Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-674/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Şamaxı rayonunun Çarhan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şamaxı rayonunun Çarhan kəndində qeydiyyatda olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 1(006)- 30/2024 saylı hökmünə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 1(001)-108/2025 nömrəli hökmündən təqsirləndirilən şəxsin tərəfindən verilmiş apellyasiya şikayətinə və Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim X11) 17 yanvar 2025-ci il tarixli, 1(001)-108/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 1(006)-30/2024 saylı hökmü ilə məhkum edildiyi 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və ona qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdən 01 mart 2024-cü il tarixədək və 03 aprel 2024-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu ümumilikdə 4 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək üzərində daşımışdır. Belə ki o, 28 fevral 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda – təmiz çəkisi 0,256 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini bir ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək əynində olan cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 20:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq 7-ci PB-yə gətirilmiş, həmin gün saat 22:10-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla, üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,256 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi – kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Verilmiş ittiham üzrə 2-ci epizod yəni, “Təqsirləndirilən şəxs, 03 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,455 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini bir ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək əynində olan cins şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, 03 aprel 2024-cü il tarixdə, saat 20:30-da Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PBnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Bağlar massivində yerləşən “Körpü” marketin yaxınlığında saxlanılaraq 43-cü PB-yə gətirilmiş və 04 aprel 2024-cü il tarixdə, saat 00:40- da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla, üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,455 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür” ittihamdan xaric edilmişdir. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli hökmünü üzrə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini xahiş etmişdir. Hökmdən Dövlət ittihamçısı1 apellyasiya protesti verib Bakı şənəri Binəqədi rayon məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 17 yanvar 2025-ci il tarixli tarixli hökmünün ibtidai istintaq zamanı ona elan olunmuş ittihamın 2-ci epizodunun xaric olunmasına dair hissədə ləğv edilməsi və onun həmin epizod üzrə nəzərdə tutulmuş cinayət əməlini də törətməkdə təqsirli bilinib, cinayət və cinayət prosessual qanunvericiliklərinin tələblərinə əməl olunaraq, məhkum edilməsi barədə yeni ittiham hökmü çıxarılsını xahiş etmişdir. Apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxsin apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, himayəsində azyaşlı uşaqları vardır. Ailə vəziyyəti nəzə alınaraq cəzasının yüngülləşdirilməsini xahiş edir. Dövlət ittiahamçısı apellyasiya protestini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 17 yanvar 2025-ci il tarixli hökmü ibtidai istintaq zamanı ona elan olunmuş ittihamın 2-ci epizodunun xaric olunmasına dair hissədə ləğv edilsin və onun həmin epizod iizrə nəzərdə tutulmuş cinayət əməlini də törətməkdə təqsirli bilinib, cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunaraq, məhkum edilməsi barədə yeni ittiham hökmü çıxarılmalıdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda 2-ci epizod üzrə göstərilən cinayət əməlin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 2-ci epizod üzrə ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, göstərmişdir ki, 03 aprel 2024-cü il tarixdə isə, saat 10- 11 radələrində metronun "20 Yanvar" stansiyasının yaxınlığından taksi sifariş verərək, 2 nəfər tanışı Asim Süleymanov və İsmayıl Qitinmaqomedovla birlikdə narkotik vasitə əldə etmək üçün Novxanı qəsəbəsinə getmiş, orada "Körpü" marketin qarşısında maşından düşdükdən qısa müddət sonra, yəni narkotik vasitəni almamış polis əməkdaşları onlara yaxınlaşaraq, 43-cü PB-yə aparmışlar. Həmin vaxt nə onun, nə də Asimlə İsmayılın üzərindən narkotik vasitə aşkar edilməmişdir. 2 gün Polis Bölməsində saxlanıldıqdan sonra Asimlə İsmayılın barəsində narkotik vasitələrin istifadəçisi kimi inzibati xəta haqqında protokollar tərtib edilmiş, onun barəsində isə hazırki cinayət işi başlanmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 və X7 onun dediklərini təsdiq etmişlər. Bununla da, məhkəmə belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs istintaqda göstərildiyi şəraitdə deyil, başqa şəraitdə saxlanılması, yəni saxlanılan zaman yanında tanışlarının olması ciddi şübhədir və bununla da əsassız olaraq onun barəsində həmin epizodu ittihamdan xaric etmişdir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün belə ifadə verməsinǝ tənqidi yanaşmamaqla bərabər, onun göstərdiyi dəlilləri digər sübutlarla müqayisəli tədqiq etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilərək 03 aprel 2024-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən “Körpü” marketin yaxınlığında olarkən iki nəfər tanımadığı şəxs ona yaxıhlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun psixotrop maddələrin qanunsuz c övriyyəsində, üzərində saxlayıb gəzdirməsində şübhəli oldğunu bildirirək onu 43-cü F*B-nə dəvət etmişlər. Polis bölməsinin inzibati otaqlarının birir də ona təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah edilməklə video çəkilişlə üzərinə baxış keçirilmiş, bu zaman əynində olan boz rəngli şalvärın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə “patı” kimi bildiyi kütləni çıxararaq masanın üzərinə qoymuşdur. Həmin büküm elektron tərəzidə çəkildikdən sonra zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş 43-cü PB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 vermiş olduqları ifadələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə və narkotik vasitələrin əldə edib üzərində saxlayıb gəzdirməsi barədə bölməyə məlumat daxil olduğunu və həmin məlumat əsasında onun ətrafında əməliyyat-axtarış tədbirlərinin heyata keçirilməsi üçün bölmə rəisinə məruzə olunmuş, onun saxlanılması üçün əməliyyat qrupu yaradılmış, olduğu yer müəyyən edilmiş, 03 aprel 2024-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən “Körpü” marketin yaxınlığında ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun psixotrop maddələrin qanunsuz dövriyyəsində, üzərində saxlayıb gəzdirməsində şübhəli olduğunu bildirirək 43-cü PB-nə dəvət etmişlər. Polis bölməsinin inzibati otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah edilməklə video çəkilişlə üzərinə baxış keçirilmiş, bu zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə “patı” kimi bildiyi kütləni çıxararaq masanın üzərinə qoymuşdur. Həmin büküm elektron tərəzidə çəkildikdən sonra zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdi. Habelə, məhkəmə, məhkəmə baxışı zamanı əlavə şahid qismində ifadə vermiş X1 və X6 onun tanışları olduğundan sonuncunu məsuliyyətdən yayındırmaq üçün müdafiə xarakterli ifadə verməsini nəzərə alıb tənqidi yanaşmaq əvəzinə, onların ifadəsinə əsaslanaraq Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarmaq kimi yanlış nəticəyə gəlmişdir. Habelə, məhkəmə, məhkəmə baxışı zamanı əlavə şahid qismində ifadə vermiş X1 və X6 onun tanışları olduğundan sonuncunu məsuliyyətdən yayındırmaq üçün müdafiə xarakterli ifadə verməsini nəzərə alıb tənqidi yanaşmaq əvəzinə, onların ifadəsinə əsaslanaraq Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarmaq kimi yanlış nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs istintaqda göstərildiyi şəraitdə deyil, saxlanılan zaman X1 və X7 ilə birlikdə polis bölməsinə gətirilmələrini şübhəli məqam kimi qiymətləndirsə də nəzərə almamışdır ki, psixotrop maddə olan metmafetamin İsmayıl Qitinmaqomedovun və Asim Süleymanovun üzərindən deyil, məhz Təqsirləndirilən şəxs üzərindən aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmışdır. Həmin çəkilişə baxan zaman müəyyən olur ki, 04 aprel 2024-cü il tarixdə, saat 00:40-da Binəqədi RPİ-nin 43-cü PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3, 43-cü PB-nin sahə inspektoru, polis mayoru Şahid4 və Binəqədi RPİ-nin KTQ-nin ekspert-kriminalisti, polis kapitanı X5 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü masanın üzərinə qoyaraq psixotrop maddə metamfetamin olduğunu, həmin 03 aprel tarixində günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdən sonra zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Habelə, həmin video görüntüdən müəyyən olur ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təsir və təzyiq edilmir, həmçinin tanışları, onunla birlikdə saxlanılan X1 və X8 yanında yoxdurlar. Bununla da, məhkəmə Təqsirləndirilən şəxs tək deyil, İsmayıl Qitinmaqomedov və Asim Süleymanovla birlikdə saxlanılmış olduğunu qəbul etdi halda belə, onun üzərinə baxış keçirilən zamaı tanışları həmin baxışda iştirak etmədiyindən onların Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmamasını bildirib onu cinayət məsuliyyətindən yayındırmaq istədiklərinə tənqidi yanaşmamışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixli, 5780 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 X10- X14 rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Hökmdən görünür ki, məhkəmə təqsirləndirilən şəxs, həmçinin şahidlərin ifadələrini, ekspert rəylərinin araşdırılmasını göstərsə də, lakin göstərilən ittihamın sübutlarını düzgün tədqiq etməyərək iş üzrə əsassız nəticəyə gəlmiş, məhkəmə həmin ifadələrlə bağlı ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların rədd edilməsinin motivlərini hökmdə əsaslandırmağa çalışsa da, bu əsaslandırma işin faktiki halları ilə ziddiyyət təşkil etmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 353.3.3-cü maddəsinə əsasən, məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün göstərilmiş sibutların onun tərəfindən rədd edilməsinin motivləri göstərilməklə təqsirləndirilər şəxsə bəraət verilməsi əsasları bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Məhkəmənin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinə şübhə ilə yanaşması, şahidlərin ifadələrini sübut kimi qəbul etməməsi ittihamın sübutları olan ekspertiza rəylərini, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi haqqında video çəkilişi və digər istintaq hərəkətlərinin protokolları, habelə digər sənədləri hökmdə tədqiq etməməsi, onlara ümumiyyətlə münasibət bildirməməsi əsassız olmuşdur. Məhkəmə hökmdə ittihamın təqdim etdiyi bu sübutları tədqiq etməmiş, onları işin faktiki halları ilə müqayisə etməmiş, həmin sübutları yoxlamamış, onlara ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə ittihamın təqdim etdiyi sübutları rədd etmiş və bunun motivlərini də hökmdə əsaslandırmamışdır. Məhkəmə iş üzrə ziddiyyətli ifdələrə tənqidi yanaşmamış, onları əsassız olaraq sübut kimi qəbul etmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş 2-ci epizodu ittihamdan xaric etsə də, qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokurorluğuna göndərməli, maddi sübut kimi saxlanılan 0,405 qram olan metamfetaminin araşdırma sona çatanadək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində maddi sübutların saxlanc yerində saxlamalı olduğu halda, həmin epizod üzrə ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,405 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qənaətinə gəlməklə yanlışlığa yol vermişdir. Göstərilənlərə baxmayaraq, məhkəmə qeyd edilən qanuni və əsaslı, iş materialları ilə təsdiq olunan halları nəzərə almadan, iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, mövcud sübutların düzgün təhlili üzrə ittiham hökmünün çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə və apellyasiya protestinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin olunmasını, təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini, apellyasiya protestinin isə təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin olunmasını, təqsirləndirilən şəxs apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 1(001)-108/2025 nömrəli hökmü qismən ləğv edilməli, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunmuş ittihamın 2-ci epizodu üzrə təqsirliliyi sübut yetirilməməsi əsası ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs ittihamın birinci epizodu üzrə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə münasibətdə əməlin hüquqi tövsifi, eləcə də təqsirləndirilən şəxsə təyin olunan cəza hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs qismən etirafedici ifadələrlə yanaşı, şahid ifadələri, fiziki-kimyəvi ekspertizasının, ambulator məcburi-X14nın rəyləri, maddi sübut və işin digər halları ilə Təqsirləndirilən şəxs birinci epizod üzrə CM-nin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddəylə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs birinci epizod üzrə qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrar sadalmağa zərurət görmür. CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Apelyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 17 yanvar 2025-ci il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs birinci epizod üzrə ittiham olunduğu maddə ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən birinci epizod üzrə cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs həbslə əlaqədar cəza təyin olunmasına dair nəticəyə gələrkən hər hansı qanun pozuntusuna yol verməmiş, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq Gümrah Şiriyevə CM-nin 234.1ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs cəzа təyini məsələsinin həlli zаmаnı CM-nin 58-ci mаddəsinin tələblərinə əməl еtməklə sonuncunun törətdiyi cinаyətin хаrаktеrini və ictimаi təhlükəlilik dərəcəsini, şəхsiyyətini kifаyət qədər nəzərə аlmaqla əsаslı оlаrаq azadlıqdan məhrumetmə cəzası təyin etməklə cəzаnın ümumi məqsədinə хidmət edən qanuni və ədalətli cəza təyin etmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün cəza təyini hissəsində dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz və ona görə də apellyasiya şikayətitəmin olunmamalıdır. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ittiham verilmiş 2-ci epizodun sübuta yetirilməsi barədə düzgün nəticəyə gəlsə də, həmin epizodu ittihamdan xaric etməklə prosessual qanunvericiliyin tələbinə əsasən düzgün nəticəyə gəlməmişdir. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ikinci ittihama görə o, 03 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,455 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini bir ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək əynində olan cins şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, 03 aprel 2024-cü il tarixdə, saat 20:30-da Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PBnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Bağlar massivində yerləşən “Körpü” marketin yaxınlığında saxlanılaraq 43-cü PB-yə gətirilmiş və 04 aprel 2024-cü il tarixdə, saat 00:40- da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla, üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,455 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. İttihamda göstərilən ikinci, yəni təqsirləndirilən şəxsin 03 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,455 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini bir ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək əynində olan cins şalvarının sağ yan cibində saxlamaqla üzərində daşıması epizoduna münasibətdə isə məhkəmə hesab edir ki, həmin epizod üzrə ittihamın sübuta yetirilməsində şübhələr mövcuddur. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasındakı izahatında 03 aprel 2024-cü il tarixdə Novxanı qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılarkən tək olmadığını, yanıda Asim və İsmayıl adlı tanışlarının da olduğunu və hər üçünün eyni maşınla Novxanı qəsəbəsinə narkotik vasitə əldə etmək üçün getdiklərini, lakin, narkotik vasitəni almadan polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmiş, onun vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X9 da bu halı təsdiq etmişlər. Digər tərəfdən, birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis mayoru Şahid4 ifadəsində 03 aprel 2024-cü il tarixdə Novxanı qəsəbəsində Təqsirləndirilən şəxs saxlayarkən sonuncunun tək olduğunu, yanında heç kimin olmadığını bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2024- cü il tarixli, 3(001)-2395/2024 və 3(001)-2396/2024 saylı qərarlarının məzmunundan da görünür ki, məhz Təqsirləndirilən şəxs qeyd etdiyi kimi, X1 və X9 narkotik və psixotrop maddələrin qeyri-qanuni istifadəsi əsası ilə 03 aprel 2024-cü il tarixdə inzibati qaydada tutulmuş, barələrində 05 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin, həmin məhkəmə iclasında Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis baş leytenantı X12 izahat verərək bildirmişdir ki, 03 aprel 2024-cü il tarixdə Novxanı Bağlar massivində Binəqədi PPXB-nin polis nəfərləri xidmətdə olan zaman 3 nəfər şəxsin şübhəli davranışlarını müşahidə etmiş, şəxsiyyətlərini müəyyən etmək məqsədi ilə onları 43-cü PB-yə dəvət etmişlər. Göründüyü kimi, ittihamın bu hissədə sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr mövcud olduğundan, həmin epizod üzrə təqsirliliyi sübut yetirilməməsi əsası ilə bəraət verilməlidir. CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 403.0.1-ci maddəsinə görə tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 1(001)-108/2025 nömrəli hökmü qismən ləğv edilməli, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunmuş ittihamın 2-ci epizodu üzrə təqsirliliyi sübut yetirilməməsi əsası ilə bəraət verilməsi, maddi sübut kimi saxlanılan 0,405 qram metofetamin araşdırma sona çatanadək maddi sübutların saxlanc yerində saxlanılmalı, həmin hissədə ibtidai araşdırma aparılması üçün Binəqədi rayon Prokurorluğuna göndərilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 28 aprel 2025-ci il tarixli, 141 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 397.1, 397.2, 399.1.2 və 410-cu maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 1(001)-108/2025 nömrəli hökmü qismən ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunmuş ittihamın 2-ci epizodu üzrə təqsirliliyi sübut yetirilməməsi əsası ilə bəraət verilsin. Maddi sübut kimi saxlanılan 0,405 qram metofetamin araşdırma sona çatanadək maddi sübutların saxlanc yerində saxlanılsın. Həmin hissədə ibtidai araşdırma aparılması üçün Binəqədi rayon Prokurorluğuna göndərilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 53 (əlli üç) saat üçün cəmi 583 (beş yüz səksən üç) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov(sədrlik edən), Emin Mehdiyev, Mehriban Qarayeva.
Məhkəmə qərarları › İş №1(103)-674/2025
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-674/2025
19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver