Məhkəmə qərarları › İş №1(103)-64/2021

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-64/2021

07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-64/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 hüquqi varisi –Şahid3 və onun nümayəndəsi və vəkili Nümayəndə1, Məhkum – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020ci il tarixli hökmündən iş üzrə məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmü ilə (sədr edən Azad Məcidov) xx xxxxxx 1979-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 558, ev 30, mənzil 33-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan sonuncunun Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, onu aldadaraq ona məxsus 40.000 ABŞ dolları məbləğində pul vəsaitini əldə edib, ona ziyan vurmaqla təkrarən dələduzluq etməsi epizodu çıxarılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 10 avqust 2020-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməmişdir. Zərərçəkmiş şəxs –mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilərək sonuncuya dəymiş 162.288 manat maddi ziyan Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Mülki iddianın qalan hissəsi baxılmamış saxlanılmışdır. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası baxılmamış saxlanılmışdır Hökmə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğul olub birlikdə guya gəlir əldə etməyi yalandan vəd verib, aldadaraq etibarını qazanmış, 2011-ci ilin may ayında Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən ‘‘Azərbaycan Dövlət Dram Teatrının” qarşısında Azərbaycan Respublikasının milli pul vahidi ilə 79.130 manat təşkil edən 100.000 ABŞ dolları, 12 may 2015-ci il tarixdə ünvan 2 ünvanda yerləşən "Elmlər Akademiyası” metrostansiyasının qarşısında Azərbaycan Respublikasının milli pul vahidi ilə 41.936 manat təşkil edən 40.000 ABŞ dolları, 28 iyul 2015-ci il tarixdə ünvan 3 ünvanda yerləşən 225 nömrəli tam orta məktəbin qarşısında Azərbaycan Respublikasının milli pul vahidi ilə 31.464 manat təşkil edən 30.000 ABŞ dolları, 18 mart 2016-cı il tarixdə ünvan 4 ünvanda yerləşən “Elmlər Akademiyası” metrostansiyasının qarşısında Azərbaycan Respublikasının milli pul vahidi ilə 47.913 manat təşkil edən 30.000 ABŞ dolları, 23 İyul 2016-cı il tarixdə ünvan 5 ünvanda isə Zərərçəkmiş şəxs1 qardaşı Şahid4 vasitəsilə göndərmiş olduğu Azərbaycan Respublikasının milli pul vahidi ilə 37.737 manat təşkil edən 24.000 ABŞ dollar pulunu sonuncudan alıb, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının milli pul vahidi ilə 238.180 manat təşkil edən külli miqdarda 224.000 ABŞ dollar nağd pulunu alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək, Zərərçəkmiş şəxs1 həmin məbləğdə külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Həsənov İmanqulu oğlu birgə apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs haqqında bərat hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual qanunların tələblərini kobud şəkildə pozmuş, işə tam, hərtərəfli və obyektiv baxmamış, bilərəkdən qərəzli nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi ittiham və müdafiə tərəfindən məhkəmə baxışına təqdim edilmiş bütün sübutları məhkəmə iclasında tədqiq etmədən məhkəmə istintaqını yekunlaşdırmış və bununlada CPM-nin 338.1-ci maddəsinin tələblərini pozmuş, məhkəmə istintaqı zamanı sübutları CPM-nin 125-ci, 144-145-ci maddələrində nəzərdə tutulmuş qaydada yoxlayıb, qiymətləndirmədiyi halda ittiham hökmündə həmin ziddiyyətli və bir-birini inkar edən işin nəticəsi ilə maraqlı olan qərəzli şahidlərin ifadələrindəki məlumatlara və qanunsuz yolla əldə edilmiş əsaslandırılmamış, biri-birinə zidd olan ekspert rəylərinə istinad etmişdir. Birinci instansiya məhkəməsi cinayət prosesində müdafiə tərəfə cinayət təqibi ilə əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması üçün zəruri şəraiti təmin etməmiş, CPM-nin 121.2-ci maddəsinin tələblərini pozmuş , hökmünün əsasını CPM-nin 351.3.3.-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlar deyil, ibtidai istintaqda toplanmış və məhkəmə istintaqında tədqiq olunmamış şübhəli sübutlar təşkil etmiş, hökmünü sübutu əhəmiyyəti olmayan dəlillərlə əsaslandırmış, eləcədə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini təhrif etməklə, cinayət törətməmiş şəxsi əsassız, qanunsuz və qərəzli olaraq təqsirli bilib ittiham Aktının mətnini hökmünə köçürtməklə ittiham hökmü çıxarmışdır. İşdə elə bir şahid ifadəsi, maddi sübut və ya hər hansı bir görüntü mövcud deyildir ki, Nizaminin Bəhramın etibarından suiistifadə etməklə və ya onu aldatmaqla onun əmlakını ələ keçirdiyini təsdiq etsin. Bunlar faktdır və işin müdahisəsiz təkzib edilməz faktiki hallarıdır. Birinci instansiya məhkəməsinin ittiham hökmü zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadələrindəki yoxlanılmamış, təhlil olunmamış və digər sübutlala təsdiq olunmamış məlumatları və məhz məhkəmənin ehtimalları üzərində qurulmuşdur. Daha sonra sədrlik edən məhkəmə istintaqı zamanı sübutların tədqiq edilməsi ardıcıllığını, yəni zərərçəkmiş şəxslərin, təqsirləndirilən şəxsin və şahidlərin dindirilməsi ilə aparılacağını elan etsədə özü bu ardıcıllığı pozmuşdur. Belə ki, sədrlik edən təqsirləndirilən şəxsə sərbəst ifadəsinə başladıqdan dərhal sonra, yəni sərbəst ifadəsini yekunlaşdırmadığı halda ona birinci olaraq yönəldici suallar vermiş və suallar təqsirləndirilən şəxs tərəfindən cavablandıralarkən verilmiş cavablara münasibət bildirmiş, müdafiə tərəf suallar verdikdə isə artıq bu sualların verildiyini bildirmişdir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxs sərbəst ifadəsini yekunlaşdırmadığı halda hakimlər tərəfindən ona CPM-nin 318.1-ci maddəsinin tələbinə zidd olaraq təqsirləndirilən şəxsə qarşı irəli sürülməmiş və verilən ittihama daxil edilməyən CM-nin 206-cı maddəsində göstərilən qaçaqmalçılığa görə ittihamda sorğu-suallar edərək onun əməlində başqa bir cinayətin olmasını açıqca vurğlamışlar və təqsirləndirilən şəxs CPM-nin 19.7- ci maddəsinin tələblərinə zidd olaraq törətmədiyi və ittihamda olmayan yeni bir ittihama görə ifadə verməyə məcbur edilmişdir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxs sərbəst ifadəsini yekunlaşdırmadığı halda hakimlər tərəfindən ona CPM-nin 318.1-ci maddəsinin tələbinə zidd olaraq təqsirləndirilən şəxsə qarşı irəli sürülməmiş və verilən ittihama daxil edilməyən CM-nin 206-cı maddəsində göstərilən qaçaqmalçılığa görə ittihamda sorğusuallar edərək onun əməlində başqa bir cinayətin olmasını açıqca vurğlamışlar və təqsirləndirilən şəxs CPM-nin 19.7- ci maddəsinin tələblərinə zidd olaraq törətmədiyi və ittihamda olmayan yeni bir ittihama görə ifadə verməyə məcbur edilmişdir. Daha sonra məhkəmə diqqəti cəlb edəcək dərəcədə ittihamçı mövqeyində dayanaraq, şahidə, təqsirləndirilən şəxsə, zərərçəkmiş şəxsə müdafiəçinin sualına cavabı verdikləri halda, təkrar eyni, lakin yönəldici suallar verməklə əvvəl verilmiş cavabları təkzib etməklə verilmiş ittihamı sübut etmək mövqeyində olmuşdur. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəməyyətli ola biləcək halların araşdırılması məqsədi ilə verdiyimiz vəsatətləri əsaslandırmadan ya təmin etməmiş və ya baxılmamış saxlamışdır. Bununlada məhkəmə CPM-nin 323.5-ci maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda işin bu faktiki halını aydınlaşdırmaq və həqiqətin müəyyən edilməsi məqsədi ilə tərəfimizdən məhkəməyə belə bir vəsatət də verilmişdir ki, “ Ceyhun “ adlı şəxsin şəxsiyyəti, ünvanı müəyyən edilməklə həmin şəxsin məhkəmədə şahid kimi dindirilməsinə şərait yaradılsın. Şahid Bəhramın dostudur və onun vasitəsi ilə Ceyhunun şəxsiyyətinin müəyyən edilməsi müdafiə tərəfin imkanı xaricindədir. Həmin şəxsin şəxsiyyətinin müəyyən edilib məhkəmədə dindirilməsinə şəraiti yuxarıda sadaladığımız maddələrin tələblərinə görə məhkəmə təmin etməli idi. Müdafiə tərəf şübhə edir ki, qızıllar Zərərçəkmiş şəxs1 özündədir. “ Ceyhun adlı şəxs " uydurma şəxsdir. Zərərçəkmiş şəxs1 sadəcə olaraq qızılların həqiqi dəyərinin müəyyən edilməsinin qarşısını almaq məqsədi ilə “Ceyhun“ adlı şəxsi uydurmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 fevral 2020-ci il tarixli, 3294 saylı rəyini vermiş iqtisad ekspertizaları şöbəsinin böyük eksperti- X1 məhkəmədə dindirilməsi barədə vəsatətimizdə əsaslandırılmadan baxılmamış saxlanılmışdır. Halbuku ziddiyyətli, əsaslandırılmamış və yarımçıq rəyi verən ekspertin verdiyi rəyə dair izahı iş üçün mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, ekspert bir tərəfdən qızıl-ziynət əşyalarının qızıl hissəsinə qiymət qoyur, digər tərəfdən isə həmin ziynət əşyalarının birlyantdan, zümrüddən, sapfirdən və sair qiymətli qaşlarına qiymət qoymadan yarımçıq rəy verir. Məhkəmə isə bu yarımçıq rəyi mötəbər sübut kimi qəbul edir və öz şəxsi malı kimi ən azı 100.000 manat dəyəri olan qaş-daşları Zərərçəkmiş şəxs1 bağışlayır, ona üstəlik 160.000 pulun verilməsi də qət etmişdir. Hökmdən həmçinin Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-493/2020 saylı, 10 avqust 2020-ci il tarixli hökmü dəyişdirilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın yuxarı həddinin təyin edilməsi və Təqsirləndirilən şəxs qarşı olan mülki iddiamın tam edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm ibtidai istintaq zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı toplanmış sübutlara, həm də məhkəmə istintaqı zamanı toplanmış obyektiv sübutlara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan sonuncunun Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onu aldadaraq ona məxsus 40.000 ABŞ dolları məbləğində pul vəsaitini əldə edib, ona ziyan vurmaqla təkrarən dələduzluq etməsi epizodunun çıxarılması, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiasının qismən təmin edilməsi və Zərərçəkmiş şəxs1 dəymiş 162.288 manat maddi ziyan Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi və mülki iddia qalan hissədə baxılmamış saxlanılması və həmçinin iş üzrə digər Zərərçəkmiş şəxs2 mülki iddiasının baxılmamış saxlanılması hissəsində qanunsuzdur. Belə ki, onun tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddiada onun xahiş ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs 162.288 ABŞ dollarının, mənəvi zərərə görə 100.000 ABŞ dollarının, cəmi 262.288 ABŞ dollarının, ekspertiza xərci kimi tərəfimdən çəkilmiş 500 manatın və dövlət rüsumu kimi tərəfimdən ödənilmiş 30 manat pul vəsaitinin alınıb ona verilməsinə dair qərar çıxarılsın. Lakin, hazırki hökmü çıxarmış məhkəmə kollegiyası isə həm Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) həmdə Mülki- Prosessual Məcəllənin (bundan sonra MPM) müvafiq maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırki hökmü çıxarmış məhkəmə kollegiyası CPM-nin 183.4-cü maddəsinin tələblərini kobud şəkildə pozaraq, Təqsirləndirilən şəxs 162.288 ABŞ dolları tələb etdiyi halda, hökmdə göstərmişdir ki, guya o,, Nizamidən 162.288 manat tələb edir. Halbuki, məhkəmə hökm çıxaranadək nə onun tərəfindən nə də ki, nümayəndəsi tərəfindən mülki iddiasının əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirilməmişdir. Belən olan halda məhkəmənin həmin hissədə onun iddiasını 162.288 ABŞ dolları əvəzinə 162.288 manat təmin etməsi sual doğurmaqla yanaşı, məhkəmənin hazırki işə çox səhlənkar yanaşmasını göstərir. Birinci instansiya məhkəməsinin onun mülki iddiasında mənəvi zərərlə bağlı tələbinin əsaslarını ya tam araşdırmamış yada ki, araşdırıb əhəmiyyət verməmişdir. Lakin, hazırki hökmü çıxarmış məhkəmə kollegiyası isə həm Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) həm də Mülki- Prosessual Məcəllənin (bundan sonra MPM) müvafiq maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Təqsirləndirilən şəxs ona qarşı etdiyi dələduzluq hərəkətləri nəticəsində ona maddi zərərlə yanaşı, mənəvi zərər də vurulmuşdur. Belə ki, o, 2011-ci ildən ankoloji xəstəlikdən əziyyət çəkir. Bunu Təqsirləndirilən şəxs da bilirdi. Nizaminin onun xəstə olmağını bilə-bilə onu davamlı şəkildə aldatması və onu maddi və sosial cəhətdən çox acınacqlı duruma salması onun həmin xəstəliyini daha da ağırlaşdırmışdır. Buna görə də o, xəstəliyinin müalicəsi üçün Azərbaycan Respublikası və ondan kənarlarda müalicə almağa məcbur olmuşdur. Hətta o, 1-ci qrup əlil olmaqla əmək qabiliyyətini itirmişdir. Təqsirləndirilən şəxs özünün də bildiyi kimi yaxın qohumlarından və dostlarından alaraq ona verdiyi küllü miqdarda pul vəsaitlarinin məhs onun qeyri-qanuni hərəkətləri nəticəsində qaytarılmaması, həmin qohumların və dostların ona olan münasibətlərinin dəyişməsi ilə nəticələndi. Hal-hazırda həmin şəxslərin yanında o, onlara olan inam və etibarını demək olar ki, itirmişdir. Təqsirləndirilən şəxs ona qarşı olan qanunsuz və dözülməz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona dəyri müəyyən edilməyəcək dərəcədə mənəvi zərər dəymişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008ci il tarixli 7 nömrəli qərarının tələblərini kobud şəkildə pozmuş və nəticədə mənim Təqsirləndirilən şəxs qarşı olan mülki iddiasını təmin etməmişdir. İşə baxmış Bakı Ağır Cinayətlər Məhkəməsi bir daha qanunu pozmaqla hazırki iş üzrə ödədiyi 500 (beş yüz) manat eksperiza xərcinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun kimə aid edilməsi məsələsini həll etməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 493/2020 saylı, 10 avqust 2020-ci il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası cinayət qanunun 178.3.2-ci maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da yüngüllüyünə görə onun törətdiyi cinayətin ağırlığına və onun şəxsiyyətinə uyğun deyil. Təqsirləndirilən şəxs nə ibtidai istintaq nə də məhkəmə istintaqı zamanı mənə vurduğu 162.288 ABŞ dolları zərərdən bir manat belə ödəməmişdir və yaxudda ödəmək üçün cəhd belə etməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 493/2020 saylı, 10 avqust 2020-ci il tarixli hökmü hazırki hökmü də Təqsirləndirilən şəxs mənafeyinə uyğunlaşdırılmışdır. Əgər belə olmasa idi məhkəmə Təqsirləndirilən şəxs ona və iş üzrə digər Zərərçəkmiş şəxs2 qarşı onun törətmiş olduğu ağır cinayətə və bunun məhkəmə iclasında da sübut olunmasına baxmayaraq, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı olan dələduzluq hərəkətini ittihamdan xaric etməzdi və onun ona qarşı olan ağır cinayətinə görə onun barəsində 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməzdi. Lakin, bütün bunlara baxmayaraq onun barəsində törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulmuş ən az cəzanın təyin edilməsi çox ədalətsiz olmaqla yanaşı, həm Nizaminin özünün, həmdə onun kimi digər şəxslərin gələcəkdə bu kimi sil-silə cinayətləri törətmələrinə yol açır. Hökmdən həmçinin Zərərçəkmiş şəxs2 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmünün dəyişdirilərək, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan sonuncunun etibarından sui-istifadə edib aldadaraq ona məxsus 40.000 ABŞ dolları məbləğində pul vəsaitini əldə edib, ona ziyan vurmaqla təkrarən dələduzluq etməsi epizodunun çıxarılmasının və onun mülki iddiasının baxılmamış saxlanılması hissəsində qanunsuz heab edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.3.2-ci maddələri ilə təqsirli bilərək, ona həmin maddə də nəzərdə tutulmuş cəzanın yuxarı həddi təyin edilməsi və tərəfindən təqdim edilmiş mülki iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmlə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan sonuncunun Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onu aldadaraq ona məxsus 40.000 ABŞ dolları məbləğində pul vəsaitini əldə edib, ona ziyan vurmaqla təkrarən dələduzluq etməsi epizodu çıxarması qanunsuz və əsassızdır. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib aldaraq mənə məxsus 40.000 ABŞ dolları məbləğində pul vəsaitini əldə edib, ona ziyan vurmqala təkrarən dələduzluq etməsi epizodu üzrə iş materiallarında düzünə sübutlar kifayət qədərdir. Telefon danışıqlarına baxış keçirilməsi haqqında 26 oktyabr 2019-cu il tarixli protokoldan və Təqsirləndirilən şəxs dilindən yazılmış və onun özü və nümayəndəsi tərəfindən imzalanmış 08.11.2019-cu il tarixli izahatdan da bir daha təsdiq olunur ki, Təqsirləndirilən şəxs mənim etibarımdan sui- istifadə edərək və onu aldadaraq, 40000 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirmişdir. Lakin, hazırki hökmü çıxarmış məhkəmə cinayət işinin materiallarında olan sübutları tam, hərtəfli və obyektiv araşdırmayaraq Təqsirləndirilən şəxs ona qarşı olan əməlində cinayət tərkibi olmamağı qənaətinə gələrək həmin epizodu ittihamdan xaric etmişdir. İbtidai istintaq orqanından fərqli olaraq hazırki qanunsuz hökmü çıxarmış məhkəmə kollegiyasının hakimləri cinayət işi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, təhlil olunmaqla bir-biri ilə müqayisə etməmiş və qanuna müvafiq qaydada qiymətləndirməmişlər. Bu isə özlüyündə təqsirləndirilən şəxsin mənə qarşı olan dələduzluq hərəkətinin ittihamdan xaric edilməsi ilə nəticələnmişdir. Hökmdən qanunvericilklə müəyyən edilmiş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası qismən məhkəmə istintaqı aparmaqla proses iştirakçılarının çıxışlarını dinləyərək, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır hesab edir ki, zərərçəkmiş şəxslər – mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərii təmin edilməməli, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Həsənov İmanqulu oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair 10 avqust 2020-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilməlidir. Belə ki, birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan suiistifadə yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirmiş, təkrarən dələduzluq etmiş və onun həmin cinayət əməllərini törətməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Lakin, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətdə təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası 178.3.2-ci maddəsi ilə baraət verilməlidir. İş materiallarından göründüyü kimi birinci instansiya və apellyasiya instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1la qohumluq münasibətləri var, onunla münasibəti yaxşı olmuşdur. 2000-ci ildən o, Bakı şəhəri, Səbail rayonu, "Azərbaycan" prospektində yerləşən “MUM”-da işləməyə başlamışdır. Əvvəl məişət avdanlıqları mağazasında satıcı işləmişdir. 2007-ci ildən isə “MUM”-da qızıl əşyalarının satışı ilə məşğul olmuşdur. Buna görə də qızıl əşyaları alaraq qazanc əldə etmək məqsədilə satılması üçün tanıdığı şəxslərin mağazalarına təhvil vermişdir. Bir neçə il bu növ fəaliyyət göstərdikdən sonra 2011-ci ildə isə özü üçün piştaxta icarə edərək özü fəaliyyətə başlamışdır. Piştaxtanın fəaliyyət göstərməsi ilə əlaqədar olaraq o, icarə haqqı verməmişdir. Belə ki, onun “MUM“-un rəhbərliyi ilə yaxın münasibəti olduğundan aylıq icarə haqqı ödəməyib və sadəcə satıcıya satılan maldan xeyir vermişdir. Piştaxtasında satışda dövriyyəsi təxminən 200.000 manat dəyərində müxtəlif çeşiddə qızıl əşyaları olmuşdur. Həmin ərəfədə onun müştərilərinin arasında qohumu Zərərçəkmiş şəxs1 da olmuşdur. Bəhram mütəmadi olaraq ona zəng edərək ucuz qızıl əşyası olduqda ona xəbər etməyini və özünün alacağını deyirmiş. Həmin vaxt Bəhram Vergilər Nazirliyində Audit Departamentində şöbə rəisi vəzifəsində işləmişdir. Bundan sonra Bəhramın deməsi ilə o, ucuz qızıl əşyalar olduqda Bəhramın iş yerinə gedərək həmin qızılları göstərmişdir. Bəhram bəyənərək pulunu verib qızılları almışdır. Bu hal dəfələrlə olmuşdur. 2012-ci ildə Bəhram ona pulu olduğunu bildirmiş və təklif etmişdir ki, ona istədiyi məbləğdə pul verə bilər və birlikdə şərik işləsinlər. O, Bəhrama özünün maddi dövriyyəsinin özünə kifayət etdiyini bildirmişdir. Bəhrama onu da deyib ki, həm də dövriyyəsinin çox olduğu halda vergi ödənişləri zamanı narahatçılıq yarana bilər. Bəhram Vergilər Nazirliyində işlədiyindən vergi ilə bağlı heç bir probleminin ola bilməyəcəyini və vergi ilə bağlı olan hissəni özünün həll edəcəyini demişdir. Buna görə də o, Bəhramla razılaşmışdır. 2012-ci ilin əvvəllərində Bəhramla birgə iş fəaliyyətinə başlamışdır. Belə ki, onun dövriyyəsində olan puluna əlavə olaraq Bəhram tərəfindən 100.000 ABŞ dolları pul verilmişdir. Həmin pullara o, daha çox qızıl-zinət əşyaları alaraq “MUM”-da yerələşən 2-ci mərtəbədə olan piştaxtada satışa çıxartmışdır. Bəhramla iş birliyi 2016-cı ilədək dava etmişdir. 2016-cı ildə isə X8 pul köçürülməsi üçün Şahid2 61802 ABŞ dolları pul vermişdir ki, Dubayda onun dediyi adamlardan götürsün. Əli onun pulunu ələ keçirərək ona ziyan vurmuşdur. Bununla bağlı müvafiq araşdırma aparılmışdır. 2016-cı ildə Bəhrama bildirmişdir ki, yaranmış maddi vəziyyətlə bağlı işlərin davam etdirilməsi mümkün deyil və təklif etmişdir ki, hesablaşaraq ayrılsınlar. Bəhramla hesablaşaraq bu nəticəyə gəlmişlər ki, Bəhramın ona 36.223 dollar borcu qalmışdır. Bununla bağlı da məhkəmə orqanlarında araşdırma aparılmışdır. Bəhramla şifahi razılaşaraq Bəhramın təklifi ilə ona vermiş olduğu 100.000 ABŞ dolları pula qızıl-zinət əşyaları alınaraq mağazada satılacaqmış və əldə edilmiş qazanc ikisinin arasında yarı bölünəcəkmiş. Bəhram ona pulu qaytarmağı tələb etməmiş, o özü Bəhrama hesablaşmağı təklif etmişdir. Qızılların alınması və “MUM”-da piştaxtada satışa çıxarılmasını o, təmin etməli, vergi ilə bağlı olan ödənişləri isə Bəhram həll etməliymiş. 2012-ci ilin əvvəllərindən 2016-cı ilin sentyabr ayının əvvəllərinə kimi olan müddət ərzində Bəhramla hər ay hesablaşmış, 100.000 ABŞ dollar qarşılığında 143.434 ABŞ dolları qazanc olub və qeyd olunan pulun yarısını, yəni 71.717 ABŞ dollarını Bəhrama vermiş, qalanını isə özü götürmüşdür. Bəhramla birgə fəaliyyəti zamanı onun tərəfindən vergi ödənilməmişdir. Belə ki, qeyd etdiyi kimi Bəhramla fəaliyyətə başlayanda Bəhram ona bildirmişdir ki, vergi ödənişlərinə aid olan hissəni Bəhramın özü həll edəcəkdir. Qızılları o, müxtəlif üsullarla əldə etmişdir. Belə ki, Bakı şəhərində yerləşən müxtəlif zərgərlik sexlərindən sifariş edib əldə etmişdir. Bundan başqa Çin, Türkiyə və X5 keçirilən sərgilərdə iştirak etməklə özünə münasib olan əşyaları seçərək sifariş etmişdir. Sifarişdən sonra isə hazır olunmaları üçün bir müddət vaxt tələb olunmuş, hazır olduqdan sonra isə həmin firmalar özləri qızıl əşyalarının Azərbaycan Respublikasına çatdırılmasını təmin edərək ona Bakı şəhərində çatdırmışlar. Ödənişlər isə danışığa əsasən ya əvvəlcədən, ya da ki, çatdırıldıqdan sonra ödənilmişdir. Qızılın 1 qramına 7 ABŞ dolları gömrükdə pul ödənilmişdir. Qızıl-zinət əşyalarını təhvil aldıqdan sonra pullarını qızılları təhvil verən şəxslərə vermişdir. Qızılların çatdırılması, təhvil verilməsi və ödəniş edilməsi barədə rəsmi sənədləri həmin vaxtdan bir neçə il ötdüyündən və əhəmiyyət kəsb etmədiyi üçün saxlamamışdır. Zərərçəkmiş şəxs1 göstərdikləri hamısı yalan və böhtandır. O, qızıl əşyalarının heç bir zaman qeyri-qanuni yolla ölkəyə gətirilməsində iştirak etməmişdir. Bəhramın hal-hazırda ona 36.223 dollar borcu var. O, Bəhramla danışıb alqı-satqı etmiş, aldığı pulun əvəzində də Bəhrama mal vermişdir. Bəhram onunla danışanda öz pullarını şişirdilmiş məbləğlərlə ifadə etdikdə o, Bəhrama demişdir ki, onun malının satış qiyməti 300.000 ABŞ dollarıdır. Zərərçəkmiş şəxs1 mərhələ-mərhələ ona cəmi 234.000 ABŞ dolları vermişdir. Lakin Bəhram ona verdiyi 192,023 dollar xalis maya dəyəri olan malların qiymətini, arvadının dəfələrlə aldığı malları və özünün dediyi adamlara verdiyi cəmi 9200 dollar pulu hesablamadan ona qarşı ərizə yazmışdır. Bəhrama verdiyi 161 ədəd qızıl əşyaların qiyməti 97.628 ABŞ dollar, 35 ədəd qızılın qiyməti isə 94.395 ABŞ dollar, yəni ümumilikdə qızılların maya dəyəri 192 .000-dən çox olub. Satış qiyməti isə 380.000 ABŞ dolları olmuşdur. O, qızılları Bəhrama verəndə onun sənədlərini də vermişdir. O, ümumilikdə Bəhrama 270,000 dollardan artıq pul vermişdir. Onun zərərçəkmiş şəxslərə heç bir borcu yoxdur. O, Zərərçəkmiş şəxs1la qarşılıqlı hesablaşmalarını əks etdirən 1 ədəd zoğalı rəngdə dəftərçəni ifadəsinə əlavə etməklə istintaqa təqdim etmişdir. O, hər ayın əvvəlində Bəhrama qazanc vermiş, hər ayın əvvəlində də verdiyi qazancı da qeyd etmişdir. O, həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs2 adlı şəxsi sonradan, yəni təxminən 2016-cı ilin dekabr ayından tanımışdır. O, Zərərçəkmiş şəxs2 pul almamış, həmin pulu yəni 40.000 ABŞ dolları pulu ona şəxsən Bəhram özü vermişdir. Bəhram sonuncu 40000 dollar pulu ona verəndən 2 ay sonra ona deyib ki, həmin pul Həsənə məxsusdur. Həsənə pulu kimə veribsə ondan da tələb etməsini demişdir. Bundan başqa Həsənlə onun arasında heç bir danışıq olmamışdır. Həsənin dedikləri tamamilə yalandır. O, Şahid1 tanımamışdır. Şahid1 ondan heç vaxt pul tələb etməmişdir. Zərərçəkmiş şəxs1 ona 100.000 ABŞ dollarını verəndə həmin pulun qaytarma müddətini danışmamışlar. O, hər ay ona qazanc vermiş və Bəhram ondan əsas pulunu tələb etməmişdir. Zərərçəkmiş şəxs1la və ümumiyyətlə mühasibatlığa dair bütün qeydləri özündə olan qırmızı dəftərçədə aparmışdır. «Qara mühasibatlıq» qeyd dəftərini ibtidai istintaqı aparan müstəntiqə təhvil vermiş və müstəntiq həmin dəftərçəni ekspertizaya təqdim etmişdir. Ekspert rəyi ilə razı deyil.Sonradan müstəntiq həmin dəftərçəni ona qaytarmışdır. O, Zərərçəkmiş şəxs1 pulları verəndə ondan qəbz almamışdır. Həmin dəftərçədəki olan əlyazmaları özü tərtib etmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəftərçədə heç bir qeydlər aparmamış və imza etməmişlər. Qızıllara qiymət veriləndə o, iştirak etməyib və həmin rəylə razı deyil. Qızıllara necə qiymət qoyulduğunu bilmir. O, 2018-ci ildə işini bərpa edəndə, qızılları Bəhramdan istəyəndə və qızılların müqabilində pul təklif edəndə, Bəhram ona qızılların olmadığını bildirmişdir. 2012-ci ildə Bəhram bir neçə gün müalicədə olmuş, gələndən sonra isə ona qazancını vermişdir. Bəhram qızılların alqı-satqısında iştirak etməmiş, ona inandığını və özünün bununla məşğul olaraq qazancı ona verməsini bildirmişdir. Birinci instansiya və apellyasiya instansiya məhkəməsində zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 oglu ifadəsində göstərmişdir ki, Onun qohumu X16 zərgərliklə məşğul olur və son illərdə «Mərkəzi Univermaqda» zərgərlik məmulatlarının satqısını həyata keçirir. 2011-ci ilin təqribən may ayında qohumu X16 onun yanına yaxınlaşaraq qızıl-zinət əşyalarının alqı-satqısında yaxşı qazanc əldə etmək imkanının olmasını bildirərək, ona da həmin işə qoşulmağı təklif edərək bildirmişdir ki, bir neçə yüz min dollar versə, onun müqabilində yaxşı gəlir əldə etmək mümkündür. Onun bu işdən başı çıxmadığını Nizamiyə bildirmiş, lakin sonuncu ona müxtəlif vədlər verərək, həmin işin həddindən artıq gəlirli olduğunu, onun özünün heç bir iş görmək lazım olmadığını, yalnız gəlir götürəcəyini, pis halda ondan aldığı pulu gəlirlə birlikdə ən geci iki ay müddətində qaytaracağını bildirərək, onu bu işin həqiqətən özü üçün çox müvəffəqiyyətli olduğunu inandırmışdır. O, Təqsirləndirilən şəxs bildirmişdir ki, bu işdə ona cəmi 100.000 ABŞ dolları verə bilər və həmin ilin may ayında Bakı şəhəri. Yasamal rayonu, ünvan 1 ünvanında, ‘‘Azərbaycan Dövlət Dram Teatrının” qarşısında Təqsirləndirilən şəxs 100.000 ABŞ dolları pul vermişdir. Bir neçə aydan sonra onun səhhətində onkoloji problemlər aşkarlandığı üçün o, təcili olaraq Türkiyə Respublikasına getməli olmuş və uzun müddət orada müalicə almışdır. Həmin vaxtlar o, yalnız öz səhhəti ilə məşğul olduğundan qohumu Təqsirləndirilən şəxs etibar etdiyi üçün Nizaminin ondan aldığı pulların hesabatını aparmamışdır. Etimad qazanmaq üçün Təqsirləndirilən şəxs ona hissə-hissə müxtəlif vaxtlarda 4.950 ABŞ dolları pul vermişdir. Hər dəfə gəlirin az olduğunu və pulun digər hissəsini Nizamidən istədikdə, sonuncu ona deyirmiş ki, əldə olunan gəlirləri təzə malların alınmasına sərf edib və pul dövriyyədə olduğu üçün gələcəkdə daha çox gəlir əldə edəcəklər. O, da Nizaminin həmin vədlərinə inanmışdır. 10 may 2015-ci il tarixdə Nizami ona zəng vuraraq onunla görüşmək istədiyini bildirdikdə o, Nizami ilə görüşmüş və Nizami ona ucuz zinət əşyalarının olduğunu, həmin zinət əşyalarının çox dəyərli olduğunu, bunun üçün 40.000 ABŞ dolları məbləğində pul lazım olduğunu və həmin qızıl zinət əşyalarını satdıqdan sonra böyük gəlir əldə edəcəyini bildirmişdir. O, Nizamiyə səhhəti ilə əlaqədar olaraq çox xərcinin çıxdığını, bu səbəbdən də onda 40.000 ABŞ dolları məbləğində pulun olmadığını bildirmişdir. Lakin Nizami təkid edərək bu işdə böyük maraq olduğunu və qazanclarının çox olacağını bildirərək həmin pulu başqalarından tapmasını təklif etmişdir. Nizami bir daha vurğulamışdır ki, qazanc çox olacaq, pulu aldığın adama da xeyirdən 1500 ABŞ dolları pay verərlər, yerdə qalan məbləği də yarı bölməsini demişdir. Bundan sonra o, yaxın dostu Şahid1 zəng vuraraq məsələni olduğu kimi Rəşidə izah edib ona da qazanc olaraq 1500 ABŞ dolları verəcəyini vəd etmişdir. 40.000 ABŞ dolları məbləğində pulu o, Rəşiddən alaraq 12 may 2015-ci il tarixdə «Elmlər Akademiyası» metrosunun yanında qohumu Nizamiyə vermişdir. Bir aydan sonra o, Nizamiyə zəng vuraraq dostu Rəşiddən aldığı 40.000 ABŞ dolları məbləğində pulu və Rəşidin qazancını geri qaytarmalı olduqlarını bildirdikdə Nizami həmin gün 1500 ABŞ dolları pulu ona gətirmiş, aldığı həmin qızıl-zinət əşyasını daha baha satmaq istədiyi üçün hələ satmadığını, satdıqdan sonra onun dostu Rəşiddən aldığı 40.000 ABŞ dolları məbləğində pulu geri qaytaracağını ona bildirmişdir. Növbəti ayın tamamında o, yenidən Nizamiyə zəng vuraraq 40.000 ABŞ dolları məbləğində almış olduğu pulu geri qaytarmalı olduqlarını bildirdikdə, Nizami ona həmin qızıl-zinyət əşyasını satdığını, lakin daha uğurlu mal düşdüyü üçün həmin malı aldığını ona dedikdə o, Nizamiyə narazılığını bildirərək onun icazəsi olmadan nahaq belə bir addım atdığını demiş, Nizami isə ona hər ay pulu götürdüyü adama alqı-satqılara görə 1500 ABŞ dolları və onun özünə isə yaxşı gəlir verməyə vəd etmişdir. Bundan başqa 23 iyul 2015-ci il tarixdə Nizami ona zəng vuraraq onunla görüşmək istədiyini bildirdikdə onlar həmin gün “Mərkəzi Univermağın” yanında görüşmüş, söhbət zamanı Nizami ona işlərin qaydasına düşdüyünü, qısa müddət ərzində ondan aldığı bütün pulları qaytaracağını bildirib ona 30.000 ABŞ dolları məbləğində pul qaytarmışdır. O, Nizaminin ona verdiyi 30.000 ABŞ dolları məbləğində pulu dostu Şahid1 qaytarmaq üçün sonuncuya zəng etmiş, lakin Rəşid Bakıda olmadığı üçün o, Rəşidlə görüşə bilməmişdir. Təqribən 5 gün sonra Nizami ona zəng vuraraq qaytardığı 30.000 ABŞ dollarını ondan istəyərək bildirmişdir ki, uğurlu təklif var, pulu evdə saxlamaq olmaz, puldan pul qazanmaq lazımdır və 30.000 ABŞ dolları müqabilində ona böyük xeyir verəcəyini bildirmişdir. O, Nizaminin sözlərinə yenə də inanaraq 30,000 ABŞ dolları məbləğində pulu “Space” televiziyasının yaxınlığında 225 nömrəli məktəbin yanında Nizamiyə vermişdir. Bundan başqa 18 mart 2016-cı il tarixdə Nizami yenidən ona zəng vuraraq bahalı briliyant qaşlar aldığını, lakin 30.000 ABŞ dolları məbləğində pulunun çatışmadığını ona demişdir. Nizami həm onun yaxın qohumu olduğundan və həm də onun həddindən artıq inandırmaq bacarığı olduğu üçün, o, növbəti dəfə onun vədlərinə inanmışdır. O, yenidən dostu Rəşidə zəng vuraraq vəziyyəti Rəşidə izah etmiş və Rəşid 30,000 ABŞ dolları ona vermişdir. O da həmin pulu «Elmlər Akademiyası» metrosunun yanında Nizamiyə vermişdir. 23 iyul 2016-cı il tarixdə Nizami ona zəng vuraraq ona qaytarmalı olduğu bütün pulları topladığını, lakin bunun üçün 7 günlük ona əlavə olaraq 24.000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmişdir. O, yenidən dostu Şahid1 zəng vurmuş, ona vəziyyəti izah edərək həmin məbləğdə pulu verməsini Rəşiddən xahiş etmişdir. Özü Bakı şəhərində olmadığı üçün, qardaşı Şahid4 24,000 ABŞ dolları məbləğində pulu onun dostu Rəşiddən götürərək Masazır qəsəbəsinə gedən körpünün yanında qohumu Nizamiyə vermişdir. Ümumilikdə 2011-2016-cı il tarixdə Nizami ondan 100.000 ABŞ dolları və onun vasitəsilə 94.000 ABŞ dolları pul aldığı müxtəlif vaxtlarda xeyir vermək adı ilə az məbləğlərdə, mərhələlərlə ona 4950 ABŞ dolları və onun vasitəsilə Rəşidə 8.000 ABŞ dolları pul vermişdir və bununla da Nizami özünə inam yaratmışdır. Bundan sonra o, dəfələrlə qohumu Nizamiyə zəng vuraraq istər dostu Rəşiddən alıb ona verdiyi cəmi 94.000 ABŞ dolları məbləğində pulları, istərsə də özünün Nizamiyə verdiyi 100.000 ABŞ dolları məbləğində pulları Nizamidən geri istəməyə başlamış, lakin qohumu Nizami müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. 30 sentyabr 2016-cı il tarixdə Nizami ona zəng vuraraq onunla görüşmək istədiyini bildirdikdə o, Nizaminin qeyd etdiyi pulları qaytarmaq istədiyini düşünərək Yasamal rayonunda «Tri Korona» adlı binanın yanında Nizami ilə görüşmüşdür. Həmin vaxt Nizami ona zibilə düşdüyünü, Dubaya pul köçürmək üçün camaatdan pullar aldığını, həmin pulları Ağcabədi rayonundan olan Əli adlı şəxsin onu aldadıb qaytarmadığını, pullara görə də gəlib «Mərkəzi Univermaqda» yerləşən vitrindən qızıl-zinət əşyalarının bir hissəsini, həmçinin də ona qaytarmalı olduğu cəmi 194.000 ABŞ dollarlıq mallardan 91.542 ABŞ dolları məbləğində malları da apardıqlarını demiş və bildirmişdir ki, əgər o, Nizamiyə 42.000 ABŞ dolları verməsə, onun Nizamiyə verdiyi bütün pullar batacaqdır. Həmin dövrdə onun səhhətində yaranan problemlərlə bağlı çox əsəbi və gərgin olduğu üçün, Nizaminin onu belə çıxılmaz vəziyyətə salması ilə əlaqədar nə edəcəyəni bilməmiş, yaranmış vəziyyətdən çıxış yolunu yenə də Nizamiyə pul verməkdə görmüşdür. Özündə pul olmadığı üçün, bu barədə öz tanışı Zərərçəkmiş şəxs2 bildirmişdir. Sonuncu onunla birlikdə Nəsimi rayonunda «Dostluq» kinoteatrının yanında Nizamiylə görüşmüş və Zərərçəkmiş şəxs2 Nizaminin sözlərinə inanaraq ona 40.000 ABŞ dolları vermişdir. Nizami “Romans Palas” şadlıq evinin həyətində kimlərləsə görüşmüş və Həsənin ona verdiyi 40.000 ABŞ dolları məbləğində pulu verdikdən sonra Həsənin ona verdiyi pulların müqabilində almış olduğu 91.542 ABŞ dollar dəyərində qızıl-zinət əşyalarını geri alaraq ona vermişdir. Həmin vaxt onun geri götürdüyü malların içərisində 161 ədəd qızıl zinət əşyası olmuşdur. Nizami bildirmişdir ki, iki gün ərzində ondan aldığı bütün pulları geri qaytararaq qızıl-zinət əşyalarını ondan götürəcəkdir. Buna baxmayaraq 2 gündən sonra Nizami yenidən ona 35 ədəd qızıl-zinət əşyası gətirərək işlərin biraz uzanacağını bildirmişdir. Həmin 35 ədəd qızıl zinət əşyalarının üzərində həmin əşyaların guya 91.542 ABŞ dolları qiyməti olduğu Nizaminin özü tərəfindən qeyd edilmişdir. Təqsirləndirilən şəxs ümumilikdə o, 234.000 ABŞ dolları məbləğində hissə-hissə pul vermişdir. Nizami hal-hazıradək aldığı ümumi 234.000 dollar məbləğində pulu geri qaytarmayıb. Hal-hazırda Nizaminin hərəkətləri nəticəsində tam şəkildə müflis olmuşdur. Rəşiddən aldığı 24.000 dollar pula görə o, Zərərçəkmiş şəxs2 5000 dollar pul götürüb Rəşidə vermişdir. Nizami aldığı pulları geri qaytarmadıqda o, həmin mallardan 60 ədədini 15.000 dollar pula satmışdır. 60 adda qızılları o, təxminən 2017-ci ildə ayrı-ayn xatırlamadığı şəxslərə satmışdır. O, həmin malları o səbəbə dəyərdəyməzinə satmışdır ki, öz xərclərini ödəsin. Buna baxmayanıq o, Nizaminin yazdığı məbləğlə razılaşır və həmin qızıllara görə Nizaminin ona verməli olduğu 100,000 dollar puldan 26.412 dolları çıxır və beləliklə də Nizaminin 100.000 dollara görə ona 73,588 dollar məbləğində pul verməli olduğunu qəbul edir. 136 adda qızı-zinət əşyalarını o, 500 manat ödədikdən sonra Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının «Azərekspertiza» Birliyində 18 dekabr 2018-ci il tarixdə qiymətləndirilmiş, həmin malların satış qiyməti 188.257 manat 60 qəpik, alış məntəqələrində orta bazar alış qiyməti isə 80.500 manat 25 qəpik qeyd olunmuşdur. Həmin qızılları o, əvvəlcə saxlaması üçün Rəşidə vermişdir. Nizami ondan ümumi aldığı 234.000 dollardan onun satdığı 60 ədəd qızıla görə 26.412 dollar, ona xeyir adı ilə verdiyi 4950 dollar və Rəşidə verdiyi 8000 dollardan başqa pul verməyib. Nizaminin ona verdiyi qalan 136 ədəd malın qiymətini ekspertiza rəyinə əsasən o, 47353 dollar qəbul edir. Nizamiyə əlbəəl 234.000 dollar pul verilmişdir. Təqsirləndirilən şəxs ondan pul alması və hansı şərtlərlə alması barədə, hansı məbləğdə pul alması, dostlarından pul alması barədə və dəfələrlə konkret vaxt təyin edib pulları qaytaracağını bildirməsi barədə onda səs yazıları vardır. Nizaminin ona 152.235 dollar verəcəyi qalmışdır. Hal-hazırda o, Təqsirləndirilən şəxs 162.288 manat maddi ziyan və 100.000 manat mənəvi ziyanı tələb edir və mülki iddianın təmin olunmasını xahiş edir. Zərərçəkmiş şəxs1 apellyasiya şikayətlərinə baxıldığı zaman vəfat etdiyindən apellyasiya məhkəməsinin digər iclaslarında onun iştirakını təmin etmək mümkün olmamış və məhkəmə iclaslarında zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 hüquqi varisi Şahid3 zərərçəkmiş şəxs kimi iştirak etmiş və Zərərçəkmiş şəxs1 dediklərini bir daha təsdiq etmişdir Apellyasiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 uzun müddətdir tanıyır və Bəhramla yaxın dostluq münasibətləri var. 2016-ci ilin sentyabr ayında Bəhram ona müraciət edərək onun qohumu Nizami adlı şəxsə təcili olaraq 40000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmişdir. O, Bəhramı çoxdan tanıdığından Bəhramın qohumuna pul verməyə razılaşmışdır. 30.09.2016-cı il tarixdə Bəhramla birlikdə Bakı şəhəri, Səbail rayonu, “Mərkəzi Univermaq” ın yanında görüşmüşlər. Bəhramın “Toyota Camry” markalı maşını ilə Nizami ilə görüşmək üçün Nəsimi rayonu ərazisində yerləşən “Dostluq” kinoteatrının yanına gedib, orada Nizami ilə görüşmüşlər. Nizami ilə görüşdükdən sonra Nizaminin “BMW X5” markalı avtomobilinə əyləşmişlər. Daha sonra o, Nizamiyə 40000 ABŞ dolları borca pul vermişdir. O, pulu Nizamiyə Bəhrama görə vemişdir. O, pulu Nizamiyə verəndən sonra Nizami maşından düşüb «Romance Palace» adlı restorana getmiş və tez də əlində bir paketlə qayıdıb maşına əyləşmişdir. O, arxada oturmuşdur. Bəhramla Nizami qabaq oturacaqda bağlamada olan qızılları sayıb nə isə yazırmışlar. Lakin bağlamada nə qədər qızıl olmasını və onların nə yazmalarını xatırlamır. Təqsirləndirilən şəxs almış olduğu 40000 ABŞ dolları borcu 2 gün ərzində qaytaracağına söz vermiş, lakin o, həmin puldan bu günə kimi hər hansı məbləğdə pul qaytarmamışdır. Həmin puldan ona xeyir verməsini deməyib. O, pulu xeyir götürmək üçün verməmiş, borc kimi vermişdir. O, pulu Nizamiyə verəndən bir müddət sonra bilib ki, Nizami Bəhramın pullarını qaytarmır. Dəymiş maddi ziyan 40.000 ABŞ dollarını təqsirləndirilən şəxsdən tələb edir. Mülki iddia təmin edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş X6 oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Zərərçəkmiş şəxs1 da tanıyır və onlarla normal münasibətləri var. O, turizm biznesi ilə məşqul olmuşdur. Zərərçəkmiş şəxs1 ondan xarici dövlətə getməklə bağlı təyyarə biletləri alırdı. Bəhramla münasibətləri bu səbəbdən yaranmışdır. O, 2018-ci ildə Bəhramla görüşmüşdür. Bəhram ona turizm sahəsində birgə ticarətlə məşqul olmağı təklif etmişdir. Hətta Bəhram ona bilet satışı ilə bağlı ofis yeri də göstərmişdir, lakin o, Bəhramın bu təklifi ilə razılaşmamış və Bəhramla birgə ticarətlə məşqul olmamışdır. X16 ilə Zərərçəkmiş şəxs1 şərikli olaraq qızıl ticarəti ilə məşqul olduqlarını bilir. Bəhram Nizamiyə müəyyən qədər pul verirdi. Nizaminin qızılları var idi və o, qızılların nə qədər olmasını bilmir. Nizami ilə Bəhramın birgə ticarətləri dayandıqdan sonra Bəhram qızılları saxlanca götürmüşdür. Şahid2 adlı şəxsaTəxminən 60000 ABŞ dolları məbləğində qızılların pulunu Nizamiyə verməyərək Nizamiyə ziyan vurmuşdur. Nizaminin dediklərindən bilir ki, o, Bəhrama birgə ticarətlərinə görə hər ay pul vermişdir. Daha sonra 2018-ci ilin aprel ayında Bəhramla Nizaminin birgə qızıl ticarəti bağlı münasibətləri pisləşmişdir. Apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, onun oğlu Nizami «Mərkəzi Univermaq» da özü üçün piştaxta icarə edərək özü fəaliyyətə başlamışdır. Oğlunun Zərərçəkmiş şəxs1 ilə qohumluq münasibətləri olmuşdur. Bəhram özü onun oğluna bir neçə dəfə şərik olmağı təklif etmiş, oğlu isə əvvəlcə razılaşmamışdır. Bəhramla Nizaminin şərikli olaraq biznes fəaliyyəti ilə məşqul olmasına o və Nizaminin atası etiraz etmişdir. Lakin Nizami sonradan Bəhramla Nizaminin şərikli olaraq biznes fəaliyyəti ilə məşqul olmağa razılaşmışdır. Nizami 196 ədəd qızı saxlanc üçün Bəhrama vermişdir. Nizaminin qızılları Bəhrama verməsini şəxsən görməmiş, qızılları Bəhrama verdiyini Nizamidən eşitmişdir. Nizami Əli adlı şəxsə Dubaydan qızıl alıb göndərməsi üçün pul vermişdir. Lakin bir-iki ildən sonra Nizami Əlidən pulu geri isatəyəndə Əli Nizamini aldadaraq pulu geri qaytarmamışdır. Bundan sonra oğlu Nizami qızılları Bəhramdan geri istəmişdir. Bəhram isə qızılları geri qaytarmamışdır. 196 ədəd qızılı Nizaminin «Mərkəzi Univermaqda» olan piştaxtasında görmüşdür. Apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, Nizamini tanıyır. Onun Zərərçəkmiş şəxs1 ilə münasibətləri olmamışdır. O, Mərkəzi Univermaqda işləmişdir. Onun qızıl piştaxtası Nizaminin piştaxtası ilə yaxın olmuşdur. X17 şərikli olaraq qızıl satışı ilə bağlı biznes fəaliyyəti ilə məşqul olması barədə məlumatı olmuşdur. Ona bu barədə məlumatı Nizami vermişdir. O, Mərkəzi Univermaqda işlədiyi vaxt yalnız bir dəfə Nizaminin Bəhrama pul verdiyini, başqa vaxt isə Nizaminin Bəhrama dəfələrlə pul verdiyini Nizamidən eşitmişdir. Onların münasibətləri pul məsələsi ilə bağlı pisləşmişdir. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ittiham hökmündə Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası "Azərekspertiza“ Birliyi tərəfindən verilmiş 18 dekabr 2018-ci il tarixli 354 və 18 dekabr 2018-ci il tarixli 354A saylı ekspert rəylərinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzin rəylərinə istinad etmişdir. Məhkəməmə kollegiyası hesab edir ki, həmin rəylər qanunsuz yolla, yəni "Dövlət Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci, 8-ci və 12-ci maddələrinin və CPM-nin 271.3. maddəsinəi tələblərini kobud şəkildə pozmaqla əldə edilmiş rəylərdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 18 dekabr 2018-ci il tarixli, 354 saylı “Malların qiymətini müəyyən etmək üçün” ekspert rəyindən görünür ki, sifarişçi Zərərçəkmiş şəxs1 28.11.2018-ci il tarixli məktubuna əsasən ekspertizaya təqdim edilmiş 136 dəst qızıl-zinət əşyalarının qiymətləndirilməsinə əsasən 3/5 şifrəli brilyant qaşların tədqiq olunan tarixdə satış qiymətləri 1 karatın qiyməti – 700 AZN, 750 əyar qızılın 1 qramı – 75 AZN-lə, 585 əyar qızılın 1 qramı – 60 AZN-lə, 3 karat zümrüd qaşın 1 karatı – 600 AZN dəyərində hesablanaraq ümumilikdə bütün – 136 ədəd zinət-əşyalarının qiymətinin 188.257,6 (bir yüz səksən səkkiz min iki yüz əlli yeddi manat 60 qəpik) manat müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 18 dekabr 2018-ci il tarixli, 354/A saylı “Malların qiymətini müəyyən etmək üçün” ekspert rəyindən və rəyə əlavə edilmiş fotocədvəldən görünür ki, sifarişçi Zərərçəkmiş şəxs1 28.11.2018-ci il tarixli məktubuna əsasən ekspertizaya təqdim edilmiş 136 dəst qızıl-zinət əşyalarının qiymətləndirilməsinə əsasən 3/5 şifrəli brilyant qaşların bugünə olan satış qiymətləri 1 karatın qiyməti – 250 AZN, 750 əyar qızılın 1 qramı – 50 AZN-lə, 585 əyar qızılın 1 qramı – 40 AZN-lə, 3 karat zümrüd qaşın 1 karatı – 300 AZN dəyərində hesablanaraq ümumilikdə bütün – 136 ədəd zinət-əşyalarının qiymətinin 80.500,25 (səksən min beş yüz manat iyirmi beş qəpik) manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eyni tarixdə verilmiş, yəni 18 dekabr 2018-ci il tarixli, 354 saylı və 354/A saylı “Malların qiymətini müəyyən etmək üçün” ekspert rəylərini tədqiq edərək qeyd edir ki, ümumilikdə bütün – 136 ədəd zinət-əşyalarının qiymətinin 188.257,6 (bir yüz səksən səkkiz min iki yüz əlli yeddi manat 60 qəpik) manat, sonuncu rəydə isə 80.500,25 (səksən min beş yüz manat iyirmi beş qəpik) manat müəyyən edilməsi məbləğlər arasında yüksək fərqin, yəni 100000 manatdan çox pul fərqi həmin rəylərin ziddiyyətli olmasına dəlalət edir və bu o deməkdir ki, həmin rəylər məhkəmə üçün sübut kimi əhəmiyyət daşımamaldır. Yuxarıda qeyd olunan rəyləri vermiş ekspertlər X3 və X7 məhkəmə iclasında dindirilmişlər, lakin ekspertlər hər iki rəy arasında olan ziddiyyəti izah edə bilməmişlər. Məhkəmə -Ekspertiza Mərkəzi isə, öz növbəsində rəy vermək üçün məhkəmə ekspertizasının predmeti və tədqiqat obyektləri olmadan, yəni tədqiqat aparmadan cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan Zərərçəkmiş şəxs1 tərəfindən qanunsuz yolla əldə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası "Azərekspertiza" Birliyinə müraciəti əsasında verilmiş rəydəki məlumatlara istinad edilmişdir. "Dövlət Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən " ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi, təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparılmalıdır ". Həmin qanunun 8-ci maddəsinə əsasən “ ekspert tədqiqatının obyektləri maddi sübutlar, müqayisəli tədqiqat üçün nümunələr, əşyalar..əsasında məhkəmə ekspertizası aparılması üçün zəruri olan iş materialları olmalıdır ". Həmin Qanunun 12-ci maddəsinə görə isə “ ekspert rəy vermək üçün məhkəmə ekspertizasının predmetini və tədqiqat obyektlərini tələb edib tədqiq etməlidir ". Azərbaycan Respublikası CPM-nin 271.3. maddəsinəi əsasən ekspertin rəyinə ekspertin gəldiyi nəticələri təsdiq edən maddi sübutlar, nümunələr, digər materiallar, habelə fotoşəkillər, sxemlər, cədvəllər əlavə edilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 268.1.6-cı maddəsinin tələblərinə uyğun olraq Təqsirləndirilən şəxs ekspertizanın aparılmasında iştirak etməmiş, tətbiq edilmiş tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb etməmiş və ekspertə izahlar verməmiş, tədqiq olunan qızıl-ziynət əşyalarının onun Bəhrama verdiyi ziynət əşyalarının olub-olmaması barədə fikri soruşulmamış, ekspertizanın keçirilməməsindən əvvəl tanınma üçün əşyalar hətta ona təqdim olunmamış, tədqiq olunan qızıl-ziynət əşyaları xüsusi qaydada təqsirləndirilən şəxsin iştirakı ilə qablaşdırılmamış və Bəhram tərəfindən tədqiqata təqdim edilmiş qızıl-ziynət əşyalarında dəyişiklik edilib-edilməməsi belə araşdırılmamışdır. Məhkəmə kollegiyası həm məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, həm zərərçəkmiş şəxslərin, həm iş üzrə dindirilmiş şahidlərin ifadələrini və iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər arasında yaranmış mübahisə mülki xarakterli mübahisə olmaqla Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirməsi sübuta yetirilməmişdir. Belə ki, dələduzluq cinayətinin əsas tərkib əlamətlərini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Yəni, aldatmadan istifadə edən və ya etibardan suiistifadə edən şəxsin qəsdi birbaşa həmin üsullardan istifadə etməklə əvəzsiz olaraq özgəsinin əmlakının ələ keçirilməsinə və ya əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Bununla yanaşı, qeyd olunmalıdır ki, dələduzluq cinayətinin obyektiv və subyektiv cəhətlərinə aid olan başqa hallarla yanaşı, birbaşa qəsdlə törədilən cinayətin subyektiv cəhəti üçün xarakterik olub bu cinayət tərkibinin mövcudluğunu şərtləndirən həmin zəruri əlamətlər baxılan işin sübutetmə predmetini təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Həmin qərarın 5-ci bəndində göstərilir “məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun” Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarın 27-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Belə ki, həm birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı, həm də apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pul götürərkən onun etibarından sui-istifadə edərək və ya onuı aldadaraq müvafiq əmlakları ələ keçirmək niyyətinin olmadığını, əvvəllər də bəzi hallarda ödənişlərin qarşılaşdığı maliyyə çətinlikləri səbəbindən gecikdiyini bildirmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs öz ifadəsində göstərdiyi xüsusatlar həm zərərçəkmiş şəxslərin, həm də şahidlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs əlavə olaraq öz ifadəsində göstərdiklərin görünür ki, Bəhram tərəfindən ona sonuncu dəfə 40000 ABŞ dollarının verildiyi gün onun avtomobilində o, Bəhram və Həsən «Romance Palace» adlı restoranın yanına getmişlər və orada o, zərgərlərdə olan qızılları götürüb Bəhrama vermişdir. O, Bəhrama qızılları saxlamaq məqsədi ilə vermişdir. Satması üçün verməmişdir. Bəhrama qızıllarını saxlamasını, sonra isə pulunu verib ondan götürəcəyini bildirmişdir. Bəhram da cibindən 40.000 dolları çıxarıb ona vermişdir. Bəhram özü ona şərik olmağı təklif etmiş, o da razılaşmışdır. Ona verdiyi pulun müqabilində o, Bəhrama qazanc vermişdir. Belə ki, şahid və zərərçəkmiş şəxslərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında onların qohumluq əsasında Nizaminin “Mərkəzi Univermaq” Ticarət Mərkəzində qızıl-zinət əşyaları satmasına görə birlikdə gəlir əldə edilməsinə dair irəli gələn işgüzar münasibətlər olmuş, o, Zərərçəkmiş şəxs1 dəfələrlə pul götürərək qızıl-zinət əşyalarının satışı ilə məşqul olmuş və satdığı qızıl-zinət əşyaları nəticəsində müəyyən məbləğini ödəmişdir və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyalarının satışından əldə olunmuş gəlirdən faizlər ödəməsi iş materialları ilə təkzib olunmur. Bundan əlavə Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, digər Zərərçəkmiş şəxs2 40000 ABŞ dolları pulu ondan borc götürməmiş, Bəhram tərəfindən ona 40.000 ABŞ dolları borv verildiyi gün onun Həsənlə hər hansı bir danışığı olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 40000 ABŞ dolları pulu verməsi ilə bağlı heç bir sübut (səs yazısı, şahid ifadəsi, qəbz və s) mövcud deyildir. Bundan əlavə iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində tədqiq edilərək araşdırılmış 24 yanvar 2020-ci il tarixli sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində “RUSSKİYE SAMOTSVETY” sözləri yazılmış zoğalı rəngli dəftərçə götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 5-ci cild 115-118-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2020-ci il tarixli, 3231 №-li ekspert rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd qırmızı üzlüklü dəftərçənin səhifələri üzrə (dəftərçənin səhifələri ekspert tərəfindən nömrələnmişdir): 1.1 1 -ci səhifəsindəki bütün əlyazıları, 2-ci səhifəsindəki “17.11.12 Kassada qal- 5000m 31.02.13 NZ-125- Pərvizə verildi (1350$ +360m 26.03.2013 Atcot olundu Bəhrama 1385 $ xeyir verdim, mart ayı ücün qazanc’" əlyazıları, 3-5-ci səhifədəki bütün əlyazıları, 6cı səhifədəki “02.08.2014 Atcot olundu İyul ayı-940m (1200$) Bəhrama xeyir verildi 15.09.2014 Atcot olundu Avqust ayı-3185 $ Bəhrama xeyir verildi 11.10.2014 Atcot olundu Sentyabr ayı-2800$ Bəhrama xeyir verildi 11.11.2014 Atcot olundu Oktyabr ayı-2900$ Bəhrama xeyir verdim” əlyazıları, 7-10-cu səhifədəki bütün əlyazıları, 68-ci səhifədəki “mart” sözündən başqa digər əlyazıları, 70-74-cü səhifədəki bütün əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdur. 1.2 Həmin dəftərçənin 2-ci səhifəsindəki “10.02.2013 NZ-064 sırqa NZ-063 üzük Araza verdim 25,02.2013 Atcot olundu Bəhrama 1900$ xeyir verdim yanvar-fevral aylarının qazancı" əlyazıları və 68-ci səhifədəki “mart” sözü rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdur. 1.3 Həmin dəftərçənin 6-cı səhifəsindəki “Noyabr ayı boş oldu. 30.12.2014 Atcot olundu Dekabr ayı 1850$ Bəhrama xeyir verdim" əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdur. 1.4 Tədqiq olunan dəftərçənin 2-ci səhifəsindəki “10.02.2013 NZ-064 sırqa NZ-063 üzük Araza verdim 25.02.2013 Atcot olundu Bəhrama 1900$ xeyir verdim yanvar-fevral aylarının qazancı" əlyazılarımn və 68-ci səhifədəki “mar t” sözünün, 6-cı səhifəsindəki “Noyabr ayı boş oldu. 30.12.2014 Atcot olundu Dekabr ayı 1850$ Bəhrama xeyir verdim" əlyazıları ilə həmin dəftərçədəki digər əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdur. 2.1. Diyircəkli qələmlə icra olunmuş yazıların icra vaxtını müəyyən etmək üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə təqdim olunan dəftərçədəki diyircəkli qələmlə icra olunan əlyazılarının icra olunma tarixini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2020-ci il tarixli, 3231 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına təqdim etdiyi «dəftərçədə» zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus əlyazma və imzaların olması barədə heç bir məlumat əks etdirilməmişdir. Cinayət işinin 5-ci cild 119-133-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X4 cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında 18 fevral 2020-ci il tarixli qərarının 8-ci bəndindən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi dəftərçə cinayət işi üzrə heç bir əhəmiyyət kəsb etmədiyi üçün maddi sübut kimi tanınmamışdır. Cinayət işinin 5-ci cild 137-ci vərəqəsində olan 18 fevral 2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi zoğalı rəngdə, üzərində “Russkiye Samotsvety” yazılmış dəftərçə Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmə kollegiyası birinci instansiyasının Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə əsaslanaraq, həmin dəftərçədə olan əlyazmaları ona məxsus olması, zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən orada heç bir qeydiyat və imzaları mövcud olmaması, bu əsasdan Təqsirləndirilən şəxs həmin dəftərçəni sonradan özü istədiyi və ona sərf etdiyi yazılar və rəqəmlərlə doldura bilməsinin mümkün olmasını hesab etməsi və beləliklə, Təqsirləndirilən şəxs istintaq zamanı təqdim etdiyi «dəftərçənin» maddi sübut kimi tanınmadığından və bununla bağlı istintaq orqanının ləğv edilməmiş qərarı olduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsini əsaslı hesab etməsi ilə gəldiyi qənaəti ilə razılaşmır. Belə ki, Zərərçəkmiş şəxs1 tərəfindən borc verilərək Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarının satışından əldə olunmuş gəlirdən faizlər ödəməsinin zərərçəkmiş şəxs tərəindən inkar edilməsi ilə bağlı halların araşdırılması üçün Təqsirləndirilən şəxs istifadəsində olmuş (050) 221-48-00, (055) 221-48-00, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş (050) 220-72-72, (070) ***-**-** saylı mobil telefonlara 2011-2016-cı illər aralığında olan müddət ərzində daxil olan və çıxan zənglər, SMS-lər, həmçinin, qeyd edilən müddət ərzində həmin mobil telefon aparatlarının istifadə olunduqları əhatə dairəsi barədə məlumatların “xxxx” MMC-dən, “xxxx” MMC-dən və “xxxx” MMC-dən götürülməsinə dair sorğular verilmişdir. 2011-2016-cı illər aralığında olan müddət ərzində daxil olan və çıxan zənglər, SMSlər, həmçinin, qeyd edilən müddət ərzində həmin mobil telefon aparatlarının istifadə olunduqları əhatə dairəsi barədə “xxxx” MMC-dən, “xxxx” MMC-dən və “xxxx” MMC-dən götürülmüş məlumatlardan (iş materiallarında olan audio disklərdən) görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs borc verilmiş pullar əvəzində Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyalarının satışından əldə olunmuş gəlirdən Zərərçəkmiş şəxs1 inkar etməsinə baxmayaraq onların Bakı şəhərində görüşərək Təqsirləndirilən şəxs tərəfindən ona faizlər ödənilməsinə dair Nizaminin dəftərçəsində qeyd etdiyi məbləğlər və məbləğlərin verildiyi tarixlər anten məlumatları ilə üst-üstə düşərək öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin öz ittiham hökmündə Təqsirləndirilən şəxs təqsirli bilərkən cinayət işi materiallarında olan istinad etdiyi sübut kimi Vergilər Nazirliyindən daxil olmuş 5 noyabr 2019-cu il tarixli, **********402000 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs fiziki şəxs (fərdi sahibkar ) kimi qeydiyyatda olması barədə Vergi ödəyiçilərinin dövlət reysterində məlumat yoxdur.“ Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs “ Vergi ödəyicilərinin dövlət reysteri”ndə fiziki şəxs və ya fərdi sahibkar kimi qeydiyyatda olması barədə məlumatın olmaması”,na görə onun zərərçəkmiş şəxslərin etibarlarından suiistifadə etməklə və onları aldatmaqla əmlaka olan hüquqlarını ələ keçirməsi hesab etməsi barədə gəldiyi qənaəti ilə razılaşmır və hesab edir ki, bu hal Təqsirləndirilən şəxs dələduzluq cinayəti törətməsini sübuta yetirmir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə “Dostluq“ kinoteatrının yanında Təqsirləndirilən şəxs ilə görüşmələri və ona 40.000 ABŞ dolları məbləğində pul verməsi cinayət işi üzrə həm ittiham tərəfi, həm də müdafiə tərəfindən mübahisə edilmədiyi hallarından olduğundan, heç bir zərurət yaranmadığından ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs tərəfindən 40,000 pulun alınması etiraf edildiyi halda pulun verildiyi yerə 3 il sonra CPMnin 236.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmaqla baxış keçirmiş və protokol tərtib etməklə süni sübutlar əldə etmiş, birinci instansiya məhkəməsi isə bu baxış protokoluna istinad edərək düzgün olmayaraq Təqsirləndirilən şəxs dələduzluq cinayəti törətməkdə təqsirli bilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxslə zərərçəkmiş şəxs arasında işgüzar fəaliyyətdən irəli gələn, müəyyən müddət aralarında razılaşdırılmış şərtlərlə davam edən işgüzar münasibətlər olmuş, həmin münasibətlərin davam etdiyi müddətdə Təqsirləndirilən şəxs mütəmadi olaraq Zərərçəkmiş şəxs1 borc pul alaraq qızılzinət əşyalarını alış və satışını həyata keçirmiş və satışdan əldə edilmiş vəsaiti isə onlara verməklə aralarında yaranmış işgüzar münasibətləri davam etdirmiş, sonradan maliyyə çətinlikləri yarandığından borc müqabilində olan pul vəsaitinin ödənilməsini gecikdirmişdir ki, bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs nə tərəflər arasında işgüzar münasibətlərə girmədən öncə, nə də müvafiq qızıl-zinət əşyalarının satışı məqsədi ilə borc götürərək öncə həmin pul vəsaitini əvəzsiz ələ keçirmək niyyəti olmamışdır. Təqsirləndirilən şəxs da ifadəsindən göründüyü kimi o, Zərərçəkmiş şəxs1ifadəsində göstərdiyi borc kimi Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi nə məhkum edilmiş şəxsin, nə də zərərçəkmiş şəxslərin ifadələrinə düzgün hüquqi qiymət verməmiş, sadəcə zərərçəkmiş şəxslərin heç bir sübutla öz təsdiqini tapmayan Təqsirləndirilən şəxs onların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirdiyi”nə dair qeyd etdikləri xüsusatla kifayətlənərək Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayəti törətməkdə təqsirli olması qənaətinə gəlmiş və hökmdə öz mövqeyini əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində göstərdiyi dəlilləri ilə razılaşır və qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə 196 ədəd qızıl-ziynət əşyalarının zərərçəkmiş Zərərçəkmiş şəxs1 tələb edilib maddi sübut kimi saxlanılmasının təmin edilməklə iş materiallarına əlavə edilməsi və həmin qızılların maddi sübut kimi tanınmamaşdan əvvəl Təqsirləndirilən şəxs tanınma üçün təqdim edilməmiş, qızıllar satılması bağlı mövqeyini bildirmişdir. İş materiallarından göründüyü kimi Zərərçəkmiş şəxs1 istər ibtidai istintaqda və istərsədə məhkəmə istintaqında ifadələrində göstərmişdir ki, o, 196 ədəd qızılın 60 ədədini bir şəxsə satmış, 15.000 ABŞ dolları almış, qızılların 136 ədədini isə Moskvada yaşayan dostu Ceyhuna verərək ondan 163.000 dollar almışdır. O, həmçinin göstərmişdir ki, “163.000 dolları Ceyhuna qaytararaq ondan 136 ədəd qızılları geri alacaqdır”. Məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs1 öz ifadəsində göstərdiyi bu hal o deməkdir ki, qızıllar Bəhram tərəfindən Ceyhuna satılmamışdır, öz deməsinə görə saxlanca verilməsi ilə bağlı qənaətə gəlmək üçün əsasdır, beləliklə də həm ibtidai istintaq orqanı və həmdə birinci instansiya məhkəməsi zərurətdən irəli gələn bu halın tədqiqindən əsassız olaraq imtina edilmişdir. Bundan əlavə ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi zərər şəkmiş şəxsin ifadəsindəki “136 ədəd qızılların Moskvada yaşayan Ceyhun adlı şəxsə verməsi“ barədə şübhəli məqamların həqiqiliyini yoxlamamış və Zərərçəkmiş şəxs1 ifadəsinədə göstərdikləri ilə əsassız olaraq razılaşmışdır. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi 30 sentyabr 2016-cı il tarixdə Nizami ona zəng vuraraq onunla görüşmək istədiyini bildirdikdə o, Nizaminin qeyd etdiyi pulları qaytarmaq istədiyini düşünərək Yasamal rayonunda «Tri Korona» adlı binanın yanında Nizami ilə görüşməsi, həmin vaxt Nizaminin ona zibilə düşməsi, Dubaya pul köçürmək üçün camaatdan pullar aldığını, həmin pulları Ağcabədi rayonundan olan Əli adlı şəxsin onu aldadıb qaytarmadığını, pullara görə də gəlib «Mərkəzi Univermaqda» yerləşən vitrindən qızıl-zinət əşyalarının bir hissəsini, həmçinin də ona qaytarmalı olduğu cəmi 194.000 ABŞ dollarlıq mallardan 91.542 ABŞ dolları məbləğində malları da apardıqlarını deməsinə və əgər o, Nizamiyə 42.000 ABŞ dolları verməsə, onun Nizamiyə verdiyi bütün pullar batacağını bildirməsinə,. həmin dövrdə onun səhhətində yaranan problemlərlə bağlı çox əsəbi və gərgin olduğu üçün, Nizaminin onu belə çıxılmaz vəziyyətə salması ilə əlaqədar nə edəcəyəni bilməməsinə, və yaranmış vəziyyətdən çıxış yolunu yenə də Nizamiyə pul verməkdə görməsinə dair xüsusatlara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış borc münasibətləri ilə əlaqədar kreditorun (Zərərçəkmiş şəxs1) razılığı ilə borclunun ona pul müqabilində əmlak verməsi (qızıl-zinət əşyaları) mütləq qaydada borclunun, kreditora qarşı dələduzluq etməsinə dəlalət edən hal olmamaqla, əksinə borclunun öhdəliyini icra etmək istədiyinin göstəricisi olmaqla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etməklə onun əmlakını əvəzsiz ələ keçirmək niyyətinin olmamasına dəlalət edən hal kimi qiymətləndirilməlidir. Belə ki, həmin məbləği təşkil edən qızıl-zinət əşyalarının hər birinin dəyəri, sayı və çəkisi bəlli olmaqla mötəbər sübut kimi iş materiallarına əlavə edilməmiş, istintaq orqanı və işə baxan məhkəmə isə bu halları da araşdırmağa lüzum görmədən sadəcə zərərçəkmiş şəxslərin ifadəsinə istinad etməklə şəxsi məhz külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham etməyi məqsədəmüvafiq hesab etmişdir. Nəzərə alınsa ki, ittiham tərəfi Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları təkzib edən bir dənə də olsun sübutu iş materiallarına əlavə edə bilməmiş və əsas istinad etdiyi sübut heç bir mötəbər sübutla öz təsdiqini tapmayan zərərçəkmiş şəxslərin “Təqsirləndirilən şəxs onların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirdiyi”nə dair qeyd etdikləri hal olmuşdur, məhkəmə kolegiyası göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsin, şahidlərin və zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı göstərdikləri hallar tam və hərtərəfli yoxlanılmamış və məhkəmə ittiham tərəfin göstərdiyi hallara istinad etməklə kifayətlənmişdir ki, həmin hallar da iş materialları ilə öz təsdiqini tapmamaqla sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respubllikası Konstitusiyasının 125-ci maddəsinin Vll hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125,144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər Azərbaycan Respublikası CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrində qeyd olunmuşdur ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bu hallar arasında məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilməməsi göstərilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə baxışında təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışı zamanı aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessüal Məcəlləsinin 56 və 62.1-ci maddələrinə əsasən, bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibi gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.1 və 350-ci maddələrinin tələblərinə əsasən, məhkəmə baxışı istintaqı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, məhkəmənin həmin hökmünün ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 401.1.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi yalnız məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda, birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməlidir. Zərərçəkmiş şəxslər - mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hüquqi varisi Şahid3 tərəfindən ayrı-ayrılıqda verilmiş mülki iddialara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxs barəsində bəraət hökmü çıxarıldığı halda həmin şəxs barəsində cinayət mühakimə icraatı da başa çatmış hesab olunur ki, mövcud olmayan icraat zamanı mülki iddiaya qiymət verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Sadalanan prosessual hüquq normalarından görünür ki, cinayət mühakimə icraatı qaydasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi və mənəvi ziyan vurulmasına məruz qalmış şəxs mülki iddiaçı kimi tanına bilər və verilmiş mülki iddia isə cinayət mühakimə icraatı çərçivəsində həll edilir. Hazırki halda şəxs barəsində bəraət hökmü çıxarılmışdır ki, belə olduğu təqdirdə, nə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldən, nə da cinayət mühakimə qaydasında aparılan icraatdan söhbət gedə bilməz. Yəni başqa sözlə desək cinayət icraatı qaydasında mülki iddianın təmin edilməsi CPM-nin 89.1-ci maddəsinin tələbləri baxımından bəraət almış şəxsin təqsirsizlik məsələsinə təsir edən mühüm halların dəyişməsinə dəlalət edən haldır ki, belə olan halda cinayətdə təqsiri sübuta yetirilməyən şəxsə qarşı irəli sürülmüş mülki iddianın cinayət icraatı qaydasında təmin edilməsi cinayət prosessual qanunvericiliyin tələblərinə ziddir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 178.3.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən mülki iddiaya baxılaraq qiymət verilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmaması zərərçəkmiş şəxslər - mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hüquqi varisi Şahid3 Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş tələblərə uyğun mülki mühakimə icraatı qaydasında iddia verərək borclarını tələb etmək hüququndan məhrum etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə malikdir. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərii təmin edilməməli, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair 10 avqust 2020-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.2, 42.1.4, 347, 349-353, 356, 397.1, 397.2, 398.1.2, 401 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərii təmin edilməsin. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020ci il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs məhkəmə zalından dərhal azad edilsin. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 hüquqi varisi –Şahid3 və Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddianı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin Hökm elan edildiyi andan qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər Sədrlik edən: Faiq Qasımov Hakim: Elmar Rəhimov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar