Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-659/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X4 və X26 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin prokuroru X3, Məhkum - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi5, Məhkum - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi6, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə1 iştirakları ilə, xx xxxxxx 1967-ci il tarixdə Ermənistan Respublikasının Sisyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 27 noyabr 2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 noyabr 2017-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və həbsdən azad olunmuş, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 08 dekabr 2017-ci il tarixli qərarına əsasən, həbsetmənin əvvəli 08 dekabr 2017-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxxx 1977-ci il tarixdə Rusiya Federasiyasının Pskov şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 27 noyabr 2017-ci il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş, 29 noyabr 2017-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və həbsdən azad olunmuş, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 08 dekabr 2017-ci il tarixli qərarına əsasən, həbsetmənin əvvəli 08 dekabr 2017-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 noyabr 2017-ci il tarixdən 29 noyabr 2017-ci il tarixədək onun şübhəli şəxs kimi tutulub həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmış və Təqsirləndirilən şəxs1 qəti olaraq 9 (doqquz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 dekabr 2017-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 27 noyabr 2017-ci il tarixdən 29 noyabr 2017-ci il tarixədək onun şübhəli şəxs kimi tutulub həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılması və Təqsirləndirilən şəxs2 qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs2 08 dekabr 2017-ci il tarixdən 11 yanvar 2018ci il tarixədək həbsdə saxlanıldığı və 11 yanvar 2018-ci il tarixdən hökmün çıxarıldığı 19 fevral 2019-cu il tarixədək ev dustaqlığında olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 dekabr 2017-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə maddi sübut olan 5 ədəd disk cinayət işinin materiallarında saxlanılması, zərərçəkmiş şəxs - mülki iddiaçı Muradlı (Muradov) Elxan Rafiq oğlunun təqsirləndirilən şəxslər - mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı vurulmuş maddi ziyana görə mülki iddiası qismən təmin edilməsi, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs1 vurulmuş maddi ziyana görə 563.549 (beş yüz altmış üç min beş yüz qırx doqquz) manat və ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat, ümumilikdə 563.564 (beş yüz altmış üç min beş yüz altmış dörd) manat, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs2 isə maddi ziyana görə 46.750 (qırx altı min yeddi yüz əlli) manat və dövlət rüsumuna görə 15 (on beş) manat, ümumilikdə 46.765 (qırx altı min yeddi yüz altmış beş) manat tutularaq zərərçəkmiş şəxs - mülki iddiaçı Muradlı (Muradov) Elxan Rafiq oğluna ödənilməsi, qalan hissədə mülki iddianın təmin olunmaması, Zərərçəkmiş şəxs1 mülki iddiası baxılmamış saxlanılması və vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilməsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməsi, hazırkı iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarına əsasən, üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq Ələsgər küçəsi, 12 saylı fərdi yaşayış evinin "xxxx" Bank ASC tərəfindən ipoteka ilə yüklü edilməsi və Abşeron rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, tutmanın ipoteka predmetinə yönəldilməsi nəzərə alınması, Sumqayıt şəhər Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə, 146 saylı fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülməsi, iş üzrə məhkəmə məsrəfləri hesab edilən 300 (üç yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 150 (yüz əlli) manat olmaqla tutularaq dövlət büdcəsinə köçürülməsi, təqsirləndirilən şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınması hökm edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə qohumu Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib neft kompressorları biznesi ilə məşğul olub qazanc verəcəyi adı ilə ona yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2015-ci ilin mart-aprel aylarında Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 3 ünvanının yaxınlığında özü və oğlu Şahid12 vasitəsilə bir neçə dəfəyə ümumilikdə həmin dövrün məzənnəsi ilə 29.503,6 manat təşkil edən 28.000 ABŞ dolları pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda, yəni 29.503,6 manat ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib neft kompressorları biznesi ilə məşğul olub qazanc verəcəyi adı ilə ona yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 09 aprel 2015-ci il tarixdə yaşadığı ünvan 4 ünvanının yaxınlığında həmin dövrün məzənnəsi ilə 12.618 manat təşkil edən 12.000 ABŞ dolları, 02 oktyabr 2015-ci il tarixdə eyni ünvanda həmin dövrün məzənnəsi ilə 13.627,9 manat təşkil edən 13.000 ABŞ dolları pulunu alıb ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs3 xeyli miqdarda, yəni 26.245,9 manat ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə qardaşı oğlu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib şərikli neft kompressorları biznesi ilə məşğul olaraq gəlir əldə edəcəklərinə dair ona yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2015-ci il iyun ayının əvvəlində Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən "Nur Telecom" mağazasında həmin dövrün məzənnəsi ilə 20.992 manat təşkil edən 20.000 ABŞ dolları və şərikli bizneslə məşğul olduqları sifariş verdiyi neft kompressorlarını gömrükdən çıxarıb satdıqdan sonra pulunu qaytaracağına dair yalan vəd verib aldadaraq, 2015-ci ilin iyun ayının sonunda eyni ünvanda həmin dövrün məzənnəsi ilə 31.488 manat təşkil edən 30.000 ABŞ dolları pulunu alıb ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs1 külli miqdarda, yəni 52.480 manat ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə qohumu Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Muradlı (Muradov) Elxan Rafiq oğlunun etibarından sui-istifadə edib Rusiya Fedasiyasında olan mənbələrdən müxtəlif kompressor avadanlıqları, azot çənləri və digər oksigen istehsalı təyinatlı avadanlıqları alaraq İran İslam Respublikasında olan naməlum şəxslərə satıb gəlir əldə edəcəklərinə dair yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 5 ünvanında yerləşən "Caspian Plaza" biznes mərkəzində 22 dekabr 2014-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 78.440 manat təşkil edən 100.000 ABŞ dolları, 10 yanvar 2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 94.128 manat təşkil edən 120.000 ABŞ dolları, 03 iyun 2015-ci il tarixdə Təqsirləndirilən şəxs2 vasitəsilə həmin dövrün məzənnəsi ilə 83.872 manat təşkil edən 80.000 ABŞ dolları, 10 iyun 2015-ci il tarixdə oğlu Şahid12 vasitəsilə həmin dövrün məzənnəsi ilə 52.390 manat təşkil edən 50.000 ABŞ dolları, 22 iyun 2015-ci il tarixdə ünvan 1 ünvanında həmin dövrün məzənnəsi ilə 157.095 manat təşkil edən 150.000 ABŞ dolları, həmçinin qısa müddət ərzində qaytaracağına dair yalandan vəd verib aldadaraq, 20 avqust 2015-ci il tarixdə ünvan 5 ünvanında yerləşən "Caspian Plaza" biznes mərkəzində həmin dövrün məzənnəsi ilə 94.374 manat təşkil edən 90.000 ABŞ dolları, 30 dekabr 2015-ci il tarixdə ünvan 6 ünvanında yerləşən 1 saylı X16 yaxınlığında 40.000 manat, 11 yanvar 2016-cı il tarixdə ünvan 7 ünvanında yerləşən "Nəsimi bazarı"nın yaxınlığında oğlu Şahid12 vasitəsilə 10.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 (Muradova) külli miqdarda, yəni 610.299 manat ziyan vurmaqla dələduzluq etmişdir Həmin hökmündən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı hökmünü ləğv edib, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibi olmadığı üçün onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Həmin hökmündən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Həmin hökmündən Zərərçəkmiş şəxs2 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı hökmündə dəyişiklik edilərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daha ağır cəza təyin edilməsi və onun mülki iddiasının tam həcmdə təmin edilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Həmin hökmündən Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı hökmü Təqsirləndirilən şəxs1 münasibətdə aellyasiya qaydasında dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə ağır cəza təyin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə, 146 saylı fərdi yaşayış evinin üzərinə yenidən həbs qoyulmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(103)-587/2019 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsini 19 fevral 2019-cu il tarixli, 1(101)- 108/2019 saylı hökmü məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi3, Müdafiəçi1 Raqif oğlu, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 1(102)-154/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Təqsirləndirilən şəxs1 barəsində olan 31 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı məhkum Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmiş, son söz olaraq bəraət verilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı məhkum Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmiş, son söz olaraq bəraət verilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 qeyri-səmimi və yalan ifadələr vermişdir, 3 dəfə şər böhtan adı ilə barəsində əsassız şikayətlər vermişdir, bununla bağlı qərarlar var. Təqsirləndirilən şəxs1 birinci dəfə 2015-ci ilin iyun ayında dükanında ondan 20.000 ABŞ dolları götürmüşdür, verdiyi ifadələr yalandı, onda whatsapp yazışmaları var, o, bununla bağlı sübutları istintaqa da təqdim edib, onlara dəymiş ziyanı qərəzli şəkildə ödəmədiyi üçün ona daha ağır cəza verilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı Zərərçəkmiş şəxs4 ifadə verərək bildirmişdir ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində, eləcə də apellyasiya instansiyası məhkəməsində verdiyi ifadələri və sual-cavabı təsdiq edir. Təqsirləndirilən şəxs1 ona cinayət yolu ilə 28.000 ABŞ dolları ziyan vurmuşdur, hazırda ona vurduğu ziyandan heç bir məbləğ ödənilməmişdir, ona daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı Zərərçəkmiş şəxs3 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır, münasibətləri pis olmamışdır. 2015-ci ilin aprel ayında İlham ondan 12.000 ABŞ dolları pul aldı və üstündə xeyir də verəcəyini dedi. Üstündən 10-15 gün keçsə də, İlham pulu qaytarmadı. Oktyabr ayında İlham malların gömrükdə olduğunu dedi və malları gömrükdən çıxarmaq üçün 13.000 ABŞ dolları da istədi, həmçinin əldə etdiyi xeyri onunla yarı böləcəyini demişdir. O, İlhama inanıb həmin pulu da vermişdir. Oktyabr ayının 20-də İlhamdan iş barədə soruşmuş, İlham hər dəfə bir bəhanə gətirirdi. Bu barədə İlhamın arvadına da demiş, arvadı da narahat olmamağını bildirərək, İlhamın pulu qaytaracağını demişdir. Bundan sonra o, qardaşına bu barədə bildirmiş, İlham onun qardaşı ilə görüşmüş və pulu qaytaracağına söz vermişdir. Lakin bu günə qədər İlham onun pullarını qaytarmamışdır, buna görə də, vurduğu ziyanın ödənilməsini İlhamdan tələb edir. İş materiallarına onun həqiqətən o pulları İlhama verməyi ilə bağlı disk də var, yazışmalar bu gün də telefonunda qalır. Təqsirləndirilən şəxs1 ona cinayət yolu ilə 21.000 ABŞ dolları ziyan vurmuşdur, hazırda ona vurduğu ziyandan heç bir məbləğ ödənilməmişdir. 21.000 ABŞ dollarının Təqsirləndirilən şəxs1 tutularaq ona verilməsi barədə qərar çıxarılmasını və ona daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı Zərərçəkmiş şəxs2 ifadə verərək bildirmişdir ki, birinci instansiya məhkəməsində verdiyi ifadələri təsdiq edir. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 çıxış edərək Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi6 çıxış edərək Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə1 çıxış edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı hökmündə dəyişiklik edilərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daha ağır cəza təyin edilməsi və onun mülki iddianın tam həcmdə təmin edilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru X8 çıxış edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri sübuta yetirilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin olunub-olmamasını məhkəmə kollegiyasının səlahiyyətinə buraxdığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində isə bəraət hökmü qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X13 vasitəsilə tanış olmuşdur. Nazim özü onu Elxanın yanına aparmışdır ki, sonuncu, onun işi ilə maraqlansın. Nazim isə onun özünün qohumudur, Nazimlə münasibətləri hər zaman yaxşı olmuşdur. Elxan Muradovla 2014-cü ilin aprel-may aylarında onun «Caspian plaza»dakı ofisində görüşmüş, Nazim də orada olmuşdur. Söhbət zamanı ilkin olaraq Elxan Muradovun ona 120.000 ABŞ dolları verməsinə dair razılıq əldə edilmişdir ki, həmin pulla o, Rusiyadan və digər xarici ölkələrdən kompressor, azot çənləri və digər avadanlıqlar alıb İrana göndərsin. Qazandığı pulla o, Elxan Muradova da xeyir verməyi öhdəsinə götürmüşdür. Onların arasında olan razılaşmanın mahiyyətinə görə, o, Elxan Muradovun pulları hesabına Rusiyadan və digər ölkələrdən qeyd etdiyi avadanlıqları alıb İranda və Azərbaycanda satışını təşkil edərək, bu işdən qazanc əldə edib Elxan müəllimə də vermək olmuşdur. Onlar aralarında əldə olunan qazancı yarıbayarı bölməyə razılaşmışlar. Həmçinin razılaşmaya görə, həm o, həm də Elxan Muradov onların işlərində vasitəçilik etdiyi üçün qazancdan dəqiq olmayan məbləğdə xeyrin Nazimə verəcəklərinə dair razılaşmışlar. Beləliklə, ilk olaraq Elxan müəllim öz ofisində 2014-cü ilin təxminən may ayının ortalarında Nazimə 100.000 ABŞ dolları verib onun üçün göndərmişdir. O, həmin pulu Saray qəsəbəsində olan evində Nazimdən qəbul etmiş və işə başlamışdır. Əvvəlcə Rusiyaya gedərək oradan İrana oksigen çənləri göndərməyə başlamışdır. Qaraçay Çərkəz Respublikasından 4 azot çənini cəmi 32.000 ABŞ dollarına alaraq burada anbarda saxlanılıb test olunmasını təşkil etmişdir. Həmin çənləri Mahacqalada olan “OOO Oktay” broker firmasının vasitəsilə İrana 2015-ci ilin yanvar ayından yola salmış, İranda həmin malı İranın Astara rayonunun sakini olan Səyavuş adlı İran vətəndaşı qəbul etməklə həmin 4 çənə görə 50.000 ABŞ dolları pul göndərməyi öhdəsinə götürmüşdür. Səyavuş mütəmadi olaraq aldığı malın pulunu Rusiyaya ona göndərmişdir. Elxan Muradovdan aldığı 100.000 ABŞ dollarının qalan 68.000 dollarına isə o, Nijni Novqorod və Tula şəhərlərindən Bakıya kompressor və ehtiyat hissələri alıb göndərmişdir. Bunları təsdiq edən müvafiq sənədlər vardır. 2014-cü ilin təxminən iyun-iyul aylarında X21 vasitəsilə ona 120.000 ABŞ dolları göndərmiş, həmin pulu Nazimdən onun yaşadığı Biləcəri qəsəbəsindəki evindən götürmüşdür. Həmin 120.000 ABŞ dollarına o, Rusiyanın Kaluqa, Samara, İjevsk, Yaroslav və Ukraynanın Çernovçı şəhərlərindən kompressorlar və ehtiyat hissələri, azot, oksigen çənləri alıb Bakıya göndərmiş, bunları da təsdiq edən müvafiq sənədlər vardır. İfadəsini davam etdirən Təqsirləndirilən şəxs1 göstərmişdir ki, təxminən 2014-cü ilin dekabr ayında Elxan müəllim Nazimlə birlikdə onun yaşadığı Saray qəsəbəsindəki evinə gəlmiş, həyətdə Elxan Muradov ona 140.000 ABŞ dolları vermiş, beləliklə də, ona verilən pulun ümumi məbləği 360.000 ABŞ dolları təşkil etmişdir. Həmin vaxt Elxan Muradov öz aralarında bir müqavilə olmasını təklif etmişdir. Həmçinin Elxan təklif etmişdir ki, ona söz verdiyi xeyir gecikdiyindən 360.000 ABŞ dollarının üzərinə onun almadığı, lakin indiyə qədər aldığı pula görə yığılmış qazancın məbləği olan 120.000 ABŞ dolları da əlavə edilsin. Bundan başqa, qaytaracağı pulun sonuna qədər Elxan ona hər ay üçün 25.000 ABŞ dolları verilməsini istəmişdir. Yəni Elxan ona bildirmişdir ki, həmin vaxta qədər verilən 360.000 ABŞ dolları pula görə hər ay üçün 25.000 ABŞ dolları ödəməlidir. 25.000 ABŞ dollarının faiz kimi ödənilməsi nəzərdə tutulmuş, xeyrin qalan məbləğinin isə ona qalmasını razılaşmışlar. Elxan həm də qeyd etmişdir ki, verilmiş pullar ona və qardaşı Etibar Muradova məxsus olduğundan, həmin müqaviləni tərtib edib qardaşına göstərmək istəmişdir ki, qardaşı pulla bağlı haqq-hesab edəndə düz gəlsin, buna görə də müqavilədə və qəbzdə 480.000 ABŞ dolları qeyd olunmuş, o da, həmin pulu almağını imzalamışdır. Faktiki olaraq isə o, Elxandan həmin vaxtadək 480.000 ABŞ dolları deyil, 360.000 ABŞ dolları almışdır. Həmin vaxt o, belə başa düşmüşdür ki, Elxan özü və qardaşı arasında olan problemi həll etmək üçün məbləği artıq göstərir. Elxan və qardaşı imkanlı şəxslər kimi özlərini təqdim etdikləri üçün Elxanın gələcəkdə ona qarşı bu müqavilədən istifadə edə biləcəyi ağlına gəlməmiş və buna görə də həmin şərtlərlə razılaşmışdır. Sonuncu verilən 140.000 ABŞ dollarına o, Rusiya və Ukraynadan kompressorlar, ehtiyat hissələri almış, bu mallar da Bakıya və İrana göndərilmişdir. Nazim bütün prosesdə onunla birgə olmuş, malların alınmasında, yüklənməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinə görə, 2015-ci ilin təxminən iyun ayında Elxan müəllim ona verilməsi üçün 80.000 ABŞ dolları pulu Nazimə vermiş, Nazim də həmin pulu Saray qəsəbəsinə gətirib evində ona vermişdir. Daha sonra, yəni təxminən 1 ay keçmiş «Semaşko» xəstəxanasının yaxınlığında Elxan müəllim ona 40.000 manat pul vermişdir. Bu zaman Elxan ondan təkidlə qazanc tələb etdiyindən və həmin vaxt qazanc verə bilmədiyindən, Elxanın ona verdiyi 40.000 manatı qazanc kimi 40.000 ABŞ dolları hesablaşmışlar. Son dəfə aldığı 80.000 ABŞ dolları və 40.000 manatı da o, Rusiyadan neft sahəsinə aid zadvişkalar, muftalar, ventillər alıb gətirmiş, həmin malları da hazırda həyətindəki anbarında saxlayır. Təqsirləndirilən şəxs1 ifadəsində daha sonra göstərmişdir ki, 2016-cı ilin iyun-iyul ayında qeyd olunan malların Azərbaycana gətirilməsi ilə bağlı 129362, 145068 nömrəli gömrük bəyannamələrini o, istintaqa təqdim etmişdir. Bu malların içində arqon-azot, maye-azot ventilləri vardır ki, həmin avadanlıqların birinin qiyməti 800-1.000 ABŞ dolları təşkil edir. 2015-ci ilin avqust ayında kompressorların satışında problemlər yaranmış, onun işləri dayanmışdır. Əliyusif Zeynalov adlı uzaq qohumu ona Qazaxıstanda rels işi təklif etmişdir. Əliyusif ona təklif etmişdir ki, orada 40.000 ton rels vardır, onlar metallalom kimi satılır, müştəri tapa bilsə, onları satmaq mümkündür. O da, Pakistanda alıcı tapmış, həmin alıcı ilə danışıb malın hər tonunu 265 ABŞ dollarına Həştərxan portunda müştəriyə təhvil verməyi razılaşmışdır. Onun isə hər tona görə 205 ABŞ dolları xərci çıxacağı, hər tonda əlavə 60 dollar ona qazanc qalacağını hesablanmışdır. Buna görə də, Qazaxıstana getmiş, həmin biznesdə Elxan Muradovdan aldığı pulun bir senti belə xərclənməmişdir. Lakin Qazaxıstanda həmin biznes işləri alınmamış, o, həmin biznesdə pul itkilərinə məruz qalmışdır. Belə ki, Əliyusifin onu tanış etdiyi şəxslər, yəni Aydın Əlyev, Faiq Zamanov və Nəriman adlı şəxslər onu aldatmışlar. Qazaxıstanda heç bir rels ala bilməmişdir. Həmin şəxslərin onu tanış etdiyi Valeri Xabalov adlı şəxsə 3 vaqon nümunə relslər üçün 41.500 ABŞ dollar pulu sonuncunun şirkətinə köçürmüşdür. Həmçinin, onun söz verdiyi ticarət baş tutmadığı üçün Pakistanlı müştəriyə cərimə olaraq 120.000 ABŞ dolları ödəmişdir. 2016-cı ilin yanvar ayında Elxan Muradova telefonla zəng edərək evinin kreditinin ödənişi ilə bağlı 10.000 manat pul lazım olduğunu bildirmiş, özü Qazaxıstanda olduğundan, Elxan həmin pulu oğlu Samirə vermiş, Samir də həmin pulu evin krediti üçün banka ödəmişdir. Bundan sonra Elxan Muradov başqa adamlara borcu olduğunu, həmin adamların inanması üçün girov əmlak qoymaq lazım olduğunu ona bildirmişdir. O, öz problemlərini də həll etmək, evinin kreditlərini bağlamaq, kompressorlarla bağlı işi davam etdirmək, ustaların pulunu ödəmək üçün əlavə olaraq ona 140.000 ABŞ dolları lazım olduğundan, həmçinin Elxan Muradov həmin pulu ona verəcəyini vəd etdiyindən, 11 ədəd kompressoru Elxanın dediyi yerə apardaraq qoymuşdur. Eyni zamanda üzləşmə aktı adlı sənədə də imza etmiş, orada Elxan Muradova 510.000 ABŞ dolları borcu olması barədə qeydi də öz xətti ilə yazmışdır. Həmin qeydi yazmağı ondan Elxan Muradov xahiş etmiş, yəni Elxanın borclu olduğunu dediyi adamın rahat olması üçün bunu etmişdir. Əslində isə, Elxan Muradovun ona iş üçün verdiyi pulun məbləği cəmi 480.000 ABŞ dolları olmuşdur. Elxandan aldığı pullara görə sonuncuya 310.000 ABŞ dolları geri qaytarmışdır. Pulun 90.000 ABŞ dolları Elxana çatdırılmaq üçün Təqsirləndirilən şəxs2 verilmiş, lakin sonradan Elxan Muradov həmin pulu almadığını demişdir. Həmin 90.000 ABŞ dollarının 50.000 dollarını Samirə, 40.000 ABŞ dolları isə o, Nazimə vermişdir. Qalan 220.000 ABŞ dollarını isə o, hissə-hissə Elxanın özünə şəxsən vermişdir. Təqsirləndirilən şəxs1 sözlərinə görə, onun Elxan Muradovu aldatmaq niyyəti olmamış, Elxan özü aldatma yolu ilə onun 11 ədəd kompressorunu alaraq yağışın, suyun altında saxlayır, bu isə külli miqdarda dəyəri olan həmin kompressorların sıradan çıxmasına səbəb ola bilər. Bu hərəkətləri ilə həm də Elxan Muradov həmin kompressorları satıb pullarını ödəməyə maneçilik törədir. Ona elan olunmuş digər ittihamlarla bağlı ifadəsində isə Təqsirləndirilən şəxs1 göstərmişdir ki, qalan məsələlərin hamısı Elxan Muradovla onun problemləri yaranmağa başladıqdan sonra ortaya çıxmışdır. Belə ki, digər zərərçəkmişlərlə onun heç bir problemləri olmamış, bunlar istintaq tərəfindən süni düzəldilmiş qondarma ittihamlardır. Belə ki, Zərərçəkmiş şəxs1 onun qardaşı Rövşənin oğludur, faizə pul verməklə məşğuldur. 2015-ci il iyun ayında Qazaxıstana rels ticarəti üçün getdiyi zaman pula ehtiyacı olduğundan Elxandan faizə pul götürmək qərarına gəlmişdir. Bununla əlaqədar Elxana zəng edib işi ilə əlaqədar 30.000 manat pula ehtiyacı olduğunu demiş və borc pul istəmişdir. Elxanın təklifi ilə sonuncunun işlədiyi «NurTelekom» telefon mağazasına getmiş, həmin vaxt orada Elxandan başqa, sonuncunun satıcısı da olmuşdur. Söhbət zamanı Elxan ona 30.000 manatı verə biləcəyini, lakin hər 10.000 manata görə 5.000 manat əlavə pul almaq şərti ilə verəcəyini söyləmiş, o da, pula ehtiyacı olduğunu üçün razılaşmışdır. Elxana bütün pulları 2015-ci ilin sonuna kimi qaytaracağını demiş, qardaşı oğlu da mağazada ona 30.000 manat pul vermişdir. Sonradan həmin il o, Elxana mağazasında bir dəfə 15.000 manat, sonra 5.000 manat, daha sonra isə 3.000 manat və 2.000 manat olmaqla pullar vermişdir. Ümumilikdə isə o, Elxana 25.000 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 özü ona pulu verdikdən bir müddət sonra təcili pula ehtiyacı olduğunu deyərək verdiyi pulları geri istəməyə başlamış, o da, Elxana razılaşmanı pozduğunu deyib, ondan aldığı pulları hissə-hissə geri qaytarmağa başlamışdır. Onun ümumiyyətlə Zərərçəkmiş şəxs1 5.000 manat borcu qalmışdır. Qardaşı oğlu isə pulun qaytarılmasının gecikdirilməsini bəhanə edib əlavə faizlər hesablamış, 5.000 manata görə faizlərin şişdiyini və 20.000 manat olduğunu deyərək həmin məbləği ondan tələb etmişdir. O, əvvəlcə etiraz etsə də, sonradan Elxanın başqaları ilə birlikdə evinə basqın etməsi, ona və ailəsinə hədə-qorxu gəlməsi səbəbindən ehtiyat edərək Elxana həmin pulu verməyə məcbur olmuşdur. Həmin ərəfədə ticarət işləri ilə əlaqədar Qazaxıstana getdiyindən və orada işləri alınmadığından Elxanın pulunu verə bilməmişdir. Bununla əlaqədar onların arasında narazılıq yaranmışdır. Elxan onun Ceyranbatan qəsəbəsində yolun kənarında yerləşən kommersiya təyinatlı üzərində tikili olan 6 sot icarə torpaq sahəsinin olmasını bildiyindən, o, Qazaxıstanda olarkən Elxan həmin torpağı onun adına keçirtməyi təklif etmiş, həmin obyekti satıb öz pulunu götürərək, artıq qalan pulu ona qaytaracağını bildirmiş, o da, əlacsız qaldığından həmin təkliflə razılaşmışdır. Bu məqsədlə oğlu Samirə etibarnamə göndərmiş, həmin etibarnamə əsasında torpaq və obyekt notariat kontorunda Elxanın adına keçmişdir. Bundan sonra dəfələrlə Elxanla əlaqə saxlayıb torpağın satılıbsatılmamasını soruşmuş, lakin Elxan müştəri tapılmadığını ona bildirmişdir. Sonradan o, Qazaxıstanda olarkən Elxan dəfələrlə ailəsinin yanına gəlib onları hədələmiş və pul istəmişdir. Bir müddət sonra o, Azərbaycana qayıtmış, Elxanla görüşündə, sonuncu, onun borcunun şişib 50.000 dollar olduğunu söyləmişdir. O, Elxanın hərəkətlərinə narazılığını bildirsə də, sonuncu, onun qardaşı oğlu olduğundan, eyni zamanda onu və ailəsini hədələdiyindən razılaşmağa məcbur olmuşdur. Onun neft kompressorları biznesi ilə bağlı Elxan Muradovla şərikli biznesi olmuş, həmin biznesin qardaşı oğlu Zərərçəkmiş şəxs1 heç bir aidiyyəti olmamışdır. Həmin biznesini genişləndirmək üçün o, qardaşı oğlundan faizə 30.000 manat pul almış, onun da 25.000 manatını qaytarmışdır. Zərərçəkmiş şəxs1 50.000 dollar pul almamışdır. Zərərçəkmiş şəxs3 ilə bağlı epizod üzrə ifadəsində Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, Gülnazı təxminən 15-20 il əvvəldən tanımış, münasibətləri hər zaman yaxşı olmuşdur. Təxminən 2012-2013-cü ildə tanışı Şahid10 adlı şəxsin təklifi ilə şərikli bizneslərinə pul qoymaq üçün Gülnazdan faizə pul götürmək qərarına gəlmiş, buna görə də Gülnaz 12.000 ABŞ dollarını İlqara borc vermişdir. O da, Gülnaz tərəfindən verilmiş və İlqarla ikisinin biznesinə sərf edilmiş həmin pulu və faizini özü ödəməyə razılaşmışdır. Bu söhbəti İlqar Gülnazla etmişdir. Gülnaz 12.000 ABŞ dolları pulu İlqarın deməsinə görə onlara faizə vermişdir. O da, həmin pulu hər ay üçün faiz ödəməklə ümumilikdə 12.000 ABŞ dolları əsas məbləği və 6.000 ABŞ dolları faiz məbləğini geri qaytarmışdır. Pulun bir hissəsini Gülnaza çatdırması üçün İlqara, qalan hissəsini isə Gülnazın özünə vermişdir. Sonradan o, Qazaxıstanda olan vaxt Gülnaz yenidən onunla əlaqə saxlamış, iki il ərzində ödədiyi pulun faizini yenidən ondan tələb etməyə başlamışdır. O da, özünün vaxtı ilə etdiyi səhvlərinin üstü açılmaması üçün Gülnaza yenidən pul verməyə razılaşmışdır. Belə ki, onun Gülnazla kişi və qadın kimi yaxın münasibətləri olmuş, 2 aya kimi birlikdə yaşamışlar, bundan sonra İlqar onunla hazıradək yaşamağa başlamışdır. O, Gülnazdan ehtiyat edib onu biabır etməməsi üçün Gülnaza yenidən 8.000 ABŞ dolları əlavə faizlər ödəmişdir. Beləliklə, Gülnaza ümumilikdə 26.000 ABŞ dolları ödəmişdir. Zərərçəkmiş şəxs4 ilə bağlı epizod üzrə ifadəsində Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Familə Əliyusifin və qardaşı Rövşənin baldızıdır, həmçinin zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs1 xalasıdır. O, Zərərçəkmiş şəxs4 heç vaxt hər hansı məbləğdə pul almamış və ona heç bir borcu yoxdur. Familə Əliyusif və Zərərçəkmiş şəxs1 tərəfindən öyrədilmiş şəxsdir və onların sifarişi ilə guya ona pul verməsini yalandan iddia edir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Elxan Muradovu onunla Təqsirləndirilən şəxs2 tanış etmiş və həmin vaxta qədər Elxanı tanımamışdır. Nazim isə onun qayını qızının yoldaşıdır və Nazimə şərikli iş görmək üçün Elxandan aldığı pullardan müəyyən qədər vermişdir. Elxandan ilkin olaraq 100.000 manatı 2014-cü ilin may ayında götürmüş, qalan 120.000 manatı isə 2014-cü ilin dekabr ayının sonunda almışdır. Həmin pulları Rusiyadan alacağı malların behi kimi vermişdir. Elxana may-dekabr aylarında əvvəlcə 60.000 manat, sonra 40.000 manat, ondan sonra yenə 25.000 manat və sonda yenə 25.000 manat pul vermişdir. Elxandan aldığı puldan 33.000 ABŞ dollarını Nazimə vermişdir. O, Elxana çatmalı olan 90.000 ABŞ dollarını Nazimə vermiş, həmin pulu Nazim Elxana çatdırmağı öhdəsinə götürmüşdür. Elxanla aralarında mübahisə 2015-ci ildən başlamışdır. O, Nazim və Elxan birlikdə görüşmüş, həmin vaxt Nazim aldığı 90.000 ABŞ dollarını Elxana verdiyini, Elxan da həmin pulu aldığını etiraf etmişdir. O, Elxandan ümumilikdə 480.000 ABŞ dollar pul almışdır. Həmin avadanlığın zavod qiyməti 96.000 ABŞ dollarıdır. Avadanlıqlar 2015-ci ilin sonlarında Farizin həyətinə yığılmışdır. Elxana sonralar hər ay 25.000 ABŞ dollar pul vermişdir. Elxan Muradova 100.000 ABŞ dolları verəndən sonra, sonuncu, onu 1.000.000 ABŞ dolları məbləğində maliyyələşdirəcəyinə söz vermişdir. Elxandan aldığı puldan o, Zaura verməmişdir. Sonuncu dəfə 2015-ci ilin iyun ayında kompressor gətirmişdir. Elxanla dəmir alveri edilməsi barədə söhbəti olmamışdır. Onun Gülnaza hər hansı borcu qalmamışdır. O, Əliyusif barədə şikayət edəndən sonra Familə ortaya çıxmış, nəyə görə Əliyusifdən şikayət etdiyini ona irad tutaraq, bunun əvəzi olaraq onu da şərləyib tutduracağını bildirmişdir. Qazaxıstanda olduğu müddətdə Zaur onun yanına gəlmiş və orada olan görüşlərdə iştirak etmişdir. O, 700.000 ABŞ dolları ilə Bakıya gələcəyini heç kəsə deməmişdir. O, Elxandan pulu biznes qurmaq üçün almış, həmin pulu da avadanlıqlara vermişdir. Elxana olan borcundan imtina etmir, həmin pulları ödəyəcəkdir. Təqsirləndirilən şəxs1 ona verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, kompressorların Azərbaycana gətirilməsi 15-16 min ABŞ dollarına başa gəlmiş, lakin onların birinin tam işlək vəziyyətə gətirilməsi üçün 28-29 min ABŞ dolları xərc çəkmək lazım olmuşdur. İstintaq zamanı o, gömrük bəyannamələrini təqdim etmişdir. X14 pul istəməsi barədə onun xəbəri olmamışdır. Elxandan alınmış pullar barədə Zaura o, məlumat verməmişdir. Qazaxıstanda ona 200.000 ABŞ dolları məbləğində ziyan dəymişdir. Kompressorlar təxminən 28.000 ABŞ dollarına başa gəlmiş, onlar da onu 40.000 ABŞ dollarına satmış, arada qalan məbləğ onların qazancı olmuşdur. Elxandan pul aldıqdan sonra o, Azərbaycana 21 ədəd kompressor gətirmiş, həmin kompressorlar satıldıqdan sonra Elxanın pulunu verəcəkdir. O, Tahir Əmirbəyovu, həmçinin "Exsim" şirkətini tanımır. Gömrükdə həmin kompressorları 3.000 ABŞ dollarına sənədləşdirmişdir. Avadanlığın qiymətini malı gətirən şirkət bəyan etmiş, o, həmin malları yükləmiş və Bakıda qəbul etmişdir. Elxan Muradova verdiyi pullar İran İslam Respublikasına satdığı avadanlıqların puludur. «Xəqani petrol»un yanındakı zavoddan aldığı pulları o, Elxan Muradova vermişdir. O, 40.000, 80.000 ABŞ dollar və 10.000 manat almış, 220.000 ABŞ dolları qaytarmışdır. Üzləşmə aktını Elxanın xahişi ilə imzalamışdır. 510.000 dollar almağı barədə imza etməyi Elxanın xahişi ilə olmuş, bunu o, Fəraizdən vaxt alması üçün etmişdir. 30 dekabr 2015-ci il tarixdə aldığı puldan Zaura pul verməmişdir. Elxandan 2014-cü ilin may ayında 100.000 dollar, 2014-cü ilin dekabrında isə 120.000 dollar almışdır. Birinci pulu aldıqdan iki ay sonra Elxana 60.000 dollar qazanc vermişdir. O, işinin gələcəyini gördüyü üçün Elxanın pulundan qazanc götürmədən öz pulundan Elxana qazanc vermişdir. Zaurun Elxandan pul istəməsi barədə onun xəbəri olmamışdır. Alınmış kompressorlarda Zaurun pulu olmamışdır. "GL" və "Juk" markalı maşınlar satılanda o, burada olmamışdır. Həmçinin, oğlu Samirin onun işləri barədə xəbəri yoxdur. 2017-ci ilin fevral-mart aylarında oğlu Samir və Zaurla çox görüşmüşdür. Rels alveri ilə məşğul olmağı ona Əliyusif təklif etmiş, həmin alverdən əldə olunacaq qazancın 5 nəfər - Əliyusif, Faiq Zamanov, Aydın Əliyev, Nəriman və onun arasında bərabər bölünməsi razılaşdırılmışdır. Orada xərclənən pulların hamısını o, çəkmişdir. Valeri Xabalovun hesabına 41.500 ABŞ dolları pul köçürmüşdür. Rels alveri ilə məşğul olmağa gedəndə bu barədə Elxan Muradova deməmişdir. Zərərçəkmiş şəxs1 30.000 manat pul almış, aldığı hər 10.000 manata 5.000 manat Elxana qazanc verəcəyini razılaşmışlar. Zərərçəkmiş şəxs1 pul götürəndə onun artıq Elxan Muradovla iş birliyi olmuşdur. Aldığı pul bir il müddətində onda qalmalı, o da, bunun müqabilində 15 min manat qazanc verməli olmuşdur. Hazırda Zərərçəkmiş şəxs1 mülk vermişdir və ona borcu qalmamışdır. O, Nazimə 33.000 ABŞ dolları pul vermişdir, Nazimə vəziyyətdən asılı olaraq pullar vermişdir. Hazırda onun Nazimə qarşı iddiası yoxdur. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Elxan Muradov 2014-cü ildə onun işlədiyi "xxxx" MMC-nin rəhbəri olmuş, onun özü isə həmin MMC-də təchizat rəisi işləmişdir. Təxminən 2014-cü ilin sonlarında həyat yoldaşının bibisi oğlu Şahid7 ona müraciət edərək bildirmişdir ki, Müdafiə Nazirliyindən tanıdığı bir şəxsdən Türkiyə Respublikasından Azərbaycana hərbi təyinatlı alt geyimlərinin gətirilməsi ilə bağlı sifariş götürmüş və bu işi yerinə yetirmək üçün 100.000 ABŞ dolları pul lazımdır. Zaur həmin işi yerinə yetirəcəyi təqdirdə yaxşı qazanc əldə edə biləcəklərini söyləmiş və həmin məqsədlə onu müdiri X12 ilə görüşdürməyi xahiş etmişdir. O, əvvəlcə bunu etmək istəməsə də, sonradan Zaurun əl çəkmədiyini görüb razılıq vermişdir. 2014-cü il dekabr ayının sonlarında o, Şahid7 Elxan Muradovla görüşdürmüşdür. Görüş zamanı Şahid7 gətirdiyi iki ədəd maykanı nümunə kimi Elxan Muradova göstərərək bildirmişdir ki, 100.000 ABŞ dollarına bu kimi alt paltarları Türkiyədən alıb Müdafiə Nazirliyinə satarlarsa, yaxşı qazanc əldə etmək olar. Bundan başqa, Şahid7 Dubaydan televizor alıb gətirərək «Sədərək» Ticarət mərkəzində satıb yaxşı qazanc əldə edə biləcəklərini demişdir. Elxan müəllim həmin təkliflərin heç birinin öz profili olmadığını, maraq kəsb etmədiyini bildirib bu işlərə pul ayıra bilməyəcəyini demişdir. Bu zaman Şahid7 üçüncü təklifini verərək Rusiya Federasiyası ilə sıx əlaqələri olan yaxın adamı vasitəsi ilə neft avadanlıqları kompressorlar, azot çənləri, oksigen avadanlıqları alıb İran İslam Respublikasında satmaqla külli miqdarda qazanc əldə etmək imkanlarının olduğunu demişdir. Bu təklifə isə Elxan “maraqlı ola bilər” cavabını vermişdir. Şahid7 alacağı sərmayə pulun müqabilində özünə məxsus 2010-2011-2012-ci illərin buraxılışı olan üç ədəd “Mercedes Sprinter” markalı avtomobilləri girov qoyacağını bildirmişdir. Zaur getdikdən sonra Elxan Muradov həmin avtomobillərə baxış keçirməyi ona həvalə etmiş, həmin avtomobillərə baxış zamanı məlum olmuşdur ki, avtomobillər 2006-2007-ci illərin istehsalıdır və biri Zaurun, digərləri isə tanımadığı başqa şəxslərin adınadır. O, maşınlara baxıb il fərqinə görə Zaura narazılıq edəndə, sonuncu, ona bildirmişdir ki, Elxan ümumiyyətlə bunların istehsal illərinə baxan deyil, buna görə də, həmin maşınları onun adına keçirsin, o da, bunları istədiyi yerdə girov olaraq saxlasın. O, bu barədə Elxan Muradova bildirmiş, sonuncu da, onunla razılaşaraq Zaurun təkliflərinə birdəfəlik rədd cavabı vermişdir. Bundan sonra Zaurla görüşəndə, yalan məlumat verdiyinə görə görəcəyi işlərə Elxan müəllimin inanmadığını və pul verməyəcəyini bildirmişdir. Bu zaman Zaur demişdir ki, ona inanmasa da, kompressorla bağlı pul Təqsirləndirilən şəxs1 veriləcək, onun əli pula dəyməyəcəkdir. Təqsirləndirilən şəxs1 onun arvadının bibisi əri olduğu üçün İlhamı əvvəldən tanımışdır. İlhamın nəsildə imkanlı, belə avadanlıqların alqı-satqısı ilə məşğul olan adam olduğunu bilmişdir. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs1 “Honda Pilot” markalı maşınla gələrək onunla görüşmüş və sakit səslə ondan “nə oldu, pul alınmadı?” deyə soruşmuşdur. Bu zaman o, İlhamın nə deməsini başa düşməmiş və dəqiqləşdirmək üçün hansı puldan söhbət getdiyini soruşmuşdur. İlham da ona Zaurun müdiri Elxana kompressor almaq üçün müraciət etdiyi pul barədə soruşduğunu bildirmişdir. O, cavabında Zaurun girov qoyduğu maşınların ilinin düz gəlmədiyini, ona görə də pul verilməyəcəyini demişdir. İlham onu Elxan Muradovla görüşdürməyi təklif edərək, qalan işlərin özünün həll edəcəyini söyləmişdir. O, İlhamı sözünə düz və işgüzar adam kimi tanıdığından, belə görüşü təşkil etməyə razılıq vermişdir. İlhamla yaxın münasibətləri olmasa da, sonuncu, hər zaman məclislərin başında ağsaqqallarla birlikdə əyləşib özünü böyük və inamlı adam kimi apardığından ona inanmışdır. Buna görə də, o, həmin təklifi Elxan Muradova bildirmiş, maraqlandığı kompressor məsələsinin birbaşa icraçısının Təqsirləndirilən şəxs1 olduğunu və onunla görüşmək istədiyini demişdir. Elxan bu görüşə razılıq vermiş, onların ilk tanışlığı Elxangilin evinin yanında 3-5 dəqiqəlik olmuş, Elxannın təklifi ilə görüşü ofisdə keçirməyə razılaşmışlar. Təxminən 1-2 gün sonra 2014-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs1 ofisə gəlmiş, özü ilə əl çantasında planşet də gətirmiş və Elxan müəllimə bütün kompressorları, müqavilələri göstərərək, sonuncunu guya 140 ədəd kompressora «SOCAR»-dan sifarişi olmasına inandırmışdır. Elxan müəllim «SOCAR»da maliyyə və ödəniş çətinliyi olduğuna görə razılıq verməmiş, belə olanda İlham həmin avadanlıqları İrana satacağına Elxanı inandırmışdır. Buna görə də, X22 təklifinə razılıq vermişdir. Həmin vaxt o da, Zaurun təkliflərinin qəbul edilməyib daha real hesab etdiyi İlhamın təklifinin qəbul edildiyi üçün İlhama inandığını təsdiq edərək bu işin alınacağına əminliyini bildirmiş, İlhamın birbaşa bu işlə məşğul olduğunu, düz adam olduğunu Elxana söyləmişdir. Təqsirləndirilən şəxs2 daha sonra ifadəsində bildirmişdir ki, sonrakı gün axşamüstü o, işdən çıxıb İlhamın Saray qəsəbəsində olan evinə getmiş, İlham ona həyətində düzəltdiyi kompressor yığma sexini, avadanlıqları, hazır kompressorları göstərmişdir. O da, bu barədə Elxana məlumat vermişdir. 2014-cü ilin dekabr ayının 22-də İlham yenə onların ofisinə gəlmiş və onun iştirakı ilə Elxan Muradov heç bir yazışma aparmadan, biznesə dəstək üçün İlhama 100.000 ABŞ dolları məbləğində pul vermişdir. Danışıqlara görə, İlhama 220.000 ABŞ dolları pul verilməsi razılaşdırılmış və 2015-ci ilin yanvar ayının 15dək həmin məbləğ Elxan Muradov tərəfindən İlhama onun iştirakı ilə verilmişdir. Razılaşmaya görə, əldə olunan qazancdan Elxana 60.000 dollar pul verilməsi qərara alınmış, 2015-ci ilin aprel ayının sonunadək həmin məbləğdən Elxan ona 10.000 dollar verəcəyini bildirmişdir. Onun iştirakı ilə İlhamla Elxan razılığa gəlmişlər ki, İlham Elxanın pulları hesabına Rusiya və digər xarici dövlətlərdən kompressor avadanlıqları və digər bu kimi malları alıb İrana satmaqla gəlir əldə etməli, bu məbləğlər başqa heç yerə sərf edilməməlidir. Təxminən 2015-ci ilin yay aylarında Şahid7lə görüşərkən, sonuncu ona Təqsirləndirilən şəxs1la birlikdə İrandan Azərbaycana bir TİR kafel-metlax və santexnika malları gətirdiklərini bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1la görüşərkən ondan Şahid7lə birlikdə işləyib-işləmədiyini soruşmuş, sonuncu, Şahid7lə müəyyən işlər apardıqlarını söyləmişdir. Bir müddət sonra eşitmişdir ki, pul və mallarla əlaqədar onların arasında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs2 ifadəsinə görə, 2015-ci ilin may ayında İlham Zərərçəkmiş şəxs1 dövriyyədə 200.000 dollar pul olduğunu, Rusiyanın İrkutsk şəhərindən neft avadanlıqlarının gətirilməsi üçün ümumilikdə 480.000 ABŞ dolları lazım olduğunu söyləyərək, əlavə 280.000 ABŞ dollar veriləcəyi təqdirdə, həmin avadanlığı İrana bir milyona sata biləcəyi ilə bağlı Elxanın razılığını almış, İrkutskda olan zavoda 60.000 dollar beh verdiyini demişdir. Elxan hər ay ona 25.000 dollar xeyir verilməsi şərti ilə İlhamın təklifinə razılaşmışdır. Bundan sonra Elxan Muradov 03 iyun 2015-ci ildə İlhama verilməsi üçün ofisdə ona bağlamada pul vermişdir. O da, həmin pulu götürüb bir neçə saat sonra İlhamla yaşadığı evinin yaxınlığında görüşmüş və İlham ondan pulu götürmüşdür. İlhamın həmin pulu qəbul etməsini Elxan da İlhamdan dəqiqləşmişdir. Sonradan Elxanın ona deməsindən və Zaurla İlhamın arasında tərtib edilmiş sənədlərdən bilmişdir ki, 10 iyun 2015-ci ildə ofisdə Elxan İlhamın tələbi ilə sonuncunun oğlu Şahid12 atasına çatdırmaq üçün 50.000 ABŞ dolları vermişdir. Növbəti dəfə 22 iyun 2015-ci ildə 150.000 dollar pulu Elxan Muradov onun iştirakı ilə Təqsirləndirilən şəxs1 sonuncunun yaşadığı evdə vermişdir. Sonuncu məbləğ veriləndə Elxan Muradov bildirmişdir ki, məbləğ böyükdür, formal da olsa, bir sənəd yazılmalıdır. Buna görə də, 150.000 ABŞ dolları İlhamın Saray qəsəbəsində olan həyət evində sənədləşdirilmiş və iştirakçılar hamısı həmin sənədi imzalamışdır. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 2015-ci ilin sentyabr ayında İrkutski vilayətinə deyil, Qazaxıstan Respublikasına getmiş, Elxandan aldığı pulu kompressor işinə deyil, 100.000 ton rels alverinə sərf etmişdir. Bu məlumat ona belə məlum olmuşdur ki, həmin ərəfədə o, nə qədər İlhamla əlaqə saxlamaq istəsə də, İlham ona çox nadir hallarda cavab vermiş, onu adətən Samirin üstünə yönəltmişdir. Samir özü də atasının Qazaxıstana getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 daha sonra bildirmişdir ki, 2016-cı ilin fevral ayında Şahid7 ona zəng edərək Elxan Muradovla təcili görüşdürməyi xahiş etmişdir. Həmin şəxsləri görüşdükdə X23 Təqsirləndirilən şəxs1 sonda nə qədər pul verdiyini soruşmuş, Elxan Təqsirləndirilən şəxs1 480.000 ABŞ dolları verdiyini bildirmişdir. Şahid7 kənarda ona bildirmişdir ki, X33 Xıdırova 480.000 ABŞ dollarından başqa əlavə pullar da vermişdir. Şahid7 həmçinin bildirmişdir ki, İlham onun iştirakı olmadan Elxan Muradovla dəfələrlə görüşmüşdür. Onların ayrılıqda görüşmə səbəbini soruşduqda Zaur bildirmişdir ki, Təqsirləndirilən şəxs1 sərmayə pul almaq məqsədi ilə Elxan Muradovun yanına o, göndərmiş, Təqsirləndirilən şəxs1 Elxan Muradovdan aldığı pullardan Zaura da pay vermişdir. Buna aydınlıq gətirmək məqsədi ilə o, Təqsirləndirilən şəxs1 oğlu Şahid12 zəng edərək, Təqsirləndirilən şəxs1 Şahid7 hansı məqsədlə pul verdiyini soruşduqda, Samir bildirmişdir ki, bu barədə heç bir məlumatı yoxdur, bunu atasından soruşsun. Sonradan o, Təqsirləndirilən şəxs1 zəng edərək Şahid7 hansı səbəbdən pul verməsini soruşduqda, İlham bildirmişdir ki, onun Zaurla öz hesabkitabı vardır, Qazağıstanda rels işinə 400.000 ABŞ dolları sərmayə qoyaraq bir nəfər qohumu ilə birlikdə işləyir, həmin şəxs çox güclü və imkanlı adamdır, Elxan həmin şəxsin yanında heç kimdir, narahat olmasın, işi tamamlayıb qayıdacaq, Elxanın pulunu artıqlaması ilə qaytaracaqdır. Sonradan o, Şahid12la görüşdükdə, sonuncu, bir nəfər qohumunun onlara rels işi verdiyini və atasının həmin işə 400.000 ABŞ dolları sərmayə qoyduğunu, 3 aydan sonra atasının Azərbaycana Əliyusif adlı bir qohumu ilə 2.000.000 ABŞ dolları qazancla qayıdacağını bildirərək onu arxayın etməyə çalışmışdır. O, bu barədə müdiri Elxan Muradova da məlumat vermişdir. Bir neçə vaxtdan sonra Şahid7 ona «WhatsApp»la zəng vuraraq guya Dubayda olmasını bildirmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Zaur Qazaxıstandadır və Təqsirləndirilən şəxs1la birlikdə Azərbaycana televizorlar alıb göndərmək üstündə işləyirlər. Bir müddət sonra Şahid7 sözlərindən ona məlum olmuşdur ki, Zaur Bakıya qayıtmış və Təqsirləndirilən şəxs1 iki ədəd avtomobilini satdıqdan sonra yenidən Qazaxıstana getmişdir. Daha sonra, o, Anapa şəhərində olarkən məlumat almışdır ki, Təqsirləndirilən şəxs1 Elxan Muradovdan əlavə olaraq bəzi işlər üçün 140.000 ABŞ dolları borc istəmişdir. Sonradan Təqsirləndirilən şəxs1 həmin pulu nə üçün istədiyini Elxandan soruşduqda, sonuncu bildirmişdir ki, İlham həmin pulu bankda girovda olan evinin tam borcunun ödənilməsi, ustaların əmək haqlarını, alınan material hissələrinin dəyərinin ödənilməsi üçün istəmişdir. Qeyd olunanlarla əlaqədar, Elxan Muradov ona telefonla zəng edərək Bakıya qayıtmağı və Təqsirləndirilən şəxs1 ondan aldığı pulları nəyə sərf etdiyini araşdırmağı tapşırmışdır. O da, Bakıya qayıdaraq araşdırma aparmış və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 banka 109.000 AZN borcu qalmış və ev hələ də girovdadır. Təqsirləndirilən şəxs1 digər borcları barədə məlumat əldə edə bilməmişdir. Təqsirləndirilən şəxs1 özünün etirafına görə, kompressorların yığılması üçün ustaların əmək haqqına 35.000 dollar, kompressorların hissələrinin alınmasına görə 40.000 ABŞ dolları sərf edilməli olmuşdur. Şahid7 ona deməsinə görə isə, 40.000 ABŞ dolları kompressor hissələrinin alınmasına sərf edilməyəcək, həmin məbləğ Təqsirləndirilən şəxs1 tərəfindən ona Dubaydan Azərbaycana kondisionerlər alınıb gətirilməsi üçün veriləcəkdir. 2016-cı ilin fevral ayında Şahid7 Elxanla görüşəndən sonra, guya Dubaya getdiyini bildirərək onları aldatmış, lakin Qazaxıstana İlhamın yanına getmişdir. O, bunu «WhatsApp-dan göruntülü zəng edərkən bilmişdir. Zaur ona demişdir ki, İlhamın burada dəhşət işi var, 700 min dollarla qayıdacaqdır. Ümumiyyətlə, hesab edir ki, əvvəldən Zaur və İlham, eləcə də digər qohumları Əliyusif Zeynalov və Şahid12 əlbir olaraq Elxandan iş görmək adı ilə pul alıb öz aralarında bölmüş, başqa işlərinə sərf etmişlər. Belə ki, Şahid7 ona dediyinə görə, guya Təqsirləndirilən şəxs1 100.000 ABŞ dolları borc verib, 10 faizdən ayda 10.000 dollar faiz alır. Hesab etmişdir ki, bu sözləri Zaur onları yanlış yola yönəltmək, İlhamdan pulları istəməmək üçün demişdir. Təqsirləndirilən şəxs2 fikrincə, əvvəla Şahid7 belə pulu olsaydı, o, Elxan Muradovdan pul istəməzdi, öz pulunu Müdafiə Nazirliyi ilə işinə sərf edərdi. Həmin dövrdə Zaur Yasamalda ailəsi ilə kirayə evdə yaşamış, 7-8 min dəyərində köhnə “Opel Vectra” sürmüşdür. Elxan Muradovdan pullar alınandan sonra isə Zaurun «Sədərək» bazarında alveri genişlənmiş, Almaniyadan “Mercedes Sprinter” və “Vito”-lar gətirməyə başlamışdır. Elxan Muradovdan pul alındıqdan sonra Zaur özünə “X34”, “DODCE Duranqo”, “Mercedes S Class” markalı maşınlar, Yeni Yasamalda ev almış, Novxanıda bağ evi, «Sədərək» bazarında özünə ayrıca televizor və orqtexnika mağazası açmış, Mehdiabad qəsəbəsində fermer təsərrüfatı yaratmış, Ukraynadan xüsusi sort qoyunlar gətirmişdir. Ona görə də əmindir ki, aldadılaraq Elxan Muradovdan alınan pullara Zaur da şərik olmuş, Təqsirləndirilən şəxs1 öz payını almışdır. Əslində göründüyü kimi, həmin aldatmanın təşkilatçısı Şahid7 olmuşdur. Zaurun həmişə Elxan Muradovdan alınan pullardan, məbləğlərdən, hətta onun bilmədiyi və onun iştirakı olmadan verilən məbləğlər barədə də məlumatı olmuşdur. Eləcə də, Zaur İlhamın bütün hərəkətlərindən, biznes işlərindən xəbərdar olmuş, İlhamı nəzarətdə saxlamışdır. Təqsirləndirilən şəxs2 sözlərinə görə, onun ümumiyyətlə Elxanın pulunu ələ kerçirmək niyyəti olmamışdır. O, Elxanın yanında işləyən zaman ona etibar etdiyi külli miqdarda pul əməliyatlarını tam icra edərək hər zaman Elxanın mənafeyini qorumuşdur. X24 Xıdırov arasında şərikli biznes qurulması işində vasitəçilik etdiyinə ona verilən pullar əldə edilmiş mənfəətdən olmuş, İlham tərəfdən ona 20.000 ABŞ dolları, Elxan tərəfdən isə 27.000 ABŞ dolları pul verilmişdir. O da, Elxanın ona verdiyi puldan 34.000 manatı geri qaytarmışdır. İlhamın ifadəsində göstərdiyi guya onun vasitəsi ilə 90.000 ABŞ dollarının Elxana qaytarılması tamamilə yalandır. Belə ki, təxminən 2015-ci ilin yay aylarında Samir birinci dəfə Tbilisi prospektindəki «İst Petrol»un yanında 20.000 ABŞ dolları, bundan bir müddət sonra Nərimanov rayonunda olan Çin restoranının yanında yenə də 20.000 ABŞ dolları pulu Elxana verilməsi üçün ona vermişdir. O da, həmin pulları Elxan Muradovun özünə çatdırmışdır. Həm də İlhamla Elxan mütəmadi olaraq bir-biri ilə əlaqə saxlamış və aralarında olan haqq-hesabı dəqiqləşdirmişlər. Buna görə də, onun İlhamdan hansısa pulu alıb Elxana çatdırmamağı mümkün deyildir. İlhamla ilkin üzləşməsi zamanı İlhamın dediklərini təsdiq etməyinə səbəb o olmuşdur ki, İlham özü onu buna məcbur etmiş və belə dediyi təqdirdə, onu da qutaracağını bildirmişdir. Əsl həqiqətləri isə o, sonrakı ifadələrində göstərmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onun qazancı barədə nə İlhamla, nə də ki, Elxanla aralarında əvvəlcədən söhbət olmamış, Elxan ona pul verəcəyini vəd etməmişdir. Lakin onların arasında vasitəçilik etdiyinə görə Elxan müəllim ona 27.000 ABŞ dolları, İlham isə 20.000 ABŞ dollar pul vermişlər. İlham ona 33.000 ABŞ dolları pul verməmişdir. O, Elxanın verdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs2 suallara verdiyi cavablardan görünür ki, Zaur ona Elxanın İlhama onun xəbəri olmadan pul verdiyini bildirmiş, həmçinin Zaur İlhamın ona borcu olduğunu, İlhamın maşınlarını özünün satdığını söyləmiş, Zaurun ona bu sözləri deməsini İlhama deməmişdir. Həmçinin o, Zaurun deməsindən bilmişdir ki, Zaur maşını girov qoyub Elxan müəllimdən 100.000 pul götürməyi planlaşdırmış, lakin bu məsələ alınmamışdır. İlham Elxan müəllimdən 220.000 ABŞ dolları alandan sonra onu özü ilə Moskva və Tula şəhərlərinə aparmış, orada özünün nə işlə məşğul olduğunu ona göstərmişdir. Zaur onun yanına gələnə qədər o, İlhamla görüşməmiş və Elxan tərəfdən İlhama pul ayrılmamışdır. Maşınların ili düz gəlmədiyi üçün Elxan müəllim Zaura pulu verməkdən imtina etmişdir. Zaur sonda kompressorların gətirilib satılması barədə Elxan müəllimə məlumat vermiş, lakin həmin kompressorları İlhamın gətirdiyini deməmişdir. İlham İranla sazişi olduğu barədə Elxana heç bir sənəd təqdim etməmişdir. O, Zaurla arabir görüşmüş, həmin vaxt X29 kafel gətirdiyini desə də, o, bu barədə İlhamdan soruşanda, sonuncu, Zaurun dediklərini təsdiq etməmişdir. Zaur ona demişdir ki, Elxan İlhama 480.000 dollardan əvvəl də 90.000, 40.000, iki dəfə isə 10.000 dollar pul vermişdir. Pul gecikəndə İlham Qazaxıstanda olmuş, sonuncunun oğlu Samir ona bildirmişdir ki, bir nəfər imkanlı şəxs var, pulu atam üçün o, ayırıb, atası da həmin işi görmək üçün Qazaxıstana getmişdir. Təqsirləndirilən şəxs2 bildirdiyinə görə, o, kompressorların alışında bir dəfə iştirak etmiş, İlhamla bir dəfə Nijni Novqorod şəhərində olmuş, orada material olmamış, sonra isə Moskvaya getmişlər, orada da material tapmamışlar. Ona guya 90.000 dollar verilməsi barədə söhbət 2015-ci ilin iyun-iyul aylarında olmuş, lakin ona həmin məbləğdə pul verilməmişdir. İlhamla vəkili ona təklif etmişlər ki, guya o, 90.000 dollar onlardan götürüb Elxan müəllimin qardaşına verdiyini desin, lakin belə bir şey olmadığına görə, o, bunu etməmişdir. Elxan müəllim İlhama verdiyi pulu faizə verməmişdir. O, heç kimin qarşısında ona əlavə pul verilməsi barədə şərt qoymamış, işlər başlayanda həm İlham, həm də Elxan ona 5.000 dollar pul vermişlər. İlhamlə onun əvvəlcədən Elxan müəllimi aldatmaq fikirləri və əlbirliyi olmamışdır. O, Elxan Muradov tərəfindən ona verilmiş 34.000 manat pulu geri qaytarmışdır. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Muradlı (Muradov) Elxan Rafiq oğlu ifadəsində bildirmişdir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq getdiyi dövrdə Muradov soyadını daşımış, sonradan isə Muradlı soyadını götürmüşdür, hazırda şəxsiyyət vəsiqəsində soyadı Muradlı kimi göstərilmişdir. O, 2014-cü ildən biznes fəaliyyəti ilə məşğuldur, bu məqsədlə «X10» MMC və "xxxx" MMC adlı şirkətlər yaratmış, hər iki şirkətin direktorudur. Ona məxsus "xxxx" MMC-də təchizat şöbəsinin rəisi işləmiş Təqsirləndirilən şəxs2 2014-cü ilin sonunda birgə iş görmək adı ilə «Caspian Plaza» biznes mərkəzində yerləşən ofisinə Şahid7 adlı qohumunu gətirmiş, sonuncu, ona Türkiyədən müxtəlif məişət əşyaları və geyimlər gətirərək Bakıda satmaq təklifini vermiş, ona deyilən təkliflərdən ağlı bir şey kəsmədiyini Nazimə bildirmişdir. Bir müddət sonra Nazim Təqsirləndirilən şəxs1 adlı qohumu olduğunu, çox təmiz insan, sözünə və işinə dəqiq olduğunu bildirərək, İlhamın dediyi sözə, hərəkətlərinə görə başı ilə cavab verə biləcəyini söyləmişdir. Nazimin xahişi ilə o, İlhamla görüşməyə razılaşmış, 2014-cü ilin dekabr ayının ortalarında Nazim Təqsirləndirilən şəxs1 onun ofisinə gətirmişdir. Zaurdan fərqli olaraq ilkin baxışda Təqsirləndirilən şəxs1 ona xoş təsir bağışlamışdır. İlham ona kompressor avadanlıqları, azot çənləri və bu kimi digər avadanlıqların alqı-satqısı ilə məşğul olduğunu, bunun çox gəlirli iş olduğunu, kompressorun birinin maya dəyərinin 15.000 ABŞ dollarına qədər olduğunu, 38-40.000 dollara İrana satıldığını bildirmişdir. O, İlhamdan biznesin risklərini soruşmuş, sonuncu bildirmişdir ki, heç bir riski yoxdur, malın pulunu avadanlıqlar İrana keçməmişdən, Azərbaycanın Astara rayonunda alacaq, sonra avadanlıqlar sərhədi keçəcəkdir. İlham gedəndən sonra Təqsirləndirilən şəxs2 də bir daha deyilənləri təsdiq etmiş və İlhamın çox təmiz, sözünə-əməlinə dəqiq insan olduğunu ona inandırmışdır. O, Nazimi dürüst işçi kimi tanıdığından və İlhamla söhbətlərində sonuncunun da belə bir adam olmasına həm özü inandığından və həm də Nazim İlhama cavabdeh olduğunu ona bildirdiyindən, Nazimə razılıq verərərək ilk olaraq nə qədər vəsait lazım olduğunu soruşmuşdur. İlham ilkin olaraq 220.000 ABŞ dolları lazım olduğunu söyləmişdir. O da, «Eksperes bank»ın baş ofisində 100.000 AZN pulunu ABŞ dollarına çevirmişdir. Zərərçəkmiş şəxs2 ifadəsinə görə, 22 dekabr 2014-cü ildə ilk olaraq 100.000 ABŞ dollarını «Caspian Plaza»dakı ofisində Nazimin iştirakı ilə nağd şəkildə İlhama vermiş, qalan məbləği növbəti ilin əvvəlində çatdıracağını bildirmişdir. Sonradan dəqiqləşdirmə aparanda bilmişdir ki, Zaur ona 2017-ci ildə onun İlhama ilkin olaraq verdiyi 100.000 ABŞ dolları pulu İlhamın Zaura iş görmək üçün verdiyini demişdir. Belə ki, Zaurun ondan pul almaq niyyəti baş tutmadığından, o, İlham vasitəsilə ondan pul almış və bildiyinə görə, İrandan Azərbaycana santexnika malları gətirib onların ticarəti ilə məşğul olmuşdur. İkinci dəfə o, İlhama verdiyi 120.000 ABŞ dolları pulu 10 yanvar 2015-ci ildə Nazimin iştirakı ilə ofisində şəxsən İlhamın özünə vermişdir. Danışıqları belə olmuşdur ki, 07 aprel 2015-ci ilədək əməliyyat sona çatdırılacaq və onun verdiyi 220.000 ABŞ dollarından əlavə xalis mənfəət olaraq 60.000 ABŞ dolları ona veriləcək. Bir az geciksə də, söz verilən mənfəət ona verilmiş və Nazimlə əvvəlcədən aralarında olan danışığa görə Nazimə ona çatan 60.000 ABŞ dollarından 10.000 ABŞ dolları vermişdir. Əsas məbləği geri istədikdə, İlham 20.000 ABŞ dolları pulu əsas məbləğdən ona geri qaytarıb bildirmişdir ki, əməliyyat çox uğurlu davam edir, buna görə də qalan 200.000 ABŞ dollarının 07 iyul 2015-ci ilədək dövriyyədə qalmağı təklif etmişdir. İlham buna görə əlavə olaraq ona 30.000 ABŞ dolları xalis mənfəət verəcəyini vəd etmiş, bunları Nazim də təsdiq etdiyindən, həm də artıq 60.000 ABŞ dolları ona verildiyindən inanıb razılaşmışdır. 2015-ci ilin may ayında Nazim biznesin çox uğurlu getdiyini, İlhamın dövriyyəni böyütdüyünü və əlavə olaraq 280.000 ABŞ dollarına ehtiyacı olduğunu, Rusiyanın Krasnoyarsk şəhərində mayası 480.000 ABŞ dollarına hansısa qurğunun olduğunu və bunun İranda 1.200.000 ABŞ dollarına müştərisi olduğunu bildirərək, İlhamın onunla yenidən görüşmək istədiyini demişdir. İlham ona söz verilən 30.000 ABŞ dolları xalis mənfəəti çatdıraraq Nazimin dediyi təklifi təsdiqləmiş, deyilən avadanlığa görə 60.000 ABŞ dolları beh verdiyini və əlavə 280.000 ABŞ dollarına ehtiyacı olduğunu demişdir. O, təklif barədə fikirləşməli olduğunu və Nazim vasitəsilə cavab verəcəyini bildirmişdir. Həmçinin İlhamın verdiyi 30.000 dollar mənfəətdən 5.000 ABŞ dollarını Nazimə vermişdir. Zərərçəkmiş şəxs2 ifadəsində həmçinin bildirmişdir ki, bundan sonra Nazimlə bir daha İlhamın sonuncu təklifini, deyilən məbləğin, riskin artacağını müzakirə edəndə, Nazim yenə tam əminliklə bildirmişdir ki, İlham çox təmiz adamdır, ona görə başı ilə cavabdehdir. O, indiyədək aparılan əməliyyatın rəsmi sənədsiz olduğunu, şifahi razılaşma, etibar əsasında aparıldığını bildirərək, bundan sonra görülən işlərin rəsmi sənədləşmə əsasında olacağını, dövriyyə üçün əlavə veriləcək məbləğlərin müqavilə, kassa məxaric orderi və nağd pulun təhvil-təslim aktı əsasında veriləcəyini, ayda 25.000 ABŞ dolları xalis mənfəət götürmək istədiyini, bu mənfəətin 5.000 dollarının Nazimə veriləcəyini bildirmiş, Nazim isə İlhamla danışıb ona cavab verəcəyini söyləmişdir. Qısa zaman keçəndən sonra Nazim təklifin qəbul olunduğunu və İlhamın onunla görüşmək istədiyini, danışılan məbləğin veriləcəyi təqdirdə, biznesinə vəsait cəlb etdiyi digər adamların pulunu qaytararaq tək onunla işləyəcəyini bildirmişdir. Bundan sonra, Nazimin iştirakı ilə Təqsirləndirilən şəxs1 03 iyun 2015-ci ildə ofisində 80.000 ABŞ dolları vermişdir. İlham növbəti qeyd etdiyi əməliyat üçün ondan 280.000 ABŞ dolları pul istədiyindən, o, həmin pulu hissə-hissə İlhamın tələbi ilə verməyi qərara almışdır. Növbəti dəfə, yəni 10 iyun 2015-ci ildə ofisində İlhamın tələbi ilə oğlu Şahid12 atasına çatdırmaq üçün 50.000 ABŞ dolları vermişdir. Həmin vaxt İlham burada olmadığından və sonuncunun deməsinə görə, bütün pul məsələləri ilə Samir məşğul olduğundan, atasına göndərməsi üçün həmin pulu İlhamın istəyi ilə Samirə vermiş, pulun İlhama çatmasını sonradan İlhamla danışaraq təsdiq etdirmişdir. O, İlhamla artıq belə razılaşmışdır ki, verdiyi bütün məbləğ rəsmi sənədlərdə öz əksini formal olaraq tapmalıdır. Buna görə də, o, 18 iyun 2015-ci il tarixdə tanıdığı hüquqşunas Elşada diktə etməklə müqaviləni kompüterdə tərtib etmişdir. Müqavilə tərtib edilən zaman İlham Azərbaycanda olmadığından, həmin müqavilə hər iki tərəfdən 22 iyun 2015-ci ildə İlhamın yaşadığı evin həyətində imzalanmış və o, İlhama növbəti 150.000 ABŞ dollarını vermişdir. Belə ki, həmin tarixdə İlhamın yaşadığı Saray qəsəbəsindəki evində 150.000 ABŞ dollarını Nazimin və Samirin iştirakı ilə İlhama vermişdir. Həmin evin arxasında İlhamın sexi fəaliyyət göstərmiş, orada İlhamın Rusiyadan gətirdiyi kompressorların yığıldığını görmüş, o, bunları görüb bir daha heç bir problem olmayacağına inanmışdır. Həmin vaxtadək verdiyi cəmi 480.000 ABŞ dolları pul 18.06.2015-ci il tarixli birgə fəaliyyət müqaviləsi, 22.06.2015-ci il tarixli kassa məxaric orderi və nağd pulun təhvil-təslim aktı imzalanaraq verilmiş pullar formal olaraq tam rəsmiləşdirilmişdir. Müqavilə və aktı onunla İlham, kassa məxaric orderini isə o, İlham və Nazim imzalamışlar. Danışıqlara əsasən, bundan sonra Nazim də görüləcək işlərə qoşulmalı, İlhamla birgə fəaliyyət göstərməli imiş. Bu ona görə edilmişdir ki, Nazim verilən pulların təyinatı üzrə istifadə olunmasına nəzarət etsin. Həmin sənədlərdə onun imzasının rəhbəri olduğu şirkətin möhürü ilə təsdiq edilməsi məhz onunla bağlı olmuşdur ki, o, bu sənədlərin imza ilə yanaşı möhür vasitəsilə rəmiləşdirilməsini istəmişdir. Əslində isə, həmin pullar onun özünə məxsus olmuş, şirkətə heç bir aidiyyəti olmamışdır. Bir dəfə Nazim onun tələbi ilə İlhamla birlikdə Rusiyanın bir sıra şəhərlərinə gedərək kompressor avadanlıqlarının alqı-satqı prosesində şəxsən iştirak etmişdir. Lakin aldandığını biləndən sonra Zaurla söhbət zamanı, sonuncu ona bildirmişdir ki, Nazim buradan İlhamla birgə Rusiyaya getsə də, orada İlham öz işləri ilə məşğul olmuş, Nazim isə Ukraynaya istirahətə getmişdir. O, Nazimlə bu məsələni dəqiqləşdirən zaman, sonuncu Zaurun onu şərlədiyini bildirmişdir. Növbəti aylarda İlham ona xalis mənfəət adı ilə aşağıdakı pulları vermişdir: 16.06.2015-ci ildə 25.000 manat, Nazimlə razılığa görə bu pulun 5.000 manatını Nazimə vermiş, 03.07.2015-ci ildə 25.000 ABŞ dolları, 5000 ABŞ dollarını Nazimə vermiş və 10.08.2015-ci ildə 25 000 ABŞ dolları, bunun da 2500 ABŞ dollarını Nazimə vermişdir. Zərərçəkmiş şəxs2 ifadəsinin davamında bildirmişdir ki, avqust ayının, səhv etmirsə 20-də, ofisdə İlhama bu dəfə Nazimin iştirakı olmadan 90.000 ABŞ dolları vermişdir. İlham həmin pulu ona dediyi biznesə görə deyil, nəsə qısa müddətli özünün bir işinə görə almış və 2015-ci ilin oktyabr ayının 20-dək qaytaracağına, ona əlavə olaraq 20.000 ABŞ dolları verəcəyinə söz vermişdir. O isə, bu gəlirin ona verilməsinə ehtiyac olmadığını, əsas odur ki, 90.000 ABŞ dollarının oktyabr ayının 20-dək qaytarılmasını xahiş etmişdir. Onun İlhama növbəti dəfə inanıb 90.000 ABŞ dolları pulu İlhamın hanısısa işini aşırmaq üçün verməyinə səbəb o olmuşdur ki, İlham artıq tam onu inandırmışdır. O, hesab etmişdir ki, İlham onun verdiyi 480.000 ABŞ dolları pula görə müəyyən edilmiş qazancla birlikdə həmin pulu da ona geri qaytarcaqdır. Onun İlhama 90.000 ABŞ dollarını verməsini ikisindən başqa heç kimin bilmədiyini düşünsə də, hadisələrin sonrakı gedişində Nazim ona müraciət edib Zaurun Nazimə 480.000 ABŞ dollarından başqa da əlavə pulları verdiyini dəqiqliyi ilə demişdir. Sentyabr ayından başlayaraq İlham hər ay ödəməli olduğu 25.000 ABŞ dollarını hazıradək ödəməmişdir. Avqust-sentyabr aylarında isə o, İlhamın hansısa işin dalınca Qazaxıstana getdiyini eşitmişdir. 2015-ci il avqust ayının 20-də verdiyi 90.000 ABŞ dollarına görə xeyir olaraq İlhamın oğlu Samir Nazimin iştirakı ilə 22 oktyabr 2015-ci ildə 10.000 ABŞ dolları, 02 noyabr 2015-ci ildə isə yenə 10.000 ABŞ dolları pulu «Semaşko» xəstəxanasının yanında ona vermişdir. Söhbət zamanı Samir əvvəldən görülən bütün işlərin içində olduğunu və atası ilə görülən işlərdə yaxından iştirak etməklə pul işinə baxdığını ona bildirmişdir. 20 oktyabr 2015-ci ilədək sonradan verilən 90.000 ABŞ dolları geri qaytarılmadıqda o, narahat olmağa başlamışdır. Nazimlə söhbət zamanı İlhamın götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədiyini bildirəndə, Nazim ona demişdir ki, İlham dövriyyədən 400.000 ABŞ dolları götürərək Qazaxıstanda dəmir yolu relsi biznesinə qoymuşdur. Nazim deməsinə görə, bu məlumatı İlhamın özü Nazimə vermişdir və İlham oradan 2.000.000 ABŞ dollarından çox mənfəət qazanacaqdır, oradan ona da əlavə olaraq pul verəcəkdir. O, etiraz edərək Nazimə demişdir ki, onun rels alverinə heç bir aidiyyatı yoxdur və oradan heç nə istəmir, İlham düz etməyib, pulu təyinatı üzrə işlətmir. O, narazılıq edərək Nazimə demişdir ki, İlhama həmin pulları Qazaxstanda rels alıb satmaq üçün deyil, Rusiyadan kompressor və digər avadanlıqların alınıb İrana satılması ilə bağlı biznes fəaliyyəti üçün vermiş, İlham razılaşmanı pozduğuna görə, o, pullarını geri istəyir. Nazim onu inandırmağa çalışmışdır ki, rels ticarəti əla gəlirli sahədir, İlham qısa müddət ərzində relslər alıb satacaq, özü də, onlar da yaxşı gəlir əldə edəcəklər. Nazimdən tələb etmişdir ki, İlhamı tapıb onun pulunun qaytarılmasını təmin etsin. 2015-ci ilin sonuna İlham qayıtmış, onlar qısa müddətli görüşmüşlər və bayramdan sonra 2016-cı ilin əvvəlində Nazimin iştirakı ilə görüşüb hesabat etməyi qərarlaşmışlar. 30 dekabr 2015-ci il tarixdə İlham yenidən onu aldatmaq yolu ilə qısa müddət ərzində qaytaracağını bildirib «Semaşko» xəstəxanasının yanında 40.000 manat pulunu almışdır. İlham söz vermişdir ki, 90.000 ABŞ dollarını və 40.000 manatı 40 000 ABŞ dolları şəklində 20 yanvar 2016-cı il tarixinədək Qazaxıstandan göndərəcəkdir. 03 yanvar 2016-cı il tarixdə o, İlham və Nazim hesabat üçün görüşmüşlər. İlhamla Nazim yenə orada öz oyunlarını oynamışlar. Belə ki, o, sonradan dəfələrlə şahidi olmuşdur ki, onunla görüşməzdən əvvəl həmin şəxslər öz aralarında danışıb-razılaşıb onunla görüşürlər, əvvəlcədən öz aralarında müəyyən dələduzluq sxemi qururlar. Hesabat zamanı ona deyilmişdir ki, naratçılığa heç bir əsas yoxdur, verilən vəsaitin arxasında İlhamın həyətində 11 ədəd, «Ulduz» metrosunun arxasındakı sahədə 14 ədəd kompressor qurğusu, digər yerlərdə isə əlavə olaraq 12 ədəd olmaqla cəmi 37 ədəd kompressor, İrandakı tərəfdaşında 118.000 ABŞ dolları və Krasnoyarskdakı zavodda olan avadanlıqda 60.000 ABŞ dolları yatırılmış vəsait vardır. X7 onu «Ulduz» metrosunun yanına aparıb həmin yeri göstərmiş, orada həqiqətən də 14 ədəd kompressor olduğunu özü görmüşdür. Söhbət zamanı Nazimin Qazaxıstana qoyulan pulu dəfələrlə vurğulamağına baxmayaraq, İlham həmin işlərin ondan alınmış vəsaitə aidiyyatı olmadığını bildirmişdir. Sonradan ona aydın olmuşdur ki, Nazimin bütün bu işlərdən xəbəri var və onlar öz aralarında oyun oynayaraq onu aldadırlar. Zərərçəkmiş şəxs2 həmçinin bildirmişdir ki, 07 yanvar 2016-cı ildə İlham Qazaxıstana getmiş və söz vermişdir ki, 20 yanvar 2016-cı il tarixinədək aparılan danışıqlara görə gecikdirilən bütün məbləğlər, son alınan 90.000 və 40.000 ABŞ dollarını oradan ona göndərəcəkdir, özü isə «Novruz» bayramına qədər qayıdacaqdır. İlham əlavə olaraq xahiş etmişdir ki, hansısa bir işə yenə xırda bir məbləğ, 10.000 manat verməlidir. O, «Nəsimi» bazarının yanında 11 yanvar 2016-cı ildə 10.000 manat pulu İlhamın oğlu Samirə vermişdir. İlham həmin pulu da ayın 20-dək Qazaxısdandan göndərəcəyinə söz vermişdir. Onun arasında olan 480.000 ABŞ dolları məbləğindən əlavə 90.000 ABŞ dolları, 40.000 manat və 10.000 manat pulu İlhama ona görə vermişdir ki, onun bu şəxsdə artıq külli miqdarda guya gəlir əldə etməyi üçün pul olmuşdur, o da düşünmüşdür ki, İlhama pul verməkdən imtina etsə, sonuncu, guya qurduğu ticarət işinə əngəl yaradıb pulunu geri qaytarmaz. Fevral ayında Zaur onunla görüşmək istəmiş və onlar Nazimin iştirakı ilə görüşmüşlər. Zaur İlhama nə qədər pul verilməsi və nə qədər pul qaytarılması ilə maraqlanmışdır. O, ümumi söhbətdən belə başa düşmüşdür ki, bunlar öz aralarında nəyi isə düzgün bölə bilməyiblər, müəyyən etmək istəyirlər ki, kim kimə nə qədər pul atıb. Ona görə də, Zaura bildirmişdir ki, onun buna aidiyyatı yoxdur. O, İlhamın «Novruz» bayramına qədər qayıdacağını, oturub hər şeyi birlikdə danışacaqlarını söyləmiş, Zaur isə tam əminliklə bildirmişdir ki, İlham deyilən tarixə qayıtmayacaqdır. Sonradan Zaur da Qazaxıstana İlhamın yanına getmiş və ona narahat olmamağı məsləhət görmüş, İlhamın orada gördüyü işin tam real olduğunu, mayın 20-dək İlhamın 700.000 ABŞ dolları ilə qayıdıb ona olan bütün borclarını bağlayacağını bildirmişdir. Lakin deyilən tarixə də İlham qayıtmamış, artıq telefon zənglərinə də cavab verməmişdir. Bundan sonra onunla mütəmadi olaraq Samir əlaqə saxlamağa başlamış, atasının işlərinin qaydasında olduğunu demişdir. İyul ayının əvvəlində Samir Qazaxıstana getdiyini ona demiş, qayıdıb onu arxayın etmişdir ki, atasının işləri yaxşı gedir, bir az hansısa akkreditivin açılmasında yubanma var, işlər sentyabrın 20-dək yekunlaşacaq, atası qayıdıb onun bütün borclarını bağlayacaqdır. Samir deyən tarixə İlham yenə də qayıtmamış, ona deyilən növbəti müddət oktyabrın 20-si olmuşdur. İlham noyabrın sonunda qayıtmış, onunla görüşmüş, danışığından belə başa düşmüşdür ki, pul yoxdur, guya rels işinə qoyduğu pulla bağlı problem yaranıb, orada dövlətin hansısa qərarı ilə relslərin ölkədən çıxışı dayandırılmışdır. Bu zaman o, rels işinə özünün aidiyyatı olmadığını demiş, bütün problemləri nəzərə alaraq onun qarşısındakı pul öhdəliklərinin yekun olaraq 760.000 ABŞ dolları olduğunu bildirmiş, İlham da bununla razılaşmışdır. Onların tərtib etdikləri əlavə Sazişi və digər ilkin sənədləri 15 dekabr 2016-cı il tarixdə Nərimanov rayonu ərazisindəki «Starıy Praqa» kafesində Təqsirləndirilən şəxs1 könüllü olaraq imzalamışdır. Həmin vaxt oğlu Samir də onunla olmuşdur. Bundan sonra o, təminat olaraq İlhamın öz sözünə görə onun verdiyi pullarla alınıb yığılmış 25 ədəd kompressoru istədikdə, İlham söhbətdən yayınmağa başlamışdır. İlham bildirmişdir ki, «Ulduz» metrosunun arxasında olan 14 ədəd kompressor ona aid deyil, tanımadığı Nəsib adlı bir nəfərə məxsusdur. Soruşanda ki, niyə oğlu Samir aparıb onları ona göstərərək aldatmışdır, bu zaman da İlhamın cavabı qeyri-müəyyən olmuşdur. Bundan sonra dəfələrlə olan telefon danışıqları, görüşlərdən ona belə aydın olmuşdur ki, onun pulunun çox hissəsi, yəni Nazimin sözünə görə 400.000, İlhamın dediyinə görə isə 260.000 dollarindan çoxu İlhamın yaxın qohumu Əliyusif Zeynalovun göstərişi ilə sonuncunun Qazaxıstanda olan tanışı Valera Xabalovun iştirakı ilə rels biznesinə qoyulmuş, görüləcək işdən 840.000 ABŞ dolları pulun qazanılması, 420.000 dollarının tək Əliyusif Zeynalova, yerdə qalan 420.000 dolların isə İlham daxil olmaqla 250.000 dolların İlhama çatması, qalan məbləğin isə Faiq Zamanov, Nəriman və Aydın adlı şəxslərin arasında bölünməsi razılaşdırılmışdır. İlham əməliyyatın hansısa texniki səbəblərə görə dayandığını, ancaq davam edəcəyini, narahatçılığa heç bir əsas olmadığını bildirmişdir. O, bir daha rels biznesinə aidiyyatı olmadığını, heç bir mənfəət istəmədiyini deyərək pulunu qaytarmağı tələb etmişdir. İlham aparıb onu Faiq Zamanovla görüşdürmüş, danışılan mövzuların heç biri ona maraqlı olmamış, bunlar çox böyük proyektlərdən, məbləğlərdən danışmışlar, o isə, danışılan söhbətlərdə heç bir reallıq görməmişdir. Danışıqlardan məlum olmuşdur ki, X18 adlı şəxs tanış etmiş, onlar guya Qazaxıstanda rels biznesi ilə məşğuldurlar. İlham ondan müəyyən şəxsi problemlərin həll etmək, işlərini davam etdirmək üçün əlavə olaraq 142.500 ABŞ dolları istəməyə başlamış, pulu verməyəcəyi halda əvvəllər ondan aldığı pulun batacağı ilə təhdid etməyə başlamışdır. Nazim də, Samir də İlhamın görəcəyi yeni işlərin real olduğuna onu inandırmaq cəhdləri onun bütün bu işlərin əvvəldən qurma oyun olduğuna, mütəmadi olaraq onu aldatmalarına tam əmin olmuşdur. Zaurdan öyrəndiyi məlumatdan ona məlum olmuşdur ki, İlhama verilən pulların verilmə yeri və vaxtı haqda tam məlumatı var, eyni zamanda Nazimin bütün bu dələduzluq faktlarından əvvəldən xəbəri olmuşdur. Zaur 40.000 manatın 20.000 manatının İlham tərəfindən ona hansısa birgə işləri üçün verildiyini etiraf etmişdir. O, artıq özünü müdafiə etmək, pullarını geri almaq və barələrində dövlət orqanları tərəfindən tədbir görülməsini təmin etmək üçün həmin şəxslərin ondan əlavə pul almaq üçün səylərindən istifadə edərək 06 mart 2017-ci il tarixdə Ak. H.Əliyev küçəsində ona məxsus digər ofisdə İlham, Nazim, Samir və Zaurla görüşmüş, İlham, Nazim və Samirin adları qeyd olunan Üzləşmə Aktı tərib etmişlər. Verilən və alınan bütün vəsaitlər orada əks olunmuş, adı çəkilən şəxslərin hər biri və onun özü akta imza etmişlər. Həmin gün aralarındakı razılığa əsasən İlham ona 11 ədəd Rusiya istehsalı olan «305BP-16/70» markalı kompressor qurğuları və ehtiyat hissələrini vermiş, bu malları ona pulunun bir qisminin, yəni hər birinin dəyəri 15.000 ABŞ dollarından hesab edilməklə cəmi 165.000 ABŞ dollarının ödənilməsinə təminat olaraq vermişdir. Bu malları o, firmanın əməkdaşı Şahid6 vasitəsilə qəbul etmiş, 05 mart 2017-ci ildə təhvil-təsli aktı tərtib olunmuş, malları Saray qəsəbəsində həyətindən özü gətirib Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində tanışı Fəraiz Hüseynova məxsus həyətə boşaltdırmışdır. Danışıqları belə olmuşdur ki, İlham bu malların satışını özü təşkil edərək əldə etdiyi pulu ondan aldığı pulun bir hissəsini qaytarmaq üçün ona verməlidir. Lakin bu günə qədər həmin mallar satılmamış, eyni zamanda hər hansı bir müştəri onlarla maraqlanmamışdır. O, həmin şəxslərin dələduz olduğunu və şikayət edəcəyi halda məsuliyyətdən yaxa qurtarmaq üçün ondan pul aldıqlarını və digər halları dana biləcəklərini düşünüb, bəzi görüşlərdə imkan tapıb söhbətləri mobil telefonunun diktafonuna yazmış, həmin səsyazılarını bir ədəd flaşkarta köçürməklə istintaqa təqdim etmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Zərərçəkmiş şəxs2 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, İlhama səkkiz dəfəyə 620.000 ABŞ dolları pul vermiş, İlham ona yeddi dəfə pul qaytarmışdır. İlham ona cəmi 151.550 dollar pul vermişdir. İlhamın ona verdiyi puldan 27.500 ABŞ dollarını Nazimə vermişdir. Nazim aldığı puldan 20.000 ABŞ dollarını qaytarsa da, 7.500 ABŞ dollarını qaytarmamışdır. O, şəxsən Zaura pul verməmiş, Zaurun özü onunla görüşərək işlərlə maraqlanmışdır. Zaurla görüşdükləri zaman danışıqları telefona yazmış, həmin vaxt Zaur İlhamın ondan aldığı birinci 100.000 ABŞ dollarını ona verdiyini demişdir. O, bu barədə İlham və Samirdən soruşanda, onlar Zaurun yalan danışdığını və Zaura borclarının olmadığını, 100.000 ABŞ dollarını Zaura vermədiklərini demişlər. Zaur onun İlhamgildən ayrıldığını gördükdə, özünə inamı artırmaq üçün belə hərəkətlər etmişdir. O, İlhamgildən 11 ədəd kompressor qurğusu götürmüş, həmin kompressorun birinin dəyəri 3-7 min ABŞ dolları təşkil edir. Götürdüyü kompressorları Tağıyev qəsəbəsində icarəyə götürdüyü ərazidə saxlayır. 2017-ci ilin yanvar ayında İlhamla Samir onu Faiq Zamanov adlı şəxslə görüşdürmüşlər. Samir ona atası İlhamın Əliyusifin işlərini apardığını demişdir. İlham tərəfindən ona verilən 151.550 ABŞ dolları qazanc məqsədi ilə verilmişdir. O, faizə pul verməmişdir. Nazim onun işçisi olmuş, Nazim Zauru onun yanına gətirmiş, Zaurun dediyi təklif alınmadığı üçün sonradan İlhamı gətirmişdir. «Oqtay» firması o, İlhama pul verəndən sonra üzə çıxmışdır. Təqsirləndirilən şəxs1 2014-cü ilin dekabr ayında əlində planşetlə gəlmiş, planşetdə gördüyü işləri ona göstərib neft avadanlıqlarının alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. O, İlhama pulu gəlir əldə etmək üçün vermişdir. İlham avadanlıqları Rusiyadan alıb İrana satdığını bildirmişdir. İlhamın həmin avadanlıqları haradan və neçəyə aldığını bilməmişdir. Həmin avadanlıqları İlham Azərbaycana gətirmişdir. 480.000 ABŞ dolları verəndən sonra o, İlhama pul vermək istəməmişdir. İlham öz hərəkətlərində sərbəst olmuşdur. O, həmin avadanlıqların Azərbaycanda satılmasına narazılıq etmişdir. Aprel ayında pul verəndə İlham pulu üç ay müddətinə qaytaracağına söz vermişdir. Kompressorları Samir yığmış, ehtiyat hissələrinin haradan alındığını bilməmişdir. İlhamın onu aldatmağ fikrinin olduğunu əvvəlcədən bilməmişdir. Təhvil-təslim aktının tərtib olunması onun təşəbbüsü ilə olmuş, məqsədi özünü sığortalamaq olmuşdur. Kompressorları özündə saxlamaqda məqsədi qismən təminat və digər şəxsin aldanılmaması olmuşdur. İlham onun yanında həmin kompressorları kiməsə göstərməmiş, kompressorlar o, polisə şikayət etməmişdən əvvəl ona verilmişdir. Bu işdən əvvəl onun Nazimdən narazılığı olmamışdır. İlhamın ona verdiyi xeyirdən o, Nazimə də pul vermişdir. İlham da ondan götürdüyü puldan Nazimə xeyir vermişdir. O, Nazimdən özünün verdiyi pulu və İlhamın ondan aldığı puldan verdiyi pulları tələb edir, bu isə, ümumilikdə təxminən 28.000-29.000 ABŞ dolları təşkil edir. O, Təqsirləndirilən şəxs1 verdiyi 620.000 ABŞ dollarını və əldən çıxmış fayda kimi 360.000 ABŞ dolları tələb edir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun əmisidir. O, özünə obyekt almaq istəmiş və bu məqsədlə əmisi Təqsirləndirilən şəxs1 çağırıb aldığı obyektə baxmaq istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 maşınla "Aylı Gecə" restoranının yanına gəlmişdir. İlham obyektə baxandan sonra "sən neynəyirsən bu obyekti alıb, sən buradan ayda nə qədər qazanc götürəcəksən? " deyə soruşmuş, o isə, həmin obyektdən 1.200 manat qazanc götürəcəyini söyləmişdir. İlham özünün neft avadanlıqlarının satışı işə məşğul olduğunu və pulu ona verdiyi halda daha çox qazanc əldə edə biləcəyini bildirmişdir. Buna görə də, o, İlhamın təklifi ilə razılaşmış və müxtəlif vaxtlarda Şahid2, Şahid1 və Ziyafət Abdinovun şahidliyi ilə İlhama pul vermişdir. İlham sonuncu dəfə ondan 30.000 ABŞ dolları pul almış və yaxın vaxtlarda qaytaracağını, həmçinin bu barədə heç kimə heç bir şey deməməsini bildirmişdir. İlham digər zərərçəkmiş şəxslərdən də pul alanda heç kimə bu barədə bir şey deməmələrini onlara tapşırmışdır. İlhamdan pulunu tələb edəndə, sonuncu, onu hədələmişdir. O, vurulmuş ziyanın dollarla və hazırki məzənnəyə uyğun ödənilməsini tələb edir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onun özü fərdi sahibkarlıqla məşğuldur, altı dükanı vardır, Dubaydan mobil telefon gətirərək satmaqla məşğuldur. 2015-ci ildə pulu iki dəfəyə İlhama vermişdir. Pulu 2015-ci ilin iyuniyul aylarında vermişdir. İlham ondan 20.000 ABŞ dolları istəmiş və həmin məbləğin kifayət etdiyini demişdir. İkinci dəfə İlham malın gəlib gömrükdə olduğunu bildirmiş və malı çıxarmaq üçün 30.000 ABŞ dolları pul lazım olduğunu deyərək ondan təkrar pul istəmişdir. Birinci dəfə pulu verəndən sonra İlham ona qazanc verməmiş, malı gömrükdən çıxarıb satandan sonra qazanc verəcəyini demişdir. İlham ona 15-20 kompressor gətirəcəyini bildirmişdir. İlham ondan pul istəyənə qədər sonuncunun nə işlə məşğul olduğunu qismən bilmişdir. Belə ki, İlhamın neft avadanlıqlarının satışı ilə məşğul olması barədə məlumatı olmuşdur. İlham Qazaxıstana gedəndə ona Aydınla getdiyini deməmişdir. O, Aydını qiyabi tanıyır. İlham Qazaxıstana gedəndə özü ilə 40.000-50.000 dollar pul apardığını bilmişdir. O, dayısına İlhamın onun pulunu alıb qaytarmadığını demiş, sonra o, dayısı, İlham və dayısı oğlu birlikdə görüşmüşlər. İlham onun yanında Aydına zəng edib pulu nə vaxt verəcəyini soruşmuşdur. Qazaxstanda müqavilə bağlamağa Faiq getmişdir. Faiqin onda nömrəsi yoxdur. İlham kompressorun sayına görə, yəni hər kompressora görə ona 5.000 dollar qazanc verəcəyini demiş, bununla onu özünə inandırmışdır. İlham kompressorları Rusiyadan hissə-hissə gətirmişdir. İlham kompressorun birinin 30.000 manata satıldığını demiş, lakin onların alış qiymətini deməmişdir. Sonradan həmin kompressorlar üç faza ilə işlədiyi üçün etibarsız sayıldığını öyrənmişdir. İlham Qazaxıstana kiminlə getdiyini deməmiş, orada dəmir satdığını demişdir. İlham Qazaxıstana qaçıb getmişdir. Əliyusifin adını o, sonradan eşitmişdir. İşlərin dalınca Faiq getmiş, İlhamın oğlu Samir onun xalasının evinə gedib pul götürmüşdür. Bu işlərdə Samirin də rolu vardır. Samir dəfələrlə onu aldatmışdır. İlham Qazaxıstana gedəndə ondan 50.000 ABŞ dolları götürmüş və sonradan yoxa çıxmışdır. 2015-ci ilin oktyabr ayında İlhamın Qazaxıstanda olduğunu eşitmişdir. X25 Qazaxıstana niyə getdiyini soruşanda, Samir İlhamın orada dəmir satışı ilə məşğul olduğunu demişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 15 ildir tanıyır ki, onların münasibətləri yaxşı olmuşdur. 2015-ci ilin aprel ayında İlham ondan 12.000 ABŞ dolları pul almış və üstündə xeyir də verəcəyini demişdir. Üstündən 10-15 gün keçsə də, İlham pulu qaytarmamışdır. Oktyabr ayında İlham malların gömrükdə olduğunu demiş və malları gömrükdən çıxarmaq üçün 13.000 ABŞ dolları da istəmiş, həmçinin əldə etdiyi xeyiri onunla yarı böləcəyini demişdir. O, İlhama inanıb həmin pulu da vermişdir. Oktyabr ayının 20-də İlhamdan iş barədə soruşmuş, İlham hər dəfə bir bəhanə gətirmişdir. Bu barədə İlhamın arvadına da demiş, arvadı da narahat olmamağı bildirərək, İlhamın pulu qaytaracağını demişdir. Bundan sonra İlhamın oğlu ona əl qaldırmışdır. O, bu barədə qardaşına demiş, İlham onun qardaşı ilə görüşmüş və pulu qaytaracağına söz vermişdir. Lakin bu günə qədər İlham onun pullarını qaytarmamış, buna görə də, vurduğu ziyanın ödənilməsini İlhamdan tələb edir. Proses iştirakçılarının suallarını cavablandıran zərərçəkmiş şəxs Gulnaz Abdullayeva bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Sumqayıtda kimya zavodunda işləmiş, qızına mebel alan zaman mağazada İlhamla tanış olmuşdur. O, İlhama pulu verən vaxt yanında heç kim olmamışdır. O, İlhamın ticarətlə məşğul oluduğunu bilmişdir. Belə ki, İlham kompessorların satışı ilə məşğul olmuş, 2000-2013-cü illərdə də müxtəlif vaxtlarda İlhama xırda məbləğlərlə pul vermişdir. İlham da ona həmin pulların üstündə 300-500 manat xeyir vermişdir. 12.000 ABŞ dolları verəndən sonra İlham Rusiyanın hansısa şəhərindən ona 1.000 ABŞ dolları pul göndərmişdir. İlham 25.000 ABŞ dollarına görə ona 1.000 ABŞ dolları qazanc vermiş, lakin əsas borcdan 4.000 ABŞ dollarını qaytarmışdır. O, İlhama inandığı üçün ikinci dəfə 13.000 ABŞ dolları vermişdir. İlhamın onu aldadacağını düşünməmişdir. Nəyə görə pulunun qaytarılmadığını bilmir, ona görə də İlhama verdiyi pulu tələb edir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun bacısının qaynıdır. İlham ona kompressor alıb-satdığını, 50.000 dollar pul qoyduğu halda 50.000 dollar da qazanc götürəcəyini demiş və pul verməyi ona təklif edərək qazancı yarı böləcəyini bildirmişdir. O, İlhamın şirin təklifinə aldanıb bir həftə içində üç dəfəyə İlhama 28.000 ABŞ dolları pul vermişdir. Pulu üç dəfəyə vermiş, lakin hər dəfə nə qədər pul verdiyini dəqiq xatırlamır. O, pulu İlhamla oğlu Samirə vermişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs4 bildirmişdir ki, 15-20 ildir ki, xırda ticarətdədir, ətçəkən, tozsoran və digər əşyaların alqı-satqısı ilə məşğuldur. Pulu verənə qədər İlhamın bizneslə məşğul olduğunu bilmişdir. İlham ona kompressorlar gətirib "SOCAR" şirkətinə verəcəyini bildirmişdir. Birinci dəfə ondan pulu İlhamın özü, ikinci dəfə isə oğlu Samir almışdır. Pulu verənə qədər əvvələr İlhama pul verməmişdir. O, İlhama 28.000 dollar verəndən sonra İlham ona pul qaytarmamışdır. İlham ondan əvvəllər xırda-xırda 300-500 manat almış və sonra da qaytarmışdır. Lakin həmin pullara görə ona qazanc verməmişdir. 28.000 dollar pulu İlhama kompressorlara görə vermişdir. O, İlhama 4000-5000 dollar pul verməmişdir. İlhamın arvadı ona ərinin işlərinin hələ alınmadığını, amma aldığı 28.000 dolları qaytaracağını demişdir. O, pulu həm İlhama, həm də Samirə verən vaxt oğlunun da xəbəri olmuşdur. İlham onun oğlundan da pul götürmüş, ümumilikdə İlhama üç dəfə pul verilmişdir. İlham Qazaxıstandan gələndən sonra onunla görüşmüş və sonuncu, onun pulunu qaytaracağına söz versə də, hələ də verdiyi 28.000 dollar pulu İlhamdan geri ala bilməmişdir. Ona görə də, həmin pulun ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilmiş Şahid11 Zərərçəkmiş şəxs4 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun doğma atası, Zərərçəkmiş şəxs1 isə əmisi oğludur. O, 2013-cü ildən atasının Rusiyadan alıb göndərdiyi kompressorların Bakıda qəbulu, Abşeron rayonu, Saray qəsəbəsində yaşadıqları evin arxasındakı saxlanc yerində yerləşdirilməsini təşkil edərək ustaların həmin avadanlıqların üzərindəki təmir-bərpa işləri görməsinə nəzarət etmişdir. Təqsirləndirilən şəxs2 onun dayısı qızının həyat yoldaşıdır, onunla münasibətləri normal olmuşdur. 2014-cü ilin dekabr ayında onun iştirakı olmadan Nazim atası İlhamı öz müdiri olan Elxan Muradov adlı şəxslə tanış edib görüşdürmüşdür. Bildiyinə görə, söhbət vaxtı onlar razılaşmışlar ki, Elxan Muradov atasının biznesinə investisiya buraxacaqdır. Bundan sonra onun iştirakı olmadan Elxan Muradov atasına hissə-hissə pullar verməyə başlamış, bildiyinə görə, ilkin olaraq 100.000 ABŞ dolları pul verilmişdir. 2015-ci ilin iyun ayında o, Elxan Muradovu ilk dəfə görmüş, belə ki, həmin vaxt X26 birgə onların Saray qəsəbəsindəki evlərinə gəlmişlər. Orada Elxan atasına 150.000 ABŞ dolları verərək İlhama birgə fəaliyyət haqqında müqaviləyə imza etdirmiş, eyni zamanda atası ondan 480.000 ABŞ dolları alması barədə sənədə də imza etdirmiş, lakin onun bildiyinə görə, yəni atasından eşitdiyinə görə Elxan Muradov həmin gün verdiyi 150.000 ABŞ dolları ilə birgə atasına cəmi həmin vaxta qədər 360.000 ABŞ dolları naqd pul vermişdir. Qalan 120.000 ABŞ dolları əslində Elxan Muradovun atasına verdiyi pul deyil, sadəcə olaraq atasının həmin vaxta qədər aldığı pula görə verməli olduğu hesablanmış faiz olmuşdur. Həmin vaxtdan sonra 2015-ci ilin avqust ayında onun iştirakı olmadan Elxan Muradov onun bilmədiyi ünvanda atasına 90.000 manat pul vermişdir, lakin Elxan Muradovun təklifi ilə atası həmin 90.000 manatı 90.000 ABŞ dolları kimi qəbul etmişdir. 2015-ci ilin dekabr ayında isə yenə də onun iştirakı olmadan bilmədiyi ünvanda Elxan atasına 40.000 manat vermişdir. 2016-cı ilin yanvar ayında isə atası Azərbaycanda olmayarkən ona zəng edərək Elxanla görüşüb ondan 10.000 manat pul almağı tapşırmış, o da, zəngləşib Nəsimi rayon xəzinədarlıq idarəsinin qarşısında Elxanla görüşmüşdür. Sonuncu, həmin idarədən çıxıb orada ona 10.000 manat pul vermişdir. O, həmin pulu evlərinin girov qoyularaq götürdükləri kreditin aylıq ödənişinə ödəmişdir. Sonuncu qeyd etdiyi məbləğlərlə Elxan Muradovun atasına verdiyi pulun cəmi məbləği 480.000 ABŞ dolları təşkil etmişdir. Atası Elxandan aldığı pullarla Rusiyadan İrana maye və azot çənləri göndərmiş, lakin İranda həmin avadanlıqları alan şəxs atasının pulunu ödəməmişdir. Eyni zamanda, Elxan Muradovdan alınmış pulun bir qismi ilə atası Rusiyadan kompressorlar alıb Bakı şəhərinə göndərmiş, onların sayını və nə qədər pul sərf edilməsini o, bilməmişdir. Gömrük sənədləşdirilməsi ilə həmişə atası özü məşğul olmuş, atası olmayanda isə bu işi Təqsirləndirilən şəxs2 yerinə yetirmişdir. Malları həyətlərində o, qəbul edirmiş, həmin kompressorlardan 11 ədədi yığılmış formada hazırda Elxan Muradovdadır, yığılmamış formada 8 ədədi isə onların həyətindədir. Eyni zamanda atası Elxanın pulu ilə aldığı bəzi avadanlıqları maliyyə çətinliyi üzündən Bakıya gətirə bilməmişdir. 2016-cı il dekabr ayının son günlərində Elxan Muradov onu, atası və Nazimi Nəsimi rayonu Xəzinədarlıq idarəsinin yanında kafedə Fəraiz adlı şəxslə tanış etmişdir. Görüş zamanı Elxan Fəraizin qarşısında öhdəliyi olduğunu, atası verdiyi pulu Fəraizdən aldığını demişdir. Atası isə Fəraiz adlı şəxsi tanımadığını, bu barədə ilk dəfə eşitdiyini, Elxan Muradovu tanıdığını, ondan pul aldığını, Fəraizlə Elxanın arasındakı məsəlinin ona dəxli olmadığını bildirmişdir. Elxan onlara demişdir ki, həmin avadanlıqları Fəraizin həyətinə qoysanız, onlara əlavə olaraq 200.000 ABŞ dolları pul ayıracaqdır. Şahid12 ifadəsində daha sonra bildirmişdir ki, 2017-ci ilin fevral ayının sonlarında Elxanla Montində görüşmüş, görüşdə o, atası ilə, Elxan isə Fəraiz adlı tanışı ilə olmuşdur. Görüş zamanı Elxan Muradovun atasına verdiyi pullar bir daha qeyd edilmiş və bunların bir sənəddə yazılması razılaşdırılmışdır. Orada razılaşma olmuşdur ki, onlar avadanlıqları Fəraizin həyətinə qoysunlar, Fəraizlə Elxan isə evlərinin kreditinin ödənilib bağlanması və Rusiyadan malların gətirilərək avadanlıqların yığılıb hazır vəziyyətə gətirilməsi üçün pul ayıracaqlar. 2017-ci ilin mart ayının 5-də Elxan Muradovla Bakı şəhərində «Qrand hospital»la üzəbüz binanın yuxarı mərtəbələrindən birində ofisdə görüşmüşlər. Orada atası İlham, Nazim, xalası oğlu Şahid7 və Elxan Muradovun işçisi İlqar adlı şəxs iştirak etmişlər. Söhbət zamanı Elxan onun atası İlhama üzləşmə aktı göstərib imza etdirmiş, atası özü həmin aktda Elxan Muradova 510.000 ABŞ dolları borcu olmasını öz xətti ilə yazmışdır. Həmin akta atası və Elxan Muradovdan başqa, o, Nazim və İlqar da imza etmişlər. Bir neçə gündən sonra həyətlərindəki 11 ədəd kompressor avadanlığını Fəraizin H.Z.Tağıyev qəsəbəsindəki toxuculuq fabrikinin həyətinə aparıb qoymuşlar. Eyni zamanda həmin vaxt atası evlərinin kreditinin bağlanması üçün lazım olan məbləği, yəni 61.500 ABŞ dolları, avadanlıqların gətirilib bərpası üçün 75.000 ABŞ dolları barədə Elxan Muradova elektron məktub göndərmişdir. Lakin həmin pul Elxan tərəfindən atasına verilməmişdir. Faktiki olaraq həmin pula görə atası üzləşmə aktına qol çəkmiş, lakin bu pul verilmədiyindən onlar özlərini aldanmış hesab edirlər. Şahid12 zərərçəkmiş kimi tanınmış Zərərçəkmiş şəxs1 şikayəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun əmisi oğludur və Sumqayıt şəhərində faizə pul verməklə məşğuldur. 2015-ci ildə eşitmişdir ki, atası Elxandan 30.000 manat borc pul götürmüşdür. Sonradan atası Elxanın 10.000 manatını telefon mağazasında qaytarmışdır. 2015-ci ildən 2016-cı ilə kimi atası Qazaxıstana bizneslə məşğul olmaq üçün getmiş, lakin orada işi alınmadığından Elxanın borcunu vaxtında qaytara bilməmişdir. Ona görə də, Elxan onlardan əl çəkməmiş, tez-tez evlərinə gəlib pulu qaytarmalarını tələb etmiş, mübahisələr yaratmışdır. O da, bu barədə atasına və əmisi Rəşidə demişdir. X11 qəsəbəsində 99 illik icrayərə verilmiş 6 sot torpaq sahəsi olmuşdur. Elxanın evə tez-tez gəlib narahatçılıq yaratmaması üçün əmisi Rəşid həmin torpaq sahəsinin çıxarışını Elxana girov vermişdir. Lakin bir müddətdən sonra Elxan yenə də əl çəkməmiş, bu barədə atasına deyərkən, sonuncu, Ceyranbatan qəsəbəsində yerləşən öz torpaqlarını alqı-satqı yolu ilə Zərərçəkmiş şəxs1 verməyi tapşırmışdır. Bunun üçün atası ona etibarnamə vermiş, anasının da razılığı əsasında həmin torpağı Elxana satmışlar. Hazırda atasının Elxana borcu yoxdur, Elxanın bütün pullarını qaytarmışlar. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun xalasının əri, Təqsirləndirilən şəxs2 isə dayısının kürəkənidir. Onlarla bir qohum kimi onun münasibətləri hər zaman normal olmuşdur. X19 vasitəsilə sonuncunun müdiri kimi tanımışdır. O, Elxan müəllimin bizneslə məşğul olduğunu bilmiş və özü də bizneslə məşğul olduğu üçün, yəni xarici ölkələrdən televizor gətirib Azərbaycanda satışını təşkil etdiyindən və bu ticarəti genişləndirmək üçün nağd pul vəsaiti lazım olduğundan, 2014-cü ilin sonunda Nazimə müraciət edərək Elxanla görüşlərini təşkil etməyi xahiş etmişdir. Nazimin vasitəsilə ilk dəfə Elxan müəllimin ofisində görüşmüşlər. Elxan müəllimə televizor ticarəti ilə məşğul olacağını demiş, həmçinin ona veriləcək 100.000 ABŞ dolları müqabilində 2012, 2010, 2008-ci il istehsalı olan «Sprinter Mersedes» markalı sərnişin avtobuslarını girov qoyacaqdır. Həmin avtobusları texniki səhv olaraq bir-iki il yeni kimi təqdim etmişdir. Bu görüş zamanı ilkin olaraq Elxan müəllim ona razılıq vermiş və Nazimə tapşırmılşdır ki, həmin girov qoyulacaq avtobuslara baxsın. Nazim də onun iştirakı ilə avtobuslara baxmış, bu zaman həmin avtobusların istehsal illərinin əslində 2012, 2008, 2006-cı illər olması müəyyən edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Nazim onu Elxana dələduz kimi təqdim etmişdir. Nazimin onun haqqında belə təsəvvür yaratmaqda məqsədi Elxan müəllimin pulunu İlhama verilməsini təmin etmək olmuş, bunu da ona görə etmişdir, İlham Nazimə böyük məbləğdə pullar versin. X30 müəllimin onun təklifi ilə razılaşmadığını, səbəb kimi isə həmin avtobusların istehsal tarixinin köhnə olmasını bildirmişdir. Həmin ərəfədə qohumu İlham tez-tez ona müraciət edib, oksigen avadanlıqları və kompressorların satışı ticarətinə qoymaq üçün pul tapmağı xahiş etmiş, lakin bir müddət sonra İlhamın bu müraciətləri kəsilmişdir. O, sonradan bilmişdir ki, İlham Nazimlə birlikdə Elxan müəllimdən guya həmin avdanlıqların satışına görə külli miqdarda pullar almışdır. Onun bildiyinə görə, İlham və Nazim birlikdə Elxanın 620.000 ABŞ dolları pulunu ələ keçirmişdir. Şahid7 ifadəsinə görə, hələ 2014-cü ilin əvvəlində qohumu İlham ona müraciət edib məşğul olduğu ticarətə pul qoymaq üçün 70.000 ABŞ dolları pul istəyib ona 4 ay ərzində 100.000 ABŞ dolları pul qaytaracağını bildirmiş, o da, həmin 70.000 ABŞ dollarını İlhama vermişdir. İlham da həmin pulun müqabilində Rusiyadan kompressor və çən aldığını ona bildirmiş, həmin avadanlıqlar İlhamın yaşadığı Saray qəsəbəsində olan evinin arxasına yığılmışdır. Bu avadanlıqların 2017-ci ilə qədər orada saxlanılması barədə onun məlumatı olmuşdur. İlhamın müxtəlif şəxslərə, o cümlədən Elxan müəllimə nümayiş etdirib guya onların pulu müqabilində almasını bildirdiyi həmin avadanlıqlar əslində 2014-cü ilin əvvəlində onun verdiyi pulun hesabına alınmışdır. 2014-cü ilin martında o, İlhamdan pulunu qaytarmasını tələb etmiş, sonuncu da, öz istifadəsində olan «Honda Pilot» və «Nissan Juke» markalı avtomobillərini satıb ona olan borcunu ödəmişdir. Həmçinin, 2014-cü ilin yay ayında İlham xaricdə olan zaman ona zəng vurub 80.000 ABŞ dolları pul istəmiş, bu pulun müqabilində isə 100.000 ABŞ dolları qaytaracağını bildirmişdir. Bu zaman o, yenə də İlhamla razılaşmışdır. İlham həmin pulu onun həyat yoldaşı Gülcahana verməyi tapşırmış, o da, həmin pulu İlhamın yaşadığı evin həyətində vermişdir. Bundan sonra həmin pulun müqabilində İlham öz mülkiyyətində olan «Mersedes GL» markalı avtomobili oğlu Samirə satdırıb ona 20.000 ABŞ dolları vermişdir. Bundan başqa, İlham 20.000 ABŞ dolları pulu verdikdən sonra ona hər ay 10.000 ABŞ dolları qazanc adı ilə ümumilikdə 30.000 ABŞ dolları pul ödəmişdir. Hazırda isə İlhamın ona qazancla birlikdə 80.000 ABŞ dolları borcu vardır. İlham onu sakitləşdirmək üçün və əvvəldən aralarında olan razılığa əsasən həmin 50.000 ABŞ dollarını qazanc kimi ona vermişdir. O, hazırda başa düşmüşdür ki, İlhamın ona bu pulu verməkdə məqsədi Elxanın bu məsələdən xəbərdar olmaması olmuşdur. 2015-ci ilin dekabr ayında Elxandan aldığı 40.000 ABŞ dolları dəyərindəki milli valyuta ilə olan puldan İlham ona 2.000 manat pul vermişdir. Bundan sonra, İlhamdan pulunu tələb edən zaman, sonuncu ona Qazaxıstanda güclü işlər gördüyünü, burada rels ticarəti ilə məşğul olduğunu, yüksək dərəcədə gəlir əldə etdiyini bildirərək onu sakitləşdirməyə çalışmışdır. O da, buna inanmayıb İlhamın arxası ilə Qazaxıstanın Astana şəhərinə getmişdir. Burada İlhamla görüşüb 1 ay müddətinə orada qalmışdır. Qazaxıstanda olan zaman ona tamamilə aydın olmuşdur ki, İlhamın rels biznesi ilə bağlı dedikləri tamamilə yalandır, o, ancaq əyləncə ilə məşğul olmuşdur. Astanada İlhamın yanında olan zaman Elxan müəllim dəfələrlə İlhamla əlaqə saxlayıb işlərin gedişini soruşmuş, İlham da Elxanı hər dəfə müxtəlif bəhanələrlə aldatmışdır. O, Qazaxıstanda olan zaman özü ilə apardığı Samirdən atasının maşınının satışı nəticəsində əldə edilmiş 20.000 ABŞ dolları pulu ilə televizor ticarəti ilə məşğul olub gəlir əldə etmiş və həmin puldan Samirə də vermişdir. Bakıya qaytıdıqdan sonra Elxanla görüşmüş, sonuncuya bildirmişdir ki, İlhama verdiyi bütün pullardan əl çəksin. Elxan isə İlhama inandığını və onun geri qayıdacağını bildirmişdir. Sonra İlham Bakıya qayıtmışdır. İlham və X31 yaşadığı evin yaxınlığındakı kafedə onunla görüşərək Elxanı ayıltmamağı, ondan yenidən külli miqdarda pul alıb ona da həmin puldan 40.000 ABŞ dolları pulu kondisioner ticarəti ilə məşğul olmağı üçün verəcəklərini demişlər. O da, həmin dəqiqə Nazimə zəng vurub İlhamın yenidən Elxandan pul alıb onu aldatmaq istəməsi barədə məlumat vermişdir. İlham və oğlu Samir ona ailə üzvləri vasitəsilə dəfələrlə xəbər göndərib bildirmişlər ki, hazırkı cinayət işində onların əleyhinə olan ifadə verməsin. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun uşaqlıq dostudur. 2015-ci ilin iyun ayında o, Elxanın «Nur Telekom» adlı telefon mağazasına gedərkən orada əmisi İlhamla söhbət etdiyini görmüşdür. Söhbət zamanı eşitmişdir ki, X20 çoxlu sayda neft kompressorları gətirdiyini deyərək, Elxana həmin işdə maddi cəhətdən köməklik etməyi, bir yerdə şərik işləyib pul qazanmağı təklif etmişdir. Elxan İlhamdan nə qədər pul lazım olduğunu soruşarkən, sonuncu, Elxana 30.000 dollar lazım olduğunu demişdir. Elxan İlhama 18-ci mikrorayonda «Ayli Gecə» restoranının arxasında obyekt danışdığını, onu almalı olduğunu, onunla iş qurmağa pulu çatmayacağını söyləmişdir. İlham isə Elxana həmin obyekri almamağı məsləhət görərək, onunla şərikli işləsə, çoxlu pul qazandıracağını demişdir. Elxan da İlhamla razılaşmış, amma onda indi 30.000 dollar yox, dükanda 20.000 dollar pulu olduğunu söyləmiş, İlham da həmin pulu götürməyə razılaşmışdır. Həmin vaxt Elxan İlhama 20.000 ABŞ dollar pul sayıb vermişdir. İlham Elxana narahat olmamağı, mallar gələn kimi əlaqə saxlayacağını deyərək pulu götürüb getmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun tanışıdır. 2015-ci ilin iyun-iyul aylarında o, Elxanla özünün işlədiyi xalçayuma sexində çay içərkən Elxanın mobil telefonuna zəng gəlmişdir. Telefonla danışdıqdan sonra Elxan ona işlədiyi «Nur Telekom» mağazasına getməyi təklif etmiş, oraya əmisi gəlib onu gözlədiyini bildirmişdir. O, Elxanla birlikdə həmin mağazaya getmişlər. Orada əmisi İlham Elxana demişdir ki, kompressor mallar gəlibdir, onları gömrükdən çıxarmaq üçün 30.000 dollar pul lazımdır. Elxan keçən dəfə ona pul verdiyini İlhama demiş, yenidən bu qədər pulu vermək imkanı olmadığını söyləmişdir. İlham Elxana başqa obyekt almağına ehtiyac olmadığını, ona kompressorlar gələndən sonra əlavə pul da verəcəyini bildirmişdir. Elxan İlhamla razılaşmış və adını bilmədiyi qadın satıcısına gedib maşından çantasını gətirməyi tapşırmışdır. Qadın satıcı qara çanta gətirib Elxana vermişdir. Elxan da onun yanında həmin çantadan 30.000 dollar pulu çıxarıb sayaraq İlhama vermiş, sonuncu, pulu götürüb getmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 2014-2017-ci illərdə Zərərçəkmiş şəxs1 məxsus telefon mağazasında satıcı işləmiş, hazırda isə oradan işdən çıxmışdır. Zərərçəkmiş şəxs1 mağazası kiçik mağaza olmuş, orada olan bütün danışıqları eşitmək mümkün olmuşdur. 2015-ci ilin iyun-iyul ayında bir gün Elxanın əmisi İlham «Nur Telekom» mağazasına gəlib Elxanı soruşmuşdur. O, İlhama Elxanın bir azdan gələcəyini demiş, sonra İlham Elxanın mobil telefonuna zəng edib obyektdə olduğunu və Elxanı gözlədiyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Elxan obyektə gəlmişdir. İlham əmisi ilə söhbət zamanı sonuncu Elxana neft məhsullarının istehsalı üçün lazım olan zəruri avadanlıqların ticarəti ilə məşğul olduğunu, neft kompessorları almaq üçün pul lazım olduğunu demişdir. Elxan isə İlhama indi özünə obyekt almaq istədiyini, ona verməyə pulu olmayacağını söyləmişdir. İlham Elxandan obyektin harada olduğunu soruşmuş, Elxan isə obyektin Sumqayıt şəhərində 18ci mikrorayon ərazisində yerləşdiyini bildirmişdir. Həmin vaxt o, Elxangilə çay vermişdir. İlham Elxana obyekti almamağı, onun mallarını almağa köməklik etməyi təklif etmiş, Elxana 8-10 min pul qazandıracağını demişdir. Həmin vaxt Elxan İlhamdan malları gömrükdən çıxarmağa görə nə qədər pul lazım olduğunu soruşmuş, İlham isə 30.000 dollar pul lazım olduğunu demişdir. Elxan onda 20.000 dollar pul olduğunu bildirmiş, həmin vaxt Elxanın yanında tanışı Vəli də olmuşdur. Onların yanında Elxan çantasından 20.000 dollar pul çıxarıb İlhama vermişdir. Bir neçə gündən sonra İlham yenidən obyektə gəlib Elxanı soruşmuş, o, Elxanın olmadığını, bir azdan gələcəyini bildirmişdir. İlham Elxana zəng edib obyektə gəldiyini, onu gözlədiyini demiş, bir neçə dəqiqədən sonra Elxan Baxış adlı tanışı ilə obyektə gəlmişdir. İlham söhbət zamanı Elxana kompessor mallarının gəldiyini, gömrükdə olduğunu, onların gömrükdən çıxarmaq üçün pul lazım olduğunu demişdir. Elxan isə İlhama keçən dəfə 20.000 dollar verdiyini və hələ xeyri olmadığını, indi özünə obyekt almaq istədiyini bildirərək pulu vermək istəməmişdir. İlham ondan obyektin yerini soruşmuş və birlikdə həmin obyektə baxmağa getmişlər. Bir neçə dəqiqədən sonra qayıdıb mağazaya gəlmişlər. X27 həmin obyekti almamağı, malları gömrükdən çıxarmağa pul verməyi təklif edərək, bir əməliyyatla ona 8-10 min pul qazandıracağını bildirmişdir. Həmin vaxt Elxan İlhamdan malları gömrükdən çıxarmağa görə nə qədər pul lazım olduğunu soruşmuş, İlham isə 30.000 dollar pul lazım olduğunu demişdir. Elxan razılaşaraq ona maşınında olan pul çantasını gətirməyi tapşırmış, o da, çantanı gətirmişdir. Elxan çantadan pulu çıxararaq həmin vaxt İlhama 30.000 dollar pul vermişdir. Pulu verərkən Elxan əmisi İlhama arxayın olduğunu, tezliklə danışdığı kimi pulları qaytaracağına əmin olduğunu söyləmiş, İlham da narahat olmamağı, hər şeyin yaxşı olacağını deyərək pulu götürüb getmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşı, Zərərçəkmiş şəxs1 isə digər qardaşının oğludur. Onların arasında pul alış-verişinin olmasında iştirak etməmişdir. Lakin eşitmişdir ki, qardaşı İlham Elxandan 30.000 manat pul almışdır. Hətta həmin pulun 2500 manatını İlham qaytarmışdır. Belə ki, İlhamın oğlu Samir Elxandan çəkindiyi üçün 2500 manat pulu ona verərək həmin pulu Elxana verməyi tapşırmış, o da, həmin pulu aparıb Elxana vermişdir. İlham Elxanın pulunu qaytarmadığından aralarında narazılıq yaranmış, ona görə də, Elxan tez-tez İlhamın evinə gələrək söz-söhbət, mübahisə yaratmış, İlhamın ailəsini təhqir etmişdir. 2016-cı ilin yay ayında Elxanın «Nur telekom» mağazasında İlhamın pul borcunun olması barədə söhbət edərkən sülhlə aralarında olan məsələsini həll etməyi təklif edərkən, Elxan onun da, İlhamın da Ceyranbatan qəsəbəsində yolun kənarında torpaq sahələri olduğunu deyərək, onları özünə verməyi, İlhamın torpağı adına keçən kimi onun sənədini qaytaracağını təklif etmiş, o da, razılaşmışdır. Bu barədə İlhamın evinə gedib ailəsi ilə söhbət etmişlər. Onlar icarə əsasında Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş 6 sot torpaq sahəsini alqı-satqı yolu ilə Elxana verməyə razılaşmışlar. Bununla əlaqədar notariusun yanına getmişlər. Notariat kontorunun qabağında o, Samir, Elxanın arvadı Gülcahan və Elxan olmuşlar. Onlar öz aralarında söhbət edərək razılaşmışlar ki, Elxana 6 sot icarə torpağını satmışlar, əvəzində isə Elxan onlardan tamamilə əl çəkəcəkdir. Bununla əlaqədar notariusun bütün xərclərini Elxan özü çəkmiş, hesaba 6000 manat pul qoymuşdur ki, guya onlar həmin torpaq sahəsini 6000 manata satmışlar. Müqavilənin rəsmləşməsi başa çatdıqdan sonra 6000 manat pulu Elxan hesabdan götürmüşdür. Orada başqa söhbət olmamışdır. Halhazırda İlham tutulmuşdur, İlhamın pulu qaytarmaması ilə əlaqədar dəfələrlə Elxan onu təhqir etmiş, onun öz torpaq sahəsinin sənədlərini də qaytarmamışdır. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun oğlu, Zərərçəkmiş şəxs1 isə nəvəsidir. Onların arasında pul alışverişinin olmasında iştirak etməmişdir. Lakin eşitmişdir ki, İlham Elxandan 30.000 manat pul almışdır. İlham Elxanın pulunu qaytarmadığından aralarında narazılıq yaranmış, ona görə də Elxan tez-tez İlhamın evinə gələrək söz-söhbət, mübahisə yaratmış, İlhamın ailəsini təhqir etmişdir. 2016-cı ilin yay ayında Elxan İlhamın ailəsinə demişdir ki, İlhamın Ceyranbatan qəsəbəsində yolun kənarında torpaq sahəsi vardır, onu Elxana versinlər. İlhamın ailəsi Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş 6 sot torpaq sahəsini alqı-satqı yolu ilə Elxana verməyə razılaşmışlar. Şərt belə olmuşdur ki, Elxan 6 sot icarə torpağını alıb əvəzində İlhamdan və onun ailəsindən bir daha heç nə tələb etməyəcəkdir. Həmin torpaq sahəsi Elxanın adına rəsmiləşmiş, lakin İlhamın oğlu Samir həmin torpaq sahəsinə görə Elxandan bir manat da pul almamışdır. 6000 manat pulu müqavilə rəsmiləşəndən sonra Elxan özünə götürmüşdür. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı Zərərçəkmiş şəxs3 qızı Şahid8 şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 anasının tanışı kimi tanımış, onların hər zaman münasibətləri yaxşı olmuşdur. O, İlhamın hansı işlər görməsini dəqiq bilməsə də, özünün deməsindən çoxlu pullar qazandığını bilmişdir. Anası İlhama ilk vaxtlar pullar verəndə onun bu barədə məlumatı olmamışdır. Lakin 2016-cı ildə dəqiq tarixini bilmədiyi vaxtda anası bir problemi haqqında ona danışmaq istədiyini bildirmişdir. Anası Gülnaz ona demişdir ki, İlham guya hansısa avadanlıqların ticarəti ilə məşğuldur və bu işdə gəlir əldə etmək üçün ondan 25.000 ABŞ dolları pulunu almışdır, artıq bir ildən çoxdur ki, pulunu qaytarmır. Anası bu məsələni ona görə hamıdan gizli saxladığını bildirmişdir, İlham özü ondan pul aldığını qətiyyən heç kəsə deməməyi ona tapşırmışdır. Bundan sonra o, həmin məsələnin həlli üçün anasına kömək etməyə başlamışdır. Anası ilə birlikdə dəfələrlə İlhamın yaşadığı ünvana gedib pullarını tələb etməyə başlamışlar. İlhamgilə gedərkən əksər vaxtlarda İlham gizlənmiş və ortaya çıxmamış, qarşılarına çıxan zaman isə onları çox yaxşı şəkildə qəbul edib tezliklə pulu qaytaracağına söz vermişdir. Bir müddət sonra İlhamın yenə də pulu qaytarmadığını gördükdə anası qardaşı Kamrana bu barədə bildirmişdir. Kamran da özü birbaşa İlhamla uzun müddət pulu geri qaytarması üçün əlaqə saxlasa da, bunun da nəticəsi olmamışdır. Sonradan anasının deməsindən ona məlum olmuşdur ki, İlham aldığı puldan cəmi 4.000 ABŞ dolları geri qaytarmış, qalan pulları isə qaytarmaqdan yayınır. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid9 Şahid8 yaxın rəfiqəsi olduğunu bildirərək, məhkəmə iclasında onun verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 1992-ci ildən Sumqayıt şəhərində boru-prokat zavodunda işlədikləri vaxtdan tanımış, yaxşı münasibətləri olmuşdur. Təxminən 2012-2013-cü illərdə xarici ölkələrdən olan mənbələrdən kompressor alaraq Azərbaycanda və İranda satmaqla bağlı İlhamla qısa müddətli iş birlikləri olmuşdur. Sonradan həmin iş birliyi qurtarmış, aralarında heç bir pul haqq-hesabı qalmamışdır. Zərərçəkmiş şəxs3 isə o, 10 ildir ki, tanıyır, onunla da bir tanış kimi münasibətləri yaxşı olmuşdur. İlham Bakı şəhər Baş Polis idarəsi tərəfindən həbs ediləndən sonra o, İlhamın Gülnazdan pul almağı barədə məlumat almışdır. Lakin bundan qabaq onların hər ikisini tanısa da, onların arasında mövcud olan pul münasibətləri barədə heç bir məlumatı olmamışdır. Gülnaz sonradan özü ona demişdir ki, İlham ondan pul aldıqdan sonra Gülnaza bərk-bərk tapşıraraq ondan pul alması barədə heç kimə deməməyi tapşırmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 pulu guya onun vasitəsi ilə faizə götürdüyünü bildirmişdir. Əslində isə, İlhamın dedikləri tamamilə yalandır. İlham Gülnazdan pulu onun vasitəsilə götürməmişdir və Gülnazdan alınan pullar onların heç bir iş birliklərinə sərf edilməmişdir. Ümumiyyətlə, İlhamın Gülnazdan pul götürdüyü vaxt onun bu barədə məlumatı olmamışdır. O, ancaq İlham həbs olunduqdan sonra bunu bilmişdir. Gülnaz ona bildirmişdir ki, İlham Gülnaza son vaxta qədər, yəni həbs olunana qədər pulu geri qaytaracağını bildirmiş, buna görə Gülnaz İlhamdan şikayət etməmiş və bu barədə heç kimə məlumat verməmişdir. Gülnazın deməsinə görə, İlham hələ də Gülnazın pulunu geri qaytarmamışdır. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid6 bildirmişdir ki, o, 1994-cü ildən Elxan Muradovu tanıyır. Elxan uzun müddət "xxxx" ASC-də maliyyə məsələləri üzrə idarə heyətinin sədr müavini olmuşdur. O isə, bankın kredit şöbəsində kredit mütəxəssisi və həmin şöbənin müdiri işləmişdir. Rəhbərlik və işçi heyəti arasında savadı, bacarığı və insani keyfiyyətləri ilə hamının hörmətini qazanmışdır. Daha sonra Elxan müəllim “QALA CONSTRUCTİON” şirkətində çalışmağa başlamışdır. Həmin şirkətdə o, mütəxəssis işləyir. 2016-cı ilin mart ayında Elxan Muradovun şirkətin əməkdaşı Təqsirləndirilən şəxs2, İlham və oğlu Samir tərəfindən aldanıldığını eşitmişdir. Nazim onların şirkətində mütəxəssis vəzifəsində işləmişdir. Bu şəxslər 2014-cü ildən Elxan müəllimin etibarından sui-istifadə edərək iş görmək adı ilə pulunu mənimsəyərək küllü miqdarda ziyan vurmuşlar. 2016-cı ilin oktyabr ayında həmin şəxslərlə görüşüb söhbət etməyi Elxan müəllimə təklif etmişdir. İlk növbədə Nazimlə görüşüb niyə belə etdiyini soruşmuşdur. Elxan isə cavabında onu da aldadıblar demişdir. Bir neçə dəfə Nazimlə görüşüb bu məsələnin həll etməsini izah etmişdir. Nazim həll etməyi söz versə də, dediyinə əməl etməmiş və işləmək adı ilə Rusiya Federasiyasının Anapa şəhərinə getmişdir. Anapada olmağına baxmayaraq Naizmlə mütəmadi əlaqə saxlayıb nə vaxt qayıdacağı, məsələni nə vaxt həll edəcəyi barədə maraqlanmışdır. Eyni zamanda İlham Gürcüstan Respublikasına (dediyinə görə) getmişdir. Onunla da əlaqə saxlayıb işlərin nə yerdə olduğunu soruşmuş, suallarının cavabı isə yalnız yalan, uydurma sözlər, reallığı olmayan işlər olmuşdur. Hətta bir necə dəfə telefonda mübahisələri olmuşdur. 2017-ci ilin yanvar ayının əvvəlində İlham 250.000 (iki yüz əlli min) ABŞ dollarını ayın axırına kimi ödəməyi öhdəsinə götürmüşdür. Elxan müəllim İlhama əlavə 15 gün (2017-cı ilin fevralın 15-nə kimi) vaxtının olduğunu demişdir. İlham demişdir ki, 15 günə ehtiyac yoxdur, o, kişi kimi söz deyir, onun sözü hər şeydən üstündür. Bütün bu deyilənlərə baxmayaraq, deyilən kişi sözünə əməl olunmamışdır. İlham və Nazim ölkədə olmayan zaman Elxan müəllimə yalandan göstərdikləri kompressorlara baxış keçirməyi düşünmüşdür. Çünki Elxan müəllimdən alınan pulun müqabilində onlar 25 ədəd kompressor gətirdiklərini demişlər. Kompressorların 11 ədədinin İlhamın Saray qəsəbəsindəki həyət evində, digər 14 ədədinin «Ulduz» metrostansiyasının yanında yerləşən zavodun həyətində olduğunu müəyyənləşdirmişdir. İlk növbədə zavoda getmişdir. Uzun axtarışdan sonra avadanlıqları zavodun ərazisində yerləşən taxta sexində tapmışdır. Sexin işçiləri ilə söhbət etmişdir. Məlum olmuşdur ki, burada yerləşən kompressorlar (14 ədəd) Nəsib adlı şəxsə məxsusdur. Sexin işçiləri İlhamı tanımadıqlarını demişlər. Bu barədə Elxan müəllimə məlumat vermişdir. Sonra İlhamın gəlməsini gözləmişdir ki, həyətindəki avadanlıqlara baxsınlar. Bir müddətdən sonra İlham ölkəyə qayıtsa da, onlara həyətindəki avadanlıqları göstərməmişdir. 14 ədəd kompressorun İlhama məxsus olduğunu yalandan dediyini oğlu Samir etiraf etmişdir. Bundan sonra bir neçə dəfə görüşləri olsa da, heç bir nəticə olmamışdır. İlham Elxan müəllimdən alınan pulları öz aralarında böldüyünü demişdir. Dediyinə görə Nazimə 136.000 ABŞ dolları (Elxana çatdırması üçün), Zaur adlı bir şəxsə 200.000 ABŞ dolları (İlham bu pulu Zaura borclu olduğuna görə ona ödədiyini deyirdi), 192.000 ABŞ dolları Qazaxstanda bir neçə nəfərlə (Əliyusif, Nəriman, Aydın, Faiq) gördüyü işdə «yandırıb», qalan pula isə müəyyən müddət Qazaxıstanda qalmasına, Saray qəsəsbəsindəki evinin bankdakı kredit borcuna, ozunə Mercedes-Benz GL450 markalı, oğluna Nissan JUKE markalı avtomobillər almağa sərf etmişdir. Nazim onlarla təklikdə olan görüşlərində deyilən məbləği təkzib etsə də, sonradan İlhamla birgə olan görüşlərdə etirazını bildirməmişdir. Bir qədər sonra İlham və oğlu Samir Elxan müəllimə zəng edib pulunun geri qayıtmasını istəyirsə, yenidən onlara 145.000 ABŞ dolları verməsini tələb etmişlər. Elxan müəllim bunun mümkün olmadığını, əvvəl götürdükləri pulların geri qaytarılmasını xahiş etmişdir. Xahişin cavabı isə “vermirik, get nə bacarırsan onu da et” oldu. Sonradan gedən söhbətlər əsasında başa düşmüşdür ki, elə bütün oyunu quran Nazim özü olmuşdur. İlhamla ilk görüşdən onun yalançı və qeyrisəmimi insan olduğunun şahidi olmuşdur. Daha sonra bir neçə dəfə görüşləri olmuşdur. Danışıqların çoxunda İlhamın oğlu Samir də iştirak etmişdir. Elxan müəllimdən mənimsədikləri pulu etiraf etsələr də, nə vaxt və necə qaytaracaqları barədə real bir söz deməmişlər. Apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı Şahid8 ifadə verərək bildirmişdir ki, birinci instansiya məhkəməsində verdiyim ifadəni təsdiq etmiş, Zərərçəkmiş şəxs3 anasıdır. Təqsirləndirilən şəxs1 anasına borcu var idi. Həmin borcla bağlı anası ilə birlikdə onun evinə getmişdir. Hər dəfə onlara xoş qarşılayıb, borcu qaytaracağını bildirib. İş materiallarına əlavə edilmiş 07 sentyabr 2017-ci il tarixli və 09 sentyabr 2017-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, zərərçəkmiş şəxs Elxan Muradov sərbəst ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq edərək onları ifşa etmişdir. Cinayət işinə əlavə edilmiş 21 aprel 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Şahid7 üzünə qarşı deyərək təsdiq etmişdir. Cinayət işində olan 23 iyun 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 üzləşdirmə istintaq hərəkəti zamanı istintaqa verdiyi sərbəst ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 23 iyun 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 istintaqa verdiyi sərbəst ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 29 yanvar 2018-ci il tarixli və 13 sentyabr 2017-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X12 ifadələrində bildirdikləri xüsusatları iş üzrə şahid qismində dindirilmiş Şahid12 üzünə qarşı təsdiq etmişdir. Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 22 dekabr 2016-cı il tarixli əlyazma ilə yazılmış sənədin məzmunundan görünür ki, “Mən Zərərçəkmiş şəxs1 əmim Təqsirləndirilən şəxs1 50.000 (əlli min) dollar pul vermişəm. Aramızda olan 50.000 (əlli min) Amerika dolları 2017-ci il tarixdə (2017-ci il ərzində 6-10 ay) müddətinə qaytaracağına razılaşdıq.” Qeyd edilmiş həmin yazıların alt hissəsindən Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 öz imzaları və “22.12.2016-cı il” tarixi öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış, 16 iyul 2016-cı il tarixli torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısı haqqında müqavilədən görünür ki, Sumqayıt şəhəri, Bakı- Quba yolu Yeni yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsinin icarə hüququ Zərərçəkmiş şəxs1 məxsusdur. Abşeron rayonu, Saray bələdiyyəsinin 16.01.2018-ci il tarixli 3 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Saray bələdiyyəsi tərəfindən heç bir torpaq sahəsi ayrılmamışdır. Cinayət işinə əlavə edilmiş 05 mart 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun əmlakın könüllü təhvil-təslim aktından görünür ki, 18 iyun 2015-ci il tarixli İNV-001/2015 saylı birgə fəaliyyət haqqında tərəfdaşlıq müqaviləsi üzrə yaranan öhdəliklərin icrası ilə əlaqədar olaraq "İnvestor" - «X10» MMC, nümayəndəsi Şahid6 şəxsində bir tərəfdən və "Əməliyyatçı" - fiziki şəxs sahibkar "Təqsirləndirilən şəxs1", Təqsirləndirilən şəxs1 şəxsində yuxarıda göstərilən Müqavilənin tələblərindən irəli gələn müddəalara əsaslanaraq, "Əməliyyatçı"nın "İnvestor" qarşısında yaranmış vaxtı keçmiş öhdəliklərin təminatı olaraq 11 (on bir) ədəd Rusiya istehsalı olan 305BP-16/70 markalı kompressor qurğularının və onların ehtiyat hissələrinin (təhvil olunan günə ehtimal olunan qiyməti 40.000(qırx min) ABŞ dolları, likvid bazar qiyməti 28.000(iyirmi səkkiz min) ABŞ dolları, alış dəyəri 15.000 (on beş min) ABŞ dolları təhvil-təslimini həyata keçirdilər, bunu öz imza və möhürləri ilə təsdiq edirlər. Təhvil olunan kompressorlardan iki ədədi daşınma zamanı zədələnmişdir və istismara yararlı deyildir. Təhvil-təslim olunan kompressor qurğularının istismara tam yararlı və işlək halda olmasına "Əməliyyatçı" tam maddi məsuliyyət daşıyır. Eyni zamanda tərəflər razılığa gəlirlər ki, Müqavilə şərtlərinə uyğun olaraq təhvil-təslim olunan avadanlıqların satışı üzrə öhdəliklər tam olaraq "Əməliyyatçı"-ya məxsusdur və məsuliyyəti “Əməliyyatçı” daşıyır. Eyni zamanda 22 iyun 2015-ci il tarixli 1 saylı kassa məxaric orderi və həmin tarixli nağd pulun təhvil təslim aktından görünür ki, Elxan Muradov tərəfindən Təqsirləndirilən şəxs1 480.000 ABŞ dolları pul verilmişdir. 15 dekabr 2016-cı il tarixli 2 saylı kassa məxaric orderi və həmin tarixli nağd pulun təhvil təslim aktından görünür ki, Elxan Muradov tərəfindən Təqsirləndirilən şəxs1 280.000 ABŞ dolları pul verilmişdir. Cinayət işində olan 22 noyabr 2017-ci il tarixli disklərə baxış keçirilməsi haqqında protokola əsasən, "xxxx" MMC-nin 22 noyabr 2017-ci il tarixli 29262 saylı müşayiət məktubu ilə göndərilmiş telefon danışıqları barədə məlumatların təsbit edildiyi diskə baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə zərərçəkmiş şəxs X9 istifadəsində olan ********** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı nömrə arasında ilk telefon danışığı 11.03.2015-ci il tarixdə, Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı nömrə ilə ilk telefon danışığı 21.02.2015-ci il tarixdə qeydə alınmışdır. "xxxx" MMCnin 17 noyabr 2017-ci il tarixli BKC/LgL24435/17 saylı müşayiət məktubu ilə göndərilmiş telefon danışıqları barədə məlumatların təsbit edildiyi diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı nömrə ilə Elxan Muradovun istifadəsində olan ********** saylı telefon nömrəsi ilə ilk telefon danışığı 21.02.2015-ci il tarixdə qeydə alınmışdır. 02 dekabr 2017-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs X12 və Təqsirləndirilən şəxs1 təqdim etdiyi disklərə baxış keçirilərkən həmin disklərdə olan səs yazılarında cinayət təqibi üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilmişdir. 14 iyun 2018-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi diskə baxış keçirilərkən həmin diskdə olan səs yazıları və digər məlumatlarda cinayət təqibi üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, himayəsində üç nəfər azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş 18 yanvar 2018-ci il tarixli tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları barədə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsində məlumat yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, əsas məsələ məhkum edilmiş şəxsin əməlində cinayət tərkibinin olub-olmamasının müəyyən edilməsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsiinn 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Bu müddəaya görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Odur ki, əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı bir səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda şəxsin belə hərəkət etməsi CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin subyektindən dələduza çevirmir. Zərərçəkmiş şəxs3 ilə bağlı olan epizod üzrə birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ifadəsində qeyd olunmuşdur ki, o, Gülnazı təxminən 15-20 il əvvəldən tanımış, münasibətləri hər zaman yaxşı olmuşdur. Təxminən 2012-2013-cü ildə tanışı Şahid10 adlı şəxsin təklifi ilə şərikli bizneslərinə pul qoymaq üçün Gülnazdan faizə pul götürmək qərarına gəlmiş, buna görə də Gülnaz 12.000 ABŞ dollarını İlqara borc vermişdir. O da, Gülnaz tərəfindən verilmiş və İlqarla ikisinin biznesinə sərf edilmiş həmin pulu və faizini özü ödəməyə razılaşmışdır. Bu söhbəti İlqar Gülnazla etmişdir. Gülnaz 12.000 ABŞ dolları pulu İlqarın deməsinə görə onlara faizə vermişdir. O da, həmin pulu hər ay üçün faiz ödəməklə ümumilikdə 12.000 ABŞ dolları əsas məbləği və 6.000 ABŞ dolları faiz məbləğini geri qaytarmışdır. Pulun bir hissəsini Gülnaza çatdırması üçün İlqara, qalan hissəsini isə Gülnazın özünə vermişdir. Sonradan o, Qazaxıstanda olan vaxt Gülnaz yenidən onunla əlaqə saxlamış, iki il ərzində ödədiyi pulun faizini yenidən ondan tələb etməyə başlamışdır. O da, özünün vaxtı ilə etdiyi səhvlərinin üstü açılmaması üçün Gülnaza yenidən pul verməyə razılaşmışdır. Belə ki, onun Gülnazla kişi və qadın kimi yaxın münasibətləri olmuş, 2 aya kimi birlikdə yaşamışlar, bundan sonra İlqar onunla hazıradək yaşamağa başlamışdır. O, Gülnazdan ehtiyat edib onu biabır etməməsi üçün Gülnaza yenidən 8.000 ABŞ dolları əlavə faizlər ödəmişdir. Beləliklə, Gülnaza ümumilikdə 26.000 ABŞ dolları ödəmişdir. İş materiallarında olan, Zərərçəkmiş şəxs3 birinci instansiya ilə ibtidai istintaqdakı ifadələri arasındakı ziddiyyətlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan, diskə baxış protokolu olmasına baxmayaraq həmin disk boş olmuşdur. Həmçinin şahidlər Zərərçəkmiş şəxs3 qızı Şahid8 və rəfiqəsi X1 pul verilməsi anını birbaşa olaraq görməmiş, yalnız eşitdiklərini bildirmişlər. Bu hal apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı da təsdiq olunmuşdur. Bu baxımdan həmin şəxslərin ifadələri etibarlı hesab edilə və sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.3-cü maddəsinə qeyd olunmuşdur ki, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. İş materiallarında olan, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “...Familə Əliyusifin və qardaşı Rövşənin baldızıdır, həmçinin zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs1 xalasıdır. O, Zərərçəkmiş şəxs4 heç vaxt hər hansı məbləğdə pul almamış və ona heç bir borcu yoxdur. Familə Əliyusif və Zərərçəkmiş şəxs1 tərəfindən öyrədilmiş şəxsdir və onların sifarişi ilə guya ona pul verməsini yalandan iddia edir...” İş materiallarında olan, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində ifadə verərkən Zərərçəkmiş şəxs4 qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 28.000 ABŞ dolları pulu verənə qədər, ona 4-5 min dollar pul vermədiyini, İlhamın ondan 200-500 manat alıb, sonra da qaytardığını, həmin 28.000 ABŞ dollar pulu 3 dəfəyə İlhama və oğlu Samirə verdiyini, pulu verərkən oğlunun da xəbəri olduğunu göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi, İlham Cəfərovla üzləşdirmə zamanı verdiyi ifadəsi və məhkəmə iclasında verdiyi ifadəsinə nəzər yetirdikdə hər üç ifadənin fərqli olması, ifadələr arasında ziddiyyətin olması müşahidə edilir və həmin ifadələrdə obyektiv həqiqət əks olunmamışdır. Birinci instansiya məhkəməsi bu epizod üzrə yalnız zərərçəkmiş şəxsin ifadəsinə əsaslanaraq ittiham hökmü çıxarmışdır. İş materiallarında olan, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, “Təqsirləndirilən şəxs1 onun əmisidir. O, özünə obyekt almaq istəmiş və bu məqsədlə əmisi Təqsirləndirilən şəxs1 çağırıb aldığı obyektə baxmaq istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 maşınla "Aylı Gecə” restoranının yanına gəlmişdir. İlham obyektə baxandan sonra "sən neynəyirsən bu obyekti alıb, sən buradan ayda nə qədər qazanc götürəcəksən? " deyə soruşmuş, o isə, həmin obyektdən 1.200 manat qazanc götürəcəyini söyləmişdir. İlham özünün neft avadanlıqlarının satışı işə məşğul olduğunu və pulu ona verdiyi halda daha çox qazanc əldə edə biləcəyini bildirmişdir. Buna görə də, o, İlhamın təklifi ilə razılaşmış və müxtəlif vaxtlarda Şahid2, Şahid1 və Ziyafət Abdinovun şahidliyi ilə İlhama pul vermişdir. İlham sonuncu dəfə ondan 30.000 ABŞ dollar pul almış və yaxın vaxtlarda qaytaracağını, həmçinin bu barədə heç kimə heç bir şey deməməsini bildirmişdir. İlham digər zərərçəkmiş şəxslərdən də pul alanda heç kimə bu barədə bir şey deməmələrini onlara tapşırmışdır. İlhamdan pulunu tələb edəndə, sonuncu, onu hədələmişdir. O, vurulmuş ziyanın dollarla və hazırki məzənnəyə uyğun ödənilməsini tələb edir.” Məhkəmə kollegiyası verilmiş ittiham üzrə məhkəmələr tərəfindən qəbul edilmiş sübutlarla bağlı ziddiyyətlərin olduğunu qeyd edərək, hesab edir ki, qeyd olunan epizod üzrə şahid qismində ifadə vermiş şəxslərin Zərərçəkmiş şəxs1 əmisi İlhama nə qədər pul verməsi və həmin pulu kimlərin iştirakı ilə verməsinə dair ifadələri arasında ziddiyyət vardır. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan və qeyd olunan ittiham üzrə məhkəmələr tərəfindən qəbul edilmiş sübutlarda pulun Təqsirləndirilən şəxs1 hansisa bir iş görmək qarşılığında yoxsa borc kimi verilməsi, verilən pulun miqdarının nə qədər olması ilə bağlı əsaslı faktlar olmadığından həmin sübutlar ziddiyyət təşkil edir. Qeyd edilənlərə rəğmən məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən hallar Xırıdov İlhamın əməlində dələduzluq faktının olmadığını göstərir. Bu hallar mülki öhdəçiliklə ilə bağlı məsələlər olduğundan mülki məhkəmə icraatı çərçivəsində baxılmalıdır. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs2 epizodu üzrə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, iş materiallarında olan həm Təqsirləndirilən şəxs1, həm də Zərərçəkmiş şəxs2 ifadələrindən, həmçinin onlar arasında olan üzləşdirmə zamanı verilən ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əməlində dələduzluq cinayətini tərkibinin olmasına dair faktlar ziddiyyət təşkil edir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Elxan Muradov ilk öncə şifahi razılığa gəlməklə, daha sonra yazılı razılıqla “birgə fəaliyyət haqqında tərəfdaşlıq” müqaviləsi bağlamışlar. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 öhdəliklərini qismən yerinə yetirmiş, birgə biznesdən əldə olunmuş mənfəət bərabər bölünmüşdür. Daha sora baş vermiş maliyyə və iqtisadi böhran, neftin qiymətinin aşağı düşməsi, iqtisadi fəallığın azalması, müflisləşmə və uğursuz kommersiya fəaliyyəti nəticəsində Təqsirləndirilən şəxs1 aşlı olmayan səbəblərdən öhdəlik tam yerinə yetirilməmişdir. Bu halda da məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən hallar Xırıdov İlhamın əməlində dələduzluq faktının olmadığını göstərir. Bu hallar mülki öhdəçiliklə ilə bağlı məsələlər olduğundan mülki məhkəmə icraatı çərçivəsində baxılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə düzgün qiymətləndirməmiş, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilibyetirilmədiyi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmadığı düzgün müəyyən etməmişdir. Buna uyğun olaraq Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılmalıdır. Həmçinin onunla birlikdə məhkum olunan Təqsirləndirilən şəxs2 barəsində əməlində cinayət tərkibi olmadığından onun da barəsində bəraət hökmü çıxarılmalıdır. Digər tərəfdən buna uyğun olaraq verilmiş mülki iddialar baxılmamış saxlanılmalı, keçirilmiş ekspertiza xərcləri dövlətə aid edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 399.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 39.2, 42.1.4, 344-347, 349, 350, 353, 356, 397.1, 397.2, 398.1.2, 399.1.2, 401.1.1, 401.1.2, 401.1.3 və 410-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı hökmü ləğv edilsin. İş üzrə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izah edilsin. Zərərçəkmiş şəxs - mülki iddiaçı Muradlı (Muradov) Elxan Rafiq oğlunun təqsirləndirilən şəxslər - mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı vurulmuş maddi ziyana görə mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs1 mülki iddiası baxılmamış saxlanılsın və vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə 5 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 300 (üç yüz) manat dövlətə aid edilsin. Hazırkı iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarına əsasən, üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq Ələsgər küçəsi, 12 saylı fərdi yaşayış evinin "xxxx" Bank ASC tərəfindən ipoteka ilə yüklü edilməsi və Abşeron rayon məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, tutmanın ipoteka predmetinə yönəldilməsi nəzərə alınsın. Sumqayıt şəhər Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə, 146 saylı fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülsün. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hökm elan edildiyi andan qanuni qüvvəyə minir. Hökmdən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X4 X26
Məhkəmə qərarları › İş №1(103)-659/2021
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-659/2021
14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver