Məhkəmə qərarları › İş №1(103)-657/2022

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-657/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-657/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçisi - "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 03 avqust 1994-cü ildə Göyçay rayonunda doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı ittiham üzrə bəraət verilməsinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-9/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim E.Z.Ağayev) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə bəraət verilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki o, 21 fevral 2020-ci ildə saat 02:20 radələrində Bakı-QubaDağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 6.5-ci kilometrində idarə etdiyi “BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun orta zolağı ilə Quba rayonu istiqamətində faraların yaxın vuran işıqlarında 70-80 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X7» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib yolun ortasında uzanıqlı və hərəkətsiz vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs alın, sağ təpə və ənsə nahiyələrinin əzilmiş-cırılmış yaraları, sağ təpə və ənsə sümüklərinin kəllə əsasına keçən sınığı, başın sağ təpə və ənsə nahiyələrinin yumşaq toxumaları altına geniş həcmli qansızma, aralıq nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüklərinin sınığı ilə müşayiət olunan burun əsasının qançır və sınığı, alt çənə sümüyünün sınığı, sağ və sol bazu, sağ bud sümüklərinin qapalı yerdəyişən sınıqları, sol ağciyərin yuxarı və aşağı paylarında əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan sol tərəfdən İİ-İX qabırğaların sınıqları, sağ və sol qalça sümüklərinin sınıqları, alın, sağ gicgah nahiyəsinin, sağ qulaq seyvanının, sağ göz qapaqlarının, sağ almacıq nahiyəsinin, sağ yanaq nahiyəsinin, çənəaltı nahiyənin, döş qəfəsinin ön və solyan səthinin, qarnın sağ və sol yarısının ön səthinin, sol qasıq nahiyəsinin, sağ və sol milbilək oynağı nahiyəsinin, sağ bazunun, sağ dirsək oynağı nahiyəsinin, sağ saidin, döş qəfəsinin sol yarısının arxa səthinin, sol bazu oynağı nahiyəsinin, sağ əlin arxa səthinin, sağ və sol diz oynağı nahiyəsinin, sol budun, sol baldırın sıyrıqları, bel nahiyəsinin, sağ və sol əlin arxa səthinin, sağ ayağın iç və bayır topuğunun qançırları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək ölümünə səbəb olmuşdur. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 19 yanvar 2022-ci il tarixli hökmü ləğv edilməsi və onun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə əsas və əlavə cəzaya məhkum edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri onunla əsaslandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxararkən nəzərə almamışdır ki, o, yolun ortasında uzanıqlı və hərəkətsiz vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vuraraq ölümünə səbəb olmuşdur. Belə ki, cinayət işinin materiallarında olan yol-nəqliyyat hadisəsi ekspertizasının 09 iyul 2020-ci il tarixli 8/814 N-li rəyində göstərilmişdir ki, BMW 528 minik markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X7” A2.ərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Habelə, məhkəmə Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxararkən həmin ekspertiza rəyini nəzərə almamaqla yanaşı, əsassız olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs avtomobillə mərhum Zərərçəkmiş şəxs üzərindən keçərkən sonuncunun daha əvvəl aldığı avtomobilin qabarıq hissələri ilə vurulmasına uyğun gələn ağır bədən xəsarətlərindən artıq ölməsi mümkün idi. Görünür ki, məhkəmə ehtimallara əsaslanaraq Zərərçəkmiş şəxs hadisədən əvvəl avtomobilin qabarıq hissələri ilə vurulmasına uyğun gələn ağır bədən xəsarətlərindən artıq ölməsinin mümkünlüyünə inanmaqla Təqsirləndirilən şəxs barəsində əsassız olaraq bəraət hökmü çıxarmışdır. Habelə, cinayət işinin materillarından görünür ki, “BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol tərəfdən silinərək götürülmüş süngərin üzərindən tapılmış tünd göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarından bir ədəd qolsuz gödəkçənin (jilet tipli) tərkib liflərinə uyğun gəlirlər. Lakin məhkəmə heç bir hüquqi əsas olmadan əsassız olaraq ibtidai istintaq orqanı tərəfindən sübut növü kimi qəbul edilmiş yuxarıda qeyd olunan xüsusatlara ümumiyyətlə əhəmiyyət verməmiş, həmin sübutlar üzrə tərtib edilmiş protokolların sübutlar siyahısından çıxarılıb-çıxarılmamasına münasibət bildirməyərək, həqiqiliyi şübhə doğurmayan və əldə edilmə qaydası cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olan həmin sübutlara lazımi qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs hökmün dəyişdirilmədən, apellyasiya protestinin təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 hökmün dəyişdirilmədən, apellyasiya protestinin təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya protestini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdıraraq, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-9/2022 saylı, 19 yanvar 2022ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təyin olunmuş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq hökmün qanuniliyini apellyasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq açağıdakıları qeyd edir: Apellyasiya protestində birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan bəraət hökmü mübahisələndirilərək bir sıra dəlillərə istinad olunur. Məhkəmə kollegiyası istintaq orqanı tərəfindən verilmiş ittihamı və iş üzrə toplanmış sübutları protestin dəlilləri baxımından təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi barədə gəldiyi yekun nəticə əsaslı sayıla bilməz. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında taksi fəaliyyəti ilə məşğul olur. “BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ ilə özünə məxsusdur. 21 fevral 2020-ci ildə saat 02:20 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 6.5ci kilometrində idarə etdiyi özünə məxsus “BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində faraların yaxın vuran işıqlarında 70-80 km/saat sürətlə hərəkətdə olarkən avtomobilində 3 nəfər sərnişin olmuşdur. Onlar Şahid5, Şahid3, 3-cü şəxsin adını isə xatırlamır. Həmin yolda küçə işıqlarının hamısı yanmadığı üçün yol aydın görünməmişdir. Yol 4 zolaqdan ibarət olmaqla sağ tərəfdə 1 zolaq təmirlə əlaqədar işləməmişdir. İşlək vəziyyətdə olan 3 zolağın orta zolağı ilə hərəkətdə olarkən irəlidə sağ zolaqda, yəni təmirdə olan zolağın yanındakı zolaqda “Kamaz” markalı betonqarışdıran yük avtomobili dayanmış və qəza işıqları yanıbsönmüşdür. Betonqarışdıran avtomobilə yaxınlaşdıqda qarşıda yolun hərəkət hissəsində yerə yapışmış şəkildə qaraltı görmüşdür. Elə bilmişdir ki, gördüyü qaraltı beton qarışdıran avtomobildən yerə tökülmüş betondur. Tormoz etmiş, avtomobilin sürəti mümkün qədər azalsa da, məsafə az olduğundan idarə etdiyi avtomobil beton zənn etdiyi qaraltının üstündən keçmişdir. Dərhal avtomobilini dayandırmış, sərnişinlərlə birlikdə avtomobildən düşüb betonqarışdıran avtomobilin yanına gəlmişdir ki, avtomobilinin alt hissəsinin zədələnməsinə səbəb ola biləcək betonqarışdıran avtomobilin sürücüsünə iradını bildirsin. Betonqarışdıran avtomobilə yaxınlaşdıqda görmüşdür ki, yolun sağ tərəfindəki xəndəyə qırmızı rəngli “Opel Astra” markalı minik avtomobili aşıb damıüstə qalmışdır. Həmin avtomobildə köməyə ehtiyacı olan insanların ola biləcəyini düşünüb onlara tərəf getmək istədikdə az əvvəl beton zənn edib üzərindən avtomobillə keçdiyi qaraltının yerdə hərəkətsiz olan kişi meyiti olduğunu görmüşdür. Bu zaman başa düşmüşdür ki, idarə etdiyi avtomobillə həmin kişinin üzərindən keçmişdir. Meyitin ətrafına axmış qanın laxtalanmasından anlamışdır ki, mərhum xeyli vaxt əvvəl avtomobillə vurulmuşdur. Həyacanlansa da, özünü itirməmiş, 102 zəng xidmətinə zəng edib avtomobil yolunda meyit olduğu və xəndəyə avtomobil aşdığı barədə məlumat vermişdir.Bir qədər sonra tanımadığı bir şəxs əlində ona məxsus avtomobilin qabaq qeydiyyat nömrəsini gətirib onun olub-olmadığını soruşmuş, həmin şəxsə onun olduğunu bildirərək nömrəni alıb avtomobilinin baqajına qoymuşdur. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Sənədlərini hadisə yerində YPX inspektoruna təqdim etmiş, bundan sonra inspektor onu sərxoşluqla əlaqədar tibbi müayinədən keçirmək üçün narkoloji mərkəzə aparmışdır. Hadisə zamanı sərxoş olmamış və avtomobili saz vəziyyətdə olmuşdur. Hesab edir ki, yerdə uzanıqlı və hərəkətsiz vəziyyətdə olmuş şəxs avtomobili ilə onun üzərindən keçənədək başqa bir avtomobil tərəfindən vurulmuş və bunun nəticəsində ölmüşdür. Çünki, mərhumun bədəni üzərində avtomobillə üzərindən keçməyə xarakterik xəsarətlərdən başqa, avtomobillə vurulmağa uyğun ağır dərəcəli bədən xəsarətləri aşkar olunmuşdur. Bundan əlavə mərhumun ətrafına axmış qan kütləsi laxtalanmış vəziyyətdə olmuşdur. İdarə etdiyi avtomobillə mərhumun üzərindən keçərkən mərhum sağ olmuş olsa idi, bu zaman ən azından onun qışqırıq səsi gəlmiş olardı. Halbuki, nə o, nədə ki, avtomobilində sərnişin kimi əyləşmiş şəxslər belə bir səs eşitməmişlər. Hadisə yerinin kənarında dərəyə aşmış “Opel Astra” markalı avtomobilin olması, həmin avtomobilin qabaq alın şüşəsində zərbəyə bənzər hissə qalması onu belə bir qənaətə gətirmişdir. Bununla bağlı fotoşəkillər çəkilərək məhkəməyə təqdim edilmişdir. Mərhumun yerdə uzanıqlı və hərəkətsiz vəziyyətdə olarkən üzərindən başqa avtomobillərin keçməsi də istisna edilmir. İstintaq orqanı ona yolun ortasında uzanıqlı və hərəkətsiz vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs vurması kimi ittiham elan etsə də, o, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vurmamışdır. Bunu hadisə vaxtı avtomobilində olan və şahid qismində ifadə vermiş şəxslər də təsdiq etmişlər. Avtomobillə məhrumun üzərindən keçdiyini etiraf etdiyindən istintaq orqanı işin hallarını təhrif edərək, hadisəni onun törətməsi görüntüsünü yaratmağa çalışmışdır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid4 həmin vaxtı idarə etdiyi betonqarışdıran maşınla hadisə yerində olduğunu bildirsə də, onu ümumiyyətlə hadisə yerində görməmişdir. Şahid4 idarə etdiyi avtomobil “MAZ-32293 yük” markalıdır, hadisə yerindəki betonqarışdıran avtomobil isə “Kamaz” markalı olmuşdur. Belə bir şəxsin hadisənin onun tərəfindən törədilməsi görüntüsü yaradan ifadələr verməsi onda ibtidai istintaqın obyektiv aparılmasına əsaslı şübhələr yaratmışdır. Bundan əlavə, hadisə günü idarə etdiyi “BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən sonrakı fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin fotoşəkillərə baxdıqda aydın şəkildə görünür ki, avtomobildə piyadanın vurulmasına uyğun zədə yerləri yoxdur və mərhumun hadisə zamanı aldığı xəsarətlər avtomobilin hadisədən sonrakı vəziyyətilə ziddiyyət təşkil edir. Qeyd edilənlərə əsasən hesab edir ki, mərhum Zərərçəkmiş şəxs başqa bir avtomobil tərəfindən vurulmuş, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölmüş, o isə idarə etdiyi avtomobillə onun cansız bədəni üzərindən keçmişdir. Odur ki, məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun oğludur. Tural xx.xx.1988-ci ildə Xırdalan şəhərində doğulmuşdur. Tural subay olmuş, heç vaxt evlənməmiş, onun himayəsində yaşamışdır. Bundan əlavə, Turalın təhsili olmamış, anadangəlmə ruhi xəstə olmuş, dəfələrlə müalicə almış və ona 2-ci qrup əlil kimi pensiya təyin edilmişdir. Tural onlardan xəbərsiz hərdən evdən çıxıb gəzmiş, amma özü sərbəst evə qayıtmışdır. 20 fevral 2020-ci ildə Tural axşam saat 19 radələrində evdən çıxıb gəzməyə getmişdir. Gecə yarısı Turalın istifadəsində olan mobil telefon nömrəsindən ona zəng gəlmişdir. Telefonu açmış, danışan şəxs özünü təhqiqatçı kimi təqdim edib bildirmişdir ki,zəng etdiyi telefonu avtomobillə vurularaq ölmüş şəxsin üzərindən aşkar etmişdir. Meyitin əlamətlərini ona dedikdə anlamışdır ki, avtomobillə vurularaq ölmüş şəxs oğlu Turaldır. Təhqiqatçı Turalın meyitinin müayinə edilməsi üçün məhkəmə tibbi ekspertiza şöbəsində olduğunu demişdir. Səhəri gün ailə üzvləri ilə birlikdə məhkəmə tibbi ekspertiza şöbəsinə gedərək Turalın meyitini orada görmüşdür. Meyit müayinə olunduqdan sonra onlara təhvil verilmiş, onu dəfn etmişlər. İstintaq zamanı müstəntiq yol nəqliyyat hadisəsini Təqsirləndirilən şəxs törətdiyini desə də, o Toğrulu təqsirli bilmir. Hadisənin düzgün araşdırılmasını və təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir. Təqsiri olmayan şəxsin cəzalandırılmasının əleyhinədir. Ona görə də həmin hadisəni törətməmiş Təqsirləndirilən şəxs şikayətçi deyil, ona qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Opel Astra minik” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərir. 21 fevral 2020-ci ildə saat 02:20 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində Beynəlxalq avtovağzalla üzbəüz 3 zolaqlı yolun orta zolağı ilə idarə etdiyi “Opel Astra minik” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində 50-60 km/saat hərəkətdə olarkən qarşıda avtomobillərin hərəkət yolunda adam oturduğunu görmüşdür. Piyadanın qadın və ya kişi olduğunu bilməmiş, hərəkəti üçün təhlükə yarandığından, piyadanı vurmamaq üçün ayağını tormoz pedalına qoyub sağa doğru təhlükəli manevr etmişdir. Yol yaş və palçıqlı olduğu üçün idarəetməni itirmiş, avtomobil sürüşərək yolun sağında qazılmış xəndəyə düşüb arxası üstə aşmışdır. İdarə etdiyi avtomobildə sərnişin qismində 3 nəfər tanımadığı şəxs olmuşdur. Onlardan 2-i kişi və 1-i qadın olmuş, bütün şəxslər, o cümlədən özü avtomobildən kənar kömək olmadan çıxmışlar. Avtomobildə sərnişin kimi olmuş şəxslər hadisə yerindən getmiş, o isə şəkəri qalxdığından özünü pis hiss etdiyi üçün yerdə oturmuşdur. Tanımadığı bir oğlan ona yaxınlaşaraq avtomobilə aid əlində tutduğu nömrə nişanını göstərib, “bu nömrə sizin maşınındır?” deyə soruşmuş, ona maşınının nömrələrinin üstündə olduğunu demişdir. Daha sonra hadisə yerinə təcili yardım və polis əməkdaşları gəlmişlər. Sənədlərini hadisə yerində olan YPX inspektoruna vermişdir. Hadisə zamanı özü xəsarət almamış və avtomobilində olan sərnişinlərdən xəsarət alan olmamışdır. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə yerində mərhum Zərərçəkmiş şəxs hansı avtomobilin vurduğunu görməmiş, Təqsirləndirilən şəxs orada ona bildirmişdir ki, idarə etdiyi avtomobillə yola tökülmüş beton olduğunu zənn edib mərhumun üzərindən keçmişdir. İdarə etdiyi “Opel Astra minik” markalı 50-BV179 dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsində yaranmış zərbə izi ilə bağlı qeyd edir ki, həmin iz avtomobil aşarkən başının alın şüşəsinə dəyməsi və ya avtomobil aşdıqdan sonra onları avtomobildən çıxarmaq üçün yardım etmək istəyən şəxslərin daşla alın şüşəsinə vurmaları nəticəsində əmələ gəlmiş ola bilərdi. İbtidai istintaq zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobillə mərhum Zərərçəkmiş şəxs vurduğunu deməmişdir. Çünki o, belə bir hadisənin şahidi olmamışdır. Bununla bağlı ona məlum olan yeganə hal Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobillə mərhum Zərərçəkmiş şəxs üzərindən keçməsidir ki, bunu da Toğrulun özündən eşitmişdir. Bundan əlavə o, hadisə yerində “MAZ-32293 yük” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtomobilin sürücüsü olduğunu deyən Şahid4 görməmiş, həmin şəxs onu aşmış avtomobilindən çıxarmamış, avtomobilində sərnişin kimi əyləşmiş tanımadığı qadının avtomobildən çıxdıqdan sonra çığıraraq “maşın yolda adam vurdu” deməsini eşitməmişdir. Avtomobillərin hərəkət yolunda oturmuş halda gördüyü şəxsin həmin ana qədər və ya avtomobili aşdıqdan sonra vurulmasını bilmir. Avtomobilinin aşması ilə maşından çıxmaları təxminən 5-10 dəqiqə çəkmişdir. Əminliklə bildirir ki, o, idarə etdiyi “Opel Astra minik” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə mərhum Zərərçəkmiş şəxs vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 21 fevral 2020-ci ildə saat 02:10 radələrində Bakı şəhərində «Şamaxinka» adlanan yerdə Quba istiqamətinə hərəkət edən “BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb həmin istiqamətə getdiyini bildirdiyindən sürücü avtomobili dayandırmışdır. Avtomobilin qabaq sağ oturacağında 1 nəfər cavan oğlan, arxa sol tərəfdə də başqa bir cavan oğlan oturmuşdur. Özü arxada sağ tərəfdə oturmuş, avtomobil hərəkətə başlamışdır. Tunelin bitdiyi yerdən təxminən 20 metr Quba rayonu istiqamətinə hərəkət etmişlər ki, yolun sağında yük avtomobilinin dayandığını, onun qəza işıqlarının yanılı vəziyyətdə olduğunu görmüşdür. Bu onun diqqətini cəlb etdiyindən yola baxmışdır. Həmin anda hiss etmişdir ki, sərnişini olduğu avtomobil nəyinsə üstündən keçdi. Bu zaman zərblə hansına maneəni vurma olmamış, insan qışqırtısına oxşar səs gəlməmişdir. Sürücü Toğrul bir qədər irəlidə avtomobili dayandırmış, birlikdə avtomobildən düşmüşlər. Geriyə, yəni avtomobilin nəyinsə üzərindən keçdiyi yerə qayıtmaq istədikdə yolun Quba rayonu istiqamətinə olan hissəsinin sağ kənarına baxanda görmüşdür ki, təmirlə əlaqədar qazılmış xəndəyin içində qırmızı rəngli “Opel Astra” markalı minik avtomobili damıüstə aşmış vəziyyətdədir. Yanında isə 1 nəfər qadın qışqırıb ağlayır. Ora yaxınlaşmaq istəyəndə yolun ortasında hərəkətsiz kişi meyiti olduğunu görüb başa düşmüşdür ki, sərnişini olduğu avtomobil az əvvəl həmin kişinin üzərindən keçmişdir. Meyitin ətrafına axmış qanın laxtalanmasından başa düşmüşdür ki, mərhum xeyli vaxt əvvəl avtomobillə vurulmuşdur. Sürücü həyacanlansa da, özünü itirməmiş, 102 zəng xidmətinə zəng edib avtomobil yolunda meyit olduğu və xəndəyə avtomobil aşdığı barədə məlumat vermişdir. Təxminən 20 dəqiqə sonra bir nəfər kişi yaxınlaşıb özünü meyitin yaxını kimi təqdim edərək, meyitin papağını üzünə qoymuş və əl-ayağını düzəltmişdir. Bundan sonra hadisə yerindən öz evinə getmişdir. Mərhumun kim tərəfindən və hansı şəraitdə vurulduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 21 fevral 2020-ci ildə saat 02:20 radələrində Bakı-QubaDağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində Beynəlxalq avtovağzalla üzbəüz 3 zolaqlı yolun sağ zolağı ilə idarə etdiyi “MAZ-32293 yük” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtomobillə Quba rayonu istiqamətində 40 km/saat sürətlə hərəkət etmişdir. Yolun həmin hissəsində, yəni 4-cü zolaqda təmir işləri aparıldığı üçün həmin zolaqda hərəkət məhdudlaşdırılmışdır. Bu zaman təmir aparılan zolağın sağ kənarında olan xəndəkdən insan çığırtısı səsi eşitmişdir. Avtomobili hərəkətdə olduğu zolaqda dayandırıb avtomobildən düşərək səs gələn tərəfə boylanıb görmüşdür ki, xəndəyə aşmış minik avtomobilinin sağ tərəfində 1 nəfər qadın var və qışqıran həmin qadındır. Belə ki, qadın “kömək edin” deyərək qışqırmışdır. Ona yaxınlaşıb əlini uzatmış, qadın onun əlindən tutaraq xəndəkdən çıxmışdır. Xəndəyə düşəndə avtomobilin salonundan çıxan 1 nəfər kişiyə də kömək etmiş, kişi çıxdıqda qadın yenə qışqıraraq “sürücü salondadır, onu da çıxartmaq lazımdır” demişdir. Sürücünü çıxarmaq istəmiş, amma buna ehtiyac olmamış, sürücü özü çıxmışdır. Qadın yenə çığıraraq maşın yolda adam vurdu demişdir. Tapıltı gələn tərəfə qaçıb görmüşdür ki, avtomobilini dayandırdığı yerdən arxada yolun ortasında bir nəfər uzanıqlı vəziyyətdə kişi geyimində şəxs var. Həmin şəxsin hansı avtomobillə vurulduğunu görməmişdür. Öz halının pisləşəcəyini bilərək vurulan şəxsə yaxınlaşmamış, təxminən 5 dəqiqə orada qalmış, bundan sonra avtomobilinin sükanı arxasına oturaraq sürüb evinə getmişdir. Həmin şəxsin hansı avtomobillə və necə vurulduğunu görməmişdir və bu barədə heç nə bilmir. Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs və hadisə yerinin kənarında aşmış vəziyyətdə olan “Opel Astra minik” markalı avtomobilin sürücüsü Şahid1 onu hadisə zamanı görmədiklərini onunla izah edir ki, həmin şəxslər baş vermiş hadisənin təsiri altında olduqlarından onu xatırlamaya bilərlər. Hadisə yerində onun idarə etdiyi “MAZ-32293 yük” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtomobildən başqa “Kamaz” markalı betonqarışdıran avtomobil olmamışdır. İdarə etdiyi avtomobili dayandırıb kömək istəyən qadına yaxınlaşan zaman yolda uzanıqlı və ya hərəkətsiz vəziyyətdə adam olmamışdır. Avtomobillə vurulmuş şəxs o, kömək üçün xəndəyə düşdükdən sonra avtomobil yoluna çıxmış və vurulmuşdur. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 21 fevral 2020-ci ildə saat 02 radələrində Bakı şəhəri ərazisində «Şamaxinka» adlanan yerdən Bakı-Quba-Dağıstan sərhədi yoluna çıxaraq evinə getmək üçün yolun Quba rayonu istiqamətinə olan hissəsi ilə piyada yola düşmüşdür. Təxminən 15-20 dəqiqə piyada hərəkət edərək yolun Beynəlxalq Avtovağzalla üzbəüz olan hissəsinə çatdıqda yolun ortasında uzanıqlı vəziyyətdə olan kişinin üzərindən “BMW” markalı, qeydiyyat nişanının əvvəli 99 sonu 904 olan gümüşü rəngli avtomobil keçərək təxminən 100 metr irəlidə dayandığını görmüşdür. Yerdə uzanan kişiyə yaxınlaşıb öldüyünü görmüşdür. Meyitin üstündən başqa maşınlar keçməsin deyə meyitin baş hissəsindən özü və 1 nəfər tanımadığı cavan oğlan ayaqlarından tutub qaldıraraq yolun sağ tərəfinə qoymuşlar. Meyitin başında zədələr olmuş, beyin hissələri görsənmişdir. Meyitin ayaqlarını düz vəziyyətdə qoyub əllərini sinəsinə yığmış və göz qapaqlarını bağlayıb papağını üz nahiyəsinə qoymuşdur. Bundan sonra bir nəfər arxası sınıq vəziyyətdə olan qara rəngli “Nokia” markalı mobil telefonu gətirərək telefonun meyitə məxsus olduğunu bildirmişdir. Telefonu meyitin sinəsi üstünə qoymuşdur. Bundan başqa piyadanın vurulduğu yerdən arxada, yəni Şamaxinka istiqamətində yolun sağ tərəfində qazılmış xəndəyin içərisində aşmış vəziyyətdə qırmızı rəngli “Opel” markalı avtomobil olduğunu görmüşdür. Yaxınlaşıb avtomobilin qapısını açaraq içərisində kiminsə olduğunu öyrənmək istəmiş, amma salonda heç kim olmamışdır. Bundan sonra piyadanı vuran avtomobilin sürücüsünün kim olduğunu hadisə yerinə toplaşan şəxslərdən soruşmuş, amma cavab verən olmamışdır. Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra onlara özünü təqdim edib hadisə ilə əlaqədar gördüklərini şifahi olaraq danışmış və bundan sonra öz evinə getmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olan şəxslərdən biridir. Belə ki, xx.xx.2020-ci ildə saat 02:20 radələrində “BMW” markalı **- VA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba magistral yolunun avtovağzalla paralel hissəsilə, yolun üçüncü zolağında saatda təxminən 60/70 km surətlə hərəkətdə olduqları zaman maşında yüngül ləngərlənmə hiss etmiş və dərhal yolun sağında qəza işıqlarını yandırıb dayanan betonqarışdıran maşın diqqətini çəkmişdir. Ona elə gəlmişdir ki, həmin maşından yerə tökülmüş betonun üzərindən keçmələri nəticəsində əyləşdiyi maşın ləngər vurmuşdur. Bu zaman zərblə hansına maneəni vurma olmamış, yoldan insan qışqırtısına uyğun səs eşitməmişdir. Sürücü Toğrul idarə etdiyi avtomaşını dərhal saxlamışdır. Maşından düşərək betonqarışdıran maşının sürücüsünə yaxınlaşmaq istəyərkən yolda qara geyimli yerə yapışmış insan meyiti görmüşdür. 15-20 metr kənarda isə ağ paltolu, üstü palçıqlı, orta yaşlı, sarı saçlı qadın görmüşdür. Qadına yaxınlaşarkən qadın ona yolun kənarında qazıntının içərisində damı üstə aşmış qırmızı rəngli “Opel Astra” markalı maşını göstərmişdir. O, aşmış maşına kömək məqsədilə yaxınlaşmış və sürücüdən nə baş verdiyini soruşmuşdur. Sürücü özündə olmadığını demişdir. Yenidən qadın olan yerə qayıtmış, görmüşdür ki, qadın Toğrula su verərək deyir ki, “qorxma, sənlik deyil”. Sonra əli ilə aşmış qırmızı rəngli “Opel Astra” markalı maşını göstərərək həmin maşında olduğunu bildirmişdir. Daha sonra qadın ərinə zəng etmək üçün telefon istəmiş, onlarla birlikdə avtomobildə olan Ağa adlı şəxs də qadına zəng etmək üçün mobil telefonunu vermişdir. Yolda dayanmış maşınlardan birinin sürücüsü yerdən nömrə götürüb onlara yaxınlaşanda görmüşdür ki, Toğrulun maşınının nömrəsidir. Nömrəni ondan alaraq Toğrula vermişdir. Nömrəni verən zaman Toğrul “102 xidməti”nə zəng edib hadisə barədə məlumat vermişdir. Bir müddətdən sonra təcili yardım və polis əməkdaşları gəlmişlər. Mərhumun kim tərəfindən və hansı şəraitdə vurulduğunu görməmişdir. Meyitin ətrafına axmış qanın laxtalanmasına görə hesab edir ki, mərhum xeyli əvvəl avtomobillə vurulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə 21 fevral 2020-ci il tarixli qərardan görünür ki, fakta görə həmin tarixdə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v.1). Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 21 fevral 2020-ci il tarixli protokoldan və yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə yeri Bakı-Quba- Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 6.5-ci kilometridir. Hadisə yerində yer örtüyü asfaltbeton olmaqla qurudur. Yol örtüyünün eni 12x12 metr, hərəkət zolaqlarının sayı 3, yolun işlək hissəsinin eni 4 metrdir. Yolda müəyyən edilmiş sürət həddi 90 km/saat, sürücünün yerindən faraların işığında görünüş vəziyyəti uzaq vuran işıqda 100 metr, yaxın vuran işıqda 50 metrdir. “BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq dövlət nömrə nişanı yoxdur. “Opel Astra minik” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağında qazılmış xəndəyə düşüb aşmış vəziyyətdədir. Hadisə yerində tormozlama izləri aşkar edilməmişdir (cild 1, i.v. 8-20). Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 21 fevral 2020-ci il tarixli 2/1731 saylı Aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və ayıq olduğu müəyyən edilmişdir (cild 1, i.v.24). AD 753215 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur (cild 1, i.v.43). Məhkəmə tibbi ekspertizasının 21 mart 2020-ci il tarixli 55 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində alın, sağ təpə və ənsə nahiyələrinin əzilmiş-cırılmış yaraları, sağ təpə və ənsə sümüklərinin kəllə əsasına keçən sınığı, başın sağ təpə və ənsə nahiyələrinin yumşaq toxumaları altına geniş həcmli qansızma, aralıq nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüklərinin sınığı ilə müşayiət olunan burun əsasının qançır və sınığı, alt çənə sümüyünün sınığı, sağ və sol bazu, sağ bud sümüklərinin qapalı yerdəyişən sınıqları, sol ağciyərin yuxarı və aşağı paylarında əzilmiş- cırılmış yaralar ilə müşayiət olunan sol tərəfdən İİ-İX qabırğaların sınıqları, sağ və sol qalça sümüklərinin sınıqları, alın, sağ gicgah nahiyəsinin, sağ qulaq seyvanının, sağ göz qapaqlarının, sağ almacıq nahiyəsinin, sağ yanaq nahiyəsinin, çənəaltı nahiyənin, döş qəfəsinin ön və solyan səthinin, qarnın sağ və sol yarısının ön səthinin, sol qasıq nahiyəsinin, sağ və sol milbilək oynağı nahiyəsinin, sağ bazunun, sağ dirsək oynağı nahiyəsinin, sağ saidin, döş qəfəsinin sol yarısının arxa səthinin, sol bazu oynağı nahiyəsinin, sağ əlin arxa səthinin, sağ və sol diz oynağı nahiyəsinin, sol budun, sol baldırın sıyrıqları, bel nahiyəsinin, sağ və sol əlin arxa səthinin, sağ ayağın iç və bayır topuğunun qançırları kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan 8-12 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən onun hərəkətdə olan avtomobillə vurulması və avtomobilin təkərlərinin onun üstündən keçməsi nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb sağ təpə və ənsə sümüklərinin kəllə əsasına keçən sınıqları nəticəsində beyinin qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır (cild 1, i.v. 68-73). Kompleks məhkəmə-material, maddə və onlardan hazırlanmış məmulatları ekspertizasının 18 may 2020-ci il il tarixli 06/03 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin alt hissəsindən, ön sol tərəfdən, ön bamperin alt hissələrindən və “Opel Astra” markalı **-BV- *** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsindən silinərək götürülmüş paralon süngərlər üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş “BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol tərəfdən silənərək götürülmüş süngərin üzərindən tapılmış tünd göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarından bir ədəd qolsuz gödəkçənin (jilet tipli) tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərində avtonəqliyyata aid lak-boya örtüyünün və hər hansı xarici detalının (təkərlərin, buferin) mikrohissəcikləri və ya sürtünmə izləri yoxdur (cild 1, i.v. 88-94). Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 09 iyul 2020-ci il tarixli 8/814 nömrəli rəyindən görünür ki, “BMW 528 minik” markalı **-YA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X7» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, i.v.106-109). Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X1 təməl prinsiplərindəndir. Cinayət işi materiallaırndan göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin etdiyi Məhkəmə tibbi ekspertizasının 25 avqust 2021-ci il tarixli T187/2021 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı alın, sağ təpə və əıısə nahiyəsində əzilmiş-cırılmış yaralar, sağ təpə və ənsə sümüklərinin kəllə əsasına keçən sınıqları, sağ təpə-ənsə nahiyəsində yumşaq toxumaya qansızma, aralıq nahiyəsində əzilmiş-cırılmış yara, burun əsasında qançır və sıyrıq, burun sümüklərinin sınığı, alt çənə sümüyünün, sağ bud və hər iki bazu sümüyünün qapalı sınığı, sol İİ-İX qabırğaların sınığı, sol ağciyərin yuxarı və aşağı paylarının cırılmış yaraları, sağ və sol qalça sümüklərinin qapalı sınığı sifətin, çənəaltı, döş qəfəsinin ön və sol yan səthinin, qarnın sol və sağ yarısının ön səthinin, sol qasıq, sağ və sol mil-bilək oynağı, sağ bazu, sağ dirsək oynağı, sağ said, döş qəfəsinin arxa səthinin sol yarısının, sol bazu oynağı, sağ əlin arxa səthi, sağ və sol diz oynağı, sol bud və baldırın sıyrıqları, bel, sağ və sol əlin arxa səthinin sol yarısının, sol bazu oynağı, sağ əlin arxa səthi, sağ və sol d oynağı, sol bud və baldırın sıyrıqları, bel, sağ və sol əlin arxa səthinin, sağ iç v bayır topuğun qançırları müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər hamı həyatidir, ölümdən qısa müddət əvvəl yetirilmiş, küt yaranma mexanizmir malik olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci ile hərəkətdə olan avtomobillə piyadanın vurulması və onun üzərindən keçmə nəticəsində əmələ gəlməsi mümkündür. Belə ki, hər iki bazu və sağ bı sümüyünün qapalı yerdəyişən sınıqları avtomaşının qabarıq hissələri i piyadanın vurulması zamanı ağır açıq kəllə-beyin travması, qabırğalar sınıqları, ağciyərin cırılması və bədənin çoxsaylı sıyrıq və qançırları ilk zərbədən sonra bədənin zərblə yol örtüyünə çırpılması, avtomaşının alt hissə ilə zərərçəkmişin yol örtüyü üzərində sürüklənməsindən yaranmağa uyğı gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı onun bədə üzərindən bir neçə avtomobilin keçməsini göstərən xəsarət və ya onun izi; aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb olan ağır aç kəllə-beyin travması piyadanın zərbədən sonra zərblə yol örtüyünə çırpılıması və avtomobilin alt səthi ilə zərərçəkmişin yol örtüyü üzərində sürüklənməsindən yaranmışdır. Apellyasiya baxışı zamanı dəvət edilmiş ekspert Abbasov Fəxrəddin oğlu Məhkəmə tibbi ekspertizasının 25 avqust 2021-ci il tarixli T187/2021 nömrəli rəyini təsdiq edərək ifadəsində və suallara cavab verərək göstərmişdir ki, şəxsdə bud sümüyünün sınığı, baldır sümüyünün sınması, piyada oturaq vəziyyətdə olarkən baş verib. Vurularkən oturaq vəziyyətdə olub. Sonra maşının altında sürüklənmişdir və başqa yaralar da əmələ gəlmişdir. Sürüklənmədə qabırğada, sol ağ ciyərdə, eyni zamanda kəllə sümüyündə ciddi xəsarətlər əmələ gəlmişdir. Bunlar hamısı həyati təhlükəli xəsarətlər olmuşdur. Xəsarətlər tam vertikal vəziyyətə uyğun gəlməmişdir. Vurulan piyada hərəkətdə olan piyada olmayıb. Elə bir texnologiya yoxdur ki, 2-3 saniyə ərzində hansı yaranın birinci, hansının sonradan əmələ gəldiyini aşkarlasın. Bu indiki dövrdə mümkün deyil. Üstündən bir neçə avtomobilin keçməsi halı aşkarlanmamışdır. Kəllə beyin sümüyü ilk zərbədən də qırıla bilər, zərbədən sonra sürüklənən zaman da qırıla bilər. Xəsarətlərin hamısı həyati olmuşdur. Xəsarətlər qısa zaman kəsiyində baş verən xəsarətlərdir. Bir neçə saniyə ərzində baş vermişdir. Bir maşının vurması nəticəsində baş vermiş xəsarətlərdir. Maşının təkərləri şəxsin üzərindən keçməmişdir. 2 təkərin arasında qalıb sürüklənmişdir. Ona görə də bir çox sümüyü sınmışdır. Hadisənin mexanizmi 1 maşın üzərində gedir. Başqa maşın üzərində getmir. Məhkəmə kollegiyası cinayət işi matetiallarını ətraflı araşdıraraq hesab edir ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini qiymətləndirməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə verilmiş ittihamlar üzrə təqsirsiz olması nəticəsinə gəlmiş, lakin məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi qeyd ekspert rəyininəzərə almamış, tədqiq etməmiş və bu rəyə münasibət bildirməmiş, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, cinayət işinin materiallarında olan yol-nəqliyyat nadisəsi ekspertizasının 09 iyul 2020-ci il tarixli 8/814 N-li rəyində göstərilmişdir ki, BMW 528 minik markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X7” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 21 fevral 2020-ci ildə saat 02:20 radələrində BakıQuba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 6.5-ci kilometrində idarə etdiyi “BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun orta zolağı ilə Quba rayonu istiqamətində faraların yaxın işıqlarında 70-80 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib yolun ortasında uzanıqlı və hərəkətsiz vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs vuraraq sonuncunun ölümünə səbəb olmuşdur. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair nəticəni əsassız hesab edərək onun əməlinin CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi ilə tam əhatə olunduğu qənaətinə gəlir. Bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin faktiki hallarına, habelə qanunun tələblərinə uyğun olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə protestin dəlilləri əsaslı hesab edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyəsində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 2-ci madəsində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bu əməl cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aid edilir (CM-nin 15.3-cü maddəsi). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v.80). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun ilk məhkumluğunu, ailə vəziyyətini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbi olmaması, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilib, cəzasını ağırlaşdıran hallar olmaması, həmçinin cəza təyininə təsir edə biləcək bütün hallar, o cümlədən, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsəd ilə tətbiqi düzgün müəyyən edilməlidir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən edilir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyəsində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunun mənasına görə, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanı - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilərək saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilmiş, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd açıq qəhvəyi rəngli üzərində düymə əlavələri olan uzunqol jaket, 01 ədəd qara rəngli üzərində tünd-boz rəngli naxışlı sviter, 01 ədəd qara rəngli papaq, 01 ədəd tünd göy rəngli üzərində tikiş əlavəli, iki ədəd yan cibli zəncirbəndli qolsuz gödəkçə (jilet tipli), 01 ədəd qara rəngli üzərində qəhvəyi rəngli naxışlı iki ədəd arxa, iki ədəd yan cibli, bel hissəsində qara rəngli kəmər əlavəli şalvar, 01 ədəd tünd boz rəngli kənar hissəsində ağ rəngli parça əlavəli idman şalvarı, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd boz rəngli qolsuz mayka, 01 cüt qara rəngli corab və 01 cüt qara rəngli üzərində ip əlavəli qış ayaqqabısı maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs hüquqi varisi X3 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, apellyasiya protesti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli, yeni hökm çıxarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 30 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 180 manat (30x6) məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi “Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350, 353, 356, 397.1, 397.2, 398.1.2.-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası HÖKM E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-9/2022 saylı, 19 yanvar 2022-ci il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Maddi sübutlar – “BMW 528 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi, 01 ədəd açıq qəhvəyi rəngli üzərində düymə əlavələri olan uzunqol jaket, 01 ədəd qara rəngli üzərində tünd-boz rəngli naxışlı sviter, 01 ədəd qara rəngli papaq, 01 ədəd tünd göy rəngli üzərində tikiş əlavəli, iki ədəd yan cibli zəncirbəndli qolsuz gödəkçə (jilet tipli), 01 ədəd qara rəngli üzərində qəhvəyi rəngli naxışlı iki ədəd arxa, iki ədəd yan cibli, bel hissəsində qara rəngli kəmər əlavəli şalvar, 01 ədəd tünd boz rəngli kənar hissəsində ağ rəngli parça əlavəli idman şalvarı, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd boz rəngli qolsuz mayka, 01 cüt qara rəngli corab və 01 cüt qara rəngli üzərində ip əlavəli qış ayaqqabısının mərhum Zərərçəkmiş şəxs hüquqi varisi X3 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqi yardım göstərdiyinə görə vəkil Müdafiəçi2 dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi “Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Mirzəli Abbasov Hakimlər: Ramin Qaraqurbanlı Vaqif Mursaqulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar