Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-71/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qədirov Şahrud Rafiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri – “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 751/2022 saylı, 29 iyul 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-751/2022 saylı, 29 iyul 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Azər Paşayev, hakimlər Əhməd Quliyev və İradə Həsənzadə) xx xxxxxx 1977-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasınn vətəndaşı, ailəli, orta təhsili, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Fabriçni küçəsi ev 17-də pasport qeydiyyatında olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Yaşayış massivində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin 03 sentyabr 2021-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 11 ədəd bükümdə təmiz çəkisi 13,561 qram külli miqdarda narkotik vasitə heroin, 14 ədəd bükümdə təmiz çəkisi 4,914 qram külli miqdarda psixotrop maddə metamfetamin, 28 (iyirmi səkkiz) ədəd kibrit qutusunda ayrı- ayrılıqda təmiz çəkiləri: 3,317qram, 2,260 qram, 3,766 qram, 1,990 qram, 4,054 qram, 3,279qram, 3,070 qram, 1,510 qram, 1,324 qram 1,625 qram, 2,233 qram, 3,713 qram, 1,808 qram, 3,478 qram, 3,750 qram, 1,996 qram, 3,090 qram, 2,067 qram, 3,003 qram, 1,164qram, 2,730qram, 1,888 qram, 3,767qram, 1,727 qram, 1,932 qram, 1,367qram, 3,646 qram, 3,238 qram ümumi çəkisi 70,870 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, qanunsuz olaraq üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən fərdi evinə daşımış, 03 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində cinayətdən xəbəri olmayan oğlu Şahid5 ağ rəngli sellofan torbanı evdən götürərək ona verməsini telefon vasitəsilə bildirmiş, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı oğlu Şahid5 içərisində narkotik vasitə və psixotrop maddələr olduğunu bilmədiyi sözü gedən ağ rəngli sellofan torbanı atası Təqsirləndirilən şəxs vermək üçün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi FF marketin yaxınlığında olarkən saxlanılaraq 15-ci Polis Bölməsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əlində olan ağ rəngli paketin içərisində 11 ədəd bükümdə təmiz çəkisi 13,561 qram narkotik vasitə heroin, 14 ədəd bükümdə təmiz çəkisi 4,914 qram psixotrop maddə metamfetamin, 28 (iyirmi səkkiz) ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri: 3,317qram, 2,260 qram, 3,766 qram,1,990 qram, 4,054 qram, 3,279qram, 3,070 qram, 1,510 qram, 1,324 qram 1,625 qram, 2,233 qram, 3,713qram, 1,808 qram, 3,478qram, 3,750 qram, 1,996qram, 3,090qram, 2,067qram, 3,003qram, 1,164qram, 2,730qram, 1,888 qram, 3,767qram, 1,727 qram,1,932 qram, 1,367qram, 3,646 qram, 3,238 qram ümumi çəkisi 70,870 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmənin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-751/2022 saylı, 29 iyul 2022-ci il tarixli hökmünün qanunsuz olduğundan ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 02 sentyabr 2021-ci il tarixində evlərinin qarşısından təqsirləndirilən şəxsin oğlunu Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin 12 polis əməkdaşı onu məhlədə tutub təpikləyərək döymüşlər və daha sonra əli qandallı şəkildə polis maşınına mindirərək, Sabunçu RPİ- nin 15-ci Polis Bölməsinə aparmışlar. Yolda apararkən, onu döymüşlər və bölməyə çatandan sonra hətta bölmənin koridorunda belə bu hərəkətləri davam etdirmişlər. Daha sonra Elxan evə gələndə, qonşulardan bunu eşidib, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə getmişdir. Elxan Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə özü təslim olmuş və ona ifadə verməmişdən əvvəl də fiziki və təzyiq altına salıb, ona «bizim yazdığımız ifadəyə qol çəkməlisən, başqa yolun yoxdur» deyə hədələmişdilər, ona görə də Elxan məcburən onlar tərəfindən Elxana yazdığı ifadəyə qol çəkibdir. Bundan başqa, ifadəsinə qol çəkəndən sonra da hədələyib, «bizim döydüyümüzü kiməsə demə» deyə hədələmişlər. Şikayətə əlavə olunmuş Bakı İstintaq Təcridxanasımn 06 dekabr 17/38 8644 saylı arayışından da məlum olduğu kimi onun təcili müraciəti nəticəsində aparılan tibbi sanitar və ilkin tibbi müayinələr nəticəsində məlum olmuşdur ki, ona daima təzyiq və fiziki işgəncələr verməklə, sağ gözaltın nahiyədə tünd bənövşəyi rəngli qançır müşahidə olunmuşdur. Bundan başqa, şikayətə əlavə olunmuş TV-də çəkiliş əsasında yazılmış DVD- diskdən və fotoşəkildən də görünür ki, təqsirləndirilən şəxsin gözünda qançır və ağız nahiyəsində isə yara müşahidə olunmuşdur. Qeyd olunanlar da göstərir ki, keçirilən bütün istintaq hərəkətləri qanunsuzdur və sübut qismində ittihamın əsasını təşkil edə bilməz Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Dövlət ittihamçısı X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və müdafiə tərəfinin çıxışlarını dinləyib belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 751/2022 saylı, 29 iyul 2022-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilməlidir. Belə ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya instansiya məhkəməsindəki icraatı zamanı göstərdikləri cinayət işi üzrə toplanmış biri digərini tamamlayan sübutlarla (özünün cinayəti etiraf ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və s.) təkzib edildiyindən, məhkəmə kollegiyası həmin məlumatların həqiqətə uyğun olmayan, müdafiə xarakterli olduğunu vurğulayır və hesab edir ki, məhkum bu cür fikirlər söyləməklə məsuliyyətdən qurtulmaq və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yayınmaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təzyiq altında verdiyi üçün həmin ifadəni təsdiq etmir. O, narkotik vasitənin istifadəçisi olmuşdur. Saxlanılan gün işdə olarkən, istifadə etdiyi narkotik vasitə olan marixuananın və telefonunun evdə olduğunu xatırlamış və oğlu Fəridə zəng etmişdir ki, torbada olan marixuananı FF marketin yanına gətirsin. Lakin oğlu Fərid torbada marixuana olduğunu bilməmişdir. O, FF marketin yanına çatan zaman qonşular ona oğlu Fəridin polis tərəfindən tutulduğunu demişlər və o, könüllü olaraq bölməyə gedərək təslim olmuşdur. Bölmədə üzərinə axtarış və çəkiliş keçirilmiş, lakin üzərindən heç bir şey çıxmamışdır. Polis əməkdaşlarının fərziyəsinə görə guya onların evinin 3-cü axtarışı zamanı narkotik vasitə çıxmış, lakin bu doğru olmamışdır. O, narkotik vasitənin istifadəçisi olmuş, satışı ilə məşğul olmamışdır. Bölmədə onun üzərindən heç nə çıxmamışdır. O, narkotik vasitəni Balaxanı qəsəbəsindən Şahin adlı şəxsdən 80 manata almışdır. Həmin kulyokun içərisində bir qutu marixuana olmuşdur. Polis əməkdaşları oğlu Fəridi onun gözü qarşısında və onu oğlunun gözü qarşısında döymüşlər. Onlara şiddət göstərildiyi üçün sənədlərə imza çəkmişdir. Onda cəmi 1 kibrit qutusunda 2 qram marixuana olumuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsi, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılarkən, üzərində ittiham aktında sadalanan qadağan edilmiş narkotik vasitə və psixotrop maddələrin olmaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadələrində bildirmişdir ki, özünə məxsus Mercedes markalı avtomobil ilə taksi olaraq fəaliyyət göstərir. Narkotik vasitə olan marixuana, heroin və metamfetamini təxminən 10 ildir qəbul edir. Təxminən bir ay əvvəl İran İslam Respublikasının tanımadığı vətəndaşının danışdıqları kimi 28 May metrosu tərəfdə yerə atdığı narkotik vasitəni oradan götürmüşdür. Həmin narkotik vasitənin müqabilində həmin adını bilmədiyi İran İslam Respublikası vətəndaşına 1400 manat pul vermişdir. Aldığı narkotik vasitələr 100 qram qurudulmuş marixuana olmuşdur. Həmin marixuananı öz istifadəsi üçün almışdır. Həmin marixuananı təxminən 30 qramını bir neçə gün ərzində siqaret kimi çəkərək istifadə etmişdir. Qalan 70 qram marixuananı yaşadığı evin həyətində olan əl damına qoymuşdur. 1 qutu qurudulmuş marixuana isə evdə yataq yerinin yanında sellofana qoyulmuş vəziyyətdə olmuşdur. xx.xx.2021-ci il tarixdə təxminən günorta saatlarında dənizə gedərkən narkotik qəbul etmək məqsədilə düşünmüşdür ki, evdən götürüb özü ilə dənizə aparsın. Bu məqsədlə tanımadığı bir şəxsin telefonu ilə özünə məxsus evdə olan telefonuna zəng vurmuşdur. Oğlu Fərid telefonu götürmüşdür. Fəridə demişdir ki, «yatağımın yanında rəfin üstündə olan sellofanı çıxar FF marketin yanın». Lakin sellofan torbanın içərisində marixuana olduğunu deməmişdir. Fərid həmin torbada narkotik vasitə olduğunu bilməmişdir. O, Zabrat qəsəbəsində evinin yaxınlığında olan FF marketə çatmamış polis əməkdaşları onu tutmağa çalışdıqları üçün qaçıb getmiş, sonra eşitmişdir ki, oğlu Fəridi tutublar və ona verməli olduğu marixuana üzərindən aşkar olunmuşdur. Sonra 15-ci bölməyə getmişdir. Bölmədə üzərində videoçəkiliş ilə axtarış keçirmişlər və heç nə aşkar olunmamışdır. Bölmədə bildirmişdir ki, «Fərid həmin marixuananı mənə verməli idi, mən ondan xahiş etdim ki mənə məxsus torbanı mənə versin, lakin içərisində nə olduğunu demədim». Bölmədə ona təzyiq olmuşdur ki, guya oğlu Fəridin torbada narkotik olduğunu bildiyi barədə ifadə versin. Lakin oğlu bu barədə heç nə bilməmişdir. Oğlu Fərid heç vaxt narkotik vasitəyə əlini belə uzatmamışdır. Fəriddən ümumiyyətlə metamfetamin və heroin aşkar olunmamışdır. Onları bölmədə üzərinə qoymuşlar. Belə ki, onda ümumiyyətlə 70 qram marixuana olmuşdur. Bir kibrit qutusu Fəriddən aşkar olunmuş, qalanlarını isə polis əməkdaşları həyətindən əl damından aşkar ediblər. Qalan heroin və metamfetamindən ümumiyyətlə xəbəri yoxdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Pİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2021 -ci il tarixdə Şahid5 narkotik vasitəni əldə etməsi, daşıması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə Fərid adlı şəxslə xarici əlamətlərinə uyğun olan şəxsə Sabunçu rayonu, Zabrat qəsəbəsi, «FF» marketin yanında yaxınlaşmışlar. Narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib 15-ci PB-nə gətirmşlər. 15-ci Polis Bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi ev 26 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Yaşayış massivi fərdi evdə yaşayan Şahid5dur. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şahid5 heç bir etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı Şahid5 əlində olan ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən 28 ədəd kibrit qutusunda olan yaşıl rəngli, otşəkilli, spesifik iyə malik narkotik maddə olan marixuanaya bənzər maddəni, 4 ədəd şəffaf rəngli sellofana və 10 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumilikdə 14 ədəd bükümdə olan ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddəni və 03 ədəd şəffaf rəngli sellofana və 08 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumilikdə 11 ədəd bükümdə olan qəhvəyi rəngli narkotik maddə olan heroinə bənzər maddəni könüllü şəkildə təqdim etmişdir. Həmin narkotik vasitələrin atası Təqsirləndirilən şəxs məxsus olduğunu, Təqsirləndirilən şəxs yaşadıqları evdə həmin narkotik vasitələri nə məqsədlə saxladığını bilmədiyini, sonuncunun ona zəng edərək Zabrat qəsəbəsində yerləşən FF marketin qarşısına gətirməsini xahiş etdiyini bildirmişdir. Şahid5 təqdim etdiyi həmin torbanın içərisindən 28 ədəd kibrit qutusunda olan yaşıl rəngli, otşəkilli, spesifik iyə malik narkotik maddə olan marixuanaya bənzər maddə, 4 ədəd şəffaf rəngli sellofana və 10 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumilikdə 14 ədəd bükümdə olan ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddə və 03 ədəd şəffaf rəngli sellofana və 08 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumilikdə 11 ədəd bükümdə olan qəhvəyi rəngli narkttik maddə olan heroinə bənzər maddələr qablaşdırılaraq üzəri möhürlənmiş və tərtib olunmuş protokol imzalanaraq təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Pİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, 02 sentyabr 2021-ci il tarixdə 15-ci polis bölməsinin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılmışdır. 15-ci bölmənin əməliyyatçıları ona və atasına etmədikləri cinayət əmlini üzərlərinə götürmələrini bildirərək onlara hədə-qorxu gəlmiş, şiddət və təzyiqlər etmişlər. 12 nəfər əməliyyatçı onu atasının, atasını isə onun gözü qarşısında döymüşlər. Halbuki həmin cinayət əməlini nə o, nə də atası törətməmişlər. Onların etdiyi şiddət nəticəsində barmağı əyri bitmiş, çənəsi isə yarılmışdır. Polis əməkdaşları atasına yıxılaraq zədə aldığını, ona isə güləşdə zədə aldığını deməklərini bildirmişlər. Onun və atasının polis bölməsində verdikləri ifadə təzyiq altında olmuşdur. Polis əməkdaşları 02 sentyabr 2021-ci il tarixdə yaşadıqları evə daxil olaraq babasının telefonunu və evdə olan 700 dollar pulu götürmüşlər. O marketin qarşısında saxlanılan zaman atasının tapşırığına əsasən evdən balaca kulyok çıxartmışdır. Həmin kulyoku bölmədə açan zaman içindən bir ədəd kibrit qutusu çıxmışdır. Polis əməkdaşları onunla birgə anasını da bölmədə saxlamışlar və anasını buraxmaq üçün onlardan 5.000 manat pul vəsaiti almışlar. Videoçəkiliş zamanı çıxan narkotik vasitələr polis tərəfindən qoyulmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, sentyabr ayının 2-si saat 10-11 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs evdə olmamış, evdə o və böyük oğlu Fərid olmuşlar, kiçik oğlu isə məşqdə olmuşdur. Həmin vaxt yoldaşının telefonu evdə qalmış, o öz telefonuna zəng edən zaman Fərid zəngi açmışdır. Oğlu Fərid atasının ona yatağ otağına girməsini və orada balaca kulyok ilə telefonu götürərək evlərindən 100 metr məsafədə olan FF marketə gətirməyini ona dediyini bildirmişdir. Oğlu Fərid çölə çıxandan 5 dəqiqə sonra qapı döyülmüş, o, qapını açmış və mülki formada iki nəfər olduğunu görmüşdür. Onlar ona qaz idarəsindən olduqlarını demişlər və o, qapını açan zaman onu itələmişlər və evə daxil olmuşlar. Onlar yoldaşının harada olmasını soruşmuşlar, o, Elxanın harada olmasını bilmədiyini onlara demişdir. Həmin vaxt o, Fəridin “məni burax” deyə qışqırdığını eşitmiş və 12 nəfərin oğlunun əlini bağlayıb dizləri ilə onun kürəyindən vurub maşına saldıqlarını görmüşdür. Onlar onun saçını yolmuşlar və evi dağıtmışlar. Polis əməkdaşları onu döyərək ağ rəngli Niva markalı avtomobillə salaraq bölməyə aparmışlar. Oğlu Fəridi bölmənin qarşısında düşürərək döyə-döyə ikinci mərtəbəyə istintaq şöbəsinin rəisi Tural müəllimin yanına aparmışlar. Onu isə koridorda saxlamışlar və yoldaşının gələcəyi təqdirdə onu buraxacaqlarını demişlər. Təqsirləndirilən şəxs FF marketin yanına gələn zaman oğluna zəng etmiş və Fərid hadisəni atasına demişdir. 1 saat keçməmiş yoldaşı Təqsirləndirilən şəxs bölməyə gəlmiş, Emin adlı şəxs yoldaşının əlini bağlayaraq ona yumruq vuraraq ikinci mərtəbəyə qaldırmışdır. Onlar oğlu Fəridi gözünün qarşısında döyə-döyə sənədə imza çəkdirmişlər. Polis əməkdaşları ondan 5000 manat pul vəsaiti istəmişlər və həmin 5000 manat pulu onun anası polis əməkdaşlarına vermişdir. Polis əməkdaşları oğluna vəkilin onun üzünə nə olduğunu soruşan zaman məşqdə olduğunu deməyini bildirmişlər. Polis əməkdaşları evinə basqın edərək 950 ABŞ dolları, J2 markalı telefonu və şəxsiyyət vəsiqəsini götürmüşlər. Emin onunla prinsipə düşdüyü üçün Təqsirləndirilən şəxs ağır maddə ilə ittiham veriləcəyini ona demişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/3858 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət Şahid5... » yazısı olan kağız zərfdəki 11 (on bir) ədəd bükümdə ümumi təmiz çəkisi 13,561 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 14 (on dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 4,914 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 7/883 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Şübhəli şəxs Şahid5..» olan kağız paketi açdıqda içərisində 28 (iyirmi səkkiz) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 1)3,317qram, 2)2,260 qram, 3)3,766 qram, 4)1,990qram, 5)4,054 qram, 6)3,279qram, 7)3,070 qram, 8)1,510 qram, 9)1,324 qram, 10)1,625 qram, 11)2,233 qram, 12)3,713qram, 13)1,808 qram, 14)3,478 qram, 15)3,750 qram, 16)1,996qram, 17)3,090qram, 18)2,067qram, 19)3,003qram, 20)1,164qram, 21)2,730qram, 22)1,888 qram, 23)3,767qram, 24)1,727 qram, 25)1,932 qram, 26)1,367qram, 27)3,646 qram, 28)3,238 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 70,870 qramdır. Tədqiqata təqdim olunmuş 28 (iyirmi səkkiz) ədəd kibrit qutusunda olan marixuanalar tərkibinə görə eynidirlər. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş, Təqsirləndirilən şəxs məxsus *** *** ** **, 055 *** ** ** saylı mobil nömrələrə daxil olan və çıxan SMS mətnlərinin əks olunduğu 30 dekabr 2021-ci il tarixli Bakcell MMC-dən daxil olmuş “Diskə baxış” protokolundan görünür ki, xx-xx-2021-ci il tarixdə saat 09:46:14-də **********50 nömrədən **********04 nömrəyə “Men sence nese olan gece sehere yuxusuz qalir ay emsi beyem mende kola olsa senen atkaz eliyerem ozum balamin cani werefsiz anari axtariram geceden drazn”, xx-xx-2021-ci il tarixdə saat 23:43:13-də **********24 nömrədən **********04 nömrəyə “Elxan usaxlar meni axır teli ac şey yaxşı şey deyil ya deyiş başqas”, xx-xx-2021-ci il tarixdə saat 22:43:37-də **********89 nömrədən **********04 nömrəyə “Eraz bir kelme sez sorushtumki imkan var 20 pati geturmaya cavab verabilmirsan?”, xx-xx-2021-cl tarixdə saat 00:57:04-də **********69 nömrədən **********04 nömrəyə “Emsi parpres gotumey olar”, xx-xx-2021-ci il tarixdə saat 04:42:23-də **********49 nömrədən **********04 nömrəyə “Dayi senen xebrt cixmad mene 1 qram patpres lazimdi”. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirli olması, özünün ibtidai araşdırma dövründə vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmənarkoloji rəyləri və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və iş üzrə toplanmış başqa sübutlarla tam təsdiq edilir. Apelyasiya instansiyasında araşdırma zamanı məhkum Təqsirləndirilən şəxs verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, saxlanılan gün işdə olarkən, istifadə etdiyi narkotik vasitə olan marixuananın və telefonunun evdə olduğunu xatırlamış və oğlu Fəridə zəng etmişdir ki, kulyokda olan marixuananı FF marketin yanına gətirsin. Həmin kulyokun içərisində cəmi bir qutu marixuana olmuşdur. Onda cəmi 1 kibrit qutusunda 2 qram marixuana olumuşdur. Lakin məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 7/883 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 28 (iyirmi səkkiz) ədəd kibrit qutusunda olan marixuanalar tərkibinə görə eynidirlər. Məhkum tərəfindən bu faktın nə ilə izah olunmasına dair hər hansı bir ağlabatan izah verilməmişdir. Həmçinin, qeyd olunduğu kimi, iş materiallarına əsasən məhkum Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəsinə tutulmamışdan bir neçə ay ərzində, onun adı qeyd edilməklə, narkotik vasitələrin alqı-satqısı məzmununda SMS mətnləri daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs həmin dövrdə həqiqətədn də bu mobil nömrədən istifadə etdiyini qeyd etmiş, lakin hansı səbəblərdən onun istifadəsində olan mobil nömrəyə bu məzmunlu mətnlərin göndərildiyini izah edə bilməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin şahidləri qismində ifadə vermiş məhkumun yaxın qohumları - Şahid5, X3 və X4 məhkumun polis bölməsində döyüldüyünü və bunun bilavasitə müşahidə etdiklərini göstərmişlər. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının 16 mart 2023-cü il tarixli qərarı əsasında əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi” X10 22 may 2023-cü il tarixli, 182/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan tibbi sənədlərə əsasən aşkar edilmiş hər iki gözaltı nahiyənin tünd-bənövşəyi rəngli qançırlarının müxtəlif şəraitlərdə, o cümlədən həm küt əşyaya dəyməsi, həm də küt əşya ilə yetirilən zərbə nəticəsində yaranmaları inkar olunmur. Təqsirləndirilən şəxs burun nahiyəsinin rentgenoloji müayinəsi zamanı burun sümüyündə təzə və köhnə sümük travmatik dəyişiklik aşkar edilmədi. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, təkcə bu faktın mövcudluğu məhkum barəsində bəraət hökmünün çıxarılması üçün kifayət deyildir. CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülür. Lakin məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi təkcə onun etirafedici ilkin izahatları ilə deyil, həmçinin, iş materiallarında olan digər sübutlarda da təsdiq olunur. Qanunun tələbinə əsasən isə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan hallar mövcud olduqda, onun barəsində bəraət hökmünün çıxarılmasına yol verilmir. Qeyd olunan halların mövcudluğu əməliyyat fəaliyyətinin qüsurlu aparılmasına dəlalət edir, ancaq heç bir halda məhkum barəsində bəraət hökmünün çıxarılması üçün əsas deyildir. Çünki, yuxarıda qeyd olunduğu kimi, məhkumun ittiham olunduğu cinayət əməlini törətməsi digər mötəbər və mümkün sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində aşkar edilməməsi və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, onun barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. AR CPM-nin 125.4-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş materiallar müvafiq pozuntu faktlarının və onlara yol vermiş şəxslərin təqsirliyinin sübut edilməsində istifadə oluna bilər. Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin “Cinayət haqqında məlumatın aidiyyət üzrə göndərilməsinə dair” 1(101)-751/2022 saylı, 29 iyul 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs və onun oğlu Şahid5 polis əməkdaşları tərəfindən döyülmələri, polis əməkdaşlarının evlərindən 950 ABŞ dolları pulu götürmələri, həmçinin Təqsirləndirilən şəxs arvadı X1 polis əməkdaşları tərəfindən döyülməsi və onun qanunsuz olaraq polis şöbəsində saxlanılması, bundan başqa sonuncuya hədə-qorxu gələrək ondan 5000 manat pulun alınmasına dair verdikləri məlumat aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən bu nəticəyə gəlmişdir. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayətlərin tövsifi problemi araşdırma və məhkəmə araşdırma praktikası üçün ən mürəkkəb və mühüm problemdir. İlk olaraq qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 234-cü maddəsinin konstruksiyasını təhlil edərkən bu nəticəyə gəlmək olar ki, o həddən artıq yüklənmişdir, çünki bir normada eyni anda bir neçə müstəqil cinayət tərkibi nəzərdə tutulmuşdur. Tamamilə aydındır ki, bu cinayətlərin tərkibi həm obyektiv, həm də subyektiv tərəflərinə görə, cinayətin subyekti və hətta predmeti baxımından fərqlənir. Təəssüf ki, maddənin mətninin hüquqi konstruksiya baxımından qeyri-kamil olduğu məlum olur və bu da müvafiq normaların tətbiqi prosesində müəyyən çətinliklərə səbəb olur. Hüquq tətbiqi praktikasının subyektləri üçün bir çox hallarda tövsif əlamətlərinin dəqiq şərhinin qeyri-mümkünlüyü cinayət tərkibində onların uğursuz hüquqi ifadəsi ilə əvvəlcədən müəyyən edilir ki, bu da cinayət qanununun ixtiyari şərhinə və yanlış tətbiq edilməsinə səbəb olur. “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi” anlayışı mürəkkəb cinayət-hüquqi kateqoriya kimi böyük cinayətlər qrupunu birləşdirir. Qanunvericinin cinayətləri təsvir etmək üçün istifadə etdiyi düzgün seçilmiş texniki hüquqi alətlər onların tərkibinin əlamətlərinin düzgün başa düşülməsinin və deməli, səhvsiz tövsif edilməsinin mühüm amilidir. Əməlin obyektiv tərəfi tövsif prosesində cinayətin elementlərini ayırd etmək üçün ilkin əsaslardan biri kimi çıxış etdiyinə və cinayət məsuliyyətinin müqəddiməsi olduğuna görə onu tədqiq edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində cinayətlərin növlərini araşdırmaq daha məqsədəuyğundur. Cinayət Məcəlləsində narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində cinayətlərin geniş spektri təqdim olunur. Bu cinayət növünü tövsif edərkən, törədilmiş əməlin cinayət subyektinin konkret hərəkəti, ictimai təhlükəli nəticələrin başlanması ilə təzahür edən əlamətləri, habelə əməl və nəticələri, əməlin bu və ya digər cinayət hüquq normasında nəzərdə tutulmuş əlamətləri arasında səbəb-nəticə əlaqəsi arasında dəqiq uyğunluğu müəyyən etmək lazımdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin düzgün tövsif edilməsi üçün zəruri və həlledici şərti olaraq törədilmiş əməlin əlamətlərinin dəqiq sosial-hüquqi təhlilini göstərmək olar. Cinayətin faktiki hallarının və müvafiq cinayət hüququ normasının əlamətlərinin müəyyən edilməsi cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsində qanunun aliliyinə riayət edilməsinin əsas şərtlərindən biridir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin tövsifi problemi təkcə cinayət hüququnda ən çətin problemlərdən biri deyil, həm də təhqiqat və məhkəmə araşdırması praktikası üçün ən mühüm problemdir. Cinayət Məcəlləsinin 234-cü maddənin normalarının müddəaları narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə və ya satış məqsədinin olmamasından asılı olmayaraq daşınmasına görə cinayət məsuliyyətini nəzərdə tutur. Cinayət Məcəlləsinin 234-cü maddələrinin dispozisiyaları blanket xarakter daşıyır ki, bu da cinayətləri tövsif edərkən digər qanunlara, qərarlara, qaydalara və göstərişlərə istinad etməyə məcbur edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən icazə və ya lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak etmək səlahiyyətinə malik olan şəxslər həmin dövriyyə çərçivəsində hər hansı əməliyyatları yalnız müvafiq fəaliyyət növü ilə məşğul olmaq üçün icazəsi və ya lisenziyası (xüsusi razılığı) olan əks tərəflə aparmalıdırlar. Bu tələbin pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu zaman ehtimal olunur ki, hər hansı bir müəssisə narkotik vasitələr və ya psixotrop maddələrlə bağlı fəaliyyətlə məşğuldursa (məsələn, tərkibində bu vasitələr və maddələr olan dərman vasitələrinin istehsalı ilə məşğul olan farmakoloji müəssisə) o, ilk növbədə, onları lisenziya əsasında və böyük miqdarda istehsal edir, ikincisi, labüd olaraq hansısa nəqliyyat vasitəsi ilə xəstəxanalara, apteklərə və onlardan istifadə edən digər müəssisələrə daşımalıdır. Narkotik vasitələrin daşınması ilə bağlı hər hansı digər fəaliyyət cinayət hesab olunur. Məhkəmə təcrübəsində müəyyən hüquq normalarının tətbiqində bir çox çətinliklər var, narkotik vasitələrin satış məqsədi olmadan, satış məqsədi ilə daşınmasını həyata keçirən şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və bu vəsaitlərin və maddələrin saxlanması ilə bağlı çətinliklərə görə şəxslərin qanunsuz məhkum edilməsi faktları mövcuddur. Tövsif edərkən, çətinliklər narkotik vasitələrin satış məqsədi olmadan daşınması ilə onların satış məqsədilə daşınması kimi əməllərin biri birindən ayrılmasından qaynaqlanır. Əksər hallarda şəxsi istifadə üçün narkotik vasitələri daşıyan şəxslər onların daşınmasına görə cinayət məsuliyyətinə cəlb olunurlar. Hesab edirik ki, narkotik vasitənin az miqdarda istifadəsi məqsədi ilə bir yaşayış məntəqəsi daxilində narkotik vasitənin daşınması daşınma sayıla bilməz. Şəxsin hərəkətlərində cinayət tərkibinin olması - satış məqsədi olmadan qanunsuz daşınma - narkotik vasitəni və ya psixotrop maddəni və ya onların analoqlarını satmaq məqsədi olmadan həmin cinayət tərkibinin qanunsuz saxlama hallarının məhdudlaşdırılması məsələsi niyyətin istiqaməti, daşınmasının faktiki halları, narkotik vasitələrin və ya onların analoqlarının miqdarı, ölçüsü, həcmi, onların olduğu yer, habelə işin digər halları nəzərə alınmaqla, hər bir konkret halda həll edilməlidir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə qanunsuz daşınmasının ən xarakterik şərti daşıyıcıda külli miqdarda və ya müxtəlif çeşiddə narkotik vasitənin aşkar edilməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən, ədalət prinsipinin tələblərini pozmuşdur. Belə ki, təyin edilən cəza onun şəxsiyyətinə və cinayətin törədilmə şəraitinə uyğun deyil. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5, 7, 8 və 9cu maddələrində nəzərdə tutulmuş qanunvericiliyinin əsas prinsiplərinin tələblərini rəhbər tutaraq, hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının müddəti ədalət və humanizm prinsipi naminə azaldılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinin tələbinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə və həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən, cəzanın sərtliyinə görə cinayətin ağırlığı və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, cəza yüngülləşdirdikdə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə təyin edilən cəza cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmadığı halda, apellyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayərin törədilməsində aidiyyəti olmadığı üçün, ona həmin maddələrlə bəraət verilməsi barədə hökm çıxarılmasına dair apelyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilməli və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair 1(101)-751/2022 saylı, 29 iyul 2022-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) il azadlıqdan məhrumetmə cəzasına endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov Hakimlər: Mirzəli Abbasov Habil Məmmədov
Məhkəmə qərarları › İş №1(103)-71/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-71/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver