Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-733/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi – Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1977-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır q. Bəhruz Kəngərli küçəsində fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 206-1.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 1(005)-75/2024 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 23 yanvar 2024-cü il tarixli, 1(005)-75/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 206-1.3-cü maddəsi ilə təqsirli bilinərək ona cinayət əməlini törətməkdə təqsirli bilinsin və cinayətin predmeti olan 562.919,5 manat pul vəsaiti məbləğinin 40 (qırx) faizi miqdarında, yəni 225.167,8 (iki yüz iyirmi beş min yüz altmış yeddi manat səksən qəpik) manat məbləğində cərimə edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 6 (altı) ay 17 (on yeddi) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 1 (bir) il 01 ay 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması saxlanılmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” seçilmiş, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, hökmlə həmçinin maddi sübut məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs CM-in 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərini qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkələrə və xarici ölkələrdən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, o, Azərbaycan Respublikasından xarici ölkələrə və xarici ölkələrdən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma barədə tanışları şəxsiyyətləri istintaqa məlum olmayan Türkiyə Respublikasında yaşayan “Fahri Sert”, Ukrayna dövlətində yaşayan “Sərdar”, Rusiya Federasiyasında yaşayan “Qasım” adlı şəxslər və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından xarici ölkələrə, qrupun digər üzvləri isə olduqları xarici ölkələrdən Azərbaycan Respublikasına pul köçürmək istəyən şəxslərdən pul vəsaitlərini nağd şəkildə qəbul edib köçürülən məbləğin miqdarından və köçürüldüyü yerdən asılı olmaqla 0,5-2 faizədək xidmət haqqı tutub qalan məbləğə bərabər elektron pul vəsaiti hesab olunan kriptovalyutanı pulun köçürülməli olduğu ölkədə fəaliyyət göstərən qrupun digər üzvünün əsasən “Binance" birjasında, eləcə də digər birjalarda olan kriptovalyuta hesablarına göndərmiş, cinayətin digər üzvü elektron pulları qəbul etdikdən sonra həmin miqdarda nağd pul vəsaitini pulu qəbul edəcək şəxsə təhvil verməklə əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz köçürülməsini təşkil etmişlər, bu üsulla Təqsirləndirilən şəxs 2022-cü ilin dekabr ayından 2023-cü ilin iyun ayının ortalarınadək olan müddət ərzində Şahid3 məxsus 2000 manat və həmin dövrün məzənnəsi ilə 5414,5 manat təşkil edən 3 185 ABŞ dollarını qrupun üzvü “Fahri Sert" adlı şəxsin vasitəsi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına, eləcə də Şahid2 Türkiyə Respublikasında olan 3 005 manat pulunu qrupun üzvü “Fahri Sert” adlı şəxsin, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin Rusiya Federasiyasında olan və Bakı şəhərində Şahid4 Flüseyn oğlu tərəfindən qəbul edilən həmin dövrün məzənnəsi ilə 365 500 manat təşkil edən ümumilikdə 215 000 ABŞ dollarını qrupun üzvü “Qasım" adlı şəxsin, Şahid1 Fləmid oğlunun Ukrayna dövlətində olan həmin dövrün məzənnəsi ilə 187 000 manat təşkil edən ümumilikdə 110 000 ABŞ dollarını qrupun üzvü “Sərdar” adlı şəxsin vasitəsi ilə həmin xarici ölkələrdən Azərbaycan Respublikasına köçürülməsini vahid niyyətlə əhatə olunan qəsdlə həyata keçirərək, sonuncu 10000 ABŞ dolları pul vəsaitini 2023-cü ilin iyun ayının ortalarında ünvan 3 ünvanının yaxınlığında Şahid1 təqdim etməklə ümumilikdə xüsusilə külli miqdarda 562 919,5 manat pul vəsaitinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasından xarici ölkələrə və xarici ölkələrdən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olmuşdur. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib Təqsirləndirilən şəxs CM-in 206- 1.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 1(005)-75/2024 nömrəli hökmünü cinayət qanunu norması düzgün tətbiq edilməklə, həmçinin cərimə cəzası ilə yanaşı, ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda təqsirli bilmədiyi halda məhkəmə tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusilə külli miqdarda (562919,5 manat) pul vəsaitini qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkələrə və xarici ölkələrdən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olan təqsirləndirilən şəxsə həmin cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmaqla, ona əsassız olaraq humanist mövqedən yanaşılmış, dövlətin pul (maliyyə-kredit) siyasətinin pozulmasına, iqtisadi inkişafa təhlükənin yaranmasına səbəb olan halları nəzərə almamışdır. Ölkəmizin cinayət qanunvericiliyi üçün yeni olan bu maddədə nəzərdə tutulmuş cinayətin ictimai təhlükəliliyi pul vəsaitlərinin Azərbaycan Respublikasından xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycan Respublikasına qanunsuz köçürülməsinin dövlətin pul (maliyyə-kredit) siyasətinin pozulmasına, iqtisadi inkişafa təhlükənin yaranmasına səbəb ola bilməsində ifadə olunur. Pul vəsaitlərinin Azərbaycan Respublikasından xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycan Respublikasına qanunsuz köçürülməsi ölkəmizin milli valyutasının - manatın dövriyyəsinin sabitliyinə neqativ təsir göstərir, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə və digər zərərli nəticələrə şərait yaradır. Məhkəmə yekun aktını qəbul edərkən cinayət qanunvericiliyin əsas prinsipi olan ədalət prinsipinə əməl etmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakterini və işin faktiki hallarını nəzərə almadan, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə (cəzasını ağırlaşdıran halları), xüsusi ilə külli miqdarda pul vəsaitinin qanunsuz olaraq köçürülməsi kimi cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs ədalətsiz və cəzanın məqsədlərini təmin etməyən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs CM-in 206-1.3-cü maddəsi ilə təqsirli bilinib, cinayətin predmetinin 40 (qırx) faizi miqdarında cərimə edilməklə, 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 2 il 4 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Yəni məhkəmə hökmün nəticəvi hissəsində qəti cəza olaraq yalnız azadlığın məhdudlaşdırılması cəzasını göstərməklə təyin edilmiş cərimə cəzasına münasibət bildirməmişdir. Bununla da məhkəmə CPM-ııin 353.4.3-cü maddəsinin tələblərinə, yəni ittiham hökmünün nəticəvi hissəsində çəkilməli olan yekun cəza tədbirinə münasibət bildirməməklə cinayət qanunun normasını pozmuşdur. Odur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmünü cinayət qanunu norması düzgün tətbiq edilməklə, həmçinin cərimə cəzası ilə yanaşı, ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsi xahiş olunur. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə toplanmış məhkəmə istintaqında təqdim edilmiş sübutları araşdıraraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 206-1.3-cii maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini özünü müdafiə xarakter daşımasını və məsuliyyətdən boyun qaçırması kimi qiymətləndirmişdir. “Mobil telefona baxış keçirilməsi haqqında" 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi 02 ədəd "Samsung" markalı mobil telefonlara baxış keçirilərkən “Samsung” markalı “S10+" modelli mobil telefon aparatında “Whatsapp” ani mesajlaşma proqramında müəyyən yazışmalar aşkar edilmişdir. Bu yazışmaların tarixinə nəzər salsaq 2022-ci ilin dekabrın 7-dən əvvəlki tarixlərdir və həmin zaman da bu əməl cinayət sayılmır. Ümumiyyətlə bu yazışmada olan məbləğlərə də nəzər yetirəndə, həmin məbləğin külli miqdar sayılmaması görünür. Protokolda ancaq usdt-dən söhbət gedir və həmin usdt Azərbaycan Respublikası tərəfindən hər hansı bir pul vahidi və ya xarici valyuta sayılmır. Belə ki, “Valyuta Tənzimi haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən usdt hər hansı bir valyuta sayılmır. Həmin qanuna 2023-cü ilin dekabr ayının 25-də edilmiş dəyişikliyə əsasən “o cümlədən xarici valyutada olan elektron pul” əlavə edilmişdir. Qanundan göründüyü kimi usdt hər hansı bir xarici valyuta sayılmır. Əgər məhkəmə usdt xarici valyuta kimi elektron pul qismində qəbul eləsə belə, həmin norma Qanuna 2023-cü ilin dekabr ayında əlavə edildiyi üçün təqsirləndirilən şəxsə onun məsuliyyətini ağırlaşdıran yeni normaya əsasən məsuliyyətə cəlb etmək qadağandır. Odur ki, məhkəmə cinayət işini hərtərəfli və obyektiv araşdırmamış və nəticədə əsassız olaraq Təqsirləndirilən şəxs CM-in 206-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya protestini müdafiə edərək məhkəmədən apellyasiya protestinin təmin edilməsini, hökmün cinayət qanunu norması düzgün tətbiq edilməklə, həmçinin cərimə cəzası ilə yanaşı, ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini, apellyasiya şikayətinin təmin olunmamasını, Təqsirləndirilən şəxs və müdafiəçisi verilmiş apellyasiya protestinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün onlar tərəfindən verilmiş apellyasiya şikayətinə uyğun ləğv edilib təqsirləndirilən şəxsin barəsinə bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin və şikayətin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, apellyasiya protesti qismən, yəni cinayət qanunu norması düzgün tətbiq olunması hissəsində təmin edilməli, digər hissədə isə hökm dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya protestindən göründüyü kimi, məhkum edilmiş şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi mübahisələndirilməmiş, yalnız iki məsələnin mübahisləndirilməsi vurğulanmışdır - cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, həmçinin təqsirləndirilən şəxsə ittiham olnduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmaması. Cinayət qanunun normasının düzgün tətbiq edilməməsi ilə bağlı qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsinin hökmünün nəticəvi hissəsində Təqsirləndirilən şəxs CM-in 206-1.3-cü maddəsi ilə təqsirli bilinib, ona cinayətin predmetinin 40 (qırx) faizi miqdarında cərimə edilməklə, 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunması qeyd edilsə də, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 il 4 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması qeyd edilmiş, lakin təyin edilmiş cərimə cəzasına hökmünün nəticəvi hissəsində münasibət bildirilməmişdir ki, bu da birinci instansiya məhkəməsi tərəfindən CPM-nin 353.4.3-cü maddəsinin tələblərinə, yəni ittiham hökmünün nəticəvi hissəsində çəkilməli olan yekun cəza tədbirinə münasibət bildirməməklə cinayət qanunun normasının pozulması deməkdir. Təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmaması ilə bağlı apellyasiya protestinin dəlilləri onunla əsaslandırılmışdır ki, CM-in 206-1.3-cü maddəsində cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında və tamah məqsədi ilə törədilməsi tövsifedici əlamət kimi olmadığı halda, birinci instansiya məhkəməsi həmin Məcəllənin 61.1.3 və 61.1.6-cı maddələrinə əsasən cəzanı ağırlaşdıran hallar kimi nəzərə almamışdır. Bununla da məhkəmə CM-in 58.3-cü maddəsinin tələblərinə riayət etməməklə qanunun normasını pozmuşdur. Protestdə təqsirləndirilən şəxsə daha ağır, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı mövqe əsaslandırılaraq eyni zamanda göstərilmişdir ki, ölkəmizin cinayət qanunvericiliyi üçün yeni olan bu maddədə nəzərdə tutulmuş cinayətin ictimai təhlükəliliyi pul vəsaitlərinin Azərbaycan Respublikasından xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycan Respublikasına qanunsuz köçürülməsinin dövlətin pul (maliyyə-kredit) siyasətinin pozulmasına, iqtisadi inkişafa təhlükənin yaranmasına səbəb ola bilməsində ifadə olunur. Pul vəsaitlərinin Azərbaycan Respublikasından xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycan Respublikasına qanunsuz köçürülməsi ölkəmizin milli valyutasının - manatın dövriyyəsinin sabitliyinə neqativ təsir göstərir, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə və digər zərərli nəticələrə şərait yaradır. Dövlət ittihamçısı protestində məhkəmənin Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə ədalətsiz qərar qəbul etdiyini qeyd etsə də, buna münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Ali Məhkəmənin yuxarıda adı çəkilən Plenum qərarında əks olunmuş hüquqi mövqeyindən göründüyü kimi təqsirkar şəxsə münasibətdə cəza təyin edilərkən cinayət qanunun müddəalarının həyata keçirilməsini sözsüz təmin edilməklə cəzanın fərdiləşdirilməsi prinsipini əsas götürülməlidir. Cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə CM-in 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı onun məqsədlərini təmin etmək üçün yetərli hesab edir. CM-in 206-1.3-cü maddəsində cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında və tamah məqsədi ilə törədilməsi tövsifedici əlamət kimi olmadığı halda, birinci instansiya məhkəməsi tərəfindən CM-in 61.1.3 və 61.1.6-cı maddələrinə əsasən cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmamasına dair protestdə vurğulanan mövqe ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, hətta qeyd edilən hallar təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar kimi nəzərə alınsa belə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, şəxsiyyətini səciyyələndirən halları, ilk dəfə cinayət törətməsini, himayəsində yaşlı anaatasının, xəstə bacısının və iki yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir və Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkündür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyinin pul vəsaitlərinin Azərbaycan Respublikasından xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycan Respublikasına qanunsuz köçürülməsinin dövlətin pul (maliyyə-kredit) siyasətinin pozulmasına, iqtisadi inkişafa təhlükənin yaranmasına səbəb ola bilməsində ifadə olunması onun barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasına əsas ola bilməz. Eyni zamanda təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə və digər zərərli nəticələrə şərait yaradılması hallarının mövcudluğu nə ibtidai, nə də ki məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, onun ifadələri həm ayrı-ayrılıqda, həm də şahidlərin ifadələri, həmçinin cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edilərkən nəticə etibarı ilə cəm şəkildə bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırıb, təqsirləndirilən şəxsin ifadələrinin özünü müdafiə xarakteri daşımasına dəlalət edir. Məhkəmə kollegiyası şahid ifadələrinin tam şəkildə əks etdirilməsini lüzum görməyərək onlara bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq olunmamasını, təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır, həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs əməlində hər hansı bir cinayətin tərkib əlamətlərinin olmamasını bildirsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, apellyasiya şikayətinin əsaslandığı halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək təqsirləndirilən şəxsin CM-in 206-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. CM-in 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilməsi barədə qərar qəbul səlahiyyətinə malikdir. CPM-in 399.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, verilmiş apellyasiya protesti qismən, cinayət qanunu normasının düzgün tətbiq olunmaması hissəsində təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 1(005)-75/2024 nömrəli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş qəti cəza hissəsində dəyişdirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.4, 399.1.4 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 206-1.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 1(005)-75/2024 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. CM-in 69.3-cü maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 6 (altı) ay 17 (on yeddi) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 1 (bir) il 01 ay 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq cinayətin predmeti olan 562.919,5 manat pul vəsaiti məbləğinin 40 (qırx) faizi miqdarında, yəni 225.167,8 (iki yüz iyirmi beş min yüz altmış yeddi manat səksən qəpik) manat məbləğində cərimə və 2 (iki) il 4 (dörd) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. CM-in 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil ica edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X3 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov
Məhkəmə qərarları › İş №1(103)-733/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-733/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver