Məhkəmə qərarları › İş №1(103)-633/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-633/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-633/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, X3 və Əhmədov Zəfər Vahid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxxxx 2000-ci ildə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsi, 8ci dalanda fərdi nömrəsiz evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(101)-2415/2024 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-2415/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlandığı müddətin cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının 17 may 2024cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması hökm edilmişdir. Hökmə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda təmiz çəkisi 4,709 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 17 may 2024-cü il tarixdə saat 22:50-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 8-ci dalanda yerləşən “Yaşıl Market” adlı ərzaq mağazasının yaxınlığında saxlanılaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, 18 may 2024cü il tarixdə saat 00:10-da bölmənin xidməti otaqlarının birində üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,709 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-2415/2024 saylı hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni üzərində daşımamışdır. Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətlərinin aşkar edilməməsi, narkomaniya xəstəliyindən əzab çəkməməsi onun üzərində narkotik vasitə olmasına əsaslı şübhələr yaradır. Məhkəmə yalnız polis əməkdaşlarının ifadələrinə əsasən ittiham hökmü çıxarmışdır. Bundan başqa qeyd olunan bükümün Təqsirləndirilən şəxs üzərində olduğu fərz edilsə belə, cinayət işinin materiallarından da görünür ki, büküm elektron tərəzidə çəkilmədən möhürlənmiş, narkotik vasitələrin çəkisi ümumiyyətlə müəyyənləşdirilməmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, bəraət verilməsini, bu mümkün olmadığı təqdirdə isə təyin edilmiş cəzanın azaldılması məsələsinə baxılmasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşin hüquqi məsələləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-2415/2024 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər metamfetamin istifadə etməsinə baxmayaraq, tutulmamışdan əvvəl narkotik vasitə və psixotrop maddələrdən istifadəyə son qoymuş, bu zərərli vərdişini tərgitmişdir. 2023-cü ilin dekabr ayında “İnstagram” sosial şəbəkəsində “Əli” adlı şəxsdən ona dostluq təklifi gəlmiş, o, Əlinin nömrəsini telefonuna qeyd etmişdir. 14 may 2024-cü il tarixdə tikintidə birgə işlədiyi Şahid4 ona zəng vuraraq narkotik maddə lazım olduğunu bildirmişdir. Zaurla belə razılığa gəlmişlər ki, hərəsi 60 (altmış) manat məbləğində pul qoyaraq narkotik vasitə əldə etsinlər. Bu məqsədlə Əli ona 120 (yüz iyirmi) manat pul göndərmişdir. Pulu Əli adlı şəxsin bank hesab kartına göndərmiş, bundan sonra sonuncunun dediyi əraziyə gedib oradan 02 (iki) qram metamfetamini gizlədildiyi yerdən götürmüşdür. Bundan sonra, o, Zaurun yanına gedərək aldığı metamfetaminin yarısını ona vermiş və qalanını da özü ilə evə aparmışdır. Aldığı metamfetamini istifadə etməmiş, olduğu kimi tualetdə unitaza atmışdır. Bundan 2 gün sonra gecə saat 00:00 radələrində 15-20 nəfər polis əməkdaşı Bakı şəhəri, Nardaran qəsəbəsi, 8-ci dalan ünvanında yaşadığı evə daxil olmuş və ondan narkotik vasitə, eyni zamanda, tərəzi təqdim etməsini tələb etmişlər. O, polis əməkdaşlarına onda narkotik vasitə olmadığını bildirsə də, polis əməkdaşları evdə axtaış aparmış, lakin nəsə tapmamışlar. Bundan sonra onu Sabunçu RPİ-nin 42-ci PB-yə gətirərək orada içərisində narkotik vasitə olan paketi qarşısına qoyub, həmin maddələrin videoçəkiliş zamanı ona məxsus olduğunu bildirməyini tələb etmişlər. Əks təqdirdə yaşadığı mənzildən 01 (bir) kiloqram çəkidə narkotik maddə “çıxaracaqları” ilə onu təhdid etmişlər. Polislər ona 2-3 sillə vursalar da, hər hansı xəsarət almamış, bədən səthində hansısa iz qalmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, ot kimi tanıdığı marixuanna və “şüşə" kimi tanıdığı metamfetamindən istifadə edir. Tanışı Şahid4 1 ilə yaxındır ki, tanıyır. Zaurla onun münasibəti müxtəlif tikinti obyektlərində birgə işləyən vaxtlarda yaranmışdır. Sonuncu dəfə 15 may 2024-cü il tarixdə günorta saatlarında Səbail rayonu ərazisində Zaurla o, öz aralarında razılığa gələrək 120 manat pulu Zaur, 120 manat pulu isə o qoyaraq özlərinin istifadəsi üçün “şüşə” almaq qərarına gəlmişlər. Zaur ona 120 manat pulu verdikdən sonra, o, həmin pulun üstünədə öz cibindən 120 manat qoymuş sosial şəbəkədə tanış olduğu üzünü görmədiyi Əli adlı şəxsdən “şüşə” almağa getmiş və Səbail rayonu ərazisində “şüşə” kimi tanıdığı psixotrop maddəni götürmüş və üzərində saxlamışdır. Təxminən yarım saat sonra həmin aldığı “şüşə”ni gətirib Zaura verdikdən sonra Zaurdan ayrılaraq öz evinə qayıtmışdır. 17 may 2024-cü il tarixdə saat 22 radələrində o, yaşadığı evdə uzanaraq telefona baxdığı zaman 5-10 nəfərdən ibarət üzərində polis yazıları olan jiletlər geyinmiş mülki geyimdə olan polis işçiləri içəri daxil olmuşlar. Evdə axtarış aparmış və ona “mal və tərəzini” təqdim etməyi tələb etmişlər. O, isə onlara “onda heç bir malın və tərəzinin olmamasını bildirmişdir. Bundan sonra onu məcburi qaydada Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsinə gətirmişlər. Bundan sonra həmin polis bölməsində onu tutan polislər ona bunu boynuna götürməlisən deyərək onu qorxutmuş, sellofanın içərisində olan “patını” ona vermiş və ona cibinə qoymağı və çəkilişdə cibindən çıxartmağı bildirmişlər. Bundan sonra o, qorxduğu üçün həmin “patını” götürmüş və cibinə qoymuşdur. Daha sonra polis bölməsində inzibati otaqların birində mülki geyim formasında olan şəxslərdən biri videoçəkiliş vasitəsi ilə şəxsi axtarışın keçirilməsinin vacib olduğunu bildirmişdir. Bu zaman polis əməkdaşlarından biri ona hüquq və vəzi' 'ərini izah etdikdən sonra ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir maddənin olub-olmaması və əgər varsa təqdim etməyini xahiş etmişdir. Bu təklifdən sonra o, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf rəngli sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuş və aşkar edilən maddənin “şüşə” olduğunu deyərək, 15 may 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində sosial şəbəkədən tanış olduğu Əli adlı şəxsdən 240 manata aldığını, həmin 240 manatın 120 manatının tanışı Şahid4 və 120 manatının isə özümə məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd alışqan, 02 ədəd siqaret qutusu və sol yan cibindən isə özünə məxsus olan üzərində ***-***-**-** GSM nömrəsi olan 01 ədəd “Samsung Galaxy A 24” markalı mobil telefon və ümumilikdə 14 manat olmaqla bir ədəd 10 AZN və 4 ədəd 1 AZN kağız pul əsginasları aşkar edilmişdir. Həmin əşyalardan 01 ədəd “Samsung Galaxy A 24” markalı mobil telefon saxlanılmaqla yerdə qalan əşyalar onun özünə qaytarılmışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş içərisində psixotrop maddə metamfetamin olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü imzasıyla təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etmişdir ki, hazırda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenanatı xüsusi rütbəsini daşıyır. Göstərir ki, 17 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra o, iş yoldaşları Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə saat 22:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 8-ci dalan ərazisində yerləşən “Yaşıl” marketin yaxınlığında saxlanılmış və Sabunçu RPİnin 42-ci PB-nə gətirilmişdir. Orada müdafiəçinin də iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış və baxış keçirilmiş, bu zaman o, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan çıxararaq təqdim etmişdir. Həmin sellofanın içərisinə baxış keçirilərkən ağ rəngli kristal şəkilli metamfetaminə bənzər maddə aşkar edilmişdir. O, tərəzi vasitəsilə ilə ölçülmüş və miqdarının 4, 709 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni 15 may 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində 240 (iki yüz qırx) manat pul müqabilində sosial şəbəkədə tanış olduğu “Əli” adlı şəxsdən aldığını, həmçinin, həmin pulun 120 (yüz iyirmi) manatının Şahid4 məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs piyada gedərkən saxlanılmış, üzərinə heç bir narkotik vasitə qoyulmamış və hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. Əməliyyat qrupu 3 nəfər şəxsdən ibarət yaradılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayoru rütbəsini daşıyır. 17 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu yaradılmış. Həmin qrupa o da daxil edilmişdir. Qrupun digər üzvləri isə Şahid1 və Şahid3 ibarət olmuşdur. Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə axşam radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yaxınlaşaraq onu Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət etmiş, Orada müdafiəçinin də iştirakı ilə üzərinə baxış keçirilmişdir. Bu zaman üzərindən psixotrop maddə metamfetamin aşkar edilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir psixi və fiziki təzyiq olmamış, onun üzərinə narkotik vasitə qoyulmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin operatoru vəzifəsində xidmət edir, polis baş serjantı rütbəsini daşıyır. Göstərir ki, 17 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatı daxil olmuşdur. Bununla əlaqədar qrup təşkil edilərək həmin şəxsin saxlanılması istiqamətində tədbir keçirilmiş, Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunmuş, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət etmiş , orada müdafiəçinin də iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və baxış keçirilmiş, bu zaman üzərindən metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat qrupu 3 nəfərdən ibarət tərkibdə yaradılmışdır. Təqsirləndirilən şəxs fiziki və psixi təzyiq edilməmiş, onu kiminsə döyməsinin şahidi olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla eyni rayondan tanışdır. O, narkotik vasitənin marixuana növündən istifadə etmiş, lakin onu tapa bilməmişdir. Buna görə də, Eminə zəng vuraraq birlikdə öz istifadələri üçün şərikli metamfetamin almağı ona təklif etmişdir. O, həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Eminlə razılaşmalarına əsasən, hərəsi 60 (altmış) manat məbləğində pul qoymuş, Emin sosial şəbəkədə tanış olduğu “Əli” adlı şəxsin yanına gedərək ondan 02 (iki) qram metamfetamin götürmüşdür. O, öz payını götürərək 20 Yanvar metro-stansiyası ərazisinə gəlmiş və orada polislər tərəfindən tutulmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, Bakı şəhərini yaxşı tanımır, metamfetamini götürdükləri yer park kimi bir ərazi olmuşdur. O, kənarda gözləmiş, Emin də Əlidən psixotrop maddə alıb gəlmişdir. O, Əlini görə bilməmiş, ibtidai istintaq zamanı da bu cür ifadə vermişdir. Eminlə ikisi bərabər məbləğdə pul qoymuş, metamfetaminin yarısını Emin, yarısını da özü götürmüşdür. Barəsində çıxarılmış hökmlə tutduğu bu əmələ görə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli raportdan görünür ki,əməliyyat-axtarış tədbirləri nəticəsində 17 may 2024-cü il tarixdə, saat 22.50 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 8-ci dalanda yerləşən “Yaşıl” marketin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati binasına gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə, saat 22:50 dəqiqədən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd selofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş maddəni nə məqsədlə əldə edildiyi sual edildikdə, “şüşə” olduğunu deyərək 15 may 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində sosial şəbəkə vasitəsi ilə tanış olduğu Əli adlı şəxsdən 240 manata aldığını, həmin 240 manatın 120 manatının tanışı Şahid4 və 120 manatının isə özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra, onun üzərindən aşkar edilmiş həmin ağ rəngli kristalşəkilli maddə elektron tərəziyə qoyulduqdan sonra çəkisi müəyyən edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd alışqan, 02 ədəd siqaret qutusu və sol yan cibindən isə özünə məxsus olan üzərində ***-***-**-** GSM nömrəsi olan 01 ədəd “Samsung Galaxy A 24” markalı mobil telefon və ümumilikdə 14 manat olmaqla bir ədəd 10 AZN və 4 ədəd 1 AZN kağız pul əsginasları aşkar edilmişdir. Həmin əşyalardan 01 ədəd “Samsung Galaxy A 24” markalı mobil telefon saxlanılmaqla yerdə qalan əşyalar onun özünə qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməbioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2807 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksləri, “..Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...” yazıları, soyad və imzalar olan zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,709 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(008)-521/2024 qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 “Əməliyyataxtarış tədbirinin həyata keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videogörüntü diskə “**********4010.MTS” adı ilə əlavə edilmişdir. Videogörüntü 10 dəqiqə 59 saniyədən ibarətdir. Videogörüntüyə baxdıqda 18 may 2024-cü il tarixdə Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinc' ? şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd selofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddəni çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs aşkar edilmiş maddəni nə məqsədlə əldə edildiyi sual edildikdə, “şüşə” olduğunu deyərək 15 may 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində sosial şəbəkə vasitəsi ilə tanış olduğu Əli adlı şəxsdən 240 manata aldığını, həmin 240 manatın 120 manatının tanışı Şahid4 və 120 manatının isə özünə məxsus olduğunu bildirir. Bundan sonra onun üzərindən aşkar edilmiş həmin ağ rəngli kristalşəkilli maddə elektron tərəziyə qoyulduqdan sonra çəkisi müəyyən edilir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd alışqan, 02 ədəd siqaret qutusu və sol yan cibindən isə özünə məxsus olan üzərində ***-***-**-** GSM nömrəsi olan 01 ədəd “Samsung Galaxy A 24” markalı mobil telefon və ümumilikdə 14 manat olmaqla bir ədəd 10 AZN və 4 ədəd 1 AZN kağız pul əsginasları aşkar euilir. Həmin əşyalardan 01 ədəd “Samsung Galaxy A 24” markalı mobil telefon saxlanılmaqla yerdə qalan əşyalar onun özünə qaytarılır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində ağ rəngdə kristal formada maddə olan 01 ədəd büküm ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq götürülür. Bundan sonra şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır. Bununlada şəxsi axtarış və götürmə zamanı tərtib edilən protokolda göstərilənlər bir daha öz təsdiqini tapmışdır. Bu barədə tərəfimdən protokol tərtib edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 4,709 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,609 qram metamfetamin saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 3504 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1442 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqh hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-3055/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(008)-565/2024 nömrəli qərarına əsasən 01 ay 29 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 4,709 qram, tədqiqata sərf edildikdən sonra qalıq hissəsi 4,609 qram təşkil edən psixotrop maddə metamfetamin 20 may 2024-cü il tarixdə maddi sübut kimi tanınmış, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu, ekspert rəyləri və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmişdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək bildirir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər aiddir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının 2-ci Siyahısının 118-ci bəndinə əsasən psixotrop maddə olan metamfetamin 2 qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsinin cinayət tərkibi olduğundan, həmin maddə ilə təqsirli bilinib, ona cəza təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-2415/2024 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(101)-2415/2024 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar