Məhkəmə qərarları › İş №1(103)-637/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-637/2020

01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-637/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, Rəhimov Elmar Eldar oğlu və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi Ağasəf oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 -ci maddəsi iə məhkum edilməsinə dair Bakı Ağır Cinətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxsAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edlmişdir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2019-cu il tarixdən hesablanmışdır. Hökmə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı Zərərçəkmiş şəxs2 Azərbaycan Diplomatik Akademiyasında tanışının olduğunu və onun vasitəsilə tələbə mübadiləsi şöbəsinə işə düzəldəcəyini vəd verib aldatmaqla sonuncudan xx xxxxxx 2018-ci il tarixdə saat 12:30 radələrində ünvan 1 ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin birinci mərtəbəsində 8000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı Şahid5 Azərbaycan Diplomatik Akademiyasında tanışının olduğunu və onun vasitəsilə işə düzəldəcəyini vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə sonuncudan xx xxxxxxxx 2018-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin birinci mərtəbəsində 9000 manat pulu, xx xxxxxxxx 2018-ci il tarixdə saat 16 radələrində yenidən həmin ünvanda 1000 manat pulu və xx xxxxxxxx 2018-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 27 ünvanında yerləşən “28 Mall” ticarət mərkəzində 2000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyərək Şahid5 həyat yoldaşı Zərərçəkmiş şəxs4 ümumilikdə 12000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı Zərərçəkmiş şəxs3 məxsus “Access Bank” X2 əsas 43237 ABŞ dolları və faiz olaraq yaranmış 5000 ABŞ dolları borcu öz tanışının vasitəsi ilə cəmi 43800 ABŞ dolları məbləğinə tam ödəyib bağlayacağına dair vədd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə 2018-ci ilin dekabr ayının əvvəllərində saat 15 radələrində ünvan 1 ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs3 sürücüsü Şahid6 Babaağa oğlunun vasitəsi ilə 4000 manat pulu və xx xxxxxx 2018-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında yerləşən “Axundov” bağında Zərərçəkmiş şəxs3 sürücüsü Şahid6 Babaağa oğlunun vasitəsi ilə Zərərçəkmiş şəxs3 məxsus 74460 manat ekvivalentində 43800 ABŞ dollarını alıb ələ keçirərək verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə 78460 manat məbləğində - külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Diplomatik Akademiyasında tanışının olduğunu və onun vasitəsilə tələbə mübadiləsi şöbəsinə işə düzəldəcəyini vəd verib aldatmaqla sonuncudan xx xxxxx 2019-cu il tarixdə günorta saatlarında ünvan 1 ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən “Sicabonn” kafesinin qarşısında 4000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Hökmdən narazı qalan Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün dəyişdirilməsini və ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandılmışdır ki, Bakı Ağır Cinətlər Məhkəməsi tərəfindən hökm çıxarılarkən onun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, dəymiş zərərdən qismən ödəməsini, şikayətçilərlə barışıq əldə olunmasına cəhd etməsini nəzərə almamışdır. Apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi verilmiş apellyasiya şikayətini müdafiə edərək, hökmün dəyişdirilərək alternativ cəza təyin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X5 verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin olunmayıb, hökmün qanuni və əsaslı olduğundan dəyişidirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi haqqında işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 178.3.2 -ci maddəsi ilə düzgün tövsif etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyləri və işin digər obyektiv halları ilə tam təsdiq olunur və iş materiallarından göründüyü kimi hal hazır ki ana qədər 4 zərərçəkmiş şəxsə ümumi məbləği 102460 manat zərərdən yalnız 9000 manatı ödənilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 -ci maddəsi ilə məhkum barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı AR CM-in 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində, şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AR Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü isə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-in 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar