Məhkəmə qərarları › İş №1(103)-685/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-685/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-685/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərər çəkmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, Müdafiəçilər – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri "Mərkəz" Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqlayaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 177.2.3-2 və 234.1-ci maddələri və xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən cəzadan 01 ay 11 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəzası başa çatmış və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 2 ünvanında yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinmələrinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 1(002)-2/2023 saylı hökmündən Təqsirləndirilən şəxs2 və zərər çəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Teymur Qurbanov) 10 yanvar 2023-cü il tarixli, 1(002)-2/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.3-2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək ona CM-nin 177.2.3-2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadalıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs1 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin 20 dekabr 2021-ci il tarixdən hesablanması, CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi, ərazi narkoloji dispanserdə qeydiyyata alınması müəyyən edilmişdir. Həmçinin qeyd edilən hökmə əsasən Təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 04 (dörd) il müddətinə azadalıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, həbsetmənin əvvəlinin 21 dekabr 2021-ci il tarixdən hesablanması, CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi, ərazi narkoloji dispanserdə qeydiyyata alınması müəyyən olunmuşdur. Eyni zamanda zərər çəkmiş hüquqi şəxs "xxxx" ASC-nin mülki iddiası qismən təmin edilərək 4.047 (dörd min qırx yeddi) manat 59 (əlli doqquz) qəpik Təqsirləndirilən şəxs1 tutulub mülki iddiaçı "xxxx" ASC- yə ödənilməsinə, həmçinin maddi sübut və məhkəmə məsrəflərinə dair qərar qəbul edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli yolla talamaq məqsədilə 10 sentyabr 2021-ci tarixdən xx.xx.2021-ci tarixə kimi olan müddət ərzində Azərişıq ASC-ninBakı səhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən AEK- 110/55/6 kv/m yarımstansiyasına qanunsuz daxil olaraq oradan vahid niyyətlə 200 metr uzunluğunda, 4x6 ölçüdə 1047,84 AZN dəyərində 'Kabel TTR" kabellərini və 9 ədəd 12v190A gücündə olan ümumi dayəri 3000, "15 AZN təşkli edən akkumlyatorları oğurlamaqla zərər çəkmiş hüquqi şəxs "xxxx" ASC-yə ümumilikdə 4.047,99 AZN dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 Qəndab oğlundan xx.xx.2021-ci il tarixdə saat 21 radələrində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi islehlak miqdarından artıq miqdarda, yəni iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,607 qram olan narkotik vasitə herolni əldə edib üstündə saxlayaraq daşıyarkən, həmin gün saat 21:10 radələrində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryol Deposunun qarşısında saxlanılaraq polis bölməsinə dəvət olunmuş və orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ arxa cibindən iki ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,272 qram və 0,335 qram olmaqla, ümumi təmiz çəkisi 0,607 qram olan 02 ədəd bükümdəki kimyəvi tərkiblərinə gorə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 13 radələrində satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi iki ədəd bükümdə ümumi çəkisi 0,852 qram narkotik vasitə oian heroinİ hissələrə bölərək, iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,272 qram və 0,335 qram, ümumi təmiz çəkisi isə 0,607 qram olan hisəsini xx.xx.2021-cl ii tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryol Deposunun qarşısında Təqsirləndirilən şəxs1 satmış, bundan sonra satış məqsədi ilə əldə etdiyi narkotik vasitə olan heroinin ümumi çəkisi 0,255 qram hissəsini iki ədəd sellofan kəsiyinə bükülmüş bükümdə satış məqsədi ilə üzərində saxlayıb daşıyarkən xx.xx.2021-ci ii tarixdə saat 13:15 radələrində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq polis bölməsinə dəvət olunmuş və orada onun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sellofan kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,211 qram və 0,044 qram, ümumi təmiz çəkisi isə 0,255 qram olan qəhvəyi rəngli maddə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, kustar üsulla hazırnmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmin hökmdən apellyasiya şikayəti verən Təqsirləndirilən şəxs2 heç kimə narkotik vasitə satmadığını vurğulayıb ona az və yüngül cəza təyin edilməsini, zərər çəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi isə mülki iddianın qismən, 4.047,59 manat həcmində deyil, tam, yəni 42.574,99 həcmdə təmin edilməsini, göstərilən əsaslarla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 1(002)-2/2023 saylı hökmünün dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və digər Təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 və zərər çəkmiş hüquqi şəxs "xxxx" ASCnin nümayəndəsi verdikləri apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə çıxış edərək digər apellyasiya şikayətinin təmin olunması ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxmaqla, hər biri öz şikayətlərinə nisbətdə şikayətlərin təmin edilməsini, dövlət ittihamçısı isə hər iki apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs1 apellyasiya şikayətlərinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 1(002)-2/2023 saylı hökmü qanuni və əsaslı olduğundan apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində • Təqsirləndirilən şəxs1 CM-nin 177.2.3-2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 2021-ci ilin sentyabr ayının ortalarında axşam saatlarında tanışı Eltona zəng edərək Ələt qəsəbəsində yeni açılmış limanın ərazisində işlədiyini, zəhmət haqqı əvəzinə ona işlənmiş akkumlyator verəcəklərini bildirib həmin akkumlyatorun Eltonun avtomobili ilə evə aparmaq istədiyini demişdir. Elton onunla razılaşıb dediyi yerə gəlmişdir. Akkumlyatorları və kabelləri Eltonla birlikdə köməkləşib iki dəfəyə Eltonun avtomaşına yükləyərək onun yaşadığı evin həyətinə qoymuşlar. Eltona sonra 15 manat vul verəcəyinə söz verib bildirmişdir ki, müştəri olsa akkumlyatorun birini 120 manatdan sata bilər. Elton Ruslan adlı tanışının mobil nömrəsini ona vermiş, Ruslanla danışıb akkumlyatorların qiymətini 240 manata razılaşmış, iki ədəd akkumlyatorları Elton vasitəsi ilə (taksi kimi) Ruslana çatdırmışdır. 06 ədəd akkumlyatorları Ələt qəsəbəsində metal qəbulu məntəqəsində işləmiş qəsəbədən tanıdığı Babək adlı şəxsə metal kimi 144 manat pula satmış, bir ədəd akkumlyatoru isə Şamxal adlı tanışına 120 manat borc pulun əvəzinə vermişdir. Həmçinin tutulan zaman üzərində narkotik vasitə olmamış, İspəndyar adlı şəxsdən narkotik vasitə almamış, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsində ona təzyiqlər edildiyindən, işgəncələrə məruz qaldığından istintaqda həmin əməli etiraf etməyə məcbur olmuş, oğurluq əməlindən peşmandır, oğurluq nəticəsində vurduğu ziyanı ödəməyə cəhd edib, lakin zərər çəkmiş şəxsin nümayəndəsi dəymiş ziyanın məbləği ilə razılaşmadığından onun verdiyi məbləği qəbul etmir, evli, himayəsində üç azyaşlı uşağı olduğundan barəsində həbslə əlaqəli cəza verilməməsini xahiş edir. • Təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ibtidai istintaqda verdiyi ifadəni təkzib edib göstərmişdir ki, 21 dekabr 2021-ci il tarixdə ünvan 3 ünvanında evdə olarkən səs-küy gəldiyini eşidərək küçəyə çıxmış, bu zaman küçədə olan polis əməkdaşları onu tutaraq Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə gətirmişlər. Polis bölməsində ona təzyiq göstərilmiş, döyülmüş və o da məcbur qalaraq qeyd edilən ittihamı boynuna almışdır. Halbuki, tutulan zaman üzərində heç bir narkotik vasitə olmamış, Xəyal adlı şəxsə narkotik vasitə satmamış, onu ümumiyyətlə tanımır. • zərər çəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə oglu göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə onlara məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yerləşən Limanın yaxınlığında olan AEK- 110/35/S yarımstansiyada oğurluq hadisəsi baş vermişdir.Tərəflərindən aparılmış hesablamalar zamanı müəyyən olunmuşdur ki, naməlum şəxs və ya şəxslər ASC-nin Ələt qəsəbəsi ərazisində yerləşən Limanın yaxınlığında olan yarımstansiyadan TTR kabellər, 110 kv mühafizə paneli dəsti, elektrik boşaldıcı, 9 ədəd akkumlyator 12v oğurlanmışdır.Hadisə nəticəsində “Azərişıq" ASC-yə 42574.99 AZN dəyərində maddi ziyan vurmuşdur.Bununla bağlı mülki iddia da verilmişdir. İttihamda qeyd edilən ziyanla razı deyillər. Mülki iddianın təmin edilməsini xahiş edirlər. • şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 2015-ci ildən ‘'Azərışıq" ASC-nin Qaradağ rayon idarəsində baş mühəndis vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə o, Qaradağ rayonu ərazisində yerləşən yarımstansiyaları yoxlayan zaman ona məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yerləşən Limanın yaxınlığında olan yarımstansiyada oğurluq hadisəsi baş vermişdir. Belə ki, o, həmin yarımstansiyada ilkin olaraq 9 ədəd 190 amperlik akkumlyatorların, kabellərin oğurlandığını, mühafizə panel dəstələrinin və elektrik boşaldıcılarının isə yararsız hala salındığını müəyyən etmişdir. O, bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər. O, ilkin olaraq ərizə yazan zaman ASC-yə 3000 manat maddi ziyan dəydiyini göstərmişdir. Lakin sonradan ASCnin əməkdaşları tərəfindən aparılmış hesablamalar zamanı müəyyən olunmuşdur ki, ASC-yə ümumilikdə təxmini 41824.79 AZN dəyərində maddi ziyan vurmuşdur. • şahid qismində dindirilmiş Şahid8 Karnil oğlu göstərmişdir ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 dekabr 2021-ci il tarixdə xidmətdə olan zaman əməliyyat malumatı almışdır ki, ünvan 4 ünvanında yaşayan Xəyal adlı şəxs narkotik vasitələrin qanunsuz olaraq qəbulu ilə məşğul olur, Bununla əlaqədar olaraq tərəflərindən əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi Dəmiryol Deposunun qarşısına getmişdir. Saat 21:00 radələrində həmin ərazidə müşahidələr nəticəsində məlum olmuşdur ki, Xəyal Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi Dəmiryol Deposunun qarşısındadır. Onlar göstərilən ərazidə Xəyalın həqiqətən, də orada olduğunu gördükdən sonra Xəyala yaxınlaşıb özlərini təqdim edib onları polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sağ arxa cibindən iki ədəd gümüşü rəngli siqaret kağıza bükülmüş bükümü çıxararaq narkotik vasitə kakos (heroin) olmasını, narkotik vasitəni Bakı şahəri Qaradağ rayonu Ələt qəsəbəsi Dəmiryolu Deposunun qarşısında tanışı İsfəndiyar adlı şəxsdən biri 10 manat olmaqla ümumilikdə 20 manata iki bükümdə şəxsi istifadəsi məqsədi ilə alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin maddə götürülərək qablaşdırılmışdır. Polis bölməsində Təqsirləndirilən şəxs1 heç bir təzyiq göstərilməmişdir. • şahid qismində dlrdirimiş Şahid7 eyni məzmunlu ifadə verərək Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. • şahid qismində dindirilmiş X10 göstərmişdir ki, 21 dekabr 2021-ci il tarixdə Qaradağ RPi-nin 11-ci PB-də xidmətdə olan zaman əməliyyat məlumatı aimışdır ki, ünvan 5 ünvanında yaşayan İspəndiyar adlı şəxs narkotik vasitələrin qanunsuz olaraq qəbulu və satışı ilə məşğul olur. Əməliyyat qrupu ilə birlikdə İspəndiyar adlı şəxsin yaşadığı ünvan 5 ünvanının qarşısına gəldikdə həmin ərazidə aparılan müşahidələr nəticəsində məlum olmuşdur ki, İspəndiyar yaşadığı ünvan 5 ünvanın qarşısındandır. İspəndiyara yaxınlaşıb özlərini təqdim edib polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs2 Qəndaiı oğlu olduğu müəyyən edilmişdir. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiiiş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan kəsiyinə bükülmüş bükümü çıxararaq, həmin bükümün içərisində narkotik vasitə kakos olduğunu, narkotik vasitəni tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan başqa o, 20.12 2021-ci il tarixdə saat 21:10 radələrində Ələt qəsəbəsində Dəmiryol Deposunun qarşısında Xəyal adlı şəxslə görüşərək iki büküm narkotik vasitə olan heroini 20 manata pul müqabilində satdığını bildirmişdir. Sonra həmin narkotik vasitə qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5566 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №223” möhür əksi, ‘‘Təqsirləndirilən şəxs1 təqdim etdiyi..,“ və s. sözlər, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,272 qram. 0,335 qram, ümumi təmiz çəkisi 0,607 qram maddə kütlələri kustar üsuila hazırlanmış narkotik vasitə heroindir. 02 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz arəlannda eynilik təşkil edirlər. • məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5568 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №223" dairəcvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə 2 ədəd bükümdə ayrı-ayrılqıda təmiz çəkisi 0,044 qram, 0,211 qram ümumi təmiz çəkisi 0,255 qram oian qəhvəyi rəngli maddə xaricə əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. • məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci i! tarixli, 6/5S49 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65” dairəvi möhür əksiəriolan “6/5568...22 dekabr 2021-ci il,..." sözləri soyad və İmzalar qeyd edilmiş kağız paketdə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №60№" dairəvi möhür əksləri olan “6/5566..21 dekabr 2021-ci il..“ sözləri soyadlar və imzalar qeyd edilmiş kağız paketdə oian; İki ədəd bükümdə ümumi təmiz çəkisi 0,195 qram oian heroin İlə iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,527 qram oian heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. • məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/288 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üç ədəd qara rəngli inci Akü markalı, 190 Ah göstəriciləri olan akkumlyatorın istifadədə olması nəzərə alınmaqla hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 450,00 (3x150) manat müəyyən olunur, • məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixil 420 və 430 nömrəli ekspert rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. • Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokola əlavə edilmiş videogörüntüyə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərində Qaradağ RPİ-nin 11ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid8, Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili X1, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru İsmayılzadə Əbülfət oğlunun və müdafiəçi X6 iştirakları ilə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən ona, üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ arxa cibindən iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxararaq masanın üzərinə qoyur. Daha sonra bükülülərin icərisindəkinin kakos (heroin) olduğunu bildirir və əvvəllər də tanıdığı İsi ləqəbli, İspəndiyar adlı şəxsdən 20 dekabr 2021-ci il tarixdə 20 manata aldığını bildirir. Daha sonra onun üzərinə baxış keçirirlir və üzərindən heç bir şey aşkar edilmir. Daha sonra o, müdafiəçisinin suallarına cavab olaraq ona təzyiq göstərilmədiyini və narkotik vasitənin ona məxsus olduğunu bildirir. Bükülülərə baxış zamanı içərilərindən qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilir. Bundan sonra həmin maddələr təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülür, bununla bağlı protokol tərtib olunur. • Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokola əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs2 üzərində Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid11, Qaradağ RPİnin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid10 və müdafiəçi X11 iştirakı ilə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən ona üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, olduğu masanın üzərinə qoyulması təklif edilir. Təqsirləndirilən şəxs2 əynində olan şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümü çıxararaq masanın üzərinə qoyur. Daha sonra o,bükülülərin icərisindəkinin narkotik vasitə kakos (heroin) olduğunu bildirir və tanımadığışəxsdən 20 dekabr 2021-ci il tarixdə 30 manata aldığını və həmin narkotik vasitədən iki bükümünü 20 manata Xəyala satdığını bildirir. Daha sonra onun üzərinə baxış keçirirlir və üzərindən heç bir şey aşkar edilmir. Həmin bükülülərə baxış zamanı içərilərindən qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilir. Bundan sonra həmin maddələr təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülür, bununla bağlı protokol tərtib olunur. • Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur, Təqsirləndirilən şəxs2 isə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən cəzadan 01 ay 11 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəzası başa çatmış və məhkumluğu ödənilməmişdir. • Bakı şəhəri Qaradağ Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalmaları faktı təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İlk öncə məhkəmə kollegiyası zərər çəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsinin apellyasiya şikayətinə dair qısa şərh verməyi zəruri hesab edir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir (CPM-nin 179-cu maddəsi). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir (CPM-nin 187-ci maddəsi). Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsi). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 77.1-ci maddəsi). Zərər çəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi ifadələrində qeyd etmişdir ki, 4.047,99 AZN dəyərində oğurlanmış kabel və akkumlyatorlardan başqa törədilmiş cinayət nəticəsində 1.947 manat dəyərində elektrik boşaldıcı və 36.580 manat dəyərində panel dəsti də zədələnmişdir. Yəni Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli nəticəsində ümumilikdə hüquqi şəxsə 42.574,99 manat məbləğində ziyan vurulmuşdur. Bu səbəbdən məhz 42.574,99 manat məbləğində ziyan vurulmasına dair mülki iddia verilmişdir. Lakin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli yolla talamaq məqsədilə 10 sentyabr 2021-ci tarixdən xx.xx.2021-ci tarixə kimi olan müddət ərzində "xxxx" ASC-nin Bakı səhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən AEK- 110/55/6 kv/m yarımstansiyasına qanunsuz daxil olaraq oradan vahid niyyətlə 200 metr uzunluğunda, 4x6 ölçüdə 1047,84 AZN dəyərində 'Kabel TTR" kabellərini və 9 ədəd 12v190A gücündə olan ümumi dayəri 3000, "15 AZN təşkli edən akkumlyatorları oğurlamaqla zərər çəkmiş hüquqi şəxs "xxxx" ASC-yə ümumilikdə 4.047,99 AZN dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilənlər təqsirləndirilən şəxsin, şahidlərin ifadələri yanaşı, ekspertiza rəyi və digər sübutlarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli nəticəsində "xxxx" ASC-nə məxsus elektrik boşaldıcı və panel dəstinin zədələnməsinə dair cinayət işində həmin hüquqi şəxsin məktubundan başqa hər hansı bir sübut mövcud deyil, mülki iddiada MMC-yə dəymiş ziyanın 42.574,99 manat olması qeyd edilsə də, iddia ərizəsinə bunu təsdiq edən hər hansı bir sübut əlavə edilməmiş, maddi ziyan məbləği əsaslandırılmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində ona az və yüngül cəza təyin edilməsini xahiş etsə də, şikayətinin məzmununda təqsirinin sübuta yetirilməməsini, sübut və dəlillər olmadan barəsində ədalətsiz hökm çıxarılmasını vurğulamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinə nisbətdə hesab edir ki, məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş videogörüntü, eləcə də işin faktiki halları ilə onun təqsirinin sübuta yetirilməməsinə dair şikayətində qeyd etdiyi xususat təkzib edildiyindən özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq kimi qiymətləndirilməli, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, Təqsirləndirilən şəxs2 cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun əməlini CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən halların müəyyən olunmadığını, əməlində cinayətlərin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq Təqsirləndirilən şəxs2 həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasının daha da yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, verilmiş hər iki apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, formal mülahizələrə əsaslanıb, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, bu sübutlar əsasında məhkəmə istər mülki iddianın qismən təmin edilməsi, istərsə də Təqsirləndirilən şəxs2 ittiham olunan əməlinin törətməsi və ona cəza təyin edilməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası tərəfindən ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə bütün hallarının araşdırılmasına, mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 və zərər çəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 1(002)- 2/2023 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 və zərər çəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 CM-nin 177.2.3-2 və 234.1-ci maddələri və Təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinmələrinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 1(002)-2/2023 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 30 (otuz) saat üçün cəmi 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına, Bakı şəhəri "Mərkəz" Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri "Mərkəz" Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan CPM-nin 408- 412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X7 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar