Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-645/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası X12 İlham oğlunun sədrliyi və məruzəsi ilə, Mehdiyev Emin Əlixan oğlu və X6 ibarət tərkibdə, Nəcəfova Lamiə Amil qızının katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs Müdafiəçilər fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 və Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-ci, 148-1-ci və 324-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-49/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 1(001)-49/2024 nömrəli hökmü ilə (Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi ilə) xx xxxxx 2003-cü ildə İsmayıllı rayonu Qoşakənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, "xxxx" MMC-də satıcı-kassir işləmiş, məhkumluğu olmayan, İsmayıllı rayonu Qoşakənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 148-1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 283.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 324-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 iyun 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 148-1, 283.1 və 324-cü maddələri ilə ittiham verilmişdir və birinci instansiya məhkəməsinin hökmünə əsasən həmin maddələr ilə məhkum edilmişdir оna görə ki, istifadəsində olan “Xiaomi” markalı “Redmi Note 9S” modelli “**********644232/00, **********64240/00” “İMEİ” kodlu mobil telefonun “Android” əməliyyat sistemində olan proqram təminatı vasitəsilə həmin telefon cihazına yükləyib aktivləşdirdiyi “Telegram” ani mesajlaşma mobil tətbiqi üzərindən +994-51-396-33-92 mobil nömrəsi ilə 2020-ci ilin sonlarında “Eminkhu” saxta istifadəçi adı ilə qeydiyyatdan keçib təxminən 100-ə yaxın aktiv, 2000-ə yaxın passiv sayda şəxsiyyətləri məlum olmayan üzvlərdən ibarət “ermenistanresmi” istifadəçi adı(username) ilə “Ermenistan #9MM” adlı qrupa üzv kimi qəbul olunaraq 2021-ci ilin əvvəllərində adı çəkilən qrupun idarəçiliyini (adminliyini) həyata keçirməyə başlamış, 2021-ci ilin iyun ayında isə sözügedən kanalın “yaradıcı” statusunu almaqla onu idarə etməyə başladıqdan qısa müddət sonra istifadəçi adını “Eminkhu” saxta adından digər saxta “QUO/EGİ” adına dəyişmiş, 2022-ci ilin əvvəllərində “Ermenistan #9MM” qrupu ilə qarşılıqlı əlaqədə “Egi Archive” adlı “Telegram” kanalının “yaradıcı” statusunu da əldə edib həmin vaxtdan 2023-cü ilin fevral ayınadək olan müddətdə internet informasiya ehtiyatı hesab edilən “Telegram” sosial şəbəkəsində qeyd olunan saxta istifadəçi adı, profili və hesabları üzərindən kütləvi nümayiş olunan, yəni məhdudiyyətsiz sayda izləyicilərin baxa biləcəyi qrup və kanallarda alçaq niyyətlə 2022-ci ilin əvvəllərindən “Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında Əsasnamənin təsdiq edilməsi barədə 15 iyul 1992-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən respublikanın ən yüksək fərqlənmə dərəcəsinə, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə təltif edilmiş Azərbaycanın Milli X1 şərəf və ləyaqətini alçaldan karikaturasını paylaşmaqla və karikaturanın altında şərəf və ləyaqətini alçaldan şərhlər yazmaqla, bundan başqa 17 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət rəmzi hesab edilən, rəngləri və elementləri 05 fevral 1991-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” ilə müəyyən olunmuş, Azərbaycan dövlətinin suverenliyinin və müstəqilliyinin rəmzi olan Azərbaycan Respublikasının Dövlət bayrağının üzərindən ay-ulduz simvolunu montaj edərək əvəzində heyvan təsvirini əks etdirməklə və təhqiramiz şərhlər yazmaqla, həmçinin Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam etdirdiyi hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın meyitlərinin şəkillərini təhqiramiz formada nümayiş etdirməklə və həmin şəkillərin altına Azərbaycan xalqına ünvanlanan təhqiramiz şərhlər yazmaqla, həmçinin bütövlükdə türk milləti barədə digər çoxsaylı təhqiramiz şəkillər və paylaşımlar etməklə həmin əməlləri ilə internet informasiya ehtiyatında saxta istifadəçi adlardan və hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada alçaldaraq təhqir etmiş, mediadan istifadə etməklə aşkar surətdə Azərbaycan və türk millətinin milli ləyaqətinin alçaldılmasına yönələn hərəkətlər etmiş, Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmadığını və o cümlədən cəzanı yüngülləşdirən digər halları, habelə Təqsirləndirilən şəxs az müddət ərzində islah olunmasını və təyin olunacaq cəzanın təqsirkar şəxsin həyatına mənfi təsirinin olunmasını mümkün hesab edərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 148-1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 283.1ci maddəs ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 324-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 62.1ci, 84-cü, 85-ci maddələrinə və ’’Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il,30 iyun tarixli, 4 saylı qərarına əsaslanaraq azadlıqdan məhrumetmə cəzasının aşağı həddlərində-Azərbaycan Respublikası CM-in 148-1-ci maddəsi ilə 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 283.1 -ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 324-cü maddəsi ilə 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının yarısı miqdarında,yəni qəti olaraq iki il altı ay müddətinə hesablanmış cəzanın yarısı miqdarında 1 (bir) il 3(üç) ay ay müddətinə azadlıqdan məhrum edilməsi növündə cəza təyin edilməsini, təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrumetmə növündə qəti cəzanın Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu tarixdən hesablanmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Bakı şəhəri, Binəqədi rayon məhkəməsi Təqsirləndirilən şəxs cinayət əməlini törətməyə başladığı zaman onun yetkinlik yaşına çatmadığını, yəni təqsirləndirilən şəxsin 16 yaşlı gənc olduğunu nəzərə almamışdır. Törədilən cinayət əməllərinin əksəriyyətində Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üçün qısaldılmış müddət və ya həmin maddənin xüsusi hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edillərkən düzgün olmayaraq CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac olmadığı qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğu halda, hörmətli Məhkəmə bunlara əhəmiyyət verməyərək cəza təyin edərkən maddənin sanksiyasında göstərilən cəzaların demək olar ki, yuxarı həddindən istfadə etmişdir. Hesab edirəm ki, hörmətli məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində “Telegram” sosial şəbəkəsində idarəedicisi (admini) olduğu internet kanallarında Azərbaycan və Türk millətlərinin milli ləyaqətinin alçaldılmasını, şəhid olmuş Azərbaycan hərbçilərinin, habelə Azərbaycan Respublikasının dövlət atributu olan Azərbaycan Respublikasının Dövlət bayrağının təhqir edilməsiri əks etdirən məlumatları şantaja məruz qaldığı üçün paylaşmağa məcbur olduğunu, bunu etməyəcəyi təqdirdə özünün intim videosunun digər istifadəçilər tərəfindən internetdə yayılacağı ilə hədələndiyini, məhz bundan qorxub ehtiyatlandığı üçün qeyd olunan cinayət əməllərini törətdiyini özünü müdafiə kimi qiymətləndirdiyi fikrinə gələrək Təqsirləndirilən şəxs çox sərt şəkildə cəza müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayət əməlini törədərkən 18 yaşına çatmadığını, kifayət qədər əqli yetkinliyə çatmadığını və həyat təcrübəsinin az olmasını nəzərə almamışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları özünü müdafiə etməsi kimi qiymətləndirməklə rədd etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları düzgün müəyyənləşdirməmişdir, belə ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmadığını, təqsirləndirilən şəxsin qan xəstəsi olaraq Azərbaycan Respublikası hematologiya İnstitutunda qeydiyyatda olmasını, atası Şahid1 İ Vətən müharibəsinin 3-cü qrup əlil olmasını, sümük çürüməsi xəstəliyindən əziyyət çəkməsini, təqsirləndirilən şəxsin ailəyə yeganə qazanc gətirən şəxs olmasını, anasının şəkər xəstəsi olmasını, təqsirləndirilən şəxsin islah olunduğunu və tutduğu əməldən peşmançılıq çəkdiyini və s. halları nəzərə almamışdır. Məhkəmə “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə” işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il, 30 iyun tarixli, 4 saylı qərarında məhkəmələr tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin törətdiyi cinayətlərə dair işlərə baxılarkən, maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğu, əməllərin hüquqi tövsifində və cəza təyini məsələlərində səhvlərə yol verildiyi, cinayət törətmiş yeniyetmələrin həyat və tərbiyə şəraitinin kifayət qədər araşdırılmadığı, cinayətlərin törədilməsinə imkan verən səbəb və şəraitin aşkar edilməsinə lazımı diqqət yetirməmiş, cinayət törədərkən az ağır cinayət törətmiş yetkinlik yaşına çatmayan barəsində qanun normalarının təcrübədə tətbiqindən istifadə etməmişdir. Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək Bakı şəhər Binəqədi rayon məhkəməsinin 22 yanvar 2024-cü il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini, Təqsirləndirilən şəxs İnsan Hüquqları və X5 haqqında Konvensiyanın 5, 6, 8 və 10-cu maddələrində nəzərədə tutulan hüquqlarının pozulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: 09 fevral 2024-cü ildə mən Bakı İstintaq Təcridxanasında ərizəçi ilə görüşdüm. Bildirdi ki, o konkret olaraq nədə ittiham edildiyini və ona elan edilmiş CM-nin maddələrinin nədən ibarət olduğunu bilmir. Bildirdi ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmədə bu ittiham ona izah edilməyib. Əksinə davamlı olaraq qorxudulub ki, etiraz etməsin, yoxsa, daha ağır cinayətdə ittiham edilər. Onu dəfələrlə vətən xaini adlandırıblar. Onu müdafiə edən vəkil onun müdafiəsini təşkil etməyib. Əksinə o da onu ittiham edib. Müstəntiq vəkilinin yanında onu aldadarq bildirib ki, sənədlərə imza etsin, onu şərti azadlığa buraxacaqlar. Hətta ibtidai istintaqda atası və anasından onun əleyhinə ifadə alıblar. Onu özünü müdafiə etməyə imkan verməyiblər. Üstəlik, 04 aprel 2023-cü ildə BMCMİ tərəfindən tutulub və 30 gün müddətinə inzibati qaydada həbs ediblər. 04 may 2023-cü ildə isə azad olunarkən onu yenidən dindiriblər. Ərizəçi bildirir ki, inzibati qaydada həbs edilərkən ona saxta ittiham irəli sürüblər. Guya o, polisin qanuni əmrinə tabe olmayıb. Lakin BMCMİ-də onun mobil telefonunu götürüb araşdırıblar. Baxmayaraq ki, heç bir günahı olmayıb, onu sentyabr ayında yenidən tutublar və barəsində cinayət işi başlanıb. Ərizəçi bildirdi ki, sözü gedən teleqram kanalında sadəcə admin olub. Həmin kanalda ittiham aktında yazılab və onun adına aid edilən yazılar ona aid deyil. Sadəcə onun adından istifadə edib yanlış səhifələr yaradılıb və guya onun tərəfindən də bəzi yazıların göndərilmiş kimi edilib. Ərizəçi bildirir ki, həmin kanaldakı paylaşımlara tək özü nəzarət etməyib. Belə ki, 50-yə yaxın admin olub. Üstəlik, orada paylaşılan yazılara tək-tək baxmayıb, heç baxmaq iqtidarında da olmayıb. Çünki birdən 20-30 fayl gəlirdi. Məhkəmənin hökmü tamamilə əsassız və qanunsuzdur. Aşağıdakılara əsasən, ərizəçiyə bəraət verilməlidir. Ərizəçi birincisi, CM-nin 148-1-ci maddəsindəki cinayət törətməkdə ittiham edilir və zərərçəkmiş şəxs isə konkret olaraq yoxdur. Zərərçəkmiş şəxs Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X13 Birliyidir. Halbuki, CM-nin 147, 148 və 148-1-ci maddəsinin subyekti konkret fiziki şəxsdir. X9 şərəf və ləyaqəti olmur. Şərəf və ləyaqət yalnız fiziki şəxsə məxsus olur. Ərizəçi xüsusi ittihamçıları tanımır, onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Ərizəçi nəinki xüsusi ittihamçıları təhqir etməyib, əksinə onları öz hüquqları uğrunda hakimiyyətin özbaşınalığına və qanunsuzluğuna qarşı birləşməyə və xalqla birləşməyə çalışıb. Qazilər hökumətin onlarla belə qəddar davranışına layiq deyillər. Son dövrlərdə həqiqətən də qazilərə qarşı dövlət qayğısızlığı, onların sosial yardım və müavinatların verilməməsi və.s. neqativ məlumatlar dolaşmaqdadır. Yayılmış məlumatlardan görünür ki, 50-dən çox qazı intihar edir. Parodaksaldır ki, qazilərin intihar etməsi araşdırılmaqdansa, 20 yaşlı gəncin şəhid barədə yazması (üstəlik, dəqiq o yazıbmı? Və ya yazdığı təhqirdirmi? Həmçinin şəhidin atası şikayətçi deyil) onun azadlıqdan məhrum edilməsi ilə nəticələnib. Məhkəmə ümumiyyətlə hökmdə müəyyən etməmişdir ki, hansı ifadələri böhtan, hansı ifadələri isə təhqir hesab edir. Hansı ifadələr faktlar barədə açıqlamadır? Hansı ifadələr təhqirdir? Xüsusilə də, AR CM-nin 148-ci maddəsi şərəfin ləyaqətin nəlayiq formada alçaldırlmasını nəzərdə tutur. Yəni, bütün hallarda ifadənin təhqir hesab edilməsi üçün həmin ifadənin həddən artıq həddini aşan ifadə olmalı olması nəzərə alınmalıdır. Burada isə heç bir sarkastik və ya həddini aşan ifadələr mövcud deyildir. Cinayətin tərkibi dörd elementdən ibarətdir: cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti. Cinayət Məcəlləsinin 3cü maddəsinin tələbinə görə göstərilən bu elementlərin hamısı mövcud olmalıdır ki, əməl cinayət hesab edilsin. Birincisi burada cinayət hesab edilkən əməlin obyekti yoxdur və obyekt qeyrimüəyyəndir. Məqalədən bilinmir ki, mübahisə edilən söz kimə aiddir. Cinayət tərkibi dörd elementdən ibarətdir: cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti. Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə göstərilən bu elementlərin hamısı mövcud olmalıdır ki, əməl cinayət hesab edilsin. Birincisi burada cinayət hesab edilən əməlin obyekti yoxdur və obyekt qeyri-müəyyəndir. Məqalədən bilinmir ki, mübahisə edilən söz kimə aiddir. Milli, irqi və ya dini düşmənçiliyin salınması müxtəlif millətlərdən olan vətəndaşlar arasında konfliktlərin yaradılmasında ifadə oluna bilər. Lakin məhkəmə əsaslandırmayıb ki, ərizəçinin hansı hərəkəti konflik yaratmağa yönəlib və həqiqətən də konflikt yaranıbmı? Məhkəmə və istintaq orqanı ərizəçinin hərəkətlərinin milli düşmənçiliyə təhrik edib-etməməsini göstərmədi. Azərbaycan Respublikası bayrağı üstündə heyvan şəkilləri çəkmək, xüsusilə də canavar şəkli çəkmək geniş yayılıb. İstintaq və məhkəmə sübut etməli idi ki, ərizəçi bayrağa heyvan şəkli çəkməklə onu təhqir edib. Əgər bayraq üstündə heyvan şəkli çəkmək cinayət məsuliyyətidirsə, o zaman google axtarış proqramında yüzlərlə şəkil var ki, bayrağın üstündə heyvan şəkli çəkilib. Sanksiyalardan göründüyü kimi məhkəmə azadlıqdan məhrum etmə olmadan da cəza müəyyən edə bilərdi. Lakin məhkəmə ən sərt cəzanı müəyyən edib. Məhkəmə nə üçün ərizəçinin gənc olduğunu, təhsil aldığını, xəstəliyini, atasının İ Qarabağ Müharibəsi qazısı olduğunu nəzərə almayıb? Məhkəmə nə üçün məhz azadlıqdan məhrum etmə cəzasının verildiyini əsaslandırmayıb. Baxmayaraq ki, ərizəçi istintaqda və məhkəmədə təqsirini etiraf edib, peşman olduğunu səsləndirib. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 oğlu verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib bildirdi ki, Təqsirləndirilən şəxs həmin səhifədə adminlərdən biri olub, o, sadəcə kanalda yazılan yazıları silməyib. Təqsirləndirilən şəxs cinayət törətməmişdir və onun əməllərində cinayət tərkibi yoxdur. İttihamda qeyd olunur ki, Türk millətinin ləyaqəti alçaldılıb, əgər Türk millətinin ləyaqəti alçaldılıbsa, bu əməl hansı nəticəyə səbəb olub? Bu əməl də sübuta yetirilmir. CM-nin 148-1-ci maddəsindəki cinayət törətməkdə ittiham edilir və zərərçəkmiş şəxs isə konkret olaraq yoxdur. Zərərçəkmiş şəxs Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X13 Birliyidir. Halbuki, CM-nin 147, 148 və 148-1-ci maddəsinin subyekti konkret fiziki şəxsdir. X9 şərəf və ləyaqəti olmur. Şərəf və ləyaqət yalnız fiziki şəxsə məxsus olur. Digər tərəfdən, hətta təqsirli olsa belə, təqsirləndirilən şəxsə təyin edilmiş cəza ağır və ədalətsiz cəzadır. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 digər müdafiəçinin dedikləri ilə tam razı olduğunu billdirdi və məhkəmədən Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçilərinin dedikləri ilə tam razıyam, mən həmin kanalda sadəcə adminlərdən biri olmuşam, vaxtım olmadığı üçün həmin yazılara baxmamışam. Məhkəmədən mənə bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X8 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-ci, 148-1-ci və 324-cü maddələri ilə təqsirli olması cinayət işinin materialları ilə tam sübuta yetirilir. Digər tərəfdən, təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətlidir. Ona görə də, məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin əsas dəlili Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsindən, digər Müdafiəçi4 apellyasiya şikayətinin əsas dəlili məhkum edilmiş şəxsə bəraət verilməsindən ibarət olsa da, apellyasiya icraatı zamanı məhkum edilmiş şəxsin və onun müdafiəçilərinin mövqeyi Təqsirləndirilən şəxs bəraət verilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1, 283.1, 324-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə nəticəyə gələrək onu həmin maddələr ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 148-1, 283.1, 324-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar, qismən etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzib olunmaz sübutlarla təsdiq olunur. Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətində şəxsin əməlində cinayət tərkibi olmadığı qeyd edilsə də iş materialları ilə həmin halları təsdiq edən sübutla müəyyən edilməməklə, təkzib edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək hadisələrin mexanizmini təsvir etmiş, bildirmişdir ki,.... “ermenistanresmi” qrupunun və “Egi Archive” kanalının “yaradıcısı” olduğu müddət ərzində “Telegram” qrupunda öz hesabı olan “QUO/EGİ” vasitəsilə “Egi Archive” kanalında paylaşımlar etmiş, bu paylaşımlar əsasən milli dəyərlərin təhqir olunması ilə bağlı fotoşəkillərdən ibarət olmuşdur. Həmin fotoşəkillər “Ahmet” və “FAYA” tərəfindən montajlanmaqla təhqiredici obrazlar əlavə edilmiş, onların özləri, ya da özünün vasitəsilə kanalda paylaşılmışdır. Əslində onun həmin paylaşımları silmək kimi səlahiyyəti olsa da, intim məzmunda videosunun əllərində olmasını bildiyi üçün heç bir paylaşımı silməmişdir. Əvvəllər adlarını göstərdiyi “Telegram” qruplarında və kanallarında fəaliyyəti şantaj edilməsi ilə əlaqədar olsa da, sonradan boş vaxtları çox olduğundan uşaqlıq edərək qrupdan uzaqlaşmamış və milli dəyərlərin təhqir olunduğu paylaşımların qarşısını almaq üçün heç bir addım atmamışdır. Törətdiyi əməldən peşmandır. Birinci instaniya məhkəməsində şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin atası Şahid1 verdiyi ifadə və onunla eyni məzmunlu ifadələr vermiş Şahid2 və Şahid3 ifadələri də Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsini təsdiq edir. Bundan başqa Məhkəmə-linqvistik ekspertizasının 06 iyun 2023-cü il tarixli 4/902 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs “Telegram” sosial şəbəkəsində müxtəlif kanallarda paylaşdığı fotoşəkillərdə və internet-diskurs mətnlərdə milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlərin, eyni zamanda təhqir elementinin əlamətlərinin mövcud olduğu müəyyən edilməsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş diskə baxış keçirilməsi haqqında 15 may 2023-cü il tarixli protokolda aşkar edilmiş faktlar (Azərbaycan Respublikasının Dövlət bayrağının və “KÖNLÜM KEÇİR QARABAĞDAN!” yazısının olduğu paylaşımın altında təhqiredici ifadə yazdığı, “photo********** (3)” adlı fotoşəkildə həmin hesabın Azərbaycan Respublikasının Dövlət bayrağının elementləri olan ay və ulduzun montajlanmaqla qoyun simvolunun əlavə edilməsi, “photo**********” adlı fotoşəkildə həmin hesabın Azərbaycanın Milli X1 Azərbaycan Respublikasının Dövlət bayrağı fonundakı fotoşəklinə təhqiredici element etiketləməsi, “İMG-20230429-WA0017” adlı fotoşəkildə həmin hesabın Mübariz İbrahimovun şəhid olduqdan sonra çəkilmiş fotəşəklinin altında xüsusi qərəzlilik və düşmənliyin ifadə olunması ilə müşayiət olunan yazılar), telefona baxış keçirilməsi haqqında 31 may 2023-cü il tarixli protokol, mobil rabitə vasitəsindən daxil olmuş diskə baxış keçirilməsi haqqında 27 iyul 2023-cü il tarixli protokol, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 01 iyun 2023-cü il tarixli 3-39/2-24/2-2030/2023 nömrəli məktub (“Messenger” vasitəsilə aparılan yazışmalarda bəzi məqamlar diqqət çəkmişdir. Belə ki, o, “zehraonown” adlı istifadəçiyə erməni olduğunu, dini mənsubiyyətinin olmadığını, 24 apreldə doğulduğunu, mağazada müdir vəzifəsində çalışdığını bildirmiş, babasını erməni milliyyətli X16 kimi təqdim etmişdir. Onun internet resurslarında xaç formasında sırğa alışı ilə maraqlanması qeydə alınmışdır. Təqsirləndirilən şəxs “FAYA” adlı istifadəçi ilə (01 mart 2000ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı X10, erməni olması istisna edilmir) yazışmalarında təhlükəsizlik orqanları tərəfindən guya iş yerində saxlanıldığını, pul qarşılığında sərbəst buraxıldığını qeyd etmiş, əlaqəsi isə cavabında “vətən xainlərini niyə pul qarşılığında buraxırlar” ifadəsini işlətdikdə, “bunun üçün birinci Ermənistana informasiya verməsinin lazım olduğunu” bildirmiş (telekanalı nəzərdə tutur), saxlanılmasının səbəbini sosial mediadakı bir sıra fəaliyyətləri ilə əlaqələndirmişdir, Eyni zamanda onun “Telegram” mesencerində yaradıcı olmaqla yanaşı, admin səlahiyyətinin də olduğu kanallar aşkar edilmişdir. Belə ki, “Egi Archive” (kanalın yaradıcısıdır – owner, 77 üzvü var, fonunda Ermənistan bayrağı vardır) – kanalda Milli Qəhrəmanımız Mübariz İbrahimovun və 44 günlük Vətən müharibəsi zamanı şəhid olan əsgərin şəklinə, eyni zamanda fondakı Azərbaycan bayrağına yazdığı təhqiramiz şərhləri, o cümlədən dövlət atributlarını – bayraq və gerbi təhqiramiz obrazlar əlavə etməklə paylaşmışdır; “Q U O Archive” (kanalın profilinə Nikol Paşinyanın fotoşəkli yerləşdirilmişdir, 30 üzvü var) – qrupun qurucusu olduğunu, məhkəməlik vəziyyət yaranacağı təqdirdə, sahib və qurucular “Ege”, “Bor”, “Rashid” və “Hulo”-nun da məsuliyyət daşıyacağına işarə etmişdir. Həmin qrupda “korkusuz” adlı istifadəçi ilə yazışmasında erməni, eləcə də “Ermənistan” telekanalının qurucusu olduğunu yazmışdır. X11 fotoşəkillərini təhqiramiz formada şərhlər yazmaqla paylaşmışdır; “ERMENİSTAN #9MM” (admin səlahiyyəti vardır, 3000-ə yaxın üzvü var) – Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun fotosu təhqiramiz formada yayılmışdır; “Staff” (kanalda admin səlahiyyəti vardır, 9 üzvü var) – kanalın profilində Ermənistan bayrağı vardır; “SÜRMENE PAVYON PİÇİ” (USERNAME: @Ermenistan_568, başqa bir istifadəçi isə “egi” deyə müraciət edir) – kanalın profilində Ermənistan bayrağı vardır;), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 14 iyun 2023-cü il tarixli 3-13/2- 46068/2023 nömrəli məktubu (həmin məktubla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs “Egi Archive” və “Ermenistan #9MM” adlı “Telegram” kanallarına “X19 9S M2003J6A1G” markalı mobil cihazla daxil olmuş, eləcə də “Facebook” sosial şəbəkəsində “X17”, “Canan Humbətov” və “İnstagram” sosial şəbəkəsində “cananhumbetov” adlı hesablar ona məxsusdur.) və işin digər halları ilə sübuta yetirlimişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməli olması barədə özünün və müdafiəçisinin apellyasiya şikayətlərinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini məhkum edilmiş şəxsin cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan və türk millətlərinin milli ləqayətinin, Azərbaycan Respublikasının şəhid olmuş hərbçilərinin şərəf və ləyaqətinin alçaldılmasını, Azərbaycan Respublikasının Dövlət bayrağının təhqir edilməsini özündə ehtiva edən paylaşımları kütləvi informasiya vasitəsi hesab olunan internetdə “Telegram” sosial şəbəkəsində idarəedicisi (admini) olduğu qruplarda və kanallarda paylaşaraq onları qeyrimüəyyən şəxslər dairəsinə bildirməklə yayıb şərəf və ləyaqəti alçaldan və onu nüfuzdan salan məlumatları həmin qrup və kanalların üzvlərinin qavraya biləcəyi formada ifadə etməklə ona istinad edilən cinayət əməllərini törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ittihamda qeyd edilən cinayət hadisəsini törətməsi, onun bu cinayətə aidiyyatı və təqsiri işdə olan birbaşa, mötəbər və mümkün sübutlarla təsdiq olunduğundan, məhkəmə kollegiyası qərarında əsas götürdüyü motivlərləri rəhbər tutmaqla yanakı sübutlarla əsaslandırılmış apelyasiya şikayətindəki digər dəlillərə münasibət bildirməyə lüzum görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1, 283.1, 324-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-maddəsindən İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayət tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-ci maddəsi milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədilməsi cinayətini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsi Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətləri nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1, 283.1, 324cü maddələri ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi üçün əsaslar müəyyən etmir. Həmçinin, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan Cinayət Məcəlləsinin 148-1, 283.1, 324-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinə dair daxili inamı rəhbər tutaraq, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinin cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət verməməsi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələr üzrə bəraət verilməsi barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Qeyd edilənlərə əsasən, məhkum edilmiş şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri qismində göstərilən Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməməsi, həmin cinayət əməllərinin onun tərəfindən törədilməsinin sübuta yetirilmədiyi və həmin cinayət əməllərinə onun heç bir aidiyyatı olmadığı barədə gətirdiyi formal mülahizələri məhkəmə kollegiyası məhkum edilmiş şəxsin məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və X5 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası həmçinin Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1, 283.1, 324-cü maddələri ilə düzgün tövsüf edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.6-cı maddəsinə əsasən cinayəti alçaq niyyətlə törətməsini, həmin Məcəllənin 61.1.8-ci maddəsinə əsasən cinayəti öz qulluq borcunu yerinə yetirmiş şəxsə qarşı törətməsini cəzanı ağırlaşdıran halalr kimi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq Cinayət Məcəlləsinin 148-1, 283.1, 324-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 324-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlləri üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər onun cəzasının yüngülləşdirilməsi və ona bəraət verilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 148-1, 283.1, 324-cü maddələrində nəzərdə tutulan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş, ona təyin edilmiş cəzanın ədalətli olduğunu hesab etdiyindən, məhkum edilmiş şəxsin müdafiəçilərinin apellyasiya şikayətlərində göstərilən dəlillərə ətraflı cavab verməyə lüzum görmür və apellyasiya şikayətinin təmin olunmaması nəticəsinə gəlməsini qeyd edir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçilərinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1, 283.1, 324-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 1(001)-49/2024 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs X3 müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1, 283.1, 324cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 1(001)-49/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-645/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-645/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver