Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-70/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X9 (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlixan oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclası katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 1(005)-253/2024 nömrəli hökmü ilə (hakimlər Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi ilə) xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatsız yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli 29 yanvar 2024-cü il tarixindən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan 1,926 qram çəkidə narkotik vasitə heroin və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan 0,993 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə saat 18:45-də qeyd olunan ünvanda saxlanılaraq BMCMİ-yə gətirilmiş və orada həmin tarixdə saat 20:40-dan etibarən üzərində şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıdığı 01 ədəd bükümdə 1,925 qram çəkidə olan xeyli miqdarda narkotik vasitə heroin və 01 ədəd bükümdə 0,993 qram çəkidə olan xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(105)-253\2024 saylı, xx.xx.2024-cü il tarixli təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə dair hökmünü dəyişdirilərək, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə bir il müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, işdə olan şahidin dəvət məktublarından (30 may 2024-cü il saylı,19105)-223/2024 saylı və 12 iyun 2024-cü il tarixli , 1(105)-253\2024 saylı) məhkəmə tərəfindən vəsatətdə adları qeyd edilən olunan şəxslər deyil, 29 may 2024-cü ildə məhkəmə iclasında dindirilmiş, ittiham aktında adı keçən Şahid1 məhkəmə iclaslarına dəvət edilmişdir. Halbuki, məhkəmə iclaları əlavə şahidlərin Şahid2 və Şahid3 dindirilməsi üçün təxirə salınmışdır. Qeyd edilən AR DİN Mütəşəkkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yazılan məktubların məzmunu belədir: “Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə, saat 10:15-a təxirə salınmışdır. Qeyd olunan tarixdə bölmənin əməkdaşları Şahid1 məhkəmə baxışı iclasında şahid qismində iştiraklarının təmin edilməsi Sizdən xahiş olunur.” Şahidlər yazılır, iştiraklarının təmini yazılır, amma artıq dindirilmiş şahidin adı qeyd olunur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CPM-nin 319-cu maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslər barədə məhkəməyə məruzə edən iclas katibi məhkəməyə dəvət edilmiş əlavə şahidlərin gəlməməsini dedikdən sonra hakim proses iştirakçılarının fikrini öyrənmədən məhkəmə istintaqının tamamlandığını və məhkəmə çıxışlarına keçildiyini bildirmişdir. Yəni işdə olan sübutlar elan edilməmiş və vəsatətlərin olub-olmaması barədə proses iştirakçılarının, o cümlədən müdafiəçi olaraq mənim fikrim soruşulmamışdır. Məhkəmə tərəfindən işin araşdırılması qanunun tələblərinə uyğun olaraq aparılmamış, işin tam, obyektiv, hərtərəfli araşdırılması təmin edilməmiş və ittihamda qeyd olunun maddə üzrə hökm çıxarılır. Məhkəmə hökmündə təqsirləndirilən şəxs kimi ifadə verən Təqsirləndirilən şəxs ifadəsi geniş həcmdə yazılmış, hökmdə qeyd edilən hallar təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən deyilməmişdir. İttiham aktının müəyyən dəyişiklərə uğratmaqla məhkəmə hökmünə Təqsirləndirilən şəxs ifadəsi salınmışdır. Məhkəmə iclası audio, video çəkilişlə aparılmış və ona baxdıqda nə qədər fərqli şeylərin hökmdə əksinin tapdığının şahidi oluruq. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CPM-nin 319-cu maddəsinin tələbləri pozulmuşdur. Məhkəmədə işdə olan sənədlərin tədqiq edilməməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinin pozulması deməkdir. Lakin məhkəmə istintaqı zamanı təqdiqi edilməyən sübutlara hökmdə istinad edilmişdir. AR CPM-nin 124.1-cü maddəsinin izahına görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Yəni həmin sübutlar məhkəmədə o zaman sübut kimi qəbul edilir ki, istintaqın təqdim etdiyi sübütlar məhkəmə araşdırması, istintaqı zamanı araşdırılsın. Sənədlərin elan edilməsi, sübutların tədqiqindən sonra iş üzrə vəsatətin verilibverilməməsi məsələsinə aydınlıq gətirilməlidir. Məhkəmə tərəfindən qeyd edilən hərəkət edilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs verdiyi ifadəsində qeyd etmişdir ki, onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman onun yanında müdafiəçisi olmamışdır. Məhkəmə zamanı ifadə verən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərində ittiham aktında qeyd edilən miqdarda narkotik vasitə olmamış və heç bir zaman narkotik maddələrin alveri ilə məşğul olmamış, Əhməd adlı hər hansı bir şəxsi tanımır, onunla heç bir əlaqəsi olmamışdır. Sosial şəbəkələr üzərindən, o cümlədən “instagram” sosial şəbəkəsindən tanımamışdır. Ona heç bir zaman heç bir məbləğ, 125 manat ödəmişdir. Belə bir səhifəsi olmamışdır. Onun üzərində olan narkotik maddə təqribən 1 qrama yaxın olmuşdur. Cinayət işində qeyd olunan miqdar narkotik vasitə sonradan çəkiliş zamanı əlavə edilmişdir. Lakin ittiham hökmündə isə məhkəmədə təqsirləndirlən şəxsin vermədiyi ifadə yazılmışdır. Təqsirləndirilən şəxs “instagram” sosial şəbəkəsində qeydiyyatdan keçməsi istintaq orqanı tərəfindən müəyyən edilməmiş, köçürülmə barədə heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Həm istintaq, həm də məhkəmə araşdırması qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilməyən cinayət işinin 128-129-cu vərəqələrində olan “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola istinad edir və həmin protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi X2 Azərbaycan Respublikası CPM-in 85, 134.2.1 və 236.1-ci maddələrini rəhbər tutaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 01 iyul 2023-cü il tarixdən 29 yanvar 2024-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş və həmin mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 19:39:13 və 19:43:56-də aşağıdakı məzmunda SMS-lər göndərilmişdir: - ay bırat cavab verda. bərkə s****lər məni olmadı ki sən oturub kola cəkirsen; - yekə oğlansan adama sənöl vurursan ki taksiyə minirəm indidə norkaman kimi hərəkət edirsən gəlmirsən denən gəlmirəm. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023cü il tarixdə saat 21:25:33-də aşağıdakı məzmunda SMS göndərilmişdir: - o gətirdiyivə 70 manat vermisən yaxşı. Bundan başqa ***-***- **-** mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 10:16:56-da aşağıdakı məzmunda SMS göndərilmişdir: - ramin qapının üstündə elde packası var onun icındə pulu vur karta. Məhkəmənin istinad etdiyi istintaqın ittiham aktına sübut kimi saldığı bu mesajlar bir tərəfli omuş, mesajların heç birinə Təqsirləndirilən şəxs tərəfindən cavab verilməmişdir. İstintaq o telefonun sahibinin müəyyən edilməsi, istintaq cəlb edilib dindirilməsini təmin etməmişdir. Məhkəmə özü də həmin şəxsin kimliyinə aydınlıq gətirməmiş, həmin şəxsi əlavə şahid kimi məhkəmə iclasına dəvət edib dindirməmişdir. Təqsirləndirilən şəxs mesaj yazılır və Təqsirləndirilən şəxs bu mesajlara cavab vermir. İstintaq və məhkəmə həmin şəxsin kimliyinə aydınlıq gətirmir. Mesajın kim tərəindən hansı məqsədlə aparılmasına aydınlıq gətirilmir. Nə üçün? Niyə,nə üçün.İttiham aktında qeyd edilən, məhkəmə hökmündə sübut kimi əks olunan telefon yazışması sənədləri tədqiqi edilmir, araşdırlmır. Nə üçün? Həmçinin Təqsirləndirilən şəxs mobil telefonuna daxil olan və çıxan zənglər barədə ittiham aktında heç bir hal müəyyən edilməmişdir. “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolda daxil olan və çıxan zənglərə protokolda heç bir aydınlıq gətirilmir. Nə üçün? Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq məqsədində (niyyətində) olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamışdır. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan narkotik vasitənin miqdarı, həmin təqsirləndirilən şəxsin evindən, həyətyanı sahəsindən və ya avtomobilindən əlavə narkotik vasitənin aşkar olunmaması onu deməyə əsas verir ki, aşkar olunmuş narkotik vasitə satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasını, aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Göründüyü kimi, ibtidai istintaq orqanı məhz narkotik vasitənin miqdarını, əlavə sübut toplamadan, real satış həyata keçirilərkən təqsirləndirilən şəxsi saxlamadan, digər əməliyyat tədbirləri həyata keçirmədən, ehtimala əsaslanmaqla təqsirləndirilən şəxsə qarşı CMnin 234.2-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Sadalanan xüsusatlara əsaslanaraq müdafiə tərəfi hesab edir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi qənaətinə gəlməyə əsas (o cümlədən Plenumun qeyd olunan izahında göstərilən hallar) iş üzrə mövcud deyildir. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasına dair, eləcə də Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi barədə tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkotik vasitəni satması təsdiq olunmur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını əsas tutaraq müdafiə tərəfi Təqsirləndirilən şəxs əməllərini qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitənin əldə edib saxlaması kimi qiymətləndirir. Halbuki, təqsirləndirilən şəxs onun üzərində olan narkotik vasitənin ittiham aktında qeyd edilən qədər olmasını qeyd etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən Dövlət ittihamçısı2 bildirdi ki, birinci instansiya məhkəməsi düzgün olaraq iş materiallarında olan sms mətnlərini Təqsirləndirilən şəxs verilmiş ittihamla əlaqələndirmişdir, belə ki, apellyasiya istintaqında şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxs onun evində usta kimi işləmiş və aralarında pul söhbəti olmuşdur, belə ki, Təqsirləndirilən şəxs Şahid4 evindəki işi yarımçıq qoymuş və ona pul borclu qalmışdır. İş materiallarından görünür ki, iş üzrə əməliyyat tədbiri 24 yanvar 2024-cü il tarixdə həyata keçirilmişdir, Şahid4 ilə Təqsirləndirilən şəxs arasında aparılan sms yazışmalar 24 oktyabr 2023cü il tarixdə saat 19:39-da olmuşdur, belə ki, Şahid4 Təqsirləndirilən şəxs “ay brat, cavab ver də, olmadı ki, sən oturub kola çəkirsən”, “yekə oğlansan adama sənöl vurursan ki taksiyə minirəm indidə norkaman kimi hərəkət edirsən gəlmirsən denən gəlmirəm”, “ramin qapının üstündə elde packası var onun icində pulu vur karta” məzmunlu smslər göndərmiş və şahid qismində dindirilərkən də həmin smsləri Təqsirləndirilən şəxs aralarından olan pul məsələsi ilə əlaqələndirmişdir. İş materiallarından görünür ki, Şahid4 18 oktyabr 2023-cü il tarixdə saat 00:46da Təqsirləndirilən şəxs “ay brat sen gedirsense men çıxım evden, eti+bebede i paçka, qaqa qara beta çay bir paçka 100 qram, bir de peçennik, cici bebe de deyirler, bebe de + 1 paçka”, 7 dekabr 2023-cü il tarixdə 01:17-də isə “ay qaqaş, menim nömremin bütün smslerini sil ramin sağol” məzmunlu smslər göndərmişdir və hesab edirəm ki, həmin smslər pul məsələsi ilə əlaqədar deyildir. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi çıxışını yazılı təqdim etdi və əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs ona yazılan smslərə heç bir cavab yazmamışdır, ona yazılan smslər də satış niyyətini təsdiq etmir. İş üzrə şahid kimi dindirilən Şahid4 bildirdi ki, o, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etdiyindən şübhələndiyi üçün həmin məzmunda sms yazmışdır. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi.. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçinin dedikləri ilə razı olduğunu bildirdi, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum olunmuş şəxsin müdafiəçisinin apellyasiya şikayətlərinin əsas dəlili Təqsirləndirilən şəxs əməlinin CM-in 234.2-ci maddəsindən həmin Məcəlləsinin 231.1-ci maddəsinə tövsif edilməsindən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, hökmün müdafiəçinin mübahisələndirdiyi hissəsində yoxlanılmasını, eyni zamanda hökmün qanuni və əsaslı olmasını apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq yoxlanılmasını məqsədəuyğun hesab edərək, apellyasiya icraatını qismən məhkəmə istintaqı keçirməklə aparmışdır. Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir: 29 yanvar 2024-cü il tarixdə idarənin baş əməliyyat müvəkkili Şahid1 Ramin adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oldu, həmin məlumat raport edildi və əməliyyat qrupu yaradıldı, mən də həmin tədbirin iştirakçısı idim. Biz ünvan 3 ünvanının qarşısına getdik, həmin şəxsi saxladıq və onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş İdarəyə dəvət etdik, etiraz etməyərək bizimlə birlikdə getdi. Baş İdarəyə müdafiəçi dəvət edildi, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirildi, o, gödəkçəsinin cibindən 2 ədəd sellofan bükümdə bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkarlandı, müvafiq sənədləşdirmə aparılandan sonra şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri “İnstagram” sosial şəbəkəsi vasitəsilə Əhməd adlı şəxsdən 125 manata əldə etdiyini bildirdi. Müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir: “Sizi tutan şəxslər arasında Şahid2 da var idi? Xeyr, Şahid3 var idi, məni idarəyə apardılar, orada üzərimdə şəxsi axtarış aparılarkən Şahid2 görmüşəm.” Müdafiəçinin suallarına cavab olaraq Şahid2 bildirmişdir: “Siz Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmisiniz? Bəli.” “Həmin vaxt üzərinizdə hansı mobil nömrə olub? Həmin vaxt üzərimdə mobil telefon olmayıb.” “Həmin gün ümumiyyətlə üzərinizdə mobil telefon olub? Deyə bilmərəm.” “Sizə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olub? Mənə yox, Şahid1 məlumat daxil olmuşdu.” “Siz oraya gedəndə Şahid1 sizə nə üçün və haraya getməyiniz barədə məlumat verib? Baş idarədə hamı təlimatlandırılmışdı.” “Siz bu barədə əməliyyat işi açmısınız? Mən qrupun üzvü olmuşam, əməliyyat işini qrupun rəhbəri açır.” “Təqsirləndirilən şəxs bildirir ki, siz onun saxlanılmasına iştirak etməmisiniz, bu barədə nə deyə bilərsiniz? İştirak etmişəm.” “Təqsirləndirilən şəxs saxlanarkən sizə hər hansı bir müqavimət göstərdi? Xeyr.” “Təqsirləndirilən şəxs saxlanıldığı zaman üzərinə baxış keçirilib? Xeyr.” “Sizə nə məlum oldu ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə var? Əməliyyat şəraiti uyğun deyil idi.” “Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən orada müdafiəçi olub? Bəli, çəkilişdə də var.” Dövlət ittihamçısının suallarına cavab olaraq Şahid2 bildirmişdir: “X15 Orqanlarında nə vaxtdan işləyirsiniz? 1992-ci ildən etibarən.” “Əməliyyatçı kimi nə vaxtdan işləyirsiniz? Elə həmin vaxtdan.” “Gün ərzində təxminən nə qədər şəxs saxlayırsınız? Bəzən 15-20 gündən bir bir adam saxlayıram.” “Bəs il ərzində nə qədər şəxs saxlayırsınız? Dəqiq bilmirəm.” “Təqsirləndirilən şəxs saxlanıldığı zaman ona qarşı hər hansı bir fiziki və ya psixi zorakılıq olub? Xeyr.” “Təqsirləndirilən şəxs gətirib haraya təhvil verdiniz? Təhqiqatçının otağına müdafiəçi dəvət edildi, müdafiəçi ilə görüşəndən sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçirildi.” “Orada hər hansı şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı təzyiq olunub? Xeyr.” “Təqsirləndirilən şəxs üzərindən aşkarlanan maddələrlə bağlı nə dedi? Təqsirləndirilən şəxs həmin maddələri “İnstagram” sosial şəbəkəsi vasitəsilə Əhməd adlı şəxsdən 125 manata əldə etdiyini bildirdi.” “Təqsirləndirilən şəxs həmin maddələrin özünə məxsus olduğunu bildirdi? Bəli.” Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir: 29 yanvar 2024-cü il tarixdə idarənin baş əməliyyat müvəkkili Şahid1 Ramin adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oldu, həmin məlumat raport edildi və əməliyyat qrupu yaradıldı, biz ünvan 3 ünvanının qarşısında həmin şəxsi saxladıq və onu Baş İdarəyə dəvət etdik, etiraz etməyərək bizimlə birlikdə getdi. Baş İdarəyə müdafiəçi dəvət edildi, müdafiəçi ilə görüşməyə şərait yaradıldı, daha sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirildi və onun üzərindən narkotik vasitə heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər maddələr aşkarlandı. Müdafiəçinin suallarına cavab olaraq Şahid3 bildirmişdir: “Həmin vaxt üzərinizdə telefon var idi? Dəqiq yadımda deyil.” “Orada sizdən başqa kim var idi? Şahid2 və Şahid1.” “Təqsirləndirilən şəxs bildirdi ki, onu saxlayanda siz orada olmusunuz, amma Şahid2 olmayıb, bu barədə nə deyə bilərsiniz? Xeyr, Şahid2 da orada idi və əməliyyat qrupunun üzvü idi.” “Bu məsələ ilə bağlı əməliyyat axtarış işi açılıb? Mən qrupun üzvü olmuşam, əməliyyat işini qrupun rəhbəri açır.” “Siz bir-birinizlə necə əlaqə saxlayırdınız? Səyyar radiostansiya vasitəsilə.” Dövlət ittihamçısının suallarına cavab olaraq Şahid3 bildirmişdir: “X15 Orqanlarında nə vaxtdan işləyirsiniz? 2017-ci ildən etibarən.” “Təqsirləndirilən şəxs daha əvvəl tanıyırdınız? Xeyr.” “Təqsirləndirilən şəxs saxlanıldığı zaman ona qarşı hər hansı bir fiziki və ya psixi zorakılıq olub? Xeyr.” “Təqsirləndirilən şəxs gətirib haraya təhvil verdiniz? Təhqiqatçının otağına müdafiəçi dəvət edildi, müdafiəçi ilə görüşəndən sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçirildi.” “Orada hər hansı şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı təzyiq olunub? Xeyr.” Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında (077)-333-75-70 nömrəli mobil telefon nömrəsinin adına qeydiyyatdan keçən şəxsə dair məlumatlar Azərfon MMC-dən götürülməsi qərar alınmışdır. Azərfon MMC-dən daxil olmuş məktuba əsasən (077)-333-75-70 mobil telefon nömrəsi Şahid4 adına qeydiyyatdan keçirilmişdir. Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında (077)-333-75-70 nömrəli mobil telefon nömrəsinin sahibi Şahid4 şahid qismində dindirilməsi qərara alınmışdır. Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir: mən Təqsirləndirilən şəxs usta kimi tanımışam, 2-3 gün mənim yanımda da işləyib. Müdafiəçinin suallarına cavab olaraq Şahid4 bildirmişdir: “Sizin Təqsirləndirilən şəxs ilə mesajlaşmalarınız onun usta fəaliyyəti ilə bağlı olub yoxsa narkotik vasitə və ya psixotrop maddə alış-verişi ilə? Raminin usta fəaliyyəti ilə bağlı olub.” “Həmin vaxt sizin barənizdə istintaq gedirdi? Bəli.” “İş materiallarına əlavə edilən sms-lər sizin barənizdə istintaq gedərkən çıxarılmışdı? Xeyr.” Dövlət ittihamçısının suallarına cavab olaraq Şahid4 bildirmişdir: “Təqsirləndirilən şəxs sizin evinizdə işləyirdi? Bəli.” “Eviniz harada yerləşirdi? Bakıxanov qəsəbəsində “Akkordlar binası” deyilən yerdə.” “Təqsirləndirilən şəxs sizin evinizdə hansı tarixlərdə işləyib? 2023-cü ilin noyabr-dekabr aylarında.” “Evinizdə Təqsirləndirilən şəxs başqa usta işləyirdi? Həmin vaxt xeyr.” “Qiyməti neçəyə razılaşmışdınız? Mən həmin vaxt cəzaçəkmə müəssisəsindən yeni çıxmışdım, demişdim ki 100 manat hörmət edərəm.” “Siz Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etdiyini hiss etmişdiniz? Bəli, mən özüm də əvvəl istifadəçi olmuşam.” “Siz Təqsirləndirilən şəxs evinizə gəlməyini istəmirdiniz? Xeyr.” “Niyə istəmirdiniz? 2 dəfə çağırdım gəlmədi, ona görə.” Sədrlik edənin suallarına cavab olaraq Şahid4 bildirmişdir: “Sizin istifadənizdə mobil nömrə olub? Bəli, ***-***-**-**.” “Siz Təqsirləndirilən şəxs yazdığınız “ay brat, cavab ver də, olmadı ki, sən oturub kola çəkirsən” məzmunlu mesaj barəsində nə deyə bilərsiniz? Mən hiss etmişdim ki, Ramin narkotik vasitə istifadə edir, 2 gün işləyirdi, 2 gün işə gəlmirdi, halsız olurdu, mənim işlərim yarımçıq qalmışdı, Ramin suyu səhv qoşmuşdu, həm də mənim onda pulum qalmışdı, mən Raminə yazdım ki, evdə su yoxdur, susuz qalmışıq, Ramin də dedi ki, mən başqa yerdə də işlədiyim üçün gələ bilmirəm. Raminin də iş aləti məndə qalmışdı, dedi ki, onu bir yerə qoy, gəlim götürüm. Mən də dedim ki, qapı tərəfə qoyacam, gəlib götürərsən, bir də mənim evimə gəlmə.” “Siz Təqsirləndirilən şəxs yazdığınız “o gətirdiyinə 70 manat vermisən yaxşı” məzmunlu mesaj barəsində nə deyə bilərsiniz? Ramin plastik su borusu almışdı, kartda ümumi 100 manat pul olub, Raminin aldığı bəzi şeylər mənim hesabladığımdan artıq tuturdu, məsələn mən 40 manat hesablayırdımsa gəlib 60-70 manat tuturdu, mən də yerdə qalan 30 manatı istəmişəm.” “Siz Təqsirləndirilən şəxs yazdığınız “ramin qapının üstündə elde packası var onun icində pulu vur karta” məzmunlu mesaj barəsində nə deyə bilərsiniz? Ramin hardasa işləyirmiş, mənim işim yarımçıq qalmışdı, dedi ki, başqa yerdəki işimi bitirib gəlib sənin də işini qurtaracam, Ramin mənə dedi ki, alətlərin içərisində su borusu üçün halqa var, götür düzəlt, mən də başqa yerdə iş görməyə gedirdim, ona görə də Raminə həmin mesajı yazdım ki, evimə gəlməsin, alətləri qoyduğum yerdən götürsün, onda qalan pulumu da kartıma vursun.” Məhkəmənin suallarına cavab olaraq Şahid4 bildirmişdir: “Siz Təqsirləndirilən şəxs pulu nağd verdiyiniz halda niyə geri qaytarması üçün karta vurmasını istəyirdiniz? Mən Raminə dedim ki, mən başqa usta gətirəcəm, sənə verdiyim pulun qalanını da karta vurarsan, evimə gəlmə.” “Təqsirləndirilən şəxs alətlərini götürmək üçün sizə gəlməyəcəkdi? Alətləri evin çöl tərəfinə qoymuşdum.” “İş materiallarındakı sms mətnlərdə “kola” dedikdə nə nəzərdə tuturdunuz? Mən hiss edirdim ki, Ramin narkotik vasitə çəkir, dedim bəlkə ağrıdadır, ona görə gəlmək istəmir.” Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, onun törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlaması və daşıması iş üzrə təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, istitnaq hərəkəti protokolları və digər iş materialları ilə sübuta yetirilsə də, onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlayaraq daşımasının təsdiq edəcək kifayət qədər sübutlar iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin qərarda qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Savalanlı və digərləri Azərbaycana qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə ikinci, üçüncü və dördüncü ərizəçilərə münasibətdə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir. İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarındakı müddəalar nəzərə alınmaqla tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi barədə istər ibtidai istintaq orqanının, istərsə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə saat 18:45-də 01 ədəd bükümdə 1,925 qram çəkidə olan xeyli miqdarda narkotik vasitə heroin və 01 ədəd bükümdə 0,993 qram çəkidə olan xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayıb gəzdirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin həmin şəxsin məhz satış məqsədilə həmin narkotik vasitələri əldə etməsi müəyyən edilmir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək, lakin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 yanvar 2024-cü il tarixdə saat 18-19 radələrində ünvan 4 ünvanın qarşısında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin və “kokos” kimi tanıdığı narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 02 ədəd şəffaf sellofan bükülüləri, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd mobil telefonunu və 01 ədəd “Kapital Bank ASC” tərəfindən verilmiş plastik pul kartını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi əşya və predmetlərə polis əməkdaşları tərəfindən ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. İlk əvvəl təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərə baxış keçirilmişdir. Həmin bükümlər iştirakçıların şahidliyi ilə açılmışdır. Həmin şəffaf sellofan bükümlərin birinin içərisində psixotrop maddə metafetamin, digərində isə narkotik vasitə heroinin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş ümumilikdə 02 ədəd sellofan bükümlərdə olan maddələri “patı” və “kakos” adı ilə tanıdığını, həmin maddələri təxminən 4 aydır ki “instagram” sosial şəbəkəsində tanış olduğu “Əhməd” adı ilə tanıdığı şəxsə online qaydada 125 manat pul ödənişi edərək şəxsi istifadəsi üçün aldığını, həmin maddələrin pulunu online qaydada ödədikdən sonra xx.xx.2024-cü il tarixdə "Əhməd” adlı şəxsin dediyi məkana gedərək oradan götürdüyünü, əvvəllər də bir dəfə “Əhməd” adlı şəxsdən narkotik vasitə və psixotrop maddə aldığını, həmçinin narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğunu, təqdim etdiyi 02 ədəd bükümdə olan maddələrin onda olduğunu heç kimin bilmədiyini, həmin maddələrdən heç kimə satmadığını, hədiyyə və ya pay qismində vermədiyini bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metafetamin və 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təqdim etdiyi mobil telefona baxış keçirilmişdir. Bundan əlavə üzərində aşkar edilmiş 01 ədəd “Kapital Bank ASC” tərəfindən verilmiş üzərində "birkart” yazısı olan plastik pul kartına baxış keçirilmişdir. Həmin plastik pul kartının özünə aid olduğunu bildirmişdir. Bundan sonra üstündən aşkar edilmiş mobil telefon və 01 ədəd “Kapital Bank ASC” tərəfindən verilmiş plastik pul kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra isə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 29 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil edilmişdir. 29 yanvar 2024-cü il tarixdə saat 18-19 radələrində Təqsirləndirilən şəxs Nizami rayonu, Ə.Vəliyev küçəsi ərazisində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 18:45-də qeyd olunan ünvanın yaxınlığında Ramın Həsənova oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu DİN-in BMCMİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə BMCMİ-yə gəlmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qış gödəkcəsinin cibindən 02 ədəd sellofan bükümü, əynində olan şalvarının cibindən 01 ədəd mobil telefonu, və 01 ədəd bank kartını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış zamanı bükümlərin birinin içərisində psixotrop maddə metamfetaminə oxşar maddə, digərində isə narkotik vasitə heroinə oxşar kütlə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümün içərisində olan narkotik vasitə heroinə oxşar maddə və 01 ədəd sellofan bükümün içərisində olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon və 01 ədəd bank kartı götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələri “patı" və “kokos” kimi tanıdığını, həmin maddələri “instagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu “Əhməd” adlı şəxsdən onlayn qaydada 125 manata aldığını, xx.xx.2024-cü il tarixdə “Əhmədin dediyi ünvana gedərək götürdüyünü, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışlar. Bundan başqa “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, .... Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 02 ədəd şəffaf sellofan bükülüləri, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu və 01 ədəd “Kapital Bank ASC” tərəfindən verilmiş plastik pul kartını çıxarıb təqdim etməklə masanın üzərinə qoydu. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlandı. İlk əvvəl Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərə baxış keçirildi. Həmin bükümlər iştirakçıların şahidliyi ilə açıldı. Həmi şəffaf sellofan bükümlərin birinin içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metafetaminə oxşar maddə olması və digərində isə tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə, heroinə oxşar maddənin olması müəyyən edildi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş ümumilikdə 02 ədəd sellofan bükümlərdə olan maddələri “patı" və “kakos” adı ilə tanıdığını, həmin maddələri təxminən 4 aydırki “instagram” sosial şəbəkəsində tanış olduğu “Əhməd” adı ilə tanıdığı şəxsə online qaydada 125 manat pul ödənişi edərək şəxsi istifadəsi üçün aldığını, həmin maddələrin pulunu online qaydada ödədikdən sonra xx.xx.2024-cü il tarixdə “Əhməd” adlı şəxsin dediyi məkana gedərək oradan götürdüyünü, əvvəllər də bir dəfə “Əhməd” adlı şəxsdən narkotik vasitə və psixotrop maddə aldığını, həmçinin narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğunu, bu maddənin onda olduğunu heç kimin bilmədiyini, həmin maddələrdən heç kimə satmadığını, hədiyyə və ya pay qismində vermədiyini bildirmişdir. Cinayət işinin 41-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/577 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,926 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,993 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin 137-138-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 1812 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi istər ibtidai istintaq, istərsə də birinci instansiya məhkəməsində istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni özünün istifadə etməsi üçün əldə etməsi barədə ifadə vermişdir. Şəxsi axtarış və götürməni aparılması haqqında protokol, şahid ifadəsi ilə təqsirləndirilən şəxsin verdiyi ifadədə qeyd edilənlərə diqqət yetirdikdə hadisələrin mexanizminin eyni şəkildə göstərildiyi müəyyən edilir. Bundan başqa apellyasiya icraatı zamanı şahid qismində ifadə vermiş Şahid2 da dövlət ittihamçısının verdiyi suala cavab olaraq Təqsirləndirilən şəxs həmin maddələrin özünə məxsus olduğunu bildirdiyini qeyd etmişdir. Həmçinin birinci instansiya məhkəməsinin hökmündə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil nömrəsindən göndərilmiş sms mətnlər də sübut növü kimi qəbul edilsə də, məhkəmə kollegiyasında həmin yazışmaların Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirməsini təsdiq etməsinə dair şübhələr yarandığından, ***-***-**-** mobil nömrəsinin adına qeydiyyatdan keçdiyi şəxs barədə məlumatların Azərfon MMC-dən götürülməsinə dair qərar qəbul etmişdir. Azərfon MMC-dən verilmiş məlumata əsasən həmin nömrə Şahid4 adına qeydiyyatdan keçirildiyi müəyyən edilmiş və məhkəmə kollegiyası Şahid4 şahid qismində dindirmişdir. Şahid4 verdiyi ifadələr əsasında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək sübutlar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən Təqsirləndirilən şəxs 01 ədəd bükümdə 1,925 qram çəkidə olan xeyli miqdarda narkotik vasitə heroini və 01 ədəd bükümdə 0,993 qram çəkidə olan xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Bu halların müəyyən edilməsi təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır. Bu səbəbdən də məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmasından əvvəl onun hərəkətlərini, tutulma şəraitini və tutulması üçün səbəbləri ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulanadək onun narkotik maddələrin satışı ilə məşğul olması, habelə onun tərəfindən satış məqsədi ilə narkotik maddələrin əldə edilməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması, daşımasına dəlalət edən sübutlar aşkar edilmədiyindən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması göstərilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə itiham elan edilmişdir. Lakin cinayət işində Təqsirləndirilən şəxs digər şəxslə (istehlakçı) əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin özü tərəfindən çəkilib xırda bağlamalara bükülməsi və narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gələcək sübutlar aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması, daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, əsassız mülahizələrə və ehtimallara istinad etmişdir. Hər hansı bir şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni əldə etməsi və dövriyyəsi qadağan olunmuş həmin əşyanın satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübut və ya sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən fərqli tərkibdə 02 ədəd bükümdə narkotik vasitənin aşkarlanması özüözlüyündə onun həmin maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun tərəfindən həmin maddəni satış məqsədi ilə əldə edilməsini təsdiq etmir. Təqsirləndirilən şəxs narkotik maddənin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə narkotik maddənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən həmin Qanunda ə “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin qərarın 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitələrin miqdarı ilə yanaşı çəkilib xırda bağlamalara bükülməsi, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s., habelə narkotik vasitələrin və psixotrop maddələrin digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərlə bağlı halların da nəzərə alınması tövsiyə edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak (həmin vaxt qüvvədə olan qanunveriicliyə əsasən) miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayətini nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi atış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayətini nəzərdə tutur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 01 ədəd bükümdə 1,925 qram çəkidə olan xeyli miqdarda narkotik vasitə heroin və 01 ədəd bükümdə 0,993 qram çəkidə olan xeyli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə edib üzərində saxlamaqla daşıması müəyyən edildiyindən, onun əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və buna müvafiq cəza təyin edilməsini qanunauyğun hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin ediləcək cəza tədbiri məsələsinə, həmçinin təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə bir il müddətində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Rspublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 405.1.2-ci maddəsinə əsasən cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət haqqında cinayət qanunvericiliyini tətbiq etdiyi halda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və ona görə də hesab edir ki, məhkum edilmiş şəxsin müdafiəçisi Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 1(005)-253/2024 nömrəli hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs X7 müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 405.1.2, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 1(005)-253/2024 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-70/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-70/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver