Məhkəmə qərarları › İş №1(103)-692/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-692/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-692/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri-Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi–X7, Dövlət ittihamçısı-Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X13; təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: Cavid Hüseynov) xx xxxxxx 1962-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi qaydada ev-alqı satqısı fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri Nəsimi rayonu M.Cəlal küçəsi ev 44 mənzil 41-də qeydiyyatda olan və yaşamış, Qusar rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında olmaqla, faktiki olaraq azadlıqdan məhrum etmə növündə cəza çəkən Təqsirləndirilən şəxs barəsində olan 01 noyabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyaları yerinə yetirmə hüququndan məhrum olunmaqla 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 32.5,308.2-ci maddəsi ilə 01 il müddətə dövlət və yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyaları yerinə yetirmə hüququndan məhrum olunmaqla 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla ona 01 (bir) il 06 (altı) ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırki hökmlə təyin olunmuş 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və yaxud inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına Qusar rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla ona 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və yaxud inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, cəzasının əvvəli 02 aprel 2021-ci il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, üzərində qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs həmin maddə ilə cəza təyin edilməmişdir. Qusar rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə onun azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmışdır. Zərərçəkmiş şəxslər-X14 və X17 ona qarşı mülki iddia tələblərinin olmaması nəzərə alınmışdır. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməklə təkrar vəzifə saxtakarlığı və xidməti vəzifələrin icrası ilə bağlı özü və üçüncü şəxslərə qanunsuz üstünlük əldə edilməsi məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin törədilməsində təkrarən köməkçi qismində iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında 2006-2014-cü illərdə inşa edilmiş 02 girişli 16 mərtəbəli binadan və «Yüksəliş-C” Məhdud Məsuliyyətli Cəmiyyəti (12 iyul 2016-cı ilə kimi eyni adlı MTK) tərəfindən Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi, 2337-ci məhəllədə 2008-2013-cü illərdə inşa olunmuş 01 girişli 20 mərtəbəli binadan “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə və pul vəsaitlərinin ödənilməsi barədə maliyyə arayışlarına əsasən satılmış, dəyəri ödənilmiş mənzilləri 2016-cı ilin avqust ayından başlayıb ilk alıcılarının məlumatı olmadan yenidən başqa şəxslərə satmaqla, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2007-ci ildən xx.xx.2011-ci il tarixədək rəsmi qaydada, sonuncu tarixdən xx.xx.2017-ci ilədək faktiki və həmin tarixdən yenidən rəsmi qaydada sədri vəzifəsində işləməklə göstərilən Kooperativin sədri və Cəmiyyətin direktoru vəzifəsində işləyib Kooperativin 01 avqust 2005-ci ildə təsdiq edilmiş Nizamnaməsinə əsasən, Kooperativin təmsil olunması, operativ idarə edilməsi, adından əqdlər bağlanması, rəsmi sənədlərin imzalanması, kooperativin əmlakına sərəncam verilməsi, işçilərin vəzifəyə təyin və azad edilməsi, digər səlahiyyətlərə malik vəzifəli şəxs Şahid3, habelə sonuncunun səlahiyyətli nümayəndəsi -etibarnamə əsasında həmin cəmiyyətdə hüquqşünas kimi fəaliyyət göstərməklə cəmiyyətin məhkəmələrdə, dövlət və qeyri-dövlət orqanlarında təmsil edilməsi, sənədlərin təqdim olunması, alınması, Şahid3 adından imzalanması və digər səlahiyyətlərə malik vəzifəli şəxs olan və faktiki mənzillərin satışını həyata keçirən Şahid4 xidməti vəzifələrinin icrası ilə bağlı özləri və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmə məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasında məlumatları, məsləhətləri və maneələri aradan qaldırmaqla, köməkçilik etməklə həmin şəxslərlə və qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girib özünü vətəndaşlara qanunsuz satılan mənzillərin sahibi kimi təqdim edib mənzillərin əvvəllər digər şəxslərə satılma- ması haqqında vədlər verib aldatmaqla və alıcıları inandırmaq üçün şirkətin ofisində mənzildən imtina etməsi barədə ərizə yazaraq, habelə qabaqcadan əlbir olduğu Şahid3 və Şahid4 rəsmi sənəd olan müqavilə və maliyyə arayışlara mənzillərin alıcılara qanuni əsasla satılması, bəzi hallarda mənzilin əvvəllər ödəniş əsasında ona məxsus olması haqqında tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatların daxil edilərək təsdiq edilib vəzifə saxtakarlığı törədilməsində öz məlumatları və məsləhətləri ilə köməkçilik etməklə, o cümlədən "xxxx" MMC-nin inşa etdiyi binadan 2 otaqlı 109,2 m2 sahəli 15 nömrəli mənzil 25 iyul 2007-ci il tarixli müqavilə ilə X2 və onun mənzilin dəyərini tam ödənildiyi halda, 2017-ci ilin sentyabr ayında X20 özünü yalandan həmin mənzilin sahibi kimi təqdim edərək və təcili pula ehtiyacı olduğundan, mənzili ucuz qiymətə satması, hər hansı digər sahibinin olmaması barədə yalan vəd verməklə, mənzilin İlqar Hüseynliyə satılması adı ilə ondan 3 sentyabr 2017-ci ildə binanın həyətindəki ofis otağında Samir Alışovla birlikdə 50.000 manat, əlavə mənzilə sayğacın quraşdırılması adı ilə 1.500 manat, vahid niyyətlə 51.500 manat alıb mənzilin İlqar Hüseynliyə qanuni əsasla satılmasına dair bilə-bilə yalan məlumatların daxil edildiyi, möhür əksləri və MMC-nin rəhbərinin imzasının eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş, qrafik proqram təminatından istifadə edilməklə axınlı printerdə çap edilmiş həmin tarixli saxta müqavilə və ödəniş haqqında maliyyə arayışını, eləcə də həmin mənzildən İlqar Hüseynlinin xeyrinə imtina etməsi və gələcəkdə heç bir iddiasının olmayacağı haqqında qəbzi sonuncuya verərək, göstərilən pul vəsaitini qabaqcadan əlbir olduğu şəxslərlə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, Şahid3, Şahid4 və Samir Alışovla qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs tərəfindən Ceyhun İsmayılovu öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum edib hüquqları və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və qabaqcadan əlbir olan bir qrup şəxs halında, vəzifə saxtakarlığının törədilməsində köməkçi kimi iştirak etmiş, təkrar "xxxx" MTKnın inşa etdiyi binadan 01 otaqlı 66 m2 sahəli 196 nömrəli mənzil 21 mart 2015-ci il tarixli müqavilə ilə X1 və onun mənzilin dəyərini tam ödədiyi halda, 2017-ci ilin noyabr ayının əvvəlində X9 özünü yalandan həmin mənzilin sahibi kimi təqdim edib təcili pula ehtiyacı olduğundan mənzili ucuz qiymətə satması, hər hansı digər sahibinin olmaması barədə yalan vəd verməklə, bu mənzilin X10 Nəhmədovaya satılması adı ilə ondan 2017-ci ilin noyabr ayının əvvəllərində ilkin olaraq beh kimi 500 manat, 10 noyabr 2017-ci ildə binanın həyətindəki ofis otağında Şahid4lə birlikdə 34.500 manat və vahid niyyətlə cəmi 35.000 manat pulu alaraq, mənzilin Vəfa Nəhmədovaya qanuni əsasla satılması barədə bilə-bilə yalan məlumatların daxil edildiyini, möhür əksləri eyni növ sənəddən texniki qurğu vasitəsilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə edilməklə, axınlı printerdə çap edilərək Şahid3la Şahid4 birlikdə hazırladığı, sonuncu tərəfindən imzalanmış qəsdən tarixi “14 aprel 2013-cü il” kimi göstərilmiş saxta müqavilə və ödəniş haqqında maliyyə arayışı Vəfa Nəhmədova və anasına verilib pulu əlbir olduğu Şahid3 və Şahid4lə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vuraraq ələ keçirib təkrar dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs tərəfindən Aminə Quliyevanı əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqları və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olaraq təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar vəzifə saxtakarlığının törədilməsində köməkçi qismində iştirak etmişdir. Məhkəmənin hökmündən narazı qalan Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, məhkəmənin həmin hökmünün qanunsuz və əsassız olduğunu, məhkəmə tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığını və nəticədə ona ağır cəza təyin olunduğunu göstərməklə, onun cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını verilmiş apellyasiya şikayətinin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesinin iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin 01 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən və məhkəmə iclaslarının protokollarından göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə özünü təqsirli bilməməsinə baxmayaraq, faktiki olaraq ibtidai istintaqda və birinci instansiya məhkəməsində verdiyi ifadələrinin məzmunu və mahiyyəti ilə yanaşı; onun tərəfindən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etməsi, vəzifəli şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməklə təkrar vəzifə saxtakarlığı və xidməti vəzifələrin icrası ilə bağlı özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə edilməsi məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin törədilməsində təkrarən köməkçi qismində iştirak etməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə; ilkin təhqiqat sənədləri ilə; istintaq dövründə və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslər-X14, X17 ifadələri ilə; İbtidai istintaqda və məhkəmədə dindirilmiş şahidlər-Şahid3, Şahid4, Şahid1, Şahid2 və qeyrilərinin ifadələri ilə; 02 otaqlı 109,2 kv.m sahəli 15 nömrəli mənzilin satılmasına dair Şahid2 adına 16 fevral 2007-ci il tarixli müqavilə və cəmi 50.000 manatın ödənilməsi haqqında maliyyə arayışın, eləcə də X17 adına olan 03 sentyabr 2017-ci il tarixli müqavilənin və 47.000 manatın ödənilməsi haqqında eyni tarixli maliyyə arayışının MTK-nın möhürü ilə təsdiq edilməsi barədə alqısatqı sənədləri ilə; 01 otaqlı, 66,0 kv.metr sahəli 196 saylı mənzilin satılmasına dair X23 adına 14 aprel 2013-cü il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” Şahid3 adından təsdiq edilmiş müqavilə və 26.000 manat ödənilməsi barədə eyni tarixli maliyyə arayışının MTK-nın möhürü ilə təsdiq edilməsi barədə alqı-satqı sənədləri ilə; "xxxx" MMC-da 15 saylı mənzildən İlqar Hüseynli xeyrinə Təqsirləndirilən şəxs imtina etməsi və mənzilin İlqar Hüseynlinin adına keçməsinə etiraz etməməsi, gələcəkdə mənzillə bağlı özü və ailə üzvlərinin iddia və şikayətlərinin olmayacağı, habelə 47.000 manatın alması barədə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən yazılmış 03 sentyabr 2017-ci il tarixli imtina ərizəsi ilə; "xxxx" MTK adından mənzil satışına dair X18 adına 14 aprel 2013-cü il tarixli müqavilə və eyni tarixli maliyyə arayışında və "xxxx" MTK-nın adından mənzil satışına dair X17 adına 03 sentyabr 2017-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışındaki möhür əksləri hər hansı bir eyni növ sənədlərdib texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmiş maliyyə arayışı və müqavilələrdə “Alışov” sözləri qarşısında imzalar hər hansı texniki qurğu vasitəsilə deyil birbaşa icra edilməsi; "xxxx" MTK-nın adından mənzil satışına dair X23 adına 14 aprel 2013-cü il tarixli müqavilə və eyni tarixli maliyyə arayışda "xxxx" MTK-və "xxxx" MMC-nin adından mənzil satışına dair İlqar Hüseynli adına 03 sentyabr 2017-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışında olan möhür əksləri eyni məzmunlu möhürlərin eksperimental nümunələri ilə eynilik təşkil etməsi barədə sənədlərin məhkəmə-texniki eksperti- zasının 24065 saylı 28 sentyabr 2018-ci il tarixli rəyi ilə; Yeni Yasamal” MTK-nın adından 01 otaqlı, 66 kv. m sahəli 196 saylı mənzilin X3 haqqında 14 aprel 2013-cü il tarixli müqavilə və maliyyə arayışının əlyazma mətnləri və “Yeni Yasamal MTK-nın Sədri” qrafalalarındakı imzaları Şahid4 icra etməsi; "xxxx" MMC-nin adından 2 otaqlı 15 №-li mənzilin X4 haqqında 03 sentyabr 2017-ci il tarixli müqavilə və maliyyə arayışında "xxxx" MMC-nin direktoru” qrafa- lalarında hər hansı bir eyni növ sənədlərdən texniki qurğu vasitəsi ilə komputerə köçürülmüş və qrafik proqram təminatından istifadə edilib çap edilmiş imzaların Şahid3 icra etməsi barədə məhkəmə-xətşünaslıq ekspertizasının 23724 nömrəli 03 oktyabr 2018-ci il tarixli rəyi ilə; "xxxx" mənzil-tikinti kooperativinin 01 avqust 2005-ci ildə dövlət qeydiyyatına alınıb bu barədə şəhadətnamənin verilməsi və Bakı şəhəri Vergilər Departamentin 1 №-li filialında vergi ödəyicisi kimi qeydiyyata alınaraq ********** №-li VÖEN verilməsi və Nizamnaməyə əsasən, Kooperativinin hüquqi ünvanının ünvan 2rliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışına və digər müvafiq sənədləri ilə; MTK-nın ilk təsisçiləri A. Qəhrəmanov və qeyrilərinin olması və müstəqil balansa malik hüquqi şəxs olmaqla və dövlət orqanlarından razılıq aldıqdan sonra kooperativ üzvlərin əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə mənzil sahəsinə tələbatının ödənilməsi üçün yaradılması, əsaslı tikinti və təmir işlərinin aparılması, əhaliyə pullu tikinti-təmir xidmətlərin göstərilməsi və digər fəaliyyət növlərinin həyata keçirilməsi ilə məşğul olması, Kooperativin ali idarəetmə orqanının üzvlərinin ümumi yığıncağı olması, yığıncaqlar arası dövrdə sədrinin həmin Kooperativin təmsil etməsi, operativ idarə edilməsi, adından əqdlərin bağlanması, sənədlərin imzalanması, kooperativ əmlakına sərəncam verilməsi, işçilərin vəzifəyə təyin və azad edilməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxs olması, "xxxx" MTK-nın nizamnaməsində 15 yanvar 2007-ci ildə dəyişikliklər edilməsi, X11 1%, Şahid3 32%, X28 33%, Əliheydər Şahmarov 33%, və Soltanağa Şahmarov 01% pay haqqı ilə kooperativin təsisçiləri kimi qeydə alınmaları barədə Ədliyyə Nazirliyi tərəfindən 01 avqust 2005-ci ildə təsdiq edilən Yeni Yasamal MTK-in rəsmi nizamnaməsi ilə; 12 yanvar 2007-ci il tarixli əmrlə Şahid3 kooperativin sədri təyin olunması və 15 yanvar 2007-ci ildə MTK-nın qanuni təmsilçisi kimi qeydiyyata alınması barədə MTK-nın təsisçilərinin 11 yanvar 2007-ci il tarixli ümumi yığıncağının 01 №-li protokolu ilə; həmin kooperativin qanuni təmsilçisi kimi qeydiyata alınması barədə Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən götürülmüş 15 may 2017-ci il tarixli çıxarışla; "xxxx" MTK-nın adından 1 otaqlı, 66 kv. metr sahəli 196 nömrəli mənzilin X3 haqqında 14 aprel 2013-cü il tarixli müqavilə və maliyyə arayışı, "xxxx" MMC-nin adından 02 otaqlı 15 saylı mənzilin İlqar Hüseynliyə satılması barədə 3 sentyabr 2017-ci il tarixli müqavilə və maliyyə arayışı, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2017-ci il tarixli imtina ərizəsinin iş üzrə maddi sübut kimi tanınmasına dair istintaq orqanının 24 may 2022-ci il tarixli qərarı ilə; Şahid3 tərəfindən Şahid4 məhkəmə instansiyalarında dövlət və qeyri-dövlət, hüquq-mühafizə orqanlarında nümayəndəlik etmək, iddia tələbindən imtina etmək, iddianı qəbul etmək, adından ərizə yazmaq, sənədləri təqdim etmək, almaq, əvəzində sənədləri imzalamaq, vərəsəlik işlərini aparmaq və digər geniş səlahiyyətlərin verilməsi barədə Şahid3 imzaladığı 23 iyun 2014-cü il tarixli etibarnamə ilə; Şahid3 Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib 03 il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Şahid4 həmin maddələrlə təqsirli bilinib 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilib 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmaları barədə Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü dəyişdirilməsi ilə; baxış, götürmə, müayinə, axtarış, üzləşdirmə və başqa istintaq hərəkətlərinin protokolları ilə; toplanmış və birinci instansiya məhkəməsində çoxsaylı mötəbər sənədlərlə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, maklerlik fəaliyyəti - ev, mənzil və obyektlərin alqı-satqısı ilə məşğul olmuş və heç bir dövlət orqanında qeydiyyatdan keçməmiş, fiziki şəxs kimi vergi ödəyicisi olmamışdır. Makler kimi fəaliyyət göstərdiyi üçün bir çox hündür mərtəbəli binaların tikintisini həyata keçirən MTK-larla, o cümlədən Yasamal rayonu M.Xiyabani küçəsində hündür mərtəbəli binanın tikintisini keçirən "xxxx" MTK-nın nümayəndəsi kimi tanıdığı Şahid4lə tanışlığı və münasibəti olmuş, həmin MTK-nın inşa etdiyi binadan bir neçə mənzilin satışında makler kimi köməklik etmişdir. 2017-ci ilin noyabr ayında Şahid4 ona zəng edərək rayonda olduğunu, bir nəfərin mənzil almaq istədiyi, gedib həmin mənzili Ramin adlı digər bir maklerlə müştəriyə göstərməyini xahiş etmiş, Habil ona əvvəlki mənzillərin satışından 500 manat borcu qaldığından, sonuncu həmin mənzili sata biləcəyi halda onun 500 manat borcunu verəcəyini bildirdiyindən, gedib həmin mənzili Nəzakət adlı bir qadın müştəriyə göstərmiş, mənzilin xatırladığı kimi 26.000 manata satıldığını demiş, Habil telefonda danışarkən ona mənzili satmaq üçün özünü mənzilin sahibi kimi təqdim etməsini dediyindən, Habilin 500 manat borcunu geri qaytarması üçün həqiqətən qadına özünü mənzilin sahibi kimi təqdim etmiş, nəticədə Nəzakət adlı qadın mənzili almağa razılaşaraq ona 500 manat beh vermiş, bu barədə Şahid4 zəng edib demiş və həmin 500 manatı borcun əvəzinə götürdüyünü bildirmiş, bir neçə gün sonra həmin qadınla yenidən binanın yaxınlığındakı kafelərin binində görüşmüş və həmin vaxt sonuncu mənzilin pulunun qalan hissəsini onun yanında Şahid4 vermişdir. Habil MTK-ın sədri Şahid3 adından Nəzakətə müqavilə və maliyyə arayışı tərtib edib təqdim etmiş, sonra isə mənzilin aqibəti barədə məlumatı olmamış, həmin ərəfədə Habil vergiyə təqdim edəcəkləri sənədlərdə problem yaşanmasın deyə, onun adına bir ədəd iki otaqlı mənzil yazmış, tərtib edilmiş sənədlərə əsasən özü həmin mənzilin sahibi olmuşdur. Əsil həqiqətdə isə həmin sənədlər onun adına tam formal yazılmış, bir müddət sonra Habil ona Ramil adlı maklerin köməkliyi ilə bu mənzilə müştəri tapdıqlarını, mənzilin satılması üçün gəlib imtina ərizəsi yazmalı olduğunu bildirdiyindən, gedib mənzili almaq istəyən İlqar adlı şəxslə tanış olmuş, 03 sentyabr 2017-ci il tarixli imtina ərizəsini yazıb təqdim etmişdir. Sənədlər onun adına olduğu üçün özünü mənzilin sahibi kimi təqdim etmiş və həmin mənzil İlqar Hüseynliyə 50.000 manata satılmışdır. Pulu İlqardan götürsə də, bütün məbləği Şahid4 özünə vermiş, mənzilin faktiki sahibi olmamış, adına sadəcə formal sənədlər yazılmış, bildiyi üçün MTK tərəfindən İlqar Hüseynlidən sayğaclar üçün 1.500 manat əlavə pul alınmışdır. İlqar Hüseynliyə və Nəzakət Nəhmətovaya satılmış mənzillərin onlardan əvvəl başqa şəxslərə satılmasından onun məlumatı olmamışdır. Məhkəmədə dindirilmiş zərərçəkmiş X14 öz ifadəsində göstərmişdir ki, 2017-ci il noyabr ayında “Yeni emlak” internet saytında Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsindəki "xxxx" MTK-nın 10-cu mərtəbəsində 01 otaqlı mənzilin satılması barədə elanı oxumuş, maraqlanmış, Ramin adlı makler də mənzillə maraqlanmış və mənzilin Oruc adlı şəxsə məxsus olduğunu və 35.000 manata satıldığını ona bildirmişdir. Orucla görüşmüş və razılaşıb ona 500 manat beh vermişdir. 2017-ci il noyabr ayının 10-da qızı Vəfa ilə "xxxx" MTK-nın yaxınlığında kafelərin birində özünü MTK-nın vəkili kimi təqdim edən Şahid4 yanında isə Oruc adlı şəxsə 34.500 manat vermiş, Şahid4 196 nömrəli mənzilin satışına dair MTK-nın sədri Şahid3 adından imzalanmış 14 aprel 2013-cü il tarixli müqavilə və maliyyə arayışını onun xahişi ilə qızı Vəfanın adına rəsmiləşdirmiş və onlara təqdim etmiş, təxminən 10 gün sonra aldığı mənzilə giriş qapısı qoydurarkən qonşular ona Şahid4 və Şahid3 dələduz olduqlarını, 196 nömrəli mənzilin başqa birisinə satılma ehtimalının olduğunu bildirmişlər. Bundan sonra, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdikdə, həmin müqavilə və maliyyə arayışının saxta olmasını öyrənmişdir. Yaranmış vəziyyətlə bağlı şikayət etdikdən sonra, vurulmuş zərərin əvəzi kimi Şərur MTK-dan ona başqa mənzil verildiyindən, onun Təqsirləndirilən şəxs və digərlərinə qarşı şikayəti və tələbi qalmamışdır. Məhkəmədə dindirilmiş zərərçəkmiş X24 ifadəsində göstərmişdir ki, 2017-ci ilin sentyabr ayında internetdə Ramil adlı şəxsin adından verilmiş bir elanda Xətai rayonu M.Hadi küçəsində 109,2 kv. metrdən ibarət 2 otaqlı mənzilin 52.000 manata satıldığını oxumuşdur. 03 sentyabr 2017ci ildə bacısının əri Bəhlulla birlikdə həmin yerə getdikdə, Ramil və ev yiyəsi olduğunu öyrənib bildirdiyi Oruc adlı şəxs də bir gəlmişlər. Oruc mənzili 2013-cü ildə binaya material verən bir dostundan aldığını və mənzilin qiymətini 50.000 manata razılaşmışlar. Bəhlul və Ramili binanın 2-ci mərtəbəsində ofis otağında özünün icraçı direktor olduğunu deyən Şahid3 oğlu Samir qarşılamış, sonuncu Orucun ev yiyəsi olduğunu və mənzillə bağlı problemin olmadığını təsdiqləmişdir. Samir mənzilin ona satılması haqqında Şahid3 adından imzalanan möhürlü blankda 2 otaqlı 109,2 kv.m sahəli 15 №-li mənzilin adına satılması haqqında maliyyə arayışı vermiş və Oruc da mənzildən imtina etməsi haqqında ərizə yazmışdır. Binanın həyətində Bəhlulun və Ramilin yanında Oruca 50.000 manat, Ramilə əziyyət haqqı kimi 500 manat vermiş, Oruc Ramilə 1.000 manat vermişdir. Bundan başqa Samir ondan qaz, işıq sayğacları və sair adla əlavə 1.500 manat da alaraq mənzilin giriş qapısının 2 ədəd açarını ona vermişdir. Ertəsi gün qapının açarını dəyişdirmiş, sonra mənzildə işıq və su xətlərini çəkmişdir. 2017-ci ilin dekabr ayının əvvəlində mənzilə baxmaq üçün getdikdə qapının sındırılıb çıxarıldığı, yerinə təzə qapı qoyulduğunu görmüşdür. Maraqlanıb qapını qıranın Rasim adlı şəxs olduğunu, Rasimin ondan daha əvvəl mənzili aldığını öyrənmişdir. Bu məsələni araşdırmaq üçün binanın sahibi Şahid3 və özünü hüquqşünas kimi təqdim edən Şahid4lə görüşmüş, hər biri mənzilin ona məxsus olduğunu bildirmiş, Habil ona Şahid2 adında şəxsə yazılmış 16 fevral 2007-ci il tarixli müqavilə və maliyyə arayışı təqdim edib həmin şəxsin mənzili Rasimdən daha əvvəl aldığını, Musanın adından Orucun adına, Orucun adından isə onun adına keçirildiyini demiş, az müddət sonra isə aldadıldığını öyrənmişdir. Şikayətlərdən sonra ziyanın əvəzinə ona başqa bir mənzil verilmişdir. Şərur MTK ondan əlavə 52000 manat istəmiş, ümumi 104000 manat dəyərində mənzili ona verildiyindən, təqsirləndiirlən şəxsə qarşı şikayəti yoxdur. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Yüksəliş-C MMC-nin inşa etdiyi binadan 2 otaqlı 109,2 kv.m sahəli 15 №-li mənzilin satılması ilə bağlı Ceyhun İsmayılovun adına 25 iyul 2007-ci il tarixli müqavilə və 47.032 manat ödənilməsi barədə maliyyə arayışı, Şahid2 adına 16 fevral 2007 tarixli müqavilə, 50.000 manatın ödənilməsi barədə maliyyə arayışı, Təqsirləndirilən şəxs imtina ərizəsi, ilqar Hüseynliyə satılması ilə bağlı 03 sentyabr 2017-ci il tarixli müqavilə və 47.000 manatın ödənilməsi haqqında maliyyə arayışında adından edilmiş imzalar ona məxsusdur. Həmin mənzil 2007-ci ildə qanuni olaraq tanışı Şahid2 satılmış və Musa 50.000 manat ödəmiş, Ceyhun İsmayılovu, Təqsirləndirilən şəxs və İlqar Hüseynlini tanımamış, Oruc və İlqar adlı şəxslərə onun imzası və şirkətin möhürü əks edilən, etibar edib onda saxladığı müqavilə və maliyyə arayışı blanklarından istifadə edib mənzil satışı haqqında sənədləri Şahid4 verdiyini güman etmişdir. Habilin həmin şəxslərdən hansı məbləğdə pul almasını bilməmiş, oğlu Samir mənzil satışında iştirak etməmiş, 2007-ci ildə Ceyhun adlı şəxsə mənzil satışına dair sənədlər hansı şəraitdə verildiyini xatırlamır, işlərində onunla şərik olan Xaləddinin ona boş blankları imzalatmasını güman etmişdir. 01 otaqlı 66 kv.metr sahəli 196 №-li mənzilin Leyla Əliyevanın adına satılmasına dair 11 may 2007-ci il tarixli müqavilə və 44206 ABŞ dolların ödənilməsi barədə maliyyə arayışı onun adından Axundov Cavanşirin, sonuncunun adından X5 adına keçirilməsi ilə bağlı müqavilə və maliyyə arayışında MTK sədri adından əks olunan imzalar ona məxsus olmuşdur. X6 adına olan sənədləri isə imzalamamış, Şahid4 imzalamışdır. İlkin olaraq mənzil 2007-ci ildə satılmış və sonra həmin mənzil sahibləri tərəfindən satdıqlarına görə addan-ada keçirilmişdir. Nəzakət isə mənzilin satılmasını bilməmişdir. Şahid4 həmin satışı ondan gizlin keçirməklə pulu almış və ona verməmişdir. Sonuncu və ya özündə olan möhürlü blankdan istifadə etmiş, və ya da möhürü rəngli skanerdən keçirmişdir. Məhkəmədə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 01 otaqlı 66 kv.metr sahəli 196 № mənzilin satılması ilə bağlı X5 adına 21 aprel 2015-ci tarixli müqaviləni və maliyə arayışını tərtib etməmiş və onu tanımamışdır. X18 adına 14 aprel 2013-cü il tarixli müqaviləni və 26.000 manat ödənilməsi barədə maliyyə arayışını MTK-nın möhürü əks olunan blanklardan istifadə etməklə özü tərtib etmiş və Şahid3 əvəzindən imzalamışdır. 2017-ci ilin noyabr ayında həmin mənzilin əvvəl kiməsə satılıb-satılmamasını yoxlamadan tanış maklerlə satışa çıxarmış, tanışı Təqsirləndirilən şəxs Vəfanın anası Nəzakət Nəhmədovanı gətirmiş, Oruc müştəridən 26000 manat alaraq ona vermiş, Nəzakətə tarixini 14 aprel 2013-cü il kimi qeyd etdiyi sənədləri vermiş, həmin satışdan Şahid3 məlumatı olmamış və aldığı pulu binanın həyətinin abadlıq işlərinə xərcləmiş, 2 otaqlı, 109,2 kv.metr sahəli 15 №-li mənzilin əvvəllər Ceyhun İsmayılov adlı şəxsə satılmasından məlumatı olmamış, mənzilin Hüseynli İlqarın adına satılması barədə 09 sentyabr 2017-ci il tarixli sənədləri öz xətti ilə tərtib etmiş və bu vaxtı Şahid3 imzası və möhür əks olan blanklardan istifadə etmiş, sənədlərdə əks olunan xətt ona məxsusdur. Şahid2 Sumqayıt şəhər sakini olmaqla, "xxxx" MMC-nin inşa etdiyi binada mənzil sahibi olmuş və 2017-ci ildə mənzilini satışa çıxarmış, bu barədə makler kimi tanıdığı Oruca müraciət etmiş Oruc da müştəri kimi İlqar Hüseynlini gətirmişdir. Mənzilin satış qiyməti olan 50.000 manatı İlqar Oruca vermiş, Oruc pulu ona vermiş və özü pulu mənzilin sahibi hesab etdiyi Musaya vermişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2017-ci ildə qohumu İlqar Hüseynli ilə birlikdə M.Hadi küçəsində olan binaya getmiş, orada Oruc adlı şəxs özünü mənzil sahibi kimi təqdim edərək İlqarla mənzilin qiymətini 50.000 manata razılaşmışlar. Binanın 2-ci mərtəbəsində olan ofis otağında, onun yanında İlqar Samirə 50.000 manat verib ondan müqavilə və maliyyə arayışı almışdır. Oruc mənzildən imtina barədə ərizə yazaraq, özündə olan müqavilə və maliyyə arayışı ilə birlikdə Samirə qaytarmışdır. Məhkəmədə dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, Şahid3 Sumqayıt səhər sakini kimi uzun müddət ərzində tanımış və onunla münasibət saxlamışlar. 2006-cı ildə Şahid3 Xətai rayonu Hadi küçəsində hündür mərtəbəli binanı inşa etməyə başlamış, ərəfələrdə daşınmaz əmlaka yatırım etmək qərarına gəlmiş, ona görə bir tanışı kimi Şahid3 müraciət edib 02 otaqlı mənzil almaq istədiyini bildirmiş və binanın 4-cü mərtəbəsində olan iki otaqdan ibarət, ümümi sahəsi 109,2 kv.m 15 nömrəli mənzili 50.000 manata almağa razılaşmışdır. 16 fevral 2007-ci ildə 50.000 manatı Şahid3 ödəmiş və mənzilin dəyərinin tam ödənilməsinə dair müqavilə və maliyyə arayışı ona təqdim olunmuşdur. 2017-ci ilin payız aylarında mənzilini satmaq qərarına gəlib Cahangirin işlərini görən Habil adlı şəxsdən mənzilini satmasını xahiş etmiş, Habilin vasitəsilə həmin mənzili elə aldığı qiymətə yəni 50.000 manata satmış, lakin özü müştərini görməmişdir. Habil ona mənzildən imtina ərizəsini yazdırmaqla həmin pulu vermişdir. Mənzilin 2007-ci ildə ona satılması haqqında 26 fevral 2014-cü il tarixli auditor aktında hansı səbəbdən qeydiyyatın aparılmadığını isə bilməmişdir. Göstərilənlərdən əlavə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi toplanmış və məhkəmədə elan olunaraq tədqiq edilmiş çoxsaylı digər mötəbər və təkzibedilməz sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 27-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatın Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı ildə qəbul edilmiş Beynəlxalq Paktın 11ci maddəsinə və “İnsan hüquqları və X19 haqqında” Konvensiyanın 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığından azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditorun və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda isə belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə məhkəmə həmin xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüquqlarını əldə etmiş şəxsin əməllərində talamanın, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələbinə əsasən xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgə əmlakın əvəzsiz və qanunsuz öz mülkiyyətinə keçirilməsinə və yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşya üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair digər hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamələrdə, vəsiyyətnamələrdə, qiymətli kağızlarda, hesablaşmalarda, sığorta sənədlərində və sairə bu kimi sənədlərdə) əks oluna bilər. Beləliklə də, birinci instansiya məhkəməsi toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli və külli miqdarda ziyan vuraraq ələ keçirib təkrar dələduzluq etməsi, vəzifəli şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə təkrar vəzifə saxtakarlığı və xidməti vəzifələrin icrası ilə bağlı özü və üçüncü şəxslərə qanunsuz üstünlük əldə edilməsi məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edilərək, fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb mühüm zərər vurulmaqla təkrar vəzifə səlahiyyətlərindən suiistifadə cinayətlərinin törədilməsində təkrarən köməkçi qismində iştirak etməsi araşdırılan mötəbər sübutlarla tam təsdiq olunduğundan, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs istinad olunan maddələrlə təqsirli bilinməli, həmin Məcəllənin 32.5,313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin olunmamalı, digər 178.3.2 və 32.5,308.2-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 32.5,313cü maddəsi ilə Cinayət Məcəlləsinin 44.2 və 44.2.1-ci maddələrinə əsasən ona cəza təyin etməməklə barəsində ittiham hökmünün çıxarılması nəticəsinə gəlmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 32.5,308.2-ci maddələri ilə ona cəza təyin edilməlidir. Beləliklə, Şahid4 və qeyrilərinin ifadələrindən göründüyü kimi, Yüksəliş-C MMC-nin inşa etdiyi binadan 02 otaqlı 109,2 kv.m sahəli 15 nömrəli mənzilin satılması ilə bağlı Ceyhun İsmayılovun adına 25 iyul 2007-ci il tarixli müqavilə və 47.032 manat ödənilməsi barədə maliyyə arayışı, Şahid2 adına 16 fevral 2007 tarixli müqavilə, 50.000 manat pulun ödənilməsi barədə maliyyə arayışı, Təqsirləndirilən şəxs imtina ərizəsi və Hüseynli ilqara satılması ilə bağlı 03 sentyabr 2017-ci il tarixli müqavilə və 47.000 manatın ödənilməsi haqqında maliyyə arayışında edilmiş imzaları Şahid3 imzalamışdır. Eyni zamanda, həmin binada 01 otaqlı 66 kv.metr sahəli 196 saylı mənzilin satılması ilə bağlı X16 adına 21 aprel 2015-ci tarixli müqaviləni və maliyə arayışı tərtib edilməmiş, Vəfa Nəhmədovanın adına 14 aprel 2013-cü il tarixli müqaviləni və 26.000 manat ödənilməsi barədə maliyyə arayışını MTK-nın möhürü əks olunan blanklardan istifadə edilməklə Şahid4 tərtib etmiş və özü Şahid3 adından imzalamışdır. 2017-ci ilin noyabr ayında həmin mənzilin əvvəl kiməsə satılıb-satılmamasını yoxlamadan, tanış maklerlə Şahid4 satışa çıxarmış və tanışı Təqsirləndirilən şəxs Vəfa Nəhmədovun anası Nəzakət Nəhmədovanı gətirmiş, Təqsirləndirilən şəxs müştəridən 26.000 manat alaraq ona verib Nəzakət Nəhmədovaya tarixini 14 aprel 2013-cü il kimi qeyd edilmiş sənədləri Təqsirləndirilən şəxs Nəzakət Nəhmədovaya vermiş və əvvəlindən sonuna kimi Təqsirləndirilən şəxs iştirak etmiş və mənzilin alqı-satqısında, sənədlərin tərtib edilməsində və digər məsələləri Şahid4lə birlikdə həll etmişlər. Belə ki, Təqsirləndirilən şəxs müştəri Nəzakət Nəhmədovadan 26000 manat almış və ona tarixini 14 aprel 2013-cü il tarixi kimi qeyd edilmiş mənzilin sahibi olmasına dair sənədlərin verilməsində iştirak etmiş, sonra mənzilin Hüseynli İlqarın adına satılması barədə 09 sentyabr 2017-ci il tarixli sənədlərin tərtib olunmasından onun məlumatı olmuşdur. Eyni zamanda, Şahid2 həmin binada mənzil sahibi olmuş və 2017-ci ildə mənzilini satışa çıxarmış, bu barədə makler kimi tanıdığı Təqsirləndirilən şəxs müraciət etmiş, Təqsirləndirilən şəxs da müştəri kimi İlqar Hüseynlini gətirmiş, həmin mənzilin satış qiyməti olan 50.000 manat pulu X33 Məmmədova vermiş və sonuncu həmin mənzilin satışı və sənədləşməsində iştirak etmişdir. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan mənzilin başqa şəxsə məxsus olmasına baxmayaraq, bilavasitə tanışı Şahid4lə köməklik göstərməklə və həmin mənzilin ona məxsus olmadığını halda, sənədlərin saxta olması və onun adına tərtib edilməsinə baxmayaraq, bütün bunları bildiyi halda, qeyd olunan mənzilin özünün mənzili kimi satılmasında və mənzilin satışından pulların alınmasında iştirak etməklə dələduzluq etmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs öz apellyasiya şikayətində cəzasının yüngülləşdirilməsini xahiş etdiyi halda, məhkəmədə cinayəti törətmədiyini göstərməklə, icraata xitam verilməsini xahiş etmişdir. Digər tərəfdən məhkəmənin hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin tövsifi və ya ona bəraət verilməsi ilə bağlı özü və müdafiəçisi, zərərçəkmiş şəxs və dövlət ittihamçısı tərəfindən müvafiq olaraq apellyasiya şikayətləri və apellyasiya protesti verilməmişdir. Onun özü tərəfindən verilmiş apellyasiya şikayəti yalnız məhkəmənin hökmü ilə ona təyin edilmiş cəzasının yüngülləşdirilməsi ilə əlaqədar olmuşdur. Eyni zamanda, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə öz ifadələrində özünü cinayətləri törətməkdə təqsirli bilməməsini bildirsə də, onun həmin cinayətlərin törədilməsində birbaşa iştirak etməsi faktiki olaraq özünün ibtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələrinin məzmunu ilə yanaşı, ibtidai istintaq dövründə və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə; iş üzrə toplanmış və tədqiq edilmiş mötəbər sübutlarla təkzib edildiyini və işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq hesab etmişdir ki, onun verdiyi həmin ifadələri yalnız cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ifadə (izahat) verməkdən imtina etmək, irəli sürülən ittihama dair ifadə (izahat) vermək və ya verməkdən imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə ona dəlalət edir ki, şübhəli və ya təqsirləndirilən şəxs istədiyi kimi öz müdafiəsini mümkün və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə etməklə həyata keçirmək hüququna malikdir, yəni ifadə (izahat) vermək və ya ifadə (izahat) verməkdən imtina etmək və hər hansı bir məzmunda ifadə (izahat) vermək onun vəzifəsi deyil hüququdur. Belə olan halda isə, ibtidai istintaq və ya məhkəmədə hər hansı bir məzmunda ifadə (izahat) verməsi yalnız onun müdafiə hüququ kimi qiymətləndirməklə nəzərə alınmalıdır. Göstərilənləri və cinayət işi üzrə toplanılmaqla məhkəmədə tədqiq edilmiş sübutları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi toplanmış çoxsaylı mötəbər və təkzibedilməz sənədlərlə subuta yetirildiyindən, onun öz ifadələrində və apellyasiya məhkəməsində verdiyi vəsatətində həmin cinayətləri törətmədiyindən, barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair öz ifadələrində və verdiyi vəsatətində irəli sürdüyü dəlillər yalnız onun cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə irəli sürülən dəlillər kimi qiymətləndirilməklə nəzərə alınmalıdır. Eyni zamanda, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməllərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə ona təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə kollegiyası aşağıda göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ədalətli, qanuni və əsaslı cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən, zərərçəkmiş şəxslər: X14 və X24 ərizələrlə məhkəməyə müraciət edərək, onların hər birinin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. İş materialındakı sənədlərə əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər- Binəqədi rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qərarı ilə 01 il 02 ay 13 gün müddətinə vaxtından əvvəl cəzadan şərti azad edilmişdir. Bundan başqa, Qusar rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, Binəqədi rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi qismən birləşdirilməklə, qəti olaraq ona 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (c-3, i.v. 1-33, 38-49). Birinci instansiya məhkəməsi məhkumluqla bağlı məsələni həll edərkən belə nəticəyə gəmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs baxılan iş üzrə törətdiyi cinayətin baş vermə tarixi barəsində Qusar rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmündən əvvələ təsadüf etdiyindən, baxılan iş üzrə məhkum olunmuş şəxs kimi nəzərə alınsa da, onun cinayət əməlləri cinayətlərin residivini yaratmır, bu səbəbdən təqsirləndirilən şəxsə cinayətin residivinə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmadan cəza təyin olunmalıdır. Belə ki, həmin Məcəllənin 18-ci maddəsinə görə, cinayətin residivi o zaman yaranır ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum edilmiş şəxsin yenidən qəsdən cinayət törətmiş olsun. Belə olan halda, təqsirləndirilən Təqsirləndirilən şəxs iş üzrə törətdiyi cinayət məhkum olunmuş şəxsin yenidən qəsdən törətdiyi cinayət deyil və bu cinayət onun məhkum edildiyi Qusar rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmündən əvvəl baş vermişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib hesab etmişdir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı və ona Cinayət Məcəlləsinin 178.3.2 və 32.5,308.2-ci maddələrinin sanksiyası daxilində cinayətlərin məcmusu üzrə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, həmçinin Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, onun şəxsiyyətinə uyğun müəyyən müddətinə qanuni və ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən biri daxildirsə, təyin olunmuş cəzaları tam və ya qismən toplamaqla qəti cəza təyin edilir. Eyni zamanda, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində əlavə cəza təyini məsələsini müzakirə edərkən, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab etmişdir ki, Cinayət Məcəlləsinin 178.3.2 və 32.5,308.2-ci maddələri ilə onun barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanları yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Həmin cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətinə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətinə təyin edilir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin olunan əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və yaxud həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, hazırki cinayət işi üzrə cinayət hadisəsi təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 204.1-ci maddəsi təqsirli bilinib 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi Qusar rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmündən əvvəl, yəni 2017-ci ildə baş vermiş, yeni hökm üzrə cəza təyin olunarkən, cinayətlərin məcmusu üzrə cəza təyin etmənin prinsipləri rəhbər tutulmalı, təyin edilmiş cəzaları tam və ya qismən toplamaqla qəti cəza təyin edilməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunmalı əsas və əlavə cəzalara Qusar rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmalı və təqsirləndirilən şəxsə qəti olaraq əlavə və əsas cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bundan başqa, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən hesab etmişdir ki, təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Qusar rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edildiyindən, həmin cəzalarının onun tərəfindən çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində təyin edilmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edərkən hesab etmişdir ki, hazırkı hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası Qusar rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə ona təyin edilən eyni növdə cəza ilə qismən toplanılmaqla təyin edildiyindən və barəsində qətimkan tədbiri seçilməməklə, həmin məhkəmənin 13 may 2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alındığından və cəzasının çəkməsinin əvvəli onun Qusar rayon Məhkəməsinin hökmü ilə cəza çəkməyə başladığı 02 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin və tələblərinin olmaması və onun müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə nəzərə almışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, təyin edilən cəzanın islah olunması və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «İnsan Hüquqlarının və X12 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəsin hüquq və vəzifələri müəyyən edilərkən və yaxud ona qarşı ittiham irəli sürülərkən, qanunla yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə uyğun olaraq, yəni məhkumdan əvəz çıxmaq və yaxud ondan qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda, «ədalət prinsipi» zərərçəkmiş şəxsə qarşı qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, həmçinin təqsirkar şəxsın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Beləliklə də, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini özündə əks etdirən Cinayət Məcəlləsinin 8.1, 9.2, 41.2 və 58.3-cu maddələrinə tam əməl etmiş və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin olunması təcrübəsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 04 saylı qərarının tövsiyyələrini və “İnsan Hüquqları və X19 barədə” 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərini nəzərə almaqla, onun şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmasını nəzərə alaraq, ona qanunvericiliyin tələblərinə uyğun olaraq ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə maddi subutlar və digər məsələləri həl edərkən hesab etmişdir ki, cinayət işi üzrə maddi sübut qismində tanınmış - Yeni Yasamal” MTK-nın adından 01 otaqlı 66 kv. metr sahəli 196 nömrli mənzilin X3 haqqında 14 aprel 2013-cü il tarixli müqavilə və maliyyə arayışı, "xxxx" MMC-nin adından 02 otaqlı 15 nömrəli mənzilin X4 barədə 03 sentyabr 2017-ci il tarixli müqavilə və maliyyə arayışı; Təqsirləndirilən şəxs tərəfindən yazılmış 03 sentyabr 2017-ci il tarixli imtina ərizəsi cinayət işinin materiallarında saxlanılmalı və 353 manat təşkil edən keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi və yaxud barəsində cinayət işinə xitam verilməsi barədə onun özü tərəfindən verilmiş apellyasiya şikayətində və məhkəmədə verdiyi vəsatətində irəli sürülən dəlillər iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib edildiyini, işin faktiki hallarına uyğun olmadığını və kifayət qədər əsaslandırılmadığını nəzərə alaraq apellyasiya şikayəti və vəsatətlə razılaşmır və bu səbəbdən hesab edir ki, verilmiş apellyasiya şikayətində irəli sürülən dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli hökmü əməlin tövsifi və təyin olunmuş cəza hissələrində qanuni, əsaslı və ədalətli olduğundan, dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. + Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası, q ə r a r a a l ı r: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 01 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə, işlə tanışlıqla bağlı, prosessual sənədlərin tərtib edilməsi ilə və məhkmə iclaslarında iştirakı ilə bağlı sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, ümumilikdə 20 saat üçün cəmi 120 ( yüz iyirmi ) manat dövlət büdcəsindən müvafiq hesaba ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsi ilə göstərilən müddət ərzində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov

2. Qədim Babayev

3. Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar