Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-682/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Azərbaycan Respublikası Baş Prokurorluğu DİMİ-nin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsinin nümayəndələri X4 və X2, Barəsində cinayət təqibinə xitam verilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, 13 oktyabr 1961-ci il tarixdə Ağdam rayonu, Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan, lakin məcburi köçkün olaraq Bakı şəhəri, Nərimanov rayonu, 37 saylı körpələr evi - uşaq bağçasında məskunlaşmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 1(004)-3/2021 nömrəli qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə (bundan sonra apellyasiya şikayəti) əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən tərtib olunmuş ittiham aktına əsasən Təqsirləndirilən şəxs sahibkarlıq funksiyalarını yerinə yetirərək, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin dövlət büdcəsinə ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 72, 78.1, 101, 103, 104, 105, 130.1, 159, 161.1, 174, 177, 180.1, 218, 219, 220 və 221-ci maddələrinin tələblərini pozaraq, qeydiyyatda olduğu vergi orqanına gəlir və xərclər barədə təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, 2011-ci ilin 4-cü – 2012-ci ilin 1-ci rübləri üzrə 4902,80 manat sadələşdirilmiş vergi, habelə vergi orqanına bəyannamə təqdim etməməklə, 2012-2013-cü illər üzrə 110966,89 manat gəlir vergisi, 2012-ci ilin iyul-avqust, oktyabr-dekabr, 2013-cü ilin fevral, aprel, iyul-avqust, oktyabr və 2014-cü ilin mart, iyul ayları üzrə 118885,76 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə, külli miqdar təşkil edən, 234755,45 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, hüquqi ünvanı ünvan 1entində (ləğv olunmuş Bakı Vergilər Departamenti) vergi ödəyicisi kimi qeydiyyata alınmış fiziki şəxs Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyəti göstərərək, Bakı şəhərində diri heyvanların topdan satışından əldə etdiyi hasilatı 2011-ci ilin 4-ci rübü üzrə 48540,00 manat, həmin hasilatdan 4 faiz dərəcə ilə ödənilməli sadələşdirilmiş vergi 1941,60 manat olduğu halda, vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan hasilatı 0,00 manat göstərərək 1941,60 manat məbləğində sadələşdirilmiş vergini; 2012-ci ilin 1-ci rübü üzrə diri heyvanların topdan satışından əldə etdiyi hasilatı 75030,00 manat, həmin hasilatdan 4 faiz dərəcə ilə ödənilməli sadələşdirilmiş vergi 3001,20 manat olduğu halda, vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan hasilatı 1000,00 manat, həmin hasilatdan 4 faiz dərəcə ilə ödənilməli sadələşdirilmiş vergini 40.00 manat göstərərək 2961.20 manat məbləğində sadələşdirilmiş vergini; 2012-ci il ərzində əldə etdiyi gəliri 355957,63 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 135580,47 manat, vergiyə cəlb olunan gəliri 220377.16 manat. 20 faiz dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisi 44075,43 manat olduğu halda, 2012-ci il üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməməklə 44075,43 manat məbləğində gəlir vergisini; 2013-cü il ərzində əldə etdiyi gəliri 481720,34 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 147263.04 manat, vergiyə cəlb olunan gəliri 334457,30 manat. 20 faiz dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisi 66891,46 manat olduğu halda, 2013-cü il üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməməklə 66891.46 manat məbləğində gəlir vergisini; 2012-ci ilin iyul ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 18270,56 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 3288,70 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 3288,70 manat məbləğində ƏDV-ni; avqust ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 71099,00 manat. 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 12797,82 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 12797.82 manat məbləğində ƏDV-ni; oktyabr ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 25589,28 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 4606,07 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 4606,07 manat məbləğində ƏDV-ni; noyabr ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 53491.45 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 9628,46 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 9628,46 manat məbləğində ƏDV-ni; dekabr ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 51127,00 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 9202,86 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 9202,86 manat məbləğində ƏDV-ni; 2013-cü ilin fevral ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 60242,67 manat. 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 10843,68 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 10843,68 manat məbləğində ƏDV-ni; aprel ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 20458,06 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 3682,45 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 3682,45 manat məbləğində ƏDV-ni; iyul ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 115957,00 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 20872,26 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 20872,26 manat məbləğində ƏDV-ni; avqust ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 71267,62 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 12828,17 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 12828,17 manat məbləğində ƏDV-ni; oktyabr ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 66531,89 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 11975,74 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 11975,74 manat məbləğində ƏDV-ni; 2014-cü ilin mart ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 92599,06 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 16667.83 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 16667,83 manat məbləğində ƏDV-ni; iyul ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 13842,89 manat. 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 2491,72 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsini vergi orqanına təqdim etməməklə 2491,72 manat məbləğində ƏDV-ni hesablamamaqla. nəticədə cəmi 118885,76 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 234755,45 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməklə cinayət məsuliyyətindən azad edilmiş, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilmiş, barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərar onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş, iş üzrə mülki iddia baxılmamış saxlanılmış və hazırki iş üzrə şəxsin inzibati məsuliyyət məsələsi həll edildikdən sonra mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah olunmuşdur. Birinci instansiya məhkəməsi həmin qərarı çıxararkən belə nəticəyə gəlmişdir ki, sübutların məcmusu ilə, o cümlədən təkrar və komission məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri və cinayət işində olan digər materiallarla fiziki şəxs Təqsirləndirilən şəxs 31703,51 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaları tamamilə sübuta yetirilmiş, lakin, hazırda Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli, 68-VİQD saylı Qanununa əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsinin “Qeyd” hissəsi yeni redaksiyada verilmişdir. Həmin Qanun 2020-ci il iyunun 1-dən qüvvəyə minmişdir. Dəyişikliklədən sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsinin “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilmişdir; “Bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür”. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş dəyişikliyə əsasən Təqsirləndirilən şəxs tərəfindən 31.703,51 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə ödənilməkdən yayındırılması cinayət tərkibi yaratmır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan Azərbaycan Respublikasının CM-nin 213-cü maddəsinin “Qeyd” hissəsi dəyişdirildiyindən, dəyişikliyə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olması və cəzalanmalı olması aradan qalxdığından onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli, o cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək qərarın ləğv edilməsini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş mülki iddianı tam təmin edilməsini, Təqsirləndirilən şəxs tərəfindən 234755,45 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması nəticəsində vurulan həmin məbləğdə ziyanın (verginin) ondan tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilib onun həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarda məhkəmə istintaqı zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2019-cu il tarixli 12400 nömrəli təkrar və 05 fevral 2020-ci il tarixli 28211 nömrəli komission məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri “mötəbər” sübut hesab edilmişdir. Halbuki, komission məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, ekpert heç bir əlavə araşdırma aparmamış, 18 oktyabr 2019-cu il tarixli, 12400 nömrəli rəyi tamamilə təkrar köçürməklə kifayətlənmişdir. Hər iki rəydə "xxxx" MMC tərəfindən tərtib olunmuş 07 avqust 2019-cu il tarixli Heyvandarlıq təsərrüfatının qiymətləndirilməsi üzrə hesabata istinad olunmuşdur. Lakin qeyd olunan hesabat mühasibat uçotu haqqında qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün uçot sənədi hesab oluna və xərc sənədi kimi nəzərə alına bilməz. Belə ki, "Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarında qeyd olunduğu kimi, ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə aşağıdakı zəruri rekvizitləri əks etdirməlidir: ciddi hesabat blanklarının sifarişçisi; fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı və VÖEN-i; hüquqi şəxs olduqda adı və VÖEN-i; ciddi hesabat blanklarını çap edən şəxsin adı və VÖEN-i, bu blankları təkrar çapdan müdafiə etmək məqsədi ilə gizli nişanları (xüsusi emblemi, toru, qoloqramı, su nişanları, xüsusi gizli nişanlarından istifadə etməklə, blankların müxtəlif yerlərində şəxsin adı və VÖEN-i; ciddi hesabat blanklarının adı, seriya və nömrəsi; təsərrüfat əməliyyatlarının məzmununu və ölçülərini əks etdirən məlumat qrafaları. Bununla yanaşı, qeyd olunan hesabatda diri heyvanların topdan satışı ilə məşğul olan Təqsirləndirilən şəxs tərəfindən gətirilmiş heyvanların satılmadan öncə hansı müddətdə saxlanılması, həmin müddətlər üzrə onlara çəkilən xərclərlə bağlı heç bir məlumat əks olunmamışdır. Bu səbəbdən "xxxx" MMC tərəfindən verilmiş sözügedən hesabat çəkilmiş xərclərlə bağlı faktiki vəziyyəti əks etdirə bilməzdi. Bundan başqa, fiziki şəxs Təqsirləndirilən şəxs hesablanmış vergilərlə razı olmadığından, ona hesablanmış vergilərin silinməsi və ləğv edilmiş Bakı Vergilər Departamentinin (Hazırda Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) Vergilərin hesablanması barədə” 22 iyul 2015-ci il tarixli **********24132 saylı qərarının ləğv edilməsi və əsassız hesablanmış vergi borcu üzrə 234755,45 manat, maliyyə sanksiyası üzrə 115606,34 manat olmaqla, cəmi 350361,79 manat məbləğində borcun silinməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli 2-1(81)- 4046/2015 saylı qərarı ilə fiziki şəxs Təqsirləndirilən şəxs iddiası rədd edilmişdir. Həmin iş üzrə apellyasiya və kassasiya məhkəmələrində məhkəmə prosesləri keçirilmiş, nəticə etibarı ilə Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 2017-ci il tarixli və Ali Məhkəmənin 13 dekabr 2017-ci il tarixli qərarları ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.11.2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayətinə əlavə verərək, vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin işçilərinin, obyektinin (fermasının) olması, habelə heyvanların kökəldilməsi üçün yemin alınması müəyyən edilməmiş, kəsim məqsədilə idxal olunmuş diri xirda və iribuynuzlu heyvanların qalıqda olmaması səbəbindən onlar satış kimi qiymətləndirilmişdir. Vergi Məcəlləsinin 14.3.1-ci maddəsində idxal-ixrac əməliyyatları aparıldıqda bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması öz əksini tapmışdır. “Azərekspertiza” Birliyinin 10.04.2015-ci il tarixli rəyinə əsasən diri çəkidə 1 kq-nın orta bazar satış qiyməti xırda buynuzlu heyvanlarının 4,0 manat, iri buynuzlu heyvanların 3,0 manat olmuşdur (ƏDV ilə birgə). İttiham aktından da göründüyü kimi, Birliyin baş eksperti Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində heyvanların satış qiymətləri müəyyən edilərkən onların xarici ölkədən Azərbaycan Respublikasına gətirilən zaman daşınma, gömrük, satış, vergi və sair xərclər əlavə olunduqdan sonra daxili bazarda ola biləcək təxmini orta bazar qiymətlərinin də nəzərə alındığını qeyd etmişdir. Bundan əlavə, 2013cü və 2014-cü illər üzrə ölkə ərazisində iribuynuzlu heyvanların diri formada satış qiyməti (kiloqram üzrə) barədə orta statistik məlumatların təqdim edilməsi barədə Dövlət Statistika Komitəsinə vergi orqanı tərəfindən müraciət edilmişdir. Komitənin 13 may 2016cı il tarixli 02/1-188 nömrəli cavab məktubunda 1 kq mal ətinin diri çəkidə qiymətinin 2013-cü il üzrə 3,28 manat, 2014-cü il üzrə 3,43 manat olduğu qeyd edilmişdir, (yazışmalar əlavə edilir). "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” 27 noyabr 2001-ci il tarixli qanunun preambulasında bu qanunun kənd təsərrüfatı məhsulları istehsalını artırmaq və bu sahədə sahibkarlığın inkişafını sürətləndirmək məqsədi ilə qəbul edildiyi qeyd edilmişdir. Göründüyü kimi kənd təsərrüfatı məhsullarının, hazırkı halda iri və xırda buynuzlu heyvanların yalnız idxalına dair sənədlər bu fəaliyyətin kənd təsərrüfatı məhsullarının istehsalı kimi təqdim edilməsinə kifayət etmir və beləliklə, qanunun yuxarıda qeyd edilən məqsədlərinə xidmət etmir. Ayrı-ayı vaxtlarda həyata keçirilmiş idxal üçün təqdim olunmuş yük gömrük bəyannamələrində olan rəsmi məlumatlarından da göründüyü kimi, vergi ödəyicisi tərəfindən: 03 oktyabr 2012-ci il tarixində ümumi çəkisi 14.900 kq olmaqla cəmi 22 baş iri buynuzlu heyvan idxal edilmiş və 1 baş iri buynuzlu heyvanın orta çəkisi 677 kq olmuşdur; 28 noyabr 2012-ci il tarixində ümumi çəkisi 14.760 kq olmaqla cəmi 22 baş iri buynuzlu heyvan idxal edilmiş və 1 baş iri buynuzlu heyvanın orta çəkisi 671 kq olmuşdur; 28 noyabr 2012-ci il tarixində ümumi çəkisi 15.730 kq olmaqla cəmi 21 baş iri buynuzlu heyvan idxal edilmiş və 1 baş iri buynuzlu heyvanın orta çəkisi 749 kq olmuşdur; 26 dekabr 2012-ci il tarixində ümumi çəkisi 17.000 kq olmaqla cəmi 30 baş iri buynuzlu heyvan idxal edilmiş və 1 baş iri buynuzlu heyvanın orta çəkisi 566 kq olmuşdur; 08 aprel 2013-cü il tarixində ümumi çəkisi 12.230 kq olmaqla cəmi 19 baş iri buynuzlu heyvan idxal edilmiş və 1 baş iri buynuzlu heyvanın orta çəkisi 643 kq olmuşdur; 15 iyul 2014-cü il tarixində ümumi çəkisi 14.110 kq olmaqla cəmi 295 baş xırda buynuzlu heyvan idxal edilmiş və 1 baş xırda buynuzlu heyvanın orta çəkisi 47 kq olmuşdur. Qeyd olunanlardan aşkar surətdə aydın olur ki, iri və xırda buynuzlu heyvanların idxalı zamanı olan çəkisi kifayət qədər çox olmuş və bu hal həmin heyvanların hər hansı qulluğa, yaxud kökəltməyə ehtiyac olmadan satışa yararlı olmasını və məhz bu məqsədlə idxal edildiyini sübut edir. Digər tərəfdən, inzibati iş üzə Ali Məhkəmənin 13 dekabr 2017-ci il tarixli 2-1 (102)-1481/17 nömrəli qərarında da qeyd edildiyi kimi heyvanların kökəldilməsi üçün deyil, məhz birbaşa satılması üçün idxal olunmasını Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən alınmış razılıq məktubları təsdiq edir. Belə ki, həmin məktublarda təqsirləndirilən şəxs tərəfindən kəsim (bilavasitə satış) məqsədi ilə heyvanların respublikaya gətirilməsi üçün müraciət olunduğu bildirilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmamış, sadəcə olaraq belə məhsulların idxal olunaraq satışı ilə məşğul olmuşdur. Həmçinin, yoxlanılan dövrdə sahibkarın işçilərinin, fermasının və ya digər təsərrüfat subyektinin olması, habelə heyvanların kökəldilməsi üçün yemin alınması aşkar edilməmişdir. Beləliklə, sahibkarın idxal etdiyi heyvanlar bilavasitə satış kimi qiymətləndirilərək əldə edilmiş gəlir yoxlama ilə vergiyə cəlb edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə çıxışlarında zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsini, verilmiş mülki iddianı tam təmin edilməsini, Təqsirləndirilən şəxs tərəfindən 234755,45 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması nəticəsində vurulan həmin məbləğdə ziyanın (verginin) ondan tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini, habelə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilib onun həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə çıxışında Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı məhkəmə çıxışında dövlət ittihamçısı zərərçəkmiş şəxsin , eyni zamanda mülki iddiaçının mövqeyini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 1(004)-3/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, fəaliyyəti isə Rusiya Federasiyasından iri və xırda buynuzlu heyvanları idxal edərək, həmin heyvanların saxlanması, bəslənməsi və böyüdülüb Azərbaycan Respublikasında satılmasından ibarət olmuşdur. 17 noyabr 2011-ci il tarixdən 15 iyul 2014-cü il tarixədək olan dövrdə 1627 baş iri və xırdabuynuzlu heyvanları Rusiya Federasiyasından idxal edərək bir müddət Bakı şəhəri, Yasamal rayonu, Alatava 2, ev 97a ünvanda yerləşən şəxsi evinin həyətində, daha sonra Abşeron rayonu, Masazır qəsəbəsi, Duzlu gölə yaxın ərazidə yerləşən Şahid2 məxsus fermada heç bir icarə müqaviləsi və ya rəsmi sənəd olmadan arvadı X.A.Axundova ilə birlikdə saxlamışdır. Həmin heyvanları Bakı ətrafı ərazilərdə, eləcə də Bakı şəhərinin kəndlərində, Maştağada, Bərdə rayonunda, Gəncə şəhərində, Ağcəbədi rayonunda olan heyvan bazarlarında satmışdır. Fəaliyyəti ilə bağlı mühasibi olmadığı üçün bütün sənədləşmə işlərini özü həyata keçirmişdir. Vergilərin ödənilməsinə cavabdeh şəxs özü olmuş, göstərdiyi fəaliyyət kənd təsərrüfatı fəaliyyəti olmuşdur. Vergi orqanı tərəfindən hesablanmış vergilərlə razı olmadığı üçün vergi orqanına fəaliyyəti ilə bağlı bəyannəmə təqdim etməmiş və vergiləri ödəməmişdir. Vergi əməkdaşları dəfələrlə şişirtməklə ona vergi hesablamışlar. Məhkəmə istintaqı zamanı təyin edilmiş təkrar və komission məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri ilə də bir daha təsdiq edilir ki, həmin məbləğlər şişirdilmişdir. Həmin rəylərdə müəyyən edilmiş məbləğlər isə cinayət məsuliyyəti yaratmadığı üçün barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi A.Sofiyeva elan olunmuş ittiham üzrə ifadə verərək dövlət büdcəsinə ödənilməkdən yayındırılmış 234.755,45 manat məbləğində vergilərin Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs ilə 2012-ci ildə Maştağa qəsəbəsində yerləşən heyvan bazarında tanış olduğunu, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Duzlu gölün yanında, Zəngilan rayonundan olan məcburi köçkünlər üçün tikilmiş şəhərciyin yaxınlığında olan fermanın ona və ailəsinə məxsus olduğunu, həmin fermanı kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün tikdiklərini, lakin bu fəaliyyətlə məşğul ola bilmədiklərini, buna görə də həmin fermanın boş qalmaması üçün heç bir əsas olmadan kömək məqsədi ilə 2012-ci ilin aprel ayından etibarən Təqsirləndirilən şəxs istifadəyə verdiklərini, buna görə ondan heç bir haqq almadığını, Təqsirləndirilən şəxs Rusiya Federasiyasından gətirdiyi heyvanları həmin fermada saxlayıb satdığını, lakin həmin heyvanları hansı müddətdə fermada saxlanması barədə məlumatı olmadığını, heyvanların satışını heyvan bazarlarında, o cümlədən Maştağa qəsəbəsində, Bərdə rayonunda, Gəncə şəhərində, Ağcəbədi rayonunda olan heyvan bazarlarında həyata keçirdiyini, lakin onun işinə qarışmadığını və onunla iş birliyi olmadığını, vaxtı olduqca gedib fermanın vəziyyəti ilə maraqlandığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, ləğv olunmuş Bakı Vergilər Departamentinin 19 yanvar 2015-ci il tarixli **********852768 saylı qərarına əsasən fiziki şəxs Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyəti ilə bağlı səyyar vergi yoxlaması aparmışdır. Yoxlama zamanı müəyyən etmişdir ki, vergi ödəyicisi vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edərək və bəyannamə təqdim etməyərək, 2011-ci ilin 4-cü – 2012-ci ilin 1-ci rübləri üzrə 4902,80 manat sadələşdirilmiş vergi, habelə vergi orqanına bəyannamə təqdim etməməklə, 2012-2013-cü illər üzrə 110966,89 manat gəlir vergisi, 2012-ci ilin iyul-avqust, oktyabr-dekabr, 2013-cü ilin fevral, aprel, iyul-avqust, oktyabr və 2014-cü ilin mart, iyul ayları üzrə 118885,76 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə, 234755,45 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Qeyd olunanlar 16 iyun 2015-cı il tarixli **********891305 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş ”AzərEkspertiza” Birliyinin baş eksperti Şahid4 ifadəsində Vergilər Nazirliyi yanında ləğv olunmuş Bakı Vergilər Departamentinin rəhbərliyi tərəfindən qəbul edilmiş 29 mart 2015-ci il tarixli ekspertizanın təyin edilməsi haqqında qərara əsasən, fiziki şəxs Təqsirləndirilən şəxs (VÖEN: **********) tərəfindən 01 dekabr 2011-ci il tarixdən 30 noyabr 2014-cü il tarixədək olan dövr üzrə idxal edilmiş diri xırda və iribuynuzlu heyvanların (ətlik inək və qoyunlar) topdansatış bazar qiymətinin müəyyən edilməsi üçün ekspert qismində dəvət olunduğunu, tərəfindən keçirələn ekspertiza zamanı, Bakı şəhəri və ətraf kəndlərində, Respublikanın digər regionlarında, o cümlədən Quba-Xaçmaz, Cəlilabad, Masallı, Bərdə, Balakən, Zaqatala rayonlarında iri və xırda buynuzlu heyvanların diri çəkilərinin orta bazar qiymətlərini müəyyən etmək üçün həmin rayonlarda yerləşən müvafiq satış məntəqələrindən, eləcə də X1 rəsmi saytından və heyvanların alqı-satqısına dair elanların olduğu internet saytlarından, televiziya, radio və mətbuatdan əldə edilmiş məlumatlara əsasən, vergi yoxlamasının əhatə etdiyi dövrlərdə Təqsirləndirilən şəxs idxal etdiyi diri çəkidə iri buynuzlu heyvanların (inəklərin) Azərbaycan Respublikası ərazisində diri halda 1 kq-nın topdan satış bazar qiyməti, əlavə dəyər vergisi daxil olmaqla 3,00) manat olmasını, idxal etdiyi diri çəkidə xırda buynuzlu heyvanların (qoyunların) Azərbaycan Respublikası ərazisində diri halda 1 kq-nın topdan satış bazar qiyməti, əlavə dəyər vergisi daxil olmaqla 4,00 manat olmasını müəyyən edtdiyini, aparılmış ekspertizanın nəticəsinə dair tərəfindən, 10 aprel 2015-ci il tarixli ekspert rəyinin tərtib olunaraq, Bakı Vergilər Departamentinə göndərildiyini, Təqsirləndirilən şəxs tərəfindən idxal edilmiş iri buynuzlu və xırda buynuzlu heyvanların (inəklərin) diri halda 1 kq-nın topdan satış bazar qiymətinin müəyyən edilməsi zamanı, digər ölkələrdəki qiymətləri, onların daşınaraq Respublikaya gətirildiyi zaman daşınma, gömrük, satış, vergi və sair xərclərinin də əlavə olunduqdan sonrakı daxili bazarda ola biləcək təxmini orta bazar qiymətlərinin də nəzərə alındığını qeyd etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs 2011- 2012-ci illərdən tanıdığını, 2012-ci ilin payız aylarında Maştağa qəsəbəsində olan heyvan bazarına heyvan almağa getdiyini, həmin vaxt Təqsirləndirilən şəxsla rastlaşdığını və onun Masazırda yerləşən fermasından 5 baş iribuynuzlu heyvan aldığını, lakin həmin heyvanların ölkəyə nə vaxt gətirilməsi barədə məlumatı olmadığını, eyni zamanda özünün yonca sahələri olduğu üçün Təqsirləndirilən şəxs 2012-2014-cü illər ərzində müxtəlif vaxtlarda heyvanları yemləmək üçün yonca satdığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o uzun müddətdir ki, yük maşını sürür, ən çox mal-qara bazarlarında olmaq şərti ilə müxtəlif yerlərə yüklər çatdırır, Təqsirləndirilən şəxs də həmin bazarda tanımışdır. O həmin bazardan Təqsirləndirilən şəxs aldığı heyvanları və bundan başqa müxtəlif yem məhsullarını onun yaşadığı yerə aparmışdır. Həmçinin bildirmişdir ki, ən çox, “Karmen” firmasının məhsulu olan kəpək və yem məhsullarını Masazırda yerləşən, Duzlu gölün qırağındakı fermaya gətirirmiş, hər həftə üç-dörd ton yem gətirirmiş və həmin yemlərin kilosu 28-30 qəpik arası dəyişirmiş. Həmin fermada Təqsirləndirilən şəxs iri və xırda buynuzlu heyvanlar saxlayaraq kökəltdikdən sonra satırmış. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, İmişli rayonunda yaşayır və orada özüməməxsus torpaq sahələrində yonca əkib-becərir. Sonra isə həmin otu satmaqla məşğul olur. Təqsirləndirilən şəxs də ondan mütəmadi olaraq ot alırmış. O yoncanı yerində, yəni yaşadığı İmişli rayonda satırmış, Nəsir də otu gəlib alırmış, özü gəlmədiyi vaxtlarda isə yük maşını göndərirmişdir. Bu satış təxmini 2011-2014-cü illərdə olmuş və həmin müddətdə Nəsir hər ay ondan yonca almışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. 2011-ci il tarixdən 2014-cü il tarixədək olan dövrdə xeyli sayda iri və xırdabuynuzlu heyvanları Rusiya Federasiyasından idxal edərək, bir müddət Bakı şəhəri, Yasamal rayonu, Alatava 2, ev 97a ünvanda yerləşən şəxsi evlərinin həyətində, daha sonra isə Abşeron rayonu, Masazır qəsəbəsi, Duzlu gölə yaxın ərazidə yerləşən fermada həyat yoldaşı ilə birlikdə həmin heyvanları saxlayıb, bəsləyib və böyütmüşlər. Daha sonra Nəsir həmin heyvanları bazarlarda satırmış. Həyat yoldaşının fəaliyyəti ilə bağlı mühasibi olmamış və fəaliyyəti ilə bağlı bütün sənədləşmə işlərini özü həyata keçirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2019-cu il tarixli 12400 saylı təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış vergilərin ümumilikdə məbləği 31.703,51 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2020-ci il tarixli 28211 saylı komission məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış vergilərin ümumilikdə məbləği 31703,51 manat müəyyən edilir. Bundan əlavə ekspert təqdim edilmiş iş materiallarına əsasən müəyyən edir ki, 30 mart 2016-cı il tarixli 4557 saylı rəylə 18 oktyabr 2019-cu il tarixli 12400 saylı rəy arasında olan ziddiyyətlərin səbəbləri təqdim edilmiş əlavə sənədlərin əsasında yaranmışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə ödəməkdən yayındığı vergilərin məbləği müəyyən edilərkən “Vergilərin hesablanması barədə” 22 iyul 2015-ci il tarixli **********24132 saylı qərar deyil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2019-cu il tarixli 12400 saylı təkrar və 05 fevral 2020-ci il tarixli 28211 saylı komission məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, vergi orqanı tərəfindən səyyar yoxlama aktı tərtib edilərkən Təqsirləndirilən şəxs çəkdiyi heç bir xərc nəzərə alınmamışdır. Halbuki, məhkəmə istintaqı zamanı aparılan araşdırmalar zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xarici ölkədən gətirdiyi iri və xırda buynuzlu heyvanları uzun müddət ərzində saxlamış və bundan sonra satmışdır. Yəni, həmin heyvanlara görə nəqliyyat, yemləmə və digər zəruri xərclər çəkmişdir. Məhkəmə istintaqı zamanı keçirilmiş təkrar və komission məhkəmə-mühasibatlıq ekspertizaları zamanı həmin xərclər nəzərə alınmış və iş üzrə obyektiv rəy verilmişdir. “Vergilərin hesablanması barədə” 22 iyul 2015-ci il tarixli **********24132 saylı qərarın ləğv edilməsi barədə Təqsirləndirilən şəxs iddia tələbinin 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli 2-1(81)-4046/2015 saylı qərarı ilə rədd edilməsi və həmin qərarın hazırki iş üzrə preyudisial hüquqi əhəmiyyət daşıması barədə ittiham tərəfinin mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən qərarın preyudisiallığı yalnız “Vergilərin hesablanması barədə” 22 iyul 2015-ci il tarixli **********24132 saylı qərara münasibətdə qəbul edilə bilər, lakin orada hesablanmış vergi məbləğinə münasibətdə deyil. Belə ki, həmin məhkəmə mübahisəsinin predmeti hesablamış vergilərin məbləği ilə bağlı olmamış, ümumiyyətlə vergi aktınının və müvafiq vergi qərarının əsassızlığı ilə bağlı olmuşdur. Həmin iş üzrə iddia tələbində Təqsirləndirilən şəxs kənd təsərrüfatı sahəsində fəaliyyət göstərdiyi üçün ümumiyyətlə vergi ödəyicisi olmadığını bildirmiş, lakin məhkəmə onun bu arqumentini qəbul etməyərək iddiasını rədd etmişdir. Qeyd edilən iş üzrə Təqsirləndirilən şəxs tərəfindən hesablanmış vergi məbləği mübahisələndirmədiyi üçün dövlət büdcəsinə ödənilməkdən yayındırılmış verginin məbləğinin hesablanması üçün hər hansı araşdırma aparılmamışdır. Beləliklə də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli 2-1(81)-4046/2015 saylı qərarı fiziki şəxs Təqsirləndirilən şəxs vergidən yayınma faktına münasibətdə preyudisiallıq yaratsa da, yayındırılmış vergilərin məbləğinə münasibətdə preyudisiallıq yaratmamışdır. Birinci instansiya məhkəməsində toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, şahidlərin və zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmə baxışı zamanı verdiyi ifadələri, təkrar və komission məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri və cinayət işində olan digər materiallar ilə fiziki şəxs Təqsirləndirilən şəxs 31703,51 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması tamamilə sübuta yetirilmişdir. Lakin, hazırda onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli, 68-VİQD saylı Qanununa əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsinin “Qeyd” hissəsi yeni redaksiyada verilmişdir. Həmin Qanun 2020-ci il iyunun 1-dən qüvvəyə minmişdir. Dəyişiklikdən sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsinin “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilmişdir; “Bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür”. Görünüdüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş dəyişikliyə əsasən Təqsirləndirilən şəxs tərəfindən 31.703,51 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə ödənilməkdən yayındırılması cinayət tərkibi yaratmır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsinin “Qeyd” hissəsi dəyişdirildiyindən, dəyişikliyə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olması və cəzalanmalı olması aradan qalxdığından onun barəsində Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi, o cinayət məsuliyyətindən azad edilməsi və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Təqsirsizlik prezumpsiyasını müəyyən edən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ bəndinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İİİ bəndinə görə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Məhkəmə kollegiyası qanunvericliyin tələblərinə əsaslanaraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin Məcəllənin 138.1-ci maddəsinə görə sübut etmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Qeyd olunan normaların mənasından göründüyü kimi, heç bir sübut, o cümlədən ekspert rəyi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Həmçinin qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə olunmuş sübutların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Təqsirləndirilən şəxs tərəfindən tərəfindən cinayət işi üzrə dövlət büdcəsinə ödənilməsindən yayındırılmış vergilərin ümumi məbləğinin 31703,51 manat təşkil etməsi barədə iş üzrə verilmiş əlavə komisyon məhkəmə-mühasibat ekspertizasının rəyinin mötəbərliyini şübhə altına almağa hər hansı bir hal mövcüd deyildir, həmin məbləğ iş üzrə toplanmış digər sübutlara da uyğundur. Mülki iddiaçının apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs hesablanmış vergilərin silinməsi və vergi orqanının 22 iyul 2015-ci il tarixli **********24132 saylı qərarının ləğv edilməsi və əsassız hesablanmış vergi borcu üzrə 234755,45 manat, maliyyə sanksiyası üzrə 115606,34 manat olmaqla, cəmi 350361,79 manat məbləğində borcun silinməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli qərarı ilə iddiası rədd edilmiş, həmin iş üzrə apellyasiya və kassasiya məhkəmələrində məhkəmə prosesləri keçirilmiş, nəticə etibarı ilə Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 2017-ci il tarixli və Ali Məhkəmənin 13 dekabr 2017-ci il tarixli qərarları ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətində həmin məhkəmə aktlarına istinad edilməklə vergi ödəyicisinə hesablanmış 234755,45 manat məbləğində borc məbləğinin əsaslı hesab edilməsini düzgün yanaşma olmamışdır. Belə ki, əvvəla həmin məhkəmə aktları 234755,45 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutulmasını özündə ehtiva etmir. Digər tərəfdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.7-ci maddəsinə əsasən məhkəmənin mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir. Həmin inzibati iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktlarının məzmunundan göründüyü kimi Təqsirləndirilən şəxs kənd təsərrüfatı məqsədilə heyvanların yetişdirilməsi üçün yer (ferma) işlətməsi barədə həmin vaxt mötəbər sübutlar təqdim etmədiyindən onun iddiası rədd olunmuşdur. Halbuki, hazırki cinayət işi üzrə çoxsaylı şahid ifadələri Təqsirləndirilən şəxs idxal etdiyi heyvanları kənd təsərrüfatı məqsədilə heyvanların saxlanılması üçün yerdə bir müddət yetişdirilməsi kifayət qədər öz təsdqini tapmışdır. Həmin inzibati iş üzrə kassasiya məhkəməsi nəticə etibarı ilə apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlasa da, apellyasiya məhkəməsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə istinad etməklə “fermanın” təsərrüfat subyekti kimi qeydə alınmalı olması gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, həmin norma bilavasitə təsərrüfat obyektinin qeydə alınmasını imperativ qaydada müəyyən etməmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs heyvanları yalnız sahibkarlıq məqsədilə idxal etməsini, idxal etdikdən sonra onun həmin heyvanlarla bağlı hər hansı kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmamasını sübut etmək vəzifəsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinin tələbinə əsasən ittiham tərəfinin üzərinə düşür, lakin ittiham tərəfi bununla bağlı mötəbər sübutlar təqdim etməmiş, yalnız subyektiv mülahizələrinə əsasən belə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki iddiaya münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (cinayət tərkibi olmadığına görə) xitam verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə bəraətverici əsasla xitam verildiyindən, bu hal hazırki icraatda mülki iddianın (31703,51 manat məbləğində vergilərin tutulmasını) təmin edilməsinə mane olur və bu nəticə həmin mülki iddianın gələcəkdə ya inzibati xəta haqqında icraat üzrə, və yaxud mülki mühakimə qaydasında təmin olunmasını istisna etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərarı isə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 1(004)-3/2021 nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Əli Seyfəliyev Rəşad Abdulov
Məhkəmə qərarları › İş №1(103)-682/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-682/2021
09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver