Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-679/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, müvafiq olaraq onların müdafiəçiləri olan Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi8, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X1 və “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi6 (bundan sonra – Müdafiəçi8, Müdafiəçi9, Müdafiəçi6), Təqsirləndirilən şəxs4, onun müdafiəçiləri - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7 (bundan sonra – Müdafiəçi4, Müdafiəçi7) iştirakları ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 1(008)- 454/2024 nömrəli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi olmuş Müdafiəçi2, Təqsirləndirilən şəxs3 müdafiəçisi olmuş Müdafiəçi5, Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi4 və Təqsirləndirilən şəxs1 verdikləri apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 1(008)- 454/2024 nömrəli hökmü ilə (hakim X9) xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 161 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikasının CM-in) 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, barəsində 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzaçəkmə müddətinin əvvəlinin 10 dekabr 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxxx 1993-cü il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonu, Mollaoba kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.2 və 180.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, barəsində 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzaçəkmə müddətinin əvvəlinin 09 dekabr 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxxxxxx 1997-ci il tarixdə Tərtər rayonu, Cəmilli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, Tərtər rayonu, Cəmilli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsi, X12, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, barəsində 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən onun barəsində həmin cəzaya Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 1(003)-676/2023 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 4 (dörd) ay 10 (on) gün hissəsinin müvafiq olaraq iki günə bir gün hesabı ilə bərabər tutulduğu 1 (bir) il 2 (iki) ay 5 (beş) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə, qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun cəzaçəkmə müddətinin əvvəlinin 14 dekabr 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxx 1989-cu il tarixdə Masallı rayonu, Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, Masallı rayonu Təklə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən onun barəsində həmin cəzaya Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(008)-694/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün hissəsinin müvafiq olaraq iki günə bir gün hesabı ilə bərabər tutulduğu 8 (səkkiz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə, qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun cəzaçəkmə müddətinin əvvəlinin 10 dekabr 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Həmin məhkəmə hökmü ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yuxarıda göstərilən müvafiq qaydada cinayət əməllərini törətməkdə ona görə təqsirli bilinmişlər ki,: - Təqsirləndirilən şəxs1 özgənin əmlakını açıq talama məqsədilə, 23 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində idarə etdiyi “Hyundai Elantra” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində götürdüyü Zərərçəkmiş şəxs4 məxsus 250 manat dəyərində olan “Samsung” markalı, A03SE modelli mobil telefonu və Zərərçəkmiş şəxs3 məxsus 250 manat dəyərində olan “Samsung” markalı A03SE modelli mobil telefonu onlardan danışmaq adı ilə aldıqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesində yerləşən “Embawood” mebel dükanının qarşısında onların avtomobildən düşmələrindən istifadə edib avtomobili hərəkətə gətirərək oradan uzaqlaşmaqla özgə əmlakını açıq yolla talamış, nəticədə ümumilikdə Zərərçəkmiş şəxs4 250 manat, Zərərçəkmiş şəxs3 250 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir (bundan sonra – İ epizod). - Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını açıq yolla talamaq məqsədilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun anasına məxsus “Opel Astra” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanını naməlum şəraitdə əldə etdikləri **- CN-*** dövlət qeydiyyat nişanı ilə dəyişdirdikdən sonra 06 dekabr 2023-cü il tarix, saat 22 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi “Opel Astra” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə gəlmiş, onlar aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 həmin məntəqədə operator vəzifəsində işləmiş Zərərçəkmiş şəxs2 200 manatlıq pul əskinasını xırdalamasını xahiş etməsi, sonuncunun buna görə cibindən çıxarıb əlində saxladığı həmin məbləğdə pul əskinaslarını əlindən alıb açıq yolla talamasından sonra Təqsirləndirilən şəxs3 idarə etdiyi “Opel Astra” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətə gətirərkən Zərərçəkmiş şəxs2 qışqırmasına məhəl qoymayıb hadisə yerindən uzaqlaşıb, zərərçəkmiş şəxs olan sonuncuya qarşı 200 manat məbləğində maddi ziyan vurmaqla, müvafiq tövsifedici əlamətlərlə soyğunçuluq etmişlər (bundan sonra – İİ epizod). - Bundan başqa, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təkrarən özgənin əmlakını açıq yolla talamaq məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun anasına məxsus “Opel Astra” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanını naməlum şəraitdə əldə etdikləri **- CN-*** dövlət qeydiyyat nişanı ilə dəyişdirdikdən sonra 06 dekabr 2023-cü il tarix, saat 23 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi “Opel Astra” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Safoil” yanacaq doldurma məntəqəsinə gəlmiş, onlar aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 həmin məntəqədə operator vəzifəsində işləmiş Şahid4 200 manatlıq pul əskinasını xırdalamasını xahiş etməsi, sonuncunun buna görə cibindən çıxarıb əlində saxladığı həmin məbləğdə pul əskinaslarını əlindən alıb açıq yolla talamasından sonra Təqsirləndirilən şəxs3 idarə etdiyi “Opel Astra” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətə gətirərkən Şahid4 qışqırmasına məhəl qoymayıb hadisə yerindən uzaqlaşıb, zərərçəkmiş şəxs olan "xxxx" MMC-yə qarşı 200 manat məbləğində maddi ziyan vurmaqla, müvafiq tövsifedici əlamətlərlə soyğunçuluq etmişlər (bundan sonra – İİİ epizod). - Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən, həmçinin Təqsirləndirilən şəxs4 özgənin əmlakını açıq yolla talamaq məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 dekabr 2023-cü il tarix, saat 03 radələrində sonuncunun idarə etdiyi “Toyota Prius” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 4 ünvanına gəlmiş, cinayət məsuliyətindən yayınmaq məqsədilə Təqsirləndirilən şəxs1 başqa avtomobilin gizli yolla ələ keçirdiyi **-BM-*** dövlət qeydiyyat nişanından istifadə etməklə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı avtomobilin dövlət qediyyat nişanını saxtalaşdırdıqdan sonra həmin avtomobillə 07 dekabr 2023-cü il tarix, saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu Zabrat yolunun sağ tərəfində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin 8 saylı postuna gəlmişlər. Onlar aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 həmin postda operator vəzifəsində işləmiş Zərərçəkmiş şəxs1 200 manatlıq pul əskinasını xırdalamasını xahiş etməsi, sonuncunun buna görə cibindən çıxarıb əlində saxladığı bir ədəd 100 manat, bir ədəd 50 manat, iki ədəd 20 manat və bir ədəd 10 manatlıq pul əskinaslarını əlindən alıb açıq yolla talamasından sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətə gətirib hadisə yerindən uzaqlaşmaq istəmişlər. Bu vaxt Zərərçəkmiş şəxs1 həmin avtomobilin qapısından tutub onların hadisə yerindən uzaqlaşmasına imkan verməməyə çalışsa da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 əllə zərbələr vurması nəticəsində sonuncuya sağ əlin qançırı, sağ əlin İV barmağının əzilmiş səthi yarası və qançırı, sağ milbilək oynağı nahiyəsinin əzilmiş səthi yarası, sol əlin və sağ diz oynağı nahiyəsinin sıyrıqlarından ibarət, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş və onlar hadisə yerindən uzaqlaşmışlar. Nəticədə onlar Zərərçəkmiş şəxs1 200 manat məbləğində maddi ziyan vurub müvafiq tövsifedici əlamətlərlə soyğunçuluq etmişlər (bundan sonra – İV epizod). Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 1(008)-454/2024 nömrəli hökmünün ləğv edilməsi, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamın özünü təqsirli bilmədiyi iki epizodları üzrə bəraət verilməsi, təqsirli bildiyi epizodu üzrə təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi və onun məhkəmə iclas zalından həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi5 verdiyi apellyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 1(008)-454/2024 nömrəli hökmünün ləğv edilməsi, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs3 irəli sürülmüş ittihamın özünü təqsirli bilmədiyi epizodu üzrə bəraət verilməsi, təqsirli bildiyi epizodu üzrə təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi və onun məhkəmə iclas zalından həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi4 verdiyi apellyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 1(008)-454/2024 nömrəli hökmünün hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs4 aid hissədə ləğv edilməsi və sonuncu barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 verdiyi apellyasiya şikayətində barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsindəki icraat zamanı verdiyi ifadəsində özünü İİİ epizodda göstərilən cinayət əməlinə görə təqsirli bildiyini, həmin əmələ görə səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənildiyini və sonuncu ilə barışıq əldə etdiyini, özünü İ və İİ epizodlarda göstərilən cinayət əməllərinə görə təqsirli bilmədiyini göstərmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən həm bu halları, həm də sonuncunun əvvəllər məhkum olunmaması, evli olması, himayəsində iki azyaşlı uşağının olması, ailəsinə yeganə qazanc gətirən şəxs olması, anasının xəstə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almamış, nəticədə Təqsirləndirilən şəxs2 barəsində ağır cəza təyin etmişdir. Müdafiəçi5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs3 birinci instansiya məhkəməsindəki icraat zamanı verdiyi ifadəsində özünü ona qarşı irəli sürülmüş ittihamın bir epizodunda göstərilmiş əmələ görə təqsirli bildiyini, həmin əmələ görə səmimi peşman olduğunu, ittihamın digər epizodunda göstərilmiş əmələ görə təqsirli bilmədiyini göstərmişdir. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən həm bu halları, həm də sonuncunun əvvəllər məhkum olunmaması, evli olması, ailəsinə yeganə qazanc gətirən şəxs olması, himayəsində olan anasının xadimə işləməsi və xəstə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almamış, nəticədə Təqsirləndirilən şəxs3 barəsində ağır cəza təyin etmişdir. Müdafiəçi4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs4 ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş cinayət əməlini törətməmişdir. Bununla bağlı cinayət işi materiallarında Təqsirləndirilən şəxs4 qarşı hər hansı sübut yoxdur. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 qarşı ifadə verməmişlər. Sonuncu ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş hadisə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la sonuncunun idarə etdiyi “Toyota "Prius" markalı avtomobilin arxa oturacağında əyləşsə də, Zərərçəkmiş şəxs1 (bundan sonra – zərərçəkmiş şəxs) pulun alınmasında iştirak etməmiş, sonuncuya qarşı fiziki zor tətbiq etməmiş, əksinə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobili saxlamalarını, həmçinin sonuncudan zərərçəkmiş şəxsi buraxmasını tələb etmiş, sonuncu yerə yıxıldıqdan sonra isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobili saxlayıb zərərşəkmiş şəxsə pulunu qaytarmalarını məsləhət görmüşdür. Lakin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 sözlərinə məhəl qoymamış, zərərçəkmiş şəxsdən əldə etdikləri 200 manat məbləğində pulu aralarında bölüşdürmüşlər. Yəni, Təqsirləndirilən şəxs4 həmin hadisə nəticəsində hər hansı məbləğdə gəlir əldə etməmiş, əvvəlcədən həmin hadisə barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la kriminal məzmunda razılaşmamış, yalnız həmin hadisənin şahidi olmuş, polis bölməsinə gətirildikdən sonra işgəncəyə və fiziki zorakılığa məruz qalmışdır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisə zamanı avtomobilin arxa oturacağında əyləşmiş şəxsin avtomobilin arxa qapısında olan şüşəni açıb onun əlindən vurduğunu, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə avtomobilin arxa oturacağında oturmuş Təqsirləndirilən şəxs4 onun əllərini şüşəni buraxması üçün açdığını və nəticədə onun yerə yıxıldığını ziddiyyətli məzmunda bildirmişdir. İş üzrə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs4 barəsində cəza təyin edərkən himayəsində azyaşlı uşağının olması, “Serebral iflic”, “Epilepsiya” və “Hepatit B” xəstəliklərindən əziyyət çəkməsi, bu səbəbdən İ qrup əlil olması və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almamışdır. Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə birinci instansiya məhkəməsi onun barəsində cəza təyin edərkən əvvəllər məhkum olmaması, törətdiyi cinayət əməllərindən səmimi peşman olması, evli olması, himayəsində iki azyaşlı uşağının olması, atasının vəfat etməsi, anasının onun himayəsində olması və ailəsinə yeganə qazac gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almamışdır. Apellyasiya məhkəmə iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri müvafiq qaydada apellyasiya şikayətlərinin təmin edilməsini, dövlət ittihamçısı isə apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş üzrə verilmiş apellyasiya şikayətlərinin hüdudları ilə bağlı ümumiləşdirilmiş qaydada qeyd edir ki,: - müdafiəçilər Müdafiəçi2, Müdafiəçi5 və Müdafiəçi4 verdikləri apellyasiya şikayətlərinin dəlillərini onlarda göstərilmiş həcmlərdə, müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 aid hissələrdə birinci instansiya məhkəməsinin sübutları tam və hərtərəfli araşdırmaması, onlara düzgün hüquqi qiymət verməməsi və təqsirləri sübuta yetirməməsi, beləliklə də Azərbaycan Respublikası CPM-in 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və müəyyən etdiyi iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, həmçinin cəza təyini zamanı bəzi cəzanı yüngülləşdirən halların nəzərə alınmaması təşkil edir. - Təqsirləndirilən şəxs1 verdiyi apellyasiya şikayətində isə birinci instansiya məhkəməsinin hökmündə onunla bağlı müəyyən edilmiş işin faktiki halları mübahisələndirilməmiş, gəlinmiş nəticə isə onun törətdiyi cinayət əməllərinin hüquqi tövsifi ilə deyil, yalnız barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə mübahisələndirilmişdir. Məhkəmə kollegiyası iş üzrə verilmiş apellyasiya şikayətlərinin dəlillərinə düzgün hüquqi qiymət verilməsi üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərin təqsirli bilindikləri əməllər üzrə Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə təkrar soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının təqsirləndirilən şəxslərə qarşı irəli sürdüyü ittihamlarla yuxarıda göstərilən eyni məzmunda müəyyən etdiyi işin faktiki hallarına uyğun olaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 İ epizod üzrə tək halda, İİ, İİİ və İV epizodlar üzrə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə müvafiq olaraq İ epizoddan sonrakı üç epizod, iki epizod və İV epizod üzrə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdikləri cinayət əməllərinə görə təqsirli bilmiş, Təqsirləndirilən şəxs1 İİ və İİİ epizodlarda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə, İV epizodda göstərilən cinayət əməlini isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4lə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxslər və şahidlərin birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş ifadələrini apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı təhlil edərkən ümumiləşdirilmiş qaydada müəyyən etmişdir ki,: - Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrində İİ və İİİ epizodlarda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə, İV epizodda göstərilən cinayət əməlini isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4lə birlikdə törətdiyini, həmin cinayət əməlləri nəticəsində əldə etdikləri pul məbləğlərinin əksər hissəsini Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la aralarında bölüşdürdüklərini, az hissəsini isə həmçinin, Təqsirləndirilən şəxs4 də daxil olmaqla özlərinin bəzi zəruri ehtiyaclarına xərclədiklərini tam etiraf etmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə İİ epizodda göstərilən cinayət əməlini hər hansı şəxsin iştirakı olmadan törətdiyini, həmin əməli törədərkən onun olduğu avtomobilin Təqsirləndirilən şəxs3 tərəfindən idarə edilməsinə baxmayaraq, sonuncunun əvvəlcədən həmin hadisə barədə məlumatının olmadığını, buna görə də həmin cinayət əməlinə aidiyyətinin olmadığını, İİİ epizodda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs3 ilə, İV epizodda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs2la birlikdə törətdiyini, amma sonuncunun İİ və İİİ epizodlarda göstərilən cinayət əməllərinin törədildiyi vaxtlarda hadisə yerlərində olmadığını, Təqsirləndirilən şəxs4 İV epizodda göstərilən cinayət əməlinin törədildiyi vaxt o və Təqsirləndirilən şəxs2la eyni avtomobildə olmasına baxmayaraq, əvvəlcədən həmin hadisə barədə məlumatının olmadığını, buna görə də həmin cinayət əməlinə aidiyyətinin olmadığını göstərmişdir. - Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində İİ və İİİ epizodlarda göstərilən cinayət əməllərinin törədildiyi vaxtlarda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə, İV epizodda göstərilən cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4lə eyni avtomobildə olsa da, əvvəlcədən həmin hadisələr barədə məlumatının olmadığını, buna görə də həmin cinayət əməllərinə aidiyyətinin olmadığını, bu səbəbdən özünü irəli sürülmüş ittiham üzrə təqsirli bilmədiyini, İV epizodda göstərilən soyğunçuluq cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 olduqları avtomobilin qapısından tutmuş zərərçəkmiş şəxsin əlinə zərbələr vurduqlarını, nəticədə sonuncunun yerə yıxıldığını, məhkəmə istintaqı zamanı şifahi və yazılı qaydada verdiyi ifadələrində isə əvvəlki ifadələrindən fərqli olaraq, İV epizodda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs1la birlikdə törətdiyini, həmin vaxt Təqsirləndirilən şəxs4 onlarla eyni avtomobildə olmasına baxmayaraq, həmin cinayət əməlinə aidiyyətinin olmadığını, Təqsirləndirilən şəxs1 həmin epizod üzrə cinayət əməlinin törədilməsindən sonra cinayət nəticəsində əldə etdiyi pul məbləğinin 65 manatını ona, İİ və İİİ epizodlarda göstərilən cinayət əməllərinin törədilməsindən sonra cinayət nəticəsində əldə etdiyi pul məbləğlərinin 380 manatını Təqsirləndirilən şəxs3 və 100 manatını ona verdiyini göstərmişdir. - Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələrində İİ və İİİ epizodlarda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə törətdiyini etiraf etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində İİİ epizodda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs1la birlikdə törətdiyini, bundan təxminən bir saat əvvəl isə özünün idarə etdiyi avtomobildə olmuş Təqsirləndirilən şəxs1 İİ epizodda göstərilən cinayət əməlini törətməsinə baxmayaraq, onun bu hadisədən qabaqcadan məlumatının olmamasına görə həmin cinayət əməlinə aidiyyətinin olmadığını, yəni özünü irəli sürülmüş ittiham üzrə qismən təqsirli bidiyini, Təqsirləndirilən şəxs2 İİ və İİİ epizodlarda göstərilən soyğunçuluq cinayət əməllərinin törədildiyi yerdə olmadığını göstərmişdir. - Təqsirləndirilən şəxs4 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində İV epizodda göstərilən cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la eyni avtomobildə olsa da, həmin hadisədən qabaqcadan məlumatının olmadığını, bu zamanı zərərçəkmiş şəxsə qarşı hər hansı qanunsuz hərəkət və ya zor tətbiq etmədiyini, buna görə də həmin cinayət əməlinə aidiyyətinin olmadığını, bu səbəbdən özünü irəli sürülmüş ittiham üzrə təqsirli bilmədiyini göstərmişdir. - Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs5, həmçinin şahid qismində dindirilmiş Şahid4 isə məhkəmə istintaqı zamanı elan edilmiş, ibtidai istintaq zamanı verdikləri ifadələrində müvafiq qaydada təqsirləndirilən şəxslərin onlara qarşı soyğunçuluq cinayət əməllərini birinci instansiya məhkəməsinin müəyyən etdiyi məzmunda törətdiklərini göstərmişlər. Bundan əlavə, cinayət işi materiallarında olan: - 24 aprel 2024-cü il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən əldə olunmuş bir ədəd diskin yaddaşına yazılmış videogörüntüyə baxış keçirilərkən 07 dekabr 2023-cü il tarixdə, saat 07:05-də Zərərçəkmiş şəxs1 əlindəki pulun avtomobildə olmuş şəxslər tərəfindən ələ keçirilməsindən sonra həmin avtomobildən tutması, avtomobilin sağ ön və sağ arxa oturacaqdakı şəxslərin onun əlini açmasından sonra yerə yıxılması müəyyən edilmişdir (İİİ cild, səh. 12). - Məhkəmə-tibbi ekspertizasının 08 dekabr 2023-cü il tarixli, 2991 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş sağ əlin qançırı, sağ əlin İV barmağının əzilmiş səthi yarası və qançırı, sağ mil-bilək oynağı nahiyəsinin əzilmiş səthi yarası, sol əlin və sağ diz oynağı nahiyəsinin sıyrıqlarından ibarət xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, yaranma müddəti 07 dekabr 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcələri təyin edilmir (İİ cild, səh. 246-248). Cinayət işi materiallarından görünür ki, məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara hər hansı məzmunda ifadə vermələri ilə bağlı qanunsuz təsir və ya zor tətbiq edildiyini göstərməmişlər. Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat zamanı verdiyi 27 aprel 2024-cü il tarixli ifadəsində iş üzrə ona Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən zor tətbiq edildiyini göstərsə də, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X3 həmin müraciət üzrə araşdırma apardığı 748 C-24 nömrəli material üzrə qəbul etdiyi 10 iyun 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs4 məhkəmə istintaqında olduğu kimi, ibtidai istintaq zamanı verdiyi ifadələrində də ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki,: - birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin ibtidai istinaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin özlərini (Təqsirləndirilən şəxs1 istisna olmaqla) və bir-birilərini müdafiə etmək üçün yuxarıda göstərilmiş məzmunda irəli sürdükləri dəlillərlə bağlı olan hissələrini müvafiq cinayət məsuliyyətindən yayındırmaq məqsədli olmasına görə düzgün olaraq sübut kimi nəzərə almamış, bir-birilərini ifşa edən, yuxarıda göstərilmiş məzmunda olan qalan hissələrini isə sübut kimi qiymətləndirmişdir. - İş üzrə təqsirləndirilən şəxslərin müvafiq qaydada təqsirli bilindikləri cinayət əməllərini törətmələri birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutub, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanıb, həmin Məcəllənin 124-cü maddəsində sübut növü kimi nəzərdə tutulduğuna görə 143-146, 329 və 334-cü maddələrinə uyğun şəkildə elan etdiyi, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil və tədqiq edərək sübut kimi qiymətləndirdiyi, işə aid biri digərinə kifayət qədər uyğun gələn, mümkün və mötəbər sübutların - təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin sübut kimi qiymətləndirilən hissələri, zərərçəkmiş şəxslərin və şahidlərin verdikləri ifadələri, 24 aprel 2024-cü il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokol, məhkəmə-tibbi ekspertizasının 08 dekabr 2023-cü il tarixli, 2991 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlərin məcmusu, həmçinin təqsirləndirilən şəxslərin müvafiq olaraq onlara qarşı irəli sürülmüş ittihamlarda göstərilmiş epizodlar göstərilən cinayət əməllərinin törədildiyi hadisə yerlərinə birlikdə eyni avtomobillərdə getmələri, İİ və İİİ, İİİ və İV epizodlarda göstərilən cinayət əməllərinin bir-birilərindən müvafiq olaraq bir saat və altı saat zaman fərqi ilə törədilməsi, Təqsirləndirilən şəxs3 İİİ epizodda göstərilən cinayət əməlinə görə təqsirini etiraf etdiyi halda, bundan bir saat əvvəl törədilmiş İİ epizodda göstərilən cinayət əməlinə görə təqsirini etiraf etməsə də, həmin cinayət əməlinin törədildiyi yerə İİİ epizodda göstərilən cinayət əməlinin törədilməsində iştirak etmiş eyni təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la, eyni avtomobildə getmələri, sonuncunun məhkəmə istintaqı zamanı şifahi və yazılı qaydada verdiyi ifadələrində etiraf etdiyi kimi, Təqsirləndirilən şəxs1 İİ və İİİ epizodlarda göstərilən cinayət əməllərinin törədilməsindən sonra cinayət nəticəsində əldə etdiyi pul məbləğlərinin 100 manatını Təqsirləndirilən şəxs2 verdiyini göstərməsindən ibarət işin faktiki halları ilə (onların təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlara müvafiq qaydada tətbiq edilməsi şərti ilə) tam sübut edilir. - Buna görə də ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərinin Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrinə, Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməllərinin həmin Məcəllənin 180.2.1 və 180.2.2-ci maddələrinə, Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməlinin həmin Məcəllənin 180.2.1 və 180.2.4-cü maddələrinə tövsif edilməsi barədə düzgün nəticələrə gəlmiş, bu nəticələr işin faktiki hallarına uyğundur. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hal, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. - 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. - 83.1-ci maddəsinə əsasən cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. - 180.2-ci maddəsinin sanksiyasında həmin maddədə nəzərdə tutulmuş cinayət əməllərini törətmiş şəxslər barəsində üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinə əsaslanaraq qeyd edir ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün həmin Məcəllənin 58-ci maddəsində nəzərdə tutulmuş, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Yalnız belə olduqda, təqsirləndirilən şəxsə təyin olunmuş cəza ədalətli hesab edilə, sosial ədalətin bərpasını təmin edə, təqsirkara münasibətdə islahedici, digər şəxslərə münasibətdə isə xəbərdaredici rolunu oynaya bilər. Cinayət işi materiallarından görünür ki, hazırki iş üzrə cinayət əməllərini törədərkən Təqsirləndirilən şəxs3 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 1(003)-676/2023 nömrəli hökmü ilə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına, Təqsirləndirilən şəxs4 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(008)-694/2022 nömrəli hökmü ilə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına münasibətdə məhkumluqları ödənilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin hər birinə azadlıqdan məhrum etmə cəzasını və həddini təyin edərkən, onların müvafiq olaraq törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamaları, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə yuxarıda göstərilən qaydada əvvəllər məhkum olunmalarından ibarət şəxsiyyətlərini xarakterizə edən hallar, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslərlə barışıq əldə etmələri və sonunculara cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmələri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasından ibarət cəzanı yüngülləşdirən halların olması, təqsirləndirilən şəxslərin əməlində cəzanı ağırlaşdıran halın olmaması ilə yanaşı, Azərbaycan Respublikası CM-in 64.1-ci maddəsinin tələbinə uyğun olaraq, təqsirləndirilən şəxslərin törətdikləri soyğunçuluq cinayət əməllərinin sayı, konkret olaraq Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müvafiq olaraq bir, iki, üç və dörd epizod üzrə soyğunçuluq cinayət əməllərini törətmələri, həmin əməllərin törədilməsində faktiki iştiraklarının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında iştiraklarının əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə təsirlərini müvafiq qaydada azdan çoxa doğru nəzərə almaqla, onlar barəsində azadlıqdan məhrum etmə cəzasını müvafiq olaraq 3 il 6 ay, 4 il, 4 il 3 ay və 4 il 6 ay müddətə təyin etmişdir. Cinayət işi materiallarında olan,: - “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin 12 nömrəli şəhər poliklinikası tərəfindən 11 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs4 adına tərtib edilmiş ambulator kitabçadan çıxarışda (İV cild, səh. 47) sonuncunun 14 yanvar 2203-cü il tarixdən həmin tibb müəssisəsində “Hepatit B” xəstəliyi ilə əlaqədar dispanser qeydiyyatda olduğu göstərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş ********** nömrəli əlillik haqqında arayışda (İV cild, səh. 49) Təqsirləndirilən şəxs4 “Uşaq serebral iflici aşağı ətrafların parezi ilə” xəstəliyindən əziyyət çəkdiyinə görə İ dərəcəli əlillik təyin edildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs4 “Hepatit B” və “Uşaq serebral iflici aşağı ətrafların parezi ilə” xəstəliklərindən əziyyət çəkməsi və sonuncu xəstəliyə görə ona İ dərəcəli əlilliyin təyin edilməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi birinci instansiya məhkəməsi nəzərə almasa da, məhkəmə kollegiyası nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs4 cəza təyin edərkən yuxarıda göstərilən halları cəzanı yüngülləşdirən hal kimi nəzərə almasa da, sonuncu və Təqsirləndirilən şəxs3 hazırki iş üzrə cinayət əməllərini müvafiq olaraq Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli hökmü və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli hökmü ilə barələrində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına münasibətdə məhkumluqları ödənilmədən törətmələri Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinin tələbinə uyğun olaraq, onlar barəsində azadlıqdan məhrum etmə cəzasının birinci instansiya məhkəməsinin təyin etdiyi həddən də daha aşağı həddə təyin edilməsini qeyri-mümkün edir. Məhkəmə kollegiyası göstərilən səbəblərdən birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslər barəsində təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının hədləri ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Həm buna, həm də təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas mövcud olmadığına görə məhkəmə hökmünün təqsirləndirilən şəxslər barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi ilə bağlı dəyişdirilməsinə əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, müdafiəçilər Müdafiəçi2, Müdafiəçi5 və Müdafiəçi4, Təqsirləndirilən şəxs1 verdikləri apellyasiya şikayətləri əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 1(008)-454/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPMin 397.1, 397.2, 398.1.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs X2 müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5, Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi4 və Təqsirləndirilən şəxs1 verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 1(008)- 454/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-679/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-679/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver