Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-72/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və X3 ibarət tərkibdə Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 qızının, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Quliyev Elnur Ağalar oğlunun, Müdafiəçi2 və Müdafiəçi3 oğlunun iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Rusiya Federasiyasının Tatarıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, H.Z.Tağıyev adına mədəndə maşinist işləyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonunun Xanlıq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yataqxanada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 1(003)-192/2022 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq nəqliyyat vasitəsini idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01 yanvar 2022-ci il tarixdə saat 18:29 radədə idarə etdiyi “Mersedes Benz C220” minik markalı **-GV-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Bakı-Mərdəkan şosesinin hərəkət hissəsində soldan 1-ci zolaqda Mərdəkan qəsəbəsi istiqamətində 100 km/saat hərəkətdə olarkən hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunu etməyərək Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub yolu sağdan sola doğru keçən 02 fevral 1995-ci il təvəllüdlü X6 ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurub ona alının, burunun, yanağın sol yarısının, hər iki bazunun, sol saidin, sol mil-bilək oynağının, sağ diz oynağının, sol baldırın əzilmiş yaraları, ağır travmatik və hemorragik şok, sağ Vİİ qabırğanın orta körpücük xətt üzrə qapalı, az yerdəyişən, sağ bazu sümyünün açıq, hər iki baldır sümüklərinin açıq, yerdəyişən sınıqları, qaraciyərin sağ payının və nazik bağırsaq müsariqəsinin cırılması, nazik bağırsaq müsariqəsinin hematoması xəsarətləri ilə nəticələnən ölümə səbəb olan həyat üçün təhlükəli olan AĞİR xəsarətlər yetirərək yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxs Cəfər Cəfərov aldığı xəsarətlərdən 02 yanvar 2022-ci il tarixdə yerləşdirildiyi Sabunçu şəhər Kliniki xəstəxanasının reanimasiya şöbəsində ölmüşdür. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim T.Əkbərov) 03 avqust 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmış, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli hökmündən məhkum olunmuş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş, 01 yanvar 2022-ci il tarixinə aid - saat 18:15-dən saat 18:45-dək olan müddətdəki hadisənin videogörüntelərinə baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi Bakı-Mərdəkan şosesinin Binə Atçılıq massivindən keçən hissəsində yol kənarındakı dekorativ dibçəklər olan hissəsindəki dalandan 2 nəfər piyadanın ard-arda yolu sağdan sola doğru keçmələri, qabaqda gedən piyada yolu adi yerişlə keçdikdən sonra, zərərçəkənin qaçmazdan əvvəl 3-cü hərəkət zolağı ilə 4-cü hərəkət zolağının sərhədində 6 saniyə dayandığı və daha sonra qaçaraq yolu keçdikdə soldan 1-ci zolaqla hərəkətdə olan "Merscedes" markalı **-GV-*** dövlət nömrəli avtomobil tərəfindən vurulması, avtomobilin alın şüşəsinə çırpıldıqdan sonra havaya qalxaraq qabağa doğru yolun sol kənarındakı dəmir arakəsmələrin arasında işıq dirəklərinin altına piyadanın yıxılması müşahidə edilir. Lakin hadisənin həmin halına, yəni zərərçəkənin qaçmazdan əvvəl 3-cü hərəkət zolağı ilə 4-cü hərəkət zolağının sərhədində 6 saniyə dayanmasının üzərindən sükutla keçilmiş, buna heç hir əhəmiyyət yerilməmişdir. İlk öncə qeyd etmək lazımdır ki, yol-nəqliyyat hadisələri ilə bağlı cinayət işləri üzrə istənilən ekspertiza təyin edilirsə, ekspertizanın təyin edilməsi haqqındakı qərarda göstərilən rəqəmlər, məlumatlar və faktlar cinayət işində olan mötəbər sübutlara əsaşlanmalıdır. Müstəntiq ekspertiza təyin edilməsi barədə 15 yanvar 2022-ci il tarixli qərarında yazır ki, “Piyadanın vurulma yeri “Mersedes Benz” markalı gümüşü metalik rəngli **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqaməti üzrə Bakı-Mərdəkan şosşesində avtomobil yolunun Binə- Atçılıq massivindən Mərdəkan qəsəbəsi istiqamətinə 82 metr və dəmir arakəsmədən 1.2 metr məsafədə soldan 1-ci zolaqda yerləşir. İstintaq zamanı müəyyən olunmuşdur ki, sürücü X4 110 km/saat sürət həddi olan yolda Mərdəkan qəsəbəsi istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən bir nəfər piyada oğlanın avtomobilin qarşısına qaçaraq çıxmasinı görmüş, əyləci sıxsa da, nəqliyyat vasitəsini dayandıra bilməmiş, piyadanı avtomobilin ön hissəsinin orta tərəfi ilə vurmuş və zərbənin təsirindən əvvəlcə avtomobilin alın şüşəsinə çırpılmış, sonra isə sol tərəfdəki dəmir arakəsmə tərəfə yerə yıxılmışdır. Sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə X1 sağ tərəfdə olan hissədən hərəkət hissəsinə daxil olduğu andan yaranmış, həmin andan vurulmaya kimi piyada iti addımlarla sağdan sola doğru 19.8 metr məsafə qət etmişdir. X1 iti addımlarla (yerişlə) hərəkət sürətinin orta həddi piyadaların hərəkət sürəti cədvəlindən götürülsün». Eyni zamanda müstəntiq ekspertiza təyin edilməsi haqqında bu qərarında yazır ki, «hadisə ilə bağlı DİN-in Təhlükəsiz Şəhər və protokol kameralarının videogörüntülərinin götürülməsi üçün müvafiq sorğular göndərilmiş və bir sıra zəruri istintaq hərəkətləri həyata keçirilmişdir». Belə görünür ki, istintaqçı hadisənin videogörüntülərinin əldə edilməsi üçün müvafiq sorğular vermiş, lakin bu sorğuların nəticələrini gözləmədən, yəni videogörüntülərin mövcüd olub-olmadığını araşdırmadan tələm-tələsik ekspertiza təyin edir və sürücünün hadisənin qarşısın almağa texniki imkanının olması, yəni təqsirliliyi bardə 09 fevral 2022-ci il tarixli 8/169 №-li rəy almışdır. İstintaqın sonrakı mərhələsində müstəntiq videogörüntünü əldə edir, ona baxış keçirir və baxışın nəticələrini hətta ittiham aktında belə göslərərərək yazmışdır: DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə xx.xx.2022-ci il tarixli 18:15-dən 18:45-dək olan müddəldəki videogörüntülər olması müşahidə edilir. Həmin videogörüntülər hadisənin baş verdiyi Bakı-Mərdəkan şosesinin Binə Atçılıq massivindən keçən hissəsində yol kənarındakı dekorativ dibçəklər olan hissəsindəki dalandan 2 nəfər piyadanın ard-arda yolu sağdan sola doğru keçmələri və qabaqda gedən piyada yolu adi yerişlə keçdikdən sonra arxadan gələn ikinci, əlində sellofan torba olan piyada (kişi) qaçaraq yolu keçdikdə, soldan 1-ci zolaqla, hərəkətdə olan «Mersedez» markalı, **-GV-*** dövlət nömrə nişanlı avtomobil ilə vurulması avtomobilib alın şüşəsinə-çırpıldıqdan sonra havaya qalxaraq qabağa doğru yolun sol kənarmdakı dəmir arakəsmələrin arasında işıq dirəktəlrinin altına piyadanın yıxılması müşahidə edilmişdir. Bu barədə protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Videogörüntüdən görürük ki, həqiqətən də iki nəfər piyada hadisəni törətmiş avtomobilin hərəkəti istiqamətində sağdan sola doğru hər birinin eni 4 metr olan 5 hərəkət zolağından ibarət yola daxil olaraq yolu keçməyə başlayırlar. Onlar intensiv avtomobil axını olan yolda sağdan sola doğru 3 və 4-cü hərəkət zolaqlarının sərhədini təşkil edən qırıq-qırıq üfiqi nişanlama xəttinin üzərində dururlar. Piyadalardan biri yolu keçməkdə davam edir, ikinci piyada isə ani dayandıqdan sonra yolu keçməkdə davam edir və yolu keçə bilir. Bu zaman hadisə yerinə yaxınlaşmaqda olan təqsirləndirilən şəxs birinci piyadanı görür və hərəkət hissəsini tez boşaltsın deyə, ona faraların işıqlarını bir-neçə dəfə yandırıb-söndürməklə xəbərdarlıq da edir. Lakin bu zaman təqsirlənqirilən Təqsirləndirilən şəxs 3-cü və 4-cü hərəkət zolaqlarının sərhədini təşkil edən qırıq-qırıq üfiqi nişanlama xəttinin üzərində duran mərhum piyada Cəfər Cəfərovu görmür və görmək imkanı da yoxdur. Ona görə ki, onun sağında hərəkətdə olan avtomaşınlar ikinci piyadanın Təqsirləndirilən şəxs görünüş dairəsinə düşməsinə mane olurlar. Avtomaşınla 2-ci piyadanın, yəni X12 arasındakı məsafə kritik həddə qədər azaldıqda, piyada qəflətən iti sürətlə avtomaşının hərəkəti istiqamətində sağdan sola doğru qaçmaya başlayır və 1 hərəkət zolağını tam keçdikdən sonra, əvvəlcə dayandığı yerə nəzərən 2-ci hərəkət zolağının düz ortasında Təqsirləndirilən şəxs avtomaşını ilə vurularaq irəliyə, bir qədər də sola metal çəpərin üzərinə atılır. Videogörüntüdən həmçinin açıq-aşkar görünür ki, 3-cü və 4-cü hərəkət zolaqlarının sərhədini təşkil edən qırıq-qırıq üfiqi nişanlama xəttinin üzərində mərhum piyada Cəfər Cəfərov 6 saniyə hərəkətsiz dayanır və dayandığı ağ xəttin üzərindən qaçmağa başladığı anda avtomobil tərəfindən vurulduğu ana qədər maksimum 1-1.3 saniyə vaxt keçmişdir. Hadisənin videogörüntüsündə öz əksini tapmış hadisənin başvermə mexanizmi bu cür olmuşdur. Videogörüntüdən görünür ki, piyadalar hərəkət hissəsinə daxil olduqları andan avtobusların hərəkəti üçün nəzərdə tutulan sağdan sola doğru 1-ci hərəkət zolağın ikinci hərəkət zolağından ayıran xəttin üzərində tam hərəkətsiz olaraq 26 saniyə dayandıqdan sonra əks tərəfə hərəkətlərini davam etdirmişlər. Əgər müstəntiq ekspertiza təyin edilməsi haqqındakı qərarında sürücünün hərəkəti üçün təhlükə anının başlanğıcını piyadaların hərəkət hissəsinə daxil olduqları andan götürürsə və yazırsa kı, piyada hərəkət hissəsinə daxil olduğu andan vurulduğu ana qədər 19.8 metr məsafə qət etmişdir, bu məsafə qət edilərkən, həmin məsafənin qət edilməsi sahəsinə daxil olan yuxarıda qeyd etdiyim 26 saniyə sonra isə piyada qaçmağa başlamazdan və avtomaşınla vurulmazdan əvvəl 6 saniyə ərzində hərəkətsiz dayanması zamanı keçən zaman müddətləri - ümumilikdə 32 saniyə vaxt (26 san + 6 san - 32 san) harada itib-batdı? Nəyə görə müstəntiq piyadaların qət etdikləri 19.8 metr məsafə zamanı iki yerdə hadisə baxımından uzun müddət hərəkətsiz dayanmaları faktının üzərindən sükutla keçir. Axı bu vaxt kəsikləri, ümumilikdə 32 saniyə qət edilən 19.8 metrin içindədir və müstəntiq bu vaxt, yəni zaman kəsiklərinin videogörüntünü əldə etdikdən və baxdıqdan sonra istintaqçı yeni halları da qərarında şərh etməklə, iş üzrə əlavə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsi haqqında qərar qəbul etməli olsa da, bunu etməmişdir. Əgər müstəntiq avtomobilin hadisədən əvvəl sürətinin 90 km/saat olmasını müəyyən etmişdirsə, yolnəqliyyat hadisəsi ekspertizası təyin etmə haqqındakı qərarının 2-ci abzasında o necə avtomaşının sürətinin 100 km/saat olmasını göstərir və sonra bu surəti 90 km/saat sürətə qədər azaldır. Avtomaşının hadisədən əvvəl sürətinin 90 km/saat və ya 100 km/saat olması müdafiə tərəfi üçün bu hadisə mexanizmində prinsipial əhəmiyyət kəsb etmədiyindən, qayıdaq əsas məsələyə-sürücünün hərəkəti üçün təhlükə məqamının başladığı ana, həmin piyada vurulana qədər 19.8 metr məsafə qət etməsinə və bu zaman istintaqçının piyadaların bu məsafəni qət edərkən, qət etmə prosesində 32 saniyə hərəkətsiz dayanmalarına. Qeyd olunanları nəzərə alaraq məhkəmə istintaqı zamanı iş üzrə kompleks məhkəmə video-texniki və əlavə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsi və ekspert qarşısında aşağıdakı sualların qoyulması xahiş olunmuşdur: 1.Yolnəqliyyat hadisələri ekspertizası sahəsindəki elmi ədəbiyyatlarda "sürücünün hərəkəti üçün təhlükə anı” dedikdə nə başa düşülür və həmin anın anlayışı necə müəyyən olunur? Hadisənin müdafiə tərəfinin təqdim eldiyi mexanizm üzrə baş verməsi şəraitində sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? 3.Göstərilən şəraitdə sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmurmu, 4. Təhlükə yarandığı andan, yəni piyadanın sürücünün hərəkəti istiqamətində sağdan sola keçmək məqsədilə sağdan sola doğru 3-cü və 4-cü hərəkət zolaqlarının sərhədini təşkil edən üfiqi qırıq-qırıq nişanlama xəttinin üzərində hərəkətsiz dayandığı yerdən qəflətən iti qaçışla hərəkətə başladığı andan piyadanın vurulduğu ana qədər nə qədər vaxt keçmişdir və təhlükə anının video-texniki ekspertizası tərəfindən müəyyən edildiyi bu vaxt ərzində davam etməsi şəraitində sürücü Təqsirləndirilən şəxs 90 km/saat sürətlə idarə etdiyi avtomaşın piyadanın vurulduğu nöqtədən hansı məsafədə olmuşdur və həmin məsafədən sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? Lakin müdafiə tərəfinin sözügedən vəsatəti təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək qeyd etmişdir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra kobud prosessual pozuntulara yol verilmiş, hüquqlarını müdafiə etdiyi şəxsin məsuliyyətə cəlb edilməsi qanunsuz olmuşdur. Belə ki, hadisənin baş vermə mexanizmi müstəntiq tərəfindən düzgün müəyyən olunmamış və bu da öz növbəsində əməlin tövsifinə təsir etmişdir. Birinci instansiya məhkəməsi həmin pozuntulara əhəmiyyət verməmiş və bu qədər ciddi pozuntular mövcud olduğu halda istintaq orqanı tərəfindən təqdim olunan sübutların mötəbərliyi kifayət qədər şübhəli olmaqla belə sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham elan edilməsi və həmin ittiham əsasında barəsində ittiham hökmünün çıxarılması yolverilməzdir, bu, milli və beynəlxalq hüquqa ziddir. Apellyasiya baxışı zamanı kifayət qədər sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin qarşısını almağa ümumiyyətlə texniki imkanı olmamışdır. Onun təqsiri istər ibtidai, istərsə də məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunaraq Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Müdafiəçi1 və Müdafiəçi3 ayrıayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək günahı olmadığını göstərib apellyasiya şikayətinin təmin edilməsini və ona elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Dövlət ittihamçısı2 yekun çıxışında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməsi öz təsdiqini tapmış, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə qismən məhkəmə istintaqı aparmaqla apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdıraraq, məhkəmə iclasında iştirak etmiş şəxslərin çıxışlarını dinləyərək, hazırkı apellyasiya icraatı gedişində məhkəmə baxışı zamanı əldə olunan və tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək, cinayət işi üzrə ziddiyyətli məqamları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli ittiham hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsinə dair yeni hökm çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib- göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırki apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, o, Mərdəkan qəsəbəsinə tərəf getmişdir. Təxminən 100-105 km/saat sürətlə avtomobili idarə etmişdir. Radar işarəsi olan lövhənin altından keçdikdən sonra yolun sağ kənarından bir nəfər piyada yaşlı kişinin yolun ortasından dəmir arakəsməyə tərəf keçməsini görmüş və avtomobilin sürətini 100-105 km/saata azaltmışdır. Həmin piyadaya bir təhlükə olmadığını gördükdən sonra avtomobilin surətini yenidən artırmışdır. Bundan sonra isə digər bir nəfər piyada birdənbirə avtomobilə çırpılmışdır. Çırpıldıqdan sonra əyləci basıb avtomobili dayandırmışdır. O və qardaşı avtomobildən düşmüşlər və hadisə yerinə təcili tibbi yardım çağırmışlar. O, zərərçəkmiş şəxsi heç bir halda görməmişdir. Birdən çıxmış maşının qabağına, heç bilməmişdir ki, kişidir ya qadın. Məhkəmə iclasında verilən suallara cavab olaraq məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, saat təxminən 18:40 radələri olardı. Yol aeroport yolu idi, o, 1-ci zolaqda getmişdir. Bir nəfər yolu keçən adam görmüş, həmin adam yolu keçmiş, ona heç bir problem yaratmamışdır. Yoluna davam edəndə bir az keçdikdən sonra vurulan adamın kişi yaxud qadın olmasını, canlı və ya cansız olmasını görmüşdür. O, sadəcə qaraltı görmüşdür.O, avtomobili 95-100-105 km/surətlə idarə etmişdir.Yolu keçən 1 nəfəri görmüş, sonra ölən şəxs avtomobilə dəymişdir. Birinci piyadanı təxminən 80 metr məsafədən görmüş, sonra bir balaca surətini azaltmışdır. Onun surətinin yolu keçən piyadaya problem olmadığını görmüş və surətini yenidən qaldırmışdır. Birinci piyada keçdikdən biraz sonra ikinci piyada anidən qabağına çıxmışdır. O,onun nə olduğunu bilməmişdir. Ən azından insanda refleks var, adam görəndə özündən asılı olmayaraq tormoza basır. Ölən şəxsi 1 metr məsafə olardı ya olmazdı görmüşdür. Onun sağ tərəfində maşın getmiş, həmin maşın onun şəxsi görməyini məhdudlaşdırmışdır. Əvvəli apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Belə ki, 01 yanvar 2022ci il tarixdə Binə Atçılıq massivində Mərdəkan şosesi ilə təxminən 100 km/saat sürətlə avtomobillə hərəkətdə olarkən edərkən radar işarəsi olan lövhənin altından keçdikdən sonra yolun sağ kənarından bir nəfər piyada yaşlı kişinin yolun ortasında yellənə-yellənə, sanki sərxoş vəziyyətdə yeriyə-yeriyə yolu dəmir arakəsməyə tərəf keçməsini təxminən 150 metr məsafədən görmüş, avtomobilin sürətini azaltmış və həmin piyada ona çatmağa 50 metr qalmış yolu tam keçmiş, daha sonra o, yenidən sürəti artırıb təxminən 90 km/saat sürətlə avtomobili idarə edərkən ani anda yolun sağ zolağında, ondan bir az irəlidə hərəkət edən hündür cip tipli avtomobilin qarşısından bir nəfər piyada qaçaraq ona çatmağa 2 metr qalmış ani olaraq onun idarə etdiyi avtomobilin qarşısına, yəni onun hərəkət zolağına çıxmış, onun reaksiya verməyə imkanı qalmamış və piyadanı idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Piyada idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurulduqdan sonra qabaq alın şüşəsinə çırpılmış, şüşə sınmış, daha sonra isə zərbənin təsirindən piyada arakəsmə dəmir olan hissədə yerə yıxılmışdır. Hadisədən dərhal sonra əyləci basıb avtomobili dayandırmışdır. Onun hərəkət istiqamətinin sağ hissəsində bir qədər irəlidə hərəkətdə olan hündür cip tipli avtomobil onun görünüş dairəsini bağlamış və o, piyadanın yolu keçmək istəməsini görə bilməmişdir. Hadisə o qədər ani baş vermişdir ki, belə şəraitdə ən təcrübəli sürücü belə həmin hadisənin qarşısını ala bilməzdi. O uzaqdan magistral yolu keçmək üçün yola yalnız bir nəfər piyadanın çıxdığını görmüş, buna görə hər ehtimala görə surət həddini bir qədər azaltmış və piyadanın yolu keçdiyini görüb arxayın şəkildə yoluna davam etmişdir. Lakin yuxarıda qeyd etdiyi kimi qəflətən, sanki onun sağında hərəkət edən avtomobilin arxa tərəfindən ani olaraq bir şəxs onun hərəkət yoluna çıxmış və o, həmin şəxsi idarə etdiyi avtomobillə vurmuşdur. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, onun avtomobil idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır və atası Lətif Nəcəfquliyevin mülkiyyətində olan “Mersedes-Benz” markalı **-GV-*** dövlət nömrə nişanlı avrtomobili etibarnamə əsasında idarə edir. 01 yanvar 2022-ci il tarixdə saat 18:30 radələrində o, idarə etdiyi “Mersedes-Benz” markalı **-GV-*** dövlət nömrə nişanlı avtomobillə Qala qəsəbəsinə işlə bağlı gedirmiş, qardaşı Rəşad da həmin avtomobildə qabaq sağ oturacaqda sərnişin kimi əyləşmişdir. Saat 18:40 radələrində o, soldan birinci 110 km/saat sürət hədli zolaqla Binə Atçılıq massivində Mərdəkan şosesi ilə təxminən 100 km/saat sürətlə avtomobili idarə edərkən radar işarəsi olan lövhənin altından keçdikdən sonra yolun sağ kənarından bir nəfər piyada yaşlı kişinin yolun ortasında yellənə-yellənə, sanki sərxoş vəziyyətdə yeriyə-yeriyə yolu dəmir arakəsməyə tərəf keçməsini təxminən 150 metr məsafədən görmüş, avtomobilin sürətini azaltmış və həmin piyada ona çatmağa 50 metr qalmış yolu tam keçmiş, daha sonra o, yenidən sürəti artırıb təxminən 90 km/saat sürətlə avtomobili idarə edərkən ani anda yolun sağ zolağında hərəkət edən markasını xatırlamadığı hündür cip tipli avtomobilin qarşısından bir nəfər piyada qaçaraq ona çatmağa 2 metr qalmış qaçaraq ani anda onun idarə etdiyi avtomobilin qarşısına çıxmış, onun reaksiya verməyə imkanı olmamış və piyadanı idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyada idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurulduqdan sonra qabaq alın şüşəsinə çırpılmış, şüşə sınmış, daha sonra isə zərbənin təsirindən piyada arakəsmə dəmir olan hissədə yerə yıxılmışdır. Hadisədən dərhal sonra əyləci basıb avtomobili dayandırmış, o və qardaşı Rəşad avtomobildən düşmüşlər. Baş vermiş hadisə zamanı onun burnu qanamış və sağ əli əzilmişdir. Qardaşı “103” xidmətinə zəng edərək hadisə yerinə təcili tibbi yardım çağırmış, ətrafa da adamlar yığışmış, hadisə yerinə yol-patrul xidməti əməkdaşları da gəlmişdir. O, özünü onlara təqdim edərək sürücü olmağını bildirmiş, lakin xəsarətləri olduğu üçün hadisə yerinə gələn təcili yardım avtomobili ilə ilk olaraq xəsarət alan piyadanı, sonra isə onu Sabunçu şəhər Kliniki Xəstəxanasına aparmışlar. Həmin hadisə zamanı xəsarət alan piyada təxminən 25 yaşlarında oğlan olmuş, sonradan adının Cəfər olmasını öyrənmişdir. Ona Sabunçu ŞKX-da ilkin tibbi yardım göstərilmiş, sağ əlinə gips qoyulmuş və o, qardaşı Rəşadla birlikdə Xəzər RPİ-nə gəlib izahatını vermiş və göndəriş əsasında sərxoşluğun müayinəsindən keçmişdir. Belə ki, o, hər hansı psixotrop maddələrdən istifadə etmir, avtomobili də həmişə ayıq vəziyyətdə idarə edir, spirtli içki içmir, hadisə zamanı da ayıq vəziyyətdə olmuşdur. Onu da qeyd edir ki, o, 2016-cı ildə aprel döyüşlərində də iştirak etmişdir, həmçinin, 2-ci Qarabağ müharibəsi veteranıdır. Bundan başqa, mərhumun hüquqi varisinin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Əvvəllər heç bir cinayət törətməmişdir, hazırkı yol-nəqliyyat hadisəsi ilə əlaqədar özünü qətiyyən təqsirli bilmir. Bütün bunların nəzərə alınaraq onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır və İslam “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə atası Lətif Nəcəfquliyevə məxsus “Mersedes-Benz” markalı **-GV-*** dövlət nömrə nişanlı avtomobili idarə edir. 01 yanvar 2022-ci il tarixdə saat 18:30 radələrində qardaşı İslam idarə etdiyi həmin avtomobillə Qala qəsəbəsinə işlə bağlı gedirmiş. O da həmin avtomobildə qabaq sağ oturacaqda sərnişin kimi əyləşmişdir. Saat 18:40 radələrində İslam soldan birinci 110 km/saat sürət hədli zolaqla Binə Atçılıq massivində Mərdəkan şosesi ilə təxminən 105 km/saat sürətlə avtomobili idarə edərkən radar işarəsi olan lövhənin altından keçdikdən sonra yolun sağ kənarından iki nəfər piyada yolu qaçaraq sola doğru keçərkən onlardan yaşlı kişi yolu dəmir arakəsmə tərəfə keçmiş, lakin digər piyada isə qaçaraq İslamın idarə etdiyi avtomobilin qarşısına çıxmış, yolu keçib qurtara bilməmiş və piyadanı İslam idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Həmin vaxt İslam əyləci bassa da, sürətli yolda olduğu üçün hadisənin qarşısını ala bilməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zaman piyada İslamın idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurulduqdan sonra qabaq alın şüşəsinə çırpılmış və şüşə sınmış, daha sonra isə zərbənin təsirindən piyada arakəsmə dəmir olan hissədə yerə yıxılmışdır. Hadisədən dərhal sonra o və İslam avtomobildən düşmüşlər. Baş vermiş hadisə zamanı İslamın burnu qanamış və əli əzilmişdir. O, “103” xidmətinə zəng edərək hadisə yerinə təcili tibbi yardım çağırmış, ətrafa da adamlar yığışmış, hadisə yerinə yolpatrul xidməti əməkdaşları da gəlmişdir. İslam özünü onlara təqdim edərək sürücü olmasını bildirmiş, lakin xəsarətləri olduğu üçün hadisə yerinə gələn təcili yardım avtomobili ilə ilk olaraq xəsarət alan piyadanı, sonra isə İslamı Sabunçu şəhər Kliniki Xəstəxanasına aparmışlar. Həmin hadisə zamanı xəsarət alan piyada təxminən 25 yaşlarında oğlan olmuş, sonradan adının Cəfər olmasını öyrənmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. 01 yanvar 2022-ci il tarixdə qızı Gülşənin Binə qəsəbəsində yerləşən evində qonaq olarkən qızının əri X8 ilə birlikdə saat 18:30 radələrində Binə qəsəbəsindən Mərdəkan şosesinin kənarından dekorativ ağacların kənarından yolu keçmək qərarına gəlmişlər. Cəfərə bir qədər arxa tərəfdən “Grandmarket”in qarşısından - işıqlı yerdən keçmələrini demiş, lakin Cəfər razılaşmamış və demişdir ki, avtomobillər seyrəkdir, elə buradan yolu keçsinlər. Onlar Cəfərlə birlikdə Bakıxanov qəsəbəsinə iş yerinin yaxınlığında kirayə qaldıqları evə getməli imişlər. Həmin vaxt o, bir qədər qabaqda adi addımlarla avtomobillərə yol verərək yolu keçməyə başlamış, arxası ilə isə Cəfər gəlirmiş, onun fikri yolda imiş. O, avtomobillərə yol verib yolu dəmir arakəsməyə tərəf keçib qurtardıqda, arxadan ani anda guppultu səsi eşitmiş və çevrilib baxanda görmüşdür ki, yeznəsi Cəfəri boz rəngli “Mersedes” markalı avtomobil vurmuş və o, qabağa təxminən 50-60 metr havaya qalxaraq dəmir arakəsmələrin arasına yıxılmışdır. O, şoka düşmüş, başını əli ilə tutaraq donub qalmış və bir qədər özünə gəlib tez Cəfərin yanına gəlmiş, bu zaman yol-nəqliyyat hadisəsini törədən şəxsin avtomobilindəki bir nəfər sərnişin də Cəfərin yıxıldığı yerə gəlmiş və oraya Təcili Tibbi yardım avtomobili çağırmışdır. O da təcili tibbi yardım avtomobili ilə 3 saylı Sabunçu xəstəxanasına Cəfərlə birlikdə getmişdir. Cəfəri həkimlər əməliyyata aparmışlar və sonradan reanimasiya şöbəsinə yerləşdirilmişdir. Həmin xəstəxanaya sürücü - sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin özü də aparılmışdır. Hadisə zamanı o, Cəfəri çaşdırmamış, sadəcə Cəfər ondan arxada qalaraq əvvəlcə yolda gələn avtomobilləri gözləmiş, sonradan isə yolu keçib qurtaracağını zənn edərək qaçaraq yolu keçmək istədikdə sonuncu zolaqda 110 km/saat sürət həddi olan yolun hərəkət hissəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes” markalı avtomobil tərəfindən vurulmuşdur. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 göstərdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə müvəqqəti olaraq yaşayır. Rusiya FR-nın vətəndaşı olmaqla orada daimi yaşayıb işləyir. 01 yanvar 2022-ci il tarixdə saat 22 radələrində o, Rusiya FR-da yaşadığı evdə olarkən qardaşı oğlu Ruslan Yusifov ona zəng edərək oğlu X18 massivində Mərdəkan şosesində piyada olaraq yolu keçərkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mersedes” markalı avtomobil tərəfindən vurulmasını və Sabunçu rayondakı 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilməsini bildirərək onun Bakıya gəlməyini istəmişdir. O da 02 yanvar 2022-ci il tarixdə təcili Gəncəyə uçan təyyarəyə bilet alaraq saat 10:30 radələrində Moskvadan yola çıxmış və həmin gün saat 15 radələrində Gəncə şəhəri hava limanına düşmüşdür. Oradan da onu qohumları qarşılamış və o, Şəmkir rayonunun Düyərli kəndinə getmişdir. Kəndə çatanda ona məlum olmuşdur ki, artıq oğlu Cəfər xəstəxanada vəfat edib, bu səbəbdən də yas və dəfn mərasimi üçün Düyərli kəndində qalmışdır. Həmin gün saat 22 radələrində mərhum oğlu Cəfərin meyidini Düyərli kəndinə qardaşı oğlu Ruslan və qohumlar çatdırmışlar. 03 yanvar 2022-ci il tarixdə isə mərhum oğlu Cəfəri Düyərli kəndinin qəbristanlığında dəfn etmişlər. Sonradan mərhum oğlunun 3-ü yas mərasiminə yol-nəqliyyat hadisəsini ehtiyatsızlıqdan törədən “Mersedes” markalı avtomobilin sürücüsünün atası Lətif və qohumları gəlmişlər. Onlar ondan üzrxahlıq edərək mərhumun dəfn və yas xərclərinə köməklik etmək məqsədilə ona maddi yardım təklif etmişlər. Hal-hazırda o, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 22 yanvar 2022-ci il tarixli 2 saylı rəyi ilə müəyyən edilmişdir ki, 1995-ci il təvəllüdlü X5 meyitinin məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara və laborator mayinələrin nəticələrinə əsasən, hadisə haqda məlumatları nəzərə alıq, qərarda qoyulmuş suallar üzrə belə nəticəyə gəlinmişdir ki, X12 meyitində alının, burunun, yanağın sol yarısının, hər iki bazunun, sol saidin, sol mil-bilək oynağının, sağ diz oynağının, sol baldırın əzilmiş yaraları, ağır travmatik və hemorragik şok, sağ Vİİ qabırğanın orta körpücük xətt üzrə qapalı, az yerdəyişən, sağ bazu sümüyünün açıq, hər iki baldır sümüklərinin açıq, yerdəyişən sınıqları, qaraciyərin sağ payının və nazik bağırsaq müsariqəsinin hematoması aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya(əşyalar) təsirindən az əvvəl X19 X14 daxil olduğu vaxtdan törənmişlər, qərarda göstərilən vaxtda, yəni 01 yanvar 2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. X12 ölümünə səbəb yol-nəqliyyat hasisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində ağır travmatik və hemorragik şok olmuşdur. X12 ölümü 02 yanvar 2022-ci ildə saat 11:00-da X19 Publik Hüquqi şəxsində baş vermişdir və ilkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən bu hal inkar edilmir. X12 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,85 % etil spirti aşkar edilmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti sağkən orta dərəcəli sərxoşluq vəziyyətinə uyğundur. Narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 15 yanvar 2022-ci il tarixli 8/169 saylı ekspert rəyindən görünür ki, “Mersedes-Benz C 220” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İşə əlavə edilmiş 01 yanvar 2022-ci il tarixli 2/144 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamaqla ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı sorğu edilərək götürülmüş Azərbaycan Respublikası DİN Təhlükəsiz Şəhər Xidmətinin N-114 nömrəli kameralarının 01 yanvar 2022-ci il tarixinə aid videogörüntüləri olan 01 ədəd DVD diskinə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 01 yanvar 2022-ci il tarixli 18:15-dən 18:45-dək olan müddətdəki videogörüntülərin olması müşahidə edilir. Həmin videogörüntülər hadisənin baş verdiyi Bakı-Mərdəkan şosesinin Binə Atçılıq massivindən keçən hissəsində yol kənarındakı dekorativ dibçəklər olan hissəsindəki dalandan 02 nəfər piyadanın ard-arda yolu sağdan sola doğru keçmələri və qabaqda gedən piyada yolu adi yerişlə keçdikdə sonra arxadan gələn ikinci əlində sellofan torba olan piyada (kişi) qaçaraq yolu keçdikdə soldan 1-ci zolaqla hərəkətdə olan “Mersedes” markalı **- GV-*** dövlət nömrəli avtomobil tərəfindən vurulması, avtomobilin alın şüşəsinə çırpıldıqdan sonra havaya qalxaraq qabağa doğru yolun sol kənarındakı dəmir arakəsmələrin arasında işıq dirəklərinin altına piyadanın yıxılması müşahidə edilmişdir. Piyadanın vurulma anı 01 yanvar 2022-ci il tarixdə saat 18:29 dəqiqədə baş vermişdir. Bu barədə protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN Təhlükəsiz Şəhər Xidmətinin N-114 nömrəli kameralarının 01 yanvar 2022-ci il tarixinə aid - saat 18:15-dən saat 18:45-dək olan müddətdəki videogörüntülərin olduğu 01 ədəd DVD diskinə birinci instansiya məhkəməsində baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi Bakı-Mərdəkan şosesinin Binə Atçılıq massivindən keçən hissəsində yol kənarındakı dekorativ dibçəklər olan hissəsindəki dalandan 02 nəfər piyadanın ard-arda yolu sağdan sola doğru keçmələri və qabaqda gedən piyada yolu adi yerişlə keçdikdə sonra arxadan gələn ikinci əlində sellofan torba olan piyada (kişi) qaçaraq yolu keçdikdə soldan 1-ci zolaqla hərəkətdə olan “Mersedes” markalı **-GV-*** dövlət nömrəli avtomobil tərəfindən vurulması, avtomobilin alın şüşəsinə çırpıldıqdan sonra havaya qalxaraq qabağa doğru yolun sol kənarındakı dəmir arakəsmələrin arasında işıq dirəklərinin altına piyadanın yıxılması müşahidə edilir. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus SX № ******* saylı Hərbi biletin və Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən 21 yanvar 2022-ci il tarixdə verilmiş Mİ № 005806 saylı Vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2016-cı ildə aprel döyüşlərində də iştirak etmişdir, həmçinin, 2-ci Qarabağ müharibəsi veteranıdır. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs 21 avqust 2018ci il tarixdə verilmiş AD seriyalı 197633 nömrəli sürücülük vəsiqəsindən görünür ki, onun “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ olmuşdur və həmin sürücülük vəsiqəsi 21 avqust 2028-ci il tarixədək etibarlıdır. İş materiallarında olan və zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 27 aprel 2022-ci il tarixli ərizədən görünür ki, hal-hazırda o, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 09 mart 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 vəsatət verərək, cinayət işi üzrə kompleks məhkəmə video-texniki və əlavə yol-nəqliyyat hadisələri ekspertizası keçirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, istintaqçı hadisənin videogörüntülərinin əldə edilməsi üçün müvafiq sorğular verir, lakin bu sorğuların nəticələrini gözləmədən, yəni videogörüntülərin mövcud olub-olmadığını araşdırmadan tələm-tələsik ekspertiza təyin edir və sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olması, yəni təqsirliliyi bardə 09 fevral 2022-ci il tarixli 8/169 N-li rəyi alınmışdr. İstintaqın sonrakı mərhələsində müstəntiq videogörüntünü əldə edir, ona baxış keçirir və baxışın nəticələrini hətta ittiham aktında belə göstərərək, yazır: « ...01 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə xx.xx.2022-ci il tarixli 18:15-dən 18:45-dək olan müddətdəki videogörüntülər olması müşahidə edilir. Həmin videogörüntülər hadisənin baş verdiyi Bakı-Mərdəkan şosesinin Binə Atçılıq massivindən keçən hissəsində yol kənarındakı dekorativ di dipçəklər olan hissəsindəki dalandan 2 nəfər piyadanın ard-arda yolu sağdan sola doğru keçmələri və qabaqda gedən piyada yolu adi yerişlə keçdikdən sonra arxadan gələn arxadan gələn ikinci, əlində sellofan torba olan piyada (kişi) qaçaraq yolu keçdikdə, soldan 1-ci zolaqla hərəkətdə olan «Mersedes» markalı **-GV-*** dövlət nömrə nişanlı avtomobil ilə vurulması, avtomobilin alm şüşəsinə çırpıldıqdan sonra havaya qalxaraq qabağa doğru yolun sol kənarındakı dəmir arakəsmələrin arasında işıq dirəklərinin altına piyadanın yıxılması müşahidə edilmişdir. Bu barədə protokol tərtib edilərək, cinayət işinin materiallarına əlavə edilmişdir». Videogörüntüyə baxaraq görürük ki, həqiqətən də iki nəfər kişi cinsli piyada hadisəni törətmiş avtomobilin hərəkəti istiqamətində sağdan sola doğru hər birinin eni 4 metr olan 5 hərəkət zolağından ibarət yola daxil olaraq yolu keçməyə başlayırlar. Onlar intensiv avtomobil axını olan yolda sağdan sola doğru 3-cü və 4-cü hərəkət zolaqlarının sərhədini təşkil edən qırıq-qırıq üfiqi nişanlama xəttinin üzərində dururlar. Piyadalardan bir yolu keçməkdə davam edir, ikinci piyada isə ani dayandıqdan sonra yolu keçməkdə davam edir və yolu keçə bilir. Bu zaman hadisə yerinə yaxınlaşmaqda olan təqsirləndirilən şəxs birinci piyadanı görür və hərəkət hissəsini tez boşaltsın deyə, ona faraların işıqlarını birneçə dəfə yandırıb-söndürməklə xəbərdarlıq da edir. Lakin bu zaman təqsirləndirilən Təqsirləndirilən şəxs 3-cü və 4-cü hərəkət zolaqlarının sərhədini təşkil edən qırıq-qırıq üfıqi nişanlama xəttinin üzərində duran mərhum piyada Cəfər Cəfərovu görmür və görmək imkanı da yoxdur. Ona görə ki, onun sağıda hərəkətdə olan avtomaşınlar ikinci piyadanın Təqsirləndirilən şəxs görünüş dairəsinə düşməsinə mane olurlar. Avtomaşınla 2-ci piyadanın, yəni X12 arasındakı məsafə kritik həddə qədər azaldıqda, piyada qəflətən iti sürətlə avtomaşının hərəkəti istiqamətində sağdan sola doğru qaçmaya başlayır və 1 hərəkət zolağını tam keçdikdən sonra, əvvəlcə dayandığı yerə nəzərən 2-ci hərəkət zolağının düz ortasında Təqsirləndirilən şəxs avtomaşını ilə vurularaq irəliyə, bir qədər də sola metal çəpərin üzərinə atılır. Videogörüntüdən həmçinin açıq-aşkar görünür ki, 3-cü və 4-cü hərəkət zolaqlarının sərhədini təşkil edən qırıq-qırıq üfıqi nişanlama xəttinin üzərində mərhum piyada Cəfər Cəfərov 6 saniyə hərəkətsiz dayanır və dayandığı ağ xəttin üzərindən qaçmağa başladığı andan avtomobil tərəfindən vurulduğu ana qədər maksimum 1-1,3 saniyə vaxt keçir. Bu da hadisənin videogörüntüsündə öz əksini tapmış hadisənin baş vermə mexanizmi Videogörüntüdən görünür ki, piyadalar hərəkət hissəsinə daxil olduqları andan, avtobusların hərəkəti üçün nəzərdə tutulan sağdan sola doğru 1-ci hərəkət zolağını ikinci hərəkət zolağından ayıran xəttin üzərində tam hərəkətsiz olaraq 26 saniyə dayandıqdan sonra, əks tərəfə hərəkətlərini davam etdirmişlər. Müstəntiq ekspertiza təyin edilməsi haqqındakı qərarında sürücünün hərəkəti üçün təhlükə anının başlanğıcını piyadaların hərəkət hissəsinə daxil olduqları andan götürülərək piyada hərəkət hissəsinə daxil olduqları andan vurulduğu ana qədər 19,8 metr məsafə qət etdiyi qeyd edilsə də, bu məsafə qət edilərkən, həmin məsafənin qət edilməsi sahəsinə daxil olan 26 saniyə, sonra isə piyada qaçmağa başlamazdan və avtomaşınla vurulmazdan əvvəl 6 saniyə ərzində hərəkətsiz dayanması zamanı keçən zaman müddətləri - ümumilikdə 32 saniyə vaxtın (26 san + 6 san = 32 san), piyadaların qət etdikləri 19,8 metr məsafə zamanı iki yerdə hadisə baxımından uzun müddət hərəkətsiz dayanmaları faktının, ümumilikdə 32 saniyə qət edilən 19,8 metrin içində olması faktının müəyyən edilməsi, hadisənin hazırki təqdim edilən mexanizm üzrə baş verməsi şəraitində sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluğun və hadisənin qarşısını almağa texniki imkanının olub-olmasının müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, işin obyektiv, hərtərəfli və ədalətli araşdırılması məqsədi ilə iş üzrə kompleks məhkəmə video-texniki və əlavə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməlidir. Məhkəmə kollegiyasının 07 oktyabr 2022-ci il tarixli qərarı ilə həmin vəsatət təmin edilərək cinayət işi üzrə kompleks məhkəmə video-texniki və əlavə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Yol-nəqliyyat hadisələri ekspertizası sahəsindəki elmi ədəbiyyatlarda “sürücünün hərəkəti üçün təhlükə anı” dedikdə nə başa düşülür və həmin anın anlayışı necə müəyyən olunur?
2. Hadisənin videogörüntüyə istinadən və müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə baş verməsi şəraitində sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu?
3. Göstərilən şəraitdə sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu?
4. Təhlükə yarandığı andan, yəni piyadanın sürücünün hərəkəti istiqamətində sağdan sola keçmək məqsədilə sağdan sola doğru 3-cü və 4-cü hərəkət zolaqlarının sərhədini təşkil edən üfiqi qırıq-qırıq nişanlama xəttinin üzərində hərəkətsiz dayandığı yerdən qəflətən iti qaçışla hərəkətə başladığı andan piyadanın vurulduğu ana qədər nə qədər vaxt keçmişdir və təhlükə anının video-texniki ekspertizası tərəfindən müəyyən edildiyi bu vaxt ərzində davam etməsi şəraitində sürücü Təqsirləndirilən şəxs 90 km/saat sürətlə idarə etdiyi avtomaşın piyadanın vurulduğu nöqtədən hansı məsafədə olmuşdur və həmin məsafədən sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu?
5. Göstərilən halda sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu?
6. Piyadanın hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? İş üzrə verilmiş 23 yanvar 2023-cü il tarixli 8/3047-4/1581 №-li ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş “№114-001-2022-01- 01_18h15min00s000ms” adlı videoyazıdakı görüntülərə görə piyada İİİ və İV hərəkət zolaqlarını ayıran qırıq xəttin üzərindən hərəkətə başlayandan “Mersedez Benz” markalı avtomobil tərəfindən vurulana kimi 1,8 saniyə vaxt keçmişdir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə qərarda göstərildiyi kimi hərəkət üçün təhlükənin ikinci piyadanın sağdan 3-cü və 4-cü hərəkət zolaqlarını ayıran qırıq xəttin üzərində dayandığı yerdən yolun soluna doğru hərəkətə başladığı andan yaranması real hadisə mexanizminə uyğun deyildir. Mövcud şəraitdə hərəkət üçün təhlükə yolu sağdan sola doğru keçən birinci piyadanın sağdan 5-ci hərəkət zolağına daxil olduğu andan yaranmasına uyğundur. Hərəkət üçün təhlükənin yolu sağdan sola doğru keçən birinci piyadanın sağdan 5-ci hərəkəıt zolağına daxil olduğu andan yaranması şəraitində “Mercedes Benz C220” markalı, 99GV947 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Elmi ədəbiyyatlarda təhlükə - nəqliyyat vasitəsinin hərəkət zolağına tərəf təhlükəli yerini dəyişən obyekt, yaxud hərəkət sürətinin tam dayanmaya qədər azaltmağı tələb edən yol hərəkətinin başqa hallan (təhlükəsizliyinin təmin olunmasına təsir edən qəflətən yaranmış nasazlıq, svetoforun qırmızı işığı, kapotun açılması və s.) tərəfindən yaradılan yol-nəqliyyat şəraitinin elementidir. Apellyasiya baxışı zamanı kompleks məhkəmə video-texniki və əlavə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi tədqiq edilərkən məhkum olunmuş şəxsin müdafiəçisi verilmiş rəylə razı olmadığını bildirmiş və bununla bağlı təkrarən vəsatət verərək, cinayət işi üzrə əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasın keçirilməsini xahiş etmişdir. Vəsatət onunla əsalandırılmışdır ki, «Təqsirləndirilən şəxs 01 yanvar 2022-ci il tarixdə saat 18:29 radələrində idarə «Mersedes Benz C220» minik markalı, **-GV-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan prospekti 74 ünvandan keçən hərəkət hissəsində soldan 1-ci zolaqda Mərdəkan qəsəbəsi istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən, yolu onun hərəkəti istiqamətində sağdan sola keçmək məqsədilə sağdan sola doğru 3-cü və 4-cü hərəkət zolaqlarının sərhədini təşkil edən üfıqi nişanlama yol nişanının üzərində hərəkətsiz dayanaraq, bu zaman Təqsirləndirilən şəxs üçün sağ tərəfində bir qədər qarşıda hərəkətdə olan mikroavtobus və CİP markalı avtomaşınların hərəkəti səbəbindən görünüş dairəsindən kənarda olan və hərəkətsiz dayanması səbəbindən onun hərəkəti üçün təhlükə yaratmayan xx.xx.1995-ci il təvəllüdlü piyada X8 qəflətən iti sürətlə qaçaraq yolu sağdan sola keçmək istəyərkən, Təqsirləndirilən şəxs piyadanı öz hərəkət zolağının məkəzində idarə etdiyi avtomaşının qarşı hissəsi ilə vurmuş, nəticədə piyada Cəfər Cəfərov ölümünə səbəb olmuş həyat üçün təhlükəli olan ağır xəsarətlər alaraq, həmin xəsarətlərdən xx.xx.2022-ci il tarixdə yerləşdirildiyi Sabunçu şəhər klinik xəstəxanasının reanimasiya şöbəsində ölmüşdür. X13iyevin hərəkəti üçün təhlükə piyada Cəfər Cəfərovun yolu sürücünün hərəkəti istiqamətində sağdan sola keçmək məqsədilə sağdan sola doğru 3cü və 4-cii hərəkət zolaqlarının sərhədini təşkil edən iifiqi nişanlama yol nişanının, yəni qırıq-qırıq nişanlama xəttinin üzərində üzərində hərəkətsiz dayandığı yerdən qəflətən iti qaçışla hərəkətə başladığı anda yaranmış və piyadanın vurulduğu ana qədər 1-1,3 saniyə ərzində davam etmişdir. Təhlükə yarandığı andan, yəni qaçışa başladığı nöqtədən avtomaşınla vurulduğu nöqtəyə qədər piyada 6 metr məsafə qət edə bilmişdir. Piyadanın iti qaçışla hərəkət sürətinin orta həddi piyadaların hərəkət sürəti cədvəlindən götürülməlidir». Ekspertiza rəyinin videotexniki ekspertizaya aid 6/16-cı səhifəsində göstərilmişdir ki, 2-ci piyada 4-cü və 5-ci hərəkət zolaqlarını ayıran qırıq xətdən hərəkətə başladığı andan vurulana kimi 1.8 san vaxt keçmişdir. Hesab edirəm ki, video-texniki ekspert səhvən 3-cü və 4-cü zolaqlar əvəzinə, mexaniki olaraq 4-cü və 5-ci zolaqlar ifadəsini işlətmişdir. Ona görə ki, avtomaşınla vurulan 2-ci piyada 3-cü və 4-cü zolaqları ayıran xəttin üzərində hərəkətsiz dayanmışdır və həmin nöqtədən, avtomobilin hərəkəti istiqamətində sağdan sola doğru qaçmağa başlamışdır. Bu halda, yəni təhlükə anının cəmi 1,8 saniyə davam etməsi halında 90 km/saat sürətlə hərəkətdə olmuş sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmayacağmı əzbər bilən 30 ildən artıq iş stajına malik yol-nəqliyyat hadisələri eksperti cənab Hikmət İbişov, açıq-aşkar öz həddini, vəzifə səlahiyyətlərini aşaraq, rəydə yazır ki, sürücü üçün təhlükə anı birinci piyadanın yolu keçməyə başladığı andan hesablanmalıdır. Halbuki 1-ci piyada yolu keçərkən, 2-ci piyada sürücü üçün digər avtomobillərin qarşısında olduğundan görünməz olmuş və eynii zamanda hətta görünsəydi belə, bu təqsirləndirilən şəxs üçün, piyada hərəkətsiz dayandığında görə, təhlükə kimi qiymətləndirilə bilməzdi. Məhkəmə istintaqına çağrılıb, əlavə şahid qismində dindirilərkən belə, ekspert Hikmət İbişov hadisə mexanizminin qiymətləndirilməsinin hüquqi məna kəsb etdiyini və məhkəmənin səlahiyyətinə aid olduğunu etiraf etsə də, özü öz fikrinə zidd olaraq ittihamı və ittiham yönümlü öz qərəzli rəyini müdafiə etməyə çalışmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyasının 17 may 2023-cü il tarixli qərarı ilə iş üzrə əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyası ekspertiza təyin edilməsi nəticəsinə gələrkən qeyd etmişdir ki, ekspertiza rəyinin yol-nəqliyyat hadisələrinə aid hissəsindən görünür ki, ekpert vəzifə səlahiyyətlərindən kənara çıxaraq ekspertiza təyin olunması haqqında qərarda, yəni piyadanın sürücünün hərəkəti istiqamətində sağdan sola keçmək məqsədilə sağdan sola doğru 3-cü və 4-cü hərəkət zolaqlarının sərhədini təşkil edən üfiqi qırıq-qırıq nişanlama xəttinin üzərində hərəkətsiz dayandığı yerdən qəflətən iti qaçışla hərəkətə başladığı andan piyadanın vurulduğu ana qədər yaranan hansı müddətə təhlükə anının yaranması ilə bağlı sual qoyulmamasına baxmayaraq, ekspert qeyd etmişdir ki, hərəkət üçün təhlükənin ikinci piyadanın sağdan 3-cü və 4-cü hərəkət zolaqlarını ayıran qırıq xəttin üzərində dayandığı yerdən yolun soluna doğru hərəkətə başladığı andan yaranması real hadisə mexanizminə uyğun deyildir. Mövcud şəraitdə hərəkət üçün təhlükə yolu sağdan sola doğru keçən birinci piyadanın sağdan 5-ci hərəkət zolağına daxil olduğu andan yaranmasına uyğundur. İşin faktiki hallarını, cinayət mühakimə icraatını həyata keçirən orqanlar tərəfindən müəyyən edilə bilən hadisənin mexanizmini rəyin yol-nəqliyyat hadisələrinə dair hissəsi ilə rəy verən ekspert təhlükənin yaranma anını 2-ci piyadaya görə müəyyən etməli olduğu halda 1-ci piyadanın 4-cü və 5-ci zolaqları ayıran xəttə çatan andan ikinci 2-ci piyadanın vurulmasına kimi keçən vaxtı nəzərə almaqla qarşısına qoyulan suala dair əsaslı və obyektiv rəy vermək vəzifəsinə əməl etməyərək vəzifə səlahiyyətlərinin dairəsindən kənara çıxmış və hüquqi anlayış kəsb edən təhlükə anına qiymət vermişdir. İş üzrə verilmiş 4 iyul 2023-cü il tarixli, 8/1707 №-li ekspert rəyinin nəticə hissəsində müəyyən edilmişdir ki, məhkəmə tərəfindən konkret olaraq qiymətləndirilərək ekspertizanın təyini haqqında qərarda göstərildiyi kimi, təhlükənin, yəni piyadanın sürücünün hərəkəti istiqamətində 3-cü və 4-cü hərəkət zolaqlarını ayıran qırıq-qırıq üfiqi nişanlama xəttinin üzərində dayandığı yerdən hərəkətə başladığı andan yaranması şəraitində Mercedes Benz C220 markalı, ** GV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, Təqsirləndirilən şəxs hüquqlarının nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mətəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, ibtidai istintaq zamanı hadisənin video görüntülərinə baxış keçirmiş istintaqçı hadisəni ümumi şəkildə təsvir etmiş, hadisənin əməlin tövsifinə təsir edən dəqiq məqamlarını nəzərdən keçirməmiş və istintaq orqanı tərəfindən hadisənin baş vermə mexanizmi dəqiq və düzgün müəyyən olunmamışdır. Hadisənin baş vermə mexanizminin dəqiq və düzgün müəyyən olunmaması ekspertlər tərəfindən verilmiş rəylərin nəticəsinə və nəticə etibarlı ilə Təqsirləndirilən şəxs təqsirlilik məsələsinə də təsir etmişdir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 1 -ci bəndində qeyd edilir ki, «ol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 12-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəməyol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olubolmaması müəyyənləşdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, piyadanın vurulma faktı üzrə keçirilən yolnəqliyyat hadisəsi ekspertizası zamanı rəy verilməsi məqsədi ilə hərəkət üçün təhlükə yaranmazdan əvvəl piyada hərəkətdə olduğu halda onun hərəkət istiqaməti (yola paralel və ya perpendikulyar), təhlükə yaranan anda piyadanın hərəkət istiqaməti və piyadanın necə (düzünə, çəpinə, yola paralel) hərəkətdə olması, piyadanın hərəkət tempi (yavaş yeriş, sakit yeriş, iti yeriş, sakit qaçış, iti qaçış), təhlükə yaranan andan piyadanın vurulduğu yerə qədər qət etdiyi məsafə kimi məlumatlar, o cümlədən piyada vurulana qədər qət etdiyi məsafə ərzində hərəkət tempini dəyişmişdirsə (qaçışdan yerişə, yerişdən qaçışa və s.), onda piyadanın hər bir tempə uyğun vurulduğu yerə qədər qət etdiyi məsafə, piyadanın hərəkət sürəti və yaxud təhlükə yaranan andan piyadanın nəqliyyat vasitəsi ilə vurulduğu ana qədər keçən vaxt kimi məlumatlar mühüm əhəmiyyət kəsb edir. Yalnız yol-nəqliyyat hadisəsinin düzgün mexanizmi əsasında verilmiş məhkəmə ekspertizası rəyi əsasında baş vermiş hadisədə nəqliyyat vasitəsi sürücüsünün hadisənin qarşısını almağa texniki imkanının, həmçinin hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq, nəticədə yol nəqliyyat hadisəsinin baş verməsində təqsirinin olub-olmadığı müəyyən edilməlidir. İşin apellyasiya baxışı zamanı həm şahid ifadələrindən, həm yol-nəqliyyat hadisəsinin video görüntüsünə əsasən müəyyən edilmiş hadisənin baş vermə mexanizmindən açıq-aydın müəyyən olunmuşdur ki, mərhum piyadanın 3 və 4-cü hərəkət zolaqlarını ayıran qırıq-qırıq üfiqi nişanlama xəttinin üzərində dayanması işin mübahisəsiz halıdır. Həmin vaxt piyada həmin zolaqların sərhədində dayanmaqla sürücünün hərəkəti üçün təhlükə yaratmamış və sürücünün hərəkətdə olduğu zolaq hərəkət üçün maneəsiz olmuş, sürücünün hərəkətinə hər hansı təhlükə olmamışdır. Lakin piyadanın qəflətən 3 və 4-cü hərəkət zolaqlarını ayıran qırıq-qırıq üfiqi nişanlama xəttinin üzərində dayandığı yerdən iti yerişlə (addımlarla) 2-ci zolaqdan keçərək 1-ci zolaq üzrə avtomobillərin hərəkət yoluna çıxdığı an o, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə vurulmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, 1-ci zolaq üzrə hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sağ tərəfində, yəni 2ci zolaqda avtomobillərin intensiv hərəkəti müşahidə olunmaqla, hadisə baş verən anda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sağ tərəfində, yəni 2-ci zolaqda bir qədər irəlidə başqa avtomobil hərəkət olduğundan həmin avtomobil Təqsirləndirilən şəxs piyadanı görməsini məhdudlaşdırmışdır, yəni mərhum piyadanın Təqsirləndirilən şəxs görünüş dairəsinə düşməsinə mane olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə mərhum piyadanın onun hərəkəti istiqamətində 3-cü və 4-cü hərəkət zolaqlarını ayıran qırıq-qırıq üfiqi nişanlama xəttinin üzərində dayandığı yerdən qəflətən iti addımlarla 2 və 1-ci zolaqlara keçib hərəkətə başladığı andan yaranmışdır və belə şəraitdə sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Məhkəmə kollegiyası hadisənin yuxarıda qeyd edilən halları ilə bərabər işin digər hallarını da, yəni mərhum piyada Cəfər Cəfərovun hadisə vaxtı, yəni yüksək sürət həddi müəyyən olunmuş magistral yolu keçmək istəyərkən orta dərəcəli sərxoşluq vəziyyətində olmasını, sürücü Təqsirləndirilən şəxs hadisə vaxtı avtomobili yolda müəyyən edilmiş sürət həddində idarə etməsini də nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir və məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların CPMnin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İttiham hökmü şəxsin təqsirliliyinə heç bir şübhə olmadan qəti və birmənalı surətdə sübut edilmiş olduqda çıxarıla bilər. Təqsirsizlik prezumpsiyasının rəhbər tutulması, şəxsin təqsirliliyinin ona qarşı irəli sürülən ittihama CPM-nin qaydalarına riayət edilməklə məhkəmədə baxılmasının nəticələri ilə əsaslandırılması, şəxsin təqsirliliyinin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandırılması, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi şəxsin təqsirliliyinin sübut edilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbər olmadığını, yalnız mülahizələr üzərində qurulduğunu, bü cür “sübutların” sübut kimi qəbul edilməsinə yol verilmədiyini və kifayət etmədiyini, aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, ekspertlərə təqdim edilmiş hadisənin baş vermə mexanizminin kifayət qədər natamam olmasını və işin faktiki halları ilə uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Xüsusi olaraq qeyd edilmişdir ki, hazırkı cinayət işinə baxan birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının səhvlərini təkrarlayaraq istintaq orqanı tərəfindən ekspetlərə təqdim edilmiş hadisənin baş vermə mexanizminin hadisənin real video görüntülərində əks olunmuş mexanizmə, eləcə də təqsirləndirilən şəxsin və hadisə vaxtı avtomobildə olmuş şahidin ifadələrində göstərdikləri xususatlara uyğun gəlməməsini araşdırmamış, kifayət qədər ziddiyyətli və uzlaşmayan, habelə şübhəli və ehtimal xarakterli sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirmişdir. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 402-ci maddəsinə görə, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edildikdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi məhkəmənin həmin hökmünün ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2009cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər, ibtidai istintaq və birinci instansiya məhkəməsindəyol verilmiş natamamlıqlar, ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli nömrəli hökmü ləğv edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş qətimkan tədbiri ləğv olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar Müdafiəçi3 90 manat (15x6) məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 21, 42, 55, 344-350, 352, 353, 356-358, 397-402 və 407-ci maddələrini rəhbər tutaraq
HÖKM ETDİ:
Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 1(003)-192/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə məhkəməyədək icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat, habelə apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat + 200 (iki yüz) manat dövlətə aid edilsin. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar Müdafiəçi3 90 manat (15x6) məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.