Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-638/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Bayramov Әmir Novruz oğlunun sədrliyi və məruzəsi ilə, Әkbərov Kamran Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Mələk Nofəl qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin prokuroru X4, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 1988-ci il tarixdə Ukrayna Respublikasının Jitomir vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta-ixtisas təhsilli, evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilb Azərbaycan Respublikası Әdliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə məhkum olunmasına dair xx xxxxxx 2020-ci il tarixli, 1(101)-321/2020 saylı hökmündən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: M.A.Xankişiyevin sədrliyi ilə, E.Ә.Mikayılov və S.H.Hacıyevdən ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli, 1(101)- 321/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CinayətMəcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 12.1, 218.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin olunmuş azadlıqdan məhrumetmə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi həmin hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qəsdən digərləri ilə birlikdə dini düşmənçilik zəminində Pakistan İslam Respublikası və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə xx xxxxxx 2010-cu il tarixdə Astara sərhəd keçid məntəqəsindən keçərək İran İslam Respublikasının Zahidan şəhərinə gəlib orada təxminən 20 gün qaldıqdan sonra şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası ərazisində olan Abdulla Azzam adlı şəxs vasitəsilə İran- Pakistan dövlət sərhədini keçərək Pakistan-Әfqanıstan dövlətlərinin sərhədində yerləşən Pakistan dövlətinin Şimali Vəzistan vilayətinə gəlmiş və ‘Taliban’’ hərəkatının nəzarəti altında fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi qanunsuz silahlı birləşməyə daxil olaraq həmin hərəkatın hərbi düşərgəsinə aparılmış, orada odlu silahlardan istifadə etmə, atəş açma və fiziki hazırlıq təlimləri keçmiş, təlimlər başa çatdıqdan sonra silahlı birləşmə tərəfindən ona “Kalaşnikov" markalı avtomat verilməklə silahlı birləşmənin tərkibinə qatılmaq məqsədilə qəsdən silahlı birləşmənin fəaliyyətində 2010-cu ilin dekabr ayının sonlarından 2011-ci ilin may ayının sonlarınadək İştirak edərək xx xxxx 2011-ci il tarixdə Azərbaycana geri qayıtmış, həm Azərbaycan Respublikasının, həm də Pakistan İslam Respublikasının qanunvericiliyinə görə cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxxx 2013-cü il tarixdə Türkiyə Respublikasına gedərək təkrarən qəsdən dini düşmənçilik zəminində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə Suriya Әrəb Respublikası ərazisində yaradılmış “İŞİD” (X13 Dövləti) adlı cinayətkar birliyin tərkibində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “Әbu Yəhya” dini ləqəbli X2 rəhbərlik etdiyi silahlı birləşmənin tərkibinə qoşularaq Özünün əldə etdiyi “Kalaşnikov” markalı avtomat silahı ilə 2013-cü ilin iyul ayının ortalarından 2014-cü ilin fevral ayının əvvəllərinədək həmin qanunsuz silahlı birləşmənin nəzarətindəki ərazilərdə yerləşən postların mühafizəsini həyata keçirməklə qeyd olunan cinayətkar birliyin (təşkilatın) fəaliyyətində iştirak edərək xx xxxxxx 2014-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmış, həm Azərbaycan Respublikasının, həm də Suriya Әrəb Respublikasının qanunvericiliyinə görə cinayət sayılan həmin əməllərə görə xarici dövlətlərdə məhkum olunmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli, 1(101)- 321/2020 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək həmin hökmün dəyişdirilib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci maddəsi ilə bəraət verilməsi, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2-ci maddəsinin sanksiyasının aşağı həddindən də, aşağı həddə cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayətkar birlik adlandırılan, qanunvericiliklə qadağan olunmuş hərbi biləşmələrin tərkinə daxil olmasını özü etiraf etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs izahatında göstərmişdirki, 2010-cu ilin dekabr ayından X6, dövlət sərhəddindən qanuni yolla keçərək sonradan İran İslam Respublikasından Pakistan Respublikasına keçərək orada qanunla qadağa olunmuş hərbi birləşmənin tərkibində təlim keçmişdir. 2011-ci ilin iyul ayında geri qayıtmışdır. Birinci İnstansiya Məhkəməsində verdiyi izahatdan görünür ki, Təqsirləndirilən şəxs təlimdən sonra aktiv hərbi əməliyyatlarda iştirak etməmiş və qanunvericiliyin bu sahədə tələblərini pozmamışır. Lakin qanunvericiliklə qadağa olunmuş hərbi birləşmənin təkibinə daxil olması Azərbaycan Respublikası CM-nin 218.2 maddəsinin tərkibini yaratamışdır. Məhkəmədə aparılan sual cavabda da, Təqsirləndirilən şəxs göstərdi ki, 2011-ci ilin may ayınmı sonunda düşəriyyədəki ideolooyiya uyğunlaşmamış, onun məqsədsiz olduğunu başadüşmüş və icazəsiz könüllü surətdi oradan İran İslam Respublikasına keçmiş və Azərbaycana qayıtmışdur. Qayıtdıqdan sonra Pakistan respublikasında hərbi təlim keməsi barədə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə gedərək məlumat vermişdir. MTN-nin məsul işçiləri onun hərəkətlərində hərhansı bir cinayət tərkibini görməmiş və onu sərbəst buraxmışdır. Təqsirləndirilən şəxs özünü MTN-ə tabe etməklə artıq cinayət əməlindən könüllü imtina etməsini göstərmişdir. Məhkəmədə də Təqsirləndirilən şəxs bildirmişdir ki, o, gələcəkdə törədə biləcək cinayət əməlindən könüllü imtina etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdən könüllü imtina etmişdir. İttiham tərəfinin bunun əksini sübut edən hər hansı bir sübutu cinayət işinin materiallarında yoxdur. Cinayəti törətməkdən könüllü imtina etmək cinayət məsuliyyətdindən azad olmaq deməkdir. 2-ci epizod üzrə 2013-cü ilin iyul ayında Türkiyə Respublikasına getmiş, oradan Suriya Respublikasına keçərək Qanunsuz yaradılmış dəstəyə qoşulmuşdur. Lakin yenə də, aktiv hərbi əməliyyatlarda iştirak etməmiş, Azərbaycan Respublikasının, Suriya Republikasının qanunvericiliyi ilə müəyyən olunmuş cinayət əməllərini törətməmişdir. xx.xx.2014-il tarixdə geri qayıtmışdır. Yenə də Təqsirləndirilən şəxs cinayət əməlini başa çatıdrmaqdan imtana etmişdir. Bu halda da onu cinayət məsuliyyətinə cəlb etmək olmaz. İttiham tərəfinin sübutları nədən ibarətdir. Bütün dünyada mövcud olan qanunvericiliyə görə təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası mövcuddur. Bu o deməkdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin cinayət əməlini məhkəmə istintaqında sübut etməlidir. İttiham tərəfinin sübutu təqsirləndirilən şəxsin özünün etirafından rəsmi nikahda olan arvadı Şahid2 ifadəsindən Şahid1 və Şahid3 ifadələrindən ibarətdir. Şahid1 məhkəmədə ifadə verərkən onun hərəkətlərinə vizual qiymət verib, anlaqlı olub-olmaması şübhəsinə gəlmək olar. Bununla belə İbadov X3 göstərmişdir ki, Təqsirləndirilən şəxs Suriya Respublkasında görməmiş və tanımır. Şahid3 məhkəməyə teleqram vuraraq məhkəməyə gəlməyəcəyini bildirmişdir. Bununla belə onun istintaqda verdiyi ifadədən belə nəticəyə gəlmək olar ki, onun ifadəsi Təqsirləndirilən şəxs ona Pakistan və Suriya Respublikalarına getməsini məlumat verməkdən ibarətdir. Belə olduğu halda onun ifadəsi sübut kimi qəbul edilə bilməz. Cinayət işində Təqsirləndirilən şəxs təqsirli olmasını təstiq edən hər hansı mötəbər sübut yoxdur. İttiham tərəfinin Təqsirləndirilən şəxs verdiyi ittihamlardan biri də, bu maddədən ibarətdir. Lakin məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 12.5 maddəsinin tələblərini nəzərə almamış, bununla bağlı nə ittiham orqanı nə də məhkəmə hər hansı bir sübut toplamamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.5 maddəsi müəyyən edir ki, Bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Qanunvericiliyin bu tələbi məhkəmə tərəfindən kobud surətdə pozmuşdur. Bununla bağlı məhkəmə cəza təyin edərkən hər hansı araşdırma aparmamış, bu səbəbdən bu maddənin tələbləri kobud surətdə pozulmuşdur. Təqsirləndirilən şəxs əməlləri bu maddənin yalnız bir hissəsi, yəni “Cinayətkar birlikdə” iştirak etmədən ibarətdir. Onun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 279-cu maddəsinin dispozisiyası müəyyən edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə-üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İttiham tərəfi Cinayət Məcəlləsinin müxtəlif bölmələrinin maddələri ilə ittiham versələrdə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 218.2 maddəsi ilə tövsüf oluna bilərdi. Azərbaycan Respublikası CM-nin 279.1 maddəsi ilə tövsüf oluna bilməzdi. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində, Azərbaycan Respublikasının dövlət quruluşuna qarşı hər hansı bir cinayət törətməmişdir. Azərbaycan Respublikası CM-nin 279.1 maddəsinin tərkibini yaradan hər hansı bir əməl törətməmişdir. Bununla bağlı ittiham tərəfi hər hansı bir sübut da təqdim etməmişdir. Məhkəmə hökmü, məhkəmə istintaqında müəyyən olunmuş sübutlar əsasında çıxarılır. Bu baxımdan Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1 maddəsi ilə ittiham üzrə cinayət tərkibi olmaması baxımından xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin motivi yoxdur. Məqsədinə İsə nail olmamışdır. Cinayətin yalnız formal olaraq tərkibi yaranmışdır və onun rolu orada yalnız təlim keçməkdən ibarət olmuş, aktiv döyüşlərdə iştirak etməmişdir. Pakistan Respublikasında təlim keçdikdən sonra onun bu təlimin puç olduğu qənaətinə gəlmiş və təlimi yarımçıq buraxaraq Azərbaycan Respublikasına qayıtmışdır. Hətta Azərbaycan Respublikası MTNnə ərizə ilə müraciət etmiş və oradakı baş verənlər barədə onlara məlumat vermişdir. Doğrudan da onun əməllərində cinayət tərkibi olsa idi artıq 2011-ci ildə Azərbaycan Respublikası MTN-nin məsul işçiləri onun əməllərinə qiymət verib onu məsuliyyətə cəlb etməli idilər. Lakin onun əməllərində cinayətin hər hansı bir tərkibini müəyyən etməmişlər. Bundan başqa 2013-cü ildə Suriya Respublikasında təlim keçmiş və aktiv döyüş əməliyyatları başlamamış həmin ölkənin ərazisini tərk etmişdir. Bu barədə təbiki MTN-də məlumat olmuş, lakin yenə də, onu 2014-cü ildə məsuliyyətə cəlb etməmişdilər. Təqsirləndirilən şəxs niyyətindən yayınmış, həyati fəaliyyətini övladlarının tərbiyyə olunmasında görmüşdür. Təqsirləndirilən şəxs cinayət törətməkdən könüllü imtina etmişdir. Bugünləri o, müsbət xarakterizə olunur, cinayət məsuliyyətinə cəlb olunmamışdır. Öhdəsində 3 yetkinlik yaşma çatmamış övladları var. Bundan başqa istər istintaqda, istərsə də ittiham tərəfinin yeganə sübutu kimi onun verdiyi səmimi ifadələrdir. Səmimi ifadə verərkən Təqsirləndirilən şəxs heç nəyi gizlətməmişdir. Bu halda yuxarıda göstərilənlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərilən müstəsna hallardır. Bu baxımdan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2-ci maddəsinin sansksiyasmın aşağı həddindən də aşağı cəza verilməlidir. Hökmdən məhkum özü apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verməmişlər. Apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin həmin şikayətdə göstərilən əsaslarla təmin edilərək, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün dəyişdirilib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci maddəsi ilə bəraət verilməsi, ona Azərbaycan Respublikası Cinayət Mcəlləsinin 62-ci maddəsini tətbiq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2-ci maddəsinin sanksiyasının aşağı həddindən də, aşağı həddə cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X7 verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə məhkum edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli, 1(101)-321/2020 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair iş üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün dəyişdirilərək məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsi 279.1-ci maddəsi ilə bəraət verilməsi barədə müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin, eləcə də işin apellyasiya baxışı zamanı məhkumun və müdafiəçisinin çıxışlarının dəlillərini əsassız hesab edir və həmin dəlillərlə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsində dindirilmiş məhkum Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu ildə Әfqanıstan-Pakistan sərhədinə İslam dinini yaşamaq məqsədi ilə getmiş, həmçinin həmin ərəfədə Әfqanıstanda döyüşlər getmişdir. Eləcə də din qardaşlarına köməklik etmək məqsədi də olmuşdur. İlk əvvəl tək getmək istəmiş, yaxşı şərait olacağı təqdird əisə sonradan ailəsini də ora aparmaq fikri olmuşdur. O, “Abu Yahya” dini ləqəbli X10 şəhərindən tanımışdır. Bir dəfə Әfqanıstan Pakistan sərhədində “Vəziristan” kimi tanınan Pakistan İslam Respublikası ərazisinə döyüşmək üçün gedib-gəlmişdir. X8-Pakistan sərhədində “Vəziristan” kimi tanınan Pakistan İslam Respublikası ərazisinə getmək marşrutunu izah etmiş və ora getmək üçün İran İslam Respublikası ərazisində olan Abdulla Azzamın nömrəsini ona vermiş və ora gedəndə onunla əlaqə saxlamağını məsləhət görmüşdür. Təxminən xx xxxxxx 2010-cu ildə, Fəridlə o, birlikdə Azərbaycandan avtobusla sərhədi keçərək İran İslam Respublikasının Astara şəhərinə getmişlər və oradan da İranın Məşhəd şəhərinə getmişlər. Məşhəd şəhərindən İranın Zahidan şəhərinə, Zahidan şəhərindən isə Pakistan Respublikası ərazisinə keçmişlər. Pakistana keçdikdən sonra isə onları Abdulla Azzamın adamları müşayiət edərək Әfqanıstanla Pakistanın sərhədində yerləşən “Şimali Vəziristan” adlanan əraziyə gətirmişlər. Onların Sumqayıtdan “Şimali Vəziristana” qədər yolları təxminən 1 ay çəkmiş və dekabr ayının sonlarında artıq “Şimali Vəziristan ” adlanan əraziyə gəlmişlər. Təlimlər başa çatdıqdan sonra onlar ayrılaraq hər biri ayrı-ayrılıqda postlara çıxmağa başlamışlar. Vəziristan ərazisində olarkən o, yalnız postlarda olmuş, heç bir döyüşdə iştirak etməmişdir. 2011-ci ilin aprel ayında Vəziristana gedən sinif yoldaşı Fərid, postda olarkən düşmən tərəfindən minomyotla vurulmasını və vəfat etməsini öyrənmişdir. Bundan sonra bir qədər qorxmuş və artıq geri qayıtmaq qərarına gəlmişdir. 2013-cü ildə, o, İslam dinini rahat yaşamaq üçün ailəsi ilə birlikdə Suriya Respublikasına getməyə qərar vermişdir. xx xxxx 2013-cü il tarixdə gecə saatlarında, ailəsi ilə, yəni həyat yoldaşı Şahid2 və 2 azyaşlı övladları ilə birlikdə təyyarə ilə Türkiyənin İstanbul şəhərinə getmişdir. xx xxxx 2013-cü il tarixdə yenidən təyyarə ilə Türkiyənin Hatay şəhərinə uçmuşlar. Hataya çatdıqdan sonra, elə həmin gün axşam saatlarında, Әmirağa adlı şəxsin ona verdiyi telefon nömrəsi il əəlaqə saxlamış. Həmin şəxs onları qarşılayaraq Suriya ilə sərhədə aparmışdır. O, ailəsi ilə birlikdə nəzarətsiz olan yerdən sərhədi Suriya İstiqamətində keçmişdir. Suriya sərhədini keçdikdən sonra Atma şəhərinə gəlmişlər. Atmada onları azərbaycanlı olan Sirac Şahbazov adlı şəxs qarşılamış və evlə təmin etmişdir. Təxminən 1 ay onlar Atma şəhərində qaldıqdan sonra Nicat Aşurovla əlaqə saxlamış və onu Hələb şəhərinin yaxınlığında olan Xaritan şəhərinə çağırmışlar. O, ailəsi ilə birlikdə yol maşını ilə Nicat Aşurovun olduğu Xaritan şəhərinə getmişlər, orada Emin adlı bir nəfər onları qarşılamış və evlə təmin etmişdir. Təxminən 2-3 həftə sonra Nicat Aşurov camaatın yerləşdiyi əraziyə gələrək onlarla görüşmüşdür. Bir müddət o, ailəsi ilə birlikdə bir evdə yaşamış və heç bir əməliyyatda və postda iştrak etməmişdir. Sonra ona “Kalaşnikov” markalı avtomat vermişlər. Təxminən 1 ay keçdikdən sonra Nicat Aşurovun köməkçisi Emin adlı şəxs ona artıq postlara yazdığını və tez-tez postlara çıxacağını bildirmişdir. Təxminən 2013-cü ilin noyabr ayında Nicat Aşurov hərbi döyüşlər zamanı aldığı yaradan vəfat etmişdir. O, artıq orada normal müsəlman cəmiyyətinin olmadığını görüb ilk əvvəl ailəsini Türkiyə Respublikasına göndərmiş, bundan 4-5 gün sonra, 2014-cü ilin fevral ayının əvvəllərində özüdə Türkiyə Respublikasına gəlmiş, oradan isə Azərbaycana qayıtmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli bilərək göstərmişdir ki, o, 2007-ci İldə sinif yoldaşı olmuş X1 dəvəti ilə İslam dininin sünni qolu üzrə ibadət etməyə başlamış, 2010-cu ildən etibarən Sumqayıt şəhərində müxtəlif dini yığıncaqlarda olmuş, müzakirələrdə iştirak etmişdir. Bu yığıncaqlarda iştirak edə-edə Әfqanıstan-Pakistan sərhədində gedən döyüşlərə qatılmaq qərarına gəldiyini, ora ilk əvvəl tək getmək istədiyini, yaxşı şərait olacağı təqdirdə sonradan ailəsini də ora aparmaq fikrinin olduğunu demişdir. O, “Abu Yahya” dini ləqəbli X10 şəhərindən tanıdığını, sonuncunun bir dəfə Әfqanıstan-Pakistan sərhədində “Vəziristan” kimi tanınan Pakistan İslam Respublikası ərazisinə döyüşmək üçün gedib-gəldiyini göstərmişdir. Sumqayıtda olan zaman sinif yoldaşı Fərid adlı şəxslə birlikdə Nicat Aşurovla görüşdüyünü, sonuncuya döyüşdüyü əraziyə getmək qərarına gəldikləri barədə məlumat verdiklərini, Nicat Aşurovun isə öz növbəsində Әfqanıstan-Pakistan sərhədində “Vəziristan” kimi tanınan Pakistan İslam Respublikası ərazisinə getmək marşrutunu izah etdiyini və ora getmək üçün tanışı İran İslam Respublikası ərazisində olan Abdulla Azzam adlı qaçaqçının nömrəsini verdiyini və ora gedəcəkləri təqdirdə onunla əlaqə saxlamalarını məsləhət görmüşdür. Təxminən xx xxxxxx 2010-cu ildə, o, soyadını xatırlaya bilmədiyi sinif yoldaşı Fəridlə birlikdə Azərbaycandan avtobusla sərhədi keçərək İran İslam Respublikasının Astara şəhərinə getdiklərini, orada Sumqayıt şəhərindən əvvəlcədən tanıdıqları Yahya Məmmədov adlı şəxsin də onlara qoşulduğunu və birlikdə İranın Məşhəd şəhərinə getdiklərini qeyd etmişdir. Məşhəddə olarkən Nicat Aşurovun onlara verdiyi Abdulla Azzam adlı İran İslam Respublikası vətəndaşının telefon nömrəsi ilə əlaqə saxladıqlarını və Vəziristana getmək istədiklərini bildirmişlər. Abdulla Azzam onları İran İslam Respublikası ərazisində qarşılamış, təxminən 200 dollar pul müqabilində Abdulla Azzam adlı şəxsin onları Məşhəd şəhərindən İranın Zahidan şəhərinə, Zahidan şəhərindən isə qaçaq yolla Pakistan Respublikası ərazisinə keçirtdiyini, Pakistana keçdikdən sonra isə onları Abdulla Azzamın adamları müşayiət edərək Әfqanıstanla Pakistanın sərhədində yerləşən “Şimali Vəziristan” adlanan əraziyə gətirdiklərini qeyd etmişdir. Onların Sumqayıtdan “Şimali Vəziristana” qədər yollan təxminən 1 ay çəkmiş və dekabr ayının sonlarında artıq “Şimali Vəziristan” adlanan əraziyə gəlmişlər. Onları orada tanışları “Abu Yahya” dini ləqəbli Nicat Aşurov qarşılamışdır. Nicat Aşurovun “Səlahəddin” dini ləqəbli şəxsin camaatında olduğunu və özlərinin də həmin camaatın tərkibinə qoşulduqlarını göstərmişdir. "Səlahəddin” camaatının rəhbərinin dini ləqəbinin “Səlahəddin” olduğunu bilsə də, onun əsil adını xatırlamadığını, lakin həmin camaatın “Taliban”ın tərkibində olduğunu qeyd etmişdir. “Səlahəddin” camaatına qoşulduqdan 1-2 gün sonra onların hər birinə, yəni Təqsirləndirilən şəxs, Fərid adlı soyadını xatırlamadığı sinif yoldaşına və Yahya Məmmədova “AK Kalaşnikov” markalı avtomat təhkim olunmuş və onlar təxminən 2-3 həftə təlimlərdə, yəni boş ərazilərdə silah atışında iştirak etmişlər. Təlimlər başa çatdıqdan sonra o, Fərid və Yahya Məmmədov adlı tanışları ayrılaraq hər biri ayrı-ayrılıqda rebata, yəni postlara çıxmağa başlamışlar. Vəziristan ərazisində olarkən o yalnız postlarda olduğunu, heç bir döyüşdə iştirak etmədiyini qeyd etmişdir. Camaatın rəhbəri dini ləqəbi “Səlahəddin” olan şəxs ara-bir onların yanına gələrək “Taliban”ın rəhbərliyindən aldığını göstərişləri çatdırdığını, həmçinin müəyyən döyüşlərdə iştirak etmək üçün aralarından bəzi şəxsləri seçərək özü ilə apardığını, lakin onu heç vaxt döyüşlərə aparmadıqlarını bildirmişdir. O, Vəziristanda olarkən orada azərbaycanlı olan Nicat Aşurovu, camaat rəhbəri olan adını xatırlamadığı Səlahəddin dini ləqəbli şəxsi, onunla birlikdə ora getmiş Yahya Məmmədov adlı şəxsi, Fərid adlı sinif yoldaşını, Xalid adlı bir nəfəri də gördüyünü, bu şəxslərdən Fərid və Xalid adlı şəxslərin orada döyüşlər nəticəsində vəfat etdiklərini göstərmişdir. Təxminən 2011-ci ilin aprel ayında, o, birlikdə Vəziristana getdiyi Fərid adlı sinif yoldaşının postda olarkən düşmən tərəfindən minomyotla vurulması və vəfat etməsi barədə xəbər aldığını, bundan sonra bir qədər qorxduğunu və artıq geri qayıtmaq qərarına gəldiyini qeyd etmişdir. Belə ki, belə şəraiti olan yerə ailəsini heç vaxt apara bilməyəcəyi qərarına gəlmişdir. Təxminən 2011-ci ilin may ayının sonlarında, o, Səlahəddinə müraciət edərək Azərbaycana geri qayıtmaq istədiyini bildirmiş, sonuncu buna razılıq vermişdir. O, ora getdiyi yollarla, yəni Abdulla Azzam adlı iranlının vasitəsilə qaçaq yolla qayıdaraq İrana gəlmiş, yenə də onun yolu təxminən 1 aydan bir qədər artıq olmuşdur. Təxminən 2011-ci ilin iyul ayının əvvəllərində, o, artıq İrandan Azərbaycan gəlmişdir. O, Vəziristandan çıxarkən oradan ondan başqa bir neçə şəxs də qayıtmış, həmin şəxslərdən xatırladığı yalnız İslam adlı bir nəfər olmuşdur. Həmin şəxs İrandan bir başa olaraq Türkiyəyə getmişdir. Bundan başqa, İrandan Azərbaycana onunla birlikdə “Muaz” dini ləqəbli adını xatırlamadığı bir nəfər gəlmiş, sonradan həmin şəxslə heç bir əlaqəsinin olmadığını demişdir. Təqsirləndirilən şəxs ifadəsinə əsasən 2011-ci ildə Vəziristandan qayıtdıqdan bir neçə vaxt sonra “Abu Yahya” dini ləqəbli Nicat Aşurov da Sumqayıta qayıtmışdır. Bundan sonra, 2013-cü ildə, o, İslam dinini rahat yaşamaq üçün ailəsi ilə birlikdə Suriya Әrəb Respublikası ərazisində fəaliyyət göstərən “İŞİD” təşkilatına qoşulmaq qərarına gəlmiş, bunun üçün o, əvvəllər Suriyaya getdiyini bildiyi “Həmzə” dini ləqəbli Әmirağa Әliyevlə əlaqə saxlamış və ondan kömək istəmişdir. Әmirağa ona “İŞİD”ə qoşulmaq üçün ilk əvvəl Türkiyənin İstanbul şəhərinə, oradan isə Hatay şəhərinə getməli olduğunu bildirmişdir. Həmin şəxs ona bir nəfər taksi sürücüsünün nömrəsini vermiş, Hatayda olarkən həmin taksi ilə əlaqə saxlamalı olduğunu, sonuncunun onu qaçaq yolla Suriya ərazisinə keçirəcəyini demişdir. Beləliklə, xx xxxx 2013-ci il tarixdə gecə saatlarında, o, ailəsi ilə, yəni həyat yoldaşı Şahid2 və 2 azyaşlı övladı ilə birlikdə təyyarə ilə Türkiyənin İstanbul şəhərinə getmişdir. xx xxxx 2013-cü il tarixdə onlar yenidən təyyarə ilə Türkiyənin Hatay şəhərinə uçmuşlar. Hataya çatdıqdan sonra, elə həmin gün axşam saatlarında, o, Әmirağa adlı şəxsin ona verdiyi verdiyi telefon nömrəsi ilə əlaqə saxlamış, həmin şəxs onları qarşılayaraq Suriya ilə sərhədə aparmış və o, ailəsi ilə birlikdə nəzarətsiz olan yerdən sərhədi Suriya İstiqamətində keçmişdir. Suriya sərhədini keçdikdə onlar Atma şəhərinə gəlmişlər. Atmada onları azərbaycanlı olan Sirac Şahbazov adlı şəxs qarşılamış və evlə təmin etmişdir. Təxminən 1 ay onlar Atma şəhərində qaldıqdan sonra o ”Abu Yahya" dini ləqəbli Nicat Aşurovla əlaqə saxlamış, sonuncu onu Hələb şəhərinin yaxınlığında olan Xaritan şəhərinə çağırmışdır. O, ailəsi ilə birlikdə yol maşını ilə ”Abu Yahya" dini ləqəbli Nicat Aşurovun olduğu Xaritan şəhərinə getmiş, orada Emin adlı bir nəfərin onları qarşıladığı və evlə təmin etdiyini bildirmişdir. O, Abu Yahyanın camaatına qoşulduğunu, həmin camaatın “İŞİD” təşkilatının nəzarəti və tabeçiliyi altında olduğunu qeyd etmişdir. Həmin ərəfələrdə Abu Yahya camaatının rəhbəri olan Nicat Aşurov döyüş əməliyyatlarında olmuş, bu səbəbdən onlar dərhal görüşə bilməmişlər. Təxminən 2-3 həftə sonra Nicat Aşurov camaatın yerləşdiyi əraziyə gələrək onunla görüşmüşdür. Bir müddət o ailəsi ilə birlikdə yaşamış və heç bir əməliyyatda və postda olmamışdır. Bu müddət sonra o özünə “Kalaşnikov” markalı avtomat aldığını qeyd etmişdir. Təxminən 1 ay keçdikdən sonra Nicat Aşurovun köməkçisi olan Emin adlı şəxsin onu artıq postlara yazdığını və tez-tez rebata, yəni postlara çıxdığını qeyd etmişdir. Bu vaxta qədər Suriyada normal şəraitinin olduğunu göstərmişdir. Təxminən 2013-cü ilin noyabr ayında Nicat Aşurov hərbi döyüşlər zamanı aldığı yaradan vəfat etmiş, bundan sonra camaatın rəhbərinin Musa dini ləqəbli adını bilmədiyi şəxs olduğunu söyləmişdir. Postda olduğu vaxt bir dəfə, təxminən 2013-cü ilin dekabr ayında olduğu posta düşmən tərəfindən silahlı hücuma məruz qaldıqlarını, bu səbəbdən müdafiə olunduqlarını və silahdan istifadə etdiklərini bildirmişdir. Onun camaatında yaralananlar olsa da, qarşı tərəfin itkisi barədə heç bir məlumatının olmadığını qeyd etmişdir. Həmçinin qeyd etmişdir ki, əvvəllər Vəziristanda olarkən hərbi təlim keçdiyinə görə onu “İŞİD”in təlimlərinə aparmamışlar, belə ki, o, artıq silahdan istifadə edə bilirdi. Təxminən 6 ay “İŞİD”in tərkibində olduqdan sonra o orada normal müsəlman cəmiyyətinin olmadığını görmüş və Azərbaycan geri qayıtmaq qərarına gəlmişdir. Bu məqsədlə, o, Emin adlı şəxslə danışaraq ailəsi ilə birlikdə Azərbaycana qayıtmaq qərarına gəldiyini bildirmişdir. Onun bu qərarına etiraz edən olmamış, beləliklə, o, ilk əvvəl ailəsini Türkiyəyə göndərmiş, oradan isə ailəsi Azərbaycana qayıtmışdır. Bundan təxminən 4-5 gün sonra, yəni 2014-cü ilin fevral ayının əvvəllərində, o, Suriyadan Türkiyəyə, oradan isə Azərbaycana gəlmişdir. O, Suriyada olarkən orada Sumqayıt şəhərindən tanıdığı, bildiyi qədəri ilə Suriyada vəfat etmiş Yunis Tahirov adlı şəxsi, Nicat Aşurov adlı şəxsi, Sirac və Merac Şahbazov adlı qardaşları, Emin Nadirov adlı şəxsi, hazırda həbsdə olan Rasim Bədəlov və Tural Məmmədov adlı şəxsləri gördüyünü qeyd etmişdir. Bundan başqa, “Plastik Elvin” kimi tanınan şəxsin isə Suriyada olarkən cəmi 2-3 günlük öz xalası oğlunun yanına gəldiyini və heç bir döyüşlərdə, habelə camaat tərkibində iştirak etmədiyini bildirmişdir. Plastik Elvin kimi tanıdığı həmin şəxsin xalası oğlunun kim olduğunu xatırlamadığını qeyd etmişdir. Bundan başqa, o, orada Emin Nadirovun dostu olan Elçin adlı şəxsi, Bakı şəhər sakini olan Samir adlı şəxsi də orada gördüyünü qeyd etmişdir. Plastik Elvin kimi tanıdığı həmin şəxs istisna olmaqla, adını çəkdiyi şəxslərin hamısının Suriyaya döyüşmək üçün getdiklərini, hər birinin onun kimi hərbi paltarda olduğunu və hər birinin silahının olduğunu qeyd etmişdir. Onlardan hamısının postlarda iştirak etdiklərini qeyd etsə də, Emin Nadirov, Nicat Aşurov və Yunis Tahirov konkret olaraq döyüşlərdə iştirak etdiklərini bildiyini demişdir. Digər şəxslər o yaşadığı şəhərdə yaşamadıqlarına görə döyüşüb-döyüşmədiklərini bilmədiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadələrində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla 2009-cu ildə ailə həyatı qurmuş, 2010-cu ildə Telman ona Pakistan İslam Respublikasına getmək qərarına gəldiyini, orada İslamı yaşamaq istədiyini bildirmişdir. Beləliklə, təxminən 2010-cu ilin sonlarında Telmanın öz tanışı Fərid adlı şəxslə birlikdə Pakistana yola düşmüşdür. Təxminən 2011-ci ilin may ayında Telman Azərbaycana qayıtmış, Pakistanda nə işlə məşğul olması barədə isə heç vaxt ona məlumat verməmişdir. Bundan başqa, Telman demişdir ki, o, Pakistan ərazisində döyüşlərdə iştirak etməmiş, lakin, birlikdə getdiyi Fərid adlı tanışının orada gedən döyüşlərdə partlayan bomba nəticəsində vəfat etmişdir. Təqsirləndirilən şəxs Azərbaycana qayıtdıqdan sonra onların 2 övladı dünyaya gəlmişdir. 2013-cü il ərəfələrində bir çox müsəlmanın Suriya Әrəb Respublikasına getdiyini, orada şəriət qanunları ilə rahat yaşadıqlarını, orada yaxşı şərait qurulduğunu eşitmişlər, bu səbəbdən də, həyat yoldaşı Təqsirləndirilən şəxs da ailəsi ilə birlikdə Suriyaya köçmək qərarına gəlmişdir. 2013-cü ilin təxminən iyul ayında Təqsirləndirilən şəxs və 2 azyaşlı uşaqları təyyarə ilə Türkiyənin İstanbul şəhərinə, oradan da həmin gün təyyarə ilə Hatay şəhərinə, oradan isə Suriyanın Atma şəhərinə getmişlər. Atma şəhərindən yol maşınına oturaraq Hələb şəhər yaxınlığında olan Xaritan şəhərinə getmişlər. 2014-cü ilin fevral ayının əvvəllərinədək Xaritan şəhərində qalmışlar, ilk vaxtlarda hər şey yaxşı olmuş, yaşadıqları evdə oturub uşaqları ilə məşğul olmuşdur. Telman isə Xaritan şəhərində postlarda dayanmışdır. 2014-cü ilin əvvəllərində Suriyada vəziyyət dəyişməyə başlamış, orada artıq fitnə-fəsadlar yayılmış, müsəlmanlar bir-birilərinə qarşı döyüşməyə başlamışlar. Bütün bunları görən Telman təcili olaraq Azərbaycana qayıtmaq qərarına gəlmiş və beləliklə təxminən 2014-cü ilin fevral ayının ilk günlərində Telman onu və 2 uşağını Türkiyə istiqamətində yola salmış, Türkiyənin Hatay şəhərindən təyyarə ilə İstanbula, oradan isə yenə də təyyarə ilə Bakıya gəlmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadələrində göstərmişdir ki, 2013-cü ilin noyabr ayından 2014-cü ilin mart ayınadək Suriya Әrəb Respublikası ərazisində İŞİD cinayətkar birliyinin tərkibində fəaliyyət göstərən “İkrimə” dini ləqəbli şəxsin qanunsuz silahlı birləşməsində iştirak etmiş, iştirak etdiyi qanunsuz silahlı birləşmənin üzvlərinin əsasən türk əsilli olduqlarını qeyd etmişdir. Suriya Әrəb Respublikası ərazisində olan zaman 1-2 dəfə Təqsirləndirilən şəxs orada görmüş, onun “Abu Yəhya" dini ləqəbli şəxsin camaatının tərkibində olduğunu, Təqsirləndirilən şəxs “Kalaşnikov” markalı avtomat gördüyünü və postlara çıxdığını görmüşdür. Təqsirləndirilən şəxsla yaxın münasibətləri olmasa da, onu Bakı şəhərində 1-2 dəfə görmüşdür. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadələrində göstərmişdir ki, o, 2007-ci ildən etibarən islam dinin sünni qolu üzrə ibadət edir. Sumqayıt şəhər sakini olan Təqsirləndirilən şəxsla yaxın münasibəti olmasa da, sonuncunu şəhər sakini kimi tanımışdır. Әvvəllər qapı-pəncərə ustası olduğunu və Təqsirləndirilən şəxs yaşadığı evdə pəncərə işi gördüyünü və beləliklə sonuncu ilə təxminən 3-4 illik tanışlıqlarının olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs da islam dinin sünni məzhəbi üzrə ibadət etməsini bildiyini demişdir. Təqsirləndirilən şəxsla bir dəfə söhbət əsnasında sonuncu ona Suriya Әrəb Respublikasında olması barədə demiş, orada silahla postlara çıxdığını bildirmişdir. Bildiyi qədəri ilə Təqsirləndirilən şəxs 2013-cü ilin sonlarında Suriyaya getdiyini, 2014-cü ilin əvvəllərində Suriyadan Azərbaycana qayıtdığını qeyd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxsla bağlı hər hansı məlumatının olmadığını bildirmişdir. xx xxxxxxx 2019-cu il tarixli foto şəkil üzrə tanınma protokolundan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs, hazırki iş üzrə Şahid1, foto şəkillər üzrə tanınma zamanı Təqsirləndirilən şəxs tanıyaraq barəsində ifadə verdiyi şəxs olduğunu, onun Suriya Әrəb Respublikası ərazisində “Kalaşnikov" markalı avtomatla postlarda iştirak etdiyini bildirmişdir. İş üzrə Təqsirləndirilən şəxs barədə “Giriş-Çıxış və Qeydiyyat” İAMAS üzrə tələbnaməsi üzrə verilmiş sərhəd keçmə hesabatından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2010-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini keçməklə İran İslam Respublikasına, oradan isə Pakistan İslam Respublikası ərazisinə getmiş, xx xxxx 2011-ci il tarixdə isə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qayıtmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs xx xxxx 2013-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini keçməklə Türkiyəyə, oradan isə Suriya Әrəb Respublikası ərazisinə getmiş, xx xxxxxx 2014- cü il tarixdə isə Türkiyədən Azərbaycan Respublikası ərazisinə qayıtmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin eksperti tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş xx xxxxxxx 2019-cu il tarixli 2012 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhiükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək İqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan foto şəkil üzrə tanınma protokoldan və ona əlavə edilmiş fotocədvəldənq görünür ki, təqsirləndirilən şəxs Şahid1 foto şəkillər üzrə tanınma zamanı ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tanıyaraq onu Suriya Әrəb Respublikası ərazisində olarkən “Abu Yəhya” dini ləqəbli X2 rəhbərlik etdiyi qanunsuz silahlı birləşmənin tərkibində gördüyünü, Təqsirləndirilən şəxs “Kalaşnikov” markalı avtomatla postlarda dayandığını qeyd etmişdir. İşdə olan Dövlət Təhlükəsizliyi Xidmətinin məktubundan görünür ki, əməliyyat tapşırığının icrası ilə əlaqədar keçirilmiş tədbirlər nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Suriya Әrəb Respublikası ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Әməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görürünki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün ibtidai araşdırma zamanı, eləcə də birinci instansiya məhkəməsində verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, üzləşmələr, istintaq hərəkətlərinin və məhkəmə iclaslarının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi toplanmış həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə tövsif edilməli olması barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində iş materialları ilə, eləcə də məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, və onun törətdiyi qeyd edilən cinayət əməlləri kifayət qədər sübuta yetirildiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə bəraət verilə bilməz və ona bəraət verilməsi barədə müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Məhkəmə kollegiyası həmçinin, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini də müzakirə edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2-ci maddəsi ilə təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddindən də az cəza təyin edilməsi barədə verilmiş apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs, himayəsində 3 azyaşlı uşağın olmasını, ilk dəfə cinayət məsuliyətinə cəlb olunmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşimançılıq hissi keçirməsini, İİ qrup “Çernobl” əlili olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası, cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə düzgün tövsif olunmaqla, ona təyin edilmiş cəza şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə tam uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 56.1.2, 58, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi düzgün nəzərə alınmaqla, təqsirli bilindiyi maddələrin sanksiyaları həddində və cinayətlərin məcmusu üzrə, cinayət qanununun tələblərinə uyğun, cəzanı ədalətli fərdiləşdirməklə, onun məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir, cəzasının yüngülləşdirilməsi üçün əsas yoxdur. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə məhkum edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli, 1(101)-321/2020 saylı hökmü qanuni və əsaslı olduğundan onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq qərara alır: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə məhkum edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli, 1(101)-321/2020 saylı hökmü verilmiş həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən və məruzəçi: Әmir Bayramov Hakimlər: Kamran Әkbərov Habil Məmmədov
Məhkəmə qərarları › İş №1(103)-638/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-638/2020
28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver