Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-690/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Xüsusi ittihamçı X9, Bəraət almış şəxs X10, Müdafiəçi – “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1976-cı ildə Ağdam rayonunun Əfətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkum olunmamış, Ağdam rayonunun Qaradağlı ərazi dairəsi Evoğlu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi Uğur-2, bina 04, mənzil 45də müvəqqəti yaşayan X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 147.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(005)-439/2022 saylı hökmündən xüsusi ittihamçı X15 tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X16 xüsusi ittihamçı X15 tərəfindən barəsində böhtan xarakterli, həqiqətə uyğun olmayan məlumatları kütləvi informasiya ehtiyatlarında (qafqazinfo.az, gapp.az, day.az) yaymaqla, sonuncunun şərəf vələyaqətini, işgüzar nüfuzunu alçatması ilə bağlı ittiham olunmuşdur. Xüsusi ittihamçı X15 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X16 internet saytlarında belə bir yalan məlumat yaymışdır ki, güya o, Aynur Abdunovanın adına saxta şəxsiyyət vəsiqəsi və “Atabank” Yevlax filialının müdir əvəzi vəzifəsini icra edən X5 ilə saxta etibarnamə düzəldib, həmin saxta etibarnamə əsasında xüsusi ittiham qaydasında şikayət edilən şəxs Aynur Abdunovaya məxsus hesabdan 300.000 manat pulu ələ keçirdiyini yazmışdır. X4 barəsində saxta sənədlər qanunsuz hazırlama və ya saxta sənədlərdən istifadə etmə, yəni CM-nin 320.1-ci və bu Məcəllənin 320.2-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etməkdə ittiham etmişdir. Bundan başqa X16 onun bu saxta sənədlər əsasında bankdan 300.000 manat pulu çıxardıb mənimsəməkdə ittiham etmişdir. Aynur Abdunova internet saytlarında onu CM-nin 320.1, 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət törətməkdə, yalan olduğunu bilə-bilə şərəfini, ləyaqətini ləkələyən və ya onu nüfüzdan salan məlumatları kütləvi informasiya vasitəsində və ya küttəvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında yaymışdır. Aynur Abdunova həmçinin saytlarda göstərmişdir ki, Yevlax Rayon prokurorunun müavini Mülküm Məmmədov onun şikayəti əsasında araşdırma aparıb qanunsuz olaraq cinayət işinin başlanılmasını rədd etmişdir. Barəsində yayılan böhtanlar səbəbindən insanlar arasına çıxa bilmir, onu saxta sənəd düzəltməkdə Aynur Abdunova ittiham etdiyinə görə, onun barəsində cəza verilməsini xahiş edir. "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2004-cü il tarixli, 03 nömrəli qərarının 14-cü bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Sözügedən qərarın 2-ci bəndində isə qeyd olunmuşdur ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanunu qəstlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqı, mənəvi keyfiyyətlərinə digər insanlara, dövlətə cəmiyyətə münasibətlərinə görə ona verilən qiymət, ləyaqət dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün-özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqei başa düşülür,” İstinad olunan plenumum qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan xarakterli məlumatlar məktub, ərizə və şikayətlərdə göstərilməklə və sair üsullarla da yayıla bilər. Aynur Abdinova heç birəsas olmadan ona böhtan atmışdır. Məlumdur ki, hər kəsin (hüquqi və ya fiziki) şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi-sosial dəyərlər olduğuna görə həm vətəndaşın mənsub olduğu dövlət, həm də beynəlxalq hüquqla müdafiə olunur. Belə ki, həm Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, həm də 1948-ci il ümumdünya insan hüquqları bəyannaməsində 1966-cı mülki və siyasi hüquqlar haqqında beynəlxalk faktda deyilir ki, hər kəsin şərəfi və ləyaqətini müdafiə etmək hüququ vardır, heçbir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Sözsüz ki, demokratik hüquqi dövlət olan Azərbaycan Respublikasıda cəmiyyətin hərtərəfli inkişafı üçün əsas pirinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə bir hüquq Konstitusiyanın 47-ci maddəsində də təsbit olunmuşdur. Eyni zamanda Konstitusiyanın 46-cı maddəsində şərəf və ləyaqətin müdafiəsi hüququ təsbit olunmaqla hər kəsin şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat vermişdir. Bu mənada Konstutiyasının 4-cü maddəsində təsbit olunan fikir və söz azadlığı hüququ həyata keçirərkən bu hüquqdan qərəzli sui-isdifadə hallarına yol verilməməlidir. Konstitusiyanın 46-cı maddəsində nəzərdə tutulan şərəf və ləyaqətin müdafiəsi hüququna riayət olunmaqla hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. CM-nin 147-ci maddəsinə görə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxarışlarda, kütləvi nümayiş etdirilən əsərdə vəya kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirdiyi halda internet informasiyaehtiyatında yayınma böhtan cinayətinin tərkibini yaradır və bu əməl cinayət mühakiməsi icraat qaydasında cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki. kütləvi çıxış dedikdə hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Yuxarıda sadalanan xüsusi hallarda göründüyü kimi Aynur Abdinova barəmdə yalan həqiqətə uyğun olmayan, nüfuzumu ləkələyən məlumatlar yaymış və beləliklə də barəmdəböhtan xarakterli məlumatlar qərəzli şəkildə yaymaqla, eləcə də məni ağır cinayətlə ittihametməklə CM-nin 147-ci maddəsində dizpozisiyasında ehtiva olunan cinayət əməlini törətmişdir. CM-nin 37.2-ci maddəsinin tələbinə görə xüsusi ittiham əsasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında CM-nin 147, 148, 165.1-ci maddəsində tutulan cinayətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 88.1.3-cü maddəsinin talibinə görə cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışının təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınır. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə materiaların hazırlanması həyata keçirir. Hazırki şikayətini məhkəmə icraatına qəbul edərək X10 məhkəmə məsuliyyətinə verilməsinə və onun barəsində CM-nin 147-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına dair müvafiq qərar qəbul edilməsini xahiş edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Xalidə Əlisoy) 28 dekabr 2022ci il tarixli, (005)-439/2022 saylı hökmü ilə X11 CM-nin 147.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilmişdir. Hökmdən xüsusi ittihamçı X15 apellyasiya şikayəti verərək X10 barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(005)-439/2022 nömrəli hökmünün ləğv edilməsini, Aynur Abdunovanı CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilib ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Aynur Abdunova internet saytlarında güya onun tərəfindən Aynurun adına saxta şəxsiyyət vəsiqəsi hazırlayıb, “Atabank” Yevlax filialının müdir əvəzi vəzifəsini icra edən X5 ilə saxta etibarnamə düzəldib və saxta sənədlər əsasında Aynura məxsus hesabdan 300.000 manat pulu ələ keçirmişdir. Faktiki olaraq Aynur Abdunova onu CM-nin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham etmişdir. Barəsində yayılan böhtanlar səbəbindən insanlar arasına çıxa bilmir, onu saxta sənəd düzəltməkdə Aynur Abdunova ittiham etdiyinə görə, onun barəsində çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini və Aynur Abdunovaya CM-nin 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş edir. İşin apellyasiya icraatı zamanı xüsusi ittihamçı X15 apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hökmü əsassızdir. Belə ki, hakim Nəsimi rayon məhkəməsinin qüvvədən düşmüş 2018-ci il tarixli qətnaməsinə istinad edərək, qətnamədə göstərilmiş yalan məlumatlardan istifadə etməklə kobud hüquq pozuntusuna yol vermişdir. Hesab edir ki, sadəcə kağız parçasından ibarət olan Nəsimi rayon məhkəməsinin qüvvədən düşmüş qətnaməsinə əsasən , qüvvədən düşmüş qətnaməni öz hökmündə sübut-dəlil kimi istinad etmək kobud hüquq pozuntusudur və hökmün Apellyasiya qaydasında ləgv edilməsi üçün əsaslardan biri kimi qəbul edilməlidir.Çünki, hakim əvvəlcə diqqətini Nəsimi rayon məhkəməsinin qətnaməsinin hansı səbəbdən ləgv olunmasına deyil, məhz qüvvədən düşmüş qətnamənin qət etdi hissəsinə yönəltmişdir. Hakim əslində onu nəzərə almalı idi ki, Nəsimi rayon məhkəməsində X10 qaldırmış olduğu iddia tələbi əssasız olduğu üçün Bakı Apellyasiya Məhkəməsi tərəfindən tamamilə rədd edilmişdir. Məhkəmənin hökmlə bağlı istinad etdiyi maddənin təsviri hissəsində, Nəsimi Rayon Məhkəməsinin qətnaməsində X2 gedən işlə bağlı məhkəmədə iştirakı olmadığının göstərilmiş olmasını və həmin qətnamə maddi və prosesual hüquq normalarının düzgün tətbiq olunmaması baxımından, işin faktiki hallarına uyğun gəlməməsi səbəbi ilə təmamila rədd edilmilmişdir. Onu da bildirir ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi, Bakı Apellyasiya məhkəməsinin 2(103)-125/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə rədd edilmişdir. Bundan başqa digər bir hüquq pozuntusu isə məhkəmədə tədbiq olunan Ağdam Rayon Polis İdarəsinə ünvanlanmış 30 noyabr 2022-ci il tarixli sorğu əsasında əldə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 noyabr 2022-ci il tarixli 1/1424 saylı rəyindən guya aydın olmuşdur ki, təqdiqata təqdim edilmiş X10 və X3 xett və imza nümunələri ilə müqayisə etdikdə müəyyən edilmiş fərqlər dəyərli və əhəmiyyətli olub, hər bir şəxs üçün ayrı-ayrılıqda ele müxtəlif məcmular təşkil edirlər ki, bu da tədqiq olunan imzaların müvafiq olaraq X16 tərəfindən və X12 tərəfindən yox başqa şəxs tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir. Hesab edir ki, hakimin şəxsiyyət vəsiqəsi üzərindəki inza ilə bağlı alınmış ekspertiza rəyindəki məlumatlarla istinadən çıxardığı bəraət hökmü də işin faktiki hallarına uyğun deyil, maddi və prosesual hüquq pozuntusundan başqa bir şey deyildir. Çünki, şəxsiyyət vəsiqəsi üzərindəki imzanın onun daşıyıcısına aid olub-olmaması, heç kimi əvvəlcədən günahlandırmağa, qanunla araşdırma aparılmamış kimisə öz amalınca günahlandırmaqla barəsində kütləvi informasiya ehtiyatlarında əvvəlcədən məlumatlar yaymağa rəvac verə bilməz. Ona görə də bildirir ki, təqsirləndirilən şəxs özü qafqazinfo.az saytına müraciət edən zaman şəxsiyyət vəsiqəsi üzərində olan imzadan şikayətçi olmamış, imzanın ona məxsus olubolmamasına dair fikir bildirməmişdir. Məhz onun adından saxta şəxsiyyət vəsiqəsi düzəldilərək, ona məxsus hesabdan 300.000 manat pulun Abdunov Vüqar tərəfindən oğurlanması olmuşdur. Sözü gedən alınmış ekspertiza rəyində isə Abdunova Aynura məxsus olan şəxsiyyət vəsiqəsinin tam qanuni əsaslı olduğu göstərilmişdir və bununla bağlı isə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 noyabr 2022-d il tarixli 1/1424 saylı ilkin ekspertiza rəyində şəxsiyyət vəsiqəsi üzərində olan imzanın Abdunova Aynura məxsus olmadığı bildirilsə də, vəsiqənin saxta olmadığı , hər hansı bir qanunsuz yolla düzəldilmədiyi göstərilmişdir və tam qanuni və hüquqi olduğu rəydə öz əksini tapmışdır. Hakim alınmış ekspertiza rəyinə istinad edən zaman onu da nəzərə almalı idi ki, imzanın başqa şəxsə məxsus olması onun saxta olması baxımından etibarsız olması deyil, məhz üzərindəki məlumatların düzgün olmamasıdır. Həmin şəxsiyyət vəsiqəsinin üzərindəki məlumatların düzgün olub-olmamasının məsuliyyəti isə onu daşıyan şəxsin üzərinə düşür ki, aşkar olunan zaman şəxsiyyət vəsiqəsini yenisi ilə əvəz olunması barədə , Pasport və qeydiyyat şöbəsinə yenidən müraciyəti olmalıdır. Onu da bildirir ki, Abdunova Aynur şəxsiyyət vəsiqəsinin üzərindəki imzanın ona aid olub-olmaması ilə bağlı Ağdam rayon polis şöbəsinə onun Xüsusi İtdiham qaydasında şikayətinin Nərimanov rayon məhkəməsinin icrahatına alınmasından sonra, 2022-ci ilin Noyabr ayında olmuşdur ki, bu isə özünü müdafiədən başqa bir şey hesab edilməməlidir. Aynurun iddiasına görə isə şəxsiyyət vəsiqəsi üzərindəki imzalar 2005-ci ildə və 2011-ci illərdə onun tərəfindən imzalanmamışdır. Onu da bildirir ki, həmin vaxtlar o, Aynurla birgə nigahda olmuşlar və birgə təsərrüfatı paylaşmışlar. Şəxsiyyət vəsiqəsi üzərindəki imza ilə bağlı isə mübahisələri olmamışdır. Nigahları isə 2016-ci ildə pozulmuşdur. Ona görə də hakimin hökmlə bağlı istinad etdiyi yuxarıda göstərilən sübutların hökmün qanuniliyi ilə bağlı istinadlara aid olan heç bir əsası yoxdur və işə dolayısı ilə qanuni və hüquqi don geyindirməkdən başqa bir şey olmadığı hesab edilməlidir. Məhkəmə iclasında xüsusi ittihamçı X15 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, xüsusi ittiham qaydasında şikayət verilən şəxs X16 və onun müdafiəçisi isə apellyasiya şikayətini təmin edilməyərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(005)-439/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdam Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 1(013)-32/2019 saylı qərarından görünür ki, X6 barəsində CM-nin 147.2-ci maddəsi ilə cinayət təqibi başlanması barədə X9 xüsusi ittiham qaydasındaşikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli, 1(104)-418/2019 saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş və Ağdam Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 1(013)-32/2019 saylı qərarı X9 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanımışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 iyul 2020-ci il tarixli, 1(102)-714/2020 saylı qərarından görünür ki, X9 və onun nümayəndəsi Müdafiəçi2 oğlnun birlikdə verdikləri kassasiya şikayəti qismən təmin edilmiş, X9 X6 CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinöə cəlb edilmsi haqqında xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması haqqında Ağdam Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli hazırlıq iclasının qərarının dəyişdirilmədən saxlanılmasına dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2019-cu il tarixli ilkin baxışı qərarı ləğv edilmiş və iş yenidən apellyasiya instansiyası məhkəməsində ilkin baxışa təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 1(104)-313/2020 saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilmiş və X6 barəsində CM-nin 147.2-ci maddəsi ilə cinayət təqibi başlanması barədə X9 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə dair Ağdam Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 1(013)-32/2019 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Ağdam Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 1(013)-05/2021 saylı qərarından görünür ki, X6 barəsində CM-nin 147.1-ci maddəsi ilə nəzərə tutulmuş cinayəti törədilməsində təqsirli bilinib, onun azadlığdan məhrum etmə cəzasına məhkum edilməsinə dair X9 xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 1(008)-254/2021 saylı qərarından görünür ki, X6 barəsində CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 xüsusi ittiham qaydasında şikayətin aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 1(003)-1240/2021 saylı qərarından görünür ki, X6 barəsində CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinə 16 iyun 2022-ciil tarixli, 1(007)-259/2022 sayl qərarından görünür ki, xüsusi ittihamçı X9 Aynur Abdunovanın barəsində CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddə ilə təqsirli bilinərək maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum olunması barədə şikayətə səbəb olmuş məlumatlar ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-də yayımlandığından xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Saytlardan çıxarışlardan və şəkillərdən aydın olur ki, day.az, gapp.az saytlarında yayılan məlumatların ilkin mənbəyi kimi "xxxx" saytı göstərilmiş və Abdunova Aynurla nigahda olduğu müddətdə birgəaçdıqları bank hesablarından Vüqar Abdunovun 300.000 manata yaxın pulunu götürməsi, saxta şəxsiyyət vəsiqəsi əsasında saxta etibarnamələrin hazırlandığı qeyd edilmişdir. Bundan başqa mətbuatda yayılan məlumatlarda qeyd olunan məsələlərlə bağlı məhkəməmübahisələrinin olduğu da göstərilmişdir. "xxxx" MMC-dən təqdim olunmuş rəsmi məktubdan aydın olur ki, Ağdam rayon sakini X10 müraciəti əsasında "xxxx" portalında xx.xx.2019-cu il tarixli şikayət məqaləsi yayımlanmışdır. Ağdam Rayon Polis İdarəsinə ünvanlanmış 30 noyabr 2022-ci il tarixli sorğu əsasında əldə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 noyabr 2022-ci il tarixli 1/1424 saylı rəyindən aydın olur ki, təqdiqata təqdim edilmiş X10 və X3 xətt və imza nümunələri ilə müqayisə etdikdə müəyyən edilmiş fərqlər dəyərli və əhəmiyyətli olub, hər bir şəxs üçün ayrı-ayrılıqda elə müxtəlif məcmular təşkil edirlər ki, bu da tədqiq olunan imzaların müvafiq olaraq X16 tərəfindən və X12 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olanəməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə,digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, “Böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, “böhtan və təhqir arakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.” “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. CM-nin 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. “CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayətin bilavasitə obyektinə münasibətdə qeyd olunmalıdır ki, maddənin dispozisiyasında əks olunmuş şərəfi dedikdə, fərdin cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məhkəmə sorğusu əsasında "xxxx" MMC-dən əldə olunmuş rəsmi məlumata əsasən, eləcə də iş üzrə digər məhkəmə qərarlarında əks olunan çıxışlarında internet saytında X10 müsahibə verməsi öz təsdiqini tapsa da, məhkəmə kollegiyası bəraət almış şəxs və xüsusi ittihamçının bir-birləri barəsində dövlət orqanlarına, məhkəmələrə dəfələrlə müraciət etməsini, onların arasında məhkəmə mübahisələrinin olduğunu, bu mübahisələr davam etdiyi üçün onlar arasında yaranmış gərgin şəxsi münasibətləri, habelə prosesdə müəyyən edilmiş faktiki halları nəzərə alaraq, belə qənaətə gəlir ki, X16 yayılmasında təqsirləndirildiyi informasiyanı yayarkən, onları yalan hesab etməmişdir. Bundan başqa X15 barəsində yayılan məlumatlarla bağlı sonradan yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilməsinə baxmayaraq məlumatların yayılması zamanı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-3125/2018-ci il tarixli qətnaməsi mövcud olmuşdur ki, həmin qətnamədə X16 tərəfindən verilmiş şikayət təmin edilmiş, X7 125.500 manat və 4500 ABŞ dolları məbləğində pulun Vüqar Abdunovdan tutulması müəyyən edilmişdir. Eyni zamanda saxta imzanın atılması ilə bağlımüxtəlif qurumlara müraciət edilmiş, sonuncu dəfə Ağdam Rayon Polis İdarəsi tərəfindən araşdırılma başlanılmış, ekspertiza keçirilməsi barədə qərar qəbul edilmiş və X11 məxsus şəxsiyyət vəsiqəsindəki imzanın ona aid olmaması ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Apellyator apellyasiya şikayətinə əlavədə birinci instansiya məhkəməsinin ləğv edilmiş qətnaməyə əsaslanaraq X11 bəraət verməsinə dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)- 3125/2018-ci il tarixli qətnaməsinin qüvvədə olmasına istinad etməmiş, əksinə, həmin qətnamənin sonradan yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilməsini qeyd edib, sadəcə olaraq məlumatların yayılması zamanı bu qətnamə ilə X7 125.500 manat və 4500 ABŞ dolları məbləğində pulun Vüqar X1 xeyrinə tutulmasının müəyyən edildiyini və belə olduğu təqdirdə X10 yayılmasında təqsirləndirildiyi informasiyanı yayarkən, onları yalan hesab etmədiyini bildirərək öz qənaətini əsaslandırmışdır. Bundan başqa apellyator apellyasiya şikayətinə əlavədə birinci instansiya məhkəməsinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 noyabr 2022-ci il tarixli, 1/1424 saylı rəyinə əsassız olaraq istinad etdiyini, habelə Abdunova Aynurun şəxsiyyət vəsiqəsinin üzərindəki imzanın ona aid olub-olmaması ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə onun xüsusi ittiham qaydasında şikayətinin Nərimanov Rayon Məhkəməsinin icraatına alınmasından sonra, 2022-ci ilin noyabr ayında baş verdiyini bildirmişdir ki, onun həmin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyatorun bu dəlilləri də əsassızdir. Belə ki, apellyator Aynur Abdunovanın qafqazinfo.az saytına müraciət edən zaman şəxsiyyət vəsiqəsi üzərində olan imzadan şikayətçi olmadığını, imzanın ona məxsus olubolmamasına dair fikir bildirmədiyini, məhz onun adından saxta şəxsiyyət vəsiqəsi düzəldilərək, ona məxsus hesabdan 300.000 manat pulun Abdunov Vüqar tərəfindən oğurlanmasını bildirdiyinə istinad etsə də, məhkəmə kollegiyasının qənaətinə görə məlumatlar yayılan zaman Aynur Abdunova imzanın ona aid olub-olmamasını və ya onun adına saxta şəxsiyyət vəsiqəsinin hazırlanmasını dəqiqliklə bilə bilməzdi, bunu bu sahə üzrə ixtisaslaşmış ekspertlər müəyyən edə bilər ki, hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 noyabr 2022-ci il tarixli 1/1424 saylı rəyindən də görünür ki, təqdiqata təqdim edilmiş X10 və X3 xətt və imza nümunələri ilə müqayisə etdikdə müəyyən edilmiş fərqlər dəyərli və əhəmiyyətli olub, hər bir şəxs üçün ayrı-ayrılıqda ele müxtəlif məcmular təşkil edirlər ki, bu da tədqiq olunan imzaların müvafiq olaraq X16 tərəfindən və X12 tərəfindən yox başqa şəxs tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir. Apellyatorun apellyasiya şikayətinə əlavədə Abdunova Aynurun şəxsiyyət vəsiqəsinin üzərindəki imzanın ona aid olub-olmaması ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə onun xüsusi ittiham qaydasında şikayətinin Nərimanov Rayon Məhkəməsinin icraatına alınmasından sonra, 2022-ci ilin noyabr ayında müraciət etməsinə dair dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Hazırki halda müdafiə tərəfinin Abdunova Aynurun təqsirsizliyini sübut etmək üçün irəli sürdüyü dəlillər, yəni Ağdam Rayon Polis İdarəsinə müraciət əsasında araşdırılma başlanılması, ekspertiza keçirilməsi barədə qərar qəbul edilməsi və X11 məxsus şəxsiyyət vəsiqəsindəki imzanın ona aid olmamasının ekspert rəyi ilə öz təsdiqini tapması xüsusi ittihamçı Abdunov Vüqarın xüsusi ittiham qaydasında şikayətinin birinci instansiya məhkəməsinin icraatına qəbulundan sonra baş verməsi əldə edilmiş sübutların mümkünsüzlüyünə dəlalət edən hal kimi qiyymətləndirilə bilməz. Məhkəmə kollegiyası bəraət almış şəxsə münasibətdə birinci instansiya məhkəməsinin sübutların araşdırılmasında qanun pozuntusuna yol verməməsini, hər hansı sübutun tədqiqindən və təhlilindən əsassız imtina edilməsi hallarının olmamasını, həmçinin sübutların CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmasını, eyni zamanda sübutları CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirilməsi barədə düzgün nəticəyə gəldiyini qeyd edir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə bütün halların araşdırılmasına və mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, bu sübutlar əsasında məhkəmə X11 CM-nin 147.1-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmişdir ki, belə olan halda verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(005)-439/2022 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, bəraət almış şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Xüsusi ittihamçı X15 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməsin. X11 CM-nin 147.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(005)-439/2022 saylı hökmü xüsusi ittihamçı X15 tərəfindən verilmiş apellyasiya şikayəti və əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi3 oğlu tərəfindən bəraət almış şəxs X10 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş ) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti verilə bilər. X8 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov
Məhkəmə qərarları › İş №1(103)-690/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-690/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver