Məhkəmə qərarları › İş №1(103)-705/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-705/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-705/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Bayramov Әmir Novruz oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Mələk Nofəl qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X21, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, Bakı şəhəri Binəqədi Məhkəməsinin xx xxxx 1985-ci il tarixdə Göyçay şəhərində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair 19 fevral 2021-ci il tarixli, 1(001)-35/2021 saylı hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Məhkəməsinin (hakim V.N.Məmmədov) 19 fevral 2021-ci il tarixli, 1(001)-35/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 09.05.2020-ci il tarixdən 11.05.2020-ci il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və təyin olunmuş cəzadan çıxılaraq üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Göyçay Rayon Məhkəməsinin 18.02.2020-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 1500 (bir min beş yüz) manat cərimə cəzasının ödənilməmiş 1450 (bir min dörd yüz əlli) manat hissəsi hazıkı cəza ilə tam birləşdirilərək üzərində qəti olaraq 1450 (bir min dörd yüz əlli) manat cərimə cəzası və 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsin əsasən cərimə cəzası müstəqil icra olunmaqla, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən onun üzərinə Göyçay şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 21:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Әdliyyə Nazirliyi Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi həmin hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan və xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin mart ayında Zaqatala rayonunun Göyəm kəndində tanış olduğu X11 etibarından suiistifadə edərək özünü ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkillik fəaliyyəti ilə məşğul olan vəkil kimi təqdim edərək sonuncunu Şəki Apelyasiya Məhkəməsində hakim tanışlarının olmasına inandırıb onun etibarını qazandıqdan sonra həmin hakim tanışlarının vasitəsilə X36 Apellyasiya Məhkəməsində və sonra Azərbaycan Respublikası Ali Məhkəməsində baxılacaq mülki işində onun xeyrinə qərarlar çıxarılacağı, həmçinin həmin məhkəmələrdə onun hüquqlarını vəkil olaraq müdafiə etməsi adları ilə yalan vədlər verməklə aldadaraq 2018-ci ilin mart ayının əvvəlində X27 rayonunun Göyəm kəndində yaşadığı evində ondan 400 (dörd yüz) manat, sonuncu tərəfindən “xxxx” ASCnin Zaqatala rayon filialından onun adına Bakı şəhərinə göndərilmiş 14 mart 2018-ci il tarixdə 1200 (bir min iki yüz) manat, 13 aprel 2018-ci il tarixdə 400 (dörd yüz) manat, 11 may 2018-ci il tarixdə 400 (dörd yüz) manat, 2018-ci ilin iyul ayında Zaqatala rayonunun Göyəm kəndində yaşadığı evin yanındakı küçədə 1000 (bir min) manat, bir neçə gün sonra isə 2018-ci ilin iyul ayının sonlarında həmin kənddə yaşadığı evdə 800 (səkkiz yüz) manat olmaqla Gülxar Zamanovanın cəmisi 4200 (dörd min iki yüz) manat pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək ona həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin avqust ayında X22 ilə tanışlığından sui-istifadə edərək sonuncunun yetkinlik yaşına çatmayan oğlu X15 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasında vəzifəli tanışının olmasına inandırıb onun etibarını qazandıqdan sonra Gülxar Zamanovanın oğlunu həmin Akademiyaya tələbə kimi qəbul etdirəcəyi adı ilə yalan vədlər verməklə aldadaraq 2018-ci ilin avqust ayında Gülxar Zamanovanın 3500 (üç min beş yüz) manat pulunu Zaqatala şəhəri H.Әliyev prospektində yerləşən “SVİT” adlı kafedə alıb ələ keçirərək ona həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2019-cu ilin fevral ayında Zaqatala rayonunun Göyəm kəndində tanış olduğu X23 özünü Azərbaycan Respublikası Vəkillər Kollegiyasnın üzvü, fərdi vəkillik fəaliyyəti ilə məşğul olan vəkil kimi təqdim edərək sonuncunun qohumu Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Әdliyyə Nazirliyinin Penitensiar Xidmətinin X9 cəza çəkən oğlu Tacir Hacıkərimovun cəza çəkmə müəssəsindən azad olunması işinə köməklik etməsi üçün xahiş etməsindən sonra Şahid2 ona olan inamından suiistifadə edib onun qohumu Zərərçəkmiş şəxs2 əmlakını aldatma yolu ilə qanunsuz ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs2 X9 vəzifəli tanışlarının olmasına və bu tanışları vasitəsilə həmin müəssisədə cəza çəkən oğlu Tacir Hacıkərimovun veriləcək əf fərmanı ilə cəza çəkməkdən azad olunacağı adı ilə yalan vədlər verməklə aldadaraq onun istəyi ilə 20 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 Balakən-Bakı avtobus reysi ilə göndərdiyi 5500 (beş min beş yüz) manat pulunu Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3-cü kilometr ərazisində yerləşən Beynəlxalq Avtovaqzalda ələ keçirərək Zərərçəkmiş şəxs2 5500 (beş min beş yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı şəhəri Binəqədi Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(001)-35/2021 saylı sözügedən hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilib barəsində bəraət hökmü çıxarılması, bu mümkün olmadıqda azadlığın məhdudlaşdırılması cəzasının həddinin 1 ilədək endirilməsi, cəzanın icrasının qeydiyyatda olduğu Göyçay rayon İcra və Probasiya şöbəsinə deyil, faktiki yaşadığı yer üzrə - Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, O, nə ibtidai istintaqda, nə də məhkəmədə özünü təqsirli bilməmişdir. Belə ki, o, Gülxar Zamanova ilə tanış olduqdan sonra özünün xahişi ilə müxtəlif məhkəmələrdə olan çoxsaylı mülki işlərində ona hüquqi köməklik göstərmiş, təmənnasız olaraq iddia ərizələri yazıb onunla birlikdə məhkəmələrdə iştirak etmiş, həmin vaxtlarda aralarında yaxın münasibətlər yaranıb və o bir neçə dəfə ondan borc pul almış, amma hər dəfə də hissə-hissə həmin pulları qaytarmışdır. Ona qarşı heç bir dələduzluq hərəkətinə yol verməmişdir. Sadəcə olaraq onu yaxından tanıdıqdan sonra pozğun həyat tərzi keçirdiyini bilib bu barədə özünə demiş, bu səbəbdən münasibətləri pozulub və bundan sonra Gülxar onun barəsində şər və böhtan xarakterli ərizələrlə polis orqanlarına şikayətlər edib. Tərəf olduğu mülki işlərdə həqiqət onun tərəfində olmadığından məhkəmələrdə iddia ərizələri təmin olunmayıb, Gülxar isə hüquqi cəhətdən savadsız olduğuna görə bunun günahını onda bilib. Təəssüf ki, istintaq orqanı və məhkəmə işin xüsusiyyətlərini tam və hərtərəfli araşdırmadan ona qarşı ittiham irəli sürüb və nəticə etibarı ilə barəsində ittiham hökmü çıxarılıb. Onunla digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 arasında da oxşar məsələ olub və onun da pulunu tam həcmdə ödəmişdir. Sonuncu bununla əlaqədar məhkəməyə ərizə ilə müraciət edərək ondan heç bir şikayəti və tələbi olmadığını bildirsə də, Gülxar Zamanova yalandan üzünə duraraq ona pul borcunun olduğunu və həmin pulu tələb etdiyini göstərmişdir. Məhkəmə baxışı zamanı məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, Gülxar Zamanovanın göstərdiyi xüsusatlar üzrə şikayətçinin özü və anasından başqa heç bir şahidi dindirməmiş, eyni zamanda cəza təyini zamanı humanizm prinsiplərinə əsaslanan bir sıra xüsusatları nəzərə almamış və onun ilk dəfə məhkum olunmağıma, himayəsində 3 yaşlı övladının olmasına, heç yerdə işləmədiyinə, ali təhsilli olmağına lazımi qiymət verməmişdir. Məhkəmə himayəsində azyaşlı övladının olmasını, zərərçəkmişlərdən Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın tam ödənilməsini, digər zərərçəkmiş Gülxar Zamanovaya vurulmuş ziyanın bir hissəsinin ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş, eyni zamanda əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə olduğu halda məhkəmənin onun barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etməsini ədalətsizdir. Bundan başqa, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək ona qarşı heç bir şikayətinin, tələb və iddiasının olmadığını bildirmişdir. Hökmdən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxslər apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verməmişlər. Apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X24 verilmiş apellyasiya şikayətinin həmin şikayətdə göstərilən əsaslarla təmin edilərək, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilib onun barəsində bəraət hökmü çıxarılmasını, bü mümkün olmazsa cəzasının yüngülləşdirilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X35 məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin əsassız olduğundan təmin olunmayıb, hökmün qanuni və əsaslı olduğundan həmin apellyasiya şikayətinə münasibətdə dəyişidirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Məhkəməsinin Təqsirləndirilən şəxs haqqındakı 19 fevral 2021-ci il tarixli, 1(001)-35/2021 saylı hökmü qanuni və əsaslı olduğundan həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunması barədə hökmün ləğv edilərək ona bəraət verilməsi barədə onun apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsində məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ünvan 1 ünvanında pasport qeydiyyatda olmaqla, hazırda ünvan 2 ünvanında həyat yoldaşı Habil Uvuzov və anası X7 ilə birlikdə yaşayır. O, ali təhsilli jurnalistdir, Bakı Avrasiya Universitetinin jurnalistika fakultəsini bitirmiş, əri Habil Zaqatala rayon Göyəm kəndi icra nümayəndəliyinin Çökəkoba kəndində qeydiyyatdadır. 2018-ci ilin mart ayında əri ilə birlikdə həmin kənddən torpaq sahəsi almaq istəmiş, həmin dövrdə Göyəm kənd icra nümayəndəsi Cuma müəllim ilə danışığı olan zaman təsadüfən onun vasitəsilə Gülxar ilə tanış olmuş, Gülxar ona iddia ərizəsi yazmağa köməklik etməyini xahiş etmiş, ona əvvəllər məhkəmələrdə on üç il nümayəndə kimi çıxış etdiyini, lakin hazırda bunun mümkün olmadığını demişdir. O isə israrla ona ərizə yazmaqda kömək etməsini xahiş etmiş, Gülxar ona ərindən boşanması ilə əlaqədar əmlak iddiasını Zaqatala rayon məhkəməsində uduzduğunu demiş, bununla əlaqədar olaraq Şəki Apelyasiya məhkəməsinə şikayət ərizəsi yazmış, onun özü ilə birlikdə həmin ərizəni poçt vasitəsilə Şəki apelyasiya məhkəməsinə göndərmişdir. Təxminən 2018-ci ilin iyun-iyul aylarında Gülxarın adından yazdığı həmin şikayət ərizəsi ilə əlaqədar məhkəmə prosesi olmuş, Gülxarın məhkəmə prosesi olan zaman qanuni vəkil tutulması tələb olunduğundan Gülxarın xahişi ilə o, İsmayıllı rayonundan olan vəkil dostu Şahid9 Gülxarın apelyasiya məhkəməsində olan işində onun hüquqlarının müdafiəsində təmannasız iştirak etməsini xahiş etmişdir. O, da heç bir məbləğ almadan həmin məhkəmə prosessində iştirak etmiş, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişmədən qüvvədə saxlamış, buna baxmayaraq Gülxar iddiasından geri çəkilməmiş, o, ona kömək etməyə davam etmiş, Azərbaycan Respublikası Ali məhkəməsinə Kassasiya qaydasında şikayət etmiş, hətta həmin ərizənin mətni ilə bağlı Nəvaid müəllimlə də danışmışdır. Həmin məhkəməyə də ərizəni Gülxar onun vasitəsilə göndərmiş, o, hətta Zaqatala rayon məhkəməsinə yaşayış hüququnun təmin olunması ilə bağlı iddia ərizəsini onun vasitəsilə yazmış, onun köməyi ilə Gülxar uşaqları tamamilə onun özünə qaytarmış, ona aliment ödənilməsini təmin etdirmişdir. Lakin onun Şəki Apellyasiya məhkəməsində olan əmlak iddiasını təmin etdirə bilməmiş, Gülxara qadın kimi həmrəylik göstərmişdir. O, Gülxara məkhəmə işləri üçün yazdığı ərizələrdə də təmənnasız yardım etmiş, onun üçün gördüyü hüquqi yardımların qarşılığı olaraq ondan hər hansı məbləğdə pul almamış, Gülxara kömək etdiyi dövrlərdə onun problemləri olmuş, hamilə olmuş, özünü həkimə müayinə etdirmək üçün 15 mart 2018-ci il tarixdə bank vasitəsilə köçürmə yolu ilə Gülxar ona 1200 manat borca pul vermiş, həmin pulu həmin tarixdən iki-üç ay sonra 300, 400, 150, 200, 100, 50 manat olmaqla ayrı-ayrı vaxtlarda hər dəfəsində kəndə getdikcə Gülxarın şəxsən özünə geri qaytarmışdır. 2018-ci ilin oktyabr ayında uşağı dünyaya gəldikdən sonra o ağır xəstəlik keçirmiş, Bakı şəhərində yerləşən Ә.Qarayev adına xəstəxanada yerləşdirib müalicə etdirmiş, ona qızının müalicəsi üçün pul lazım olmuşdur. O, həmin dövrdə Gülxardan Zaqatala rayonun Çökəkoba kəndində avtomobilin içərisində borc olaraq 2000 manat almış, pulu aldıqdan sonra tez qaytara bilməmiş, bir müddət sonra Gülxar ondan şikayət etmiş, onun Binəqədi rayon polis idarəsində və daha sonra Zaqatala rayon polis şöbəsində izahatları alınmış, həmin dövrdə Gülxarın onun barəsində etmiş olduğu müraciət və izahatlarla tanış olmuş, bundan sonra 06 mart 2019-cu il tarixdə rəsmi olaraq “xxxx” vasitəsilə Gülxara 2000 manat geri qaytarmış, Gülxardan daha pul almamışdır. Gülxar şikayətində onun vəkil haqları və ya onun məhkəmədəki işlərini həll etməsi, həmçinin yeniyetmə oğlunu X3 qəbul etdirmək adı ilə müxtəlif vaxtlarda cəmisi 8000 manata yaxın pul aldığını göstərsə də bu adlar altında hər hansı məbləğdə pul almamışdır. Gülxarın məhkəmə işlərində öz vəkili olmuş, onun vəkili olaraq heç bir işdə fəaliyyət göstərməmiş, vəkillik fəaliyyəti ilə məşğul olmamışdır. Gülxar ona və ya Nəvaid müəllimə vəkil haqqı verməmişdir. O, Gülxardan məhkəmədəki işlərini yoluna qoymaq adı ilə ondan hakimlərə və ya digər vəzifəli şəxslərə vermək üçün hər hansı məbləğdə pul almamış, X1 tələbə kimi qəbul etdirmək üçün onun özü təşəbbüs göstərmişdir. O, bu məsələdə heç vaxt ona həmin akademiyada tanışlarının olmasını və ona köməklik edə biləcəyini deməmiş, ondan pul almamışdır. Gülxarın öz xahişi ilə bu işdən ötrü Bakı şəhərinə getmiş, Bakı şəhərində keçmişdə prokurorluq orqanlarında işləmiş, hazırda penisyada olan Fəxrəddin müəllim adlı tanışı ilə görüşüb ondan məsləhətlər almış, sonrada həmin akademiyanın olduğu ünvanı aydınlaşdırıb oraya Gülxarla birlikdə getmişdir. O, Gülxarı öz avtomobili ilə həmin akademiya olan yerə aparmış, o, özü gözləmiş, Gülxar isə binanın içərisinə girmişdir. Lakin orada qəbula uşaq götürmədiklərini bildirdikdən sonra onlar geri qayıtmışlar. Gülxar ondan şikayət etdikdə hüquq mühafizə orqanlarına onun adına olan səs yazılarını təqdim etmiş, o, onun səs yazılarının qanunsuz olaraq yazmış, həmçinin Azərbaycan Respublikası Konstitusiyasına əsasən Gülxarın onun səsini ondan xəbərsiz yazmağa səlahiyyəti yoxdur. Gülxar aralarında olan danışıqları səs yazısını yazmaqla qanunu pozmuşdur. Bu səbəbdən Zaqatala rayon prokurorluğuna və başqa orqanlara şikayət ərizələri yazmış, Gülxarın onun şəxsi toxunulmazlıq hüququnu pozduğuna görə qanun qarşısında cavab verməsini xahiş etmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, barəsində şikayət ərizəsi verən Zaqatala Rayon sakini Zərərçəkmiş şəxs2 verdiyi 5500 manat olan məbləği tam şəkildə qaytarmışdır. Beləki, o 2019-cu ildə Həlimət adlı qadınla tanış olmuşdur. Onun baldızının qohumunu həbsdən azad etmək üçün ona məsləhət etmişdir. O, isə o işləri görmək iqtidarında olmadığı üçün vəkil dostuna müraciət etmişdir. Ondan bu barədə kömək istəmişdir. Vəkil dostu bu işi 5500 manat görəcəyini bildirmişdir. O, Azərə həmin məbləğin qədərini bildirmiş, vasitəçilik edib 5500 manatı alıb vəkilə verib bildirmişdir ki, bu iş onun qohumunun işidir bunun həllinə çalışsın. O əlindən gələn qədər kömək edəcəyinə söz vermişdir. Lakin 1 ay sonra Azər pulu geri tələb etmişdir. O, 03.04.2019-cu il tarixdə 3000 manat "kapital" bank vasitəsi ilə Rəcəbova Həlimətin adına pulu köçürmüşdür. Sonra o Azərə zəng vurub bildirmişdir ki, pulun qalan hissəsinin bir neçə günə verəcək. Çünki vəkil ona elə demişdir. X37 təkidi ilə ondan Zaqatala Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə 09.04.2019-cu il tarixdə müraciət etmişdir. 10.04.2019-cu il tarixdə ərizə ZRPŞ-nin rəisi tərəfindən möhürlənmişdir. 11.04.2019-cu il tarixdə o geri qalan 2500 manat pulu tam şəkildə "kapital" bank vasitəsi ilə ödəmişdir. O bu pulu tam şəkildə ödəmişdir. İş nəyinki, istintaqa hətta təhqiqata daxil edilməmişdir. O, barəsində bəraət hökmünün çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, o, Zaqatala rayonunun Göyəm kəndində iki azyaşlı övladı ilə birlikdə yaşayır. Әvvəllər Göyəm kənd sakini X25 ilə ailə həyatı qurmuşdur. 2007-ci ilin aprel ayından 2015-ci ilin sentyabr ayına qədər onunla evli olmuşdur. Hazırda onun uşaqları ilə birlikdə yaşadığı ev bir vaxtlar evli olduqları dövürdə əri ilə birlikdə yaşadıqları mülkdür. Әrindən ayrıldıqdan sonra həmin evlə bağlı aralarında mülk mübahisəsi yaranmışdır. Әri onu yaşadığı evdən çıxartmaq istəmiş, o isə həmin evdə yaşamaq hüququ əldə etmək üçün haqqı olduğunu bildirib evdən çıxmamışdır. Həmin məsələ ilə bağlı Zaqatala rayon məhkəməsində onların işinə baxılmışdır. Təxminən 2018-ci ilin fevral ayının əvvəllərində həmin mülkü mübahisə əlaqədar Zaqatala rayon məhkəməsi tərəfindən onun əleyhinə qərar çıxarılmışdır. O, 2018-ci ilin mart ayının əvvəllərində işləri ilə bağlı yaşadığı Göyəm kənd icra nümayəndəliyində olan zaman kəndin icra nümayəndəsi Cuma müəllim ona məhkəmədəki işləri ilə bağlı vəkil tutmasını məsləhət etmiş, Cuma müəllimdən tanıdığı savadlı vəkil varsa onunla tanış etməsini xahiş etmiş, həmin vaxt Cuma müəllim ona 055- ***-**-** mobil nömrəsini verib qadın vəkilin nömrəsi olduğunu, onun adının Gülər olduğunu demişdir. Cuma müəllimdən həmin vəkili haradan tanıdığı soruşduqda sonuncu Gülərin Çökək kəndində ərdə olduğunu demişdir. Həmin dövrdə Gülərin mobil nömrəsinə zəng edib özünü təqdim etmiş, nömrəsini Cuma müəllimin verdiyini bildirib boşandığını əri ilə aralarında olan mülki mübahisə barədə ona danışmışdır. Telefon danışığı zamanı Gülər ona məhkəmədə köməklik etməyə razılıq vermiş, Gülər ondan Çökək kəndində gəlib orada onunla görüşməsini istəmişdir. Bir müddət sonra Gülərin dediyi yerə gedib ona zəng etmiş, Gülər idarə etdiyi qara rəngli ** LR *** nömrə nişanlı minik avtomobili ilə gəlmiş, o, maşında tək olmuş, Gülər ona tanışlıq verəndən sonra avtomobilə oturmuşdur. Avtomobildə Gülər onunla uzun uzadı danışmaq istəməmiş, qaynanasının evinə getməyi təklif etmişdir, o da buna etiraz etməmiş, onlar Gülərin qaynanasının evinə gedəndə orada sonuncunun əri Habil və qaynının arvadı Türanə olmuşdur. Gülərlə oturub söhbət edəndə Habil də iştirak etmiş, Gülər ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olduğunu, Bakı şəhərində fəaliyyət göstərən şəxsi vəkillik ofisinin olduğunu bildirmiş, hətta vəkil kimi məhkəmələrə çıxdığını, hakim olmaq üçün imtahan verdiyini bildirmişdir. Gülərin bu danışıqları ona inandırıcı gəlmiş, Habildə Gülərin vəkil olduğunu və vəkillər kollegiyasının üzvü olduğunu təsdiqləmişdir. X50 şəxsi sürücüsü kimi onun yanında fəaliyyət göstərdiyini, onun Bakıdakı ofisinin işçisi olduğunu demişdir. Danışıqları zamanı ev mübahisəsi ilə bağlı məhkəmənin onun əleyhinə qərar çıxarmasından söhbət açıb həmin qərarı onlara göstərmiş, Gülər qərarla tanış olduqdan sonra ona kömək edəcəyini demiş, lakin bu işə yenidən baxılması üçün Şəkidə yerləşən Apelyasiya məhkəməsinə şikayət vermək lazım olduğunu demişdir. Gülər bununla əlaqədar özü şikayət ərizəsi yazılmasını təşkil edəcəyini demiş, rayon məhkəməsinin qərarının apellyasiya məhkəməsində dəyişdirmək məqsədi ilə oradakı hakimlərə hörmət etmək, yəni onlara rüşvət vermək lazım olduğunu demişdir. Gülər onu Şəki Apellyasiya məhkəməsində hakim tanışları olduğuna inandırmış, lakin həmin tanışlarının vasitəsi ilə onun işini yola qoymaqdan ötrü mütləq onlara pul vermək lazım olduğunu bildirmişdir. Lakin Gülər həmin işi yoluna qoymaq üçün nə qədər pul vermək lazım olduğunu deməmiş, Gülər işin düzəlməsindən ötrü pul vermək üçün danışmaq lazım olduğunu, ancaq kiminlə danışacağı barədə bir şey bildirməmiş, pulun məbləği barədə sonra ona xəbər edəcəyini demişdir. O, hələlik onun vəkili kimi fəaliyyət göstərməsi üçün onun özünə də zəhmət haqqı olaraq hörmət etmək lazım olduğunu deyərək zəhmət haqqı kimi ona 400 manat verməyini istəmişdir. Gülərə özündə hazırda pul olmadığını, tək qadın olduğunu, anasının köməyi ilə uşaqlarına baxdığını, anası ilə danışdıqdan sonra anası pul versə 400 manat zəhmət haqqı verə biləcəyini demişdir. Gülər özü də onun anasını görüb onunla danışmaq istəmiş, həmin gün Gülərlə və onun əri Habillə yaşadıqları Göyəm kəndində yerləşən evə gəlmişlər. Onlar evdə anası Gülarə ilə söhbət etmiş, məsələdən xəbardar olan anası Gülarə Gülərin təklifi ilə razılaşmamış və onun istədiyi 400 manatı vermək istəməmişdir. Lakin Gülər ona sonra işlərinin düzəlməsinin gec olacağını demiş, O, Gülərə “sən işi gör sonra pulu verərərik” demiş, lakin Gülər razılaşmayaraq əl çəkməmiş, danışıqları ilə onları qorxutmuşdur. O, Gülər düz deyirsə sonra həqiqətəndə gec ola biləcəyini, əmlaka olan haqlarını itirə biləcəyini fikirləşmiş, belə olduqda çətin vəziyyətdə qalacağını fikirləşərək özü anasını inandırmış, Gülərə pul verməyə razı salmışdır. Gülarə evdə olan puldan Gülərə sayıb 400 manat vermiş, Gülər həmin pulu aldıqda tezliklə işə baxılması üçün Apellyasiya ərizə verəcəyini, daha sonra nə etmək lazım olduğunu onlara xəbər edəcəyini bildirmişdir. Gülər bir neçə gündən sonra ona zəng edərək Şəki Apellyasiya məhkəməsində hakimlə danışdığını, onun əri ilə aralarındakı mülki işin onun xeyrinə həll olunmasından ötrü 1200 manat pul vermək lazım olduğunu bildirmişdir. Gülər ona bu işi uzatmaq olmaz deyərək, yoxsa hakimin qarşı tərəflə danışaraq onların xeyrinə qərar çıxaracaq demişdir. O da məcbur olub pulu verməyə razı olmuş, bu barədə anası Gülarəyə demiş, anasıda həmin pulun bir hissəsini özündən, digər hissəsini isə bacısı Minayədən alıb 1200 manat düzəldərək ona vermiş, lakin pulu bank vasitəsi ilə Gülərə göndərməsini tapşırmışdır. Həmin vaxt Gülər Bakı şəhərində olmuş, ona pulu bankla göndərəcəyini dedikdə Gülər etiraz etməmişdir. O, 14 mart 2018-ci il tarixdə “xxxx”ın Zaqatala rayon filialına gedib Təqsirləndirilən şəxs adına 1200 manat məbləğində pul köçürmüş, xidmət haqqı kimi banka 10 manat ödəmişdir. Gülərə zəng edərək pulu köçürməsi haqqında məlumat vermişdir. O, bir neçə saat sonra Gülərlə telefonla danışanda Gülər onun adına köçürdüyü 1200 manat pulu Bakıda götürdüyü bildirmiş, lakin pulu konkret olaraq hansı bankdan götürdüyünü deməmişdir. O, bir neçə gün sonra telefonla danışanda ona göndərdiyi pulu nə etdiyini soruşduqda Gülər pulu Apellyasiya məhkəməsinə çatdırdığını bildirmişdir. Şəki Apellyasiya məhkəməsində onun işinə baxılmamış Gülər ona yeni bir təklif etmiş, Gülər birgə nigahdan əldə olunmuş əri Məmmədin adına olan digər əmlaka, yəni bağ sahəsinə və idarə etdiyi maşınıda tələb etmək lazım olduğunu, bu barədə Zaqatala rayon məhkəməsinə ayrıca ərizə ilə müraciət etməyin vacib olduğunu demişdir. O, Gülərlə razılaşmış sonuncu Zaqatala rayon məhkəməsində iddia qaldırmaq üçün ondan əlavə 400 manat pul istəmiş, Gülərə pul vermək üçün anası Gülarədən ona 400 manat verməsini xahiş etmiş və Gülərin nə üçün həmin pulu istədiyini anasına danışmış, anası özü 13 aprel 2018-ci il tarixdə xxxx vasitəsi ilə Təqsirləndirilən şəxs adına 400 manat pul göndərmişdir. Şəki Apellyasiya məhkəməsində onun işinə baxılmış, məhkəmədə işinə baxılan dövürdə zala vəkil olaraq onun hüquqlarını müdafiə etməkdən ötrü başqa şəxsin, yəni sonradan adının Şahid9 olduğunu bildiyi şəxsin gəldiyini görmüşdür. İşə məhkəmədg baxılanda Gülər də orada olmuş, ona vəkilinin o olduğunu dedikdə Gülər hamilə olduğu üçün məhkəmə işlərinə çıxa bilmədiyini, Nəvaid müəllimin onu tanışı olduğunu, həmin vəkilin əslən İsmayıllı rayonundan olduğunu, X30 məhkəməsində onun üçün nə lazımdırsa edəcəyini bildirmişdir. 04 iyul 2018-ci il tarixdə onun və vəkil olaraq dəvət edilmiş Şahid9 iştirakı ilə Şəki Apellyasiya məhkəməsində işə baxılmış, onun əleyhinə qərar çıxarılmış, daşınmaz əmlakla bağlı tələbi təmin edilməmiş və Zaqatala rayon məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. O, bundan narahat olaraq Gülərdən onun xeyrinə qərar çıxarılması üçün hakimə vermək adı ilə 1200 manat pul aldığını, bu qərarın nə demək olduğunu soruşanda Gülər həmin pulun az olduğunu, lakin Apellyasiya məhkəməsinin qərarının Ali məhkəmədə dəyişdirilməsi üçün tanışlarının olduğunu, lakin 1200 manatın az olduğunu bildirmişdir. Gülər ona “həmin pulun üstünə əlavə pul düzəltməlisən ki Ali məhkəmədən mən bu işi sənin xeyrinə həll edə bilim” demişdir. O, nə qədər lazım olduğu soruşanda isə Gülər ona hakimlə danışıb ona xəbər edəcəyini bildirmiş, ona inanmalı olmuş, çarəsiz olduğundan Gülərin ona kömək etmək istədiyini düşünmüşdür. Gülərin dediklərindən başqa çıxış yolu olmadığına görə onunla razılaşmış, bir neçə gündən sonra Gülər onunla Zaqatala rayon mərkəzi poçtunun qarşısında görüşmüş, Gülərlə görüşəndə o tək olmuşdur. Gülər Ali Məhkəmədən tanış bir hakimlə danışdığını ona yaşayış hüququ verilməsində və əvvəlki məhkəmə qərarlarının ləğv edilməsində köməklik edəcəyini, lakin bu işin həlli müqabilində ona cəmisi 3000 manat pul verilməli olduğunu bildirmişdir. O, Gülərdən əvvəlcədən verdiyi 1200 manatın da həmin pulun içində getdiyini soruşanda Gülər “1200 manatın da içində getdiyini əlavə 1800 manat düzəldib verməlisən, yoxsa sənin işini yoluna qoymaq mümkün olmayacaq” demişdir. Gülər pul istəyən hakimin kim olduğunu ona deməmiş, pulu nə qədər tez çatdırsa işinə tez baxılacağını demişdir. O,bir gün sonra 2018-ci ilin iyul ayının əvvəllərində o yenə anasından xahiş edib 1000 manat pul götürüb Gülərə zəng etmiş, Gülər özü idarə etdiyi avtomobillə onların yaşadığı küçəyə gəlmiş, həmin vaxt onun maşınında oturub istədiyi pulun yalnız 1000 manatını düzəldə bildiyini demiş, pulu götürməsini qalanını iş təmiz həllini tapanda ödəməyi təklif etmiş, Gülər maşında 1000 manatı sayıb ondan götürmüşdür. Lakin pulun azlığı ilə bağlı narazılıq edərək Apellyasiya məhkəməsində də pul az verildiyinə görə işə düzgün baxılmadığını yadına salmış, “bu sənin son şansındır, pulu tam verməsən keçən dəfəki kimi hakim acığa düşüb sənin xeyrinə qərar verməyəcəkdir” demişdir. O, bir həftə ərzində həmin 800 manatı da tapıb verəcəyinə söz vermişdir. O, yenə pul barədə anası Gülarəyə ağız açmış, onu Gülərə 800 manat pul verməyin lazım olduğuna inandırmış, anası 1 həftə sonra 800 manat tapıb ona vermiş, lakin tərəddüd etdiyinə görə anasına “pul səndə qalsın, onu evə çağırım pulu özün ona ver” demişdir. Gülərə zəng etdikdən sonra onlara gəlmiş, Gülər evdə onun anası ilə söhbət etmiş, anası da Gülərə inanıb onun yanında 800 manatı sayıb Gülərə vermişdir. Həmin dövürdə Gülər, Ali məhkəmədə işə baxılmasından ötrü yenə 400 manat vəkil haqqı ödənilməsi lazım gələcəyini də bildirmiş, bundan əvvəl 11 may 2018-ci il tarixdə də Gülərə pul lazım olduğuna görə onun anasından 400 manat istəmiş, pulu anası bank vasitəsilə Gülərin adına göndərmişdir. Gülərin anasından aldığı həmin 400 manatın onun əvvəldən ondan götürdüyü pullara, o cümlədən 400 manatlıq vəkil haqlarına heç bir aidiyyəti olmamış, lakin 2018-ci ilin iyul ayına kimi Gülər onun anasından aldığı həmin 400 manat pulu qaytarmamışdır. Gülər hər dəfəsində onun anasına həmin pulun borc olduğunu qaytaracağını bildirmişdir. Lakin 2018-ci ilin iyul ayında Gülər Ali məhkəməyə işin verilməsindən ötrü əlavə 400 manat vəkillik haqqı istədikdə onda anası telefonda Gülərə borclu olduğu 400 manatı öz cibindən qoymasını, onunla pul haqq hesabı barədə razılaşmasını demişdir. Gülər də buna etiraz etməmiş, sonradan Gülər özü də ona anasına verəcəyi 400 manatı onun vəkil haqqı kimi ödəməli olduğu pulla əvəzləşdirdiyini demişdir. Bununla da 2018-ci ilin iyul ayının axırlarına kimi məhkəmədəki işlərə vəkil olaraq baxılması adı ilə vəkil haqqı adı altında Gülər ondan və anasında 3 dəfə olmaqla cəmisi 1200 manat, həmçinin məhkəmədəki işin onun xeyrinə həlli müqabilində iki dəfə olmaqla cəmisi 3000 manat pulunu aldadaraq almışdır. Onun məhkəmədəki işi ilə bağlı Gülər onlara gəlib-gedəndə oğlu X15 görüb oğlunun neçə yaşı olması ilə maraqlanmış, Gülərə oğlunun təzəcə 4-cü sinifi bitirdiyini demiş, Gülərin ağlına yeni fikir gəlmiş, ona onun oğlu yaşında olan oğlan uşaqlarını Dövlət Sərhəd Xidmətinin akademiyasına qəbul etdiklərini demiş, həmin məktəbdə uşaqları yataqla, yeməklə təmin etdiklərini, böyüyəndə isə həmin uşaqların zabit olduğunu bildirmişdir. Ona az yaşlı oğlan uşaqlarının hərbi məktəbə qoyulması inandırıcı olmamış, Gülər onu inandırmaq üçün internetdə həmin məktəbdən verilmiş video xəbəri göstərmişdir. Gülər onun həmin akademiyada oğlan uşaqlarının qəbulu ilə məşğul olan tanışı olduğunu və həmin məktəbdə müəllim işlədiyini demişdir. Gülər hətta müəllim adlandırdığı şəxslə onun yanında telefonla danışmış, Gülər həmin müəllimə Fəxrəddin adı ilə müraciət etmişdir. Həmin şəxslə kənara çəkilib onun oğlunu Dövlət Sərhəd Xidmətinin akademiyasına qəbulu məsələsi barədə danışdıqdan sonra ona Fəxrəddin müəllimin uşağı həmin akademiyaya qəbul etdirmək üçün 5000 manat pul istədiyini demişdir. O, uşağın akademiyaya qəbulu ilə bağlı məsələdən həvəsləndiyini Gülərdən gizlətməmiş, lakin hazırda 5000 manat pulunun olmayacağını ona açıq söyləməşdir. Buna baxmayaraq Gülər bu işi Fəxrəddinlə birdə danışacağını, həmin pulun məbləğini aşağı endirməyə çalışacağını demiş, bir müddət onların bu barədə danışıqları olmamışdır. 2018-ci ilin avqust ayında Gülər onunla kəndlərində görüşəndə uşağın akademiyaya qəbulu məsələsini yadına salıb Fəxrəddin müəllimlə bu məsələni danışıb razılığa gəldiyini, 3500 manat pula bu işi düzəltməyə razılaşdığını demişdir. O, Gülərə “məndə pul yoxdu anamla danışıb sənə deyərəm” demiş, Gülər isə israr edib artıq Fəxrədinə söz verdiyini, uşağın adını qəbul olunacaq uşaqların siyahısına daxil etdirdiyini demişdir. Gülər hətta ondan oğlunun qiymət cədvəlinin surətini, şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayış kimi sənədləri gətirib ona təqdim etməsini istəmişdir. O, Gülərin sözlərinə bir daha inanmış, bu danışıqları 10 yaşlı oğlu Mənsurun yanında danışdıqlarından o da həvəslənmiş, həmin akademiyaya qəbul olmaq istəmişdir. O, öz oğluna yazığı gəlmiş anası ilə bu barədə danışıb Gülər tələb edən pulu düzəldib uşağın xətrinə vermək qərarına gəlmişlər. Anası Gülarənin ehtiyat üçün yığıb saxladığı pulu olmuş, 3500 manat pulu hazırlayıb Gülərin tələb etdiyi sənədlərin surətlərini və arayışlarını toplamışdır. Gülərlə zəngləşib 2018-ci ilin avqust ayının sonlarında Zaqatala şəhərində yerləşən “Sveet” adlı kafedə görüşmüş, Gülərlə görüşə anası Gülarə ilə birlikdə getmiş, Gülər isə həmin kafedə onlarla görüşməyə əri Habil ilə gəlmiş, onların aralarında olan söhbət zamanı anası hamının yanında 3500 manat pulu sayaraq Gülərə vermiş, həmçinin uşaq barədə topladığı sənədləri ona vermişdir. Gülər pulu götürdükdə 2018-ci ilin sentyabr ayının 15-dən etibarən oğlu Mənsurun həmin akademiyaya oxumağa gedəcəyini demiş, onlar inanıb Gülərə pul vermiş, bundan sonra 14 sentyabradək gözləmiş, həmin tarixdə Gülərə zəng edib uşağı Bakıya akademiyaya gətirməyə hazırlaşdıqlarını demişdir. Lakin Gülər ona dərslərin 15 yox 28 sentyabrda başlanacağını demişdir. Həmin vaxt çatanda o uşağıda götürüb anası ilə birlikdə Bakıya getmiş, bir neçə gün Gülər onu aldatmış, Fəxrəddinlə görüşməli olduqlarını demişdir. O, axırda Bakı şəhərində “Şamaxinka” deyilən yerdə anası Gülarə və Gülərlə birlikdə həmin Fəxrəddin adlı müəllimlə görüşmüşdür. Onlar həmin ərazidə “Şeş beş” adlı restoranın yanında olan parkda görüşüb söhbət etmiş, Fəxrəddin söhbət zamanı onlara uşağının sənədlərində düzəlişə ehtiyac olduğunu demiş, onların ailəsinin münaqişəli olmasının akademiyanın rəhbərliyinə indi məlum olduğunu, bu səbəbdən də həmin sənədləri qəbul etmələri üçün akademiyanın rəhbəri ilə danışacağını, məsələni yoluna qoyan kimi onlara xəbər edəcəyini demişdir. O, Fəxrəddinin işlətdiyi telefon nömrəsini götürmüş, lakin sonralar həmin nömrəyə zəng etməyinə baxmayaraq Fəxrəddin hər dəfəsində bir bəhanə gətirib uşağın akademiyaya qəbul edilməsi məsələsini uzatmış, sonralar isə onun telefonuna ümumiyyətlə zəng çatmamışdır. Gülərə bu barədə dedikdə 3500 manatı tam olaraq Fəxrəddinə verdiyini demiş, lakin Fəxrəddinin məsələnin həllini uzatdığını, onunla danışmaq lazım olduğunu demişdir. 2018-ci ilin dekabr ayında ona məlum olmuşdur ki, onun iştirakı olmadan onun işinə baxılıb, həmin işlə bağlı yenə onun əleyhinə qərar qəbul olunmuşdur. O, bundan sonra qəti şəkildə əmin olmuşdur ki, bu müddətə qədər Gülər onu aldatmış, Gülər nəğd olaraq ondan 7700 manat pul götürmüşdür. O, Bakıya gediş-gəlişləri ilə bağlı 500 manat da əlavə pul xərcləmişdir. O, həmin pul da daxil olmaqla Gülər ona cəmisi 8200 manat məbləğində ziyan vurmuşdur. O həmin pulu Gülərdən geri qaytarmasını tələb etmək üçün şikayət etmiş, pulun bir hissəsinin şəxsən Gülərin adına göndərilməsini təsdiq edən bank qəbzlərini və Gülərin səs yazısını təqdim etmiş, şikayət etdikdən sonra Gülər ondan götürdüyü pulun 2000 manatını bank vasitəsi ilə onun adına göndərmişdir. Qalan 6000 manatdan çox pulu isə zəng edib onun barəsində şikayəti geri götürdükdən sonra qaytaracağını demişdir. O, ona pulunu tam qaytarmadan onunla barışmayacağını demiş, Gülər onun pulunun 2000 manatını qaytarıb, qalan hissəsini isə verməmiş, onun pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Gülərdən qalan pulunun tam olaraq ödənilməsini tələb etmiş, o və anası Gülərə borc olaraq pul verməmişdir. Gülər onu aldadaraq pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Sonda isə bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçidir və onun qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, , 2019-cu ilin fevral ayında arvadının bacısı X32 ona telefonla zəng edərək onun yaşadığı Göyəm kəndində vəkillik fəaliyyəti ilə məşğul olan Göyçay rayon sakini Təqsirləndirilən şəxs ilə tanış olduğunu, Gülərə onun oğlu Tacirin Şəki türməsində cəza çəkməsi haqqında danışdıqda Gülərin həmin türmədə əlaqələri olmasını, 2019-cu ilin mart ayında Novruz bayramı münasibəti ilə əfv fərmanı olacağına görə oğlunun adını da həmin əfv olunanların siyahısına salmaq imkanın olduğunu deyərək onunla əlaqə saxlaması üçün onun nömrəsini Gülərə verdiyini bildirib Gülərlə əlaqə saxlaması üçün Gülərin telefon nömrəsini ona vermişdir. O, bundan sonra Təqsirləndirilən şəxs ilə bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlamış, Gülər özünü ona vəkil kimi təqdim etmiş, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olduğunu, Bakı şəhərində vəkillik fəaliyyəti ilə məşğul olan ofisinin olduğunu bildirmişidir. O, onun oğlu Tacirin türmədən azad edilməsi haqqında danışarkən Şəki pentensiar müəssisənin rəhbərliyində vəzifəli tanışlarının olduğunu, 2019-cu ilin mart ayında Novruz bayramı ilə əlaqədar olaraq əfv fərmanın veriləcəyini, onun oğlu Tacirin adını həmin vəzifəli şəxslərin köməyi ilə əfv olunacaq şəxslərin siyahısına salmaq imkanın olduğunu demişdir. O, Prezident Adminstrasiyasında əlaqələrin olduğunu, vəzifəli tanışların olduğunu bildirərək onların vasitəsilə ilə bu işi həll edəcəyini bildirmiş, Gülər siyahıya oğlunun adının əlavə olunması müqabilində onun həmin müəssisədə kimlərəsə 6000 manat pul verməli olacağını danışmış, lakin Gülər həmin işi görəcəyi vəzifəli şəxslərin adını açıqlamamışdır. O, Gülərin danışdıqlarına inanmış, oğlunun azad olunması üçün həmin pulu toplayıb vermək qərarına gəlmiş, özünə məxsus iribuynuzlu heyvanlarını bazarda satmış, lakin 5500 manat pul hazır edə bilmiş, Səyyarə ilə danışaraq Gülərlə danışıb pulun məbləğini 500 manat aşağı salmasını xahiş etmiş, bundan sonra Səyyarə ona zəng edərək Gülərlə danışdığını Gülərin 5500 manata razılıq verdiyini demiş. O bundan sonra Gülərlə telefon vasitəsilə əlaqə saxlayıb pulu vermək üçün görüşmək istəmiş, Gülər Bakı şəhərində olduğunu deyərək həmin pulu təcili olaraq Bakı şəhərinə göndərməyini istəmişdir. O, həmin pulu gecə Bakı şəhərinə gedən avtobusla göndərəcəyini demiş. 20 fevral 2019-cu il tarixdə saat 21 radələrində tanımadığı avtobus sürcüsü ilə 5500 manat məbləğində pulu Bakı şəhərinə Gülərə göndərmiş, **-MV-*** dövlət nömrə qeydiyyat nişanlı avtobusun sürcüsü ilə razılaşaraq 5500 manat məbləğində pulu həmin şəxslə Gülərə göndərmişdir. Gülərlə əlaqə saxlayıb ona avtobusun telefon nömrəsini verib göndərdiyi pulu götürməsi üçün Beynəlxalq avtovağzala getməsini istəmişdir. O, sabahsı gün səhər saatlarında Gülərlə telefon vasitəsilə əlaqə saxladıqda Gülər pulu götürdüyünü demiş, 17 mart 2019cu il tarixinədək fərman çıxacağını, Tacirin həbsdən azad olunacağını demiş, lakin 25 mart 2019-cu il tarixə kimi gözləsə də oğlu Tacir əfv olunmamışdır. Gülərlə bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlamaq istəsə də telefonuna cavab verməmiş, həmin dövrdə onlar Gülərin vəkil olmadığını öyrənmişdir. O, hətta Gülərin vəkil kimi fəaliyyət göstərək məhkəmədə onun xeyrinə qərara çıxarılmasını təmin edəcəyini vəd edərək Gülxar Zamanovanı da aldadıb pullarını ələ keçirdyini, həmin şəxsin polisə müraciət etdiyini eşitmişdir. O, Gülərlə əlaqə saxlayaraq pulu geri qaytarmasını tələb etmiş, əgər pulu geri qaytarmasa onun barəsində polisə şikayət edəcəyini bildirmiş, Gülər bir həftə ərzində pulu geri qaytarmağa söz vermiş, 03 aprel 2019-cu il tarixdə bank vasitəsilə Gülər onun adına 3000 manat pul göndərmiş, 09 aprel 2019-cu il tarixdə Səyyarə polisə müraciət etmiş, 11 aprel 2019-cu il tarixdə Gülər 2500 manat pulu da Səyyarə vasitəsilə ona geri qaytarmışdır. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə əldə etdiyi məbləği tam olaraq geri qaytardığından, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zaqatala rayon Göyəm kəndində yaşayan baldızı X12 evinə gedərkən onun qonşuluğunda yaşayan Göyçay rayonundan olan Gülər adlı qadınla tanış olmuşdur. Həmin vaxt Gülər ona vəkillik fəaliyyəti ilə məşğul olduğunu demişdir. 12-13 fevral 2019-cu il tarixlərində Həlimət ona zəng edərək Gülərin ona bacısı X6 həbsdə olan oğlu X16 2019cu ilin mart ayında novruz bayramı ərəfəsində əfv sərəncamına adını salacağını və həbsdən azad edə biləcəyini demişdir. O, bacısının əri Zərərçəkmiş şəxs2 Seyidullah oğlu ilə bu barədə danışdıqdan sonra onun nömrəsini Gülərə vermiş, daha sonra Gülər və Azərin 5500 manat pul qarşılığında razılaşdıqlarını bilmişdir. 20.02.2019- cu il tarixdə bacısıgilə gedərkən bilmişdir ki, Azər həmin gün saat 21 radələrində Zaqatala rayon Bəhmətli kəndinin girişində Zaqatala şəhərindən Bakı şəhərinə gedən avtobusla Bakı şəhərinə Gülərə 5500 manat pul göndərmişdir. Növbəti gün saat 09 radələrində Gülər Azərə zəng edərək Bakı şəhərində Beynəlxalq avtovağzalın ərazisində avtobusdan həmin pulu götürdüyünü demişdir. Gülər onlara 17.03.2019-cu il tarixdə Tacirin əfv olunacağını demişdir. 25.03.2019-cu il tarixə qədər gözləsələr də, Tacir əfv olunmamış, buna görə də Azər Gülərə zəng edərək pulunu geri tələb etmişdir. Təqsirləndirilən şəxs Tacirin əfv məsələsini həll edə bilməyəcəyini demiş və pulu qaytarmağa söz vermişdir. Həmin gün Təqsirləndirilən şəxs pulu qaytarmadığına görə Azər ona zəng etmiş, Azərə “Təqsirləndirilən şəxs pulu qaytaracağını deyibsə qaytaracaq” demişdir. Bundan sonra 03.04.2019-cu il tarixdə Gülər bank vasitəsi ilə 3000 manat pulu geri qaytardığını demiş, Azər də onlara gəlib həmin pulu götürmüş, sonra da 2500 manat pulu ala bilmədikləri barədə şikayət etmişdir. 11.04.2019-cu il tarixdə Azərə zəng edərək Təqsirləndirilən şəxs 2500 manat pulu bank vasitəsi ilə göndərdiyini demiş, həmin gün də Zaqatala şəhərində yerləşən “Ağ Saray adlanan şadlıq sarayının qarşısında 2500 manatı pulu Azərə vermişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş X22 ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan Zaqatala rayon məhkəməsinin 01.02.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X4, X8, X13, X11 və X17 cavabdehlər Yüzbaşiyev Arif Soltanmacid oğluna, X18 və cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Kontoruna qarşı iddiaçılar X14, X20, X29 və X26 ilə cavabdeh Yüzbaşiyev Arif Soltanmacid oğlu arasında Zaqatala rayonu Göyəm kəndində yerləşən 0.129 ha torpaq sahəsinin alqı satqısına dair bağlanmış Zaqatala Rayonu 2 saylı Notariat Kontorunda 04 oktyabr 2017-ci il tarixdə reyestrdə 4Ә647 nömrə ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli 04 oktyabr 2017-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 04.07.2018-ci il tarixli qətnaməsindən görünür ki, iş üzrə Zaqatala rayon məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(033)- 138/2018 saylı qətanməsi iddiaçı X19 münasibətdə dəyişdirilmədən saxlanılmış, iddiaçı X22 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 14.12.2018- ci il tarixli qərarından görünür ki, iddiaçı X11 və vəkili Şahid9 Novruz oğlunun kasasiya şikayəti təmin edilməmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 06.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X22 və Şahid1 iddiaçı Yüzbaşiyev Arif Soltanməcid oğlunun RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün ibtidai araşdırma və birinci instansiya məhkəməsində verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmiş və birinci instansiya məhkəməsi toplanmış həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə, iş üzrə mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs qeyd edilən həmin əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli olması və kifayət qədər sübuta yetirilməsi barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində iş materialları ilə, eləcə də məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, və onun törətdiyi qeyd edilən cinayət əməlləri kifayət qədər sübuta yetirildiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilə bilməz və ona bəraət verilməsi barədə məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza məsələsinə də münasibət bildirərək, cəzanın yüngülləşdirilməsi üçün də hər hansı əsas görmür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfındən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Әməliyyat və Statistik İnformasiya İdarəsinin 03.08.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 18.02.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 manat cərimə cəzasına məhkum edilmişdir. İşdə olan olan Göyçay rayon İcra və probasiya şöbəsinin 17.02.2021-ci il tarixli sorğuya cavabından görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 18.02.2020-ci il tarixli hökmünə əsasən təyin olunmuş 1500 manat cərimə cəzasından bu günə kimi 50 manat məbləğində ödəniş etmişdir. İşdə olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 29.07.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sərhab qızı barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. İşdə olan “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 11.05.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və dərhal Binəqədi RPİ-nin MSYdən azad olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Vəkillər X5 24.04.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü deyildir. İşdə olan doğum haqqnıda şəhadətnamənin surətindən məlum olur ki, 20.10.2018ci il tarixdə X46 Gülərin birgə nikahlarından Uvuzova Duyğu adlı övladları doğulmuşdur. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 vurduğu ziyanı tam, digər zərərçəkmiş şəxs X19 vurduğu ziyanın isə bir hissəsini ödəməsini cəzasını yüngülləşdirən kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs törətdiyi qeyd edilən cinayət əməllərinin tövsifi məsələsi düzgün həll edilməklə, ona təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 52-1, 58, 59, 61, 67.1, 68.1 və 69.3-cü maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası hüdudlarında və cinayət qanununun tələblərinə uyğun, cəzanı ədalətli fərdiləşdirməklə onun məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair 19 fevral 2021-ci il tarixli, 1(001)-35/2021 saylı hökmü qanuni və əsaslı olduğundan həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq qərara alır: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair 19 fevral 2021-ci il tarixli, 1(001)-35/2021 saylı hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar