Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-649/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kamran Hüseyn oğlu Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Əmir Novruz oğlu Bayramovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlunun, Zərərçəkmiş şəxs1, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1997-ci il tarixdə Salyan şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, ev 98, mənzil 102-də qeydiyyatda olan, həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs AR CM-nin 182.2.2 və 242-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən məhkumun özü, müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin və onun yaxınqohumları olan ailə üzvlərinin şəxsiyyətiüzərindəzorgöstərmə, onlarınhaqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə hədəqorxu gələrək pul tələb etmiş, eləcədə,pornoqrafikmateriallarıyaymışdır. Belə ki, Təqsirləndirilən şəxs 2016-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 3-cü kursunda əyani təhsil alarkən onunla eyni kursda təhsil alan Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış narazılığı şəxsi maraqları üçün istifadə edib özgənin əmlakını əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 ilə yaxın münasibət yaradaraq sonuncunun yaşadığı mənzildə onunla istintaqa məlum olmayan vaxtda cinsi əlaqədə olarkən gizli şəkildə çəkdiyi videogörüntüləri yaxın qohumları olan ailə üzvləri və Polis Akademiyasının müdavimləri arasında, eləcə də, internet saytlarında yayacağı, Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinin şəxsiyyətləri üzərində zor göstərməklə onları məhv edəcəyi hədəsi ilə 2017-ci ilin oktyabr ayının sonlarında hədə-qorxu gələrək Zərərçəkmiş şəxs1 500 manat məbləğində pul tələb etmiş və Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 31/38 ünvanında yerləşən “Ailə” supermarketinin yaxınlığında tələb etdiyi pulu ondan alıb ələ keçirmişdir. Bundan başqa o, təkrarən 2016-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 3-cü kursunda əyani təhsil alarkən onunla eyni kursda təhsil alan Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış narazılığı şəxsi maraqları üçün istifadə edib özgənin əmlakını əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 ilə yaxın münasibət yaradaraq sonuncunun yaşadığı mənzildə onunla istintaqa məlum olmayan vaxtda cinsi əlaqədə olarkən gizli şəkildə çəkdiyi videogörüntüləri yaxın qohumları olan ailə üzvləri və Polis Akademiyasının müdavimləri arasında, eləcə də, internet saytlarında yayacağı, Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinin şəxsiyyətləri üzərində zor göstərməklə onları məhv edəcəyi hədəsi ilə 2017-ci ilin oktyabr ayının sonlarında hədə-qorxu gələrək Zərərçəkmiş şəxs1 2.000 manat məbləğində pul tələb etmiş və sonuncunun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 46-da yerləşən 61 nömrəli mənzilin qarşısında qohumu Şahid3 vasitəsi ilə tələb etdiyi pulu ondan alıb ələ keçirmişdir. Bundan başqa o, təkrarən 2016-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 3-cü kursunda əyani təhsil alarkən onunla eyni kursda təhsil alan Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış narazılığı şəxsi maraqları üçün istifadə edib özgənin əmlakını əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 ilə yaxın münasibət yaradaraq sonuncunun yaşadığı mənzildə onunla istintaqa məlum olmayan vaxtda cinsi əlaqədə olarkən gizli şəkildə çəkdiyi videogörüntüləri yaxın qohumları olan ailə üzvləri və Polis Akademiyasının müdavimləri arasında, eləcə də, internet saytlarında yayacağı, Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinin şəxsiyyətləri üzərində zor göstərməklə onları məhv edəcəyi hədəsi ilə 2017-ci ilin oktyabr ayının sonlarında hədə-qorxu gələrək Zərərçəkmiş şəxs1 4.000 manat məbləğində pul tələb etmiş və sonuncunun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 46 nömrəli evin qarşısında qohumu Şahid3 vasitəsi ilə tələb etdiyi pulu ondan alıb ələ keçirmişdir. Bundan başqa o, təkrarən 2016-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 3-cü kursunda əyani təhsil alarkən onunla eyni kursda təhsil alan Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış narazılığı şəxsi maraqları üçün istifadə edib özgənin əmlakını əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 ilə yaxın münasibət yaradaraq sonuncunun yaşadığı mənzildə onunla istintaqa məlum olmayan vaxtda cinsi əlaqədə olarkən gizli şəkildə çəkdiyi videogörüntüləri yaxın qohumları olan ailə üzvləri və Polis Akademiyasının müdavimləri arasında, eləcə də, internet saytlarında yayacağı, Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinin şəxsiyyətləri üzərində zor göstərməklə onları məhv edəcəyi hədəsi ilə 2017-ci ilin oktyabr ayının sonlarında hədə-qorxu gələrək Zərərçəkmiş şəxs1 500 manat məbləğində pul tələb etmiş və sonuncunun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 46-da yerləşən 61 nömrəli mənzilin qarşısında qohumu Şahid3 vasitəsi ilə tələb etdiyi pulu ondan alıb ələ keçirmişdir. Bundan başqa o, təkrarən 2016-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 3-cü kursunda əyani təhsil alarkən onunla eyni kursda təhsil alan Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış narazılığı şəxsi maraqları üçün istifadə edib özgənin əmlakını əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 ilə yaxın münasibət yaradaraq sonuncunun yaşadığı mənzildə onunla istintaqa məlum olmayan vaxtda cinsi əlaqədə olarkən gizli şəkildə çəkdiyi videogörüntüləri yaxın qohumları olan ailə üzvləri və Polis Akademiyasının müdavimləri arasında, eləcə də, internet saytlarında yayacağı, Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinin şəxsiyyətləri üzərində zor göstərməklə onları məhv edəcəyi hədəsi ilə 2017-ci ilin oktyabr ayının sonlarında hədə-qorxu gələrək Zərərçəkmiş şəxs1 4.000 manat məbləğində pul tələb etmiş və sonuncunun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 46-da yerləşən 61 nömrəli mənzilin qarşısında tələb etdiyi pulu ondan alıb ələ keçirmişdir. Bundan başqa o, təkrarən 2016-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 3-cü kursunda əyani təhsil alarkən onunla eyni kursda təhsil alan Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış narazılığı şəxsi maraqları üçün istifadə edib özgənin əmlakını əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 ilə yaxın münasibət yaradaraq sonuncunun yaşadığı mənzildə onunla istintaqa məlum olmayan vaxtda cinsi əlaqədə olarkən gizli şəkildə çəkdiyi videogörüntüləri yaxın qohumları olan ailə üzvləri və Polis Akademiyasının müdavimləri arasında, eləcə də, internet saytlarında yayacağı, Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinin şəxsiyyətləri üzərində zor göstərməklə onları məhv edəcəyi hədəsi ilə 2017-ci ilin oktyabr ayının sonlarında hədə-qorxu gələrək Zərərçəkmiş şəxs1 1.500 manat məbləğində pul tələb etmiş və sonuncunun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 46 nömrəli evin blokunun girişində tələb etdiyi pulu ondan alıb ələ keçirmişdir. Bundan başqa o, təkrarən 2016-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 3-cü kursunda əyani təhsil alarkən onunla eyni kursda təhsil alan Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış narazılığı şəxsi maraqları üçün istifadə edib özgənin əmlakını əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 ilə yaxın münasibət yaradaraq sonuncunun yaşadığı mənzildə onunla istintaqa məlum olmayan vaxtda cinsi əlaqədə olarkən gizli şəkildə çəkdiyi videogörüntüləri yaxın qohumları olan ailə üzvləri və Polis Akademiyasının müdavimləri arasında, eləcə də, internet saytlarında yayacağı, Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinin şəxsiyyətləri üzərində zor göstərməklə onları məhv edəcəyi hədəsi ilə 2017-ci ilin noyabr ayının əvvəllərində hədə-qorxu gələrək Zərərçəkmiş şəxs1 3.300 manat məbləğində pul tələb etmiş və sonuncunun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 46-da yerləşən 61 nömrəli mənzildə tələb etdiyi qeyd olunan puldan 3.000 manatını ondan alıb ələ keçirmişdir. Bundan başqa o, təkrarən 2016-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 3-cü kursunda əyani təhsil alarkən onunla eyni kursda təhsil alan Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış narazılığı şəxsi maraqları üçün istifadə edib özgənin əmlakını əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 ilə yaxın münasibət yaradaraq sonuncunun yaşadığı mənzildə onunla istintaqa məlum olmayan vaxtda cinsi əlaqədə olarkən gizli şəkildə çəkdiyi videogörüntüləri xx xxxxxx 2017-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 183 saylı ünvanda yerləşən 158 nömrəli tam orta məktəbin qarşısına dəvət edib orada onunla görüşərək yaxın qohumları olan ailə üzvləri və Polis Akademiyasının müdavimləri arasında, eləcə də, internet saytlarında yayacağı hədəsi ilə hədə-qorxu gələrək ondan 5.000 manat məbləğində pul tələb etmişdir. Bundan başqa o, 2016-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 3-cü kursunda əyani təhsil alarkən onunla eyni kursda təhsil alan Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış narazılığı şəxsi məqsədləri üçün istifadə edib Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 ilə yaxın münasibət yaradaraq sonuncunun yaşadığı mənzildə onunla istintaqa məlum olmayan vaxtda cinsi əlaqədə olarkən gizli şəkildə çəkdiyi, cinsi əlaqənin ortaya çıxdığı, cinsi əlaqənin həyati konteksdən çıxarılması, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, insanların qıcıqlandırılması, fikrin ancaq seksuallığın ayrıayrı momentlərinin cəlb edilməsi ilə müşayiət olunan pornoqrafik materialı 2017-ci ilin noyabr ayının 26-da Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 183 ünvanında yerləşən 158 nömrəli tam orta məktəbin həyətində özünə məxsus notebook və təxminən 2017-ci ilin noyabr ayınının sonlarında, dekabr ayının əvvəllərində təkrarən Polis Akademiyasının müdavimləri Şahid5 və Şahid6 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən internet klubunda yaddaş kartını daxil etməklə kompüter vasitəsi ilə, eləcə də, həmin müddətdə Polis Akademiyasının şəxsiyyətləri istintaqa məlum olmayan digər müdavimlərinə naməlum şəraitdə göstərməklə yaymışdır. Bundan başqa o, təkrarən 2016-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 3-cü kursunda əyani təhsil alarkən onunla eyni kursda təhsil alan Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış narazılığı şəxsi maraqları üçün istifadə edib özgənin əmlakını əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 ilə yaxın münasibət yaradaraq sonuncunun yaşadığı mənzildə onunla istintaqa məlum olmayan vaxtda cinsi əlaqədə olarkən gizli şəkildə çəkdiyi videogörüntüləri 2017-ci ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 ünvan 1 ünvanında yerləşən “Kəngərli” adlı kafeyə iki dəfə dəvət edib orada onunla görüşərək yaxın qohumları olan ailə üzvləri və Polis Akademiyasının müdavimləri arasında, eləcə də, internet saytlarında yayacağı hədəsi ilə hədə-qorxu gələrək hər dəfə ondan 5.000 manat məbləğində pul tələb etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Səbuhi Hüseynov hakimlər Azad Məcidov və Zeynal Ağayev) xx xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 242-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verib məhkəmə tərəfindən iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmadığını, zərərçəkmiş şəxsin verdiyi bütün ifadələrin ziddiyyətli olduğunu, heç bir epizod üzrə zərərçəkmiş şəxs tərəfindən sübut irəli sürülmədiyini və məhkəmənin yalnız onun söylədiklərinə istinad etdiyini, ittihamı sübut edən fakt və dəlilin iş materiallarına əlavə edilmədiyini qeyd edərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Hökmdən, həmçinin, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti və ona əlavə verib özünü təqsirli bilmədiyini, məhkəmənin zərərçəkmiş şəxsin izahat və ifadələrinə istinad etməsinə baxmayaraq həmin ifadələrin bir birini təkzib etdiyini, iş materiallarında olan “Whatsapp” yazılarından da zərərçəkmiş şəxslə səmimi münasibətlərinin olmasının və hədəqorxudan söhbət gedə bilməməsinin aydın göründüyünü, əksinə zərərçəkmiş şəxsin ondan hədiyyələr, borca pul istədiyini, iş materiallarında olan sübutların onun təqsirsizliyini sübut etdiyi halda məhkəmənin bu hallara əhəmiyyət vermədiyini qeyd edərək hökmün ləğv edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Hökmdən Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək məhkuma təyin edilmiş cəzanın yüngül olduğunu qeyd edərək ona ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, məhkum və müdafiəçisinin özləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, zərərçəkmiş tərəfin apellyasiya şikayətinin təmin edilməməsi, hökmün ləğv edilərək Təqsirləndirilən şəxs bəraət verilməsi, zərərçəkmiş şəxsin müdafiə tərəfin apellyasiya şikayətinin təmin edilməməsi, özünün apellyasiya şikayətinin təmin edilərək məhkum edilmiş şəxsə ağır cəza təyin edilməsi, dövlət ittihamçısının müdafiə tərəfin apellyasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin isə məhkuma birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısının tələb etdiyi həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi həddində təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını tam və hərtərəfli tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 242-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərəçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin x xxxxxx 2019-cu il tarixli 30140/30141 saylı rəyi (AR CM-nin 242-ci maddəsinə münasibətdə) baxış keçirilməsi və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 242-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxs və müdafiəçisi Təqsirləndirilən şəxs təqsirli olmasının iş materiallarında olan sübutlarla təsdiq edilmədiyini, məhkəmənin yalnız zərərçəkmiş şəxsin ziddiyyətli ifadələrinə istinad etdiyini göstərsə də, iş materiallarından görünür ki, zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatlar digər Zərərçəkmiş şəxs2 ifadəsi, şahid ifadələri də tam sübuta yetirilmişdir. Bununla yanaşı, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqzamanızərərçəkmişşəxsFəridəMəmmədovanınifadəsininyerindəyoxlanılmasıistintaqhərəkə tikeçirilmişvəFəridəMəmmədovabirdahabildirmişdirki, MircavadMuradlıondan7dəfəhədəqorxuyoluiləpultələbedibümumilikdə 15.500 manatpulunualıbələkeçirmişdir. Həminpulları 2017ciilinoktyabrayınınsonlarındanhəminilinnoyabrayınınəvvəllərinəkimiolandövrdətələbedibələkeçirmi şdir. Beləki, FəridəMəmmədovabildirmişdirki, MircavadMuradlıilkdəfəBakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 31/38 ünvanında yerləşən “Ailə” supermarketinin yaxınlığında 500 manat, 2-cidəfəBakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 46-da yerləşən 61 nömrəli mənzilin qarşısında qohumu Şahid3 vasitəsi ilə 2.000 manat, 3-cüdəfəyaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 46 nömrəli evin qarşısında qohumu Şahid3 vasitəsi ilə 4.000 manat, 4-cüdəfəBakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 46-da yerləşən 61 nömrəli mənzilin qarşısında qohumu Şahid3 vasitəsi ilə 500 manat, 5-cidəfəyaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 46-da yerləşən 61 nömrəli mənzilin qarşısında 4.000 manat, 6-cıdəfəyaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 46 nömrəli evin blokunun girişində 1.500 manat, sonuncudəfəisəBakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 46-da yerləşən 61 nömrəli mənzildə tələbetdiyi3.300 manat məbləğində pulun 3.000 manatınıalıb ələ keçirmişdir (cild 2, iş vərəqə 240-248). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs2 bir daha bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan 3 dəfə hədə-qorxu yolu ilə pul tələb etmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə xx xxxxxx 2017-ci il tarixdə axşam saatlarında onu Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 183 saylı ünvanda yerləşən 158 nömrəli tam orta məktəbin qarşısına dəvət edib orada onunla görüşərək sonuncunun anası ilə aralarında olan cinsi əlaqəyə dair videogörüntünü yaxın qohumları olan ailə üzvləri və Polis Akademiyasının müdavimləri arasında, eləcə də, internet saytlarında yayacağı hədəsi ilə hədəqorxu gələrək ondan 5.000 manat məbləğində pul tələb etmiş, bundan sonra isə 2017-ci ilin dekabr ayının əvvəllərində isə ünvan 1 ünvanında yerləşən “Kəngərli” adlı kafeyə 2 dəfə dəvət edib orada onunla görüşərək həmin görüntüləri onun yaxın qohumları olan ailə üzvləri və Polis Akademiyasının müdavimləri arasında, eləcə də, internet saytlarında yayacağı hədəsi ilə hədəqorxu gələrək hər dəfə ondan 5.000 manat məbləğində pul tələb etmişdir (cild 3, iş vərəqə 89- 95). Bundan başqa, zərərçəkmiş şəxslər öz ifadələrində göstərdikləri halları xx xxxx 2019cuiltarixdəzərərçəkmişşəxsMəmmədMəmmədovlatəqsirləndirilənşəxsMircavadMuradlıarasında, ibtidaiistintaqzamanızərərçəkmiş şəxs FəridəMəmmədova ilə şahidİlkinƏliyev arasındaüzləşdirməistintaqhərəkəti keçirilərkən də təsdiq etmişlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs AR CM-nin 182.2.2 və 242-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmiş və ona bəraət verilməsi üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Hökmdən Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verib məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini xahiş etsə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəzanı qanuni və ədalətli hesab edərək ona təyin edilmiş cəzanın ağırlaşdırılması üçün əsas görmür. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın həddini onun məqsədlərini təmin etmək üçün yetərli hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən halların olmadığını, cəzasını ağırlaşdıran hal kimi MuradlıMircavadMirtaleh oğlunun pornoqrafikmateriallarıtəkraryaymasını nəzərə alaraq Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2 və 242-ci maddələri ilə məhkum edilməsinə dair xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs AR CM-nin 182.2.2 və 242-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü məhkumun, onun müdafiəçisinin və Zərərçəkmiş şəxs1 qıznın apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasına kassasiya şikayətləri və protesti verilə bilər. Sədrlik edən imza: Kamran Əkbərov, hakimlər: Elmar Rəhimov, Əmir Bayramov.
Məhkəmə qərarları › İş №1(103)-649/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-649/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver