Məhkəmə qərarları › İş №1(103)-63/2022

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-63/2022

06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-63/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Seyfəliyev Əli Səlim oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X11, Məhkum edilmiş şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçi – Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Camaldin kəndində pasport qeydiyyatında olan və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxxx 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 185-də pasport qeydiyyatında olan və Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 53, mənzil 54-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 1(101)-116/2020 saylı hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin prokuroru X12 tərəfindən apelyasiya protesti, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 1(101)-116/2020 saylı hökmü ilə (sədrlik edən A.İ.Paşayev, hakimlər Ə.Q.Quliyev, İ.X.Həsənzadədən ibarət tərkibdə) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Həmçinin həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 05 fevral 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 05 fevral 2019-cu il tarixdən 06 fevral 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) günün ona təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, həmin cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, onun cəzaçəkmə müddətinin əvvəlinin 09 sentyabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməsi, onun barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalında həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Məhkəmə tərəfindən eyni zamanda iş üzrə maddi sübut kimi Suraxanı rayon prokurorluğunda saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd gödəkcə, bir ədəd şalvar, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mayka, bir ədəd poluver və bir ədəd cins şalvarın məhv edilməsi, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 54,20 (əlli dörd manat on iyirmi qəpik) manat məbləğində məhkəmə məsrəfinin tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs1 03.02.2019-cu il tarixdə ad gününü qeyd etmək üçün dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 1 ünvanda yerləşən “Kabinet” kafesində spirtli içki qəbul edib alkoqol sərxoşluğu vəziyyətində həmin gün, saat 20 radələrində hesabı ödəyib kafedən çıxmağa hazırlaşan zaman Təqsirləndirilən şəxs2 yüksək səslə nalayiq ifadələr işlətməsinə həmin kafeni işlədən və sonuncunun dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs bildirdiyi iradı cüzi səbəb kimi bəhanə edərək sonuncuya qarşı zor tətbiq etmək, həmçinin belə zorun tətbiq edilməsi hədəsi ilə Təqsirləndirilən şəxs2la birlikdə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yumruqla vuraraq sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən sonra, xuliqanlıq hərəkətlərini davam etdirərək istintaqa məlum olmayan mənbədən əldə edib üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs fiziki zor tətbiq edəcəyi hədəsi ilə psixi təsir göstərməklə təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmiş, sonra isə silah qismində istifadə etdiyi həmin bıçaqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs boyunun səthi kəsilmiş yarası kimi dərəcəsi təyin edilməyən bir ədəd, eləcə də sonuncunun ölümünə səbəb olan döş qəfəsinin sağ ön səthinin qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək, bununla da bir qrup şəxs halında silah qismində əşyadan istifadə edərək qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmçinin qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs2 03 fevral 2019-cu il tarixdə dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun ad gününü qeyd etmək üçün ünvan 1 ünvanda yerləşən “Kabinet” kafesində spirtli içi qəbul edərək alkoqol sərxoşluğu vəziyyətində həmin gün saat 20 radələrində hesabı ödəyib kafedən çıxmağa hazırlaşan zaman yüksək səslə nalayiq ifadələr işlətməsinə həmin kafeni işlədən və dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs bildirdiyi iradı cüzi səbəb kimi bəhanə edərək sonuncuya qarşı zor tətbiq etmək, həmçinin belə zorun tətbiq edilməsi hədəsi ilə Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib ona sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmənin hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apelyasiya şikayəti verərək Təqsirləndirilən şəxs2 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmünün ləğv olunması və Təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş etmişdir. Müdafiəçi3 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ifadə verən şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və X6 ifadələrində Təqsirləndirilən şəxs2 mərhum Zərərçəkmiş şəxsn vurmasını və ya onu təhqir etmələrini görmədiklərini və eşitmədiklərini bildirmişdirlər. İş materiallarından görünür ki, hadisəyə səbəbkar mərhum Zərərçəkmiş şəxs xuliqanyönlü hərəkətləri olmuşdur. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibb ekspertizanın 05 fevral 2019-cu il tarixli, 80 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol göz ətrafı yumşaq toxumaların qançırı, sol almacıq və alın nahiyələrinin sıyrıqları. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 03 fevral 2019-cu il tarixdə əmələ gələ bilər və hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Birinci instansiya məhkəməsi göstərilən bu halları tam və dəqiq qiymətləndirməmiş və Təqsirləndirilən şəxs2 barəsində ədalətsiz qərar qəbul etmişdir. Lakin birinci instansiya məhkəməsi, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinə, həmçinin hadisəni görməyən, hadisə baş verən anda hadisə yerindən təxminən 500 kilometr uzaqda olan zərər çəkmiş şəxsin hüquqi varisinin ətrafda olanlardan eşidib verdiyi ifadəsinə əsaslanıb Təqsirləndirilən şəxs2 barəsində şübhəli qərar qəbul edilmişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs2 bu cinayət hadisəsinə heç bir aidiyyəti görməyən zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsinə əsasən şəxsin ağır cəzaya məhkum olunması ədalətsizlikdir. Nə ibtidai istintaq, nədə ki birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs tərəfindən niyə vurulmasını araşdırmadan Təqsirləndirilən şəxs2 ittiham elan etmişdir. Halbuki, bu İnsan Hüquqları Haqqında Avropa Konvensiyasının tələblərinə ziddir. Hökmdən Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin prokuroru X12 apelyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 120.1 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair 09 sentyabr 2020-ci il tarixli hökmünü Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddələrdə nəzərdə tutulmuş sanksiya həddində cinayətlərin məcmusu üzrə cəza təyin olunmaqla yeni hökm çıxarılmasını xahiş etmişdir. Protest onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs1 xuliqanlıq, yəni bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, həmçinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Lakin, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında xuliqanlıq etdikdən sonra, silah qismində istifadə etdiyi bıçaqla zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri təkrarən törətməsini müəyyən etsə də, hesab etmişdir ki, o, mərhum Zərərçəkmiş şəxs məhz xuliqanlıq niyyəti ilə qəsdən öldürməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş sübutlarla təsdiq olunmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 221.3-cü maddələri ilə tövsif etməli olduğu halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə tövsif etmişdir. Məhkəmənin gəldiyi qənaətə əsasən, Təqsirləndirilən şəxs1 ilə mərhum Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə və dalaşma məhz zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlanmışdır. Məhkəmə hökmdə iş üzrə təqsirləndirilən şəxslərin və şahidlərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarına istinad etməklə Təqsirləndirilən şəxs1 qəsdən adam öldürmə cinayətini xuliqanlıq niyyəti ilə törətmədiyini əsaslandırmağa çalışmışdır. Məhkəmənin gəldiyi həmin nəticə əsassız və işin hallarına ziddir. Məhkəmə hökmdə şahidlərin ifadələrini və cinayət işinin materiallarında olan biri digəri ilə ayrılmaz surətdə bağlı olan iş üçün əhəmiyyətli sayılan sənədlərə bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməyərək düzgün hüquqi qiymət verməmiş, nəticədə Təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3cü maddələrindən həmin Məcəllənin 120.1 və 221.3-cü maddələrinə tövsif etməkdə səhvə yol vermişdir. Məhkəmə əsassız olaraq hökmdə təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə istintaqında verdikləri ziddiyyətli və bir-birini inkar edən ifadələrinə istinad etməklə Təqsirləndirilən şəxs1 əməlini CM-nin 120.2.2 və 221.3-cü maddələrindən həmin Məcəllənin 120.1 və 221.3-cü maddələrinə tövsif etmiş, ibtidai cümlədən şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 məhkəmə və ibtidai istintaq dövründə verdikləri ifadələrindən də göründüyü kimi, münaqişənin yaranma səbəbi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz və əxlaqsız hərəkətləri olmuş, Təqsirləndirilən şəxs1 səbəbsiz yerə heç bir əsas olmadan, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun dostu Təqsirləndirilən şəxs2 haqlı iradını özünə qarşı təhqir kimi qəbul edib Zərərçəkmiş şəxsyə qarşı zor tətbiq etmək, həmçinin belə zorun tətbiq edilməsi hədəsi ilə Təqsirləndirilən şəxs2la birlikdə öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədi ilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına saymamazlıq göstərib xuliqanlıq etmiş, daha sonra Təqsirləndirilən şəxs2 həmin hərəkətlərini dayandırsa da, Təqsirləndirilən şəxs1 öz şəxsiyyətini cəmiyyətin və zərərçəkmiş şəxsin şəxsiyyətinin fövqündə qoyaraq əxlaq normalarını pozmaqla etinasızlıq göstərərək qeyd olunan qərəzli hərəkətlərini davam etdirməklə silah qismində istifadə etdiyi bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs öldürmüşdür. İş üzrə məhkəmə baxışı zamanı dindirilim təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini onlara elan edilmiş ittihamda təqsirli bilməyərək ibtidai istintaq zamanı verdikləri əvvəlki ifadələrindən fərqli ifadələr vermişlər. Məhkəmə hökmdə qeyd olunan ifadələrə, o cümlədən Təqsirləndirilən şəxs1 ilkin ifadələrində Zərərçəkmiş şəxs kafedən çıxaraq ona bıçaqla hücum edərkən sol qolundan tutub onun özünə doğru qaytarıb batırması, daha sonra məhkəməyə verdiyi ifadələrində isə hətta belə bir halın olmaması, ümumiyyətlə Sahili kimin vurmasını görməməsinə tənqidi yanaşmaqla müvafiq qiymət versə də, yuxarıda sadalanan digər şahid ifadələri və sübutlarla müəyyən olunmuş xüsusatlar-Zərərçəkmiş şəxs məhz kafenin qarşısında olan Təqsirləndirilən şəxs1 bıçaq nümayiş etdirməklə hədələri, habelə təhqirləri səbəbindən kafedən çıxaraq Təqsirləndirilən şəxs1 üstünə getməsi və nəticədə bıçaqlanaraq öldürülməsinə hər-hansı münasibət bildirməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 məhkəmə və ibtidai istintaq dövründə verdikləri ifadələrində göstərdiyi xüsusatlara detallı və iş materiallarında olan bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməklə yanaşmamış, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hansı niyyətlə öldürməsinin hüquqi əsaslarının nədə ifadə olunduğunu göstərməmiş, Təqsirləndirilən şəxs1 əməllərinə hüquqi qiymət verərkən subyektiv mülahizələrə əsaslanmış və onun əməlini xuliqanlıq niyyəti olmadan, yəni zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə zəminində qəsdən adam öldürmə kimi tövsif edilməsində səhvə yol vermişdir. İş materiallarında Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətini törətməsini təsdiq edən kifayət qədər sübutlar mövcud olmuş, lakin məhkəmə kollegiyası həmin sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, əsassız olaraq hökmdə işin faktiki hallarına uyğun olmayan nəticələrə gəlmişdir. Məhkəmənin hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs1 apelyasiya şikayəti verərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində daha yüngül qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya instansiyası məhkəməsi iclasında müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 apelyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 116/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli hökmünü dəyişdirərək, təqsirləndirilən Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 221.3- cü maddəsinə bəraətverici əsaslarla xitam verilməsi və ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyası həddində ədalətli və humanist qərar qəbul edilməsini xahiş etmiş, məhkəməyədək icraat zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilmədiyindən, iş üçün həlledici əhəmiyyəti olan TŞK-nın görüntüləri yararsız hala salındığından iş üzrə istintaqı aparmış müstəntiq və prosessual rəhbərliyi həyata keçirən prokuror barəsində xüsusi qərar çıxarılmaqla aidiyyəti üzrə Azərbaycan Respublikası Baş prokuroruna göndərilməli olduğunu göstərmişdir. Müdafiəçisi Müdafiəçi5 apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, verilmiş ittiham Təqsirləndirilən şəxs1 əməlinə qətiyyən uyğun deyil. Təqsirləndirilən şəxs1 münasibətdə cinayət qanunun təqsirə görə məsuliyyət prinsipi açıq-aşkar pozulmuşdur. Cinayət işi üzrə istintaq materiallarından görünür ki, müstəntiq hazırkı iş üzrə tam, obyektiv və hərtərəfli araşdırmanı təmin etməmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi guya özünə məxsus bıçaqla qəsdən vurması barədə istintaqın gəldiyi nəticənin heç bir əsası yoxdur. Ona görə də Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3 maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə əlində bıçaqla hücum edən şəxslə əlbəyaxa olması, əvvəlcə özünün sağ qolundan bıçaq xəsarəti alması və qarşılıqlı əlbəyaxa zamanı hücum edən şəxsin bıçaq xəsarəti alması qəbul edilməlidir. Təqsirləndirilən şəxs1 əlində bıçaq olduğunu məhkəmədə dindirilmiş şahidlərin əksəriyyəti görməmiş, şahid R.Mehdiyev istintaq zamanı Asimin əlində qara dəstəkli bıçaq olduğunu gördüyünü desə də, məhkəmədə Asimin əlindəkinin telefona oxşatdığını göstərmişdir. Heç bir şahid Asimin bilavasitə bıçaqla mərhum Sahilə xəsarət yetirdiyini gördüyünü bildirməmişdir. Təqsirləndirilən şəxs hadisənin baş vermə mexanizmini inandırıcı və real olaraq göstərmişdir. Həm də Asimin əlində bıçaq olsaydı, mərhumun dostları onu kafenin qarşısında yerə yıxıb döyə bilməzdilər. Belə olduqda ittihamın düzgün verilmədiyi müəyyən olunur. Çünki qeyd olunan qanun normalarının mənasına görə aradan qaldırılması mümkün olmayan şübhələr və ziddiyyətlər təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İş üzrə Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran heç bir hal müəyyən edilməmişdir. Əksinə baş vermiş hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərindən müdafiə ilə əlaqədar olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Ümumiyyətlə hadisənin əvvəlindən mübahisə və dalaşmanın zərəçəkmişin təşəbbüsü ilə başlaması, münaqişənin zərərçəkmişin hüquqazidd hərəkətləri səbəbindən baş verməsi işin mübahisəsiz halı kimi nəzərə alınmalıdır. Müdafiə tərəfinin bu mövqeyi ilə məhkəmə kollegiyası razılaşsa da, Təqsirləndirilən şəxs1 əməlini düzgün tövsif etməmiş və bu xüsusatı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.E.Rəhimov, hakimlər F.A.Qasımov və K.H.Əkbərovdan ibarət məhkəmə tərkibi) apelyasiya protesti və apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təyin edilmiş 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 10 (on) il müddətə, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 02 (iki) il müddətə endirilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmış və Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2021-ci tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 avqut 2021-ci il tarixli qərarı ilə kassasiya protesti və kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 avqust 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi şahidlər Şahid2, Şahid3 və Şahid4 verdiyi ifadələrə hissəvi istinad etməklə, məhkumun hökmdə təsvir edilən cinayət əməlini törətməsi barədə belə nəticəyə gəlmişdir ki, “işin faktiki və mübahisə edilməz hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 zərərçəkmiş Zərərçəkmiş şəxs hər hansı bir bəhanə ilə deyil, sonuncunun təşəbbüsü ilə aralarında baş vermiş əlbəyaxa-dalaşma zamanı vurmuş, yəni Təqsirləndirilən şəxs1 əlində olan dəstəyi qara rəngli bıçaqla Zərərçəkmiş şəxs vuraraq qəsdən öldürmüşdür”. Halbuki, birinci instansiya məhkəməsi qərarının iş üzrə müəyyən etdiyi hallar hissəsində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs1 03.02.2019-cu il tarixdə ad gününü qeyd etmək üçün dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 1 ünvanda yerləşən “Kabinet” kafesində spirtli içki qəbul edib alkoqol sərxoşluğu vəziyyətində həmin gün saat 20 radələrində hesabı ödəyib kafedən çıxmağa hazırlaşan zaman Təqsirləndirilən şəxs2 yüksək səslə nalayiq ifadələr işlətməsinə həmin kafeni işlədən və sonuncunun dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs bildirdiyi iradı cüzi səbəb kimi bəhanə edərək sonuncuya qarşı zor tətbiq etmək, həmçinin belə zorun tətbiq edilməsi hədəsi ilə Təqsirləndirilən şəxs2la birlikdə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yumruqla vuraraq sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən sonra, xuliqanlıq hərəkətlərini davam etdirərək istintaqa məlum olmayan mənbədən əldə edib üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs fiziki zor tətbiq edəcəyi hədəsi ilə psixi təsir göstərməklə təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmiş, sonra isə silah qismində istifadə etdiyi həmin bıçaqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs boyunun səthi kəsilmiş yarası kimi dərəcəsi təyin edilməyən bir ədəd, eləcə də sonuncunun ölümünə səbəb olan döş qəfəsinin sağ ön səthinin qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək, bununla da bir qrup şəxs halında silah qismində əşyadan istifadə edərək qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmçinin qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Nəticədə hökmün bir hissəsində A.S.Muxtarovun Zərərçəkmiş şəxs “hər hansı bir bəhanə ilə deyil, sonuncunun təşəbbüsü ilə aralarında baş vermiş əlbəyaxa-dalaşma zamanı” vurub qəsdən öldürdüyü qeyd edilsə də, digər hissəsində qeyd edilmişdir ki, “Təqsirləndirilən şəxs1 ... kafedən çıxmağa hazırlaşan zaman Təqsirləndirilən şəxs2 yüksək səslə nalayiq ifadələr işlətməsinə... Zərərçəkmiş şəxs bildirdiyi iradı cüzi səbəb kimi bəhanə edərək sonuncuya qarşı zor tətbiq etmək, həmçinin belə zorun tətbiq edilməsi hədəsi ilə Təqsirləndirilən şəxs2la birlikdə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yumruqla vuraraq sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən sonra, xuliqanlıq hərəkətlərini davam etdirərək istintaqa məlum olmayan mənbədən əldə edib üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs fiziki zor tətbiq edəcəyi hədəsi ilə psixi təsir göstərməklə təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmiş, sonra isə .. həmin bıçaqla ... Zərərçəkmiş şəxs... xəsarətlər yetirərək öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir”. Yəni, hökmün bir hissəsində 03 mart 2019-cu il tarixdə baş vermiş hadisənin gedişatını kafenin daxilində məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətləri ilə başlayan xuliqanlıq əməlinə keçməklə, sonra isə kafenin qarşısında Təqsirləndirilən şəxs1 təkrarən qərəzli xuliqanlıq hərəkətlərini davam edərək zərərçəkən Təqsirləndirilən şəxs2 öldürməsi ilə nəticələndiyi kimi, digər hissədə isə hadisəni 2 müstəqil epizoda bölüb, kafenin qarşısında baş verənlərin artıq kafenin daxilində baş verən 1-ci epizodla bağlı olmayan, zərərçəkən Təqsirləndirilən şəxs2 ölümü ilə nəticələnən 2-ci epizodun sonuncunun təşəbbüsü ilə baş vermiş kimi göstərməklə, birinci instansiya məhkəməsi hadisə mexanizmini ziddiyyətli formada təfsir etmişdir. Halbuki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Birinci instansiya məhkəməsi isə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinin müəyyən edilmiş hallarını ziddiyyətli formada təfsir etməklə, həmin əməlin düzgün tövsif edilməsində qeyrimüəyyənliyin yaranmasına yol vermişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmündən verilmiş apellyasiya protesti və şikayətlərə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırılmamış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2021-ci tarixli qərarında araşdırılmış sübutların məcmusu əsasında 03 fevral 2019-cu il tarixdə ünvan 1 ünvanda yerləşən “Kabinet” kafesinin daxilində və daha sonra həmin kafenin qarşısında baş vermiş hadisə ilə bağlı apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi halların tam, əlaqəli və əhatəli təfsiri və həmin təfsirə uyğun olan, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinin müvafiq tövsifi əksini tapmamışdır. Nəticədə apellyasiya instansiyası məhkəməsi də Azərbaycan Respublikası CPM- in 143-146-cı maddələri ilə müəyyən edilən sübutetməyə dair tələblərin birinci instansiya məhkəməsi tərəfindən pozulmasını təkrarlamışdır. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X11 müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinin əsasız olduğundan təmin edilməməsini, apellyasiya protestini isə müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 120.1 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair 09 sentyabr 2020-ci il tarixli hökmünü Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddələrdə nəzərdə tutulmuş sanksiya həddində cinayətlərin məcmusu üzrə cəza təyin olunmaqla yeni hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ayrı-ayrılıqda çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 apellyasiya protestinin təmin edilməsi üçün heç bir əsasın olmadığını bildirib, qeyd olunan protestin təmin edilməməsini, bununla yanaşı müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs2 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2020ci il tarixli hökmünün ləğv olunması və Təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi5 apellyasiya protestinin təmin edilməsi üçün heç bir əsasın olmadığını bildirib, qeyd olunan protestin təmin edilməməsini, bununla yanaşı tərəflərindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 116/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli hökmünü dəyişdirərək, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə bəraətverici əsaslarla xitam verilməsi və ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyası həddində ədalətli və humanist qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarlarında göstərilən məsələlərə aydınlıq gətirilməsi məqsədi ilə cinayət işinin materiallarını məhkəmə istintaqı aparmaqla araşdırıb apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 116/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə əməlində cinayət tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilməli, həmçinin sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri üzrə məhkəmə baxışı zamanı dindirilmiş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 törədilmiş cinayətdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Asimlə o uzun müddətdir ki, dostluq münasibətində olmaqla, fevral ayının ikisi onun, bir gün sonra, yəni üç fevral tarixində Asimin ad günüdür. Ramana qəsəbəsində yerləşən restoranların birində fevralın iksində öz ad gününü qeyd etdikdən sonra səhəri gün Asimin ad günü olduğundan, zəngləşib onunla Raminin kafesində, görüşərək, daha sonra birlikdə bazara gedərək balıq almışlar. Sonra Asim ona məhəllədə bir yerdə oturub yemək yeməyi təklif etmişdir. O isə sonuncuya məhəllədə oturacaqları təqdirdə əlavə qonaqlarının ola bilmə ehtimalını, həmçinin qonaqlara çatacaq qədər pullarının olmadığını və borclu qalmamaq üçün onun əvəzinə Raminin işlətdiyi obyektə getməyi təklif etmişdir. Belə ki, o, 4-5 aydır ki, hər gün həmin kafedə yemək yemişdir. Asim onunla razılaşmış və onlar birlikdə Qaraçuxura qəsəbəsinə, Raminin obyektinə gəlmişlər. Onlar kafeyə daxil olduqda mərhum Sahilin tanımadığı bir-iki nəfərlə oturub yemək yediyini görmüşdür. İçəri daxil olub salamlaşdıqdan sonra o, Sahilgilə dostu Asimin ad günü olduğunu bildirmiş və onlar Asimlə görüşüb ad gününü təbrik etmişlər. Onlar balığı mətbəxə vermişlər və axırıncı masada əyləşmişlər. Yemək bişənə kimi Sahil tez-tez onların masasına tərəf gəlmiş və Asimi ad günü münasibətilə təbrik etmişdir. Öz masalarında 50 qram araq içdikdən sonra Asimlə hərəsi bir tikə balıq götürmüş, qalan balığı isə aparıb Sahilgilin əyləşdiyi masanın üzərinə qoymuşlar. Bu vaxt ona Xatirə adlı tanışı zəng etmiş, o, isə Xatirəyə Asimin ad günü olduğunu və Qaraçuxurda oturub qeyd etdiklərini demişdir. Xatirə müğənni kimi işlədiyindən və kafedə canlı musiqi olduğuna görə ona gəlib onlarla birgə oturmasını təklif etmiş, Xatirə işə gecikdiyini dedikdə o, zəng edərək Xatirənin müdirindən icazə almış və daha sonra Xatirə onların olduqları yerə gəlmişdir. Elşad, Sahil və Ramil təxminən 10-15 dəqiqəlik onların masasına gəlmiş və birlikdə içki qəbul etmişlər. Sonra onlar dostları gəldikləri üçün qonaqları yerləşdirməyə getmişlər. Daha sonra Asim digər bir dostunun onları qonaq çağırdığını demiş, həmçinin Xatirə işə gecikdiyindən durub getməyə hazırlaşmışlar. Asim hesabı ödəmiş, musiqiçilərin pulunu vermiş və qapıya tərəf getmişdir. O, çıxmaq istədikdə Sahil çox içkili vəziyyətdə onu çağırmış, Sahilin onu sağollaşmaq üçün çağırdığını düşünüb yanına gedəndə, Sahil ona “niyə mənim qonaqlarımın yanında söyüş söyürsən” demiş və nalayiq ifadələr işlətmişdir. O, Sahilə təəccüblə baxmış, daha sonra Ramil gəlib onu qucaqlayıb aparmışdır. Sahil onu mətbəxin yanına çağırdıqda isə o, Sahilə içkili olduğunu demiş və onun belə hərəkət etməsinin ayıb olduğunu bildirmişdir. Bu vaxt Sahil onun üstünə gəlmək istəmiş, Ramil Sahili qucaqlayaraq qabağını kəsmiş, Elşad və Ceyhun isə qapının yanında dayanmışlar. Bu zaman Sahil onu başından vurmuş və o, yerə yıxılmış, gözü heç nə görməmiş, lakin qulağına Xatirənin səsi gəlmişdir. O, Sahilin yanında olan şəxslərin hamısını yaxından tanımamış, onların Xatirə və Asimə hücum edəcəklərindən qorxmuşdur. Bu vaxt Elşad ona “qurban olum, Sahil içkilidi, gəl çıxaq” demiş, orada olan digər şəxslər salfetka gətirərək yarasına basmışlar. O, Xatirədən nigaran qaldığı üçün onu soruşmuş, daha sonra isə Asimin harada olduğunu öyrənmək istəmiş, iki-üç nəfər qoluna girərək onu çölə çıxartmış və o, orada beş-altı nəfərin Asimi qırağa çəkdiklərini, təxminən 5-6 metrlik məsafədə isə Sahili maşına mindirmək istədiklərini görmüşdür. Sahil bu zaman söyüş söymüş, onu maşına otuzdurub aparandan sonra o, Asimin yanına gəlmişdir. Həmin vaxt obyektin qabağında təxminən 10-15 nəfər adam olmuşdur. Daha sonra polis maşını gəldiyini, Xatirənin polis maşınından endiyini görmüşdür. Xatirə ona onu vurduqları anda 102-yə zəng vurmaq istədiyini, lakin sonradan yaxınlıqda polis bölməsi olduğunu xatırladığını, buna görə də qaça-qaça gedərək polisi çağırdığını bildirmişdir. Polis əməkdaşları onu kiminsə vurduğunu soruşduqda o, Ramingillə çox yaxın dost olub, həmçinin hər gün bir yerdə yeyib-içdikləri üçün cavabında içkili olduğunu və pilləkənlərdən yıxıldığını, başının yerə dəydiyini demişdir. Polislər ona tibbi yardım almağı tövsiyə edərək, şikayətinin olub-olmadığını soruşmuşlar. O isə Sahil dostu olduğu üçün heç nə deməmiş və maşına minmişdur. Yolda gedərkən Asimin qolunu görmüş və sonuncu ona Sahili bıçaqla vurduğunu demişdir. Daha sonra yolda gördükləri aptekdən onun qolunun yararsını təmizləmək üçün tibbi ləvazimatlar almışlar. Xatirəni iş yerinə ötürdükdən sonra xalasıgilə getmiş və yaralarını bağlamışlar. Səhər Asimlə danışdıqda sonuncu ona Sahilin rəhmətə getdiyini bildirmişdir. Asimlə zəngləşib görüşərək Qara Qarayevə getmişlər və orda Asim zəng edərək Sahilin öldüyünü dəqiqləşdirmişdir. Daha sonra polis bölməsindən zəng gəlmiş və onlar polis bölməsinə getmişlər. Verilmiş sullara cavab olaraq bildirmişdir ki, kafeyə gələn zaman Sahil, Ramin və Taleh orda olmuş, lakin Elşadın orada olmasını dəqiq xatırlamır, Ceyhun pərdəli yerdə oturmuş, çünki Sahil ilk olaraq gəlib Ceyhunla oturduqdan sonra onlarla oturmuş, ən sonda isə yenidən Ceyhungilin masasına qayıtmışdır. Ceyhun gəlməzdən öncə Elşad orda olduğunu, kafedə təxminən 1 saata yaxın olduqlarını, ilk Ramin gəldiyini, sonra isə Elşad, Sahil, Ramin və Talehin orda olduğunu, kafedə canlı musiqi olduğunu, bir sintezator calanın və və bir xanım ifaçı olduğunu, onun və Asimin kafedə olarkən hər hansı nalayiq ifadə işlətmədiyini, Sahilə mətbəxdə heç bir formada fiziki qüvvə tətbiq etmədiyini, mətbəxdə mübahisə edənə qədər Sahilin əlində heçnə görmədiyini, Raminin Sahili qucaqlayaraq kənara çəkməyə çalışdığını, lakin buna müvvəq olmadığını, Sahilin onu nə ilə vurduğunu dəqiq görmədiyini, şahidlərin bildirdiyindən Sahilin onu cəngəllə vurduğunu bilidyini, o dəqiqəyə kimi Asimi mətbəxdə görmədiyini, Asimin orada nalayiq ifadələr işlətdiyini eşitmədiyini, sanki quyunun dibindəki kimi səslər eşitdiyini, 2-3 dəqiqə huşsuz vəziyyətdə qaldığını, çölə çıxanda Elşadın onun qoluna girdiyini, Sahilin yanında olan adamların söyüş söyə-söyə Asimi apardıqlarını, Asim həmin vaxt əynində poliver olduğunu, mübahisə edənlər aşağıda olduqlarından deyilən söyüş və hədələri tam eşitmədiyini bildirmişdir. Daha sonra kafenin çölündə onlarla qarşılıqlı fiziki təmasda olmadığı, həmin kafeyə Sahilin nəzarət etdiyini, Asimin əvvəllər o kafedə olmadığını və onun daha əvvəl Sahili tanımadığını, o səs-küydə söyüş olsa belə eşidilmədiyini, çox içkili olduğu üçün Sahilin onu vurduğunu, o vurulana qədər Asimlə Sahil arasında heç bir mübahisə olmadığını, daha sonra çölə çıxdıqda Asimin qolundan qan axdığını gördüyünü və Asimin ona Sahilin onu vurduğunu, Sahilin qarşısını mətbəxdə Raminin kəsdiyini və onun öz üzərinə mətbəxdə gəldiyini, kafenin cölündə olan mübahisəni görmədiyini, Asimin heçkimin ünvanına nalayiq ifadə işlətmədiyini qeyd etmişdir. Həmçinin kafedə nəzarət kameralarının olduğunu, Xatirə ilə biryerdə oturduqlarını və Sahilin sözü üzərinə heç bir söz işlətmədiyini, daha sonra Asimin hesabı ödədiyini və o vaxta qədər heç bir narahatçılığın olmadığını, orda vurulandan sonra bilavasitə kimin əlində nə olduğunu görmədiyini və musqinin dayandığını bildirmişdir. Tam xatırlamadığını, amma Sahilin özünün söyüş söydüyü eşitdiyini, Sahilin ona mənim qonaqlarımın yanında söyüş söyən adamı....... edərəm dediyini, Asimlə Sahilin çölə çıxandn sonra əlbəyaxa olmaqlarını görmədiyi, Sahilin orada olan adamların əlindən çıxmaq üçün can atdığını qeyd etmişdir. Verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri üzrə məhkəmə baxışı zamanı dindirilmiş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 törədilmiş cinayətdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Türkiyyə Respublikasında ofisan işləmişdir. Hadisə baş verən gün onun ad günü olduğundan dostu Sənan ona Ramin adlı bir şəxsin kafesi olduğunu və oraya gedib ad gününü qeyd etməyi təklif etmişdir. Sənanla uşaqlıqdan bir yerdə böyümüş və bir-birlərini yaxşı tanımışlar. Onlar kafeyə daxil olanda orada kafeni işlədən Şahid1, mərhum Zərərçəkmiş şəxs və məhkəmədə şahidlik edən şəxslər əksər hissəsi bir masanın arxasında əyləşmişlər. Sənan Raminə balıq verərək onlar üçün hazırlamağı xahiş etdi, balıq hazırlayıb onlarını masasına verildikdə həmin balıqdan digər masada oturan Sahil və onun dostlarına göndərmişlər. Sahillə Sənanın bir biri ilə çox mehriban davrandılar, hətta Sahilin əlində içki stəkanı ilə öz stollarından durub onların stoluna gəldiyini və onu ad günü münasibətilə təbrik etmiş, onların siqaretləri olmadığı üçün Sənan çıxarıb Sahilə siqaret vermiş, aralarında heç bir söz-söhbət olmamış, onları əsəbləşdirəcək heç bir hərəkət olmamışdır. Əslində o, hadisə günü həmin kafeyə getmək istəməmiş, Sənana həmyerlisi Əyyub adlı şəxsin kafesində oturmağı təklif etmişdir. O isə həmin kafeyə gəlmələrinə təkid etmişdir. Sahil dəfələrlə içki süzərək onların stoluna gələrək içmiş və onların da içkisindən özünə süzərək yenidən içib mətbəx tərəfə getmişdir. Orada olan zaman dostu Elnur zəng vurmuş, lakin içkili yer olduğu üçün, o isə dindar olduğundan oraya gəlməmişdir. İstanbuldan qayıtdıqdan sonra Elnurla heç görüşməmişdir, bu səbəbdən sonuncuya Sənanla oturduğunu deyən zaman oradan ayrıldıqda sonra görüşmələrini bildirmişdir. Elnurla görüşmək üçün sonra hesabı istəmiş, hesab gəldikdən sonra hesabı ödəmiş, üst paltarını geyinib çölə çıxmışdır. Bu zaman Xatirə və Sənan da onun arxası ilə gəlmişlər. Birdən Sənanı kiminsə çağırdığını eşitmiş, daha sonra Xatirədən Sənanın harada olduğunu soruşduqda o, yəqin içəridə kiminləsə söhbət etdiyini bildirmişdir. O, içəri qayıtmışdır ki, Sənana Elnurun onu gözlədiyini bildirərək onu çağırsın. O, kafeyə daxil olarkən Sənanı görməmiş, sonra qabağa tərəf getdikdə mətbəxə yaxınlaşmış və oradan baxdıqda Sənanı görmüşdür. O, mətbəxin sağ tərəfindən olduğndan icəridə baş verənləri tam görə bilməmişdir. Qapıdan bir metr məsafədə dayanaraq Sənana gəl-gedək demək istədikdə sonuncun yerə yıxıldığını görmüşdür. Onun nə ilə vurulduğunu görməmişdir. O anda Ramin qışqırmış və o, Sənanın başını qaldırıb onu çağıraraq oyatmağa çalışmışdır. Sonra isə Sahildən Sənanı niyə vurduğunu soruşmuş, o isə cavabında nalayiq tərzdə cavab verərək “götür dostunu ...... filan şey ol burdan” deyərək onu təhqir etmişdir. Daha sonra Sahil onun üstə gəlmək istədiyində sonuncunun dostları onu dava dalaş olmasın deyə divara sıxmışlar, digərləri isə onun qolumdan tutaraq çölə çıxarmışlar. Onun qolundan tutaraq çölə çıxardan admalara Sənana nəsə olacağını deyərək, içəri girib dostları Sahili sakitləşdirmələrini bildirsədə, onlar ona narahat olmamağını, yaxşı olacağını bildirdilər. Bir də görmüşdür ki, bir nəfər Sahilin bir qolundan, digəri isə o biri qolundan tutmuşdur və onun əlində bıçaq var. Sahilin dostlarına bildirmişdir ki, baxsınlar görsünlər dostları nə etmək istəyər. Bu zaman Sahilin yanında onu tutanların onu buraxdığını, sonuncunun isə çölə çıxdığını görmüşdür. Onu çölə çıxaranlar isə vurub yerə yıxdılar. Onun gödəkçəsinin əynindən çıxması kameraya düşmüşdür. Ayağa qalxanda Sahil ona bıcaq atmış və o anda bıçağın ona batıb-batmadığını hiss etməmişdir. O, Sahilin əlindən tutmuşdur. Hər iki tərəfdən onları ayırmağa çalışmışlar və onları ayırandan sonra onlara toxunan olmamışdır. Onu tutanlar polislər gələcək deyib qaçmışlar. Kamera görüntülərində də onu sağ tərəfdən maşına mindirmək istədiklərini görmək olur. O anda özünün yaralandığını hiss etməmişdir. Sahili bicaqla vurmamış əksinə sonuncu onu vurmağa calışmışdır. Həmin vaxt Sahili maşına mindirə bilmirdilər və onu zorla maşına mindirmişlər. Onu zorla maşına mindirdikdən sonra, onun vuranlarının kim olmasını görmək üçün maşının qabağına keçmiş, onlar isə maşını onun üstünə sürmüşlər, daha sonra hadisə yerindən getmişlər. O, içəri daxil olub Sənanı axtarmış və Sənan çölə çıxarkən paltarını geyinməyə çalışsa da, lakin geyinə bilməmişdir. O zaman qolunun qanadığını görmüşdür. Sənandan nə olduğunu soruşduqda ona bilmədiyini demişdir. Taksiyə minib yola düşmüşlər və yolda yarasını bağlamaq üçün tibbi ləvazimatlar almışlar. Xatirəni isə işlədiyi yerin yanında düşürmüşlər. Sonra Sənanı düşürmüşlər və o, yolda qolunu yodlayıb yenidən bağlamışdır. Dizi də onlar onu yerə yıxdıqları zaman yaralanmışdır. O, həqiqət üzə çıxacağına böyük ümid bəsləyirdi cünki bütün baş verənlərin kameralarda qeydə alındığında əmin idi, belə ki, bunu istintaqı həyata keçirən müstəntiqə də ona deməklə görüntüləri ona göstərmişdir. Lakin sonra nədənsə kamera görüntüləri müstəntiq tərəfindən öz maraqları naminə yox edildi. “Verilmiş sullara cavab olaraq bildirmişdir ki, hesabı ödəyib bayıra çıxana qədər heçbir mübahisə və anlaşılmazlığın olmadığını, Sənanın mətbəxdə olanda kiməsə əl-qol atdığını görmədiyini, hadisəni Sənanı vurulması anında gördüyünü, Sahil, Ceyhun və Ramini dəqiq mətbəxdə gördüyünü, dəqiq görmədyindən Elşadın da orda olduğunu ehtimal etdiyini, nə mətbəxdə, nə kafedə, nə də çöldə onun əlində bıçaq olmadığını, Sahilə münasibətdə heç bir söyüş istifadə etmədiyi, onun Sənanı niyə vurduğunu soruşduğunu, ibtidai araşdırma dövründə kameralarda olan görüntülərə baxdığını və orada hardasa 10 dəqiqəlik videonu müstəntiqin ona göstərdiyini bildirdi. Həmin video çəkilişdə Sahilin əlində nəsə olmaqla ona hücum etdiyini, sonuncunun maşına mindirildiyini və videonun təxminən 10 dəqiqə davam etdiyini qeyd etmişdir. Sahilin onların masasına yaxınlaşanda onunla demək olar ki, heç bir dialoqunun olmadığını, kafenin içində nəinki Sahilə heç kimin ünvanına söyüş işlətmədiyini, Sahilin ondan əl çəkmədiyini və yenidən hücum etmək istədiyini, həmin zaman içəridə sonuncunun nalayiq ifadələr istifadə eləməyə başladığını, gödəkçəni geyəndə bıçaq zərbəsi aldığını hiss etdiyini, Sahilin isə bıçaq zərbəsi aldığını həmin günün səhəri öyrəndiyini, Sahilə bicağı onun vurmadığını, şahidlər deyirdilər ki, o maşında deyib ki, məni kim vurub, istintaqin bir tərəfli aparıldığı səbəblərinə görə ifadə verməkdən imtina etdiyini bildirdi. Hadisə yerində polis əmkdaşlarının telefonla nəsə çəkdiyini, kafedə kameranın olduğunu, onu dostunun gözlədiyi üçün tez durduqlarını və duranda hesabın ödənişi ilə bağlı heçbir narazıçılığın olmadığını, qorxduğunu və Sahil tərəfindən ona hücum olduğundan normal dərəcədə aqressiya göstərdiyini, hadisə yerində olan qan izlərinin ona aid olduğunu, Sahili dostların saxlaya bilmədiklərini və zorla maşına mindirib apardıqlarını, Sahili maşına mindirdikdən və onlar gedəndən sonra Sənanı gördüyünü, hadisə zamanı onda bıçaq olmadığını və Sənana Sahili bıçaqla vurduğunu demədiyini, həmçinin ibtidai araşdırma dövründə verdikləri ifadələri təsdiq etmədiyini, çünki o ifadələrin müstəntiq tərəfində özünə sərf etdiyi şəkiləd yazıldığını bildirmişdir. Verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri üzrə məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü Elşad ona zəng edərək, Ramin işlətdiyi obyektə yəni hadisə olan kafeyə gəlməsini istəmişdir. 19:00 radələrində kafeyə gəlmiş və Elşad gələnə qədər özünə qəlyan sifariş vermişdir. Kafedə olan zaman bir neçə masada tanımadığı şəxlərin əyləşdiyini görmüş daha sonra isə nəsə mübahisə getdiyini şahidi olmuşdur. Həmin şəxlərin Sahil və Sənan olduqlarını və hər iki şəxsin çox içkili olduğunu hiss etdiyindən onların hər ikisini aralaşdırıb aranı sakitləşdirməyə çalışmışdır. O, Sahilin Sənanın üstünə qışqıraraq, həmin vəziyyətdə onu mətbəxə saldığını gördükdə, onların arxası ilə gedərək, obyektin sahibinin harada olduğunu axtarmışdır. Mətbəxdə ilk öncə Sahilə Sənanın bir biri ilə itələşdiyini daha sonra isə Sahilin Sənanı vurduğunu və bu zaman Ramilin onları aralamağa çalışıdğını görmüşdür. Həmin vaxt o, qapının qarşısında, Ramil isə mübahisə edənlərin ortasında, Sahil isə onun sağında olmuş, Asim isə mətbəxtdə olmamışdır. Mətbəxtdə olan zaman Sahil çəngəli götürərək Sənanı vurmuş, vurduqdan sonra Asim icəri girərək Sahildən Sənanı niyə vurduğu soruşmuş, bunun lazım olmadığını sabah danışmalarını bildirmişdir. Sahilin Asimə “dur dostuvuda götür.......flan şey elə burda cavab vermiş. Asim isə mərhuma «sən düz eləmədin, sabah bunun cavabını verəcəksən» daha sonra Sənanın qolundan tutmuş və «gəl gedək, sabah bunun var yoxunu flan...» edərik demişdir. Elşad və Ramil onları aralaşdırıb bayıra çıxarmış, o, isə Sahillə mətbəxdə qalıb ona bayıra çıxmağa imkan verməmişdir. Bu zaman onunla Ramin Sahili içəridə saxlama calışmışlar, belə ki, rəhmətli Sahil onun əlində çıxmağa çalışıb Sənanla Asimin üstünə hücüm etmək istəyirdi. Daha sonra obyektin sahibi olan Ramin polislərin gədiyini demişdir. O da, polislər gəldiyinə görə problem olmayacağını düşünmüş və əlini çəkdiyi an Sahil əlinə pol taxtası götürüb qaça-qaça bayıra getmiş və onu tuta bilməmişdir. Onun arxası ilə çıxdıqda çöldə hay-küy olduğunu eşitmişdir. Həmin vaxt Asimin əlində nə olmasını dəqiq görməmiş, lakin qara rəngdə nəsə olmuşdur. Bu zaman Sahil gəlib köynəyini qaldırdıraraq söyüşlə bildirmişdir ki, onu bıçaqlayıblar. O da tez Sahili maşına mindirmiş və bu zaman orda bir qıza maşına dəymişdir. Həmin səbəbdən dolayı Elşad maşından düşmüş, daha sonra maşını sürərək, xəstəxanaya getmişlər. Sahil çox qan itirməsin deyə o köynəyini çıxarmış və köynəyi mərhumun yarasına basmış. Axşam olduğundan maşın içi qaranlıq olmuş və o, dəqiq heçnə görməmişdir. O, arxada, Sahil isə qabaq oturacaqda oturmuşlar, Ramil isə maşını bərk sürürdü. Onlar xəstəxanaya təcili yardıma gələrkən Sahil sağ olmuş, səhəri gün isə rəhmətə getmişdir. Verilmiş sullara cavab olaraq bildirmişdir ki, Sənanın rəhmətlik Sahil ilə yox, yanındakı qız ilə söyüşlə danışdığını, qızın dəqiq kim olduğunu bilmədiyini, Asimin nə kafenin içində nə də kafenin çölündə söyüş söydüyü eşitmədiyini, Sənanın müğənni qızın oxuya-oxuya stolları gəzərkən ona söyüş söydüyünü, həmin hadisənin ondan təxminən 5-10 metr aralıda olduğunu, Sahil Sənangilin yanına gedərək o qıza niyə elə dediyini soruşduğunu, Raminin mətbəxdə olduğunu və özünün qapının ağzında dayandığını, Sahilin Sənanı çəngəl ilə vurduğunu, Sahil Sənanı vurana qədər bir biri ilə ağızlaşdıqlarını və bir birə əl qol atdıqlarını bildirmişdir. O, içəri girəndə onların itələşdiklərini, Sahillə Sənanın arasında gərginliyin oxuyan qıza görə yəni o qıza Sənanın nəsə dediyinə görə yarandığını, X16 xəsarət yetirldikdən sonra mətbəxdə gördüyü, Sahilin Sənanı vurduqdan sonra sonuncunun keyidiyini gördüyü qeyd etmişdir. Asim Sənanın üzündən qanın gəldiyini görəndən sonra Sahili söyərək onunla sabah görüçəcəyini, Elşadın gəlib hamısını mətbəxdən çıxardığını, kafedə Sənan Asim bir də oxuyan xanımdan başqa 3-4 nəfərin də olduğunu, Sahil onun əlindən çıxdığını və Asim üzərinə hücüm edərkən soyuducunun şüşəsini sındırdığını, Sahilin çölə çıxarkən əlində taxta olduğunu və həmin taxtanı onun əlindən çıxdıqdan sonra götürdüyünü, aralarında 10 metr məsafə olduğunu və bayıra çıxarkən toz-torpaq olduğunu, adam sayının çox olduğunu və Sahilin Asimin üzərinə gətdiyini bildirmişdir. Sahilin köynəyini qaldıraraq onu vurduqlarını, sonuncunun üzərində qara köynəyin olduğunu, polisləri hadisə yerində görmədiyini, mərhumla bir stolda əyləşdiyini, onu başqalarına hücum etməsin deyə tutduğunu, obyektin sahibinin ona yaxınlaşaraq polisin gəldiyini xəbər etdikdən sonra mərhumu buraxdığını, mərhumun sağ əlindən tutub onu maşına apardığını və həmin an sonuncunun rənginin dəyişdiyini və ona “qoyma ölüm” deyə yalvardığını və özünün də qorxduğunu, Asim tərəfindən Sahilə qarşı hər hansı bir hərəkət görmədiyini sadəcə mətbəxdə onu söydüyünü, Sənanın Sahilə mətbəxdə dilləşdiklərini, Asimin o vaxta qədər heç kimi söymədiyini və söyüşü Sənanın qaşından qan gələndən sonra istifadə etdiyini, mərhumun onunla əlində çıxıb bayıra çıxanda əlində heç nə olmadığını yalnız taxtanın olduğunu gördüyünü, mətbəxdə X14 isə Sənanı söydüyünü eşitdiyini, Sahilin Sənana ilk zərbəni vurduqdan vurub yenə zərbə endirmək istəyirdi amma Rami qoymadı, Ramillə Sənan həm kafenin icində həmdə mətbəxdə ağızlaşdıqlarının gördüyünü, Sanin qaşından gal gəldiyi gördükdən sonra Asimin onun niyə vurulduğunu Sahildən soruşdu daha sonra “gedək, sabah gəlib bunun var yoxunu.. flan edərik” ifadəsini Sahilin ünvanına işlətdiyi, Asimin əlindəki bıçağı Sahilə tərəf yellədərək söyüşlə «səni cırıqcırıq edəcəm» və «çölə çıxmayan qeyrətsizdir, qeyrətin varsa, çölə çıx» ifadələrinin işlətmədiyini bildirmişdir. Mətbəxdin icində Sahilin Asimə “dur dostuvuda götür.......flan şey elə burda, məni tanımırsan obyektin yiyəsi mənəm” deyə söydüyünü, o, vaxta qədər Asimin kimisə söyməsini görmədiyini, Asimin Sahilin ünvanına söyüşü qan gələndən sonar işlətdiyini, həmçinin Asim Sahilin üstünə cummadığını, heç nə eləmədiyini, bayırda olanda da Asimin söyüşlə kiminsə çağırmasını eşitmədiyini qeyd etmişdir. Verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri üzrə məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs hadisədən təxminən üç ay əvvəl idman etdiyi Sabunçu rayonunda yerləşən məşq zalından tanımışdır. Sahil Ramil adlı şəxs ilə birlikdə Qaraçuxur qəsəbəsində yerləşən “Kabinet” çay evini işlətmişdir. O, da Sahilə görə həmin çay evinə gedib-gəlmişdir. Təqsirləndirilən şəxs2 isə həmin çay evində və məşqdə Sahil ilə birlikdə olan zaman bir iki dəfə görmüşdür. Evdə olan zaman ona zəng gəlmiş və Sahilin dalaşdığını, gəlib onu götürməsini bildirmişlər. O, oraya gələrkən Sənanın alnında qan olduğunu görmüş, sonuncu ona “mən nə etdim ki, məni vurdular” demişdir. O, Asimlə Sənanı çıxıb getsinlər deyə yola salmaq istəmişdir. Onlar artıq taksiyə minib çıxıb gedərkən Sahil əsəbi halda, heç kimi eşitməyərək onu tutan şəxslərin əllərindən çıxmış və əlində olan pol taxtası ilə onlara hücum çəkmişdir. Həmin vaxt hava qaranlıq idi. Bir az keçdikdən sonra qırağa çəkilərək, Sahil elə bil kiminsə onu bıçaqla vurduğunu demişdir O, Sənanı Raminin maşınına mindirərək, Sabunçuya aparmasını bildirmişdir. Lakin özü bir az irəlidə düşmüşdür. Belə ki, o, ağ köynək geyinmiş və Sahilin qanı onun köynəyinə bulaşdığından, problem olacağını düşünərək onlarla birlikdə getməmişdir. Verilmiş sullara cavab olaraq bildirmişdir ki, işin üstündən 3-4 il keçdiyinə görə dəqiq xatırlamadığını, Ramilin ona zəng edib Sahilin dalaşdığını və onu eşidəcəyini bu səbəbdən ora gəlməsini dediyini, gəldikdə Sahilin Sənanı vurduğunu və onun alnından qan axdığını, Sənanın ona “Mən neynəmişəm ki, məni vurdu?”dediyini, Sənan və Asimi eyni vaxtda kafedən çölə çıxardığını, Sahilin əsəbi olduğunu, kafedən çıxaraq heç kimə məhəl qoymadığını, Sahilin kafedən çıxan zamanı onun Asimlə Sənanı yola saldığını, Sahilin əlində olan pol taxtası ilə Asimin üstünə gəldiyini, hətta önün öz üstünə gəldiyini və ilk öncə güman edir ki, onu vurmaq istəyir sonra Asimin üstünə getdiyini gördüyünü, ətraflarında tanımadığları adamların olduğunu, kafedən çıxan zaman Ceyhun və Ramilin kafedə olduğunu, taksi sürücüsü Ramilidə kafedə gördüyünü, Asimin heç kimi söymədiyini və onun kafenin qarşında Sahildən başqa heç kimlə dalaşmadığını, bir az sonra Sahilin qırağa çəkildiyini və kiminsə onu bıçaqladığını dediyini qeyd etmişdir. Sahilin ad çəkməyərək söyüş söydüyünü, kafeyə gələndə Sənanın mətbəxdə olduğunu, Asim isə harada olduğunu görmədiyini, o, gələndə Sahil Sənanı artıq vurduğunu və Sənanın alnından qan axdığını, Sənanı aparanda Asimi gördüyünü və bu zaman Asimin qapı tərəfdə dayandığını, həm an Sahilin qışqırdığını və mərhumu Raminlə Ceyhunun tutduqlarını, kiminsə ünvanına söyüş söyüldüyünü eşitmədiyini, mehribançılıq olsun deyə onları aparmağa gəldiyini, Asimin əlində heç nə görmədiyini və onun nə kafenin çində nə kafenin çölündə kimimsə ünvanına söyüş söyməsini eşitmədiyini, qaranlıq olduğundan çox şeyi görmədiyi, Asimlə Sənanın ona qulaq asaraq sakit halda kafedən çıxdıqlarını və sabah Sahilin gəlib onlardan üzr istəyəcəyini bildirmişdir. Verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri üzrə məhkəmə baxışı zamanı dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, Hadisə günü o, taksi ilə iş gedən zaman Sənana zəng edərək ona Asimin ad gününü qeyd etdiklərini, istəyirsə ora gəlməsini, onu qarşılayacağını, 10 dəqiqə oturub çıxmasını bildirmişdir. Sənan taksiyə ünvanı demiş və o, Qaraçuxur qəsəbəsinə gəlmişdir. İçəri girərəkən Sənan ilə Asim ikisi oturmuşlar. Orada Sənanin dostu, ondan başqa tanımadığı bir oğlan və obyekt işlədən şəxs var idi. Həmin şəxsi tanımamış və sonuncu gəlib onların oturduğu stola yaxınlaşmışdır. Həmin şəxs Sənangilə yaxınlaşaraq “başın gedib bədənin qalıb” kimi zarafatlaşmağa başlamışdır. Sonra siqaret istəmiş və Asim də ona siqaret vermişdir. Orada oturduğu vaxtdan təxminən 20 dəqiqə, yarım saat keçmiş o, Sənana işə gecikdiyini bildirdikdə, sonuncu ona çıxıb çöldə gözləməsini, özünün indi gələcəyini bildirmişdir. O çölə çıxıb onların hesab verib gəlmələrini gözləmişdir. Dayanıb telefona baxarkən birdən səs-küy gəldiyini eşitmiş və başını qaldırdığı zaman restoranın qarşısında zalda olan adamların hamısının zaldan çölə çıxdığı görmüşdür. O, orada dava olduğunu və Sənanı içəri apardıqlarını görmüşdür. Həmin vaxt restorana qaçmış və mətbəxdə Sənanın başından möhkəm qan axdığını görmüşdür. Bu zaman qışqır-bağır salmış, lakin heç kim ona məhəl qoymamışdır. Cavan oğlanlar olduğundan, kiminsə öləcəyindən qorxduğuna görə yaxınlıqda olan polis bölməsinə qaçmış, polis maşını ilə geri qayıtmışdır. Geri qayıdan zaman hamının heç nə olmamış kimi sakit durduğunu görmüşdür. Dava əsnasında o, Asimi kənara çəkdiklərini, Asimin isə Sənanı həkimə aparmaq lazım olduğunu bildirirdi. O, sonradan Asimgilin polisə nə danışdıqlarını bilməmişdir. Daha sonra o, Asim və Sənan taksiyə minmiş və onlar onu işə aparmışlar. Taksidə Asim qolunda istilik hiss etdiyini bildirmiş, həmçinin Sənanın da başındakı yaraya görə aptekdə saxlatmışlar. O, oradan işə getmiş, Sənangil isə işlərinin arxası ilə getmişlər. Verilmiş sullara cavab olaraq bildirmişdir ki, kafedə canlı musiqinin olduğunu və Günel adlı şəxsin ifa etdiyini, sonuncunun onların masasına gəldiyini və ona mahnı ifa etməsini söylədiyini, o da zalda çox adam olduğunu və mahnı ifa edə bilməyəciyini demiş, Sənan da Günelə mahnıya ehtiyac olmadığını və əgər yemək yeməyibsə onlarla bir yerdə oturub yeyə biləcəyini əgər yemirsə onları üzrlü saymasını bidirmişdir. Sənanın həmin oxuyan qıza qarşı heç bir nalayiq ifadə işlətmədiyini, özünün də o qızı tanıdığını qeyd etmişdir. O, çıxarkən Asim və Sənanın içəridə olduğunu, Sənanı başından yaralandığını və yaralandığı yerdən qan axdığını, ilk əvvəl kafedən Asimin çıxdığını sonra da özünün çıxıb Sənanı gözlədiyini, hadisə yerində 10-15 nəfərin olduğunu, hadisənin bayırda olduğunu, kafedə yalnız Sənanı, Asimi və Günel xanımı tanıdığını, başqa heç kimi tanımadığını, o kafedən çıxana qədər mübahisəyə səbəb olacaq heç nəyin olmadığını, mərhum tərəfindən nalayiq ifadə eşitmədiyini, kafenin balaca yer olduğunu, səs-küyün çox olduğunu, Sənanla heç bir mübahisəsinin olmadığını, sadəcə ona işə gecikdiyini və ora çatmalı olduğunu bildirdiyini, Sənanın vurulmağını görmədiyini sadəcə içəri girəndə onun başından qan axdığını gördüyünü qeyd etmişdir. Həmin vaxt Asimi hərənin bir tərəfə çəkdiyini, daha sonra polis idarəsinə çıxıb getdiyini və sonra olanları görmədiyini, qayıdanda Sahilin orda olmadığını, maşında Asimin qolundan vurulduğunu öyrəndiyini, daha sonra Sənan üçün aptekdən düşüb sarğı aldıqlarını və həmin sarğını onun başına sarıdıqlarını, sonra onun işdə düşdüyünü və ondan sonra baş verən hadisələrdən xəbərinin olmadığını, Asimin dava etmədiyini və Sənana yaxın gəldiyini, onu həkimə aparmaq istədiyini, hadisə vaxtı nə Sənadan nədə ki, Asimdən söyüş eşitmədiyini və o bayıra çıxana qədər Sahil və Sənan arasında heç bir mübahisənin olmadığını bildirmişdir. Verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri üzrə məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 9933 taksi xidmətində taksi sürücüsü kimi fəaliyyət göstərir və adətən hadisə olan ərazidə yerləşən “Kabinet” çay evinin ətrafında dayanıb müştəri gözləmişdir. Tərəflərin heç birini tanımamış sadəcə Sahil ilə Ramili hadisədən təxminən iki ay əvvəl tanımış lakin onlarla birlikdə oturmamışdır. 03 fevral 2019cu il tarixdə, saat 19:00 radələrində “Kabinet” çay evinə getmiş və içəriyə girərək Ramildən ona bir stəkan su verməsini xahiş etmişdir. Həmin vaxt görmüşdür ki, Sahil ilə Sənan arasında mübahisə yaranmış və onlar bir-biri ilə söyüşlə danışırdılar. Mübahisə zamanı Sənanı içəri çəkdiklərini, lakin ayıra bilmədiklərini, Sənanın baş hissəsindən qan axdığını görmüş və içəridə adam çox olduğundan çölə çıxmışdır. Sənanı çölə çıxarsalar da, Sahili saxlaya bilməmişlər. Sahil pol ağacı götürərək çölə çıxmış və ağacla sonradan adını bildiyi Asimi vurmağa başlamış və hər iki şəxs orada əlbəyaxa olmuşlar. Həmin vaxt Asimin əlində dəstəyi qara rəngli nəsə olmuşdur. Daha sonra tanımadığı şəxslər Sahili həmin yerdən aralayıb onun olduğu tərəfə gətirmişlər və Sahil bu zaman paltarını qaldırıb söyüşlə, onun qarın nahiyəsindən vurulduğunu bildirmişdir. Həmin vaxt Sahili onun maşınına mindirmişlər. Maşına onlardan başqa Ceyhun, bir də səhv xatırlamırsa Elşad oturmuşdur. O, maşını sürüb yerindən tərpənərkən orada da hadisə olmuşdur. Bu zaman Elşad düşüb getmişdir. O, Sahilgili Bakıxanovda Asan xidmətin yaninda təcili yardıma aparsa da, lakin təcili yardım qəbul etməmişdir. Bundan sonra o, onları Sabunçuya xəstəxanaya aparmışdır. Verilmiş sullara cavab olaraq bildirmişdir ki, mübahisə gedəndə kafenin içində Sənan aralaşdırdıqlarını, Sahil isə Sənanı içəri çəkdiyi gördüyünü, mübahisənin kafenin mətbəxində olduğunu, həmin vaxt həmin hadisəyə 1 dəqiqəlik şahidlik etdiyini sonra isə kafenin qapısının ağzında olduğunu, Sənanın başından qan axdığının şahidi olduğunu, sonra Asimin bayıra çixartdıqlarını, orada olanların rəhmətlik Sahili saxlaya bilmədiklərini, Sahilin söyüşlə bayıra çıxmağa can atdığını, sonuncunun pol taxtası ilə kafenin çölünə çıxdığını, həmin pol taxtası ilə Asimi vurduğunu və zərbədən ağac qirildiğını gördüyünü qeyd etmişdir. Həmçinin kafenin çölünün qaranlıq olduğunu və Asimi kiminsə vurmağı dəqiq deyə bilməyəcəyini, Asim əlində qara dəstəkli nəsə gördüyünü, dəqiq bıçaq olub ya nə yox onu deyə bilməyəcəyini amma bıçağa oxşatdığını, Sahili araladıqdan sonra onun koftasını qaldırdığını və qarnından qan axdığını gördüyünü, Sahili dostlarının sonuncunu onun maşını otuzdurdqlarını, sonra isə onun idarə etdiyi avtomobilə Ceyhunla Elşadın oturduqlarını, onlar tərpənəndə Sənan kafenin qapışın önündə olduğunu bildirmişdir. Sənanı ilk dəfə içəridə gördüyünü, çölə çıxandan sonra içəri girmədiyini, rəhmətlik Sahili dalaşmamaq üçün dostları Ramil və daha 2 nəfər saxlamaq istədiklərini lakin saxlaya bilmədiklərini, Sahilin kafedən çıxanda əlində pol taxtasi ilə çıxdığını gördüyünü, kafenin içində nə Asim tərəfindən nə də Sənan tərəfindən söyüş söyülmədiyini, çöldə mübahisə gedəndə, deyəsən kimsə polis gəlir dediyini, kafenin çölündə dava dalaş olan yerin qaranlıq olduğunu, kafenin çölündə kimin kimi vurduğunu dəqiq deyə bilməsə də gördüyündən deyə bilər ki, rəhmətlik Sahil Asimin üstünə getmiş və orada olanlar Asimlə Sahili aralayırdılar. Asimin Sahilin üzərinə getmədiyini, Asimin kafenin çölündə heç kimə söyüş söymədiyini, heç kimi söyüşlə bayıra cağırmadığını, Sahilin birbaşa Asimin üstünə getdiyini və dalaşan şəxlərin Asimlə Sahil olduğunu gördüyünü, Asim Sahilə qarşı yox Sahilin Asimə qarşı ciddi aqresiyası olduğunu, Asim əlində qar dəstəli parıltılı nəsinsə olduğunu bildirmişdir. Verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri üzrə məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs hadisədən təxminən bir il əvvəl dostu Elşadın vasitəsi ilə tanımışdır. Sahil ilə birlikdə Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 22 ünvanında yerləşən “Kabinet” çay evini icarəyə götürüb işlətmişdir. 03 fevral 2019-cu il tarixdə, saat 17:00 radələrində Sahil ilə birlikdə kafedə yemək yeyən vaxt Təqsirləndirilən şəxs2 və Sənanın Asim adlı dostu “Kabinet” kafesinə gəlib əlində olan “sazan” balığını qızartmasını xahiş etmiş, Sahil də hər ikisini kafedə əyləşdirib Sənanın əlində olan balığı mətbəxə qızartmaq üçün vermişdir. Təxminən 20 dəqiqə sonra Sənanın yanına tanışı olan Xatirə adlı qadın gəlmiş, Sənangilin əyləşdiyi stola qızardılmış balıq gəldikdən sonra Sənan həmin balıqdan iki dilim onların əyləşdikləri masaya göndərmiş, Sahil də bunun şərəfinə badə qaldırmışdır. Daha sonra o, kafeyə bazarlıq etməyə getmiş və qayıdanda rəhmətlik Sahilin Sənangilin masasında oturub, birlikdə çörək yediyini görmüşdür. Həmin vaxt orda Ceyhun adlı ümmumi dostlarıda olmuş və o, da onlarla birlidə oturub söhbət edirdilər. Az müddət keçmişdi rəhmətlik Sahillə Sənanın arasında narazılıq yarandı və onar bir birilə dilləşdilə. Sahil idmançı olduğundan diribaş adam idi. Bu zaman Sahillə Sənan mətbəxə gedərək orada söhbətlərini davam etdilər. Sənana boş verməsini, Sahilin azdan coxdan xasiyyəti bildiyini bildirdikdə sonuncu ona narahat olma həll edəcik yoluna qoyacayıq dedi. Mətbəxə girəndə hər ikisi ona söhbət edəcəklərini bildirsələr də, bu belə olmadı mətbxdə hər ikis bir biri ilə ağızlamağa başladılar və bir birini itələyirdilər. Təxminən 2-3 dəqiqə sonra mətbəxdə səs-küy gəldiyi üçün o, mətbəxin qapısını açmış və həmin vaxt Sahil ilə Sənanın bir-birinə yumruq zərbələri vurduğunu, yəni əlbəyaxa olduqlarını görmüşdür. Sonra Sahil əlində olan dəmir parçası ilə Sənanın başından vurmuş, o, dərhal Sahilin önünə keçib onları aralaşdırmağa çalışmışdır. Ceyhun Sənanı kənara çəkərək onu mətbəxdən çıxarmış, bu vaxt Sənanın üz nahiyyəsindən qan axmışdır. Sənanın dostu Asim də onun qolundan tutub özünə tərəf dartaraq kafedən çıxarmağa çalışmışdır. X17 niyə vurduğu soruşmuş daha sonra söyüşlə “gedək, sabah gəlib bunun var yoxunu...flan” demişdir. O, mübahisə böyüməsin deyə Sahili tutub saxlamış və onu sakitləşdirməyə çalışmışdır. Bu vaxt Elşad kafeyə daxil olub kafenin qapısından Sənanla Asimi sakitləşdirmək məqsədilə onları çölə çıxartmış, Ceyhun isə onun yanına gəlib Sahilin çölə çıxmaması üçün onun qarşısını kəsmişdir. Sənanın çölə çıxaranda Sahil cox aqresiv idi hətta hirsindən kafenin çölünə çıxmaq üçün vitrinin şüşəni belə qırmışdır. Sahil Asimin üstünə hucum cəkmək üçün bıçaq götürsə də, bıcağı onun əlindən almış və bu zaman Sahil pol ağacını götürüb çölə çıxdı və onlar yəni Asimlə tutaşmışlar. O, onlara tərəf gedəndə Sahilin qarın nahiyyəsini tutaraq ona tərəf gəldiyini görmüş, Sahili tez Raminin idarə etdiyi taksiyə otuzdurub Ceyhun və Elşadla birlikdə xəstəxanaya apardılar, daha sonra post-patrul əməkdaşları gəlmişlər. Sonra özü də kafeni bağlayıb Suraxanı RPİnin 32-ci PB-yə, oradan isə 3 saylı şəhər klinik xəstəxanasına getmiş və 04 fevral 2019-cu il tarixdə, saat 06:00 radələrinədək həmin xəstəxanada olmuş, sonra yaşadığı evə gəlmiş, bir müddət sonra Sahilin öldüyünü eşitmişdir. Verilmiş sullara cavab olaraq bildirmişdir ki, Sənan, Asim və Sahilin hadisə günü araların yaxşı olduğunu, Asimin davada dalaş zamanı çox görmədiyini, ilk dəfə mətbəxin qapısının ağzinda gördüyünü, mətbəxdə Sahilin Sənanın alnından pinsetlə vurduğunu, Rəhmətlik Sahilin bir az dalaşqan olduğunu, bu səbəbdən Sənanı vurduqdan sonra sakitləşmək üçün onu çölə çıxartmağa calışdığını, Sahili saxlamağın çətin olduğunu, Sənan vurulanda sonra huşunu itirdiyini, kafenin qarşında Asimlə Sahilin dalaşdıqlarını, Asimin Sənanı aparanda sabah həll edəcəkləri ilə bağlı söyüş söydüyünü, ona qədər və ondan sonra Asimin kiminsə ünvanına söyüş söymədiyini, Asimin əlində qara nəsə olduğunu, kiminsə kafedə jarqon bir ifadə işlətməsinin eşitmədiyini, kafeni qısa müddət olardı arendaya götürdüyü, kafedə kameraların olduğunu lakin işləyib işləməsindən xəbərsiz olduğunu, Sənanla Asim getməyə hazirlaşdıqlarını və bu ərəfədə mübahisə yarandığını qeyd etmişdir. Sahilin bıçağını götürməyə cəhd etdiyini, lakin onun əlindən alaraq şaxtaya atdığını, müstəntiqə və birinci instansiya məhkəməsində bıçaqla bağlı nəsə deməyi yadında olmadığı, Sahilin özünün şəxsi bıçağı olduğunu və həmişə üstündə gəzdirdiyini, Sahilin pol taxtası ilə Asim üstünə hücum çəkdiyini, Sahili çöldə olanda görmədiyini və əlində bıçıq olub olmasımda xəbərsiz olduğunu, kafenin qabaq tərəfinin panel olduğunu və kafenin qarşının tam görünmədiyini, Sahil vurulduqdan sonra dava dalaşın bitdiyini, Sahil Sənanı vuranda sonra Elşadgil Sənanı və Asimi çölə çixartdıqlarını, Sahildən bıçağı alanda Sənan çölə çıxdığını, Asimin mətbəxə içəri görmədiyini, Sənanla rəhmətlik Sahilin ikisinin içəridə olduqlarını və onunla Ceyhunun aralamağa çalışdıqlarını, Sahildən xəsarətlə bağlı heçnə soruşmadığını, özünü itirdiyini təkcə onu bədənindən qan gəldiyini gördüyünü, Asimin əlində nə olduğunu dəqiq deyə bilməyəcəyini, Sahillə Sənanın mübahisəsi nə səbəbə başladığını bilmədiyini, kafedə işləyən musiqi ifa edən xanım var idi və o, nəsə musiqi oxuyurdu ona görə də Günel xanımla aralarında mübahisə olub ya da Sənanin olub onu dəqiq deyə bilməyəcəyini qeyd etmişdir. Sənanın içəridə vurulduğunu, onun, Ceyhunun və Elşadın gördüyünü, Asimin həmin vaxt mətbəxin qabağında olduğunu, Sahilin Asimin üstünə nə səbəbə getdiyini dəqiq bilmədiyini, Asimin əlində çöldə olanda qara dəstli nəsə olduğu gördüyünü, Asimin əlindəki bıçağı Sahilə tərəf yellədərək söyüşlə «səni cırıq-cırıq edəcəm» və «çölə çıxmayan qeyrətsizdir, qeyrətin varsa, çölə çıx» ifadələrinin işlətmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəmə-tibb ekspertizanın 04 fevral 2019-cu il tarixli, 14 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: döş qəfəsinin sağ ön səthinin qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası, boyunun bir ədəd səthi kəsilmiş yarası, sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı. Qeyd edilən xəsarətlər həyatidirlər, qançırlar bərk küt əşyanın (əşyaların), digər xəsarətlər şiş uca iti kənara malik deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən əmələ gəlmişlər, alınma müddətləri şəxsin xəstəxanaya daxil olmasından az əvvələ, yəni qərarda göstərilən 03 fevral 2019-cu il tarixinə uyğun gəlir. Döş qəfəsinin daxilə keçən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Digər xəsarətlər hər biri ayrıayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə döş qəfəsinin ön səthinin daxilə keçən deşilmiş kəsilmiş yarası nəticəsində qaraciyərin zədələnməsi fonunda inkişaf etmiş massiv (çoxlu) qanitirmə səbəb olmuşdur. Ölüm 04 fevral 2019-cu il tarixdə saat 08:20-də 3 saylı ŞKX-da baş vermişdir, hansıki meyitin məhkəmə-tibbi müayinəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 1,24 promildir. Bu miqdar canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Etil spirtinin qatılığı obyektin çürüməsi ilə əlaqədar nisbi hesat edilsin. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. məhkəmə-tibb ekspertizanın 05 fevral 2019-cu il tarixli, 79 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ bazunun deşilmiş-kəsilmiş yarası və sol diz oynağının sıyrığı. Sağ bazunun aşağı 1/3-nin ön bayır səthində 2.0*0.6 sm ölçüdə, kənarları hamar, yuxarı ucu küt, aşağı ucu iti, boylama yerləşmiş, mənfəzi açıq yara vardır. Qeyd edilən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (ola bilsin bıçaq), sıyrıq bərk küt əşya təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 03 fevral 2019-cu il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə deşilmişkəsilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; sıyrıq sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd edilən deşilmiş-kəsilmiş yaranın digər şəxs tərəfindən, eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunmur. məhkəmə-tibb ekspertizanın 05 fevral 2019-cu il tarixli, 80 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol göz ətrafı yumşaq toxumaların qançırı, sol almacıq və alın nahiyələrinin sıyrıqları. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 03 fevral 2019-cu il tarixdə əmələ gələ bilər və hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. məhkəmə-tibbi bioloji ekspertizasının 24 aprel 2019-cu il tarixli, 201/2-19-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O-alfa, beta/İ/. Təqsirləndirilən şəxs1 Sücaət oğlunun ABO sistemi üzrə qan qrupu: B-alfa/İİİ/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus mayka, kofta, cins şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigen və həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, Beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Bu ləkələrdə B-alfa/İİİ/ qruplu Təqsirləndirilən şəxs1 Sücaət oğlunun qanının olması ABO sistemi ilə inkar olunur. Təqdim edilən Təqsirləndirilən şəxs1 məxsus gödəkcə, şalvar üzərində gözlə görünən qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. məhkəmə-tibbi-kriminalistik ekspertizasının 26 aprel 2019-cu il tarixli, 133/2019- MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin və maykanın ön hissəsinin sağ-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin və maykanın ön hissəsinin sağ-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sağ ön səthində olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst- üstə düşür. Zərərçəkmiş şəxs bədənində olan digər xəsarətlər, boyunun bir ədəd səthi kəsilmiş yarası, sağ bazunun cızıqları ona məxsus olan paltarlarda öz əksini tapmamışdır. Bu da zədə yetirilən zaman paltarların həmin nahiyələri örtməməsi və yerdəyişməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 Sücaət oğluna məxsus gödəkcə və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji təhqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Sviterin və maykanın demək olar ki, bütün səthi boyu fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. B) Şalvarın ön-yuxarı nahiyəsindən başlayaraq aşağıya doğru davam edən fasilərlə yerləşən nisbi-düz və qeyridüz dairəvi və ovalvari formalı qan ləkələri qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişlər, bəziləri isə qanın öz ağırlığı ilə aşağıya doğru axıntıları əmələ gətirmişlər. C) Şalvarın arxa hissəsində fasilələrlə yerləşən bəziləri zolaqlı şəkilli, bəziləri uzunsov formalı qan ləkələri yaxma xarakterli olub, qan mənbəsi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər. məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 aprel 2019-cu il tarixli, 8905 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd olunan paltarlar üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və növü rəyin 1 saylı cədvəlində göstərilmişdir. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən paltarlardan göy rəngli cins şalvarı üzərində tapılmış bozumtul qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd olunan paltarlar üzərində Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən paltarların tərkib liflərindən yoxdur. ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 12 aprel 2019cu il tarixli, 596 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 emosionallıq, çılğınlıq, hövsəsizlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixiemosional sferasında həyəcan, emosionallıq əmələ gəlmişdir. Həmin halın yaranması situasiya ilə şərləşmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır. ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 18 aprel 2019cu il tarixli, 634 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 kobudluq, tənqidə və təhqirə qarşı həssaslıq, qıcığa qarşı tez reaksiya vermək, eqosentrizm və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik, qəzəblilik əmələ gəlmişdir. Həmin halın yaranması adi alkoqol sərxoşluğu vəziyyətində olması ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır. İlk növbədə qeyd olunmalıdır ki, hazırkı apellyasiya baxışının predmetini (apellyasiya şikayətləri və apellyasiya protestinin dəliləri nəzərə alınmaqla) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə istintaq orqanı tərəfindən verilmiş ittihamın bütün həcmini əhatə etdiyindən məhkəmə kollegiyası cinayət işi üzrə məhkum edilmiş şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün 03 fevral 2019-cu il tarixdə ünvan 1 ünvanda yerləşən “Kabinet” kafesində baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə kollegiyası gəldiyi bu nəticə ilə bağlı əsaslandırma və təhlil aparılmamışdan əvvəl qeyd edir ki, hazırkı məhkəmə baxışının predmeti olan cinayət hadisəsinin şahidlərini şəxsi münasibətlər baxımından müdafiə tərəfinin, zərərçəkmiş tərəfin və qeyd olunan münasibətlərdən asılı və cinayət prosesində şəxsi marağı olmayan neytral tərəfin şahidləri kateqoriyasına bölmək olar. Belə ki, hazırkı halda məhkəmə iclasında ifadəsi alınmış şahidlərdən Şahid2, Şahid4, Şahid1 mərhum Zərərçəkmiş şəxs yaxın tanışları olmaqla zərərçəkmiş tərəfin, X1 Sənan Möhbalı oğlunun yaxın tanışı olmaqla müdafiə tərəfinin şahidlərinə, Şahid3 isə cinayət prosesində şəxsi marağı olmayan şahid kimi qəbul edilməli və adıçəkilən şahidlərin verdiyi ifadələrin həqiqiliyi isə həm qarşılıqlı şəkildə, həm də cinayət işi üzrə digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməli, habelə şahidlərin həm ibtidai istintaq həmdə məhkəmə iclaslarında vermiş olduqları ifadələr cinayət iş materiallarında olan digər sübutlarla uzlaşmasını halında daha mötəbər hesab edilməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hüseyn və başqaları Azərbaycana qarşı" iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, “ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir.” Məhkəmə kollegiyası sübutların ədalətli qiymətləndirilməsi baxımından məhkum edilmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdiyi ifadələrinə daha əhəmiyyət verməsini onunla əlaqələndirir ki, cinayət işinin ibtidai istintaq mərhələsində 12 mart 2019-cu il tarixdə müstəntiq Şahid7 tərəfindən Azərbaycan Respublikası DİN Növbətçi hissələri İdarəetmə Xidməti Təhlükəsiz Şəhər Xidmətinin TŞ 10-047 nömrəli video müşahidə qurğusu tərəfindən 03 fevral 2019-cu il tarixdə saat 18.00-dan 21.00-dək olan müddəti əhatə edən və kameralar tərəfindən qeydə alınmış görüntülərə baxış keçirilmiş və bu barədə protokol tərtib edilsə də, cinayət işinə əlavə edilmiş görüntülərin əks olunduğu disk yarasız vəziyyətdə olduğunda ona baxış keçirilməsi mümkünsüz olmuşdur. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfində həmin görüntülərin əldə edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsinə baxmayaraq qeyd olunan görüntülərin əldə edilməsi mümkün olmamışdır. Nəzərə almaq lazımdır ki, müdafiə tərəfi hazırkı işlə bağlı məhkum edilmiş şəxs məhkum edilmiş şəxslərin əməllərinə düzgün hüquqi qiymətin verilməsində həmin video görüntülərin həlledici rol oynamasını və verilmiş ittihamın məhz həmin video görüntülər olmadığından ziddiyyətli sübutlar əsasında qurulmasına iddia etmişdir. Belə olan halda məhkəmə kollegiyası iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayət prosesi iştirakçılarının vermiş olduğu ifadələri tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, yalnız ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından müqayisəli şəkildə qiymət verildiyi təqdirdə obyektiv həqiqətin müəyyən edilə biləcəyi qənaətinə gəlir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd edilir ki, Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 AR CM-nin 221.3-cü maddəsi təqsirliliyi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, Təqsirləndirilən şəxs2 əməllərinin AR CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmədiyi halda, Təqsirləndirilən şəxs1 əməllərində isə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibinin mövcudluğu sübuta yetirilməmiş, əksinə belə xuliqanlıq əməlinin istisna olunduğu mövcud sübutların qarşılıqlı tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Belə ki, hazırki cinayət işi üzrə işin hallarından, məhkum edilmiş şəxslər ifadələrindən, həmçinin iş üzrə dindirilmiş şahidlərin biri digəri ilə uzlaşan ifadələrindən görünür ki, 03 fevral 2019-cu il tarixdə baş vermiş hadisə ilkin səbəbləri Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 kafedə söyüş söyməsi ilə bağlı iradı olmuş, daha sonra adı çəkilən şəxslərin bir-bir ilə ictimai yer sayılan kafedə ucadan söyüşlə danışmışlar və nəticədə kafenin mətbəxinə çəkilərək biri-birilərinə xəsarət yetirmələri olmuşdur. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apelyasiya şikayətində, həmçinin Təqsirləndirilən şəxs2 məhkəmə iclasında vermiş olduğu ifadəsində mərhum Zərərçəkmiş şəxs təhqir etməməsini, sonuncu vurmamasını bildirərək ona ittiham olduğu maddə ilə bəraətin verilməsini xahiş etsə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 bu dəliləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 03 fevral 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 kafedə işləyən müğənni qız və Sənanla birlikdə gəlmiş Xatirə ilə aralarında yaranmış anlaşılmazlıq üzündən Sənanın həmin gün kafedə yüksək səslə nalayiq ifadələr işlətdiyini, bunu eşidən mərhum Zərərçəkmiş şəxs ona irad bildirdiyi və nəticədə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə kafenin içində söyüşlə danışdığının və mətbəxə keçərək bir-birinə xəsarət yetirdiklərini bildirmişlər. Həmçinin məhkəmə-tibb ekspertizanın 04 fevral 2019-cu il tarixli, 14 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: döş qəfəsinin sağ ön səthinin qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası, boyunun bir ədəd səthi kəsilmiş yarası, sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı. Yuxarıda sadalanan sübutlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 03 fevral 2019-cu il tarixdə “Kabinet” kafesində yüksək səslə nalayiq ifadələr işlətmiş, həmin kafeni işlədən və dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs həmin söyüşlərə münasibətdə bildirdiyi iradı cüzi səbəb kimi bəhanə edərək sonuncuya qarşı zor tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib ona sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, xuliqanlıq hərəkətləri etmişdir. Lakin Təqsirləndirilən şəxs2 həmin hərəkətləri Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında törətməsi halı, həmçinin Təqsirləndirilən şəxs1 qərəzi xuliqanlıq törətməsi öz təsdiqi tapmadığından sonuncuya AR CM-nin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməsi yolverilməzdir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2, Şahid4, Şahid1, X6 və Şahid3 vermiş olduqları ifadələrində Təqsirləndirilən şəxs1 nə kafenin içində, nə də kafenin çölündə olan zaman hər hansı şəxsin ünvanına nalayiq ifadələr işlətmədiyini və heç bir şəxslə hər hansı mübahisəsinin olmamasını bildirmişlər. Həmçinin həm məhkum edilmiş şəxslərin, həm də şahidlərin ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında mətbəxdə baş vermiş insident zamanı Təqsirləndirilən şəxs1 orada olmamış, sonuncu hadisə yerinə daha sonra gəlmiş və faktiki olaraq Təqsirləndirilən şəxs2 qaşından zərbə yetirildikdən sonra görmüşdür. Bundan başqa şahidlər Şahid2 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs1 Sənanın qoluna girərək hadisə yerindən uzalaşdırma ərəfəsində Zərərçəkmiş şəxs ünvanına “gedək, sabah gəlib bunun var yoxunu.. faln edərik” söyüşünün söydüyü bildirmişlər. Eyni zamanda dindirilmiş şahidlərdən heç biri həmin anda Təqsirləndirilən şəxs1 əlində hər hansı əşyanın (bıçağın) olmasını görmədiklərini bildirmişlər. Apellyasiya protestinin əsasını təşkil edən əsas dəlillə, yəni hadisənin sonrakı gedişatında Sənanın yüksəkdən Sahilə “məni niyə qaşımdan vurdun Sahil?” deməsi, həmin vaxt Sahil “sən mənim qardaşımsan, mən səni niyə vurum ki?” deyərək kafedən çölə çıxması və söhbətlərini artıq kafenin qarşısında davam etməsi, həmçinin kafenin qarşısında Sənanla Sahil arasında münaqişə baş verməməsi və Asimin əlindəki bıçağı Sahilə tərəf yellədərək söyüşlə «səni cırıq-cırıq edəcəm» və «çölə çıxmayan qeyrətsizdir, qeyrətin varsa, çölə çıx» və s. ifadələr işlətməsinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, hadisələrin axarının göstərilən qaydada davam etməsi birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 (digər şahidlər birinci instansiya məhkəməsində belə ifadə verməmişlər) ifadəsindən müəyyən olunur. Lakin onu da nəzərə almaq lazımdır ki, Şahid1 birinci instansiya məhkəməsində ümimiyyətlə «çölə çıxmayan qeyrətsizdir, qeyrətin varsa, çölə çıx» ifadələrini işlətməmiş, həmçinin hazırkı məhkəmə iclasında ifadə verən Şahid1 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 kafenin qarşısına əlindəki bıçağı Sahilə tərəf yellədərək hərəkətini və söyüşlə «səni cırıq-cırıq edəcəm» ifadələrini işlətmədiyini bildirmişdir. Bununla yanaşı Şahid1 birinci instansiya məhkəməsində ifadəsində göstərdiyi Asimin əlindəki bıçağı Sahilə tərəf yellədərək söyüşlə «səni cırıq-cırıq edəcəm» ifadəsini işlətməsi həm məhkum edilmiş şəxslərin həmdə də cinayət işi üzrə keçmiş digər şahidlərin ifadələri təkzib olunur. Belə ki, hadisənin bilavasitə görən şahidlər Şahid2, Şahid4 və Şahid3 nə birinci instansiya məhkəməsində və işə apellyasiya icraatı qaydasında baxılarkən Təqsirləndirilən şəxs1 Kabinet çay evinin qarşısında əlində bıçağı yellətməsi və hər hansı şəxsin ünvanına nalayiq ifadələr (cümlədən «səni cırıq-cırıq edəcəm») işlətmədiyini bildirmişlər. Bundan başqa həm məhkum edilmiş şəxslərin ifadələrindən, həm də hazırkı iş üzrə dindirilmiş hər bir şahidin ifadələrindən müəyyən olunur ki, Şahid2 və Şahid1 mərhum Zərərçəkmiş şəxs (aqressiv olduğundan) çölə çıxmaması, sonuncunun hərəkətlərinə son qoyması və yaranmış münaqişənin davam etməmək üçün mətbəxdə tutub saxladıqlarını, həmçinin Şahid4 isə Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 çölə çıxardığını bildirmişlər. Bu isə onu göstərir ki, hadisələrin gedişatında pauza olmamış, yəni baş verən hadisələr kəsilmədən davam etmişdir. Lakin Şahid1 birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsində və apellyasiya protestində elə təəssürat yaranır ki, sanki Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2la mətbəxdə baş vermiş insidentdən sonra münaqişə bitmiş və sonuncular kafenin qarşısına söhbət etmişlər, münaqişənin davam etməsinə səbəbkar isə Təqsirləndirilən şəxs1 olmuşdur. Halbuki proses iştirakçıların vermiş olduğu ifadələrindən müəyyən olunur ki, mətbəxdə baş vermiş xuliqanlıq hərəkətlərindən sonra Zərərçəkmiş şəxs Asimin ünvanına “götür dostunu ...... filan şey ol burdan” ifadəsi işlətməklə hər iki şəxsə olan aqresiyasını nümayış etdirməsinin, həmçinin Şahid2 və Şahid1 tərəfindən mərhumun mətbəxdə tutub saxlaması sonuncunun yaranmış münaqişəni bitirmək kimi niyyətinin olmamasının göstəricisidir. Məhkəmə kollegiyası proses iştirakçıları tərəfindən verilmiş ifadələri mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından müqayisəli şəkildə qiymət verərək belə qənaətə gəlir ki, Şahid1 Asimin əlindəki bıçağı Sahilə tərəf yellədərək söyüşlə «səni cırıq-cırıq edəcəm» ifadələri işin həqiqi halları və hadisədə iştirak etmiş şəxslərin biri-biri ilə uzlaşan ifadələri üst-üstə düşmədiyindən şahid qeyd olunan hissədə vermiş olduğu ifadəsi əhəmiyyətsiz olduğunda sübut kimi qiymətləndirilməsi istisna olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir: Xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 4-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Zor tətbiq etmə ilə hədələmə dedikdə isə zərərçəkmiş şəxsi fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaqla onun şüuruna və iradəsinə psixi təsir göstərmə başa düşülür. Hədələmə zamanı təqsirkar zərərçəkən şəxsi döymə, sağlamlığına zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və s. ilə qorxuda bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 30-cu bəndində qeyd edilir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi qərəzli xuliqanlıq cinayətinin tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri mücərrəd qeyd olunmaqla aşağıdakı kimi verilmişdir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən verilmiş ittihama əsasən (CM 221.3-cü madəsilə bağlı) Təqsirləndirilən şəxs1 03.02.2019-cu il tarixdə ad gününü qeyd etmək üçün dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 1 ünvanda yerləşən “Kabinet” kafesində spirtli içki qəbul edib alkoqol sərxoşluğu vəziyyətində həmin gün, saat 20 radələrində hesabı ödəyib kafedən çıxmağa hazırlaşan zaman Təqsirləndirilən şəxs2 yüksək səslə nalayiq ifadələr işlətməsinə həmin kafeni işlədən və sonuncunun dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs bildirdiyi iradı cüzi səbəb kimi bəhanə edərək sonuncuya qarşı zor tətbiq etmək, həmçinin belə zorun tətbiq edilməsi hədəsi ilə Təqsirləndirilən şəxs2la birlikdə bir qrup şəxs halında öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədi ilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına saymamazlıq göstərərək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yumruqla vuraraq sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən sonra, xuliqanlıq hərəkətlərini davam etdirərək istintaqa məlum olmayan mənbədən əldə edib üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs fiziki zor tətbiq edəcəyi hədəsi ilə psixi təsir göstərməklə ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirərək təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir . Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-nə edilmiş dəyişikliyə görə, CM-nin 221.3-cü maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir: “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Göründüyü kimi CM-nin 221.3-ci maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərər çəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunmalıdır. Bu o deməkdir ki, belə hallarda silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərər çəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər və ya müxtəlif dərəcəli zərər yetirilməli, yaxud o, həyatdan məhrum edilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir ki, əməlin CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və bu maddə ilə tövsif edilməsi üçün nəticəyə gəlmək mümkün olsun. Əks təqdirdə, yəni yuxarıda göstərilən üç haldan birinin müəyyən edilməməsi törədilmiş əməlin CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsinə əsas vermir. Xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə müxtəlif üsullarla (silahı nümayiş etdirməklə, odlu silahdan havaya atəş açmaqla və sair) zərər çəkmiş şəxsə hədə qorxu gəlmə yalnız psixi zorun tətbiq edilməsinə dəlalət edir, bu isə CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş “zor tətbiq etmə” anlayışının əlamətlərini ehtiva etmir. Göründüyü kimi verilmiş ittihamda zor tətbiq edəcəyi hədəsi ilə psixi təsir göstərməklə təkrarən edilmiş qərəzli xuliqanlıq hərəkətləri, həmçinin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ünvanına “gedək, sabah gəlib bunun var yoxunu.. filan edərik” ifadələri CM-nin 221.3cü maddəsində nəzərdə tutulmuş “zor tətbiq etmə” anlayışının əlamətlərini ehtiva etmədiyindən, həmçinin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs həyatdan məhrum etməsindən ibarət digər əməli isə zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və dava-dalaş zəminində olmaqla müstəqil maddi hüquq normasının tərkib əlamətlərinə aid olduğundan Təqsirləndirilən şəxs1 əməlinin xuliqanlıq kimi qiymətləndirilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 353.5.2-ci maddəsinə əsasən bəraət hökmünün nəticəvi hissəsində məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi göstərilməlidir; 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından əməllərində cinayət tərkibinin olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə sonuncuya istinad edilən ittiham üzrə bəraət verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraətin verilməsi özü-özlüyündə Təqsirləndirilən şəxs2 əməllərində törədilmiş xuliqanlıq cinayətində qrup halında törədilməsini istisna edir və belə olan halda sonuncunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməldir. Beləliklə məhkəmə kollegiyası həm məhkum edilmiş şəxslərin, həm də hazırkı cinayət işi üzrə keçən şahidlərin verilmiş olduqları ifadələri qarşılıqlı şəkildə tədqiq edərək, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş müvafiq ekspertiza rəylərini, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutları məcmu halda qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs2 03 fevral 2019-cu il tarixdə dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun ad gününü qeyd etmək üçün ünvan 1 ünvanda yerləşən “Kabinet” kafesində spirtli içi qəbul edərək alkoqol sərxoşluğu vəziyyətində həmin gün saat 20 radələrində hesabı ödəyib kafedən çıxmağa hazırlaşan zaman yüksək səslə nalayiq ifadələr işlətməsinə həmin kafeni işlədən və dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs bildirdiyi iradı cüzi səbəb kimi bəhanə edərək sonuncuya qarşı zor tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib ona sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və sonuncun məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri təqsirli bilindiyi (məhkəmə baxış iclasında) ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməsi ilə ibtidai araşdırma orqanın gəldiyi nəticəni əsassız hesab edir. Yəni başqa sözlə desək məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlinin hüquqi tövsifi ilə bağlı ibtidai araşdırma orqanın gəldiyi nəticə ilə razılaşmayaraq sonuncunun cinayət əməlinin cinayət-hüquq normasının (CM 120.2.2) dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri ilə uzlaşmadığını qeyd edir. Məhkəmə kollegiyası qənaətinə görə, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi məhkəmə istintaqı aparmaqla ittiham tərəfinin irəli sürdüyü sübutları araşdırmış, Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə əməlin hüquqi tövsifinin əsassız sayılması üçün kifayət qədər dəlillər və sübutların olmasına əsaslanaraq, işin faktiki hallarına, hadisənin baş vermə mexanizminə və törədilmə şəraitinə düzgün qiymət vermiş və nəticədə mahiyyəti üzrə düzgün nəticəyə gələrək elan edilmiş ittihamla razılaşmayaraq Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsifi edilməsinə dair yekun məhkəmə aktı qəbul etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihama əsasən, o, 03.02.2019-cu il tarixdə ad gününü qeyd etmək üçün dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 1 ünvanda yerləşən “Kabinet” kafesində spirtli içki qəbul edib alkoqol sərxoşluğu vəziyyətində həmin gün, saat 20 radələrində hesabı ödəyib kafedən çıxmağa hazırlaşan zaman Təqsirləndirilən şəxs2 yüksək səslə nalayiq ifadələr işlətməsinə həmin kafeni işlədən və sonuncunun dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs bildirdiyi iradı cüzi səbəb kimi bəhanə edərək sonuncuya qarşı zor tətbiq etmək, həmçinin belə zorun tətbiq edilməsi hədəsi ilə Təqsirləndirilən şəxs2la birlikdə bir qrup şəxs halında öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədi ilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına saymamazlıq göstərərək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yumruqla vuraraq sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən sonra, xuliqanlıq hərəkətlərini davam etdirərək istintaqa məlum olmayan mənbədən əldə edib üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs fiziki zor tətbiq edəcəyi hədəsi ilə psixi təsir göstərməklə ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirərək təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmiş, sonra isə cinayətkar niyyətini davam etdirib ümumi niyyətdən kənar çıxaraq silah qismində istifadə etdiyi həmin bıçaqla xuliqanlıq niyyətilə qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs boyunun səthi kəsilmiş yarası kimi dərəcəsi təyin edilməyən bir ədəd, eləcə də sonuncunun ölümünə səbəb olan döş qəfəsinin sağ ön səthinin qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək, bununla da bir qrup şəxs halında silah qismində əşyadan istifadə edərək qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmçinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 03 fevral 2019-cu il tarixdə törətmiş olduğu ictimai təhlükəli əmələ hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Belə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bundan başqa, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində məhkəmələrə aşağıdakı məzmunda izah verilmişdir: “Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqazidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz”. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsidir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu baxımdan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, 03.02.2019-cu il tarixdə ünvan 1 ünvanda yerləşən “Kabinet” kafesində baş vermiş hadisələrin ilkin səbəbi Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş xuliqanlıq hərəkətləri nəticəsində sonuncunun mərhum Zərərçəkmiş şəxs ilə həmin kafenin mətbəxində mübahisə və dalaşması olmuşdur. Yuxarıda sadalanmış şahid ifadələrindən, həmçinin məhkum edilmiş şəxslərin ifadələrində müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 həmin mübahisədə iştirak etməmiş, mübahisənin hansı zəmində baş verməsindən məlumatsız olmuş, mübahisədən əvvəl kafe olan şəxslərdən heç biri ilə hər hansı insident yaşamamış, yalnız mübahisənin sonunda, yəni Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs tərəfindən qaşından zərbə yetirdikdən sonra hadisələrin iştirakçısına çevrilmişdir. Həmçinin şahidlər Şahid2 və Şahid1 ifadələrində X9 qoluna girərək hadisə yerindən uzaqlaşdırma ərəfəsində Zərərçəkmiş şəxs ünvanına “gedək, sabah gəlib bunun var yoxunu.. filan edərik” söyüşünün söydüyü bildirmişlər. Həmçinin həm məhkum edilmiş şəxs A.Muxatrovun eyni zamanda Şahid2 ifadələridən görünür ki, Zərərçəkmiş şəxs A.Muxatarovun ünvanına “götür dostunu ...... filan şey ol burdan” ifadəsi işlətmişdir. Məhkmə kollegiyası həmçinin təkrarın vurğulayır ki, Təqsirləndirilən şəxs1 əlindəki bıçağı Sahilə tərəf yellədərək söyüşlə «səni cırıq-cırıq edəcəm» və digər nalayiq ifadələr işlətməsi işin həqiqi halları və hadisədə iştirak etmiş şəxslərin biri-biri ilə uzlaşan ifadələri ilə təkzib olunmuşdur. Qeyd olunan ifadələr qiymət verməzdən öncə məhkəmə kollegiyası həm mərhum Zərərçəkmiş şəxs, həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 fiziki göstəricilərinə, hadisə baş verən an hər iki tərəfdən iştirak edən şəxslərin sayının nəzərə alınmasını vacib hesab edir. Belə ki, məhkum edilmiş Təqsirləndirilən şəxs1 düzgün bədən quruluşuna malik olmaqla, idmanla məşğul olmayan və müxtəlif yerlərdə ofisant kimi işləmiş şəxs olduğu halda, mərhum Əlizadə X5 Elşad Kürşad oğlu və məhkum Təqsirləndirilən şəxs2 ilə birlikdə idmanla məşğul olmuş (hazırda şahid qismində keçən şəxslərin ifadələrindən) və sonuncunun bir zərbəsi cüssəli quruluşuna malik olan Təqsirləndirilən şəxs2 hüşunun itirlməsinə səbəb olmuşdur ki, bu da onun kifayət qədər fiziki gücə sahib olan adam kimi qiymətləndirilməsinə əsas verir. Digər tərəfədən mərhumun meyitinin xarici görünüşə baxdıqda hər iki ciyin nahiyyəsində faşizmin rəmzi olan svastika, həmçinin hörümcək torunun tatusu vardır. Bu da nəzərə alınmalıdır ki, iş üzrə keçən şahidlər Sənanla mətbəxdə baş vermiş dava dalaşdan sonra Zərərçəkmiş şəxs çox aqresiv olduğunu, onu qüclə mətbəxdə saxladıqlarını bildirmişlər. Bundan başqa qeyd olunmalıdır ki, hadisə Zərərçəkmiş şəxs şərik olduğu kafedə və sonuncunun dostları coxluq təşkil etdiyi şəraitdə baş vermişdir. Belə olan halda Təqsirləndirilən şəxs1 Sənanın qoluna girərək hadisə yerindən uzaqlaşdırma ərəfəsində Zərərçəkmiş şəxs ünvanına “gedək, sabah gəlib bunun var yoxunu.. filan edərik” söyüşünün söydüyü halda belə sonuncunun qaşından qan axan dostunun vurulması fonunda mübahisənin həmin anda davam etmək niyyətinin olmamasına, söyüşlə olsa belə mübahisənin həmin vaxt sonlandırmasına, daha sonra davam etdirmək istəməsinin göstəricisidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi hadisə zamanı Zərərçəkmiş şəxs bədən quruluşca Təqsirləndirilən şəxs1 münasibətdə daha cüssəli olması, həm də mərhumun ətrafinda daha çox adamların olması, yanında olan adamın, yəni Təqsirləndirilən şəxs2 isə artıq vurularaq halsız olması, müqavimət göstərdiyi halda orada olana Sahil və Sahilin dostları tərəfindən özünə xəsarət yetirilməsi qorxusu özüözlüyündə Təqsirləndirilən şəxs1 həmin an mübahisəni yekunlaşdıraraq daha sonra davam etməsində maraqlı olmasında inandırıcı olmasını göstərir. Digər tərəfdən göstərilən hal həmçinin Şahid4 ifadələri ilə təsdiq olunur, belə ki, sonuncu ifadəsində bildirmişdir ki, o, sabah Sahilin gəlib onlardan üzr istəyəcəyini bildirdikdən sonra Asimlə Sənanın ona qulaq asaraq sakit halda kafedən çıxmışdırlar. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ilə mərhum Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə və dalaşma məhz zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlanması aşağıdakı hallarla da təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Mətbəxdə ilk öncə Sahilə Sənanın bir biri ilə itələşdiyini daha sonra isə Sahilin Sənanı vurduğunu və bu zaman Ramilin onları aralamağa çalışıdğını görmüşdür. Həmin vaxt o, qapının qarşısında, Ramil isə mübahisə edənlərin ortasında, Sahil isə onun sağında olmuş, Asim isə mətbəxtdə olmamışdır. Mətbəxtdə olan zaman Sahil çəngəli götürərək Sənanı vurmuş, vurduqdan sonra Asim icəri girərək Sahildən Sənanı niyə vurduğu soruşmuş, bunun lazım olmadığını sabah danışmalarını bildirmişdir. Sahilin Asimə “dur dostuvuda götür.......filan şey elə burda cavab vermiş. Asim isə mərhuma «sən düz eləmədin, sabah bunun cavabını verəcəksən» daha sonra Sənanın qolundan tutmuş və «gəl gedək, sabah bunun var yoxunu filan...» edərik demişdir. Elşad və Ramil onları aralaşdırıb bayıra çıxarmış, o, isə Sahillə mətbəxdə qalıb ona bayıra çıxmağa imkan verməmişdir. Bu zaman onunla Ramin Sahili içəridə saxlama calışmışlar, belə ki, rəhmətlik Sahil onun əlində çıxmağa çalışıb Sənanla Asimin üstünə hücüm etmək istəyirdi. Daha sonra obyektin sahibi olan Ramin polislərin gədiyini demişdir. O da, polislər gəldiyinə görə problem olmayacağını düşünmüş və əlini çəkdiyi an Sahil əlinə pol taxtası götürüb qaça-qaça bayıra getmiş və onu tuta bilməmişdir. Onun arxası ilə çıxdıqda çöldə hay-küy olduğunu eşitmişdir. Həmin vaxt Asimin əlində nə olmasını dəqiq görməmiş, lakin qara rəngdə nəsə olmuşdur. Bu zaman Sahil gəlib köynəyini qaldırdıraraq söyüşlə bildirmişdir ki, onu bıçaqlayıblar. O da tez Sahili maşına mindirmiş və bu zaman orda bir qıza maşına dəymişdir. Həmin səbəbdən dolayı Elşad maşından düşmüş, daha sonra maşını sürərək, xəstəxanaya getmişlər. Sahil çox qan itirməsin deyə o köynəyini çıxarmış və köynəyi mərhumun yarasına basmış. Axşam olduğundan maşın içi qaranlıq olmuş və o, dəqiq heçnə görməmişdir. O, arxada, Sahil isə qabaq oturacaqda oturmuşlar, Ramil isə maşını bərk sürürdü. Onlar xəstəxanaya təcili yardıma gələrkən Sahil sağ olmuş, səhəri gün isə rəhmətə getmişdir. Həmçinin Şahid3 ifadəsində göstərmişdir ki, həmin vaxt görmüşdür ki, Sahil ilə Sənan arasında mübahisə yaranmış və onlar bir-biri ilə söyüşlə danışırdılar. Mübahisə zamanı Sənanı içəri çəkdiklərini, lakin ayıra bilmədiklərini, Sənanın baş hissəsindən qan axdığını görmüş və içəridə adam çox olduğundan çölə çıxmışdır. Sənanı çölə çıxarsalar da, Sahili saxlaya bilməmişlər. Sahil pol ağacı götürərək çölə çıxmış və ağacla sonradan adını bildiyi Asimi vurmağa başlamış və hər iki şəxs orada əlbəyaxa olmuşlar. Həmin vaxt Asimin əlində dəstəyi qara rəngli nəsə olmuşdur. Daha sonra tanımadığı şəxslər Sahili həmin yerdən aralayıb onun olduğu tərəfə gətirmişlər və Sahil bu zaman paltarını qaldırıb söyüşlə, onun qarın nahiyəsindən vurulduğunu bildirmişdir. Həmin vaxt Sahili onun maşınına mindirmişlər. Maşına onlardan başqa Ceyhun, bir də səhv xatırlamırsa Elşad oturmuşdur. O, maşını sürüb yerindən tərpənərkən orada da hadisə olmuşdur. Bu zaman Elşad düşüb getmişdir. O, Sahilgili Bakıxanovda Asan xidmətin yaninda təcili yardıma aparsa da, lakin təcili yardım qəbul etməmişdir. Bundan sonra o, onları Sabunçuya xəstəxanaya aparmışdır. Eyni zamanda Şahid4 ifadəsində göstərmişdir ki, o, oraya gələrkən Sənanın alnında qan olduğunu görmüş, sonuncu ona “mən nə etdim ki, məni vurdular” demişdir. O, Asimlə Sənanı çıxıb getsinlər deyə yola salmaq istəmişdir. Onlar artıq taksiyə minib çıxıb gedərkən Sahil əsəbi halda, heç kimi eşitməyərək onu tutan şəxslərin əllərindən çıxmış və əlində olan pol taxtası ilə onlara hücum çəkmişdir. Həmin vaxt hava qaranlıq idi. Bir az keçdikdən sonra qırağa çəkilərək, Sahil elə bil kiminsə onu bıçaqla vurduğunu demişdir O, Sənanı Raminin maşınına mindirərək, Sabunçuya aparmasını bildirmişdir. Lakin özü bir az irəlidə düşmüşdür. Belə ki, o, ağ köynək geyinmiş və Sahilin qanı onun köynəyinə bulaşdığından, problem olacağını düşünərək onlarla birlikdə getməmişdir. Bundan başqa Şahid1 ifadəsində Ceyhun Sənanı kənara çəkərək onu mətbəxdən çıxarmış, bu vaxt Sənanın üz nahiyyəsindən qan axmışdır. Sənanın dostu Asim də onun qolundan tutub özünə tərəf dartaraq kafedən çıxarmağa çalışmışdır. X17 niyə vurduğu soruşmuş daha sonra söyüşlə “gedək, sabah gəlib bunun var yoxunu...flan” demişdir. O, mübahisə böyüməsin deyə Sahili tutub saxlamış və onu sakitləşdirməyə çalışmışdır. Bu vaxt Elşad kafeyə daxil olub kafenin qapısından Sənanla Asimi sakitləşdirmək məqsədilə onları çölə çıxartmış, Ceyhun isə onun yanına gəlib Sahilin çölə çıxmaması üçün onun qarşısını kəsmişdir. Sənanın çölə çıxaranda Sahil cox aqresiv idi hətta hirsindən kafenin çölünə çıxmaq üçün vitrinin şüşəni belə qırmışdır. Sahil Asimin üstünə hucum cəkmək üçün bıçaq götürsə də, bıcağı onun əlindən almış və bu zaman Sahil pol ağacını götürüb çölə çıxdı və onlar yəni Asimlə tutaşmışlar. O, onlara tərəf gedəndə Sahilin qarın nahiyyəsini tutaraq ona tərəf gəldiyini görmüş, Sahili tez Raminin idarə etdiyi taksiyə otuzdurub Ceyhun və Elşadla birlikdə xəstəxanaya apardılar, daha sonra post-patrul əməkdaşları gəlmişlər. Sonra özü də kafeni bağlayıb Suraxanı RPİ-nin 32-ci PB-yə, oradan isə 3 saylı şəhər klinik xəstəxanasına getmiş və 04 fevral 2019-cu il tarixdə, saat 06:00 radələrinədək həmin xəstəxanada olmuş, sonra yaşadığı evə gəlmiş, bir müddət sonra Sahilin öldüyünü eşitmişdir. Digər tərəfdən sübutların qiymətləndirilməsi haqqında 01 iyul 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş xəsarətin hansı şəraitdə alınmasının müəyyənləşdirilməsi üçün materialın ayrılaraq Suraxanı Rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. məhkəmə-tibb ekspertizanın 05 fevral 2019-cu il tarixli, 79 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ bazunun deşilmiş-kəsilmiş yarası və sol diz oynağının sıyrığı. Sağ bazunun aşağı 1/3-nin ön bayır səthində 2.0*0.6 sm ölçüdə, kənarları hamar, yuxarı ucu küt, aşağı ucu iti, boylama yerləşmiş, mənfəzi açıq yara vardır. Qeyd edilən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (ola bilsin bıçaq), sıyrıq bərk küt əşya təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 03 fevral 2019-cu il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə deşilmişkəsilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prokurorluğu Bakı şəhəri Suraxanı rayon prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 17 mart 2022-ci il tarixli, 132-x-22 saylı məktubla bildirilmişdir ki, Suraxanı RPİ-dən verilmiş şifahi məlumata əsasən material üzrə Suraxanı RPİ-də araşdırma aparılmaqla, toplanmış materialda cinayət hadisəsi olmadığı müəyyən edildiyindən cinayət işinin başlanması rədd edilmiş, lakin materialın saxlama müddəti keçdiyindən arxivdəki sənədlərlə birlikdə məhv edilmişdir. A.Muxatrovun hadisələrin gedişatında yüngül dərəcəli xəsarət alması, sonuncuya münasibətdə hadisə zamanı iştirak etmiş şəxs (şəxslər) tərəfindən cinayət məsuliyyətinə səbəb olan ictimai təhlükəli əməlin törədilməsinin ehtimal edilməsinə əsas verir ki, belə olan halda məhkəmə kollegiyası bu halın özünü məhkum edilmiş şəxsin əməlinin tövsifində (yəni CM 120.1-ci maddəsinə tövsif edilmə üçün) nəzərə alınmalı vacib hal kimi qiymətləndirir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs hər hansı bir bəhanə ilə deyil, sonuncunun təşəbbüsü ilə aralarında baş vermiş dalaşma zamanı öldürmüşdür. Belə ki, Zərərçəkmiş şəxs həmin vaxt onu tutub saxlayan Şahid2 əlindən çıxaraq mətbəxdən çölə çıxıb Təqsirləndirilən şəxs1 üstünə getmiş və əlində olan pol ağacı ilə sonuncunu vurmuşdur. Daha sonra onlar əlbəyaxa olaraq dalaşmağa başlamış və bu zamanı Təqsirləndirilən şəxs1 əlində olan dəstəyi qara rəngli bıçaqla Zərərçəkmiş şəxs vuraraq qəsdən öldürmüşdür. Bu səbəbdən məhkəmə kollegiyası, zərərçəkmiş şəxsin məhkum edilmiş şəxslə aralarında yaranmış və bilavasitə özünün faktiki təşəbbüskarı olduğu münaqişə nəticəsində Təqsirləndirilən şəxs1 onun həyatına qəsd etməsi, sonuncunun əməlində xuliqanlıq niyyətinin olmamasına dəlalət etdiyini bildirir. Yəni başqa sözlə desək məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmaması, yəni Zərərçəkmiş şəxs həyatına qəsd edilməsinin məhz xuliqanlıq niyyəti ilə yetirilməməsi ilə bağlı ibtidai araşdırma orqanın gəldiyi nəticəni əsasız hesab edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsin əməlinə düzgün hüquqi qiymət verilmiş, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 120.2.2-ci ilə nəzərdə tutulmuş cinayətin tərkibinin mövcudluğu sübuta yetirilməmiş, əksinə belə bir xuliqanlıq niyyətinin istisna olunduğu mövcud sübutların qarşılıqlı tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkum edilmiş şəxslərin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 03.02.2019cu il tarixdə ad gününü qeyd etmək üçün dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 1 ünvanda yerləşən “Kabinet” kafesində spirtli içki qəbul edib alkoqol sərxoşluğu vəziyyətində həmin gün, saat 20 radələrində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı silah qismində istifadə etdiyi bıçaqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs boyunun səthi kəsilmiş yarası kimi dərəcəsi təyin edilməyən bir ədəd, eləcə də sonuncunun ölümünə səbəb olan döş qəfəsinin sağ ön səthinin qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək, qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsi sübuta yetirilmişdir. Müdafiəçisi Müdafiəçi5 apelyasiya şikayətində Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsinə tövsif edilməsi, həmçinin Təqsirləndirilən şəxs1 məhkəmə iclasında Zərərçəkmiş şəxs qəsdən öldürməməsi ilə bağlı vermiş olduğu ifadələrində münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğundan, müdafiə tərəfinin qeyd olunan hallara istinad edilməklə qurulmuş müdafiəsi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin xarakterinə və törədilməsi şəraitinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Digər tərəfdən cinayət işi materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 notarial qaydada təsdiq olunmuş ərizəsində görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmışdır. Ona dəymiş maddi ziyan tam ödənildiyi üçün onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Belə olan halda məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi X3 təqsirləndirilən Təqsirləndirilən şəxs1 ilə barışması, ona dəymiş maddi ziyan tam ödənildiyi üçün onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığı, həmçinin Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsulliyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi 120.1-ci maddəsi ilə həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunacaq cəzanın əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 05 fevral 2019-cu il tarixdən 06 fevral 2019-cu il tarixədək 01 gün şübhəli şəxs qismində tutulmuş, hazırkı mübahisələndirilən hökm ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalından həbsə alınmışıdr. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 7(008)-433/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi qərara alınmışdır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi Elmir Əkbərovun 21 noyabr 2021-ci tarixli Amnistiya Aktının tətbiq edilməsi barədə qərarından görünür ki, “8 Noyabr –Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı hökmlə Təqsirləndirilən şəxs2 qəti cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutulduğu, həbsdə saxlanıldığı və cəza cəkdiyi müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə kollegiyası, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya protestinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apellyasiya protestinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Habelə həmin Məcəllənin 401.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, dövlət ittihamçısı X12 tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.1 və 221.3-cü maddələri ilə məhkum olunmalarına dair 09 sentyabr 2020-ci il tarixli, 1(101)-116/2020 saylı hökmü ləğv edilməli və yeni hökm çıxarılmalı, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkibi olmadığından ona CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməli, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1.-ci maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməli və hər iki məhkum edilmiş şəxslər qeyd olunan maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzalarını yüngülləşdirən halların (hər iki şəxsə ayrı ayrılıqda) və cəzalarını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə (cəza çəkdiyi) saxlanıldığı müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəza tutulduğu və qətimkan tədbiri qaydasında faktiki həbsdə (cəza çəkdiyi) olunduğu müddətlə əhatə olunduğundan (CM- 69.3, CPM-in 158.2.1), hökm çıxarıldığı tarixə cəzasını çəkmiş hesab edilməli, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 05 fevral 2019-cu il tarixdən hesablanmalı, o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3), iş üzrə maddi sübut kimi tanınan Suraxanı rayon prokurorluğunda saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd gödəkçə, bir ədəd şalvar, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mayka, bir ədəd poluver və bir ədəd cins şalvar məhv edilməli, iş üzrə ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 54,20 (əlli dörd manat on iyirmi qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 347, 349-353, 356, 397.1, 397.2, 398.1.2, 398.2, 399.1.2, 401 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası HÖKM ETDİ: Dövlət ittihamçısı X12 tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməsin. Müdafiəçisi Müdafiəçi5 və Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.1 və 221.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 1(101)-116/2020 saylı hökmü ləğv edilsin və yeni hökm qəbul edilsin. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi 05 fevral 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 05 fevral 2019-cu il tarixdən 06 fevral 2019-cu il tarixədək 01 gün şübhəli şəxs qismində tutulduğu, həmçinin 09 sentyabr 2020-ci il tarixdən həbsdə saxlanıldığı və cəza çəkdiyi müddətinin bir gününə, azadlıqdan məhrum etmə cəzasının bir günü bərabər tutulmaqla hazırkı təyin olunmuş cəza qətimkan tədbiri qaydasında faktiki həbsdə (cəza cəkdiyi) olunduğu müddətlə əhatə olunduğundan Təqsirləndirilən şəxs2 cəzasını çəkmiş hesab olunsun. İş üzrə maddi sübut kimi tanınan Suraxanı rayon prokurorluğunda saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd gödəkçə, bir ədəd şalvar, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mayka, bir ədəd poluver və bir ədəd cins şalvar məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 54,20 (əlli dörd manat on iyirmi qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 85 (səksən beş) saat üçün cəmi 510 (beş yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Rəşad Abdulov Hakimlər: Əli Seyfəliyev Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar