Məhkəmə qərarları › İş №1(103)-688/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-688/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-688/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər Müdafiəçi4 və Müdafiəçi5 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələr ilə təqsirli bilinmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim S.Məmmədzadə hakimlər Ə.Məmmədov və A.Məcidovdan ibarət tərkibdə) 1(101)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə xx xxxx 1988-ci ildə Masallı rayonu, Qarğalıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Xətai rayon Məhkəməsinin 22 fevral 2023cü il tarixli 1(011)-36/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək CMnin 69.3-cü maddəsi tətbiq edilərək 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Masallı rayonu, Qarğalıq kəndində qeydiyyatda olub, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 CM-in 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 (altı) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin hökm üzrə təyin olunmuş cəzaya Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 01 dekabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmiş; xx xxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 (altı) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 07 fevral 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanması hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübut, məhkəmə məsrəfi və mülki iddia məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qeyri-rəsmi ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs yarı çılpaq halda olan görüntülərini və fotoşəkillərini əldə etdikdən sonra onun ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən “İnstagram” və digər internet sosial şəbəkələrində yerləşdirib, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə 3.000 manat pul vəsaitini hədə-qorxu ilə tələb edib 15 noyabr 2022-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanda yerləşən binanın qarşısında 600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.020 manat, 15 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Bakı Metropolitenin Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Həzi Aslanov” stansiyası yaxınlığında 500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə 1.100 (bir min yüz) ABŞ dolları, dövrün məzənnəsi ilə 1.870 (bir min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən qeyri-rəsmi ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs yarı çılpaq halda olan görüntülər və fotoşəkillərini əldə etdikdən sonra ailə üzvülərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən “İnstagram” və digər internet sosial şəbəkələrində yerləşdirib, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə 1.000 manat pul vəsaitini hədə-qorxu ilə tələb edib, 17 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən binanın 114 nömrəli mənzilindən “Birbank” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs2 məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 1403 6921 nömrəli bank kartına Zərərçəkmiş şəxs köçürdüyü 130 manat pul vəsaitini alaraq Zərərçəkmiş şəxs ümumilikdə 130 manat məbləğində pul vəsaitini hədəqorxu ilə tələb edərək ələ keçirmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qeyri-rəsmi ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs yarı çılpaq halda olan görüntülərini və fotoşəkillərini əldə etdikdən sonra onun ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən “İnstagram” və digər internet sosial şəbəkələrində yerləşdirib, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə 3.000 manat pul vəsaitini hədə-qorxu ilə tələb edib 15 noyabr 2022-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanda yerləşən binanın qarşısında 600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.020 manat, 15 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Bakı Metropolitenin Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Həzi Aslanov” stansiyası yaxınlığında 500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə 1.100 (bir min yüz) ABŞ dolları, dövrün məzənnəsi ilə 1.870 (bir min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən qeyri-rəsmi ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs yarı çılpaq halda olan görüntülər və fotoşəkillərini əldə etdikdən sonra ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən “İnstagram” və digər internet sosial şəbəkələrində yerləşdirib, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə 1.000 manat pul vəsaitini hədə-qorxu ilə tələb edib 17 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən binanın 114 nömrəli mənzilindən “Birbank” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs2 məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 1403 6921 nömrəli bank kartına Zərərçəkmiş şəxs köçürdüyü 130 manat pul vəsaitini alaraq Zərərçəkmiş şəxs ümumilikdə 130 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Hökmdən Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünü X8 CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə cəza təyin edilməsi hissəsində dəyişdirilərək ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verib onun CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünü dəyişdirib ona Azərbaycan Respublikası CM-in 79-cu maddəsini tətbiq etməklə hökmün icrasının təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Tərəflərin çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxslər və onların müdafiəçiləri apellyasiya şikayətlərinin təmin edilməsini və qərarın dəyişdirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində olan 1(101)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətində və apellyasiya instansiyası məhkəməsində icraat zamanı verdiyi izahatında təqsirləndirilən şəxslər ittihamda qeyd olunan əməlin hüquqi tövsifini mübahisələndirməmiş, Təqsirləndirilən şəxs1 yalnız ona təyin edilən cəzanın yüngülləşdirilməsini, Təqsirləndirilən şəxs2 isə CM-in 79-cu maddəsini tətbiq etməklə hökmün icrasının təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxslərə istinad edilən əməllərin törədilməsi təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında özlərini elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək, onlar tərəfindən törədilmiş cinayətin halları ilə bağlı hökmün təsviri hissəsinə uyğun ifadə vermişdirlər. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxslərin əməlləri özünün hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun qismən etirafedici ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla təqsirləndirilən şəxslərin cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onların əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs1 təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hal qismində, nəzərə alaraq cəza təyin etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.14-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşağının olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal qismində nəzərə alaraq cəza təyin etmə qaydalarına uyğun cəza təyin etmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmışdır. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 182.2.1 və 182.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmə qaydalarına uyğun olmuşdur. Yuxarıda göstərilənlərə əsasən kollegiya, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Kollegiya sadalanan hallara əsasən qeyd edilməsini zəruri hesab edir ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində sanksiya həddində daha yüngül cəza verilməsini xahiş etsə də, kollegiya yüngülləşdirən halların birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmasını əsas götürərək hesab edir ki, ona daha aşağı həddə cəzanın verilməsi ədalətlilik prinsipinin tələblərinə uyğun deyildir. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsə istinad olunan əmələ görə Cinayət Məcəlləsinin müvafiq maddəsində azadlıqdan məhrum etmə növündə cəzanın həddi 5 ildən 10 ilədək müddətə nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin isə təqsirləndirilən şəxsə yüngülləşdirici halların da olmasını nəzərə almaqla 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin etməsi ədalətli olmuşdur. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti onun barəsində CM-in 79-cu maddəsinin tətbiq edilib təyin edilmiş cəzanın icrasının təxirə salınması ilə bağlı olmuşdur. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs2 və onun barəsində CM-in 79-cu maddəsinin tətbiq edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən maddənin tələbləri baxımından cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağının olması hər bir halda məhkum edilmiş şəxsin cəzasının təxirə salınmasını mütləq zəruri edən hal deyildir ki, bu da həmin normanın imperativ deyil, dispozitiv xarakterli norma olmasını deməyə əsas verir. Belə ki, məhkum edilmiş şəxs barəsində CM-in 79-cu maddəsi tətbiq edilərkən yalnız onun himayəsində azyaşlı uşağının olması deyil, eyni zamanda onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, CM-in 79-cu maddəsinin tətbiq edildiyi təqdirdə, cəzanın məqsədlərinin təmin edilməsinin mümkün olub-olmaması kimi əhəmiyyətli hallar da nəzərə alınmalıdır. CM-in 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Maddənin dispozisiyasından göründüyü kimi, qanunverici şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində imperativ qaydada həmin maddənin tətbiqini istisna etsə də, digər məhkum edilmiş şəxslərə münasibətdə maddənin tətbiqinin məqsədəuyğun olubolmamasının müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır ki, hazırki halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsə ödənilən zərərlə müqayisədə ödənilməmiş qalan zərərin həcmini və sonuncunun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmadığını nəzərə alaraq, onun barəsində CM-in 79.1-ci maddəsinin tətbiqini məqsədəmüvafiq hesab etmir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxslərin şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək Təqsirləndirilən şəxs2 həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Kollegiya həmçinin iş materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı müxtəlif dövlət orqanlarına sorğular verilərək Təqsirləndirilən şəxs2 övladlarının kimin himayəsində olması məsələsi araşdırılmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin 25 may 2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 övladları xx.xx.2009-cu il təvəllüdlü Şahid və xx.xx.2022-ci il təvəllüdlü X2 Təranə Nizami qızı barəsində həbs qətimkan tədbiri seçildiyindən və uşaqların atası məlum olmadığından xx.xx.2023-cü il tarixində X4 tərəfindən Azərbaycan Uşaqları İctimai X17-Reinteqrasiya Mərkəzinə (bundan sonra-AUİB) yerləşdirilmişdir. AUİB verdiyi məlumata əsasən Şahid Abbas qızı bacısı ilə birlikdə xx.xx.2023-cü il tarixində X4 tərəfindən geri qaytarılmışdır. Agentliyin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində uşaqların hazırda X4 ilə birgə yaşadığı Xəzər Rayonu Buzovna qəsəbəsində olan fərdi yaşayış evinə səfər edilmiş, uşaqların ilkin qiymətləndirilməsi aparılmışdır. İlkin qiymətləndirmə nəticəsində X4 uşaqlara qayğı göstərərək onların qanuni nümayəndəsi olmaq fikrində olduğu, uşaqların yaşadığı fərdi yaşayış evinin onların mənafeyi, psixo-sosial və fiziki inkişafı baxımından uyğun olduğu və onların həyat və sağlamlıqları üçün hər hansısa bir təhlükənin olmadığı müəyyən edilmişdir. Həmçinin Şahid ilə aparılmış söhbət zamanı o, göstərilən qayğıdan razı olduğunu, X4 tərəfindən onun və bacısının bütün ehtiyaclarının qarşılandığını və onunla birgə yaşamaq istədiklərini, hərhansı sığınacaq və uşaq evlərindən birinə yerləşdirilməsinə razı olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixində X1 Adel Abbas qızına baxmaqda çətinlik çəkəcəyini əsas gətirərək onu AUİB-ə yerləşdirilməsini təmin etmişdir. Aparılmış ilkin qiymətləndirmənin nəticələrini, X3 uşaqların qəyyumu olmaq istədiyini nəzərə alaraq, uşaqların ümdə maraqları üstün tutulmaqla onların ailə tərbiyəsində yaşamasına şərait yaradılması məqsədi ilə X3 uşaqların qəyyumu təyin edilməsi üçün Nazirlik tərəfindən xx.xx.2023-cü il tarixli 3-17/2- 4074/2023 nömrəli məktubla Xətai Rayon İcra Hakimiyyətinə rəsmi şəkildə müraciət edilmişdir. Həmçinin “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qızı Şahid anasının qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən seksual xarakterli hərəkətlərə məruz qaldığını, eləcə də narkotik vasitə və spirtli içki aludəçisi olan Təqsirləndirilən şəxs2 tərəfindən dəfələrlə döyülərək pul əldə etmək məqsədi ilə 8 aylıq bacısı ilə evdən qovulduğunu bildirmiş, Şahid qeyd etdiyi faktlarla bağlı hüquq mühafizə orqanlarına, habelə Təqsirləndirilən şəxs2 valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinə müraciət edilmişdir. Sadalanan hallara əsasən kollegiya hesab edir ki, təqsrləndirilən şəxsin uşaqlarına diqqət və qayğı göstərməməsini, övladlarına qarşı zorakılıq hərəkətləri etməsini, spirtli içki və narkotik vasitə aludəçisi olmaqla övladlarının mənəvi və əxlaqi inkişafına mənfi təsir göstərməsini və öz valideynlik vəzifələrini layinqincə yerinə yetirməməsini, habelə Təqsirləndirilən şəxs2 valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı rəsmi müraciətin edilməsini nəzərə alaraq, onun azyaşlı övladlarının olmasını nəyinki onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almaması, əksinə onun bu davranışlarını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirməsi haqlı olmuşdur. Belə olan halda, yəni təqsirləndirilən şəxsin 2 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmadığı halda, bunun Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən onun cəzasının təxirə salınmasına səbəb olan hal kimi qiymətləndirilməsi cinayət qanunvericiliyinin tələblərinə zidd olmaqla əsassız və ədalətizdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 182.2.1 və 182.2.2-ci maddəsi ilə təqsirli bilinmələrinə dair 1(101)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddəsi ilə təqsirli bilinmələrinə dair 1(101)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 182.2.1 və 182.2.2-ci maddəsi ilə təqsirli bilinmələrinə dair 1(101)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 10 saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq, “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülsün. “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi5 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 10 saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq, “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar