Məhkəmə qərarları › İş №1(103)-628/2022

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-628/2022

05.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-628/2022 05.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Zərərçəkmiş şəxs nümayəndəsi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs3, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7, Tərcüməçi – X4 qızının iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Qazaxıstan Respublikasının Alma-Ata şəhərində anadan olmuş, Qazaxıstan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 178.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 1(101)-131/2020 saylı hökmündən Müdafiəçi5, təqsirləndirilən Təqsirləndirilən şəxs3 və zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 1(101)-131/2020 saylı hökmü ilə (sədrlik edən Ə.Q.Quliyev, hakimlər A.İ.Paşayev və İ.X.Həsənzadədən ibarət tərkibdə) Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.4 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona CM-nin 178.4-cü maddəsi ilə 10 il müddətə, CM-nin 206.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 12.5-ci maddəsi tətbiq edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmış və Təqsirləndirilən şəxs3 qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun tutulduğu 24 avqust 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən, ona təyin edilmiş cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs3 cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilmiş, iş üzrə maddi sübutların – Qazaxıstan Respublikası «Liman» gömrük postunda saxlanılmış qaçaqmalçılıq malları – istehlak malları 60136,2 kq ümumi ağırlığında, xalis çəkisi 58598,2 kq, 1167 sayda “Arman İG” müvəqqəti saxlama anbarında saxlanılanların Qazaxıstan Respublikasında dövlətin nəfinə alınması, LLZ-749 dövlət nişanlı “Mercedes” markalı nəqliyyat vasitəsi, “Mercedes” markalı MP-183- MP, “MAN” markalı 99 XX-467, “DAF” markalı OW-216-OW markalı avtomobillərin sahiblərinə qaytarılmasının Qazaxıstan Respublikası Aktau şəhər məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 1-207/5*18/ nömrəli hökmündə qeyd olunması nəzərə alınmışdır. Həmin hökmə əsasən Təqsirləndirilən şəxs3 03 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, həmçinin Qazaxıstan Respublikasının vətəndaşları X1baqcadan əlbir olmuş bir qrup şəxs halında və hadisə baş verən zaman Qazaxıstan Respublikasının Gömrük Orqanında vəzifəli şəxs kimi fəaliyyət göstərən X11 vəzifə səlahiyyətlərindən istifadə etməklə, eyni əməllərin törədilməsində köməkçi qismində iştirakı ilə Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Rusiya Federasiyasına göndərilərək orada satışının təmin edilməsi məqsədilə Türkiyə Respublikasından **-XR-***, OW-216-OW, MP-183-PM və LLZ-749 qeydiyyat nömrə nişanlı yük avtomobillərində göndərdiyi və Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit qaydada keçməklə, Qazaxıstan Respublikasına aparılmış ümumilikdə 1.170.000 ABŞ dolları dəyərində tekstil mallarını sənədlərdən və gömrük eyniləşdirməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, Qazaxıstan Respublikasının gömrük sərhədindən qəsdən qaçaqmalçılıq yolu ilə keçirmişdir. Bundan başqa o, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanış olduğu, 2015-ci ildən etibarən ticarət fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə dair əvvəlcədən yaranmış niyyətini həyata keçirmək məqsədilə, sonuncunu digər ölkələrdən Qazaxıstan Respublikasına göndərilən malların Gömrük Sərhədindən keçirilməsini təmin etmək imkanına malik olduğuna inandırıb, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun Türkiyə Respublikasından Qazaxıstan Respublikasına göndərdiyi 1.170.000 ABŞ dolları dəyərində tekstil mallarını Qazaxıstan Respublikası Gömrük Sərhədindən keçirərək Rusiya Federasiyasına göndərəcəyinə dair yalan vəd vermiş, həmin mallar Qazaxıstan Respublikası Gömrük Postunda saxlandıqdan sonra isə həmin malların Gömrük Postundan keçirilməsi üçün 275.000 ABŞ dolları məbləğində gömrük xərclərinin ödənilməsinin zəruri olduğunu bildirərək, Zərərçəkmiş şəxs 2017-ci ilin iyun ayında Bakı şəhərində ortaq tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdiyi 275.000 ABŞ dolları məbləğində pulu, həmin pulun köçürülməsi xidmətini icra etməsi üçün sonuncuların Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Çin” restoranının yaxınlığında İran İslam Respublikasının vətəndaşı olan Şahab adlı şəxsin tanışına təqdim etmələri müqabilində, Şahab adlı şəxsin Rusiya Federasiyasının Moskva şəhərindən göndərdiyi əvvəlcə 200.000 ABŞ dolları, sonra isə 75.000 ABŞ dolları olmaqla, ümumilikdə 275.000 ABŞ dolları məbləğində pulu Qazaxıstan Respublikasında vahid niyyətlə ələ keçirərək, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, 2015-ci ildən etibarən ticarət fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə dair əvvəlcədən yaranmış niyyətini həyata keçirmək məqsədilə, aralarında baş tutmuş telefon danışığı zamanı sonuncuya Qazaxıstanda tütün məmulatlarının satışından yaxşı gəlir əldə edildiyini, Qazaxıstan Respublikasına tütün məmulatları göndərəcəyi halda həmin məhsulları Qazaxıstan Respublikası Gömrük Sərhədindən keçirərək, satışını təmin edəcəyinə və əldə edilmiş gəlirdən ona göndərəcəyinə dair yalan vəd verərək inandırıb, təkrarən sonuncunun etibarından sui-istifadə etməklə, Zərərçəkmiş şəxs Dubaydan aldığı və 2018-ci ilin yanvar ayında əvvəlcədən tanıdığı Hacı Şahid1 tanışına məxsus olmaqla, İran İslam Respublikasında beynəlxalq yükdaşıma xidməti göstərən “Asan Seyir” firması vasitəsi ilə Qazaxıstan Respublikasının Aktau şəhərində yerləşən “X32” şirkətinə göndərdiyi 1.200.000 ABŞ dolları dəyərində tütün məmulatları və 2018-ci ilin aprel ayında həmin malların Gömrük Postundan keçirilməsi üçün 250.000 ABŞ dolları məbləğində gömrük xərclərinin ödənilməsinin zəruri olduğunu bildirərək, Zərərçəkmiş şəxs ortaq tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsi ilə göndərdiyi 250.000 ABŞ dolları məbləğində pul olmaqla, ümumilikdə 1.450.000 ABŞ dolları məbləğində özgə əmlakını Qazaxıstan Respublikasında vahid niyyətlə ələ keçirərək, xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinib məhkum edilmişlər. Hökmdən Müdafiəçi5 apelyasiya şikayəti verərək Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.4 və 206.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 09.2020-ci il tarixli hökmünün ləğv edilməsi və onun haqqında bəraət hökmü çıxarılmaqla, barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv etməklə, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsini xahiş etmişdir. Müdafiəçi5 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığı, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığı, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübuta yetirilmədiyi, cinayət qanununun normasının düzgün tətbiq edilmədiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünü əsassız və qanuna uyğun olmayan hesab edirlər. Birinci instansiya məhkəməsində məlum olmayan səbəblərdən əsassız və qanunsuz olaraq zərərçəkmiş X14 çoxsaylı ziddiyyətli ifadələri, əsassız sübutlar olmasına baxmayaraq onları araşdırmadan qanunsuz hökm çıxarmışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs3 göstərdiyi xüsusiyyətlər nəzərə alınmamış, heç bir araşdırılma aparılmamış, yalnız zərərçəkmişin uydurulmuş ifadəsi əsasında hökm çıxarılmışdır. Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihamların əsassızlığı üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, habelə şahid ifadələri ilə də öz təsdiqini tapır. Xüsusən də Təqsirləndirilən şəxs3 verildiyi iddia edilən pulların mənbəyinin ittiham və eləcə də zərərçəkmiş şəxsin özü tərəfindən göstərilə bilməməsi, həmçinin pulların Təqsirləndirilən şəxs3 verilməsi iə bağlı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri arasındakı kəskin ziddiyyətlərin olması, habelə pulların Şahab adlı şəxsin vasitəsilə Rinata Qabitova verilməsi ilə bağlı nəinki heç bir sübutun mövcud olmaması, hətta Şahab adlı şəxsin özünün müəyyən edilərək istintaqa cəlb edilməklə dindirilməməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində pulu Şahabın və onun adamlarının vasitəsilə Təqsirləndirilən şəxs3 verdiklərini iddia etdikləri halda, Şabahın və onun adamlarını tanımamaları, həmin şəxslərin hər hansı əlaqə vasitələrini, o cümlədən telefon nömrələrini istintaqa təqdim edə bilməmələri, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 pulu Təqsirləndirilən şəxs3 həmin şəxslərin vasitəsi ilə vermələrinə dair və eləcədə alınan tekstil edən ifadələrindən savayı heç bir sübut təqdim edə bilməmələri, iş üzrə Qazaxıstan Respublikasının hüquq mühafizə orqanları tərəfindən dindirilmiş şəxslərin malların gömrükdən keçirilməsi zamanı Təqsirləndirilən şəxs3 deyil Təqsirləndirilən şəxs2 görmələrini bildirməsi, eləcədə Təqsirləndirilən şəxs3 tanımadıqlarını bildirmələri, iş üzrə Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihamların əsassız olduğunu tam şəkildə sübuta yetirir. Məhkəmə tərəfindən ittihamda qeyd olunan malların zərərçəkmiş kimi tanınan Amil Yusufova məxsus olması, digər təqsirləndirilənlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Qazaxıstan Respublikasında ifadə verərkən Təqsirləndirilən şəxs3 barədə ifadə verməmələrinə hüquq qiymət verməmiş, hadisənin Qazaxıstan Respublikasında olmasını düzgün araşdırmamış, cinayət hadisəsinin aidiyyət məsələsinə diqqət yetirilməmişdir. İş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edirlər ki, Təqsirləndirilən şəxs3 ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-ci və 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir, buna görə də, Təqsirləndirilən şəxs3 ittiham olunduğu Azərbaycan Respublikasının CM-nin 178.4-ci və 206.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə ona bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs3 apelyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmünün ləğv edilərək barəsində bəraət hökm qəbul edilməsini xahiş etmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin hökmü zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən mübahisələndirilmiş, apellyasiya şikayətində zərərçəkmiş şəxs birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə təyin edilmiş cəzadan narazı olduğunu bildirmiş, bu səbəbdən Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 178.4-cü və 206.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş ən yüksək həddə cəza tətbiq edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim X18, hakimlər X21 və X3 ibarət tərkibdə) 04 fevral 2021-ci il tarixli, 1(103)-149/2021 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs3 CM-nin 206.3.2 və 178.4-cü maddələri ilə məhkum edilməsinə dair hissədə dəyişdirilmədən, Müdafiəçi5, məhkum Təqsirləndirilən şəxs3 və zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2021-ci il tarixli, 1(103)-149/2021 saylı qərarından məhkum Təqsirləndirilən şəxs3 tərəfindən kassasiya şikayəti və məhkumun müdafiəçisi Müdafiəçi7 ilə birlikdə kassasiya şikayətinə əlavələr verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 05 yanvar 2022-ci il tarixli, 1(102)-75/2022 saylı qərarı ilə verilmiş kassasiya şikayəti və məhkumun müdafiəçisi Müdafiəçi7 ilə birlikdə verilmiş kassasiya şikayətinə əlavələr qismən təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 206.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs3 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2021-ci il tarixli qərarı kassasiya şikayəti və kassasiya şikayətinə əlavələrə əsasən Təqsirləndirilən şəxs3 aid hissədə ləğv edilmiş və cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi7 ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlilərinə uyğun çıxış edək verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmünün məhkum edilmiş şəxsə aid hissədə ləğv edilməsini və Təqsirləndirilən şəxs3 münasibətdə Azərbaycan Respublikası CM-nin 206.3.2 və 178.4cü maddələri ilə bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətlərinin təmin edilməsi üçün heç bir əsasın olmadığını bildirib, qeyd olunan şikayətlərin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmünün dəyişdiirlmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X16 müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinin əsasız olduğundan təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 206.3.2 və 178.4-cü maddələri məhkum edilmələrinə dair 24 sentyabr 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarlarında göstərilən məsələlərə aydınlıq gətirilməsi məqsədi ilə cinayət işinin materiallarını məhkəmə istintaqı aparmaqla araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, Müdafiəçi5 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 1(101)-131/2020 saylı hökmü Təqsirləndirilən şəxs3 aid hissədə ləğv edilməli, Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilməli, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi 1.450.000 ABŞ dolları məbləğində dələduzluq epizodu üzrə cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin hissədə bəraət verilməli, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətləri üzrə məhkəmə baxışı zamanı dindirilmiş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, daha əvvəl Aktauda prokurorluq orqanlarında işləsə də, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2018-ci ildə Yusifovun dəvəti ilə ailəsi ilə birlikdə Türkiyə Respublikasından Bakı şəhərinə gəlmiş, gəlişinin səbəbi isə Zərərçəkmiş şəxs ona borclu olduğu 500.000 ABŞ dolları vəsaitin qaytarılması olmuşdur. Zərərçəkmiş şəxs onu otelə yerləşdirdikdən təxminən 1 həftə ərzində göstərilən məbləğin verilməsini təmin etməmiş və səbəb olaraq pulu verməli adamın gecikməsini göstərmişdir. Amil ona bildirmişdir ki, dediyi adam Qazaxıstana gedib, bu səbəbdən pulu orada ona verə bilər. Lakin hava limanına gedəndə Amili orada görməmiş, onunla əlaqə saxladıqda Amil ona problemlərinin yarandığını və onunla gedə bilməyəcəyini, sonradan özünün gələcəyini bildirmişdir. Daha sonra özü hava limanında qeydiyyatdan keçərkən orada saxlanılmış və polis idarəsində ona barəsində tekstil mallarının qaçaqmalçılığı ilə bağlı şikayətin olduğunu, bu fakta görə cinayət işinin açıldığını bildirmişlər. Həmin gün pasportunu alıb onu sərbəst buraxdıqdan sonra o, Amillə əlaqə saxlamış və baş verənlər haqqında sonuncuya məlumat vermişdir. Amil ona məsələni qaydasına qoyacağını, problemlərinin olduğunu, ölkə xaricindən gətirilməli olan yüklərin gömrükdən keçirmək üçün vəsaitin lazım olduğunu bildirib sonradan hamısını birlikdə qaytarmaq şərti ilə əlavə olaraq yenidən 250.000 ABŞ dolları borc istəmişdir. Lakin o, həmin borc pulun verilməsindən imtina etmişdir. Səhərisi gün Amil öz qohumları birlikdə gəlib atasının xəstəxanada olduğunu, vəziyyətinin yaxşı olmadığını ona bildirib yenidən ondan 250.000 ABŞ dolları borc istəmişdir. Amildən pulun verildiyi halda neçə müddət sonra qaytaracağını soruşduqda, o, 10 günə qaytaracağını bildirmişdir. Həmin gün o, Amilə 10.000 ABŞ dollarını Bakı şəhərində özü vermiş, həmçinin onun təşəbbüsü ilə Qazaxıstanda olan Amilin adamlarına daha 250.000 ABŞ dolları pul verilmişdir. Pulun verilməsindən 3 gündən sonra Amil yenidən ondan 250.000 ABŞ dolları pul istəmiş və onun təşəbbüsü ilə sonuncuya 160.000 ABŞ dolları pul verilmişdir. Bundan sonra Amil yoxa çıxmış, o isə Qazaxıstan getməsinin təmin edilməsi və barəsində başlanmış araşdırma ilə əlaqədar səfirliyə müraciət etmişdir. Daha sonra araşdırmanı həyata keçirən müstəntiqlə əlaqə saxlamış, sonuncu ona heç yerə müraciət etməyə ehtiyac olmadığını, 2 gün gözləməsini və onun pasportunu 2 gündən sonra ona qaytarılacağını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs özü ona zəng vurub heç yerə müraciət etməməsini tapşırmış, həmçinin məsələnin qaydasına qoyulacağını bildirmişdir. 3 gün sonra müstəntiq onunla əlaqə saxlayıb idarəyə dəvət etmiş, o da öz növbəsində Amilə zəng vurub müstəntiqdən pasportunu aldıqdan sonra onunla görüşəcəyini demişdir. Lakin müstəntiq ona sənədlər təqdim edərək onun barəsində Zərərçəkmiş şəxs tərəfindən şikayət ərizəsinin olduğunu bildirmişdir. Həbsdə olduğu müddət ərzində Zərərçəkmiş şəxs adamları ondan işin bağlanması ilə əlaqədar daha 300.000 ABŞ dolları pul tələb etsələr də, o, bundan imtina etmişdir. Bundan sonra onların istədikləri 300.000 ABŞ dolları yavaş-yavaş 100.000 ABŞ dollarına düşmüş, daha sonra onun Aktauda olan adamına 250.000, ya da 270.000 ABŞ dolları məbləğində pul verilmə ilə bağlı barəsində cinayət təqibi başlanmışdır. Zərərçəkmiş şəxs bütün təkliflərinə mənfi cavab verdiyi üçün sonradan guya onun onların milyonluq əmlakını mənimsəməsi barədə növbəti şikayəti üzrə araşdırma başlamışdır. Eyni zamanda Amilin dediyi guya ölkə xaricindəki yükləri də ona məxsus deyilmiş və o, neçə ildir ki işin dəqiq araşdırılmasını tələb etməsinə baxmayaraq, buna baxan yoxdur. Həmçinin məhkəmə istintaqının gedişində bildirmişdir ki, 2017-ci ilin yay ayında o, Aktau şəhərində Malikə zəng vurmuş və Malik də evdə olduğunu bildirmişdir. Maliklə görüşmək üçün Malikin yaşadığı mənzilə getmişdir. Orada Malik və İlkinlə görüşmüş, söhbət zamanı Malik ona bildirmişdir ki, Türkiyədən Qazaxıstana dəniz yolu ilə mallar gətirmişdir, lakin həmin mallar gömrükdə saxlanılmışdır. Bir az oturduqdan sonra o, evi tərk etmişdir. Sonradan ona məlum olmuşdur ki, Malikin yaşadığı evə Qazaxıstan hüquq mühafizə orqanlarının əməkdaşları yaşayış sahəsinə daxil olaraq axtarış keçirmişlər. Sabahısı gün Malik ona zəng etmiş və bildirmişdir ki, dünən danışdığı hansı ki, gömrükdə saxlanılan mallara görə idarəyə aparılıb dindirilmiş, sonra sərbəst buraxmışlar. Lakin o, malların niyə saxlanıldığının səbəbini bilməmiş, sonradan ona məlum olmuşdur ki, həmin mallar gömrük orqanında bəyan edilməmiş, ona görə saxlanılmışdır. Həmin hadisədən təxminən 1 ay sonra, Malik ona zəng vuraraq bildirmişdir ki, həmin saxlanılan mallarla əlaqədar Qazaxıstanda mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq cinayətinin törədilməsi maddəsi ilə cinayət işi başlanmışdır. Bu məsələni hansısa yolla həll edə bilib-bilməyəcəyini soruşmuş, o da Malikə bu barədə maraqlanıb deyəcəyini bildirmişdir. Bir neçə gün ərzində o, Qazaxıstanda Astana şəhərində Andrey adlı tanışı vasitəsilə bir vəkillə əlaqə saxlamış, həmin vəkil bu məsələni dəqiqləşdirib deyəcəyini bildirmişdir. O, onların bir-birilərinin əlaqə nömrələrini vermiş, bu söhbətlərdən təxminən 1 aydan çox bir müddət keçdikdən sonra Maliklə danışıqları zamanı ona bildirmişdir ki, artıq məsələləri həll olunub. Yekunda məhkəməyə müraciət edərək hazırda ona elan edilmiş ittihamda göstərilən cinayət əməllərini törətmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir, Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Amilin ona 500.000 ABŞ dolları borcunu qaytarmadan onun ona yenidən borc verməsi onunla bağlı olmuşdur ki, sonuncu həqiqətən də onun ölkə xaricində yüklərinin olmasına inandırmışdır. Amilin ondan Bakı şəhərində istədiyi həmin pulu o, Amilə Qazaxıstanda konkret olaraq Aktau və Almatı şəhərində tanışlarına öz adamları vasitəsilə çatdırmışdır. Aralarında elə olub ki, illərlə borclar qaytarılmayıb, sonradan qaytarılmış və bununla bağlı problem olmamışdır. Amil ilə aralarında olan pul dövriyyəsi metal sahəsindəki işbirliyi ilə bağlı olmuş, Amilin guya ölkə xaricində olan dediyi yükləri Qazaxıstanda yerləşdirmiş, Amili 2016-cı ildən, Maliki də elə həmin vaxtda tanımış, İlkinlə isə Amilin vasitəsilə tanış olmuş, Amil ona məxsus 500 ABŞ dolları borcunu qaytarmamış, Amilin ona pul borclu olması barədə o, prokurorluq orqanlarına ərizə ilə müraciət etmiş, 4 yük maşının heç birinin mülkiyyətçisi Amil olmamış, həmin maşınlar hamısı dövlət tərəfindən Qazaxıstanda müsadirə olunmuş. Bakıya gəlməsinin səbəbi Amilin ona olan borcunun qaytarması ilə bağlı olmuş, Qazaxıstana göndərilmiş 275.000 ABŞ dolları məbləğində vəsait müdafiəçiyə göndərilmiş, həmin məbləği Qazaxıstanda deyil, Bakı şəhərində Zərərçəkmiş şəxs qaytarmış, ifadəsi alınarkən tərcümə qüsuru ola bildiyini bildirmişdir. Tekstil malları Qazaxıstan Respublikasının maliyyət polisinin əməkdaşları tərəfindən anbarda saxlanılarkən orada olmamış, yalnız mənzildə olan axtarış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yanında olmuşdur. Apellyasiya şikayətləri üzrə məhkəmə baxışı zamanı dindirilmiş məhkum Təqsirləndirilən şəxs2 hadisədən uzun müddət keçdiyindən əksər halları xatırlmadığını, bu səbəbdən həm ibtidai araşdırma dövründə, həm də birinci instansiya məhkəməsində vermiş olduğu ifadələrini təsdiq etdiyi bildirməklə yanaşı, hazırda hadisələrin yadında qalmadığından ona suallar verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs3la dəqiq xatırlamır nə vaxt tanış olub, ya Qazaxıstanda ya Türkiyədə tanış olmuşlar, Rinatla müxtəlif restoranlara getmişlər, hətta Türkiyədə bir yerdə ailəli olmuşlar. 2017-ci ildə Zərərçəkmiş şəxs Türkiyə Respublikasından Qazaxıstan Respublikasına Azərbaycan Respublikasından tranzit keçməklə tekstil mallarından ibarət yük vurmuş, tekstil malları Qazaxıstan Respublikasının gömrük əməkdaşları tərəfindən saxlanılmış və saxlanılan malların buraxılması üçün Təqsirləndirilən şəxs3 onlardan 300.000 ABŞ dolları pul istəmişdi. Zərərçəkmiş şəxs 300.000 ABŞ dolları olmadığı bu işlə bağlı 275.000 ABŞ dolları məbləğində vəsaiti onun və İlkin vasitəsi ilə Rinata göndərmişdir. Həmin pullar İlkinlə birlikdə 2017-ci ilin səhv etmirsə sentyabr-oktyabr aylarında 200.000 və 75.000 ABŞ dolları olmaqla 2 dəfəyə ya da 200.000, 50.000 və 25.000 ABŞ dolları olmaqla 3 dəfəyə Bakı şəhərində, Nərimanov Rayonu Çin restoranının yanında Rinatın ona dediyi Şahab adlı şəxsin vasitəsilə Şahabın adamına vermişdir. Rinatla əlaqə saxlamış və sonuncunu həmin pulu aldığını təsdiq etmişdir. 2018-ci ildə Amil Rinata 12 konteyner tütün məhsulları vermişdir. Həmin malın da keçirilməsi üçün 190.000 və 60.000 ABŞ dolları olmaqla 2 dəfəyə cəmi 250.000 ABŞ dolları pul fevral ayının ya əvvəlində, ya da ortasında Rinata göndərilmişdir. 250 000 ABŞ dollarının Miron vasitəsi ilə Rinata verilmiş, hətta onlar Miron, Amil və Rinat kafedə oturub onu yoxlamaq məqsədi ilə ona zəng etmişlər. Pul Bakı şəhərində, Nərimanov Rayonu Çin restoranının yanında Rinatın ona dediyi Şahab adlı şəxsin vasitəsilə Şahabın adamına vermiş, pulun verilməsində İlkin iştirak etmişdir. Zərərçəkmiş şəxs Rinata borclu olmasında xəbəri yoxdur, hər bir halda Amilin malları Qazaxıstanda müsadirə olunub, bu səbəbdən onu borcu ola bilməz. Ümumilikdə Rinata 525.000 ABŞ dolları məbləğində pul göndərilib. Rinatla bağlı o deyil, Amil hüquq mühafizə orqanlarına şikayət edib. Amilin 10.000 ABŞ doları pul müqabilində şikayətinin geri götürülməsi barədə xəbəri yoxdur. Həmin vaxt o, Şahab və adını xatırlamadığı başqa şəxslə əlaqə saxlayırdı. Şahab əslən iranlı olsa da, Türkiyədə yaşayır. Həmin vaxt, yəni 2017-2018-ci illərdə (055) ***-**-** (whatsapp isə rus nömrəsi idi) və (050) ***-**-** mobil telefon nömrələrindən istifadə etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Əvvəllər Türkiyə Respublikasından tikinti materialları və meyvə-tərəvəz alıb Azərbaycandan tranzit keçirməklə Qazaxıstan Respublikasına aparıb satışını həyata keçirmişdir. 2016-cı ildə dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə Türkiyə Respublikasından tikinti materialları və meyvə-tərəvəz, həmçinin İİR-dan meyvə-tərəvəz alıb Azərbaycan Respublikası və Qazaxıstan Respublikasından tranzit keçməklə Rusiya Federasiyasına aparıb satışını həyata keçirmək üçün Qazaxıstan Respublikasının Aktau şəhərinə getmişlər. Türkiyədən birbaşa Rusiya Federasiyasına malları idxal etmək üçün alınan gömrük ödənişinin məbləği çox olduğundan, lakin həmin gömrük ödənişlərinin məbləği Qazaxıstan Respublikasında az olduğundan, Qazaxıstan Respublikası ilə Rusiya Federasiyası arasında gömrük ittifaqı olduğundan və aralarında malların idxal və ixracına görə gömrük ödənişləri alınmadığından qərar vermişlər ki, Türkiyə Respublikasından və İİR-dan malları alıb Qazaxıstan Respublikasına aparsınlar. Orada malları gömrük rəsmiləşdirməsindən keçirdikdən sonra həmin malları aparıb Rusiya Federasiyasında satışını həyata keçirsinlər. Odur ki, 2016-cı ilin yanvar ayında Təqsirləndirilən şəxs1 ilə birlikdə təyyarə ilə Qazaxıstan Respublikasının Aktau şəhərinə getmişlər. Həmin ilin ortalarında Qazaxıstan Respublikasının Aktau şəhərində kirayədə yaşadıqları mənzildə ona telefon zəngi gəlmişdir. O, telefona cavab verdikdə həmin şəxs özünü Rinat kimi təqdim etmiş və 4 və ya 5 yük avtomobilin Qazaxıstan Respublikasının Aktau şəhərinin “Morport” gömrük postunda saxlanıldığını bildirib bunun səbəbkarlarının onların olduqlarını demişdir. O isə Rinata gömrük işçisi olmadığını bildirib Rinatdan həmin malları necə saxlaya biləcəyini soruşmuşdur. Rinat isə onun yanında bir nəfərin də olduğunu bildirərək bəlkə bunları həmin şəxsin etdiyini demişdir. O isə həmin şəxsin, yəni Təqsirləndirilən şəxs1 hazırda yanında olduğunu bildirmiş və mobil telefonu Təqsirləndirilən şəxs1 vermişdir. Rinat eyni sözləri Təqsirləndirilən şəxs1 də demiş və Ruminyada olduğunu, gələn həftə gələcəyini və gəldikdə bu barədə danışacağını bildirmişdir. Təxminən 2-3 gündən sonra həmin şəxs onları görüşə çağırmış, onlar da Rinatın dediyi yerə getmişlər və bir kafedə oturmuşlar. Söhbət əsnasında Rinat onlardan nə işlə məşğul olduqlarını soruşmuş, onlar isə X6 Respublikasına tikinti və meyvə-tərəvəz, İİR-dan isə meyvə-tərəvəz idxal etdiklərini və aparıb Rusiya Federasiyasında satışını həyata keçirdiklərini bildirmişlər. Onlar Rinatdan gömrükdə saxlanılan yük avtomobillərində olan malların da tikinti və ya meyvə-tərəvəz malları olub-olmadığını soruşmuş, Rinat isə onlara saxlanılan yük avtomobillərində olan malların Türkiyədən idxal olunan tekstil mallar olduğunu bildirmişdir. Söhbət əsnasında onlara məlum olmuşdur ki, saxlanılan tekstil malları Rinata məxsus deyil. Rinat sadəcə gömrükdə olan tanışları vasitəsi ilə müəyyən malları güzəştli şəkildə, yəni gömrük ödənişlərini az ödəmək şərti ilə malları gömrük rəsmiləşdirməsindən keçirib sahibinə verir və oradan öz faizini götürür. Sonra saxlanılan avtomobillərə görə onların adlarının səhv hallandığını bildirib gələcəkdə belə hallar olduqda bir-birilərinə dəstək olmağı təklif etmiş və beləliklə də onlar tanış olmuşlar. Bundan sonra onlar işlərinə davam etmiş, hər 10-15 gündən bir Rinatla zəngləşib görüşmüşlər. 2017-ci ilin may ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs onlara zəng edərək Türkiyə Respublikasından Qazaxıstan Respublikasına Azərbaycan Respublikasından tranzit keçməklə tekstil mallarından ibarət yük aparmağı təklif edib bu işlərlə orada ətraflı maraqlanmaqlarını xahiş etmişdir. Onlar isə bu barədə təcrübəsi olan Rinata müraciət etmək qərarına gəlib Rinatla görüş təyin etmişlər. Onlar da X6 Respublikasına tekstil mallar idxal etmək istədiklərini bildirib bu işlərdə onlara köməklik etməsini xahiş etmişlər. O isə onlara hər tekstil malları gətirən yük avtomobilinə görə 45000 ABŞ dolları pul aldığını, lakin bu xidməti onlara 40000 ABŞ dollarına edəcəyini bildirmişdir. Onlar da Rinatın onlara dediyi həmin məbləği Zərərçəkmiş şəxs demiş, sonuncu isə həmin məbləğdə ödəniş etməklə Qazaxıstan Respublikasına mal idxal etməyin sərfəli olduğunu bildirib razılaşmışdır. Onlar isə qeyd edilən malları Qazaxıstan Respublikasına idxal etdikləri halda hər yük avtomobilinə görə 45000 ABŞ dolları ödəməli olduqlarını öyrəndiklərindən Rinatın təklifi cazib gəlmiş bu səbəbdən Rinatla razılaşmışlar. Ona görə də onlar Türkiyə Respublikasından təxminən ******* ABŞ dolları dəyərində tekstil mallarından ibarət yük sifariş vermiş, həmin yüklər 4 yük avtomobilində gəlməli idi. 2017-ci ilin iyun ayında Rinat onlar zəng edib yüklərin Qazaxıstan Respublikasının Aktau şəhərinin “Morport” gömrük postuna gəldiyini bildirib ertəsi gün malları çıxaracağını demişdir. Ertəsi gün saat 10-12 radələrində onlara zəng edib malların artıq Rusiya Federasiyasına gedən yük avtomobillərinə yükləndiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs1lə birlikdə avtomobillərin yükləndiyi yerə getmiş, ora çatanda bir avtomobilin artıq yüklənib qurtardığını, digər avtomobilin isə yükləndiyini görmüşlər. Təxminən 5 dəqiqə keçməmiş 4-5 nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq vəsiqələrini təqdim edib qaçaqmalçılığa qarşı mübarizə şöbəsinin əməkdaşları olduğunu bildirib və malların sahibinin kim olduğunu soruşmuşlar. Onlar isə həm qorxduqları üçün, həm də malları Zərərçəkmiş şəxs sifariş verdiyindən malların onlara məxsus olmadığını bildirmişlər. Həmin vaxt Rinat da onların yanında olmuş, orada hamısının adları və soyadları soruşulmuş, onlar bir-bir özlərini təqdim etmişlər. Sonra Rinat buraxılmış, amma onları İstintaq İdarəsinə aparılaraq izahatları alınıb nə işlə məşğul olduqlarını soruşmuşlar. Onlar həmin əməkdaşlara bildirmişlər ki, Türkiyədən bildirmişlər. İzahatları alındıqdan sonra mobil telefon nömrələri götürülmüş, lazım olduqda onları çağıracaqlarını bildirmişlər. Sonra Rinat onlara bir səflik olduğunu bildirib bu işlərlə özünün məşğul olacağını demişdir. Ertəsi gün onlar işləri ilə əlaqədar təyyarə ilə Rusiya Federasiyasının Moskva şəhərinə uçub orada olan işlərini gördükdən sonra birbaşa təyyarə ilə Gürcüstanın Tblisi şəhərinə uçmuşlar. Təxminən orada 2 həftə qaldıqdan sonra oradan da Bakı şəhərinə uçmuşlar. Bundan sonra onlar mütəmadi olaraq Rinatla əlaqə saxlayıb avtomobillərin nə vaxt buraxılması ilə maraqlanmışlar. Təxminən bir ay keçdikdən sonra malların buraxılmadığını görüb malların aqibəti ilə maraqlanmaq üçün Təqsirləndirilən şəxs1 təyyarə ilə Qazaxıstan Respublikasının Aktau şəhərinə uçmuşdur. Təqsirləndirilən şəxs1 təxminən 40 gün orada qalıb avtomobillərin nə vaxt buraxılacağı ilə maraqlanmışdır. Rinat isə hər dəfə malları yaxınlarda buraxılacağını bildirmişdir. Sonra İlkin onların barələrində cinayət işinin açılacağını öyrənib öz təhlükəsizliyi üçün Bakı şəhərinə qayıtmışdır. 2017-ci ilin sentyabr ayına kimi Rinat malların buraxılacağını bildirmiş, lakin sonda qeyd edilən malların buraxılması üçün 275000 ABŞ dolları pul tələb edildiyini demişdir. Onlar qeyd edilən pulu tapa bilməyəcəklərini bildirdikdə Rinat onlara demişdir ki, “bu sizin şəxsi işinizdir, sizin burada bir milyondan artıq məbləğdə malınız var, əks halda malınız batacaq”. Onlar bir-iki gün fikirləşib onsuz da hər avtomobilə görə 40000 ABŞ dolları, ümumilikdə 160000 ABŞ dolları pul verəcəklərini düşünmüş və 200000 ABŞ dolları pul verməyə razılaşmışlar. Odur ki, malın sahibi Zərərçəkmiş şəxs onlara Təqsirləndirilən şəxs3 çatdırmaq üçün 200000 ABŞ dolları pul vermiş, sonra Rusiya Federasiyasında olan tanışları vasitəsi ilə 200000 ABŞ dolları pulu Qazaxıstan Respublikasına necə göndərə biləcəkləri ilə maraqlanmışlar. Tanışları Moskva şəhərində yaşayan İİR-sı vətəndaşının pul köçürməsi işləri ilə məşğul olduğunu bildirib həmin şəxslə əlaqə saxlamalarını demişlər. Onlar da xx.xx.2017-ci il tarixdə həmin şəxslə əlaqə saxlayıb 200000 ABŞ dolları pulu necə Qazaxıstan Respublikasına göndərə biləcəklərini soruşmuşlar. Həmin şəxs də onların “whatsap” nömrələrini soruşmuş və yarım saat müddətində onlarla əlaqə saxlanılacağını demişdir. Təxminən yarım saat sonra onlara Rusiya operatoruna məxsus mobil nömrəsi ilə qeydiyyatdan keçmiş “whatsapp” proqramı ilə zəng edilmiş və onları Bakı şəhəri Nərimanov rayonu ərazisində olan Çin restoranın yanına dəvət etmişlər. Onlar da qeyd edilən yerə getmiş və həmin şəxslə görüşmüşlər. Həmin şəxs Şahaba zəng vurmuş və onlar pulu verəcəkləri şəxsin həmin şəxs olub-olmadığını soruşmuşdur. Şahab isə pulu verəcəkləri şəxsin həmin şəxs olduğunu bildirmiş, onlar 200000 ABŞ dolları pulu həmin şəxsə vermişlər. Sonra Şahab onlara zəng edib Qazaxıstan Respublikasının mobil operatoruna məxsus bir nömrə vermiş, onlar da həmin mobil nömrəni Rinata göndərmişlər. Təxminən 15 dəqiqədən sonra Rinat zəng edib qeyd edilən nömrə ilə danışdığını bildirib 2 saat müddətində həmin şəxslə görüşüb pulu alacağını demişdir. Təxminən 2 saatdan sonra Rinat zəng edib 200000 ABŞ dolları pulun çatdığını bildirmiş, eyni zamanda Şahab da zəng edib həmin məbləğdə pulun Qazaxıstan Respublikasında Rinat adlı şəxsə çatdığını demişdir. Sonra onlar Rinata zəng edib malların nə vaxt buraxılacağını soruşmuş, Rinat isə 1 həftə, uzağı 10 gün müddətində bu işlərin yekunlaşacağını bildirmişdir. Təxminən 10 gün sonra Rinata zəng edib işlə maraqlanmış və Rinat yenə 10 gün sonra həll olunacağını bildirmişdir. 2017-ci ilin oktyabr ayının sonlarında Rinat zəng edib işlərin yekunlaşmaq üzrə olduğunu bildirmiş dediyi əlavə 75000 ABŞ dolları pulu da göndərməli olduqlarını demişdir. Sonra Rinatın dediyi 75000 ABŞ dolları pulu da Şahabın Bakı şəhərində olan nümayəndəsinin vasitəsi ilə Rinata göndərmişlər. Bundan sonra Rinatla mütəmadi olaraq əlaqə saxlayaraq nə üçün malların buraxılmaması ilə maraqlanmış, Rinat isə yenə bu gün–sabah buraxılacağını deyərək onları aldatmışdır. Bundan sonra xəbər tutmuşlar ki, onlar barədə cinayət işi açılmış, onları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə çağırılıb Qazaxıstan Respublikasından beynəlxalq tapşırıq gəldiyini bildirib orada onların ifadələri alınmışdır. Onların ifadələri malların çıxarılması ilə əlaqədar danışıqlar gedən müddətdə Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs Qazaxıstan Respublikasına tütün məmulatları göndərəcəyi halda həmin malların gömrük sərhədindən keçirilərək satışını təmin edəcəyi və həmin malların satışından əldə edilən gəlirdən Amilə də pay verəcəyini bildirmişdir. Amil də, Təqsirləndirilən şəxs3 etibar etdiyi üçün 12 ədəd yük avtomobil tütün məmulatlarını Qazaxıstan Respublikasına göndərmiş, Təqsirləndirilən şəxs3 həmin malları gömrük sərhədindən keçirib, satışını təmin edib, əldə edilən gəlirdən ona düşən payı versin. Sonra Təqsirləndirilən şəxs3 Tolik Mironov deyə çağırılan tanışı malların Qazaxıstan Respublikasına çatdığını və satış üçün Moskva şəhərinə göndəriləcəyini demiş, bu barədə Rinatla aralarında olan söhbət zamanı sonuncu Mironovun dediklərini təsdiq etmiş, lakin bir qədər çətinlik olduğunu, amma qısa vaxtda məsələni həll edəcəyini demişdir. Lakin bir neçə gün sonra Rinat ona tütün məmulatlarının gömrükdə saxlandığını, malların buraxılması üçün 250.000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmiş, o da bu barədə Amilə məlumat vermişdir. Amil də malların ümumi dəyərinin tələb edilən məbləğdən yuxarı olduğunu nəzərə alaraq bu təkliflə razılaşmış və Təqsirləndirilən şəxs3 çatdırmaları üçün İlkinlə ona 250.000 ABŞ dolları məbləğində pul vermişdir. Onlar da həmin pulu Təqsirləndirilən şəxs3 çatdırılmasını təmin etməsi üçün Şahabın Bakı şəhərindəki nümayəndəsi ilə görüşüb ona vermişlər. Həmin pullar Qazaxıstan Respublikasında əvvəlcə Təqsirləndirilən şəxs3 adamı Tolik Mironova çatdırılmış, sonra isə Təqsirləndirilən şəxs3 telefonla zəng edərək Tolik Mironova verilmiş 250.000 ABŞ dolları məbləğində pulun özündə olduğunu, qısa vaxtda tütün məmulatları və tekstil mallarının gömrük postundan çıxarılmasını təmin edəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs3 həmin malların da göndərilməsini təmin etməmiş, verilən pulları da geri qaytarmamışdır. Apellyasiya şikayətləri üzrə məhkəmə baxışı zamanı dindirilmiş məhkum Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 2016-cı ildən Qazaxıstan Respublikasının Aktau şəhərindən tanıyır. Rinatın özü də əvvəllər Qazaxıstan Respublikası hüquq mühafizə orqanlarında işlədiyi üçün tanışları çox olmuşdur. 2017-ci ildə Zərərçəkmiş şəxs Türkiyə Respublikasından Qazaxıstan Respublikasına Azərbaycan Respublikasından tranzit keçməklə tekstil mallarından ibarət yük vurmuş, tekstil malları Qazaxıstan Respublikasının gömrük əməkdaşları tərəfindən saxlanılmış və saxlanılan malların buraxılması üçün Təqsirləndirilən şəxs3 onlardan 300.000 ABŞ dolları pul istəmişdi. Zərərçəkmiş şəxs 300.000 ABŞ dolları olmadığı bu işlə bağlı 275.000 ABŞ dolları məbləğində pul verə biləcəyini bildirmişdir. Həmin pulları Maliklə birlikdə 2017-ci ilin səhv etmirsə ya sentyabr ya da oktyabr aylarında Bakı şəhərində Çin restoranının yanında Rinatı dediyi şəxsə ya iki dəfəyə ya da 3 dəfəyə vermişlər. Göstərilən pul məbləğləri 200.000, 50.000 və 25.000 ABŞ dolları olmaqla, 3 dəfəyə, ya da 200.000 və 75.000 ABŞ olmaqla 2 dəfəyə Şahab adlı şəxsin vasitəsilə Şahabın adamına verilib. Pulu verilməsində bilavasitə iştirak etsə də, pulu verdikləri şəxsi tanımır. Həmin şəxslə whatsap proqramı üzərindən əlaqə saxlamışlar. Həmçinin qeyd edir ki, pulun çatması ilə əlaqədar Rinatla telefonla əlaqə saxlamışlar, sonuncu isə pulun çatmasını təsdiq etmişdir. 2018-ci ildə Amil Rinata 12 konteyner mal vermiş, lakin həmin mallar gömrükdə tutulmuşdur. Həmin malın da keçirilməsi üçün 190.000 və 60.000 ABŞ dolları olmaqla, cəmi 250.000 ABŞ dolları pul Rinata göndərilmişdir. Həmin pul fevral ayının ya əvvəlində, ya da ortasında Rinata göndərilmişdir. Pul Bakı şəhərində, Bakı şəhəri Nərimanov rayonu Çin restoranının yanında Rinatın ona dediyi Şahab adlı şəxsin vasitəsilə Şahabın adamına vermiş, pulun verilməsində Malik də iştirak etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, göstərilən məbləğləri onunla Malik Bakı şəhərində Çin restoranının yanında Şahab adlı şəxsin adamına vermişlər. Amil özü Bakıda olmadığından onlara tapşırırdı ki, lazımi yerdən pulları götürüb aparıb təhvil versinlər. Sonradan Rinat onun özü və Maliklə əlaqə saxlayıb pulları aldığını bildirmişdir. Siqaretlər Amilə aid olmasını ilə bağlı rəsmi sənədlərin olub-olmamasında məlumatsız olsa da, bildiyinə görə tütün məhsulları Amilə məxsus idi. X12 getmələrindən məlumatsız olmuşdur. Rinatın Bakıya gəlməmişdən əvvəl Amilin ona borcunun olmasından xəbərsiz idi. Pulların götürülməsi prosesini Malik danışırdı. Xalq təsərrüfatı malları Aktauya daxil olduğu 2017-ci ilin iyul-avqust aylarından 3-4 ay sonra, yəni sentyabr-oktyabr aylarında 275.000 ABŞ dolları məbləğində pullar verilib. Pulları Amilin evindən götürülüb. Amilin evi Təhsil Nazirliyinin yanında yerləşir. Həmin vaxt o, (050) ***-**-** və (050) ***-**-** mobil telefon nömrələrindən istifadə etmiş, 4 yük maşınında siqaret olmayıb, siqaretlər sonradan 12 konteynerlə göndərilib. İstintaq zamanı Amilin Rinatdan bu məsələlərdən əl çəkməsi qarşılığında 100.000 ABŞ dolları istəməsi barədə eşitməmiş, 250.000 ABŞ dolları məbləğində pul 2018-ci ilin fevral ayında göndərilib. Həmin pullar 12 konteyner siqaretin keçirilməsinə görə verilib. Göndərilən pulların qəbul edilməsi 1-2 saat çəkirdi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, əvvəllər Türkiyə Respublikasından tikinti materialları və meyvə-tərəvəz alıb Azərbaycandan tranzit keçirməklə Qazaxıstan Respublikasına aparıb satışını həyata keçirmişdir. 2016-cı ildə dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Türkiyə Respublikasından tikinti materialları və meyvə-tərəvəz, həmçinin İİR-dan meyvə-tərəvəz alıb Azərbaycan Respublikası və Qazaxıstan Respublikasından tranzit keçməklə Rusiya Federasiyasına aparıb satışını həyata keçirmək üçün Qazaxıstan Respublikasının Aktau şəhərinə getmişlər. Türkiyədən birbaşa Rusiya Federasiyasına malları idxal etmək üçün alınan gömrük ödənişinin məbləği çox olduğundan, lakin həmin gömrük ödənişlərinin məbləği Qazaxıstan Respublikasında az olduğundan, Qazaxıstan Respublikası ilə Rusiya Federasiyası arasında gömrük ittifaqı olduğundan və aralarında malların idxal və ixracına görə gömrük ödənişləri alınmadığından qərar vermişlər ki, Türkiyə Respublikasından və İİR-dan malları alıb Qazaxıstan Respublikasına aparaq və orada malları gömrük rəsmiləşdirməsindən keçirdikdən sonra həmin malları aparıb Rusiya Federasiyasında satışını həyata keçirsinlər. 2016-cı ilin ortalarında Təqsirləndirilən şəxs2 etdiyi təsadüfi zəng nəticəsində tanışlıq münasibətləri yarandığı Qazaxıstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs3 Qazaxıstan Respublikasının gömrük orqanlarında kifayət qədər nüfuzu olan şəxs olmuşdur. Həmin şəxsin özü də əvvəllər Qazaxıstan Respublikası hüquq mühafizə orqanlarında işlədiyi üçün tanışları çox olmuşdur. Bir neçə dəfə Qazaxıstan Respublikasına apardıqları meyvə-tərəvəz məhsullarının rəsmiləşdirilməsi işlərində o, onlara köməklik göstərmişdir. Bir neçə dəfə Qazaxıstan Respublikasına apardıqları meyvətərəvəz məhsullarının rəsmiləşdirilməsi işlərində o, onlara köməklik göstərmişdir. 2017-ci ilin may ayının əvvəllərində o, tanışı Azərbaycan Respublikası vətəndaşı olan Zərərçəkmiş şəxs ilə telefon danışığı zamanı Təqsirləndirilən şəxs3 haqqında məlumat vermiş, yaxşı ticarət əlaqələrinin olduğunu, həmin şəxslə münasibət qurmağın məqsədəmüvafiq olduğunu ona bildirmişdir. Bundan sonra Amil də, ona Təqsirləndirilən şəxs3la şəxsən tanış olacağı halda ticarət əlaqələri qurmaq məsələsini dəyərləndirə biləcəyini demişdir. O, Amil barəsində Təqsirləndirilən şəxs3 danışmış, Rinat da, Amillə tanış olmaq istədiyini bildirmişdir. Bu məqsədlə 2017-ci ilin birinci rübündə o, dostu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə Türkiyə Respublikasına getmişlər ki, həmin vaxt orada olan Zərərçəkmiş şəxsla Rinat tanış olsunlar. Amil onları aeroportda qarşılamış və onları restorana aparıb ziyafət vermiş, bir həftə orada qaldıqları müddətdə Amillə Rinat arasında yaxşı münasibətlər qurulmuşdur. Amil ona Rinata etibar edə biləcəyini demiş, söhbət zamanı X27 Respublikasından satılması üçün Rusiya Federasiyasının Moskva şəhərinə göndərilməsi üçün Qazaxıstan Respublikasına tekstil malları göndərəcəyi halda həmin malları özünün Qazaxıstan Respublikasının gömrük sərhədlərindən keçirilməsini və Moskva şəhərinə göndərilərək satışını təmin edəcəyini və həmin satışdan əldə olunan gəlirdən ona aid olan payı göndərəcəyini bildirmişdir. Bundan sonra Amil onunla razılaşmış, onlar birlikdə tekstil mallarının satışı ilə məşğul olan mağazaları və tekstil istehsalı ilə məşğul olan fabrikləri gəzmişlər. Amil orada həmin mallardan 1.700.000 ABŞ dolları məbləğində malların alışını icra etmiş və həmin malları Qazaxıstan Respublikasına göndərilməsini təmin edəcəyini demişdir. Bundan sonra o, Malik və Rinat Qazaxıstan Respublikasına qayıtmış, Amil isə Türkiyə Respublikasında qalmışdır. Amil xx.xx.2017-ci il tarixdə həmin malların 4 yük avtomobili ilə Türkiyə Respublikasından yola saldığını və həmin malların qısa müddətdə Qazaxıstan Respublikasında olacağı barədə Rinata məlumat vermiş, Rinat da, bu barədə onlara məlumat vermişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2017-ci il tarixdə onlara zəng edərək malların Qazaxıstan Respublikası gömrük sərhəddini keçdiyini və artıq əvvəlcədən nəzərdə tutulmuş anbarda Moskva şəhərinə göndərilməsi üçün digər avtomobillərə yüklənildiyini demişdir. O da, Maliklə birlikdə malların digər avtomobillərə yüklənməsinə nəzarət etmək məqsədi ilə anbara getmişlər. Onlar ora çatanda artıq avtomobillərdən biri boşaldılıb digər avtomobilə yüklənmiş, həmin vaxt Təqsirləndirilən şəxs3 da anbara gəlmişdir. Bir qədər sonra qəflətən 5-6 nəfər mülki geyimli şəxslər anbara gələrək sənədlərini təqdim etmiş, onlar həmin şəxslərin maliyyə polisinin əməkdaşları olduqlarını öyrənmişlər. Həmin şəxslər onlara tekstil mallarının gömrük qeydiyyatından keçmədən Qazaxıstan Respublikası sərhədlərinə daxil olduğunu bildirmişlər. O və Malik Rinatdan nə baş verdiyini soruşduqda Rinat onlara nəsə anlaşmazlıq olduğunu, bu məsələni özünün həll edəcəyini, malları Moskva şəhərinə göndərib orada satışını təmin edəcəyini bildirmişdir. Bundan sonra onlar da arxayın olub qaldıqları evə qayıtmış, bir qədər sonra Rinata zəng edərək qaldıqları evə çağırmışlar ki, onlardan sonra nələr baş verdiyini öyrənsinlər. Rinat onların yaşadıqları evə gəldikdən bir neçə dəqiqə sonra polis əməkdaşları evə gələrək axtarış-götürmə etmişlər. Axtarış-götürmədən sonra onlar da polis əməkdaşları ilə birlikdə idarəyə getmiş və orada izahat vermişlər. Rinat yenə də, onlara narahat olmamağı işləri özü yoluna qoyacağını demişdir. Həmin vaxt onlar Amilə də zəng edərək bu barədə məlumat vermiş və Rinatın məsələni həll edəcəyini bildirmişlər. Ertəsi gün onlar işləri ilə əlaqədar təyyarə ilə Rusiya Federasiyasının Moskva şəhərinə uçmuş, orada işlərini gördükdən sonra isə birbaşa təyyarə ilə Gürcüstanın Tblisi şəhərinə qayıtmışlar. Orada təxminən 2 həftə qaldıqdan sonra oradan Bakı şəhərinə gəlmişlər. Bundan sonra onlar mütəmadi olaraq Rinatla əlaqə saxlayıb avtomobillərin nə vaxt buraxılması ilə maraqlanmışlar. Təxminən 1 ay keçdikdən sonra malların buraxılmadığını görüb maraqlanmış, Rinat isə hər dəfə malları yaxınlarda buraxılacağını bildirmişdir. Sonra onların barələrində cinayət işinin açılacağını öyrənib öz təhlükəsizliyi üçün Bakı şəhərinə qayıtmışdır. 2017-ci ilin sentyabr ayına kimi Rinat malların buraxılacağını, lakin qeyd edilən malların buraxılması üçün 275.000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Həmçinin Rinat onlara “sizin burada bir milyondan artıq məbləğdə malınız var, əks halda malınız batacaq” demişdir. Bundan sonra onlar bu barədə Zərərçəkmiş şəxs məlumat vermiş, o, da Rinatın düz dediyini tekstil mallarının qiymətinin çox baha olduğunu malların batmasının heç kimə xeyri olmayacağını deyib, həmin pulu Rinata göndərməyə razılıq vermişdir. Sonra Zərərçəkmiş şəxs onlara Təqsirləndirilən şəxs3 çatdırmaq üçün 200.000 ABŞ dolları pul vermişdir. Bundan sonra Rusiya Federasiyasında olan tanışları vasitəsi ilə 200.000 ABŞ dolları pulu Qazaxıstan Respublikasına necə göndərə biləcəkləri ilə maraqlanmışlar. Sonra onlar Moskva şəhərində yaşayan İİR-sı vətəndaşının pul köçürməsi işləri ilə məşğul olduğunu öyrənib həmin şəxslə əlaqə saxlamışlar. Onlar 01 oktyabr 2017-ci il tarixdə həmin şəxslə əlaqə saxlayıb 200.000 ABŞ dolları pulu necə Qazaxıstan Respublikasına göndərə biləcəklərini soruşmuşlar. Həmin şəxs onların “whatsap” nömrələrini soruşmuş və yarım saat müddətində onlarla əlaqə saxlanılacağını demişdir. Təxminən yarım saat sonra onlara Rusiya operatoruna məxsus mobil nömrəsi ilə qeydiyyatdan keçmiş “whatsap” proqramı ilə zəng edilmiş və onlar Bakı şəhəri Nərimanov rayonu ərazisində olan Çin restoranın yanına dəvət edilmişlər. Onlar qeyd edilən yerə getmiş və həmin şəxslə görüşmüş, həmin şəxs Şahaba zəng vurmuş və onlar pulu verəcəkləri şəxsin həmin şəxs olubolmadığını soruşmuşlar. Şahab isə pulu verəcəyimiz şəxsin həmin şəxs olduğunu bildirdiyindən onlar 200.000 ABŞ dolları pulu həmin şəxsə vermişlər. Sonra Şahab onlara zəng edib Qazaxıstan Respublikasının mobil operatoruna məxsus bir nömrə vermiş, onlar da həmin mobil nömrəni Rinata göndərmişdir. Təxminən 15 dəqiqədən sonra Rinat onlara zəng edib qeyd edilən nömrə ilə danışdığını bildirib 2 saat müddətində həmin şəxslə görüşüb pulu alacağını demişdir. Təxminən 2 saatdan sonra Rinat zəng edib 200.000 ABŞ dolları pulun çatdığını bildirmiş, eyni zamanda Şahab da zəng edib həmin məbləğdə pulun Qazaxıstan Respublikasında Rinat adlı şəxsə çatdığını demişdir. Sonra onlar Rinata zəng edib malların nə vaxt buraxılacağını soruşmuş, Rinat isə 1 həftə, uzağı 10 gün müddətində bu işlərin yekunlaşacağını bildirmişdir. Təxminən 10 gün sonra Rinata zəng edib işlə maraqlanmış, Rinat yenə 10 gün sonra həll olunacağını, amma 75.000 ABŞ dollarını tez göndərmələrini demişdir. Bir qədər sonra onlar 75000 ABŞ dolları pulu da Şahabın Bakı şəhərində olan nümayəndəsinin vasitəsi ilə Rinata göndərmiş, sonra Rinat da, onlara pulu aldığı barədə məlumat vermişdir. Bundan sonra Rinatla mütəmadi olaraq əlaqə saxlayaraq nə üçün malların buraxılmaması ilə maraqlanmış, Rinat isə yenə bugün–sabah buraxılacağını deyərək onları aldatmışdır. Sonradan onlara məlum olmuşdur ki, onların barəsində cinayət işi açılmışdır. Bundan sonra onları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə çağırılaraq Qazaxıstan Respublikasından beynəlxalq tapşırıq gəldiyini bildirib orada onların izahatları alınmışdır. Eyni zamanda onlar Azərbaycan Respublikası Prokurorluğunun Beynəlxalq Əlaqələr İdarəsinə dəvət edilmiş, orada da Qazaxıstan Respublikasından beynəlxalq tapşırıq gəldiyini bildirilib izahatları alınmışdır. O, X15 tanımır, X9 isə Qazaxıstan Respublikasının Aktau şəhərində yaşayan və taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımış, münasibəti olmamışdır. Təqsirləndirilən şəxs3 X15 tanıyıbtanımaması barədə heç bir məlumatı olmamışdır. X17 Ayzakov isə Təqsirləndirilən şəxs3 köməkçisi kimi sonuncunun bütün işlərini görüb, etibarlı şəxs kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs3, Qazaxıstan polisi tərəfindən saxlanılmış 1.170.000 ABŞ dolları dəyərində tekstil mallarının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən onun və Təqsirləndirilən şəxs2 məlumatı olmamışdır. Onlar mallar gömrük sərhədindən keçdikdən sonra avtomobillərə daşınmasına isə Dualet Ayzakov rəhbərlik etmiş, lakin bütün bu prosesləri isə Təqsirləndirilən şəxs3 birbaşa idarə etmişdir. Onlara göstərişlər Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş, malların Qazaxıstan Respublikası gömrük sərhədindən keçirilməsini Təqsirləndirilən şəxs3 təmin etmişdir. Amma bunu o, necə etməsi barədə onların məlumatı olmamış, o və Təqsirləndirilən şəxs2 malların qaçaq keçirilməsini polislər malları saxladıqdan sonra bilmişlər. Bu işdə əsas adam Təqsirləndirilən şəxs3 olmuş, o və Malik həmin prosesdə iştirak etsələr də malların qaçaqmalçılıq yolu keçirilməsindən xəbərsiz olmuşlar. Dualet Ayzakovun isə bu barədə xəbərinin olubolmamasından xəbərsiz olmuşdur. Mallar gömrük sərhədində saxlanıldıqdan sonra bunun səbəbini öyrənmək üçün onlar Rinatı evə çağırmış, Rinat da evə gəlmiş, müzakirəyə başlayan zaman polis əməkdaşları evə gəlmiş və axtarış-götürmə keçirmişlər. Axtarış zamanı götürülmüş noutbukun Təqsirləndirilən şəxs2 məxsus olduğunu, saxta sənəd və möhürlərin isə kimə məxsus olması barədə heç bir məlumatı olmamışdır. Əlavə olaraq Zərərçəkmiş şəxs onlara Təqsirləndirilən şəxs3 satışını təmin edərək əldə edilən gəlirdən Zərərçəkmiş şəxs pay verməsi üçün Dubaydan Qazaxıstana göndərdiyi tütün məmulatlarının Rinatın deməsinə görə gömrük postunda saxlandığını və Rinatın həmin malların buraxılması üçün də 250.000 ABŞ dolları lazım olduğunu dediyini bildirmişdir. Həmin vaxt hələ tekstil mallarının postdan çıxarılması söhbəti davam etdiyindən Amil tütün məmulatlarının 12 konteyner olmaqla, dəyərinin 1.200.000 ABŞ dolları olduğunu və Rinatın istədiyi pulun həmin malın dəyərindən aşağı olduğunu deyərək həmin pulu Rinata çatdırmalarını onlardan xahiş etmişdir. Malik və o, yenə Şahab vasitəsilə həmin 250.000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs3 çatdırmış, sonra Rinat da pulları aldığını və qısa müddət ərzində həm tekstil həm də tütün məmulatlarının buraxılmasını təmin edəcəyini onlara və Amilə bildirmişdir. Lakin sonra öyrənmişlər ki, Təqsirləndirilən şəxs3 tütün məmulatlarını hansısa üsulla keçirmiş, lakin onları aldadaraq tütün məmulatlarının postda saxlanıldığını demişdir. O, Malik, Şahid1, Amil və Rinat Bakı şəhərində görüşərək malların və pulların aqibəti barədə söhbət etmişlər. Rinat orada Amilə söz vermişdir ki, həmin malları gömrük postundan çıxararaq satışını təşkil edəcək və Amilə düşən payı verəcəkdir. Lakin heç nə Rinatın dediyi kimi olmamış, tekstil mallarının, tütün məmulatlarının və qeyd olunan mallarına görə Təqsirləndirilən şəxs3 verilmiş ümumilikdə 525.000 ABŞ dolları aqibəti barədə dəqiq məlumatı yoxdur. Lakin Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs məxsus tütün məlumatlarını Rafayıl Hümbətov adlı başqa bir şəxsin mallarını gömrükdən keçirə bilmədiyinə görə həmin şəxsə verməsini bilmişdir. Apellyasiya şikayətləri üzrə məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, məhkum edilmiş Təqsirləndirilən şəxs3 Qazaxıstanda çox tanınmış və imkanlı bir ailənin övladıdır. Sonuncunun Bakıda da bir çox hesablaşmaları olub və bununla əlaqədar Bakıya gəlib-gedirdi. Daha sonra Rinatla tanış olmuş və tanışlığının əsas səbəbi ortaq işlərin görülməsi olmuşdur. Rinatın atası Qazaxıstanda çox məşhur iş adamı olmaqla olduqca əlaqəli şəxsdir. Daha sonra Rinatla münasibət yaranmış, onunla zavodlara, dükanlara getmişlər, bir yerdə mal seçib hətta bir yerdə istirahət belə etmişlər. Malik və İlkinlə də yaxşı münasibətləri var, lakin sonunculardan Malik Rinatı daha əvvəl tanımışdır. 2017-ci ildə Rinatla razılaşaraq Qazaxıstana mal vurmuş, lakin sonra İlkin ona zəng edib bildirmişdir ki, vurulan mallarla bağlı karqoda problemlər yaranıbdır. Daha sonra o, həmin ilin may ayında Maliklə əlaqə saxlayıb işin həll olub-olmadığını öyrənməyə çalışmış, ondan sonra 2017-ci ilin iyun-may aylarında Rinat ona zəng edərək bəzi məsələlərdə çətinlik olduğunu, əlində pul olmadığını demiş, həmçinin əlində pul olmadığını, gömrüyə malın keçirilməsi ilə bağlı vəsait tələb olunduğu, qısacası köməyə ehtiyac olduğu bildirmiş, sonuncuya nə qədər kömək lazım olduğu soruşsalar da, cavabında 300 000 ABŞ dollar lazım olduğunu demiş, daha sonra Maliklə İlkinlə əlaqə saxlayıb 275 000 ABŞ dolları məbləğində pulu olduğunu və həmin vəsaiti haradan götürə biləcəklərini bildirmiş, pul səhv etmirsə, İlkinə verilmiş, o, İlkindən pulun çatıb-çatmadığın soruşmuş, sonuncu isə pulun çatdığını bildirmişdir. İlkinə inansa da, amma yenə də Malikə zəng etmiş və sonuncu pulun çatdığını bildirmiş, təxminən oktyabr ayının 22-si olardı ki, Maliklə əlaqə saxlamış, sonuncu pulun Rinata çatdığını, məsələnin həll olunduğunu, malların Moskva şəhərinə gedib, satılacağını bildirmişdir. Bir müddət sonra söhbət əsnasında Rinat siqaret işində də yaxşı pul olduğunu və istədiyi təqdirdə Qazaxıstana tütün məmulatları göndərib qarşılığında yaxşı qazanc əldə edə biləcəyini ona demişdir. Razılaşaraq 2017-ci ilin dekabr ayında 1.200.000 (bir milyon iki yüz min) ABŞ dolları məbləğində olan 12 konteyner tütün məmulatlarını Dubaydan İbrahimin ona dediyi İİR-də “Asan Seyir” yükdaşıma şirkətinə göndərmiş, daha sonra “Asan Seyir” yükdaşıma şirkəti ilə 2018-ci ilin yanvar ayında Qazaxıstan Respublikasının Aktau şəhərində yerləşən dəniz limanına “X32” şirkətinə göndərilmşdir. 2018-ci ilin mart, ya da aprel ayı olardı ki, Malik ona Rinatın Bakı gəldiyini, ona vəsait lazım olduğunu bildirmişdir. Sonuncuya daha əvvəldə pul verildiyi, hazırda özünə aid malın Qazaxıstanda olduğu bildirsə də, Malik onu arxayın salaraq narahat olmamasını bildirdi və o, tütün məmulatlarının keçirilməsi əlavə olaraq 250 000 ABŞ dolları pul vermişdir. Daha sonra Malikdən verilmiş pulun aqibəti ilə maraqlanmış, daha sonra may ayında Aktau şəhərinə getmişdir. Tanışlar vasitəsilə gömrüklə əlaqə saxladıqda, ona belə bir malın olmadığını dedilər. Belə olan halda Rinatın atası ilə əlaqə yaratmağa çalışmış, daha sonra Rinatın özü ilə görüşmüş və sonuncu ona arxayın salaraq gömrük məsələlərini yaxın müddətdə həll edib Azərbaycana gələcəyini bildirmişdir. Orada qaldığı oteldə bir nəfərlə tanış olmuş, o, ona bildirmişdir ki, o da Rinata 22 konteyner mal vermiş, Rinat onun da malını qaytarmamışdır. Rinatla danışıqlardan sonra 2018-ci ilin iyul ayında Rinat Bakı şəhərinə gəlmiş, onunla görüşmüşdür. Rinat tütün məhsulları ilə bağlı ona nə qədər güzəşt edə biləcəyi soruşmuş, o isə ona onun xətrinə 500 000 dollar güzəşt edə biləcəyini, həmin pulun nə vaxt verə biləcəyini soruşmuş, Rinat sabah pulu verə biləcəyini bildirsə də, daha sonra atası zəng edib demişdir ki, “mənim sənə verəcək pulum yoxdu, oğlum bilər, sən bilərsən, get, işinlə məşğul ol”. Rinatın hər dəfə yenə müxtəlif bəhanələr gətirərək ona məxsus malların pulunu verəcəyini bildirmişdir. O, artıq həmin şəxs tərəfindən aldadıldığını yəqin etmiş və həmin görüşdən sonra bununla bağlı polis orqanlarına müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinə ona işin müsbət həlli üçün, yəni şikayətdən imtina etməsi üçün 200 000 dollar təklif olunmuş, o isə cavabında bu işin 200 000 ilə həll olacaq məsələ olmadığını bildirmiş, iş Apellyasiya Məhkəməsinə gəlib çıxanda da bəzi şəxslər ziyanın ödənilməsi üçün ona pul təklif etsələr də, daha sonra o məsələ də alınmamışdır. Əlavə olaraq bildirmişdir ki, Qazaxıstandan Rinatla bağlı cinayət təqibi həyata keçirilir, sonuncu orada mütəşəkkil dəstənin rəhbəri kimi axtarışdadır. Yekunda məhkum edilmiş şəxsdən şikayətçi olduğunu və məhkəmədən sonuncuya ən ağır həddə cəza təyin edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, tranzit qaydada göndərilən mallar gəmidən asılı olaraq təxminən 15 gün, 1 ay, 5 ay müddətinə mənzil başına çatır. Malların alqı-satqısı ilə əlaqədar pullar qeyri-rəsmi yolla ödənilir. Yəni rəsmi yolla bank vasitəsilə 5-10 faiz ödəyəndə, qeyri rəsmi yolla 1 faiz ödənilir. Rinata göndərilməsi üçün Malikgilə iki dəfə olmaqla 200 000 dollar, bir daha sonra 75 000 dolar göndərmişdir. Özü yalnız tekstil məsələlərində iştirak etmiş, tütün məmulatları ilə bağlı məsələlərini və pul məsələlərini Malik danışmışdır. Tütün məmulatlarının onun olmasını Malik, İlkin və İbrahim təsdiq edə bilər, malların ona aid olması ilə bağlı rəsmi sənədləri yoxdur. Qazaxıstan dövlətindən verilən məlumata görə mal onlara paltar kimi rəsmləşdirilsə də, yükdən taxta çıxmışdır. Bəyannamələri göndərən şəxs özü olmamış, malı göndərən karqo şirkətinin Türkiyədəki nəqliyyat şirkəti olmuşdur. Bəyannamələrin tərtibatı ilə Süleyman adlı şəxs məşğul olmuş, Süleymanın şirkətin işçisi olmasını bilmir. 2017-ci ilin dekabr ayında mal vurmuş, 2018-ci ilin yanvarında həmin mallar Qazaxıstana çatmışdır. 150 000 dollar müqabilində ərizəni geri götürməsi bağlı heç bir fikri olmayıb. Siqaret məsələsinə görə Rinata çatdırılması üçün 250 000 ABŞ dolları pul vermiş, tekstil mallarının gömrükdən keçirilməsinə görə 275 000 dolları iki dəfəyə 200 000 dollar bir və 75 000 dollar bir vermiş, tütün məhsullarının harada olmasından hazırda məlumatsızdır. Malların sənədlərinin saxtalaşdırılıb gömrükdən keçirilməsindən xəbəri olmayıb. Ödənilmiş vəsaitləri gömrük rüsumuna görə vermiş, Rinatla hava limanına getməmiş, sonuncunun pasportunu istintaqa o, təhvil verməmiş, Rinatla pul danışıqlarını Malik və İlkin aparmış, pulun Rinata çatdırılması üçün İlkinə Bakıda vermiş, Malik həmin pulu harada verməsindən məlumatsız olmuş, 275000 dollar vəsaiti oktyabr ayında verilib. Maliklə İlkin pulu necə ötürüblər onlar bilir, Rinat ona pulu aldığı ilə bağlı hər dəfə təsdiq cavabını vermiş, tütün məhsulları İran şirkəti vasitəsi ilə Qazaxıstanda olan XanTülpan şirkətinə göndərilib. Həmin malları özü alıb, lakin alqı-satqı ilə bağlı rəsmi sənədləri yoxdur. Mallar göndəriləndə bəyannamələrdə hamısı tütün məmulatı olaraq göstərilib. Barəsində Qazaxıstan Respublikasında heç bir cinayət təqibi həyata keçirilmir və o sərbəst şəkildə Qazaxıstana gedib-gəlir. Hansı sənədlərin dəyişməsindən xəbəri yoxdur. Həmçinin Rinatla tütün məmulatları ilə bağlı hər hansı bir sms yazışmalarınin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq işləmir, lakin ticarətlə məşğul olur. 2015-ci ildən Türkiyə Respublikasına gedərək orada da ticarətlə məşğul olur. 2017-ci il tarixdə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, Qazaxıstan Respublikasında yaşayan Təqsirləndirilən şəxs3 adlı şəxsin güclü əlaqələri olduğunu, həmin şəxsin vasitəsilə Qazaxıstanda ticarət əlaqələri qurub oraya tekstil malları göndərib qazanc əldə etmək mümkündür. O da ticarətçi olduğundan, bu təklif onu qane etmiş və bildirmişdir ki, Rinatla birgə Türkiyəyə gəlsinlər və o, Rinatla tanış olsun. 2017-ci ilin mart ayında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birgə Türkiyənin İstanbul şəhərində görüşmüşlər. Onlar görüşüb danışdıqdan sonra onlar birlikdə Türkiyənin Ankara şəhərinə gedib orada fabriklərə baxıb, sonra razılaşaraq Qazaxıstana mal vurmuşdur. Bundan sonra İlkin ona zəng edib bildirmişdir ki, vurulan mallarla bağlı karqoda problemlər yaranıbdır. O, Rinatla İlkin və Malikin vasitəsi ilə əlaqə quraraq onunla danışmış, onlar ona 300.000 ABŞ dolları qarşılığında onların mallarını orada gömrük məsələlərini həll edərək çıxaracağını bildirmişlər. O da onlara onda 275.000 ABŞ dollar olduğunu bildirmiş, bir gün keçəndən sonra, Maliklə İlkin ona pulu Rinata yolladıqlarını demişlər. 2017-ci ilin noyabr ayında o, Rinatla telefonda danışarkən, malların aqibətinin necə olacağını soruşmuş, Rinat isə ona bildirmişdir ki, Malikdən aldığı pulları artıq Qazaxıstanda gömrük ödənişləri üçün vermişdir və yaxın müddətdə bu məsələ artıq öz həllini tapacaqdır. Söhbət əsnasında Rinat siqaret işində də yaxşı pul olduğunu və istədiyi təqdirdə Qazaxıstana tütün məmulatları göndərib qarşılığında yaxşı qazanc əldə edə biləcəyini ona demişdir. O, əvvəlcədən tanıdığı Hacı Şahid1 müraciət etmiş və Hacı İbrahim də ona bildirmişdir ki, İran İslam Respublikasında tanışının yük daşıma şirkəti var və həmin şirkət vasitəsilə İrandan Dubaya malları göndərə bilər. Buna görə də o, Rinatla aralarında olan razılaşmaya uyğun olaraq, Rinata 12 konteyner mal yollamışdır. Bundan sonra o, yanvar ayının ortalarında İlkinə zəng etmiş, İlkin ona məsələnin qaydasında olduğunu bildirmişdir. 2018-ci ilin aprel ayında o, Məşəd ziyarətinə getmək üçün İran İslam Respublikasına getmiş, orada olarkən Malik ona zəng etmiş və Rinatın yenə Bakıya gəldiyini bildirmişdir. Eyni zamanda İlkin ona bildirmişdir ki Rinat 3.000.000 ABŞ mənimsədiyini və pulunu geri qaytarmayacağını hesab etmiş və 2018-ci ilin may ayının əvvəllərində Qazaxıstana, Aktau şəhərinə getmişdir. Orada Rinatın atası onu qarşılamış, Rinatın orada olmadığını demiş, bir neçə gün sonra Rinat da gəlib çıxmış və Rinatla görüş zamanı, Rinat gömrük məsələlərini yaxın müddətdə həll edib Azərbaycana gələcəyini bildirmişdir. Orada qaldığı oteldə bir nəfərlə tanış olmuş o, ona bildirmişdir ki, o da Rinata 22 konteyner mal vermiş Rinat onun da malını qaytarmamışdır. Rinatla danışıqlardan sonra 2018-ci ilin iyul ayında Rinat Bakı şəhərinə gəlmiş, onunla görüşmüşdür. Onların görüşü zamanı o, Rinat, Malik, İlkin və İbrahim də orada olmuş, söhbət zamanı Rinat yenə müxtəlif bəhanələr gətirərək ona məxsus malların pulunu verəcəyini bildirmişdir. O, artıq həmin şəxs tərəfindən aldadıldığını yəqin etmiş və həmin görüşdən sonra bununla bağlı polis orqanlarına müraciət etmişdir. Bundan sonra Rinatın atası ona 1.000.000 ABŞ dolları verməyi təkli etsə də o, onunla razılaşmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hal hazırda təqaüdçüdür. Zərərçəkmiş şəxs 10 ildən artıqdır ki, tanıyır, onunla dostluq münasibətləri də vardır. Təqsirləndirilən şəxs3 Amillə birlikdə bir dəfə görmüş, birlikdə çay içib söhbət etmişlər. 2018-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs onunla söhbət edərkən Dubaydan İran üzərindən tranzit keçməklə Qazaxıstana tatar Rinata 12 konteyner siqaret göndərdiyini, lakin maddi sıxıntı ucbatından malların İranda qaldığını və bu barədə ondan kömək istəmişdir. O, 20 ildən artıqdır ki, İrandan ölkə ərazisinə müxtəlif mallar gətirdiyindən İranda çoxlu sayda tanışları olmuşdur. Ona görə də İranda olan tanışları vasitəsilə bir tanışına məxsus „Asan Seyir“ yük daşıma şirkətindən xahiş etmişdir ki, pulunun sonradan verilməsi şərti ilə qeyd olunan siqaret yüklərini Qazaxıstana göndərilməsini təşkil etsinlər. Həmin konteyner yüklər Qazaxıstana göndərilsə də Amil yük daşıma şirkətinə pulu ödəyə bilməmiş, səbəb olaraq göstərmişdir ki, Qazaxıstanda olan həmin Rinat adlı şəxsə bundan əvvəl tekstil malları göndərmiş, lakin mallar gömrükdə saxlanıldığından malların buraxılması müqabilində Rinat ondan 275000 ABŞ dolları pul istəmiş, Amil isə qeyd olunan məbləği Rinata göndərsə də bir nəticəsi olmamışdır. Bundan əlavə sonradan göndərilən siqaret yükləri də Qazaxıstanda saxlanılmış, Rinat Amildən yenə 250000 ABŞ dolları pul istəmiş, Amil isə həmin məbləği tanışlarından borc alaraq Rinata göndərmiş, lakin malların aqibəti barədə xəbər ala bilməmişdir. Nəticədə o, Amillə yaxın münasibətləri olduğuna görə həm də onun sözü ilə həmin mallar Qazaxıstana göndərildiyi üçün daşıma xərclərini İran şirkətinin Azərbaycana gələn nümayəndəsinə öz vəsaiti hesabına 30000 ABŞ dolları pul ödəmişdir. Amil isə həmin pulu ona qaytara bilməmiş, Amillə söhbətləri zamanı Amilə bildirmişdir ki, özü Qazaxıstana gedib bu məsələyə aydınlıq gətirsin. Həmin söhbətdən bir neçə ay sonra Amil Qazaxıstana getmiş, Amil Qazaxıstana getdikdən sonra o, Amillə mütəmadi olaraq əlaqə saxlamış, həm malların aqibəti barədə soruşmuş, həm də siqaret yükünün göndərilməsi müqabilində karqo şirkətinə ödədiyi vəsaiti nə vaxt qaytaracağı barədə maraqlanmışdır. Həmin vaxtı Amil ona bildirmişdir ki, göndərdiyi malların və verdiyi pulları Rinatdan ala bilməyib. Mallar Qazaxıstana göndərildikdən sonra Rinat Amilə siqaret yükünün saxlanılması barədə yalan demiş, əslində yüklər saxlanılmamış, Rinat göndərilən pulları mənimsəmişdir. Amil 3 ay Qazaxıstanda qaldıqdan sonra Bakıya qayıtmış, Bakıda görüşərkən ona demişdir ki, ona olan borcu verməkdə gecikir. Buna səbəb isə Rinatdan nə malları nə də pulu ala bilmədiyini göstərmiş, Rinatın Bakıya gəldiyi zaman onun da görüşdə iştirak etməyini bildirmişdir. 2018-ci ilin yay aylarında Amil, Rinat, İlkin, Malik və o, adını hazırda xatırlamadığı bir yerdə oturub çay içib söhbət etmişlər. Söhbət zamanı Amil Rinata 275000 və 250000 ABŞ dolları pulları ona göndərdiyini demiş, Rinatda Amilin dediyini təsdiq edərək qeyd olunan vəsaitlərin aldığını bildirmişdir. Həmin vaxtı Rinat Amilin sonuncu göndərdiyi siqaret yüklərini Qazaxıstanda bir azərbaycanlıya verdiyini və məsələnin həll olunacağını bildirmişdir. Lakin Rinat malların aqibəti barədə heç bir söz deməmiş, həmin azərbaycanlı barədə də heç bir məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: İş materiallarında olan 03 iyun 2017-ci il tarixli “Predmetlərə, əşyalara, sənədlərə və s. baxış protokolun”-dan görünür ki, X10 məxsus 588EXA12 nömrə nişanlı “Toyota Avensis” markalı minik avtomobilinə keçirilmiş baxış zamanı oturacağın altında **-XR-***, OW-216- OW, MP-183-PM, LLZ-749 nömrə nişanlı yük avtomaşınlarının yol müşayiət sənədləri, yəni konosament, malların mənşə sertifikatı və TOO “Moskov-P” şirkətinin möhürü aşkar edilmişdir. Avtomobilin yük yerinə keçirilmiş baxış zamanı Ayzakovun adına müxtəlif şirkətlərdən verilmiş etibarnamələr, hesab fakturalar və müxtəlif yazılı vərəqlər aşkar edilib götürülmüşdür. (cild 4, iş vərəqə 50-59) İş materiallarında olan 03 fevral 2018-ci il tarixli mallara və sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X20 Ticarət Limanının giriş-çıxış qapısında quraşdırılmış stasionar kamera ilə çəkilmiş videoyazıya keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixdə **-XR-***, OW-216-OW nömrə nişanlı “Mercedes” və “MAN” markalı yük avtomaşınları gömrük rəsmiləşdirilməsindən keçmədən gömrük nəzarəti zonasını tərk edirlər. (cild 13, iş vərəqə 89-94) İş materiallarında olan 01 fevral 2018-ci il tarixli mallara və sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X20 Ticarət Limanının giriş-çıxış qapısında quraşdırılmış stasionar kamera ilə çəkilmiş videoyazıya keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixdə MP-183-MP, LLZ-749 nömrə nişanlı “Mercedes” və “DAF” markalı yük avtomaşınları gömrük nəzarətindən keçiblər. (cild 13, iş vərəqə 95-104) İş materiallarında olan 02 iyun 2017-ci il tarixli “Axtarış aparılması barədə qərar” lardan görünür ki, ünvan 3 və ünvan 2 ünvanlarında axtarış aparılması barədə qərarlar qəbul edilmişdir. (cild 4, iş vərəqə 60-61, 68-69) İş materiallarında olan 03 iyun 2017-ci il tarixli “Axtarış protokolun”-dan görünür ki, ünvan 3 ünvanlarında axtarış aparılması nəticəsində protokoldan görünür ki, mənzildə Təqsirləndirilən şəxs2 məxsus “Sony” markalı noutbuk aşkar olunmuşdur, daha sonra axtarış nəticəsində “Canon” markalı printer, dolabda “Roskaz-1” möhürü, iki “Original” və “Copy” ştampları aşkar edilmişdir. Aparılmış axtarış nəticəsində “Mauren-Stroy”, “Rafma Group”, “Flovers-1”, “Avin-Rus”, “DuopM”, “Brand Group” şirkətlərinin möhürləri, 15 ədəd plomb vurmaq üçün cihazlar, “Duop-M” şirkətinin nizamnaməsi, 16241 saylı 8 ədəd qaimələr, 3 ədəd CMR, Abaşidzeyə məxsus pasportun surəti, dövlət nəzarətindən keçməsi barədə talonun surəti, 4129 saylı qaimə 3 vərəqədə, 16072 saylı qaimə 8 vərəqədə, 16240 saylı qaimə 14 vərəqədə, 15985 saylı qaimə 7 vərəqədə, 16156 saylı qaimə 6 vərəqədə, 15986 saylı qaimə 8 vərəqədə, 13698 saylı qaimə 5 vərəqədə, 15890 saylı qaimə 8 vərəqədə, 15751 saylı qaimə 21 vərəqədə, 15999 saylı qaimə 3 vərəqədə, “X31” şirkətinin nizamnaməsi 8 vərəqədə, Seyidli F.M adlı şəxsin qeydiyyat şəhadətnaməsi, etibarnamə - 4 vərəqədə, əmr və qərarlar “NYK-A LTD” şirkətinin sənədləri, arayışlar, nəqliyyat bəyannaməsi – 22 vərəqədə, müxtəlif malların bəyan edilməsi barədə sənədlər, “Smile LTD” şirkətinin sənədləri 5792 və 7070 saylı qaimələr, 410878 saylı uyğunluq sertifikatı, məktublar, 7209 və 7347 saylı qaimələr, bəyannamə 70 vərəqədə, CMR ******* və digər sənədlər aşkar edilərək götürülmüşdür. (cild 4, iş vərəqə 69-76) Cinayət işi üzrə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Daulet Ayzakovun istifadələrində olmuş mobil telefon nömrələri ilə aparılan danışıqların dinlənilməsinə dair tərtib edilmiş protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 8-***-***-**- ** mobil nömrədən, Təqsirləndirilən şəxs2 +7-***-***-**-** mobil nömrədən və Daulet Ayzakov +7-***-***-**-** mobil nömrədən mütəmadi olaraq bir biriləri ilə, həmçinin istintaqa məlum olmayan digər şəxslərlə telefon danışıqları aparmış, həmin danışıqların məzmunu əsasən Türkiyə Respublikasından göndərilən tekstil mallarının Qazaxıstan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməsi olmuşdur. (cild 8, iş vərəqə 18-29) İş materiallarında olan 05 iyul 2017-ci il tarixli 4 saylı mütəxəssis rəyindən görünür ki, sərhəddən bəyan etməməklə keçirilmiş malların ümumi dəyəri 1727071,44 ABŞ dolları, 540866963,65 tenge təşkil edir. Ödənilməmiş gömrük vergi və rüsumlarının ümumi məbləği ********* tenge təşkil edir; 322000 tenge – gömrük yığımı, 47890743 tenge – idxal rüsumu, 70689565 tenge – ƏDV. (cild 5, iş vərəqə 4-50) İş materiallarında olan 12 iyul 2017-ci il tarixli 5 saylı mütəxəssis rəyindən görünür ki, sərhəddən bəyan edilməmiş malların ümumi dəyəri 12644016,56 tenge, yaxud ******* ABŞ dolları təşkil edir. Ödənilməmiş gömrük vergi və rüsumlarının ümumi məbləği ******* tenge təşkil edir; 58000 tenge – gömrük yığımı, ******* tenge – idxal rüsumu, ******* tenge – ƏDV təşkil edir. (cild 5, iş vərəqə 51-64) Birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 178.4-cü maddələri ilə maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli olması mötəbər sübutlarla təsdiqini tapmışdır. Apellyasiya şikayətləri üzrə aparılmış məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ibtidai araşdırma orqanın və birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs3 verilmiş ittihamın 1-ci hissəsi ilə əlaqədar, yəni Təqsirləndirilən şəxs3 ümumilikdə 1.170.000 ABŞ dolları dəyərində tekstil mallarını sənədlərdən və gömrük eyniləşdirməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, Qazaxıstan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirməsinə dair gəldiyi nəticə əsassız olmaqla, sonuncunun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, Qazaxıstan Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs3 (əcnəbi vətəndaş olduğu halda) Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilərkən CM-nin 12.1. və 12.5-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə kollegiyası hazırkı cinayət işinin xüsusiyyətlərini nəzərə alaraq, əcnəbi vətəndaş olan Təqsirləndirilən şəxs3 törətməkdə təqsirləndirildiyi, daha doğrusu, təqsirliliyinin hüquqi əsasını müəyyən edən maddi hüquq norması olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12-ci maddəsinin struktur baxımından təhlil edilməsini zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Hazırda öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, Rinat Qazaxıstan Respublikasının vətəndaşı olmaqla, əcnəbidir, yəni başqa sözlə desək, nə Azərbaycan Respublikası vətəndaşıdır, nə də ki Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan vətəndaşlığı olmayan şəxsdir. Digər tərəfdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüdudlarından kənarda törəmiş olduğu cinayətlərə tətbiq olunan hüququ normasının qüvvəsinə münasibətdə aydın hüquqi tənzimlənmə verilmişdir. Belə ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin (şəxslərin dairəsinə görə) Azərbaycan Respublikasının hüdudlarından kənarda törətmiş olduqları cinayət əməllərinə münasibətdə cinayət qanunu iki əsas prinsiplərdən - real və universal prinsiplərdən çıxış edir. Cinayət qanununun məkana görə qüvvəsinin real prinsipinə əsasən (CM 12.2 maddəsi) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına və Azərbaycan Respublikasının maraqlarına qəsd edən cinayət əməlləri törətdikləri halda (göstərilən şəxslər ərazisində cinayət törətdikləri dövlətin qanunları ilə məhkum edilməmişlərsə) bu zaman təqsirli şəxslər Azərbaycan Respublikasının cinayət qanunları ilə məsuliyyətə cəlb olunurlar. Cinayət qanununun məkana görə qüvvəsinin universal prinsipinə (CM 12.3 maddəsi) əsasən isə beynəlxalq cinayətlərə, yəni sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törədilməsinə görə şəxsin hansı ölkənin vətəndaşı olmasından və cinayəti hansı ölkənin ərazisində törətməsindən asılı olmayaraq, istənilən dövlət həmin şəxsi özünün milli qanunvericiliyi ilə cinayət məsuliyyətinə cəlb etmək səlahiyyətində olması təsbit edilmişdir. Yuxarıda sadalanan qanun normalarının təhlilindən görünür ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının hüdudlarından kənarda törədilmiş cinayət əməllərinə görə Azərbaycan Respublikasının ərazisində cinayət təqibi yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.2 və 12.3-cü maddələrində göstərilmiş əsaslar mövcud olduğu halda başlanıla bilər. Hazırda öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Qazaxıstan Respublikasının vətəndaşı olmaqla, Qazaxıstan dövlətinin ərazisində həmin dövlətin gömrük qaydalarının və şərtlərinin pozulmasına yönəlmiş cinayət əməllərinə görə Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Halbuki Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi cinayət hüquq norması (CM-nin 206.3.2-cı maddəsi) cinayətlərin təsnifatı baxımından beynəlxalq cinayətlərə kateqoriyasına aid olmamaqla, həmin cinayətin obyekti qismində dövlətin normal xarici-iqtisadi sahəsində yaranan ictimai münasibətləri çıxış edir. Eyni zamanda Təqsirləndirilən şəxs3 əməllərində nə Azərbaycan Respublikasının vətəndaşlarına, nə də ki Azərbaycan Respublikasının maraqlarına qarşı hər hansı qəsdin olmasını hazırkı cinayət işi materiallarından müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CMnin 12-ci maddəsinə istinad etməklə Təqsirləndirilən şəxs3 Qazaxıstan Respublikasında törədilmiş qaçaqmalçılıq cinayətinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 sentyabr 2021-ci il qərarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin “cinayət qanunu müddəalarının qüvvəsinə görə” müddəası cinayət qanununun zamana və məkana görə qüvvəsinə əsasən cinayət məsuliyyətindən azad etməni nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət və cinayət prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəaları baxımından Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası ərazisində cinayət təqibinin başlanılması istisna olunduğundan, sonuncuya münasibətdə başlanılmış cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin, Təqsirləndirilən şəxs3 istinad edilmiş 1.450.000 ABŞ dolları məbləğində dələduzluq epizoduna münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs3 1.450.000 ABŞ dolları məbləğində dələduzluq epizodu üzrə cinayət törətməsi mötəbər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə kollegiyası sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs3 tərəfindən 1.450.000 ABŞ dolları məbləğində dələduzluq cinayət əməlini törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmaqla, sonuncunun həmin epizod üzrə cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 1.450.000 ABŞ dolları məbləğində dələduzluq epizodu üzrə təqsirli bilinməsi üçün ittihamın əsasını təşkil edən sübutlar Zərərçəkmiş şəxs, hazırkı iş üzrə məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri, həmçinin iş üzrə şahid qismində keçən Hacı Şahid1 ifadəsi olmuşdur. İlk olaraq qeyd olunmalıdır ki, öyrənilmiş cinayət işi materiallarında 1.200.000 (bir milyon iki yüz min) ABŞ dolları məbləğində tütün məmulatlarının Zərərçəkmiş şəxs məxsus olmasını təsdiq edə biləcək hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Belə ki, Zərərçəkmiş şəxs ifadələrindən müəyyən olunur ki, o, 2017-ci ilin dekabr ayında 1.200.000 (bir milyon iki yüz min) ABŞ dolları məbləğində olan 12 konteyner tütün məmulatlarını Dubaydan İbrahimin ona dediyi İİR-də “Asan Seyir” yükdaşıma şirkətinə göndərmiş, daha sonra “Asan Seyir” yükdaşıma şirkəti ilə 2018-ci ilin yanvar ayında Qazaxıstan Respublikasının Aktau şəhərində yerləşən dəniz limanına “X32” şirkətinə göndərilmşdir. Həmçinin nə ibtidai araşdırma dövründə, nə də birinci instansiya məhkəməsində, nə də ki işə apellyasiya icraatı qaydasında baxılarkən zərərçəkmiş şəxs həmin tütün məhsullarının ona aid olması ilə bağlı heç bir rəsmi sənəd təqdim etməmiş, əlavə hazırkı məhkəmə iclasında ona verilmiş suala cavab olaraq həmin sənədlərin mövcud olmadığını bildirmişdir. Qazaxıstan Respublikasını Prokurorluğundan göndərilmiş (şübhəli şəxsin əməlinin tövsif edilməsi barədə 27 mart 2019-cu il tarixli qərar, səh. 161-203) və cinayət işi materiallarına əlavə edilmiş rəsmi sənədlərdən görünür ki, 2018-ci ilin yanvar ayının 31-dən fevral ayının 19-na qədər olan dövrdə Mangistau vilayəti üzrə dövlət gəlirləri Departamentinin Morport gömrük postunun fəaliyyət zonasına saxta mal-müşayiət sənədlərindən istifadə edilməsi ilə, malların qanuni olaraq BƏƏ-dən və İran İslam Respublikasında gətirilməsi adı ilə “X32” MMC-nin ünvanına İrandan tranzitlə göndərilmiş və “emal edilmiş daş” və “polipropilen qırıntıları” adı ilə rəsmiləşdirilmiş 51 konteyner tütün mallar keçirilmişdir. Mal-müşayiət sənədlərinə əsasən həmin tütün məhsullarının ixracatçıları BƏƏ-nin “Mors Tarding and Constraktion Company”, “X33 Zahabi RG Trading”, “Taksini Trading LCC”, şirkətləri olmaqla alan şirkət Qazaxıstan Respublikasının “X32” MMC-dir. Həmçinin yük göndərənlər şirkətlərin “X29 Commercial EXP & İMP” və “ X13” olduğu müəyyən olunur. İlkin olaraq qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs3 həmin epizod üzrə ittiham irəli sürülərkən Zərərçəkmiş şəxs israrla ona aid olduğunu bildirdiyi 12 konteyner tütün məhsullarının, “X32” MMC-nin ünvanına İrandan tranzitlə göndərilməsi və həmin 12 konteynerin Qazaxıstan hüquq mühafizə orqanları tərəfindən aşkara çıxardığı qaçaqmalçılıqda göndərilmiş 51 konteynerlər arasında olması ilə bağlı heç bir sübuta istinad edilməmişdir. Digər tərəfdən cinayət işi materiallarında 1.200.000 (bir milyon iki yüz min) ABŞ dolları məbləğində tütün məmulatlarının alınması ilə bağlı Zərərçəkmiş şəxs sifarişçi kimi istehsalçı şirkət ilə müqaviləsi olmasına, sonuncunun BƏƏ-nin “Mors Tarding and Constraktion Company”, “X33 Zahabi RG Trading”, “Taksini Trading LCC” şirkətləri ilə hər hansı bağlılığı olmasına, ümumiyyətlə qeyd olunan miqdarda tütün məhsullarının Zərərçəkmiş şəxs məxsus olmasını təsdiq edə biləcək hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs3 verilmiş ittihamda görünür ki, göstərilən tütün məhsulları “Asan Seyir” firması vasitəsi ilə Qazaxıstan Respublikasının Aktau şəhərində yerləşən “X32” şirkətinə göndərilməsi müəyyən olunduğu halda, Qazaxıstan Respublikasını Prokurorluğundan göndərilmiş materiallardan yük göndərən şirkətlərin “X29 Commercial EXP & İMP” və “ X13” olduğu görünür. Həmçinin qeyd olunmalıdır ki, BƏƏ-nin “Mors Tarding and Constraktion Company”, “X33 Zahabi RG Trading”, “Taksini Trading LCC” şirkətlərindən Qazaxıstan Respublikasında olan “X32” MMC-yə göndərilmiş tütün məmulatları ilə bağli xüsusi külli miqdarda iqtisadi qaçaqmalçılıq faktı üzrə cinayət təqibi həyata keçirilir və həmin malların Zərərçəkmiş şəxs aidiyyətinin olması müəyyən edildiyi halda sonuncunun qeyd olunan cinayət işi üzrə proses iştirakçısı qismində keçməsini labüd edir ki, öyrənilmiş cinayət işi materiallarında bununla bağlı Azərbaycan Respublikası hüququ mühafizə orqanlarına hər hansı rəsmi sənədin daxil olması müəyyən edilməmişdir. Digər tərəfdən "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Göründüyü törədilən cinayət o vaxt dələduzluq cinayəti kimi hesab oluna bilər ki, aldatmadan istifadə edən və ya etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa həmin üsullardan istifadə etməklə əvəzsiz olaraq özgəsinin əmlakının ələ keçirilməsinə və ya əmlak hüquqlarının əldə edilməsinə yönəlsin. Lakin hazırkı halda 1.200.000 (bir milyon iki yüz min) ABŞ dolları məbləğində tütün məmulatlarının Zərərçəkmiş şəxs aid olması öz təsdiqi tapmadığından sonuncuya münasibətdə qeyd olunana əmlakın yuxarıda sadalanan üsulla ələ keçirilməsi istisna olunur. Bundan başqa məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi 1.200.000 ABŞ dolları dəyərində 12 konteyner tütün məmulatlarının Qazaxıstan Respublikası gömrük sərhədindən keçirilməsi üçün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vasitəsilə 250.000 ABŞ dolları pulun Təqsirləndirilən şəxs3 verilməsi ilə bağlı yekun nəticəyə gələrkən, yəni Təqsirləndirilən şəxs3 qarşı həmin epizod üzrə irəli sürülmüş ittihama tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, sübutları lazımınca tədqiq etməmiş və bununla da AR CPM 144, 145 və 146-cı maddəsinin tələblərini pozmuşdur. Belə ki, həm ibtidai araşdırma dövründə, həm birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı, həm də apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs3 12 konteyner tütün məmulatlarının Qazaxıstan Respublikası gömrük sərhədindən keçirilməsi üçün Zərərçəkmiş şəxs 250.000 ABŞ dollarının pulun alınması inkar etməklə yanaşı, həmin pulun ona göndərilmədiyini bildirmişdir. Ehtimal olunan məbləğin verilməsində bilavasitə iştirak etdiklərini bildirən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 apellyasiya icraatı qaydasında işə baxılarkən məhkəmə iclasında vermiş olduqları ifadələrində 250.000 ABŞ dolları pulu 2018ci ilin fevral ayının əvvəllərində, ya da fevral ayının sonunda (ikisi bir yerdə) Nərimanov rayonunda yerləşən Çin restoranı yaxınlığında pulu qəbul edən Şahab adlı şəxsin nümayəndəsi vasitəsi ilə Təqsirləndirilən şəxs3 göndərdiklərini bildirmişlər. Həmçinin həmin məbləği iki dəfəyə verdiklərini, yəni 190.000 ABŞ dolları ilkin olaraq, sonra isə 60.000 ABŞ dolları isə əlavə olaraq göndərdiklərini bildirmişlər. Zərərçəkmiş şəxs münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sonuncu 250.000 ABŞ dolları pulun Təqsirləndirilən şəxs3 göndərilməsini təsdiq etdiyi halda, həmin məbləğin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən hissə-hissə verilməsi ilə bağlı heç bir hala istinad etməmişdir. Əlavə olaraq hazırkı məhkəmə istintaqında vermiş olduğu ifadəsində göstərmişdir ki, 2018-ci ilin mart, ya da aprel ayı olardı Malik ona Rinatın Bakı gəldiyini, ona vəsait lazım olduğunu bildirmiş, o, Malikə daha əvvəldə Rinata pul verildiyi, hazırda özünə aid malın Qazaxıstanda olduğu bildirsə də, Malik onu arxayın salaraq narahat olmamasını bildirmiş və o, tütün məmulatlarının keçirilməsi əlavə olaraq 250 000 ABŞ dolları pul vermişdir” Proses iştirakçılarının ifadələrinin təhlilində müəyyən olunur ki, zərərçəkmiş şəxs faktiki olaraq ona 250.000 ABŞ dolları məbləğində pulun Təqsirləndirilən şəxs3 göndərilməsi ilə bağlı ya mart, ya da aprel ayında müraciət olunduğunu qeyd etdiyi halda, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində göstərilən məbləğin 2018-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs3 göndərdiklərini bildirmişlər. Nəzərə alsaq ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 250.000 ABŞ dolları Zərərçəkmiş şəxs əldə etmişlər, onda sonuncuların göstərilən məbləği fevral ayında göndərmələri mümkünsüzdür. Məhkəmə kollegiyası xüsusi ilə vurğulayır ki, Təqsirləndirilən şəxs3 verilmiş ittihamdan (həmin epizod üzrə) görünür ki, o, 2018-ci ilin aprel ayında tütün məmulatlarının Gömrük Postundan keçirilməsi üçün 250.000 ABŞ dolları məbləğində gömrük xərclərinin ödənilməsinin zəruri olduğunu bildirərək, Zərərçəkmiş şəxs ortaq tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsi ilə göndərdiyi 250.000 ABŞ dolları məbləğində pul olmaqla, ümumilikdə 1.450.000 ABŞ dolları məbləğində özgə əmlakını Qazaxıstan Respublikasında vahid niyyətlə ələ keçirərək, xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin qeyd olunmalıdır ki, nə ibtidai araşdırma dövründə, nə də ki birinci instansiya məhkəməsində nə Təqsirləndirilən şəxs2, nə də Təqsirləndirilən şəxs1 göstərilən məbləğin hissə-hissə verilməsi ilə bağlı heç bir ifadə verməmişlər. Göründüyü kimi 1.200.000 ABŞ dolları dəyərində 12 konteyner tütün məmulatlarının Qazaxıstan Respublikası gömrük sərhədindən keçirilməsi üçün 250.000 ABŞ dolları pulun Təqsirləndirilən şəxs3 verilməsi ilə bağlı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vermiş olduğu ifadələri inandırıcı olmamaqla ziddiyyətli və həqiqətdən uzaqdır. Digər tərəfdən yuxarıda qeyd olunduğu kimi 1.200.000 (bir milyon iki yüz min) ABŞ dolları məbləğində tütün məmulatlarının Zərərçəkmiş şəxs aid olmadığı halda, həmin tütün məlumatlarına görə 250.000 ABŞ dolları pulun Təqsirləndirilən şəxs3 göndərilməsi də ağlabatan deyil. Yuxarıda sadalanan hallardan müəyyən olunur ki, ittiham tərəfi müdafiə tərəfinin X25 Yusifovdan 250.000 ABŞ dolları pul almaması ilə bağlı göstərdiyi xüsusatları təkzib edən bir dənə də olsun sübutu iş materiallarına əlavə edə bilməmiş, yalnız heç bir mötəbər sübutla öz təsdiqini tapmayan Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ziddiyyətli və biri-biri ilə uzlaşmayan ifadələrinə əsaslanmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan epizod üzrə, yəni Təqsirləndirilən şəxs3 1.450.000 ABŞ dolları məbləğində dələduzluq epizodu üzrə sonuncunun Zərərçəkmiş şəxs qarşı dələduzluq cinayəti törətməkdə təqsirli olması qənaətinə gəlsə də, hökmdə öz mövqeyini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vll hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125,144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər Azərbaycan Respublikası CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrində qeyd olunmuşdur ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bu hallar arasında məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilməməsi göstərilmişdir. Beləliklə, məhkəmə kollegiyası ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi 1.450.000 ABŞ dolları məbləğində dələduzluq epizodu üzrə cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin hissədə ilə bəraət verilməlidir. Müdafiə tərəfinin apellyasiya şikayətində Təqsirləndirilən şəxs3 275.000 ABŞ dolları məbləğində dələduzluq epizodu üzrə sonuncuya bəraətin verilməsi ilə bağlı dəlilərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər hazırkı məhkəmə iclasında tədqiq və təhlil edilmiş iş materiallarında olan və hazırkı məhkəmə iclasında səslənmiş ifadələr, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təkzib olunduğundan apellyasiya şikayətləri həmin hissədə əsasız olduğundan təmin edilməməliidr. Belə ki, həmin epizod üzrə dindirilən Zərərçəkmiş şəxs cinayət təqibinin hər bir mərhələsində vermiş olduğu ifadəsində 2017-ci ilin mart ayında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la razılaşaraq Qazaxıstana mal vurduğunu bildirmişdir. Həmçinin ifadəsində İlkin ona zəng edərək vurulan mallarla bağlı karqoda problemlər yarandığını bildirdikdən sonra onun Rinatla İlkin və Malikin vasitəsi ilə əlaqə quraraq onunla danışdığını, onlar ona 300.000 ABŞ dolları qarşılığında onların mallarını orada gömrük məsələlərini həll edərək çıxaracağını bildirdiklərini qeyd etmişdir. Sonunculara 275.000 ABŞ dolları olduğunu bildirmiş, daha sonra, Maliklə İlkin ona pulu Rinata yolladıqlarını demişlər. 2017-ci ilin noyabr ayında o, Rinatla telefonda danışarkən, malların aqibətinin necə olacağını soruşmuş, Rinat isə ona bildirmişdir ki, Malikdən aldığı pulları artıq Qazaxıstanda gömrük ödənişləri üçün vermişdir və yaxın müddətdə bu məsələ artıq öz həllini tapacaqdır. Həmin epizod üzrə dindirilmiş məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar ifadələr verərək 1.700.000 ABŞ dolları məbləğində tekstil mallarını Qazaxıstan Respublikasının gömrük əməkdaşları tərəfindən saxlanıldığını və saxlanılan malların buraxılması üçün Təqsirləndirilən şəxs3 onlardan 300.000 ABŞ dolları pul istədiyini bildirmişlər. Zərərçəkmiş şəxs 300.000 ABŞ dolları olmadığı bu işlə bağlı 275.000 ABŞ dolları məbləğində pul verə biləcəyini bildirmişdir. Həmin pulları Maliklə birlikdə 2017-ci ilin sentyabr, ya da oktyabr aylarında Bakı şəhərində Çin restoranının yanında Rinatın dediyi şəxsə ya iki dəfəyə 200.000 və 75.000 ABŞ olmaqla Şahab adlı şəxsin vasitəsilə Şahabın adamına verilib. Həmin şəxslə whatsapp proqramı üzərinə əlaqə saxlamışlar. Həmçinin qeyd edir ki, pulun çatması ilə əlaqədar Rinatla telefonla əlaqə saxlamışlar, sonuncu isə pulun çatmasını təsdiq etmişdir. Həmin epizod üzrə dindirilən Təqsirləndirilən şəxs3 ilkin olaraq 24 avqust 2018-ci tarixdə vermiş olduğu ifadəsində nə Təqsirləndirilən şəxs2, nə Təqsirləndirilən şəxs1, nə də ki Zərərçəkmiş şəxs hər hansı yükün buraxılması üçün heç bir məbləğ əldə etmədiyini bildirmişdir. Daha sonra 25 avqust 2018-ci tarixdə təqsirləndirilən şəxsin qismində dindirilən Təqsirləndirilən şəxs3 vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göndərdikləri 275.000 ABŞ dolları pulun Qazaxıstan Respublikasına orada sonunculara məxsus malın buraxılması işləri ilə məşğul olan vəkilə çatması barədə məlumatı olduğunu bildirmiş, amma həmin pulu şəxsən onlardan almadığını qeyd etmişdir. Belə ki, o işlərlə məşğul olması üçün müdafiəçini o tapmış, sonra həmin müdafiəçi bu işlərlə məşğul olmağa başladıqda başa düşmüşdür ki, müdafiəçi artıq həmin pulu alıb. Lakin qeyd olunan pulu kim ona çatdırıb bilmir. Həmin müdafiəçi bu işlə bağlı, yəni cinayət işinin xitam edilməsi müqabilində 275.000 ABŞ dolları pul tələb etdiyini ona bildirmiş, o da öz növbəsində həmin pulun tələb edildiyini Təqsirləndirilən şəxs2 bildirmişdir. Həmçinin xx.xx.2018-ci tarixdə saxlanıldıqdan sonra təxminən 15 gün müddətində Zərərçəkmiş şəxs 275.000 ABŞ dolları pulu onun Qazaxıstanda dediyi şəxslərə geri qaytarmışdır. Daha sonra 24 aprel 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən Rinad Qabitov ifadəsində pulun zərərçəkmiş şəxsə qaytarmasını inkar edərək Zərərçəkmiş şəxs ona 400000 ABŞ dolları məbləğində borcunun olduğu bildirmiş, həmçinin 275000 ABŞ dolları məbləğində vəsaitin vəkilə verilməsindən məlumatlı olmasını yenidən ifadəsi ilə təsdiq etmişdir. Göstərilən hal apellyasiya icraatı qaydasında məhkəmə kollegiyası tərəfindən məhkəmə istintaqı gedişatında araşdırılmış və Təqsirləndirilən şəxs3 həmin halla bağlı sədrlik edənin sualına cavab verərək Qazaxıstana göndərilmiş 275.000 ABŞ dolları məbləğində vəsaitin müdafiəçiyə göndərildiyini, həmin məbləğin Qazaxıstanda deyil, Bakı şəhərində Zərərçəkmiş şəxs qaytarıldığını, habelə zərərçəkmiş şəxsin ona 500.000 ABŞ dolları məbləğin borcunun olduğu bildirmişdir. Tədqiq edilən epizod üzrə məhkum edilmiş şəxsin istintaq boyu və məhkəmə iclaslarında verilmiş olduğu ifadələrinin təhlili göstərir ki, Təqsirləndirilən şəxs3 hər dəfə vermiş olduğu ifadələrində öz müdafiəsi üçün yeni dəlilər gətirmiş, daha əvvəl vermiş olduğu ifadələrində olan ziddiyyətli məqamları yeni dəlilərə istinad etməklə ört basdır etməyə çalışmışdır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3, Zərərçəkmiş şəxs və iş üzrə keçən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrini bu hissədə qarşılıqlı təhlil və tədqiq edərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 ifadəsi digər proses iştirakçılarının ifadələrinə münasibətdə yalnız subyektiv hissəsində fərqlənir, yəni başqa sözlə desək verilmiş ifadələrdə görünür ki, əksər hissələrdə ifadələr üst-üstə düşür. Belə ki, həm Təqsirləndirilən şəxs3, həm Zərərçəkmiş şəxs, həm də iş üzrə keçən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məbləğin 275.000 ABŞ dolları təşkil etməsi bildirirlər, həmçinin pulun Qazaxıstan Respublikasına məhz Azərbaycan Respublikasından göndərildiyini təsdiq edirlər. Göründüyü kimi Zərərçəkmiş şəxs və iş üzrə keçən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində istinad etdiyi hallar, yəni göndərilən məbləğin miqdarı və göndərilməsi üsulu Təqsirləndirilən şəxs3 ifadəsi ilə tam təsdiq olunur. İfadələr arasında fərq həmin məbləğin müdafiəçiyə verilməsi ilə bağlıdır ki, məhkəmə kollegiyası 275.000 ABŞ dolları vəsaitin müdafiəçinin xidmətlərinin göstərilməsi ilə bağlı qonorar olaraq verilməsini ağlabatan hesab etmir. Bundan başqa məhkum edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduqları ifadələrində göstərmişlər ki, tekstil malları Qazaxıstan Respublikasının maliyyət polisinin əməkdaşları tərəfindən anbarda saxlanılarkən, həmçinin sonunculara məxsus mənzildə axtarış aparılarkən Rinat Qasımov orada olmuşdur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 anbarda olmasını inkar etsə də, mənzildə olan axtarış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yanında olduğu təsdiqləmişdir ki, bu da dolayı yolla məhkum edilmiş şəxsin həmin malların gömrükdən buraxılmasında maraqlı olmasına dəlalət edən haldır. Beləliklə yuxarıda sadalanan hallar, həmçinin cinayət işinin materiallarında olan və məhkəmə baxışının gedişatında verilmiş ifadələrin qarşılıqlı şəkildə təhlili, habelə hazırkı iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların məcmusu məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs3 tərəfindən 275.000 ABŞ dolları məbləğində dələduzluq epizoduna münasibətdə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal yoxdur və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytından olan çıxarışdan müəyyən olunur ki, 2017-ci ilin oktyabr ayına olan 1 ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 1.7002 manat təşkil etmişdir. Məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkum edilmiş şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanış olduğu, 2015-ci ildən etibarən ticarət fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə dair əvvəlcədən yaranmış niyyətini həyata keçirmək məqsədilə, sonuncunu digər ölkələrdən Qazaxıstan Respublikasına göndərilən malların Gömrük Sərhədindən keçirilməsini təmin etmək imkanına malik olduğuna inandırıb, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun Türkiyə Respublikasından Qazaxıstan Respublikasına göndərdiyi 1.170.000 ABŞ dolları dəyərində tekstil mallarını Qazaxıstan Respublikası Gömrük Sərhədindən keçirərək Rusiya Federasiyasına göndərəcəyinə dair yalan vəd vermiş, həmin mallar Qazaxıstan Respublikası Gömrük Postunda saxlandıqdan sonra isə həmin malların Gömrük Postundan keçirilməsi üçün 275.000 ABŞ dolları məbləğində gömrük xərclərinin ödənilməsinin zəruri olduğunu bildirərək, Zərərçəkmiş şəxs 2017-ci ilin iyun ayında Bakı şəhərində ortaq tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdiyi 275.000 ABŞ dolları məbləğində pulu, həmin pulun köçürülməsi xidmətini icra etməsi üçün sonuncuların Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Çin” restoranının yaxınlığında İran İslam Respublikasının vətəndaşı olan Şahab adlı şəxsin tanışına təqdim etmələri müqabilində, Şahab adlı şəxsin Rusiya Federasiyasının Moskva şəhərindən göndərdiyi əvvəlcə 200.000 ABŞ dolları, sonra isə 75.000 ABŞ dolları olmaqla, ümumilikdə həmin dövrün məzənnəsi ilə 467 500 manat təşkil edən 275.000 ABŞ dolları məbləğində pulu Qazaxıstan Respublikasında vahid niyyətlə ələ keçirərək, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi üzrə «Qeyd» hissəsinin 2-ci bəndində Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Hazırkı halda Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi 1.450.000 ABŞ dolları məbləğində dələduzluq epizodu üzrə cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən sonuncuya həmin epizod üzrə bəraətin verilməsi özü-özlüyündə Təqsirləndirilən şəxs3 əməllərində xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti kimi tövsif edilməsini istisna edir. Məhkəmə kollegiyası hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın məbləğinin əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ olduğunu nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsindən 178.3.2-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Həmçinin Zərərçəkmiş şəxs tərəfindən məhkum edilmiş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının artırılması ilə bağlı apelyasiya şikayətində istinad edilmiş dəlilərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilməsi, eyni zamanda sonuncunun təqsirli bilindiyi 1.450.000 ABŞ dolları məbləğində dələduzluq epizodu üzrə cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin hissədə bəraət verilməsi Təqsirləndirilən şəxs3 cəzasının ağırlaşdırılmasını istisna edir ki, bu da verilmiş apellyasiya şikayətinin rədd edilməsi üçün əsasdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 təyin ediləcək cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin xarakterinə və törədilməsi şəraitinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədiyini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə kollegiyası, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə kollegiyası həmçinin şəxs Təqsirləndirilən şəxs3 əlavə cəza təyin edilməsi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, cinayət törətdiyinə görə ona təyin ediləcək əsas cəzasını çəkdikdən sonra əcnəbi (Qazaxıstan Respublikası) vətəndaş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir.Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Təqsirləndirilən şəxs3 göstərilən əlavə cəzanı tətbiq edərkən məhkəmə həmçinin onu qeyd etməyi lazım bilir ki, CM-nin 52.2-ci maddəsində nəzərdə tutulmuş həmin cəza növünün tətbiqini istisna edən hallardan heç biri Təqsirləndirilən şəxs3 şamil edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya protestinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apellyasiya protestinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Habelə həmin Məcəllənin 401.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası gəldiyi qənaətə görə, Müdafiəçi5 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci və 178.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 1(101)-131/2020 saylı hökmü Təqsirləndirilən şəxs3 aid hissədə ləğv edilməli, Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilməli, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi 1.450.000 ABŞ dolları məbləğində dələduzluq epizodu üzrə cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin hissədə bəraət verilməli, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsinə tövsif edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-in 178.3.2-ci maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzasını ümumi tipli müəssisədə çəkməli (CM-56.1.2) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, ona təyin edilmiş cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. İş üzrə maddi sübutların – Qazaxıstan Respublikası «Liman» gömrük postunda saxlanılmış qaçaqmalçılıq malları – istehlak malları 60136,2 kg ümumi ağırlığında, xalis çəkisi 58598,2 kg, 1167 sayda “Arman İG” müvəqqəti saxlama anbarında saxlanılanların Qazaxıstan Respublikasında dövlətin nəfinə alınması, LLZ-749 dövlət nişanlı “Mercedes” markalı nəqliyyat vasitəsi, “Mercedes” markalı MP-183-MP, “MAN” markalı 99 XX-467, “DAF” markalı OW-216- OW markalı avtomobillərin sahiblərinə qaytarılması Qazaxıstan Respublikası Aktau şəhər məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 1-207/5*18/ nömrəli hökmündə qeyd olunması nəzərə alınmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347, 349-353, 356, 397.1, 397.2, 398.1.2, 398.2, 399.1.2, 399.1.4, 401 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası HÖKM ETDİ: Müdafiəçi5 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci və 178.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 1(101)-131/2020 saylı hökmü Təqsirləndirilən şəxs3 aid hissədə ləğv edilsin. Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi 1.450.000 ABŞ dolları məbləğində dələduzluq epizodu üzrə cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin hissədə bəraət verilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi 24 avqust 2018-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, təyin edilmiş cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübutların – Qazaxıstan Respublikası «Liman» gömrük postunda saxlanılmış qaçaqmalçılıq malları – istehlak malları 60136,2 kg ümumi ağırlığında, xalis çəkisi 58598,2 kg, 1167 sayda “Arman İG” müvəqqəti saxlama anbarında saxlanılanların Qazaxıstan Respublikasında dövlətin nəfinə alınması, LLZ-749 dövlət nişanlı “Mercedes” markalı nəqliyyat vasitəsi, “Mercedes” markalı MP-183-MP, “MAN” markalı 99 XX-467, “DAF” markalı OW-216- OW markalı avtomobillərin sahiblərinə qaytarılması Qazaxıstan Respublikası Aktau şəhər məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 1-207/5*18/ nömrəli hökmündə qeyd olunması nəzərə alınsın. Hökm qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Rəşad Abdulov Hakimlər: Cavid Hüseyn Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar