Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-712/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X13, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 1(010)-43/2022 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim A.F.İbrahimov) 14 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 12.07.2021-ci il tarixdən 10.11.2021-ci il tarixədək, 10.11.2021-ci il tarixdən 12.01.2022-ci il tarixədək, 28.01.2022-ci il tarixdən 14.02.2022-ci il tarixdən həbsdə və ev dustaqlığında saxlanıldığı 6 ay 17 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 01 il 01 ay 04 gün müddəti ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmuş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, həmçinin cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicənin tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 12 iyul 2021-ci il tarixdə X9 şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 04 ədəd bükümdə ümumi təmiz çəkisi 2,627 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini alaraq, əldə edib daşımaqla üzərində saxlamış və 12 iyul 2021-ci il tarixdə saat 13:00 radəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, “Qoşa minarə” məscidinin yaxınlığında saxlanılaraq, Suraxanı RPİ-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki boz rəngli cins şalvarın sol cibindən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,197 qram, 0,463 qram, 0,573 qram və 0,394 qram olmaqla, ümumi təmiz çəkisi 2,627 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli hökmü, ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilərək dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, verilmiş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən 18 dəfə artıq olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun öz cinayətini etiraf etməklə səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə hökmdə CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, qeyd olunan halın yüngülləşdirən hal kimi qəbul edilməsi CM-nin 59.2-ci maddəsinə əsasən hökmdə əsaslandırılmamışdır. Məhkəmə “səmimi peşmançılıq” anlayışına hüquqi müstəvidən qiymət verməmişdir. Belə ki, “səmimi peşmançılıq” ifadəsinin hüquqi müstəvidəki anlayışı CM-nin 72-ci maddəsində kifayət qədər dəqiq və birmənalı şəkildə ifadə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsinə görə səmimi peşmançılığın mənası böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi başa düşülməlidir. Lakin Təqsirləndirilən şəxs hərəkətlərində isə könüllü gəlib təqsirini boynuna alma və cinayətin üstünün açılmasına fəal kömək etmə halı olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində “əməlimdən səmimi peşmanam” deməsi heç də hüquqi müstəvidə “səmimi peşmançılıq” anlayışını ehtiva etmir. Ona görə də məhkəmə həmin halı yüngülləşdirən hal kimi nəzərə almaqda haqsız olmuşdur. Həmçinin hökmdən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı məhkəmə iclaslarına gəlməyərək yayınmış, bu səbəbdən barəsində olan ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Bu hal bir daha onun törətdiyi əməldən peşman olmadığını və özünün davranışlarına tənqidi yanaşmadığını sübut edir. Eləcə də məhkəmə hökmdə göstərmişdir ki, təqsirləndirilən şəxs guya narkotik vasitənin satışı ilə məşğul olan X11 ifşa edilərək, məsuliyyətə cəlb olunmasında polis əməkdaşlarına köməklik etmiş, bu hal cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Halbuki Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə baxışında verdiyi ifadələrində qeyd olunan narkotik vasitəni yalnız “Faiq” adlı şəxsdən 20 manat pul müqabilində aldığını bildirməklə, konkret olaraq həmin şəxs haqqında dəqiq, yəni onun şəxsiyyəti, eləcə də yaşadığı ünvan və digər əhəmiyyətli hallar barədə ətraflı məlumatlar verməmişdir. Onun narkotik vasitənin satışı ilə məşğul olan X11 ifşa edilərək, məsuliyyətə cəlb olunmasında polis əməkdaşlarına köməkliyinin konkret olaraq nələrdən ibarət olması əsaslandırılmamışdır. Ona görə də bu hal cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltması qənaətinə gəlinməsi üçün yetərli deyildir. Bununla da məhkəmə həmin xüsusatla bağlı belə bir nəticəyə gəlməkdə haqlı olmamışdır. Bundan əlavə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində analoji işlər üzrə məhkəmə həmin şəxslərə azadlıqdan məhrumetmə cəzası təyin etdiyi halda, hazırda Təqsirləndirilən şəxs 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə ədalətsiz qərar qəbul etmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə uyğun olmamışdır. Bununla da məhkəmə tərəfindən təyin edilən yekun cəza şəxsin islah olunması üçün yetərli hesab edilə bilməz. Hökmdən məhkum edilmiş şəxs və müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya protestini müdafiə edərək məhkəmədən apellyasiya protestinin təmin edilməsini, hökmün dəyişdirilməsini, məhkum edilmiş şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya protestinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkum edilmiş şəxs əlavə olaraq həyat yoldaşının hamilə, anasının isə ikinci qrup əlil olduğunu bildirib, müvafiq sənədlərin surətini məhkəməyə təqdim etməklə, barəsində azadlıqdan məhrumetmə cəzasının seçiləcəyi təqdirdə ailəsinin çox çətin vəziyyətə düşəcəyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya protestindən göründüyü kimi, məhkum edilmiş şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Qəhrəmanov X7 ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkumun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı kustar üsulla hazırlanmış psixotrop maddə heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən 18 dəfə artıq olduğuna istinad olunsa da, məhkəmə kollegiyası qeyd edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə deyil, məhz şəxsi istehlak məqsədi ilə saxladığını qəbul etdiyi və razılaşdığı halda həmin heroinin miqdarının şəxsi istehlak miqdarından çox olması məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılması üçün əsas ola bilməz. Verilmiş apellyasiya protestində məhkəmə tərəfindən cəza təyin edilərkən məhkum edilmiş şəxsin cinayəti etiraf edərək səmimi peşman olmasının yüngülləşdirici hal kimi nəzərə alınmasına baxmayaraq həmin halın nədə ifadə olunmasının açıqlanmadığı, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almadığından və cinayətin açılmasına fəal kömək etmədiyindən həmin yüngülləşdirici halın AR CM-nin 72.1-ci maddəsinin tələblərinə uyğun olmadığı göstərilmişdir ki, məhkəmə kollegiyası protestin bu dəlilini tam əsassız hesab edərək qeyd edir ki, AR CM-nin 72-ci maddəsi cinayət məsuliyyətindən azad etmə əsaslarını nəzərdə tutan normadır və hazırki halda cinayət törətmiş şəxsin məsuliyyətdən azad edilməsi məsələsinə deyil, məhkuma təyin edilmiş cəzanın onun islah edilməsi üçün məqsədəmüvafiq və yetərli olub-olmaması məsələsinə qiymət verilir. Həmçinin, qeyd olunmalıdır ki, AR CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər ki, hazırki halda da məhkum edilmiş şəxsə münasibətdə işə baxan məhkəmə məhkum edilmiş şəxsin cinayəti etiraf edərək səmimi peşman olmasını yüngülləşdirici hal qismində nəzərə almaqda tam haqlı olmuş və cinayət qanunu normasının tətbiqində heç bir səhvə yol verməmişdir. Protestdə, həmçinin, hökmdə təqsirləndirilən şəxsin guya narkotik vasitənin satışı ilə məşğul olan X11 ifşa edilərək, məsuliyyətə cəlb olunmasında polis əməkdaşlarına köməklik etməsinin əsassız olaraq qeyd edildiyinə, əslində təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə baxışında verdiyi ifadələrində qeyd olunan narkotik vasitəni yalnız “Faiq” adlı şəxsdən 20 manat pul müqabilində aldığını bildirməklə, konkret olaraq həmin şəxs haqqında dəqiq, yəni onun şəxsiyyəti, eləcə də yaşadığı ünvan və digər əhəmiyyətli hallar barədə ətraflı məlumatlar vermədiyinə istinad etmişdir. Göstərilən bu dəlilə münasibətdə məhkəmə kollegiyası bildirir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-43/2022 saylı cinayət işi üzrə 07 dekabr 2021-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində çalışan Şahid1 və Suraxanı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışan Şahid2 Əliskəndər oğlu şahid qismində dindirilərkən ifadələrində təqsirləndirilən şəxs Mətləb Qəhramanovun narkotik vasitənin satışı ilə məşğul olan X11 ifşa edilərək, məsuliyyətə сəlb olunmasında polis əməkdaşlarına köməklik göstərdiyini qeyd etmişlər. Göründüyü kimi narkotik vasitənin satışı ilə məşğul olan şəxsin yaxalanması üçün əməliyyat tədbiri hazırlayan polis əməkdaşlarının özləri Mətləb X1 ifşa edilərək, məsuliyyətə сəlb olunmasında polis əməkdaşlarına köməklik göstərdiyini qeyd etdikləri halda, dövlət ittihamçısının təqsirləndirilən şəxsin əslində “Faiq” adlı şəxsdən ifşa olunmasında heç bir köməklik göstərməməsinə dair irəli sürdüyü dəlili əsassız hesab olunmalıdır. Digər tərəfdən protestdə Mətləb Qəhramanovun “Faiq” adlı şəxs haqqında dəqiq, yəni onun şəxsiyyəti, eləcə də yaşadığı ünvan və digər əhəmiyyətli hallar barədə ətraflı məlumatlar vermədiyinə istinad olunsa da, məhkəmə kollegiyası qeyd edir ki, bu iki şəxs arasında olan münasibətlər narkotik vasitənin alqı-satqısı münasibətləri olmuşdur ki, belə olan halda, Təqsirləndirilən şəxs narkotik vasitənin satıcısı “Faiq” adlı şəxsin anket məlumatları barədə dəqiq bilgiyə sahib olmasını gözləmək ağlabatan deyil. Bundan əlavə dövlət ittihamçısı protestində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə baxılan ayrı-ayrı cinayət işləri üzrə təqsirləndirilən şəxslərə azadlıqdan məhrumetmə cəzası təyin edildiyi halda, məhkəmənin Təqsirləndirilən şəxs 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə ədalətsiz qərar qəbul etdiyinə istinad etmişdir ki, onun bu dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Ali Məhkəmənin yuxarıda adı çəkilən Plenum qərarında əks olunmuş hüquqi mövqeyindən göründüyü kimi təqsirkar şəxsə münasibətdə cəza təyin edilərkən cinayət qanunun müddəalarının həyata keçirilməsini sözsüz təmin edilməklə cəzanın fərdiləşdirilməsi prinsipini əsas götürülməlidir. Göstərilən mövqeyi rəhbər tutan məhkəmə kollegiyası qeyd edir ki, hazırda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 1(010)-43/2022 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxılır və həmin məhkəmədə baxılan digər işlər üzrə ayrı-ayrı şəxslərə təyin edilmiş cəzaların (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə) Təqsirləndirilən şəxs təyin edilmiş cəza ilə müqayisə edilməsi, hər bir cinayət törətmiş şəxsin (şəxsiyyəti, ailə vəziyyəti, əvvəllər cinayət törədibtörətməməsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması və s) fərdi xüsusiyyətlərə malik olması nəzərə alınmaqla cəzanın fərdiləşdirilməsi prinsipi baxımından yolverilməzdir. Yuxarıda sadalanan hallardan çıxış edən məhkəmə kollegiyası məhkum edilmiş şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, narkotik vasitənin satışı ilə məşğul olan X11 ifşa edilərək, məsuliyyətə сəlb olunmasında polis əməkdaşlarına köməklik göstərməsini, ailəli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir. Bundan əlavə məhkum edilmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuşdur. X2, atası isə X4r. Əlillik haqqında 000202 nömrəli vəsiqənin surətindən görünür ki, X3 ikinci qrup əlildir. 15 saylı Birləşmiş şəhər xəstəxanasının qadın məsləhətxanası tərəfindən verilmiş 28.03.2022-ci il tarixli, 51 nömrəli arayışdan görünür ki, Aysel Qəhrəmanova 17 həftəlik hamilədir. Göründüyü kimi məhkum edilmiş şəxsin anası ikinci qrup əlil, arvadı isə hamilədir ki, belə olan halda məhkəmə kollegiyası həmin halları da onun cəzasını yüngülləşdirən əlavə hallar kimi qiymətləndirir və cəzanın məqsədinə nail olmaq üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməklə bağlı olmayan cəzanın təyin edilməsini məqbul sayır. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı onun məqsədlərini təmin etmək üçün yetərli hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən hal kimi ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, ailəli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını, narkotik vasitənin satışı ilə məşğul olan X11 ifşa edilərək, məsuliyyətə сəlb olunmasında polis əməkdaşlarına köməklik göstərməsini, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza (hazırkı apelyasiya icraatı qaydasında işə baxılarkən müəyyən edilmiş yüngülləşdirici hallarla yanaşı) təyin etmişdir. Məhkəmə kollegiyası tərəfindən həmçinin ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə bütün halların araşdırılmasına və mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 1(010)-43/2022 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 06 (altı) saat üçün cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Rəşad Abdulov Hakimlər: Cavid Hüseyn Qədim Babayev
Məhkəmə qərarları › İş №1(103)-712/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-712/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver