Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-730/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Əhmədovun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Tural Mirbahəddin oğlu Hüseynlinin katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru X4, Məhkumlar Təqsirləndirilən şəxs1, Müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, X9 Hüseynovun, Müdafiəçisi Abşeron Rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 1994-cü ildə Masallı rayonu, Göyəçöl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Göyəçöl kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə və xx xxxxxxx 1995-ci ildə Masallı rayonu, Musaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair 30 yanvar 2024-cü il tarixli, 1(101)-356/2024 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs1 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 1(101)-356/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2023-ci tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2023-ci tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınmaları, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza xərci təşkil edən 65(altmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilməsi, iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli “Samsung A 10” markalı və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd “İphone 6S” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılması, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3104,95 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınması hökm edilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ittiham verilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Həsən” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək, istintaqla müəyyən olunmayan qaydada ünvan 3 ünvanda “Əfsanə” restoranının yaxınlığında olan zibil qutularının yanına yerləşdirdiyi bir bükümdə təmiz çəkisi 3105,0 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini “Həsən” adlı həmin şəxsin +**********21 GSM nömrədən internet informasiya ehtiyatlarından istifadə etməklə informasiya-telekomunikasiya şəbəkəsi hesab edilən “Watsapp” sosial şəbəkəsi vasitəsilə onun istifadəsində olan “Samsung” markalı mobil telefona quraşdırhmış ***-***-**-** və qrupun digər üzvü Təqsirləndirilən şəxs2 istifadəsində olan “İphone” markalı mobil telefona quraşdırılmış ***- ***-**-** GSM nömrəyə göndərdiyi məkan paylaşımlarından istifadə edərək, 12 yanvar 2023-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2la birlikdə həmin yerdən götürüb əldə etməklə sonradan həmin narkotik vasitənin satışdan əldə olunacaq gəliri öz aralarında böləcəkləri şərti ilə əlində saxlamaqla daşımış, həmin tarixdə saat 02:25 dəqiqədə Yasamal RPİ-nin NMB-nin və Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs2la birlikdə piyada hərəkət edən zaman saxlanılaraq, ünvan 4 ünvanda yerləşən Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən, əlində saxladığı üzəri qara rəngli yapışqan lent-skoçla bağlanmış bağlamada internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlamaqla daşıdıqları bir bükümdə təmiz çəkisi 3105,0 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ona görə ki, o təqsirləndirilir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan "Həsən” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada ünvan 3 ünvanda “Əfsanə” restoranının yaxınlığında olan zibil qutularının yanına yerləşdirdiyi bir bükümdə təmiz çəkisi 3105,0 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini “Həsən” adlı həmin şəxsin +**********21 GSM nömrədən internet informasiya ehtiyatlarından istifadə etməklə informasiya-telekomunikasiya şəbəkəsi hesab edilən “Watsapp” sosial şəbəkəsi vasitəsilə onun istifadəsində olan “İphone” markalı mobil telefona quraşdırlımış ***-***-**-** GSM nömrəyə və qrupun digər üzvü Təqsirləndirilən şəxs1 istifadəsində olan “Samsung” markalı mobil telefona quraşdırlımış 055-678- 27-88 GSM nömrəyə göndərdiyi məkan paylaşımlarından istifadə edərək 12 yanvar 2023- cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1la birlikdə həmin yerdən götürüb əldə etməklə sonradan həmin narkotik vasitənin satışdan əldə olunacaq gəliri öz aralarında böləcəkləri şərti ilə Təqsirləndirilən şəxs1 əlində saxlamaqla daşımış, həmin tarixdə saat 02:25 dəqiqədə Yasamal RPİ-nin NMB-nin və Yasamal RPİnin 27-ci PB-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs1la birlikdə piyada hərəkət edən zaman saxlanılaraq, ünvan 4 ünvanda yerləşən Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən, əlində saxladığı üzəri qara rəngli yapışqan lent-skoçla bağlanmış bağlamada internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlamaqla daşıdıqları bir bükümdə təmiz çəkisi 3105,0 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külü miqdarda heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-356/2024 saylı, 30 yanvar 2024-cü il tarixli hökmünün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş etmişdr. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-356/2024 saylı, 30 yanvar 2024-cü il tarixli hökmünün ləğv edilməsini və onun əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdr. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi3 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə, apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin olmadığını, məhkumluğunun olmadığını, himayəsində azyaşlı övladının olduğunu, ağır ailə vəziyyətini, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və təyin edilmiş cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 356/2024 saylı, 30 yanvar 2024-cü il tarixli hökmünün əsassız və qanunsuz olduğundan ləğv edilərək Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi barədə ədalətli və humanist qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi4 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə, apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, Təqsirləndirilən şəxs1 özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, məhkumluğunun olmadığını, ağır ailə vəziyyətini, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və təyin edilmiş cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-356/2024 saylı, 30 yanvar 2024-cü il tarixli hökmünün əsassız və qanunsuz olduğundan ləğv edilərək Təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə yüngül cəza təyin edilməsi, eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması barədə ədalətli və humanist qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyərək bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərini törətmələri özlərinin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir, ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs1 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin əsassız olduğundan təmin edilməməsi və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-356/2024 saylı, 30 yanvar 2024-cü il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb tərəflərin hər birinin ayrı-ayrılqda çıxışlarını dinləyərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs1 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-356/2024 saylı 30 yanvar 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 2023-cü il yanvar ayının 11-i imiş, Rəhmana Həsən adlı iranlı şəxslə danışmasını demişdir. Birinci heroin, sonra da 30 qram marixuana istəmişlər. 4 qram heroin istəmişlər. O da razılaşmışdır. Onlar da pulunu axşam saat 8-9 radələrində karta atmışlar. Təzədən axşam saat 11-12 radələri 40 manat Rəhman, 200 manat da o cəmi 240 manat M10 tətbiqi vasitəsilə yollamışlar. Vatsapda mesajları da qalırmış. Saat 01 radələrində onlara konum atmışdır. Ora getmişlər, 27-ci polis bölməsinin əməkdaşları onları saxlayıb bölməyə aparmışlar. Orada onlara işgəncə edib etiraf etmələrini istəmişlər. Əgər razılaşmasalar evlərindən narkotik çıxaracaqlarını demişlər. Orada demişdir ki, Rəhmanı aparsınlar, çünki onun ailəsi var. Onunla razılaşmışlar. Gedəndə görmüşdür ki, Rəhman da müvəqqəti saxlama yerindədir. Həsən İran vətəndaşı olmuşdur. Onu Rəhman tanıyırmış. Həsənlə vatsapla danışmışlar. 50 qramdan aşağı satmadığını demişdir. 1-2 dəfə danışmışlar. Heroini 4 qram olmaqla şəxsi istifadə üçün almışlar. Leobank və Azərtürk bankla pulu köçürmüşlər. Telefonda da hamısı durur. Müstəntiqə də hamısını təqdim etmişlər. Onlara etiraf etmələrini demişlər. 4 qram heroini özü üçün almışdır. Rəhman həmin 4 qramdan istifadə etmirmiş. İkinci dəfəki 30 qramı götürüb, Hind klinikası tərəfə getmişlər. Polis əməkdaşlarının qaça-qaça gəldiyini görüb narkotiki səkiyə atmışlar. Həsən adlı şəxs ikisini birgə atmalı imiş, eyni gündə həm heroin, həm marixuana qəbul edirmiş. 4 qram heroin ona 4-5 gün bəs edirmiş. İşlədiyi üçün narkotiki tez gedib götürmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, , Yeni Yasamalda maşın ustası işləyir. 2018-2019-cu ildən ancaq marixuana çəkir. 2023-cü il yanvar ayının 11-i imiş. Həsən adlı iranlı şəxslə danışmışlar. Həmin şəxsi nömrəsini məhlədən bir nəfər tanış uşaq vermişdir. İstifadə etmək üçün birinci heroin, sonra da 30 qram marixuana istəmişlər. Marixuananı gecə verəcəyini, 30 qramdan da az verməyəciyini demiş, ancaq heroin verə biləcəyini bildirmişdir. Onlar isə heroin yox metadon varsa verməsini istəmişlər. O isə metadon olmadığını demişdir. Daha sonra 4 qram heroin istəmişlər. O da razılaşmışdır. Onlar da pulunu, axşam saat 8-9 radələri karta atmışlar. Təzədən axşam saat 12 radələrində 200 manat Elnur, 40 manat da o, cəmi 240 manat telefonla M10 tətbiqi vasitəsilə yollamışlar. Başqa pul köçürməmişlər. Onlar tərəfindən heç vaxt 1100 manat pul köçürülməyib. Bunla bağlı heç nə bilmirəm Saat 1 radələrində onlara şəkil atmışdır ki, Əfsanə kafesinin yanındakı zibil yeşinin arxasında narkotik vasitə var, oraya getdikdə 30 qram marixuana görmüşlər. Onlar getdiyi ərazidə, yəni Hind klinikası tərəfdə kameralar var imiş. Əməliyyaçılar onları güdürmüş. Qabaqlarını kəsəndə Elnur əlindəki marixuananı tullamışlar. Əməliyyatçılardan kimsə marixuananı oradan götürmüşdür. Onları döyüb qalan 3 kq-ın harada olduğunu soruşmuşlar. Onlar 3 kq olmadığını bildirdikdə, 3 kq-ın onlara aid olduğunu demişlər. Ancaq onlar 30 qram marixuana olduğunu etiraf etmişlər. Onları məcbur edib 3 kq-ı etiraf etmələrini istəmişlər. Qabaqlarına qoyduqları marixuana yox heroin olmuşdur. Onlar isə heroin yox marixuana aldıqlarını bildirmişlər. Boyunlarına almadıqları üçün Elnuru da onu da döymüşlər. Əvvəl onu döyüb, hədə qorxu gələrək 18 il iş veriləcəyi, evinizdə yoxlanış ediləcəyi və çəkiliş aparılacağı ilə hədələmişlər. Onlara biri etiraf etdiyi təqdirdə digərini buraxacaqlarını bildirmişlər. Elnur 3 kq olanı boynuna alıb onun uşağı olduğunu bildirərərk buraxmaqlarını istəmişdir. Onlara demişdir ki, bu cür ifadə ver. Amma şöbədə onları aldadıb, başqa ifadəyə yalandan imza attırmışlar. Şəxsi telefonunda ancaq marixuana ilə bağlı və 4 qram heroinlə bağlı söhbətlər, şəkillər olmuşdur. Heroini Elnur istifadə edirmiş. Marixuananın 1 qramı 8 manat olmuş, 30 qramı üçün 240 manat ödəmişlər. Ayın 11-12-i günü Əfsanə kafesinin arxasından götürmüşlər. Ora həmin vaxt sırf mariuxana üçün gedirmişlər. Pulu isə saat 12 radələrində yollamışlar. Həmin şəxs əvvəl də marixuana satmışdır. Təxminən 4 ay əvvəl 300 qram, yenə qramı 8 manatdan. Onları Həsən adlı şəxslə Mirələm adlı adam tanış etmişdir. Ancaq öz istifadələri üçün almışlar. Metamfetamini də pay kimi almışlar. Həm heroin, həm metafetamin, həm də marixuana çəkirmişlər. İlk dəfə heroin üçün getmişlər. Onu götürüb qayıtmışlar. Sonradan isə 30 qram marixuana üçün getmişlər, içindən də marixuana çıxmışdır. Heroinin bir qismini Elnur çəkmişdir. Qalanını da saxlamışdır. 2 dəfə həmin yerə getmişlər. Axşam saat 19:00-20:00 radələrində pulu vurmuşlar. Gedib 4 qram heroin almışlar. 20 qram marixuananın isə axşam alınacağını demişdir. M10 vasitəsilə 240 manat yollamışlar. Saat 1-ə qalmış Həsəndən konum gəlmiş və onlara malı götürmələrini demişdir. 4 qram heroini Elnura görə götürmüşdür. 30 qramın 5 qramı onun 25 qramı Elnurun olmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal Rayon Polis İdarəsinin 27-cı Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışır. Yanvar ayında narkotik vasitələrinin istifadəsi, dövriyyəsi ilə bağlı məlumat daxil olmuşdur. Rəhbərliyə məruzə edilmiş, əməliyyat qrupu yaradılmışdır. Şəxsi müəyyən etməyə getmişlər. Onlar üzüyuxarı çıxırmış, təqsirləndirilən şəxslər isə üzü aşağı düşürmüş. Tarixi tam xatırlamır, Yasamal rayonu ərazisi olmuşdur. Saat təxmini 12:00-13:00 radələri imiş Təqsirləndirilən şəxsləri müəyyən edib, idarəyə aparmışlar. Onlara qarşı heç bir zor və ya müqavimət göstərilməmişdir. Şəxsi “Əfsanə” restoranının yanında saxlamışlar. Onlarla olan məsafə təxminən 50 metr olarmış. Digər polis əməkdaşları olan Hüseyn və Etibar da yolun kənarında güdürmüş. O yaxınlaşdıqda şəxsi artıq saxlamışdılar. Onlar bir maşınla getmişlər. Təqsirləndirilən şəxslər maşında arxada oturmuşlar. Onlara hansı səbəblə saxlanıldıqlarını demişlər, özləri də etiraf etmişdir. Baxışda o, vəkil, təhqiqatçı da iştirak etmişdir. Birinin üzərindən narkotik vasitə aşkar olunmuşdur. Aşkar olunanla bağlı şəxsi istifadəsi üçün olduğunu demişdir. Başqaları barədə məlumat verməmişdir. İlk dəfə həmin əməliyyat tədbiri zamanı təqsirləndirilən şəxsləri görürmüş. Məlumat bir nəfər barəsində olmuşdur. Onları saxlayanlarla eyni tədbirdə olmuşlar. Kankret hansında narkotik olduğunu xatırlamır. Tədbirdə 3 nəfər polis əməkdaşı olmuşlar. Onlara təzyiq olmamışdır. Saxlanılan yerlə idarə arasında 15 dəqiqəlik məsafə olmuşdur. Təqsirləndirilən şəxslərdə narkotik büküm bağlamada tapılmışdır. Narkotik videçəkiliş aparılan zaman aşkar olunmuşdur. Bükümdən nə çıxdığını tam xatırlamır. Fərqli narkotik vasitələr olmuşdur. Onlarda əməliyyat məlumatı narkotik vasitələrdən istifadə və dövriyyəsi ilə bağlı olmuşdur. Əməliyyat məlumatının hansı adamla bağlı olduğunu dəqiq xatırlamır. Təqsirləndirilən şəxslər saxlanılan zaman çəkiliş olmamışdır. İstintaqdakı ifadəsini təsdiq edir. Birinci instansiya məhkəməsi iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olmaları sübuta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində ittihamda göstərilən növdə və miqdarda narkotik vasitə olmaması, özlərini narkotik vasitənin satışında təqsirli bilməməsinə dair və eyni zamanda polis əməkdaşları tərfindən təzyiqlərə məruz qalmalarına dair verdikləri ifadə ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə tənqidi yanaşaraq, inandırıcı saymır və onların ifadələrini özlərini müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra o, əlində saxladığı bir ədəd qara rəngli sellofanda üzəri skoçla bağlanmış bağlamada kokos deyilən narkotik maddə olan heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən hər hansı bir qanunla qadağa olunmuş əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi bağlamanın içərisindəki maddənin nə olduğu soruşulduqda o, təqdim etdiyi bağlamanın içərisində kokos deyilən narkotik vasitə olduğunu, həmin narkotik maddəni təxminən 10 gündür İnstaqram sosial şəbəkəsində tanış olduğu və Whatsap nömrəsini əldə etdiyi Həsən adlı İran vətəndaşı olan şəxsdən 1100 (min yüz) manat nağd olaraq sonuncunun kart hesabına Emanat ödəmə terminalı vasitəsi ilə 12 yanvar 2023-cü il tarixdə ödəyərək Whatsap vasitəsi ilə göndərmiş olduğu məkandan, yəni ünvan 9akı tullantı qutularının yanından təxminən 3 kq 500 qram narkotik vasitə olan heroini həmin yerdən götürmüşdür. Belə ki, sosial şəbəkə vasitəsilə tanış olduğu üzdən tanımadığı Həsən adlı iranlı ona narkotik maddəni hara qoyacağını internet vasitəsilə bildirmiş və o sonuncunun qeyd etdiyi ünvanda narkotik maddəni şəxsi istifadəsi və yaxın tanışlarına hədiyyə verəcəyi üçün götürmüşdür. 12 yanvar 2023-cü il tarixdə saat 02 radələrində ünvan 7 ünvanının qarşısında olarkən mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılmış və 27-ci PB-nə gətirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində iş üçün əhəmiyyət kəsb edən 1 ədəd qara rəngli “Samsung A 10” markalı mobil telefon götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 bildirmişdir ki, uşaqlıq dostu olan 20 ildir ki, tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə 12 yanvar 2023-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs1 əvvəlcədən danışıb razılaşdığı İran vətəndaşı Həsən adlı şəxsin ona göndərdiyi içərisində narkotik vasitə olan bağlama şəklində heroini götürməyə birlikdə getməyini xahiş etmiş və onun xahişi ilə qeyd olunan ünvana, yəni ünvan 8ındakı tullantı qutularının yanına yaxınlaşdıqlarını və bundan sonra Təqsirləndirilən şəxs1 həmin tullantı qutularının yanına gedərək qara rəngli sellofana üzəri skoçla bağlanmış bağlamanı götürüb birlikdə geriyə qayıdarkən Yasamal rayonu. Ə.Haqverdiyev küçəsi 1 ünvanının qarşısında saat 02 radələrində mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılıb 27-ci PB-nə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş və sonuncunun üzərindən qanunla qadağa olunmuş hər hansı bir əşya və predmet aşkar olunmadı. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/194 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər № 168” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs1" sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada olan bir ədəd bağlamada təmiz çəkisi 3105,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narktoik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Sİyahı-l) daxildir. Qeyd: heroinin təmiz çəkisi-3105,0 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-3104,95 qram. Ekspertiza tədqiqatının dəyəri 65(altmış beş) manat Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan diskə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Rəhman oğlunun üzərinə şəxsi axtarış və götürmə əks etdirən videogörüntünün olduğu diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əlində saxladığı bir ədəd qara rəngli selofanda üzəri skoçla bağlanmış bağlamada “kokos” deyilən narkotik maddə olan heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş, üzərindən hər hansı bir qanunla qadağa olunmuş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bağlamanın içərisindəki maddənin nədən ibarət olduğu soruşulmuş, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun təqdim etdiyi bağlamanın içərisində olan maddə “kokos” deyilən narkotik vasitədir, həmin narkotik maddəni təxminən 10 gündür ki, “İnstaqram” sosial şəbəkəsində tanış olduğu və “Vhatsap” nömrəsini əldə etdiyi “Həsən" adlı İİR-nın vətəndaşı olan şəxsdən 1100 (min yüz) manat nağd olaraq sonuncunun kart hesabına "Emanat" ödəmə terminalı vasitəsi ilə 12.01,2023-cü il tarixdə saat 01:25 dəqiqədə ödəyərək Həsən adlı İİR-nın vətəndaşı "Whatsap" vasitəsi ilə göndərmiş olduğu məkandan yəni Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 1 ünvanında yerləşən “Əfsanə" kafesinin arxasındakı tullantı qutularının yanından təxminən 3 kq 500 qram narkotik vasitə olan heroini həmin yerdən götürmüşdür. Belə ki, sosial şəbəkə vasitəsilə tanış olduğu üzdən tanımadığı “Həsən” adlı İİR-nın vətəndaşı ona narkotik maddəni hara qoyacağını internet vasitəsilə bildirmiş və sonuncunun qeyd etdiyi ünvanda narkotik maddəni şəxsi istifadəsi və yaxın tanışlarına hədiyyə verəcəyi üçün götürmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində iş üçün əhəmiyyət kəsb edən 1 ədəd qara rəngli “Samsung A 10” markalı mobil telefon götürülməklə üzərindən hər hansı bir əşya və predmet aşkar edilmədiyi baxış zamanı müşahidə olunur. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi bağlamaya baxış keçirilmiş və həmin bağlama təhqiqatçı tərəfindən açılmış və içərsində qəhvəyi rəngli maddə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs1 aşkar edilmiş bağlama qablaşdırılaraq möhürlənmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan diskə baxış keçirilməsi barədəxx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə əks etdirən videogörüntünün olduğu diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 uşaqlıq dostu olan çoxdan tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə 12 yanvar 2023-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs1 əvvəlcədən danışıb razılaşdığı İİR vətəndaşı Həsən adlı şəxsin ona göndərdiyi içərisində narkotik vasitə olan bağlama şəkilində heroini götürməyə birlikdə getməsini və Təqsirləndirilən şəxs1 xahişi ilə qeyd olunan ünvana yəni ünvan 9akı tullantı qutularının yanına yaınlaşdıqlarını, Təqsirləndirilən şəxs1 həmin tullantı qutularının yanına gedərək qara rəngli selofana üzəri skoçla bağlanmış bağlamanı götürüb birlikdə geriyə qayıdarkən Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 1 ünvanının qarşısında saat 02 radələrində mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılmış və 27-ci PB-nə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş və sonuncunun üzərindən qanunla qadağa olunmuş hər hansı bir əşya və predmet aşkar olunmadığı müşahidə olunur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində iş üçün əhəmiyyət kəsb edən 1 ədəd gara rəngli “İphone 6 S” markalı mobil telefon götürülməklə üzərindən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 5(004)-26/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “məlumat daşıyıcısı hesab edilən mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd “İphone 6S” markalı mobil telefona baxış keçirilmiş, həmin mobil telefonun Whatsap sosial mesencer bölümünə daxil olduqda müxtəlif nömrələrlə mesajlaşmaların olduğu müəyyən olunmuşdur. Xasan adı ilə qeyd olunmuş +98 919 *** **** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş şəxsdən gələn və gedən səsli və yazılı mesajlar olması, həmin şəxslə mesaj bölümünə daxil olduqda Xasan adı ilə qeyd olunmuş şəxsin İran vətəndaşı olduğu müəyyən edilmişdir. Belə ki, həmin səsli mesajlarda gözləyirəm “ elnur dursun görüm o nə qədər istəyir dərmanda lazım olacaq ” səsli mesajı, daha sonra isə “ Həsən 30 dənə ot lazım olacaq, 4 dənə nağdı torpaq olacaq, otda lazımdı, M 40 lazımdı birdə torpaq lazımdı ” , “ saydıqlarımı əlavə elə artımda olacaq Həsən, bu dəqə mən dediklərimi bağlatdırma, 30 dənə ot, 1 list M40, 4 dənə kola nağdıdı, kola artacaq birdə qardaşıva daş payı nə qədər verəcəksənsə onuda verərəsən ”, “ Həsən 1 list M40, dört dənə torpaq, dötr dənə patı”, “ Baba mən neyniyim əlbəəl verim, gündə camat 3 kilo 4 kilo mal götürüre ordan ” səsli mesajlar olması müəyyən edilmişdir. Bundan sonra həmin proqramda “ Elnur Məhlə ” adı ilə qeyd olunmuş +994 55 *** ** ** saylı mobil nömrəyə daxil olduqda səsli mesajlar olduğu müəyyən edilmişdir. Həmin səsli mesajlara daxil olduqda “ ona dedən malı yaxşı olsa deyək bidənədə 50 atsın. O Çağayevə gedəvək ” səsləri olması müəyyən edilmişdir. Bundan başqa orada şəkillər və narkotik vasitələrin qoyulduğu yerlərin işarələrlə göstərilməsi müəyyən edilmişdir. Həmin şəkillər protokola əlavə olunmuşdur. Cinayət işində olan xx.xx.2023-cü il tarixli “məlumat daşıyıcısı hesab edilən mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefona baxış keçirilmiş, həmin mobil telefonun şəkil bölümünə daxil olduqda orada tərəzi üzərində müxətli narkotik vasitə heroinin, marixuananın, psixotrop maddə olan metamfetaminin şəkilləri olması müəyyən edilmişdir. Mesaj bölümünə daxil olduqda “eşən QAQA” adlı şəxsdən “versən 3 q götürüm ” mesajın olması müəyyən edilmişdir. Bundan sonra “Whatsap ” sosial mesencer bölümünə daxil olduqda müəyyən nömrələrlə mesajlaşmaların olduğu, “həssən” adı ilə qeyd olunmuş şəxslə mesaj bölümünə daxil olduqda həmin şəxsin iran vətəndaşı olması müəyyən edilmişdir. Həmin şəxslə mesajlaşma zamanı orada narktoik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə mesajlar olması müəyyən edilmişdir. Belə ki, “götüerdüm qerdes 3 dene”, daha sonra + 994 70 *** ** ** saylı mobil nömrənin sahibinin ondan narkotik vasitə almaq istəyi müəyyən edilmişdir. Həmin nömrənin sahibi narkotik vasitə istədiyini və beş dəqə sonra traplində olduğunu bildirmiş, Təqsirləndirilən şəxs1 isə ona iranlı Həsənənin səsini ataraq “Allah xeyrini versin ılivi atacağsan malıvı götürəcəksən” , “Muxtar Cin” adı ilə qeyd olunmuş +994 55 *** ** ** saylı mobil nömrəsinə “qaqa pulu indi atmışam malı gözdüyürəm gəl zibilliyin yanına tez gəl ” , bundan sonra “Elvin asl dost” a mesaj yazaraq “diyan musiqi məktəbin qabağında çatsınlar gələm düzəldib ”, “Rəhman YSK” adı ilə qeyd olunmuş şəxsin Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir Bundan başqa “Tural Qaqaş” adlı şəxslə də narkotik alması müəyən edilmişdir. Belə ki, “elnur bir nəfər var yaşamalda ver gedim ora yoxsa gözləyim səni? 2 dənə lazımdı mənə. Gec olacaqsa səndə gedim”, “ola bilər 3 ya 4 olsun yaxşı eliyirsən” “hə qaqa uje uşaqlar yoldadılar, götürməyə gediblər”. Bundan başqa “Coni qaqaşı” adlı şəxsdən “Baxma sən özündə bir iki adama versən mayasın çıxardacaqsan aslana zada versən bəs edir” mesajları aşkar edilmişdir. Mobil telefonda olan şəkillər İphone markalı telefonla çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işində olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Hüseynov Təqsirləndirilən şəxs2 Sara Oqtay qızı ilə rəsmi nikahda olmaqla həmin nikahdan xx.xx.2021-ci il təvəllüdlü X5 adlı bir azyaşlı övladı vardır. Cinayət işində olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Musaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə şahidlər Şahid3, Şahid2 və Şahid1 aralarında üzləşdirmə istintaq hərəkəti keçrilmiş, üzləşdirmə zamanı sonuncular təqsilrəndirilən şəxslərin yalan dediklərini, məsuliyyətdən boyun qaçırmaq üçün həqiqətə uyğun olmayan ifadə verdikərini üzlərinə qarşı bildirmişlər. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X20 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 2712 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X20 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 2713 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Bakı şəhəri Yasamal rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X15 tərəfindən toplanmış 79-C-23 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təzyiqə məruz qalaraq döyülməsi faktı əsasında toplanmış materialda hər hansı şəxsin əməlində cinayət hadisəsinin əlamətləri olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Beləliklə, birinci instansiya məhkəməsi gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək hesab etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir, onlar qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, tiryəkin təmiz halda 0,5 qrama qədəri şəxsi istehlak miqdarı, 50 qram və ondan artıq miqdarı külli miqdar, metadonun təmiz halda 0,02 qrama qədəri şəxsi istehlak miqdarı, 1,6 qramdan artıq miqdarı külli miqdar hesab olunur. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanununa əsasən preqabalin preparatı həmin siyahıya daxildir və 5 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.1-1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə-üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.2. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.3.Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma-üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.234.3-1.Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə -dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.234.4. Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.2. təkrar törədildikdə;234.4.3.külli miqdarda törədildikdə; 234.4.4. kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə-beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.234.5. Narkotik vasitələri və ya psixotrop maddələri hazırlamaq üçün istifadə edilən və xüsusi nəzarət altında olan xammalın, alətlərin və ya avadanlıqların, habelə narkotik vasitələrin, psixotrop maddələri və ya onların prekursorlarını istehsalı, hazırlanması, emalı, saxlanması, buraxılması, satılması, bölüşdürülməsi, verilməsi, daşınması, göndərilməsi, əldə edilməsi, istifadə edilməsi, idxalı, ixracı, tranzit nəql edilməsi və ya məhv edilməsi qaydalarının, bu qaydalara riayət etməli olan şəxs tərəfindən pozulması-min manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Qeyd:1.Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir.2. Bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə prekursorların və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər.Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə:məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X18rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. “Penitersiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə“ Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimaitəhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.15.2.Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.15.3.Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.15.4.Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.15.5.Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 25.1-ci maddəsinə əsasən, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli, 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.145.3.İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxşı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəllsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsada onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun şəraitdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməklə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafıq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.Həmin Məcəllənin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır.Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənini 397.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olmaları şahidlərin məhkəmə iclasında, ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə kifayət qədər sübuta yetirildiyindən, haqlı olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi qənaətinə gəlinmişdir, eləcə də məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar, o cümlədən təyin olunacaq cəzanın onların islah olunmasına və həyat şəraitinə təsiri, məhkum Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını, yaşadığı ərazi üzrə müsbət xarkerizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyən edilməmiş, habelə Təqsirləndirilən şəxs1 və məhkum Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmiş, apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılması, Təqsirləndirilən şəxs1 əməlinin isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi göstərilməsinə baxmayaraq, bunun üçün hazırda apellyasiya baxışı zamanı qanunvericlikdə nəzərdə tutulan maddi və prosessual əsaslar müəyyın olunmamış, habelə birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətləri, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar kifayət qədər nəzərə alınmışdır, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz, ona görə də məhkum Təqsirləndirilən şəxs1 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 1(101)-356/2024 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l ı r: Məhkum Təqsirləndirilən şəxs1 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 1(101)- 356/2024 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən məhkum Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 40 (qırx) saat üçün cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədlik edən hakim Həsən Əhmədov X17 Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №1(103)-730/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-730/2024
15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver