Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-67/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Bayramov Әmir Novruz oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Әhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Mələk Nofəl qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru X9, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 1992-ci ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Samux rayonunun Qara-arx kəndində qeydiyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə, həbsdə olan, Azərbaycan Respublikası Әdliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə məhkum olunmasına dair xx xxxx 2020-ci il tarixli, 1(101)-334/2020 saylı hökmündən məhkumun müdafiəçiləri Müdafiəçi və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: N.A.Kərimovun sədrliyi ilə, R.A.Allahverdiyeva və R.Ә.Sadıxovdan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli, 1(101)- 334/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin ediləcək cəzanın müddətinə daxil edilmiş, ona təyin edilmiş cəzanın qalan müddəti 08 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilmiş, təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesab edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. Hökmlə həmçinin iş üzrə maddi sübutlar məsələsi həll edilmişdir. Birinci instansiya məhkəməsi həmin hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə başqa şəxslərlə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxx 2019-cu ildə saat 22:00 radələrində kirayə yaşadıqları ünvan 1 ünvanında Zərərçəkmiş şəxs pulunu ələ keçirmək məqsədilə qəflətən fəal hərəkətlər edərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib qəsdən əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs vuraraq üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, sol göz qapaqlarının qançır-şişkinliyi və həmin gözün ağlı qişasına qansızma, alın, sol almacıq, sağ alt göz qapağının və gözaltı nahiyənin, burun, sağ mil-bilək oynağı nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib, Zərərçəkmiş şəxs 1900 (min doqquz yüz) manat pulunu ələ keçirərək quldurluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli, 1(101)- 334/2020 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apelyasiya şikayəti verərək həmin hökmün ləğv edilib, bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Həmin apelyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, ittiham yalnız vicdanlı şahidin olmadan X17 ifadələrində qurulmuş, İş üzrə başqa heç bir sübut olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Elşadla avtomaşın satılması ilə bağlı tanış olmuşdur. Hadisə zamanında Elşad ona dedi ki, “qızma niyə görə təklif etmişsən”. Elşad onu iki dəfə şillə vurub, lakin ondan pul tələb etməyib. Bu cinayət işi üzrə cəlb olunmuş X18 və X6 məhkəmə iclasına dəvət etməmiş və dindirməmişlər. Məhkəmə istintaq materiallarını əsas götürüb, məhkəmə istintaqı zamanı müəyyən olunmuş xüsusatlara əhəmiyyət verməyərək çıxardığı hökmlə Azərbaycan Respublikası CPM-nin 351-ci maddəsinin tələbini kobud surətdə pozmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli, 1(101)- 334/2020 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X5 apelyasiya şikayəti verərək həmin hökmün ləğv edilib, Təqsirləndirilən şəxs onun Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Həmin apelyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə tövsif edilməsi tamamilə qanunsuz və əsassızdır. İbtidai istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmiş və birinci instansiya məhkəməsi iş üzrə mötəbər sübutlar olmadan onu yuxarıda qeyd olunan maddə ilə təqsirli bilinərək ona ağır bir cəza təyin etmişdir. Cinayət işinin materiallarından, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən görünür ki, istintaq orqanın və məhkəmənin Təqsirləndirilən şəxs təqsirliyi ilə bağlı gəldiyi nəticə yalnız mülahizələrdən və ehtimallardan ibarət olmuşdur. Nə ibtidai istintaq dövründə, nədə ki məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirliyi ilə bağlı digər mötəbər sübutlar əldə olunmamışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs tanıyır. Aralarında yaxın münasibətləri və ya ədavətləri olmayıb. O, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Avtomobilini dəyişmək məqsədilə «Turbo.az» saytında elan yerləşdirmişdir. Bir müddət sonra Natiq zəng edib avtomobilə baxmaq istədiyini bildirdi. O, Natiqə artıq avtomobili satmış olduğunu, lakin tanışı Farizin də öz avtomobilini satmaq istədiyini deyib Natiqə Farizin nömrəsini vermişdir. Natiq Farizin avtomobilini aldıqdan bir müddət sonra Fariz qohumları Anar, Elsevər və Natiqlə birlikdə dostu Rəşad və onun sevgilisi Nuranə ilə onun yaşadıqları evlərinə gəlmişlər. O,həmin vaxt Natiqi tanımadığı üçün onun kim olmasını soruşduqda Fariz onun avtomobilini alan şəxs olduğunu, qalmağa yeri olmadığı üçün ev tapana qədər Anargildə qaldığını demişdir. Həmin gün onlar evdə yeyib içmişlər. xx xxxx 2019-cu il tarixdə o, Rəşad ilə birlikdə şəhərdə olan zaman Anar Rəşada zəng edərək sevgilisi Nuranənin Natiq ilə onlarda olduğunu demişdir. Buna görə də saat 22:00 radələrində Rəşad ilə birlikdə Anargilin kirayə yaşadıqları evə getmişlər. Evə daxil olan zaman Nuranənin orada olduğunu görmüşlər. X25 əlaqəsindən əsəbləşib Natiqin üzərinə gedərək onu vurmağa başlamış, o da Rəşada qoşulub Natiqə bir-iki şillə vurmuşdur. Mübahisə zamanı Elsevər də Natiqi vurmuşdur. Natiq özünü müdafiə etmək üçün Nuranə ilə münasibəti olmadığını, Nuranənin ondan borc istədiyini və ona kömək etmək qərarına gəldiyini bildirmişdir. Rəşad bu zaman Nuranəyə söz verdiyi 300 manat pulu verməsini demişdi. Natiq pulu verməkdən imtina etmişdir. O, telefonuna zəng gəldiyi üçün çölə çıxmış və avtomobildə əyləşmişdir. Təxminən 10 dəqiqə sonra isə Rəşad Nuranə ilə birlikdə gəlib avtomobilə əyləşib həmin yerdən uzaqlaşmışlar. Onlar evə pul götürmək məqsədilə getməmişlər. Ona zəng gəldikdən sonra baş verənlərdən xəbəri olmamışdır. Rəşadın Natiqdən pul götürməsini polis bölməsində bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Aralarında ədavətləri və yaxınlıqları yoxdur. O, Rusiya istehsalı olan avtomobillərin alışı-satışı ilə məşğul olmuşdur. xx xxxxxx 2019-cu tarixdə avtomobil almaq məqsədilə internetdən Elşad adlı şəxsin nömrəsini götürüb danışmış, Elşad da ona Fariz adlı tanışının nömrəsini vermişdir ki, onunla əlaqə saxlasın. Bakıya gəlib Farizlə alqı-satqı etdikdən sonra Farizə Bakı şəhərində qalıb avtomobili təmir etdirib sonra aparmalı olduğunu, ancaq qalacaq yeri olmadığını dedikdə Fariz Anar və Elsevər adlı qohumları gildə qala biləcəyəni dedi. O, da razılaşıb Elsevərlə birlikdə Anargilin evinə getmişlər. Həmin vaxt o, Anara 50 manat kirayə pulu vermişdir. Növbəti gün avtomobili təmirdən götürüb evə gələndə Fariz onu birlikdə qonaq getməyə dəvət etdi. Fariz, Anar, Elsevər və o, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən evə getmişlər, orada Elşad, Rəşad və Nuranə ilə tanış olmuşdur. Səhəri Nuranə, Elşad Rəşad onlara qonaq gəldilər. O, Nuranə ilə mətbəxdə çay içən zaman Nuranə ona 300 manat pula ehtiyacı olduğunu deyib və ona köməklik etməyi xahiş etdi. O, Nuranəyə 100 manat verə biləcəyini demişdir. Günorta Nuranə ona zəng edərək pul verib-verməyəcəyini soruşdu. O da Nuranəyə demişdir ki, kirayə qaldıqları evə getsin, o da gəlir. Evə gələndə evdə Elsevər, Nuranə və Anar var idi. Bir neçə dəqiqədən sonra Rəşad və Elşad da evə gəldi. Rəşad orada Nuranəyə əsəbiləşərək orada nə işi olduğunu soruşdu. Daha sonra birinci Rəşad, ardınca isə Elşad onun üzərinə gedib onu şillə ilə vurdular. Rəşad Nuranəyə təklif etdiyi pulu çıxartmağı tələb etdi. Bu zaman o cibindən 100 manat çıxararaq stolun üzərinə qoymuşdur. Həmin vaxt Elşada zəng gəldiyi üçün o, çölə çıxmışdı. Elşad çöldə olan zaman Rəşad onun cibindən 1900 manat pulu çıxartdı. Rəşad və Elşaddan başqa Elsevər də onun Nuranəyə pul təklif etdiyini zənn edib onu vurdu. Lakin onun başını heç kəs çarpayıya vurmuyub, başı qırxılmayıb. Elşad ondan pul tələb etməyib. İstintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər - Şahid2 və Şahid1 ifadələrindən görünür ki, hadisə günü Anar telefonla Rəşada zəng vuraraq Nuranənin onlarda olduğunu demiş, bundan sonra Elşadla Rəşad onların yaşadığı evə gələrək, həmçinin Elsevər də Nuranəyə SMS yazdığım üçün Natiqi döymüşlər, sonra Natiq digər yataq otağına keçən zaman Rəşadda onun arxası ilə keçmiş və Natiqin 1900 manat pulunu Rəşad götürmüşdür. Həmin vaxtı Elşad, Elsevər və Nuranə onların yanında, yəni Rəşad və Natiqin olan otaqda olmamışlar. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, Zərərçəkmiş şəxs 1900 manat pulunu tək X18 özü götürmüşdür. Hadisə vaxtı hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs Nuranəyə SMS yazdığım üçün Natiqə bir-iki şillə vurmuşdur. X30 Təqsirləndirilən şəxs və Elsevər Hüseynli ilə zərərçəkmiş şəxsə məxsus pulun ələ keçirilməsi ilə bağlı hər hansı bir qabaqcadan əlbirliyi olmamışdır. Onların qabaqcadan əlbir olmaları ilə bağlı mötəbər subutlar nə ibtidai istintaq dövründə nədə ki məhkəmə baxışı zamanı əldə olunmamışdır. Lakin buna baxmayaraq məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və şahidlərinin məhkəmədə yox ibtidai istintaq zamanı verdiyi ifadələrinə istinad edilməsini əsaslı saymışdır. Halbuki cinayət prosessual qanunvericiliyinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdığı hüquqi mövgeyə görə cinayət prosesinin iştirakçılarının məhkəmədə verdiyi ifadələrinə üstünlük verilməlidir. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və şahidlər ibtidai istintaqın ilkin mərhələsində məhkəmədə verdiyi ifadələrinə uyğun ifadələr vermişlər. Nəticədə fakta görə Nəsimi RPİ-nin İŞ-də başlanılmış cinayət işi xx xxxx 2019-cu tarixdə Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsindən CM-nin 181.1-ci maddəsinə tövsif edilmiş və X18 təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. Digər tutulan şəxslər isə X10, Şahid1 və o cümlədən Təqsirləndirilən şəxs ittiham elan etmək üçün kifayət qədər sübutlar olmadığından MSY-dən azad olunmuşdurlar, sonradan istintaqın axırında ayrılmış cinayət işində təqsirləndirilən şəxs olan Rəşad Məmmədov və Zərərçəkmiş şəxs ifadələrini bir qədər dəyişdirmişlər, amma məhkəmə onun səbəbini araşdırmamışdır. Әn əsası barələrində icraat ayrılmış cinayət işində təqsirləndirilən şəxs olan X18 və X10 onların işi üzrə şahid qismində dindirilməmişlər. Bununla da məhkəmə cinayət prosessual qanunvericiliyinin əsasını təşkil edən obyektiv həqiqətin müəyyən edilməsi prinsipi pozmuşdur. İbtidai istintaq dövründə toplanmış və məhkəmə baxışı zamanı tədqiq olunmuş subutlar iş üzrə mötəbər sübut kimi qəbul oluna bilməz və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə məhkum edilməsi üçün kifayət hesab etmək olmaz. Verilmiş apelyasiya şikayətləri üzrə apelyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 verilmiş apelyasiya şikayətlərinin həmin şikayətlərdə göstərilən əsaslarla təmin edilib Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(101)-334/2020 saylı hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə bəraət hökmü çıxarılmasını xahiş etdilər. Apelyasiya baxışı zamanı dövlət ittihamçısı X24 apelyasiya şikayətlərinin əsassız olduğundan təmin edilməyib, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğundan verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla verilmiş apelyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, verilmiş apelyasiya şikayətləri aşağıda göstərilən əsaslara görə əsassız olduqlarından təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair xx xxxx 2020-ci il tarixli, 1(101)-334/2020 saylı hökmü qanuni və əsaslı olduğundan müdafiəçiləri Müdafiəçi və X5 tərəfindən verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilib, Təqsirləndirilən şəxs bəraət verilməsi barədə verilmiş apelyasiya şikayətlərinin, eləcə də işin apelyasiya baxışı zamanı məhkumun və müdafiəçisi X3 çıxışlarının dəlillərini əsassız hesab edir və həmin dəlillərlə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırda apelyasiya baxışı zamanı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadələrini təsdiq edir. Belə ki, xx xxxx 2019-cu il tarixdə o, Rəşadla birlikdə şəhərdə olarkən Anar Rəşada zəng edərək sevgilisi Nuranənin Natiqlə onlarda olduğunu demiş, buna görə də saat 22:00 radələrində Rəşadla birlikdə Anargilin kirayə yaşadıqları evə getmişlər və evə daxil olarkən Nuranənin orada olduğunu görmüşlər. X25 əlaqəsindən əsəbləşib Natiqin üzərinə gedərək onu vurmuşdur. O da Natiqə “bizimlə çörək kəsib niyə belə hərəkət edirsən” deyərək irad tutmuş və bir şillə vurmuşdur. Həmin vaxtı Elsevər də Natiqlə mübahisə etmişdir. Natiq özünü müdafiə etmək üçün Nuranə ilə münasibəti olmadığını, Nuranənin ondan borc istədiyini və ona kömək etmək istədiyini bildirmişdir. Həmin vaxt telefonuna zəng gəldiyi üçün o, çölə çıxmış və avtomobildə əyləşmişdir. Təxminən 10 dəqiqə sonra isə Rəşad Nuranə ilə birlikdə gəlib avtomobilə əyləşib həmin yerdən uzaqlaşmışlar. Ona zəng gəldikdən sonra baş verənlərdən xəbəri olmamışdır. Onlar evə pul götürmək məqsədilə getməmişlər və Rəşadın Natiqdən pul götürməsini o, polis bölməsində bilmişdir. Onun qeyd edilən cinayət əməlinin törədilməsində və zərərçəkmişdən pulun alınmasında Rəşad və Elsevərlə heç bir əlbirliyi və iştirakı olmamışdır. Ona görə də ona bəraət verilməsini xahiş edir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs tanıyır. aralarında yaxın münasibətləri və ya ədavətləri olmayıb. O, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Avtomobilini dəyişmək məqsədilə «Turbo.az» saytında elan yerləşdirmişdir. Bir müddət sonra Natiq zəng edib avtomobilə baxmaq istədiyini bildirdi. O, Natiqə artıq avtomobili satmış olduğunu, lakin tanışı Farizin də öz avtomobilini satmaq istədiyini deyib Natiqə Farizin nömrəsini vermişdir. Natiq Farizin avtomobilini aldıqdan bir müddət sonra Fariz qohumları Anar, Elsevər və Natiqlə birlikdə dostu Rəşad və onun sevgilisi Nuranə ilə onun yaşadıqları evlərinə gəlmişlər. O, həmin vaxt Natiqi tanımadığı üçün onun kim olmasını soruşduqda Fariz onun avtomobilini alan şəxs olduğunu, qalmağa yeri olmadığı üçün ev tapana qədər Anargildə qladığını dedi. Həmin gün onlar evdə yeyib içmişlər. xx xxxx 2019-cu il tarixdə o, Rəşad ilə birlikdə şəhərdə olan zaman Anar Rəşada zəng edərək sevgilisi Nuranənin Natiq ilə onlarda olduğunu dedi. Buna görə də saat 22:00 radələrində Rəşad ilə birlikdə Anargilin kirayə yaşadıqları evə getmişlər. Evə daxil olan zaman Nuranənin orada olduğunu görmüşlər. X25 əlaqəsindən əsəbləşib Natiqin üzərinə gedərək onu vurmağa başladı, o da Rəşada qoşulub Natiqə bir-iki şillə vurmuşdur. Mübahisə zamanı Elsevər də Natiqi vurdu. Natiq özünü müdafiə etmək üçün Nuranə ilə münasibəti olmadığını, Nuranənin ondan borc istədiyini və ona kömək etmək qərarına gəldiyini bildirdi. Rəşad bu zaman Nuranəyə söz verdiyi 300 manat pulu verməsini dedi. Natiq pulu verməkdən imtina etdi. O, telefonuna zəng gəldiyi üçün çölə çıxmış və avtomobildə əyləşmişdir. Təxminən 10 dəqiqə sonra isə Rəşad Nuranə ilə birlikdə gəlib avtomobilə əyləşib həmin yerdən uzaqlaşmışlar. Onlar evə pul götürmək məqsədilə getməmişlər. Ona zəng gəldikdən sonra baş verənlərdən xəbəri olmamışdır. Rəşadın Natiqdən pul götürməsini polis bölməsində bilmişdir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, özünə məxsus VAZ 2101 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Həmin avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bir müddətdən sonra o həmin avtomobili sataraq başqa xarici markalı avtomobil almaq qərarına gəlmiş və bu məqsədlə «Turbo.az» səhifəsində elan yerləşdirmişdir. xx xxxxxx 2019-cu il tarixdə onun istifadəsində olan nömrəsinə əvvəllər tanımadığı Natiq adlı şəxs zəng edərək avtomobilə baxmaq istədiyini bildirmişdir. Həmin vaxt o avtomobil üçün başqa şəxsdən beh aldığından Natiqə artıq avtomobili satmış olduğunu bildirmişdir. Bir müddət keçəndən sonra yadına düşmüşdür ki, tanışı Fariz özünə məxsus Vaz 2106 markalı ** XM *** dövlət nömrə nişanlı avtomobilini satmaq istəyir. Buna görə də o yenidən Natiqə zəng vuraraq Farizin nömrəsini vermişdir. Natiq Özü Farizlə əlaqə saxlayaraq onunla görüşmüş və avtomobil xoşuna gəldiyi üçün avtomobili 3300 manata almışdır, o isə bir gün sonra həmin səhifədən BMV markalı avtomobil taparaq almışdır, həmin avtomobil Qazax rayonunda olduğu üçün həmin yerə gedib avtomobilə baxmış və orada almışdır. Bakı şəhərinə qayıdandan sonra dostu Rəşad və onun sevgilisi Nuranə ilə yaşadıqları evdə olan zaman Fariz qohumları Anar Elsevər və yanlarında bir nəfər Natiqlə birlikdə onların evlərinə gəlmişlər. O Natiqi tanımadığı üçün kim olmasını soruşduqda Fariz avtomobili alan şəxs olmasını bildirmişdir. Həmin gün onların yaşadıqları evdə yeyib içmişlər. xx xxxx 2019- cu il tarixdə o dostu Rəşad ilə birlikdə şəhərdə olan zaman Anar Rəşada zəng edərək sevgilisi Nuranənin Natiq ilə onlarda olduğunu demişdir. Buna görə də saat təxminən 22 radələrində Rəşad ilə birlikdə Anargilin kirayə yaşadıqları evə gəlmişlər. Evə daxil olan zaman Nuranənin orada olduğunu görmüşlər. Rəşad Nuranədən soruşmuşdur ki, hansı məqsədlə buraya gəlmişdir, həmin vaxt X25 əlaqəsindən əsəbləşib Natiqin üzərinə gedərək onu vurmağa başlamış, bundan sonra o da Rəşada qoşulub birlikdə Natiqi döyməyə başlamışlar. Mübahisə zamanı Elsevər də Natiqi vurmağa başladı. Rəşad bu zaman bildirmişdir ki, Nuranəyə söz verdiyi 300 manat pulu versin. Natiq də pulu verməkdən imtina etdi, bundan sonra onun telefonuna zəng gəldiyi üçün o çölə çıxmış və avtomobildə əyləşmişdir. Təxminən 10 dəqiqə sonra isə Rəşad Nuranə ilə birlikdə gəlib avtomobilə əyləşmişlər və həmin gün avtomobildə yatmışlar. Növbəti gün o Nəsimi rayon Polis İdarəsinin 20-cİ polis bölməsindən zəng gəlmiş və onları polis bölməsinə dəvət etmişlər. Ona görə polisdən qorxaraq o Rəşad Elsevər və Nuranə ona məxsus BMV markalı avtomobilə əyləşib Gəncə şəhərinə getmişlər. Elsevər də yaşadıqları Tərtər rayonuna getmişlər. Sonradan gəlib onları Nəsimi rayon polis idarəsinə aparmışlar. Hazırda apelyasiya baxışı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X18 verdiyi ifadəsində göstərdi ki, onlar tərəfindən törədilən cinayətdə, eləcə də zərərçəkmiş Zərərçəkmiş şəxs pulun alınmasında Elşadın iştirakı və götürülən puldan xəbəri olmamış, həmin puldan Elşada verilməmiş, qeyd edilən cinayətin törədilməsində Elşadla qabaqcadan razılaşma olmamış, pulu götürəndə Elşad olmamışdır. Elşad zərəçəkmiş şəxsə bir şillə vurub getmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Belə ki, həmin ifadəsi müstəntiq tərəfindən kompyuterdə yazılmış, o da həmin ifadəni oxumadan imza etmişdir. X18 iş üzrə ibtidai istintaq zamanı müdafiəçisi İ.Məmiyevin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və öz xətti ilə “ifadəmi oxudum əlavəm yoxdur imzamla təsdiq edirəm” sözlərini yazaraq imza etdiyi ifadəsində isə göstərmişdir ki, Bakı şəhərində fərdi qaydada ev təmiri ustası və ya tikintidə fəhlə işləməklə özünü dolandırır. Bakı şəhərində daimi yaşayış yeri yoxdur. Nərimanov rayonu ərazisində «Təvəkkür» universitetinin yaxınlığında Şahid1 Təqsirləndirilən şəxs ilə birlikdə kirayədə yaşamışdır. X11 və Şahid2 və Fariz adlı şəxsi də tikinti işlərində işləyən zaman tanımışdır. Elsevər və Anar onun birinci dəfə gördüyü Zərərçəkmiş şəxs ilə birlikdə onun kirayədə yaşadığı evə gəlmişlər. Həmin zaman ona məlum olmuşdur ki, X37 2106 markalı avtomobil almışdır. Natiq həmin avtomobili təmir etdirmək üçün 50 manat verərək bir müddətlik Elsevərgilin evində qalmağa razılaşmışlar. Həmin zaman evdə Elşad və Nuranə də olmuşdur. Evdə yemək yeyib-içmək məclisində iştirak etmişlər. Bundan daha 1-2 gün sonra o Nuranə və dostu Elşad həmin Natiqin Elsevər ilə müvəqqəti icarədə qaldığı evə getmişlər. Həmin vaxt Natiqin digər ev yoldaşı Anar da evdə olmuşdur. Onları kirayədə qaldığı evdən çıxardıqları üçün onlar yeni ev tapana qədər onlarda qalacaqlar. 6-7 mart tarixlərində onlar birlikdə anargilin qaldığı evdə qalmışlar. xx xxxx 2019-cu il tarixdə o işdən çıxıb evə gələn zaman Anar ona zəng edərək Nuranənin evə gəldiyini, Natiqlə pul alıb görüşmək istədiyini bildirmişdir. O da Anara artıq işdən çıxdığını və evə gəldiyini bildirmişdir. O, yolda Elşadın avtomobilinə əyləşmiş və Elşadla birlikdə evə gəlmişlər. Onlar evə girəndə görmüşlər ki, Natiq kresloda əyləşib, həmin zaman Anar ona bildirmişdir ki, Natiq Nuranəyə onunla birlikdə olmaqdan ötrü 300 manat pul vermək istəmişdir. Həmin vaxt Natiq Nuranə ilə birlikdə çörək kəsdikləri üçün 300 manat pul vermək istəmişdir. Bu zaman Elşad Natiqin üstünə gedərək onu vurmağa başlamış, Elsevər də Natiqi vurmuşdur. O da Natiqə Nuranə ilə danışdığına görə bir şillə vurmuşdur. Həmin vaxt Elsevər Natiqin üstünə uzanaraq onu vurmuşdur. Natiqin dodağı partladığı üçün o, Elsevərə demişdir ki, aparıb onun üzünü yusun. Elsevər də mətbəxdə Natiqin başını kafelə vurmuşdur. Bundan sonra Elsevər Natiqi otağa gətirmiş, həmin vaxt Elşad və Elsevər Natiqə demişlər ki, Nuranəyə söz verdiyi 300 manatı versin. Natiq də pulu olmadığını dedikdə yenidən onu vurmağa başlamışlar. Onlar Natiqi pul vermədiyinə görə vurmuşlar. Bundan sonra o bir iki dəqiqəlik çölə çıxmış, geri qayıdanda görmüşdür ki, Natiq masanın üstünə 100 manat pul qoymuşdur, əlində isə xeyli miqdarda pul olmuşdur. Natiq həmin pulun onun pulu olmadığını avtomobilini təmir etdirəcəyini bildirmiş, həmin vaxt o Natiqə demişdir ki, narahat olmasın, pulu ona versin, səhər qaytaracaqdır. Natiq də etiraz etməyərək razılaşmışdır. Bundan sonra o Elşad və Nuranə ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında yeri kirayə tutduqları evə getmişlər. Sonradan görmüşdür ki, götürdüyü pul 1800 manatdır. Səhəri gün o, Nuranə, Elsevər və Elşadla birlikdə yaşadığı Gəncə şəhərinə getmişlər. Gedən zaman Farizlə görüşüb pulun 500 manatını Farizə vermişdir ki, Natiqə çatdırsın və qalan pulu da Gəncədən qayıdanda verəcəyini bildirsin. Yolda Elsevər də Goranboyda düşüb ordan Tərtər şəhərinə getmişdir. O da Gəncə şəhərində öz evində qalmışdır. Elşad və Nuranə isə elşadın tapdığı bir evdə qalmışlar, səhəri gün Elşad onun mobil telefonuna SMS yazaraq onu polisə çağırmışdır. O da özü polis idarəsinə getmiş və oradan onu Bakı şəhəri, Nəsimi RPİ-yə gətirmişlər (cild 2, i/v 133-137) Hazırda apelyasiya baxışı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilən X10 verdiyi ifadəsində iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı ifadə vermədiyini göstərməklə, verilən suallara cavab olaraq bildirdi ki, Elşadla aralarında qabaqcadan razılaşma və zərərçəkmiş Natiqdən pulun alınmasında Elşadın iştirakı olmamış, Elşadın zərəçəkmiş Natiqi şillə ilə vurmasını görməmişdir. X10 işi üzrə ibtidai istintaq zamanı müdafiəçisi R.Zülfüqarovun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və öz xətti ilə “ifadəmi oxudum əlavəm yoxdur imzamla təsdiq edirəm” sözlərini yazaraq imza etdiyi ifadəsində isə göstərmişdir ki, Gəncə şəhərində Ozan küçəsində yerləşən «Turac» şirkətində qeyri-rəsmi olaraq usta işləyir. Әvvəllər məhkum olunmamış, Tərtət rayonu, Bəyimsarov kəndində qeydiyyatdadır, iş yeri ilə əlaqədar olaraq Gəncə şəhərində «Qlavnıy» deyilən yerdə həyət evində kirayə yaşayır. İstifadəmdə ***-***-**-** və ***-***-**-** nömrələri vardır, həmin nömrələri uzunmüddətdir ki, istifadə edir. X12 əmisi oğlu Niyaməddinə görə tanımışam, onunla heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. Təqsirləndirilən şəxs Rəşad Məmmədova görə tanımış, heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. Şahid1 da Rəşadın sevgilisi kimi tanımış, onunla da heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. Zərərçəkmiş şəxs bibisi oğlu X13 (***-***-**-**) görə tanımış, belə ki, 2019-cu ilin fevral ayında onun bibisi oğlu Fariz Natiqə VAZ 2106 markalı avtomobil satmışdır. O da Fariz vasitəsilə Natiqi tanımışdır. Həmin vaxtlarda atasının dayısı oğlu olan Şahid2lə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Papanin kimi adlanan ərazidə kirayə ev tutub qalmışlar, həmin kirayə evi 150 manata tutmuşlar, Natiq də Farizin avtomobilini alandan sonra həm hava qaraldığı üçün həm də ki, sürücülük vəsiqəsi olmadığından Farizin təklifi ilə onlar Natiqə icazə vermişlər ki, onlarla bir evdə kirayədə yaşasın. Natiq də kirayə puluna görə 50 manat onlara pul vermişdir. Natiq onlarla bir evdə kirayə qalandan sonra bir dəfə Rəşadgilin kirayə yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsində yerləşən evlərinə qonaq getmişlər, həmin evdə Rəşad, Elşad və Nuranə kirayə yaşamışlar. xx xxxx 2019-cu ildə saat təxminən 20 radələrində işdən tez çıxmış və evə biraz tez gələsi olmuş, həmin vaxt onların kirayə yaşadıqları evdə Anar olmuşdur, üstündən təxminən 10-15 dəqiqə keçəndən sonra Rəşadın sevgilisi Şahid1 onların evinə gəlmiş, Anar ondan burada nə etdiyini soruşduqda Nuranə demiş ki, bəs yeni kirayə ev tutublar, həmin evin ünvanını tanımadığı üçün bura gəlmişdir, bir təxminən 5 dəqiqə keçmiş Natiq evə gəlmişdir. Bundan sonra X28 telefonunu soruşmuş, daha sonra Anar Rəşadla telefonla danışıb Nuranənin burada olması barədə məlumat vermiş, həmin vaxt Rəşadın nə deməsini bilməmiş, təxminən 20-25 dəqiqə keçəndən sonra Rəşadla Elşad evə daxil olmuşlar, onlar evə gələndə Nuranə əlində telefonla oynamış, bu zaman Rəşad telefonu Nuranədən götürmüş və ekrana baxandan sonra Natiqə yaxınlaşmış və heç bir söz demədən ona bir şillə vurmuş, daha sonra bir təpik vurmuş, onlar tez Rəşad gili aralaşdırıb nə baş verməsi haqqında maraqlandıqda Rəşad demişdir ki, Natiq Nuranəyə sevgi mesajları yazmışdır, o da Natiqin qolundan tutaraq mətbəxə keçirtmiş və orada ondan nə baş verməsi barədə maraqlandıqda Natiq ona olanları danışan zaman əsəblərini saxlaya bilməmiş, o da Natiqə bir şillə vurmuş, daha sonra Elşad da həmin otağa keçmiş, Elşad da Natiqə şillə vurmuş, həmin vaxt Şahid2 onu aralaşdırmış, daha sonra onun mobil telefonuna zəng gəldiyi üçün evdən çölə çıxmış, o telefonla danışdığı zaman Nuranə evdən çölə çıxmış və getməyə başlamış, o telefonla danışıb evə keçən zaman qapının ağzında Elşad və Rəşadla rastlaşmış, Rəşada demişdir ki, Nuranəni saxlamaq lazımdır, hara gedir, bundan sonra Rəşadla Elşad da Nuranənin arxası ilə çıxıb getmişlər. O isə evə keçmiş, həmin gecə o evdə qalmış, səhər tezdən həmişəki kimi evdən çıxaraq Badamdar qəsəbəsində iş yerinə getmiş, həmin gün axşam çağı saat təxminən 19 radələrində işdən çıxıb kirayə yaşadığı evə gəlmiş, həmin vaxt evdə Anar olmuş, Natiq evdə olmamışdır. O, Anardan Natiqin harada olması barədə soruşmuş, Anar da ona demişdir ki, Natiqin harada olması barədə onda heç bir məlumat yoxdur. Ancaq orada söhbət zamanı Anar ona deməmişdir ki, Natiqin həmin vaxt pulu Rəşad tərəfindən götürülmüşdür. Bundan sonra xx xxxx 2019-cu ildə onun bacısının yaşadığı kənddə nişan məclisi olacağı üçün əvvəlcədən planlaşdırmışdır ki, kəndə getsin, ona görə də kirayə yaşadığı evdən əşyalarını götürmüş və təxminən 19:30 radələrində evdən çıxmış, o hələ evə gələn zaman yolda Elşadla danışarkən Elşad demişdir ki, avtomobilini Gürcüstan Respublikasına gedir, o da Elşada demişdir ki, rayona gedir, yarı yola qədər onu da aparsın. Elşadda onunla razılaşmışdır, bundan sonra bibisi oğlu Fariz onu evin yanından götürmüş və 20 yanvar metrosunun yanında Elşadla görüşmüş, o, Elşadın avtomobilində Rəşad və Nuranənin də olduğunu görmüş, onlarda rayona getdiklərini demişlər, fikirləşmişdir ki, yəqin Rəşad Nuranəni başından eləmək üçün rayona gedir. Bundan sonra «Goran» deyilən yerə çatanda Tərtər rayonuna getmək üçün avtomobildən düşmüş, daha sonra onlarla əlaqəsi olmamışdır. xx xxxx 2019-cu ildə axşam ona polisdən zəng vurmuşlar, ancaq səs küy olduğu üçün tam eşidib danışa bilməmiş, səhəri gün yenə də ona polisdən zəng edib Tərtər rayon polis şöbəsinə dəvət etmişlər, o da oraya yaxınlaşandan sonra bundan sonra Nəsimi rayon polis idarəsinin əməkdaşları gəlmişlər və onu Bakı şəhərinə gətirmişlər, həmin vaxt onunla Şahid1 bir avtomobildə Bakı şəhərinə gətirmişlər, orada onun ifadəsini almışlar və o orada eşitmişdir ki, həmin münaqişə zamanı Rəşad Natiqin pulunu götürmüşdür (cild 2, i/v 140- 144). Cinayət işinin materiallarından həmçinin görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə X18, X10 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tanışları Zərərçəkmiş şəxs 1900 manat pulunu ələ keçirib quldurluq etmələri faktına görə Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin materiallarından axtarışda olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə ayrıca cinayət işi ayrılmış, xx xxxxxxx 2019-cu il tarixdə X10 və X7 barəsində ********* nömrəli cinayət işi isə istintaqı tamamlanaraq ittiham aktı ilə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(101)-163/2020 nömrəli hökmü ilə X2 Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirli bilniərək 9 il müddətinə, X1 Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirli bilniərək 8 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olumuşlar. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(103)-104/2021 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(101)-163/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumlar X18 və X4 barələrində verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin X7 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair xx xxxxxx 2020-ci il tarixli, 1(101)-163/2020 nömrəli hökmündən görünür ki, həmin hökm üzrə məhkəmə iclasında dindirilmiş X18 ona Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, hadisəyədək Bakı şəhərində yaşamaqla ev təmiri və tikintidə fəhləliklə məşğul olmuşdur. Tanışları Şahid1 və Təqsirləndirilən şəxs ilə birlikdə «Təfəkkür» universitetinin yaxınlığında kirayədə yaşamışdır. X10, Şahid2 və X14 tikintidə işləyərkən tanımışdır. Hadisədən bir neçə gün əvvəl Hüseynli Elsevər və Şahid2 iş üzrə Zərərçəkmiş şəxs ilə birlikdə onun kirayə yaşadığı evə gəlmişdir. Söhbət zamanı Natiqin Gəncə şəhərindən gəlib Fariz Mehdiyevdən «VAZ 2106» markalı avtomobil aldığı, həmin avtomobili təmir etdirməkdən ötrü bir müddət Elsevərin kirayədə yaşadıqları evdə qalacağı ona məlum olmuşdur. Bir neçə gün sonra o, kirayədə yaşadıqları evdən çıxmalı olduğundan Nuranə və Elşadla birlikdə Elsevərin kirayə yaşadığı evə getmişlər. Həmin vaxt evdə Elsevər, Anar və Natiq olmuşdur. 6-x xxxx 2019-cu il tarixlərdə onlar Elsevərin kirayə yaşadığı evdə qalmış və sonradan metronun Neftçilər stansiyasının yaxınlığında başqa ev tapıb ora köçmüşlər. x xxxx 2019-cu il tarixdə axşam saatlarında Anar ona zəng edib, Nuranənin onların yaşadığı evə gəldiyini, pul müqabilində Natiqlə görüşmək istədiyini bildirmişdir. Bunu eşidən kimi dərhal Elşadla birlikdə Anargilin kirayədə yaşadığı evə gəlmişdir. İçəri keçən kimi Anar ona Nuranəni Natiqin dəvət etdiyini, Nuranə ilə yaxınlıq etməkdən ötrü Natiqin ona 300 manat pul vermək istədiyi barədə danışmışdır. Bunun eşidən kimi Elşad Natiqin üstünə cumub, onu döyməyə başlamışdır. Daha sonra Elsevərlə birlikdə Elşada qoşulub birlikdə Natiqi vurmuşlar. Natiqi Nuranə ilə danışıb, onu Anargilə dəvət etdiyinə görə üz nahiyyəsindən bir dəfə şillə ilə vurmuşdur. Natiqi vurmaqda onun başqa niyyəti olmamışdır. Sonuncunun dodağı partladığından Elsevər üzünü yumaq üçün onu hamam otağına aparmış və orada da Natiqin başını divara-kafelə vurmuşdur. Üzünü yuyandan sonra Elsevər Natiqi onların olduğu otağa gətirmişdir. Həmin vaxt X22 Nuranəyə vəd verdiyi 300 manat pulu verməsini tələb etmişlər. Natiq isə pulunun olmadığını demiş və bu səbəbdən sonuncular onu yenidən vurmağa davam etmişlər. Bundan sonra o, evdən çölə çıxmış, geri qayıdanda Natiqin masanın üstünə 100 manat pul qoyduğunu və əlində topa halında xeyli miqdarda pul olduğunu görmüşdür. Natiqə demişdir ki, pulu saxlamaq üçün ona versin, səhər qaytaracaqdır. X16 pulunu alacağından qorxub, etiraz etmədən pulu ona vermişdir. Pulu götürüb Elşad və Nuranə ilə birlikdə yeni kirayə tutduqları evə getmişdir. Pulu sayanda 1900 manat olduğunu görmüşdür. Səhəri gün Farizlə görüşüb, pulun 500 manatını Natiqə çatdırması üçün ona vermiş, qalan pulu isə Gəncədən qayıdan kimi verəcəyini bildirmişdir. Sonra Nuranə, Elsevər və Elşadla birlikdə yaşadığı Gəncə şəhərinə getmişdir. Yolda Goranboy rayonu ərazisində Elsevər onlardan ayrılıb Tərtər şəhərinə getmişdir. O, Gəncə şəhərində öz evində, Nuranə ilə Elşad isə sonuncunun kirayələdiyi evdə qalmışdır. Səhəri gün Elşad onun mobil telefonuna «sms» yazıb polisə çağırmış və o, polis idarəsinə getmişdir. Daha sonra Bakı şəhərinə Nəsimi RPİ-nə gətirilmişdir. Zərərçəkmiş şəxs pulunu ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs və E.Y.Hüseynli ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməmiş, zərərçəkmiş şəxsə həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın etməmişdir. Zərərçəkmiş şəxs pulu ona Təqsirləndirilən şəxsla Hüseynli Elsevərin alacağından qorxub, könüllü şəkildə vermişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Baş verənlərə görə təəsüflənir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin X7 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair xx xxxxxx 2020-ci il tarixli, 1(101)-163/2020 nömrəli hökmündən görünür ki, həmin hökm üzrə məhkəmə iclasında dindirilmiş X10 ona Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, X10 ona Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə ərəfəsində atasının dayısı oğlu Şahid2lə birlikdə Bakı şəhəri Nəsimi rayonunun Papanin adlanan ərazisində kirayə ev tutub yaşamışdır. X12 tanıyır. Sonuncunun vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Şahid1 isə Rəşadın sevgilisi kimi tanımışdır. Zərərçəkmiş şəxs bibisi oğlu X8 vasitəsilə tanımışdır. Belə ki, 2019-cu ilin fevral ayında Fariz Natiqə «VAZ 2106» markalı avtomobil satmışdır. Natiq avtomobili alandan sonra bir neçə gün Bakı şəhərində qalıb avtomobilini təmir etdirmək istəmiş, lakin qalmağa yeri olmadığından, sonuncuya 50 manat kirayə haqqı ödəmək şərtilə onlarla bir evdə qalmağa icazə vermişdir. Bundan bir neçə gün sonra Natiqin avtomobilində Fariz və Anarla birlikdə Rəşadgilin kirayədə yaşadıqları Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən evlərinə qonaq getmişlər. Həmin vaxt evdə Rəşad, Nuranə və Elşad olmuşdur. x xxxx 2019-cu il tarixdə saat 20 radələrində işdən çıxıb evə gəlmişdir. Az sonra Rəşadın sevgilisi Nuranə qapını döyüb içəri keçmişdir. Anar Nuranədən nə səbəbə onlara tək gəldiyini soruşduqda sonuncu, yeni kirayə tutduqları evin yerini tanımadığı üçün bura gəldiyini bildirmişdir. Təxminən 5 dəqiqədən sonra Natiq də gəlmişdir. Bunu görən Anar Rəşada zəng edib, Nuranənin onlarda olmasını bildirmişdir. Təxminən 30 dəqiqədən Rəşadla Elşad evə daxil olmuşlar. Həmin vaxt Nuranə telefonla oynamış, Rəşad qəflətən telefonu Nuranədən əlindən alıb ekrana baxandan sonra Natiqə yaxınlaşıb, bir söz demədən sonuncuya əvvəlcə şillə, sonra isə təpik vurmuşdur. Onlar tez Rəşadı tutub, nə baş verdiyini soruşmuşlar. X29 sevgi mesajları yazdığını bildirmişdir. Məsələni aydınlaşdırmaq məqsədi ilə Natiqi mətbəxə aparmışdır. Sonuncu ona baş verənləri danışdıqda əsəblərini saxlaya bilməyib, Natiqi üz nahiyyəsindən bir dəfə əli ilə vurmuşdur. Sonra Elşad da gəlib əli ilə Natiqi sifət nahiyyəsindən vurmuşdur. Həmin vaxt Anar araya girib onları sakitləşdirmişdir. Daha sonra onun mobil telefonuna zəng gəldiyindən evdən çölə çıxmışdır. Telefonla danışarkən Nuranənin evdən çıxıb getdiyini görmüşdür. Telefonda danışandan sonra evə keçən zaman qapının ağzında Rəşad və Elşadla rastlaşmışdır. Sonunculardan Nuranənin hara getdiyini soruşub, onu saxlamaq lazım olduğunu demiş və Nuranənin arxasınca çıxıb getmişlər. Gecəni evdə yatıb, səhəri gün tezdən həmişəki kimi Badamdar qəsəbəsində iş yerinə getmişdir. Axşam evə qayıdanda Natiq evdə olmamışdır. Anardan Natiqin harada olmasını soruşmuş, sonuncu bilmədiyini demişdir. xx xxxx 2019-cu il tarixdə saat 19:30 radələrində əvvəlcədən planlaşdırdığı kimi kəndə getmək üçün evdən əşyalarını götürüb çıxmışdır. İşdən evə gələrkən Elşadla telefonla danışmış, sonuncu avtomobillə Gürcüstana gedəcəyini bildirmişdir. Elşaddan xahiş etmişdir ki, yarı yola qədər onu da aparsın. Elşad etiraz etməmişdir. Bundan sonra bibisi oğlu Fariz onu evin yanından götürmüş və metronun 20 Yanvar stansiyasının yaxınlığında Elşadla görüşmüşdür. Həmin vaxt Elşadın avtomobildə Nuranə və Rəşad da əyləşmiş, sonuncular ona rayona getdiklərini bildirmişlər. Rəşadın Nuranəni başından eləmək üçün rayona getdiyini fikirləşmişdir. Bundan sonra onlar yola düşmüş və o, Goranboy rayonu ərazisində Tərtər rayonuna getmək üçün avtomobildən düşmüşdür. xx xxxx 2019-cu il tarixdə ona polisdən zəng gəlmiş, ancaq səs-küy olduğundan danışa bilməmişdir. Səhəri gün Tərtər RPŞ-nə dəvət edilmiş, şöbədə yaxınlaşdıqda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra Bakı şəhəri Nəsimi RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhərinə gətirilmişdir. Polis idarəsində X23 pulunu götürdüyü ona məlum olmuşdur. Həmin vaxtadək baş verənlərdən xəbəri olmamışdır. Zərərçəkmiş şəxs pulunu ələ keçirməmiş, bu məqsədilə R.N.Məmmədov və Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməmiş, zərərçəkmiş şəxsə həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Aralarında ədavətləri və yaxınlıqları yoxdur. O, Rusiya istehsalı olan avtomobillərin alışı və satışı ilə məşğul olmuşdur. xx xxxxxx 2019-cu tarixdə avtomobil almaq məqsədilə internetdən Elşad adlı şəxsin nömrəsini götürüb danışmış, Elşad da ona Fariz adlı tanışının nömrəsini vermişdir ki, onunla əlaqə saxlasın. Bakıya gəlib Farizlə alğı-satqı etdikdən sonra Farizə Bakı şəhərində qalıb avtomobili təmir etdirib sonra aparmalı olduğunu, ancaq qalacaq yeri olmadığını dedikdə Fariz Anar və Elsevər adlı qohumlarıgildə qala biləcəyəni dedi. O, da razılaşıb Elsevərlə birlikdə Anargilin evinə getmişlər. Həmin vaxt o, Anara 50 manat kirayə pulu vermişdir. Növbəti gün avtomobili təmirdən götürüb evə gələndə Fariz onu birlikdə qonaq getməyə dəvət etdi. Fariz, Anar, Elsevər və o, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən evə getmişlər, orada Elşad, Rəşad və Nuranə ilə tanış olmuşdur. Səhəri Nuranə, Elşad Rəşad onlara qonaq gəldilər. O, Nuranə ilə mətbəxdə çay içən zaman Nuranə ona 300 manat pula ehtiyacı olduğunu deyib və ona köməklik etməyi xahiş etdi. O, Nuranəyə 100 manat verə biləcəyini demişdir. Günorta Nuranə ona zəng edərək pul verib-verməyəcəyini soruşdu. O da Nuranəyə demişdir ki, kirayə qaldıqları evə getsin, o da gəlir. Evə gələndə evdə Elsevər, Nuranə və Anar var idi. Bir neçə dəqiqədən sonra Rəşad və Elşad da evə gəldi. Rəşad orada Nuranəyə əsəbiləşərək orada nə işi olduğunu soruşdu. Daha sonra birinci Rəşad, ardınca isə Elşad onun üzərinə gedib onu şillə ilə vurdular. Rəşad Nuranəyə təklif etdiyi pulu çıxartmağı tələb etdi. Bu zaman o ,cibindən 100 manat çıxararaq stolun üzərinə qoymuşdur. Həmin vaxt Elşada zəng gəldiyi üçün o, çölə çıxmışdı. Elşad çöldə olan zaman Rəşad onun cibindən 1900 manat pulu çıxartdı. Rəşad və Elşaddan başqa Elsevər də onun Nuranəyə pul təklif etdiyini zənn edib onu vurdu. Lakin onun başını heç kəs çarpayıya vurmuyub, başı qırxılmayıb. Elşad ondan pul tələb etməyib. İstintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyət olduğu üçün onun istintaq zamanı verdiyi xx xxxx 2019-cu il tarixli ifadələri elan olunub araşdırılmışdır. O, həmin ifadələrində göstərmişdir ki, Gəncə şəhəri, 1 saylı tam orta məktəbi 9-cu sinifə qədər oxumuş, daha sonra səhhətində yaranmış problemlərlə əlaqədar olaraq təhsilini davam etdirməmişdir. Avtomobil satışı ilə məşğul olmuş, hazırda isə heç bir işlə məşğul olmur. Rusiya istehsalı olan avtomobillərin alışı və satışı ilə məşğul olmuş, belə ki, öz vəsaiti hesabına avtomobil alaraq həmin avtomobili təmir edərək satır və pul qazanır. İstifadəsində əvvəllər 070-454- 18-08 nömrəsi olmuşdur, sonradan istifadəsində ***-***-**-** nömrəsi olmuşdur. X18, Təqsirləndirilən şəxs, X10 və Şahid1 2019-cu ilin fevral ayının axırlarından tanımış, onlarla heç bir düşmənçiliyi olmamışdır. 2019-cu ilin fevral ayında özünə məxsus olan VAZ 2106 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili satmış, özü üçün yeni avtomobil almaq istəyir, bu məqsədlə də «Turbo.az» saytında avtomobil axtaran zaman Bakı şəhərində Elşad adlı şəxsin satdığı VAZ 21011 markalı avtomobili bəyənmişdir. O, internetdən Elşadın mobil telefon nömrəsini götürmüş və onunla zəngləşib danışmış və xx xxxxxx 2019-cu ildə Bakı şəhərinə gəlmiş, Bakı şəhərində yerləşən Avtovağzalda Elşada zəng vuraraq satmaq istədiyi VAZ 21011 markalı avtomobilə baxmaq istədiyini bildirmişdir. Elşadda ona demişdir ki, bəs avtomobili satmış, ancaq bir tanışı vardır, adı Farizdir, VAZ 2106 markalı avtomobili vardır, onu satır, ona Farizin nömrəsini vermişdir ki, Farizlə əlaqə saxlayıb avtomobilinə baxsın. Bundan sonra o Farizlə telefonla danışıb onu avtovağzala dəvət etmişdir ki, avtomobilə baxsın. Bundan sonra təxminən 20-30 dəqiqə keçmiş, Fariz həmin yerə qırmızı rəngli VAZ 2106 markalı ** XM *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. O, Bakı şəhərinə gələn zaman üzərində 5800 manat pul olmuş, Fariz avtomobili 3700 manata dediyi üçün bazarlıq edib və avtomobili 3300 manata almağa razılaşmışlar və qərara gəlmişdir ki, avtomobilin texniki pasportda adı olan sahibindən bir başa ona etibarnamə verilsin, bundan sonra avtomobilin sahibini tapmışlar, həmin şəxslə Әhmədli qəsəbəsində görüşmüşlər və 18 saylı notariat kontoruna getmişlər, orada həmin şəxs ona 1 illik baş etibarnamə vermiş, həmin vaxt o, Farizə 3300 manat pul vermişdir. Bundan sonra avtomobilin müəyyən işləri olduğu üçün Farizə demişdir ki, Bakı şəhərində qalıb avtomobili təmir etdirib sonra aparmalıdır, ancaq qalacaq yeri yoxdur, bu zaman Fariz demişdir ki, onun qohumu vardır, adı Anardır, o digər qohumu Elsevərlə Papanin deyilən ərazidə kirayə yaşayır və o, Anargilə 50 manat hörmət etməklə bir müddət onlarla yaşaya bilər. O, da razılaşmış, bundan sonra saçını qırxdıran zaman Elsevər də onların yanına gəlmiş və onlar birlikdə Anargilin kirayə qaldığı evə gəlmişlər. Həmin vaxt o, 50 manat kirayə pulunu Anara vermişdir. Həmin günün səhəri kirayə yaşadığı evin yanında avtomobilini rənglətdirmək istəyərkən orada usta ona baha qiymət dediyi üçün o gedib Teymur Әliyev küçəsi deyilən yerdə əslən Şəkili olan ustaların yanında avtomobilini ucuz qiymətə rəngləndirmək qərarına gəlmişdir. Bundan sonra həmin deyilən yerə getmiş, orada bütöv avtomobilin rənglənməsi üçün 450 manat pul istəmişlər, o da 450 manat pulu vermiş və orada avtomobilini rənglənməyə qoymuş, ona təxminən mart ayının 4-də avtomobili verəcəklərini bildirmişlər. xx xxxx 2019-cu ildə avtomobili götürmüş, kirayə yaşadığı evə gələndə Farizdə oraya gəlmiş, söhbət zamanı Fariz onu da birlikdə qonaq getməyə dəvət etmiş və onun avtomobili ilə Fariz, Anar, Elsevər və o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən evə getmişlər, orada Elşad, Rəşad və Nuranə adlı qadın olmuş, orada onlar bir qədər oturub söhbətləşmişlər, həmin vaxt o, bilmişdir ki, onun birinci danışdığı avtomobilini almaq istədiyi Elşaddır, Nuranə isə Rəşadın qeyri rəsmi münasibətdə olduğu qadındır. Onlar oradan gedən günün səhəri Nuranə, Elşad Rəşad onların kirayə yaşadığı evə qonaq gəlmişlər, orada yeyib içəndən sonra o, Nuranə ilə mətbəxdə çay içən zaman Nuranə ona imkansızlıqdan danışmış və 300 manat pula ehtiyacı olduğunu bildirmiş və ona köməklik etməyini xahiş etmiş, o, isə Nuranəyə köməklik edə biləcəyini demişdir. Bundan sonra onlar bir birinə mobil telefon nömrələrini vermişlər. Bundan sonra o Nuranəni götürmüş və avtomobili ilə küçədə bir dəfə o tərəf bu tərəf gedərək söhbətləşmişlər. Həmin gün Nuranəgil onların kirayə qaldığı evdə qalmışlar, səhəri gün tezdən X31 məxsus olan BMV markalı avtomobilə əyləşərək kirayə ev tutmaq üçün getmişlər, Rəşad isə çörək yeyib işə getmişdir. Günorta radələrində Nuranə ona zəng edərək soruşmuşdur ki, pul verir ya yox. O, da Nuranəyə demişdir ki, kirayə qaldıqları evə getsin, o da gəlir. O, evə gələndə görmüşdür ki, evdə Elsevər, Nuranə bir də Anar vardır. o, evə keçib divanda əyləşmiş, həmin vaxt Anar ona demişdir ki, Rəşada zəng etmiş gəlir, o da bir söz deməmişdir. Bir neçə dəqiqədən sonra Elşad evə gəlmiş, o divandan durub telefonu zaryatkaya qoymaq istəyən zaman Elşad onun sifət nahiyyəsinə yumruqla vurmuş, o yemək masasının üstünə yıxılanda Elşad demişdir ki, qıza təklif etdiyi pulu çıxartsın, o yerdə yıxılı vəziyyətdə olan zaman Elşad onu vuraraq pulu çıxartmağı tələb etmiş, Elşad yatağın altına baxsada pulu tapa bilmədiyi üçün Elsevərə demişdir ki, onu tutub saxlasın o gedib avtomobilinə baxsın, bundan sonra Elsevər onu vurmağa başlamış, sifət nahiyyəsi qan içində olmuş, bundan sonra Rəşad evə gəlmiş, bundan sonra Nuranəyə Rəşad bir şillə vuraraq burada nə gəzdiyini soruşmuş, bunu görən Elsevər qızışmış və onu tutub o biri otağa aparmışdır. Orada onun başını kravata vurmuş, bundan sonra Elşadda onu döyən zaman pul tələb edəndə Rəşad da otağa gəlmiş və onun sifət nahiyəsinə bir şillə vurmuş, bu zaman o artıq döyülməmək üçün onlara təklif etmişdir ki, 100 manat pul versin onu buraxsınlar çıxıb getsinlər, lakin onlar razılaşmamışlar, bundan sonra o cibindən pulu çıxaran zaman cibində olan 1900 manat pul kom şəkildə çıxmış, o pulu çıxaranda Rəşad demişdir ki, pulu ona versin, səhər qaytaracaq, o da etiraz edə bilməmiş və heç bir söz deməmiş, bundan sonra Rəşad pulu cibinə qoymuş və Elşad, Rəşad və Nuranə çıxıb Elşadın avtomobilinə minərək çıxıb getmişlər, səhərə qədər Elsevər mənim yanımda qalaraq, mənim avtomobilimin açarlarını və telefonumu aldı ki, polisə şikayət etməsin. Səhəri gün o Elsevərə yalvarmışdır ki, onun telefonunu və açarını qaytarsın, Elsevər də onun açarları və telefonunu qaytarmış, daha sonra Elsevər çıxıb getmişdir. Elə həmin gün gecə o Nəsimi rayon polis idarəsinin 20ci polis bölməsinə şikayət etmişdir. Bundan sonra orada vəziyyəti danışmış və ona ekspertizadan keçmək üçün göndərmişlər, orada ekspertizadan keçmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadələrində göstərmişdir ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır, yaxınlıqları və ədavətləri yoxdur. İş üzrə Zərərçəkmiş şəxs isə qohumu Fariz vasitəsilə ilə tanıyır. Aralarında yaxınlıqları və ədavətləri olmamışdır. O, Bakı şəhəri, Nəsimi rayonunda, həyət evində kirayə qohumu X10 ilə birlikdə qalmışdır. Elsevər Rəşad və Elşad ilə dostluq edirdi. 2019-cu ilin fevral ayının sonlarında digər qohumu Fariz Natiqi gətirdi. Fariz avtomobilini həmin Natiqə satdığını, Natiq üçün beş on gün müddətinə qalmaq üçün ev lazım olduğunu dedi. O da Natiqə onun yanında qalmağa razılıq vermişdir. Natiq də ona qalmaq üçün 50 manat verdi. Bundan sonra rayona getmiş və xx xxxx 2019cu ildə Bakıya qayıdıb evə gəldikdə görmüşdür ki, Rəşad, Elşad və Nuranə adlı qadın onların evindədirlər. O, maraqlandıqda Elsevər evlərini təhvil verdiklərinə görə bir günlük gəldiklərini və səhər qayıdacaqlarını dedi. xx xxxx 2019- cu il tarixdə, saat 18:00 radələrində o, evə gələn zaman Elsevəri evdə görmüşdür. Elsevərdən nə səbəbə evə tez gəlməsini soruşduqda o, işi az olduğu üçün tez gəldiyini dedi. Təxminən 10-15 dəqiqə keçməmiş Nuranə da onların evinə gəldi. Nuranənin hansı səbəbdən bura gəldiyini soruşduqda Elsevər təzə tutduqları evin yerini tapa bilmədiyi üçün Rəşadın göndərdiyini, gəlib götürəcəyini dedi. O, Nuranənin Rəşadın sevgilisi olduğunu bildiyi üçün Rəşada zəng edərək Nuranənin burada olmasını demişdir. Rəşad da ona xəbəri olduğunu bir azdan gəlib götürəcəyini dedi. On beş-iyirmi dəqiqə sonra, Natiq evə gəldi. Bir neçə dəqiqə keçmiş Elşadla Rəşad gəldi, qəflətən X32 üstünə cumaraq əl zərbələri ilə onu vurmağa başladılar. Onlar Natiqi döyən zaman Rəşad Natiqdən hansı səbəbdən Nuranəyə SMS yazdığını soruşdu. O da Rəşadgili aralayıb məsələni aydınlaşdırmağa çalışmış, lakin Rəşadgil ona əhəmiyyət verməyərək Natiqi döyürdülər. Bu zaman Elsevər də onlara qoşuldu və hamısı birlikdə Natiqi döydülər. Onları ayırmağa çalışan zaman Rəşad cibindən bıçaq çıxarıb Natiqə, səni deşərəm, Nuranəyə söz verdiyin 300 manatı ver dedi. Natiq pulunun olmadığını, cəmi 100 manatı olduğunu deyib cibindən 100 manat çıxardıb masanın üstünə qoydu. Lakin Rəşad həmin məbləğlə razılaşmadı. Bundan sonra Natiq digər yataq otağına keçən zaman Rəşadda onun arxası ilə keçdi, həmin vaxt Elşad, Elsevər və Nuranə onun yanında qaldılar. Rəşad Natiqin arxasınca otağa keçəndən dərhal sonra Natiq onu səsləyərək Rəşadın cibindən 1900 manat pulu götürdüyünü dedi. O, Rəşaddan pulu qaytarmasını tələb etdikdə Rəşad inkar edərək pulu götürmədiyini dedi. Həmin vaxt Elşad çölə çıxdı, Rəşad da Nuranəni götürüb Elşadın avtomobilinə əyləşib getdilər. Elşada pulu qaytarmasını dedikdə Elşad əgər Rəşadın pulu götürübsə qaytazdıracağını deyib Natiqin polisə şikayət etməməsi üçün onun telefonu və avtomobilin açarını götürdü. O, isə Elsevərdən telefonu və avtomobilin açarını götürüb Natiqə qaytarmışdır. X38 zəng edərək günortaya qədər pulu qaytaracaqlarını desə də sözlərinə əməl etmədilər. Bundan sonra Natiq gedib 20-ci Polis bölməsinə ərizə verdi. Daha sonra Rəşadgil tutulan zaman pulun müəyyən hissəsi Rəşadın üstündən aşkar edildi, qalan hissəsini də valideynlər düzəldərək Natiqə qaytardılar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadələrində göstərmişdir ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs X18 vasitəsilə tanımışdır. Münasibətləri yaxşı, aralarında ədavətləri olmamışdır. İş üzrə Zərərçəkmiş şəxs tanıyır. Aralarında ədavətləri yoxdur. O, tanışı Rəşad və Elşadla birgə Bakı şəhərində kirayə ev tutaraq yaşamışlar. Natiqi birinci dəfə 2019-cu ilin fevral ayının axırlarında onların evinə qonaq gələndə görmüşdür. Mart ayının əvvəlində onlar kirayə qaldıqları evdən çıxmalı olmuş, lakin kirayə ev tapa bilmədikləri üçün tanışları Anar, Elsevər və Natiqin yaşadığı evə getmişlər. Həmin evdə Natiq ondan mobil nömrəsini istəmiş, o da etiraz etməyərək mobil nömrəsini ona vermişdir. xx xxxx 2019-cu il tarixdə ona pul lazım olduğundan heç kimə demədən Natiqə zəng edərək ondan 300 manat borc istəmişdir. Natiq də ona borc verə biləcəyini dedi. xx xxxx 2019-cu il tarixdə Natiqə zəng etdikdə Natiq ona evə getməsini, gəlib pulu verəcəyini dedi. O da razılaşmış, bundan sonra Natiqgilin kirayə yaşadığı evə gedən zaman görmüşdür ki, Anarla Elsevər evdədir. Bir qədər sonra Natiq də gəldi. Anar ondan burada nə etdiyini soruşmuş, o da Anara yeni köçdükləri evi tapa bilmədiyini, ona görə də oraya gəldiyini, bir azdan Rəşadın gəlib onu götürəcəyini demişdir. Anar da bir söz demədi. Bir neçə dəqiqə sonra Elşad da evə gəldi. Anar telefonla Rəşada zəng vuraraq onun orada olduğunu dedi. O, Natiqi kənara çəkib söz verdiyi pulu istəyən zaman Elşad gəldi və Natiqdən ona nə söz verməsini soruşdu. O, pula ehtiyacı olduğu üçün Natiqdən ona 300 manat borc istədiyini demişdir. Həmin vaxt Elşad Natiqin qolundan tutaraq digər otağa keçirdi və onu danlamağa başladı ki, sən burada pullu çıxmısan, kiməsə pul verirsən, belə pulun çoxdusa elə bizə pul ver. Natiq pulunun olmadığını dedikdə, Elşad ona necə olur qıza pul verə bilirsən, bizə yox deyirsən deyib şillə ilə Natiqi vurdu. Bundan sonra Elsevər də Natiqi vurmağa başladı. Anar onları aralaşdırmaq istəsə də Elşadla Elsevər ona imkan verməyib və onu vurmağa davam etdilər. Elsevər Natiqin avtomobilində pul olub-olmadığını yoxlamaq üçün onun gödəkcəsinin cibindən avtomobilinin açarını gögötürdü. Birinci Elsevər, arxası ilə Elşad Natiqin avtomobilinə baxdılar. Lakin orada heç nə tapmayıb geri qayıdan zaman Rəşad da evə gəldi. Rəşad ondan nə baş verməsini soruşduqda, o, pula ehtiyacı olduğu üçün pul istəmək üçün gəldiyini demiş, bundan sonra yenə də Natiqi vurub ondan ona söz verdiyi pulu onlara verməyi tələb etdilər. Elşadla Elsevər yenə Natiqi vurmaqda davam edib ondan söz verdiyi pulu tələb etdilər. Həmin vaxt Natiq cibindən 100 manat çıxarıb Elşada uzatdı. Elşad isə ondan 300 manatı verməsini tələb etdi. Natiq etiraz edib yenidən cibindən 100 manatı çıxarıb Elşada uzadanda Rəşad pulun hamısını Natiqdən aldı və Elşadgilə dedi ki, pul ondadır, narahat olmayın. Natiqə də pulu sabah qaytaracaqlarını dedi. Daha sonra Elşad, Rəşad və o Elşadın avtomobili oradan çıxıb Neftçilər metrostansiyasının yaxınlığında kirayə tutduqları evə getmişlər. Bir qədər sonra Fariz də həmin yerə gəldi. Rəşad puldan 500 manatını Farizə verdi ki, Natiqə çatdırsın və desin ki, qalan pulu da səhər verəcək. Gecə Elsevər də həmin yerə gəlib Natiq polisə şikayət etdiyni dedi. bundan sonra o, Rəşad, Elşad Gəncə şəhərinə getmiş, orada Elşad və Rəşad tutuldu. İşdə olan məhkəmə tibbi ekspertizasının xx xxxx 2019- cu il tarixli 221 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, sol göz qapaqlarının qançırşişkinliyi və həmin gözün ağlı qişasına qansızma, alın, sol almacıq, sağ alt göz qapağının və gözaltı nahiyənin, burun, sağ mil-bilək oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx xxxx 2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilməsi mümkündür və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İşdə olan DİN-nin BӘSİİ tələbnaməsindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmündən, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarından və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2016-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmiş, ona təyin olunmuş 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası 03 (üç) il müddətinə endirilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq 07 (yeddi) ay 03 (üç) gün vaxtından əvvəl azad edilmişdir Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş, xx xxxxxx 2019-cu il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışıb, ona dəymiş maddi və mənəvi zərər ödənilib, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və şahidlərinin birinci instansiya məhkəməsində verdikləri ifadələrinə deyil, ibtidai istintaq zamanı verdiyi ifadələrinə istinad etməsinin əsassız olması barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib qeyd edir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və şahidlərin verdikləri ifadələrini şübhə altına almağa əsas verən, sübut kimi qəbul edilməsini istisna edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsində göstərilmiş hallar müəyyən edilmədiyindən, müdafiə tərəfinin ibtidai istintaqdakı ifadələrlə bağlı mövqeyi müdafiə xarakterli olmaqla işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün ibtidai araşdırma zamanı, eləcə də birinci instansiya məhkəməsində verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin, məhkəmə iclaslarının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi toplanmış həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə tövsif edilməli olması barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində iş materialları ilə, eləcə də məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən və onun törətdiyi qeyd edilən cinayət əməli kifayət qədər sübuta yetirildiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə bəraət verilə bilməz və ona bəraət verilməsi barədə məhkumun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apelyasiya şikayətlərinin dəlilləri müdafiə xarakterli olmaqla, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza məsələsinə də münasibət bildirərək, cəzanın yüngülləşdirilməsi üçün də hər hansı əsas görmür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən zərərçəkmiş şəxslə barışmasını, vurulmuş zərəri ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətin təhlükəli residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə kollegiyası, cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə tam uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 18, 41.2, 58, 59, 61 və 65.2-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, barəsində hökmdə göstərilən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmaqla, ona mübahisələndirilən hökmlə təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsinin sanksiyası hüdudlarında, cinayət qanununun tələblərinə uyğun, cəzanı ədalətli fədiləşdirməklə, onun məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi və X5 tərəfindən verilmiş apelyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair xx xxxx 2020-ci il tarixli, 1(101)-334/2020 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş həmin apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq qərara alır: Məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi və X5 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair xx xxxx 2020-ci il tarixli, 1(101)-334/2020 saylı hökmü verilmiş həmin apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-67/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-67/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver