Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-67/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri-Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi–X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamın müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs7, X19, Zərərçəkmiş şəxs1, tərcüməçi X15, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Bakı şəhəri 17 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim: Vüsal Qurbanov) 06 noyabr 1976-cı il tarixdə Qazaxstan Respublikasının İsıq şəhərində anadan olmuş, Qazaxstan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Abşeron rayonu Xırdalan şəhəri 22-ci məhəllə ev 2 mənzil 48-də müvəqqəti qeydiyyatda olan və Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti Ə.Vəliyev küçəsi ev 348-də yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində olan 06 iyul 2022-ci il tarixli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs7, X19, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs11, habelə Dövlət ittihamçısı tərəfindən verilmiş müvafiq olaraq apellyasiya şikayətlərinə və apellyasiya protestinə, habelə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 ilə birlikdə verdiyi apellyasiya şikayətinə əlavəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 6 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 08 fevral 2015-ci il təvəllüdlü övladı X20 14 (on dörd) yaşına çatanadək təxirə salınmışdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri məhkəmə hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti ibtidai istintaqla araşdırılan şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən “şəbəkə biznesi” qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən “New Mille- nium Centre LTD” adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra, ilkin sistem proqramı əsasında 81 manat yatırım edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmək üçün, əlavə iki nəfər adam cəlb edəcəyi halda bir ay ərzində şirkətdən 300 ABŞ dolları, habelə yeni layihəyə əsasən, şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə olunacağı, investisiyanın daha artıq olduqda qazancın 9.000 ABŞ dollarına kimi yüksələcəyi barədə tanışı Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs13 yalan vəd verib 2019-cu ilin sentyabr ayının sonunda 405 manat, 07 fevral 2020-ci ildə Azərbaycan manatın həmin dövrdə məzənnəsi ilə 510 manat olan 300 ABŞ dolları, 14 fevral 2020ci ildə Azərbaycan manatının həmin dövrə aid məzənnəsi ilə 2.040 manat təşkil edən 1200 ABŞ dolları, 15 fevral 2020-ci ildə Azərbaycan manatın həmin dövrə olan məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dolları, 19 fevral 2020-ci il tarixdə isə Azərbaycan manatının həmin dövrə aid məzənnəsi ilə 1020 manat olan 600 ABŞ dollarını ünvan 2-də olan ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə cəmi 4.995 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından suiistifadə və aldatma yolu ilə ələ keçirmə məqsədilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən “X34 LTD” adlı etibarlı beynəlxalq şirkətin ölkədə rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduq- dan sonra ilkin sistem proqramı əsasında 81 manat yatırım edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmək üçün əlavə iki nəfər cəlb edəcəyi halda bir ay ərzində şirkətdən 300 ABŞ dolları, habelə yeni layihəyə əsasən şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şəbəkəyə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə ediləcəyi barədə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs9 yalan vəd verib 2019-cu ilin oktyabr ayının əvvəllərində 81 manat, 24 fevral 2020-ci ildə Azərbaycan manatın həmin dövrə aid məzənnə ilə 510 manat olan 300 ABŞ dolları Nərimanov rayonu N.Hacıyev küçəsi 4 ünvanında olan ofisdə vahid niyyətlə əhatə edilən qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmişə cəmi 591 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X34 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edərək, təşviqat işləri aparmış və belə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra ilkin sistem proqramı əsasında 81 manat yatırım edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmə üçün əlavə iki nəfəri cəlb edəcəyi halda bir ay ərzində şirkətdən 300 ABŞ dolları, habelə yeni layihəyə əsasən, şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şəbəkəyə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə ediləcəyi barədə tanışı Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs3 yalan vəd verib sistemdə bir neçə şəxsin adına qeydiyyatdan keçib şəxsi kabinet açaraq hər birinin nəzərdə tutulan mənfəəti götürəcəyinə inandırıb 2019-cu ilin oktyabr ayında 81 manat, 10 fevral 2020-ci ildə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dolları, 14 fevral 2021-ci il tarixdə isə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dollarını ünvan 1 ünvanında olan ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə cəmi 1.101 (min yüz bir) manat ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X34 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra 860 ABŞ dolları yatırım edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmələri üçün əlavə iki nəfərin cəlb edəcəyi halda 2-3 ay ərzində şirkətdən 19200 ABŞ dolları, eyni şərtlərlə şəbəkəyə 300 ABŞ dolları yatırım edəcəyi halda, 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə ediləcəyi barədə Zərərçəkmiş şəxs2 yalan vəd verib 29 noyabr 2019-cu ildə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 1.462 manat təşkil edən 860 ABŞ dolları, 22 yanvar 2020-ci ildə isə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 manat olan 300 ABŞ dolları, 2020-ci ilin mart ayının əvvəlində Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 1.020 manat olan 600 ABŞ dollarını ünvan 2 ünvanda olan ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən almaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə cəmi 2.992 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Eləcə də, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən “şəbəkə biznesi” qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X34 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədə olan rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqda hər bir iştirakçı üçün 872 ABŞ dolları yatırım edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmələri üçün əlavə iki nəfərin cəlb edəcəyi halda qısa müddətdə şirkətdən 19.200 ABŞ dolları, eyni qaydada digər layihə üzrə hər istifadəçinin adından 272 ABŞ dolları yatırım edəcəyi halda, on gün ərzində şirkətdən 1.000 ABŞ dolları qazanc əldə ediləcəyinə, habelə şirkətin hesabına 1.320 ABŞ dolları əlavə ödəniş etməklə ilkin yatırıma görə mükafat kimi nəzərdə tutulan 1920 ABŞ dollarından daha qısa zaman kəsiyində əldə olunacağına dair Zərərçəkmiş şəxs16 yalan vəd verib sistemdə bir neçə şəxsin adına qeydiyyatdan keçib şəxsi kabinet açaraq hər birinin nəzərdə tutulan mənfəəti götürəcəyinə inandırmaqla 2019-cu ilin dekabr ayının sonlarında Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 2.964,8 manat olan 1744 ABŞ dolları, 2020-ci ilin yanvar ayının əvvəlində Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 3.236,8 manat təşkil edən 1.904 ABŞ dolları, 2020-ci ilin mart ayının əvvəlində Azərbaycan manatın həmin dövrə məzənnəsi ilə 2.244 manat olan 1.320 ABŞ dollarını ünvan 2 ünvanında yerləşən ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 8.445,6 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından suiistifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X34 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 250 ABŞ dolları yatırım edəcəyi halda on gündə 1.000 ABŞ dolları, eyni şərtlərlə 800 ABŞ dolları yatırım edəcəyi halda iki ayda 14.000 ABŞ dolları qazanc əldə edəcəyi barədə Zərərçəkmiş şəxs1 yalan vəd verib pulun köçürülməsi xərclərini də hesablayaraq, hər iki şəbəkə layihəsində iştirak edəcəyini göstərməklə, 28 yanvar 2020-ci ildə 1.948 manat pulu Nərimanov rayonu N.Hacıyev küçəsi 04 ünvanında olan ofisdə sonuncudan heç bir müqavilə və ödəniş qəbzi tərtib edilmədən alaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından suiistifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X34 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına inam qazanmağa nail olduqdan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyi, vəd verilən müddətdə göstərilən qazanca yiyələnə bilməyəcəyi halda isə, bank xərcləri istisna olmaq şərti ilə ödənilən əsas yatırım məbləğini istənilən vaxt geri ala biləcəyi barədə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs4 yalan vəd verib 29 yanvar 2020-ci ildə manatın həmin dövrə olan məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dollarını Nərimanov rayonu N.Hacıyev küçəsi 4 ünvanında olan ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrar dələduzluq etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X34 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə hər bir iştirakçı üçün 300 ABŞ dolları yatırım edəcəyi halda, 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyi vəd verilən müddətdə göstərilən qazanca yiyələnə bilməyəcəyi halda bank xərcləri istisna olmaq şərti ilə ödənilən əsas yatırım məbləğini istənilən vaxt geri ala biləcəyi barədə Zərərçəkmiş şəxs8 yalan vəd verib sistemdə bir neçə şəxsin adına qeydiyyatdan keçib şəxsi kabinet açıb hər birinin nəzərdə tutulan mənfəəti götürəcəyinə inandırmaqla 2020-ci ilin yanvar ayında manatın həmin dövrə məzənnəsi ilə 1.530 manat olan 900 ABŞ dollarını Nərimanov rayonu N.Hacıyev küçəsi 4 ünvanındakı ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrar dələduzluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən “şəbəkə biznesi” qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X34 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədə olan rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra, şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 272 ABŞ dolları yatırım edəcəyi halda on gündə 1.000 ABŞ dolları qazanc əldə edəcəyi barədə tanışı Şahid2 vasitəsilə X7 yalan vəd verib sistemdə iki nəfər adına qeydiyyatdan keçib şəxsi kabinet açıb hər birinin nəzərdə tutulan mənfəəti götürəcəyinə inandırmaqla, 2020-ci ilin fevral ayının əvvəlində Azərbaycan manatın həmin dövrə məzənnəsi ilə 924,8 manat təşkil edən 544 ABŞ dollarını ünvan 2 ünvanındakı ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən zərərçəkmiş şəxsdən alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Habelə, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən “şəbəkə biznesi” qurub cəlb edəcəyi çoxsaylı nüştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X34 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 272 ABŞ dolları yatırım edəcəyi halda on gün ərzində 1.000 ABŞ dolları, eyni qaydada digər layihə üzrə 860 ABŞ dolları yatırım edəcəyi halda isə bir ay ərzində şirkətdən 14.000 ABŞ dolları qazanc əldə olunacağı barədə Zərərçəkmiş şəxs5 yalan vəd verib sistemdə iki nəfər şəxsin adına qeydiyyatdan keçib şəxsi kabinet açaraq, hər birinin nəzərdə tutulan mənfəəti götürəcəyinə inandırmaqla 09 fevral 2020-ci ildə Azərbaycan manatın həmin dövrə məzənnəsi ilə 924,8 manat olan 544 ABŞ dolları, daha sonra həmin gün Azərbaycan manatının qeyd edilən dövrə məzənnəsi ilə 1.462 manat olan 860 ABŞ dollarını ünvan 1 ünvanında yerləşən ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 2.386,8 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq, cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından suiistifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X34 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyi, vəd verilən müddətdə göstərilən qazanca yiyələnə bilməyəcəyi halda isə, bank xərcləri istisna olmaq şərti ilə ödənilən əsas yatırım məbləğini istənilən vaxt geri ala biləcəyi barədə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs7 yalan vəd verib 22 fevral 2020-ci ildə Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 510 manat olan 300 ABŞ dollarını ünvan 2 ünvanında olan ofiscə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X34 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyi, vəd verilən müddətdə göstərilən qazanca yiyələnə bilməyəcəyi halda bank xərcləri istisna olma şərti ilə ödənilən əsas yatırım məbləğini istənilən vaxt geri ala biləcəyi barədə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs12 yalan vəd verib 24 fevral 2020-ci ildə Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 510 manat olan 300 ABŞ dollarını ünvan 3 ünvanında olan ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X34 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra 300 ABŞ dolları yatırımını təmin edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmələri üçün əlavə iki nəfər cəlb olanacağı halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyinə dair tanışı Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs6 yalan vəd verib 25 fevral 2020-ci ildə Azərbaycan manatın həmin dövrə olan məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dollarını ünvan 2 ünvanda olan ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən, zərərçəkmiş şəxsdən alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə, təkrarən dələduzluq etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X34 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyi, vəd verilən müddətdə göstərilən qazanca yiyələnə bilməyəcəyi halda bank xərcləri istisna olmaq şərtilə ödənilən əsas yatırım məbləğini istənilən zaman geri ala biləcəyi barədə Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs14 yalan vəd verib 29 fevral 2020-ci ildə manatın həmin dövrə məzənnəsi ilə 510 manat olan 300 ABŞ dolları ünvan 2 ünvanındakı ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə, təkrarən dələduzluq etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından suiistifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X34 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyi, vəd verilən müddətdə göstərilən qazanca yiyələnə bilməyəcəyi halda bank xərcləri istisna olmaq şərtilə ödənilən əsas yatırım məbləğini istənilən vaxt geri ala biləcəyinə dair tanışı Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs11 yalan vəd verib 29 fevral 2020-ci ildə Azərbaycan manatının dövrün məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dolları ünvan 2 ünvanda ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» quraraq cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından suiistifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X34 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olandan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 ABŞ dolları yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 ABŞ dolları qazanc əldə edəcəyi, vəd verilən müddətdə göstərilən qazanca yiyələnə bilməyəcəyi halda bank xərcləri istisna olmaq şərtilə ödənilən əsas yatırım məbləğini istənilən zaman geri ala biləcəyi barədə Zərərçəkmiş şəxs15 yalan vəd verib 2020-ci ilin fevral ayının sonlarında Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dollarını ünvan 1-də ofisdə tanışı Zərərçəkmiş şəxs8 vasitəsilə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatmaqla ələ keçirib təkrar dələduzluq etmişdir. Məhkəmənin hökmü ilə razılaşmayan Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, məhkəmənin hökmü qanunsuz və əsassız olduğundan ləğv olunması və onun əməlində cinayət tərkibinin olmadığından, ona bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü əsassız və qanunsuzdur. Belə ki, məhkəmə hökmü qeyri-obyektiv, qərəzli və işin faktiki hallarına ziddir. Verilən ittiham üzrə özünü təqsirli bilmir və hesab edir ki, ona qarşı əvvəlcədən hazırlanmış şər, böhtan, ancaq qərəzli və sifarişli absurd qurama bir işdir. İstintaq və məhkəmə tərəfindən cinayət işinə formal yanaşılmış, araşdırma məqsədi olmamış və bununla Azərbaycan Respublikası Konstitusiyası va CPM-nin müddəaları kobudcasına pozulmuşdur. Hökmə əsasən, güyə bir qrup şəxlərlə əlbir olub tamah niyyati ilə firıldaqçı sxem üzrə fəaliyyət göstərən "şəbəkə biznesi" qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmə niyyəti ilə özünü Azərbaycanda dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən "New Millienum Centre LTD" şirkətinin ölkədəki rasmi nümayəndəsi kimi taqdim edib təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı va səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra ilkin sistem proqramı əsasında dələduzluq etmişdir. Bu həqiqətə uyğun deyil. Heç kimsə ilə əlbir olmamış, ona qarşı ifadə verən şəxslərdən heç birindən pul almamış, onların ona hər hansı məbləğin verilməsi heç bir sübutla tasdiq edilmir. Onların məqsədi yüngül yolla varlanmaqdir. Məhkəmə onların verdikləri həqiqətə uyğun olmayan və heç bir sübutla tasdiq edilməyən ifadələrini sübut kimi qəbul etmişdir. Şirkət 05 oktyabr 1961-ci ildə qəbul olunmuş Haaqa Konvensiyasına uyğun fəaliyyət göstərir. 13 may 2004-cü ildən Azərbaycan bu konvensiyaya qoşulmuş və 02 mart 2005-ci ildə qanuni qüvvəyə minmiş, Konvensiyanın müddəalarını məhkəmə nəzərə almamış, şirkətin rəhbəri deyil. Ondan qanunsuz pul tələb edən şəxslər pullarını özləri banka ödəmiş və hər kəsin öz şəxsi kabinetləri var. Hamin kabinetlər konfidensial fəaliyyət göstərir. Onların kabinetə daxil olaraq əməliyyatlara nəzarət və ya müdaxilə etmək səlahiyyəti və imkanı yoxdur. Hər şəxsin özündən başqa kimsə müdaxilə edə bilməz. Məhkəmə qeyri-obyektiv olaraq heç birinin kabinetinə daxil olub araşdırma aparmamışdır. Ödənilmiş məbləğə görə onlara sertifikat verilir, lakin bu araşdırılmamış, qərəzli və birtərəfli mövqedən çıxış edərək məhkəmə hökm çıxarmışdır. Məhkəmə həmin şəxsləri onun dəvət etməməsini nəzərə almamış və bu səbəbdən həmin şəxsləri yalan ifadə verdiklərinə görə cinayət məsuliyyətinə cəlb etməmişlər. Zərərçəkmiş şəxsləri şirkətə Tatyanana İbrahimova və Şahid3 dəvət etmişdir. İstintaqın ona qarşı qərəzli olması azərbaycan dili bilmədiyinden istifadə edib ifadələr alınmışdır. İlkin məhkəmə işi geri qaytarsa da, yenə də işinə qeyri-obyektiv yanaşılmışdır. Azsaylı xalqın nümayəndəsidir, milliyəti uyğurdur. Əri-X9 ilə rəsmi nigahdadır, nigahdan 03 övladları var. 2012-ci ildən Azərbaycanda yaşayır, Çində va digər ölkələrdə Uyğurların hüquqları gobudcasına taptalanır. Mən hec vaxt gözləməzdir ki, Azərbaycanda araşdırma aparılmadan, şər və böhtan əsasında hökm çıxarılsın. Ali Məhkəməsi Plenumunun qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyan olunmuş işin hallarını və qənaitini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlillər və rəhbər tutduğu qanunları hökmdə göstərməklə hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər sübutun, o cümlədən ifadələrin məzmununu şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbi aydın göstərilməlidir. Lakin, məhkəmə bütün bunlara əməl etmədən ona qanunsuz məhkum etmişidr. Məhkəmənin hökmü ilə razılaşmayan Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 Əlisəmid oğlu ilə birlikdə apellyasiya şikayətinə əlavə verərək məhkəmənin hökmü qanunsuz və əsassız olduğundan ləğv olunması və onun əməlində cinayət tərkibinin olmadığından, ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmənin hökmü ilə razılaşmayan Zərərçəkmiş şəxs16 apellyasiya şikayəti verərək, ona və bir neçə şəxsə qarşı dələduzluq edib pulları qaytarmayan Təqsirləndirilən şəxs barəsində məhkəmə hökmünün ləğv edilməsini və ona daha sərt azadlıqdan məhrum etmə cəzası verilməsini, məhkəmə hökmünün icrasını təxirəsalınmadan icra edilməsini, mülki iddiasının təmin olunmasını və ona vurulmuş 4.118 ABŞ dollarının Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə məhkəmə hökmü qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu ilin sonlarında tanışı Lyubov Metannikova onunla əlaqə saxlayaraq özünün qoşulduğu bir şəbəkə sisteminin yaradılmasını deyib həmin şəbəkəyə pul yatırmaqla əlavə qazanc əldə etməyin mümkün olmasını bildirmişdir. Bununla bağı 2019-cu ilin dekabr ayında bu məqsədlə Lyubovla görüşərək birlikdə Nərimanov rayonu N.Hacıyev küçəsi 4 ünvanında yerləşən həmin şəbəkənin ofisinə getmişlər. Şəbəkəyə rəhbərlik edən əslən Qazaxıstandan Rukhiyam adlı qadını görmüş, digər rəhbər şəxs Oktay adlı şəxs olmuşdur. Rukhiyam demişdir ki, Şimali Kiprdə ev tikintisi ilə məşğul olan “X34 Ltd” şirkəti var və kim həmin şirkətin hesabına 72 ABŞ dolları göndərmə xərci bank xərci ilə birlikdə 800 ABŞ dolları, yəni 872 ABŞ dolları yatırım etsə və daha sonra 02 nəfər də dəvət edib onların da eyni məbləğdə ödəniş etmələrinə nail ola bilsə, dəvət edilmiş həmin adamların da hərəsi eyni qaydada ödəniş etsələr, qısa bir vaxtda şirkətdən qazanc olaraq 19.200 ABŞ dolları əldə edəcəkdir. Təxminən 2019-cu ilin dekabr ayının sonlarında 872 ABŞ dollarını ofisdə Rukhiyama vermiş və şirkətin rəsmi səhifəsində adına kabinet açılmış, verdiyi pul həmin hesaba yatırılmışdır. Bundan sonra öz tanışları Zərərçəkmiş şəxs1 və bacısı X2 da şirkətə dəvət etmiş və onların hər biri də şirkətə ayrı-ayrılıqda 872 ABŞ dolları yatırım etmişlər. Bir neçə gün sonra 2019-cu ilin dekabr ayının sonlarında qızı Fidanın da adından ondan xəbərsiz şirkətə 872 ABŞ dolları yatırımı etmiş, siyahısında dəvət etdiyi şəxslərin sayı çox olmaqla, daha çox qazanc əldə etməsi üçün. Bununla da, həmin ərəfədə şirkətə cəmi 1.744 ABŞ dolları vermiş, lakin yatırılmış pulların hesabına ona və dəvət etdiyi şəxslərin heç birinə hər-hansı məbləğdə pul verilməmişdir. Bu barədə Rukhiyama sual verdikdə, gözləməyi və tezliklə qazanc əldə ediləcəyini demişdir. 2020-ci ilin yanvar ayında Rukhiyam şirkət tərəfindən yeni sistemin yaradılmasını elan etmiş, bu sistemə görə kim şirkətə 250 ABŞ dolları göndərmə xərci ilə birlikdə isə cəmi 272 ABŞ dolları pul ödənişi edərsə, təqribən 10 gündə həmin adama 1.000 ABŞ dolları mükafat veriləcəyini bildirmişdir. Təklifə inanıb öz adından 544 ABŞ dolları, qızı Fidan Fərəcova adından 544 ABŞ dolları, oğlu Fərhad Fərəcov, tanışları Gülnaz Quliyeva, Olqa Şemetovanın hərəsinin adından 272 ABŞ dolları olmaqla cəmi 1.904 ABŞ dollarını şirkətin hesabına yatırmışdır. Həmin pulu da 2020-ci ilin yanvar ayının əvvəllərində şəxsən Rukhiyama ofisində vermiş, ödədiyi pulların mülkiyyətçisi şəxsən özü olmuş, sadəcə başqaların adlarından da yatırım etmiş, sistemdə dəvət edilmiş şəxslər kimi göstərilmişdir. Bir neçə gün sonra, 2020-ci ilin yanvar ayında son yatırımlarına görə 1.500 ABŞ dolları qazanc əldə etmiş, 2020-ci ilin mart ayının əvvəllərində Rukhiyamla Oktay artıq şəbəkədə yeni sistemin yaradılmasını bildirmişlər. Sistemin şərtlərinə görə kim 700 ABŞ dolları, göndərmə xərci (bank xərci) ilə birlikdə 4.800 ABŞ dolları, yəni 5.500 ABŞ dolları yatırım edərsə ilk dəfə alınan 872 ABŞ dollarına görə qazanc kimi nəzərdə tutulan 19.200 ABŞ dollarını daha qısa müddətdə əldə edəcəkdir. Birdən-birə verməyə o qədər pulu olmadığından, 04 nəfər arasında həmin pulu bölüb ödəməyi qərara almışlar. Ona görə 2020-ci il mart ayında ofisdə öz payına düşən 1.320 ABŞ dollarını əlbəəl Oqtay adlı şəxsə vermiş, pulun qalan hissəsini digər şəxslər vermiş, lakin heç bir məbləğdə pul əldə etməmişlər. Bu barədə Rukhiyama öz iradlarını bildirsə də nəticəsi olmamış, ödənilmiş pulları qaytarmaqdan imtina edib şirkətə əlavə adamlar cəlb etməyi tələb etdikdə, bundan imtina etmiş, nəticədə ona ziyan dəymiş və Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı istintaq və ya məhkəmədə ödəməmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs çox yüngül cəza təyin edilmiş, onun barəsində Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunaraq onun azyaşlı övladı 14 yaşına çatana kimi hökmün icrası təxirə salınmışdır. Eyni zamanda, Cinayət Məcəlləsinin 178.2-ci maddəsinə görə həmin maddədə ağırlaşdırıcı hallarda dələduzluq iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, hazırda zərər ödənilmədən ona cəzanın yarısı təyin edilmişdir. Eyni zamanda məhkəmədə işə baxılan zaman mülki iddia versə də, hazırkı hökmdə təsbit olunmamışdır. Məhkəmənin hökmü ilə razılaşmayan zərərçəkmiş Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək, ona qarşı dələduzluq edib pulunu qaytarmayan Təqsirləndirilən şəxs barəsində məhkəmə hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs onun taladığı pulları geri qaytarmadığı təqdirdə, onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar real həbs cəzası təyin olunması barədə yeni hökm qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu ilin sonlarında tanışı Lyubov Metannikova onunla əlaqə saxlayaraq özünün qoşulduğu bir şəbəkə sisteminin yaradılmasını deyib həmin şəbəkəyə pul yatırmaqla əlavə qazanc əldə etməyin mümkün olmasını bildirmişdir. Bununla bağlı 2019-cu ilin dekabr ayında Lyubovla görüşüb birlikdə ünvan 4 ünvanında olan həmin şəbəkənin ofisinə getmiş, orada olarkən, şəbəkəyə rəhbərlik edən əslən Qazaxıstandan Rukhiyamı görmüş, digər rəhbər Oktay adlı şəxs olmuşdur. Ofisdə Rukhiyam demişdir ki, Şimali Kiprdə ev tikintisi ilə məşğul olan “X34 Ltd” şirkəti var və kim həmin şirkətin hesabına 72 ABŞ dolları göndərmə xərci bank xərci ilə birlikdə 800 ABŞ dolları, yəni 872 ABŞ dolları yatırım etsə və daha sonra 02 nəfər də dəvət edib onların da eyni məbləğdə ödəniş etmələrinə nail ola bilsə, dəvət edilmiş həmin adamların da hərəsi eyni qaydada ödəniş etsə, qısa bir vaxtda şirkətdən qazanc kimi 19.200 ABŞ dolları əldə edəcəkdir. Təxminən 2019-cu ilin dekabr ayının sonlarında 872 ABŞ dollarını ofisdə Rukhiyama vermiş və şirkətin rəsmi səhifəsində adına kabinet açılmış, verdiyi pul həmin hesaba yatırılmışdır. Bundan sonra öz tanışları ilə şirkətə gedib onların hər biri şirkətə ayrıayrılıqda 872 ABŞ dolları yatırım etmişlər. Bununla da, həmin ərəfədə şirkətə ümumilikdə 1.744 ABŞ dolları pul vermişdir. Lakin yatırılmış pulların hesabına ona və tanışlarının heç birinə hər-hansı məbləğdə pul verilməmiş, Rukhiyama sual verdikdə, sonuncu gözləməyi, tezliklə qazanc əldə ediləcəyini demişdir. 2020-ci ilin yanvar ayında Rukhiyam şirkət tərəfindən yeni sistemin yaradılmasını elan etmiş, bu sistemə görə kim şirkətə 250 ABŞ dolları göndərmə xərci ilə birlikdə isə cəmi 272 ABŞ dolları pul ödənişi edərsə, təqribən 10 gündə həmin adama 1.000 ABŞ dolları mükafat veriləcəyini demiş, təklifə inanıb öz adından 544 ABŞ dolları, Fidan Fərəcova adından 544 ABŞ dolları, Fərhad Fərəcov, tanışları Zərərçəkmiş şəxs16, Gülnaz Quliyeva, Olqa Şemetovanın hərəsi 272 ABŞ dolları olmaqla cəmi 1.904 ABŞ dollarını şirkətin hesabına yatırmışdır. Həmin pulu da 2020-ci ilin yanvar ayının əvvəllərində Rukhiyama ofisində verilmiş, sistemdə dəvət edilmiş şəxslər kimi göstərilmişdir. Bir neçə gün sonra, 2020-ci ilin yanvar ayında son yatırımlarına görə 1.500 ABŞ dolları qazanc əldə etmiş, 2020-ci ilin mart ayının əvvəllərində Rukhiyamla Oktay artıq şəbəkədə yeni sistemin yaradılmasını bildirmişlər. Sistemin şərtlərinə görə kim 700 ABŞ dolları, göndərmə xərci (bank xərci) ilə birlikdə 4.800 ABŞ dolları, yəni 5.500 ABŞ dolları yatırım edərsə ilk dəfə alınan 872 ABŞ dollarına görə qazanc kimi nəzərdə tutulan 19.200 ABŞ dollarını daha qısa müddətdə əldə edəcəkdir. Birdən-birə verməyə o qədər pulu olmadığından, 04 nəfər arasında həmin pulu bölüb ödəməyi qərara almışlar. Ona görə 2020-ci il mart ayında ofisdə öz payına düşən 1.320 ABŞ dollarını əlbəəl Oqtay adlı şəxsə vermiş, pulun qalan hissəsini digər şəxslər vermiş, lakin heç bir məbləğdə pul əldə etməmişlər. Bu barədə Rukhiyama öz iradlarını bildirsə də nəticəsi olmamış, ödənilmiş pulları qaytarmaqdan imtina edib şirkətə əlavə adamlar cəlb etməyi tələb etdikdə, bundan imtina etmiş, nəticədə ona ziyan dəymiş, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı istintaq və ya məhkəmədə ödəməmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs çox yüngül cəza təyin edilmiş, barəsində Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunmaqla, onun azyaşlı övladı 14 yaşına çatanadək hökmün icrası təxirə salınmışdır. Cinayət Məcəlləsinin 178.2-ci maddəsinə görə maddədə ağırlaşdırıcı hallarda dələduzluq iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, zərər ödənilmədən cəzanın yarısı təyin edilmişdir. Nərimanov rayon Məhkəməsinin hökmü ləğv edilməli və Təqsirləndirilən şəxs onun pullarını ona geri qaytarmadığı təqdirdə, Təqsirləndirilən şəxs real həbs cəzası verilməsi barədə yeni hökm çıxarılmalıdır. Məhkəmənin hökmü ilə razılaşmayan Zərərçəkmiş şəxs2 apellyasiya şikayəti verərək, öz apellyasiya şikayətini eyni ilə Zərərçəkmiş şəxs1 apellyasiya şikayətində irəli sürülən dəlillərə bir daha əsaslanmaqla yanaşı, ona qarşı dələduzluq edib pulunu qaytarmayan Təqsirləndirilən şəxs barədə məhkəmə hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs ondan taladığı pulları geri qaytarmadığı halda sonuncunun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar real həbs cəzası təyin olunması barədə yeni məhkəmə hökmünün qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə hökmü ilə razılaşmayan Zərərçəkmiş şəxs6 apellyasiya şikayəti verərək, öz apellyasiya şikayətini eyni ilə Zərərçəkmiş şəxs1 apellyasiya şikayətində irəli sürülən dəlillərlə və əsaslarla əsaslandırmaqla yanaşı, ona qarşı dələduzluq edərək pulunu qaytarmayan Təqsirləndirilən şəxs barədə məhkəmə hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs ondan taladığı pulları geri qaytarmadığı halda sonuncu barəsində azadlıqdan məhrum etmə ilə bağlı real həbs cəzası təyin olunması barədə yeni məhkəmə hökmünün qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin hökmü ilə razılaşmayan Zərərçəkmiş şəxs13 apellyasiya şikayəti verərək, öz apellyasiya şikayətini eyni ilə Zərərçəkmiş şəxs1 apellyasiya şikayətində irəli sürülən dəlillərlə və əsaslarla əsaslandırmaqla yanaşı, ona qarşı dələduzluq edərək pulunu qaytarmayan Təqsirləndirilən şəxs barədə məhkəmə hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs ondan taladığı pulları geri qaytarmadığı halda sonuncu barəsində azadlıqdan məhrum etmə ilə bağlı real həbs cəzası təyin olunması barədə yeni məhkəmə hökmünün qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə hökmü ilə razılaşmayan zərərçəkmiş X19 apellyasiya şikayəti verərək, apellyasiya şikayətini eyni ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 apellyasiya şikayətində irəli sürülən dəlillərlə və əsaslarla əsaslandırmaqla yanaşı, ona qarşı dələduzluq edərək pulunu qaytarmayan Təqsirləndirilən şəxs barədə məhkəmə hökmünün ləğv olunmasını və Təqsirləndirilən şəxs ondan taladığı pulları geri qaytarmadığı təqdirdə, sonuncu barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olan real həbs cəzası təyin olunması barədə yeni məhkəmə hökmünün qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin hökmü ilə razılaşmayan zərərçəkmiş Zərərçəkmiş şəxs7 apellyasiya şikayəti verərək, apellyasiya şikayətini eyni ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 apellyasiya şikayətində irəli sürülən dəlillərlə və əsaslarla əsaslandırmaqla ona qarşı dələduzluq edərək pulunu qaytarmayan Təqsirləndirilən şəxs barəsində məhkəmə hökmünün ləğv olunmasını və Təqsirləndirilən şəxs ondan taladığı pulları geri qaytarmadığı halda, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olan real həbs cəzası təyin olunması barədə yeni məhkəmə hökmünün qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin hökmü ilə razılaşmayan zərərçəkmiş X19 apellyasiya şikayəti verərək, apellyasiya şikayətini eyni ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 apellyasiya şikayətində irəli sürülən dəlillərlə və əsaslarla əsaslandırmaqla yanaşı, ona qarşı dələduzluq edərək pulunu qaytarmayan Təqsirləndirilən şəxs barəsində məhkəmə hökmünün ləğv olunmasını və Təqsirləndirilən şəxs ondan taladığı pulları geri qaytarmadığı təqdirdə, sonuncu barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olan real həbs cəzası təyin olunması barədə yeni məhkəmə hökmünün qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin hökmü ilə razılaşmayan zərərçəkmiş Zərərçəkmiş şəxs12 apellyasiya şikayəti verərək, apellyasiya şikayətini eyni ilə Zərərçəkmiş şəxs1 apellyasiya şikayətində irəli sürülən dəlillərlə və əsaslarla əsaslandırmaqla yanaşı, ona qarşı dələduzluq edərək pulunu qaytarmayan Təqsirləndirilən şəxs barəsində məhkəmə hökmünün ləğv olunmasını və Təqsirləndirilən şəxs ondan taladığı pulları geri qaytarmadığı təqdirdə, sonuncu barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olan real həbs cəzası təyin olunması barədə yeni məhkəmə hökmünün qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin hökmü ilə razılaşmayan zərərçəkmiş Zərərçəkmiş şəxs11 apellyasiya şikayəti verərək, apellyasiya şikayətini eyni ilə Zərərçəkmiş şəxs1 apellyasiya şikayətində irəli sürülən dəlillərlə və əsaslarla əsaslandırmaqla yanaşı, ona qarşı dələduzluq edərək pulunu qaytarmayan Təqsirləndirilən şəxs barəsində məhkəmə hökmünün ləğv olunmasını və Təqsirləndirilən şəxs ondan taladığı pulları geri qaytarmadığı təqdirdə, sonuncu barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olan real həbs cəzası təyin olunması barədə yeni məhkəmə hökmünün qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin hökmü ilə razılaşmayan zərərçəkmiş Zərərçəkmiş şəxs15 apellyasiya şikayəti verərək, apellyasiya şikayətini eyni ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 apellyasiya şikayətində irəli sürülən dəlillərlə və əsaslarla əsaslandırmaqla yanaşı, ona qarşı dələduzluq edərək pulunu qaytarmayan Təqsirləndirilən şəxs barəsində məhkəmə hökmünün ləğv olunmasını və Təqsirləndirilən şəxs ondan taladığı pulları geri qaytarmadığı təqdirdə, sonuncu barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olan real həbs cəzası təyin olunması barədə yeni məhkəmə hökmünün qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin hökmündən narazı qalan Dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 06 iyul 2022-ci il tarixli hökmünün təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric olunmaqla hökmün dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Nərimanov rayon məhkəməsinin 06 iyul 2022-ei il tarixli hökmü həmin Məcəllənin 79.1-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric olunmaqla dəyişdirilməlidir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində CMnin 79.1-ci maddəsini tətbiq edərkən, 03 azyaşlı uşağının olmasını nəzərə alaraq, həmin maddənin tətbiq olunmasını məqsədə uyğun hesab etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi çox epizodlu dələduzluq cinayətini qabaqcadan əlbir olan bir qrup şəxslə törətməsini, cinayət məsuliyyətindən boyun qaçırmaq üçün əməlini etiraf etməməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etmək üçün cəhd etməməsini qəbul etsə də, göstərilən hallara və zərərçəkmiş şəxslərin bu günə kimi ondan şikayətçi olmalarına lazımi hüquqi qiymət verməmişdir. CM-in 79-cu maddəsinə əsasən, “şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olaraq məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya 14 yaşına kimi uşağı olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq 14 yaşına çatanadək cəzasının çəkilməsini təxirə sala bilər.” Bu maddə ilk əvvəl məhkum ananın mənafeyini deyil, məhz atanın məsuliyyət- siz ictimai təhlükəli əməllərinə görə cavab verməli olmayan uşağın mənafeyinə xidmət edir. Eyni ilə məhkəmə tərəfindən cəzanın çəkilməsinin təxirə salınması məsələsi həll edilərkən, bir sıra digər hallar da nəzərə alınmalı, bunların sırasına onun şəxsiyyəti, cəzanın çəkilməsi müddəti ərzində davranışı, əməyə münasibəti və uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və sair aiddir. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanı təsdiq edilmə- lidir. Bu hallar olmadıqda təxirə salmağa zəruri əsaslar olsa belə, məhkəmə cəzanın çəkilməsini təxirə salmaya bilər, yəni cəzanın çəkilməsinin təxirə salınması məhkəmənin vəzifəsi deyildir, səlahiyyətidir. Qərar qəbul edilərkən, məhkəmə azyaşlı uşaqların taleyini məhkum ananın taleyi və qeyri-müəyyən həyat tərzinə güzəştə getmiş, məhkum edilmiş şəxsin əmək fəaliyyəti, uşağa layiqli həyat şəraiti təmin edən daimi yaşayış yerinin olmasının aydınlaşdırılması və məhkumun yaşayış yeri üzrə uşağın normal həyat şəraitinin, tərbiyəsinin və məişətinin təmin edilməsinin mümkünlüyünün araşdırılması üçün, icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarının işə cəlb edilməsi, onların müvafiq rəyinin alınması üçün heç bir tədbir görməmişdir. İşin halları ilə analoji olan cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 9 dekabr 2009-cu il tarixli qərarında göstərildiyi kimi “qanunun həmin normasının mənasına görə bu növ cəzadan azad etmənin əsas məqsədi azyaşlı uşaqların normal şəraitdə yaşamalarının və tərbiyə olunmalarının təmin edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə qeyd edilən normanı tətbiq edərkən cinayət törədənin şəxsiyyətini, həyat tərzini və yaşayış şəraitini araşdır- malıdır. Belə ki, məhkəmə bu normanı tətbiq etmək üçün təqsirləndirilən şəxsin özünə məxsus yaşayış yerinin olubolmamasını, təqsirləndirilən şəxsə və uşağına yaşayış şəraiti yaratmaq barədə qohumlarının yazılı razılığını, habelə qeydiyyatda olduğu və yaşadığı yer üzrə MİS-dən mənzilin şəraitini müəyyənləşdirməlidir”. Üç azyaşlının hüquq və mənafeyi ilə bağlı məsələ onun mövcudluğundan sui-istifadə imkanları, cinayət törətməkdə təqsirli bilinib məhkum edilmiş ana tərəfindən bu imkanlar əsasında uşağın məqsədyönlü şəkildə özü ilə saxlanılıb-saxlanılmaması, saxlanıldığı halda, harada, necə, hansı həyat tərzi, həyat şəraiti və həyat minimumları əsasında saxlanılması məhkəmələr tərəfindən mütləq müəyyən edilməli hallardır. Təqsirləndirilən şəxs həyat tərzinin uşaqlarının mənafeyinə və layiqli gələcəyinə kölgə salmayacağı iş materialından görünmür. Belə ki, iş materiallarında Təqsirləndirilən şəxs əvvəllər övladının qayğısı ilə məşğul olub-olmaması, uşağın tərbiyəsinə olan münasibəti əks olunmamış, özü ifadələrində bu barədə göstərməmiş və hazırda mübahisələndirilən qərarda bununla bağlı hər hansı məlumat yoxdur. Beləliklə də, Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 6 iyul 2022-ci il tarixli hökmü həmin Məcəllənin 79-cu maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric olunmaqla dəyişdirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını verilmiş apellyasiya protesti və apellyasiya şikayətlərin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesi iştirakçıların fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməməli və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 06 iyul 1011-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən və məhkəmə iclaslarının protokollarından göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməkdə özünü təqsirli bilməməsinə baxmayaraq, onun tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar olaraq və xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törətməsi özünün ibtidai istintaq dövründə və məhkəmə baxışında verdiyi ifadələrininmənası və məzmunu ilə yanaşı; ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə; pulların köçürülməsinə dair qəbzlərlə və köçürmə sənədləri ilə; digər baxış, götürmə və başqa istintaq hərəkətlərinin protokolları ilə; cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq olunmuş çoxsaylı başqa mötəbər və təkzibedilməz subutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və öz ifadəsində göstərmişdir ki, 2018-ci ilin sentyabr ayında daimi iş yeri olmadığından, maddi durumu ailəni dolandırmağa kifayət etmədiyindən iş axtarmağa başlamış, internet resurslarına daxil olaraq müxtəlif platformalarda evdən çıxmadan, yəni internet üzərində müəyyən fəaliyyətlə məşğul olaraq pul qazanmağın yollarını axtarmışdır. Qeyd edilən tarixdə iş axtardığı zaman qarşısına «X34 LTD» şirkətinin rəsmi internet hesabı çıxmış, şirkətin səhifəsinə daxil olub yerləşdirilmiş məlumatları, pul qazanmağın yollarını və şərtlərini öyrənməyə başlamış, şirkətin səhifəsində müxtəlif növ proyektlər və biznes layihələrinin olmasını aşkar etmiş və layihələrdən hər-hansı birinə böyük miqdar təşkil etməyən pul yatırımı edib və yatırım edən şəxs özündən savayı iki nəfəri də eyni qaydada şirkətə cəlb etməklə hesaba pul yatırımı etməsinə nail olmaqla virtual şəbəkə yaratmaq və bu yolla gəlir əldə etməyin mümkün olmasını müəyyən etmiş, şirkət bütün dünya ölkələrinə açıq olduğu üçün digər şəxslər də orada iştirak edib partnyorluq edə bilmiş, 2018-ci ilin sentyabr ayında həmin səhifədə rəsmi qeydiyyatdan keçmiş, şirkətin müəyyən etdiyi qaydalara görə şəbəkədə olan layihələrin bir neçəsini keçməklə yekunda 96.000 ABŞ dolları mükafat əldə etməyin, habelə bu vəsaitdən bank xərclərini, şirkətin faiz xərclərini çıxmaq şərtilə pulu nağdlaşdırmaq və ya nağdlaşdırmadan Şimali Kiprdə eyni dəyərdə mənzil almağın mümkün olmasını görmüşdür. Bakı şəhərində daimi yaşadığı özünə, yəni ailəsinə məxsus ev olmadığından qərara gəlmişdir ki, bu pulu qazanmış olsa pulu nağdlaşdıraraq, Bakıda mənzil almaqla ailəsi ilə orada yaşasın. İlk əvvəl onun adına Azərbaycanda fəaliyyət göstərən banklara məxsus plastik kart olmadığından, ona lazım olduqca əvəzinə pul yatırımını Qazaxıstanda yaşayan və birinci nikahından olan oğlu etmiş, daha sonra artıq gəlir əldə etməyə başladıqdan sonra əri Ruslanın adına qeydiyyat alınmış "xxxx" ASC-yə aid və tanışı Şəfəqin adına qeydiyyata alınmış eyni adlı banka aid plastik kartlardan istifadə edərək qazancını nağdlaşdırmış, lakin kartı itirdiyindən sonradan istintaqa təqdim edə bilməmişdir. İlk dəfə şirkətin səhifəsində qeydiyyatdan keçərək özünə şəxsi virtual kabinet açmış və «GrouPlus/GrouPlus45» layihəsinə qoşulmuş, şəxsi kabinetin şifrəsi özünə aid olduğu üçün, hesabına daxil olaraq oradakı məlumatları istintaqa göstərmək istəməmiş, mərhum dostu Eldar müəllimin dəvət etdiyi şəxs kimi qeydiyyatdan keçmiş və Eldarın virtual masasının iştirakçısı olmuşdur. Virtual kabinetə 90 ABŞ dolları yatırdıqdan sonra, özündən savayı layihəyə iki nəfəri, yəni tanışları İrina Popovanı və Qalina Ağayevanı dəvət etmiş və onların hərəsi 90 ABŞ dolları hesaba yatırmışlar. Hərəsinin ayrı-ayrılıqda dəvət etdiyi iki nəfərin hesabına nəzərdə tutulan 170 ABŞ dolları qazancı əldə etmiş, həmin qazancı nağdlaşdırmadan şirkətin növbəti mərhələsinə, «EuroBit» layihəsinə yatırmışdır. İlk mərhələni uğurla keçdiklərindən, bu mərhələdə artıq İrina və Qalina onun dəvət etdiyi şəxslər kimi qeydə alınmışlar. Bu mərhələdən sonra artıq sistematik onlardan sonra dəvət edilmiş hər iki nəfərin növbəti iki nəfəri ardıcıl dəvət etməsi tələb edilmiş, yəni artıq adam dəvət etməyinə zərurət olmamış, layihədə iştirakı nəticəsində 300 ABŞ dolları qazanc əldə etmiş, qaydalara görə əldə edilən qazancın cəmi 25 dollar nağdlaşdırmaq mümkün olmuş, qalan 25 ABŞ dolları şirkətin xidmət xərcinə çıxılmış, 250 ABŞ dolları avtomatik “EuroBit” layihənin tərkib hissəsi olan ikinci mərhələyə yatırılmış, həmin mərhələdə də iştirak etmiş, sosial internet marketinqi sahəsində böyük təcrübəsi olan Eldar adlı mərhum dostunun tanışlarının və özünün tanımadığı insanların hesabına həmin mərhələni də keçib şirkət tərəfindən vəd verilən 1000 ABŞ dolları mükafatını əldə etmişdir. «Eldar» adlı dostu öz tanışlarını onun kabinetindəki masa arxasına dəvət etdirmiş, nəticədə zəruri sayda adamlar (cəmi 6 nəfər) toplandıqdan sonra qazanca çıxmış, əldə etdiyi qazancı bank xərcləri və şirkətin xidmət haqqı çıxmaqla nağdlaşdıra bilmək imkanına sahib olsada bunu etməyib pulu növbəti mərhələyə, “SunnyChance” layihəsinə yatırmışdır. Həmin mərhələyə daxil olduqdan sonra özünə məxsus qızılzinət əşyalarını sataraq 1.000 ABŞ dolları əldə edib rəfiqəsi İrina Popovanın adından layihəyə yatırmışdır ki, İrina onun dəvət etdiyi şəxs kimi görsənsin. Onun virtual masasına qoşulmuş ikinci şəxsi isə tanımamışdır. Bütün dünya ölkələrindən orada iştirak edənlər olduğundan belə hallar şəbəkədə olmuş, çünki pul qazanmaq üçün şərt masadakı şəxslərin də ayrı-ayrılıqda iki nəfəri cəlb etməsi olmuşdur. İrina Popova hansısa qohumunu və dostunu, həmin tanımadığı şəxs də öz növbəsində iki nəfəri şəbəkəyə dəvət etdiklərindən nəticədə 4.000 ABŞ dolları qazanca çıxmışdır. Şərtlərə görə əldə olunan qazancın cəmi 1.000 ABŞ dollarını çıxarıb nağdlaşdırmaq mümkün olmuş, qalan 2.000 ABŞ dolları avtomatik şirkətin «SmtSoft» layihəsində iştirak etmək üçün oraya, qalan 1.000 ABŞ dolları reinvestisiya (təkrar yatırım) kimi «SunnyChance» layihəsində fəaliyyəti davam etdirmək və təkrarən 4.000 ABŞ dolları qazanc əldə etmək üçün həmin layihəyə yatırılmışdır. 1.000 ABŞ dolları nağdlaşdırmayıb SunnyChance layihəsində bacısı qızının oğlu Seyitmetov Kurbancanın adına virtual masa açdırıb hesabına yatırtmışdır ki, gələcəkdə dəvət edilən şəxslərin hesabına həmin sistemdə yenidən qazanc əldə etsin, lakin həmin sistemdə daha sonrakı ərəfələrdə əlavə şəxslər dəvət edilmədiyindən qazanc əldə etməmişdir. «SmtSoft» layihəsinə qoşulduqdan sonra 2000 ABŞ dollarından ibarət şəxsi vəsaiti hesabına adını xatırlamadığı şəxsi şəbəkəyə dəvət etmiş, dəvət edilməli ikinci şəxsi özü dəvət etməmiş və tanımamış, ondan yuxarı instansiyada olan, yəni masasında olduğu şəxs qazanca çıxmaq üçün tanımadığı şəxsi onun masasına dəvət etdirmiş, bunun ardınca həmin iki nəfər də şəbəkəyə əlavə iki nəfər dəvət etdikləri üçün layihə üçün nəzərdə tutulan 8.000 ABŞ dolları mükafat əldə etmiş, həmin mərhələnin şərtlərinə görə əldə edilən qazancdan hər-hansı məbləğdə hissəni nağdlaşdırmaq mümkün olmamış və virtual hesabda qalaraq növbəti mərhələyə-“SunMetropolis” layihəsinə keçid yaranmış, həmin layihəyə qoşulsa da bu günədək hər-hansı bir şəxsi virtual masaya dəvət edə bilməmiş, ona görə qazanc əldə edə bilməmiş, layihənin şərtinə görə mərhələni uğurla başa çatdırmış olsaydı 32.000 ABŞ dolları qazanc əldə olunacaq və buna görə iki nəfəri, həmin iki nəfər də öz növbəsində ayrı-ayrılıqda iki nəfəri şəbəkəyə dəvət etməli, bu şəxslərin hər biri 8.000 ABŞ dolları yatırım etməli olmuş, “X34 LTD” şirkətinin «AutoPlus» layihəsinin isə yuxarıda adlarını qeyd etdiyi layihələrə hər-hansı bağlılıq aidiyyəti olmamaqla özünün bir neçə etapı olan müstəqil bir layihə olmaqla bu layihədə iştirak etməklə digər layihələrdə iştirak etməmək mümkün olmuşdur. Həmin layihədə iştirak etmək üçün ilk olaraq 800 ABŞ dolları yatırımı etmək lazım idi, layihənin birinci turunda vəsait yatıraraq Rusiyanın Maxaçkala şəhərində yaşayan İndira adlı qızı və Bakı şəhərində yaşayan əsl adı «Qəməndər» olan, «Oktay» kimi tanıdığı şəxsi dəvət edib 3.200 ABŞ dolları qazanc əldə etmiş və qazanc edilmiş pulun yalnız 800 ABŞ dollarını nağdlaşdırmaq mümkün olmuş, qalan 2.400 ABŞ dolları isə avtomatik həmin layihənin ikinci etapında iştirak etməyə yönləndirilmiş, 800 ABŞ dollarını nağdlaşdırmayaraq, həmin vəsaiti eyni layihənin birinci etapına adını xatırlaya bilməyəcəyi tanışının adına yatırmışdır ki, gələcəkdə həmin şəxsin dəvət edəcəkləri şəxslərin hesabına əlavə qazanc əldə etsin. «AutoPlus» layihəsinin ikinci etapında onun dəvət etdiyi şəxslər, yəni İndira və Qəməndər eyni məbləğdə pulu sistemə yatıraraq onun dəvət etdiyi şəxslər kimi iştirak etmşlər. Turun şərtinə görə altı deyil, cəmi iki nəfər dəvət edilmiş şəxsin hərəsinin 2.400 ABŞ dolları yatırım edəcəkləri halda 4.800 ABŞ dolları dəyərində qazanc nəzərdə tutulmuş, İndira ilə Qəməndər həmin pul vəsaitlərini yatırdıqlarından, 4.800 ABŞ dolları qazanca çıxmış, bu etapın şərtlərinə görə əldə edilən qazancdan hər-hansı məbləğdə hissəni nağdlaşdırmaq mümkün olmamış və virtual hesabda qalaraq növbəti etapa keçid yaranmışdır. Üçüncü etapda onun masasında olan Qəməndər və İndira 4.800 ABŞ dollarından ibarət pulla iştirak edərək, özlərindən savayı hər biri ayrı-ayrılıqda iki nəfəri də sistemə dəvət edib hər birinin eyni məbləğdə pulla iştirak etmələrini təmin etdiklərindən nəticədə şirkət tərəfindən vəd verilən 19.200 ABŞ dolları dəyərincə qazanc əldə etmişdir. Həmin pulun 4.800 ABŞ dollarından hissəsi avtomatik şirkət tərəfindən reinvestisiya kimi əvvəlki etaplarda iştirakını davam etdirmək üçün bu etaplarda olan hesabına yönləndirilmişdir. Qalan 14.400 ABŞ dollarını isə onun nağdlaşdırmaq hüququ olsa da bunu etməmiş, ondan başqa Qəməndər və İndira eyni qaydada 19.200 ABŞ dolları dəyərində qazanca çıxaraq, mümkün olan 14.400 ABŞ dollarını nağdlaşdırmamışlar, yəni həmin etapa başlamazdan öncə Qəməndər və İndira ilə razılaşma əldə etmişdir ki, əldə etdikləri qazancı nağdlaşdırmayıb birinci etapdakı masa cədvəlin sayını (şəxslərin sayını) artırmaq üçün müxtəlif adamların adlarına yatırmaqla, onların iştiraklarını təmin etsinlər ki, həmin şəxslərin də növbəti etaplara keçməsi nəticəsində daha çox qazanc əldə edə bilsinlər. Buna görə şəxslərin başqa şəxsləri dəvət etməsi tələb olunmamış, lakin razılaşmanı icra edib başqa şəxslərin adına yatırım etmiş olsalar da, həmin şəxslər özlərindən savayı digər adamları da şəbəkəyə dəvət edə bilmədiklərindən, növbəti mərhələlərdə qazanc əldə olunmamış, həmin şəxslərin adını dəqiqliyi ilə xatırlamır. Qısa müddətdə qazanc əldə etmək üçün «GrouPlus/GrouPlus45» layihəsində yeni açılmış mərhələ ilə maraqlanmış, məlum olmuşdur ki, həmin layihəyə 250 ABŞ dolları yatırmaqla, habelə iki nəfəri sistemə cəlb edib həmin şəxslərin, o cümlədən onların da ayrı-ayrılıqda sistemə cəlb edəcəyi iki nəfəri eyni qaydada 250 ABŞ dolları yatırım etdikləri halda masa rəhbəri 1.000 ABŞ dolları qazanc əldə edə bilər. Həmin sistemə qoşularaq 250 ABŞ dolları yatırım etmiş və ilk dəfə masasına dəvət etdiyi şəxslər özlərindən savayı iki nəfəri dəvət edib pul yatırmalarını təmin etdiklərindən 1.000 ABŞ dolları qazanc əldə etmişlər. Həmin pulun 750 dollarını nağdlaşdırmış, qalan 250 ABŞ dolları müqabilində eyni layihədə təkrar iştirak etmiş, təkrar iştirak zamanı 1.000 ABŞ dollarına çıxış əldə etmiş, bu dəfə pulu tam nağdlaşdıraraq götürmüşdür. Şəbəkəyə dəvət olunan şəxs əvvəllər dəvət etdiyi şəxslərin kabinetində ardıcıllıqla düzüldükləri üçün sistemdəki mövqeyinin artmasına səbəb olsa da, şirkət tərəfindən təqdim olunan mənzil mükafatını hələki əldə edə bilməmişdir. Həmin ərəfədən sonra layihədə artıq iştirak etməmiş, artıq ünvan 5 ünvanındakı ofisi Qəməndər, Vasif, İrina Popova, Qalina Ağayeva ilə birlikdə 400 manata icarəyə götürərək birgə işləmiş və digər şəxslərin də şəbəkəyə qoşulmaqla pul qazanmasını təşkil etmək istəmiş və birlikdə hər biri əldə olunan qazancdan pul verərək toplayıb aylıq icarə haqqını ödəmişlər. Sonradan ölkə ərazisində yayılmış pandemiya ilə bağlı onlar ofisi təhvil vermiş, həmin ərəfədən etibarən ofis fəaliyyət göstərməmişdir. Ofisə çoxlu sayda şəxsən tanımadığı və şəbəkədə iştirak etmək istəyən şəxslər gəlib-getmiş, özü şəbəkədə iştirak etmək istəyən şəxslərə izah verərkən, onlara özlərindən savayı iki nəfəri əlavə gətirməsini və qazanc əldə etmək üçün həmin şəxslərin də pul yatırmaların məcburi olmasını bildirmiş, yəni həqiqətən əlavə şəxslər cəlb etmədən şəbəkədə pul qazanmaq qeyri-mümkün olmuşdur. Ofisə gələn şəxslərin hamısı şəbəkə fəaliyyəti sahəsində müəyyən təcrübəsi olan yaşlı adamlar olmuş və bu barədə onların hər birinə məlumat verilmişdir. Ofisə gəlmiş və pul yatırmış şəxslərin hər birinə şirkətin rəsmi internet səhifəsində şəxsi kabinet açılmış, verdikləri pul rəsmi bank xərcləri (konvertasiya xərci) çıxmaq şərti ilə öz hesablarına yatırılmış, onların pulu kimsə tərəfindən ələ keçirilməmiş, yatırımlar nəticəsində gəlir əldə etmək mümkün olmuş, sadəcə özlərindən başqa digər şəxslərin şəbəkəyə cəlb edilməsi əsas şərt olmuş, bu barədə “X34 LTD” şirkətinin rəsmi internet səhifəsinin «razılaşmalar» bölümündə və digər bölümlərdə məlumatlar yerləşdirilmiş, ofisə müraciət etmiş şəxslərin hər-biri ayrı-ayrılıqda məlumatlardan agah olmuş, “internet biznes” sahəsində fərdi qaydada fəaliyyət göstərməklə bağlı vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, lakin onun adına hər-hansı müəssisə olmamış və işlədiyi sahə üzrə vergi ödəməmişdir. “X34 LTD” şirkətin Azərbaycanda rəsmi nümayəndəliyi olmamış və şirkət dövlət qeydiyyatına alınmamış, yalnız bir internet biznes sahəsi olmuşdur. Şahid1 təxminən 3-4 il ərzində tanımış, Tatyana ilə yaxın rəfiqəlik münasibəti olmuş, Tatyana şəbəkə sistemində onunla birlikdə işləmiş, Tatyana şəbəkə sistemdə onun dəvət etdiyi şəxs kimi qeydiyyata alınmış və Nizami metrosu yaxınlığındakı «Nizami Mall» biznes mərkəzində oturmuş və orada vətəndaşlarla görüşmüşdür. Tatyana onunla eyni biznes şəbəkəsində olsa da ona heç vaxt pul verməmiş, Tatyana özü adamlardan pul alaraq şəbəkədə kabinet açıb yatırım etmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində qeyd etmişdir ki, 2019-cu ilin sonlarında tanışı Lyubov Metannikova onunla əlaqə saxlayaraq maraqlı bir şəbəkə sisteminin yaradılmasını və şəbəkəyə pul yatırıb əlavə qazanc əldə etməyin mümkün olmasını ona bildirməklə, artıq özünün həmin şəbəkəyə qoşulmasını ona demişdir. Lyubov ona həmin şəbəkəyə qoşulmağı təklif etdikdən sonra həmin ərəfədə, yəni 2019-cu ilin dekabr ayında Lyubovla görüşmüş və birlikdə Nərimanov rayonu N.Hacıyev küçəsi 4-də olan şəbəkənin ofisinə getmişlər. Ofisdə çoxlusayda tanımadığı adamlar olmuş, orada olarkən şəbəkəyə rəhbərlik edən əslən Qazaxıstandan Rukhiyam adlı qadının olmasını görmüş, rəhbər şəxsin ikincisi isə “Oktay” adlı şəxs olmuşdur. Ofisdə Rukhiyamdan şəbəkəyə qoşulmanın qaydaları, qazanc əldə etmənin şərtləri barədə soraqlaşarkən Rukhiyam demişdr ki, Şimali Kiprdə ev tikintisi ilə məşğul olan “X34 Ltd” şirkəti var və kim həmin şirkətin hesabına 72 ABŞ dolları göndərmə xərci (bank xərci) ilə birlikdə 800 ABŞ dolları, yəni 872 ABŞ dolları yatırım etsə və daha sonra 02 (iki) nəfəri dəvət edib onların da eyni məbləğdə ödəniş etmələrinə nail olsa və dəvət edilmiş həmin adamların hərəsi eyni qaydada ödəniş etsə, qısa bir vaxt ərzində şirkətdən qazanc kimi 19.200 ABŞ dolları əldə edəcəkdir. 2019-cu ilin dekabr ayının sonlarında 872 ABŞ dollarını ofisdə Rukhiyama vermiş, «X34 Ltd» şirkətinin rəsmi səhifəsində onun adına kabinet açılmış və verdiyi pul həmin hesaba yatırılmış, qazanc əldə etmək üçün tanışı Zərərçəkmiş şəxs1 və bacısı X2 da şirkətə dəvət etmiş, onların hər biri şirkətə ayrı-ayrılıqda 872 ABŞ dolları yatırım etmiş, bir neçə gün sonra 2019-cu ilin dekabr ayının sonlarında qızı Fidan Fərəcovanın da adından şirkətə 872 ABŞ dolları yatırımı etmişdir ki, siyahısında dəvət etdiyi şəxslərin sayı çox olsun və daha çox qazanc əldə etsin. Pulu qızının adından versə də, qızı məsələdən xəbərsiz olmuş, verilən pul onun şəxsi mülkiyyətindən ibarət olmuşdur. Bununla da, şirkətə cəmi 1.744 ABŞ dolları vermiş, lakin yatırılmış pulların hesabına nə ona və nədə dəvət etdiyi şəxslərin heç birinə hər-hansı məbləğdə pul verilməmiş, bu barədə onlar Rukhiyama sual verdikdə, Rukhiyam gözləməyi, tezliklə qazanc əldə ediləcəyini demişdir. 2020-ci ilin yanvar ayında Rukhiyam ofisdə şirkət tərəfindən yeni sistemin yaradılmasını elan etmiş, həmin sistemə görə kim şirkətə 250 ABŞ dolları, göndərmə xərci ilə birlikdə isə cəmi 272 ABŞ dolları ilkin pul ödənişi edərsə, təqribən 10 gün ərzində həmin adama 1.000 ABŞ dolları mükafat veriləcəyini bildirmiş, həmin təklifə də inanıb öz adından 544 ABŞ dolları, qızı Fidan Fərəcova adından 544 ABŞ dolları, habelə oğlu Fərhad Fərəcov, tanışları Gülnaz Quliyeva və Olqa Şemetovanın hərəsinin adından 272 ABŞ dolları olmaqla cəmi 1.904 ABŞ dollarını şirkətin hesabına yatırmışdır. Həmin pulu da 2020-ci ilin yanvar ayının əvvəllərində şəxsən Rukhiyama Nərimanov rayonundakı ofisdə vermiş, ödədiyi pulların mülkiyyətçisi şəxsən özü olmuş, sadəcə başqa adamların adından yatırım etmişdir ki, sistemdə dəvət edilmiş şəxslər kimi göstərilsin. Bir neçə gün sonra, 2020-ci ilin yanvar ayında son yatırımlarına görə 1.500 ABŞ dolları qazanc pul əldə etmişdir. 2020-ci ilin mart ayının əvvəllərində Rukhiyamla Oktay adlı şəxs, artıq şəbəkədə yeni sistemin yaradılmasını bildirmişlər. Sistemin şərtlərinə görə kim 700 ABŞ dolları, göndərmə xərci (bank xərci) ilə birlikdə 4.800 ABŞ dolları, yəni 5.500 ABŞ dolları yatırım edərsə, ilk dəfə alınan 872 ABŞ dollarına görə qazanc kimi nəzərdə tutulan 19.200 ABŞ dollarını daha qısa müddətdə əldə edəcəkdir. Onun birdən-birə verməyə o qədər pulu olmadığından, öz aralarında məsləhətləşib qərara gəlmişlər ki, 04 nəfər arasında həmin pulu bölüb ödəsinlər. Ona görə də həmin ərəfədə, yəni 2020-ci il mart ayında həmin ofisdə öz payına düşən 1.320 ABŞ dollarını əlbəəl «Oqtay» adlı şəxsə vermiş, pulun qalan hissəsini isə «Oqtay», «Vasif» və «Fatma» adlı şəxslər verməli olmuş, lakin yatırımlar nəticəsində hər-hansı məbləğdə pul əldə etməmişdir. Bu barədə Rukhiyama iradlarını bildirsə də, nəticəsi olmamış, ödənilmiş pulları geri qaytarmaqdan imtina edib şirkətə əlavə adamlar cəlb etməyi tələb etmişdir. Nəticədə ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs6, X22 və Zərərçəkmiş şəxs5 eyni məzmunlu ifadələr verərək, öz ifadələrində məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərilən xüsusatları özlərinə aid hissələrdə bir daha təsdiq etməklə, Təqsirləndirilən şəxs hər birinə qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar və xeyli miqdarda ziyan vurmaqla, dələduzluq cinayətinin törədilməsində ifşa etməklə yanaşı, onun hər birinə vurulmuş ziyanın ödənilmədiyi halda, ona qarşı şikayətçi olduqlarını bildirmişlər. İttiham aktına əlavə edilmiş siyahıda zərərçəkmiş şəxs qismində göstərilmiş- Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, X16 qızı, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs14 məhkəmə baxış iclasının vaxtı və yeri barədə vaxtında və lazımi qaydada məhkəmə tərəfindən məlumat verilməsinə baxmayaraq, həmin zərərçəkmiş şəxslər məhkəmə baxış iclasında iştirak etməmişlər. Birinci instansiya məhkəməsində adları qeyd olunan zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunaraq tədqiq edilmiş və həmin zərərçəkmiş şəxslər öz ifadələrində təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittihamda göstərilən xüsusatları bir daha təsdiq etməklə, sonuncunu onlara qarşı cinayətin törədilməsində ifşa etmişlər. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, uzun müddət «Vision international People Group» adlı qida əlavələri şirkətində işləmiş və reklam işi ilə məşğul olaraq pul qazanmışdır. Qazaxıstan vətəndaşı Təqsirləndirilən şəxs ilə 2018-2019-cu illərdə müxtəlif şəbəkə sistemlərindən tanış olmuş, təxminən 2019-cu ilin yanvar ayında Rukhiyam telefon danışığı zamanı yeni şəbəkə sistemin yaranması barədə ona məlumat vermiş, həmin şəbəkə sistemi barədə artıq eşitmiş, şirkətin adı «X34 LTD» olmuş və Şimali Kiprdə tikinti sahəsində fəaliyyət göstərmiş, Rukhiyam onu yeni şəbəkə sisteminə ilk dəfə dəvət etdikdə əvvəlcə buna razı olmamış, yəni artıq işləmək yox, təqaüdçü kimi istirahət etmək istəmiş, lakin Rukhiyamın və digər yaxın rəfiqəsi Lauranın təkliflərindən sonra razılaşmış, şirkətin təklifləri onu qane etdiyindən şəxsən iştirak etmək istəmiş və onun qoşulduğu sistemin şərtlərinə görə şəbəkəyə yatırım edən şəxs özündən savayı əlavə iki nəfər şəxsi, həmin iki nəfərin hər biri isə öz növbəsində yenidən iki nəfəri dəvət edib şirkətin hesabına eyni məbləğdə pul yatırımı etməsini təmin etməli olmuş, yalnız bu halda birinci şəxs, şirkət tərəfindən müvafiq sistemə görə qazancı əldə edə bilir. Sistemlər üzrə fəaliyyətə davam edib yatırımları artırdıqda isə şirkətin vətəndaşlara Şimali Kiprdə mənzil və ya mənzilin dəyəri olan 96.000 ABŞ dolları pul verə bilərdi. 2019-cu ilin yanvar ayında özü də borca pul götürüb 250 ABŞ dolları və 50 manat yatırım etmiş, pulun 250 ABŞ dollarından hissəsi şirkətin hesabına yatırılmış, qalan 50 manat isə göndərmə üçün nəzərdə tutulan bank xərci olmuş, şirkətə özündən başqa əlavə iki nəfər, həmin şəxslər də əlavə iki nəfər adam cəlb etdiyindən 500 ABŞ dolları qazanc əldə etmiş, həmin 500 ABŞ dollara çətin maddi durumda olan yaxın rəfiqələrinə şirkətdə şəxsi kabinet açmış və hərəsinin hesabına 250 ABŞ dolları yatırım etmişdir ki, onlarda qazanc əldə edə bilsin. Pul yatırımı elektron köçürmə yolu, yəni onun kabinetindən rəfiqələrin adına yaradılmış yeni kabinetə köçürüldüyündən əlavə bank xərclərinə (50 azn) ehtiyac olmamış, əlavə etmişdir ki, tanışları ilə əksər hallarda «Nizami Mall” ticarət mərkəzin 2-ci mərtəbəsində kafedə görüşmüş, ayrıayrı vətəndaşlardan aldığı pulun hamısını aparıb Rukhiyama vermiş, özünə pul götürməmiş, Rukhiyam ona rəhbərlik etdiyi şirkəti reklam edə biləcəyi halda şirkətdə rəsmi işə götürüb aylıq maaş verəcəyini demiş, Rukhiyamın bəhs etdiyi şirkətin həqiqətən də Azərbaycan üzrə nümayəndəsi olmasını təsdiq edən hər-hansı bir sənədi görməmiş, bunu yalnız Rukhiyamın dilindən eşidib sözünə inanmışdır. Vətəndaşlara reklamla bağlı dediyi sözlər Rukhiyamın ona dedikləri olmuş, bu növ investisiya barədə ümumi formal anlayışı olsa da, Rukhiyamın təklif etdiyi bütün proqramların hər biri barədə müfəssəl məlumatı olmamışdır. Vətəndaşlar müraciət edərkən Rukhiyam özü şərtləri ona bildirmiş, həmin məlumatları vətəndaşlara çatdırmış, təqdim edilən proqram əsasında müştərilərə qeydiyyatdan keçib şəxsi səhifə yaratmış, aldığı pulun hamısını Nərimanov rayonunda olan ofisdə Rukhiyama vermişdir. Hətta bir neçə dəfə Rukhiyam ona şəxsən özü müxtəlif məbləğlərdə pul verərək adını xatırlamadığı müştərilərə şirkətin mükafatı qismində təqdim etməyini xahiş etdikdə icra etmişdir. Şəbəkədə qeydiyyatdan keçən şəxslər pulu hesaba yatırdıqdan sonra, vəsaiti artıq nağdlaşdıra və geri götürə bilməzlər. Həmin şəxslər ümumi şəbəkə platformasında Rukhiyamın dəvət etdiyi şəxslər hesab edildiyi üçün məhz Rukhiyamın şəbəkədəki mövqeyini möhkəmləndirmiş və daha artıq qazanc əldə etməsinə səbəb olmuşlar. Şirkətə digər şəxslərin də qazanc əldə edə bilməsi üçün tanışlarını dəvət etmiş-Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs14, X23, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs13 İsma- yıl qızı, Zərərçəkmiş şəxs9 və X1 dəqiq xatırlamadığı məbləğlərdə pul alaraq, hər birinin adına şəxsi kabinet açmış və aldığı məbləğləri onların öz hesablarına yatırmış, pulu almazdan öncə şəxslərə şirkətin Rukhiyam tərəfindən izah edilən bütün şərtlərini dəqiqliyi ilə onlara izah etmiş və nəzərdə tutulan qazancın əldə edilməsi üçün özlərindən savayı əlavə şəxslərin də dəvət edilməsinin vacibliyi barədə məlumat vermişdir. Həmin şəxslər razılıq verdikdən sonra ödədikləri pul vəsaitləri alınmış və şəbəkəyə yatırılmışdır. Bəzi hallarda yatırım edən şəxslər öz qohumlarının, yaxınlarının adına da ödəniş etmişlər. Məhkəmədə dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, 1993-cü ildə «Ekstrasenslər cəmiyyəti»nə məxsus olan aptekdə orqanik müalicə işi ilə məşğul olan mütəxəssis kimi fəaliyyət göstərmiş, cəmiyyətdə işləyən Zərərçəkmiş şəxs10 ilə elə orada tanış olmuş, digər tanışı Zərərçəkmiş şəxs5 ilə «Xalqlar Dostluğu» metrosu yaxınlığındakı Ticarət Mərkəzində təxminən 4-5 il öncə tanış olmuş, yəni Kəmalə orada ticarətlə məşğul olmuş, özü isə evdə bişirdiyi qida məmulatların həmin ticarət mərkəzində satışını etmiş, Sədaqət və Kəmalə ilə səmimi ünsiyyəti olmuş, telefonla daimi əlaqədə olmuş, işsizlik, maddi sıxıntılar ucbatından son 03 ildə şirkətdə xadimə işləmiş, 2020-ci ilin yanvar ayında həmyerlisi, əslən Quba şəhərindən olan rəfiqəsi Aləm Məmmədova ilə arasında baş tutmuş telefon danışığı zamanı sonuncu ona yeni bir işlə məşğul olduğunu, işlərinin yaxşı gedəcəyi halda qazanc əldə edəcəyini demişdir. Aləmdən həmin iş barədə soruşmuş və sonuncu bu barədə qısa məlumat vermiş, iş ona maraqlı gəldiyindən Aləmlə sonradan görüşüb daha ətraflı söhbət etmiş, məlum olmuşdir ki, Şimali Kiprdə fəaliyyət göstərən «X34 LTD» şirkətinin hesabına müxtəlif məbləğlərdə pul yatırımı etmə, sonra özündən savayı əlavə iki nəfəri şirkətə dəvət edib onların da eyni məbləğdə pul yatırımı etməsini təmin etdikdən sonra, həmin şəxslərin də hər biri öz növbəsində daha iki nəfəri iş birliyinə dəvət edəcəyi halda yəni 7 nəfərdən ibarət virtual masa tamamlanacağı halda birinci şəxs ilkin qazancı əldə edəcək, bundan başqa şirkətə yeni üzv olan müstəqil şəxslərin virtual masaya yerləşdirilməsi yolu ilə qazanca çıxma halları mümkün olmuş, dəvət edilən şəxslər eyni ilə digər şəxsləri dəvət edib masalarını üzvlərlə tamamlayacağı halda da pul qazancı əldə etmək mümkün olmuşdur. İşi bəyənib məşğul olmağa qərar vermiş, həmin ərəfədə 250 ABŞ dollarını «X34 LTD» şirkətinin nümayəndəsi, Qazaxıstandan olan Təqsirləndirilən şəxs Nərimanov rayonunda ofisində vermişdir. Ofisdə Rukhiyamın şəbəkəyə dəvət etdiyi şəxslərdən əsl adı Qəməndər olan, tanışları arasında «Oktay» adı ilə çağırılan şəxsi tanımış, Qəməndər çoxdan şəbəkə sistemdə fəaliyyət göstərdiyindən sistemdən yaxşı xəbərdar olmuşdur. Rukhiyamın əksər hallarda vaxtı olmadığından, onun xahişi ilə Qəməndər yeni gələn şəxslərə sistem barədə dəqiq izahlar vermiş, vətəndaşlar yatırımlarının mahiyyətini, şəbəkənin şərtlərini dərk edib tam razılaşdıqdan sonra pul ödənişi etsinlər. Rəfiqələri Sədaqət və Kəmalə həmişə işsizlikdən, maddi sıxıntılardan gileyləndiklərindən qərara gəlmişdir ki, pul qazana bilmə- lərinə, yəni yaxşılıq etmək üçün onları da şəbəkəyə dəvət etsin. Sədaqətlə Kəmaləyə məşğul olduğu iş barədə məlumat verib istəyi varsa qoşula biləcəklərini təklif etmiş, Sədaqətlə Kəmalə təklifi sevinclə qarşılayıb razı olmuşlar. X8 rayonunda ofisə aparıb Qəməndərlə görüşdürdü ki, şəbəkənin bütün detallarını Qəməndər onlara izah etsin. Bu ərəfəyə kimi Kəmalə ilə Sədaqət bir-birini tanımamışlar. X13 söhbətləşməklə qurtardıqdan sonra Sədaqət kefi pozulmuş halda. ona şirkətə dəvət etməyə əlavə adamlarının olmamasını demiş, Sədaqətə kömək etmək üçün özünün dəvət etdiyi rəfiqəsi Kəmalənin üzvlük haqqını Sədaqətə verəcəyi, yəni Kəmalənin onun yox, Sədaqətin masasına yazılacağını demiş, Kəmalə sistemin şərtləri ilə tam razılaşıb yeri gələrsə bir avtobus adam gətirə biləcəyini sevinc hissi ilə demişdir. Kəmalə ilə Sədaqət təxminən 2020-ci ilin əvvəllərində, müxtəlif məbləğlərdə pulu əlbəəl Qəməndərə vermişlər. Qəməndər həmin vəsaiti Rukhiyama vermişdir. Qeyd edilən vəsaitlər üzvün yeni yaradılmış şəxsi kabinetinə yatırılmışdır. Sədaqət ilə Kəmalə öz oğlanlarını da şəbəkə sisteminə, virtual masalarına üzv kimi qeydiyyatdan keçirmişlər. Lakin, sistemin digər şərtlərini yerinə yetirmədiklərindən, yəni 07 nəfərlik masa tamamlanmadığından, Kəmalə və nə də Sədaqət nəzərdə tutulan pul mükafatını almamış və narazılıqlarını bildirmişlər. Şəxsən özü ilk dəfə 07 nəfərlik virtual masanı tamamladığından 1.000 ABŞ dolları mükafat əldə etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, əsl adı Qəməndər olsa da bütün dost-tanışları, tanıyan şəxslərin hər biri onu adı ilə deyil, “Oktay” adı ilə çağırmışlar. 2011-ci ildən müxtəlif şəbəkə marketinqlərinə qoşulub orada işləmiş və ailəsini dolandırmaq üçün müəyyən məbləğdə pul qazanmağa çalışmış, həmin şəbəkə sistemlərində fəaliyyət göstərdiyi dövrlərdə çoxlu adamlar tanımışdır. Şəbəkə sistemi tək halda deyil, qrup şəklində inkişaf etdiyindən hər biri qazanc əldə etməsi üçün çalışmışlar ki, bir-birinə kömək etsinlər. 2019-cu ilin oktyabr ayında başqa şəbəkə sistemlərindən tanıdığı, aralarında səmimi ünsiyyət olan, tanışı Qalina Ağayeva telefon danışığında yeni bir şəbəkə işi ilə məşğul olduğunu, işləri yaxşı gedərsə qazanc əldə edəcəyini ona bildirmiş, Qalinadan məşğul olduğu iş barədə qısa məlumat almış, həmin iş maraqlı gəldiyi üçün Qalina ilə daha sonradan görüşüb bu barədə ətraflı söhbət etmişdir. Qalina onu şirkətin əməkdaşı, əslən Qazaxıstandan Təqsirləndirilən şəxs ilə tanış etmiş, Rukhiyam ona şəbəkə sistemi barədə məlumat vermiş, həmin məlumatlar ona yeni olmamış, uzun müddət müxtəlif şəbəkə sistemlərində, yəni elektron biznes sahəsində fəaliyyət göstərdiyi üçün qaydaların nədən ibarət olması ona artıq məlum olmuşdur. Qoşulmağı nəzərdə tutduğu şəbəkə sistemi barədə ona bildirilmişdir ki, Şimali Kiprdə fəaliyyət göstərən «X34 LTD» şirkətinin hesabına müxtəlif məbləğlərdə pul yatırımı etmək, daha sonra özündən savayı əlavə iki nəfəri şirkətə dəvət edib onların da eyni məbləğdə pul yatırımı etməsini təmin etdikdən sonra, həmin şəxslərin də hər biri öz növbəsində daha iki nəfər şəxsi iş birliyinə dəvət edəcəyi halda, yəni 07 nəfərdən ibarət virtual masa tamamlandıqda birinci şəxs ilkin qazancı əldə edəcək. Bundan başqa şirkətə yeni üzv olan müstəqil şəxslərin virtual masaya yerləşdirilməsi yolu ilə qazanca çıxma halları mümkün olmuşdur. Beləliklə dəvət edilən şəxslər eyni ilə digər şəxsləri şirkətə dəvət edib masalarını üzvlərlə tamamlayacağı halda pul qazancı əldə etmək mümkün olmuşdur. İşi bəyənib məşğul olmağa qərar vermiş, ilk dəfə şəbəkəyə 45 ABŞ dolları yatırım edib qoşulmaq istəmiş, lakin bir neçə gün sonra Rukhiyam 800 ABŞ dollarlıq proqramla şəbəkədə iştirak edəcəyini deyib bu məqsədlə onun əvəzinə 800 ABŞ dolları yatırım edib öz virtual masasına yerləşdirəcəyini əlavə etmiş, uğur əldə ediləcəyi halda davamalı olaraq 2.400 və 4.800 ABŞ dollarlıq proqramlara keçid alıb sistemdən 19.200 ABŞ dolları mükafat əldə etmək mümkün olacaq, pulun 4.800ABŞ dolları şəbəkə qaydalarına görə sistemdə qalmalı və qalan 14.400 ABŞ dolların sistemdən çıxarılması mümkün olmuş, yatırımlar nəticəsində birinci dəfə Rukhiyamın özü 19.200 ABŞ dollarlıq qazanca çıxsa da, nağdlaşdırılması mümkün olan 14.400 ABŞ dollarını Rukhiyam deməsinə görə nağdlaşdırmamış, yenidən sistemə yatırmasını bildirmişdir. Əslən Dağıstandan olmasını bildiyi İndira adlı qadın da eyni qaydada 19.200 ABŞ dolları dəyərində qazanca çıxıb mümkün olan 14.400 ABŞ dollarını nağdlaşdırmamışlar. Çünki həmin etapa başlamazdan öncə Rukhiyam və İndira ilə əldə edilən qazancı nağdlaşdırmayaraq birinci etapdakı masa cədvəlinin sayı (şəxslərin sayı) artırmaq üçün müxtəlif adamların adlarına yatırmaqla onların iştirakını təmin etmə və həmin şəxslərin növbəti etaplara keçməsi nəticəsində daha çox qazanc əldə etmə barədə qarşılıqlı razılıq əldə etmişlər. Bunun üçün həmin şəxslərin də başqa şəxsləri dəvət etməsi tələb olunmamış, lakin razılaşmanı icra edib başqa şəxslərin adlarına yatırım etsələr də, həmin şəxslər özlərindən savayı digər adamları da şəbəkəyə dəvət edə bilmədiklərindən növbəti mərhələlərdə hər-hansı qazanc əldə olunmamış, 2020-ci ilin fevral ayında «X34 LTD» şəbəkəsində işləməyə başladıqdan sonra tanıdığı Şahid3 tanışları Zərərçəkmiş şəxs5 və Sədaqət Vəliyevə ilə Nərimanov rayonu N.Hacıyev küçəsində olan ofisə gəlmişlər. İradə rəfiqələrinin sistemə yatırım etmək istədikləri üçün onlara şəbəkə işinin qaydaları barədə məlumat verməsini ondan xahiş etmişdir. İradənin xahişini yerə salmayaraq bütün qaydaları, şərtləri, qazanc əldə etmənin üsulları barədə məlumat verib yaxşı-yaxşı düşünərək qərar vermələrini tövsiyə etmiş, yəni əvvəlki şəbəkə sistemlərindəki fəaliyyəti dövründə şəbəkə işini başa düşməyən şəxslərin pul yatırımı etməsini, öz öhdəsinə düşən işləri görə bilmədikdən sonra haqsız yerə narazılıq edib pulunu geri tələb etməsi hallarını görmüşdür. Verdiyi izahlardan sonra Kəmalə yatırım etməyə razı olsa da, Sədaqət pulu borca götürəcəyini, əlavə şəxslər cəlb etməyə tanışlarının olmamasın bildirmiş, açıqcasına Sədaqətin üzünə qarşı bildirmişdir ki, borc pulla, əlavə adam cəlb etmədən şəbəkədə iştirak etməyin mənası yoxdur. Sədaqət isə buna baxmayaraq öz təşəbbüsü ilə pul yatırımı etməyə razı olmuş, elə həmin gün Rukhiyam özü işdə olmadığından, Sədaqətlə Kəmalədən xatırlamadığı pulu özündə saxlamış və səhəri gün Rukhiyamın özünə təhvil vermiş, bu faktı Rukhiyam özü də səhəri gün Sədaqət və Kəmalə ilə görüşü zamanı təsdiq etmiş, alınan həmin pul bir neçə gün sonra şəxsi kabinetlər yaradılaraq oraya yatırılmışdır. Buna baxmayaraq Sədaqətlə Kəmalə öz oğlanlarından savayı heç kimi şəbəkəyə dəvət etmədikləri üçün qazanc əldə edə bilməmişlər. Sədaqət pul qazana bilmədiyindən narazılıqlar etməyə başlamış, pulu ona verdiyindən məhz ondan şikayət edəcə- yini demiş, pulu cibinə qoymadığını, Rukhiyama verdiyini, Rukhiyamın pulu kabinetə yüklədiyini demişdir. Şəxsi kabinetdə həmin vəsait görsənmiş, Sədaqət isə onun dediklərinə qulaq asmaq istəməyib pulunu geri tələb etmiş, Sədaqətin hədələrindən boğaza yığıldığından aldığı təqaüdün üstünə əlavə edib 400 manatı hissə-hissə dostu Vasifin iştirakı ilə Sədaqətə vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, rəfiqəsi Rəna 2019-cu ilin fevral ayının əvvəllərində ona bir şəbəkə sisteminin yaradılması və şəbəkəyə pul yatırmaqla əlavə qazanc əldə etməyin mümkün olmasını deyəndə şəbəkə ilə maraqlanmaq qərarına gəlmişdir. 2020-ci ilin fevral ayının əvvəllərində rəfiqəsi Rəna ilə birlikdə ünvan 4-də olan ofis kimi yerə getmiş, həmin vaxt ofisdə çoxlu sayda adamların olmasını görmüş, Rəna şəbəkəyə rəhbərlik edənin əslən Qazaxıstandan olan Rukhiyam adlı qadın olmasını demiş, rəhbər şəxsin ikincisi isə «Oktay» adlı şəxs olmuşdur. Rəna orada onu «Oktay» adlı şəxslə və Rukhiyamla tanış etmiş, Rukhiyam Azərbaycan dilində yaxşı danışa bilməmiş, Əsl adı Qəməndər olan «Oktay» ləqəbli şəxsdən şəbəkəyə qoşulmanın qaydaları, qazanc əldə etmənin şərtləri barədə soraqlaşdığı zaman sonuncu demişdir kı, Şimali Kiprdə ev tikintisi ilə məşğul olan «X34 Ltd» şirkəti var və kim həmin şirkətin hesabına 250 ABŞ dolları, göndərmə xərci ilə birlikdə isə cəmi 272 ABŞ dolları ilkin pul ödənişi edərsə, təqribən bir ay ərzində yatırılan pulun üzərinə faizlər gələcək və ayın tamamında həmin adama 1.000 ABŞ dolları mükafat veriləcəkdir. Qəməndər əvvəlki şəbəkə sistemlərindən fərqli həmin şəbəkədə qeydiyatdan keçdikdən sonra pul qazanmağa qoşulan şəxsin ardınca əlavə iki nəfəri də gətirib şəbəkədə qeydiyyatdan keçirilməsinə ehtiyacın olmamasını ona bildirmi, yəni şəbəkəyə bütün dünya üzrə qoşulanlar olmuş və buna görə şəbəkədə qeydiyyatdan keçən hər bir şəxs ardıcıllıqla biri digərinin gətirdiyi şəxs hesab edilmişdir. Buna inanmış və pul qazanmaq üçün özünə məxsus 272 ABŞ dollarını 2020-ci ilin fevral ayının əvvəllərində elə həmin ofisdə Qəməndərə vermiş və adına şəbəkədə, yəni «X34 Ltd» internet səhifəsində şəxsi kabinet yaradılmış, ödədiyi pulun 250 ABŞ dollarından ibarət hissəsi orada olan hesabına yatırılmış, lakin pulu verdikdən 10 gün sonra ona hər-hansı qazanc verilmədiyindən, yenidən bu ofisə getmişdir. Qəməndər ona pul qazanmaq üçün mütləq öz ardınca qeydiyyatdan keçirmək üçün 02 nəfərdə gətirməli olduğunu demiş, bir neçə gün öncə şəbəkəyə qoşularkən əlavə iki nəfərin gətirilməsinə zərurətin olmaması barədə Qəməndərin dediklərini nəzərinə çatdırsa da, Qəməndər ən azı iki nəfərin gətirilib qeydiyyatdan keçirilməsinin şərt olmasını ona deyəndə, əlavə adam gətirə bilməyəcəyini deyib pulunu geri istəmiş, lakin pulu geri qaytarılmamışdır. Məhkəmədə tədqiq edilmiş baxış keçirilməsinə dair 27 avqust 2020-ci il tarixli protokola əsasən, hadisə yeri ünvan 1 ünvanıdır. Orada olan 5 mərtəbəli yaşayış binasının altında qeyriyaşayış sahəsi ofis kimi fəaliyyət göstərmiş, ofisin giriş qapısı binanın ümumi həyətində yerləşir, lakin ofisin qapısı bağlıdır. Bu səbəbdən ofis olaraq göstərilən həmin yerə istintaq tərəfindən baxış keçirmək mümkün olmamışdır (c-1, i.v. 10). Məhkəmədə tədqiq edilmiş “Sosial internet şəbəkəsi platformasına baxış keçirmə barədə” 05 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı sosial internet şəbəkəsi platformasının «google» səhifəsində axtarış aparılmış, əldə edilən nəticəyə uyğun «X31 Ltd» şirkətinin rəsmi internet səhifəsinə https://newmillenniumcentre.com/ linki vasitəsi ilə daxil edilmiş, məlum olmuşdur ki, açılmış internet səhifəsində qeyd alınan yazılar rus dilində, səhifənin yuxarı sağ küncündə 03 bölüm yerləşir. Bölümlərdən birincisi «səlahiyyət vermə», ikincisi “qeydiyyat”, üçüncüsü “mənim ofisim” adlanır. “Səlahiyyət vermə” bölümünə daxil olanda istifadəçidən artıq qeydiyyatdan keçirilmiş hesabının adı və gizli şifrəsini daxil etmək tələb edilir. «Qeydiyyat» və «mənim ofisim» adlı bölümlərə isə daxil olmaq mümkün deyildir. Belə ki, həmin bölümlərə daxil olduqda yeni istifadəçidən ilk növbədə “səlahiyyət vermə” bölümü vasitəsilə artıq səhifədə qeydiyyatdan keçmiş istifadəçinin (partnyorun, tərəfdaşın) referal göndərişi tələb edilir. Qeyd edilən səhifədə qeydiyyatdan keçmək üçün yeni istifadəçini qeydiyyata cəlb edən şəxsin göndərişi vacibdir. Bu isə yeni istifadəçinin müstəqil halda səhifədə qeydiyyatdan keçməsini istisna edir. Səhifənin loqo nişanının alt hissəsində 05 ədəd altbölümlər var. Həmin altbölümlər aşağıdakılardır:
1. Əsas; 2. Proyektlər (layihələr); 3. Suallar; 4. Xəbərlər; 5. Kompaniya (şirkət). «Əsas» adlı altbölümdə göstərilmişdir ki, beynəlxalq “X31 Ltd” şirkəti 24 mart 2011-ci ildə təsis edilmiş, yerləşmə nöqtəsi - Republic of Seychelles, Given Victoria, Seychelles 088609 ünvanındadır. Şirkətin prezidenti uğurlu sahibkar, daşınmaz əmlaka investisiya yatırımı sahəsində dünya miqyasında böyük təcrübəsi olan X18. “X31 LTD” şirkəti biznesin iki sahəsini uğurla inkişaf etdirir: Daşınmaz əmlak və onunla bağlı olan hər şey; İnternet sahəsində olan biznes; Bütün dünya miqyasında xeyriyyə, (bu istiqamət biznes deyil). Qısa müddətdə bizim şirkət sabit, dürüst, həqiqi, nəinki şirkətin, habelə partnyorların (tərəfdaşların) da uğuru və inkişafı üçün qurulmuş şirkət kimi ad qazanmış, öz tərəfdaşlarımızla, onların uğuru ilə fəxr edirik və hər bir tərəfdaşımıza nəinki maddi, şəxsi inkişafında da həmişə zəmin yaradacağıq. Biznesin uğurlu inkişafı üçün yüksək dərəcəli əməkdaşlar, bizə vacib olan sahədə möhtəşəm biliyə malik yüksək ixtisaslı mütəxəssislər seçilmişdir. Hazırda şirkət gücünü Şimali Kiprin inkişafına sərf edir. X38 dünya ictimaiyyətinin nəzərinə 2004-cü ildən açıq elan edilmişdir. Şimali Kiprə nəinki əla istirahət etmək üçün, həm də daşınmaz əmlak almaq üçün yollanırlar. Daşınmaz əmlakın dəyəri Avropada ən ucuz qiymətlərdən birinədir. Buna görə biz əmlakı məhz buradan almağı təklif edirik. Biz həmişə öz tərəfdaşlarımıza bazarda ən münasib təklifi etməyə çalışıq. “X31 LTD” şirkəti Şimali Kiprdəki tikinti şirkət- lərin yalnız ən iri investorları ilə əməkdaşlıq edir, hansıların bu fəaliyyət növü ilə məşğul olmağa bütün lisenziyaları vardır. Daşınmaz əmlaka yatırım etmək nəinki maliyyə cəhətdən sərfəlidir və həm də bütün ailə üçün faydalıdır. Şirkət daşınmaz əmlakın alqı-satqısı işinin həyata keçirilmə- sində əvvəldən sona qədər köməklik göstərir, bu isə tərəfdaşlarımızın aldadılmasını istisna edir, bizimlə gərginliyi aradan qaldıra, cənnət guşəmizdən həzz ala bilərsiniz. İnternet Biznesi autopcl proqramı xx.xx.2011-ci ildə və grouplus proqramı xx.xx.2011-ci ildə yaradılmış, sunmetropolis proqramı xx.xx.2012-ci ildə, smtsoft proqram xx.xx.2012-ci ildə, new millenium invest proqramı xx.xx.2013cü ildə, sunychance proqramı xx.xx.2014-cü ildə; autoplus proqramı xx.xx.2014-cü ildə; evrobit proqramı xx.xx.2015-ci ildə, grouplus45 proqramı xx.xx.2018-ci ildə yaradılmışdır. Biz biznesin texnologiyasında bütün mümkün yeniliklərdən (innovasiyalardan) istifadə edirik və bu son deyil. Biz əldə etdiklərimizlə kifayətlənməyəcək və tərəfdaşlarımız üçün biznes sahəsində yeni, əlverişli istiqamətlər axtarmağa davam edəcəyik. Böyük məmnuniyyətlə məqsədyönlü və iddialı şəxsləri qarşılıqlı əlverişli şərtlərlə əməkdaşlıq etməyə dəvət edirik (c-1, i.v. 165-167). Yuxarıda göstərilənlərdən əlavə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar və zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş çoxsaylı digər mötəbər və təkzibedilməz sənədlərlə sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 27-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatın Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı ildə qəbul edilmiş Beynəlxalq Paktın 11ci maddəsinə və “İnsan hüquqları və X14 haqqında” Konvensiyanın 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığından azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditorun və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda isə belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə məhkəmə həmin xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüquqlarını əldə etmiş şəxsin əməllərində talamanın, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələbinə əsasən xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgə əmlakın əvəzsiz və qanunsuz öz mülkiyyətinə keçirilməsinə və yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşya üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair digər hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamələrdə, vəsiyyətnamələrdə, qiymətli kağızlarda, hesablaşmalarda, sığorta sənədlərində və sairə bu kimi sənədlərdə) əks oluna bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin həmin Plenumun qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmə niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan və həqiqətə uyğun olmayan məlumatlarının verilməsi və ya həqiqi məlumatların gizlədilməsi və yaxud əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların, ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi və ya malların alınması vaxtı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və s.) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həmçinin təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı təqdirdə, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini; iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittihamda göstərilən əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və yekun nəticəyə gəlməyə imkan verən mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunaraq sübuta yetirilmişdir. Beləliklə də, birinci instansiya məhkəməsi toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün ibtidai istintaq dövründə faktiki olaraq verdiyi ifadələrinin etirafedici məzmunu ilə yanaşı; iötidai istintaq dövründə və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslər və şahidlərin ifadələri ilə; keçirilmiş baxış, götürmə, müayinə, üzləşdirmə, axtarış və digər çoxsaylı istintaq hərəkətlərinin protokolları ilə; iş üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş çoxsaylı başqa mötəbər sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməməsi barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşmış və onun həmin ifadəsini yalnız cinayət məsuliyyətindən yayınmaq məqsədilə verməsi qənaətinə gəlmiş və hesab etmişdir ki, müdafiə tərəfinin bu mövqeyi öz təsdiqini tapmamış, məhkəmədə bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları ilə və iş materiallarında olan digər sənədlərlə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs ifadə vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ifadə (izahat) verməkdən imtina etmək, onun haqqında irəli sürülən ittihama dair izahat (izahat) vermək və ya verməkdən imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs istədiyi kimi öz müdafiəsini mümkün və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə edərək həyata keçirmək hüququna malikdir, yəni ifadə (izahat) vermə və ya ifadə (izahat) verməkdən imtina etmək və ya hər hansı məzmunda ifadə (izahat) vermək onun vəzifəsi deyil, məhz hüququdur. Belə olan halda, ibtidai istintaq zamanı və ya məhkəmədə hər hansı bir məzmunda ifadə (izahat) verməsi yalnız onun müdafiə hüququ kimi qəbul olunaraq qiymətləndirməklə nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayətləri törətməkdə təqsiri ibtidai istintaq dövründə və məhkəmədə özünün verdiyi ifadələrinin məzmunu ilə yanaşı, dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə; baxış, götürmə, müayinə və başqa istintaq hərəkətlərinin protokolları ilə; toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş çoxsaylı başqa mötəbər və təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır.
Beləliklə də, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmaması səbəbindən ona bəraət verilməsi barədə onun özü tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər cinayət işi üzrə toplanmış çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla ziddiyyət təşkil etdiyindən və işin faktiki hallarına uyğun olmadığından təmin edilməməlidir. Eyni zamanda, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, aşağıda göstərilən xüsusatlara əsaslanmaqla nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********481300 nömrəli 17 may 2021-ci il tarixli məktubuna əsasən, hər hansı müəssisənin rəhbəri və təsisçisi olması barədə məlumat yoxdur. Fiziki şəxsin “Vergi uçotu haqqında” ********** qeydiyyat nömrəli şəhadətnaməyə əsasən, Təqsirləndirilən şəxs 02 saylı Ərazi Vergi Baş idarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (c-3, i.v. 187-194). İş materialında olan AZE seriyalı 11640399 nömrəli 27 iyun 2014-cü ildə Abşeron rayon polis şöbəsi tərəfindən verilmiş Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən, 15 fevral 2010-cu il təvəllüdlü X10 atası kimi Namazov Ruslan, anası kimi isə Təqsirləndirilən şəxs qeyd olunmuşdur. İş materialında olan AZE seriyalı 11031062 nömrəli 15 aprel 2016-cı ildə Abşeron rayon polis şöbəsi tərəfindən verilmiş Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən 08 fevral 2015-ci il təvəllüdlü X11 atası kimi Namazov Ruslan, anası kimi isə Təqsirləndirilən şəxs qeyd olunmuşdur. İş materiallarında olan AZE seriyalı 18901776 nömrəli 30 noyabr 2018-cı il tarixdə “ASAN Sumqayıt” tərəfindən verilmiş Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən, 30 iyul 2008-ci il təvəllüdlü X4 atası kimi Namazov Ruslan, anası kimi isə Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun cəzasını ağırlaşdıran halın olmaması ilə yanaşı; Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, himayəsində 3 (üç) azyaşlı övladının olmasını və ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini - onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə nəzərə almışdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması imkanlarının tükəndiyini, törətdiyi çoxsaylı dələduzluq əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab etmişdir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin olunması cəza təyin olunmasının ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla, hazırkı cinayət işi üzrə cəza təyin olunmasının məqsədini təmin edir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını ağırlaşdıran halın olmaması ilə yanaşı, cəzasını yüngülləşdirən halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla hesab etmişdir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəza təyin edildiyi halda təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq olan müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Birinci instansiya məhkəməsi eyni zamanda xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, cinayət işin materiallarına əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan vətəndaşı X9 ilə rəsmi nikahdadırlar və Təqsirləndirilən şəxs himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan 03 övladı vardır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əcnəbi vətəndaş olsa da və bir ildən artıq müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma əlavə cəzası təyin edilə bilməz.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.2.2 və 52.2.6-cı maddələrinə əsasən, barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı X9 ilə nikahda olan şəxslərə, habelə himayəsində Azərbaycan Respublikası vətəndaşı olmaqla yetkinlik yaşına çatmayan ovladı olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tələbləri və təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində 14 yaşına çatmamış övladlar olması nəzərə alınaraq, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin kiçik uşağının 14 yaşına çatana qədər təxirə salınması hümanizm prinsipinə uyğun olmaqla, məqsədə müvafiq hesab edilməlidir. Beləliklə də, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayəti törətməkdə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını ağırlaşdıran halın olmaması ilə yanaşı, cəzasını yüngülləşdirən halların olmasını, təyin olunacaq cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, ona hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 08 fevral 2015-ci il təvəllüdlü övladı X20 14 yaşına çatana kimi təxirə salınmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin az ağır cinayətlər sırasına aid olmaqla, həmin maddənin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətinə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, təyin edilən cəzanın islah olunması və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəsin hüquq və vəzifələri müəyyən edilərkən və yaxud ona qarşı ittiham irəli sürülərkən, qanunla yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə uyğun olaraq, yəni məhkumdan əvəz çıxmaq və yaxud ondan qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda, «ədalət prinsipi» zərərçəkmiş şəxsə qarşı qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, həmçinin təqsirkar şəxsın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Beləliklə də, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini özündə birbaşa əks etdirən Cinayət Məcəlləsinin 8.1, 9.2, 41.2 və 58.3-cu maddələrinə tam əməl etmiş və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin olunması təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının tövsiyyələrini və “İnsan Hüquqları və X14 Haqqında” 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərini nəzərə almaqla, məhkumun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını ağırlaşdıran halın olmaması ilə yanaşı, cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq, ona qanuni və ədalətli cəza təyin etmişdir.
Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmü ilə törətdiyi cinayət əməlləri xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını ağırlaşdıran halın olmaması ilə yanaşı, cəzasını yüngülləşdirən halların olmasını, təyin olunacaq cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödəməməsini və təqsirləi bilindiyi Cinayət Məcəlləsinin 178.2-ci maddəsinin sanksiyasında 02 ildən 5 ilədək müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrlə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsində göstərilir ki, 79.1-ci maddəsi-şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə 05 ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olaraq məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya 14 yaşına qədər uşağı olan qadınlar, habelə 14 yaşına çatmamış uşağı təkbaşına böyüdən kişilər tərəfindən uşaq 14 yaşına çatanadək cəzanın çəkilməsi təxirə sala bilər; 79.2-ci maddəsi-Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən dövlət orqanın xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı ilə cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzasını çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər; bu Məcəllənin 79.3-cü maddəsinə əsasən, uşaq 14 yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz edir; 79.4-cü maddəsinə əsasən şəxs cəzaçəkmənin təxirə salındığı müddət ərzində ehtiyatsızlıqdan cinayət törətdikdə və yaxud qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulan qaydalar üzrə cəza təyin edir; 79.5-ci maddəsinə əsasən, şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və məhkuma həmin Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi və təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin az ağır cinayətlər kateqoriyasına ail edildiyini və həmin maddələrin sanksiyasının orta həddində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Digər tərəfdən, onun himayəsində azyaşlı uşaqların olmasını nəzərə alaraq, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 79-cu maddəsinin tələblərini rəhbər tutaraq, yəni “Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması” barədə həmin maddənin tələblərinə əsasən, cəzanın çəkilməsinin təxirə salmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs13, X19, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs11 tərəfindən verilmiş apellyasiya şikayətlərində irəli sürülən dəlillər; habelə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiqinə dair müddəaların məhkəmənin hökmündən xaric edilməsinə dair Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestində irəli sürülən dəlillər və eləcə də ona bəraət verilməsi barədə özü tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən və cinayət işinin faktiki hallarına uyğun olmadığından, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti ilə razılaşmır və hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin 06 iyul 2022-ci il tarixli hökmü isə dəyihdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası zərərçəkmiş Zərərçəkmiş şəxs1 14 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında məhkəməyə ərizə ilə müraciət edərək onun özü tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməklə geri götürdüyünü bildirdiyi nəzərə alınmaqla, onun verdiyi apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası,
q ə r a r a a l ı r:
Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti,apellyasiya şikayətinə verilmiş əlavə, zərər çəkmiş şəxslər-Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs7, X19, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs11 tərəfindən verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 06 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs1 verdiyi apellyasiya şikayətindən imtina etməklə geri götürdüyündən, onun apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsi ilə göstərilən müddət ərzində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Hakimlər:
1.(sədrlik edən) İlqar Murquzov
2. Həsən Əhmədov
3. Habil Məmmədov