Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-736/2024 10.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, Osmanov Vahab Bəhram oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər X6 və Zərərçəkmiş şəxs2, məhkum edilmiş Təqsirləndirilən şəxs3, müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinmələrinə, Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə bəraət verilməsi və onun Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-26/2023 saylı, 24 may 2023-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-26/2023 saylı, 24 may 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Hüseyn Hüseynli) xx xxxxxx 1995-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Biləsuvar rayonu, Ağakənd kəndində qeydiyyatda olan barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 29 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzaçəkmənin əvvəlinin 19 aprel 2022-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 noyabr 2021-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi yeni yaşayış sahəsində yerləşən fərdi evinin həyətinə hasardan aşmaqla keçərək oradan mənzilə dəmir parçası ilə açdıqları plastik pəncərədən qanunsuz daxil olaraq otaqdakı masanın üstündə olan, həyətdə dayanmış «Toyoto» markalı «Prado» modelli avtomobilin açarı ilə avtomobilin qapısını açdıqdan sonra avtomobilin sandıqçasındakı əl çantasının içindən 1580 manat pulu götürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə həmin miqdarda ziyan vurmaqla oğurluq etməsinə dair epizod, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 dekabr 2021-ci il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs7 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi yeni yaşayış sahəsində yerləşən fərdi evinin həyətinə hasarı aşmaqla keçib, oradan dəmir parçası ilə açdıqları pəncərədən mənzilə qanunsuz daxil olaraq, yataq otağındakı dolabın içində əl çantasına yığılmış halda saxlanılan 4 ədəd qızıl üzükləri, 1 ədəd klon kimi istifadə edilən halqalı qızıl beşliyi və 1 ədəd kitab şəkilli klonu, 3 ədəd qolbağı, 4 ədəd boyunbağını və 340 manat ekvivalentində olan 200 ABŞ dolları məbləğində nəqd pulu götürməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxsə ümumilikdə 7.470 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsinə dair epizod, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 04 radələrində X4 Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, Şimal DRES yaşayış massvinidə yeni sahədə nömrəsiz ünvanda yerləşən evin həyətinə hasarı aşmaqla keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanunsuz daxil olaraq içəridə olan 500 manat dəyərində 1 ədəd Şarp marklı soyuducunu, 400 manat dəyərində 1 ədəd paltaryuyan maşını, 100 manat dəyərində 1 ədəd elektrik çaydanını, 1.000 manat dəyərində qab-qacaq dəstlərini, 1.500 manat dəyərində büllur qabları götürməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxsə cəmi 3600 manat dəyərində ziyan vurmaqla oğurluq etməsinə dair epizod, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 mart 2022-ci il tarixdə saat 19:00 radələrində X5 Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, Bağlar massivində yerləşən evin həyətinə hasarı aşaraq keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanusuz daxil olaraq içəridə olan ümumilikdə 4.300 manat dəyərində olan müxtəlif qab-qacaqları, 2 ədəd televizoru, 3 ədəd gül qabılarını, 1 ədəd tosteri, 1 ədəd kondisioneri götürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə 4.300 manat dəyərində ziyan vurmaqla oğurluq etməsinə dair epizod, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 aprel 2022-ci il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs4 qızının Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində yerləşən evin həyətinə hasarı aşaraq keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanusuz daxil olaraq içəridə olan ümumilikdə 3000 manat dəyərində olan 1 ədəd dəmir masanı, 1 ədəd dəmir qapını, müxtəlf ölçülü dəmir boruları və elektrik naqillərini götürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə həmin miqdarda ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş, Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə bəraət verilmidir. Hökmlə eyni zamanda məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 fevral 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni massivdə yanaşı şəkildə yerləşən 4 ədəd fərdi evinin həyətinə hasarı aşmaqla keçib, oradan mənzillərə açıq olan qapılarından qanunsuz daxil olaraq içəridə olan ümumi dəyəri 12.000 manat təşkil edən 2 ədəd hovuz motorunu, 2 ədəd su filterlərini, 1 ədəd hava kollektorunu, kombi istilik sisteminin radiatorlarını, elektrik naqillərini, laqondaları, direlləri, perafaratorları və elektrik plafonlarını götürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 fevral 2022-ci il tarixdə saat 04 radələrində X4 Bakı şəhəri, Xəzər rayonu Şüvalan qəsəbəsi Şimal DRES yaşayış massvinidə yeni sahədə nömrəsiz ünvanda yerləşən evin həyətinə hasarı aşmaqla keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanunsuz daxil olaraq içəridə olan 500 manat dəyərində 1 ədəd Şarp markalı soyuducunu, 400 manat dəyərində 1 ədəd paltaryuyan maşını, 100 manat dəyərində 1 ədəd elektrik çaydanını, 1.000 manat dəyərində qab-qacaq dəstlərini, 1.500 manat dəyərində büllur qabları götürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə cəmi 3.600 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 mart 2022-ci il tarixdə saat 19:00 radələrində X2 Bakı şəhəri, Xəzər rayonu Şüvalan qəsəbəsi bağlar massivində yerləşən evin həyətinə hasarı aşaraq keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanusuz daxil olaraq içəridə olan ümumilikdə 4.300 manat dəyərində müxtəlif qabqacaqları, 2 ədəd televizoru, 3 ədəd gül qabılarını, 1 ədəd tosteri və 1 ədəd kondisioneri götürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə cəmi 4.300 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 19 mart 2022-ci il tarixdə saat 15:00 radələrində tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi S.Yesenin küçəsindlə yerləşən «Mədəniyyət Evi»nin yaxınlığında əvvəldən tanıdığı X3 bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpikləri ilə vuraraq sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən sağ gözaltı nahiyyənin, burunun qançırı kimi xəsarətlər yetirməklə zərər çəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olmayan zor təbiq etməklə üzərində olan 660 manat pulu açıq talayaraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 aprel 2022-ci il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs4 qızının Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi bağlar massivində yerləşən evin həyətinə hasarı aşaraq keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanusuz daxil olaraq içəridə olan ümumilikdə 3.000 manat dəyərində 1 ədəd dəmir masanı, 1 ədəd dəmir qapını, müxtəlif ölçülü dəmir boruları və elektrik naqillərini götürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə həmin miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 aprel 2022-ci il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Xəzər rayonu Şüvalan qəsəbəsi bağlar massivində yerləşən evin həyətinə hasarı aşaraq keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanusuz daxil olaraq içəridə olan ümumilikdə 3.500 manat dəyərində müxtəlif geyim əşyalarını, qab qacaqları, yataq dəstlərini, su qızdırıcısını, xalçanı və velosipedi götürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə həmin miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-26/2023 saylı, 24 may 2023-cü il tarixli hökmünün ləğv edilməsi, ona verilmiş qanunsuz, ədalətsiz, qərəzli cəzanın yüngülləşdirilməsi haqqında ədalətli qərar verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun təqsirsizliyi haqqında məsələnin əleyhinə həll edilməsinə təsir göstərmişdir. Həmçinin irəli sürülmüş ittihama baxılması üçün əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökmündə ziddiyyətli sübutlarla təsdiq edildiyindən məhkəmə tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmişdir. Hökm qanunsuz, əsasssız olduğundan onun barəsində ləğv olunmalıdır. Məhkəmə cinayət işində toplanmış hüquqi sənədləri, ekspert rəyləri, ifadələri tədqiq edərək onlar əsasında müəyyən edimiş hallara düzgün qiymət verməmiş və ağır cəza vermişdir. Hökmün formal olaraq cinayət qanunvericiliyin normalarına istinad olunmaqla çıxarıldığı məlum olur. Məhkəmə hökm çıxararkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəza təyin dilməsinə, cəzanın məqsədinə dair tələblərə əməl etməmişdir. Məhkəmə heç bir istintaq əməliyyatı keçirmədən, ifadələrinə əhəmiyyət vermədən ona istintaq zamanı işgəncə verərək məcburi boynuna qoyulan maddələri hökmə köçürmüşdür. Ümumiyyətlə cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılmamış, məhkəmə işin faktiki hallarına uyğun olmayan ədalətsiz ağır cəza təyin etmişdir. Məhkəmədən onun səmimi peşimançılığını, yaşayış yerindən müsbət xasiyyətnaməsini, qardaşının 44 günlük Vətən müharibəsində şəhid olmasını, himayəsində qoca xəstə anasının olmasının nəzərə alaraq cəzasını yüngülləşdirməsini xahiş edir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 və müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-26/2023 saylı, 24 may 2023-ci il tarixli hökmünün dəyişdirilərək, təyin edilmiş cəzanın azaldılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı2 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək şikayətin təmin edilməməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-26/2023 saylı, 24 may 2023-ci il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkum edilmiş şəxs apellyasiya şikayətində ona verilmiş ittihamı mübahisələndirərək məhkəmə tərəfindən müəyyən edilmiş halların sübuta yetirilmədiyini, hökmün formal olaraq cinayət qanunvericiliyin normalarına istinad olunmaqla çıxarıldığını qeyd etsə də, apellyasiya baxışı zamanı mövqeyini dəyişərək verilmiş ittihamla özünü təqsirli bilərək cəzasının azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs3 cəzanın ağırlığını mübahisələndirsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs3 cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, məhkum edilmiş Təqsirləndirilən şəxs3 apellyasiya şikayətində ona təyin edilən cəzanın azaldılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, Təqsirləndirilən şəxs3 həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyəsində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Cinayət işi materialları ilə müəyyən edirir ki, Təqsirləndirilən şəxs3 Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 66.5 və 66.3-cü maddalərinə əsasən təqsirli bilinərək barəsində 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 06 avqust 2018-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Xətai Rayon Məhkəməsinin hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi xaric edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qərarı ilə 06 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsi ilə əvəz edilmişdir. 07 dekabr 2020-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs3 01 (bir) ay 15 (on beş) gün müddətinə çəkilməmiş qalan cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilməmiş hesab olunur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun əməlini etiraf etməsini, səmimi peşman olmasını, qardaşı X7 İİ Qarabağ Müharibəsi zamanı şəhid olmasını cəzanı yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olmasını Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Təqsirləndirilən şəxs3 onun islah olunması məqsədini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 əvvəllər talama cinayəti ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, islah olunmadan yenidən qəsdən cinayət törətməsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdiriləcəyi təqdirdə həm məhkum, həm eyni əmələ görə məhkum olunmuş digər şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, cəzanın məqsədinə nail olunmamasına gətirib çıxardar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, məhkum edilmiş şəxsə təyin edilən cəzanın dəyişdirilib, ona daha yüngül cəza növünün təyin olunması üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-26/2023 saylı, 24 may 2023-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-26/2023 saylı, 24 may 2023-ci il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən məhkum Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elbəy Allahverdiyev Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(103)-736/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-736/2024
10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver