Məhkəmə qərarları › İş №1(103)-62/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-62/2022

25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-62/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru- X7 oğlunun, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri, «Hümbətov və Partnyorları» Vəkil Bürosunun vəkili Allahverdiyev Asif Yusif oğlunun və 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəb Meydanı küçəsi, ev 22-də qeydiyyatda olmaqla yaşamış, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(101)-389/2021 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmünə əsasən (hakimlər M.M.Ağalarovun sədrliyi ilə, Ə.M.Abasov və E.Ə.Mikayılovdan ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 09 iyun 2020-ci il tarixdən 11 iyun 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 08 iyul 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmışdır. Hökmlə maddi sübutların taleyi də həll edilmişdir. Elan olunmuş ittihamla razılaşan birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs oğlu ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 32,201 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla Bakı şəhəri Səbail rayonu, Namiq Quliyev küçəsi, Bibiheybət məscidi yaxınlağına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 9 iyun 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 20.10-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 1otiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əlində olan qara rəngli pul kisənin içərisində bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda 32,201 qram çəkidə qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 8,056 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla Bakı şəhəri Səbail rayonu, BibiHeybət qəsəbəsi, Namiq Əliyev küçəsi ilə Məktəb Meydanı küçəsinin kəsişdiyi yerə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 8 iyul 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 16.00 radələrində qeyd olunan ünvanda saxlanılaraq ünvan 2 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının ön sol yan cibindən beş ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,960 qram, 2,069 qram, 2,067 qram, 0,989 qram və 0,971 qram olmaqla ümumilikdə külli miqdarda 8,056 qram çəkidə ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə ibtidai araşdırma natamam, birtərəfli, qeyri obyektiv aparılmaqla mənə şəxsə qarşı əsassız və qanunsuz ittiham verilmiş və bu qanunsuzluqlar məhkəmə araşdırması zamanı təsdiq olunsa da işə düzgün huqiqi qiymət verilməyərək ibtidai istintaqın verdiyi ittiham üzrə Təqsirləndirilən şəxs cəza təyin edilmişdir. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verilən ittihamla özümü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “... qonşusu Ruslanla onun arasında münaqişə baş vermiş, bundan sonra Ruslanın qardaşı nə olur olsun, onu tutduracağını bildirmişdir. Belə ki, Ruslanın qardaşı əvvəl polisdə işləmiş, hazırda da polislərə xəbərçilik etməklə məşğuldur. Səhəri gün polis əməkdaşları Ruslanı tutub apamış, onu da bölməyə çağırmışlar. Bölmədə ona təzyiq göstərilmişdir. Daha sonra qonşuları Mahirlə onu narkoloji ekspertizadan keçirməyə aparmışlar. Orada həkim ona yaxınlaşıb, gözlərinə baxarkan sonuncudan spirt qoxusu gəlmişdir. Buna görə həkimə narazılığını bildirmişdir. Həmin gün axşam 8-ci PB-də saxlanılmışdır. Səhəri gün onu analiz vermək üçün aparmışlar. Həkim koronavirusa yoluxduğuna görə işdə olmamışdır. Bir həftə sonra Cabir adlı müstəntiq onu polis idarəsinə çağırıb, özünün gedib könüllü analiz verməsini bildirmişdir. O da gedib analiz vermiş və nəticəsi təmiz çıxmışdır. Bir həftə sonra BNMİ-nin əməkdaşları tərəfindən yaşadığı evin yaxınlığındakı məscidin yanında saxlanılmış və BNMİ-nə aparılmışdır. Orada polis əməkdaşlarının təzyiqinə məruz qalmışdır. Belə ki, onun əl-qolunu bağlayıb dubinka ilə döymüş, «bura kimi gəlmisənsə, bu narkotiki götürməlisən, sən bizim adamımıza daş atırsan?»- demişlər. Onu halsız vəziyyətdə idarənin müvəqqəti saxlama yerinə aparmışlar. Orada iki gün qaldıqdan sonra Səbail rayon prokurorluğuna aparılmışdır. Prokuror ona polislərin əl çəkməyəcəyini bildirib, CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyi barədə ifadəyə imza etməyini istəmişdir. Lakin o hec bir sənədə imza etməmişdir. Onu polisin nəzarətinə verib buraxmışlar. Bundan təxminən bir ay sonra o, evdə olarkən Səbail polis idarəsində müstəntiq onun istifadəsində olan mobil nömrəyə zəng edərək idarəyə gəlməyini istəmişdir. Həmin vaxt əlində işi olduğu üçün saat 4-də gələcəyini bildirmişdir. Saat 4-də evdən çıxıb Səbail polis idarəsində gedərkən məscidin yanında olduğu zaman ona mülki geyimli şəxslər yaxınlaşıb polis idarəsinə getməli olduğunu demişlər. O, da nə üçün gedəcəyini soruşduqda hec bir söz izah etməyib onu Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinə gətirmişlər. Burada bədəninin müxtəlif yerlərinə vuraraq təklif etdikləri narkotik vasitələrin ona məxsus olması barədə sənədlərə imza etməyini tələb etmişlər. Lakin o imtina etdiyi üçün polis əməkdaşlarından biri əgər dedikləri sənədlərə imza etməsə evimə 1 kiloqram heroin və silah qoyacaqlarını, anası və qardaşını da tutacaqlarını bildirmişdir. Ona görə də o məcbur qalıb sənədləri imzalamışdır. Həm iyun, həm də iyul aylarında tutularkən üzərində narkotik vasitə olmamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həm Baş narkotiklə mübarizə idarəsində, həm də mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsində dəfələrlə döyülmüş, ilk dəfə hələ iyul ayında tutulub döyüləndən sonra hec bir sənədə imza etməmiş, onu iki gün SƏbail polis idarəsində saxlayıb evə buraxmışlar. O. döyülmə nəticəsində səhhətində yaranmış nasazlıqla bağlı evdən təcili yardıma müraciət etmişdir. Evə gələn həkimlər onu 5 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Orada ona ilkin tibbi yardım göstərilmişdir. 2-ci dəfə saxlanıldığı zaman Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsində başından aldığım zərəblərin nəticəsi olaraq 1 ildir ki, özünə gələ bilmir. Bakı istintaq təcridxanasına gətirildiyi gündən Tibbi Hissədə və Müalicə müəssisəsində saxlanılır. Başından aldığı çox saylı zərbələrin nətiəsində davamlı olaraq beynimdən qan açılır və bunun qarşısını almaq mümkün deyil, davamlı müalicəyə ehtiyacı vardır. Yuxarıda qeyd olunan hökmə nəzər yetirsək müəyyən edərik ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi dəlilləri araşdırmamış, hökm çıxararkən şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrini əsas götürmüşdür. Həmçinin “ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyim etirafedici ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə mənim ifadəm təkzib olunduğundan” məhkəmədə verdiyi ifadəsinə də tənqidi yanaşılmışdır. Məhkəmə Ali Məhkəmənin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarına istinad edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində Təqsirləndirilən şəxs işgəncə verilməsi nəticəsində üstünə polis əməkdaşları tərəfindən qoyulmuş beş ədəd bükümün olmasını satışa dəlalət edən sübut kimi nəzərə almışdır. Belə olan halda Baş Narkotiklə Mübarizə İdarəsində baxış keçirilərkən aşkar edilmiş 1 ədəd bükümə isə qiymət verməmdişdir. Məhkəmənin məntiqi ilə yanaşsaq bir büküm aşkar edilibsə onda satış deyil, satış deyilsə bəs nədir? Təqsirləndirilən şəxs üzərindən “aşkar edilmiş” narkotik vasitələrin hec bir ona məxsus olmamış, polis əməkdaşları tərəfindən çox saylı işgəncələr verilərək üzərindən aşkar edilmiş kimi rəsmiləşdirilmişdir. Əgər onun üzərimdə narkotik vasitələr həqiqətən olmuşdursa, üzərinə baxış nə üçün saxlanıldığı Bibiheybət məscidi yaxınlığında deyil, polis idarələrinə aparılıb keçirilmişdir. Məhkəmə bu hissəni hökm çıxarərkən qiymətləndirməmişdir. Bu sual məhkəmədə dindirilmiş polis əməkdaşlarına da verilmiş, lakin hec biri bunun cavablnl verə bilməmişdilər. Bundan başqa hökmdə qeyd olunmuşdur ki, polis əməkdaşları məhkəmədə verdikləri ifadələrdə onun 5 ədəd metamfetamin bükümlərini 1 gün əvvəl yerdən tapdığını göstəriblər. Həqiqətdə həmin xüsustla bağlı dindirilmiş 2 nəfər polis əməkdaşları həmin məzmunda ifadə vermədilər, Təqsirləndirilən şəxs da ümumən hec vaxt belə ifadə verməmişdir. Həmçinin qeyd etməliyəm ki, məhkəmə Baş Narkotiklə Mübarizə idarəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən iştirak etmiş hal şahidlərinin ifadələrini almadan hökm çıxarmışdır. Təqsirləndirilən şəxs dəfələrlə həmin hal şahidlərinin həmin idarə ilə davamlı əməkdaşlıq edən şəxslər olduqlarını bildirmişdir. Həmin şəxslərin istifadələrində qeyd olunan mobil nömrələrlə bağlı mənim verdiyim vəsatəti məhkəmə tututarlı əsas gətirmədən təmin etməmişdir. Halbuki, həmin vəsatət təmin edilsəydi protokolda qeyd olunan üzərimə baxış keçirilən saatlarda həmin şəxslərin başqa yerdə olduqları açıq aşkar bəlli olardı. Beləliklə Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakları olmadan keçirilmiş və güya üzərindən narkotik vasitənin aşkar edilməsi faktı qanunsuz olmasına baxmayaraq hökm çıxarılmışdır. Məhkəmə həmçinin digər sübutları araşdırarkən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə üzrə 08 iyul 2020-ci il tarixdə baş vermiş telefon danışıqlarına da qiymət verməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində qeyd etmişdim ki, Səbail rayon polis idarəsinə müstəntiqin çağırışı ilə saat 16 radələrində evdən çıxıb polis idarəsinə getdiyi zaman Baş Mütəşəkkil Cinayətkarrlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan 2-3 saat əvvəl müstəntiqlə telefon danışığı olmuşdur. Belə çıxır ki, Təqsirləndirilən şəxs üzərində 5 büküm metamfetaminlə polis idarəsinə getmişdir. Qeyd edilənlərə əsasən, məhkəm\d\n verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2021ci il tarixli hökmünü ləğv edib, Təqsirləndirilən şəxs bəraət verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri apellyasiya şikayətində göstərilən əsaslarla hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X6 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçilərinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan müdafiəçinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Hazırda apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, qonşuları Ruslan, Rüstəm və Elnur qardaşdılar. X2 İdarəsində qeyri-rəsmi işləyib. Orda əməkdaşlarla dostluğu var idi. Bir xanım var. O da qonşusudur. Ruslan və Elnur söz çıxartdılar ki, guya həmin qadınla münasibəti var. Qadın bu məsələyə görə özünü öldürmək istəyirdi. Ona görə məsələni araşdırmaq üçün Ruslanı çağırıb. O da deyib ki, o, deməmişdir. O da deyib ki, bu sözü çıxaranın öz ailəsinin başına gəlsin. Bu sözü Elnuru tutub. Çünki sözü o çıxarıb. Elnur evə gedib vinçester silahi götürüb və üstünə gəlib. Silahla onun başının üstündən atıb. Qardaşı da bıçaqla durmuşdu. Qonşular ayırdılar. Qardaşı deyib ki, sən sən ol mən də mən onu tutduracaq. Sabah ikisini də idarəyə çağırıblar və izahat alıblar. Çıxandan sonra yenə deyib ki, onu tutduracaq. Narkobiznesin Qorotdeldə işləyən qohumu var. Onun adı Əfqandır. Qorotdeldə işləyən polis dostları var. Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu tutub aparıblar. Onu orda döyüblər, stola bağlayıblar və işgəncə veriblər. Daxili orqanları yaradı. Qan axması var. Qan qusur. Narkotiki boynuna almasını tələb edirdilər. Aparıblar idarəyə. Ordan da Maştağaya aparıblar. Hər gün qan qusur. Narkolojidən həkim gəlib. Qol çəkməyib. Müstəntiq əlavə analizə göndərib. Təmiz çıxıb. Narkotiki boynuna almırmış. Əməliyyatçılar idi. Başqa heç kim yox idi. Gecə ivesə aparıblar. X4 yanına aparəblar. O da deyib ki, bunun xəbəri yoxdu heçnədən. Prokuror ona deyib ki, polislər ondan əl çəkməyəcəklər. Ona görə 234.1-ci maddəyə qol çək ki, əl çəksinlər. Məcbur olub imza edib. Onu buraxdılar. Müstəntiq onu çağırıb deyib ki, Narkolojiyə get və analiz ver. 1 həftə sonra Ruslanın işinə görə onu idarəyə çağırdı. Dedi ki, əynini dəyiş saat 4-də gələcəm. İşdə idi. Lakin o, məscidin yanında olanda karantin vaxtı Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu tutub aparıblar. İdarəyə gedirmiş. Üstündə narkotik necə ola bilər? Başına oyun açıblar. Dözə bilmirmiş. Zülmlər verirmişlər. Qardaşını tutmaqla hədələyiblər. Evi və ailəsi ilə hədəyiblər. Ona görə məcbur olub boynuna alıb. Ona deyiblər, o da təkrar edibdir. İfadəyə baxanda bilmək olar ki, həqiqət deyil, quramadı. Narkotikin ona aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəb Meydanı küçəsi, ev 22-də yaşamışdır. Qonşuları ilə yaxşı müasibəti var. Tutulmamışdan əvvəl qonşuluqda yaşayan üç uşaq anası bir qadın ağlaya-ağlaya ona yaxınlaşıb özünü öldürmək istədiyini bildirmişdir. Səbəbini soruşduqda həmin qadın güya onunla münasibəti olması barədə adına söz çıxarıldığını bildirmiş, əgər əri onu boşasa özünü öldürəcəyini və səbəb olanların adını yazıb qoyacağını bildirmişdir. Həmin qadına narahat olmamasını, bu məsələni aydınlaşdıracağını bildirmişdir. Qonşusu Elnura yaxınlaşıb, belə şaiyə yaydığına görə irad tutmuş, sonuncu içkili olarkən Ruslana dediyini bildirmişdir. Daha sonra Ruslanın yanına getmiş, onunla qonşu qadının adına söz çıxardığına görə narazılığını bildirmişdir. Ruslan elə şey etmədiyini bildirmişdir. O da «bu sözü çıxaranın öz ailəsinin başına gəlsin»demişdir. Onun bu sözünün eşidən Ruslan dərhal evə getmiş, əlində vinçester silahı ilə onun üstünə gəlib, başının üstündən bir dəfə atəş açıb, öldürəcəyini bildirmişdir. Qonşular onları aralamışdır. Bundan sonra Ruslanın qardaşı nə olur olsun, onu tutduracağını bildirmişdir. Belə ki, Ruslanın qardaşı əvvəl polisdə işləmiş, hazırda da polislərə xəbərçilik etməklə məşğuldur. Səhəri gün polis əməkdaşları Ruslanı tutub apamış, onu da bölməyə çağırmışlar. Bölmədə ona təzyiq göstərilmişdir. Daha sonra qonşuları Mahirlə onu narkoloji ekspertizadan keçirməyə aparmışlar. Orada həkim ona yaxınlaşıb, gözlərinə baxarkan sonuncudan spirt qoxusu gəlmişdir. Buna görə həkimə narazılığını bildirmişdir. Həmin gün axşam 8-ci PB-də saxlanılmışdır. Səhəri gün onu analiz vermək üçün aparmışlar. Həkim koronavirusa yoluxduğuna görə işdə olmamışdır. Bir həftə sonra Cabir adlı müstəntiq onu polis idarəsinə çağırıb, özünün gedib könüllü analiz verməsini bildirmişdir. O da gedib analiz vermiş və nəticəsi təmiz çıxmışdır. Bir həftə sonra BNMİ-nin əməkdaşları tərəfindən yaşadığı evin yaxınlığındakı məscidin yanında saxlanılmış və BNMİ-nə aparılmışdır. Orada polis əməkdaşlarının təzyiqinə məruz qalmışdır. Belə ki, onun əl-qolunu bağlayıb dubinka ilə döymüş, «bura kimi gəlmisənsə, bu narkotiki götürməlisən, sən bizim adamımıza daş atırsan?»-demişlər. Onu halsız vəziyyətdə idarənin müvəqqəti saxlama yerinə aparmışlar. Orada iki gün qaldıqdan sonra Səbail rayon prokurorluğuna aparılmışdır. Prokuror ona polislərin ondan əl çəkməyəcəyini bildirib, CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsi barədə ifadəyə imza etməsini bildirmişdir. Məcbur olub, sənədlərə imza etmiş və onu buraxmışlar. İki-üç həftədən sonra polislər ona zəng etmiş və saat 2-də polis idarəsinə gəlməsini tapşırmışlar. Yaşadığı yerdə ustalar işlədiyindən, paltarını dəyişib, saat 4-də gələcəyini bildirmişdir. Saat 4-də yenə də məscidin yanında BNMİ-nin əməkdaşları tərəfindən saxlanılıb idarəyə gətirilmişdir. İdarədə ona işgəncələr verilmişdir. Buna baxmayaraq yenə də sənədləri imzalamamışdır. Polis əməkdaşlarından biri ona, əgər dedikləri sənədlərə imza etməzsə, evinə 1 kiloqram heroin və silah qoyacaqlarını, anasını və qardaşını da tutacaqlarını bildirmişdir. Ona görə məcbur qalıb sənədləri imzalamışdır. Həm iyun, həm də iyul aylarında tutularkən üzərində narkotik vasitə olmamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Halbuki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadə verməkdən imtina etsə də, 10 iyul 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 07 iyul 2020-ci il tarixdə yaşadığı evdən yola çıxarkən yol kənarında, nisbətən gizli yerdə bükümlərin olduğunu görmüş və marağı oyandığından həmin bükümləri götürmüşdür. Həmin bükümlər sellofanlara bükülməklə içində “şüşə” və ya “patı” kimi tanınan psixotrop maddə olaraq bildiyi kütlə olmuşdur. O, həmin maddədən istifadə etmək məqsədi ilə bükümləri cibinə qoyub üzərində saxlamışdır. 08 iyul 2020-ci il tarixdə saat təxminən 16:00 radələrində o evinin yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini istəmiş, o da öz anket məlumatları barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları ona narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Baş İdarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmışdır. Ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. O, bundan sonra masaya doğru yaxınlaşıb göy rəngli cins materiallı şalvarının arxa sağ yan cibindən 01 ədəd qara rəngli pul qabımı, şalvarımın ön sağ yan cibindən 01 ədəd mobil telefonumu, şalvarımın ön sol yan cibindən 05 ədəd bükümləri masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca ona şalvarının ciblərini tam olaraq göstərməyi, ayaqqabılarını çıxarmağı təklif edilmiş, o, deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Ardınca təqdim etdiyi əşyalara baxış keçirilməsinə başlanmışdır. Təqdim etdiyim 01 ədəd mobil telefona baxış zamanı “Redmi Not 8” markalı olduğu müəyyən edilmiş, o, telefonun özünə məxsus olduğunu bildirmiş, pul qabına baxış zamanı içində 13 ədəd 5 manatlıq, 59 ədəd 10 manatlıq, 7 ədəd 20 manatlıq, 4 ədəd 50 manatlıq, 15 ədəd 100 manatlıq əskinas formasında, 03 ədəd 20 qəpik olmaqla ümumilikdə 2.495 manat 60 qəpik pul vəsaitinin, həmçinin tibbi kartların və şəxsiyyət vəsiqəsinin olduğu məlum olmuşdur. Pul qabının içində kənar əşya və maddə aşkar edilmədiyindən pul vəsaiti və kartlarla birlikdə özünə qaytarılmış, mobil telefon və şəxsiyyət vəsiqəsi isə sübut əhəmiyyəti kəsb edə biləcəyindən saxlanılmışdır. Ardınca təqdim etdiyi 05 ədəd bükümə baxış keçirilmişdir. Bükümlərin hər birinin ağ rəngli sellofanlara büküldüyü, içində psixotrop maddə olan metamfetamin olduğu məlum olmuşdur. O, bükümlərin içindəki maddələrin metamfetamin adlı psixotrop maddə olduğunu təsdiq etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş bükümdəki maddələr ekspertiza tədqiqatına təqdim olunması üçün hamının iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və o, iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişdir. Ardınca videoçəkiliş dayandırılmış və bu barədə protokol tərtib edilmişdir. O və digər iştirakçılar protokola imza edib təsdiq etmişlər. Təqsirləndirilən şəxs ilkin izahatında və şübhəli şəxs qismində verdiyi ifadəsində də 10 iyul 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Hazırda apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 (hal şahidi) ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, hadisədən uzun müddət keçdiyindən hadisələri tam şəkildə xatırlamaya bilər. Evdən çıxıb gedərkən, Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşlar yaxınlaşaraq bildiriblər ki, bir nəfər vətəndaş saxlamışıq, həmin vətəndaşa baxış keçirməklə əlaqədar iştirak etməyiniz lazımdır. İştirak etdiyi müddətdə baxış keçiriblər. Dəqiq xatirindədir ki, onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərindən sonuncuya məxsus pul kisəsi, içərisində pul, telefon və qırmızı rəngli maddə aşkar olunmuşdur. Dedilər ki, həmin qırmızı rəngli maddə narkotik vasitədir. Ondan başqa hal şahidinin orada olmasını xatırlamır. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitənin onun olmasını etiraf etdi, ona da müvafiq sənədləri imzaladıblar, lakin o sənədləri oxumdaığından nəyə imza etdiyini dəqiq xatırlamır. Bundan sonra oradan gedərək kənarlaşıb. Bədənində olan izlərlə bağlı isə dəqiq deyə bilmir, lakin onu bildirə bilər ki, onun paltarında və ya üz nahiyyəsində xəsarət izləri olmamışdır. Bundan daha öncə heç bir iş üzrə onu hal şahidi olaraq dəvət etməyiblər, bu ilk dəfə olub. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi birinci instansiya məhkəməsində tədqiq edilmiş Şahid6 ifadəsindən görünür ki, 9 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən hal şahidi qismində iştirak etmişdir. Belə ki, həmin tarixdə saat 21:40-da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əlində saxladığı pul kisəsinin içərisindən bir ədəd sellofan bükümdə qəhvəyi rəngli, kəskin iyli maddə, «Redmi» markalı mobil telefon, pul, açarlar və iki ədəd tibbi kartlar aşkar edilmişdir. Aşkar edilmiş pullar, açarlar və tibbi kartlar Təqsirləndirilən şəxs özünə qaytarılmış, sellofan bükülüdəki maddə isə zərfə qoyularaq möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən verilən suallara cavab verməkdən və tərtib olunmuş sənədləri imzalamaqdan imtina etmişdir. Üzləşmə istintaq hərəkəti zamanı Şahid6 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə sonuncunu ifşa etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi birinci instansiya məhkəməsində tədqiq edilmiş Şahid7 ifadəsindən görünür ki, 9 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən hal şahidi qismində iştirak etmişdir. Həmin gün saat 21:40-da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əlində saxladığı pul kisəsinin içərisindən bir ədəd sellofan bükümdə qəhvəyi rəngli, kəskin iyli maddə, «Redmi» markalı mobil telefon, pul, açarlar və iki ədəd tibbi kartlar aşkar edilmişdir. Aşkar edilmiş pullar, açarlar və tibbi kartlar Təqsirləndirilən şəxs özünə qaytarılmış, sellofan bükülüdəki maddə zərfə qoyularaq möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən verilən suallara cavab verməkdən və tərtib olunmuş sənədləri imzalamaqdan imtina etmişdir. Üzləşmə istintaq hərəkəti zamanı Şahid7 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs oğlunun üzünə qarşı deməklə sonuncunu ifşa etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyat müvəkkilidir. İdarəyə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması bildirilmişdir. 8 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərarın icrası ilə əlaqədar həmin gün saat 16:00 radələrində Təqsirləndirilən şəxs tədbir iştirakçıları tərəfindən Bakı şəhəri Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Əliyev küçəsi ilə Məktəb meydanı küçəsinin kəsişməsində saxlanılmışdır. Sonuncu şəxsi axtarış və götürmə aparılması üçün Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət olunmuş, hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişlə sonuncunun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, könüllü olaraq əynindəki göy rəngli cins şalvarının ön sol yan cibindən beş ədəd bükümləri çıxarıb, masanın üzərinə qoymuşdur. Ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmiş, lakin üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi beş ədəd bükümə baxış keçirilmiş, bükümlərin hər birinin ağ rəngli sellofanlara büküldüyü, içində ağ rəngli, kristal şəkilli, iysiz psixotrop maddə olan metamfetaminə bənzər maddələr olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərin içindəki maddələrin metamfetamin psixotrop maddəsi olduğunu, onları bir gün əvvəl yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş beş ədəd sellofan bükümdə olan maddələr özünün iştirakı ilə bir ədəd zərfdə qablaşdırılmış və möhürlənmişdir. Sonda baxış keçirilməsinin nəticəsinəsinə dair protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BNMİ-nin əməkdaşıdır. Baş İdarəyə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Bakı şəhəri Bibiheybət qəsəbəsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması göstərilmişdir. Sonuncunun ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 9 iyun 2020-ci il tarixdə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 9 iyun 2020ci il tarixdə saat 20:10-da Bakı şəhəri Səbail rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Natiq Quliyev küçəsində yerləşən Bibiheybət məscidinin yaxınlığında saxlanılaraq BNMİ-nə dəvət edilmişdir. Həmin gün axşam Baş İdarədə dəvət edilmiş vəkilin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, əlində saxladığı pul kisəsinin içərisindən bir ədəd şəffaf rəngli sellofan bükümdə maddə, «Redmi» markalı mobil telefon, 1.389 manat pul, iki ədəd açar və iki ədəd tibbi kartlar aşkar edilmişdir. Pul, iki ədəd açar və iki ədəd tibbi kartlar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra sellofan bükülüyə baxış keçirilmiş, içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər maddənin olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qeyrisəmimilik göstərərək verilən suallara cavab verməkdən və tərtib olunmuş sənədləri imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid5 və Şahid4 Şahid3 ifadəsinə oxşar ifadə vermişlər. Apellyasiya baxışı zamanı müdafiəçinin vəsatəti əsasında 09.06.2020-ci il tarixdə saat 20:10-dan 10.06.2020-ci il tarixdə saat 02:30-dək olan müddətdə Şahid6 və Şahid7 tərəfindən istifadə olunmuş, həmçinin 08.06.2019-cu il tarixdən 08.07.2020-ci il tarixədək müddətdə Təqsirləndirilən şəxs Minbulaq oğlu tərəfindən istifadə olunmuş mobil nömrələri müəyyən etmək məqsədilə mobil operatorlara sorğular verilmiş və "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş soğuya cavabda SMS mətnlərlə bağlı iş üçün əhəmiyyətli olan hər hansısa hal aşkar edilməmişdir. Şahid6 və Şahid7 istifadələrində olan nömrələrin anten dairəsinə dair məlumatlardan müəyyən olunur ki, 050 ******* nömrə Şahid6 məxsusdur və 09.06.2020-ci il tarixdə saat 20:24-dən saat 22:12-dək olan müddətdə bir neçə dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin olduğu ünvanda, yəni Abbasqulu Abbaszadə küçəsində omuşdur. Digər şəxs Şahid7 isə istifadəsində olan nömrənin anten dairəsinə dair məlumatlarla onun qeyd edilən tarixdə və saatda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin olduğu ünvanda olması müəyyən olunmamışdır. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 10 iyun 2020-ci il tarixli 6/1038 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə..» yazısı olan paketdəki 1 ədəd bükümdə, təmiz çəkisi 32,201 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. (Qalıq: heroin 32,101 qram). (cild 1, i.v 217-221). İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 09 iyul 2020-ci il tarixli 6/1262 saylı rəyindən görünür ki, «Təqsirləndirilən şəxs üzərindən» sözləri yazılmış zərfdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,960 qram; 2,069 qram; 2,067 qram; 0,989 qram; 0,971 qram, ümumi təmiz çəkiləri 8,056 qram ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 5 ədəd bükümdəki metamfetaminlər kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. (Qalıq: metamfetamin 7,956 qram) (cild 1, i.v 43-46). İşdə olan məhkəmə-narkoloji ekspertizasının 17 iyun 2020-ci il tarixli 1617 nömrəli və 208 iyul 2020-ci il tarixli 2592 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmə halları olmuşdur. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 9 iyun 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 20.10-da Bakı şəhəri Səbail rayonu, Namiq Quliyev küçəsi, Bibiheybət məscidi yaxınlağında saxlanılaraq ünvan 1otiklərlə Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əlindəki qara rəngli pul kisəsinin içərisində bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda 32,201 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (cild 1, i.v 195-196). İşdə olan şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 8 iyul 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 16:00 radələrində Bakı şəhəri Səbail rayonu, Bibi- Heybət qəsəbəsi, Namiq Əliyev küçəsi ilə Məktəb Meydanı küçəsinin kəsişdiyi yerdə saxlanılaraq ünvan 2 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının ön sol yan cibindən beş ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,960 qram, 2,069 qram, 2,067 qram, 0,989 qram və 0,971 qram olmaqla ümumilikdə külli miqdarda 8,056 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (cild 1, i.v 33-34). İşin 1-ci cildinin 80-85-ci vərəqlərindəki qərardan görünür ki, 10 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət və təqdimata Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılan zaman sonuncu məhkəmə iclasında çıxış edərək törədilmiş cinayət əməlində özünü qismən təqsirli bildiyini, üzərindən aşkar edilmiş psixotrop maddəni tutulmamışdan 1 gün əvvəl yerdən tapdığını qeyd etmişdir. Məhkəmə kollegiyası hal şahidlərinin məhkəmə istintaqı zamanı dindirilməməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş üzrə hal şahidlərinin birinci instansiya məhkəməsində dəfələrlə məhkəmə baxışına çağırılmasına baxmayaraq onların olduğu yerin müəyyən edilib dindirilməsi mümkün olmamışdır. Odur ki, hal şahidlərinin ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunaraq tədqiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmçinin, hazırda apellyasiya baxışı zamanı 13.09.2021-ci il tarixdə keçirilmiş ilkin baxış iclasında hal şahidlərinin dəvət edilib dindirilməsi qərara alınmış, hal şahidi Şahid6 dindirilsə də, digər hal şahidi Şahid7 iştirakının təmin edilməsi məqsədilə dəfələrlə müxtəlif üsullarla məlumat göndərilməsinə, habelə 06.12.2021-ci il tarixdə barəsində məcburi gətirilmə qərarının tətbiq edilməsinə baxmayaraq, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən verilmiş 11.12.2021-ci il məlumatdan görünür ki, Şahid7 qeydiyyatda olduğu və yaşadığı ünvan 3 ünvanında yerləşən ev söküldüyündən onun hal-hazırki yaşayış yeri barədə məlumat yoxdur. Təqsirləndirilən şəxs təzyiqlərə və işgəncələrə məruz qalması barədə apellyasiya şikayətinin dəlilləri də öz təsdiqini tapmamışdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev tərəfindən X1 ünvanlanmış 11.09.2020-ci il tarixli məktubdan görünür ki, sonuncunun oğlu Təqsirləndirilən şəxs işgəncə verilməsi barədə müraciətində göstərilənlər öz təsdiqini tapmamışdır. Bundan başqa, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2020-ci il tarixdən 11 iyun 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, daha sonra sərbəst buraxılmış və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 iyul 2020-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 11 iyun 2020-ci il tarixədən 10 iyul 2020-ci il tarixədək olan müddət ərzində azadlıqda olmaqla iddia etdiyi işgəncə faktı ilə əlaqədar müstəqil şəkildə ekspertizadan və ya həkim müayinəsindən keçmək, aiddiyyatı qurumlara müraciət etmək üçün kifayət qədər imkanları malik olmuş, lakin o vaxtında müraciət etməmiş, yalnız uzun müddət keçdikdən sonra onun anası müraciət etmişdir. Bütün bu hallar onu düşünməyə əsas verir ki, hər hansı işgəncə və ya digər qeyriinsani rəftar olmamış, bu dəlillər Təqsirləndirilən şəxs tərəfindən sonradan düşünülmüş müdafiə üsulu olmaqla, özünü cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs bəraət verilməsi üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən əsaslar, eləcə də ümumiyyətlə əməlinin tövsifinin dəyişdirilməsi üçün hallar müəyyən edilmədiyindən, ona bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxsin müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və orta həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və Təqsirləndirilən şəxs oğluna sanksiyanın orta həddində cəza təyin edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon məhkəməsinin 21 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 200 manat cərimə cəzası təyin edilmişdir. Yasamal rayon məhkəməsinin 26 fevral 2019-cu il tarixli arayışına əsasən cəriməni ödəmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddələrin sanksiyasının minimum həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumların hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(101)-389/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 60 (altmış) saat üçün cəmi 360 (üç yüz altmış) manat dövlət büdcəsindən müvafiq hesaba ödənilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar