Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-742/2025 30.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi – X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçilər – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Universal Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, heç bir yerdə işləməmiş, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 03 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-231/2024 saylı, 05 iyun 2024cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 681/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə (bundan sonra apellyasiya şikayəti) üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə ittiham elan olunmuşdur ondan ötrü ki, o, 02 iyun 2024-cü il tarixdə, saat təxminən 19:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsində olarkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı əlbəyaxa olduqdan sonra törədəcəyi əməlin ictimai təhlükəli olduğunu dərk edərək, onun nəticələrini qabaqcadan görərək və bunları arzu edərək qisas məqsədilə qəsdən öldürmək niyyəti ilə yaşadığı evdən götürdüyü soyuq silah hesab edilməyən, dəstəyi qara rəngli plastik materialdan, tiyəsi gümüşü rəngli metaldan ibarət, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə tanışı - xx xxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs zərbələr endirərək sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid olan ürəyin yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid olan sol budun orta üçdə birinin 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilməyən boynun qançırı xəsarətlərini yetirərək sonuncunu qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-681/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli hökmü ilə (hakimlər X10 (sədrlik edən), X6 və X1 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli 03 iyun 2024-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə həmçinin, maddi sübut məsələsi də həll edilmişdir. Hökmdən Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-681/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli hökmünün məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığına, cinayət qanunu normasının düzgün tətbiq edilmədiyinə görə ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə uyğun həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsi ilə bağlı əməlinin Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə deyil, məhz 126.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələrkən öz mülahizəsinə əsasən müəyyən edilmiş saydığı Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə deyil, qisas almaq məqsədilə sağlamlığına ağır zərər vurması kimi hallardan çıxış etmişdir. Lakin, birinci instansiya məhkəməsinin işin faktiki halları və Təqsirləndirilən şəxs qəsdi barədə gəldiyi nəticələr sübutların lazımınca, yəni CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə araşdırılmasına əsaslanmır. Qeyd edilməlidir ki, hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə (xüsusilə də ürəyinə) bıçaqla müxtəlif dərəcəli xəsarətlər yetirməsi Təqsirləndirilən şəxs öldürmək niyyətinin olmaması kimi şərh edilə bilməz, əksinə həmin hal onun qəsdinin nəyə istiqamətlənməsinin (şəxsi qəsdən həyatdan məhrumetməyə) göstəricisidir. Hadisə yerində bilavasitə olmuş, ifadəsi hər hansı şübhə doğurmayan şəxsin, Şahid ibtidai istintaq, həmçinin, məhkəmə zalında verdiyi ifadəsi ilə o cümlədən müəyyən edilir ki, hadisə yerində o, birinci dəfə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mübahisə edərkən onları aralaşdırmış, həmin vaxt hər ikisi bir-birini nalayiq ifadələrlə təhqir etmiş və zərərçəkən şəxsin əlində bıçaq olmuşdur. Onları aralaşdırdıqdan təxminən 20 dəqiqə sonra hadisə yerinə qayıtdıqda Təqsirləndirilən şəxs əlində bıçaqla Zərərçəkmiş şəxs isə yıxılmış vəziyyətdə onun altında görmüş, həmin vaxt Zərərçəkmiş şəxs yerdən Təqsirləndirilən şəxs təpik vuraraq özündən uzaqlaşdırmağa çalışmış, lakin bacara bilməmiş, Şahid dərhal qaçaraq oraya yaxınlaşmış və Təqsirləndirilən şəxs qucaqlayaraq ayırmağa çalışmış, bu zaman o, əlində bıçaqla “burax məni, qoy əzim bu oğraşın başını” (ibtidai istintaqdakı ifadəsində isə “qoy öldürüm bu oğraşı”) kimi ifadələr işlətmiş, həmin şəraitdə Təqsirləndirilən şəxs tutub onu sakitləşməyə çağırmış və əlindən bıçağı almışdır. Yalnız bundan sonra Təqsirləndirilən şəxs ictimai təhlükəli əməllərinin qarşısı alınmış və zərər çəkən şəxs Zərərçəkmiş şəxs hadisə yerindən uzaqlaşıb gedə bilmişdir. Məhkəmə öz hökmündə qeyd olunan ifadələrə əsaslanaraq təqsirləndirilən şəxsin zərərçəkən şəxsi öldürmək niyyətinin olmaması qənaətinə gələrək bu fikrini Şahid məhkəmə zalında oxuyub-yaza bilməməsini səsləndirərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməməsi və Təqsirləndirilən şəxs işlətdiyi ifadələrlə bağlı meydana çıxan ziddiyyətlə əsaslandırmağa çalışmışdır. Lakin hesab edirik ki, məhkəmə Azərbaycan dilinin leksik mənası baxımından işlədilən “öldürüm” və “başını əzim” ifadələrinin düzgün məna izahını verə bilməyərək qiymətləndirməmiş, təqsirləndirilən şəxsin əlində kəsici-deşici alət olan bıçaqla təqsirləndirilən şəxsin başını necə əzə biləcəyi kimi ortaya çıxan məntiqə uyğun ziddiyyəti aradan qaldırmamış, zərərçəkən şəxsin yerdə uzanmış vəziyyətdə müqavimət imkanı məhdud halda onu təpikləyərək uzaqlaşdırmağa çalışması hissəsinə isə ümumiyyətlə toxunmamışdır. Həmçinin, bu məqamla bağlı şahidə tərəfindən suallar verilərək cavablar alınsa da, qeyd olunan isə məhkəmə iclas protokolunda öz əksini tapmamışdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş adam öldürmə cinayəti qəsdən törədilən cinayət olduğu üçün təqsirkarın zərərçəkmiş şəxsi həyatdan məhrum etməyi arzu etməsini və yaxud arzu etməsə də, əməlinin bu ictimai-təhlükəli nəticəni törədə biləcəyini öncədən görməsini, lakin ona şüurlu surətdə yol verməsini ehtiva edir. Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi, o cümlədən xuliqanlıq əməli üzrə sübutların tədqiqi prosesində həmin əmələ verdiyi hüquqi qiymət əsassız olub, bu sahədə səhv istiqamətdə vahid məhkəmə təcrübəsinin yaranmasına zəmin yaratmaqla yuxarıda qeyd edilən Ali Məhkəmə Plenumunun qərarının müəyyən etdiyi təcrübə ilə uyğunluq təşkil etmir. Eyni zamanda, məhkəmə öz hökmündə həmin işlər üzrə məhkəmə təcrübəsinə dair Ali Məhkəməsinin Plenumunun verdiyi izahdakı təsbit olunmuş hüquqi mövqedən fərqli qənaətə gəlməsinin zərurətini kifayət qədər əsaslandırmamışdır. Ali Məhkəmənin formalaşdırdığı təcrübənin və verdiyi izahın əhəmiyyətin Konstitusiya Məhkəməsi öz qərarlarında həm Konstitusiya, həm Konvensiya, həm də qanunlar baxımdan bir neçə dəfə vurğulamışdır. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-681/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli hökmünün dəyişdirilməsini, barəsində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-in 70-ci maddəsinin tətbiq edilməsini və sınaq müddəti müəyyən olunmaqla təyin edilən azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmədə də bildirmişdir ki, onun zərərçəkmiş şəxsi vurmaq niyyəti olmayıb. Sadəcə hadisə bir anlıq baş vermişdır. Hadisədən sonra zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri ödəmişdir. Baş verən hadisə də zərərçəkmiş şəxsin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Bütün bunlar yüngülləşdirici hallardır. Ona görə də barəsində 03 il müddətinə şərti tətbiq edilməklə cəza təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmə barəsində 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə işi tam araşdırmamış, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş zərəri ödəməyini nəzərə alıb, barəsində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin ən minimum həddini – 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasını seçə bilərdi. Apellyasiya baxışı zamanı Müdafiəçi4 apellyasiya şikayətinə əlavə verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-681/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli hökmünün dəyişdirilərək barəsində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə ona 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə, həmçinin iş üzrə yüngülləşdirici hallar nəzərə alınmaqla təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməsi və sınaq müddəti müəyyən olunmaqla təyin edilən azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə işin bütün faktiki hallarını, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməyini, zərərçəkmiş şəxslə barışmağını və ona dəymiş zərəri ödəməyini nəzərə alıb, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında ən minimum həbs, yəni 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə, Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməsi və sınaq müddəti müəyyən olunmaqla təyin edilən azadlıqdan məhrumetmə cəzasını şərti tətbiq edə bilərdi. Buna görə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin gəldiyi nəticələr təqsirləndirilən şəxsə münasibətdə daha yüngül cəza təyin edilə biləcəyi halda, daha ağır cəza təyin edildiyindən hökmdən narazıdırlar. Düzdür, ittiham tərəfi birinci instansiya məhkəməsinin hökmündən narazı qalaraq apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə hökm çıxarılmasını istəmişdir. Dövlət ittihamçısı tərəfindən məhkəmənin gəldiyi nəticələr mülahizə kimi göstərilsə də, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticələr işin real hallarına uyğun olmuş və Təqsirləndirilən şəxs əməli cinayət qanunvericiliyində nəzərdə tutulmuş qaydada düzgün tövsif edilərək, təqsirləndirilən şəxsin ona ittiham olunan Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmədiyi məhkəmə hökmündə əsaslandırılmış şəkildə izah edilmişdir. Şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi liçün cinayət tərkibinin dörd vacib elementinin olması zəruri olması qeyd edilmiş və cinayət tərkibinin elementləri hanrki işlə qarşılıqlı şəkildə araşdırılmışdır. Məhkəmə ittiham tərəfinin şahid ifadəsinə əsaslanaraq təqsirləndirilən şəxsə ağır ittiham irəli sürülməsini qəbııl edilməz hesab etmiş və həmin ifadələri sübutlar siyahısından çıxarmışdır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunsa da, cinayət işinin real halları tam və obyektiv araşdırılmamışdır. Bunun nəticəsi olaraq isə Təqsirləndirilən şəxs barəsində həbs təyin edilərkən həmin halların nəzərə alınaraq daha yüngül cəza təyin edilməməsinə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs hadisə törədilən gün, yəni 02 iyun 2024-cü il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri Xəzər RPİ-nin l-ci PŞ-nə aparılmışdır. Sonuncunun barəsində materiallar toplanılaraq ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli şəxs kimi bilinərək 03 iyun 2024-cü il tarixdə tutulma tətbiq edilmişdir. Ziddiyətli məqam ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin l-ci PŞ-də qanunsuz olaraq xx.xx.2024-cü il tarixdən saxlanılaraq xx.xx.2024-cü il tarixdə saat 17:50-də şübhəli şəxs kimi tutulmuşdur. Bu isə Təqsirləndirilən şəxs kobud şəkildə hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmin uzun müddətli vaxt aralığında təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmamış və onun Azərbaycan dilində yazıb oxuya bilməməsindən istifadə edilərək onun əleyhinə olan sənədlərə imzalamasına gətirib çıxarmışdır. İş materiallarında olan sərxoşluq keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:29-da sərxoşluq müayinəsindən keçirilmişdir. Bununla da, Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanılması öz təsdiqini tapmaqdadır. Cinayət işinin mübahisəsiz hallarından biri də budur ki. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq xəsarəti yetirdikdən və şahid hadisə yerinə gəldikdən sonra zərərçəkmiş şəxsdən uzaqlaşmışdır. Zərərçəkmiş şəxsin ayağa qalxaraq evinə tərəf getməsi və bundan sonra Nağı hadisə yerindən uzaqlaşmışdır. Bu faktı isə istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə istintaqı dövründə təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələrində eynilə öz əksini tapmışdıг. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Əlisakit Nağıya qarşı söyüşlər söydükdən sonra əlbəyaxa olub dalaşmışlar, Nağı bıçaq zərbəsi vurduqdan sonra hirsi soyumuş və aralaşmışdır. Bıçaq zərbəsinin vurulması istiqamətini isə nə Əlisakit, nə də Nağı görmüşdür. Hadisənin yeganə olan Şahbala Quliyev də, bıçaq zərbəsinin vurulma anını görmədiyini öz ifadələrində göstərmişdir. Bundan başqa, zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda və məlikəmə istintaqında vermiş olduğu ifadələrində də, bıçağın vurulmasını hiss etmədiyini təsdiq etmişdir. İşin həmin hallarından görüntir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı zərərçəkmiş Zərərçəkmiş şəxs sərbəst şəkildə evə getməsinə heç bir maneə olmadığı halda, icazə verməklə və geri qayıdaraq izləməməklə sonuncunu öldürmək, qəsdən adam öldürmə cinayətini başa çatdırmaq üçün real imkanları olduğu halda, bunu iradəvi olaraq həyata keçirməmişdir. Cinayət hadisəsini yeganə şahidi olmuş şəxsin ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri tamamilə ziddiyət təşkil etməkdədir. Birinci instansiya məhkəməsi haqlı olaraq, Şahid 03 iyun 2024-cü il tarixli və 02 avqust 2024-cü il tarixli “Şahidi dindirmə” protokollarının sübutların siyahısından xaric edilməsi barədə qərar qəbul etmişdir. Dövlət ittihamçısının mövqeyi olan, Şahid ifadəsində demiş olduğu “burax məni qoy əzim bu oğraşın başını” və “qoy öldürüm bu oğraşı” sözlərinə nəzər saldıqda isə, zərərcəkmiş şəxs və təqsirləndirilən şəxsin məhkəmə iclasında vermiş olduqları ifadələrində hər ikisi təsdiqləmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə oııu öldürəcəyi məzmununda ifadələr səsləndirməklə hədə-qorxu gəlmədiyini, öldürmək niyyətinin olmadığını bildirmişlər. İki şəxs dalaşdıqda isə onların arasında belə ifadələrin işlədilməsi kifayət qədər normal haldır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə ibtidai istinaqda şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, “Mən Azərbaycan Əlifbasının latın qrafikasında yazıb oxumağı bacarmıram”. Yəni, protokolda yazılmış sözlər barədə heç bir məlumatı yoxdur. Protokolun sonunda sualcavab hissəsində yazılan “İfadəmi oxudum, mənim sözlərimlə düzgün yazılıb" sözləri isə istintaq orqanının növbəti qanunazidd əməllərindən biridir. Daha sonra iş materiallarının 59-cu səhifəsində olan təqsirləndirilən şəxsin dindirilməsi protokolunda isə yuxanda göstərilənlərin tam əksi olaraq, latın əlifbasında yazmağı və oxumağı bacarıram sözləri qeyd edilmişdir. Göstərilənlər isə istintaq orqanın cinayət işi materiallarını necə gülünc halda hazırlamasını əks etdirməkdədir. İbtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurorluq tərəfindən istintaq orqanının bu qədər qanunsuz əməllərinə göz yumulmuşdur. Bu azmış kimi yenidən Təqsirləndirilən şəxs ağır maddələrlə ittiham olunması tələb edilməkdədir. İttiham tərəli təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə təqsirli bilinməsini yalnız bıçaq zərbəsinin istiqamətinə əsaslanaraq, iş üzrə digər bütün xüsusatları lazımi şəkildə tədqiq etmədən şəxsi adam öldürməyə cəhd kimi ittiham etmişdir. Lakin işin hallarına hərtərəfli və obyektiv qiymət verildiyi halda Təqsirləndirilən şəxs hadisə vaxtı zərərçəkmişi öldürmək qəsdi müəyyən olunmur. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbavcan Respublikasında idman sahəsində uğurlar əldə etmişdir. Yarıslarda iştirak edərək bir çox diplom və medallar qazanmışdır. Dəfələrlə üç rəngli bayrağımız onun qələbələri nəticəsində dalğalanmışdır. Hazırda hakimlərin onun barəsində olan həbs qərarı nəticəsində Təqsirləndirilən şəxs idman kariyerasını davam etdirə bilmir. Bu isə onun öz bacarıqlarını nümayiş etdirərək qələbələr qazanmaqla həmçinin tələbələr yetişdirərək ölkəmizin idman sahəsində olan nüfuzunu artırmada maneə olmaqdadır. Məhkəmə iclasında Dövlət ittihamçısı2 apellyasiya protestinin dəlillərini müdafiə edərək təmin edilməsini, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçilər Müdafiəçi4 və Müdafiəçi3 hər biri apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, apellyasiya protestinə isə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxsi öldürmək məqsədinin olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya protestinə isə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparılmaqla cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-681/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli hökmü ləğv edilməli, yeni ittiham hökmü çıxarılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1 və 63.3-cü maddələrinə əsasən cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikası CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayətprosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edərkən cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədiyindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, tanışı Zərərçəkmiş şəxs bıçaqla zərbə vurduğunu etiraf edib, törətdiyi hadisələrə görə əməlindən peşman olduğunu bildirməklə yanaşı qeyd etmişdir ki, Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti olmamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda anası ilə birlikdə yaşamış, fəhləlik edərək günəmuzd çörək pulu qazanmışdır. Əvvəllər məhkumluğu olmamışdır. Zərərçəkmiş şəxs onun qonşusudur. O, Əlisakiti on ildir ki, tanıyır. Əlisakitlə arasında 10 yaş fərq vardır. Əlisakitlə münasibətləri hər zaman yaxşı olmuşdur. Əlisakitlə 5-6 dəfə oturub yemək yeyib spirtli içki qəbul etmişlər. Dəfələrlə Əlisakitgilin evində yaxud onun evində yemək yeyib spirtli içki qəbul etmişlər. xx.xx.2024cü il tarixdə həftənin bazar günü olduğundan, işə getməmiş, bütün gün evdə oturmuşdur. Anası isə həmin vaxt işdə olmuşdur. Anası uşaq baxıcısı işləmişdir. Həmin gün saat təxminən 16 radələrində həyət darvazasından çölə məhəlləyə çıxmışdır. Qapılarının yanında dükan olmuşdur. Həmin dükanın yaxınlığında dayanmışdır. Uzaqdan Əlisakitin gəldiyini görmüşdür. O, darvazadan içəri keçib göyərçinlərinə baş çəkmək istəmişdir ki, pişiklər göyərçinləri aparmasın. Bu vaxt Əlisakit onun arxasınca gəlib darvazadan içəri keçmiş və onunla salamlaşmışdır. Bundan sonra Əlisakit ona yeyib-içmək istədiyini demişdir. O isə həmin vaxt pulunun olmadığını demiş və pulu olanda yeyib-içəcəklərini bildirmişdir. Əlisakit isə 10 manat pulunun olduğunu demişdir. O, Əlisakitlə razılaşmış və birlikdə gedib məhəllədəki dükandan spirtli içki olan 0.5 litrlik “zolotoy” markalı araq almışlar. Daha sonra onun evinə gəlib həyətdə qoyulmuş stolda süfrəni hazırlamışlar. Əlisakitlə süfrə arxasına keçib yemək yeyib spirtli içki içməyə başlamışlar. Araqları qurtardıqdan sonra Əlisakit ona yenə spirtli içki içmək istədiyini demiş, o da Əlisakitə “yaxşı, gedib nisyə dükandan yenə araq götürərəm” demiş və tək gedib dükandan nisyə eyni araqdan alıb gətirmişdir. Onlar yenidən içməyə davam etmişlər. Yeyib-içmək qurtardıqdan sonra Əlisakitlə birlikdə həyət darvazasından məhəlləyə çıxmışlar. Məhəlləyə çıxdıqdan sonra transformator qoyulan tərəfə getmişlər. O, siqaret yandırıb gəzişmiş, Əlisakit ondan biraz qabaqda getmişdir. Təxminən saat 19 radələri olmuş, hava işıqlı olmuşdur. Evdən çıxanda stolun üzərindəki bıçağı da özü ilə götürmüşdür ki, çöldə hasarın dibində olan otları təmizləsin. Bu vaxt Əlisakit fit çalıb qışqırmış, o, Əlisakitə məhəllədə fit çalıb, qışqırmamasını, məhəllədə qız-gəlinin, ailələrin olduğunu, insanlara narahatçılıq verməməsini deyib irad tutmuşdur. Bu vaxt Əlisakit qışqıra-qışqıra ona qarşı nalayiq ifadələr işlətmişdir. Həmin vaxt o, Əlisakitin qolundan tutub, çiynindən kənara itələmiş və “ağzını yığışdırmasını” tələb etmişdir. Əlisakit qabağa gedib yenidən arxaya qayıtmış və üzbəüz gəlib onun köynəyindən tutub dartmışdır. Əlisakit köynəyindən dartdığı zaman köynəyi cırılmışdır. Arxaya səndələnmiş və ayağı çuxura düşmüşdür. Həmin vaxt bıçaq əlindən yerə düşmüşdür. Əlisakit onu itələyən zaman da təhqirlərinə davam etmişdir. Bıçağın əlindən düşdüyünü gördükdən sonra Əlisakit əyilib bıçağı götürmüşdür. Buna baxmayaraq Əlisakit dayanmamış və yüksək səslə onu söyməyə davam etmişdir. Əlisakitin dayanmadığını və əksinə ona qarşı daha ağır söyüşlər söydüyünü görüb qəzəblənmişdir. Əlisakitin onun nəsli, kökü, var-yoxu haqqında söyüşlər söyməsini eşidib özündən çıxmış və Əlisakitin üzərinə getmişdir. Əlisakitin fikrinin yayındığı görüb əli ilə sonuncunun əlinə zərbə vurmuş, zərbə nəticəsində Əlisakitin əlində olan, onun evdən götürdüyü bıçaq yerə düşmüşdür. O cəld bıçağı götürüb Əlisakitin üzərinə getmişdir. Əlisakitə bıçaqla iki dəfə zərbə vurmuş, lakin zərbələrin Əlisakitin hansı nahiyəsindən dəyməsini xatırlamamışdır. Çünki Əlisakitin onu ağır söyüşlərlə təhqir etməsi onu özündən çıxarmış, həmin vaxt gözü heçnə görməmişdir. Əlisakitə vurduğu zərbələrdən sonra sonuncunun ona müqavimət göstərmədiyini və söyüşlərinin kəsildiyini görüb dayanmışdır. Əlisakitə vurduğu zərbələrdən sonra bıçaq da orada yerə düşmüşdür. Əlisakitə yetirdiyi zərbələrdən sonra sonuncunun yerə yıxıldığını və daha sonra sürünə-sürünə evlərinə tərəf getdiyini görüb o da öz evlərinə tərəf getmişdir. Köynəyini dəyişmiş və yenidən məhəlləyə çıxmışdır. Həmin vaxt polis işçilərinin məhəllədə olduğunu görmüş və əməkdaşlara yaxınlaşıb baş vermiş hadisəni danışıb təslim olmuşdur. Qeyd etmişdir ki, o, Əlisakitə zərbə vurduqdan sonra səslərinə qohumu və qonşuluqda yaşayan Şahbala çıxmışdır. Sonradan öyrənmişdir ki, Şahbala Əlisakiti evlərinə qədər ötürmüş və sonuncunun ailəsinə xəbər vermişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, o, qonşusu Zərərçəkmiş şəxs öldürməyə cəhd etməmişdir. Zərərçəkmiş şəxsla yemək yeyib spirtli içki qəbul etdikdən sonra ikisi də sərxoş olmuşlar. Bundan sonra Əlisakitin özünü apara bilməməsi və onu ağır, nalayiq ifadələrlə söyüb təhqir etməsi onu özündən çıxarmış və aralarında yaranmış münaqişə zamanı Əlisakitə bıçaqla zərbələr yetirib sonuncuya xəsarət yetirmişdir. Əlisakitin ona müqavimət göstərmədiyini görüb zərbələrini davam etdirməmişdir. O, Zərərçəkmiş şəxs təxminən on ildir ki, tanıyır. Münasibətləri yaxşı olmuşdur. Əvvəllər Əlisakitlə mübahisələri, dava-dalaşları heç vaxt olmamışdır. Əlisakitin onu təhqir edərək özündən çıxarmağı belə bir hadisəyə səbəb olmuşdur. Hadisə baş verən vaxt onların yanında heç kəs olmamış, sonradan qonşuları və qohmu olan Şahid darvazadan çölə, məhəlləyə çıxdığını görmüşdür. O, Əlisakitə neçə zərbə vurduğunu tam xatırlaya bilməmiş, lakin yadında qaldığı qədərilə 2-3 zərbə olmuşdur. Qeyd etmişdir ki, o, həmin vaxt həyətdə stolun üzərində olan bıçağı götürüb hasarın kənarında olan otları təmizləmək məqsədilə məhəlləyə çıxmışdır. Sonradan Əlisakitin hərəkətləri onu özündən çıxarmış və həmin bıçaqla sonuncuya xəsarətlər yetirmişdir. Hadisə baş verdikdən sonra bıçağı polis əməkdaşları götürmüşlər. Həmin bıçaq mətbəxdə istifadə etdikləri bıçaq olmuş və dəstəyi qara rəngdə olmuşdur. Bildirmişdir ki, o, hər hansı psixi və nevroloji xəstəxanada müalicə almamış, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş, məhkumluğu olmamışdır. Əlisakitin onu təhqir etməsi onu özündən çıxarmışdır. Lakin belə olmasını istəməmişdir. Əməlindən peşmandır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusudur, sonuncunu on ildir ki, tanıyır. Əlisakitlə münasibətləri hər zaman yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə həftənin bazar günü olduğundan işə getməmiş və bütün gün evdə olmuşdur. Həmin gün saat təxminən 16:00 radələrində həyət darvazasından çölə məhəlləyə çıxmışdır. Qapının yanında dükan olmuş və həmin dükanın yaxınlığında dayanmışdır. Bu zaman uzaqdan Əlisakitin də gəldiyini görmüşdür. Darvazadan içəri keçib göyərçinlərə baş çəkmək istəmişdir ki, pişiklər göyərçinləri aparmasın. Bu vaxt Əlisakit arxasıyca gəlib darvazadan içəri keçərək onunla salamlaşmış, bundan sonra sonuncu ona yeyib-içmək istədiyini bildirmişdir. O, pulunun olmadığını bildirsə də, Əlisakit ona 10 manat pulunun olduğunu demişdir. Sonuncu ilə razılaşmış və birlikdə gedib məhəllədəki dükandan spirtli içki olan araq almışdır. Daha sonra onlar birlikdə evə gəlib həyətdə qoyulmuş stolda süfrəni hazırlamış, Əlisakitlə süfrə arxasına keçib yemək yeyib spirtli içki içməyə başlamışlar. Araq qurtardıqdan sonra sonuncu ona yenə spirtli içki içmək istədiyini, o da “yaxşı, gedib nisyə dükandan yenə araq götürərəm” demiş və tək gedib dükandan nisyə araqdan alıb gəlmişdir. Yeyib-içmək qurtardıqdan sonra zərər çəkmiş şəxslə birlikdə həyət darvazasından məhəlləyə çıxmış, məhəlləyə çıxdıqdan sonra transformator qoyulan tərəfə getmişlər. O, siqaret yandırıb gəzişərkən Əlisakit ondan bir az irəlidə getmişdir. Bu zaman saat təxminən 19:00 radələri olmuşdur. Evdən çıxanda stolun üzərindəki bıçağı da özü ilə götürmüşdür ki, çöldə hasarın dibində olan otları təmizləsin. Bu vaxt Əlisakit fit çalıb qışqırmış, o da sonuncuya məhəllədə fit çalıb qışqırmamasını, məhəllədə qız-gəlinin, ailələrin olduğunu, insanlara narahatçılıq verməməsini deyib irad tutmuşdur. Bu vaxt Əlisakit qışqıra-qışqıra ona qarşı nalayiq ifadələr işlətmişdir. Həmin vaxt o, zərər çəkmiş şəxsin qolundan tutub çiynindən kənara itələmiş və “ağzını yığışdırmasını” tələb etmişdir. Əlisakit qabağa gedib yenidən arxaya qayıtmış və üzbəüz gəlib köynəyindən tutub dartmış, bu zaman köynəyi cırılmışdır. O, arxaya səndələmiş və ayağı çuxura girmiş, və həmin vaxt bıçaq əlindən yerə düşmüşdür. Əlisakit onu itələyən zaman da təhqirlərinə davam etmişdir. Bıçağın əlindən düşdüyünü gördükdən sonra sonuncu əyilib bıçağı götürmüş, o, Əlisakitin dayanmadığını və əksinə ona qarşı daha ağır söyüşlər söydüyünü görüb qəzəblənmişdir. Əlisakit onun nəsli, kökü, var-yoxu haqqında söyüşlər söyməsini eşidib özündən çıxmış və sonuncunun üzərinə getmişdir. Əlisakitin fikrinin yayındığını görüb əli ilə sonuncunun əlinə zərbə vurmuş, zərbə nəticəsində zərər çəkmiş şəxsin əlində olan, onun evdən götürdüyü bıçaq yerə düşmüşdür. Cəld bıçağı götürüb sonuncunun üzərinə getmiş, zərər çəkmiş şəxsə bıçaqla iki dəfə zərbə vurmuşdur, hadisə ani olaraq baş verdiyindən və sərxoş vəziyyətdə olduğundan zərbələrindən birinin sonuncunun ürəyinə dəyməsini anlamamış, bu barədə polis idarəsində olarkən xəbər tutmuşdur. Zərər çəkmiş şəxsin yerə yıxıldığını və daha sonra evlərinə tərəf getdiyini görüb o da öz evinə getmişdir. Daha sonra köynəyini dəyişmiş və yenidən məhəlləyə çıxmış, Əlisakitin evinə tərəf getmiş, həmin vaxt polis işçilərinin məhəllədə olduğunu görüb, sonunculara yaxınlaşıb baş vermiş hadisəni danışıb təslim olmuşdur. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxsla əvvəllər heç bir mübahisələri, həmçinin hazırki cinayət işi üzrə ittiham olunduğu əməli törədərkən sonuncunun hərəkətlərinə görə qisas almaq niyyəti olmayıb. Sonuncu ilə yoldaşlıq etmiş, aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. Hadisə birdən baş vermişdir, sərxoş vəziyyətdə olduğundan həmin vaxt nəyin necə baş verdiyini təfsilatı ilə xatırlamır. İkisi birlikdə hər birinə təzminən yarım litr olmaqla, ümumilikdə 01 litr araq içmişlər. Onun zərərçəkmiş şəxsi öldürmək niyyət olmayıb, əgər onun belə bir niyyəti olsaydı bunu asanlıqla edə bilərdi. Qonşusu Şahbala gəlib onları ayırmasaydı belə, zərər çəkmiş şəxsi öldürmək niyyətində deyildi. Əgər o, zərər çəkmiş şəxsin yerdə uzanıb qaldığını görsəydi, sonuncuya yardım edəcəkdi. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Orta təhsillidir, heç yerdə işləmir. Təqsirləndirilən şəxs onun qonşusudur. O, Nağım uşaqlıqdan tanıyır. Nağının adını “Əkbər” olaraq bilir. Çünki yaşadıqları məhəllədə hamı Nağını “Əkbər” deyə çağırır. Nağı ilə münasibətləri hər zaman yaxşı olmuşdur. Dəfələrlə Nağı ilə birlikdə ya onların evində, ya da Nağıgilin evində yemək yeyib, spirtli içki qəbul etmişlər. xx.xx.2024-cü il tarixdə o, öz yaşadığı evdə olmuşdur. Axşam saat 16 radələrində evdən məhəlləyə çıxmış və məhəllədə Əkbəri yəni, Nağını görmüşdür. Nağı ilə görüşmüş və sonuncunun həyətlərinə getmişdir. Nağı həyətdə göyərçinlərinə baxmışdır. O, Nağıya təklif etmişdir ki, könlünə yeyib-içmək düşüb. Nağı həmin vaxt ona pulunun olmadığını demişdir. O, Nağıya 10 manat pulunun olduğunu və spirtli içki olan araq ala biləcəklərini demişdir. Nağı onunla razılaşmış və birlikdə gedib məhəllədəki dükandan 0.5 litr araq almışlar. Daha sonra Nağıgilin həyətində oturub stolda süfrə düzəltmiş və yeyibiçməyə başlamışlar. Araqları qurtardıqdan sonra Nağı yenidən gedib eyni araqdan almış və içməyə davam etmişlər. Yeyib-içmək qurtardıqdan sonra Nağı ilə birlikdə məhəlləyə çıxmış, transformator qoyulan yerə tərəf getmişlər. Yolda o, fit çalıb yüksək səslə danışdığı üçün Nağı ona irad bildirmişdir. Nağının bu iradı ona xoş gəlmədiyi üçün Nağıya söyüşlə cavab qaytarmışdır. İkisi də sərxoş olduğundan aralarında anlaşılmazlıq yaranmış və mübahisə etməyə başlamışlar. Nağı onun qolundan tutub itələmiş, bu vaxt o, geri qayıdıb Nağının köynəyindən tutmuş və köynək cırılmışdır. Nağının ayağı çuxura düşmüş və səndələmişdir. Həmin vaxt Nağı ona evə gedib qayıdacağını demişdir. Nağı evə gedib köynəyini dəyişmiş və çölə çıxmışdır. Nağı yenidən onun üzərinə gəlmişdir. Həmin vaxt Nağının əlində bıçaq olduğunu görmüşdür. Bıçaqla üzərinə gəlmiş və ona iki bıçaq zərbəsi vurmuşdur. Zərbələrdən sonra o, yerə yıxılmışdır. Bundan sonra Nağı ondan uzaqlaşmışdır. O da səndələyə-səndələyə evlərinə tərəf getmişdir. Qapıya çatdıqda yıxılmışdır. Bundan sonra olanları xatırlamır. Əlavə olaraq bildirmişdir ki, o, hadisə vaxtı məhəllədə onlardan başqa heç kəsi görməmişdir. Qeyd etmişdir ki, onlar birinci dəfə Nağı ilə dalaşan vaxt qonşuluqda yaşayan və Nağmm qohumu olan Şahid onların yanında olmamışdır. İkinci dəfə Nağı ona bıçaqla zərbə vurduqdan sonra Nağı özü hadisə baş verən yerdən uzaqlaşmış, Şahbala hadisədən sonra onların həyətinə gəlmişdir. Hadisə baş verən vaxt Şahbala öz həyət darvazalarının qarşısında olmuşdur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşudurdur. Nağını uşaqlıqdan tanıyır, sonuncunun adını “Əkbər” olaraq bilir, çünki yaşadıqları məhəllədə hamı Nağını “Əkbər” deyə çağırır. Nağı ilə münasibətləri hər zaman yaxşı olmuşdur. Dəfələrlə Nağı ilə birlikdə ya onların evində, ya da Nağıgilin evində yemək yeyib, spirtli içki qəbul etmişlər. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olmuş, axşam saat 16:00 radələrində evdən məhəlləyə çıxmış və məhəllədə Əkbəri yəni, Nağını görmüşdür. Sonuncu ilə görüşmüş və həyətlərinə getmişdir. Nağı həyətdə göyərçinlərinə baxırmış, o da sonuncuya bildirmişdir ki, könlünə yeyib-içmək düşüb. Nağı həmin vaxt pulunun olmadığını, o da 10 manat pulunun olduğunu və spirtli içki olan araq ala biləcəklərini demişdir. Nağı razılaşmış və birlikdə gedib məhəllədəki dükandan 0,5 litr araq almışlar. Daha sonra Nağıgilin həyətində oturub stolda süfrə düzəldərək yeyib-içməyə başlamışlar. Araq qurtardıqdan sonra Nağı yenidən gedib eyni araqdan almış və içməyə davam etmişlər. Yeyib-içmək qurtardıqdan sonra Nağı ilə birlikdə məhəlləyə çıxmış, yolda fit çalıb yüksək səslə danışdığı üçün sonuncu ona irad bildirmişdir. Nağının bu iradı ona xoş gəlmədiyi üçün sonuncuya söyüşlə cavab qaytarmışdır. İkisi də sərxoş olduqlarından aralarında anlaşılmazlıq yaranmış və mübahisə etməyə başlamışlar. Nağı onun qolundan tutub itələmiş, bu vaxt geri qayıdıb sonuncunun köynəyindən tutmuş və köynək cırılmış, Nağının isə ayağı çuxura düşərək səndələmişdir. Bundan sonra Nağı evinə getmiş, təxminən yarım saat sonra geri qayıtmışdır. Sonuncu bıçaqla üzərinə gəlmiş, o, Nağının ayağından tutmuş, bu zaman təqsirləndirilən şəxs ona iki bıçaq zərbəsi vurmuş, həmin zərbələrin təsirindən yerə yıxılmışdır. Bundan sonra Nağı ondan ayrılmış, o, ayağa qalxaraq evinin yolunu tutmuş, yarı yola qədər getmiş, sonra yerə yıxılmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ona xəsarət yetirərkən şahid orada olmamışdır. Hadisə vaxtı Təqsirləndirilən şəxs onu öldürəcəyi ilə bağlı təhdid etməmiş, bu barədə hər hansı ifadə səsləndirməmişdir. Hadisə baş verərkən sərxoş vəziyyətdə olduğundan həmin vaxt nəyin necə baş verdiyini xatırlamır. Təqsirləndirilən şəxslə yoldaşlıq etmiş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Sonda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığı, sonuncu ilə aralarında barışıq əldə etdiklərini bildirmişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olur, günəmuzd fəhləlik edərək çörək pulu qazanır. Təqsirləndirilən şəxs onun həm əmisi nəvəsi, həm də qonşusudur. Zərərçəkmiş şəxs da onun qonşusudur. Hər iki şəxsi o, uzun müddətdir ki, tanıyır. Hər iki şəxslə heç bir mübahisəsi, düşmənçiliyi və ədavəti olmamışdır. Ümumiyyətlə Nağı və Əlisakit mütəmadi olaraq bir yerdə olmuşlar. Gah bir yerdə yeyib içir, gah da aralarında mübahisə olub dava etmişlər. xx.xx.2024-cü il tarixdə o, evdə olmuşdur. Axşam saatlarında siqaret çəkmək üçün həyət darvazasından çölə məhəlləyə çıxmışdır. Həmin vaxt X4 evi tərəfdən gəldiklərini görmüşdür. Nağının əynindəki köynəyin cırıldığını görmüşdür. Nağını məzəmmət edib əynini dəyişməsi üçün evlərinə göndərmişdir. Qeyd etmişdir ki, həm Əlisakit, həm də Nağı içkili olmuşlar. Sonradan Əlisakitdən öyrənmişdir ki, uşaqlar Nağıgilin evində oturub yemək yeyib, spirtli içki qəbul etmişlər. Həmin vaxt Əlisakitin əlində orağa oxşayan, ot kəsmək üçün istifadə edilən əşya olmuşdur. Əlisakitin üzərinə qışqırıb əlindəkini tullamasını tələb etmişdir. Əlisakit də onun sözünə qulaq asıb həmin əşyanı yerə tullamışdır. Biraz Əlisakitə öyüd nəsihət verdikdən sonra siqaret götürmək üçün evə keçmişdir. Yenidən küçəyə çıxdıqda X5 adlı qonşunun hasarının dibində dalaşdıqlarını görmüşdür. Həmin vaxt Əlisakitin qaz borusunun arasına yıxılıb Nağıya təpik atdığını Nağının isə əlində olan bıçaqla Əlisakitin üzərinə getdiyini və sonuncuya zərbə vurmaq istədiyini görmüşdür. Qaçaraq uşaqlara yaxınlaşıb Nağını tutmuş, sonuncunun əlindəki bıçağı alıb yerə tullamışdır. Həmin vaxt Əlisakitlə Nağı birbirlərini qarşılıqlı olaraq təhqir etmişlər. O, hər ikisini aralaşdırıb yenidən məzəmmət etmişdir. Nağı ona “qoy öldürüm oğraşı” demişdir. O, Nağıya “başın xarab olub, bu nə hərəkətdi məhəllədə edirsən” demişdir. Nağının əlindən bıçağı aldıqdan sonra sonuncu qəfildən evlərinə tərəf qaçmağa başlamışdır. O, həmin vaxt Əlisakitin xəsarət almasını bilməmişdir. Əlisakit ayağa qalxıb evlərinə tərəf getmiş, o da başqa xoşagəlməz hadisə baş verməsin deyə Əlisakiti izləmişdir və sonuncu ilə birlikdə evlərinə tərəf getmişdir. Əlisakit qapını açdıqda o, Əlisakitin arxasında olmuşdur. O, Əlisakitin atasını səsləmiş və oğlunun sərxoş olduğunu, Nağı ilə dalaşdığını demişdir. Həmin vaxt Əlisakit yerə yıxılmışdır. Paltarını qaldırdıqda Əlisakitin bədənindən qan gəldiyini görmüşlər. Dərhal təcili tibbi yardıma məlumat vermişlər. Bir qədər sonra təcili tibbi yardım həkimləri və polislər gəlmişlər. Təcili tibbi yardım həkimləri Əlisakitə müdaxilə edərək təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Bu vaxt Nağı da məhəllədə olmuş, polis əməkdaşları Nağını post patrul maşınına əyləşdirib polis idarəsinə aparmışlar. O, polis əməkdaşlarına bıçağın yerini göstərmiş, əməkdaşlar bıçağı həmin yerdən götürmüşlər. Əlavə olaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında mübahisənin hansı səbəbdən baş verməsi barədə dəqiq məlumatı yoxdur. Lakin Nağı ona Əlisakitin Nağını söydüyünü və buna görə də aralarında mübahisə yarandığını demişdir. Bildirmişdir ki, o, Nağının bıçaqla Əlisakitə tərəf zərbələr atdığını görmüş və öz evinin darvazasından qaçaraq sonunculara tərəf getmiş və araya girib Nağının əlində olan bıçağı almışdır. X7 tərəf atdığı zərbələrin sonuncunun hansı nahiyələrindən dəyməsini görməmişdir. Ümumiyyətlə Əlisakit öz həyətlərində yıxıldıqdan və bədənindən qan gəldiyini gördükdən sonra sonuncunun Nağı tərəfindən yetirilən zərbələr nəticəsində xəsarət aldığını bilmişdir. Hadisə vaxtı isə o, zərbələrin Əlisakitə dəyməsini görməmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri düz olmamışdır. O, hər iki şəxsi birinci dəfə gördükdə Nağının köynəyi cırılmış vəziyyətdə olmuşdur. O, Nağını və Əlisakiti danladıqdan sonra Nağı evlərinə gedib əynini dəymiş və bıçaq götürüb Əlisakitin üzərinə gəlmişdir. İkinci dəfə isə hər iki şəxsin dalaşdığının şahidi olmuş və gəlib Nağı ilə Əlisakiti ayırmışdır. Nağmın əlində olan bıçağı almış, bundan sonra Nağı evlərinə tərəf getmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə evdə olmuş, axşam saatlarında siqaret çəkmək üçün həyət darvazasından çölə, məhəlləyə çıxmışdır. Həmin vaxt Əlisakitlə Nağının sonuncunun evi tərəfdən gəldiklərini və Nağının əynindəki köynəyin cırıldığını görmüşdür. O, Nağını məzəmmət edib əynini dəyişməsi üçün evlərinə göndərmişdir. Bu zaman həm Əlisakit, həm də Nağı içkili olmuşlar. Sonradan Əlisakitdən öyrənmişdim ki, uşaqlar Nağıgilin evində oturub yemək yeyib, spirtli içki qəbul ediblər. Həmin vaxt Əlisakitin əlində orağa oxşayan, ot kəsmək üçün istifadə edilən əşya da olmuşdur. O, sonuncunun üstünə qışqırıb əlindəkini tullamasını tələb etmişdir. Əlisakit də sözünə qulaq asıb həmin əşyanı yerə atmışdır. Bir az Əlisakitə öyüd nəsihət verdikdən sonra siqaret götürmək üçün evə getmişdir. Bundan təxminən 20 dəqiqə sonra yenidən küçəyə çıxdıqda Əlisakitlə Nağının “Gündüz” adlı qonşunun hasarının dibində dalaşdıqlarını, tərəflərin qarşılıqlı olaraq söyüş söydüklərini, Əlisakitin təbii qaz borusunun arasına yıxılıb Nağıya təpik atdığını, sonuncunun isə Əlisakitə bıçaq atdığını görmüşdür. O, qaçaraq oraya yaxınlaşmış, Nağını tutmuşdur. Hər ikisini aralaşdırıb yenidən məzəmmət etmiş, bu zaman Nağı ona “qoy vurum, əzim başını, qoy döyüm onu” demişdir. Bundan sonra sonuncu əlindəki bıçağı yerə atmışdır. Əlisakit isə təbii qaz borularının arasından çıxmış və evinə tərəf getməyə başlamışdır. Nağını evinə yola salmış, zərər çəkmiş şəxsin xəsarət almasını bilməmiş, lakin başqa xoşagəlməz hadisə baş verməsin deyə Əlisakiti izləmişdir. Əlisakit qapını açdıqda Əlisakitin arxasında olmuş, sonuncunun atasını səsləmiş, oğlunun sərxoş olduğunu, Nağı ilə dalaşdığını demişdir. Həmin vaxt Əlisakit yerə yıxılmış, sonuncunun paltarını qaldırdıqda bədənindən qan gəldiyini görmüşdür. Onlar dərhal təcili tibbi yardıma məlumat vermişlər. Gələn təcili yardım briqadası zərər çəkmiş şəxsin yaxşı olduğunu deyərək getmiş, bundan sonra onlar ikinci dəfə təcili tibbi yardım xidmətinin qaynar xəttinə zəng etmişlər. Bir qədər sonra təcili tibbi yardım həkimləri və polis əməkdaşları gəlmişlər. Təcili tibbi yardım həkimləri Əlisakitə müdaxilə edərək təcili tibbi yardım avtomobili ilə sonuncunu xəstəxanaya aparmışlar. Bu vaxt Nağı da məhəllədə, Əlisakitin evinin qarşısında sakit və peşman vəziyyətdə dayanmışdır. Polis əməkdaşları Nağını post patrul maşınına əyləşdirib polis idarəsinə aparmış, o isə polis əməkdaşlarına bıçağın yerini göstərmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Azərbaycan dilində oxuyub yaza bilmir, savadı yoxdur, cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilərkən onun dilindən yazılan və imzası ilə təsdiq etdiyi ifadəni oxumamışdır, ifadənin məzmunundan məlumatsızdır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun qohumudur, atasının dayısının nəvəsidir. Payız ayları idi. Əlisakit və Nağı mübahisə edirdi. O, çölə çıxdıqda gördü ki, Əlisakitin əlində bıçaq var. O, qışqırdıqdan sonra Əlisakit bıçağı yerə atdı. Sonra da aralandılar və Nağı evlərinə getdi. Üzərindən biraz keçdikdən sonra yenə səs gəldi. O, çölə çıxdıqda Nağı və Əlisakitin yenə mübahisə etdiyini gördü və onlara qışqırdı. Nağı bıçağı yerə atdı və evinə getdi. Əlisakit həyətlərinə daxil olanda yıxıldı. O zaman bildilər ki, o yaralanıb. Verilən suallara cavab olaraq bildirmişdir ki, birinci dəfə səs-küy eşidən zaman Əlisakitin əlində bıçaq var idi. Nağı ilə bir-birlərini təhqir edirdilər. Əlisakit bıçaqla oradakı otlara vururdu. Əlisakitin əlindəki oraq deyildi, bıçaq idi, sadəcə əyri idi. Birinci mübahisədən yarım saat və ya bir saat sonra yenidən səs eşitdi. Çölə çıxdıqda gördü ki, Nağı və Əlisakit mübahisə edir. Bir birlərini təhqir etdikləri üçün onlara qışqırdı ki, yaşayış yeridir, ayıbdır. O, onlara yaxınlaşdıqda Nağı artıq bıçağı atmışdı. Ondan təxminən 30 metr aralı idilər. O, Nağının bıçaqla Əlisakitə xəsarət yetirdiyini görmədi. Təqsirləndirilən şəxs onun qohumudur. Həmin hadisəyə qədər Nağı heç vaxt Əlisakiti öldürmək istədiyini, ona qarşı qərəzi olduğunu deməmişdir. Təqsirləndirilən şəxs bıçağı özü yerə atmışdı. Onlar ikisi də içkili idilər. Onlar aralandıqdan sonra Təqsirləndirilən şəxs özü evə getdi. İbtidai istintaq zamanı verdiyi ifadəsi həmin zaman ifadə ona oxunmamışdır. O, latın qrafikası ilə yazıb oxuya bilmir. Təqsirləndirilən şəxs “Əlisakiti öldürüm” deməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X8 daxil olmuş xx.xx.2024-cü il tarixli 7291 saylı məktubunda Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmadığı göstərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 Xəzər rayon şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli, 580 saylı məhkəmə-tibb ekspertizası rəyi ilə təsdiq olunmuşdur ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər ürəyin yaralanması və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd; sol budun orta üçdə birinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alət (ola bilsin bıçaq); boynun qançırı isə küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X14” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən ürəyin yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya; sol budun orta üçdə birinin 1 ədəd deşilmişkəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər; boynun qançırı isə sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 verilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 281/2024-MTKŞ saylı rəyi ilə təsdiq olunmuşdur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın ön səthinin sol yarısında bir ədəd deşilmişkəsilmiş zədə, idman şalvarının sol ayağının ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus gödəkçənin üzərində zədə aşkar edilmədi. Zərərçəkmiş şəxs məxsus paltarların (kofta və idman şalvarı) üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (və ya alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində olan deşilmiş-kəsilmiş zədələrlə, onun bədən səthində olan deşilmişkəsilmiş yaralar (döş qəfəsinin ön səthinin sol yarısında və sol budun orta 1/3-də olan yaralar) sayma, yerləşməsinə və xarakterinə görə üst-üstə düşürlər. Zərərçəkmiş şəxs məxsus paltarların üzərində digər xarakterli zədə aşkar edilmədi. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində hər hansı bir əlavə və düzəlişlər edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 verilmiş məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 414/2024-MTBŞ saylı rəyi ilə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A (İİ) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən). Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A (İİ) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Bu qan ləkələri Abeta/(İİ) qrup şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncunun hadisə zamanı qanaxma ilə müşahidə olun xəsarətləri olubsa). Ekspertizaya təqdim edilmiş Ə.E. Məmmədova məxsus bir ədəd idman finkası üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən öz mövqeyini belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə sinə-ürək nahiyəsindən, yəni həyati orqan yerləşən nahiyədən xəsarət yetirsə də, sonuncu bu zaman qəbul etdiyi təxminən 500 qram spirtli içkinin də təsiri ilə sağlam şüur, iradə, eləcə də davranış və hərəkət imkanlarından məhrum olduğundan, təqsirləndirilən şəxs əlində olan bıçağı zərər çəkmiş şəxsin ürək nahiyəsinə təsadüfi şəkildə səmtləndirərək sonuncuya xəsarət yetirmiş, həmin nayihə Zərərçəkmiş şəxs öldürmək niyyəti ilə təqsirləndirilən şəxs tərəfindən qəsdən seçilməmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması qənaətinə gələrkən, bu mövqeyini Şahid məhkəmə zalında oxuyub-yaza bilməməsini səsləndirərək ibtidai istintaqda verdiyi ifadəsinin müəyyən hissəsini təsdiq etməməsi və Təqsirləndirilən şəxs işlətdiyi ifadələrlə bağlı yaranan ziddiyyətlə əsaslandıraraq, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif etmişdir. Lakin iş üzrə şahid qismində dindirilmiş və hadisə yerində bilavasitə olmuş Şahid həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclaslarında verdiyi ifadələrindən müəyyən olunur ki, hadisə yerində o, birinci dəfə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mübahisə edərkən onları aralamış, həmin vaxt hər ikisi bir-birini nalayiq ifadələrlə təhqir etmiş və zərərçəkmiş şəxsin əlində bıçaq olmuşdur. Onları araladıqdan təxminən 20 dəqiqə sonra hadisə yerinə qayıtdıqda Təqsirləndirilən şəxs əlində bıçaqla Zərərçəkmiş şəxs isə yıxılmış vəziyyətdə onun altında görmüş, həmin vaxt Zərərçəkmiş şəxs yerdən Təqsirləndirilən şəxs təpik vuraraq özündən uzaqlaşdırmağa çalışmış, lakin bacara bilməmiş, Şahid dərhal qaçaraq oraya yaxınlaşmış və Təqsirləndirilən şəxs qucaqlayaraq ayırmağa çalışmış, bu zaman o, əlində bıçaqla “burax məni, qoy əzim bu oğraşın başını” (ibtidai istintaqdakı ifadəsində isə “qoy öldürüm bu oğraşı”) kimi ifadələr işlətmiş, həmin şəraitdə Təqsirləndirilən şəxs tutub onu sakitləşməyə çağırmış və əlindən bıçağı almışdır. Yalnız bundan sonra Təqsirləndirilən şəxs ictimai təhlükəli əməllərinin qarşısı alınmış və Zərərçəkmiş şəxs hadisə yerindən uzaqlaşıb gedə bilmişdir. Məhkəmə kollegiyası Şahid ifadələrinə münasibətdə qeyd edir ki, o, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında oxşar ifadələr vermişdir. Şahid məhkəmə iclaslarında oxuyub-yaza bilməməsini və ibtidai istintaq zamanı “qoy öldürüm bu oğraşı” ifadəsini deyil, “burax məni, qoy əzim bu oğraşın başını” ifadəsini işlətdiyini bildirmişdir. Məhkəmə kollegiyası şahidin ifadəsinin bu hissəsini dəyişməsini onun Təqsirləndirilən şəxslə qonşu və qohumluq münasibətində olduğu üçün onu müdafiə etmək məqsədi daşıması kimi qiymətləndirir. Belə ki, şahidin verdiyi ifadələr işin faktiki hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə, xüsusilə də həyat üçün ən mühüm təhlükə yarada biləcək daxili orqan olan ürəyə bıçaqla xəsarətlər yetirməsi Təqsirləndirilən şəxs öldürmək niyyətinin olmaması kimi şərh edilə bilməz, əksinə bu hal onun qəsdinin zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrumetməyə istiqamətlənməsini təsdiq edir. İstintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd kimi qiymətləndirərək, Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddələri ilə tövsif etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi üçün cinayət tərkibinin dörd vacib elementinin olması zəruridir: cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti. Cinayətin obyekti - cinayətkarın qəsd etdiyi maraqlar, sərvətlər və ya başqa şəxslərin hüquqlarıdır. Cinayətin obyektiv cəhəti dedikdə, cinayətin törədildiyi əməl (hərəkət və ya hərəkətsizlik), cinayətkar nəticələr, habelə əməl və nəticələr arasında səbəbli əlaqə başa düşülür. Cinayətin subyekti - üzərinə törədilmiş əmələ görə cinayət məsuliyyətinin qoyulması mümkün olan şəxsdir. Söhbət cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddindən və anlaqlılıqdan gedir. şəxsin törətdiyi əmələ (hərəkət və ya hərəkətsizlik) qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibətidir. Cinayətin subyektiv cəhətinə motiv, məqsəd və emosional vəziyyət kimi əlamətlər də daxildir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd və ya qəsdən sağlamlığa ağır zərər vurma niyyəti ilə törətməsini təhlil edərkən, təqsirkarın qəsdinin məzmununu və istiqamətini müəyyən etmək məqsədilə törədilmiş cinayətin bütün hallarının məcmusunu, yəni cinayətin üsul və alətini, zərərçəkmiş şəxsə yetirilən xəsarətin sayını, xarakterini, şəraiti, bədənin hansı nahiyələrinə yetirildiyini nəzərə alır. Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddələrinin təhlilinə görə şəxsin qəsdən həyatdan məhrum edilməsinə yönəlmiş qəsdin başa çatmaması, cinayət etməyə cəhd edən şəxsin öz təşəbbüsü ilə cinayəti başa çatdırmaqdan imtina daxilən qəbul etdiyi qərarla bağlı olmur və qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin Qərarın 3-cü bəndində qeyd edilir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs ittiham edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulmuş adam öldürmə cinayəti qəsdən törədilən cinayət olduğu üçün təqsirkarın zərərçəkmiş şəxsi həyatdan məhrum etməyi arzu etməsini və yaxud arzu etməsə də, əməlinin bu ictimaitəhlükəli nəticəni törədə biləcəyini öncədən görməsini, lakin ona şüurlu surətdə yol verməsini ehtiva edir. Hazırki iş üzrə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol döş qəfəsinə yetirəcəyi xəsarətin onun ürəyinə dəyərək ölümünə səbəb ola biləcək nəticəni dərk etməsi və qabaqcadan görməsi, Təqsirləndirilən şəxs qəsdinin birbaşa olaraq Zərərçəkmiş şəxs öldürməyə yönəldiyini təsdiq edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 verilmiş xx.xx.2024-cü il tarixli 1795 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Həmin rəylə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlini tövsif edərkən, təqsirləndirilən şəxsin əməlində xuliqanlıq niyyətinin öz əksini tapmamasına istinad etməsi və şəxsin əməlinə bu baxımdan hüquqi qiymət verməsi də əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi hökmdə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə deyil, məhz həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli olması qənaətinə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinin tövsifinə fərqli mövqedən yanaşması barədə gəldiyi qənaətini kifayət qədər əsaslandırmamışdır. Göründüyü kimi, məhkəmə mübahisələndirilən hökmündə qeyd olunan xüsusatları aydınlaşdırmamış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestini cinayət işi materiallarında olan ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlarla əlaqəli şəkildə təhlil edib, qiymətləndirərək protestin dəlillərinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması cinayət işində olan mötəbər sübutlarla kifayət qədər təsdiq olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşaraq belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, iş üzrə tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirildiyindən o, Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək, ona cəza təyin edilməlidir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət qeyd edir ki, müdafiə tərəfi təqsirləndirilən şəxsə təyin olunan cəzanın şərti tətbiq olunması xahiş etsə də, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün Cinayət Məcəlləsinin 70-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, eləcə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimaitəhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 25-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Həmin Plenum qərarında həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üzrə məsələ həll edilərkən cəzanı yüngülləşdirən hallara və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsi göstərilməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsi, onun ictimai təhlükəliliyinə təsiri, bu təsirin kifayət qədər olması, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltması, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların təqsirkar şəxsin cəza çəkmədən islah olunacağı nəticəsinə gəlinməsi üçün yetərli olması əsaslandırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli kateqoriyasına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Bu səbəbdən, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun barəsində təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsinə heç bir əsas yoxdur. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin “Təqsirləndirilən şəxs hüquqlarının pozulması” dəlilinə münasibətdə qeyd edir ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:40-da Bakı şəhəri Xəzər RPİ-nin İŞ-də müdafiəçinin iştirakı ilə tutulmuşdur. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə izahat vermiş və izahatın onun sözləri ilə komputer vasitəsilə yazılmasına etiraz etmədiyini bildirmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokoldan da görünür ki, o müdafiəçisinin iştirakı ilə dindirilmiş, sonda isə ifadəsini oxumuş, onun sözləri ilə yazılmasını imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan dilində yazıb oxuya bilməməsi barədə isə iş materiallarında hər hansı qeyd yoxdur. Göründüyü kimi, qeyd olunan istintaq hərəkətləri həyata keçirilərkən şəxsin müdafiə hüquqları pozulmamışdır. Bu səbəbdən, apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin olunmalı cəza məsələsini müzakirə edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 N-li Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət qanuni ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs 19 sentyabr 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə, onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə - doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 120.1ci maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 9-cu bəndində qeyd olunur ki, başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikasının CPM-in 158.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 03 iyun 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə kollegiyası Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə kollegiyası һesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli qısaqol kofta, 01 (bir) ədəd qara rəngli idman şalvarı, 01 (bir) ədəd qara rəngli gödəkçə Zərərçəkmiş şəxs qaytarılmalıdır. Həmçinin, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 (bir) ədəd mətbəx bıçağı məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 399.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 401.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Həmin Məcəllənin 401.2-ci maddəsinə əsasən, məhkəmənin hökm və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədikdə; birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda; birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda; birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməli, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-681/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli hökmü ləğv edilməli, yeni ittiham hökmü çıxarılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1 və 63.3-cü maddələrinə əsasən cəza təyin edilməlidir. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPMin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 28 aprel 2025-ci il tarixli, 141 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 397, 398.1.2, 399.1.2, 401, 407-410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Apellyasiya protesti təmin edilsin. Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 681/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli hökmü ləğv edilsin və yeni ittiham hökmü çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1 və 63.3-cü maddələrinə əsasən ona 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli qısaqol kofta, 01 (bir) ədəd qara rəngli idman şalvarı, 01 (bir) ədəd qara rəngli gödəkçə Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 (bir) ədəd mətbəx bıçağı məhv edilsin. Universal Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq işlədiyi Universal Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-742/2025
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-742/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver