Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-737/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X11, Məhkum Təqsirləndirilən şəxs2 və Müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, məhkumluğu ödənilmiş, Yardımlı rayonu, Əsədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1988-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Əsədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.02.2021-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.02.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsi tətbiq edilməklə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsi tətbiq edilməklə cəzaları qismən toplamaq yolu ilə X4 qəti olaraq 8 (səkkiz) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və satmış, eləcə də, külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Belə ki, o, bibisi oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə 26.10.2019-cu il tarixdən 29.10.2019-cu il tarixədək İran İslam Respublikasında olarkən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri 4000 manat pul müqabilində əldə etmə, saxlama, daşıma, satma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 26.10.2019-cu il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində hoteldən olarkən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə danışıb razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan şəxslə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna “Malyar Ustası” adı ilə qeyd etdiyi İran İslam Respublikasına məxsus +**********82 nömrəli mobil nömrə ilə “yaratdığı “Votçap” sosial şəbəkə proqramı vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayıb onun tərəfindən istintaqa məlum olmayan yerdə və mənbədən əldə olunub Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə göndərilmiş, əvvəlcədən razılaşdıqları kimi Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsi ilə üzbəüz yerləşən “İpək” mebel mağazasının qarşısında olan üzərində “Soliton-Mebel” “Soliton”, “Neptun” və “Kilim” reklamını əks etdirən lövhənin yanında olan dəmir qutunun içərisində gizlədilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələri, yəni bir ədəd şəffav rəngli sellofan bağlamada 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan ağ rəngli kristal formada təmiz çəkisi 31,265 qram olan külli miqdarda psixiotrop maddə metafetamini və bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 169,384 qram olan külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini 29.10.2019-cu il tarixdə axşam saatlarında qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə satış məqsədilə qanunsuz olaraq götürüb əldə etdikdən sonra tanışı X7 idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektinə daşımış, 30.10.2019-cu il tarixdə tanışları X13 ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində görüşərək Elgün Əliyevin idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə əyləşərək, avtomobildə Elgün Əliyevə həmin narkotik vasitə və psixotrop maddədən bir ədəd şəffav rəngli torbada 31,265 qram çəkidə külli miqdarda psixotrop maddə olan metafetamini hər qramını 40 manata satdıqdan sonra, bir ədəd qara rəngli sellofan bağlamada qalan külli miqdarda narkotik vasitə olan heroini Elgün Əliyevin avtomobilinin salonunda arxa oturacağının üstünə qoyaraq saxlamış, 30.10.2019-cu iltarixdə saat 10 radələrində Abşeron polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pospektində saxlanılıb, Abşeron rayon polis idarəsinə gətirilərək Elgün Əliyevin idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin salonun arxa oturacağının üstündən ona və Təqsirləndirilən şəxs2 məxsus həmin bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 169,384 qram olan tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. ittiham aktına əsasən, həmçinin Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və satmış, eləcə də, külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Belə ki, o, dayısı oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə 26.10.2019-cu il tarixdən 29.10.2019-cu il tarixədək İran İslam Respublikasında olarkən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri 4000 manat pul müqabilində əldə etmə, saxlama, daşıma, satma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 26.10.2019-cu il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində hoteldə olarkən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə danışıb razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan şəxslə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna “Malyar Ustası” adı ilə qeyd etdiyi İran İslam Respublikasına məxsus +**********82 nömrəli mobil nömrə ilə “yaratdığı “Votçap” sosial şəbəkə proqramı vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayıb tərəfindən istintaqa məlum olmayan yerdə və mənbədən əldə olunub Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə göndərilmiş, əvvəlcədən razılaşdıqları kimi Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsi ilə üzbəüz yerləşən “İpək” mebel mağazasının qarşısında olan üzərində “Soliton-Mebel” “Soliton”, “Neptun” və “Kilim” reklamını əks etdirən lövhələrin yanında olan dəmir qutunun içərisində gizlədilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələri, yəni bir ədəd şəffav rəngli sellofan bağlamada 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan ağ rəngli kristal formada təmiz çəkisi 31,265 qram olan külli miqdarda psixiotrop maddə metafetamini və bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 169,384 qram olan külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini 29.10.2019-cu il tarixdə axşam saatlarında qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə satış məqsədilə qanunsuz olaraq götürüb əldə etdikdən sonra tanışı X8 idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektinə daşımış, 30.10.2019-cu il tarixdə tanışları X13 ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində görüşərək Elgün Əliyevin idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə əyləşərək, avtomobildə Təqsirləndirilən şəxs1 Elgün Əliyevə həmin narkotik vasitə və psixotrop maddədən bir ədəd şəffav rəngli torbada 31,265 qram çəkidə külli miqdarda psixotrop maddə olan metafetamini hər qramını 40 manata satdıqdan sonra, bir ədəd qara rəngli sellofan bağlamada qalan külli miqdarda narkotik vasitə olan heroini Elgün Əliyevin avtomobilinin salonunda arxa oturacağının üstünə qoyaraq saxlamış, 30.10.2019-cu il tarixdə saat 10 radələrində Abşeron polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pospektində saxlanılıb, Abşeron rayon polis idarəsinə gətirilərək Elgün Əliyevin idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin salonun arxa oturacağının üstündən ona və Təqsirləndirilən şəxs1 məxsus həmin bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 169,384 qram olan tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.02.2021-ci il tarixli hökmünün dəyişdirilməsini və cəzasının yüngülləşməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yüngülləşdirici halları nəzərə almamış və ağır cəza təyin etmişdir. Apellyasiya icraatı zamanı məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini dəqiqləşdirərək Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində bəraət verilməsini və qalan hissələrdə isə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və digər məhkum apellyasiya şikayəti verməmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini müdafiə edərək məhkuma Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində bəraət verilməsini və qalan hissələrdə isə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi X9 apellyasiya şikayətini müdafiə edərək məhkuma Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində bəraət verilməsini və qalan hissələrdə isə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X11 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı digər məhkum Təqsirləndirilən şəxs1 ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.02.2021-ci il tarixli hökmü ləğv edilərək, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək məhkum olunmasına və Azərbaycan Respublikası CM-in 206.3.2 maddəsi ilə təqsirləri sübuta yetirilmədiyinə görə ona bəraət verilməsinə dair yeni hökm çıxarılmalıdır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hazırkı iş üzrə digər məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verməsə də, həmin məhkuma münasibətdə də Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə ona bəraət verilməsinə dair yeni hökm çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənin 397.5-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17.03.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində və hazırkı apellyasiya baxışı zamanı verdiyi ifadələrində də ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, ittihamın Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə isə təqsirli olmasının sübuta yetirilməməsi aşağıdakı sübutlara əsasən hazırki apellyasiya baxışı zamanı kifayət qədər təsdiq olundu. Belə ki, iş materiallarından olan: - Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 05.10.1987-ci il təvəllüdlü X7, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Abşeron rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra o, Abşeron RPİ-nin CAŞnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2dan, Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3dan və Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid4dan ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və onlar bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı 30.10.2019-cu il tarixdə saat 10 radələrində məlumatda göstərilən əlamətlərə uyğun gələn şəxslər X7, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağında Elgün Əliyevin idarə etdiyi ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində olduqlarını və özlərini şübhəli apardıqlarını görmüşlər. Həmin vaxt Elgün Əliyev avtomobildən düşüb yolu keçmək istəyərkən Elgün Əliyevə yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqə göstərmişlər. Həmin vaxt X10 və avtomobildə olan iki nəfər şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. Həmin şəxslər onların dəvətini qəbul edərək Abşeron rayon polis idarəsinə gəlmişlər. İdarədə həmin şəxslərin şəxsiyyəti edilərkən məlum olmuşdur ki, həmin şəxslər 05.10.1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi ev ev 1, mənzil 197-də yaşayan X13, xx.xx.1989-cu ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Əsədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1988-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Əsədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2dur. Abşeron RPİ-nin inzibati binasında otaqıarın birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxslərdən biri X10 vəkilinin yanında tərəflərindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etdik ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. X13 əynində olan qara rəngli dəri gödəkçənin sol içəri cibindən bir ədəd şəffav rəngli sellofan büküm çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffav rəngli sellofana bükülmüş bükümün içərisinə baxdıqda həmin şəffav rəngli sellofan bükün içərisində ağ rəngli kristal formada maddələr aşkar olunmuşdur. Sorğu zamanı X13 bildirmişdr ki, əynində olan qara rəngli dəri gödəkçənin sol içəri cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffav rəngli sellofana bükülmüş büküm içərisində olan narkotik maddə metafetamindir, 30.10.2019-cu il tarixdə saat 10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağında tanışları Samir və Müşfiq adlı şəxslərlə görüşüb bir ədəd şəffav sellofana bükülmüş bükümdə alıb əynində olan sol qara rəngli dəri gödəkçənin sol içəri cibinə qoymuşdur. Həmçinin Abşeron RPİ-nin inzibati binasında otaqıarın birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxslərdən biri Təqsirləndirilən şəxs1 vəkilinin yanında tərəfilərindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya yoxdur, lakin tanışı X10 məxsus ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin arxa sağ oturacağında özünə məxsus qara rəngli serllofan torbanın içərisində narkotik vasitə vardır. Sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya predmet aşkar olunmadı.Eləcədə Abşeron RPİ-nin inzibati binasında otaqıarın birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxslərdən biri Təqsirləndirilən şəxs2 vəkilinin yanında tərəflərindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya yoxdur, lakin tanışı X10 məxsus ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin arxa sağ oturacağında qara rəngli serllofan torbanın içərisində narkotik vasitə vardır. Sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dediyi tanışı X10 məxsus ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirən zaman Təqsirləndirilən şəxs1 həmin avtomobilin sağ arxa qapısını açaraq avtomobilin arxa oturacağın üzərindən bir ədəd qara rəngli sellofan torbanı götürərək təqdim etmişdir. Həmin torbanın içərisinə baxdıqda torbanın içərisində bir ədəd ağ rəngli sellofan torbada qəhvəyi rəngli toz şəklində maddə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, tanışı X10 məxsus “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa sağ oturacağının üzərindən götürərək təqdim etdiyi həmin bir ədəd qara rəngli sellofan torbanın içərisində olan bir ədəd qara rəngli balaca sellofan torbanın içərisində olan bir ədəd ağ rəngli sellofan içərisindəki natkotik vasitə olan heroindir, o, narkotik vasitələri 29.10.2019-cu il tarixdə axşam saatlarında qohumu Təqsirləndirilən şəxs2 Ərzulla oğlu və tanışı X13 ilə bir yerdə Elgünün idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinə gedib yanacaq doldurma məntəqəsinin yanında tanımadığı şəxsdən 4000 manata almış və özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağına qədər daşımış, həmin narkotik vasitənin içərisində olan təxminən 31 qaram çəkidə metafetamini tanışı X10 qramı 40 manata satmışdır. Həmin narkotik vasitə olan heroinə oxşar kütlə və psixotrop maddə olan metafetamin təhqiqatçı tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Şəxsi axtarış və avtomobilə baxışın keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. O da həmin zərflərə və protokollara imza atmışdır. Sonra isə təhqiqatçılar tərəfindən X7, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izahatları alınmışdır”. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2 Vahidov X2 Əjdər Aqil oğlu şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadələr vermişlər. Bundan başqa: - İbtidai istintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy J3” markalı **********43820/01 və **********43828/01 imey kodlu mobil telefonuna baxış keçirən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 “Samsung Galaxy J3” markalı **********43820/01 və **********43828/01 imey kodlu mobil telefonu ***-***-**-** sim nömrəsi ilə işlədir və həmin nömrə ilə teleofonda “WhatsApp” sosial şəbəkəsində qeydiyyatdan keçərək həmin sosial şəbəkə vasitəsi ilə tanışları ilə əlaqə saxlayır. Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy J3” markalı **********43820/01 və **********43828/01 imey kodlu mobil telefonunda olan “WhatsApp” sosial şəbəkəsinə baxış keçirən zaman həmin şəbəkədə +**********482, “Ruslan sinif”, “X20 ”, “Vüqar”, “Səid Dükan”, “Anar əmi” adlı niklərlə yazışması aşkar olundu. +**********82 nömrə altında altında olan nikə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 mobil telefonunda olan “WhatsApp” sosial şəbəkəsində +**********82 nömrə ilə səsli və hərfi yazışması müşahidə olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, mobil telefonunda olan “WhatsApp” sosial şəbəkəsində +**********82 nömrə ilə danışdığı şəxs İran İslam Respublikasının vətəndaşıdır, İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayır. 26.10.2019-cu il tarixdə o, bibisioğlu Təqsirləndirilən şəxs2 Ərzulla oğlu ilə İran İslam Respublikasının Ərdəbil şəhərinə getmişlər. Ərdəbil şəhərində qaldığı otellərin birində tanış olduğu həmin İran vətəndaşı olan bir nəfər şəxsdən narkotik vasitə istəmişlər. Həmin şəxs onlara demişdir ki, “Bakı şəhərində narkotik vasitə satacaq və həmin narkotik vasitənin qiyməti 4000 manatdır, istəsən əlaqə saxlayıb ala biləsən”. O, həmin şəxslə həmin şəxsin dediyi qiymətə razılaşmışdır. 29.10.2019-cu il tarixdə axşam saatlarında İran İslam Respublikasından Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə gələrək mobil telefon vasitəsi ilə tanışı Elgünlə əlaqə saxlayıb onu və Müşfiqi Bakı şəhərinə aparmasını bildirmişdir. Elgün onunla razılaşmışdır. Elgün idarə etdiyi maşınla gəlib onunla Müşfiqi Bakı şəhərinə aparmışdır. X16 vasitəsi ilə İranda onlara narkotik vasitə söz verən şəxslə əlaqə saxlayıb hara gedəcəklərini öyrənmişdir. İran vətəndaşı votçap vasitəsi ilə onlara Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinə getmələrini və orada bir nəfər şəxsin onları gözlədiyini bildirmişdir. Onlar Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə gedib yanacaq doldurma məntəqəsinin yanında o, maşından düşüb 4000 manat pulu yerə qoymuş və bir saatdan sonra pulu qoyduğu yerdən qara sellofana bükülü narkotik vasitəni götürüb oradan Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişlər. Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy J3” markalı **********43820/01 və **********43828/01 imey kodlu mobil telefonunda olan “WhatsApp” sosial şəbəkəsinə baxış keçirən zaman həmin şəbəkədə “Ruslan sinif”, “X20 ”, “Vüqar”, “Səid Dükan”, “Anar əmi” adlı niklərlə yazışmaına baxdıqda heç bir səsli və hərfi yazı aşkar olunmadı. - İbtidai istintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs2 məxsus qara rəngli “Samsung Galaxy J4” markalı **********60389 və **********60387 imey kodlu mobil telefonuna Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 “Samsung Galaxy J4” markalı **********60389 və **********60387 imey kodlu mobil telefonu ***-***-**-** sim nömrəsi ilə işlədir və həmin nömrə ilə teleofonda “WhatsApp” sosial şəbəkəsində qeydiyyatdan keçərək həmin sosial şəbəkə vasitəsi ilə tanışları ilə əlaqə saxlayır. Təqsirləndirilən şəxs2 Ərzulla oğluna məxsus qara rəngli “Samsung Galaxy J4” markalı **********60389 və **********60387 imey kodlu mobil telefonunda olan “WhatsApp” sosial şəbəkəsinə baxış keçirən zaman həmin şəbəkədə “Fərid ev”, “Rulan Jj”, “Malyar ustası”, “Topiş”, nikli +**********33 və +**********45 nar nömrəli niklərlə yazışması aşkar olundu. “Malyar ustası” nikinin mobil telefon nömrəsinə baş keçirdikdə həmin nikin +**********82 altında işlənməsi müşahidə olundu. Təqsirləndirilən şəxs2 mobil telefonunda olan “WhatsApp” sosial şəbəkəsində “Malyar ustası” niki ilə səsli və səssiz yazışması müşahidə olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs2 Ərzulla oğlu bildirdi ki, mobil telefonunda olan “WhatsApp” sosial şəbəkəsində “Malyar ustası” niki ilə danışdığı şəxs İran İslam Respublikasının vətəndaşıdır, İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayır. 26.10.2019-cu il tarixdə o, dayısıoğlu Təqsirləndirilən şəxs1 ilə İran İslam Respublikasının Ərdəbil şəhərinə getmişlər. Ərdəbil şəhərində qaldığı otellərin birində tanış olduğu həmin İran vətəndaşı olan bir nəfər şəxsdən narkotik vasitə istəmişlər. Həmin şəxs onlara demişdir ki, “Bakı şəhərində narkotik vasitə satacaq və həmin narkotik vasitənin qiyməti 4000 manatdır, istəsən əlaqə saxlayıb ala biləsən”. Onlar həmin şəxslə həmin şəxsin dediyi qiymətə razılaşmışlar. 29.10.2019-cu il tarixdə axşam saatlarında İran İslam Respublikasından Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə gəlmişlər. Həmin vaxt Samir mobil telefon vasitəsi ilə tanışları Elgünlə əlaqə saxlayıb onu və Samiri Bakı şəhərinə aparmasını bildirmişdir. Elgün Samirlə razılaşmışdır. Elgün idarə etdiyi maşınla gəlib onunla Samiri Bakı şəhərinə aparmışdır. Yolda o, Votçap vasitəsi ilə İranda onlara narkotik vasitə söz verən şəxslə əlaqə saxlayıb hara gedəcəklərini öyrənmişdir. İran vətəndaşı votçap vasitəsi ilə onlara Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinə getmələrini və orada bir nəfər şəxsin onları gözlədiyini bildirmişdir. Onlar Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə gedib yanacaq doldurma məntəqəsinin yanında saxlamışlar. Orada Samir 4000 manat pulu yerə qoymuş və bir saatdan sonra pulu qoyduğu yerdən qara sellofana bükülü narkotik vasitəni götürüb oradan Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişlər. Təqsirləndirilən şəxs2 Ərzulla oğluna məxsus qara rəngli “Samsung Galaxy J4” markalı **********60389 və **********60387 imey kodlu mobil telefonunda olan “WhatsApp” sosial şəbəkəsinə baxış keçirən zaman həmin şəbəkədə “Fərid ev”, “Rulan Jj”, “Malyar ustası”, “Topiş”, nikli +**********33 və +**********45 nar nömrəli niklərlə yazışmaına baxdıqda heç bir səsli və hərfi yazı aşkar olunmadı. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 30.10.2019-cu il tarixli 27211 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...X7... sözləri və imzalar olan bir ədəd zərfdəki 01(bir) ədəd bağlamada təmiz çəkisi 31.265 qram olan ağ rəngli kristal formada maddə metafetamindir. Metafetamin adlı pereparat 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 30.10.2019-cu il tarixli 27212 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1... sözləri və imzalar olan bir ədəd zərfdəki 01(bir) ədəd bağlamada b təmiz çəkisi 169.384 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-Heroindir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 04.12.2019-cu il tarixli 2865 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 TİRYƏK alkolidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin hal-hazırda absttinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - ibtidai istintaq zamanı iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 04.12.2019-cu il tarixli 2917 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 TİRYƏK alkolidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin halhazırda absttinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər mehkum olunmuş və məhkumluğu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması Azərbaycan Respublikası CPM-in 125, 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş etiraf ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkuma Azərbaycan Respublikası CM-in 206.3.2 maddəsi ilə ittiham sübuta yetirilmədiyinə görə onlara bəraət verilməsinə dair nəticəyə gələrkən aşağıdakılara əsaslanmışdır: İş materiallarından göründüyü kimi məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan edilmiş ittihamın əsasını həmin şəxslərin verdikləri eyni məzmunlu ifadələr olmuşdur. Bu qeyd edilmiş ifadələrdən başqa hər hansı sübut mövcud olmamışdır. Məhkəmə kollegiyası bildirir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş və Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsası olan ifadələrdə qeyd edilmişdir ki, məhkumlar tərəfindən İran İslam Respublikasının Ərdəbil şəhərin olarkən istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından narkotik vasitə istəmişlər. Həmin şəxs onlara demişdir ki, “Bakı şəhərində narkotik vasitə satacaq və həmin narkotik vasitənin qiyməti 4000 manatdır, istəsən əlaqə saxlayıb ala biləsən” və onlar Bakı şəhərində həmin narkotik vasitəni əldə etmişlər. Qeyd edilmiş ifadədən göründüyü kimi istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı tərəfindən Bakı şəhərində narkotik vasitə satılacağı bildirilmişdir. Bundan başqa ifadələrdə “istəsən əlaqə saxlayıb ala biləsən” cümləsindən də göründüyü kimi Bakıda satılacaq narkotik vasitələrin satışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təklifi əsasında həyata keçməmişdir. Yəni, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə istəməsindən aslı olmayaraq istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı tərəfindən qeyd edilmiş satış həyata keçiriləcəkdir. İfadələrdən də göründüyü kimi həmin satış Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vədi əsasında formalaşmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası məhkumların Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə tövsif olunmuş əməli həmin Məcəlləninin 206.3.2-ci və ya 32.5, 206.3.2-ci maddəsinə tövsif edilməsinə əsassız hesab edərək qeyd edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətinə qabaqcadan əlbir olan bir qrup şəxs halında və ya köməkçi qismində təqsiri iş materialları ilə sübut edilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, iş materiallarında olan 03.02.2020-ci il tarixli qərardan görünür ki, İran İslam Respublikası vətəndaşının şəxsiyyətini və yerini müəyyən etmək mümkün olmadığından həmin şəxs barəsində cinayət işi ayrılmışdır. Həmin şəxsin hazırkı tarixədək tapılması və ya məsuliyyətə cəlb edilməsi isə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, aşkar olunmuş narkotik vasitənin Azərbaycan Respublikasına ölkə xaricindən gəlməsi və ya gəldiyi təqdirdə onun nə vaxt və hansı şəraitdə keçirilməsi müəyyən edilməmişdir. Məhz elan edilmiş ittiham aktındanda göründüyü kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən bilavasitə Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi qeyd edilməmişdir. İttihama əsasən də məhz Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən qabaqcadan verilmiş razılıq əsasında Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə göndərilmiş narkotik vasitələri əvvəlcədən razılaşdıqları kimi Bakı şəhəri satış məqsədilə qanunsuz olaraq götürüb əldə etmələri qeyd edilmişdir. Azərbaycan Respublikası CM-in 206-cı maddəsindən görünür ki, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi başa düşülür. Hazırkı iş üzrə isə narkotik vasitənin Azərbaycan Respublikasına ölkə xaricindən gəlməsi və ya gəldiyi təqdirdə onun nə vaxt və hansı şəraitdə keçirilməsi müəyyən edilməmişdir. Qeyd edilən malların ölkə xaricindən gəlməsi təqdirində belə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu keçirilməsinə dair hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası CPM-in “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02.06.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir” Apellyasiya icraatı zamanı məhkum narkotik vasitələr ilə bağlı əvvəlcədən hər hansı vəd vermədiyini və malların ölkə xaricindən gəlməsini şəxsin İran İslam Respublikasının vətəndaşı olması ilə əlaqələndirirək bu cür nəticəyə gəldiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası baxılan iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq, məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, məhkum Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satması mötəbər və təkzibolunmaz sübutlarla tam təsdiq olunduğundan, onların əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuş və həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, məhkəmə araşdırmasının nəticəsi olaraq Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə təqsirləri sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bəraət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlər Azərbaycan Respublikasının CM-in 15.4-cü maddəsinə əsasən, ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Kollegiya Təqsirləndirilən şəxs2 cinayəti etiraf edib səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olması işdə cəzanı yüngülləşdirən halllar kimi qiymətləndirir və ağırlaşdıran hallar müəyyən etmir. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs2 mülkiyyətlərində müsadirə oluna biləcək hər hansı bir əmlak aşkar olunmamış və onların hər hansı əmlakı üzərinə ibtidai istintaq orqanı tərəfindən həbs qoyulmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş musadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi məhkum cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və yaxud digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə maddi sübut olmaqla Abşeron rayon Pİ-nin saxlanc anbarında saxlanılan 169.334 qram narkotik vasitə olan heroin - məhv edilməli,eyni zamanda iş üzrə maddi sübut olmaqla Abşeron rayon Pİ-nin saxlanc anbarında saxlanılan 31.215 qram psixotrop maddə olan metafetaminin X7 barəsində ayrılmış cinayət işi üzrə maddi sübüt qismində tanıması nəzərə alınmalıdır. Eyni zamanda iş üzrə maddi sübut olmaqla Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş X7, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi və X10 məxsus “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə olmayan üç ədəd DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Kollegiya Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 30.10.2019-cu il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədə müvafiq sayır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hazırkı iş üzrə digər məhkum Təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayəti verilməməsinə baxmayaraq Azərbaycan Respublikası CPM-in 397-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.02.2021-ci il tarixli hökmünün ona Azərbaycan Respublikası CM-in 206.3.2 maddəsi ilə təqsirli hesab edilməsi hissəsində ləğv edərək təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməli, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli hesab edilərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs2 hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saat hüquqi xidmətə görə X5 90 (doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353-356, 397.1, 397.2, 398.1.1 və 405-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.02.2021-ci il tarixli hökmü ləvğ edilsin və iş üzrə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını «ümumi» rejimli cəzacəkmə müəssisəsində cəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 30.10.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saat hüquqi xidmətə görə X5 90 (doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını «ümumi» rejimli cəzacəkmə müəssisəsində cəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 30.10.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Abşeron rayon Pİ-nin saxlanc anbarında saxlanılan 169.334 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-nin saxlanc anbarında saxlanılan 31.215 qram psixotrop maddə olan metafetamin X7 barəsində ayrılmış cinayət işi üzrə maddi sübüt qismində tanıması nəzərə alınsın. İş üzrə maddi sübut Ağ rəngli üzərində heç bir yazı olmayan üç ədəd DVD farmatlı disk cinayət işinin materiallarında saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qaraqurbanlı Hakimlər Mirzəli Abbasov Vaqif Mursaqulov
Məhkəmə qərarları › İş №1(103)-737/2021
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-737/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver