Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-720/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X21, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1993-cü ildə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsi ev 31 ünvanında yaşamış, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 1(101)-102/2022 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən tərəfindən tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib özündə saxlayaraq daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan yerdə və tarixdə naməlum şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, xalis çəkisi 5,428 (beş tam mində dörd yüz iyirmi səkkiz) qram olan narkotik vasitə heroini və külli miqdarda, təmiz çəkisi 3,234 (üç tam mində iki yüz otuz dörd) qram olan psixotrop maddə metamfetamini əldə edib saxlamış, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini tanışı X4 üçün sonuncuya məlumat vermiş, X18 ilə pulun sonradan ödənilməsi şərti əsasında razılaşaraq görüş yeri və vaxtı təyin etdikdən sonra saxladığı həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsinə qədər daşımış, 03 aprel 2020-ci il tarixində təxminən saat 19 radələrində X18 ilə həmin yerdə görüşərək qeyd olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini sonuncuya satmış, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis X2 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən həmin 01 ədəd şəffaf sellofana bükülmüş 5,428 qram narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofana bükülmüş 3,234 qram psixotrop maddə metamfetamin aşkar edilərək X8 götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər T.Q.Hüseynovun sədrliyi ilə, Ə.İ.Məmmədov və F.A.Qəribovdan ibarət tərkibdə) 27 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 06 dekabr 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 1(101)-102/2022 nömrəli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün qanunsuz olduğunu, işin hallarının tam və obyektiv araşdırılması barədə müdafiə tərəfinin vəsatətlərinin təmin edilmədiyini, ibtidai istintaqda olduğu kimi məhkəmə istintaqında da faktiki olaraq onun istifadəsində olmayan mobil nömrələrin guya onun istifadəsində olmuş nömrələr kimi təqdim edildiyini, 070 825-65-25 saylı və digər mobil nömrələrin faktiki sahiblərinin məhkəmə istintaqında dindirilməli olduğunu göstərərək heç bir cinayət əməli törətmədiyinə görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 1(101)-102/2022 nömrəli hökmündən məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi1 da apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş ittiham aktı "mötəbər" sübut kimi onunla qərəzli münasibətdə olan Şahid3 şahid qismində dindirmiş, sonuncu da ifadəsində onun narkotik satışı ilə məşğul olmasından şübhələndiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs narkotik satışı ilə məşğul olmadığını və eşitmədiyini göstərmişdir. Prosessual qanunvericilikdə hər hansı bir şəxsin cinayətin törədilməsində təqsirliliyinin mötəbər sübutlarla və həmin mötəbər sübutların məcmusu ilə təsdiq olunması mütləq şərt kimi göstərilmiş, lakin hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı prosessual qanunvericiliyin həmin müddəasının tələbləri pozulmuş, yalnız X10 03 ay 19 gündən sonra verdiyi ifadəsi yoxlanılmamış, digər sübutlarla təsdiq olunmayan və bununla bağlı müdafiə tərəfinin mövqeyi öyrənilməmiş ifadəsi əsas götürülməklə, əsassız olaraq şəxsin dindirilməsi üçün ibtidai istintaq orqanına çağrılmasına dair hər hansı bir məlumat vermədən əvvəlcə onun barəsində şübhəli şəxs qismində axtarış elan olunaraq tutulması barədə qərar qəbul edilmiş, sonra isə heç bir mötəbər sübut olmadan ağır cinayətin törədilməsi ilə bağlı ona ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs Şirxan Göyçəli ilə əvvəllər münasibəti normal olsa da, sonradan Şirxan Göyçəlinin narkotik vasitələrin satışı ilə məşğul olmasına görə həmin məhəlləyə başqa yerlərdən yad adamların gələrək anasının işlədiyi mağazanın qarşısında toplaşmasından narahat olub ondan məhəllədə belə hərəkətlər etməsini dayandırmasını tələb etmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Son vaxtlarda münasibətləri yaxşı olmamış, eyni zamanda istədiyi qızla sonradan Şirxan Göyçəlinin yazışması ona məlum olmuş, bu səbəbdən də aralarında olan narazılıq daha da artmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, Şirxan Göyçəlinin tutulduğu vaxtdan özünün həbs olunduğu vaxtdan bir gün əvvələ kimi daimi yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi Bəhruz Kəngərli küçəsi 31 №-li evdə olmuş, onun polis şöbəsinə dəvət edilməsi il bağlı ona heç bir məlumat verilməmiş, ona çağırış vərəqəsi, bu barədə telefon zəngi, eləcə də şifahi qaydada hər hansı məlumat daxil olmamışdır. 06 dekabr 2021-ci il tarixə keçən gecə Xırdalan şəhərində bacısı Turanın evində qonaq olmuş, həmin gün səhər saatlarında anası Təranə ona zəng edərək gecə polis əməkdaşlarının onlara gələrək onu axtardıqlarını bildirmiş, onu polislərin onu nəyə görə axtardıqlarını anasından soruşduqda sonuncu ona polis əməkdaşlarının bu barədə bildirmədiklərini demişdir. Bundan sonra dayısı oğlu Teymura "Whatsapp" proqramı vasitəsi ilə yazaraq birlikdə 12-ci PŞ-nə getməyi xahiş etmiş, Teymur həmin bölmənin polis əməkdaşı Şahin Vahidova zəng edərək bu barədə ona məlumat verib, polis şəbəsinə gəldiklərini, hazırda Koroğlu metrostansıyasına yaxınlaşdıqlarını demişdir. Polis əməkdaşı Şahin Vahidov isə onların saat 15 radələrində PŞ-nə gəlmələrini bildirmiş, onlar Xırdalan şəhərinə qayıdıb nahar etdikdən sonra saat 15 radələrində yenidən birlikdə 12-ci PŞ-nə gələrək Şahin Vahidovun yanında olmuş, Şahin Vahidov rəis müavinin qəbuluna girəcəyini, rəis müavinin yerində olmadığına görə saat 17-dək gözləmələrini bildirmişdir. Bundan sonra Teymurla birlikdə özünün yaşadığı B.Kəngərli küçəsindəki evə gəlmiş, sonra isə həmin gün saat 17 radələrində 12-ci Polis Şöbəsinə getmiş, orada ona axtarışda olduğu bildirilərək Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təhvil verilmişdir. Şəxsi istifadəsində ***-***-**-** və ***-***-**-** mobil nömrələrdən istifadə etmiş, istifadəsində başqa mobil nömrələr olmamış, Şirxan Göyçəlinin istifadəsində olan ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələrlə telefon əlaqəsi saxlamış, onların yaşadığı ərazidə onunla həmyaşıd digər Xəzər adlı şəxs də olmuş, həmin Xəzər adlı şəxsin yaşadığı küçəyə gəlib - getməsini görmüş, sonradan həmin Xəzər adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tutulmasını eşitmiş, istintaq zamanı Ş.Göyçəlinin mobil telefonuna ötürülən məlumatların əldə edilməsi zamanı aşkar olunmuş bir neçə fərqli nömrələrdən "Xəzər "adlı şəxsin adından yazılan mesajlar onun tərəfindən deyil, ola bilsin ki, həmin Xəzər adlı şəxs tərəfindən yazılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmünü Şirxan Göyçəlinin ibtidai istintaq zamanı tutulduğu vaxtdan 03 ay 19 gün sonra vermiş olduğu, digər sübutlarla ziddiyyət təşkil edən ifadəsində hadisənin onun göstərdiyi şəraitdə baş verməsi mümkünsüz olan və iş materialları ilə uyğun olmayan ifadəsini mötəbər sübut kimi qəbul etmiş, 03 aprel 2020-ci il tarixdə saat 00:30 da Telman adlı şəxsdən Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsində narkotik vasitə heroini 200 manata, psixotrop maddə metamfetamini isə 180 manata almasına dair tutulduğu andan keçirilən istintaq hərəkətlərində və istintaqın əvvəlində vermiş olduğu ifadələrində Şirxan Göyçəlinin verdiyi qanunsuz olaraq Təqsirləndirilən şəxs müdafiə xarakteri kimi qiymətləndirmişdir. Şirxan Göyçəli ibtidai istintaqda bir-biri ilə ziddiyyət təşkil edən ifadələr vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi3 məhkəmə çıxışlarında apellyasiya şikayətlərinin dəlillərini müdafiə etdiyini bildirərək qeyd etmişdir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra kobud prosessual pozuntulara yol verilmiş, birinci instansiya məhkəməsi həmin pozuntulara əhəmiyyət verməmiş və bu qədər ciddi pozuntular mövcud olduğu halda istintaq orqanı tərəfindən təqdim olunan sübutların mötəbərliyi kifayət qədər şübhəli olmaqla belə sübutlar əsasında Təqsirləndirilən şəxs oğluna ittiham elan edilməsi və həmin ittiham əsasında barəsində ittiham hökmünün çıxarılması yolverilməzdir, bu, milli və beynəlxalq hüquqa ziddir. Təqsirləndirilən şəxs oğlunun elan edilmiş ittihamla heç bir əlaqəsi yoxdur və onun təqsiri istər ibtidai, istərsə də məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunaraq Təqsirləndirilən şəxs oğlunun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Dövlət ittihamçısı2 yekun çıxışında apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməl iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin edilməməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs oğlu yekun məhkəmə çıxışında və son sözündə onun üzərindən və yaşadığı mənzildən narkotik vasitə aşkar olunmadığını, Şirxan Göyçəlinin üzərindən aşkar olunmuş narkotik vasitənin ona heç bir aidiyyatının olmadığını, ona ittihamın yalnız Şirxan Göçəlinin kifayət qədər ziddiyyətli ifadələri əsasında verildiyini bildirərək apellyasiya şikayətlərinin təmin edilməsini və ona elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə qismən məhkəmə istintaqı aparmaqla apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdıraraq, məhkəmə iclasında iştirak etmiş şəxslərin çıxışlarını dinləyərək, cəlb edilmiş şahidlərin ifadələrinə, hazırkı apellyasiya icraatı gedişində məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək, cinayət işi üzrə ziddiyyətli məqamları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli ittiham hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsinə dair yeni hökm çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz ünvan 4 ünvanında təxminən 25 ildirki anası ilə birlikdə yaşayır. Fəhlə kimi fərdi əməklə məşğuldur. Tutulduğu vaxtdan təxminən 1 il əvvəl narkotik vasitə qurudulmuş marixuana istifadə etməyə başlayıb. Həmin qurudulmuş marixuanadan bəzən, ayda 1 dəfə toy məclislərində istifadə edib. Bir-iki dəfə “kakos” kimi tanıdığı narkotik vasitə heroindən tüstüsünü nəfəslə çəkmək yolu ilə istifadə edib. Tutulduğu vaxtdan təxminən 6-7 ay əvvəl narkotik maddə istifadə etməyi dayandırıb. Tutulduğu vaxtdan 3 ay əvvəl isə ümumiyyətlə tövbə edib və ibadətə başlayıb. Göyçəli Şirxanı uşaqlıqdan tanıyır və qonşusudur. 12-13 yaşından Şirxanla birlikdə böyüyüb. Şirxanla münasibəti normal olub, aralarında narazılıq olmayıb. Sonradan Şirxanın narkotik maddələrin satışı ilə məşğul olduğunu öyrənib Şirxanla münasibətini kəsib və Şirxandan yaşadığı küçədə narkotik vasitə satmamağı tələb edib. Təxminən 8 ay əvvəl Şirxanın narkotik maddələrdən istifadə etdiyinə görə polis tərəfindən tutulduğunu öyrənib. O, Şirxana heç bir narkotik maddə satmayıb. Yalnız Şirxan narkotik maddələrin satışı ilə məşğul olduğu üçün Şirxandan narkotik maddələr alıb. Əvvəllər Şirxan küçədə həmin narkotik maddələri satıb. Sonralar Şirxan yaşadığı evin pəncərəsindən narkotik maddələri satmağa başlayıb və bunun üçün evdən çıxmayıb. Bu isə onu əsəbiləşdirib. O, narkotik maddə istifadə etməyinə baxmayaraq Şirxanın yaşadığı evin yaxınlığında narkotik satmağını istəməyib. Çünki küçəyə narkotik istifadəçiləri yığışıb. Bu səbəbdən Şirxandan bu hərəkətlərini dayandırmağı tələb edib. Şirxan əvvəlcə onunla razılaşıb. Lakin təxminən 10 gün sonra məhəllədə gedən danışıqlardan başa düşüb ki, Şirxan hələ də bu hərəkətlərinə davam edir və gizlin narkotik maddə satır. Bir neçə gün sonra yaşadığı evin yaxınlığında Şirxanla mübahisəsi yaranıb. Şirxana bu barədə dedikdə, Şirxan özünün polislər tərəfindən axtarıldığını deyib. Şirxan haraya getdiyini demədən çıxıb gedib. Təxminən 10-15 gün sonra Şirxan yenidən məhəlləyə qayıdıb. Artıq öz evində yox, həmin ərazidə başqa evdə yaşayıb. O, hələ də Şirxanın narkotik vasitələrin satışına davam etdiyini bilsə də, bunu görmədiyi üçün reaksiya verməyib. Şirxanla ümumiyyətlə münasibəti pozulub. 2020-ci ilin aprel ayında Şirxanın polis tərəfindən tutulduğu gün işdən qayıdıb evə gəlib. Təxminən saat 20 radələrində yaşadığı evin həyətyanı sahəsində dostları Yusif və Amid ilə əyləşib çay içiblər. Təxminən 1 saat sonra küçədən səs-küy səsi, “polislər gəliblər” sözünü eşidib. Nə baş verdiyini öyrənmək üçün küçəyə çıxıblar. Şirxanın anası Ceyran xala deyib ki, polis əməkdaşları gəlib Şirxanı narkotik maddələrlə əlaqədar tutub aparıblar. Onlar yaşadığı evə qayıdıb istirahətlərinə davam ediblər. O, polis əməkdaşları tərəfindən tutulduğu gün səhər saatlarında bacısı Turanın yaşadığı, Xırdalan şəhərində yerləşən evində olub. Anası Təranə onunla telefon əlaqəsi saxlayaraq deyib ki, dünən gecə polis əməkdaşları yaşadıqları həyətə gəlib onu axtarıblar. Anası Təranə polis əməkdaşlarından nə üçün gəldiklərini soruşduqda həmin polis əməkdaşları onu axtardıqlarını deyiblər və evlərə baxış keçiriblər. Həmin polis əməkdaşları anasına deyiblər ki, o, narkotiklərlə bağlı axtarılır. Anası onun istifadə etmədiyini bildirsə də, polis əməkdaşları onun polis şöbəsinə gəlməyini və orada aydınlaşdırmağı istəyiblər. Bundan sonra o, 06.12.2020-ci il tarixində dayısıoğlu Teymura “Whatsapp” tətbiqetməsində yazıb birlikdə 12-ci Polis Şöbəsinə getməyi xahiş edib və baş verənləri danışıb. “Koroğlu” metrostansiyasının yaxınlığında Teymur 12-ci Polis Şöbəsində çalışan Şahin adlı tanışlarına zəng edib və Şahin saat 15:00-da gəlmələrini bildirib. Onlar Xırdalan şəhərinə qayıdıblar. Nahar edib yenidən 12-ci Polis Şöbəsinə gəliblər. Şahinin işi olduğu üçün bundan sonra o, yaşadığı küçəyə gəlib və yaşadığı küçədə qonşusu Səfail ilə danışıb. Səfailə 12-ci Polis Şöbəsinə qayıdacağını deyib. Saat 17 radələrində 12-ci Polis Şöbəsinə gəliblər. Bir neçə saat sonra onu istintaqa təhvil veriblər. Təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən sonra ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Göyçəli Şirxanın bildirdikləri yalan, şər və böhtandır. Şirxanla münasibətləri pis olduğu üçün, Şirxan həmin ifadələri verib. Şirxanla narkotik maddələrlə bağlı mesajlaşmalar olsa da, həmin yazışmalarda o, Şirxandan narkotik maddə istəyib. Şirxan ondan heç bir narkotik maddə istəməyib. O, narkotik maddələrin satışı ilə məşğul deyil. O, narkotik vasitə heroinin 1 qramını 40 manata, müxtəlif vaxtlarda, əsasən Şirxanın yaşadığı evin qarşısında, müxtəlif çəkilərdə alıb. Bəzən pulu olmadıqda Şirxan narkotik maddələri nisyə verib. Bəzən “şüşə” kimi tanıdığı psixotrop maddənin 0,5 qramını 30 manata alıb. O, yalnız öz mobil nömrələri ilə Şirxanla əlaqə saxlayıb. Düşünür ki, ondan başqa da Xəzər adlı şəxslər olub və Şirxana bu mesajları həmin şəxslər yazıb. Digər Xəzər adlı şəxsin şəxsi məlumatları barədə heç nə bilmir. Eşidib ki, başqa Xəzər adlı şəxsdə var və həmin Xəzərin Şirxanla əlaqəsinin olub-olmadığını bilmir. Yalnız həmin Xəzərin yaşadıqları küçəyə gəlib-getdiyini görüb. Sonradan eşidib ki, həmin Xəzər adlı şəxs narkotik maddələrə görə bilmədiyi polis orqanları tərəfindən tutulub. Şirxanın tutulduğu gündən 1 ay əvvəl Şirxandan narkotik maddələr almağı dayandırıb. Şirxan tutulduğu vaxt narkotik vasitə istifadə edib, lakin bunun miqdarını azaldıb. O, yalnız Şirxandan narkotik maddə alıb. Başqa heç kimdən narkotik maddə almayıb. Narkotik tələbatı ilə bağlı bədən ağrıları olduqda aptekdən “Nimesil” dərman preparatını alıb bununla ağrıları dayandırmağa çalışıb. O, Şirxanın tutulduğundan sonra Şirxanın anası Ceyrandan eşidib ki, Şirxana narkotik maddəni Telman verib və Şirxanı Telman “tutdurub”. Telman 60 yaşlı qoca kişidir. Onun yaşadığı küçədə yerləşən kirayə evdə arvadı ilə birlikdə yaşayıb. Narkotik maddələrlə məşğul olduğu səbəbindən qonşuların narazılığına görə həmin evdən köçüb. Telmanın arvadından eşidib ki, Şirxan polis əməkdaşlarını Telmangilin yaşadığı evə gətirib. Orada olarkən Şirxan Telmana zəng edib, lakin zəngə arvadı cavab verib. 03 aprel 2020-ci il tarixində yaşadığı evdə olub və Şirxanla heç bir münasibəti olmayıb. Özü Şirxandan istifadə etdiyi üçün Şirxanın narkotik maddələr satması barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər fərdi əməklə, daha sonra pandemiya ilə əlaqədar olaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Tutulduğu vaxtdan təxminən 1 il əvvəl narkotik vasitə qurudulmuş marixuana istifadə etməyə başlamışdır. Biriki dəfə narkotik vasitə heroindən tüstüsünü nəfəslə çəkmək yolu ilə istifadə etmişdir. Tutulduğu vaxtdan təxminən 6-7 ay əvvəl narkotik maddə istifadə etməyi dayandırmışdır. Göyçəli Şirxanı uşaqlıqdan tanımış və qonşu olmuşlar. Şirxanla münasibəti normal olmuş, aralarında narazılıq olmamışdır. Sonradan Şirxanın narkotik maddələrin satışı ilə məşğul olduğunu öyrənib onunla münasibətini kəsmiş və ondan yaşadığı küçədə narkotik vasitə satmamasını tələb etmişdir. Təxminən 8 ay əvvəl Şirxanın narkotik maddələrdən istifadə etdiyinə görə polis tərəfindən tutulduğunu öyrənmişdir. O, Şirxana heç bir narkotik maddə satmamışdır. Şirxan narkotik maddələrin satışı ilə məşğul olduğu üçün əvvəllər Şirxandan narkotik maddələr almışdır. Şirxan həmin narkotik maddələri əvvəlcə küçədə, sonralar öz yaşadığı evin pəncərəsindən satmağa başlamış və bunun üçün evdən çıxmamışdır. Bu isə onu əsəbiləşdirmişdir. O, narkotik maddə istifadə etməyinə baxmayaraq yaşadığı evin yaxınlığında Şirxanın narkotik satmağını istəməmişdir. Çünki küçəyə narkotik istifadəçiləri yığışmışlar. Bu səbəbdən Şirxandan bu hərəkətlərini dayandırmağı tələb etmişdir. Şirxan əvvəlcə onunla razılaşmış, lakin təxminən 10 gün sonra məhəllədə gedən danışıqlardan o, Şirxanın hələ də bu hərəkətlərinə davam etdiyini və gizlin narkotik maddə satdığını başa düşmüşdür. Bir neçə gün sonra yaşadığı evin yaxınlığında Şirxanla mübahisəsi yaranmışdır. Şirxana bu barədə bildirdikdə, Şirxan özünün polislər tərəfindən axtarıldığını demiş, haraya getdiyini demədən çıxıb getmiş, təxminən 10-15 gün sonra Şirxan yenidən məhəlləyə qayıtmışdır. Şirxan artıq öz evində deyil, həmin ərazidə başqa evdə yaşamışdır. O, hələ də Şirxanın narkotik vasitələrin satışına davam etdiyini bilsə də, bunu görmədiyi üçün reaksiya verməmişdir. Şirxanla ümumiyyətlə münasibəti pozulmuşdur. 2020-ci ilin aprel ayında Şirxanın polis tərəfindən tutulduğu gün işdən qayıdıb evə gəlmiş, saat 20 radələrində yaşadığı evin həyətyanı sahəsində dostları Yusif və Amid ilə əyləşib çay içmişlər. Təxminən 1 saat sonra küçədən səs-küy səsi, “polislər gəliblər” sözünü eşitmiş, nə baş verdiyini öyrənmək üçün küçəyə çıxmışlar. Şirxanın anası Ceyran xala polis əməkdaşlarının gəlib Şirxanı narkotik maddələrlə əlaqədar tutub apardıqlarını demişdir. Onlar yaşadığı evə qayıdıb istirahətlərinə davam etmişlər. O, polis əməkdaşları tərəfindən tutulduğu gün səhər saatlarında bacısı Turanın yaşadığı Xırdalan şəhərində yerləşən evində olmuş, anası Təranə onunla telefon əlaqəsi saxlayaraq bir gün əvvəl gecə polis əməkdaşlarının yaşadıqları həyətə gəlib onu axtardıqlarını demişdir. Həmin polis əməkdaşları anasına onun narkotiklərlə bağlı axtarıldığını demiş və evlərinə baxış keçirmişlər. Anası onun narkotikdən istifadə etmədiyini, hətta müalicə olunduğunu bildirsə də, polis əməkdaşları onun polis şöbəsinə gəlməyini və orada aydınlaşdırmağı istəmişlər. Bundan sonra dayısı oğlu Teymura "whatsapp” tətbiqetməsində yazıb birlikdə 12-ci Polis Şöbəsinə getməyi xahiş etmiş və baş verənləri danışmışdır. Saat 17 radələrində o, 12-ci Polis Şöbəsinə gəlmişdir. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, onunla Şirxan arasındakı telefon yazışmalarının məzmunu onun Şirxana olan borcu və narkotik vasitələri Şirxandan almağı barədə olmuş, istifadəsində ***-***-**-** və ***-***-**-** saylı telefon nömrələri olmuş, hər iki nömrə ilə Şirxanla yazışmışdır. O, müstəntiqə verdiyi ifadələrdə əlavə olaraq ***-**-** və ***-**-** saylı mobil nömrələr barədə də məlumat vermiş, lakin həmin nömrələr o, Rusiyaya getdiyi və uzun müddət istifadə etmədiyi üçün aktiv olmamışdır. O, əvvəllər narkotik vasitəsi istifadəçisi olmuş, lakin heç vaxt satışı ilə məşğul olmamışdır. O, Şirxandan narkotik vasitə heroin, marixuana, metamfetamin almış, az miqdarda aldığı narkotik vasitəyə görə Şirxana 10 manat pul vermişdir. Sonuncu dəfə Şirxanın tutulduğu vaxtdan 1 ay əvvəl Şirxandan narkotik vasitə heroin almışdır. Telman adlı şəxs onların qonşuluğunda kirayədə yaşamış, narkotik vasitələrin satışı ilə məşğul olmuş, xüsusən də Şirxana narkotik vasitələr satmışdır. Telman narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə sonuncunu kirayədən çıxarmışlar. O, Telmandan narkotik vasitə almamışdır. Şirxan saxlanıldıqdan sonra Şirxanın anası onu Telmanın yoldan çıxardığını və tutdurduğunu bildirmiş, onlar Telmanın olduğu yeri öyrənmiş, Telmanı saxlamaq üçün Zabrata getmişlər, lakin qaçdığı üçün Telmanı tapa bilməmişlər. Bu hadisədən bir müddət sonra Şirxanın anası onun Şirxanla mübahisəsinin olduğunu əsas gətirərək Şirxanı onun tutdurduğunu bildirmişdir. Apellyasiya icraatı zamanı dindirilmiş məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində mahiyyəti üzrə göstərdi ki, 06 dekabr 2020-ci il tarixində bacısının evində olarkən səhər saatlarında anası ona zəng edib gecə saatlarında polislərin onu axtardığını bildirmişdir. O, atasına və dayısı oğluna zəng vurmuş, o, da əməliyyatçı tanışı Şahin Vahidova zəng vurmuşdur. Həmin gün saat 5-də 12-ci bölməsinə getmişlər və Şahin müəllim məlumatının olmadığını, rəis müavini gələndə bu barədə öyrənəcəyini bildirmişdir. Bir müddət sonra ona zəng etmişlər və rəis müavininin gəldiyini bildirmişlər. O, təkrarən polis bölməsinə getmişdir. Bölmədə ondan Şirxanı tanıyıb-tanımadığını soruşmuşlar. O, da Şirxanı uşaqlıqdan tanıdığını bildirmişdir. Daha sonra 2 nəfər onu İdarəyə aparmışlar, orada Turab müəllim ondan Şirxanın nömrələrini tanıyıb-tanımadığını soruşmuşdur. O, Şirxanın və özünün nömrələrini bildirmişdir. İdarədə həmçinin Şirxanla münasibətləri barədə soruşmuşlar, o, da Şirxanla aralarında borc məsələsinin olduğunu və digər məsələlərin olduğunu bildirmişdir. Daha sonra prokurorluğa, oradan isə məhkəməyə gətirilmiş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Şirxan ona şər və böhtan atır. O, nəinki Şirxana, ümumiyyətlə heç kəsə narkotik vasitə satmamış və yaxud da hər hansı digər şəxsi marağına görə heç kimə narkotik vasitə verməmişdir. Üzərindən və yaxud yaşadığı evdən narkotik vasitə aşkar olunmamışdır. Düzdür, əvvəllər bir-iki dəfə narkotik vasitədən istifadə etmiş olsa, onun satışı ilə məşğul olmağı özünə və ümumiyyətlə kişiyə yaraşmayan bir iş bilmişdir. Proses iştirakçılarının sullarına cavab olaraq məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, həqiqətən onun istifadəsində ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olmuşdur, lakin cinayət işində onun nömrələri kimi təqdim olunan ***-***-**-**, 055 ***-**-** və 070 ***-**-** saylı mobil nömrələr ona məxsus olmamışdır. Onun ***-***-**-** saylı mobil nömrəsi hal-hazırda işlək vəziyyətdədir. ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “mənəm Xəzər, aç bu telefonu” məzmunlu mesajda çox gümanki onların həyətindən Sabirli Xəzər adlı şəxs nəzərdə tutulmuş və bildiyinə görə həmin Sabirli Xəzər adlı şəxs hansısa narkotik vasitə məsələsinə görə məhkum olunmuşdur. İbtidai istintaq zamanı X19 ilkin izahatında, şübhəli şəxs qismində dindirilməsi protokolunda və 05 aprel 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirilməsi protokolunda narkotik vasitəni və psixotrpop maddəni “Telman” adlı şəxsdən aldığını göstərmiş və “Telman” adlı şəxsin mobil nömrələrini (***-***-**-** və ***-***-**-**) istintaq orqanına təqdim etmişdir. Daha sonra, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X18 ifadəsini dəyişərək və tamamilə fərqli məzmunda ifadə verərək göstərmişdir ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərkən verdiyi sonuncu ifadəni tamamilə təsdiq edir. Belə ki, 03 aprel 2020-ci il tarixində təxminən saat 19 radələrində qonşusu Təqsirləndirilən şəxs xatırlamadığı mobil nömrəsinə zəng edib və küçəyə çağırıb. Xəzər ona özündə narkotik vasitə heroin və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu deyib və ona verməyi təklif edib. O, Xəzərdən nəyə görə bunu etdiyini, əvvəllər az çəkini belə pulsuz vermədiyini soruşduqda, Xəzər onun Xəzərə narkotik tələbatını ödəməkdə həmişə köməklik etdiyi üçün bunu elədiyini bildirib və pulunu dərhal istəmədiyini deyib. Pul məsələsini daha sonra öz aralarında həll edəcəklərini qeyd edib. O, həqiqətən Xəzərə narkotik tələbatını ödəməkdə dəfələrlə kömək edib, Xəzər ondan narkotik maddə istədikdə, o, özündə olan narkotik vasitə heroindən və ya psixotrop maddə metamfetamindən Xəzərə verib. Bunları pulsuz edib, çünki o, Xəzərlə uşaqlıqdan birlikdə böyüyüb. Xəzərdən 01 ədəd şəffaf sellofan bükümündə olan “kakos” kimi tanıdığı narkotik vasitə heroini və 01 ədəd şəffaf sellofan bükümündə olan “şüşə" kimi tanıdığı psixotrop maddə metamfetamini götürüb yaşadığı evə daxil olub. Təxminən 1-2 saat sonra Xəzər ona zəng edib küçəyə çağırıb. O, bilmədiyi səbəbdən Xəzərə yalan deyərək evdə olmadığını bildirib. Daha sonra polis əməkdaşları tərəfindən tutularaq 12-ci Polis Şöbəsinə gətirilib. 12-ci Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilib. Polis Şöbəsində onun barəsində şəxsi axtarış keçirilən zaman əvvəlcə üzərində olan əşyaları özünün təqdim etməyi təklif edilib. Bu zaman o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, içərisində narkotik maddə heroin olan bükülünü və gödəkçənin həmin cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olan bükülünü təqdim edib. Həmçinin əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Nokia” və 1 ədəd “Xiaomi Note 7” markalı mobil telefonlar aşkar olunub. Təqdim etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin qablaşdırılıb və ekspertizaya göndərilib. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilib. O və iştirak edən digər şəxslər həmin protokolu imzalayıblar. X18 ona verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, Xəzər onun ***-***- **-** saylı mobil nömrəsinə zəng edib. Əvvəlcə yaşadığı evin qarşısında Xəzərlə görüşüb və Xəzər həmin narkotik maddələri ona verib. Pulunu isə qeyd etdiyi kimi sonra öz aralarında həll edəcəkdilər. O, həmin narkotik maddələri götürüb yaşadığı evə daxil olub. Bundan sonra Xəzərin ona zəngləri başlayıb. O bu zənglərin hər birinə cavab verib. Xəzər ondan küçəyə çıxmağını istəsə də, o, evdə olmadığını deyib. Xəzərin hansı mobil nömrə ilə ona zəng etdiyini xatırlamır. Çünki Xəzər hər dəfə ona müxtəlif mobil nömrələrlə zəng edib. Yaddaşında qalan Xəzərin mobil nömrəsi əvvəlki ifadəsində göstərdiyi mobil nömrədir. O, polis əməkdaşları tərəfindən saxlanıldığı gün Xəzərlə təxminən 5-10 dəqiqə ara ilə mobil telefonla danışıblar. Bu təxminən saat 20:30-dan sonra baş verib. Ümumiyyətlə Xəzər müxtəlif mobil nömrələrdən ona zəng edib və mesaj yazıb. Onun Təqsirləndirilən şəxs başqa Xəzər adlı tanışı yoxdur. Bu şəbədən o, yalnız uşaqlıq dostu Təqsirləndirilən şəxslə mobil telefon əlaqəsi saxlayıb. Həmin yazışmalar da onunla Xəzər arasında olub. Güman edir ki, Xəzər narkotik maddələrin satışı ilə məşğul olduğu və bunu gizli saxlamaq üçün müxtəlif nömrələrlə onun əlaqə saxlayıb. Xəzərin konkret kimlərə narkotik vasitə satdığını bilmir. Amma bilib ki, Xəzər narkotik maddələr satır. Xəzər narkotik maddələri öz yaşadığı evin yaxınlığında yerləşən “köhnə hamam” deyilən yerin qarşısında satıb. Əvvəldən razılaşmaya əsasən, narkotik maddələri və çəkiləri hazırlayıb və həmin yerdə görüşərək verib. Xəzər narkotik vasitə “kakos”un 1 qramını 50-60 manata, psixotrop maddə “şüşə”nin 1 qramını 70-80 manata satıb. Özünün polis əməkdaşları tərəfindən saxlanıldığı gün Xəzər onu mobil telefonla küçəyə çağırıb. O, yaşadığı evin qarşısına çıxıb və Xəzərlə görüşüb. Ətrafda tanıdığı şəxslərdən yalnız qonşusu Mehman kişi olub. Mehman kişi öz yaşadığı evin qarşısında dayanıb və Xəzərlə onu görüb. O, Mehman kişiyə salam verib. Mehman kişi də zarafatyana başını bulayaraq ona işarə edib. Mehman kişinin Xəzərin ona narkotk maddə verdiyini görməsini bilmir. İbtidai isintaqın gedişində X18 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Göyçəli Şirxan barəsində keçirilmiş şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş külli miqdarda, təmiz çəkisi 5,428 qram olan narkotik vasitə heroini və külli miqdarda, təmiz çəkisi 3,234 qram olan psixotrop maddə metamfetamini 03 aprel 2020-ci il tarixində saat 20 radələrində yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs aldığını bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə uşaqlıq vaxtından dost olmuşdur. Daha sonradan aralarında olan mübahisəyə görə dostluqları pozulmuş və onların arasında ədavət yaranmışdır. Onların arasındakı düşmənçiliyə Xəzərin qız dostu, daha sonradan isə narkotik səbəb olmuşdur. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmuş, hazırda cəzasını çəkir. Məhkum olunmamışdan əvvəl Xəzərlə arasındakı sonuncu mübahisə narkotik üstündə olmuşdur. Belə ki, Xəzərin özü də narkotik vasitədən istifadə etməsinə baxmayaraq Xəzər ondan narkotik vasitələri istifadə etməməyini tələb etmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmir. O, bölmədə olanda bir tanışı ona “bu sənədə imza et, səni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edəcəklər” demiş, lakin daha sonra o, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmişdir. O, özünün Xəzərin şikayəti əsasında tutulduğunu düşünmüşdür. Təqsirləndirilən şəxslə əvvəlcədən ədavəti olmuş, daha sonra da Xəzərin onun valideynlərinin üzərinə getdiyini öyrəndikdən sonra Xəzərdən intiqam almaq istəyi olmuşdur. Ona görə də ibtidai istintaqda Xəzəri tutdurmaq üçün yalan ifadə vermişdir. Daha sonradan ona Xəzərin onu tutdurmadığı məlum olmuşdur. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq X18 bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən 3 aprel tarixində evində tutulmuş və evində heroin və metamfetamin aşkarlanmışdır. O, narkotik vasitələri tanımadığı şəxsdən yaşadığı evə yaxın yerdən əldə etmişdir. O, özünün təqsirləndirildiyi məhkəmə iclasında ifadə verəndə narkotik vasitələri Xəzərdən aldığını bildirmişdir. O, təqsirləndirildiyi məhkəmə iclasında narkotik vasitələri Xəzərdən aldığı barədə yalan ifadə vermişdir. İbtidai istintaq zamanı müstəntiq Xəzər barəsində belə ifadə verməyi üçün onu məcbur etmişdir. O, istintaq təcridxanasında olarkən ona ifadəsini dəyişdirəcəyi halda məsuliyyətə cəlb ediləcəyi bildirildiyi üçün ifadəsini inkar etməmişdir. Təqsirləndirilən şəxs ona narkotik vasitə verməmiş və satmamışdır. Xəzərlə onun arasında problem olduğuna görə ibtidai istintaqda belə ifadə vermişdir. Onu tutduranın Xəzər olduğunu düşündüyü üçün ibtidai istintaqda Xəzər barəsində yalan ifadə vermişdir. Müstəntiq öz təşəbbüsü ilə gəlib ondan Xəzər barəsində ifadə almışdır. O, telefon ustası işləmiş və Xəzərlə olan yazışmalarında Xəzərdən istədiyi 110 manat telefonla bağlı olmuşdur. Xəzər ondan narkotik vasitə alması ilə bağlı mesaj yazmamışdır. O, Xəzərlə birlikdə narkotik vasitə istifadə etməmişdir. O, İlyasın taksisi ilə harasa getməmişdir. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini tam təsdiq edir. İbtidai istintaq zamanı isə polis əməkdaşları tərəfindən aldadılaraq Təqsirləndirilən şəxs qarşı ifadə vermişdir. Əslində, Xəzər ona narkotik vasitə satmamışdır. Belə ki, 22 iyul 2020-ci il tarixdə müstəntiq onun saxlanıldığı təcridxanaya gələrək Telmanı tapa bilmədiyini bildirib başqa kimin adını verə biləcəyini ondan soruşmuşdur. Müstəntiq həmçinin mesajlardan adlarını gördükləri Xəzər və Yusif adlı şəxslərin polis bölməsinə gətirdiklərini, Xəzərin isə narkotik vasitəni ondan, yəni Şirxandan aldığını bildirdiyini göstərmişdir. Belə olan halda, o Xəzərin onu “satdığını” düşünüb, əsəbləşərək Narkotik vasitəni Xəzərdən aldığını bildirmişdir. Əslində, Təqsirləndirilən şəxs ona heç vaxt narkotik vasitə satmamış, əksinə, o Xəzərə narkotik vasitə satmışdır. İbtidai istintaqda verdiyi ifadələrin Xəzərə aid olan hissəsi həqiqətə uyğun deyildir. O, zaman Xəzərin onu ələ verdiyi barədə yalnış fikirə düşdüyü üçün elə ifadələr vermişdir. Bundan əlavə, Şirxan Göyçəli ona verilən suala cavab olaraq tutulan ərəfədə Təqsirləndirilən şəxs ilə münasibətlərinin pis olduğunu bir daha etiraf etmişdir. Belə ki, o da qeyd etmişdir ki, həm qız məsələsinə görə, həm də Şirxanın narkotik satdığı adamların Təqsirləndirilən şəxs anasının mağazasının qabağına yığışması ilə əlaqədar Xəzərin ona kəskin irad bildirməsi səbəbindən aralarında gərginlik olub, hələ də o gərginlik aradan qalxmayıb. Şirxan Xəzərin adını yalandan verdiyinə görə də gərginlik daha da kəskinləşmişdir. Xəzərə şər atdığı və onu tutdurduğu üçün çox peşimandır, vicdan əzabı çəkir. İbtidai istintaq zamanı Şahid3 göstərmişdir ki, təxminən 1 il əvvəl lizinq müqaviləsi ilə əldə etdiyi "Khazar Dena” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Xəzəri təxminən 2020-ci ilin mart ayından tanıyır. Xəzər Sabunçu qəsəbəsində yerləşən “köhnə hamam” adlanan yerin yaxınlığında yaşamışdır. Xəzərin anası yaşadıqları evin yaxınlığında ərzaq mağazası çalışdırır. Xəzəri bir dəfə taksi sürücüsü kimi müştəri qismində dediyi ünvana aparmış, beləcə tanışlıqları yaranmışdır. Bundan sonra Xəzər ona mütəmadi olaraq özü çağırdıqda taksi ilə lazımi ünvanlara çatdırmağı təklif etmiş, o, daimi müştəri əldə etmək üçün bu təkliflə razılaşmış və təxminən 1 ay ərzində bu formada işləmişdir. Daha sonra aralarında borc məsələsi yarandığı və Xəzər lazımi zəhmət haqqını vermədiyi üçün bu formada çalışmağı dayandırmışdır. O, həmin ərazidə yaşayan Şirxanı da tanıyır. Şirxanın Xəzər ilə tanışlığı olmuşdur. Şirxanı o, Xəzərə görə tanımışdır. O, Şirxanı bir neçə dəfə avtomobilində müştəri kimi istədiyi ünvana çatdırmışdır. Şirxanla elə də əlaqəsi olmamışdır. ***-***-**-** saylı özünə məxsus mobil nömrədən “Xezer dur yatma eks halda uzun muddetli yatacagsiz “Pay b**e (-red.) gore xezer qerdes yaxsi qerdes idin” kimi mesajları ilə Xəzərdən borcunu istəmişdir. Xəzər isə bu pulu qaytarmaqdan yayındığına görə o, bu formada mesajlar yazmışdır. Xəzər narkotik maddələrdən istifadə etmişdir. Xəzər onun yanında “kakos" kimi tanıdığı narkotik vasitə heroindən tüstüsünü nəfəslə çəkmək yolu istifadə etmişdir. Bununla yanaşı, Xəzərin narkotik maddələrin satışı ilə məşğul olduğunu başa düşmüşdür. Çünki Xəzəri taksi ilə ünvanlara apararkən yol boyu Xəzərin mobil telefon danışıqlarından danışdığı şəxsin Xəzərdən narkotik maddə istədiyini başa düşmüşdür. Xəzər isə telefonla danışdığı şəxsə gələcəyini bildirmiş, deyilən ünvana çatdıqda Xəzər avtomobilindən düşüb gedərək tanımadığı şəxslə görüşmüş, qısa müddət ərzində nə isə danışmış və geri qayıtmışdır. Bu bir neçə dəfə təkrarlanmışdır. Bu cür görüşlərdən sonra Xəzər onun “nəşə” çəkdiyini bildiyi üçün ona “nəşə” vermişdir. Bu “nəşə”dən növbə ilə Xəzərlə birlikdə istifadə etmiş, bunun müqabilində Xəzər ondan pul və sair istəməmiş, o da bunun üçün Xəzərə pul və sair verməmiş, lakin bu zamanlarda o, gediş haqqında endirim etmiş, bəzən ümumiyyətlə pul almamışdır (cild 2, iş vərəqi 192- 195). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 Alixan oğlu ifadəsində göstərmişdir ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Mirsalehlı Xəzər də əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş, daha sonra isə Xəzər onun müştərilərindən biri olmuşdur. Xəzərə göstərdiyi taksi xidmətinə görə sonuncunun ona 150-200 manat borcu yaranmış, buna görə də onların arasında mübahisə olmuşdur. Xəzər borcunu ödəmədiyinə görə o, Xəzəri polisə şikayət edəcəyi ilə hədələmişdir. O, Şirxanı yaxından tanımasa da, sonuncunu 1-2 dəfə görmüşdür. Belə ki, o, Xəzərlə Şirxanı 2-3 dəfə Bakıxanov qəsəbəsinə taksisi ilə aparmışdır. Onlar taksidən enib, bir müddət sonra isə geri qayıtmışlar. O, Xəzərdən narkotik vasitəni hədiyyə kimi almışdır və bunun qarşılığında Xəzər ondan heç nə tələb etməmişdir. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq Şahid3 Alixan oğlu bildirmişdir ki, o, Xəzərlə Şirxanı Bakıxanov qəsəbəsi və Nərimanov rayonuna aparmış, Xəzər maşından endikdən sonra 5-10 dəqiqəyə geri qayıtmışdır. Xəzər həmin yerlərə 7-10 gündən bir getmişdir. Xəzərin həmin yerlərə nə üçün getdiyini bilməmişdir. Xəzərlə birlikdə marixuanadan istifadə etmiş, lakin Xəzər ona narkotik vasitə satmamışdır. Onda marixuana olduqda o, Xəzərə vermiş, Xəzərdə marixuana olduqda isə sonuncu ona vermişdir. Xəzər ona verdiyi narkotik vasitə qarşılığında heç bir şey tələb etməmişdir. Xəzər ona marixuana verdiyinə görə o, bəzən 10 manat xidmət haqqı yerinə Xəzərdən 5 manat almışdır. Xəzərin onun tanıdığı narkotik aludəçisı olan insanlara narkotik vasitələri satmasını eşitməmiş və görməmişdir. Narkotik vasitə istifadə etdiyinə görə ona inzibati cəza verilmişdir. Xəzər ona olan borcunu ödəmədiyinə görə Sabunçu rayon Polis İdarəsinə şikayət etmişdir. Birinci instansiya məhkəməsində verilən əlavə suallara cavab olaraq Şahid3 Alixan oğlu bildirmişdir ki, o, Xəzərlə birlikdə heroin də istifadə etmiş, Xəzərin narkotik vasitələrin satışı ilə məşğul olmasından şübhələnmiş, amma bu işlə məşğul olduğunu görməmiş və eşitməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun həm Təqsirləndirilən şəxslə, həm də Şirxanla qonşuluq münasibəti olmuşdur. Şırxanın tutulduğu gün o, evdə olmuşdur. O, Şirxan tutulduğu gün sonuncunu Xəzərlə birlikdə görməmişdir. Həmin gün o, küçədə olmuş və Xəzər küçədən keçərkən küçədə duranlara ümumi salam verib getmişdir. Bu zaman Şirxan da küçədə dayanmışdır. Daha sonra o, evinə getmişdir. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, o, 12-ci Polis Şöbəsində bir dəfə ifadə vermiş, görmə qabiliyyəti zəif olduğundan ifadəsini oxumadan imza etmişdir. Verdiyi ifadəsi ona oxunmamışdır. O, Xəzəri yaxşı insan kimi tanımış, Şirxan və Xəzərin narkotik vasitələrdən istifadə etməsi barədə onun məlumatı olmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, təxminən 20 ildir Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz ünvan 12 ünvanında yaşayır. Göyçəli Şirxan və Xəzər onun qonşusudur. Şirxanın polis əməkdaşları tərəfindən tutulduğu gün axşam saatlarında o, siqaret çəkmək üçün yaşadığı evin qarşısına çıxıb dayanmış, bir qədər sonra Xəzərin Şirxangilin evinin qarşısına gəldiyini, Şirxanın da yaşadığı evdən çıxıb Xəzərlə görüşdüyünü görmüşdür. Şirxan onunla salamlaşmış, o da başı ilə salam vermişdir. Onlar görüşdükdən dərhal sonra o, siqaretini çəkib bitirdiyi üçün yaşadığı evə qayıtmış və bundan sonra onların nə danışdıqlarını, hansı müddətdə orada qaldıqlarını bilməmişdir (cild 2, iş vərəqi 167-168). Birinci instansiya məhkəməsində verilən əlavə suallara cavab olaraq, Şahid2 bildirmişdir ki, ibtidai istintaq vaxtı verdiyi ifadəsinin “Şirxanın Xəzərlə görüşdüyünü gördüyü” hissəsini təsdiq etmir, bu barədə daha dəqiq məhkəmədə ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş iş üzrə ibtidai istintaq aparmış Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Şahid4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayında X18 barəsində cinayət işi başladılmış, həmin cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması faktı aşkarlanmışdır. Təqsirləndirilən şəxs şahid qismində dindirilməsi sonuncunun olduğu yeri müəyyənləşdirmək və əlaqə saxlamaq mümkün olmadığından baş tutmamışdır. Bununla da, Təqsirləndirilən şəxs onun tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə müvafiq istintaq hərəkətləri keçirildikdən sonra cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq, Şahid4 əlavə olara bildirmişdir ki, X22 çağırış vərəqəsinin göndərilməməsinə səbəb onun hüquqi ünvanının Cəbrayıl şəhəri olaraq göstərilməsi olmuş, sonuncunun faktiki yaşadığı yer isə istintaqa məlum olmamışdır. X1 andan üzərinə baxış keçirilən anadək polis nəzarətindən kənar qalması faktı onun tərəfindən aşkar edilməmişdir. X9 22 iyul 2020-ci il tarixdə əlavə olaraq dindirilməsinə səbəb olan hal onun Təqsirləndirilən şəxs narkotik vasitənin dövriyyəsi ilə məşğul olmasını bildirməsi olmuşdur. O, X9 ifadəsinə əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələri çəkilərə ayırması faktını müəyyən etmişdir. X9 narkotik vasitəni ziyana satması faktı onun diqqətində olmamışdır və Şirxan narkotik vasitə satmasını inkar etmişdir. Onun tərəfindən X12 hər hansısa fiziki və psixi təsir olmamışdır. X5 polis bölməsində verdiyi ifadə ilə istintaq təcridxanasında verdiyi ifadə eynidir. Bu da onun tərəfindən Şirxana qarşı hər hansısa təsir olmadığını göstərir. X18 ilə Təqsirləndirilən şəxs arasında olan sonuncu danışıqlar Təqsirləndirilən şəxs məxsus olan (070) ***-**-** saylı nömrə vasitəsilə olmuşdur. X18 barəsində həyata keçirdiyi istintaq hərəkəti zamanı Şirxan ona ifadəsini dəyişdirmək istədiyini şifahi olaraq bildirmiş və 22 iyul 2020-ci il tarixdə X18 istintaq təcridxanasında dindirilmişdir. (055) 440-80-10, (055) 387-71-46, (055) 642-24-38, (055) ***-**-** və (070) ***-**-** saylı mobil nömrələrlə olan yazışmalara əsasən həmin nömrələrin Təqsirləndirilən şəxs aid olması qənaətinə gəlinmiş, eyni zamanda X18 həmin nömrələrin Təqsirləndirilən şəxs aid olduğunu bildirmişdir. Onun Təqsirləndirilən şəxs yaşadığı ərazidə başqa “Xəzər” adlı şəxsin yaşaması, “Xəzər” adlı başqa şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. X18 “Xəzər” adlı şəxs olaraq yalnız Təqsirləndirilən şəxs tanıdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs 14 yanvar 2021-ci il tarixli ifadəsini özünümüdafiə kimi qiymətləndirmişdir. Sübutların qiymətləndirilməsi qərarında X18 ilə Təqsirləndirilən şəxs arasında olan telefon zənglərinə dair öz mövqeyini əks etdirmişdir. İşdə olan mobil telefon cihazına baxış keçirilməsi haqqında 05 aprel 2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, X12 məxsus “Xiaomi” markalı, **********63036 və **********63038 İMEİ kodlu mobil telefon cihazına baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: həmin mobil telefonda 03-04 aprel 2020-ci il tarixlərini əhatə edən daxil olan və gedən zənglər əksini tapmışdır. Həmin mobil nömrələrin əksər hissəsi adla yaddaşda saxlanılmamışdır. Cihazın mesajlaşma bölməsində ***-***-**-** saylı nömrədən 03 aprel 2020-ci il tarixdə saat 17:59-da “Wir adboy. Bb ..beler (-red) narkoman tayfasi yaxwilardan irag cox g..ag (-red) adamlardi. Eledeyirki mene tez tez helebil dukandan nese alit, corek siqaret. Yaniki qirdirahat aldi cixdi. Yada kartif girdi aldi 2 kilo coxdi. Deyir ki gecdi 20 de 30 deq dedim onda get? Burdan pulunuda verdim” məzmunlu mesaj daxil olmuş, sorğu zamanı G.Şirxan həmin şəxsin kim olduğunu xatırlamadığını bildirmişdir. 04.04.2020-ci ildə, saat 00:22-də 070- ***-**-** mobil nömrəsindən “Whatsapp” mobil tətbiqindən ”Qaqa 10 manat duzeldmiwem” “Alinar?” “Nese” məzmununda mesajlar yazmış, sorğu zamanı Ş.Göyçəli həmin şəxsin adını bilmədiyini və həmin mesajlarda narkotiklərdən söhbət getdiyini bildirmişdir. Bundan başqa, “Nokia 150” markalı mobil telefona baxış keçirilmiş və cihazın mesaj bölməsində ***-***-**-** mobil nömrəsindən “Yetim gor kako alinsa menede bidamci otrersiz?” məzmunlu mesaj aşkar olunmuş, sorğu zamanı Göyçəli Şirxan həmin şəxsi tanımadığını bildirmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 63-67). İşdə olan telefon məlumatlarını əks etdirən diskə baxış keçirilməsi barədə 01 iyul 2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd diskdən görünür ki, həmin diskdə olan faylda ***-***-**-** saylı mobil nömrədən digər nömrələrə göndərilən mesaj mətnləri öz əksini tapmışdır. 21 oktyabr 2019-cu il tarixdə ***-***-**-** mobil nömrəsinə “Rizvan gedirem 1 aya gelecem nedi rizvan sene 2 qram suse 1 qram kofe verdim buda 200 manat edir sen mene cemi 3 qram kofe vermisen yene de pulla bele borcun var durub menden kofe gizledirsen vermek istemirsen” məzmunlu mesaj; 23 oktyabr 2019-cu ildə ***-***-**-** mobil nömrəsinə “60 manat duzelir 1 qram suse goturmek olar qalani sabah vererem” məzmunlu mesaj; 10 noyabr 2019-cu ildə ***-***-**-** mobil nömrəsinə “2 qr kola var mende” məzmunlu mesaj; 13 noyabr 2019-cu ildə ***-***-**-** mobil nömrəsinə “********** zenq et bir cet ver samirdi de sirxsn verdi” məzmunlu mesaj; 15 noyabr 2019-cu il tarixdə ***-***-**-** mobil nömrəsinə “Aye 1.4 goy pati isteyen var pulvu sabah verecem sene tereziyide goy sen allah 04 kofenide” məzmunlu mesaj; 21.11.2019-cu ildə ***-***-**- ** saylı mobil nömrəyə “Ag iki dene ele birdene tez agdan cet duzeld dobri” məzmunlu mesaj; 07.12.2019-cu ildə ***-***-**-** mobil nömrəsinə “Terezimi ver getir” məzmunlu mesaj; 23.12.2019-cu ildə ***-***-**-** saylı nömrəyə “Qaqa var pati isteyirsen??” məzmunlu mesaj; 07.01.2020-ci ildə ***-***-**-** mobil nömrəsinə “Sen meni kimnen se sef salmisan buda cox sagolum seher gelersen danisariq sen meni deysen lox yerne qoymusan 5 manata hele o qeder kakos verdim cox sag ol demekden.seher gelersende biz terefe” məzmunlu mesaj göndərilmişdir. Həmçinin ***-***-**-** mobil nömrəsinə aşağıdakı məzmunda sms-lər daxil olmuşdur: 12 oktyabr 2019-cu ildə ***-***-**-** mobil nömrəsindən “Varsa iki sinden de ver iki denede cet vermeliye cibimde yirmi 1 manat var siqaret de kutarib” məzmunlu mesaj; həmçinin, ***-***-**-** mobil nömrəsindən Şirxan Göyçəlinin ***-***-**-** nömrəsinə “Qapa.mene.braz.kofe.verde.imkan.varsa” məzmunlu mesaj; 07 noyabr 2019-cu il tarixdə ***-***-**-** mobil nömrəsindən “İrana kanal olsa gedib gelerdim kakozdan canimiz qutarardi” məzmunlu mesaj; 19 noyabr 2019-cu ildə ***-***-**- ** mobil nömrəsindən “Wirxan 10 deqeye mehledeyem 1 dene yari hazurra wuwenen.25 versem olar?” məzmunlu mesaj; 21 noyabr 2019-cu il tarixdə ***-***-**-** mobil nömrəsindən “Pul dyzdu wuwede qoy.ok gelim” məzmunlu mesaj; 23 noyabr 2019-cu ildə ***-***-**-** mobil nömrəsindən “Yoo istemir ama bir cet mənə ayır puluynan gəlib götürüm olar o? çünki sümüklərim ağrıyır, Gəlib puluynan patı götürməy istedim, Qram ağ hazırla gəıirəm” məzmunlu mesaj; 23 noyabr 2019-cu ildə ***-***-**-** mobil nömrəsindən “Wiri. Yatmamisan. Dostum var qaqa 20 manati. Var ona 04 zad kalo. Vere bilersen. Ama demede. Men nese goturmuwem. Men. Demiwem” məzmunlu mesaj; 31 dekabr 2019-cu ildə ***-***-**-** mobil nömrəsindən “Sirxan qaqa menem nicat qaqa sbh mene 05 kola 05 suse brat saxlada” məzmunlu mesaj; 04 yanvar 2020-ci ildə ***-***-**-** mobil nömrəsindən “Wiri salam sabahin xeyir. Qaqaw nese duzub qowmag olar ya butov 1 dene? Yada ki yarim 0.5?” məzmunlu mesaj daxil olmuşdur (cild 1, iş vərəqi 124-126). İşdə olan telefon məlumatlarını əks etdirən diskə əlavə baxış keçirilməsi barədə 12 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, X9 istifadəsində olmuş ***-***-**-**, ***-***- **-** saylı mobil telefon nömrələrinə 01 oktyabr 2019-cu ildən 05 aprel 2020-ci il tarixədək daxil olan və çıxan zənglərin, mesajların siyahısı və mətni barədə məlumatlara əlavə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, diskdə olan "SMS Tarixçəsi **********4001 ***-***-**-**" adlı, "PDF" formatlı fayldakı siyahı ***-***-**-** saylı mobil nömrədən digər mobil nömrələrə göndərilən mesajların mətnini və tarixini əks etdirir. 06 oktyabr 2019-cu il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində “Xezer yatmısan" yazısı, 12 oktyabr 2019- cu il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Gij (-red.) hardasan terane xala aglayir ne deyim" yazısı, 19 oktyabr 2019-cu il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Xezer sen ver mehenmede 20 men goturdum onnan gec gelirsen xeber ele de mene" yazısı, 31 oktyabr 2019-cu il tarixli, ***- ***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Ne oldu ceteme xezer bele ver” yazısı, 07 noyabr 2019-cu il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Falqada ver de varindisa" yazısı, 09.11.2019-cu il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Xezer tecili 2 qram pati lazimdi" yazısı, 10 noyabr 2019- cu il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Xezer sen allah elediyin herekete bax sene dedim axi men pul vermeliyem dedin 6 qelecem 3 patinin 3 de apartin.patida yoxumdu oda gotunu cirir orda goz qymursan ee adama" yazısı, 04 dekabr 2019-cu il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Menim pulumu duzeld bu gun goturecem sennen mennen goturende bele demirdin yigma danismaq istemirem menin 110 manatimi çatır” yazısı aşkar olunmuşdur (cild 2, iş vərəqi 77). İşdə olan CD diskə baxış keçirilməsi haqqında 30.01.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə 01 dekabr 2020-ci il tarixindən 04 may 2020ci il tarixinədək daxil olan və çıxan zənglərin, mesajların siyahısı və mətni olan məlumatlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, ***-***-**-** sayli mobil nömrə X15 məxsus olmaqla nömrə ikitərəfli bağlı olmuş, 30 sentyabr 2020-ci ildə yenidən satış üçün təyin edilmiş, hal-hazırda "Bakcell" şəbəkəsində hər hansı abunəçinin adına aktivləşdirilməmişdir. Həmin diskdə olan "554408010-Nomrenin Məxsusluq_Tarixçəsi" adlı, "PDF" formatlı fayldakı siyahı ***-***-**-** saylı mobil nömrənin məxsus olduğu şəxsi göstərir. Həmin mobil nömrə "Fərdi sahibkar X28 adına qeydiyyatdan keçirilib. SMS_Tarixçəsi___**********4332_554408010" adlı "PDF" formatlı fayldakı siyahı 055- ***-**-** saylı mobil nömrədən digər mobil nömrələrə göndərilən mesajların mətnini və tarixini əks etdirir. 11 fevral 2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Maqa nese elesen menede nese verersen hasizam" yazısı, 18.03.2020ci il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Menem xezerdi acda bu telfonu" yazısı, 19 mart 2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj metnində "Qaqaw menem xezer" yazısı, 26 mart 2020-ci il tarixli, ***- ***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Qaqa patilari 05 05 ele" yazısı, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Qaqaw mene nie nese vermedin men qozdaq zadam beyem bulari yolla saldim qaldim burda" yazısı, 27 mart 2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Yari pati yani kola lazimdi ay winxan" yazısı, 29 mart 2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində “Wirxan dostum var sumqaytdan gelir 30 manat pulu var narmal pati vere bilersen” yazısı, “Alla yeke oglansan cavab ver pulunu verecem temani verersen prosta narmal verersen" yazısı aşkar olundu. Digər mesajlarda iş üçün əhəmiyyətli məlumatlar müəyyən edilmədi. SMS_Tarixçəsi_**********4332_554408010" adlı, "PDF" formatlı fayldakı siyahı 055- ***-**-** saylı mobil nömrəyə digər mobil nömrələrdən daxil olan mesajların mətnini və tarixini əks etdirir. Həmin mesajlarda iş üçün əhəmiyyətli məlumatlar müəyyən edilmədi. Həmin diskdə olan "554418823-Nömranin_Məxsusluq _tarixçasi" adlı, "PDF" formatlı fayldakı siyahı ***-***-**-** saylı mobil nömrənin məxsus olduğu şəxsi göstərir. Həmin mobil nömrə X33'ın adına qeydiyyatdan keçirilib. “***-***-**-** Zanglanin_Detallaşması” adlı faylda ***-***-**-** saylı mobil nömrənin aktiv olduğu antenlərin yerləşdiyi ünvanların siyahısı qeyd olunub. Həmin siyahıya görə mobil nömrə mütəmadi olaraq "UBBK5207B/UBBK5207 Efendiyev kuc40/Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, 40. Mənzil 4"/Sabunchu və UBBK0623C/UBBK0623 Aydinbeyov str15/ Bakı şəhəri, Sabunçu rayonu, Aydınbəyov 13, ev 37 /Sabunchu" antenlərinin əhatəsində istifadə olunub. Həmçinin 03 aprel 2020-ci il və 04 aprel 2020-ci il tarixində də anten göstəriciləri həmin ünvanları göstərir. "SMS Tarixçəsi_**********4343_554418823" adlı, "PDF" formatlı fayldakı siyahi ***- ***-**-** saylı mobil nömrəyə digər mobil nömrələrdən daxil olan mesajların mətnini və tarixini əks etdirir. 19.02.2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində "Kofe gozleyirem gelsin gelem" yazısı, 01 aprel .2020-ci il tarixli, 055- ***- **-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində "Xezer neynemisiz sennen yusif ???? axi meni axdarir men neynemisem yatib qalmisam and olsun allaha durdum yuxydan gedurem razine zaryatkam azdi" yazısı, "Var yoxuna nehlet gedirem axi gile yatib qalmisam deye ne olub neynemisiz de tez mene axi meni niye acilayir yusif ne edib" yazısı, "Bu nedi hami mene sms yazır ne etmisiz ay xezer deyir xezer yusif de denen de niye eseblesdirmisiz men yatib qalmisam vallah siz ne etmisiz gozle catirsm yigma" yazısı, "Sene deyirem yuxadan oyandim her bir soz yazib axi deyir sen xezer yusifi ne etmisiz men yatmisam birde bayaq oyandim zaryatkam yoxdu zeng etsem sonecek" yazısı aşkar edildi. "SMS_Tarixçəsi__**********4349_554418823" adlı "PDF" formatlı fayldakı siyahı ***- ***-**-** sayli mobil nömrədən digər mobil nömrələrə göndərilən mesajların mətnini və tarixini əks etdirir. 25.02.2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Qaqa menem xezerdi" yazısı, 01 aprel 2020-ci il tarixli, 055- ***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Hecne demişik camaat seni gozduyur ona göre seni axtarir” yazısı, "Harda qaldın biz burdayıq ujey" yazısı, "Deyirsan qapiniacxi dəli olub exidi yiqan" yazısı aşkar edildi. Digər mesajlarda iş üçün əhəmiyyətli məlumatlar müəyyən edilmədi. Həmin diskdə olan "**********-Nomranin_Maxsusluq Tarixçəsi" adli, "PDF" formatlı fayldakı siyahı ***-***-**-** saylı mobil nömrənin məxsus olduğu şəxsi göstərir. Həmin mobil nömre "X34'in adına qeydiyyatdan keçirilib. *55-441-88-23 Zenglerin Detallaşması" adlı faylda ***-***-**-** saylı mobil nomrənin aktiv olduğu antenlərin yerləşdiyi ünvanların sihayısı qeyd olunub. Həmin siyahıya görə mobil nömrə müxtəlif ünvanlarda, 03.04.2020ci il və 04.04.2020-ci il tarixində "UBBK6074C/UBBK6074 Nobel pros 30/"Bakı şəhəri, Nobel prospekti" /Khatai", "//"Bakı şəhəri, Nizami rayonu, Babak prospekti 34"/", "UABS5573A/UABS5573 Mashtaga Avtoservis/"Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, A və B heyəti"/Sabunchu", "UBBK1005B/UBBK1005 7mkr 1/Bakı şəhəri, Binəqədi rayonu, 7mikrorayon, Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, donga 2 ev 16"/Binagadi", "UBBK4029A/UBBK4029 LİDERTV/"Bakı şəhəri, Ş Mehdiyev küçəsi, 83/23"/Yasamal", "UBBK4945F/UBBK4945 Ataturk_New/"Bakı şəhəri, Ziya Bünyadov 15" /Binagadi" antenlərinin əhatəsində istifadə olunub. "SMS Tarixçəsi **********4307_556422438" adlı, "PDF" formatlı fayldakı siyahı ***- ***-**-** saylı mobil nömrəyə digər mobil nömrələrdən daxil olan mesajların mətnini və tarixini əks etdirir. 12 mart 2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində "Xezer usaglara de yigmasinlar meni 12-ci bolme apardi evin qabagindan dedem gil gelirler bolmeye sene xeber edecem ustumde pul var ver ceyhuna adam var ona verecek ceyhuna yig sen atavin goru de sirxani tutublar sene deyende gelersen bizimkilerle bolmeye" yazısı, "Tez yig de ceyhuna de bolmedeyem demisern qardasimdi yigan silmisem herseyi.” 24 mart 2020-ci il tarixli, ***-***-**-** sayli mobil nömrədən daxil olmuş mesaj mətnində "Xezer dur yatma eks halda uzun muddetli yatacagsiz" yazısı aşkar edildi. "SMS Tarixçəsi_**********4315_556422438" adli "PDF" formatlı fayldakı siyahı ***- ***-**-** saylı mobil nömrədən digər mobil nömrələrə göndərilən mesajların mətnini və tarixini əks etdirir. 09 mart 2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj metninde "Oturub kakos cekirsen gij***san (-red.) sen gel pulu ver si””im (-red) gedimde men eve gorib iwdemeliyem ee sene bu qeder vaxt gedib cix bidene cole" yazısı yazısı aşkar edildi. Digər mesajlarda iş üçün əhəmiyyətli məlumatlar müəyyən edilmədi. İşdə olan CD-yə baxış keçirilməsi barədə 05.02.2021-ci il tarixli protokoldan və AZF/lGL-502/21 adlı CD diskin məzmunundan görünür ki, həmin diskdə olan Nömrənin Məxsusluq_Tarixçəsi_**********4927__708256525 adlı, "PDF" formatlı fayldakı siyahı ***- ***-**-** saylı mobil nömrənin məxsus olduğu şəxsi göstərir. Həmin mobil nömrə "X40”nın adına qeydiyyatdan keçirilib. Həmin diskdə olan "SMS_Tarixçesi_**********0939__708256525" adlı "PDF" formatlı fayldakı siyahı 070- ***-**-** saylı mobil nömrədən digər mobil nömrələrə göndərilən mesajların mətnini və tarixini əks etdirir. Həmin mesajlarda iş üçün əhəmiyyətli məlumatlar müəyyən edilmədi. "SMS_Tarixçəsi__********************525" adlı, "PDF formatlı fayldakı siyahı 070- ***-**-** saylı mobil nömrəyə digər mobil nömrələrdən daxil olan mesajların mətnini və tarixini əks etdirir. 06.02.2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində "Denen sirxan vwrdi nomreni **********" yazısı, 24.03.2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində "Gelem" yazısı aşkar edildi. Həmin diskdə olan "Zənglərin_Detallaşması___**********5524 ********* adlı faylda ***-***-**-** saylı mobil nömrənin aktiv olduğu antenlərin yerləşdiyi ünvanların siyahısı qeyd olunub. Həmin siyahıya göre mobil nömrə mütəmadi olaraq "UBBK5207B/UBBK5207 Efendiyev kuc40/"Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, 40, mənzil 4"/Sabunchu" ev və "UBBK0623C/UBBK0623 Aydinbeyov_str15/"Bakı şəhəri, Sabunçu rayonu, Aydınbəyov küçəsi 3. ev 37"/Sabunchu antenlərinin əhatəsində istifadə olunub. Qeyd olunan məlumatlara görə, 03 aprel 2020-ci il tarixində, saat 20:22:20-də ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** sayli mobil nömrəyə zəng olunub və zəngin müddəti 90 saniyədir. Bu zəng zamanı 070-825-65- 25 saylı mobil nömrə "UBBK5207A/UBBK5207 Efendiyev kuc40/"Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 40, mənzil 4"/Sabunchu" anteninin əhatə dairəsində olub. Həmçinin həmin tarixdə saat 20:43:13-də ***-***-**-** saylı mobil nömrədən 055 ***-**-** saylı mobil nömrəyə zəng edilib və zəngin müddəti 12 saniyədir. Bu zəng zamanı ***-***- **-** saylı mobil nömrə "UBBK3606A/UBBK3606 Azerneftkimyamash/"Bakı şəhəri, Sabunçu qəsəbəsi, 1/Aslanov küçəsi 5"/Sabunchu" anteninin əhatə dairəsində olub. Daha sonra həmin tarixdə saat 20:49:34-də ***-***-**-** sayli mobil nomrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilib və zəngin müddəti 31 saniyədir. Bu zəng zamanı ***-***-**-** saylı mobil nömrə "UBBK3606A/UBBK3606 Azerneftkimyamash/Bakı şəhəri, Sabunçu qəsəbəsi, İ/Aslanov küçəsi 5"/Sabunchu" anteninin əhatə dairəsində olub. Daha sonra həmin tarixdə saat 20:54:56-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilib və zəngin müddəti 66 saniyədir. Bu zəng zamanı ***-***-**-** saylı mobil nömrə "UBBK3606A/UBBK3606 Azerneftkimyamash/"Bakı şəhəri, Sabunçu qəsəbəsi, V/Aslanov küçəsi 5"/Sabunchu" anteninin əhatə dairəsində olub. İşdə olan 08 dekabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə X18 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Göyçəli Şirxan 03 aprel 2020-ci il tarixində saat 20 radələrində Xəzərin ona zəng edib yaşadığı küçəyə çağırdığını, Xəzərin özündə narkotik vasitə heroin və şüşə kimi tanıdığı metamfetamin oduğunu deməsini, həmin maddələri ona verməsini təklif etməsini, Xəzərin narkotik maddələrin pulunu dərhal istəmədiyini, pul məsələsini daha sonra öz aralarında həll edəcəklərini qeyd etdiyini, Xəzərdən həmin narkotik vasitələri götürüb yaşadığı evə daxil olmasını Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs X9 ifadəsini təsdiq etməmiş, sonuncuya heç vaxt narkotik vasitə satmadığını, əksinə X8 dəfələrlə narkotik vasitə aldığını bildirmişdir (cild 2, iş vərəqi 25- 27). İşə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 1(101)-437/2021 saylı qanuni qüvvəyə minmiş hökmündən görünür ki, X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, iş üzrə maddi sübut, ekspert tədqiqatından sonra qalıq qalmış 5,378 qram çəkidə heroin, 3,184 qram çəkidə psixotrop maddə metamfetaminin məhv edilməsi, 91,76 ( doxsan bir manat yetmiş altı qəpik) ekspert xərcinin X11 tutulması qərara alınmışdır. Həmin hökmlə müəyyən edilmişdir ki, X6 məqsədilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, o, 03 aprel 2020-ci il tarixində təxminən saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsində tanışı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda, xalis çəkisi 5,428 (beş tam mində dörd yüz iyirmi səkkiz) qram olan narkotik vasitə heroini və külli miqdarda, təmiz çəkisi 3,234 (üç tam mində iki yüz otuz dörd) qram olan psixotrop maddə metamfetamini əldə edib özündə saxlamış və daşımış, İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25.01.2021-ci il tarixli, 195 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 200-201). Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mətəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs oğluna bəraət verilməlidir. Məhkəmə kollegiyası müvafiq əsaslandırmaya başlamadan öncə qeyd edir ki, X13 təqsirləndirilməsinə dair cinayət işindən çıxarışlar və Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair hazırki cinayət işinin materialları müqayisəli şəkildə təhlil ediləcəkdir. Belə ki, cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə bütün izahat və ifadələrində özünü təqsir bilməyərək göstərmişdir ki, əvvəllər narkotik vasitə itifadə etmiş olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, o cümlədən X16 narkotik vasitə satmamış, habelə cinayət işi üzrə onun üzərindən narkotik vasitə aşkar olunmamışdır. İşin mübahisəsiz hallarından biri odur ki, Təqsirləndirilən şəxs üzərindən və ya yaşadığı evdən və yaxud ona aid olan hər hansı digər yerdən ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmiş, ona münasibətdə cinayət işi üzrə maddi sübut olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham yalnız X3 əsasən verilmiş, ittihamın məzmunu sonuncunun ifadələri əsasında qurulmuşdur. Belə olan halda, X14 ifadələri əks olunmuş bütün prosessual sənədlər diqqətlə öyrənilməli, onların doğruluğu və işin faktiki hallarına uyğunluğu qiymətləndirilməli, aradan qaldırılması mümkün olmayan şübhələr və ziddiyyətli məqamlar isə təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Belə ki, X14 üzərində şəxsi axtarış keçirilməsi barədə 04.04.2020-ci tarixli protokolda, eyni tarixli izahatında və şübhəli şəxs qismində dindirilməsi protokolunda o, narkotik vasitəni və psixotrpop maddəni Telman adlı şəxsdən aldığını göstərmişdir. Bundan başqa, X19 05 aprel 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirilməsi protokolunda da narkotik vasitəni və psixotrpop maddəni Telman adlı şəxsdən aldığını göstərmiş və hətta Telman adlı şəxsin mobil nömrələrini (***-***-**-** və ***-***-**- **) istintaq orqanına təqdim etmişdir. X7 narkotik vasitəni və psixotrop maddəni Telman adlı şəxsdən aldığını təkildə bildirdiyi halda, nədənsə istintaq orqanı onun təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında 05 aprel 2020-ci il tarixli qərarında narkotik vasitəni və psixotrop maddəni istintaqa məlum olmayan mənbədən əldə etdiyini göstərilmişdir. İstintaq orqanı tərəfindən 06 aprel 2020-ci il tarixdə X14 narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi Telman adlı şəxsin şəxsin şəxsiyyətini və olduğu yerin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tapşırığı verilmişdir. İstintaq orqanı tərəfindən analoji əməliyyat tapşırığı (bu dəfə Telman adlı şəxsin mobil telefon nömrələri də göstərilməklə) 25 iyun 2020-ci il tarixdə təkrarən verilmişdir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 20 iyul 2020-ci il tarixli məktubundan görünür ki, yuxarıda qeyd edilən əməliyyat tapşırığını icrası ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Telman adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 259.1-ci maddəsinə əsasən telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki, vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi, bir qayda olaraq, məhkəmənin qərarı əsasında həyata keçirilir. Şübhəli və ya təqsirləndirilən şəxsin digər şəxslərə ötürdükləri məlumatlarda (yaxud təqsirləndirilən və ya şübhəli şəxsə ötürülən məlumatlarda) cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan məlumatların olmasını güman etməyə kifayət qədər əsaslar olduqda müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı üzrə, məhkəmə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatın və ya başqa məlumatın ələ keçirilməsi haqqında qərar çıxarır. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi bu Məcəllənin 177.2-177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə həyata keçirilir. Lakin istintaq orqanı nəzərə almamışdır ki, mobil telefon nömrələri (***-***-**-** və ***-***-**-**) ilə məlumatların əməliyyat tapşırığı verilməsi yolu ilə əldə edilməsi cəhdi nəticəsiz ola bilər və bununla bağlı müvafiq mobil operatorlara sorğu verilməsi barədə məhkəmə qərarının alınması üçün vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi prokurora müraciət etməmişdir. İstintaq orqanın bu cür prosessual fəaliyyəti (hərəkətsizliyi) məhkəmə kollegiyasında kifayət əsaslı şübhələr yaratmışdır ki, həmin şübhələri başqa sübutlar əsasında və ya ağlabatan mühakimə əsasında aradan qaldırmaq mümkün olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı keçid mərhələsi isə 22 iyul 2020-ci il tarixdə baş vermişdir. Belə ki, 22 iyul 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən X19 bu dəfə narkotik vasitəni və psixotrop maddəni Xəzər adlı tanışından aldığını və sonuncunun ***-***-**-** saylı mobil nömrəsini təqdim etmişdir. Lakin istintaq orqanı X14 ziddiyyətli ifadələr, yəni əvvəlki izahat və ifadələrində narkotik vasitələri və psixotrop maddələri Telman adlı şəxsdən əldə etdiyini bildirdiyi halda, birdən-birə nə üçün Xəzər adlı şəxsdən əldə etməsini göstərməsi barədə 22 iyul 2020-ci il tarixdə ümumiyyətlə suallar verilməmişdir. Həmin məzmunlu sual X17 19 sentyabr 2020-ci il tarixdə verilmişdir. Belə ki, 19 sentyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən X19 həmin ziddiyyəti belə izah etmişdir ki, polis şöbəsində ona Telman adlı şəxsin adını yazmağı təklif edilmiş, o, da buna etiraz etməmişdir. Xəzərin adını qeyd etməməsinin səbəbi aralarında münasibətləri özünün həll etmək istəyi olmuşdur. Telmanın isə ümumiyyətlə bu işlə əlaqəsi yoxdur. Telmanı Xəzər vasitəsilə narkotik aludəçisi kimi tanımışdır. Bundan başqa, Şirxan Göyçəlinin 28 dekabr 2020-ci il tarixli şahidin əlavə dindirmə protokolunda müstəntiqin “Mirsalehli Xəzərin narkotik maddələrin satışı ilə məşğul olması və bu maddələri kimə, hansı qiymətə hansı formada satması barədə nə deyə bilərsiniz? sualına Şirxan Göyçəli “Xəzərin konkret kimlərə narkotik vasitə satdığını bilmirəm. Amma bilirdim ki, Xəzər narkotik maddələr satır. Xəzər narkotik maddələri öz yaşadığı evin yaxınlığında yerləşən “köhnə hamam” deyilən yerin qarşısında satır. Əvvəldən razılaşmaya əsasən, narkotik maddələri və çəkisini hazırlayır və həmin yerdə görüşərək verirdi. Xəzər narkotik vasitə kakosun 1 qramını 50-60 manata, psixotrop maddə “şüşə”nin 1 qramını isə 70-80 manata satırdı” deyə cavab vermişdir. (cild 2, i.v 97-99). Şirxan Göyçəlinin üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni satış məqsədilə saxladığı halda, qeyd olunan çəkilərdə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs almışdırsa, onda həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetaminin ondan aldığı qiymətdən baha satmalı idi ki, qazanc və fayda əldə etsin. Şirxan Göyçəli isə ifadəsində heronin 1 qramını 30 manata, metamfetaminin 1 qramını isə 35 manata olduğunu bildirdiyi halda, Təqsirləndirilən şəxs qramı 50-60 manata narkotik vasitə heroini və 1 qramı 70-80 manat satdığı metamfetamini alırdı?. Həmin ifadənin məzmunundan belə çıxır ki, baha qiymətə aldığı narkotik vasitəni sonradan ucuz qiymətə satmışdır. Həmçinin ittihamın təsvirində də Şirxan Göyçəlinin narkotik vasitəni və psixotrpo maddəni Təqsirləndirilən şəxs hansı qiymətə alması barədə “razılaşması” öz əksini tapmamışdır. Bundan başqa, cinayət işinə əlavə edilmiş telefon zəngi edilməsi haqqında 22 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Şahid4 tərəfindən 22 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs dindirilməsi üçün Polis İdarəsinə dəvət olunması məqsədilə onun istifadəsində olduğunu qeyd edilən ***-***-**-** saylı mobil nömərəyə zəng olunmuş, lakin həmin nömrənin təyin olunmadığı müəyyən olunmuşdur. Başqa sözlə, həmin vaxt Xəzər adlı şəxsin soyadı və ata adı artıq müstəntiqə bəlli olmuş və bu protokolda qeyd olunmuşdur. Həmin zəngdən iki gün sonra, yəni 22 sentyabr 2020-ci il tarixdə müstəntiq tərəfindən Xəzər adlı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmiş və eyni tarixli başqa bir qərarla cinayət işinin icraatı təqsirləndirilən şəxs qsimində cəlb edilməli olan şəxs müəyyən olunanadək dayandırılmışdır. Halbuki, onun şəxsiyyəti müstəntiqə artıq bəlli idi. İstintaqın bu mərhələsində isə daha maraqlı bir məqam ortaya çıxır. Müstəntiq 07 oktyabr 2020-ci il tarixli qərarla şəxsiyyəti və ünvanı bəlli olan Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə qərraı tətbiq edir. Yəni, istintaq orqanı onun yaşadığı ünvana hər hansı bildirişi və ya çağırış vərəqəsi göndərmədən onun barəsində məcburi gətirilmə tətbiq edir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən bir gün sonra həmin məcburi gətirilmə qərarına cavab verilərək Təqsirləndirilən şəxs məcburi gətirilməsinin mümkün olmadığı, keçirilən tədbirlər nəticəsində müsbət nəticə əldə olunarsə məlumat veriləcəyi qeyd edilmişdir. Müstəntiq tərəfindən qəbul edilmiş şəxsin barəsində axtraış elan edilməsi və tutulması barədə 12 oktyabr 2020-ci il tarixli qərarla isə şəxsiyyəti və ünvanı bəlli olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, tutulanadək cinayət işi üzrə icraatı dayandırılması qərara alınmışdır. Axtarışın və tutulmanın səbəbi kimi isə “Təqsirləndirilən şəxs dəfələrlə Sabunçu RPİ-nin İŞ-nə çağırılmasına baxmayaraq, o, istintaqa gəlməkdən qəsdən boyun qaçırmış və gizlənməsi göstərilmişdir. Halbuki, tərtib olunmuş prosessual sənədlərlə görə həmin vaxtadək Təqsirləndirilən şəxs istintaq orqanına çağırılması barədə onda məlumatın olması hər hansı sübutla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53-cü maddəsində cinayət təqibi üzrə icraatın dayandırılması üçün digər əsaslarla bərabər aşağıdakı əsaslar da müəyyən olunmuşdur: 53.3.2. bu Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yalnız təqsirləndirilən şəxs haqqında axtarış elan edildikdən sonra; 53.3.3. bu Məcəllənin 53.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin axtarışının elan edilməsi ilə eyni vaxtda; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 150.1-ci maddəsinə əsasən cinayət işi üzrə toplanmış sübutlar şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsini ehtimal etməyə əsas verdikdə və bu şəxs başqa ərazidə yaşadıqda, yaxud onun olduğu yer məlum olmadıqda, müstəntiq və ya prokuror həmin şəxsin tutulması barədə qərar çıxara bilər. Cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsə ittiham elan etmək üçün onun tutulması haqqında qərar çıxarıldıqda, müstəntiq və ya prokuror eyni vaxtda həmçinin həmin şəxsin axtarışını elan edir. Belə olan halda, təqsirləndirilən şəxs statusunda olmayan bir şəxsin barəsində yuxarıda qeyd edilən qaydada axtarışın elan edilməsi və tutulmanın tətbiqi yolverilməz olmuşdur. Bundan başqa, cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus olduğu iddia edilən ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri ilə bağlı da kifayət qədər qeyri-müəyyənlik və uyğunsuzluq olmuşdur. Əvvəla, Təqsirləndirilən şəxs təkidlə bildirir ki, həmin mobil nömrələrdən yalnız ***- ***-**-** və ***-***-**-** saylı nömrələr onun istifadəsində olmuş, digər nömrələr isə ona məxsus olmamış və ya istifadəsində olmamışdır. Bundan başqa, mobil operatorlardan əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs aid edilən həmin mobil nömrələr, yəni ***-***-**-** saylı mobil nömrə X23 və ***-***-**-** saylı nömrə X30 adlı şəxslərin adına qeydiyyatdan keçmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istinad edilən, Təqsirləndirilən şəxs isə qəbul etmədyi beş telefon nömrələrinin 03-04 aprel 2020-ci il tarixlərdə yerləşdiyi anten dairəsi məlumatlarından görünür ki, həqiqətən də həmin nömrələr eyni zamanda ayrı-ayrı yerlərdə, üstəlik aktiv olmuşlar. Eyni şəxsin eyni zamanda beş nömrəni müxtəlif yerdə işlətməsi mümkünsüzdür. Belə ki, mobil operatorların təqdim etdiyi anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi 03 aprel 2020-ci il saat 14:42dən axşam saat 22:41-dək ünvan 18 ünvanında olmuşdur. Təqsirləndirilən şəxs istinad edilən ***-***-**-** nömrəsi isə həmin zaman kəsiyində yəni, 14:40-da və 15:15-də Maştağa qəsəbəsi, A və B həyəti ünvanı, ünvan 19ayon , Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küç., döngə 2, ev 16 ünvanında olmuşdur. Təqsirləndirilən şəxs istinad edilən ***- ***-**-** telefon nömrəsinin istifadəçisi isə həmin tarix, saat 16:59-da Sabunçu rayonu, Nigar Şadlıq sarayının yaxınlığında olmuşdur. Ən maraqlısı isə ittihamda Şirxan Göyçəlinin tutulduğu gün guya Təqsirləndirilən şəxs ona zəng etdiyi nömrə olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinin müqayisəli təhlil etdikdə görürük ki, sonuncu nömrə 03 aprel tarixindən əvvəl və sonra əsasən ünvan 18 ünvanında olsa da, ***-***-**-** nömrəsi 04 aprel 2020-ci il tarix saat 13:59-dan 05 aprel 2020-ci il axşam saat 9-a qədər yalnız 3 ünvanda Badamdar qəsəbəsi, 1-ci massiv ev 43 ünvanı, Qaradağ, Xocəsən yolu və Bakı şəhər Baş Yol Polisi İdarəsi yaxınlığında olmuş, yalnız 05 aprel 2020-ci il axşam saat 9dan sonra Sabunçu rayonu ərazisində olmuşdur. Halbuki, qeyd edilən zaman kəsiyində Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsi yalnız Bakı şəhəri Sabunçu ərazisində olmuşdur. Sonuncu nömrənin Təqsirləndirilən şəxs aid edilməsi cəhdləri məhz həmin nömrənin istifadəçisinin 03 aprel 2020-ci il tarix, saat 18:53 radələrində ünvan 18 ünvanında olması olmuşdur. Həmin nömrənin istifadəçisinin ittihamda qeyd olunan vaxtda və yerdə olması istisna deyildir. Lakin, istintaq orqanı yalnız ittihamda qeyd olunan saat 19 radələrində müvafiq ünvanda olmağın ittihamı təsdiq edəcək heç bir sübuti əhəmiyyəti olmadığını bilməli olduğu halda bilməmişdir. Çünki, anten məlumatları iş materiallarında təkcə 03 aprel tarixini deyil, ondan çox əvvəlki və sonrakı tarixləri də əhatə edir. Belə olan təqdirdə, Təqsirləndirilən şəxs aşkar şəkildə istifadəsində olduğu görsənən ***-***-**-** nömrəsi ilə həmin nömrələrin anten məlumatlarının üst-üstə düşməməsi bu beş nömrənin ayrı-ayrı şəxslər tərəfindən istfadə edilməsini sübut edir. İstintaq orqanının təqdim etidiyi sübutlardan biri də Şahid3 ifadəsi olmuşdur. Belə ki, şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “...bununla yanaşı, Xəzərin narkotik maddələrin satışı ilə məşğul olduğunu başa düşmüşdür. Çünki Xəzəri taksi ilə ünvanlara apararkən yol boyu Xəzərin mobil telefon danışıqlarından danışdığı şəxsin Xəzərdən narkotik maddə istədiyini başa düşmüşdür”. Əvvəla Şahid3 həmin ifadəsində Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını dəqiq bildiyini söyləməmişdir. Açıq-aydın görünür ki, onun həmin ifadəsi ehtimallar üzərində qurulmuşdur. Bu məzmunlu ifadənin ittihamın əsasına qoyulması prosessual qanunverciliyin tələblərinə və ədalət mühakiməsinin məqsədlərinə uyğun olmamışdır. Digər tərəfdən, Şahid3 birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ibtidai istintaqdakı ifadəsini tam təsdiq etməmiş və göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasından şübhələnmiş, amma bu işlə məşğul olduğunu görməmiş və eşitməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə 10 aprel 2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların ziddiyyətli olduğunu, onun üzərindən və ya yaşadığı evdən narkotik vasitə və psixotrop maddə aşkar olunmadığını, yeganə sübut kimi təqdim olunan şahid Şirxan Göyçəlinin ifadəsinin kəskin ziddiyyətli olduğunu, Təqsirləndirilən şəxs barəsində axtarışın prosessual qanunverciliyin tələblərinə uyğun aparılmadığını, şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs oğlunun cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs oğlunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi təqsirli bilərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Xüsusi olaraq qeyd edilmişdir ki, hazırkı cinayət işinə baxan birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının səhvlərini təkrarlayaraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutları Təqsirləndirilən şəxs oğluna qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirmişdir. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Karpenko Rusiya Federasiyasına qarşı”, “Vidal Belçikaya qarşı” və “Edvards İngiltərəyə qarşı” şikayətlərlə bağlı qərarlarında xüsusi qeyd etmişdir ki, milli məhkəmələrin üzərinə düşən əsas vəzifələrdən biri şahidlərin verdikləri ifadələrin doğrulugunu və mötəbərliyini düzgün yoxlamaq, sübutların işin hallarına uyğun olub-olmaması və həmin sübutların mümkünlüyünü qiymətləndirmək, habelə ziddiyyət təşkil edən sübutları sübutlar siyahısından xaric etməkdir. Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Radçikov Rusiya Federasiyasına qarşı” qərarında istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünün yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanat mahiyyət etibarı ilə – məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən sui-istifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə – məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (“Bratyakin Rusiya Federasiyasına qarşı” şikayətlə bağlı qərar). Əks təqdirdə istintaq orqanları tərəfindən ibtidai istintaqın lazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamamilə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə onların kiçik və əhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan sui-istifadə imkanının təhlükəli olması hazırkı şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduğu halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müdafiə vasitəsinə müraciət etmişdir. Bu işlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlə, istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı riskləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. Beləliklə, bu işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, şikayətçinin işi üzrə bəraət hökmünün ləğv edilməsi məhkəmə səhvinin və ya ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yol verilən səhvin aradan qaldırılması məqsədini daşımamış, sadəcə, təkrar məhkəmə araşdırması və işin yenidən baxılması məqsədi üçün istifadə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 401-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda, habelə birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 402-ci maddəsinə görə, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edildikdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi məhkəmənin həmin hökmünün ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2022ci il tarixli hökmü ləğv edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs oğluna bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs, yəni X13 narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbə (şəxs) müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 21, 42, 55, 344-350, 352, 353, 356-358, 397-402 və 407ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 1(101)-102/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs oğluna izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə X13 narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbə ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Cavid Hüseyn Rəşad Abdulov
Məhkəmə qərarları › İş №1(103)-720/2022
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-720/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver