Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-62/2025 31.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X28 ibarət tərkibdə, məhkəmə iclasının katibi X18, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X14, məhkum edilmiş X7, müdafiəçi –“Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-296/2022 saylı, 20 dekabr 2022-ci il tarixli hökmündən məhkum edilmiş X7 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İlham Mahmudov (sədrlik edən və məruzəçi), Faiq Qəniyev və Səbuhi Hüseynovdan ibarət tərkibdə) 1(101)-296/2022 saylı, 20 dekabr 2022-ci il tarixli hökmü ilə 05 avqust 1991-ci il tarixdə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 26 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə maddi sübutlar və məhkəmə xərci məsələsinə də qiymət verilmişdir. İşin halları: X15 ittham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan zamanda qanunsuz olaraq satış məqsədi ilə 01 (bir) ədəd sellofan torbanın içərisində ayrı-ayrılıqda 20 (iyirmi) ədəd kibrit qutularında olmaqla 4,459 qram, 4,535 qram, 4,806 qram, 4,611 qram, 4,393 qram, 4,614 qram, 4,559 qram, 4,417 qram, 4,638 qram, 4,659 qram, 4,576 qram, 4,418 qram, 4,291 qram 1,776 qram, 4,396 qram, 4,659 qram, 4,431 qram, 4,615 qram, 4,693 qram və 4,645 qram olan cəmi təmiz çəkisi 88,191 qram təşkil edən bitki mənşəlli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı, 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 248,661 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda tiryəki, 10 ədəd konvalyutda, qəhvəyi rəngli, dairəvi formalı, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, cəmi 96 (doxsan altı) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 3,84 qram təşkil edən narkotik vasitə hesab olunan külli miqdarda metadonu, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 6,894 qram təşkil edən bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən həşişi, 02 (iki) ədəd qutuda ümumi sayı 456 ədəd olan tropikamidin təsir maddəsinin ümumi miqdarı 45,6 qram təşkil edən, külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan “Mydrax 1%” göstəricili tropikamid dərman preparatını şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə edib kirayə yaşadığı ünvan 2 ünvanına daşıyaraq orada saxlamış, 26 yanvar 2021-ci il tarixdə saat 06:30 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaşadığı həmin ünvana baxış keçirilərkən mənzilin qonaq otağında yerləşən ağ rəngli dolabın orta hissəsindən 01 (bir) ədəd sellofanın torbanın içərisində ayrıayrılıqda 20 (iyirmi) ədəd kibrit qutularında olmaqla təmiz çəkiləri 4,459 qram, 4,535 qram, 4,806 qram, 4,611 qram, 4,393 qram, 4,614 qram, 4,559 qram, 4,417 qram, 4,638 qram, 4,659 qram, 4,576 qram, 4,418 qram, 4,291 qram 1,776 qram, 4,396 qram, 4,659 qram, 4,431 qram, 4,615 qram, 4,693 qram və 4,645 qram olan cəmi təmiz çəkisi 88,191 qram təşkil edən bitki mənşəlli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 248,661 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda tiryək, 10 ədəd konvalyutda, qəhvəyi rəngli, dairəvi formalı, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, cəmi 96 (doxsan altı) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 3,84 qram təşkil edən narkotik vasitə hesab olunan külli miqdarda metadon, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 6,894 qram təşkil edən bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən həşiş və 1 (bir) ədəd elektron tərəzi, mənzilin yataq otağında olan termonun alt hissəsindən isə 02 (iki) ədəd karton qutuda, ümumi sayı 456 ədəd olan, tropikamidin təsir maddəsinin ümumi miqdarı 45,6 qram təşkil edən, külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan “Mydrax 1%” göstəricdi tropikamid dərman preparatı aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, apellyasiya və kassasiya instansiyasında icraatlar: Hökmdən narazı qalan məhkum olunmuş X7 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-296/2022 saylı, 20 dekabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və məhkum edilmiş X7 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqında tədqiq olunmuş iş materiallarında olan baxış keçirilməsi və götürülməsi haqqında 26 yanvar 2021-ci il tarixli protokolun məzmunundan aydın olur ki, baxış və götürmə istintaq hərəkəti saat 06:30-da keçirilmiş, 07:12-də bitmişdir. Həmin protokolun tərtib olunması isə saat 08:45-də başlamış, 09:35-də inzibati binada bitmişdir. Həmçinin məhkəmə istintaqında tədqiq olunmuş CD diskdən aydın olur ki, evə baxışın keçirilməsi ilə bağlı videoçəkiliş mənzilin giriş qapısının Vüsal Məhərrəmov tərəfindən açıldıqdan sonra başlamamış, əksinə videoçəkiliş evin içərisində dəhlizdən başlamış və növbə ilə digər otaqlarda davam etdirilmişdir. Həmin videoçəkilişdə də təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən çəkilişin 06:30-da başlandığını qeyd edir. Daha sonra çəkilişin 07:12-də bitdiyini elan edir. Video diskə baxan zaman çəkilişin qaranlıq şəraitdə aparılması təəssüratı yaransa da dəhlizdə olan zaman görsənən otağın divarlarında və studio mənzilin mətbəx hissəsindəki pəncərədən düşən işıqlardan bəlli olur ki, çəkiliş deyildiyi kimi 26 yanvar 2021-ci il tarixdə 06:30-da başlayıb, 07:12-də bitməmişdir. Müdafiəçi kimi işə qoşulan zaman Cinayət Prosessual Məcəlləsinin 92.9.8-ci maddəsinə əsasən müdafiəçi özünün və ya müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərin, habelə məhkəmə iclasının protokolları ilə tanış olmaq hüququna əsasən Vüsal Məhərrəmovun iştirak etdiyi baxış keçirilməsi və götürmə haqqında, şəxsi axtarış və götürmə haqqında, şübhəli şəxsin tutulması haqqında protokollarla və CD disklə tanış olub və həmin vaxt mən CD diskdəki çəkilişlərin gündüz vaxtı aparılmadığını, çəkilişin heç də 06:30 07:12 aralığında aparılmadığını müşahidə etmişdi. Daha sonra iş materialları ilə tanış olan zaman ilk dəfə tanış olduğu videogörüntü ilə ona sonradan təqdim edilən videogörüntü arasında fərq olduğu üçün sonuncunun bir nüsxəsini götürüb “X25” MMC-yə təqdim etdi. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur ki, “Qaranlıq rəng” effektinin filtrlənməyə “asan” tabe olması qeyd olunan effektin proqram təminatının tətbiqi nəticəsində yaranması ehtimalını artırır. Tədqiqatın sonrakı mərhələsində alınan nəticələr də qeyd olunan effektin yazılışdan sonra həyata keçirilmiş redaktənin nəticəsi olduğunu göstərir. Belə ki, videofonoqramm qeydə alındığı faylın struktur analizi faylın yazılışdan sonra təkrarkodlaşmaya məruz qaldığını, faylın strukturunda isə istifadəçinin ad və soyadının (Murad Aslan) qeydə alındığını göstərmişdir. Mütəxəssis rəyini aldıqdan və videoçəkilişdəki görüntünün gündüz saatlarında çəkildiyi aydın olduqdan sonra 26 yanvar 2021-ci il tarixdə Bakı şəhərində Günəşin hansı saatda doğması ilə bağlı məlumatın rəsmi qaydada verilməsinə dair 02 dekabr 2021-ci il tarixdə vəkil sorğusu göndərib. Sorğuya cavab olaraq bildirilmişdir ki, məktubda göstərilən 26 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərində Günəşin doğması və batmasını göstərən cədvələ əsasən saat 07:55-də, işıqlanması isə 07:26-da baş vermişdir. Bu mütəxəssis rəyi və CD iş materiallarına əlavə edilmişdir. İttiham aktından da göründüyü kimi ittiham tərəfinin şahidləri ilə digər tərəfin şahidlərinin ifadələrində ziddiyyət vardır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BNMİnin baş əməliyyat müvəkkili Şahid1 və Azər Hüseynov ifadələrində qeyd edir ki, 26 yanvar 2021-ci il tarixdə saat təxminən 3-4 radələrində Vüsal Məhərrəmovu evinin qarşısında saxlamışdılar. Daha sonra Azər Hüseynov həmin vaxt gecə saat 3 radələrində Vüsal Məhərrəmovun taksi çağırdığını və taksini gözlədiyini bildirmişdir. Cinayət işi üzrə şahid qismində ifadəsi alınmış taksi sürücüsü X19 bildirmişdir ki, 26 yanvar 2021-ci il tarixdə saat 01 radələrində ünvan 3 ünvandan Qara Qarayev prospekti istiqamətində taksi sifarişi qəbul etdiyini *9933 tətbiqi (proqramı) vasitəsi ilə həmin müştəri danışıb ünvanı dəqiqləşdirdiyini ünvana çatdıqdan sonra yenidən müştəriyə bu barədə məlumat verdiyini bildirmişdir. Eyni zamanda cinayət işi üzrə digər şahid qismində dindirilmiş X34 qeyd etmişdir ki, 26 yanvar 2021-ci il tarixdə saat 01:00 radələrində Vüsal taksi sifariş verərək gəlib onunla görüşmək istədiyini bildirmiş, lakin Vüsal vəd verdiyi vaxtda gəlməmişdir. Bundan başqa iş materiallarında olan 02 sentyabr 2021-ci il tarixli Vüsal Məhərrəmov saxlanılan zaman üzərində olan XİAOMİ markalı mobil telefona baxış keçirilməsi barədə protokoldan aydın olur ki, X8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə X20 arasında 26 yanvar 2021-ci il tarixdə saat 01:14-da 35 saniyə olmaqla, 01:28-də 02 dəq 12 saniyə telefon danışığı olması öz əksini tapmışdır. Bu hal bir daha Şahid2 və Şahid1 məhkəmə istintaqında düzgün olmayan ifadə verdiklərini təsdiq edir. Bundan başqa iş materiallarından olan məhkəmə istintaqında dindirilmiş şahid ifadələrindən məlum olur ki, təqsirləndirilən şəxs X29 26 yanvar 2021cİ il tarixdə saat 01 radələrində tutulduqdan sonra kirayə yaşadığı mənzilin açarları polis əməkdaşları tərəfindən alınmış və təxminən səhəri gün saat təxminən 12 radələrində onların iştirakı ilə mənzilə baxış keçirilmək üçün gedilmişdir. Həmçinin qeyd etmək istəyirik ki, cinayət işinin materialları ilə tanış olan zaman Məhərrəmov Vüsalın 26 yanvar 2021-ci il tarixdə saat 04 radələrində kirayə yaşadığı evin həyətində saxlanıldığı göstərilsədə qeyd etmək istəyirik ki, bu yalandır. Belə ki, Vüsal Məhərrəmov 26 yanvar 2021-ci il tarixdə saat 01 radələrində taksi sifariş edərək onu həyətdə gözləməsini bildirmişdir. Evdən çıxdıqdan sonra yaşadığı evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq avtomobilə mindirilib aparılmışdır. İş üzrə taksi sürücüsü, binada mağaza işlədən şəxs, təsdiq ediblər ki, Vüsal Məhərrəmovu polis əməkdaşları saat təxminən 01:00 radələrində saxlayıb aparıblar. Bütün bu hallar telefonların anten dairəsi ilə təsdiq edilir. Polis əməkdaşı Şahid1 məxsus (***)******* nömrəsi telefonun anten dairəsi ilə 26 yanvar 2022-ci il tarixdə saat 00:00:55, 00:44:07, 00:47:12, 01:00:32-də ünvan 4 ünvanında, saat 01:51:40, 02:00:06, 02:00:25, 03:00:03, 03:00:25, 03:00:54, 03:21:12, 03:21:39, 03:59:17, 04:00:26, 04:19:30, 05:05:01, 05:05:02-də Bakı şəhər, Badamdar şossesi 31 ünvanında, 09:26-da Bakı şəhər, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, 13:25:48-də ünvan 7 ünvanında, aşkar edilmişdir. Digər polis əməkdaşı Şahid2 məxsus (***)******* nömrəsi saat 03:27-də ünvan 8i ünvanında müəyyən olunmuşdur. Burdan aydın olur ki, əməliyyatçıların ifadələrinin əksinə olaraq Vüsal Məhərrəmovu polis əməkdaşları saat təxminən 01:00 radələrində saxlayıb digər sübutlarla da təsdiq edildiyi kimi BNMİ-nə aparmışdırlar. Cinayət işi üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş X35 və ifadəsi elan edilərək tədqiq edilmiş X36 öz ifadələrində qeyd etmişlər ki, Vüsal sonuncu dəfə 2021-ci ilin yanvar ayının sonlarında saat 12 radələrində görmüşlər. Belə ki, onlar həyətdə dayanan zaman Vüsalın yanında 4-5 nəfər mülki geyimdə şəxs ilə görmüşdür. Vüsal həmin şəxslər ilə kirayə qaldığı binanın blokundan çıxıb və hal-hazırda marka və modelini xatırlamadığı avtomobilə minərək oradan getmişdir. Bir qədər sonra o, Vüsalın yanında olan şəxslərin polis əməkdaşı olduğunu və Vüsalın tutulduğunu başa düşmüşlər. Burdan aydın olur ki, Vüsal Məhərrəmovun evinə baxış gündüz 12-13 radələrində baş tutmuşdur. İşin əvvəlki apellyasiya baxışı zamanı Müdafiəçi1 apellyasiya şikayətinə əlavə verərək, əsas etibarı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulma vaxtını mübahisələndirmişdir. Əlavə olaraq göstərilmişdir ki, şahid qismində dindirilmiş X39 və X33 öz ifadələrində qeyd etmişlər ki, Vüsalı sonuncu dəfə 2021-ci ilin yanvar ayının sonlarında saat 12 radələrində görmüşlər. Belə ki, onlar həyətdə dayanan zaman Vüsal 4-5 nəfər mülki geyimli şəxslərlə avtomobilə minərək getmişlər. Bu hal bir daha onu təsdiq edir ki, Vüsal Məhərrəmov günorta saatlarında tutulmuşdur. Habelə, məhkəmə əməliyyat müvəkkillərinin isitfadəsində olmuş mobil telefonların anten dairələrinin müəyyən olunması barədə vəsatətləri təmin edilməmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə etiraz verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Anar Tanrıverdiyev) 1(103)-574/2023 saylı, 16 mart 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(103)-574/2023 saylı, 20 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-574/2023 saylı, 16 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və məhkum Təqsirləndirilən şəxs bəraət verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-34/2024 saylı, 22 may 2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 1(103)-574/2023 saylı, 16 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş X21 və müdafiəçisi Müdafiəçi1 verilmiş apellyasiya şikayətini və apellyasiya şikayətinə əlavəni müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin təmin edilməsini, əməldə cinayət tərkibi olmadığı və təqsirliliyi sübuta yetirilmədiyinə görə məhkum edilmiş X7 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X30 verilmiş apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. İşin hüquqi məsələləri: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı X15 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2 və 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməsi barədə hökm yalnız kirayə yaşadığı mənzildə külli miqdarda narkotik vasitələrin və güclü təsir edən maddələrin aşkar edilməsinə əsaslanır. İttihamın əsasını təşkil edən bu hal isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı tərəfindən tərtib edilmiş 26 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması barədə” protokolla müəyyən olunmuşdur. Təqsirləndirilən şəxsin təqsirini müəyyən edən digər sübutlar isə 26 yanvar 2021-ci il tarixdə axtarışda iştirak etmiş polis əməkdaşlarının həmin istintaq hərəkətlərinin aparılması barədə ifadələri, axtarış və baxış zamanı aşkar edilmiş maddələri barədə ekspertiza rəyidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(102)-34/2024 saylı, 22 may 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi və nəticəni təkrarlayan apellyasiya məhkəməsi heç bir əsaslandırma aparmadan müdafiə tərəfinin işin obyektiv araşdırılmasına yönələn vəsatətləri təmin etməmişdir. Kassasiya kollegiyasının qənaətinə görə birinci və apellyasiya instansiyası məhkəmələri təqsirləndirilən şəxs X16 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilərkən sübutların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası kassasiya instansiyasının qərarında qeyd etdiyi mövqeyi nəzərə alaraq, məhkəmə baxışını qismən məhkəmə istintaqı ilə keçirməklə cinayət işinin materiallarını tam, hərtərəfli araşdırıb, apellyasiya şikayətinin və əlavəsinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti və əlavəsi təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-296/2022 saylı, 20 dekabr 2022-ci il tarixli hökmü ləğv edilməklə, X7 barəsində bəraət hökmü çıxarılmalıdır. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 24 yanvar 2021-ci il tarixdə axşam saatlarında valideynlərinə baş çəkmək üçün dostu ilə birgə Neftçala rayonuna getmişdir. 25 yanvar 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində olan yaşadığı mənzilə gəlmişdir. 26 yanvar 2021-ci il tarixdə təxminən gecə 01 radələrində Günay adlı tanışı ilə görüşmək üçün həyətə düşmüş, belə ki, o, getmək üçün *9933 taksi sifariş vermişdir. Blokun qarşısında onu Azər adlı və digər 3 nəfər polis əməkdaşı onu saxlamış və avtomaşına mindirərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparmışlar. Orada səhər saatlarında Azər, adını bilmədiyi polis əməkdaşları bir yerdə onu döyməyə başlamışlar. Bunun səbəbini soruşduqda isə Müşviq adlı şəxsin onlara lazım olduğunu və onun yerini deməsini bildirmişlər. Bundan sonra onun narkotik vasitələrlə əlaqəsi olduğunu bildirmişlər. Saat təxminən 11 radələrində yaşadığı Dadaş Bünyatzadə 10 ünvanına getmişlər, polis əməkdaşları onun kirayə qaldığı evinə narkotik vasitələri və dərmanları yerləşdirmiş və onlar idarəyə qayıtmışlar. Orada müstəntiqin və vəkilin iştirakı ilə yaşadığı mənzilə baxış keçirmək üçün yenidən gedəcəklərini bildirmişlər. O, polis əməkdaşların təzyiqi altında razılıq vermiş və axtarış vaxtı narkotik vasitələr və dərmanları təqdim etmişdir. Mənzilinə baxış keçirilən zaman saat təxminən 13 radələri olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 yanvar 2021-ci il tarixdə axşam saatlarında valideynlərinə baş çəkmək üçün dostu ilə birgə Neftçala rayonuna getmişdir. 25 yanvar 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində olan yaşadığı mənzilə gəlmişdir. 26 yanvar 2021-ci il tarixdə təxminən gecə 01 radələrində tanışı ilə görüşmək üçün həyətə düşmüş, belə ki, o, getmək üçün *9933 taksi sifariş vermişdir. Blokun qarşısında bir nəfər sonradan adının Azər olduğunu bildiyi polis əməkdaşı ona yaxınlaşmışdır. Bundan sonra əlavə olaraq 3 nəfərdə mülki geyimdə şəxslər gəlmişlər. Onların polis əməkdaşı olduqlarını bildikdən sonra müqavimət göstərməmişdir. Belə ki, ona onlarla getməyini təklif etmişlər. Səbəbini soruşduqda isə avtomobilə əyləşdikdən sonra deyəcəklərini bildirmişlər. Etiraz etməmiş və avtomobilə minmişdir. Həmin avtomobili polis əməkdaşı Aqşin adlı şəxs sürmüş, Azər adlı şəxs qarşıda oturmuş, Babək onun sol tərəfində, adını xatırlamadığı polis əməkdaşı isə sağ tərəfdə oturmuşdur. Avtomobilə mindikdən sonra Azər ona nəşə çəkməyi təklif etmişdir. O, Azərə birdən ikidən birlikdə nəşə çəkib çəkmədiklərini soruşmuşdur. Bundan sonra Azər təkidlə gəzmək istədiyini bildirmişdir. O etiraz etməmiş və onlar birgə Badamdar istiqamətində hərəkət etməyə başlamılar. Azər adlı polis əməkdaşı qarşısında dayandıqları binanın hara olduğunu soruşmuşdur. O, həmin binanı tanımadığını bildirdikdə, Azər oranın Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binası olduğunu bildirmişdir. Ona hansı səbəbdən həmin idarəyə gəldiklərin soruşduqda Azər bir azdan ona hər şeyin aydın olacağını bildirmişdir. Xidməti otaqların birində Babək adlı polis əməkdaşı ona qandal vurmuş və rəisin gəlməyini gözlədiklərini bildirmişdir. Bir azdan Müşviqin harada olmağını soruşmuş və təklif etmişdir ki, onun yerini deyəcəyi təqdirdə onu buraxacaqlar. O, isə Müşviq adlı şəxsi ümumiyyətlə, tanımadığını bildirmişdir. Bundan sonra ona bildirmişdir ki, səhər saatlarında rəis gəldikdən sonra onu buraxacaqlar. 26 yanvar 2021-ci il tarixdə səhər saatlarında otağa Azər, adını bilmədiyi polis əməkdaşı və mülki geyimdə lakin üzərində polis yazısı olan jiletli bir şəxs və sonradan adının Mahir olduğunu öyrəndiyi rəis dedikləri bir nəfər şəxs daxil olmuşdur. Onlar onu döyməyə başlamışlar. Bunun səbəbini soruşduqda isə Müşviq adlı şəxsin onlara lazım olduğunu və onun yerini deməsini bildirmişlər. Bundan sonra onun narkotik vasitələrlə əlaqəsi olduğunu bildirmişlər. O, isə özü axund müavini olduğunu və lazım gələrsə analiz verərək narkotik vasitə istifadə etmədiyini sübut edə biləcəyini bildirmişdir. Daha sonra ondan dünən gecə Neftçala rayonundan narkotik vasitə gətirdiyini soruşmuşlar. O isə cavabında onları mənzilinə dəvət etmişdir. Saat təxminən 11 radələrində yaşadığı Dadaş Bünyatzadə 10 ünvanına getmişlər, liftlə qalxan zaman Azər liftin düyməsini xarab etmiş və buna görə də o, 12-ci mərtəbəyə pilləkənlə qalxmaq məcburiyyətində qalmışdır. Mənzilinin giriş qapısına yaxınlaşarkən mənzildən Babək və Azərin çıxdığını gördükdə nəyə görə ondan icazə almadan evinə daxil olduqlarını soruşmuşdur. Bu zaman polis əməkdaşları təhlükəsizlik baxımından mənzilinin qapısını açdıqlarını bildirmişlər. Mənzilə daxil olmuşlar və tez də çıxıb baş idarəyə qayıtmılar. Orada müstəntiqin və vəkilin iştirakı ilə yaşadığı mənzilə baxış keçirmək üçün yenidən gedəcəklərini bildirmişlər. O, razılıq vermiş, liftlə qalxanda müstəntiq ona bildirmişdir ki, üzərində nə olması ilə bağlı sual verdikdə mənzilinin açarı olduğunu, ondan alındığını, daha sonra isə özünə qaytardıqlarını bildirmişdir. Ancaq o, açarın əslində onda olmadığını bildirmişdir. Mənzilini açıb mənzilə daxil olmuşlar, daha sonra açarı özünə qaytarmışlar ki, cibinə qoyub videoçəkiliş zamanı təqdim etsin. Daha sonra ona şkafı açıb, orada olan qırmızı rəngli qabı göstərməsini tələb etmişlər. Qabın içərisində nə olduğunu soruşduqda bilmədiyini bildirmişdir. Daha sonra Azər qabın içərisində narkotik vasitə tiryək olduğunu bildirmişdir. Sonra isə mənzilin yataq otağına apararaq çarpayının altını qaldıraraq orada əvvəllər görmədiyi iki qutu çıxarıb içərisində fars hərfləri ilə “çeşme maye” sözləri yazıldığını görmüş və bundan sonra Azərə aptekdə işləyib işləmədiyini soruşmuşdur. Beləliklə, Azər narahat olmamağını, həmin maddələrin baş idarəyə aparılacağını və daha sonra onu buraxacaqlarını bildirmişdir. Baş idarədə Azər onu 20.000 manat müqabilində buraxacaqlarını bildirmişdir. Daha sonra təhqiqatçı ona sənədləri imzaladıqdan sonra buraxacaqlarını bildirmişdir. O, 24 yanvar 2021-ci il tarixdə rayona getməmişdən qabaq açarları evin sahibi olan Müşviq Nağıyevə vermiş, o da açarı öz işçisinə vermişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, polislər tərəfindən yaşadığı Dadaş Bünyatzadə 10 ünvanının qarşısında saxlanılmış, həmin vaxt tanışı ilə görüşə gedirmiş. Onun avtomobili olmadığı üçün taksi sifariş etmiş, taksi sürücüsü çatdı deyə aşağı düşmüş, lakin onu görməmişdir. O, polislər tərəfində tutulan zaman yaşadığı binanın aşağısında yerləşən market işlədən oğlanlar və yanlarında olan bir neçə şəxs də görmüşlər. Mənzilinə baxış keçirilən zaman polis əməkdaşları 4 maşınla gəlmişlər və hər avtomobildə təxminən 3 nəfər olmuşdur. Mənzilinə baxış keçirilən zaman saat təxminən 13 radələri olmuş, polis əməkdaşları tərəfindən döyülməyi ilə bağlı müstəntiq Əli Əliyevə, eyni zamanda, dövlət hesabına təyin edilmiş müdafiəçiyə də bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25 yanvar 2021-cı il tarixdə Yasamal rayonu ərazisində X9 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı baş idarəyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə raportla məruzə edildikdən sonra müvafiq tədbirlərin həyata keçirilməsi üçün Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və 26 yanvar 2021-cı il tarixdə gecə radələrində ünvan 9 ünvanın qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış, idarəyə dəvət edilmiş və orada üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Bu zaman üzərində olan oyuncaq tapançanı könüllü şəkildə təqdim etmişdir. Eyni zamanda, Vusal yaşadığı ünvanda narkotik vasitələrin olduğunu bildirmişdir. Özünün də razılığı ilə ünvan 10 ünvanında yerləşən evinə getmişlər, oradan aşkar edilmiş narkotik vasitələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Şahid həmçinin ifadəsində göstərmişdir ki, gecə saat 03-04 radələri olduğu üçün Vusal saxlanılan zaman hara getdiyini soruşduqda, o, taksi gözlədiyini bildirmişdir. Lakin onlar taksini görməmişlər. Təqsirləndirilən şəxs saxlamaq üçün ya onun, ya da Şahid1 avtomobili ilə getmişlər. Lakin hadisənin üstündən uzun zaman keçdiyi üçün xatırlamır. Onun avtomobili “BMW”, Babəkin maşını isə “Hyundai” markalı avtomobildir. Hər ikisinin maşını ağ rəngdədir. Vusal Məhərəmovun mənzilində aparılmış videoçəkiliş zamanı “Sony” markalı kameradan istifadə edilmişdir, ancaq məlum hadisədən kifayət qədər uzun bir zaman keçdiyi üçün çəkilişin onun və ya həmkarı Babək tərəfindən aparılması yadında deyildir. Təqsirləndirilən şəxs evinə gedərkən artıq yavaş-yavaş səhər açılmış, ancaq saatı xatırlamır. Təqsirləndirilən şəxs mənzilinin qapısını açması görüntülərinin videoçəkilişdə əks olunub-olunmadığını xatırlmaır. Təqsirləndirilən şəxs mənzilinə videoçəkiliş vasitəsilə axtarış keçirildikdən sonrakı günlərdə getməmişlər. Həmin vaxt mobil telefonunun maşında, yoxsa xidməti otağında olduğunu xaırlamır. Ancaq onu deyə bilər ki, tədbir keçirilən zaman mobil telefonunu üzərində götürmür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X34 ifadəsində göstərmişdir ki, Vüsalın Neftçaladakı evində də qalmış, belə ki, Vüsal özü onu qonaq çağırmışdır. Vüsalın polislər tərəfindən saxlanıldığını səhəri gün qardaşından öyrənmiş, Vüsal həmin günü onun yaşadığı mənzilə gəlməli idi, nə qədər gözləsə də gəlməmiş, zəng etmiş, zəng də çatmamış, mesaj yazmış, cavab verən olmamıdır. Məlum hadisə baş verən gün Vüsalla sonuncu dəfə gecə təxminən 23:30 radələrində telefonla danışmış və Vüsal onun yanına gəlmək üçün taksi çağırdığını bildirmiş, Vüsal Məhərrəmovun mənzilində dəfələrlə olmuş, lakin, ona hər hansı otağa girməyi qadağan etməmişdir. Vüsal Məhərrəmovun mənzilində narkotik vasitə görməmiş, belə ki, onun narkotik vasitədən istifadə etməsinin heç vaxt şahidi olmamışdır. Vüsal dindar birisi olduğu üçün onunla münasibət qurmuşdur. Şahid həmçinin ifadəsində göstərmişdir ki, Vüsalın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı olmamış, 3-4 ildir ki, Vüsalla biri-birilərini tanımışlar, Təqsirləndirilən şəxsla ər-arvad münasibətində olmuşlar, övladları yoxdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X35 ifadəsində göstərmişdir ki, Vüsalı sonucu dəfə gördüyü vaxt dəqiq yadında deyil, belə ki, onu müstəntiq ifadəsini almaq üçün çağırdıqdan təxminən bir ay qabaq görmüşdür. Vüsalı sonuncu dəfə görəndə səhər saatları olmuş və mülki geyimdə olan şəxslərlə getdiyini görmüdür. Həmin vaxt yanında Fərasət adlı şəxs də olmuşdur. O, dükanı səhər saat 08 radələrindən açır, belə ki, Vüsalı gördüyü gün mağazanı açmağından təxminən 2 saat vaxt keçmişdir. Vüsalın əlinin üstünə jilet atmışlar, belə ki, eyni zamanda, onu dairəyə alıb aparırmışlar. Vüsalın narkotik vasitələrlə əlaqəli olduğu üçün tutulduğunu sonradan Fərasətdən öyrənmişdir. Vüsalı dindar, sakit bir insan kimi tanımış, belə ki, Vüsal, hər gün onun mağazasından bazarlıq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Vüsal Məhərrəmov onun qardaşıdır. 24 yanvar 2021-ci il tarixdə rayondan qayıdandan sonra Vusaldan xəbər almamışlar və sonradan onlara məlum olmuşdur ki, o, həbs olunub. O, atası, Vusalın həyat yoldaşı da onun kirayə tutduğu mənzildə olmuşlar. Hətta Yeni ili orada qeyd etmişlər. Mənzil iki otaqdan ibarətdir, belə ki, Vusal onlara hər hansı otağa girməməyi qadağan etməmişdir. Vusalın mənzilində hər hansı qanunsuz əşya görməmiş, ümumiyyətlə Vüsal, siqareti belə gizli çəkmişdir. Qardaşı Vusalın narkotik vasitələrlə hər hansı bir əlaqəsi yoxdur. Vusal hər zaman dinlə maraqlanıb və onlar da ona baxıb İslam dininin qaydalarını öyrənmişlər. Vüsal, Neftaçala rayonu, Bankə qəsəbəsində axund müavini vəzifəsində işləmişdir. Vusal əvvəllər Bakıya gələndə monun ailəsi ilə kirayə yaşadığı evdə qalmış, ancaq sonradan aylıq qazancının kifayət etməsi səbəbindən şəhərin mərkəzində kirayə ev tutmaq istəmişdir. Mənzilə baxış keçirilən zaman orada iştirak etməmişdir. Vusalın kirayə ev tutmasının əsl səbəbi Günay adlı xanımla münasibət qurması olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Vüsal onun oğludur. Vusalın Bakıdakı evində bir neçə dəfə olmuş, kirayə tutduğu evdə heç vaxt gecələməmiş, belə ki, oraya səhər gedib, axşam çıxmışdır. O, Vusalın mənzilində olan zaman Vüsal özü də orada olmuşdur. Vusal ona mənzilində hər hansı otağa daxil olmağa qadağa qoymamışdır. Oğlu narkotik vasitə istifadə etmir və onun satışı ilə də məşğul olmur. Ümumiyyətlə, onun siqaret çəkməsini belə o, bilməmişdir. Vusalın aylıq qazancı 3000-3500 manat məbləğində olmuş, belə ki, Vüsal, həm axund müavini işləmiş, həm ərəb-fars dillərini bildiyi üçün tərcüməçilik etmiş, eyni zamanda, çay evini icarəyə götürüb işlətmişdir. Vusalın həbs olunması ilə bağlı məlumatı təxminən 10 gün sonra bilmişdir. Belə ki, o, rayonda olmuşdur. Digər oğlu Vusalın telefonuna zəng çatmadığını görüb, evinə getmiş, evin qapısı da bağlı olmuşdur. Müstəntiqdən Vusalın həbs olunması ilə bağlı ailə üzvlərinə məlumat verməməklərinin səbəbini soruşduqda, müstəntiq oğluna “Böyük-böyük danışma, elə eləmə ki, səni də qardaşının yanına göndərək” demişdir. Mənzilə baxış keçirilən zaman orada iştirak etməmişdir. O, oğluna nəzarət etmək məqsədilə onun kirayə tutduğu mənzilə tez-tez gedib-gəlmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, taksi sürücüsüdür. Təqsirləndirilən şəxs tanımır, ilk dəfədir onu görür. Ona təxminən gecə saat 01 radələrində sifariş gəlmiş. Sifarişi qəbul etdiyi ünvan Yasamal rayonu, “Bizim market”in qarşısı olmuş, gedəcəyi ünvan isə Qara Qarayev prospekti olmuşdur. Vusalın müştəri kimi nömrəsi ona göndərilmişdir, ancaq hadisənin üstündən uzun müddət vaxt keçdiyi üçün həmin nömrəni xatırlamır. İstifadəsində olan mobil telefonu müstəntiqə təhvil vermişdir. O, Vusalın mobil nömrəsinə zəng edəndə onu gözlədiyini bildirmiş və bir nəfər şəxs 3 dəqiqəyə gələcəyini demiş, ancaq danışanın Vusal və ya başqa biri olduğunu bilməmişdir. Bundan sonra təxminən 10 dəqiqə gözləmiş, sonra həmin nömrəni yiğanda artıq bu dəfə telefonu açmamışlar. Daha sonra növbəti dəfə zəng vuranda bu dəfə telefonu açıb, “Qardaş, sən gözləmə, get” demişlər. Ancaq danışanın kim olduğunu bilməmişdir. Telefon zəngini açan əməliyyat müvəkkili Şahid2 olmuşdur. 26 yanvar 2021-cı il tarixdə saat 06:30 dan 07:12-dək olan müddət ərzində keçirilmiş baxış keçirilməsi və götürmə haqqında protokolundan görünür ki, X17 yaşadığı ünvan 12 ünvana baxış zamanı qeyd olunan narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının 26 yanvar 2021-cı il tarixli 6/350 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərfidər üçün № 7» dairəvi möhür əksi olan kağız paketdə və 2 ədəd karton qutuda olan:-üzərində «Vüsal Məhərrəmovun yaşadığı evdən aşkar edilmiş» sözləri qeyd edilmiş kağız paketi açdıqda içərisindən bir ədəd bükümdə təmiz çəkisi 248,661 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Təqdim olunmuş ümumi sayı 96 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 3,84 qram 91 ədəd həbdə 0,04 qram təşkil edir və dərman həbləri xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikaksınm ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in siyahısına (Siyahı İİ) daxildir. Üzərində «Vüsal Məhərrəmovun yaşadığı mənzildən aşkar edilmiş karton qutuda» söləri qeyd edilmiş 2 ədəd karton qutuda ümumi sayı 456 ədəd olan «Mydrax 1%» göstəricili dərman flakonları eyni tərkibli tropikamid dərman preparatıdır. Təqdim olunmuş ümumi sayı 456 ədəd olan dərman flakonlarında tropikamidin təsir maddəsinin ümumi miqdarının 45,6 qram-dır. Tropikamid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» (l nömrəli əlavə) daxildir. Tiryək 2005-ci 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikaksınm ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin toz şəkilində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və X6 aşkar edilmiş tiryək ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. 26 yanvar 2021-cı il tarixli 7\110 nömrəli rəydən görünür ki,-Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs............... » yazılar və imzalar olan kağız paketdəki sellofan torbada 20 (iyirmi) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-4,459 qram; 4,535 qram; 4,806 qram; 4,611 qram; 4,393 qram, 4,614 qram, 4,559 qram, 4,417 qram, 4,638 qram, 4,659 qram, 4,576 qram, 4,418 qram, 4,291 qram 1,776 qram, 4,396 qram, 4,659 qram, 4,431 qram, 4,615 qram, 4,693 qram və 4,645 qram olmaqla ümumi xalis çəkisi 88,191 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabış) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanardır. Marixuanaların ümumi çəkisi- 88,191 qramdır. Təqdim olunmuş 20 (iyirmi) ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş üzərində "Vüsal Məhərrəmovun yaşadığı evdən aşkar edilmiş maddələr» yazılar və imzalar olan 2 №-li kağız paketdə 1 (bir) ədəl gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi-:6,894 qram olan maddə (bitki mənşəli kütlə) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindəın kustar üsulla hazırlanmış narkotik vasitə-həşişdir. İş üzrə təqsirləndirilən şəxs X9 üzərinə baxış keçirilərkən aşkar olunmuş ona məxsus iki ədəd Xiaomi markalı mobil telefona baxış keçirilmiş, iş üzrə istintaq əhəmiyyəti kəsb edən məlumat aşkar olunmamışdır. Məhkəmə isintaqı zamanı tədqiq olunmuş məhkəmə-kompüter-texniki ekspertizasının 08 may 21021-ci il tarixli 5/377 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı ’’Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş,’’X57 9S” markalı “M2003J6A1G” modelli “**********58796, **********58804” imei kodlu mobil smartfon, hal hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı ’’Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş, ’’X58 10 Lite” markalı “M2002F4LG” modelli ”**********43779. **********43787” imei kodlu mobil smartfon hal hazırda işlək vəziyyətdədir. “X57 9S” marklı “M2003J6A1G” modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (“Whatsapp” proqram təxminatı vasitəsi ilə aparılmış çat seansı, audio, veido fayllar, auido zəng və sairə mübadilələr) pozulub pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. “X58 10 Lite” markalı “M2002F4LG” modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (“Whatsapp” proqram təxminatı vasitəsi ilə aparılmış çat seansı, audio, veido fayllar, auido zəng və sairə mübadilələr) pozulub pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə narkoloji ekspetizasının 17 may 2021-ci il tarixli 1452 nömrəli rəyindən görünür ki, X10 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui istifadə edilməsi ilə nətiçələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-psixiatrik ekspertizasının 27 iyul 2021cı il tarixli 2317 saylı rəyindən görünür ki, X10 yüngül ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu aşkar olunur. Bununla yanaşı qeyd olunmadlıdır ki, X10 aşkar edilən üzvi şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimayi təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. X21 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X21 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini və ictimai təhlükəlliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. X7 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin ilkin mərhələsində X22 şübhəli şəxs qismində tutulandan sonra, üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş və mənzilində axtarış zamanı çəkilmiş video görüntünün əks olunduğu 2 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə X9 yaşadığı mənzildən aşkar olunmuş 01 (bir) ədəd sellofanın torbanın içərisində ayrı-ayrılıqda 20 (iyirmi) ədəd kibrit qutularında 4,459 qram, 4,535 qram, 4,806 qram, 4,611 qram, 4,393 qram, 4,614 qram, 4,559 qram, 4,417 qram, 4,638 qram, 4,659 qram, 4,576 qram, 4,418 qram, 4,291 qram 1,776 qram, 4,396 qram, 4,659 qram, 4,431 qram, 4,615 qram, 4,693 qram və 4,645 qram olmaqla ümumi xalis çəkisi 88,191 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 6,894 qram olan tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş, 01 (bir) ədəd sellofan bükümdə içərisində xalis çəkisi 248,661 qram olan tünd göy rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 01 (bir) ədəd elektron tərəzi və üzərində “Metadon-40” yazısı olan dərman listinin içərisində 96 (doxsan altı) ədəd həb qəhvəyi rəngli dairəsi formalı ayrı-ayrılıqda 0,04 qram olmaqla ümumi xalis çəkisi 3,84 qram olan narkotik vasitə olan metadon, evin yataq otaqında termonun alt hissəsində 02 (iki) ədəd qutunun içərisində üzərində 'Alydrax 1%” yazısı olan ümumi saylı 456 (dörd yüz əlli altı) ədəd olmaqla ayrı ayrılıqda çəkisi 0,1 qram olmaqla ümumi xalis çəkisi 45,6 qram olan dərman flakonlar güclü təsir edici maddə olan tropikamidin və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və ibtidai istintaq yekunlaşdıqdan sonra saxlanılması üçün Yasamalr Polis İdarəsin Növbətsi Hissəsinə təhvil verilmişdir. Apellyasiya icraatı zamanı məhkəmə iclasında X3 Şiralı oğlu verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 26 yanvar 2021-ci il tarixdə təxminən gecə 01 radələrində dostu ilə görüşmək üçün həyətə düşüb taksi sifariş vermişdi. Aşağı düşəndə dörd-beş nəfər polis əməkdaşı ona yaxınlaşmış və vəsiqə göstərmişdilər. Adını çəkib kimliyini dəqiqləşdirmişlər. Birinin adı Azər, digərinin Babək idi. Sonra onu maşınla Baş Narkotiklərlə Mübarizə İdarəsinə apardılar. Ondan Müşfiq adlı şəxsi soruşmuş, onlara onu tanıdığını, yerlisi olduğunu, lakin harada və nə işlə məşğul olduğunun bilmədiyini demişdir. Gəcə saat 01:30 radələrində idarəyə gəlmişlər. Orada ona çoxsaylı təzyiqlər etmiş, döymüşlər. Səhər saat 11 radələrində Şahid1 adlı polis əməliyyatçısı ona onun evinə baxış keçirməyə getmələri barədə bildirmiş və o, onlarla evinə getmişdir. Özləri əvvəlcə getdilər. O, evə qalxanda onlar artıq qapını açıb dayanmışdılar. Evə girib heç nə tapmamış və idarəyə geri gəlmişdilər. Saat 13 radələrində vəkillə yenidən evə getdilər. Orada Vüsal adlı təhqiqatçı onları gözləyirdi. Evinin açarını ona verib demişdir ki, çəkiliş zamanı açarı ona verəcək. O, ondan açarı götürməmiş və demişdir ki, “qapını özünüz açın”. Evə girdilər və çəkiliş başlayanda təhqiqatçı çəkilişin saat 06:30-radələrində başladığını elan etdi. Evdə ondan dondurma qabında olan ləvəngi üçün turşunun nə olduğunu soruşdular. Cavabı deyəndə dedilər ki, baxarıq. Yenidən idarəyə qayıtdılar və ona sənədlərə qol çəkməyini, sonra isə cərimə yazacaqlarını, çıxıb gedəcəyini bildirdilər. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs hər hansı bir psixi pozuntu və xəstəliyin olmasını, olduğu halda isə törətdiyi əməl barəsində onun anlaqlı olub-olmamasını müəyyən etmək üçün cinayət işi üzrə ambulator məhkəmə-psixiatrik ekspertizasını təyin etmişdir. Cinayət işinə əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 13 iyul 2021-ci il tarixli 1529 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs “yüngül ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu” aşkar olunur. Ekspert qeyd etmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilən yüngül ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Rəydə ekspert nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilən yüngül ifadə olunmuş üzvi şəxsiyyət pozuntusunun aşkar edilməsinə baxmayaraq o, ona ittiham olunun əməl barəsində anlaqlı hesab edilməlidir. Digər sübutlarla yanaşı məhkəmələr ambulator məhkəmə-psixiatrik ekspertizasının 13 iyul 2021-ci il tarixli 1529 №-li rəyinə əsasən nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı olmuş və ona elan edilmiş ittiham üzrə təqsirlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 265.1-ci maddəsinə əsasən ekspertizanı xüsusi biliklərə malik olan, ekspert qismində təyin olunan bir və ya bir neçə şəxs apara bilər. Həmin Məcəllənin 265.5-ci maddəsinə əsasən şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir. İş materiallarından görünür ki, iş üzrə ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilmişdir. Ekspertiza rəyindən görünür ki, məhkumun anlaqlılığı ilə bağlı rəy bir ekspert psixiatr tərəfindən verilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası prosessual pozuntunu aradan qaldırmaq məqsədilə təkrar məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi barədə qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X44 məhkəməyə daxil olan 25 dekabr 2024-cü il tarixli ekspert rəyində və nəticə hissəsində qeyd edilmişdir ki, psixi statusu: Zahirən sakitdir. Düşüncəsi aydındır. Bələdiyi zamana, məkana və öz şəxsiyyətinə görə saxlanılıb. Söz ünsiyyətinə sərbəst daxil olur. Verilən sualları mahiyyətinə uyğun cavablandırır. Nitqi ardıcıldır. Təfəkkürü bir qədər ləngdir. Söhbət zamanı bir mövzudan digərinə keçməkdə çətinlik çəkir, zəif ifadə olunmuş torpidlik əlamətləri müəyyən edilir. Mühakimələri ümumən məntiqlidir. Müayinə zamanı hər hansı psixopatoloji simptomatika (sayıqlama fikirləri, qavrama pozuntuları və s.) aşkar olunmur. Təsəvvür və bilik ehtiyatı yaşayış tərzinə, aldığı təhsilə uyğundur. Əhvali-ruhiyyə fonu dəyişkəndir. Xarici qıcıqlara qarşı həssaslığının bir qədər artması qeyd edilir. Kobud ':7 yaddaş və intellekt pozuntuları müəyyən edilmir. Emosional sferası qeyristabildir. Ona ittiham olunan əməl barəsində soruşduqda özünü müdafiə edərək üzrərində narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən evə baxış keçirilərkən evindən heç bir narkotik vasitə aşkarlanmadığını bildirir. Öz vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibəti saxlanılıb. Nəticə hissəsi: İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs X11 hal-hazırda “ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (avtoqəzada kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-də müayinədə olması və onda "Yüngül ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu” diaqnozunun qeyd edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhvalruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İİ. Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Məhkum edilmiş X21 cinayət əməlini törətdiyi zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdurmu? Cavab: Yoxlanılan şəxs X11 cinayət əməlini törətdiyi zaman üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. X21 müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. X21 cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, X21 ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. 2-ci sual: X21 cinayət əməlini törədəndən sonra və hal hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdurmu? Cavab: Yoxlanılan şəxs X11 hazırda da üzvi şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. 3-cü sual: X21 psixi xəstəlikdən əziyyət çəkirsə hazırkı vəziyyətdə özünə və ətrafdakılara qarşı təhlükəlidirmi, yaxud onun başqa əhəmiyyətli zərər vurması mümkündürmü, daimi və ya intensiv müşahidə tələb edirmi? Cavab: Yoxlanılan şəxs X21 hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükəli hesab edilmir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. 4-cü sual: X7 hərəkətləri Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşürmü? Cavab: Yoxlanılan şəxs X7 hərəkətləri Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Göründüyü kimi məhkum edilmiş şəxsin anlaqlı olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60 maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafisinə təminat verilir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10-36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri: Cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir; İnsan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir; Hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə - beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma külli miqdarda törədildikdə - dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməsi barədə hökm yalnız kirayə yaşadığı mənzildə külli miqdarda narkotik vasitələrin və güclü təsir edən maddələrin aşkar edilməsinə əsaslanır. İttihamın əsasını təşkil edən bu hal isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı tərəfindən tərtib edilmiş 26 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması barədə” protokolla müəyyən olunmuşdur. Cinayət işinə əlavə edilmiş 26 yanvar 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Dadaş Bünyatzadə küçəsi,10 saylı evin 63 nömrəli mənzilinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Vusal Həsənquliyev, həmin idarənin əməkdaşları Şahid2 və Şahid1 iştirakları ilə 26 yanvar 2021-ci il tarixdə saat 06:30-dan saat 07:12-dək baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs hökmdə göstərilən narkotik vasitələri və güclü təsir edən maddələr təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs onun yaşadığı evin yanında 26 yanvar 2021-ci il tarixdə saat 04 radələrində saxlanması, onun üzərində axtarış və sonuncunun kirayədə qaldığı mənzilə baxış keçirilməsi barədə 26 yanvar 2021ci il tarixli protokollarda göstərilən hallara uyğun ifadə verib, ibtidai istintaq zamanı vermiş olduqları ifadələri təsdiq etmişlər. Şahidlər X34 və taksi sürücüsü X19 məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları təsdiq edərək onun polis əməkdaşları tərəfindən 26 yanvar 2021-ci il tarixdə saat 01 radələrində tutulmasına dəlalət edən ifadələr vermişlər. Məhkum olunmuş Təqsirləndirilən şəxs, şahidlər X23 və X8 bu ifadələri həmçinin cinayət işinə əlavə edilmiş onların istifadəsində olan mobil telefon nömrələrinin danışıqları və dislokasiya haqqında mobil operatorların məlumatları ilə təsdiq olunur. Bundan başqa, şahid qismində dindirilmiş X35 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs səhər saat 10 radələrində mülki geyimdə olan şəxslərlə evin yanında görmüşdür. Həmçinin, cinayət işində olan polis əməkdaşları Şahid2 və Şahid1 istifadəsində olan ***-***- **-** və ***-***-**-** mobil telefon nömrələrin dislokasiya haqqında mobil operatorların məlumatlarından görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi 26 yanvar 2021-ci il tarixdə saat 00:44-dan saat 01-dək Təqsirləndirilən şəxs kirayədə yaşadıqı evin yaxılığında, saat 01:51-dən saat 09:42-dək Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının yerləşdiyi yerin yaxınlığında, saat 10-dan saat 10:15-dək və saat 13:25-dən saat 13:28-dək isə yenidən Təqsirləndirilən şəxs kirayədə yaşadıqı evin yaxılığında yerləşən antenlərin dairəsində qeydiyyatda olmuş, Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi isə 26 yanvar 2021-ci il tarixdə saat 01-də Təqsirləndirilən şəxs kirayədə yaşadıqı evin küçəsində yerləşən anten dairəsində olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, şahidlər X19, X34 və X24 ifadələri, habelə işdə olan mobil operatorların A.Q.İsmayılovun, G.H.İmanovanın, Şahid1 və Şahid2 istifadəsində olan mobil telefon nömrələrinin danışıqlar və dislokasiya haqqında məlumatları ilə uzlaşır və məhkumun təqsiri müəyyən edən polis əməkdaşları Şahid1 və Şahid2 ifadəsi ilə ziddiyyətlər təşkil edir. Bundan başqa, müdafiəçi apellyasiya şikayətində məhkumun ifadəsinə və digər sübutlara istinadən qeyd etmişdir ki, məhkumun kirayə qaldığı mənzildə baxış protokolda qeyd edildiyi kimi günün qaranlıq vaxtı deyil, gündüz vaxtı keçirilmiş, lakin istintaq orqanı tərəfindən baxışın sutkanın qaranlıq vaxtında keçirilməsi barədə görüntünü yaratmaq üçün baxışın videoçəkilişə müdaxilə edilərək qaranlıq fonu yaradılmışdır. Həmin dəlili əsaslandırmaq üçün müdafiəçi məhkəməyə X13 mütəxəssisi tərəfindən 26 yanvar 2021-ci il tarixdə keçirilmiş baxışın videoçəkilişi üzrə verilmiş 18 noyabr 2021-ci il tarixli rəyi təqdim etmiş, həmin rəyin sübut qismində cinayət işinə əlavə edilməsi və müdaxilənin olub-olmaması müəyyən etmək üçün müvafiq ekspertiza təyin edilməsi barədə vəsatət qaldırmışdır. Birinci instansiya məhkəməsi mütəxəssisin rəyinin cinayət işinə əlavə edilməsi və yekun qərarda ona qiymət verilməsi barədə qərar qəbul etsə də, cinayət işinə əlavə edilmiş CD diskdə olan videoçəkilişlə əlaqədar müvafiq ekspertizanın təyin edilməsi barədə vəsatətlə bağlı heç bir qərar qəbul etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, işdə olan məhkumun üzərində axtarış aparılması və onun yaşadığı mənzildə baxış keçirilməsi barədə protokollardan və həmin istintaq hərəkətlərinin videoçəkilişlərini əks etdirən CD disklərdə olan fayllardan görünür ki, hər iki videoçəkiliş 26 yanvar 2021-ci il tarixdə sutkanın qaranlıq vaxtı axtarış saat 05:30-dan saat 05:40dək, baxış isə saat 06:30-dan saat 07:12-dək eyni texniki vasitə “Soni” markalı videokamera ilə eyni şəxs– Şahid1 tərəfindən binalarda, yəni xidməti otaqda və mənzildə aparılmışdır. Axtarışın aparılması barədə videoçəkiliş işiqlıdır və aydın görünür, mənzilə baxış keçirilməsi barədə videoçəkiliş isə qaranlıq olduğundan aydın görünmür. Bundan başqa, qeyd edilməlidir ki, hər iki istintaq hərəkəti eyni tarixdə, yəni 26 yanvar 2021ci il tarixdə keçirilsə də, onların çəkilişi barədə faylların yaradılma tarixləri fərqlidir. Belə ki, axtarışın videoçəkiliş faylı 26 yanvar 2021-ci il tarixdə yaradılmış, baxışın videoçəkiliş faylı isə 27 oktyabr 2021-ci il tarixdə yaradılmışdır. Qeyd edilməlidir ki, cinayət işinə əlavə edilmiş baxış protokolundan görünür ki, müstəntiq CD diskdə olan mənzilə baxış keçirilməsi barədə videoçəkilişə 10 fevral 2021 ci il tarixdə, yəni həmin faylın yaradılmasından əvvəl baxış keçirmişdir. Müdafiəçinin təqdim etdiyi “X25” MMC tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur ki, “Qaranlıq rəng” effektinin filtrlənməyə “asan” tabe olması qeyd olunan effektin proqram təminatının tətbiqi nəticəsində yaranması ehtimalını artırır. Tədqiqatın sonrakı mərhələsində alınan nəticələr də qeyd olunan effektin yazılışdan sonra həyata keçirilmiş redaktənin nəticəsi olduğunu göstərir. Belə ki, videofonoqramm qeydə alındığı faylın struktur analizi faylın yazılışdan sonra təkrarkodlaşmaya məruz qaldığını, faylın strukturunda isə istifadəçinin ad və soyadının (Murad Aslan) qeydə alındığını göstərmişdir. Mütəxəssis rəyini aldıqdan və videoçəkilişdəki görüntünün gündüz saatlarında çəkildiyi aydın olduqdan sonra 26 yanvar 2021-ci il tarixdə Bakı şəhərində Günəşin hansı saatda doğması ilə bağlı məlumatın rəsmi qaydada verilməsinə dair 02 dekabr 2021-ci il tarixdə vəkil sorğusu göndərib. Sorğuya cavab olaraq bildirilmişdir ki, məktubda göstərilən 26 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərində Günəşin doğması və batmasını göstərən cədvələ əsasən saat 07:55-də, işıqlanması isə 07:26-da baş vermişdir. Müdafiəçinin vəsatəti əsasında məhkəmə kollegiyası hər iki baxışı əks etdirən videogörüntülərin tədqiq edilməsi üçün ekspertizanın keçirilməsi barədə qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olan 15 may 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş İ cildə əlavə edilmiş zərfdə olan 01 ədəd zərfin üzərində “ünvana baxış” xüsusi qeydi olan “Verbatim” markalı DVD-R diskdə və İ cildə əlavə edilmiş zərfdə olan 01 ədəd zərfin üzərində “Şəxsi axtarış” xüsusi qeydi olan “ZYKLEN” markalı DVD-R diskdə olan videofonoqramlardakı görüntülərdə tədqiqi hissədə qeyd olunan kadrdaxili montaj əlamətləri müəyyən olunmuşdur. Mübahisəli fonoqramlar redaktə proqramı vasitəsi ilə emal olunmuş, təkrar kodlaşdırılmışdır. Mübahisəli videofonoqram ilkin olmadığından digər montaj əlamətlərinin olubolmamasını müəyyən etmək mümkün olmadı. Mübahisəli videofonoqramlar ilkin olmadığından videofonoqramların hansı cihaz vasitəsilə qeydə alındığını müəyyən etmək mümkün olmadı. Rəqəmsal yazı qurğularında faylın qeydəalınma tarixi yazı qurğusunda zamanın tənzimlənməsindən asılıdır. Bundan başqa faylın yaranma tarixini və yerini faylın struktunda dəyişiklik etməklə də dəyişmək mümkündür. Qeyd olunan dəyişiklikləri müəyyən etmək üçün uyğun metodika olmadığından 2-ci sual üzrə tədqiqat aparılmadı. Apellyasiya icraatı zamanı məhkəmə iclasında suallara cavab verən ekspert X31 ifadəsində bildirmişdir ki, mübahisəli videofonoqramın ilkin olmaması o deməkdir ki, həmin video ona çəkildiyi qurğudan yox, başqa daşıyıcı vasitə ilə təqdim edilib. Start-stop siqnalının tətbiqinin müəyyən etməyin mümkün olmaması o deməkdir ki, videoçəkilişin əvvəlinin və ya sonunun kəsilibkəsilmədiyini müəyyən etmək mümkün deyil. Lakin təqdim edilmiş həmin hissə fasiləsiz çəkilmişdir. Videogörüntüdə montaj əlamətlərini instrumental metodla, yəni kompüter proqramı vasitəsi ilə müəyyən etdi. Ona təqdim edilmiş iki ədəd diskin videogörüntülərində kadrlararası fərq yoxdur, yəni vidoegörüntünü təşkil edən hansısa kadrın kəsintisinə yol verilməmişdir. Lakin kadrdaxili görüntülərdə fərqlər var. Bu da kadrın tündləşdirilməsində özünü təzahür edir. Qeyd etdiyi hal montaj əlamətidir. Lakin bunun səbəbini araşdırmaq ondan tələb olunmayıb. Bu hal yazı qurğusunun keyfiyyətsiz olmasından, batereyasının zəifləməsindən və başqa səbəbdən də ola bilər. Videogörüntülərdən görünür ki, otaqda suni işıq yoxdur. Çünki insanların kölgəsi yerdə əks olunmur. Videoda görünür ki, həmin yerdə insanlar yazıları çətinlik çəkmədən oxuya bilirlər. Həqiqətən otaq videoda əks olunduğu kimi qaranlıq olarsa, oradakı insanlar heç bir-birlərini görə bilməzdilər. Fonoqramların redaktə proqramı vasitəsi ilə emal olunub təkrar kodlaşdırılması o deməkdir ki, videomaterial başqa cihaza köçürüldükdə onun adı və daxili məlumatı dəyişə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin Cinayət Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilibverilmədiyini araşdırılmalıdır. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 10 aprel 2014-cü il tarixli Qərarının 63-cü bəndində qeyd olunur ki, ... prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub olmadığıdır (digər qərarlarla yanaşı bax: "X37rşı” (Khan v. theUnitedKingdom, no. 35394/97. § 34. ECİ İK 2000-V) və “X32rşı” (Allan v. the United Kingdom.no. 48539/99. § 42. ECT1R 2002- İX)). Bu Qərarın 64-cü bəndində göstərilir ki, prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş "Allan" işi. 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GCJ. no. 4378/02. § 95. EC1 İR 2009)). Qərarın 65-ci bəndində qeyd olunur ki, məhkəmə təkrar edir ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə" tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008)). Qərarın 69-cu bəndində göstərilir ki, məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun "qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Məhkəmə bundan əlavə qeyd edir ki, istintaq orqanları ölkədə keçirilmiş məhkəmə prosesləri zamanı ərizəçinin və onun avtomobilinin axtarışının video çəkilişinin surətini təqdim etməmiş (yuxarıda 21-ci bəndə bax) və Hökumətdən açıq şəkildə xahiş edilsə də, o, sözü gedən video çəkilişinin surətini Məhkəməyə təqdim etməmişdir. Qərarın 70-ci bəndində qeyd olunur ki, hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil. Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyil. Qərarın 73-cü bəndində göstərilir ki, ...Məhkəmə qeyd edir ki, ərizəçi onun üzərində və avtomobilində tapılmış maddi sübutun mötəbərliyi məsələsini istər cinayət prosesinin başlanğıcında, istərsə də bütün məhkəmələrdə keçirilmiş proseslərdə qaldırmışdır. Lakin bu məsələyə ölkə məhkəmələri adekvat şəkildə baxmamışdır. Belə ki, onların qərarlarında bu məsələyə toxunulmamışdır. Qərarın 74-cii bəndində qeyd olunur ki, ərizəçinin Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə məhkum edilməsini son olaraq müəyyən etmiş Apellyasiya Məhkəməsinin 2006-cı il 22 dekabr tarixli qərarı ərizəçinin əleyhinə N.V. və H.M.-nin ifadələri kimi digər sübutların istifadə edilməsini istisna etmiş, lakin 2005-ci il 17 mart tarixində həyata keçirilmiş axtarış zamanı əldə edilmiş sübutlardan istifadə məsələsinə toxunmamışdır. Ali Məhkəmənin ərizəçinin üzərində və avtomobilində axtarışın hansı səbəbdən həbs yerində dərhal həyata keçirilmədiyini araşdırmağı apelyasiya məhkəməsindən xahiş etməsinə baxmayaraq Apelyasiya Məhkəməsi 2006-cı il 22 dekabr tarixli qərarında bu məsələyə toxunmamışdır. Qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin sübutların saxtalaşdırılması barədə mövqeyi ilə razılaşır. Belə ki, işdə olan 26 yanvar 2021-ci il tarixli şəxsi axtarış və mənzilə baxış keçirilməsi, götürmə istintaq hərəkətlərini qeydə alan videogörüntülərin montaj olunması ekspert rəyi, ekspert ifadəsi, müdafiəçinin mütəxəssis rəyi ilə təsdiq olunmuşdur. Bu səbəblə qeyd edilən istintaq hərəkətlərinin keçirilməsi barədə protokollar, videogörüntülər, həmçinin işin hallarına uyğun olmayan və ziddiyyətli polis əməkdaşlarının ifadələri mötəbər sübut kimi qiymətləndirilə bilməz və ittihamın sübuta yetirilməsinin əsası kimi çıxış edə bilməz. Məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, ittiham tərəfinin şahidlərinin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarına olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında X2 məqsədi ilə külli miqdarda narkotik vasitələri və güclü təsir edən maddələri əldə edib mənzilində saxlaması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 115.2-ci maddəsinə əsasən hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşin mübahisəsiz hallarından göründüyü kimi, X21 ittihamı ibtidai istintaq və məhkəmədə etiraf etməmiş, iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların toplusunun hər birinin ayrı-ayrılıqda, habelə toplu qaydasında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr var və onların sübut kimi qəbul edilməsi, bu sübutlara əsasən şəxsin məhkum olunması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsi baxımından yolverilməzdir, belə halda cinayət təqibi ilə bağlı toplanmış materialın sübutedici qüvvəsi olmur və başa çatmış icraatın etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müddəalarına uyğun 26 yanvar 2021-ci il tarixli “Mənzildə axtarış və götürmə aparılması haqqında” qərar və protokol, həmin tarixli şəxsi axtarış barədə protokol, həmin hərəkətləri qeydə alan maddi sübut olan videogörüntülər, işdə olan “polis əməkdaşlarının şahid ifadələrini” müvafiq hüquqi prosedur daxilində dəyərləndirib yolverilməz sübut kimi qəbul edib, işin faktiki hallarını məcmusu üzrə qiymətləndirməklə, həmin sübutların X7 xeyrinə həll olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə kollegiyası xüsusi ilə vurğulayır ki, təqsirsizlik prezumpsiyası ədalətli məhkəmə araşdırmasının ən fundamental aspektlərindən biridir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti və ya təqsirliyi sübuta yetirilmədikdə xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən hallar olduqda, digər hallarla bərabər təqsirliliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin materiallarına və toplanmış sübutlara əsasən X7 təqsirliliyi sübuta yetirilməmiş sayılmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125, 143-145-ci maddələrində sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsinin əsasları öz əksini tapmışdır. Qeyd olunan normaların mənasına əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar qanuni yolla əldə edilməli, tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.Yoxlama zamanı cinayət təqibi üzə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yəni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Habelə, həmin Məcəllənin 44.1-ci maddəsində göstərilmişdir ki, yalnız məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fıkirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfınin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair səhv nəticəyə gəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafıq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfındən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir.Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəllsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2. və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Bu Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Eyni Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə X7 ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi nəticəsinə gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı "Bratyakin Rusiyaya qarşı" iş üzrə 09 mart 2006, "Fadin Rusiyaya qarşı" iş üzrə 27 iyul 2006, "Lenskaya Rusiyaya qarşı" iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında "ciddi səhv" anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin "natamam və qərəzli" olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir.Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3, 349.4 və 349.5-ci maddələri). Odur ki, məhkəmə kollegiyasının qənaətinə əsasən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməli, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 296/2022 saylı, 20 dekabr 2022-ci il tarixli hökmü ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməlidir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli qanunun müddəalarına əsasən, vurulmuş fiziki və mənəvi ziyan ödənilməli, bu isə mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Beləliklə, X21 cinayət prosesini həyata keçirən orqanın səhvini və ya sui-istifadəni mübahisələndirdiyi təqdirdə, vurulmuş ziyanın ödənilməsi hüququnu qazanmış olur. Məhkəmə kollegiyası bildirir ki, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası X15 izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İş üzrə ekspertiza xərcləri 405 (dörd yüz beş) manat 46 (qırx altı) qəpik dövlət nəfinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2, 397.1, 397.2 və 398.1.2-ci maddələrini rəhbər tutaraq, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası H Ö K M E T D İ: X1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilsin. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-296/2022 saylı, 20 dekabr 2022-ci il tarixli hökmü ləğv edilsin. X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilsin. X7 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası X15 izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə material narkotik vasitəyə və psixotrop maddələrə, güclü təsir edən maddələrə dair cinayət təqibi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 87,791 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd gümüşü rəngli kağız bükülüdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,874 qram olan tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş, 01 (bir) ədəd sellofan bükümdə içərisində ekspertiza tədqiqatından sonra qalıq çəkisi 248,561 qram tünd göy rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, üzərində “Metadon-40” yazısı olan dərman listinin içərisində ekspertiza tədqiqatından sonra qalıq 91 ədəd olan narkotik vasitə olan metadon, 2 (iki) ədəd qutunun içərisində üzərində “Mydrax 1%” yazısı olan ekspertiza tədqiqatından sonra qalıq 448 (dörd yüz qırx səkkiz) ədəd olan dərman flakonlar güclü təsir edici maddə olan tropikamidin və bir ədəd elektron tərəzi həmin materiala əlavə edilsin. İş üzrə iki ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 405 (dörd yüz beş) manat 46 (qırx altı) qəpik dövlət nəfinə aid edilsin. Hökmdən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən edilmiş müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Aqil Musayev
Məhkəmə qərarları › İş №1(103)-62/2025
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-62/2025
31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver