı kadrlarda Zərərçəkmiş şəxs əvvəlki yerinə qayıtması və hadisənin başlanğıcında oturduğu yerdə sağ əlində telefonabənzər əşya tutduğu, sol əli ilə isə qarın nahiyəsinin sol tərəfini tutaraq oturması qeydə alınıb. Videogörüntüdən göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsi həqiqətə - işin materiallarına, o cümlədən videogörüntüyə uyğun deyil, belə ki, Təqsirləndirilən şəxs ifadəsinə əks olaraq - Zərərçəkmiş şəxs bel nahiyəsindən bıçaq çıxarmamış, Röyalın üzərinə bıçaqla getməmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs onu sillə ilə vurmasından dərhal sonra arxaya çəkilərək şalvarının arxa cibindən düyməli bıçaq çıxardaraq düyməli bıçağın açılmasına xarakterik sağ əlinin və baş barmağının hərəkəti ilə bıçağı açıq vəziyyətə gətirərək Zərərçəkmiş şəxs üzərinə getmiş, Fuad adlı şəxs isə Röyalın bıçaq olan sağ əlinin hərəkətini məhdudlaşdırmaq üçün iki əli ilə sağ əlindən tutaraq buraxmamış, Şahid1 isə Zərərçəkmiş şəxs əlləri ilə tutaraq hərəktlərini məhdudlaşdırmış, bir neçə saniyədən sonra Təqsirləndirilən şəxs, Şahid1 və Fuad adlı şəxs hadisə yerində avtomobilə əyləşərək qaçmış, Zərərçəkmiş şəxs qayıdaraq bir əlində mobil telefon, digər əli ilə qarın nahiyəsini tutaraq mağazanın qarşısında oturmuş, həmin vaxt da onun əlində bıçaq olmamış, videogörüntüyə düşməyən bir neçə saniyə zaman axımında həmin şəraitdə, yəni Zərərçəkmiş şəxs Şahid1 tərəfindən tutub saxlanılması vəziyyətində bıçaq çıxarıb özünü həm baş, həm də qarın nahiyələrində vuraraq xəsarət yetirməsi qeyri-mümkündür, hadisə yerində və əməliyyat tədbirləri zamanı, o cümlədən istintaqın sonrakı mərhələlərində də Zərərçəkmiş şəxs məxsus bıçaq aşkar edilməmişdir. Fuad adlı şəxs Röyalın bıçaq olan sağ əlinin hərəkətini məhdudlaşdırmaq üçün iki əli ilə sağ əlindən tutaraq buraxmaması, məhkəmənin gəldiyi nəticəyə görə sağ əlində bıçaq tutmuş Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs vurmasının qarşısını almağa yönəlmişdir Bununla da videogörüntüyə baxış, həmin videogörüntü ilə bağlı keçirilmiş ekspertiza üzrə ekspert rəyi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 ifadələrinin qarşılıqlı və müqayisəli analizi və işin digər materialları münaqişə zamanı Zərərçəkmiş şəxs əlində bıçaq olmaması, hadisədən dərhal sonra Elşən Qliyevin bıçaq xəsarət aldığı qarın nahiyəsini əli ilə tutması, əlində bıçaq olmaması, hadisə yerindən Zərərçəkmiş şəxs məxsus bıçağın aşkar edilməməsi Zərərçəkmiş şəxs özünü bıçaqla vurmamasını, Zərərçəkmiş şəxs bıçaqla Təqsirləndirilən şəxs vurmasını təkzibedilməz qaydada təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, o cibindən heç bir əşya, predmet çıxartmamış, ancaq Zərərçəkmiş şəxs qorxutmaq üçün şalvarın arxa sağ cibindən düyməli bıçaq çıxartmasını və bıçağın düyməsini basıb tiyəsini açmasının imitasiyasını etmişdir. Təqsirləndirilən şəxs əlini arxa cibindən çıxarandan sonra Zərərçəkmiş şəxs üzərinə getməsini ifadəsində göstərməmiş, Fuad adlı şəxsin hər iki əli ilə onun sağ əlindən tutaraq əlinin hərəkətinin məhdudlaşdırmasını etiraf etməyərək ifadəsində göstərməmiş, münaqişədə iştirak edən şəxslərin hadisə yerini tələsik tərk etmələrinin səbəbini izah etməmiş - dost adlandırdıqları Zərərçəkmiş şəxs özü-özünü bıçaqla vurduğu halda Təqsirləndirilən şəxs, Şahid1 və Fuad adlı şəxs hadisə yerindən tələsik halda dərhal qaçmalarına aydınlıq gətirməmiş, Elşən Quiyevə tibbi yardım göstərmədənə hadisə yerindən qaçmalarının səbəbi kimi Zərərçəkmiş şəxs öz əlindəki bıçaqla özünə xəsarət yetirməsini və onlara da xəsarət yetirməsindən qorxmasını göstərmişdir. Müdafiə tərəfi birmənalı olaraq bildirir ki, Təqsirləndirilən şəxs əl barmaqlarını şalvarının cibinə salmaması videogörüntüdən açıq-aydın görünür, lakin bu hal ekspert rəyi ilə təkzib olunur - kompleks videoyazının məhkəmə ekspertizası və kompüter-texniki ekspertizası üzrə ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs əlini şalvarının arxa sağ cibinə salıb eyniləşdirilməsi mümkün olmayan hansısa predmeti çıxardır və Zərərçəkmiş şəxs üzərinə gedir. Həmin ekspert rəyinə əlavə edilmiş videoörüntünün fotokadrlara bölünərək diskə köçürülmüş fotokadrlarının kadrdan-kadra dəfələrlə təkrar olunan irəli-geri nümayişi zamanı Şahmuradovun sağ əlinin baş barmağının düyməli bıçağın açılmasına yönəlmiş xarakterik hərəkəti zamanı baş barmağın qarşısında, yəni düyməli bıçağın tiyəsinin açılma trayektoriyasının proyeksiyasında parıltı müşahidə olunur. Apellyasiya icraatı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Royal Şahmuradovu cəzalandırmaq qərarına gəlmiş, bu məqamda Təqsirləndirilən şəxs sillə atmış, sonra isə cibində olan bıçağı çıxararaq ondan üzr istəməsini tələb etmiş, üzr istəməsə Röyalın qanını axıdacağını demişdir, içkili olmuş, nə səbəbdən belə etdiyini hal-hazırda bilmir. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçkəmiş şəxs Zərərçəkmiş şəxs qeyd edilən ifadəsi həqiqətə uyğun deyil, hadisənin qeydə alındığı və məhkəmə zamanı təhlil olunan videogrüntüyə tam ziddir. Belə ki, apellyasiya icraatı zamanı tədqiq edilən videogörüntüdən aydın görünür ki, iş üzrə Şahid1 Zərərçəkmiş şəxs yaxasından tutub silkələyir, qaldırıb-otuzdurur, itələyir, nə isə təkidlə deyir, Təqsirləndirilən şəxs isə onların arasında olan mübahisəni dinləyir və izləyir, Zərərçəkmiş şəxs sol əlində siqaret olması, sağ əlinin isə heç bir əşyanın olmaması, heç bir əlində bıçaq görünməməsi, açıq əllə Təqsirləndirilən şəxs sillə ilə vurması aydın görünür, Şahid1 Zərərçəkmiş şəxs tutub saxlayarkən sonuncunun əlində bıçaq olmaması da videogörüntü ilə aydın müşahidə olunur; xəsarət aldıqdan sonra pilləkənin üstündə oturmuş Zərərçəkmiş şəxs nə əlində, nə ətrafında bıçaq olmamış, hadisə yerinə baxış zamanı da hadisə yerində bıçaq aşkar edilməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cəzalandırmaq məqsədilə bıçaq çıxarıb sonuncunun üzərinə getməsi barədə Zərərçəkmiş şəxs ifadəsi də videogörüntü ilə təkzib edilir, belə ki, faktiki olaraq münaqişə Şahid1la Zərərçəkmiş şəxs arasında başlamış, Təqsirləndirilən şəxs kənarda var-gəl edərək münaqişəni izləmişdir. Bununla da məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Şahid1 Zərərçəkmiş şəxs qucaqlayaraq əllərindən tutub saxladığı vəziyyətdə Zərərçəkmiş şəxs özünə bıçaqla xəsarət yetirə bilməsi ağlabatan deyil. Məhkəmə kollegiyası, eyni zamanda, müdafiəçinin “Zərərçəkmiş şəxs özü və ya həmin şəxslərin biri tərəfindən xəsarət almasını aydınlaşdırmağın texniki cəhətdən mümkünsüz olması” dəlilinə qiymət verərək, bildirir ki, cinayət işi materiallarında mövcud olan sübutlar müdafiəçinin “mümkünsüz” mülahizəsini mümkünə çevirir. Belə ki, kollegiya müdafiəçinin cinayət işi materiallarında olan video-görüntünün cinayət hadisəsini sübut etməməsi dəlili ilə qismən razılaşaraq bildirir ki, bəli, həmin video-görüntü məhz cinayət hadisəsinin baş vermə anını texniki cəhətdən havanın qaranlıq olması səbəbindən, kameranın həmin hissəni aydın şəkildə özündə ehtiva etməməsinə görə əks etdirmir, lakin görüntü cinayət hadisəsinin baş verməsinə zəmin yaradan şəraitin necə inkişaf etməsi və sonda həmin gedişatın nəticəsinə uyğun şəkildə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmasını təsdiq edir. Həmçinin, bununla da yetinməyərək, hadisə baş verdikdən sonra zərərçəkmiş şəxsin xəstəxanada polis əməkdaşları tərəfindən ilkin izahatı alınarkən reallığı təhrif edərək “yıxılmışam” deməsi, apellyasiya icraatı zamanı verilmiş “ekspert Röyalı tanımadığı halda niyə onun adını çəkib?” sualına konkret cavab verməməsi, qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı sədrlik edən tərəfindən zərərçəkmiş şəxsə “sizin xəsarətləriniz hansı nahiyədə idi” sualı verilərək, həmin nahiyəyə sol əli ilə zərbə endirməsini əyani göstərməsi təklifinə, zərərçəkmiş şəxsin cavabı belə nəticəyə gəlməyə əsas verir ki, həmin xəsarətin xarakteri və yerləşdiyi nahiyə bədənin əlçatan nahiyəsidir, lakin o, zərərçəkmiş şəxsin özü tərəfindən yetirilməsindən daha çox kənar şəxs tərəfindən yetirilməsinə uyğun gəlir. Çünki, məntiqi təfəkkürə əsasən də, özünü bıçaqla vurmaq istəyən bir şəxsin bədəninin hər hansısa nahiyəsinə bıçaq zərbəsi endirməsi istəyi, sol əlində bıçaq tutan bir şəxsin sol bədən nahiyəsinə deyil, sağ bədən nahiyəsinə vurmaqla nəticələnərdi. Hazırki vəziyyətdə isə döş qəfəsinin sol yan səthində arxa qoltuqaltı xətt üzrə döş boşluğuna nüfuz edən zərbə vurulması zərərçəkən şəxsin özü tərəfindən icrasını şübhə altına alır. Eyni zamanda cinayət işi materiallarında olan rabitə operatorlarından əldə edilmiş sms mətnlərdən, xüsusilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən hadisə baş verdikdən bir müddət sonra təkidlə bıçağın ona verilməsinə dair yazdığı sms mətnlər və digər məlumatlar sözügedən cinayət hadisəsinin baş verməsini bir daha təsdiq edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri qismində zərçəkmiş şəxs Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş Şahid1 yanlış ifadə verməsi faktı üzrə toplanmış 414-C-21 nömrəli material üzrə xx.xx.2021-ci tarixli Xətai Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rəddi qərarına istinad etsə də, kollegiya qeyd edir ki, həmin qərar Təqsirləndirilən şəxs təqsirli olub-olmamasını sübut edən hər hansı bir fakt sayılmır. Bununla da məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla iş materialları ilə öz təsdiqini tapmadığından və qanunvericiliyin müvafiq müddəaları ilə təkzib olunduğundan məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətlərin təmin edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması üçün AR CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətində göstərilən dəlillərə ətraflı cavab verməyə lüzum görmür və apellyasiya şikayətinin təmin olunmaması nəticəsinə gəlməsini qeyd edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası həmçinin təyin olunmuş cəzanın sərt olması barədə apellyasiya şikayətinin dəlillərini, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin apellyasiya baxışı zamanı çıxışlarının dəlillərini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsüf edilmiş, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməməsi əsas götürlərək, ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir ki, məhkəmə kollegiyası təyin edilmiş həmin cəzanı ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə yaxın müddətə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin, müdafiəçisinin və zərərçəkmiş şəxsin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ciil tarixli, 1(101)-157/2022 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, ibtidai araşdırma zamanı, həmçinin açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(101)-157/2022 nömrəli hökmü məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddələrində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov Hakimlər: Mirzəli Abbasov Elmar Rəhimov
Məhkəmə qərarları › İş №1(103)-612/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-612/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver