Məhkəmə qərarları › İş №1(103)-732/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-732/2021

25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-732/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Zəki Baba oğlu Babayevdən ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru- X11, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs6və onun müdafiəçiləri Müdafiəçi1, X5, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi X6, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X1 iştirakları ilə 9 may 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 120.2.1, 32.3,120.2.9, 32.3,120.2.11, 178.2.2, 178.2.4, 32.3,181.3.2 və 32.3,181.3.3-cü, xx xxxx 1972-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu ödənilmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi,ünvansız fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü, xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 5 ünvanında fərdi tikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.9, 120.2.11, 177.2.3, 181.3.2, 181.3.3 və 326.1-ci maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 1(101)- 76/2021 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs6 və onun müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs3 və məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fikrət Qəribovun sədrliyi, Telman Hüseynov və Əli Məmmədovdan ibarət tərkibdə) 15 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 120.2.1, 32.3,120.2.9, 32.3,120.2.11, 178.2.2, 178.2.4, 32.3,181.3.2 və 32.3,181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 20 aprel 2019-cu il tarixdən hesablanması qərara alınmış və qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 28 yanvar 2019cu il tarixdən hesablanması qərara alınmış və qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.9, 120.2.11, 177.2.3, 181.3.2, 181.3.3 və 326.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 19 aprel 2019-cu il tarixdən hesablanması qərara alınmış və qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə həmçinin, məhkəmə məsrəfləri və maddi sübut məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs6, əri X15 qohumu Zərərçəkmiş şəxs4 əmlakını ələ keçirmək məqsədilə sonuncunu guya daxil işlər orqanlarında işlədiyi və şəxsi əlaqələrindən istifadə edərək istənilən şəxsə pensiya ayrılmasına nail ola biləcəyi barədə yalan məlumat verməklə aldadıb Zərərçəkmiş şəxs4 üçün pensiya düzəldəcəyinə yalan vəd verərək etibarından sui-istifadə etməklə 2018-ci ilin aprel ayında ünvan 6 ünvanında Zərərçəkmiş şəxs4 3.000 manat, sonuncunun bacısı X2 üçün də pensiya düzəldəcəyinə dair yalan vəd verərək aldadıb Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə 2018-ci ilin iyun ayında ünvan 6 ünvanında sonuncudan 3.000 manat, daha sonra Zərərçəkmiş şəxs4 mobil telefonda proqram vasitəsilə hazırladığı xidməti polis geyimində fotoşəkilini göstərməklə daxili işlər orqanlarında işləməsinə olan inamı və özünə olan etibarı daha da möhkəmləndirərək guya vəzifəsini artırmaq üçün 1000 manat lazım olduğunu bildirməklə növbəti ay yeni əmək haqqı hesabına qaytaracağı barədə yalan vəd verərək Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə 2018-ci ilin təxminən oktyabrnoyabr ayında ünvan 6 ünvanında 1.000 manat, ümumilikdə vahid qəsdlə əhatə olunan niyyətlə Zərərçəkmiş şəxs4 7.000 manat nağd pul vəsaitini ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, Zərərçəkmiş şəxs4 qonşusu Zərərçəkmiş şəxs3 əmlakını tamah niyyətilə ələ keçirmək məqsədi ilə sonuncuya mobil telefonda proqram vasitəsilə hazırladığı xidməti polis geyimindəki fotoşəkilini təqdim etməklə özünün daxili işlər orqanlarında işləməsinə inam yaradıb etibarını qazandıqdan sonra guya şəxsi əlaqələrindən istifadə edərək istənilən şəxsə pensiya ayrılmasına nail ola biləcəyi barədə yalan məlumat verməklə aldadıb Zərərçəkmiş şəxs3 pensiya düzəltməsi üçün ona qabaqcadan 1.500 manat, pensiya düzəldikdən sonra isə hissə-hissə olmaqla əlavə 1.500 manat, cəmi 3.000 manat verməsini təklif edərək Zərərçəkmiş şəxs3 bu adla 01 dekabr 2018-ci il tarixdə ünvan 7 ünvanında 1.500 manat, daha sonra sonuncunun bacısı X8 üçün də pensiya düzəldəcəyinə dair yalan vəd verməklə aldadıb qabaqcadan 2.000 manat, pensiya düzəldikdən sonra isə 1.000 manat, cəmi 3.000 manat müqabilində Zərərçəkmiş şəxs3 bu adla 2018-ci ilin dekabr ayının sonlarında ünvan 7 ünvanında 2.000 manat, ümumilikdə vahid qəsdlə əhatə olunan niyyətlə Zərərçəkmiş şəxs3 3.500 manat nağd pul vəsaiti alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs6, təkrarən, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 ünvan 8 ünvanında yerləşən 41 nömrəli mənzilin satışından əldə etdiyini bildiyi 40.000 manat xeyli miqdarda pul vəsaitini yaşadığı ünvan 9 ünvanında saxlaması barədə tanışı X16 bildirib, həmin pul vəsaitini ələ keçirmək məqsədilə qeyd olunan ünvana basqın edilməsini təklif edib, maddi maraq yaradaraq əldə olunan vəsaitdən 18.000 manatının ona veriləcəyi barədə X18 və sonuncunun tanışları Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 ilə razılaşmaqla onları həmin cinayətin törədilməsinə cəlb edərək qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədlə qrup üzvü X17 Muğbilovanın yaşadığı mənzilin yerini əyani şəkildə göstərməklə sonuncunun yaşlı olması, gün ərzində mənzildə tək qaldığı vaxtlar, pul vəsaitini mənzildə saxladığı yerlər, yaşadığı mənzili satmaq niyyətində olması barədə verdiyi zəruri məlumatları, məsləhətləri və təşkilatçılığı əsasında qrup üzvləri Azər Ağayev, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 06 yanvar 2019-cu il tarixdə saat 13:30 radələrində ünvan 10 ünvanına gedib, orada yaşayan Zərərçəkmiş şəxs2 özlərini makler, alıcı, alıcının qohumu və usta kimi təqdim edərək, həmin mənzili satın almaq niyyətində olduqları, bu məqsədlə mənzilin içində fotoşəkillər çəkmək, mənzilə aid sənədlər ilə tanış olmaq istədikləri barədə yalan məlumatlar verib sonuncunu aldadaraq yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girməklə əvvəlcədən aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvləri Təqsirləndirilən şəxs5, Azər Ağayev və Təqsirləndirilən şəxs4 qəfildən Reyhanxanım Müğbilovaya hücum edərək həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etməklə ağız, əl və ayaqlarını Təqsirləndirilən şəxs4 mənzildən götürdüyü skoçla bağlamaqla nəfəs almaq və hərəkət etmək imkanlarını məhdudlaşdıraraq həyatı və sağlamlığı üçün real təhlükə yaradıb, əlləri və çiyinlərinə əlləri ilə vuraraq, sonuncunu aparıb hamam otağında sərt döşəmə üzərinə ataraq sol bazunun, sol saidin ön səthinin qançırları, bel nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs2 sifətinə yumruğunu yaxınlaşdırmaqla səs-küy salıb, kömək çağıracağı halda öldürəcəklərini deyərək həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri ilə hədələmiş, mənzilə kənar şəxsin daxil olmasının qarşısını almaq üçün qrup üzvü Təqsirləndirilən şəxs4 mənzilin giriş qapısının qarşısında pusquda dayanmış, digər qrup üzvləri Azər Ağayev, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 isə mənzildə axtarış aparılmaqla Zərərçəkmiş şəxs2 məxsus 800 manat məbləğində nağd pul vəsaiti və 180 manat dəyərində “Samsung” markalı mobil telefonu ələ keçirməklə quldurluq etmiş, o bu hərəkətləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə yaşadığı mənzilə qanunsuz olaraq girməklə həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılığın tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edilməklə quldurluqda təşkilatçı kimi iştirak etmişdir. Bundan sonra o, təkrarən, özünü Bakı şəhəri, Pirallahı rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 «Leyla» adı ilə təqdim edərək, əvvəllər tanıdığı sələmə pul verməklə məşğul olan, 1946-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 11 ünvanında yüz min manatdan artıq pul və girov kimi qoyulan təxminən bir kiloqram qızıl-zinət əşyaları olması barədə məlumat verərək, tamah niyyəti ilə mənzilə daxil olub Zərərçəkmiş şəxs1 basqın etməklə qəsdən öldürüb külli miqdarda əmlakını ələ keçirmək, cinayətin izlərini itirmək məqsədilə mənzili yandırmaq və əldə olunan əmlakı aralarında bərabər bölməyi təklif edib maddi maraq yaratmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayətlərin törədilməsinə cəlb edərək qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, Zərərçəkmiş şəxs1 şəxsiyyəti, qoca olması, tək yaşaması, qulağının zəif eşitməsi, yaşadığı mənzilin eyvanı, pəncərələri, giriş qapısı, yerləşdiyi blok barədə zəruri məlumatlar verib təşkilatçılıq etməklə, həmin mənzili əyani şəkildə qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdikdən sonra, aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən hadisə yerində iz qoymamaq üçün qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 rezin aptek əlcəyi əldə edib geyinməklə 17 aprel 2019-cu il tarixdə saat 04:30 radələrində ünvan 12 ünvanına gələrək həmin evin 2-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı 79-cu mənzilə Təqsirləndirilən şəxs2 köməyi ilə Təqsirləndirilən şəxs1 birinci mərtəbədə yerləşən mənzilin pəncərəsinə vurulmuş dəmir barmaqlıqlardan tutmaqla yuxarı qalxıb ikinci mərtəbədə yerləşən eyvandan mətbəxin örtülü, lakin kilidlənməmiş qapısını açmaqla yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girib, yataq otağına keçdikdə, orada yatmış Zərərçəkmiş şəxs1 səsə yuxudan oyandıqda qocalığına görə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 basqın edərək sonuncunu əvvəlcə itələyib döşəmə üzərinə yıxmış, sonra isə çarpayıya uzadaraq ağzını sol əli, sol əlini sağ əli ilə tutmaqla, sağ əlini isə sol dizinin altına salıb müqavimətini qıraraq sağlamlığa yüngül zərər vurmaya aid alnın şişkinlik halında əzilməsi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən sağ gicgah əzələsinin qansızması, döş qəfəsinin sağ yan səthinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirməklə mənzildə pul və qiymətli əşyaların yerini soruşmuş, lakin hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 məlumat verməmiş və onun tapşırığı əsasında Təqsirləndirilən şəxs2 ilə birlikdə əvvəlcədən razılaşdıqları plana və vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 sol əli ilə Zərərçəkmiş şəxs1 boğazından sıxaraq, daha sonra yastığı ağzına tutub təxminən 7-8 dəqiqə saxlamaqla boğaraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid boyun üzvlərinin əllə sıxılması və tənəffüs yollarının yastıq ilə qapanması nəticəsində mexaniki asfiksiya səbəbindən Zərərçəkmiş şəxs1 quldurluqla əlaqədar qəsdən öldürmüş, sonra eyvanın yaxınlığında dayanıb xəbər gözləyən qrup üzvü Təqsirləndirilən şəxs2 qabaqcadan razılaşdırılmış qaydada alışqanın fənərinin işığı ilə işarə verərək mənzilə çağırıb giriş qapısının kilidini açaraq içəri buraxmaqla hər ikisi birlikdə mənzilin otaqlarında nəzərdə tutduqları külli miqdarda pul vəsaiti və qızıl-zinət əşyalarını axtararaq yataq otağından Zərərçəkmiş şəxs1 məxsus içərisində hər biri 4 manat dəyərində 070-431-2855 və ***-***- **-** nömrələr ilə birlikdə olan, bir ədəd 200 manat dəyərində «Samsung J7» markalı, bir ədəd 15 manat dəyərində «Nokia» markalı mobil telefonları, bir ədəd 620 manat dəyərində 8.27 qram çəkidə, 750 əyyarlı qızıl qolbağı, bir ədəd 1 manat dəyərində 17,90 qram çəkidə, dəmir əsaslı ərintidən hazırlanmış və bir ədəd 1 manat dəyərində 12,15 qram çəkidə, dəmir əsaslı ərintidən hazırlanmış büjiteriya qolbaqıları, 125 manat məbləğində əlli qəpikliklərdən ibarət nağd pul vəsaiti, ümumilikdə isə 970 manat dəyərində əmlakını ələ keçirib quldurluq etmişlər və hadisə yerində cinayətin izini itirmək üçün onun tapşırığına əsasən birlikdə meyitin olduğu yataq otağındakı dolabın gözlərində olan paltarları döşəmə üzərinə tökərək qabaqcadan özləri ilə gətirdikləri alışqan ilə odlamaqla, mənzilin 2732 manat dəyərində olan hissəsini və orada olan 1230 manat dəyərində əşyaları, ümumilikdə 3962 manat dəyərində özgə əmlakını yandırmaqla məhv etmiş, o, bu hərəkətləri ilə özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edilərək quldurluqla əlaqədar qəsdən öldürülməklə əmlakının ələ keçirilməsində təşkilatçı kimi iştirak etmişdir. Təqsirləndirilən şəxs2 yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, rəsmi sənədləri tamah məqsədi və digər şəxsi niyyətlə oğurlamış və məhv etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə təkrar yaşayış sahəsinə qanunsuz olaraq girməklə basqın edərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 01 aprel 2019-cu il tarixdə saat 14 radələrində Şahid25 məxsus və sonuncunun tanışı Zərərçəkmiş şəxs5 müvəqqəti yaşadığı Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, dəniz kənarında yerləşən yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinin həyətinə daş hasardan aşmaqla daxil olub həyətdən götürdüyü metal linglə müdaxilə edərək evin sağ yan tərəfində olan pəncərəsinə vurulmuş dəmir barmaqlığı qoparmaqla yaşayış sahəsi hesab edilən mənzilə daxil olmaqla qonaq otağında qutuda sökülmüş vəziyyətdə saxlanılan sonuncunun tanışı Zərərçəkmiş şəxs6 məxsus bir ədəd 1360 manat dəyərində, Türkiyə Respublikasında zavod üsulu ilə hazırlanmış, 12 kalibrli, «15/D09522» nömrəli, «Ata Arms» modelli, daxili çaxmaqlı, atəş üçün yararlı, hamar (yivsiz) təklüləli ov tüfəngini, rəsmi sənədlər olan Zərərçəkmiş şəxs6 məxsus 271 №-li ovçu bileti və 1010 №-li silahın şəhadətnaməsini tamah məqsədilə gizli yolla talayıb aparmış və hadisə yerindən uzaqlaşdıqdan sonra silahı sənədlər ilə birlikdə satacağı halda tutulacağını hesab etdiyinə görə 271 №-li ovçu bileti və 1010 №-li silahın şəhadətnaməsini tullayaraq şəxsi niyyətlə məhv etmiş, bu hərəkətləri ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs6 məxsus 1360 manat dəyərində yivsiz lüləli ov tüfəngini və rəsmi sənədlər olan 271 №-li ovçu bileti və 1010 №-li silahın şəhadətnaməsini tamah məqsədilə oğurlamış, habelə rəsmi sənədləri şəxsi niyyətlə məhv etmişdir. Bundan başqa o, «Leyla» adı ilə tanıdığı Təqsirləndirilən şəxs6 1946-cı il təvəllüdlü, sələmə pul verməklə məşğul olan Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 11 ünvanında yüz min manatdan artıq pul və girov kimi qoyulan təxminən bir kiloqram qızıl-zinət əşyalarından ibarət külli miqdarda əmlakını mənzilə daxil olub qoca olduğuna görə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 basqın etməklə qəsdən öldürüb quldurluq yolu ilə ələ keçirmək, daha sonra yandırmaqla mənzildəki cinayətin izlərini itirmək və ələ keçirilmiş pul, qiymətli əşyaları aralarında bərabər bölmək barədə təklifini qəbul edib razılaşaraq bu məqsədlə Təqsirləndirilən şəxs6 və əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs6 Zərərçəkmiş şəxs1 mənzili əyani şəkildə göstərməklə sonuncunun şəxsiyyəti, qoca olması, tək yaşaması, qulağının zəif eşitməsi, yaşadığı mənzilin eyvanı, pəncərələri, giriş qapısı, yerləşdiyi blok barədə verdiyi zəruri məlumat və məsləhətləri əsasında əvvəlcədən hazırladıqları plan üzrə aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq hadisə yerində iz qoymamaq üçün Təqsirləndirilən şəxs1 ilə birlikdə rezin aptek əlcəyi əldə edib geyinməklə 17 aprel 2019-cu il tarixdə saat 04:30 radələrində ünvan 12 ünvanına gələrək Təqsirləndirilən şəxs1 həmin evin 2-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı 79-cu mənzilə birinci mərtəbədə yerləşən mənzilin pəncərəsinə vurulmuş dəmir barmaqlıqlardan tutmaqla yuxarı qalxıb ikinci mərtəbədə yerləşən eyvandan mətbəxin örtülü, lakin kilidlənməmiş qapısını açmaqla yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girməsinə köməklik edib plana əsasən eyvanın yaxınlığında işarə gözləməyə başlamış, təxminən qırx dəqiqə ərzində Təqsirləndirilən şəxs1 yataq otağına keçdikdə, orada yatmış Zərərçəkmiş şəxs1 səsə yuxudan oyandıqda qocalığına görə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 basqın edərək sonuncunu əvvəlcə itələyib döşəmə üzərinə yıxmış, sonra isə çarpayıya uzadaraq ağzını sol əli, sol əlini sağ əli ilə tutmaqla, sağ əlini isə sol dizinin altına salıb müqavimətini qıraraq sağlamlığa yüngül zərər vurmaya aid alnın şişkinlik halında əzilməsi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən sağ gicgah əzələsinin qansızması, döş qəfəsinin sağ yan səthinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirməklə mənzildə pul və qiymətli əşyaların yerini soruşmuş, lakin hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 məlumat vermədiyinə görə Təqsirləndirilən şəxs6 tapşırığı əsasında onunla birlikdə əvvəlcədən razılaşdıqları plana və vəzifə bölgüsünə uyğun olaraq sol əli ilə Zərərçəkmiş şəxs1 boğazından sıxaraq, daha sonra yastığı ağzına tutub təxminən 7-8 dəqiqə saxlamaqla boğaraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid boyun üzvlərinin əllə sıxılması və tənəffüs yollarının yastıq ilə qapanması nəticəsində mexaniki asfiksiya səbəbindən Zərərçəkmiş şəxs1 quldurluqla əlaqədar qəsdən öldürmüş, sonra eyvandan ona qabaqcadan razılaşdırılmış qaydada alışqanın fənərinin işığı ilə işarə verərək mənzilə çağırıb giriş qapısının kilidini açaraq içəri buraxdıqdan sonra o, Təqsirləndirilən şəxs1 ilə birlikdə mənzilin otaqlarında nəzərdə tutduqları külli miqdarda pul vəsaiti və qızıl-zinət əşyalarını axtararaq yataq otağından Zərərçəkmiş şəxs1 məxsus içərisində hər biri 4 manat dəyərində ***-***-**-** və ***-***-**-** nömrələr ilə birlikdə olan, bir ədəd 200 manat dəyərində «Samsung J7» markalı, bir ədəd 15 manat dəyərində «Nokia» markalı mobil telefonları, bir ədəd 620 manat dəyərində 8.27 qram çəkidə, 750 əyyarlı qızıl qolbağı, bir ədəd 1 manat dəyərində 17,90 qram çəkidə, dəmir əsaslı ərintidən hazırlanmış və bir ədəd 1 manat dəyərində 12,15 qram çəkidə, dəmir əsaslı ərintidən hazırlanmış büjiteriya qolbaqıları, 125 manat məbləğində əlli qəpikliklərdən ibarət nağd pul vəsaiti, ümumilikdə isə 970 manat dəyərində əmlakını ələ keçirib quldurluq etmişlər və hadisə yerində cinayətin izini itirmək üçün Təqsirləndirilən şəxs6 tapşırığına əsasən birlikdə meyitin olduğu yataq otağındakı dolabın gözlərində olan paltarları döşəmə üzərinə tökərək qabaqcadan özləri ilə gətirdikləri alışqan ilə odlayaraq, mənzilin 2732 manat dəyərində olan hissəsini və orada olan 1230 manat dəyərində əşyaları, ümumilikdə 3962 manat dəyərində özgə əmlakını yandırmaqla məhv etmiş, bu hərəkətləri ilə o, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus külli miqdarda əmlakı əldə etmək məqsədi ilə təkrar yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə və sonuncunun sağlamlığına ağır zərər vurulmaqla bağlı basqın etməklə quldurluq etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, həmçinin özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X12 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük savxozunda yerləşən 0,04 hektar hasarlanmamış torpaq sahəsində saxlanılan hər birinin qiyməti 0,40 manat, ümumi dəyəri 2600 manat olan 6500 ədəd mişar daşını 2017-ci ilin sentyabr ayının 21-dən 23dək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 2600 manat ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs6 tanışı X13 vasitəsi ilə ona və digər tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs2 ünvan 8 ünvanında yerləşən 41 nömrəli mənzilin satışından əldə etdiyini 40.000 manat xeyli miqdarda pul vəsaitinin yaşadığı ünvan 9 ünvanında saxlaması barədə məlumat verməklə, qeyd olunan ünvana basqın edilərək əldə olunan vəsaitdən 18.000 manat hissəsinin özünə ödənilməsi barədə təklifi ilə razılaşaraq, bu məqsədlə Azər Ağayev, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs6 X17 Muğbilovanın yaşadığı mənzilin yerini əyani şəkildə göstərməklə sonuncunun yaşlı olması, gün ərzində mənzildə tək qaldığı vaxtlar, pul vəsaitini mənzildə saxladığı yerlər, yaşadığı mənzili satmaq niyyətində olması barədə verdiyi zəruri məlumat və məsləhətləri əsasında əvvəlcədən hazırladıqları plan üzrə aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq o, qrup üzvləri Azər Ağayev, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 ilə birlikdə 06 yanvar 2019-cu il tarixdə saat 13:30 radələrində ünvan 10 ünvanına gedib, orada yaşayan Zərərçəkmiş şəxs2 özlərini makler, alıcı, alıcının qohumu və usta kimi təqdim edərək, həmin mənzili satın almaq niyyətində olduqları, bu məqsədlə mənzilin içində fotoşəkillər çəkmək, mənzilə aid sənədlər ilə tanış olmaq istədikləri barədə yalan məlumatlar verib sonuncunu aldadaraq yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girməklə əvvəlcədən aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvləri Azər Ağayev, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 qəfildən Reyhanxanım Müğbilovaya hücum edərək həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etməklə ağız, əl və ayaqlarını Təqsirləndirilən şəxs4 mənzildən götürdüyü skoçla bağlamaqla nəfəs almaq və hərəkət etmək imkanlarını məhdudlaşdıraraq həyatı və sağlamlığı üçün real təhlükə yaradıb, əlləri və çiyinlərinə əlləri ilə vuraraq və sonuncunu aparıb hamam otağında sərt döşəmə üzərinə ataraq sol bazunun, sol saidin ön səthinin qançırları, bel nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs2 sifətinə yumruğunu yaxınlaşdırmaqla səs-küy salıb, kömək çağıracağı halda öldürəcəklərini deyərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri ilə hədələmiş, daha sonra Təqsirləndirilən şəxs4 mənzilə kənar şəxsin daxil olmasının qarşısını almaq üçün mənzilin giriş qapısının qarşısında pusquda dayanmış, o isə digər qrup üzvləri Azər Ağayev və Təqsirləndirilən şəxs5 ilə birlikdə mənzildə axtarış aparmaqla Zərərçəkmiş şəxs2 məxsus 800 manat məbləğində nağd pul vəsaiti və 180 manat dəyərində “Samsung” markalı mobil telefonu ələ keçirmiş və bu hərəkətləri ilə o, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə yaşadığı mənzilə qanunsuz olaraq girməklə həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılığın tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə təkrar quldurluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs6 müdafiəçisi Müdafiəçi1, o cümlədən, digər məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 apelyasiya şikayətləri vermişlər. Təqsirləndirilən şəxs6 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətində göstərmişdir ki, Təqsirləndirilən şəxs6 psixi cəhətdən xəstədir. O, psixi xəstəliyi ilə bağlı aparılmış ibtidai və məhkəmə istintaqının gedişatım bu günədək anlamamış, ona qarşı irəli sürülən ittihamları və təyin edilmiş cəzanı dərk etmir. 2009-cu ildə Təqsirləndirilən şəxs6 haqqında Azərbaycan Respublikası CM-nin 216-cı maddəsilə istintaq aparıldığı zaman onun psixi vəziyyəti şübhə doğurduğu üçün iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, STASİONAR məhkəmə-psixiatrik ekspertizasının 161 saylı rəyinə görə o, “orta debillik dərəcəsində oliqofreniya davranış pozuntuları ilə” formasında kəmağıllılıq diaqnozu ilə ANLAQSİZ hesab edilmişdir. Məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs6 30.10.2009-cu il tarixdən 14.08.2010-cu il tarixədək məcburi müalicəyə qəbul edilmişdir. Lakin, hazırki cinayət işinin istintaqı zamanı SATSİONAR deyil, kompleks ambulartor məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Kompleks ambulartor məhkəmə-psixiatrik ekspertizası yanlış nəticəyə gəlmiş və 23.07.2019-cu il tarixli, 1368 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs6 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Bu yanlış nəticədir. Təqsirləndirilən şəxs6 psixi vəziyyəti amblator şəraitdə müəyyən edilməli deyildir. Qeyd edirəm ki, müstəntiq tərəfindən Həmidə Nəsibvovanm psixi vəziyyətinin yoxlanılması üçün STASİONAR məhkəmə-psixiatrik ekspertizası təyin edilməmişdir. Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinə əsasən anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin, məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən bu məcəllədə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Qanunvericiliyin tələbindən görünür ki, cinayət hadisəsindən sonra anlaqsız vəziyyətə düşmüş şəxsə cəza təyin edilmir, onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Təqsirləndirilən şəxs6 hazırda öz əməlinin (hərəkət və hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək iqtidarında olub-olmaması ilə bağlı əlavə ekspertiza tədqiqatı aparılmalıdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı bir neçə dəfə vəsatətlər verilərək Təqsirləndirilən şəxs6 barəsində kompleks Stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizası təyin edilməsi xahiş olunsa da məhkəmə vəsatətləri təmin etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs6 Təqsirləndirilən şəxs1 və ya hər hansı bir şəxslə Zərərçəkmiş şəxs1 qətlə yetirilməsi üçün plan qurmayıb, belə razılaşma olmayıb. Məhəkəmədə ifadə verən təqəsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 mənzilinə oğurluq məqsədilə daxil olmuşdur, lakin, mənzilə daxil olanda Zərərçəkmiş şəxs1 oyanmış, səs-küy salmışdır, onun Zərərçəkmiş şəxs1 öldürmək fikri əvvəlcədən olmasa da Zərərçəkmiş şəxs1 oyandığı və səs-küy saldığı üçün məcbur olub onu qətlə yetirmiş, izləri itirmək üçün isə yanğın hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs1 ifadəsindən görünür ki, onun Zərərçəkmiş şəxs1 qətlə yetirilməsi və yanğın hadisəsinin törədilməsi ilə bağlı heç bir plan olmamışdır, Zərərçəkmiş şəxs1 oyandığı üçün o, Zərərçəkmiş şəxs1 qəsd etmişdir. Şahid2 ifadəsilə də qətl və yanğın hadisəsi törədilməsi barədə onlar arasında razılaşma olması halı təkzib olunmuşdur, Şahid2 ifadəsində Təqsirləndirilən şəxs6 ilə Təqsirləndirilən şəxs1 Validə adlı qadının evindən pul oğurlayacaqları barədə danışdıqlarını, həmin qadının qətlə yetirilməsi barədə söhbət etmədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs6 quldurluq hadisəsi törədilməsində də iştirak etməyib. İstintaq materialları və məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs6mn quldurluq hadisəsi törətməsi, bu məqsədlə hər hansı bir şəxslə planlar qurması və sair kimi hallar öz təsdiqini tapmamışdır. Dələduzluqla bağlı Təqsirləndirilən şəxs6 verilən ittihamlar da əsaslı deyil, zərərçəkmiş kimi tanınmış şəxslərlə H.Nəsıbova arasında olan münasibətlərdə cinayət hadisəsi deyİl, borc-faiz münasibətləri olub. Şərh olunanlara əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmünü ləğv edilməsini, Təqsirləndirilən şəxs6 barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs3 20.02.2021-ci il və 28.02.2021-ci il tarixli tarixli apellyasiya şikayətlərində göstərmişdir ki, Ağır Cinayətlər Məhkəməsində onu cəmi 10-15 dəqiqə danışdırmamış şahidlər dinirilmədən və CPM-nin 298-358-ci maddələrini kobud pozaraq ona işləmədiyi cinayətə görə 10 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin etmişlər. İstintaq zamanı nə quraşdırılıb nə yazılıbsa məhkəmə onlara istinad etmiş və müdafiə tərəfinə qərəzli surətdə məhəl qoymamışdır. Verilən ittihamdan ilk gündən razı olmamış və ifadələrində də bildirmişdir. Verilən cəza ilə də razı deyil. Törətdiyi oğurluq hadisəsi ilə bağlı dəymiş ziyanın tərəfindən tam olaraq ödənildiyini, bu barədə heç bir şikayətinin olmadığını və cinayət işinə yenidən və obyektiv baxılmasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmünü ləğv edilməsini, məhkəməni istintaq ilə aparılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmü ilə təqsirli bilindiyi maddələrlə təqsirli ilmi. Həmin məaddələrlə oma saxta və qondarma ittiham verilmişdir. Onun Zərərçəkmiş şəxs1 öldürülməsində iştirakı və heç bir köməkliyi olmamışdır. Zərərçəkmiş şəxs1 yaşadığı ünvana yalnız oğurluq məqsədilə getmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən məhrumə Zərərçəkmiş şəxs1 öldürülməsi təmin edilmişdir. Həmin şəxsin ölümündə heç bir iştirakı və köməkliyi olmadığı halda Bakı Ağır Cinayətlər Məhkəməsi barəsində qərəzli və saxta hökm çıxarmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində göstərmədiyi faktlar və ölüm hadisəsində iştirake tmədiyi sübut olunsada, məhkəmə işə birtərəfli baxaraq, hökm şıxarmışdır. Halbuki, Bakı Ağır Cinayətlər Məhkəməsində Təqsirləndirilən şəxs1 məhrumə Zərərçəkmiş şəxs1 tək özünün öldürdüyünü bildirmişdir. Hazırda ağır xəstədir. Azadlıqda olarkən 13 iyun 2018-ci il tarixdə Səhiyyə Nazirliyinə məxsus olan 1 saylı Respublika Psixoloji xəstəxanasında müayinə və müalicə olunmuşdur. Bundan əlavə uşaqlıqda keçirdiyi ağır infeksion xəstəlik nəticəsində hal-hazırda 3 saylı İstintaq təcridxanasında həmin xəstəlik səbəbi ilə çox əziyyət çəkir. Himayəsində xəstə anası və iki dəfə miko infark keçirmiş 2-ci qrup əllilik dərəcəsi atasının olduğunu, ailədə heç bir yerdən gəlir və qazancın olmadığını bildirmişdir. Göstərilənlərə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmü ilə ona verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.9, 120.2.11, 177.2.3, 181.3.2, 181.3.3 və 326.1-ci maddələri ilə cinayət törətmədiyinə görə həmin ittihamları üzərindən çıxarıb qanunda nəzərədə tutulduğundan daha yüngül cəza verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs6 məhkəmə işinə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs6 müdafiəçiləri Müdafiəçi1 və X9 verilmiş apellyasiya şikayətini müdafiə etdilklərini və apelyasiya şikayyətinin dəlilərinə uyğun çıxış edərək ,Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-cı il tarixli hökmünün ləğv edilməsini və müdafiə etdiyi şəxsin təqsirli bilindiyi maddələr üzrə bəraət verilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 apellyasiya şikayətini müdafiə edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona təyin edilmiş cəzadan azad edilməsini və ona təqsirli bilindiyi maddələrlə bəraət veriməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 vəkili X14 Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-cı il tarixli hökmünün ləğv edilməsini və ona təqsirli bilindiyi maddələrlə bəraət veriməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apelyasiya şikayətini müdafiə edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini və cinayət törətmədiyinə görə verilən ittihamları çıxarıb qanunda nəzərədə tutulduğundan daha yüngül cəza verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 vəkili X3 apelyasiya şikayətinə uyğun çıxış edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmünün ləğv edilməklə müdafiə etdiyi şəxsə yüngülləşdirici halların nəzərə alınaraq qanunda nəzərədə tutulduğundan daha yüngül cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı məhkum edilmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-cı il tarixli hökmünün dəyşdirilmədən saxlanmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərini dəlillərini müzakirə edərək belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərində məhkum edilmiş şəxslər barəsində bəraət hökmünün çıxarılması xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxslərin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və məhkum edilmiş şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 32.3, 120.2.1; 32.3, 120.2.9; 32.3, 120.2.11; 178.2.2; 178.2.4; 32.3, 181.3.2; 32.3, 181.3.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1; 181.2.1; 181.2.2; 181.2.3; 181.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1; 120.2.9; 120.2.11; 177.2.3; 181.3.2; 181.3.3 və 326.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilmişdir. Məhkum edilmiş şəxslərin cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Hökmdən və cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs3 özlərini onlara verilmiş ittihamlar üzrə təqsirli bilmədiklərini bildirsələrdə, birinci instansiya məhkəməsi göstərilən dəlilləri digər məhkum edilmiş şəxslərin, zərərçəkmiş şəxslərin şahidlərin ifadələri və işin faktiki halları ilə müqayisəli təhlil edib onların bu ifadələrini təkzib etməklə törətdiyi əməlləri sübuta yetirmişdir. Digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində özünü tam təqsirli bilsə də, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində əməlini qismən etiraf etmiş və özünü ona verilmiş ittiham üzrə qismən təqsirli bilərək, onun Zərərçəkmiş şəxs1 öldürülməsində iştirakının və heç bir köməkliyinin olmadığını, Zərərçəkmiş şəxs1 yaşadığı ünvana yalnız oğurluq məqsədilə getdiyini, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 tərəfindən öldürüldüyünü bildirməsini birinci instansiya məhkəməsi göstərilən dəliləri digər məhkum edilmiş şəxslərin ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, özünün həmin halları təsdiq edən ifadələri, şahidlərin ifadələri və sair sübutların məcmusu ilə təkzib edərək törətdiyi əməlləri sübuta yetirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarı baxımından da əsaslıdır. Həmin qərarın 23-cü bəndinə əsasən, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq dedikdə (CM-nin 181-ci maddəsi) elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi işin bütün halları - cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərin edilməsi və sair nəzərə alınmaqla həll edilməlidir. Göründüyü kimi, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmış və Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 32.3, 120.2.1; 32.3, 120.2.9; 32.3, 120.2.11; 178.2.2; 178.2.4; 32.3, 181.3.2; 32.3, 181.3.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1; 181.2.1; 181.2.2; 181.2.3; 181.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1; 120.2.9; 120.2.11; 177.2.3; 181.3.2; 181.3.3 və 326.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri digər məhkum edilmiş şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, ekspert rəyləri və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Göstərilənlərə nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, bu sübutlar əsasında Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları əməllərini törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onların əməllərini təqsirli bilindikləri maddələr ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətlərində göstərilən məhkum edilmiş şəxslər barəsində bəraət hökmü çıxarılması ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmaması və apellyasiya şikayətlərinin həqiqətə uyğun olmayan mülahizələrə əsaslanması, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Eyni zamanda hökmdən görünür ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, həmçinin təyin edilən cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları müzakirə etmiş və məhkum edilmiş şəxslərin təqsirli bilindiyi CM-in maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Apellyasiya şikayətlərində göstərilən məhkum edilmiş şəxslərdən Təqsirləndirilən şəxs6 hazırda öz əməlinin (hərəkət və hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək iqtidarında olub-olmaması ilə bağlı əlavə ekspertiza tədqiqatı aparılmalı olması və digər məkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 azadlıqda olarkən 13 iyun 2018-ci il tarixdə Səhiyyə Nazirliyinə məxsus olan 1 saylı Respublika Psixoloji xəstəxanasında müayinə və müalicə olunması ilə bağlı dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan və məhkum edilmiş şəxslərin barələrində keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizalarının rəyləri ilə şikayətlərdə qeyd edilən hallara ibtidai istintaq zamanı aydınlıq gətirildiyindən məhkum edilmiş şəxslər tərəfindən törədilmiş əməllərin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək iqtidarında olub-olmamaları ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur və bu da öz növbəsində göstərilən dəlillərin əsassız olmasına dəlalət edir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X4 kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 23 iyul 2019-cu il tarixli, 1368 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs6 xroniki psixi xəstəlik müəyyən edilmir. Onda yüngül kəmağıllıq, davranış pozuntuları ilə aşkar edilir. Bunu anamenstik məlumatlar, əldə edilmiş tibbi sənədlər və hal-hazırki psixiatrik müayiənin nəticələri (uşaqlıqdan yaşıdlarına nəzərən əqli inkişafda bir qədər geri qalması, qavramasının zəif olması ilə əlaqədar məktəbdə oxuya bilməməsi 2009-cu ildə AR CM-nin 216-cı maddəsində göstərilən əməlinə görə istintaqa cəlb edilərək istintaq gedişində onun psixi vəziyyəti şübhə doğurduğu üçün iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi, 24.08.2009-cu il tarixli stasionar məhkəmə-psixaitrik ekspertizasının 161 saylı rəyinə görə Təqsirləndirilən şəxs6 “Orta debillik dərəcəsində oliqofreniya davranış pozuntuları ilə” formasında kəmağıllıq müəyyən edilməsi, anlaqsız hesab edilərək məhkəmə qərarı əsasında 30.10.2009-cu il tarixdən 14.08.2010-cu il tarixə kimi məcburi mülaicədə olması, hazır ki müayiən zamanı maraq dairəsinin nisbətən enməsi, intellektual imkanların nisbətən zəifliyi, təfəkkürün konkretliyi, mülahizələrinin səthiliyi və.s) təsdiq edir. Yoxlanılan şəxsdə müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmk iqtidarında olmasın. Bu onun anlamaq imkanını kifayət qədər inkişafı ilə, praktiki həyata qarşı bələdliyi ilə, tənqidi imkanların kifayət qədər olması ilə təsdiq olunur. Buna görə də Təqsirləndirilən şəxs6 ttiham olunan əməlinə görə anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, cinayət işi materiallarının, tibbi sənəd və hazırki psixiatrik müayinənin nəticələrinin təhlili belə nəticəyə gəlməyimə əsas verir ki, Təqsirləndirilən şəxs6 müəyyən edilən Yüngül kəmağıllıq larəcəsində əqli geriliklə əlaqədar o, törətdiyi əməl zamanı öz əməlinin faktiki xarakterini, icimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs6 əməli Azərbaycan respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur, hazırki psixi vəziyyətinə görə o prosessual faəliyyət qabiliyyətlidir. Aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs6 əqli inkişafında psixi xəstəliklə əlaqədar olan gerilik əlamətləri müəyyən edilir. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, dəyişkən əhval-ruhiyyəlilik, başqalarının hiss və həyəcanlarına qarşı soyuqanlılıq, biganəlik aşkar olunur. Məsuliyyətsizlik, səthilik, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs6 cinayət əməlini törədən zaman psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs6 cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X4 kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 05 iyul 2019-cu il tarixli, 1215 saylı ekspert rəyindən görünür ki, hazırda Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Cinayət işi materiallarından və hal-hazırda psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir pisixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk emək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı yaş xüsusuiyyətlərinə uyğundur, gerilik əlamıətləri aşkar olunmur. Nümayişkarənəlik, tez özündən çıxmaq, qıcığa qarşı tez reaksiya vermək, məsuliyyətsizlik və.s kimi fərdi-psixi xüsusiyyətlərə malik olduğu, cinayət əməlini törədərkən psixiemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək, şüuruna və faəliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Hadisə baş verərən vaxt emosional halından asılı olaraq öz hətəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradı nəzarət etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə iclasında məhkum edilmiş şəxslərin cəzalarının daha da yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmiş, təyin edilmiş cəzanın həddi, məhkumların şəxsiyyətinə, törətmiş olduqları cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun hesab edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 32.3, 120.2.1; 32.3, 120.2.9; 32.3, 120.2.11; 178.2.2; 178.2.4; 32.3, 181.3.2; 32.3, 181.3.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1; 181.2.1; 181.2.2; 181.2.3; 181.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1; 120.2.9; 120.2.11; 177.2.3; 181.3.2; 181.3.3 və 326.1-ci maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs6 və onun müdafiəçisi müdafiəçisi Müdafiəçi1, məhkum edilmiş Təqsirləndirilən şəxs3 və məhkum edilmiş Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş Təqsirləndirilən şəxs6 və onun müdafiəçisi Müdafiəçi1, məhkum edilmiş Təqsirləndirilən şəxs3 və məhkum edilmiş Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmü, verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412 maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ziya Şirinov Hakimlər Zəki Babayev İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar