Məhkəmə qərarları › İş №1(103)-68/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-68/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-68/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Əhmədov Zəfər Vahid oğlu (sədrlik edən, məruzəçi hakim), X18 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 201/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-201/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə (sədrlik edən A.Z.Rzayev) xx xxxxx 1959-cu ildə Bakı şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri, Kirov rayonu, Veteranov prospekti, ev 11, mənzil 169 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (min beş) manat məbləğində cərimə edilməsi, X27 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının X16 yaşayış yeri üzrə Probasiya idarəsinə həvalə edilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsinin baxılmamış saxlanılması hökm edilmişdir. İşin halları: X27 məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302 saylı evdə yaşadığı zaman qanunla və digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq onunla qonşuluqda Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı ünvanda yaşayan və həmin evin sahibi olan Zərərçəkmiş şəxs sözügedən əmlaka aid olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışının hüquqi qüvvəsində olduğuna məhəl qoymadan həmin sənədin qanuniliyini öz tərəfindən özbaşına təkzib edərək, ünvan 2 ünvanda yerləşən evin özünə məxsus olduğunu iddia edib həmin mülki mübahisəli məsələni qanunla nəzərdə tutulmuş qaydada məhkəmə yolu ilə mübahisələndirmək əvəzinə özbaşınalıq edərək 13 may 2023-cü il tarixdə ətrafda işləyən istintaqa məlum olmayan və cinayətdən xəbəri olmayan fəhlənin vasitəsi ilə ünvan 3 ünvanda yerləşən evin hasarının ortasını kəsib sökməklə qapı yeri açdırıb Zərərçəkmiş şəxs 2000 manat məbləğində, 26 may 2023-cü il tarixdə ətrafda işləyən istintaqa məlum olmayan və cinayətdən xəbəri olmayan fəhlənin vasitəsi ilə həmin evin darvazasını qaynaqlatdırıb və darvazanın qapısının kilidinin içərisinə mismar salmaqla həmin kilidi yararsız hala salıb Zərərçəkmiş şəxs 1500 manat məbləğində, 27 may 2023-cü il tarixdə həmin evin «COMMAX» markalı domofonunu balta ilə vurub sındıraraq Zərərçəkmiş şəxs 300 manat məbləğində, 02 iyun 2023-cü il tarixdə həmin hasarın bərpa olunmuş sementlənmiş hissəsini özü ilə gətirdiyi linglə və çəkiclə vurub bir neçə hissədə deşərək Zərərçəkmiş şəxs 200 manat məbləğində, vahid niyyətlə əhatə edilən qəsdlə qanunla və digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydalarına zidd olan hərəkətləri ilə Zərərçəkmiş şəxs üçün ümumilikdə 4000 manat məbləğində mühüm ziyan vurmaqla özbaşınalıq etmişdir. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-201/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Hökmdən Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-201/2024 nömrəli hökmünün mülki iddiaya aid hissədə ləğv edilib iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətlərinin dəlilləri və etirazlar: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29 aprel 2024ci il tarixli hökmü ilə X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.3 və 349.4-cü maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir: Hesab edirəm ki, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(008)-201/2024 saylı hökmü CPM-nin tələblərinə riayət edilmədən, qəbul edildiyindən, qanunsuz və əsassız hesab olunmaqla, ləğv edilməli, X23 Azərbaycan Respublikası CMnin 322.1-ci maddəsi ilə bəraət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 35-ci maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinin nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, məhkəmə X16 barəsində CM-nin 322.1-ci maddəsi ilə məhkum edilməsi barədə hökm qəbul edərkən, iş materiallarında X27 tərəfindən özbaşınalıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərin törədilib-törədilməməsi araşdırılmamış, təqsirləndirilən şəxs dəfələrlə məhkəmə iclasında X19ma məxsus hasarın onun tərəfindən sökülmədiyini, zərərçəkmiş şəxsə hər hansı maddi ziyan vurmadığını, hadisə baş verən zaman orada olan qonşu Mustafayeva Təranə və iş üzrə ibtidai istintaqı aparmış Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Orxan Səmədovun şahid qismində dindirilməsini xahiş etsə də, məhkəmə ittiham hökmünün əsası kimi yalnız zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş onun oğlu Nümayəndə ifadələrinə əsaslanmaq barəsində əsassız olaraq ittiham hökmü qəbul etmişdir. Məhkəmə hökmündə guya 08 iyun 2023-cü il tarixli videoyazıya baxış keçirilməsi haqqında protokola baxış keçirilməsi və guya X22 əlində ling və çəkiclə hasarı sökdüyünün müəyyən edilməsi qeyd edilsə də, təqsirləndirilən şəxsə nə ibtidai istintaq vaxtı, nə də məhkəmə istintaqı vaxtı hıəmin video görüntü ilə tanış olmamış, görüntüdə hansı əməllərinin onun tərəfindən CM-nin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli kimi tövsif edilməsi nə ittiham aktında, nə də məhkəmə hökmündə əsaslandırılmamışdır. Belə ki, təqsirləndirilən şəxs X27 1959-cu il təvəllüdlü olmaqla, əlində çəkic və ling olmuş olsa belə, hasarın ortasını kəsib sökməklə qapı yerini açması texniki cəhətdən mümkün deyildir. Belə ki, məhkəmə hökmündə məhkəmənin guya müəyyən etdiyi hal kimi, X22 cinayətdən xəbəri olmayan fəhlə vasitəsilə hasarı sökməsi qeyd edilsə də, videogörüntüdə guya özünün əlində çəkic və linglə şəxsən hasarı sökdüyü qeyd edilmişdir. Sabunçu rayon Məhkəməsi işə baxarkən yalnız zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş yaxın qohumu olan oğlunun ifadələrinə sübut qismində istinad edərək, işin faktiki hallarını nəzərə almamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin, hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Hesab edirəm ki, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü CPM-nin tələblərinə riayət edilmədən, qəbul edildiyindən, qanunsuz və əsassız hesab olunmaqla, ləğv edilməli, X24 Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə bəraət verilməsi qərar qəbul edilməlidir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Diqqətinizə çatdırırıq ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, bağlar evi, dalan 1 ünvanda yerləşən 302 A nömrəli bağ evi mülkiyyət hüququ üzrə mənə məxsusdur. Lakin təqsirləndirilən şəxs X7 müəyyən edilmiş davranış qaydalarına zidd olaraq, 2023- cü il may 13-də mənə məxsus həmin bağ evinin darvazasını özbaşına qaynaqladaraq tam yararsız hala salmış, həmçinin qapının kilidini və domafonu sındırmış, habelə bağın 4 metr hündürlüyündə olan daş hasarını söküb özü üçün qapı yeri açmışdır. Təqsirləndirilən şəxs X16 törətdiyi əməllə mənə ümumilikdə 4000 (dörd min) manat məbləğində maddi ziyan vurması işin ibtidai istintaqı zamanı tam sübuta yetirilmiş və X27 törətdiyi əmələ görə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Mən iş üzrə məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Prosessual məcəlləsinin 179.1, 179.2, 181.1. 181.1.2. 181.2, 181.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü maddələrinə əsasən təqsirləndirilən şəxs və mülki cavabdeh X12rşı mülki iddia qaldırıb, ondan törətdiyi cinayət əməli ilə mənə vurduğu 4000 (dörd min) manat məbləğində maddi ziyanın alınıb mənim xeyrimə ödənilməsi barədə qərar qəbul etməyi məhkəmədən xahiş etmişdim. Lakin birinci instansiya məhkəməsi mülki iddianın baxılmamış saxlanılması barədə əsassız qərar qəbul etmişdir. Məhkəmə mülki iddianın baxılmamış saxlanılması nəticəsinə gələrkən zərərin məbləği barədə işə sübutlar əlavə edilməsinə istinad etmişdir. Baxmayaraq ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxs və mülki cavabdeh X22 törətdiyi əməllə mənə 4000 (dörd min) manat məbləğində maddi ziyan vurması tam sübuta yetirildiyindən o, məhkəməyə verilmişdir. Belə olan halda məhkəmənin verdiyim mülki iddianın baxılmamış saxlanılması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Odur ki, məhkəmənin mübahisələndirilən hökmü mülki iddiaya aid hissədə əsassız və qanunsuz hesab edilərək ləğv edilməli və mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməlidir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-201/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-201/2024 nömrəli hökmünün mülki iddiaya aid hissədə ləğv edilib iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Dövlət ittihamçısı3 təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mülki iddianın təmin edilməsi hissəsində qanunvericiliyin tələblərinə uyğun həll edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apelyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili onun barəsində bəraət hökmü çıxarılmasından ibarət olmuş, zərərçəkmiş şəxs apellyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-201/2024 nömrəli hökmünün mülki iddiaya aid hissədə ləğv edilərək, mülki iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda şərh olunanlara əsasən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 392.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə kollegiyası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-201/2024 nömrəli hökmünün ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə bağlı təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərin uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərini protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olmasının tam sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə tövsif olunmuş, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar aşkar edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş təqsirləndirilən şəxs (mülki cavabdeh) X15 qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşıdır və ailəsi ilə birlikdə Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri, Kirov rayonu, Veteranov prospekti, ev 11, mənzil 169 ünvanında yaşayır. Hər ilin yay aylarında ünvan 5 ünvanında yaşayır. Həmin ev ona babasından miras qalmışdır. ünvan 7nə dair rəsmi çıxarış almasa da, qeyd olunan bağ sahəsi ona məxsusdur. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində təxminən 1 hektar 75 sota yaxın torpaq sahəsi babasına məxsus olmuş, daha sonra qohumlar arasında bölünmüşdür. O, uzun müddət Rusiya Federasiyasında yaşamasına baxmayaraq mütəmadi olaraq onlara məxsus bağ sahələrinə nəzarət etməsi üçün dayısı X14 pul göndərmişdir. X21 onun məlumatı olmadan ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən 302 saylı bağ sahəsindən 12 sot ölçüdə 302A saylı torpaq sahəsi ayıraraq X3. 2014-cü ilin yay aylarında X11 torpaq sahəsini satmasından məlumatı olmuş, Azərbaycan Respublikasına geri qayıtdıqdan sonra dəfərlərlə X35 ilə danışaraq X10 pulunu tələb etməsini, ona məxsus bağ sahəsini geri qaytarmasını bildirmişdir. X31 torpaq sahəsinə dair çıxarışı ona göstərərək torpaq sahəsinin onun mülkiyyətində olduğunu demişdir. 2018-ci il tarixdə X31 qeyd olunan torpaq sahəsini Zərərçəkmiş şəxs satmış, Zərərçəkmiş şəxs torpaq sahəsini aldıqdan sonra hasarın hündürlüyünü dörd mişar hündürlüyündə yüksəltmişdir. O, Zərərçəkmiş şəxs yaxınlaşaraq aldıqları bağ sahəsinin ona məxsus olduğunu, onların aldadıldığını, pullarını geri almalarını bildirmiş, lakin, Zərərçəkmiş şəxs onunla razılaşmamışdır. İttiham aktında, 13 may 2023-cü il tarixdə ətrafda işləyən istintaqa məlum olmayan və cinayətdən xəbəri olmayan fəhlənin vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən evin hasarının ortasını kəsib sökməklə qapı yeri açdırdığı, 26 may 2023-cü il tarixdə ətrafda işləyən istintaqa məlum olmayan və cinayətdən xəbəri olmayan fəhlənin vasitəsi ilə həmin evin darvazasını qaynaqlatdırıb və darvazanın qapsının kilidinin içərisinə mismar salmaqla həmin kilidi yararsız hala saldığı, 27 may 2023-cü il tarixdə həmin evin «COMMAX» markalı domofonunu balta ilə vurub sındırdığı, 02 iyun 2023-cü il tarixdə həmin hasarın bərpa olunmuş sementlənmiş hissəsini özü ilə gətirdiyi linglə və çəkiclə vurub bir neçə hissədə deşərək Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat məbləğində mühüm ziyan vurmaqla özbaşınalıq etdiyi göstərilsə də, o, Zərərçəkmiş şəxs məxsus evin hasarını sökdürməmiş, darvazasını qaynaqlatdıraraq darvazanın qapsının kilidini yararsız hala salmamış, evin domofonunu balta ilə vurub sındırmamışdır. O, prokurorluğa etdiyi müraciəti nəticələndikdən sonra hasarı sökdürmək üçün usta axtarmış, lakin, ustalar ev sahibini tanıdıqları üçün hasarı sökməkdən imtina etmişlər. Cinayət işinin ibtidai istintaq zamanı və ya Zərərçəkmiş şəxs tərəfindən ona torpaq sahəsinə dair rəsmi çıxarış təqdim edilməmişdir. Bağ sahələri arasındakı hasardan qapı yeri zərərçəkmiş şəxs tərəfindən o, Rusiya Federasiyasına qayıtdıqdan sonra onun torpağını zəbt etmək məqsədi ilə açılmışıdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evi onlara məxsusdur. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evi 29 aprel 2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 65000 manat müqabilində X20 alınmış, Zərərçəkmiş şəxs mülkiyyətinə keçməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə edilmişdir. Qeyd olunan bağ sahəsində daimi yaşamasalar da, sürücüləri Şahid1 mütəmadi olaraq bağa gedərək nəzarət etmişdir. Təqsirləndirilən şəxs X27 qonşuluqda yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302 saylı bağ evində yaşamış, daim narazıçılıq edərək onlara məxsus bağ sahəsinin babasına aid olduğunu bildirməklə onların bağ evində yaşamalarına mane olmuşdur. Zərərçəkmiş şəxs bağ sahəsinin ona məxsus olmasına dair çıxarışın surətini X23 təqdim etməsinə baxmayaraq X27 bununla razılaşmamışdır. 13 may 2023-cü il tarixdə qonşuluqda yaşayan Slavik adlı şəxs X37ə zəng edərək X16 usta gətirərək hasarların içərisindən qapı üçün nəzərdə tutulmuş yeri sökdürdüyünü bildirmiş, atası sürücüləri Şahid1 bağ sahəsinə getməsini xahiş etmişdir. Şahid1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evinə getdiyi zaman, hasarın ortasında qapı üçün nəzərdə tutulmuş yerin söküldüyünü görərək telefonu vasitəsi ilə qeydə alaraq WhatsApp ani mesajlaşma tətbiqi vasitəsi ilə Musa Abdullayevə göndərmiş, X23 öz iradını bildirərək, etdiyin əməlin cinayət olduğunu bildirmişdir. X27 hasarın orta hissəsini özünü sökdürdüyünü etiraf etmişdir. X37 sürücü tərəfindən ona göndərilmiş videogörüntünü anasına göndərərək X16 hərəkətləri barədə polis müraciət etməsini bildirmiş, Zərərçəkmiş şəxs 13 may 2023-cü il tarixdə X16 hərəkətləri barədə Sabunçu RPİ-nin 14-cü PB-yə şikayət ərizəsi ilə müraciət etmişdir. 2023-cü ilin may ayının sonlarında anası sürücü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evinə getmiş, Zərərçəkmiş şəxs açarla qapını açmaq istəmiş, lakin, aça bilməmişdir. Həmin vaxt evin darvazasının üzərində quraşdırılmış «COMMAX» markalı domofonda sındırılmış vəziyyətdə olmuşdur. Onlar bağ sahəsinə daxil olmaq üçün hasarın orta hissəsindən sındırılmış yerdən evin həyətinə daxil olmuş, ətrafa nəzər yetirdikləri zaman evin darvazasının içəri hissədən qaynaqla yapışdırıldığını, qapının kilid yerinə mismar salındığını görmüşlər. Zərərçəkmiş şəxs yaxınlıqda yaşayan Slavik adlı qonşudan darvazanın bu vəziyyətə salınması ilə bağlı məlumatının olub olmamasını soruşmuş, Slavik 26 may 2023-cü il tarixdə X16 usta gətirərək darvazanı içəri hissədən qaynaqlatdırdığını, 27 may 2023-cü il tarixdə X16 balta ilə qapının üzərinə quraşdırılmış domofonu sındırdığını bildirmişdir. 02 iyun 2023-cü il tarixdə Şahid1 yenidən Bakı şəhəri, Sabunçu rayonu,Bilgəh qəsəbəsi, 302A saylı bağ evinə getdiyi zaman X16 ling və çəkiclə yenidən bərpa edilmiş hasarı sökdüyünü görmüş, X17 hərəkətlərini sonlandırmasını xahiş etmiş, lakin, X2 əhəmiyyət verməyərək öz hərəkətlərini davam etdirmişdir. X27 hərəkətlərini sonlandırmağı üçün o, telefon vasitəsi ilə baş verənləri videolentə alaraq WhatsApp ani mesajlaşma tətbiqi vasitəsi ilə X37ə göndərmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs yenidən X5suz hərəkətləri barədə Sabunçu rayon prokurorluğuna müraciət etmişdir. X5suz hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat maddi ziyan dəymişdir. Mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanıyır. Belə ki, onların şəxsi ailə sürücüsüdür. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evi Zərərçəkmiş şəxs məxsusdur. Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evinə getmədiyi zaman, o, bağ evinə gedərək ağacları sulayır, bağ evinə nəzarət edir. X27 qonşuluqda 302 saylı bağ evində yaşayır. Zərərçəkmiş şəxs bağ evini aldıqdan sonra hasarın hündürlüyünü 4 mişar daşla qaldırmış, hasarın iç və çöl hissələrini sementləmişdir. X27 həmin bağ sahəsinin babasına məxsus olduğunu, Zərərçəkmiş şəxs tərəfindən qanunsuz zəbt edildiyini bildirərək təmir işlərinin aparılmasına narazıçılıq etmişdir. Zərərçəkmiş şəxs bağ sahəsinin ona məxsus olmasına dair çıxarışın surətini X23 təqdim etməsinə baxmayaraq X27 bununla razılaşmamışdır. 13 may 2023-cü il tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs əri Musa Abdullayev ona zəng edərək X16 usta gətirərək hasarların içərisindən qapı üçün nəzərdə tutulmuş yeri açdırdığını bildirərək, bağ sahəsinə getməsini xahiş etmişdir. O, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evinə getdiyi zaman, hasarın ortasında qapı üçün nəzərdə tutulmuş yerin söküldüyünü görərək telefonu vasitəsi ilə qeydə alaraq WhatsApp ani mesajlaşma tətbiqi vasitəsi ilə Musa Abdullayevə göndərmişdir. X15 yaxınlaşaraq ondan nə etdiyini soruşmuş, o, X23 öz iradını bildirərək, etdiyin əməlin cinayət olduğunu bildirmişdir. X27 hasarın orta hissəsini özünü sökdürdüyünü etiraf etmişdir. O, bu barədə Zərərçəkmiş şəxs və ərinə məlumat vermiş, onlar usta taparaq sökülmüş hissəni bərpa etdirməsini ondan xahiş etmişlər. Zərərçəkmiş şəxs 13 may 2023-cü il tarixdə X16 hərəkətləri barədə Sabunçu RPİ-nin 14-cü PB-yə şikayət ərizəsi ilə müraciət etmişdir. 2023-cü ilin may ayının sonlarında Zərərçəkmiş şəxs onu Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evinə aparmasını bildirmiş, onlar bağ sahəsinə çatdıqları zaman Zərərçəkmiş şəxs açarla qapını açmaq istəmiş, lakin, aça bilməmişdir. Həmin vaxtı evin darvazasının üzərində quraşdırılmış «COMMAX» markalı domofonda sındırılmış vəziyyətdə olmuşdur. O, bağ sahəsinə daxil olmaq üçün Zərərçəkmiş şəxs ilə birlikdə hasarın orta hissəsindən sındırılmış yerdən evin həyətinə daxil olmuş, ətrafa nəzər yetirdikləri zaman evin darvazasının içəri hissədən qaynaqla yapışdırıldığını, qapının kilid yerinə mismar salındığını görmüşlər. Zərərçəkmiş şəxs yaxınlıqda yaşayan Slavik adlı qonşudan darvazanın bu vəziyyətə salınması ilə bağlı məlumtaının olubolmamasını soruşmuş, Slavik 26 may 2023-cü il tarixdə X16 usta gətirərək darvazanı içəri hissədən qaynaqlatdırdığını, 27 may 2023-cü il tarixdə X16 balta ilə qapının üzərinə quraşdırılmış domofonu sındırdığını bildirmişdir. Daha sonra onlar qaynaq işini görən ustanı tapmış, usta onlara bildirmişdir ki, darvazanı X16 sifarişi əsasənda qaynaq etmişdir. O, X27 görüşmüş, X27 darvazanı qaynaqlatdırdığını, kilidi yararsız hala saldığını və domofonu sındırdığını etiraf etmişdir. O, növbəti gün usta taparaq darvazanı bərpa elətdirmiş, hasarın sökülmüş hissəsini yenidən hördürmüşdür. O, 02 iyun 2023-cü il tarixdə yenidən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evinə getdiyi zaman X16 ling və çəkiclə yenidən bərpa edilmiş hasarı sökdüyünü görmüş, X17 hərəkətlərini sonlandırmasını xahiş etmiş, lakin, X2 əhəmiyyət verməyərək öz hərəkətlərini davam etdirmişdir. X27 hərəkətlərini sonlandırmağı üçün o, telefon vasitəsi ilə baş verənləri videolentə alaraq WhatsApp ani mesajlaşma tətbiqi vasitəsi ilə Musa Abdullayevə göndərmişdir. Zərərçəkmiş şəxs yenidən X5suz hərəkətləri barədə Sabunçu rayon prokurorluğuna müraciət etmişdir. X5suz hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2006-cı ildən etibarən ünvan 6 ünvanında kirayə yaşayır. Zərərçəkmiş şəxs və onun ərini 2018-ci ildən qonşuluqda yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302A saylı bağ evinin sahibləri kimi tanıyır. X9 qonşuluqda Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302 saylı bağ evində yaşayır. X27 mütəmadi olaraq Ramiz Dadaşov və digər qonşularla mübahisə edərək onların yaşadığı bağ evlərinin onun babasına məxsus olduğunu bildirmişdir. 13 may 2023-cü il tarixdə, səhər saatlarında X27 ustaları onun həyətindən keçirərək Zərərçəkmiş şəxs məxsus bağ evi tərəfinə aparmış və sonradan ona məlum olmuşdur ki, o, hasarının orta hissəsini sökdürərək qapı üçün nəzərdə tutulmuş keçid yeri açdırmışdır. X23 yaxınlaşaraq nə baş verdiyini soruşduqda X27 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 302 saylı bağ sahəsinin ona məxsus olduğunu, Zərərçəkmiş şəxs bağ sahəsini qanunsuz olaraq aldığını bildirmişdir. O, Musa Abdullayevə zəng edərək baş verənlərlə bağlı məlumat vermiş, X33 Respublikasında olduğunu deyərək sürücünü göndərəcəyini bildirmişdir. Bir müddət sonra sürücü Şahid1 bağ evinə gələrək baş verənləri videogörüntüyə alaraq Musa Abdullayevə göndərmiş, həmçinin, hadisə barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. Daha sonra Sabunçu RPİnin əməkdaşları tərəfindən hadisə yerində araşdırılma aparılmışdır. 26 may 2023-cü il tarixdə, səhər saatlarında X27 usta gətirərək Zərərçəkmiş şəxs məxsus bağ evinin darvazasını içəri hissədən qaynaqlatdırmış, 27 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus bağ evinin giriş hissəsində quraşdırılmış domofonu sındırmışdır. Şahid1 usta taparaq hasarının orta hissəsində qapı üçün nəzərdə tutulan keçidi daşla hördürüb sementləyərək bərpa etdirmişdir. 02 iyun 2023-cü il tarixdə səs-küy səsləri eşidərək evdən çıxmış, X16 özü ilə gətirdiyi ling və çəkiclə Zərərçəkmiş şəxs məxsus bağ evinin hasarın bərpa olunmuş sementlənmiş hissəsini bir neçə hissədən sökdüyünü, Şahid1 hasara qalxaraq mobil telefon vasitəsi ilə X16 hərəkətlərini videolentə aldığını görmüşdür. O, baş verənlərə qarışmayaraq yaşadığı evə geri qayıtmışdır. Cinayət işinin 6-cı vərəqəsində olan AN-İ seriyalı ******* nömrəli, 29 aprel 2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X31 ünvan 7 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini Zərərçəkmiş şəxs satmışdır. Cinayət işinin 7-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli 14 may 2018-ci il tarixli çıxarışdan görünür ki, ünvan 7 Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmişdir. Cinayət işinin 8-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli 27 sentyabr 2012-ci il tarixli çıxarışdan görünür ki, ünvan 7 X25 adına rəsmiləşdirilmişdir. Cinayət işinin 32-ci vərəqəsində olan 08 iyun 2023-cü il tarixli video yazıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilmiş, baxış zamanı X16 əlində olan ling və çəkiclə hasarı sökdüyü müəyyən olunmuşdur. Cinayət işinin 42-ci vərəqəsində olan 09 iyun 2023-cü il tarixli götürmə haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi X16 əlində olan ling və çəkiclə Zərərçəkmiş şəxs evinin hasarını sökdüyü görüntüləri əks etdirən 01 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Cinayət işinin 45-46-cı vərəqəsində olan 10 iyun 2023-cü il tarixli video yazıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdi etdiyi 01 ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilmiş, baxış zamanı X16 əlində olan ling və çəkiclə hasarı sökdüyü müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X16 qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Həmçinin apelyasiya icraatında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş, məhkəmənin 21 yanvar 2021-ci il tarixli, 1(103)- 68/2025 saylı qərarı ilə təyin edilərək keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası nəticəsində əldə edilmiş 07 aprel 2025-ci il tarixli, 10/902-9/855 saylı ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: - Qərardadın birinci, ikinci və dördüncü sualları üzrə. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan işlərə sərf ediləcək materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəsna fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. - Qərardadın üçüncü sualı üzrə. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəsna fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Beləliklə, apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, X16 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Məhkəmə kollegiyası xatırladır ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X16 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X16 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Eyni zamanda zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayətinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)- 201/2024 nömrəli hökmünün mülki iddiaya aid hissədə ləğv edilib iddianın tam təmin olunması barədə qərar qəbul edilməsinə dair dəlillərinə münasibətdə qeyd edilir ki, vurulmuş ziyanın məbləği barədə sübutların mülki iddiaçı tərəfindən təqdim edilmədiyi, məhkəmə tərəfindən mülki iddiaçıya verilmiş vaxt ərzində, mülki iddiaçı tərəfindən bu hal aradan qaldırılmadığından birinci instansiya məhkəməsinin mülki iddianın baxılmamış saxlanılması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəldikdə qeyd edir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Belə ki, birinci instansiya məhkəməsi X16 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşını cəzasını yüngülləşdirən hal kimi nəzərə alıb, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməyərək onun törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alaraq onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Göründüyü kimi, apelyasiya icraatı zamanı təyin edilərək keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası nəticəsində əldə edilmiş 07 aprel 2025-ci il tarixli, 10/902- 9/855 saylı ekspertizanın dəyəri 55 (əlli beş) manat təşkil etmiş və məhkəmə məsrəfinin ödənilməsi təqsirlənirilən şəxsə aid edilməlidir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-201/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalı, 55 (əlli beş) manat ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X8, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 201/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X8, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Emin Mehdiyev, Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar