Məhkəmə qərarları › İş №1(103)-71/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-71/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-71/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X3 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin prokuroru X2, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1950-ci il tarixdə Qusar rayonunun Yuxarı Tahircal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMCnin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 1(009)-5/2021 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 1(009)-5/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 195.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində cəza təyin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə kommersiya və qeyri-kommersiya təşkilatlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən iş yerini və daimi yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuş, cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, iş üzrə maddi sübut kimi tanınmış QSC "xxxx" KB-dən, həmçinin qeyd edilən bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, habelə Vergi orqanlarından daxil olmuş sənədlər, kredit dosyeləri, kredit müqavilələri üzrə hesablardan çıxarışlar, bəyannamələr və digər vergi sənədləri cinayət işinin materiallarında saxlanılmış, cinayət işi üzrə ibtidai istintaq dövründə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 5(001)-409/2019 nömrəli qərarı ilə üzərinə həbs qoyulmuş əmlakın hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs mülkiyyətində olmaması səbəbindən, habelə əmlakın mülkiyyətçisi olan Şahid2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbinin predmeti məhz qeyd olunan əmlak kompleksi olduğundan, hazırki cinayət işi üzrə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kimya məhsulları anbar bazasının yanında 6.4673 ha torpaq sahəsində yerləşən 6492,9 kv.m ümumi, 5627,4 kv.m əsas, 865,5 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə münasibətdə xüsusi müsadirə tətbiq olunmamışdır. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs rəhbəri olduğu hüquqi şəxsin (təşkilatın) maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verərək külli miqdarda ziyan vurmaqla vahid niyyətlə qanunsuz kredit almış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vahid niyyətlə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 fevral 2005-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" MMC-nin 2006-cı ilin noyabr ayından direktoru vəzifəsində işləməklə 8 fevral 2006-cı il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt Bölgə Şöbəsində təsdiq olunmuş həmin cəmiyyətin Nizamnaməsinə əsasən, cəmiyyətin adından etibarnaməsiz fəaliyyət göstərmək, cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən, məhkəmədə cəmiyyəti təmsil etmək, cəmiyyətin adından əqdlər bağlamaq və sair təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbəri olduğu həmin hüquqi şəxs (təşkilat) üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi 01.01.2007-01.08.2007-ci il tarixlərini əhatə edən dövrə aid cəmiyyətə məxsus vergi bəyannamələrində malların (iş və xidmətlərin) dəyəri 51.173,6 manat, həmçinin şərti rentabellik norması əsasında mənfəəti 8.523,93 manat (51.173,6/(100+20)x20=8.528,93) olduğu halda, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kimya məhsulları anbar bazasının yanında cinayətdən xəbərsiz Şahid2 xüsusi mülkiyyətində olan 6.4673 ha torpaq sahəsində yerləşən 6492,9 kv.m ümumi, 5627,4 kv.m əsas, 865,5 kv.m köməkçi sahədən ibarət əmlak kompleksində müəssisənin istehsal gücünün artırılması və digər profillərin genişləndirilməsi ilə rekonstruksiya, eləcə də yenidənqurma işlərinin aparılması təyinatı üzrə kredit verilməsinə dair müraciəti ilə əlaqədar Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 4 ünvanında yerləşən QSC "xxxx" KB-nin baş ofisi tərəfindən aparılan maliyyə vəziyyətinin analizi zamanı “Banklarda kreditlərin sənədləşdirilməsi, verilməsi, nəzarəti və uçotu haqqında Qaydalar”ın 2 nömrəli əlavəsinə əsasən, kredit sifarişi sənədində sifarişçi haqqında məlumatlarda rəhbəri olduğu hüquqi şəxsin (təşkilatın) həmin dövr üçün xalis mənfəətinin rəsmi rəqəmlərdən kifayət qədər çox - 294.155 manat olması barədə, yəni maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə bankla bağlanmış 14 sentyabr 2007-ci il tarixli, ********** №-li “kredit müqaviləsi” əsasında 36 ay müddətinə, illik 18 % dərəcəsi ilə 3.000.000 (üç milyon) ABŞ dolları məbləğində kredit xətti müqaviləsinin bağlanmasına nail olub, həmin kredit xətti üzrə 24.09.2007-ci il tarixli 604 saylı sərəncama əsasən 1.780.000 ABŞ dolları, 07.12.2007-ci il tarixdə 798 saylı sərəncama əsasən 500.000 ABŞ dolları, 23.01.2008-ci il tarixdə 27 saylı sərəncama əsasən 520.000 ABŞ dolları və 09.10.2007-ci il tarixdə isə 200.000 ABŞ dolları vəsaitin ayrılması ilə ümumilikdə 3.000.000 ABŞ dolları vəsaiti nağd şəkildə əldə edərək qanunsuz kredit almış, həmin krediti götürdükdən sonra yalnız faiz borcu üzrə 2007-ci il üzrə 78.147,29 ABŞ dolları, 2008-ci il üzrə 388.959,25 ABŞ dolları, 2009-cu il üzrə 44.726,1 ABŞ dolları, 2010-cu il üzrə hər hansı bir ödəniş aparmamaqla, 2011-ci il üzrə 169.600 ABŞ dolları, 2012-ci il üzrə 189.042,72 ABŞ dolları, 2013-cü il üzrə 176.112,74 ABŞ dolları, 2014-cü il üzrə 80.076 ABŞ dolları və 2015-ci ilin əvvəllərindən 22.06.2015-ci il tarixədək 16.333 ABŞ dolları, kredit faizi üzrə cəmi 1.142.997,1 ABŞ dolları, yəni nəzərdə tutulduğundan az ödəniş aparmaqla sadəcə müqavilə müddətini uzadıb əsas borcdan hər hansı bir ödəniş icra etməyərək, 22.06.2015-ci il tarixdə 3.000.000 (üç milyon) ABŞ dolları əsas və 771.871,19 ABŞ dolları (yeddi yüz yetmiş bir min səkkiz yüz yetmiş bir dollar on doqquz sent) faiz borcunun ödənilməsi müddətini uzatmaq üçün müraciəti üzrə kredit üzrə öhdəliklərini icra etməkdən yayınmaq niyyəti ilə 7 illik hər hansı bir faiz hesablanmadan yeni qrafiklə qeyd edilən kreditin yenidən kapitallaşdırılmasını təmin edib 22.06.2015-01.09.2019-cu illər ərzində yalnız 2015-ci il üzrə 24.000 ABŞ dolları və 2016-cı il ərzində isə 30.648,71 ABŞ dolları, yəni sadəcə iki il üçün ümumilikdə 54.648,71 ABŞ dolları (əlli dörd min altı yüz qırx səkkiz dollar yetmiş bir sent) ödəniş həyata keçirib digər illər üzrə hər hansı bir ödəniş aparmayaraq, ümumilikdə, maliyyə vəziyyətinə dair qeyd edilən qaydada bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə vahid niyyətlə cəmi 3.000.000 (üç milyon) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 2.554.500 (iki milyon beş yüz əlli dörd min beş yüz) manat məbləğində qanunsuz kredit alaraq QSC "xxxx" KB-yə külli miqdarda ziyan vurmuş, həmin kreditlər üzrə 01.09.2019-cu il tarixə cəmi 3.717.222,48 ABŞ dolları (üç milyon yeddi yüz on yeddi min iki yüz iyirmi iki ABŞ dolları, qırx səkkiz sent), hazırki məzənnə ilə 6.319.278,22 manat (altı milyon üç yüz on doqquz min iki yüz yetmiş səkkiz manat 22 qəpik) məbləğində pul vəsaitini qəsdən ödəməməklə hüquqi şəxs olan QSC "xxxx" KB-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 1(009)-5/2021 saylı hökmünün ləğv edilməsi və məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri üzrə bəraət verilməsi barədə yeni hökmün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ibtidai istintaq zamanı şirkətin xalis mənfəətinin 294.155 manat olması əks olunan kredit sifarişi sənədinin Təqsirləndirilən şəxs və ya hansı vəzifəli şəxs tərəfindən təqdim edilib-edilməməsini araşdırılmamış, alınmış ifadələr və aparılan araşdırmalar ancaq kredit borcunun qaytarılması üzərində qurulmuşdur. Həmçinin, ibtidai istintaq zamanı kredit sifarişi sənədi ümumiyyətlə Təqsirləndirilən şəxs göstərilməmiş, həmin sənədin onun tərəfindən hazırlanması, imzalanması və banka təqdim edilməsi kimi mühüm məsələlər dəqiqləşdirilməmiş, Təqsirləndirilən şəxs həmin sənədə münasibəti öyrənilməmişdir. Cinayət işinə məhkəmədə baxılarkən Təqsirləndirilən şəxs kredit alınan dövrdə şirkətin maliyyə vəziyyəti barədə onun tərəfindən banka belə bir sənəd verilmədiyini bildirmiş, hətta həmin sənəddəki yazının və imzanın ona məxsus olmadığını, sözügedən sənədi ilk dəfə məhkəmədə gördüyünü israrla məhkəmənin nəzərinə çatdırmışdır. Məhz bu səbəbdən məhkəməxətşünaslıq ekspertizasının təyin olunmasını məhkəmədən xahiş etmişdir. Lakin, məhkəmə həmin vəsatəti təmin etməmiş və nəyə görə təmin etməməsini öz qərarında əsaslandırmamışdır. İttihamın əsasını təşkil edən yeganə sübut kredit sifarişi sənədidir, lakin həmin sənəd möhürlənməmiş və Təqsirləndirilən şəxs həmin sənədi imzalamadığını israrla bildirmiş, şahidlər isə kredit sifarişi sənədinin Təqsirləndirilən şəxs tərəfindən təqdim edilməsini təsdiq etməmişlər. İbtidai istintaqda bununla bağlı ekspertiza keçirilməmiş və kredit sifarişi sənədindəki imzanın Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmaması aydınlaşdırılmamışdır. Belə olan halda, xüsusi bilik tələb edən bu mübahisəli məsələni aydınlaşdırmaq üçün məhkəmə ekspertiza təyin etməli olsa da, bunu etməmiş və ekspertin vəzifəsini öz üzərinə götürərək həmin sənədin Təqsirləndirilən şəxs tərəfindən imzalandığı qənaətinə gəlmişdir. Sifarişçi haqqında məlumatları əks etdirən “Kredit sifarişi” sənədindən görünür ki, həmin sənəd 5 vərəqədən ibarətdir və sadəcə sonuncu səhifə imzalanmışdır. Şirkətin xalis mənfəətinin 294.155 manat olması barədə məlumat 4-cü səhifədə qeyd olunmuş, lakin direktorun imzası ilə təsdiq edilməmişdir. Bundan başqa, hətta təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilməsi fərz edilsə belə (halbuki təqsirsizdir), yenə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Belə ki, cinayət işindən də göründüyü kimi, bankla kredit müqaviləsinin bağlanması, bununla əlaqədar sənədləşmələrin aparılması və pulun götürülməsi 2007-ci ildə baş vermişdir. Qanunsuz kredit alma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddi tərkibli cinayətlər olduğundan 14 sentyabr 2007-ci il tarixdə kreditin alınması ilə cinayət törədilmiş (başa çatmış) və CM-in 195.2 və 308.2-ci maddələrində nəzərdə tutulan əməllər az ağır cinayətlər olduğundan 2014-cü ilin sentyabr ayında cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, irəli sürülən ittihamdan da görünür ki, bir epizoddan ibarət cinayət işidir və ittihama görə bir əməllə 14 sentyabr 2007-ci il tarixdə iki cinayət törədilmişdir. Yəni ki, əməl cinayət hesab edildiyi halda, ittihama görə 14 sentyabr 2007-ci il tarixdə qanunsuz kredit əldə edilmiş və bu zaman eyni hərəkətlə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə vəzifə cinayəti də törədilmişdir. Bu halda isə CM-in 308.2-ci maddəsi üzrə də cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Həmin hökmdən narazı qalan Dövlət ittihamçısı2 apellyasiya protesti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 1(009)-5/2021 saylı hökmü Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməklə, eləcə də iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş və kredit müqaviləsi üzrə kreditin təminatı qismində yüklü edilmiş əmlakın vurulmuş ziyanın ödənilməsinə yönəldilməsinə dair qərar qəbul edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protestini onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs ittiham olunan əməllərinin törətməsində təqsirinin şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təsdiq olunmasına baxmayaraq, sonuncu istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, əməlindən səmimi peşman olmamışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan daxil olmuş 20.09.2019-cu il tarixli arayışdan görünür ki, “14.09.2007-ci il tarixdə hüquqi şəxs "xxxx" MMC (VÖEN **********, direktor Təqsirləndirilən şəxs şəxsində) ilə LPO QSC "xxxx" KB arasında ********** saylı "Kredit Müqaviləsi” bağlanmışdır. Bu kredit müqaviləsinə əsasən, borcalana 3.000.000 ABŞ dolları məbləğində istehsal gücünün artırılması və digər metal profillərin genişləndirilməsi məqsədi ilə rekonstruksiya və yenidənqurma işlərinin aparılması məqsədilə kredit verilmişdir. Məhkəmənin Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alması barədə gəldiyi nəticə əsassız olmuşdur. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi məhkəmə kollegiyasına apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, məhkəmədən apellyasiya protestinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 1(009)-5/2021 saylı hökmünün ləğv edilməsi və məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri üzrə bəraət verilməsi barədə yeni hökmün çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin prokuroru X5 apellyasiya protestinin dəlillərinə uyğun izahat verərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 1(009)-5/2021 saylı hökmü Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməklə, eləcə də iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş və kredit müqaviləsi üzrə kreditin təminatı qismində yüklü edilmiş əmlakın vurulmuş ziyanın ödənilməsinə yönəldilməsinə dair qərar qəbul edilməklə dəyişdirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 1(009)-5/2021 saylı hökmü isə dəyişdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs təqsiri özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri, tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nın 195.2 və 308.2-ci maddələri ilə düzgün tövsif etmişdir. İş materiallarında olan sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin cinayətlərin təsnifatına görə az ağır cinayətlərə aid olduğundan hesab edir ki, həmin ittiham üzrə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Hazırkı işdən görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2007-ci il tarixdə, 36 ay müddətinə 3.000.000 ABŞ dolları kredit ayrılmasına icazə verilməsi ilə bağlı QSC "xxxx" KB yazılı müraciət etmiş, 14 sentyabr 2007-ci il tarixdə isə QSC "xxxx" KB bankla 36 ay müddətinə, illik 18 % dərəcəsi ilə 3.000.000 (üç milyon) ABŞ dolları məbləğində kredit xətti müqaviləsinin bağlanmasına nail olmuşdur. Bununla da rəhbəri olduğu hüquqi şəxsin (təşkilatın) maliyyə vəziyyəti barədə biləbilə yalan məlumatlar verməklə qanunsuz kredit almasını, həmçinin hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla nəzərdə tutan cinayət əməlini, törətdiyi vaxtdan on üç ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3 cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyindən Cinayət Məcəlləsinin 195.2-ci maddəsinə münasibətdə AR Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsi tətbiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib, lakin cəlb etmə müddəti keçdiyindən ona cəza təyin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, 71 yaşında olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız və formal fikirlərdən ibarətdir. Bu isə iş üzrə sübutlarla uzlaşmır. Məhkəmə kollegiyası, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nın 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Həmçinin apellyasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-2-ci maddəsinə əsasən bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Həmin Məcəllənin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Həmin Məcəllənin 99-3.2-ci maddəsinə əsasən cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir. İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.10.2019-cu il tarixli, 5(001)-409/2019 nömrəli qərarı ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kimya məhsulları anbar bazasının yanında 6.4673 ha torpaq sahəsində yerləşən 6492,9 kv.m. ümumi, 5627,4 kv.m. əsas, 865,5 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan sübutlara və qeyd edilən hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın ödənilməsi üçün həmin mülkiyyətə xüsusi müsadirə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 1(009)-5/2021 saylı hökmü isə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2 və 398.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 1(009)-5/2021 saylı hökmü dəyişdirilsin. Xüsusi müsadirə tətbiq edilərək cinayət işi üzrə ibtidai istintaq dövründə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 5(001)-409/2019 nömrəli qərarı ilə üzərinə həbs qoyulmuş Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kimya məhsulları anbar bazasının yanında 6.4673 ha torpaq sahəsində yerləşən 6492,9 kv.m. ümumi, 5627,4 kv.m. əsas, 865,5 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi hesabına dəymiş ziyanın ödənilməsi təmin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X3 X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar